Məhkəmə qərarları › İş №1(099)-4/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-4/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-4/2022 12.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamtının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X11 iştirakı ilə xx xxxxxx 1979-cu ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində kirayə evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yandırmaqla və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Belə ki, o, 28 noyabr 2018-ci il tarixdə anası X12 ilə birgə yaşadığı ünvan 1 ünvanlı evlə eyni küçədə yerləşən “Teksun” adlanan marketin qarşısında qonşusu X22 ilə qarşılaşan zaman, Rahil Rəhimovun xidmət etdiyi Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəyə getdiyini, gecə naryadı üzrə növbədə qalacağını və gecə evə qayıtmayacağını sonuncu ilə söhbət zamanı yəqinləşdirdikdən sonra, qonşuluqda yaşadığına görə ailə vəziyyəti barədə kifayət qədər məlumata malik şəxs kimi Rahil Rəhimovun və sonuncunun anası 14 sentyabr 1966-cı il təvəllüdlü X4 işlədikləri üçün evlərində müəyyən məbləğdə pul olacağı, habelə Bəyim Rəhimovanın həmin gecə evdə təkliyindən istifadə edib öldürməsində hər hansı maneənin olmayacağı qənaətinə gəlib, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə, yəni Bəyim Rəhimovanın əmlakını quldurluqla ələ keçirmək məqsədilə qətlə yetirərək müəyyən məbləğdə pul əldə edib ailəsinin və özünün maddi xərclərini bu yolla ödəmək qərarına gəlmiş və bunu arzu edərək özündə cinayət törətmək qətiyyətini yaratmış, törədəcəyi əməlin ictimai təhlükəliliyini dərk etməklə qətl hadisəsinin evdə tək vəziyyətdə olan qadının evinə ətrafda heç kimin olmadığı gecə vaxtında daxil olaraq törətməsi ilə bağlı plan qurub, bunun üçün də özündən heç kimin şübhələnməməsi və gecə vaxtlarında başqa şəxslərlə birlikdə olmasını təsdiq etmək, bu üsulla da öz müdafiəsi üçün dəlil yaratmaq məqsədilə qardaşı Şahid9, atasının xalası oğlu X5 və bacısı oğlu X20 ilə həmin gün görüşüb, onlarla birlikdə yaşadığı evlə eyni həyətdə yerləşən qardaşı Şahid9 yaşadığı ünvan 2 ünvanda saat 21 radələrinədək 0,5 litr həcmində araq içdikdən sonra sərxoş vəziyyətdə həmin gün saat 21 radələrindən 29 noyabr 2018-ci il tarixə keçən gecə saat 00:19 radələrinədək olan müddət ərzində, artıq havanın qaraldığını, qurduğu planı icra etməyin vaxtı çatdığını düşünüb onlardan ayrılaraq, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, əvvəlcədən düşünülməklə arzu edilən nəticəni sonlandırmaq məqsədilə, evlərinin daş hasarından Bəyim Rəhimovanın yaşadığı qonşuluqda, Bakı prospekti, 41/5 nömrəli ünvanda yerləşən evinin həyətinə, oradan da evə qanunsuz daxil olub, sonuncunun evdə tək olmaqla və gecə saatları olduğu üçün ətrafda heç kimin olmamasından istifadə etməklə əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədi ilə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan, yəni zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla müşayiət olunan basqın edib yaşlı qadın olmaqla evdə tək olmasına görə aşkar surətdə köməksiz vəziyyətdə olan və buna görə ona müqavimət göstərmək imkanına malik olmayan Bəyim Rəhimovanı yataq otağında üzərində döşək (matras) olan taxta materialdan çarpayının üzərində xüsusi amansızlıqla, yəni müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib əlləri ilə boğaraq quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etməklə Bəyim Rəhimovaya məxsus 80 manat dəyərində “Samsung Galaxy GT- İ9300” (S3) modelli, **********34802 İMEİ kodlu içərisində 04 manat dəyərində olan 050/441-38- 43 nömrəli simkartlı mobil telefonunu və bir cüt 10,50 manat dəyərində 915 əyyarlı gümüş sırğanı ələ keçirmiş, törətmiş olduğu cinayətləri ört-basdır etmək məqsədilə Bəyim Rəhimovanı öldürdüyü çarpayının üzərində olan meyitinin üstünə müəyyən edilməyən şəraitdə əldə etməklə özü ilə gətirdiyi tez alışan neft məhsulunu tökərək, ölüm səbəbi təyin edilməyən, yəni yüksək temperaturlu alov təsirindən yanıb kömürləşməsinə və xeyli hissəsinin, 75-80 faizinin külə dönməsinə səbəb olan şəraitdə yandırmaqla, evdə olan zərərçəkmiş şəxsə məxsus 1.200 manat dəyərində “Vestel” kondisionerini, 750 manat dəyərində “İndezit” paltaryuyan maşını, 120 manat dəyərində “Çinar” markalı soyuducunu, 30 manat dəyərində çil-çıraq dəstini, 600 manat dəyərində stolüstü “Compakt” kompyuteri, 150 manat dəyərində “Super General” markalı televizoru, 400 manat dəyərində qəhvəyi rəngli 2 ədəd plastik pəncərəni, 100 manat dəyərində bir ədəd çarpayını, 60 manat dəyərdə yorğan döşəyi, 280 manat dəyərində iki ədəd paltar rəfini, 100 manat dəyərində iki ədəd tumbanı, 120 manat dəyərində bir ədəd xalçanı, taxta materialdan olan 150 manat dəyərində yataq otağının qapısını, 100 manata təmir olunmuş anasının yataq otağının döşəməsini, cəmi 4.160 manat dəyərində əmlakını qəsdən məhv etmiş, digər otaqlarda olan 300 manat dəyərində künc divan, 370 manat dəyərində 3 ədəd xalça, 80 manat dəyərində 2 ədəd stol, 40 manat dəyərində 2 ədəd sandıq və 180 manat dəyərində 3 ədəd yorğan-döşək dəsti, cəmi 970 manat məbləğində əmlakı qəsdən zədələməklə cəmi 5.130 manat dəyərində özgə əmlakını qəsdən məhv etmə və zədələməklə, eləcə də, baş vermiş yanğın nəticəsində fərdi yaşayış evinin (xidmət haqqı və tikinti materialları nəzərə alınmaqla) təmirinə 5.610 manat məbləğində maddi xərclərin çəkiləcəyini nəzərə almaqla ümumilikdə 10.740 manat məbləğində xeyli miqdarda ziyan vurmuş, bundan sonra hadisə yerini tərk edərək əvvəlcədən düşünülmüş planına uyğun olaraq ələ keçirdiyi Bəyim Rəhimovaya məxsus telefona zəng gəlməməsi və ifşa olmaması məqsədilə içərisindəki simkartı sındırmaqla telefonu söndürmüş, sırğaları isə yaşadığı ünvan 1 ünvanda yerləşən evdə çarpayının döşəkcəsinin altında gizlətdikdən sonra, 29 noyabr 2018-ci il tarixdə, səhər saatlarında anası Zeynəb Nuriyevaya törətdiyi cinayət barədə məlumat verib həmin gün saat 12 radələrində yaşadığı evdən çıxmaqla müəyyən edilməyən nəqliyyat vasitəsilə Bakı şəhərinə getmiş, 30 noyabr 2018-ci il tarixdə isə Bəyim Rəhimovaya məxsus qeyd olunan “Samsung Galaxy GT- İ9300” (S3) modelli mobil telefonu Nəsimi rayonu 20 Yanvar metrostansiyası yaxınlığında “Samsung Uğur-2” mağazada satıcı işləyən, cinayətdən xəbərsiz olan Şahid10 şəxsiyyət vəsiqəsinin surətini təqdim edib 70 manata satmaqla özgəyə məxsus əmlakı ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib ümumilikdə 94,50 (doxsan dörd manat əlli qəpik) manat dəyərində əmlakı ələ keçirərək köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmiş, xüsusi amansızlıqla təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yandırmaqla özgənin 10.740 manat dəyərində əmlakını xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir,Kürdəmir şəhəri,Bakı prospekti, ev 41/6-da qeydiyyatda olmaqla anası Zeynəblə birlikdə həmin evdə yaşamış, sonradan isə arvadı Rəvanə ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində kirayə evdə yaşamaqla Qaradağ rayonu ərazisində olan “Meyvəli” bazarında arabaçı işləmiş, sonradan Xocahəsən qəsəbəsində yerləşən Betonzavodda fəhlə işləmişdir.Kürdəmirdəki evlərində anası tək qalsa da, tez-tez Kürdəmirə gedib evlərində anası baş çəkib geri qayıtmışdır.Əvvələr Rusiyada və Ukraynada yaşamış, Ükraynada yaşayarkən cinayət törətdiyinə görə bir dəfə məhkum olunmuş və cəzasını orada çəkib qurtardıqdan sonra 2010-cu ildə Azərbaycana qayıtmışdır. 2010-cu ildə Rəvanə adlı qadınla evlənmiş və uşaqları olmadığına görə aralarında tez-tez mübahisələri olmuşdur. 2018-ci ilin noyabr ayında arvadı Rəvanə ilə aralarında narazılıq yaranmış və Rəvanə ondan ayrılıb Bakı şəhərində yaşayan bacısı Ramiləgilə getmişdir.Həmin ərəfələrdə anası ona zəng edib həyətyanı sahədə təmizlik işləri görmək üçün onu çağırmış, o da 28 noyabr 2018-ci il tarixdə günorta vaxtı tanımadığı taksi ilə Kürdəmir rayonuna evlərinə getmişdir.Evinə gəlməkdə məqsədi həyətlərində təmizlik işləri görmək, həm də qaynatasıgilə gedib arvadı Rəvanə ilə barışmaq və maddi çətinliyi olduğundan anasının almış olduğu pensiyasından bir az pul götrmək olmuşdur. Evdə anası tək olmuş, qonşuluqda yaşayan qardaşı Cabid də öz həyətində olmuşdur. Evdə müəyyən təmizlik işləri etmiş, axşam saat 18 radələrində evdən çıxıb gəzmək üçün biraz aralı magistral yolun kəsişdiyi “Dördyol” adlanın yerə getmiş, az sonra oraya bacısı oğlu Tural gəlmişdir. Tural və valideynləri çoxdandır ki, xaricdə, Simfropol şəhərində yaşayırlar.Sonra o,Turalla görüşüb “Teksun” marketdən kolbasa, bir butulka araq alıb birlikdə qardaşı Cabidin evinə getmişlər. Evdə qardaşı Cabid və anası Zeynəb olmuşdur.Cabidgildə onlar kolbasa çörək yeyib araq içmişlər.O, təxminən saat 22 radələrinə kimi qardaşı Cabidgildə olmuş, onlara heç kim gəlməmiş, saat 22 radələrində Tural evdən çıxıb evlərinə getmiş, sonradan onu görməmişdir. Həmin gün o, Turalı yola saldıqdan sonra özü tək piyada “Dördyol” adlanan yerə getmiş, orada taksi sürücüsü tanışı Elməddinlə görüşüb ondan əxlaqsız qadınları təşkil edən Təhminə adlı qadına zəng edib ona bir qadın təşkil etməsini xahiş etmişdir.Sonra Elməddinin idarə etdiyi avtomaşınla Kürdəmir rayonunun Şahsevən kəndinə Təhminəgilə gedib evinin qarşısında dayanmış, Təhminə və Səbinə adlı qadın gəlib Elməddinin avtomaşına əyləşmiş, bundan sonra arvadı Rəvanənin evdə olubolmamasını öyrənmək məqsədi ilə Beyi kəndinə qayınatasıgilə gedib qayını Amillə görüşmüş, Amil də Rəvanənin Bakıda bacısıgildə olduğunu demişdir. Bundan sonra o, Elməddinin maşını ilə həmin qadınlarla birlikdə Kürdəmir şəhərində “Araz” kafesinə gedib orada yemək yeyib, pivə içmişdir. 2018-ci ilin noyabr ayının 28-dən 29-na keçən gecə saat 03-04 radələrində kafedən çıxıb evlərinin yanına gəlmiş,Elməddin Təhminə ilə çıxıb getmiş, o isə digər qadınla evinə getmişdir. Evə gələndə anası Zeynəb oyaq olmuş, ondan həmin evə gələn qadının kim olmasını soruşmuş, o da dostunun tanışı olduğunu, qalmağa yeri olmadığından evə gətirdiyimi demişdir. Həmin gecə qadınla bir otaqda yatmış, səhər saat 07 radələrində evdən çıxıb qadını yola salıb evinə qayıtmışdır. Həmin gün (29 noyabr 2018-ci il) səhər yeməyindən sonra həyətdə təmizlik işləri görüb, saat 09 radələrində anasına Bakıya gedəcəyini, şalvarının köhnə olmasını və ona bir şalvar almasını bildirmiş, anası onunla birlikdə gedib qonşuluqda yerləşən mağazadan ona bir ədəd cins şalvar və bir ədəd jaket almış və həmin paltarlara 25 manat pul vermişdir.Evdə anasının aldığı şalvar və jaketi əyninə geyinmiş, köhnə cins şalvarını və idman köynəyini sellofan torbaya yığıb, özü ilə Bakı şəhərinə aparmışdır.Saat 10-11 radələrində anası ilə sağollaşıb Bakıya getmək üçün evdən çıxıb avtovağzala gəlib orada Bakıya gedən avtobusun sürücüsü ilə 5 manata onu Bakıya aparmağı danışmış, sonra avtobusun yanında tək dayanıb siqaret çəkərkən tanıdığı, Kürdəmir şəhər sakini Elşən adlı oğlan (Şahid5) ona yaxınlaşıb pula ehtiyacı olduğundan telefonunu 20 manata satmaq istədiyini demiş, o da Elşənin satmaq istədiyi ağ rəngli “Samsung” markalı telefona götürüb baxmış və xoşu gəldiyi üçün 15 manat verib həmin telefonu almış, 5 manatı da sonra verəcəyini demiş, Elşən də razılaşmışdır.Aldığı “Samsung” markalı telefonun üzərində nömrə olmamış, həmçinin həmin telefonun kimə məxsus olmasını, o cümlədən X28ya məxsus olmasını bilməmiş, güman etmişdir ki, telefon Elşənə məxsusdur.Mobil telefonu aldıqdan sonra o, avtobusa minib Bakı şəhərinə getmişdir. Səhərisi gün, yəni 30 noyabr 2018-ci il tarixdə “20 Yanvar” adlanan əraziyə gedib telefon dükanlarından birində həmin telefonu 70 manata satmışdır.Pula ehtiyacı olduğu üçün həmin telefonu satmışdır. 2018-ci ilin noyabr ayında istifadəsində üzərində öz adına olan 055/836-92-80 və 070/820-55-29 saylı mobil nömrələr olan “Nokia” markalı mobil telefon olmuşdur. Elşəndən mobil telefon alan vaxt üzərində həmin “Nokia” markalı mobil telefon olmaş, əlavə mobil telefona ehtiyacı olması da, nədənsə həmin “Samsung” markalı telefona almış, səhərisi günü isə pula ehtiyacı olduğu üçün satmışdır. Həmin vaxtdan təxminən 3-4 ay sonra o, Kürədəmir Rayon Polis Şöbəsinə çağırılıb ağ rəngli “Samsung” markalı telefonu kimdən aldığı soruşulmuş, o da həmin telefonu Elşən adlı şəxsdən aldığını bildmişdir.O, X28nı və onun hərbiçi oğlu Rahil Rəhimovu tanımışdır.Bəyim oğlu Rahil ilə birlikdə qonşuluqda olan evində yaşamış, onlarla münasibəti yaxşı olmuşdur.O, 29 noyabr 2018-ci il tarixdə anası Zeynəbdən qonşuları Bəyimin evinin yanmasını və Bəyimin də evdə ölmüş vəziyyətdə meyitinin tapıldığını eşitmişdir. Sonradan danışılan söhbətlərdən eşitdiyinə görə Bəyim Rəhimova kimsə tərəfindən öldürülmüş, evi də yandırılmışdır.X19 hansı şəraitdə öldürülməsi və evinin yandırılmasını barədə məlumatları yoxdur. X13 öldürülməsi ilə bağlı o, dəfələrlə prokurorluğa çağırılıb ifadəsi alınmış, hər dəfə Bəyim Rəhimovanın öldürülməsi ilə bağlı heç bir məlumatının olmaması, həmçinin özünün də bu işdə iştirak etməməsini və ona qarşı olan şübhələrin əsassız olmasını bildirmişdir.Həmçinin X28nın mobil telefonu ona Elşən adlı şəxs satmış, Elşən həmin telefonu ona satdığını desə də, sonradan hansısa səbbədən bunu inkar edərək telefonu satmadığını bildirmişdir.Əslində isə o, həmin mobil telefonu Elşən adlı şəxsdən almışdır. Əvvəllər də o, Elşən adlı şəxsdən mobil telefon almışdır.Təxminən iki ildən sonra yenidən prokurorluğa çağırılıb ona Bəyim Rəhimovanı öldürməkdə ittiham verilmiş və 19 avqust 2020-ci il tarixdə tutulmuşdur.O, Bəyim Rəhimovanı öldürməmiş, bununla bağlı verilmiş ittihamı qəbul etmir. Həmçinin hesab edir ki, onun Bəyim Rəhimovanı öldürməsi ilə bağlı olan sübutlar, yəni X28ya məxsus mobil telefonun onda olması, cins şalvarı və köhnə ayaqqabısının üzərində neft məhsullarının izlərin aşkar olunması, habelə X28ya məxsus bir cüt sırğanın anasının yataq otağıdankı çarpayıdan aşkar edilməsi onun Bəyim Rəhimovanı öldürməsinə sübut kimi qəbul edilə bilməz.Hesab edir ki, o, qeyd olunan mobil telefonu Elşən adlı şəxsdən almış, üzərində neft məhsullarının izlərin aşkar olunmuş cins şalvarı və ayaqqabını uzun müddət geyməmiş, istifadə etməmiş, habelə hadisədən sonra anasının yaşadığı evdə axtarış aparılıb heç nə aşkar olunmadığı halda iki ildən sonra yenidən anasının yaşadığı evdə axtarış aparılmış və bir cüt sırğa anasının yataq otağıdankı çarpayıdan aşkar edilmişdir.Ona görə də o, həmin sübutların onun Bəyim Rəhimovanı öldürməsinə sübut kimi qəbul edilməsinə etiraz edir.O, heç bir cinayət əməli törətməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində müəyyən ziddiyyətlər hallar nəzərə alınmaqla verilmiş ittihamın mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, o cümələdən 28 noyabr 2020-ci il tarixli tarixli ifadəsində göstərmişdir ki, X28ya məxsus bir cüt gümüşü rəngli sırğanın anasının yataq otağıdankı çarpayıdan aşkar edilməsi bağlı onun deyəcəyi heç bir fikri yoxdur və ekspertiza rəyində qeyd edilən, ona məxsus açıq göy rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı üzərində olan neft məhsullarının izləri ilə Bəyim Rəhimovanın yataq otağında çarpayının üstündə olan yastıqdan götürülmüş toyuq tükü qarışmış parça külü nümunəsi, çarpayıdan götürülmüş parça nümunələri və yastıq üzlüyü üzərində aşkar edilmiş neft məhsullarının izləri ilə eyni qrup məsubiyyətinə malik olması ilə bağlı heç bir fikir bildirmək istəmir. Habelə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əvvəl şahid kimi, sonra təqsirləndirilən şəxs kimi işin mahiyyəti üzrə verdiyi qeyri-səmimi, məntiqsiz və ziddiyyətli ifadələri məhkəmədə elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs şahid kimi verdiyi ifadəsində əvvəl göstərmişdir ki, o, 29 noyabr 2018-ci il tarixdə, saat N radələrində Kürdəmirə gəlmiş, həmin gün bacısı oğlu Tural da onların evində olmuş, 30 noyabr 2018-ci il tarixdə, saat 11 radələrində Bakıya qayıtmışdır. Qonşuluqda yaşayan Bəyim Rəhimovanın evində yanaraq ölməsini anası Zeynəbdən eşitmişdir.Həm də ifadəsində 28 noyabr 2018-ci il tarixdə, saat 15-16 radələrində Kürdəmirə gəlib 29 noyabr saat 11 radələrində Bakıya qayıtdığını göstərib yadından çıxdığı üçün tarixi səhv saldığını bildirmiş, həmçinin 28 noyabr 2018-ci il tarixdə, saat N radələrində bacısı oğlu Turalla birlikdə “Azpetrol” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yerləşən ərzaq mağazasında qonşusu Bəyimin oğlunu hərbi geyimdə gördüyünü, son iki-üç ayda istifadəsində olan qara rəngli “Nokia” markalı sadə telefonu mağazadan 25 manata aldığını, əvvəl isə anasının ona verdiyi telefonu işlətdiyini, 055/836-92-80 saylı mobil nömrənin öz adına olduğunu və 5-6 ildir ki, işlətdiyini, ***-***-**-** saylı mobil nömrəni isə təxminən 1 ildirki istifadə etdiyini, sonuncu nömrəsinin təxminən bir ay olar ki, istilik sobasının üzərində əriyərək sıradan çıxdığına görə istifadə etmədiyini və istifadəsində başqa telefon olmadığını göstərmişdir. Habelə X28nın istifadəsində olmuş mobil telefon aparatında 30 noyabr 2018-ci il tarixdə ona (Təqsirləndirilən şəxs) məxsus 070/820-55-29 saylı mobil nömrədən istifadə olunmaqla istifadə olunması ilə bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,29 noyabr 2018-ci il tarixdə anası ona mağazasından ayaqqabı, cins şalvar və kurtka alaraq onu yola salanda Bakıya getmək üçün o, Kürdəmir avtovağzalı tərəfə gəlmiş, orada Kürdəmir rayon sakini Elşən adlı şəxsi görmüş, Elşən pula ehtiyacı olduğunu, özünə məxsus “Samsung Galaxy S3” markalı telefonu 20 manata satmaq istədiyini bildirib telefonu ona təklif etmiş, o da 15 manat verib 5 manatını da sonra verəcəyini deyib ondan bu telefonu almış, sonra taksi ilə Bakıya gedib Lökbatan dairəsində düşəndə üzərində pul olmadığından həmin telefonu ödəniş olaraq taksi sürücüsünə vermiş, taksi sürücüsünün kim olduğunu bilməmişdir. Həmçinin X28nın istifadəsində olmuş “**********34800” İMEİ kodlu ağ rəngli “Samsung Galaxy S3” markalı mobil telefonun onun (Təqsirləndirilən şəxs) tərəfindən “20 Yanvar” dairəsi yaxınlığında yerləşən telefon mağazasına 30 noyabr 2018-ci il tarixdə şəxsiyyət vəsiqəsinin surəti verilməklə 70 manata satması ilə bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, aldığı həmin telefonu taksi sürücüsünə verməyi barədə yalan məlumat vermiş, telefonu 30 noyabr 2018-ci il tarixdə “20 Yanvar” dairəsi adlanan ərazidə telefon mağazalarından birinə şəxsiyyət vəsiqəsinin surətini verib, üzərinə imza edib 70 manata satmış və telefonu satdığı şəxsi tanımamışdır.Elşən adlı şəxsdən aldığı telefonun evində yanaraq ölən Bəyim Rəhimovaya məxsus olduğunu eşitdikdən sonra qorxaraq belə ifadə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin sentyabr-oktyabr aylarında Gülüstan adlı başqa qadınla münasibətdə olduğundan arvadı Rəvanə bundan xəbər tutub ondan ayrılmış və 4 ay ayrı yaşamış, 2019-cu ilin yanvar ayında barışmışlar.Bəyim Rəhimovanı tanıyır, qonşuları olmuş, onun ölməsi barədə 29 noyabr 2018-ci ildə axşam saatlarında anası Zeynəb 050/402-15-48 saylı mobil nömrəsindən ona zəng edib demişdir. Bəyim Rəhimova ilə münasibətləri qonşu kimi normal olmuşdur. Elşən adlı şəxsdən aldığı telefonun Bəyim Rəhimovaya məxsus olması barədə məlumatı olmamışdır. 30 noyabr 2018-ci il tarixdə telefonu satarkən işləyibişləməsini yoxlamaq üçün öz nömrəsini həmin telefona salıb kiməsə zəng etmişdir. 28 noyabr 2018-ci il tarixdə Kürdəmirə gəlməyindən bacısı oğlu Turalın, xalası Xətirənin nəvəsi Seymurun xəbəri olmuş və həmin tarixdə onlarla evdə yeyib-içmişlər.28 noyabr 2018-ci il tarixdə qardaşı Cabidin qızı Zeynəb də Kürdəmirdə onların evində olmuşdur. Zeynəb əri Elmirlə birlikdə Bakıda yaşasalar da, həmin gün Kürdəmir rayonunda olmuşdur. Zeynəbin əri Elmir qonşuluqda olsa da, Kürdəmirdə olduğu 28-29 noyabr 2018-ci il tarixlərdə onu görməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, o, 2010-cu ildə Rusiyadan Kürdəmirə qayıtdıqdan sonra bir neçə il Kürdəmirdə özünə məxsus VAZ-2106 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, avtomobilini çox vaxt “Dörd yol” adlanan dairəvi hərəkət zolağının yanında saxlamış, Elşəni də həmin ərazilərdə tez-tez görmüşdür. Həmin vaxt Elşənin 15-16 yaşı olmuş, Elşəni DYP bölməsinin həyətindəki maşınlara nəzarət edən Məhərrəm adında tanışının yanında da gördüyü vaxtlardan tanıyır. Elşənlə sadəcə olaraq tanışlığı olmuş, onun ailə üzvləri ilə tanışlığı yoxdur. Elşənin onun ailə üzvlərini tanıyıb-tanımamasını bilmir. 29 noyabr 2018-ci il tarixdən əvvəl təxminən 2018-ci ilin yayında “Dörd yol” adlanan ərazidə Elşəni mikroavtobusda görmüş, həmin vaxt Elşən onu görməmişdir. Şahid5 29 noyabr 2018-ci il tarixdən əvvəl ona telefon satmamışdır. Bəyim Rəhimova ilə münasibətləri yaxşı olsa da, ailə üzvlərinin onun evinə gediş-gəlişi olmamışdır. 28 noyabr 2018-ci il tarixdə o, Kürdəmirə gələndə qardaşı Cabid şəhərlərarası mikroavtobus sürdüyündən evdə olmamış, Cabidin arvadı Nəzakət gəlini xəstə olduğu üçün Bakıda olmuşdur.O, 1-2 saat həyətdə işlədikdən sonra bacısı oğlu Turala zəng edib Kürdəmirdə olduğunu demiş, 10-15 dəqiqə sonra Tural onlara gəlmişdir. Saat N radələrində Tural gəldikdən sonra (halbu ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055/836-92-80 mobil nömrəli telefonun anten dalğalarına əsasən 28 noyabr 2018-ci ildə saat 15:07-də Qaradağ rayonu, Ələt qəsəbəsi, Ələt-Qazax yolunun 10 km-də olmuşdur. (Yəni onun Bakıdan gəlib 1-2 saat işləyib sonra Turalla görüşməsi həqiqətə uyğun deyildir) evlərinin yaxınlığında yerləşən mağazadan günəbaxan tumu almış, mağazada olarkən qonşusu Bəyimin oğlu Rahili hərbi geyimdə görmüşdür. Sonra o, yolun qırağında Turalla dayanmış və yarım saat sonra xalası nəvəsi Seymur oraya gəlmiş, Seymurla Tural “Teksun” mağazasına getmiş, o isə evə getmiş, bu vaxt qardaşı Cabid artıq evdə olmuşdur. Təxminən yarım saat sonra Tural və Seymur mağazadan kolbasa, çörək, içki alıb gəlmiş, evdə oturub yeyib-içdikdən sonra saat 22 radələrində Tural və Seymur çıxıb evlərinə getmişlər, o da biraz televizora baxdıqdan sonra yatmışdır.29 noyabr 2018-ci il tarixdə, səhər saat 7 radələrində qardaşı işə gedərkən mikroavtobusun təkəri boşaldığından dəyişmək üçün onu oyatmış, lakin təkəri dəyişə bilmədiklərinə görə Cabid maşını təkəri boş vəziyyətdə sürüb getmiş, bundan sonra o, bir neçə saat da yataraq saat 9-da oyanmış, həyətdə biraz işlədikdən sonra anası qonşuluqda yerləşən paltar mağazasının açıq olub-olmamasını yoxlamaq üçün onu mağazaya göndərmiş, mağazaya gedib açıq olduğunu öyrəndikdən sonra gəlib anasına xəbər vermiş, sonra anası ilə birgə həmin mağazaya getmişlər və anası həmin mağazadan ona ayaqqabı, göy rəngli cins şalvar, gödəkcə almışdır. Bundan sonra o, evə qayıdıb yemək yedikdən sonra saat 11 radələrində Bakıya qayıtmaq üçün Kürdəmir avtovağzalına gedəndə avtovağzalın yaxınlığında Elşən ona yaxınlaşıb pula ehtiyacı olduğunu, özünə məxsus “Samsung Galaxy S3” markalı, ağ rəngli telefonu 20 manata satdığını demiş, o da Elşənə 15 manat verib 5 manatını da sonra verəcəyini deyib ondan telefonu almışdır.Bundan sonra o, taksi ilə Bakıya qayıtmışdır.Bakıya qayıdanda 50 manat pulu olmuş, 15 manatına Elşəndən telefonu almış, taksiyə isə təxminən 6-7 manat pul vermişdir. Anası yaşlı olduğundan ola bilsin ki, qonşuluqdakı mağazadan paltarı Bəyim ölməmişdən əvvəl aldığını səhv salmış, paltarları anası onun üçün 29 noyabr 2018-ci il tarixdə almışdır.Bəyim Rəhimovanın ölümü barədə 29 noyabr 2018-ci il tarixdə, saat 17-18 radələrində Bakıya çatıb-çatmamağını anası soruşmaq üçün ona zəng edəndə xəbər vermişdir.Bəyimin ölməsi barədə məlumat vermək üçün anasının ona zəng etdiyini ola bilsin xatırlamır, lakin o dəqiq xatırlayır ki, 29 noyabr 2018-ci il tarixdə anası ona zəng etmiş, Bəyimin ölməsi barədə də həmin vaxt xəbər vermişdir.28-29 noyabr 2018-ci il tarixdə Kürdəmirdə olduğu vaxt əynində qara uzunboğaz köynək, onun üzərində boğazsız, uzunqol qara-boz rəngli köynək, açıq göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, qara rəngli gödəkçə olmuşdur. 29 noyabr 2018-ci il tarixdə anası Zeynəb ona yeni paltarlar aldıqdan sonra yeniləri geyinib, əynində olan paltarları özü ilə Bakıya aparıb kirayə qaldığı evə qoymuşdur. 28-29 noyabr 2018-ci il tarixdə Kürdəmirdə olarkən əynində olan paltarlar o vaxtdan sonra təxminən 2-3 dəfə yuyulmuşdur. Qara rəngli gödəkcə Betonzavodda fəhlə işlədiyi vaxt tellərə ilişərək cırıldığından zibilliyə atmışdır.Arvadı Şahid8 2018-ci ilin sentyabr-oktyabr aylarında Gülüstan adlı qadınla münasibətdə olduğuna görə ondan ayrılmış, təxminən 4 ay ayrı yaşamışlar.O, bir ay Gülüstanla yaşamış, sonra səhvini başa düşüb ondan ayrılmış, həmin müddət ərzində başqa qadınlarla yaxın münasibətdə olmamış, həmin müddətdə Rəvanə bacısıgildə yaşamış və 2019-cu ilin yanvar ayında barışmışlar. Habelə Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, 28 noyabr 2018-ci il tarixdə Kürdəmir şəhərindəki evlərində bacısı oğlu Tural, xalası nəvəsi Seymur və qardaşı Cabid ilə yeyib-içdikdən sonra saat 22 radələrində Tural və Seymur çıxıb evlərinə getmişlər.Bundan sonra o, bir müddət televizora baxdıqdan sonra yatmışdır. Həmin gün arvadı Rəvanənin Beyi kəndində,atasıgildə olduğunu eşitmiş, Rəvanə ilə küsülü olduğundan onunla barışmaq məqsədilə qaynatasıgilə gedib üzr istəmək qərarına gəlmiş,saat 23 radələrində anasına onunla birgə getməyi təklif etsə də, anası xəstə olduğundan onunla getmək istəməmişdir. Bundan sonra o, qayını Amilə zəng edib onlara gələcəyini demiş (əslində o, saat 02:23-də zəng etmişdir),saat 24 radələrində “Dörd yol” adlanan ərazidən VAZ-21015 markalı taksi avtomobili ilə Beyi kəndinə gedib qayını Amillə görüşüb söhbət edib Amildən Rəvanənin orada olmasını, ondan üzr istəməyə gəldiyini demiş, Amil də Rəvanənin Bakıya qayıtdığını, evdə olmadığını demişdir. Sonra o, qayınatası üçün siqaret alması üçün Amilə 10 manat pul vermiş, Amil pula ehtiyacı olmadığını desə də, o, pulu ona vermişdir. Daha sonra taksiyə minib evə qayıtmış, evə çatan vaxt gecə saat 2 radələri olmuşdur. 2018-ci ilin noyabr ayının 28-dən 29-na keçən gecə Beyi kəndinə getdiyi taksi sürücüsünü tanısa da, adını xatırlamır, telefon nömrəsi onda yoxdur. Həmin gecə Beyi kəndindən evə qayıtdıqdan sonra qayını Amillə telefon əlaqəsi saxlamamış, 29 noyabr 2019-cu il tarixdə Amil arvadını Kürdəmirə xəstəxanaya gətirmiş, Bakıya qayıtdan vaxt onunla görüşmək istədiyindən onunla telefonla danışıb, saat 10 radələrində “Dörd yol” adlanan ərazidə kafedə görüşmüşlər. Bir neçə dəqiqə söhbət etdikdən sonra, Amil arvadının maşında gözlədiyini, kəndə qayıtmalı olduğunu deyib getmişdir.Əvvəl ifadə verərkən həmin xüsusatlar yadından çıxdığı üçün bu barədə məlumat verməmişdir.29 noyabr 2018-ci il tarixdə, saat 03:11-də 012/310-08-21 saylı şəhər nömrəsinə zəng etdiyini xatırlamır və nömrənin kimə məxsus olmasını bilmir.Həmin vaxt bir az pivə içsə də, hərəkətlərini tam olaraq dərk etmişdir. Amilə 20 manat deyil, 10 manat pul vermiş, ola bilsin ki, həmin vaxtı verdiyi pulu dəqiq xatırlamır. 29 noyabr 2018-ci il tarixdə, saat 10 radələrində Amillə telefon əlaqəsi saxlayıb görüşmüş, həmin gün saat 08:05-dən başlayaraq saat 20:21-dək gün ərzində bir neçə dəfə istifadəsində olan 055/836-92-80 saylı nömrəsi ilə Amilin istifadəsində olan 050/977-51-24 saylı mobil nömrəyə zəng edib nə barədə danışmalarını xatırlamır. Həmçinin Təqsirləndirilən şəxs əvvəlki ifadələrində göstərmədiyi, taksi sürücüsü Şahid7 ifadəsində göstərdikləri xüsusatla bağlı bildirmişdir ki, Beyi kəndinə gedərkən Təhminə adlı qadınla və adını xatırlamadığı digər qadını da özü ilə aparmış, qayıdarkən Kürdəmir şəhərində yerləşən kafelərin birində yemək yeyib, içki də içmişlər. Bundan sonra adını xatırlamadığı qadınla öz evlərinə getmiş, gecə həmin qadınla bir otaqda qalmış, 29 noyabr 2018-ci il tarixdə, səhər saat 7 radələrində onu yola salmış və qadının hara getməsindən məlumatı olmamışdır.Əvvəl ifadə verərkən həmin xüsusatlar yadından çıxdığı üçün bu barədə məlumat verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, o, 28 noyabr 2018-ci il tarixdə, gecə saat 12 radələrində arvadı Rəvanə ilə barışmaq üçün onların yaşadığı Bəyi kəndinə getmiş, anasının da onunla getməsini demiş, anası xəstə olduğu üçün ona demişdir ki, gələ bilməyəcək. Bundan sonra o, “Dörd yol” adlanan yerə gedib taksi sürücüsü Elməddinə Bəyi kəndinə getmək üçün 20 manata razılaşmış, sonra ondan xahiş etmişdir ki, Təhminə adlı qadınla əlaqə saxlasın və ona intim münasibətdə olmaq üçün qadın tapsın. Elməddin Təhminə ilə danışdıqdan sonra onlar Kürdəmir rayonunun Topalhəsənli kəndinə gedib Təhminəni və digər qadını götürüb birlikdə qayınatasıgilin yaşadığı Beyi kəndinə getmişlər.Onlar maşında qalmış, özü isə maşından düşüb həyətə girib qayını Amili çağırıb görüşmüş, Amil Rəvanənin onlarda olmadığını, Bakı şəhərində bacısıgildə olduğunu dedikdən sonra o,Amilə qayınatasına siqaret alması üçün 10 və ya 20 manat pul vermiş, sonra da Elməddin və qadınlarla birlikdə Kürdəmir şəhərində yerləşən “Aran” kafesinə gedib yemək yemişlər və o, 1 bakal pivə içmişdir. Hesabın nə qədər etməsini xatırlamır, amma hesabı Elməddinlə birlikdə ödəmişlər. Sonra adını xatırlamadığı qadınla birlikdə yaşadığı evə getmiş, qapını anası açmışdır. Sonra o, öz otağına keçib həmin qadınla gecəni orada qalmış, səhər saat 07 radələrində həmin qadına 20 manat verib yola salmışjdır. Yuxudan qalxdıqdan sonra bir müddət həyətdə işlədikdən sonra o, Bakıya getmək üçün evdən çıxmışdır.Saat 09 radələrində qayını Amillə əlaqə saxlayıb görüşmək istədiyini bildirmiş və onunla kənd avtobusları dayanan yerdə görüşüb çay içmiş, ondan arvadı Rəvanə ilə barışmağına kömək etməsini xahiş etmiş, Amil isə ondan asılı olmadığını, atası Abdulbağı ilə bu barədə söhbət etməli olduğunu, həmçinin Rəvanənin Bakı şəhərində olduğunu demişdir.Amillə sağollaşdıqdan sonra Bakı şəhərinə getmək üçün avtovağzala getmiş, orada rayon sakini kimi tanıdığı Elşən adlı şəxsdən deməsinə görə bacısının “Samsung” markalı mobil telefonunu 15 manat pul verib almış, 5 manatı isə sonra verəcəyini demişdir.Sonra da avtobusa minib Bakı şəhərinə getmişdir. 30 noyabr 2018-ci il tarixdə “20 Yanvar” adlanan əraziyə gedib telefon dükanlarından birində həmin telefonu 70 manata satmışdır.Bəyim Rəhimovanın yaşadığı evlə onların evi qonşudur.Arada təxminən 30-40 metr məsafə vardır. Evlərinin arxa tərəfində Bəyimgilin evi yerləşir.Bəyimgillə ən yaxın məsafədə isə rəhmətlik Zemfira xalasının evi olmuşdur.Elşəndən aldığı telefonda sim kart, yaddaş kartı olmamış, telefonun yaddaşında olan məlumatlara baxan zaman isə orada heç bir şəkil, mesaj, kontakt nömrələr olmamışdır.Telefon tər-təmiz olmuşdur.Həmçinin telefonda üzlükdə olmamışdır. Telefon almağı barədə arvadı Rəvanəyə və dostu Allahverdiyə demişdir. Həmin telefonu Bakı şəhərində baha qiymətə satmaq üçün Elşəndən almış, təxminən 2016-cı ildə də Elşən ona 5 manata “Nokia” markalı sadə telefon satmış (əvvəlki ifadəsində Elşənin əvvəllər ona telefon satmadığını bildirmişdir), həmin telefonun korpusu göy rəngli olmuşdur. Həmin telefonu uzun müddət istifadə etmiş, sonradan itirmişdir.Bundan başqa Elşəndən heç bir əşya almamışdır. 29 noyabr 2018-ci il tarixdə, saat 00:54-də 42 saniyə, saat 01:40-da 35 saniyə, saat 02:33-də 21 saniyə olmaqla anası Zeynəb Nuriyeva ona görə onunla danışmışdır ki, həmin vaxt evdə olmadığından anası narahat olaraq onun harada olması ilə maraqlanmışdır. 29 noyabr 2018-ci il tarixdə, saat 11:11-də, 12:52-də, 12:57-də, 13:40da, 13:53-də, 14:49-da, 15:21-də, 16:17-də, 16:19-da, 17:51-də anası ilə telefon əlaqələri saxlamasının səbəbi Rəvanə ilə onun münasibətləri barədə danışmaları olmuşdur. 29 noyabr 2018-ci il tarixdə əynində olmuş göy rəngli cins şalvar və 1 cüt qara rəngli ayaqqabının üzərlərində neft məhsullarına məxsus izlərinin olması ilə bağlı o, səbəbini heç nə ilə izah edə bilmədiyini və bu halın baş verməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, 055/238-66-92 saylı mobil nömrənin sahibini və onunla hansı mövzuda söhbət etməyini dəqiq xatırlamır, 051/784-16-21 saylı mobil nömrə arvadı Şahid8 bacısı Ramiləyə, 51/909-95-69 saylı mobil nömrə Sədərək ticarət mərkəzində işləyən Surəddinə məxsusdur. 55/658-64-38 saylı mobil nömrənin kimə məxsus olmasını xatırlamır, 50-375-49-50 saylı mobil nömrə dostu, fəhləlilkə məşğul olan Tarixə, 55-662-33-40 saylı mobil nömrə əvvəllər tanıdığı Allahverdiyə məxsusdur. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olmasını xatırlamır. Təxminən 4-5 il əvvəl kirayə haqqını verə bilmədiyi üçün arvadı Rəvanə Allahverdidən 100 manat borc almış və həmin pulu qaytara bilməmişdir. Mobil telefonu Elşəndən alanda və həmin telefonu satanda yanlarında kimsə olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, o, Kürdəmir şəhər 2 nömrəli orta məktəbdə 5-ci sinfə kimi oxumuş, sonra həqiqi hərbi xidmətə çağırılmış, hərbi xidmətdən 1999-cu ildə tərxis olunduqdan sonra Simferopol şəhərində yaşayan qardaşı Pənahın yanına işləməyə getmiş, bir müddət bazarda meyvə satmış, 2001-ci ildə zorlama cinayətinə görə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2010cu ildə Azərbaycana qayıtmış, əvvəlcə maşınyuma sexində işləmiş, sonra avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2011-ci ildə Beyi kənd sakini Rəvanə ilə evlənib bir müddət anası Zeynəblə bir yerdə yaşadıqdan sonra arvadı Rəvanə ilə birlikdə Bakı şəhərinə köçüb Xocahəsən qəsəbəsində kirayə evdə yaşamışlar. Həyətlərini su basdığına görə 28 noyabr 2018-ci il tarixdə, saat 15-16 radələrində anasının çağırışı ilə Kürdəmir şəhərinə gəlmiş, bacısı oğlu Turalla kobasa, araq alıb onlarla bir həyətdə yaşayan böyük qardaşı Cabidin evində saat 22 radələrinə kimi yeyib içdikdən sonra “Dörd yol” adlanan yerə gedib taksi sürücüsü Elmədinlə gedib əvvəlcə Təhminəni və başqa bir qadını götürüb sonra Beyi kəndinə getmişlər. Beyi kəndindən qayıdıb kafedə oturmuşlar, bir bakal pivə içmiş, sonra gecə saat 3-4 radələrində Təhminənin yanındakı qadınla evlərinə getmiş, gecəni bir yerdə qalmışlar, səhər saat 7-də o qadını yola salmış, anası 25 manat pul verib qonşuluqdakı mağazadan ona cins şalvar və jaket almış, sonra saat 10-11 radələrində avtovağzala gəlib avtobusa 5 manat verib Bakıya qayıtmışdır (ilkin ifadəsində isə o, gecəni evdə yatıb heç yerə getmədiyini, sonrakı ifadələrində saat 22-dən sonra bir qədər yatıb saat 24 radələrində “Dörd yol” adlanan yerə yerə getdiyini, Bakıya taksi ilə gəldiyini göstərmişdir. Həm də müəyyən olunmuşdur ki, o, saat 13 radələrinədək Kürdəmir rayonunda olmuşdur). Bundan başqa Təqsirləndirilən şəxs əlavə dindirilərkən ona təqdim olunan 01 ədəd gümüşü rəngli sırğaya diqqətlə baxdıqdan sonra həmin sırğanı ilk dəfə gördüyünü, başqa da bir söz demək istəmədiyini, həmçinin materialların məhkəmə ekspertizası üzrə 25 sentyabr 2020-ci il tarixli 6/1682-6/1683 saylı rəy ilə müəyyən edilmiş ona məxsus açıq göy rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı üzərində neft məhsullarına məxsus izlərin hadisə zamanı götürülmüş yanğından sonrakı qalıqların, yəni Bəyim Rəhimovanın yataq otağındakı çarpayının üstündə olan yastıqdan götürülmüş toyuq tükü qarışmış parça külü nümunəsinin, çarpayıdan götürülmüş parça nümunələrin və 01 ədəd yastıq üzlüyü üzərində aşkar edilmiş neft məhsullarının izləri ilə eyni qrup məsubiyyətinə malik olması ilə bağlı verilmiş suala isə cavab vermək istəmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətinin protokolları, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsun hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, o, Kürdəmir şəhərində yerləşən N №-li hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edir. X28 anasıdır.1996-cı ildə atası Rahim anasından ayrılıb-boşandıqdan sonra evdən çıxıb getmiş, həmin vaxtdan anası Bəyim onunla birlikdə Kürdəmir şəhəri,Bakı prospekti ev 41/5-də yerləşən fərdi yaşayış evində yaşamışdır. Anası Bəyim əvvəllər məktəbdə müəllimə işləmiş, sonradan avtoqəza nəticəsində xəsarət aldığından müəllimlik edə bilməmiş, sonra sürücülük təlimi məktəbində yarımştat mühasib işləmişdir.İş yerində yarımştat işlədiyindən anası günorta saatlarından sonra evdə olmuşdur.28 noyabr 2018-ci il tarixdə o, hərbi hissədə naryada təyin edildiyindən saat 11-də istirahət etmək və hazırlaşmaq üçün yaşadığı evə gəlmiş, anası da işdən həmin vaxtda gəlmiş, «Rabitə Bank»a kreditləri olduğundan anası Bəyim ona pul verib krediti ödəməyi tapşırıb səhərisi gün, yəni 29 noyabr 2018-ci il tarixdə dayısı qızının yas mərasimi ilə bağlı bibisi qızı Nübarla oraya gedəcəyini bildirmişdir.28 noyabr 2018-ci il tarixdə, saat N radələrində hərbi hissəyə getmək üçün o, evdən çıxıb hərbi hissəyə getmişdir. Hərbi hissədə naryadda olarkən saat 21 radələrində anasına zəng edib danışmış, yatarkən qaza, işığa baxmasını da tapşırmışdır.29 noyabr 2018-ci il tarixdə, saat 09 radələrində anası Bəyimin telefonuna zəng etmiş, lakin telefonuna zəng çatmamış, anasının dayısı qızının yas mərasiminə gedəcəyini dediyindən elə bilmişdir ki, o, yasdadır. Bundan sonra dəfələrlə onun mobil telefonuna, həmçinin ev telefonuna zəng etsə də, telefonuna zəng çatmamışdır.Həmin gün saat 16 radələrində xalası oğlu Əlimərdan ona zəng edib anası Bəyimə zəng çatmadığını, onun anasından xəbəri olubolmadığını soruşmuş, o da səhərdən anasına zəng etdiyini, lakin zəng çatmadığını demişdir.Bir az sonra o, Əlimərdana zəng etmiş, həmin vaxt Əlimərdan ağlaya-ağlaya ona “eviniz yanır, tez evə gəl” demiş və o da izacə alıb dərhal evinə gəlmiş, evə çatanda orada yanğın söndürənlərin, polis əməkdaşlarının və qonşuların həyətə toplaşdığını görmüşdür.O, evə girib anasının yatdığı otağa baxanda qaranlıqdan heç bir şey görməmiş, sonra yenidən baxanda otağın yanmış vəziyyətdə olduğunu görmüş, daha sonra anasının da otaqda yanaraq ölməsini bilmişdir.Evdə baş vermiş yanğın nəticəsində yanaraq kül olmuş meyit hissələrinin içərisində mil parçasını gördükdən sonra otaqda yanmış meyitin X31ya olmasını başa düşmüşdür.Anasının həm onunla, həm də qohum-qonşularla münasibəti yaxşı olmuş, heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır.X31 namuslu qadın olmuş, atasından boşandıqdan sonra heç kimlə yaxın münasibəti olmamışdır.Anası ağır şəkər xəstəliyindən əziyyət çəkmişdir.Avtoqəzadan sonra anasının sol çiyninə mil qoyulduğundan həmişə sağ çiyni üzərində yatmışdır. Anasının yataq otağında elektrik lampası, neftlə işləyən qızdırıcı soba olsa da, ondan istifadə olunmamış, onun yataq otağında şam, neft lampası, elektrik qızdırıcısı və digər elektrik əşyaları olmamışdır.Anası Bəyim üzərində 050/441-38-43 saylı mobil nömrə olan ağ rəngli «Samsung Galaxy S3» markalı mobil telefon işlətmiş, ev telefonunun nömrəsi isə 02025-55129 olmuşdur. Mobil telefonun üzərində qəhvəyi rəngli üzlük də olmuşdur.Anası və özü həmişə həyətin əsas giriş qapısını çöldən kilidlə bağlanıb açar işıq sayğacının üzərinə qoymuş, bunu ancaq xalası oğlu Əlimərda bilmişdir.Son dəfə açarı işıq sayğacının üzərindən 29 noyabr 2018-ci il tarixdə, axşam saatlarında özü götürmüşdür.Evdə olduqları vaxtlar evin giriş qapısı seyf qapı olduğundan içəridən bağladıqları zaman çöldən qapı açılmadığından və açara ehtiyac olmadığından açar çöl tərəfdə qapının üstündə olmuşdur.28 noyabr 2018-ci ildə onun növbədə olmağını xalası oğlu Əlimərdana demiş, birdə həmin gün saat N radələrində hərbi hissəyə gedərkən evlərinin yaxınlığındakı mağazada onu qonşuluqda yaşayan Təqsirləndirilən şəxs də görmüşdür.Sonradan qonşulardan eşitmişdir ki,Zahid 29 noyabr 2018-ci ildə Bakıya getmişdir.Şahid5 Kürdəmir sakini və tüfeyli həyat tərzi keçirən şəxs kimi tanıyır. Elşən onunla bir məktəbdə oxumuş, lakin onunla heç bir yaxınlığı olmamışdır. Hadisə vaxtı evdə külli miqdarda pul və ya qızıl-zinət əşyaları olmamışdır.Hadisədən sonra evdə olan əşyaları yoxlayan zaman anasının mətbəxdə daim istifadə etdiyi bıçaq yerində olmamış, evin bütün otaqlarını və həyətini axtarsa da, həmin bıçağını, həm də anasına məxsus mobil telefonu tapa bilməmişdir.Anası telefonu həmişə yatdığı çarpayının yanında saxladığından zənn etmişdir ki, yanğın zamanı telefon da yanaraq kül olmuşdur.2019-cu ilin mart ayında prokurorluqda olarkən ona məlum olmuşdur ki, anasının telefonunu qonşusu Təqsirləndirilən şəxs Bakı şəhərində telefon mağazasında işləyən şəxsə satmışdır.Anasının telefonunu Zahidin necə əldə etməsi barədə məlumatı yoxdur.Bu barədə bir neçə dəfə Zahiddən soruşmuş, o da telefonu Kürdəmir şəhər sakini Elşən adlı şəxsdən aldığını bildirmişdir.Həmin telefonun Elşən tərəfindən Zahidə satılmasına inanmır.Çünki Elşənin yaşadığı ev onların evindən 4-5 km uzaq məsafədə yerləşir və onun evinə heç vaxt gəlib-getməmiş, hadisə ərəfəsində heç kəs Elşəni onların evi tərəfdə görməmişdir.Zahidin nəyə görə telefonu Elşəndən almağını deməsinin səbəbini bilmir.Evlərinin arxa tərəfində Zahidin anası və xalası Zemfiranın evləri yerləşir. Zahidgillə onların evinin arasında 7-8 daşdan hörülmüş hasar vardır.Onların evindən qara tüstünün qalxdığını hadisə günü saat 06 radələrində Zemfira görsə də, elə də əhəmiyyət verməmişdir. Hadisədən bir müddət sonra Zemfira ilə öz evlərinin arasında yerləşən hasarın daşların aralandığını müəyyən etmişdir. Sanki həmin hasardan kimsə sallanaraq daşları əymişdir. Hadisə günü hərbi hissədə növbətçi olmağını anası, nişanlısı, xalasıoğlu Əlimərdan bilmiş, həmçinin saat N radələrində mağazaya hərbi formada girib kontur alan zaman Zahidlə rastlaşmış, onunla salamlaşıb hal-əhval tutmuş, mağazadan çıxdıqda isə Zahidin yanında arıq, üzü tüklü cavan bir oğlan və Zahidin qardaşının kürəkəni Elmini də görmüşdür.O, mağazadan çıxdıqdan sonra hərbi hissə istiqamətində getdikdə ola bilsin ki,Zahid onun növbətçi olduğunu bilmişdir. Anasının öldürülməsi ilə əlaqədar əsas Zahiddən şübhələnir. Anasının mobil telefonunu hadisədən sonra Zahidin Bakı şəhərində satması və həmin telefonu Elşəndən aldığını deməsi, Elşənin isə Zahidin yalan dediyini ona telefon satmadığını dediyindən o, həmin şəxslərdən şübhələnir.28 noyabr 2018-ci il tarixdə X31 evdə öldürülərək yandırılması zamanı evdən anasına məxsus bir cüt gümüşü rəngdə olan sırğa, bir ədəd “Samsung S3” markalı mobil telefon və mətbəxdən bir ədəd mətbəx bıçaq götürülmüşdür.Həmin sırğanı anası gündəlik qulağına taxmış, mobil telefon isə daim yanında olmuşdur.2019-cu ilin yay aylarında Zahiddən telefonla bağlı soruşanda o, əvvəlcə həmin telefonu guya həyətin arxa qapısının qarşısında yerdən tapdığını, daha sonra sözünü dəyişib həmin mobil telefonu Elşən adlı oğlanın ona satdığını bildirmişdir. Bu səbəblərdən anasının ölümündə əsasən qonşuları Təqsirləndirilən şəxs şübhələnir, amma bu cinayəti dəqiq onun törətdiyini bilmir.2018-ci ilin may ayında evin təmiri ilə bağlı anası qızılları “Rabitəbank”-ın Kürdəmir rayonunda yerləşən filialında girov qoyub öz adına 6.000 manat kredit götürmüş, həmin pulların hamısı evin təmirinə xərclənmişdir.Evlərinin təmir olunmasını və onun nişanlanmağa hazırlaşdığını bütün qonşuları bilmişdir.Güman edir ki, cnayəti törətmiş şəxs və ya şəxslər də onun ailə qurmağa hazırlaşdığını bilib, evdə pul və ya qızılın olmasını güman edib bu cinayəti törətmişlər.X34 anası Zeynəblə, mərhum xalası Zemfira ilə, eləcə də Zahidin qardaşı Cabidin arvadı Nəzakətlə ünsiyyət saxlamış və onlarla münasibəti yaxşı olmuşdur.Həmin şəxslərdən yalnız Zemfira onların evlərinə tez-tez gəlib-getmişdir. 2019cu ilin mart ayında evlərindən talanmış “Samsung S3” markalı mobil telefonun Zahiddə olması məlum olduqdan bir ay sonra Zemfira ürək tutmasından vəfat etmişdir.2018-ci ilin dekabr ayında anasının ölümü ilə əlaqədar Zemfira istintaqa onun təkidlərindən sonra getmişdir. Bütün bunlar Zahidin bu cinayəti törətməkdə onun şübhələrini daha da artırmışdır. Zərərçəkmiş şəxsun hüquqi varisi Rahil Rəhimov həmçinin ifadəsində göstərmişdir ki, anasının yatdığı otaqda neftlə işləyən soba olsa da, ondan itifadə edilməmiş.Çöldə hamam otağında 1 litr “Sirab” butulkasnda ağ neft olmuş, həmin neft vasitəsi ilə sobanı qalayıb su qızdırmaq üçün istifadə etmişlər. Hadisədən sonra həmin “Sirab” butulkasını görməmişdir. Hesab edir ki, evin yandırılması zamanı bundan istifadə edilmişdir.Anası mobil telefonunu həmişə üzərində gəzdirmiş, kənar yerə qoymamış, çünki o, növbədə olarkən ona tez-tez zəng edib onunla danışmış, telefona cavab verməyəndə narahat olmuşdur.Ona görə də anası telefonu yanında saxlamış, yatanda belə yastığının yanına qoymuşdur.Anasına məxsus telefona 10 manat dəyərində qəhvəyi rəngli “kabro” (üzlük) almış, həmin üzlük daim telefona taxılı vəziyyətdə olmuşdur.Hadisə zamanı evindəki məişət əşyalarının hamısı yararsız hala düşmüş, onları təmir etmək mümkün olmamışdır.Evin qonaq otağında olan 1.200 manata alınmış “Vestel” kondisioneri, mətbəxtdəki 750 manata alınmış “İndezit” paltaryuyan maşınını, 120 manata alınmış “Çinar” markalı soyuducu, qonaq otağında tavandan asılmış 30 manata alınmış çil-çıraq, 600 manata alınmış stolüstü “Compakt” kompyuter, 150 manata alınmış “Super General” markalı televizor, 400 manata düzəltdirdiyi 2 ədəd plastik pəncərə, anasının yatdığı oltaqda olmuş 100 manatlıq bir ədəd çarpayı, 60 manatlıq yorğan-döşək dəsti, 280 manatlıq iki ədəd paltar rəfi, 100 manatlıq iki ədəd tumba, 120 manatlıq bir ədəd xalça, 150 manata aldığı yataq otağın qapısı və 100 manata təmir elətdirdiyi anasının yataq otağının döşəməsi tamamilə yanıb yararsız hala düşmüş, mətbəxtdəki 300 manatlıq künc divan, 3 ədəd olmaqla ümumilikdə dəyəri 370 manata olan xalça, 2 ədəd 80 manatlıq stol, 2 ədəd sandıq isə yanğın nəticəsində istifadəyə yarasız olduğundan sonradan bərpası mümkün olmadığından onları atmışdır.Yanğından sonra anasının yataq otağındakı taxta döşəməni tamamilə yeniləmiş,digər otaqlardakı taxta döşəməni yenidən rənglətdirmiş, bütün otaqların divar kağızlarını dəyişdirmiş, sıradan çıxmış elektrik naqilləri bərpa edilmiş, ümumilikdə usta xidməti və nəqliyyat xərcləri də daxil olmaqla evinin təmiri üçün 5.000 manat civarında pul xərcləmişdir.O, anasını qətlə yetirmiş şəxsə, yəni Təqsirləndirilən şəxs bu cinayəti törətmişsə ona ağır cəzanın verilməsini, habelə törədilmiş bu cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, evlidir və ailə üzvləri birlikdə bir evdə yaşayır.Restoranlarda toy olan vaxtlarda ofisiant, boş vaxtlarında fəhlə işləyir. 29 noyabr 2018-ci il tarixdə evdə bacısından Kürdəmir şəhərində, “Azpetrol”un yanacaq doldurma məntəqəsinin yaxınlığında olan evdə yanğının olması və yanğın zamanı evdə olan yaşlı qadının yanaraq ölməsini eşitmiş, ölən qadının kimliyi barədə məlumatı olmamışdır.O, mərhum Bəyim adlı qadını tanımamış, bu qadının adını prokurorluqda ifadə verərkən eşitmişdir.Təqsirləndirilən şəxs Kürdəmir şəhər sakini kimi tanıyır və onunla hər hansı münasibəti və ya yaxın tanışlığı olmamışdır.Əvvəllər arabir Zahidi məhəllədə Mehbarə adlı əxlaqsız qadının yanına, həm də DYP-nin cərimə meydançasında mühafizəçi işləyən Məhərrəmin yanına gəlib-gedəndə görmüş, onunla heç bir əlaqəsi, hətta biri-birinə salamı belə olmamışdır.Zahidi sonuncu dəfə yanğın hadisəsindən bir neçə il əvvəl görmüşdür.O, 28-29 noyabr 2018-ci il tarixdə “Kürdəmir” restoranında toy mərasimində ofisiant kimi işləmiş, gecə saat 23 radələrində işini yekunlaşdırıb evinə getmiş, həmin tarixdə gecə saatlarında yaşadığı evdə ailə üzvləri ilə birlikdə olmuşdur. Mərhum Bəyim adlı qadının ailə üzvlərindən heç kəsi tanımamışdır. Yanğın hadisəsindən xeyli müddət sonra bir nəfər oğlan ona yaxınlaşıb X28nın oğlu, adının Rahil olmasını deyib ondan hadisə barədə nə məlumatı olmasını soruşmuş, o da bu hadisə barədə heç bir məlumatı olmadığını bildirib Zahid adlı şəxsə heç vaxt mobil telefon satmadığını demişdir.Prokurorluqda ifadə verərkən ona məlum olmuşdur ki, guya o, Zahidə mobil telefon satmışdır.O, telefon satışı ilə məşğul olmamış, heç kimə, o cümlədən Zahidə mobil telefon satmamış, bununla bağlı Zahidin dedikləri tamimilə yalandır. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki,o, Bakı şəhərində “20 Yanvar” dairəsinin yaxınlığında olan “Samsung Uğur-2” telefon mağazasında satıcı işləyir. Mağazada həm təzə, həm də işlənmiş telefonlar satılır. Telefonların alışı və satışı zamanı “Alış dəftəri”ndə qeydlər aparır, satılan işlənmiş telefonları alarkən onu satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini götürür. 30 noyabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxs ağ rəngli “Samsung S3” markalı telefonu ona 70 manata satmışdır.Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini, əlaqə nömrəsini alaraq, şəxsiyyət vəsiqəsinin surətinə imza etdirmiş, sonra isə “Alış dəftəri”ndə müvafiq qeydləri aparmışdır. Bundan bir neçə gün sonra həmin telefonu Coşğun adlı şəxsə 135 manata satmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zahid həmin telefonun özünə məxsus olmasını demiş, telefonda kilid olmadığından həmin telefonun Zahidə məxsus olmamasından şübhələnməmiş və Zahidin həmin telefonu haradan əldə etməsini bilməmişdir.Zahidinin ona satdığı mobil telefonun arxa korpusu həmin vaxt zədəli olmuş, yəni telefonun arxa korpusu açılarkən səhv yerdən açıldığı üçün zədələnmişdir. O həmin detalı dəyişdirdikdən sonra telefonu Coşquna zədəsiz vəziyyətdə satmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, X28 dayısı qızıdır.29 noyabr 2018-ci il tarixdə, səhər saatlarında Bəyimin qonşuluqda yaşayan xalası nəvəsi Ruhəngiz onlara gəlib həmin gün Bəyimlə birgə Bəyimin dayısı qızının yas mərasiminə getməli olduğunu, lakin Bəyimə zəng çatmamasını, ondan xəbərinin olub-olmamasını soruşmuş, o da xəbəri olmadığını demişdir.Sonra yenə də Bəyimə zəng etmiş, lakin zəng çatmadığına görə Bəyimin bacısı oğlu Əlimərdana zəng edib xalası Bəyimə zəng çatmadığını, ondan bir xəbəri olub-olmadığını soruşmuş, o da işdə olduğunu, xalası Bəyimdən xəbəri olmadığını demişdir.X1 əlaqə saxlamış və Rahil də anasına zəng etdiyini, lakin zəng çatmadığını bildirmişdir.Bundan sonra o, oğlu Nüsrət və Ruhəngizlə birgə Bəyimin evinə getmişlər.Həyətin giriş qapısı çöldən kilidli olduğundan Nüsrət hasardan həyətə keçib darvazanı açmış və onlar həyətə girmişlər. Həyətdə olan hamamın qarşısındakı lampanın, çardağın və evin birinci zal otağının işığı yanılı vəziyyətdə, evin giriş qapısı örtülü və üzərində açar olmasını görmüş və qapı açarla kilidli olmamışdır.Qapını açıb içəri keçəndə evin içərisində tüstü olduğunu görüb qışqıraraq qonşuları köməyə çağırmışlar.Ruhəngiz dərhal qaz sayğacından qazı bağlamış, bir neçə dəqiqə sonra qonşular həyətə toplaşmış, Nüsrət və qonşuların bəziləri evə daxil olub evin pəncərələrini açmışlar.Təxminən yarım saat sonra yanğın söndürənlər və polis əməkdaşları həyətə gəlmişlər. Bundan sonra evdə Bəyimin yanmış vəziyyətdə meyiti aşkar olmuşdur. Bəyim oğlu Rahillə ilə birgə yaşamış, onun bütün qohumları və qonşuları ilə münasibətləri yaxşı olmuş, heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. Sonradan deyilənlərdən ona məlum olmuşdur ki, Bəyimi qonşuluqda yaşayan Zahid adlı şəxs öldürmüşdür. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X28 xalasıdır.Əvvəllər o, xalası Bəyimin evində qalmış, sonradan isə Kürdəmir şəhərində kirayə evdə qalmışdır.29 noyabr 2018-ci il tarixdə, axşam saatlarında bibisi qızı Nübar ona zəng edib xalası Bəyimə zəng çatmadığını, ondan xəbəri olub-olmamasını soruşmuş, o da xəbəri olmadığını bildirmiş, sonra xalası oğlu Rahilə zəng edib bu barədə demiş,Rahil də anasına dəfələrlə zəng etdiyini, lakin zəng çatmadığını demişdir.Təxminən 5-10 dəqiqədən sonra Nübara zəng edəndə telefona Nübarın oğlu Nüsrət cavab verib Bəyimin evinin yandığını, cəld oraya gəlməyini demişdir.Sonra o, dərhal 103 xidmətinə zəng edib yanğın hadisəsi barədə məlumat verib xalası Bəyimin evinə getmiş, evə çatdıqda yanğınsöndürənlər oraya yenicə gəlmələrini və həyətə qonşular yığılmalanı görmüşdür.Evə daxil olanda tüstüdən heç nə görə bilməmiş, xalasının yatdığı otağa baxdıqda oranı yanmış vəziyyətdə görmüş, lakin tüstüdən orada dəqiq nə olduğunu görə bilməmişdir. Sonra yanğınsöndürənlər tərəfindən xalasının yataq otağında yanmış meyiti aşkar edilmişdir. Bundan sonra xalasının qudası Asiflə birlikdə yanmış yatağın içərisində olan xalasının sümüklərini yığmışlar. Bu zaman sümüklərin içərisində mil parçasının olduğunu görəndə bilmişdir ki, həmin sümüklər xalası Bəyimə məxsusdur. Xalasıgilin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, tüfeyli həyat tərzi keçirən şəxs kimi tanımışdır. Sonradan xalasının ölümü ilə bağlı ona məlum olmuşdur ki, mərhum xalası Bəyimə məxsus mobil telefonu Zahid əldə edib Bakı şəhərində kiməsə satmışdır. Lakin onun həmin telefonu necə əldə etməsi barədə məlumatı yoxdur. Elşən adlı şəxsi isə tanımamışdır. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, o, FHN-nin Kürdəmir rayon Dövlət yanğından mühafizə hissəsində işləyir. 29 noyabr 2018-ci il tarixdə, saat 16 radələrində mühafizə hissəsinə Kürdəmir şəhəri, Bakı prospektində 41/5 ünvandakı evin yanması ilə bağlı məlumat daxil olmuş, dərhal yanğınsöndürən heyət həmin ünvana getmişdir.Evə daxil olduqda evdə yanğın olsa da, ev tam yanmadığından, evdə sadəcə tüstü olduğundan evə su vurulmasına ehtiyac olmamışdır.Sonra həyətdə tanımadığı bir şəxs xalasının içəridə ola biləcəyini, içəridə yataq otağını yaxşı axtarmalarını dedikdən sonra digər əməkdaşlarla birgə o, evə daxil olub axtarış aparmışlar və yataq otağını fanarla diqqətlə axtardıqda orada insana məxsus sümüklər aşkar olunmuşdur. Hadisə yerində olan təcili tibbi yardım əməkdaşı həmin sümüklərin insana məxsus olmasını təsdiqlədiyindən evdə yanaraq ölən şəxsin X16 olduğu məlum olmuşdur. Bundan sonra polisin və prokurorluğun əməkdaşları hadisə yerini müayinə etmişlər. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs əridir. Evləndikdən sonra bir müddət Zahidin anasının evində yaşamışlar, sonra yaşamaq üçün Bakı şəhəri, Xocahəsən qəsəbəsinə köçüb orada kirayə evdə qalmışlar və Zahid Sədərək ticarət mərkəzinin “Meyvəli” bazarında araba sürüb fəhləliklə məşğul olmuşdur.Qaldıqları evin kirayə haqqı 150 manat olmuş, kirayə haqqını əri ödəmişdir. Təxminən 2018-ci ilin sentyabr ayının sonlarında Xocahəsən qəsəbəsində kirayə qaldıqları evin pulunu verə bilmədiyindən Zahid ona bacısıgildə qalmağını demişdir.Sonra Zahid işsiz qaldığına və evə pul gətirmədiyinə, həmçinin aralarında mübahisə düşdüyündən o, təxminən 4 aydan çox müddətdə Bakı şəhərində bacısıgildə qalmışdır.2019-cu ilin yanvar ayında Zahidlə barışmış və bir yerdə yaşamışlar. Zahid siqaret çəkən, içki içən olmuşdur.Zahidin əlavə gəlir yeri olmamış, Zahidin kiməsə, yaxud kiminsə Zahidə borcu olmamışdır.Bakıda yaşadıqları müddətdə Zahidlə ildə bir neçə dəfə Kürdəmirə anasının evinə getmişdir. Zahid Kürdəmirə anasına baş çəkməyə getmiş, ayrı qaldıqları vaxtdan əvvəl Zahid Kürdəmirə iki aydan bir getmiş, barışdıqdan sonra Zahid Kürdəmirə getməmişdir.Zahidin istifadəsində “Nokia” markalı sadə mobil telefon olmuş, həmin telefonu təxminən iki-üç il əvvəl telefon mağazasından 25 manata almışdır.Həmin vaxta qədər qardaşı Cabidin verdiyi “Sony” markalı sadə telefonu işlətmişdir.Zahidin istifadəsində 055/836-92-80 saylı mobil nömrəsi olmuş, başqa nömrə olmasını bilmir. Zahidlə ayrı qaldıqları 4 ay ərzində arabir 055/836-92-80 saylı nömrəsinə zəng edib danışmış, hər dəfə danışanda Zahid Bakıda olduğunu, işsiz olduğunu demişdir. Telefonu olmadığından bacısının telefonu ilə Zahidə zəng etmişdir.Zahidin 070/820-55-29 saylı nömrəsinin olması barədə məlumatı yoxdur.Zahidin istifadəsində ağ rəngli “Samsung Galaxy S3” markalı mobil telefonun olubolmamasını bilmir. Bəyim Rəhimovanı tanıyır, onun evində yanaraq ölməsini qayınanasından eşitmişdir. 2018-ci ilin axırlarına yaxın anası ilə danışan zaman anası ona Zahidin gecə saat 03 radələrində onların həyətlərinə gəldiyini, içkili olduğunu, qardaşı Amilə 20 manat pul verib getdiyini, səhəri gün isə qardaşı X24 görüşüb onun barəsində söhbət etmələrini demişdir.Əri Zahidlə aralarındakı mübahisə onun spirtli içki içdiyi zamanlar olmuş, içkili olarkən o özünü aqressiv aparmışdır. 2018-ci ilin payız aylarınadək aralarında bu cür münasibət davam etsə də, 2018-ci ilin payız aylarında artıq Zahiddən ayrılmaq qərarına gəlib bacısı Ramilənin evinə getmiş, bir müddət sonra yenə də Zahidlə brışıb Xocasən qəsəbəsində yaşadıqları evə qayıtmışdır. Lakin Zahid bir neçə gün onunla birlikdə yaşasa da, artıq o özü ayrılmaq istədiyini bildirib evdən çıxıb getmişdir. Təxminən 2019-cu ilin fevral ayına kimi Zahid ilə heç bir əlaqəsi olmamışdır.Həmin müddət ərzində o, bacısı Ramilənin evinə yaşamışdır.Zahid yenidən onunla barışmaq istədiyini bildirmiş,əks halda bacısı Ramiləyə məxsus evi yandıracağı ilə hədələmişdir. Sonra o, valideyinlərinin məsləhəti ilə yenə də Zahidlə barışıb onunla Xocasən qəsəbəsində yaşamağa başlamışdır.Zahidlə barışdıqdan sonra qayınanası Zeynəb Nuriyeva və əri Təqsirləndirilən şəxs eşidib bilmişdir ki, onların qonşuluğunda yaşamış Bəyin adlı qadın evində yanıb ölmüşdür. Həmin qadınla heç bir münasibəti olmadığı üçün həmin xəbərə əhəmiyyət verməmişdir. Həmin ərəfələrdə Kürdəmir şəhərindən gələn polis əməkdaşların Zahidi axtardıqlarını bilib Zahiddən nə baş verdiyini soruşanda Zahid Kürdəmir şəhərində qoyun oğurluğu hadisəsinin baş verdiyini və onun da adının guya həmin hadisədə hallandırıldığını bildirmişdir.Polis əməkdaşları Zahidi Kürəmirə polisə aparmışlar.Sonra onu da polisə çağırmışlar və o, Kürdəmir RPŞ-də olarkən bilmişdir ki, Zahid ölmüş Bəyim adlı qadına məxsus telefonu kiməsə satmışdır. Həmçinin ona məlum olmuşdur ki, Bəyimin evi yanan gün Zahidin bir taksi sürücüsü və iki tanımadığı qadınla birlikdə, atasının yaşadığı evə getməsi, saat 02 radələrində içkili halda atası Abdul ilə görüşmək istəməsi, lakin qardaşı Amil atasının xəstə olduğunu deyib səhəri gün gəlməsini demişdir. Bir müddət sonra Zahid yenidən evə, yəni Xocasən qəsəbəsinə qayıtmışdır. Zahidlə son günlərə kimi birlikdə yaşasalar da, Zahid demək olar ki, hər gün onunla mübahisə etmiş və tüfeyli həyat tərzi sürmüşdür. 09 avqust 2020-ci il tarixdə Zahidlə birlikdə Kürdəmir şəhərinə gedib qayınanası Zeynəbin evində qalmışlar.11 avqust 2020-ci il tarixdə, saat 11- 12 radələrində qayınanası Zeynəblə ikisi təklikdə evdə oturub söhbət edən zaman qayınanasının bir qədər narahat olduğunu görüb nəyə görə narahat olduğunu soruşmuş, Zeynəb də oğlu Zahidin tutulacağından narahat olduğunu demişdir. Zahidin hansı səbəbə tutulacağını soruşanda qayınanası Zeynəb ona Zahidin 2018-ci ilin noyabr ayında qonşuluqda yaşayan Bəyim adlı qadını öldürdüyünü bildirmişdir. Zeynəbdən nəyə görə bu barədə kiməsə məlumat vermədiyini soruşanda Zeynəb həm oğlunun tutulacağından qorxduğunu, həm də qonşular arasında biabır olacağını bildirmişdir.Zahidin Bəyim adlı qonşusunu 2018-ci ilin noyabr ayında öldürməsini qayınanası Zeynəbdən eşitsə də, dəqiq tarixi və vaxtı barədə məlumatı yoxdur.Zeynəbin deməsinə görə hadisədən sonra, yəni növbəti gün evdən çıxaraq Zahidin evin pilləkənlərində oturduğunu və halının pis olduğunu görüb nə baş verdiyini soruşanda Zahid qonşusu Bəyimi öldürdüyünü ona bildirmişdir.Zeynəbin deməsinə görə o, Zahidə törətmiş olduğu cinayət əməlinə görə 20 il müddətə həbs ola biləcəyini bildirib, baş vermiş hadisə barədə hər hansı bir şəxsə məlumat verməyəcəyini demişdir. Zeynəb Zahidin törətmiş olduğu cinayət əməli barədə ona məlumat verdikdə bu barədə hər hansı bir şəxsə danışmamağını ona da tapşırmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, şahid X12 ibtidai istintaq zaman verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur.Zahid evləndikdən sonra bir müddət arvadı Rəvanə ilə birlikdə onun evində, sonradan isə Bakı şəhərində Xocahəsən qəsəbəsində kirayə evdə yaşamışlar.Qonşuları olmuş Bəyimlə onun və ailə üzvlərinin münasibəti normal olmuş, evinə gediş-gəlişləri olmasa da, onu görərkən salamlaşıb hal-əhval tutmuşdur.Həyətində görülməli işlər olduğu zaman Zahidə zəng edib çağırmış, o da evə gəlib bu işləri görmüşdür. Sonuncu dəfə həyəti su basdığından yenə kömək üçün Zahidə zəng edib çağırmış, lakin Zahidin Kürdəmirə dəqiq nə vaxt gəldiyini xatırlamır, ancaq Zahidin Kürdəmirə sonuncu gəlişi qonşuları Bəyim Rəhimovanın ölümündən bir neçə gün əvvəl olmuşdur. Zahidin dediyinə görə Bəyimin istifadəsində olmuş mobil telefonu Zahidə kimsə satmışdır.Oğlu Zahidə qonşuluqdakı paltar mağazasından paltarı Bəyim ölməmişdən xeyli müddət əvvəl almışdır.Həmin vaxt Kürdəmirdə havalar isti olmuşdur. Bəyimin ölməsi barədə məlumat vermək üçün Zahidə zəng etməmiş, Zahid özü ona zəng edib Bəyimin ölüm xəbərini eşitdiyini, onun doğru olubolmamasını soruşmuş, lakin onun nə vaxt zəng etdiyini xatırlamır.Bəyim ölərkən Zahid Kürdəmirdə olmamışdır. Həmin hadisədən bir neçə gün əvvəl həyəti su basdığından Zahidi kömək etmək üçün zəng edib çağırmış, o da gəlib həyəti təmizləyərək bir gün qalıb Bakıya getmişdir. Daha sonra şahid Zeynəb Nuriyeva ifadəsində göstərmişdir ki, 2018-ci ilin noyabr axırlarında Zahid Bakıdan Kürdəmirə evə gəlmişdir.Zahid həmişə əlinə pul düşəndə dostları ilə yeyib araq içib evə gec gələndə narahat olub ona zəng etmişdir. Həmin gecə də Zahid evə gəlmədiyindən onun mobil telefonla zəng vurub harada olduğunu soruşmuş, hər dəfə Zahid “indi gəlirəm” cavabını vermiş, lakin evə səhər tezdən gəlib çıxmış və pilləkanda oturub əlləri ilə başını tutmuşdur.Onun bikef oturduğunu görüb bikef oturmasının səbəbini soruşmuş, Zahid üzünü ona tutub “Bəyimi öldürmüşəm” demişdir. O bu sözləri eşidən kimi iki əli ilə sifətini tutub cırmaqlayan kimi edib ona “bir halda ki, Bəyimi öldürmüsən onda gedib 20 il həbsdə yatarsan” demişdir. Bəyimi nə üçün öldürdüyünü soruşanda Zahid “nə bilim pul lazım oldu, pula görə öldürdüm” demişdir.Bu sözləri eşidən kimi halı pisləşmiş, Zahid isə əsəbi şəkildə qəflətən yerindən sıçrayıb qalxıb harasa getmişdir. Həmin gün günorta Bəyimin evinin yanmasını və yanğınsöndürənlərin gəlib yanğını söndürməsini eşidib başa düşmüşdür ki, Bəyimin evini yəqin Zahid yandırmışdır. Bu barədə Zahiddən heç nə soruşmamış, həmin gündən etibarən Zahid neçə ay evə qayıtmamış, oğlu Zahidin bu cinayəti barədə nə ailə üzvlərinə, nə də ki, hüquq mühafizə orqanlarına məlumat verməmişdir.Qorxmuşdur ki, Zahidi həbs edərlər. Zahidin 2018-ci ilin noyabr ayında Bəyimi Kürdəmir şəhərində yaşadığı evdə öldürüb yandırmasını özündə sirr kimi saxlamışdır.Yeganə olaraq o, Zahidin Bəyimi pula görə öldürməsi barədə Zahidin arvadı Rəvanəyə demişdir.Bəyimin ölümündən sonra o, yas mərasimində iştirak etmiş, həmin ərəfədə rəhmətlik bacısı Zemfira onlara gəlmiş və sakit səslə və xəlvəti ondan “bəs eşitmişəm Bəyimi Zahid öldürüb, bundan sənin xəbərin var” soruşmuş, o da xəbəri olduğunu, Zahidin özü ona Bəyimi öldürdüyünü dediyini demişdir. Bu söhbətdən sonra Zemfira çox pis olub ağlamışdır. Bacısı Zemfira “Zahid niyə o yazığı öldürüb” deyib bu hadisə ilə barışa bilməmiş, bu dərd onu öldürəcəyini demişdir.Axırda Zemfira özü infarkt olub rəhmətə getmişdir.Zemfira ilə Bəyim rəfiqə olmuşlar,o Bəyimin Zahid tərəfindən öldürülməsinə dözə bilməmişdir.Hadisə ərəfəsində onun ağlına gəlməzmiş ki, Bəyimi onun yetimçəsi öldürər.Lakin bunu Zahidin dilindən eşidəndən sonra tam əmin olmuşdur.Bəyimin öldürülməsinə görə Zahidə heç bir sual verməmiş, Bəyimin ölümündən sonra Zahidi aparıb Kürdəmir polisi danışdırıb buraxmışlar. Zahidin Bəyimi nəyin üstündə öldürməsini bilmir. Sonradan ona telefonla xəbər vermişlər ki, Zahidi qonşu Bəyimi öldürdüyünə görə həbs etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X28 bacısıdır.Axırıncı dəfə 24 noyabr 2018-ci il tarixdə bacısı Bəyimlə görüşmüşdür.29 noyabr 2018-ci il tarixdə, axşam saatlarında oğlu Əlimərda telefonla ona bacısı Bəyimin evində yanğın baş verməsi nəticəsində ölməsini xəbər vermişdir.Sonra o, bacısının evinə getmiş, həyətdə polis əməkdaşları olmuş, içəri daxil olmağa icazə verməmişlər.Bəyim evdə oğlu Rahillə birgə yaşamış, bütün qohumları və qonşuları ilə münasibəti yaxşı olmuş, heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır.Bacısı Bəyimin gümüş və qızıl-zinət əşyalarına çox həvəsi olmuş, xatırladığına görə ən çox toylarda istifadə etdiyi qızıl sırğası ortasında yaşıl rəngli qaşı olan dördbucaqlı sırğa olmuş, bundan başqa aypara formasında göy qaşlı sırğası da olmuşdur. Bacısı gündəlik qulağına gümüşü rəngli sırğa taxmış, həmin sırğa gümüşü rəngli olmaqla alt hissəsi yumru, ortasında isə naxışları olmuşdur. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Rəvanənin əridir.Təxminən 2018-ci ilin sonlarında Rəvanə ilə Zahidin münasibətləri pisləşdiyindən bir neçə ay ayrı qalmış, 2019-cu ilin əvvəlində barışıb bir yerdə yaşamışlar.Ayrı yaşadıqları müddət ərzində bacısı Rəvanə Bakı şəhərində digər bacısı Ramilənin evində qalmışdır.Zahidlə hərdənbir telefonla əlaqəsi olmuş, Rəvanə isə 2-3 aydan bir Kürdəmirə gəldiyi vaxtlarda gəlib onlara baş çəkmişdir. Zahidlə münasibəti normal olmuş və Zahidin 055/836-92-80 saylı telefon nömrəsinə zəng edib əlaqə saxlamışdır.Zahid Rəvanədən ayrı yaşadığı vaxtda, yəni 2018-ci ilin noyabr ayında gecə saatlarında ona zəng edib Beyi kəndinə gəlib evin həyətində onunla görüşmüşdür.Həmin vaxt Zahidin içkili olduğunu hiss etmişdir.Zahid ondan bacısı Rəvanənin evdə olubolmamasını soruşmuş, o da Rəvanənin burada olmadığını, Bakı şəhərində bacısının evində olduğunu demişdir. Zahidi evə çay içməyə dəvət etmiş, lakin Zahid “tək deyiləm, maşındakı adam var” bildirmiş, sonra ona məcburən 20 manat pul verib “bu pula əmiyə (yəni qayınatasına) siqaret alarsan” demişdir. Sonra anası evin eyvanına çıxıb həyətdə kimin olduğunu soruşmuş, o da gələnin Zahid olduğunu demiş, anası da “Zahidin bu vaxtı burada nə işi var” soruşanda o, anasına Rəvanə ilə barışmağa gəldiyini demişdir.Sonra Zahid maşına oturub getmişdir.Səhər saatlarında Zahid ona zəng edib görüşmək istədiyini bildirmiş və saat 10 radələrində Kürdəmir şəhərində görüşüb çayxanada oturub söhbət etmişlər və söhbətləri Zahidlə Rəvanənin barışmaları barədə olmuşdur. Həmin vaxtdan sonra o, bir daha Zahidi görməmiş, sonradan isə Zahidin qonşusu Bəyim adlı qadına öldürməsinə görə tutulmasını eşitmişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ-21015 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs Kürdəmir rayon sakini kimi tanıyır.2018-ci ilin noyabr ayının 28-dən 29-na keçən gecə saat 24 radələrində Zahid ona yaxınlaşıb Beyi kəndinə getmək istədiyini, həm də yüngül həyat tərzi keçirən Təhminə adlı qadını da özü ilə aparmaq istədiyini demiş, o da etiraz etməmişdir.Həmin vaxt Zahid içkili oluşdur.Sonra Zahid ondan Təhminə adlı qadının telefon nömrəsini götürüb, ona zəng etmiş, bundan sonra gedib həmin qadını və tanımadığı başqa bir qadını da avtomobilə mindirib Beyi kəndinə getmişlər.Zahid Beyi kəndində ailə problemi ilə bağlı qaynatasıgilə getdiyini, qayını ilə söhbəti olduğunu demişdir.Beyi kəndində Zahidin dediyi yerdə maşını saxlamış, Zahid maşından düşüb qışqıraraq kimisə çağırmışdır. Zahid qayını dediyi şəxslə 10-15 dəqiqə söhbət etmiş, onların nə barədə söhbət etdiklərini eşitməmişdir.Həmin vaxt Təhminə və digər qadın maşından düşməmişlər.Sonra onlar Kürdəmir şəhərinə qayıtmışlar və Zahidin təklifi ilə kafedə oturub yemək yemişlər, həm də Zahid araq içmişdir.Sonra o, kafedən çıxıb evinə getmiş, Zahid və iki qadın kafedə qalmışlar. Məhkəmə iclasında Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır, həyətlərində tikdiyi evi yaşaması üçün ona vermiş, o bir müddət arvadı Rəvanə ilə orada yaşamış, sonra Bakı şəhərinə gedib Xocahəsən qəsəbəsində kirayədə yaşamışlar.2018-ci ilin noyabr ayında hansı səbəbdənsə Zahidlə arvadı Rəvanə arasında narazılıq yaranmış və Rəvanə bacısıgilə gedib bir müddət orada yaşamışdır. 28 noyabr 2018-ci ildə səhər saatlarında işə getmiş, nahara gələn vaxt Zahidi həyətlərində görmüşdür.Həmin vaxt bacısı oğlu Tural, xalası nəvəsi Seymur və Zahid əllərində araq, kolbasa, çörək onların evinə gəlmişlər.Sonra oturub bir yerdə yemək yeyib araq içmişlər, bundan sonra o, gedib yatmışdır.Həmin gün axşam saatlarında yuxudan oyandıqda Zahidgili evdə görməmiş, Zahidin hara getməsini bilməmişdir.Sonradan Zahidin nə vaxt evə gəlməsini, həmçinin 29 noyabr 2018-ci il tarixdə səhər tezdən işə getmiş, Zahidin nə vaxt Bakıya getdiyini görməmişdir. Axşamüstü X19 yaşadığı evin qarşısında adamların və polis əməkdaşlarının olduğunu görmüş və qonşuların deməsindən bilmişdir ki, Bəyimin evi yanmış, özü də evdə yanaraq ölmüşdür.Qardaşı Zahid Bakıya köçüb yaşasa da, arabir Kürdəmir şəhərinə anasına baş çəkməyə gəlmiş, çox zaman gəlməkdə məqsədi maddi cəhətdən çətinlik çəkdiyi üçün anasının pensiyasından pul almaq olmuşdur.Zahid ümumiyyətlə xasiyyətcə davakar, avara həyat tərzi keçirən bir insan olmaqla qohum-əqrabaya, dosta, qardaşa diqqət göstərən olmamışdır. Zahid tez-tez spirtli içki qəbul edib dava-dalaş salan, bədxərc, yüngül həyat tərzi keçirən qadınlara meyilli, ailəsinə diqqət göstərməyən olduğundan onunla yaxın münasibəti olmamışdır. Bildiyinə görə 28 noyabr 2018-ci il tarixdə də Zahid anası Zeynəbdən pensiya pulu alaraq kirayə pulunu ödəməkdən ötrü anasının evinə gəlmişdir.Həmin vaxtdan sonra o, qardaşı Zahidi görməmişdir. 2019-cu ilin mart ayında Kürdəmir RPŞ-nin əməkdaşları Bəyim Rəhimovanın öldürülməsində Zahiddən şübhələndiklərini bildirib Zahidi tutub polis şöbəsinə aparıb izahatını alıb buraxmışlar. Bu hadisə barədə soruşanda Zahid ona bildirmişdir ki, Kürdəmir şəhərində yaşayan Elşən adlı şəxsdən 20 manata aldığı telefonu bir müddət istifadə etmiş, sonra kiməsə satmışdır. Həmin telefon da X28ya məxsus olduğu müəyyən edildiyindən polis Zahidi tutub izahat verməsi üçün polisə aparmışdır. Sonradan 2020-ci ilin avqust ayında Zahid tutulandan sonra eşitmişdir ki, X26 öldürmüşdür, lakin Zahid Bəyimi öldürmədiyini, bu işin ona aidiyyəti olmadığını bildirmişdir.X14 öldürülməsi və evinin yandırılması ilə bağlı Zahidin anası Zeynəbə nəsə deməsi barədə məlumatı yoxdur. İşdə olan, «Hadisə yerinə baxış keçirilməsi haqqında» 29 noyabr 2018-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, hadisə yeri mərhum X4 yaşadığı Kürdəmir şəhəri, Bakı prospekti, 41/5 ünvandakı fərdi yaşayış evidir. Baxış zamanı evin ikinci zalında və zalın qarşısındakı birinci otaqda dərin termiki dağılmalar, otağın 35-40% sahəsinin yanaraq qalıqlarının kürsü hissəsinə tökülməsi, iki çarpayının yanaraq metal konstruksiya hissələrin qaldığı müəyyən edilmiş, ev sahibəsi X4 yanaraq kömürləşmiş meyiti aşkar olunmuş, həmin otaqla yanaşı ikinci otaqda da yanğının təsirindən əmələ gəlmiş müxtəlif fəsadların olması müəyyən edilmişdir.Fiziki-kimyəvi tədqiqatı təmin olunması üçün nümunələr və termiki təsirə məruz qalmış çilçıraq, elektrik lampası, kondinsioner, telefon adapteri, qaralmış vəziyyətdə olan yastığın üzlüyü qablaşdırılıb götürülmüş, habelə meyitə baxış zamanı meyitin yanaraq külə dönmüş qalıqları içərisində xarici fiksiya aparatına uyğun mil aşkar edilmişdir. İşdə olan, Kürdəmir RMX-nın məktubu ilə müəyyən edilir ki, X16 xx.xx.2017-ci ildə xəstəxananın travmatalogiya şöbəsinə müraciət etmiş və ona sol bazunun yuxarı 1/3-nin qapalı yerdəyişmiş sınığı, alnın sol hissəsinin hematoması diaqnozu qoyulmuş, ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicə üçün Bakı şəhəri travmatologiya və ortopediya institutuna göndərilmişdir. xx.xx.2008-ci ildən isə şəkərli diabet İİ tip ağır forma diaqnozu ilə xəstəxanada qeydiyyatda olmuşdur, onun əlavə hər hansı bir xəstəliklə əlaqədar dispanser qeydiyyatında olmamışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elmi-tədqiqat və ortopediya institutundan daxil olmuş 09 sentyabr 2020-ci il tarixli sənədlərlə müəyyən edilir ki, 07 iyun 2017-ci il tarixdə Bəyim Rəhimovanın sol bazu sümüyününün cərrrahi boynunda osteosintezi əməliyyatı icra olunmuş və metal lövhə qoyulmuşdur. İşdə olan, "xxxx" MMC-dən daxil olmuş 11 mart 2019-cu il tarixli məktubla müəyyən edilir ki, X4 istifadəsində olmuş **********34800 İMEİ kodlu cihazdan 30 noyabr 2018-ci ildə saat 16:30 radələrində ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus 070/820-55-29 mobil nömrədə 2 dəfə, 27 fevral 2019-cu il tarixdə isə Ağdam rayonunun Saybalı kənd sakini Səfərov Coşğun Hicran oğluna məxsus 070/263-21-02 mobil nömrədə istifadə olunmuşdur. İşdə olan, “Axtarış aparılması haqqında” 11 avqust 2020-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs yaşamış olduğu ünvan 6-da axtarış aparılmışdır. Axtarış zamanı Zeynəb Nuriyevanın yataq otağındakı çarpayıdan ağ rəngli sellofana bükülmüş gümüşü rəngli, bir tayının ilgəyi qırılmış bir cüt sırğa, habelə Təqsirləndirilən şəxs yataq otağındakı dolabdan bir ədəd ağ rəngli uzunqol köynək, 1 ədəd boz rəngli qısaqol köynək, yaşayış evinin zirzəmisindən 2 ədəd ağ və qara rəngli benzin və digər neft məhsullarının doldurulması üçün nəzərdə tutulan qab (konstr), Təqsirləndirilən şəxs yaşamış olduğu evin çardaq hissəsindən bir ədəd mətbəx bıçağı və bir ədəd sellofan torba və üzərində kömürəbənzər predimet aşkar edilmiş və həmin əşyalar qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 22 avqust 2020-ci il tarixli protokollar və əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs satdığı və istintaq zamanı götürülmüş “Samsung” markalı mobil telefon aparatı və ünvan 1 ünvanında Zeynəb Nuriyevanın yataq otağından aşkar edilib götürülmüş 1 cüt sırğa tanınma üçün Bəyim Rəhimovanın bacısı Şahid4 və X7 Rəhimova təqdim olunmuş, Şahid4 və Rahil Rəhimov həmin əşyaları tanıyaraq bu əşyaların Bəyim Rəhimovaya məxsus olduğunu bildirmişlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X4 meyiti yüksək temperaturlu alov təsirindən yanıb kömürləşmiş və xeyli hissəsi, yənin 75-80 %-i külə dönmüşdür.Termiki alov təsirindən meyitin yumşaq toxumalarının və sklet sümüklərinin əksər hissəsinin yanıb kül olduğu üçün ölümün səbəbini təyin etmək mümkün olmamışdır.Bəyim Rəhimovanın meyitindən götürülmüş əzələdə məhkəmə kimya tədqiqatı nəticəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon,1,4 benzodiazeprin törəmələri və salsialatlar aşkar edilməmişdir.Ekspertizaya təqdim olunmuş, Bəyim Rəhimovanın sağ qamış sümüyünə görə onun boyunun hündürlüyü 158-160 sm hüdudları daxilində ola bilərdi. İşdə olan, materialların məhkəmə ekspertizasının 19 dekabr 2019-cu il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, Bəyim Rəhimovanın yataq otağında çarpayının üstündə olan yastıqdan götürülmüş toyuq tükü qarışmış parça külü nümunəsinin və çarpayıdan götürülmüş yarıyanmı parça kəsikləri qarışmış kül nümunəsinin üzərində tez alışan neft məhsullarının (benzin, gerosin və ya dizel yanacağı) izləri vardır.Hadisə yerindən götürülmüş yarıyanmış taxta nümunələrinin, kömür qarışmış kül nümunəsinin, termiki təsirə məruz qalmış plastik hissələrin, çarpayıdan götürülmüş yarıyanmış parça hissələrinin üzərlərində neft məhsullarına məxsus izlər yoxdur. İşdə olan, “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası” üzrə 01 fevral 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evində yanğının mənbəyi evin ikinci zal otağına girişdən sağ tərəfdə yanaşı yerləşən otaqlardan sayca birinci otaq daxilində, otağa girişdən bir qədər irəlidə döşəmə səviyyəsində olmuşdur və yanğın mənbə zonasından yüksələn xətt istiqamətində inkişaf etmişdir.Otaqda yanğın izlərinin xarakterinə görə müəyyən edilmiş mənbə zonasında hər hansı istilik ixrac edə bilən texniki qurğuların yerləşmədiyini və həmin zonadan götürülmüş yanğından sonrakı qalıqların üzərindən neft məhsullarının qalıqlarının aşkar edildiyini nəzərə aldıqda yanğın neft məhsullarından odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir.Təqdim edilmiş nümunələrin, yəni kondisionerin split hissəsinin və digər elektrik qurğularının (elektrik lampası, çilçıraqlar) elektrotexniki tədqiqatı aparıldı və qeyd olunanlarda elektrik qəza hallarını xarakterizə edən əlamətlər aşkar edilmədi.İkinci zal otağında qeyd olunan əşyalar (kondisioner və digər plastik əşyalar) otağın döşəmə səviyyəsində yerləşmişlər, kondisioner isə tavan səviyyəsində quraşdırılmışdır. Bununla belə, yanğın zonasında yanma məhsullarından ayrılan istiliyin 1000-1200Co dərəcədə olduğunu, plastik materialların isə 100-260 Co dərəcə temperaturda əridiyini, eləcə də bu yanğın zamanı yanma məhsulunun və isti hava kütləsinin yuxarıya doğru qalxaraq tavan hissədə toplandığını nəzərə aldıqda, evin daxilində yuxarıda göstərilən temperaturun yaranmasından kondisionerin plastik hissələrinin əriməsi mümkündür. İşdə olan, materialların məhkəmə ekspertizasının 31 may 2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus, tədqiqata təqdim olunmuş-termiki təsirə məruz qalmamış-qara rəngli yun köynək və ağ-qara rəngli ön hissəsi zəncirbəndli köynək üzərlərində neft məhsullarına məxsus izlər yoxdur.Təqsirləndirilən şəxs məxsus, tədqiqata təqdim olunmuş-termiki təsirə məruz qalmamış-göy rəngli cins şalvar və qara rəngli ayaqqabı üzərlərində neft məhsullarına məxsus izlər vardır. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdə əziyyət çəkmir.Cinayət işinin materiallarından və hal hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb.Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs ona itttiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs özünü psixoloyi müdafiə etməyə meyillilik, inadkarlıq, eqosentrizm,başqalarının hiss və həyacanlarına qarşı biganəlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs göstərilən əməllərini törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixiemosionəl sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkəm fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyəti) halında olmamışdır. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 avqust 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, X12 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq və onlar barəsində düzgün ifadə vermək iqtidarındadır. Həmçinin məhkəmə-psixoloji ekspertizası üzrə rəylə müəyyən edilmişdir ki, Zeynəb Nuriyevanın əqli-intellektual imkanları normaya uyğundur.Ünsiyyətçilik, emosionallıq, həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir.İdrak proseslərinin tədqiqi zamanı hər hansı kənaraçıxma halları aşkar edilmədiyindən o, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə düzgün məlumat verə bilər. Zeynəb Nuriyevada yalan danışmağa meyililik əlamətləri aşkar edilmədi. Lakin hadisənin bəzi təfərrüatlarını gizlətməyə cəhd etdiyi, mövzudan yayınmağa çalışdığı müşahidə olundu. Məhkəmə-psixoloji ekspertizası aparılarkən də Zeynəb Nuriyeva sərbəst şəkildə Zahidin Bəyimi öldürməsi barədə ona deməsini, bu barədə bacısı Zemfiraya da dediyini, Zemfiranın bu dərdlə barışa bilməyib öldüyünü, 10 avqustda Zahidin arvadı Rəvanəyə də dediyini etiraf etmişdir. İşdə olan, ambulator məhkəmə-narkoloji tibbi yoxlamanın 07 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir.Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, eksperizaya təqdim edilmiş 22 avqust 2020-ci il tarixli dindirmə protokolunda göstərilən 17 adda malların istifadə olması nəzərə alınmaqla zədələnməmişdən əvvəlki orta bazar qiyməti ümumi dəyəri təxminən 2.380,00 manat müəyyən edilir. İşdə olan, materialların məhkəmə ekspertizasının 17 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 4,20 qram kütləli 1 cüt sırğa təxminən 925 əyarlı gümüşdən hazırlanmışdır.Sırğa cütü kustar üsulla hazırlandığından istehsal edildiyi ölkəni müəyyən etmək mümkün olmamışdır.Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdin olunmuş sırğa cütünün 28 noyabr 2018-ci il tarixinə qırıntı kimi orta bazar qiyməti təxminən 10,50 manat kimi müəyyən edilmişdir. İşdə olan, kompüter-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, təqdim edilmiş bir ədəd sensor ekranlı və “Android 4.3” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy İİİ” markalı “GT- 19300” modelli “**********34802” imei kodu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “Samsung Galaxy İİİ” markalı “GT-19300” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş məlumatlar müəyyən olunmuşdur.Təqdim edilmiş “Samsung Galaxy İİİ” markalı “GT- 19300” modelli mobil smartfonun yaddaşından əldə olunmuş hesabatda “VhatsaApp” proqram təminatında aprılmış məlumat mübadiləsi müəyyən olunmamışdır. Respublikada yerləşən mobil telefon alqı-satqı məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Samsung” markalı “GT-19300” (S3) modelli mobil telefon aparatının satış üçün kompletləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadə olunduğunu nəzərə alaraq, 2018-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 80,00 manat, 050/441-38-43 saylı GSM nömrə 4,0 manat müəyyən olunur. İşdə olan, materialların məhkəmə ekspertizasının 25 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 02 ədəd ağ və qara rəngli konistr içərisində və evin çardaq hissəsindəki çantanın üzərində aşkar edilmiş kömürə bənzər hissəciklər üzərində tezalışan neft məhsullarna məxsus izlər yoxdur.Təqsirləndirilən şəxs məxsus açıq göy rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı üzərində neft məhsullarına məxsus izlər vardır və bu izlər hadisə zamanı götürülmüş yanğından sonrakı qalıqlar (Bəyim Rəhimovanın yataq otağında çarpayının üstündə olan yastıqdan götürüldüyü qeyd olunan toyuq tükü qarışmış parça külü nümunəsi, çarpayıdan götürüldüyü qeyd olunan parça nümunələri) və 01 ədəd yastıq üzlüyü üzərində aşkar edilmiş neft məhsullarının izləri ilə eyni qrup məsubiyyətinə malikdir.Axtarış zamanı Təqsirləndirilən şəxs yaşamış olduğu evin çardaq hissəsindən götürülmüş çantanın üzərində neft məhsullarına məxsus izlər yoxdur.Təqsirləndirilən şəxs məxsus uzunqol poliver və ağ qara rəngli zəncirbəndli uzunqol köynək, Bəyim Rəhimovanın yataq otağının döşəməsindən götürülmüş yarıyanmış taxta nümunələri, yanmış hissədən götürülmüş kül nümunələri, evin zalında olan kondisionerdən olan götürülmüş hissələr və Bəyim Rəhimovanın yataq otağında yatdığı çarpayıdan götürülmüş parça nümunələri üzərində neft məhsullarına məxsus izlər yoxdur. İşdə olan, maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizasının 28 sentyabr 2020ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus cins şalvar, sviter, qısaqol köynək üzərindəki ləkələrdə və 1 cüt ayaqqabı, bıçaq üzərində qan, Təqsirləndirilən şəxs məxsus köynək, yastıq üzlüyü, vodolazka və çanta üzərində isə qana şübhəli hər hansı ləkə aşkar olunmamışdır. İşdə olan, DTX-dən daxil olmuş telefon danışıqlarına və dinləmələrə dair əməliyyattexniki məlumatlarla müəyyən edilir ki, Zeynəb Nuriyeva ilə Şahid8 öz aralarında olan danışıq zamanı Zahidin hadisənin səhərisi günü Bəyim Rəhimovanı öldürməsini anası Zeynəbə demişdir. Həmin məlumatlara əsasən danışıqlar-“Zeynəb:Dedi mən öldürmüşəm. Ay Allah! Ay Allah!.Rəvanə:Elə dedi?.Zeynəb: Hə, elə dedi.Rəvanə:Sən Allah! Dedi mən öldürmüşəm?.Zeynəb:Heç kimə demə deməyim. Rəvanə:Sənə dedi?. Zeynəb: Mənə dedi.Heç kimə demə.Rəvanə:Yox. Zeynəb:Deyirlər e, orda da dedilər mənə ərin (tamamlamır).Gəlinin söz gəzdirəndir.Dedim o, söz gəzdirən deyil, söz basdırandır.Dedilər bilirik necədir.Yığışmışdılar başıma” məzmunundan ibarətdir. İşdə olan, məhkəmə-fonoskopik ekspertizasının 27 noyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X6, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Şahid8 məxsusdur və həmin danışıqların qeydə alındığı şərait qapalı otaq şəraiti üçün xarakterikdir.Həmin səs yazısının məzmunu isə aşağdakı kimidir.Q 1:Bəyimi mən öldürmüşəm.Ay Allax, ay Allax, ay Allax. Q 2: Pah? elə dedi? Q 2: Sən Allah? Q 1:Öldü. Q 2: Hə. Q 1:Bu vaxta qalmışdı çağırdı qapıya gəldi. Söz söhbət də çıxdı da. Q 2:Hm. Q 1:Bəyim ölüb. Cavid dedi ay oğraş nə gəzir /// görürsən aləm qatışıb bir-birinə. Hamını tuturlar. Hamını yığırlar.Rədd old a get. Onnan sonra çıxdı getdi. Q 2: Dedi mən öldürmüşəm?. Q 1: Heç kimə demədi mənə dedi. Q 2: Sənə dedi?. Q 1: Mənə dedi. Heç kimə demə e yanında ///. Q 2: Yox e, yox az yox. Q 1:Deyirlər e, orda da dedilər mənə. Deyib ərün, ərün gəlnün dedi söz gəzdirəndi. Q 2:Hə. Q 1:Dedim o, söz gəzdirən döyül, söz basdırandır. Dedilər bilirüy nətəridi. Yığışmışdı.. başıma. İşdə olan, məhkəmə tikinti-texniki ekspertizasının 26 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ünvan 8 ünvanındakı fərdi yaşayış evinin ümumi sahəsi, 112.2 m2 olmaqla yanğın nəticəsində yaranmış qüsurların ardan qaldırılması üçün aparılmalı təmirtikinti işlərinin hazırkı mövcud bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 5610.0 manat məbləğində müəyyən olunur. İşdə olan, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis Təhlilləri şöbəsindən daxil olmuş 18 noyabr 2020-ci il tarixli rəylə müəyyən edilir ki, X4 yaşadığı ünvan 7 ünvanında xx.xx.2018-ci il tarixdə baş vermiş yanğın zamanı yanmamış əşyaların həmin tarixə orta bazar dəyəri 4.880 manat, yanmış bir ədəd yorğan-döşək dəstinin orta bazar dəyəri 60 manat olmaqla, ümumilikdə qeyd edilən əşyaların orta bazar dəyəri 4.940 manat təşkil edir.İşdə olan, Bakı İstintaq Təcridxanasından daxil olmuş, 25 avqust 20220-ci il tarixli əməliyyat tapşırığına əsasən əldə edilmiş məlumatla müəyyən edilir ki,Təqsirləndirilən şəxs azadlıqda olarkən tüfeyli həyat tərzi sürmüş, müxtəlif işlərdə işlədikdən sonra həmin işlərdən qovulmuş, 28 noyabr 2018-ci il tarixdə Kürdəmir rayonunda olarkən həmin rayonda yerləşən hərbi hissədə xidmət aparan Rahil Rəhimov ilə söhbət etdikdən sonra onun növbədə qalacağından tam əmin olduqdan sonra Bəyim Rəhimovaya qarşı quldurluq etmək niyyətinə düşmüş, öz maddi xərclərini qarşılamaq məqsədi ilə Bəyim Rəhimovaya qarşı quldurluq etməklə onu öldürmüşdür. Cinayəti törədərkən kənar şəxslər olmamış və qətlə yetirdiyi şəxslə əvvəllər qonşuluq münasibəti olmuş, düşmənçilik münasibəti olmamışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 27 noyabr 2020-ci il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən götürülmüş 01 ədəd kondisioner, 02 ədəd çilçıraq, 06 bağlamada qalıq nümunələri, 01 ədəd telefon adapteri, Təqsirləndirilən şəxs məxsus 01 ədəd uzunqol köynək, 01 ədəd uzunqol poliver, Şahid5 məxsus 01 ədəd cins şalvar, 01 ədəd uzunqol köynək, 01 ədəd ağ rəngli mayka, 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək, 02 ədəd ağ və qara rəngli qab (konistr) 01 ədəd mətbəxt bıçağı, 01 ədəd sellofan paket, 01 ədəd kömürləşmiş predimet saxlanması üçün Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, habelə Bəyim Rəhimovaya məxsus “Samsung Galaxy GT- İ9300” (S3) modelli mobil telefon, bir cüt 915 əyyarlı gümüş sırğa, Təqsirləndirilən şəxs məxsus 1 ədəd cins şalvar, 1 cüt qara rəngli ayaqqabı və 01 ədəd yastıq üzlüyü iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, habelə Şahid5, Şahid6 və X9 baş vermiş cinayət hadisələrinə aidiyyətləri olmadığından barələrində CPM-nin 39.2-ci maddəsinə əsasən cinayət təqibi rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Bəyim Rəhimovanı öldürməməsi, Bəyim Rəhimovaya məxsus “Sumsung” markalı mobil telefonu Elşən adlı şəxsdən almasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Habelə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni Bəyim Rəhimovanı öldürməməsi, Bəyim Rəhimovaya məxsus “Sumsung” markalı mobil telefonu Elşən adlı şəxsdən almasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Rahil Rəhimovun və şahidlərin o cümlədən Şahid5, Şahid8, Zeynəb Nuriyeva, Şahid4, Şahid10, Elçin Mənəfov və Şahid2 ifadələri, ekspert rəyləri, o cümlədən materialların məhkəmə ekspertizasının 25 sentyabr 2020-ci il tarixli rəyi ilə (həmin rəyə əsasən tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus açıq göy rəngli cins şalvar və bir cüt qara rəngli ayaqqabı üzərində neft məhsullarına məxsus izlər vardır və bu izlər hadisə zamanı götürülmüş yanğından sonrakı qalıqlar (Bəyim Rəhimovanın yataq otağında çarpayının üstündə olan yastıqdan götürüldüyü qeyd olunan toyuq tükü qarışmış parça külü nümunəsi, çarpayıdan götürüldüyü qeyd olunan parça nümunələri) və 01 ədəd yastıq üzlüyü üzərində aşkar edilmiş neft məhsullarının izləri ilə eyni qrup məsubiyyətinə malikdir), maddi sübutlar və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi məntiqsiz və ziddiyyətli ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində yuxarıda qeyd olunan halları obyektiv həqiqət kimi və sübut kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması,cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir.Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayətləri törətməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində izah verilir ki, xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması,təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 13-cü bəndində göstərilir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir.Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Habelə bu qərarın 15-ci bəndində izah edilir ki, quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11-ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmiş, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi quldurluqla əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yandırmaqla və zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmiş və zədələmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə baxışında müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında məhkum olunması barədə məlumat yoxdur. Habelə Ukrayna Respublikası Krım vilayəti, Simferopol Rayon Məhkəməsinin 16 dekabr 2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Ukrayna Respublikası CM-nin 309-cu maddənin 1-ci hissəsi (narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehsalı, hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması cinayəti) və 152-ci maddənin 2-ci və 3-cü hissələri (zorlama cinayəti) ilə təqsirli bilinib 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan hökm üzrə olan cinayətləri Azərbaycan Respublikasının hüdudlarından kənarda törətmiş və həmin cinayətlərə görə təyin edilmiş cəzanı da Azərbaycan Respublikasının hüdudlarından kənarda çəkmişdir.Eyni zamanda bu hökm Azərbaycan Respublikasının səlahiyyətli orqan və ya məhkəməsi tərəfindən tanınıb Azərbaycan Respublikası qanunvericiliyinə, o cümlədən cinayət qanunvericiliyinə uyğunlaşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hökmdən irəli gələn hüquqi nəticələr Azərbaycan Respublikası cinayət qanunvericiliyinə uyğun olmadığına görə bu hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. İşdə olan, Kürdəmir rayon İHB-nın şəhər İƏD üzrə Nümayəndəliyinin 20 fevral 2020ci il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla (həm də Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində kirayə evdə) yaşamış, ailə üzvləri-arvadı Şahid8 və anası Zeynəb Nuriyevadan ibarət olmaqla yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Məhkəmə hesab edir ki, cinayətin (CM-nin 186.2.2-ci maddəsinə münasibətdə) başqa cinayəti ört-basdır etmək məqsədi ilə ilə törədilməsi Azərbaycan Respublikası CMin 61.1.6-cı maddəsinə, cinayətin (CM-nin 181.3.3-cü maddəsinə münasibətdə) köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi həmin Məcəllənin 61.1.7-ci maddəsinə və cinayətin (CM-nin 181.3.3-cü maddəsinə münasibətdə) xüsusi amansızlıqla törədilməsi bu Məcəllənin 61.1.9-cu maddəsinə əsasən cəzanı ağırlaşdıran hallardır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsun əməli düzgün olaraq CM-nin 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxsun barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun barəsində CM-nin 120.2.4, 120.2.9 və 120.2.11, maddələri üzrə sanksiyada nəzərdə tutulmuş ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsun barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda, təqsirkarın xüsusilə ağır cinayətlər törətməsi və bu cinayətlərin xarakteri və yüksək ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, o cümlədən cinayətin ağır nəticələrə səbəb olması, cinayətin müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirilərək xüsusi amansızlıqla törədilməsini məhkəmə nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının müddəti yuxarı həddə yaxın təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd cins şalvar, 1 (bir) cüt qara rəngli ayaqqabı və 1 (bir) ədəd yastıq üzlüyü, eləcə də iş üzrə götürülmüş 1 (bir) ədəd uzunqol köynək, 1 (bir) ədəd uzunqol poliver, 1 (bir) ədəd sellofan paket və 1 (bir) ədəd kömürləşmiş predimet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə mərhum X10 məxsus 1 (bir) ədəd “Samsung Galaxy GT- İ9300” (S3) modelli mobil telefon aparıtı və 1 (bir) cüt 915 əyyarlı gümüş sırğa, iş üzrə götürülmüş 1 (bir) ədəd kondisioner, 2 (iki) ədəd çilçıraq, 6 (altı) bağlamada qalıq nümunələri, 1 (bir) ədəd telefon adapteri, 2 (iki) ədəd ağ və qara rəngli qab (konistr) 1 (bir) ədəd mətbəxt bıçağı zərərçəkmiş şəxsin hüquqi varisi Rahil Rəhimova təhvil verilməli, eləcə də 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd ağ rəngli mayka, 2 (iki) ədəd uzunqol köynək və 1 (bir) ədəd qısaqol köynək sahibi Şahid5 qaytarılmalıdır. Habelə iş üzrə maddi sübut olan, telefon danışıqlarına və dinləmələrə dair məlumatların yazıldığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə cinayət nəticəsində vurulun maddi ziyan 10740 (on min yeddi yüz qırx) manat təşkil edir və həmin maddi ziyan ödənilməmişdir. Həmçinin iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-1249 (bir min iki yüz qırx doqquz) manat 65 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.9 və 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 avqust 2020-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd cins şalvar, 1 (bir) cüt qara rəngli ayaqqabı və 1 (bir) ədəd yastıq üzlüyü, habelə iş üzrə götürülmüş 1 (bir) ədəd uzunqol köynək, 1 (bir) ədəd uzunqol poliver, 1 (bir) ədəd sellofan paket və 1 (bir) ədəd kömürləşmiş predimet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan, mərhum X10 məxsus 1 (bir) ədəd “Samsung Galaxy GT- İ9300” (S3) modelli mobil telefon aparatı və 1 (bir) cüt 915 əyyarlı gümüş sırğa, habelə iş üzrə götürülmüş 1 (bir) ədəd kondisioner, 2 (iki) ədəd çilçıraq, 6 (altı) bağlamada qalıq nümunələri, 1 (bir) ədəd telefon adapteri, 2 (iki) ədəd ağ və qara rəngli qab (konistr) 1 (bir) ədəd mətbəxt bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X17 təhvil verilsin. Həmçinin iş üzrə götürülmüş və Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd ağ rəngli mayka, 2 (iki) ədəd uzunqol köynək və 1 (bir) ədəd qısaqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra Şahid5 qaytarılsın. İş üzrə maddi sübut olan, telefon danışıqlarına və dinləmələrə dair məlumatların yazıldığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilir ki, cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ vardır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-1249 (bir min iki yüz qırx doqquz) manat 65 (altmış beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar