Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-40/2023 17.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə iki ay on gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 170.3, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə, xx xxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə, xx xxx 1976-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Mil qəsəbəsi, “üzümçülük sovxozu” deyilən yerdə qeydiyyatda olan və Bakı şəhəri, Maştağa qəsəbəsində yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 oğlu yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs – ata kimi xx xxxxxxx 2004-cü ildə anadan olmaqla cinayət törədilən vaxt yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 narkotik satışından əldə ediləcək gəlirdən ona da pay verməsi barədə vədlər vermək vasitəsilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı digər şəxslə qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitələrin, psixotrop maddənin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddənin (bundan sonra -güclü təsir edən maddə) satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə 2021-ci ilin noyabr ayında qabaqcadan razılaşaraq, eləcə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonuncunun İran İRdən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin kütləyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X6 ilə aralarında əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və külli miqdarda güclü təsir edən maddəni istintaqa məlum olmayan tarixdə, vaxtda və yerdən satış məqsədilə qanunsuz olaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşıyaraq İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlətmiş, bu barədə 24 noyabr 2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 qrupun digər üzvü - yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 istifadəsində olan “Redmi” markalı mobil telefonda +**********45 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiqinə həmin telefonda “Əsgər Emi” adı ilə adlar siyahısına əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus olan +**********44 saylı mobil nömrə vasitəsilə zəng edərək məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs4 Beyləqan rayonu Mil qəsəbəsində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7in vəfatı ilə bağlı təşkil edilmiş “cümə axşamı” mərasimində iştirak etmək bəhanəsi ilə Təqsirləndirilən şəxs4 ilə birlikdə, eləcə də qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə birlikdə özünün etibarnamə əsasında idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 24 noyabr 2021-ci il tarixdə günorta saatlarında Beyləqan rayonu Mil qəsəbəsinə gedib mərhum İnşallah Allahverdiyevin vəfatı ilə bağlı təşkil edilmiş məclisdə iştirak etdikdən sonra gəldiyi şəxslərlə birlikdə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, həmin gün saat 23 radələrində Beyləqan rayonunda tanışı ilə görüşmək bəhanəsi ilə Bakı şəhəri Qaradağ rayonu ərazisindən yenidən geri qayıtmış və digər şəxs tərəfindən göndərilmiş Azərbaycan Respublikasının ərazisinə keçirilərək Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun yuxarıda qeyd edilən hissəsində gizlədilmiş içərisində qeyd edilən kütlələr olan kisənin olduğu yer barədə qrupun digər üzvü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 istifadəsində olan “WhatsApp” tətbiqi vasitəsi ilə göndərilmiş koordinatlara və şəkillərə uyğun olaraq N noyabr 2021-ci il tarixdə saat 02 radələrində Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmək üçün getmiş, Təqsirləndirilən şəxs1 cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs4 ilə özünün idarə etdiyi avtomobildə qalaraq Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmələrini gözləmiş, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yuxarıda qeyd edilmiş ərazidə gizlədilmiş içərisində qeyd edilən kütlələr olan narıncı rəngli bir ədəd kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək Təqsirləndirilən şəxs1 və cinayətdən xəbərsiz Təqsirləndirilən şəxs4 yanına daşıyarkən həmin gün saat 02:20 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq həmin kisə onlardan götürülmüş, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yaxalandıqlarını görüb idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə sürüb həmin ərazidən uzaqlaşarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən izlənilərək Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində saxlanılmış, həmin vaxt Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində magistral yolun kənarında «Pusqu» sərhəd naryadına rəhbərlik edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi polkovnik Zərərçəkmiş şəxs avtomobildən düşüb özünü onlara təqdim edərək “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təslim olmasını və əlindəki bıçağı ona verməsini tələb etmiş, lakin o, hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qanuni tələblərini icra etməyə borclu olduğu halda, bunu etməyərək təslim olmaqdan və bıçağı ona verməkdən imtina edərək əlində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs zərbə vurmağa cəhd edib zor tətbiq etməklə müqavimət göstərmiş, sonuncu bıçağı zorla əlindən alaraq onu zərərsizləşdirdikdən və digər hərbi qulluqçu Şahid4 cinayətdən xəbərsiz olan Təqsirləndirilən şəxs4 saxladıqdan sonra DSX-nin hərbi hissəsinə aparılmış, daha sonra qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 götürülmüş narıncı rəngli bir ədəd kisəyə baxış keçirilərkən kisənin içərisində 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243 qram və 248 qram, ümumi təmiz çəkisi 491 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 243,1 qram və 232,5 qram, ümumi təmiz çəkisi 475,6 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 50,5 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış külli miqdarda narkotik vasitə tiryək, üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan, üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram olmaqla, tramadol hidroxlorid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qram təşkil edən 199 ədəd konvalyutda ümumilikdə 1990 ədəd külli miqdarda üzərilərində “225” yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı güclü təsir edən həblər, 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 999,6 qram, 1060,3 qram, 517,4 qram, 289,6 qram, 531,5 qram, 295,7 qram, 1080,9 qram, ümumi təmiz çəkisi 4775,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə qonşusu Elşənin atasının hüzür yerində iştirak etmək üçün Beyləqan rayonuna getmiş, həmin vaxt onunla oğlu Araz, qonşuları Əfqan və Elşən də olmuşdur. Həmin hüzür yerində daha doğrusu “cümə axşamı” mərasimində iştirak etdikdən sonra oradan çıxmışlar və Beyləqan rayonu ərazisində çayxanada oturmuşlar, daha sonra Əmirzeyidli kəndi istiqamətində avtomobilini sürmüşdür. Ona silah lazım olduğundan Əmirzeyidli kəndinə silah götürmək üçün getmiş, lakin yanında olan şəxslərin heç birinin bundan xəbəri olmamışdır. Həmin hadisə yerində Əfqan və oğlu Araz avtomobildən düşmüş, sonra isə onu və Elşəni saxlayıb DSX-nin həmin yerdəki hərbi hissəsinə gətirmişlər, orada isə onları döyüb pis vəziyyətə salmış, narkotik götürməyə gəldiklərini etiraf etməyi onlardan tələb etmişlər. Bundan sonra qarşılarına içində narkotik olan torba qoyulmuş və üzərilərinə götürmələri tələb edilmiş, onlara qarşı bir çox qanunsuzluqlar edilmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yerə silah götürmək üçün getmiş, narkotik barədə heç bir məlumatları olmamış, narkotik götürməmişlər. Araz və Əfqan təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüş, az sonra onun idarə etdiyi avtomobilin yanına hərbiçilər gəlmiş, onu və Elşəni saxlamışlar. O, heç yerə qaçmamış, üzərində bıçaq olsa da heç kimə müqavimət göstərməmişdir. Onu saxlayan şəxslərin kim olduğunu bilmədiyindən bıçağı əlində saxlayıb, həmin şəxslərin kim olduğunu soruşmuş, məqsədi onları qorxutmaq olmuşdur. Yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 da məsuliyyətə cəlb ediləcəkləri ilə hədələmişlər. “Əsgər” adlı iranlı şəxsi tanımış, lakin onunla narkotik vasitələr barədə söhbətləri olmamış, “Əsgər” adlı şəxslə əlaqəsi barədə yanında olan şəxslərin məlumatı olmamışdır. 24 noyar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 atasının “cümə axşamı” mərasimində iştirak etmiş, N noyabr 2021-ci il tarixdə təxminən saat 2 radələrində saxlanılmışlar. Həmin yerə də iranlı şəxs tərəfindən qoyulacaq silahı götürmək üçün getmişdir. Araz və Əfqan təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüş, o, isə bir qədər irəlidən silah olan bağlamanı götürməyə hazırlaşmışdır. “Əsgər“ adlı iranlı ilə özü danışmış, oğlu Arazın bu danışıqlardan xəbəri olmamışdır. “Əsgər” adlı şəxs Arazın telefonuna canlı “konum” (olduğu yerə dair məlumat) atmış, onun telefondan başı çıxmadığı üçün oğlu Araz həmin konumdan istifadə edib ona yol göstərmişdir. Həmin vaxt Elşən və Əfqan da maşında olmuş, avtomobili özü idarə etmiş, qabaqda Araz oturmuş və ona istiqamət göstərmiş, arxada isə Əfqan və Elşən oturmuşlar. Əsgər adlı şəxsdən silahı 1000-1200 manat pul müqabilində almağa razılaşmışdır. Məhkəmə iclasında sənədlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayonu Mil qəsəbəsinə gəlmiş, “cümə axşamı” mərasimində iştirak etmiş, daha sonra Bakı şəhərinə qayıtmışdır, təxminən Qaradağ rayonunda olarkən ona zəng edilmiş, iranlı şəxs torbanı Beyləqan rayonu ərazisinə qoyduğunu demiş, buna görə də həmin vaxt o, yoldan geri qayıtmışdır. Elşən və Əfqan ondan niyə geri qayıtdıqlarını soruşduqda o, işi olduğu üçün geri qayıtdığını bildirmiş, başqa bir söz deməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı müvafiq olaraq 25 və 26 noyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, əvvəllər dörd dəfə məhkum olunmuş, təxminən 2021-ci il tarixdə həbsxanada tanıdığı Elçin adlı şəxs ona İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsdən narkotik vasitələr götürə biləcəyini demişdir. Sonra tanışı Elçin adlı şəxs onun mobil nömrəsini İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxsə verəcəyini bildirmiş, həmin zaman cəzaçəkmə müəsissəsində olduğundan oğlu Arazın mobil nömrəsini onlara vermişdir. 03 sentyabr 2021-ci il tarixdə cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə oğlu Arazın mobil telefonu vasitəsilə əlaqə saxlamış və onunla mütəmadi olaraq danışmışdır. İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxs ona mobil telefon vasitəsilə narkotik vasitələrini zaman içində göndərəcəyini bildirmiş, 24 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində “Əsgər” adlı şəxs oğlu Arazın mobil telefonu vasitəsilə əlaqə saxlayaraq ona Beyləqan rayonuna gəlməsini bildirmiş, sonra "Whatsapp” sosial şəbəkəsi ilə oğlu Arazın mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmiş, saat 20:00 radələrində **-DZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı şəxsi avtomobili ilə oğlu Araz və qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan istiqamətində yola düşmüş, “Əsgər” adlı şəxsin sosial şəbəkə vasitəsilə göndərdiyi məkana oğlu Arazı və qonşusu Əfqanı göndərmişdir. Maşında bir neçə dəqiqə gözləyəndən sonra qışqırıq səsləri eşitmiş və həmin zaman bir nəfərin hərbi geyimdə maşına yaxınlaşdığını görmüş, həmin şəxs yaxınlaşarkən o, yüksək sürətlə uzaqlaşmış, lakin buna baxmayaraq onu təqib edərək saxlamışlar. Həmin zaman maşına bir neçə hərbi geyimli şəxslərin yaxınlaşdığını görmüş, o, sağ əlində bıçaqla maşından tələsik düşərkən yerə yıxılmış, sonra onun sağ qolundan bir nəfər hərbi geyimli şəxs qaldıranda kim olduğunu bilməyərək bıçaqla vurmaq istəyərkən həmin şəxs əlindən bıçağını götürərək ona hərbiçi olduğunu bildirmiş, sonra həmin əraziyə daha bir neçə hərbi qulluqçu gəlmiş, onu hərbi hissəyə aparmışlar. X24 Respublikasında olmamış, narkotik vasitələrin aludəçisi olmuşdur. Axırıncı dəfə 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayonuna narkotik vasitə götürməyə gedərkən heroindən istifadə etmişdir. “Əsgər” adlı şəxs narkotik vasitənin olduğu yerin şəklini oğlunun mobil telefonuna göndərmiş, onlar naviqator proqramından istifadə edərək həmin əraziyə getmişlər. Həmin əraziyə çatdıqdan sonra oğluna və Əfqana düşüb narkotik vasitələri götürüb gətirmələrini demiş, bağlamanın içərisində narkotik vasitələr olduğunu bilmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirdikdən sonra “Əsgər” telefonla narkotik vasitələri hara qoyacağını ona deyəcəyini bildirmiş, kimə və hara təhvil verəcəyini daha əvvəldən bilməmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirtməsinə görə Əsgər bağlamada olan narkotik vasitələrdən ona da verəcəyini demişdir. Narkotik vasitələri İran İslam Respublikasından kimin gətirməsindən məlumatı olmamışdır. Saxlanıldığı zaman ona qarşı fiziki, psixoloji təyziq edilməmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ona fiziki zor tətbiq edildiyi üçün ifadələrini oxumadan imzalamışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində verdiyi 18 mart 2022ci il və 23 may 2022-ci il tarixli əlavə ifadələrində göstərmişdir ki, Elşən Maştağa qəsəbəsində onun qonşusu olmuş, Elşəni təxminən 2000-ci ildən Maştağa qəsəbəsində məskunlaşan vaxtdan tanımış və onunla mehriban qonşuluq, həm də dostluq münasibətləri olmuşdur. Elşən əslən Beyləqan rayonundandır, lakin onun Beyləqan rayonunun harasından olmasını dəqiq bilmir. Elşən ev təmiri ustasıdır. Əfqanı uşaqlığından qonşusu kimi tanımış, onunla mehriban qonşuluq, həm də dostluq münasibətləri olmuşdur. Əfqanla Elşən təxminən 20 il bir məhəllədə yaşamışlar, onların münasibətləri yaxşı olmuşdur. Elşənin və Əfqanın narkotik vasitə və ya psixotrop maddə qəbul edibetməmələri, həmçinin onların narkotik satışı ilə məşğul olub-olmamaları barədə məlumatı olmamış, özü isə əvvəllər xatırlamadığı şəxslərdən aldığı heroin və tiryəkdən istifadə etmişdir. Lakin heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısı ilə məşğul olmamış, oğlu Araz heç vaxt narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. O, 24 noyabr 2021-ci il tarixədək heç vaxt Beyləqan rayonuna səfər etməmiş, nə də ki Elşən, Araz və Əfqanla birlikdə və ya onların hər biri ilə ayrı-ayrılıqda əvvəllər Beyləqan rayonuna heç vaxt gəlməmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərindən Elşən Maştağa qəsəbəsində onun evində təmir işləri aparmış, 21 noyabr 2021-ci il tarixdə Elşən onun evində təmir işləri aparan zaman ona atası İnşallahın rəhmətə getdiyini, ailəsi ilə birlikdə dəfndə iştirak etdiyini, ailəsinin Beyləqan rayonunda qaldığını, yaxınlarda atasının cümə axşamı mərasiminin olacağını və Beyləqan rayonuna getmək istədiyini bildirmiş, həmin vaxt o, Elşənə başsağlığı vermiş və birlikdə atası İnşallahın cümə axşamı mərasimində iştirak edəcəklərini bildirmişdir. Evdə olan oğlu Araz da onunla birlikdə gələcəyini bildirmiş, qonşuları Əfqan da onlarla birlikdə yasa gəlmək istədiyini bildirmiş və o razılaşmışdır. 24 noyabr 2021-ci il tarixdə, səhər saat 10 rədələrində o, idarə etdiyi “VAZ 2106” markalı, **- DZ-*** nömrəli avtomobillə qonşuları Əfqan, Elşən və oğlu Arazla birlikdə Elşənin mərhum atasının cümə axşamı məclisində iştirak etmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evindən Beyləqan rayonuna yola düşmüşlər. O, 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayonunda Elşənin ata evində onun atası İnşallahın cümə axşamı mərasimində təxminən səhər saat 12-dən axşam saatlarına qədər Araz, Əfqan və Elşənlə birlikdə iştirak etmiş, həmin gün saat təxminən 16-17 radələrində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əsgər adlı şəxs oğlu Araza məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib onunla əlaqə saxlamışdır. Əsgərin adi qaydada və yaxud "Whatsapp" vasitəsilə zəng etməsini xatırlamır. Əsgər telefonda onunla hal-əhval tutub necə olmağını soruşmuş, o, Əsgərə Beyləqan rayonuna yas məclisinə gəldiyini demiş, Əsgər ona əmanətin hazır olduğunu demişdir. Həmin gündən təxminən 5-6 gün əvvəl Əsgər ilə telefonda danışan zaman Əsgərdən ona "Kalaşnikov" tipli avtomat silah satmasını xahiş etmiş, Əsgər də ona 1200 manat müqabilində "Kalaşnikov" tipli avtomat silah, üzərində isə hədiyyə olaraq tapança verə biləcəyini demişdir. Əsgər ona telefonda danışan zaman silahın hazır olduğunu dedikdə o, Əsgərə silahı ona verməsini demiş, Əsgər isə ona gecəyə kimi gözləməsini, hava qaraldıqdan sonra silahı ona kimləsə göndərəcəyini demişdir. Lakin Əsgər ona həmin şəxsin kim olmasını deməmiş, o, axşama kimi gözləmişdir. Saat təxminən 23:30 radələrində o, Əsgərə "Whatsapp" vasitəsilə zəng edib ondan bir xəbər çıxmadığını, Bakıya qayıtmalı olduğunu deyib silahla maraqlanmış, həmin vaxt çox keçməmiş Əsgər "Whatsapp" vasitəsilə Arazın telefonuna silahı qoyduğu yerin koordinatlarını və bağlamanın şəklini göndərmiş, Əsgər ona "Whatsapp" vasitəsilə bağlamanın yerini göndərdikdən sonra o, Əfqan, Elşən və oğlu Araz birlikdə ona məxsus "VAZ-2106" markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlamanın olduğu yerə getmişlər. Onun mobil telefondan yaxşı başı çıxmadığı üçün həmin yerə çatdıqda telefonu Araza vermiş və ona bağlamanı götürüb gəlməsini tapşırmışdır. Araz, onun ardınca isə Əfqan avtomobildən düşmüşlər. Elşən onunla birlikdə avtomobildə əyləşmiş, Araz ilə Əfqan avtomobildən düşdükdən sonra o, təxminən 100 metr qabağa gedib avtomobili döndərib geri qayıdan zaman maşının üstünə dəqiq xatırlamadığı sayda təxminən 10 nəfər tanımadığı, əllərində müxtəlif dəmir əşyalar olan mülki geyimli şəxslərin hücum etdiyini görmüş, qorxduğundan avtomobili sürətlə sürərək uzaqlaşmağa başlamış, daha sonra təxminən 200 metr getdikdən sonra oğlu Araz və Əfqanı arxada qoyduğunu düşünüb yenidən geri qayıtmış, həmin yerə geri qayıdan zaman o, mülki geyimli çoxlu şəxslərin orada olduğunu görmüş, həyəcanlanıb yenidən maşını geri qaytararaq həmin şəxslərin arasından avtomobilini idarə edib keçib Elşəngilin evi istiqamətində hərəkət etmiş, N noyabr 2021-ci il tarixdə “VAZ 2106” markalı avtomobillə sürətlə həmin yerdən uzaqlaşarkən Elşən ona bu şəxsləri tanımadığını, onların evinə sürməyi və bəlkə qardaşlarının kömək edə biləcəyini demiş, Elşənlə başqa bir söhbət etməmişdir. Həmin vaxt heç kim onlara saxla və dayan əmri verməmiş, maşını yüksək sürətlə idarə edib uzaqlaşan zaman onları rəngini xatırlamadığı, hər ikisi sedan olan iki mülki avtomobil təqib etməyə başlamış, onların heç bir hərbi və digər nişanları olmamışdır. Həmin vaxt onun arxasınca gələn bir maşın əvvəlcə gəlib saxlamış, onun arxasınca qısa müddətdən sonra digər mülki avtomobil gəlmişdir. Həmin avtomobillərdən biri xarici markalı, digəri isə sovet istehsalı olmuş, Elşəngilin evlərinin yaxınlığında o, maşını özü saxlamış, Elşəni və onu avtomobildən düşəndə tutan zaman ətrafda heç kim olmamış, onları təqib edən avtomobildən düşən şəxslər onlara özlərini təqdim etməmiş, həmin şəxslərin əynində forma olmamış, mülki geyimdə olmuşlar. Həmin şəxslər əvvəlcə özlərini təqdim etməmiş, sonra onun əlindəki bıçağı gördükdən sonra biri ona yaxınlaşaraq əlindəki bıçağı verməyini istəmiş, o, həmin şəxsdən kim olduğunu soruşduqda həmin şəxs ona hərbi-polis işçiləri olduqlarını bıçağı onlara təqdim etməyini demiş, polis işçisi olduqlarını dedikdən sonra könüllü qaydada əlindəki bıçağı tiyəsi aşağı vəziyyətdə vermək üçün ona tərəf uzatmışdır. Bu vaxt həmin şəxs bir əli ilə onun qolunu tutaraq digər əli ilə bıçağı onun əlindən götürmüşdür. Bundan sonra onu və Elşəni maşınla hərbi hissəyə aparmışlar. N noyabr 2021-ci il tarixdə onları saxladıqları zaman o, avtomobildən düşərkən yıxılmamış, onu saxlayan şəxslərin kim olduğunu bilməmiş, buna görə də özünü müdafiə etmək, ehtiyat və özünü qorumaq məqsədilə əlində bıçaqla maşından düşmüşdür. Həmin vaxt sağ əlində saxladığı bıçağın tiyəsi aşağı olmuşdur. Elşən və o, N noyabr 2021-ci il tarixdə onları tutan mülki geyimli şəxslərə heç bir müqavimət göstərməmişlər. Elşənin avtomobildə bıçaq olması barədə məlumatı olmamışdır. O, N noyabr 2021-ci il tarixdə avtomobildən düşən zaman onu tutan şəxsə bıçaqla və ya əllə zərbə vurmamışdır və vurmağa cəhd etməmişdir. O, bıçağı maşının saxlanc yerindən götürmüş və bıçağı maşının saxlanc yerində saxlamışdır. Tanımadığı şəxslər gəlib Elşəni də, onu da Araz ilə Əfqanı avtomobildən düşürtdüyü yerə aparıb şəkillərini çəkmiş və bağlamanın içərisindən təxminən 5 kiloqram marixuana, metamfetamin, kokos kimi tanıdığı narkotik vasitə və dərman pireparatları çıxartmışlar. O, ora "Kalaşnikov" tipli avtomat silah və tapança götürməyə getmiş, bağlamada narkotik vasitə olmasından əvvəlcədən məlumatı olmamışdır. O, Əsgər adlı İran İslam Respublikası vətəndaşı ilə təxminən 2021-ci ilin oktyabr ayında telefon vasitəsilə tanış olmuş, Əsgərin nömrəsini ona kimin verməsini dəqiq xatırlamır. O, heç vaxt narkotik vasitə satmamış, lakin narkotik vasitə alüdəçisi olmuşdur. O, oğlu Araza, qonşuları Əfqan və Elşənə ona "Kalaşnikov” tipli avtomat silah və tapança göndəriləcəyi barədə deməmiş, sadəcə onlara ona bağlama gəlməli olduğunu demişdir. Həmin bağlamanın haradan gəlməsi, kimin göndərməsi və içərisində nə olması barədə onlara heç bir söz deməmişdir. Araz və Əfqan avtomobildən düşərkən silah götürmək üçün getdiklərini bilməmişlər. Onun istifadəsində sadə tipli mobil telefon olmuş, onun mobil telefonuna "Whatsapp" proqramı yükləmək mümkün deyildir. Adi zənglə zəng etməyə kontur çox getdiyi üçün Arazın mobil telefonu ilə Əsgərə yığmışdır. O, müasir modelli, düyməsi olmayan telefon işlətməyi bacarmır, həmin telefonlarda 1 rəqəm belə yaza bilmir. “Əsgər Emi" adı ilə qeyd edilən +**********44 saylı mobil nömrə Əsgər kimi tanıdığı və ona "Kalaşnikov" tipli avtomat silah və tapança göndərməli olan şəxsə məxsus olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonda olan mesajlar silahın göndərilməsi ilə bağlı yazılmış, narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Arazın telefonundan +**********44 saylı mobil nömrəyə yazılan bütün mesajları o, şifahi demiş, Araz yazıb göndərmişdir. Həmin vaxt onun üzərində 1200 manat pul olmamış, pulu silahı götürdükdən sonra Əsgərin ona deyəcəyi kart nömrəsinə göndərəcəyini bildirmişdir. Ona məxsus bank kartı olmamışdır. O, Əsgərin deyəcəyi kart nömrəsinə ödəmə aparatları vasitəsilə pul göndərəcəyini bildirmişdir. Düşmənləri olduğundan özünü müdafiə etmək üçün silah almağı çoxdan fikirləşmişdir. 24 noyabr 2021-ci il tarixdə ömründə ilk dəfə Beyləqan rayonuna gəlmişdir. Onun Beyləqan rayonu ilə heç bir əlaqəsi olmamışdır. Beyləqan rayonuna Elşənin atasının yas məclisi üçün gəlmişdir. O, bağlamanı götürdükdən sonra Bakı şəhərinə qayıdacaqlarını bildirmişdir. Əsgər adlı İran İslam Respublikası vətəndaşının ona bağlamanı kimin vasitəsilə göndərməsi barədə onun heç bir məlumatı olmamışdır. Əsgər adlı İran İslam Respublikası vətəndaşının ona göndərəcəyi “Kalaşnikov" tipli avtomat silahı və tapançanı haradan əldə edəcəyi barədə məlumatı olmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs1 elan olunmuş ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı - Bakı şəhəri Maştağa qəsəbəsində olan evlərini qonşuları Elşən adlı usta təmir etmiş, o, Elşənin atasının rəhmətə getdiyini bilib bu barədə atasına da məlumat vermiş, atası da yas mərasimində iştirak etmək üçün gedəcəklərini bildirmişdir. Buna görə də 24 noyabr 2021-ci il tarixdə atasının idarə etdiyi avtomaşınla Beyləqan rayonuna yola düşmüş, maşında qonşuları Əfqan və Elşən də olmuşdur. Elşənin atasının həyətində “cümə axşamı” mərasimində iştirak edib oradan çıxıb, çayxanaya getmişlər. Bir qədər sonra atası maşın sürmüş, o, isə özünə aid telefonla iranlı vətəndaşı ilə yazışmış, həm də ona səsli mesajlar göndərmişdir. Onun yazışdığı iranlı bildiyi şəxs ona “gəl çıx, öldüm soyuqdan” deyə yazmış, həm də gələndə siqaret də almağı tapşırmışdır. Buna görə də həmin şəxsin Azərbaycan ərazisində olduğunu, azərbaycanlı olduğunu hiss etmiş, həmin şəxs adının “Əsgər” olduğunu demişdir. Əsgər onun telefonuna gələcəkləri yerin konumun (koordinatlarını) atmış, həmin yer Beyləqan rayonu Əmirzeyidli kəndi olmuşdur, Əsgər adlı şəxs mesaj yazaraq yolu başa salmış, sonuncu həmin kəndi yaxşı tanımışdır. Konum atılan yerə çatdıqda o, və Əfqan təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüşlər, atası da ona bildirmişdir ki, həmin yerdə olan bağlamanı da götürsün. Bundan sonra atası maşını döndərmək üçün irəli sürmüş, az sonra 20 nəfərə yaxın şəxs onu və Əfqanı tutub əllərini bağlamışlar, heç onların təbii ehtiyaclarını ödəməyə və bağlamanı götürməyə imkanları olmamışdır. Onun avtomobildən düşdüyü yer Əmirzeyidli kəndi olmuş, hava soyuq və küləkli olmuş, yol da palçıqlı olmuşdur. Konum atılan yerdən təxminən 70-80 metr aralıda maşından düşmüş, həmin vaxt telefonu da üzərində olmuşdur. Bağlamanı götürə bilməsələr də onları tutmuş, daha sonra atasını və Elşəni də tutub gətirmişlər. Atası bağlamada silah olmalı olduğunu bildirmiş, o, isə atasının silah götürmək üçün gəlməsindən məlumatının olmadığını bildirmişdir. Həqiqətən də atasının silah götürmək üçün gəlməsini tutulandan sonra bilmişdir. Atası Azərin silah götürmək üçün gəlməsindən Elşən və Əfqanın da məlumatı olmamışdır. Tutulandan sonra DSX-nin zastavasında onu müdafiəçi ilə təmin etməmişlər, o, hər hansı izahat yazmamış, hərbiçilərin yazdığı izahatlara imza etmişdir. Bundan sonra onu zastavadan Bakı şəhərinə aparmışlar, lakin orada da nə vəkil, nə də ki qanuni nümayəndə görməmişdir. Tutularkən torbanı yanıda hərbiçilər açmış, içindəkiləri də çəkmişlər. Beyləqana gəlməmişdən əvvəl atası ona bildirmişdir ki, onun telefonuna iran nömrəsindən zəng ediləcək və bir müddət sonra zəng edilmiş, lakin kimin birinci yazmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs3 narkotik vasitə götürmək üçün getməsindən məlumatının olmamasını nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 ibtidai araşdırma zamanı müvafiq olaraq 25 və 26 noyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilərək məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, atası Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəsissəsindən azadlığa buraxıldıqdan sonra İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxslə onun mobil telefonu vasitəsilə əlaqə saxlamışdır. 24 noyabr 2021-ci il tarixdə saat 17:00 radələrində Əsgər adlı şəxs onun mobil telefonu vasitəsilə əlaqə saxlayaraq atası Təqsirləndirilən şəxs1 Beyləqan rayonuna gəlməyini bildirmişdir. Sonra "Whatsapp" proqramı ilə onun mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmişdir. Saat 20:00 radələrində atası Təqsirləndirilən şəxs1 şəxsi avtomobili ilə qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan istiqamətində yola düşmüşlər. “Əsgər” adlı şəxsin "WhatsApp" vasitəsilə göndərdiyi məkana atası Təqsirləndirilən şəxs1 onu və qonşusu Əfqanı göndərmişdir. Ağac tərəfə yaxınlaşanda narıncı rəngli torbanı görmüş və həmin istiqamətə doğru hərəkət etmişlər. Həmin narkotik vasitələr olan torbanı götürdükdən sonra kimsə uca səslə "Dayan!" çağırışı vermişdir. Həmin zaman qaçmaq istəyərkən onu yaxalamışlar. Sonra həmin əraziyə daha bir neçə hərbi qulluqçular gəlmiş və onu hərbi hissəyə aparmışlar. O, daha əvvəl İran İslam Respublikasında olmamışdır. O, narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. İstifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. “Əsgər” adlı şəxs narkotik vasitənin olduğu yerin şəklini atmış, atası ona həmin yeri göstərmiş və o, Əfqanla birlikdə onu götürmək üçün avtomobildən düşərək həmin istiqamətdə hərəkət etmişdir. Bağlamanın içərisində narkotik vasitələr olduğunu bilmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirdikdən sonra Əsgər telefonla narkotik vasitələri hara qoyacağını deyəcəyini bildirmiş, kimə və hara təhvil verəcəyini daha əvvəldən bilməmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirtməyinə görə Əsgər atasına narkotik tərkibli dərman verəcəyini demişdir. Narkotik vasitələri İran İslam Respublikasından kimin gətirməsindən məlumatı olmamışdır. O, saxlanıldığı zaman ona qarşı fiziki, psixoloji təzyiq edilməmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, ona fiziki zor tətbiq edildiyi üçün ifadələrini oxumadan imzalamışdır. Həmçinin məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində verdiyi 18 mart 2022-ci il tarixli əlavə ifadəsində Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 2021-ci ilin noyabr ayında xatırlamadığı tarixdə atası Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşayan Elşənin atasının yas mərasiminə getməyi qərar vermişlər. Bundan sonra axşam saat 17:00-18:00 radələrində atası Azərin idarə etdiyi “VAZ 2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qonşuları Əfqan və Elşənlə birlikdə Beyləqan rayonuna Elşənin atasının yas mərasimində iştirak etmək üçün yola düşmüşlər. Elşən əslən Beyləqan rayonundan olmuş, ancaq dəqiq harasından olmasını bilməmişdir. Onlar yolda olan zaman atası ona İran operatoruna məxsus +**********44 saylı mobil nömrəni vermiş, həmin mobil nömrə ilə yazışmağını və yas yerindən çıxdıqdan sonra həmin mobil nömrə sahibinin dediyi yerdən bağlama götürəcəklərini ona demiş, yolda gələrkən həmin mobil nömrə ilə yazışmışdır. Onun yazdıqlarını atasına demiş, atasının dediyi cavabları isə ona yazmışdır. Təxminən 2-3 saat sonra Beyləqan rayonunda Daşburun deyilən ərazidə yerləşən Elşəngilin evlərinə çatmışlar. Elşəngilin evində təxminən 1-2 saat yas mərasimində iştirak etmişlər. Həmin yerdən çıxıb təxminən 10-15 dəqiqə irəlilədikdən sonra atası maşını saxlamış və ona yoldan bir az kənarda ağacın altında bağlama olduğunu və gedib həmin bağlamanı götürməyini bildirmişdir. Bundan sonra o, Əfqanla maşından düşmüş və bağlamanı götürmək üçün təxminən 40-50 metr irəliləmişdir. Onlar həmin yerə doğru gedərkən bağlama olan yerə çatmamış qəflətən qara geyimli şəxslər onları tutmuşlar. Onlardan sonra isə atası və Elşəni tutmuşlar. Daha sonra onları hərbi hissəyə apardıqlarına görə onların sərhəd xidmətinin hərbi qulluqçuları olduğunu bilmişdir. Əsgər adlı şəxsi əvvəllər tanımamış, onun şəxsiyyəti barədə hər hansı məlumatı olmamışdır. O, Əsgər adlı şəxsi görməmiş, onunla mobil telefon vasitəsilə görüntülü danışmamışdır. İran operatoruna məxsus +**********44 saylı mobil nömrəni atası Azər onlar yolda Beyləqan rayonu ərazisinə gələrkən ona vermişdir və onunla yazışmağını, həmin şəxsin onlara yolu göstərəcəyini bildirmişdir. Lakin nə ünvanı olduğunu və nədən ötrü olduğunu ona deməmişdir. Atası Təqsirləndirilən şəxs1 İran operatoruna məxsus +**********44 saylı mobil nömrəni hardan əldə etməsi barədə məlumatı yoxdur. Atası Azərin sadə mobil telefonu olmuşdur və onun mobil nömrəsini xatırlamır. Atası Azərin mobil telefonu sadə düyməli telefon olmuşdur. Onun mobil telefonunda “WhatsApp” proqramı yüklənməmişdir. Ona görə də atası Azər İran operatoruna məxsus mobil nömrə ilə onun mobil telefonu ilə danışmışdır. Əsgər adlı şəxslə onun arasında hər hansı telefon danışığı olmamış, atası Azərlə olmuşdur. O, sadəcə yazışmışdır. Atası Azər ilə Əsgər adlı şəxs arasında olan danışığı bilməmişdir. Tutulduqdan sonra ora silah arxasınca getmələrini bilmişdir. Atası Təqsirləndirilən şəxs1 ümumiyyətlə bağlamada nə olması barədə ona əvvəlcədən heç bir məlumat verməmiş, tutulduqdan sonra da hansı növ silahı götürmək üçün gəldiklərini ona deməmişdir. “WhatsApp” proqramında “Esger Emi” adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 saylı mobil nömrədən həmin şəxs “Google Maps” proqramı ilə koordinantlar və şəhid Siyavuş Muradovun şəkli olan tablonun, Əmirzeydli yazısı olan tablonun fotolarını və digər mesajlar yazmış, o, da ona cavab vermişdir. Onun yazdıqlarını atasına demiş, atasının cavablarını isə “Esger Əmi” adlı kontakta yazmışdır. Həmin mobil telefondan ona şəkillər və məkan göndərilmiş, atası həmin şəxslə danışıb oradan bağlama götürməli olmuşdur. İranlı şəxsin dediyi yerdə bağlama olmamış, Əfqanla o, deyilən məkana tərəf getdikdə onları yaxalamışlar. O, narkotik vasitə olan bağlamanı götürməmişdir. Onların iştirakı ilə torbaya baxış keçirilmiş, torbada narkotik vasitələrə oxşar maddələr olduğu deyilmiş, lakin onların həmin torbadan ümumiyyətlə xəbəri olmamış, içərisində nə olduğunu bilməmişlər. O, ümumiyyətlə narkotik vasitə arxasınca getməmişdir. Atası ona sadəcə orada bağlama olduğunu və onu götürməyini bildirmiş, onlar tutulduqdan sonra atası Azər ona onların oraya silah arxasınca getdiklərini demiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 atası Azərin oradan silah götürəcəyi barədə məlumatları olmamış, onlar yas yerinə getdikləri üçün birlikdə yola çıxmışlar. Atası yolda olarkən orada bağlama götürəcəyini onlara demiş, lakin bağlamada nə olduğunu onlara deməmişdir. O, ümumiyyətlə pis vərdişlərdən uzaq olmuş, heç vaxt narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir, həmin maddələrin alğı-satqısı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 narkotik vasitə və ya psixotrop maddə qəbul edibetməmələri barədə məlumatı olmamış, onlar həmin maddələrin alqı-satqısı ilə məşğul olmamışlar. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs3 elan olunmuş ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə Bakı şəhərində olarkən Azər Beyləqan rayonuna Elşənin atasının “cümə axşamı” mərasimində iştirak etmək üçün getməyi təklif etmiş, o, da razılaşmış, Azərlə Beyləqan rayonuna gəlmiş, avtomobildə Araz və Elşən də olmuşdur. Beyləqan rayonunda “cümə axşamı” mərasimində iştirak etdikdən sonra geri qayıdarkən Azər avtomobili saxlamış, o və Araz təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüş, həmin vaxt hərbiçilər onları tutmuşlar. Daha sonra isə Azər və Elşəni də tutub onların yanına gətirmişlər. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayonuna axşam saatlarında çatmışlar, Beyləqan rayonunu tanımamış, Azərin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə həmin rayona gəlmişdir. Maşında Azər sürücü olmuş, Araz ön oturacaqda, Elşən və özü isə avtomobildə arxada oturmuşlar. Getdikləri “cümə axşamı” mərasimi Beyləqan rayonu Mil qəsəbəsində təşkil edilmiş, axşam saat 8-9 radələrində Elşəngildən 4 nəfərə çıxmışlar. Evdən çıxdıqdan sonra həmin yerdən təxminən 2 km uzaqlaşmışlar, Əmirzeyidli kəndində Arazla birlikdə təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüşlər, həmin vaxt da onu və Arazı hərbiçilər saxlayıb hərbi hissəyə aparmış, daha sonra isə Azər və Elşəni də tutub onların yanına gətirmişlər. Həmin hərbi hissədə onlara qarşı fiziki zor tətbiq edilmiş, içərisində narkotik vasitə olan portağal rəngli torbanı qarşılarına qoyub üzərlərinə götürməyi tələb etmişlər. Buna görə də həmin torbanın onlara aid olmasını bildirmişlər. Torbanın içində nə olmasını bilməmiş, sonradan həmin torbada heroin, “patı”, “nəşə” və tiryək olmasını bilmişdir. Bağlamalar yapışqanla bükülü olduğundan içərisi görünməmişdir. Tutulandan sonra Azər hərbiçilərə bildirdi ki, silah götürmək üçün gəlmişdir. Azər avtomobildə olarkən telefonla danışmış, lakin kiminlə danışmasını bilməmiş, “Əsgər” adlı şəxsi tanımamışdır. Özünü bu cinayətdə təqsirli bilmir. Buna görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq 25 və 26 noyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməyərək məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat 22:00 radələrində Sabunçu rayonu, Maştağa kəndində qonşusu Təqsirləndirilən şəxs1gildə olmuş, Azər ona Təqsirləndirilən şəxs4 atasının yas mərasiminə Beyləqan rayonuna gedəcəyini demiş, o, onlarla yas mərasimində iştirak etmək istədiyini bildirmişdir. O, və Azərin oğlu Araz Azərin **-DZ-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomaşınına minərək kənddə qonşuları olan Elşənlə birlikdə Beyləqan rayonuna yola düşmüşlər. N noyabr 2021-ci il tarixdə saat 02:00 radələrində Beyləqan rayonuna çatmışlar. Beyləqan rayonuna çatanda Azər oğlu X26 Respublikası vətəndaşı Əsgər adlı şəxsin atdığı məkanda narkotik vasitə olduğunu və onu gedib götürməsini demişdir. O Arazla birlikdə gedəcəyini demiş və onunla birlikdə Beyləqan rayonu ərazisində yol kənarında narkotik vasitə olan torbanı götürməyə getmişdir. Azərlə Elşən avtomaşında qalmışlar. Araz narıncı rəngli torbanı götürüb uzaqlaşarkən hərbi geyimli sərhədçilər tərəfindən saxlanılmışlar. Əsgər adlı şəxsi tanımamış, Beyləqan rayonu ərazisində olarkən Azərin oğlu Arazı narkotik vasitəni götürməyə göndərdiyi zaman dediyi sözlərdən həmin şəxsin adının Əsgər, vətəndaşlığının İran İslam Respublikası olduğunu eşitmişdir. Onu saxlayan şəxslərin geyimlərinin sərhədçi forması olduğunu görmüşdür. Narkotik vasitə götürməyə getmələri barədə Azərin və onun oğlu Arazın əvvəlcədən məlumatının olduğunu düşünür. Onun isə Beyləqanda məlumatı olmuşdur. O, təxminən bir il altı ay müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, adını bilmədiyi şəxslərdən qeyd olunan narkotik vasitələri alıb istifadə etmişdir. O, içərisində narkotik vasitələr olan bağlamanı götürdüyü, ərazidən uzaqlaşmaq istədiyi vaxt "Dayan!" çağırış komandası verildikdən sonra saxlanılaraq sərhəd naryadları tərəfindən sərhəd zastavasına gətirilən zaman hər hansı qanundankənar davranışa yol verilməmişdir. Azər onu və oğlu Arazı bağlamanı götürməyə göndərdiyi zaman içərisində narkotik vasitə və psixotrop maddə olduğunu və çəkisinin beş kiloqram olduğunu demişdir. Çeşidi barədə heç nə deməmişdir. O, narkotik vasitə istifadə etdiyi və Azərin ona yaxşı olacağı təqdirdə narkotik vasitə verəcəyini dediyi üçün Beyləqan rayonu ərazisində içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanı götürmək üçün getdiyini öyrəndiyi zaman bunu götürməkdən imtina etməmiş və razılaşmışdır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ilkin ifadələrini təsdiq etmir, ağ kağıza imza etmişdir, həmçinin onluq heç nə olmadığı, onun buraxılacağına dair vəd edildiyindən o, da sənədlərə imza etmişdir. Həmçinin N gün ərzində onu hərbi hissədə saxlayıb döymüşlər və döyülməsindən qorxduğu üçün də ifadələrinə oxumadan imza etmişdir. Lakin döyülməsi barədə məhkəmə istintaqı başlananadək heç bir yerə şikayət etməmişdir. Həmçinin onlar saxlanılarkən və hadisə yerinə baxış keçirilərkən videoçəkiliş aparılmışdır. Həmçinin məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində verdiyi 23 may 2022-ci il tarixli əlavə ifadəsində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 24 noyabr 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində o, qonşusu Azərgilə getmiş, Elşən və Azərin oğlu Araz da orada olmuşlar. Həmin vaxt Azər ona Elşənin atasının rəhmətə getdiyini, yas mərasimində iştirak etmək üçün Beyləqan rayonuna gedəcəklərini demiş, o, Azərə onlarla birlikdə getmək və Elşənin atasının yas mərasimində iştirak etmək istədiyini bildirmiş, həmin gün dəqiq xatırlamadığı vaxtda Azərin idarə etdiyi “VAZ 2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərin oğlu Araz, o və Elşən birlikdə Beyləqan rayonuna Elşənin atasının yas mərasimində iştirak etmək üçün yola düşmüşlər. Təxminən 2-3 saat sonra Beyləqan rayonunda Daşburun deyilən yerdə olan Elşəngilin evlərinə çatmışlar. 24 noyabr 2021-ci il tarixdə o, Azər, Elşən və Araz birlikdə Elşənin atasının yas mərasimində iştirak etmişdir. Daha sonra onlar yas mərasimindən çıxmış və siqaret almaq üçün dükan axtarmağa başlamışlar. Həmin vaxt maşında onlar siqaret almaq barəsində söhbət etmişlər və Azər oğlu Araza İran vətəndaşı Əsgər adlı şəxsin atdığı məkanda narkotik vasitə olduğunu və onu gedib götürməsini deməmişdir. Avtomobillə Elşəngildən təxminən 10-15 dəqiqə irəlilədikdən sonra o, və Araz Azərə təbii ehtiyacları olduğunu bildirmişlər və Azər maşını saxlamışdır. O, və Araz birlikdə təbii ehtiyaclarını ödəmək üçün maşından düşmüşlər. Həmin vaxt onu və Arazı, həmçinin, avtomobildə olan Azər və Elşəni mülki geyimli təxminən sayları 10-15 nəfər olan adamlar saxlamışlar. Azər onun qonşusu olmuşdur. Təqsirləndirilən şəxs3 onun qonşusu Azərin oğludur. Onun uşaqlıqdan Azər və onun oğlu Arazla həm mehriban qonşuluq, həm də dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs4 Maştağa qəsəbəsində onun evinin yerləşdiyi ərazidə yaşamışdır. O, Elşəni təxminən 7-8 ildir tanımışdır. Elşəni həm qəsəbə sakini, həm də ev ustası kimi tanımış və qəsəbə sakini kimi onunla xoş münasibəti olmuşdur. Elşənin əslən Beyləqan rayonundan olduğunu bilmiş, lakin onun Beyləqanın harasından olması barədə məlumatı yoxdur. Onları saxlayan şəxslər mülki geyimdə olmuşlar, onların sərhədçi olub-olmaması barədə məlumatı yoxdur. O, 24 noyabr 2021-ci il tarixdə Elşənin atasının yas mərasimində saat neçədə iştirak etdiyini dəqiq xatırlamır. Onlar Elşənin atasının yas mərasimində iştirak edərkən hava qaranlıq olmuşdur. Onun iştirakı ilə N noyabr 2021-ci il tarixdə “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokolun tərtib olunmasını və N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində saxlanıldığı yerə baxış keçirilməsini və 14-cü sahənin arxa istiqamətindən narıncı rəngli polietilen torbanın qablaşdırılaq götürülməsini xatırlamır. O, Arazla birlikdə maşından təbii ehtiyaclarını ödəmək üçün düşmüş və həmin vaxt onları saxlamışlar. Onun torba barədə məlumatı olmamışdır. O, iştirakı ilə N noyabr 2021-ci il tarixli “aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” protokolun tərtib edilməsini, N noyabr 2021-ci il tarixdə 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən götürdüyü narıncı rəngli polietilen torbanın həmin torba olduğunu bildirməsini xatırlamır. Mülki geyimli şəxslər onları saxladıqdan sonra hərbi hissəyə aparmış, hərbi hissədə onun qarşısına məlumatının olmadığı torbanı qoymuşlar. Onun iştirakı ilə torbaya baxış keçirilmiş və həmin torbada narkotik vasitələrə oxşar maddələrin olduğu deyilmişdir. Lakin onun həmin torbadan ümumiyyətlə xəbəri olmamış, içərisində nə olduğunu bilməmişdir. Həmin torbanın daxilində nə olması barədə məlumatı olmamışdır. O, həyəcanlı olduğu üçün 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə verdiyi ifadədə narıncı rəngli torbada narkotik vasitələr olduğunu bildirmişdir. O, həmin bağlamanın içərisində narkotik vasitələr olduğunu bilməmiş, ümumiyyətlə narkotik vasitə arxasınca getməmişdir. Onları hərbi hissəyə aparan şəxslər özləri onlara sərhədçi olduqlarını demişlər. Lakin həmin şəxslər sərhədçi formasında olmamış, mülki geyimdə olmuşlar. Onlar yolda olan zaman Azər oğlu Araza heç bir telefon nömrəsi deməmiş və həmin nömrə ilə yazışmasını bildirməmişdir. Onlar yol boyu narkotik və ya silah barədə söhbət etməmiş, yalnız Elşənin atasının yas mərasimi ilə bağlı danışmışlar. O, Əsgər adlı şəxsi əvvəllər tanımamış, şəxsiyyəti barədə hər hansı məlumatı olmamış, Əsgər adlı şəxsi görməmiş, mobil telefon vasitəsilə görüntülü danışmamışdır. O, tanımadığı və hazırda xatırlamadığı şəxslərdən aldığı heroindən istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin alğı-satqısı ilə məşğul olmamışdır. Azərin, Arazın və Elşənin narkotik vasitə və ya psixotrop maddə qəbul edib-etməmələri barədə məlumatı yoxdur. Onlar narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışlar. O, ilk dəfə idi ki, Beyləqan rayonuna gəlmiş, əvəllər Beyləqan rayonunda olmamış, Beyləqan rayonu ilə hər hansı əlaqəsi olmamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əslən Beyləqan rayonundan olsa da 30 ilə yaxındır ki, Bakı şəhəri Maştağa qəsəbəsində yaşamış, 17 noyabr 2021-ci il tarixdə atası rəhmətə getmiş, Beyləqan rayonu Mil qəsəbəsində atasının dəfnində də iştirak etmiş, “7 mərasimi”ndə də iştirak etdikdən sonra Bakı şəhərinə gəlmiş, qonşusu Azərin evində təmir işləri aparmış, usta kimi işləmişdir. Həmin vaxt Azər ona bildirmişdir ki, Beyləqan rayonuna rəhmətlik atasının “cümə axşamı” mərasimində iştirak etmək üçün gedəcək, buna görədə o, onlarla getmişdir. 24 noyabr 2021-ci il tarixdə təxminən günorta saatlarında Azərin idarə etdiyi avtomobillə yola çıxmışlar və həmin vaxt maşında Azərin oğlu Araz qabağda, özü arxada, yanında isə qonşuları Əfqan əyləşmişdir. Yol boyu onlar yasda iştirak barədə və digər ümümi şeylərdən danışmışlar.Həmin gün təxminən 17 radələrində ata evinə çatmış və həyətdə qurulmuş mağarda oturmuşlar. Bir qədər sonra onlar həyətdən çıxıb Bakı şəhərinə qayıtmağa başlamışlar və o, da Azərgillə Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Yolda olarkən Azər yenidən Beyləqan rayonu Əmirzeyidli kəndinə qayıdacağını, orada işi olduğunu bildirmiş, o, da həmin maşında olduğu üçün və Azərlə birlikdə gəldikləri üçün geri qayıtmağa razılaşmışdır. Əmirzeyidli kəndinə çatdıqda Azərin oğlu Araz və Əfqan təbii ehtiyaclarını ödəyəcəklərini deyib avtomobildən düşmüşlər. Azər isə maşını irəli sürüb döndərib geri qayıdarkən maşına tərəf bir neçə şəxsin gəlməsini görmüş, Azər həmin şəxslərin kimi olduğunu soruşmuş, o, isə tanımadığını bildirmiş, buna görə də Azər avtomobili sürüb oradan uzaqlaşmış, lakin onu təqib edib saxlamış və hərbi hissəyə aparmışlar. Beyləqan rayonuna atasının “cümə axşam” mərasiminə N gün qalmış getmişlər. Bakı şəhərinə qayıtmaqda məqsədi evdən pul götürüb “cümə axşamı”na gəlmək olmuşdur. Atası İnşallah 12 noyabr 2021-ci il tarixdə vəfat etmiş, dəfndə də iştirak etmişdir. Azərgillə Beyləqan rayonuna gələrkən avtomobildə kimin kimlə telefonla nə danışdığına qulaq asmamışdır. Azərgil Beyləqanda onun qonaqları olmuşdur,yas yerindən çıxıb Maştağa kəndi istiqamətində qayıtmışlar, lakin yolda olarkən Azərə zəng gəlmiş, bir tanış ilə görüşəcəyini deyib geri dönmüş və yenidən Beyləqan rayonuna gəlmişlər. Yol gələrkən Azərin və Arazın kiminləsə yazışmasından və ya danışmasından xəbəri olmamışdır. Gəldikləri yerdə Araz və Əfqan maşından düşdükdən sonra Azər maşını irəli sürüb geri döndükdə səs eşitmiş və həmin vaxt uşaqların bir neçə şəxs tərəfindən tutulduğunu görmüşdür. Həmin vaxt Azərlə qaça bilmək imkanları olmuş, lakin Azər maşını dayandırmış, bundan sonra onları saxlamışlar. DSX-nin hərbi qulluqçuları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, sadəcə əl-qolunu bağlamışlar. Azərin hansı səbəbdən yenidən Beyləqan rayonuna gəlməsindən məlumatı olmamış, maşında olan söhbətlərdən xəbəri olmamışdır. Həmçinin elə hesab edir ki, maşında olan heç kimin Azərin silah götürmək üçün gəlməsindən xəbəri olmayıb. Verilən sullara cavab olaraq bildirmişdir ki, Azərlə qonşu olmuş, onun evini təmir etmişdir. Azərdən pul istəmiş, Azər də onun atasının yas yerinə gedəcəyini bildirmiş və getmişlər. Yas mərasimində iştirak edib geri qayıdarkən Azər bir adamla görüşəcəyini deyib geri qayıdacağını bildirmiş, onlar da geri qayıtmışlar. Hərbiçilər tərəfindən saxlanıldıqları yer onların evindən 6-7 km məsafədə olmuşdur. Azərə zəng gəlməsini görməmişdir. Özünü bu cinayətdə təqsirli bilmir. Buna görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı müvafiq olaraq 25 və 26 noyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin sonrakı ifadələrində özünü, məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilməyərək məhkəmə istintaqında bildirdiyi fikirlərini təkrar etmişdir. Məhkəmə istintaqı zamanı sənədlər, həmçinin mobil operatorlardan daxil olmuş disklərə baxış protokolları elan edildikdən sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Beyləqan rayonu Mil qəsəbəsində atasının “cümə axşamı” mərasimində iştirak etdikdən sonra Bakı şəhərinə qayıdarkən, təxminən Qaradağ rayonu ərazisində Azər Beyləqan rayonunda işi olduğunu deyib geri qayıtdığını demiş, o, da onlarla geri qayıtmışdır. Azərdən qayıtmağının səbəbini soruşduqda o, bir nəfər şəxslə görüşəcəyini, buna görə qayıtdığını bildirmişdir. Maşında Azər və Araz qabaqda, Əfqan və özü arxada əyləşmiş, Azərin və ya Arazın telefonuna zəng gəlməsindən və ya sms gəlməsindən xəbəri olmamışdır. Beyləqandan kimdənsə nəsə almaq və ya kiməsə nəsə vermək barədə Azər hər hansı söz deməyib, sadəcə bir nəfər şəxslə görüşəcəyini deyib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər tanımamış, onlarla arasında ədavət, düşmənçilik və ya hər hansı əlaqə olmamışdır. 24 noyabr 2021-ci il tarixdə 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində, Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun olduğu ərazidə içərisində narkotik vasitələr olduğu ehtimal edilən kisənin qoyulması barədə hərbi hissəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında dəstə rəhbəri polkovnik Zəfər Bayramovun qərarı ilə “Pusqu” sərhəd naryadı xidməti təşkil edilmiş, o, və digər hərbiçilər həmin naryada daxil edilmişdir. Hazırkı təqsirləndirilən şəxslər də həmin əməliyyat tədbirləri zamanı saxlanılmış və saxlanılarkən onlardan biri – yaşlı olan şəxs, yəni Təqsirləndirilən şəxs1 ona qarşı qəsd etməyə çalışmış, lakin hərbiçilər tərəfindən bunun qarşısı alınmış və ona hər hansı ziyan dəyməmişdir. Belə ki, Azər və Elşən adlı şəxslər hadisə yerindən uzaqda onun və digər hərbiçilər tərəfindən saxlanılmışdır və həmin zaman Azər bıçaqla onun üstünə gəlmiş, lakin onun qarşısı alınmışdır. Təqsirləndirilən şəxs1 qarşı hər hansı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Azərin idarə etdiyi avtomobili “Niva” markalı avtomobillə təqib edib dayandırmış, həmin vaxt o, hərbi formada olmuş, Azər maşından düşüb əlini də arxasına tutub onun üzərinə gəlmiş, ilk öncə Azərin əlinin şikəst olmasını fikirləşmiş, lakin Azər ona çatanda əlindəki bıçağı ona tərəf yönəltmiş və bu zaman da hərbiçilər onun qarşısını almışdır. Azərdən niyə qaçmasını soruşduqda o, həbsdən yeni çıxdığı və yenidən həbsxanaya getməmək üçün hadisə yerindən qaçdığını bildirmişdir. DSX-nin əməliyyat şöbəsində həmin ərazidə qaçaqmalçılıq yolu ilə keçirilmiş kütlə olması barədə məlumat olsa da, həmin kütlənin tərkibinin nədən ibarət olması və harada olması barədə məlumat olmamış, sifarişçilərin hansı istiqamətdən gəlmələri bilinməmiş, buna görə də “Pusqu” xidməti Füzuli və Daşburun istiqamətində təşkil edilmiş, o, isə Daşburun istiqamətində olmuşdur. Həmin hadisə də Beyləqan rayonu Əmirzeyidli kəndində baş vermişdir. Əfqan adlı şəxs saxlanılarkən içində narkotiklər olan torba əlində olmuşdur. Əməliyyat tədbirləri zamanı risklər nəzərə alınaraq vidoçəkiliş aparılmamışdır. Lakin bildiyinə görə sonradan təqsirləndirilən şəxslərin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən və digər hərəkətlər edilərkən çəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsləri tanımamış, aralarında hər hansı münasibət olmamışdır. 24 noyabr 2021-ci il tarixdə əməliyyat tədbirlərinin keçiriləcəyi barədə məlumat verilmiş, Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisində 2 nəfər hadisə yerində saxlanılmış, 2 nəfər isə ərazidən uzaqlaşdıqdan sonra saxlanılmış və hərbi hissəyə gətirilmişdir. Hadisə yerində şəxslər saxlanılarkən vidoçəkilişdən istifadə olunmuşdur. Həmin şəxsləri İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində göstərilən inzibati xətanı törətdiklərinə görə tutulmuş, hal şahidlərinin iştirakı ilə, eləcə də videoçəkilişdən istifadə edilməklə üzərilərinə və hadisə yerinə baxış keçirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narıncı rəngli tobanın içində narkotik vasitə olduğunu, həmçinin həmin narkotikləri iranlı şəxs tərəfindən göndərildiyini bildirmişlər. Həmin istintaq hərəkətləri zamanı çəkilmiş vidogörüntüləri həmin şəxslər barəsində cinayət işini istintaq edən müstəntiqə telefon vasitəsi ilə göndərmiş, hazırkı dövrdə həmin videolar onda qalmamışdır. Həmin gün təqsirləndirilən şəxslərin saxlanıldığı ərazidə başqa bir şəxs saxlanılmamışdır. Həmçinin təqsirləndirilən şəxslərə hər hansı şəxs tərəfindən zor tətbiq edilməmiş, təqsirləndirilən şəxslər müdafiəçi tələb etmədiklərindən onlara ilk vaxtda müdafiəçi təyin edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai araşdırma zamanı 20 aprel 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 12 mart 2021-ci il tarixdən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Şəxsi heyət üzrə şöbəsinin zabiti – təhqiqatçısı işləyir, leytenant rütbəsindədir. Təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. N noyabr 2021-ci il tarixdə saat təxminən 01:30 radələrində daxil olmuş məlumat əsasında əməliyyat tədbirinin həyata keçirildiyini ona bildirmiş, bir saatdan sonra hərbi qulluqçular tərəfindən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 adlı şəxslər N nömrəli hərbi hissəyə gətirilmişlər. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsində yerləşən xidməti otağında həmin şəxslərə hüquq və vəzifələrini izah edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdikləri üçün tutmuş, hal şahidləri Şahid2 və Şahid1 iştirakları ilə üzərilərində şəxsi axtarış aparmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd şəxsiyyəti təsdiq edən sənəd, bir ədəd “Nokia” markalı telefon, iki ədəd ülgüc, Təqsirləndirilən şəxs4 üzərindən bir ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd “RedMi” markalı smartfon tipli mobil telefon, bir ədəd bank kartı, Təqsirləndirilən şəxs3 üzərindən qırx yeddi manat məbləğində pul, bir ədəd “RedMi” markalı smartfon tipli mobil telefon aşkar edilərək tərəfindən götürülmüşdür. Bundan sonra N noyabr 2021-ci il tarixdə, saat təxminən 04:30 radələrində o, hal şahidləri və inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə getmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldığı əraziyə baxış aparmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldığı yer Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində yerləşən N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqaməti olmuş, Təqsirləndirilən şəxs2 Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində olan əkin sahəsinin kənarından bir ədəd narıncı rəngli torbanı götürərkən “Pusqu” sərhəd naryadı tərəfindən saxlanılmış və onun üzərində bir ədəd narıncı rəngli polietilen torba aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs2 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən götürdüyü narıncı rəngli polietilen torba tərəfindən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqları yerə baxış başa çatdıqdan sonra onlar N nömrəli hərbi hissəyə geri qayıtmışlar. N nömrəli hərbi hissədə o, hal şahidləri, inzibati qaydada tutulmuş Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs2 götürülmüş narıncı rəngli torbaya baxış keçirmiş, baxış vaxtı Təqsirləndirilən şəxs2 N noyabr 2021-ci il tarixdə saat 02:20 radələrində Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən götürdüyü narıncı rəngli polietilen torbanın həmin torba olduğunu bildirmiş, həmin narıncı rəngli torbanın daxilinə baxış keçirilən zaman üzəri sıx yapışqan lentlə sarılmış bükümlər aşkar edilmişdir. Baxış vaxtı həmin bükümlərin daxilində narkotik vasitələr olan heroinə oxşar maddə 600 qram, marixuanaya oxşar maddə 5200 qram, tiryəkə oxşar maddə 100 qram, psixotrop maddə olan metamfetaminə oxşar maddə 500 qram və 199 konvalyutda 1990 ədəd üzərilərində “Tramadol” yazılmış dərman priparatları olduğunu müəyyən etmişdir. Bundan sonra N nörməli hərbi hissənin avtoparkında hal şahidləri və Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun idarə etdiyi “VAZ 2106” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. O, N noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 izahatlarını almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 izahatında həbsxanada İran vətəndaşı Əsgər adlı şəxsin nömrəsini öyrəndiyini, ondan narkotik vasitələr götürmək üçün Beyləqana gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 onların izahatlarını alan zaman onun tərəfindən və digər hərbiçilər tərəfindən onlara xəsarət yetirilməmiş, fiziki, psioxoloji və ya digər hər hansı formada təyziq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Çevik-hərəkət bölüyünün 1-ci tağımının 2-ci manqasının komandiri vəzifəsində xidmət edir. 24 noyabr 2021-ci il tarixdə 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində, Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolda içərisində narkotik vasitələr olduğu ehtimal edilən kisənin qoyulması barədə hərbi hissəyə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında “Pusqu” sərhəd naryadı xidməti təşkil edilmiş, polkovnik Zərərçəkmiş şəxs həmin naryadın rəhbəri təyin edilmiş, o, baş leytenant Şahid6 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə həyata keçirilən əməliyyat tədbirlərinə uyğun olaraq 24 noyabr 2021-ci il tarixdə saat 19:00-dan N noyabr 2021-ci il tarixə saat 03:00-dək Beyləqan rayonu, Əmirzeyidli kəndində sərhəd naryadına təyin edilmişlər. Saat 02 radələrində “VAZ-2106” markalı avtomobilin Beyləqan-Bakı avtomobil yolu tərəfdən həmin əraziyə yaxınlaşdığını görmüş, avtomobil bir müddət həmin ərazidə fırlanmış, dayanmış, işıqlarını söndürmüş və təxminən bir dəqiqə sonra işıqlarını yandıraraq yenidən Beyləqan-Bakı avtomobil yoluna qayıtmışdır. Təxminən 5 dəqiqədən sonra həmin avtomobil əraziyə geri qayıtmış, bu barədə aidiyyəti üzrə naryad rəhbəri polkovnik Zərərçəkmiş şəxs məruzə etmiş və o, onlara müşahidənin davam etdirməyi tapşırmışdır. Həmin avtomobil Beyləqan rayonu, Əmirzeydli kəndinə gedən yolun kənarında saxlamış və işıqlarını söndürmüş, bu vaxt avtomobildən iki nəfər şəxsin düşdüyünü görmüşlər. Həmin iki nəfər şəxsin ərazidə olan əkin sahələrinin yaxınlığındakı sıx qamışlığa doğru hərəkət etdiklərini, arabir əllərindəki telefon fənərinə bənzər naməlum vasitələr ilə işıq yandırıb-söndürdüklərini müşahidə etmişlər. Müşahidə zamanı həmin şəxslərin qamışlığın yaxınlığında olan ağacın altına yaxınlaşdığını görmüşlər. Bu vaxt həmin iki nəfər şəxsdən boyu digərinə nisbətdə uzun olanı sonradan adının Əfqan olduğunu öyrəndiyi şəxs ağacın altından naməlum kisəni götürmüş, onu digər, sonradan adının Araz olduğunu öyrəndiyi şəxsə vermiş və onlar yanaşı olaraq düşdükləri maşına tərəf hərəkət etməyə başlamışlar. Həmin torbanın rəngi narıncı olmuşdur. Bu vaxt baş leytenant Şahid6 onlara “Dayan!” çağırışı vermiş, buna görə kisəni saxlayan şəxs onu yerə atmış və ikisi birlikdə maşın istiqamətində qaçmağa başlamışlar. Baş leytenant Şahid6 həmin şəxslərdən kisəni ağacın altından götürən sonradan adının Təqsirləndirilən şəxs2 olması ona məlum olan şəxsi, o isə sonradan adının Təqsirləndirilən şəxs3 olması ona məlum olan digər şəxsi tutmuş, həmin vaxt gecə görmə cihazları onlarda olmuş, videoçəkiliş də aparılmışdır. Təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 da Şahid7la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hərbi hissənin qazanxana işçisi olmuş, 24 noyabr 2021-ci il tarixdə onu da hərbi hissəyə dəvət etmişlər və hazırda həbsdə olan, əvvəllər tanmadığı həmin 4 nəfərin saxlanıldığı bildirilmiş, ondan başqa Şahid2 da hal şahidi kimi dəvət olunmuşdur. Sonra isə onun, həmçinin Şahid2 iştirakı ilə həmin şəxslərin üzərinə baxış keçirilmiş, daha sonra isə Əfqan və Araz adlı şəxslər kisəni hardan götürdükləri yeri göstərmişlər. Daha sonra hərbi hissədə onlardan götürülən kisəyə baxış keçirilmiş, Əfqan və Araz kisənin içində narkotik olmasını bildirmişlər, lakin aşkar edilmiş narkotik vasitələrin və həblərin miqdarı dəqiq yadında qalmamış, bu barədə ifadəsində verdiklərini təsdiq edir. Həmçinin kisənin rəngi də yadında qalmamışdır. Birinci dəfə həmin vaxt hal şahidi kimi iştirak etmişdir. Hadisənin üzərindən bir il vaxt keçdiyindən Azərin üstündən nə çıxması yadında qalmamışdır. Onun iştirak etdiyi baxış hərəkətlərində təqsirləndirilən şəxslər narkotik vasitə götürmək üçün gəldiklərini bildirmişlər, lakin onların arasında olan Elşən adlı şəxs yas üçün gəldiyini, qazan götürməyə gəldiyini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxslər baxış keçirilərkən hər hansı hala etiraz etməmiş, onlara qarşı hər hansı fiziki zor tətbiq edildiyini bildirməmişlər, həmçinin onlara qarşı fiziki zor tətbiq edilməsini, eləcə də təqsirləndirilən şəxslərin bədəni üzərində hər hansı xəsarət görməmişdir. Həmin vaxt videoçəkiliş də aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da Şahid1la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamış, onlarla hər hansı münasibəti olmamışdır. N noyabr 2021-ci il tarixdə saat təxminən 00 radələrində 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində, Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun olduğu ərazidə içərisində narkotik vasitələr olduğu ehtimal edilən kisənin qoyulması barədə hərbi hissəyə əməliyyat məlumatı daxil olmuşdur, “Pusqu” naryadı təşkil olunmuşdur. O, polkovnik Zərərçəkmiş şəxs və mayor Şahid5lə birlikdə xidməti maşında Bakı-Füzuli avtomobil yolunun Beyləqan rayonu, Əmirzeyidli kəndinə dönən hissəsində müşahidə aparmışlar. Müşahidə aparılması zamanı xidməti avtomobilin sükanı arxasında mayor Şahid5 əyləşmiş və avtomobili idarə etmişdir, polkovnik Zərərçəkmiş şəxs onun yanında, o, isə arxa oturacaqda əyləşmişdir. Təxminən saat 02 radələrində Şahid6 polkovnik Zərərçəkmiş şəxs məruzə edərək bildirmişdir ki, müşahidə apardıqları əraziyə bir maşın yaxınlaşmış, maşından iki nəfər düşüb ərazidə olan bir kisəni götürərkən saxlanılmış, kənarda olan avtomobil isə sürətlə ərazidən uzaqlaşmışdır. Buna görə də mayor Şahid5 həmin maşını təqib etmiş, “VAZ 2106” markalı maşın dalana girdiyi üçün məcbur dayanmışdır. Həmin vaxt hərbi formada olmuşlar və avtomobildən düşüb özlərini təqdim etmişlər, lakin avtomobildən düşən sürücü polkovnik Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmək istəmiş, lakin sonuncu cəld tərpənərək buna imkan verməmiş və bıçaq onun əlindən alınmışdır. O, həmin şəxslərin tutulmasında iştirak etmiş, lakin şəxslərin üzərilərinə baxışda və ya hadisə yerinə baxışda iştirak etməmişdir. Həmin vaxt videoçəkilişdən istifadə edilməmişdir. Saxlanılarkən təqsirləndirilən şəxslərə hər hansı fiziki zor tətbiq olunmamışdır. Saxlanılarkən Azər narkotik vasitə götürmək üçün gəldiyini bildirmiş, hər hansı hala etiraz etməmiş, həmçinin hər hansı silah götürməyə gəlməsi barədə bir söz deməmişdir. Məhkəmə istintaqı amanı şahid qismində dindirilmiş Şahid5 da Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun qardaşı olmaqla Bakı şəhərində yaşayır. O, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Mil qəsəbəsində yaşayır. X7 12 noyabr 2021-ci il tarixdə vəfat etmiş, Elşən atası İnşallah vəfat etdikdən sonra yalnız bir dəfə Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən ata evlərində onun vəfatı ilə bağlı keçirilən cümə axşamı mərasiminə gəlmişdir. Belə ki, Elşənin atası İnşallahın yas mərasimində iştirak etmək üçün 24 noyabr 2021-ci il tarixdə Beyleqan rayonuna gələcəyi barədə əvvəlcədən məlumatı olmamış, Elşən “cümə axşamı” mərasiminə qəfil gəlmiş, Elşənin yanında əvvəllər görmədiyi və tanımadığı 3 nəfər şəxs olmuşdur. O, qardaşı Elşən və həmin şəxslərlə salamlaşıb onlara həyətlərində qurulmuş mağarda əyləşmələri üçün yer göstərmişdir. O, həmin şəxslərin adını bilməmiş və həmin şəxsləri tanımamışdır. Qardaşı Elşən və onun yanında olmuş 3 nəfər tanımadığı və adını bilmədiyi şəxslər mərhum atası İnşallaha cümə axşamı mərasimi keçirilən gün onlara günorta saatlarında gəlmişlər. Qardaşı Elşən və onunla birlikdə gəlmiş 3 nəfər şəxs mərasimdə 1 saatdan az müddətdə iştirak etmişlər. Atası İnşallaha cümə axşamı mərasimi keçirdikləri gün evlərinin qarşısında maşınlar çox olmuşdur. O, yalnız Elşəni və onun yanındakı 3 nəfər şəxsi darvazadan evin həyətinə daxil olduqları zaman görmüş, Elşəndən və onun yanında olmuş 3 nəfər şəxsin heç birindən nə ilə gəldiklərini soruşmamış, nə də ki, Elşən və onun yanındakı 3 nəfər şəxs ona nə ilə gəldiklərini deməmişdir. Buna görə də, onların nə ilə gəldikləri barədə heç bir məlumatı yoxdur. Qardaşı Elşən atası İnşallaha cümə axşamı mərasimi keçirilən gün gəldikdə evə daxil olmamış və onunla, anası Bəzirə və digər qohum-əqraba ilə görüşdükdən sonra mağarda əyləşmişdir. Həmin gün atası İnşallaha cümə axşamı mərasiminin keçirilməsi ilə bağlı Beyləqan rayonu, Mil qəsəbəsində yerləşən evlərinin həyətində mağar qurulmuşdur. Elşən də onlarla birlikdə ailə üzvləri ilə görüşdükdən sonra mağarda əyləşmişdir. Bundan sonra təxminən saat 13:00 radələrində Elşənin yanında olmuş 3 nəfər şəxs darvazadan çölə çıxmışlar və Elşən onunla və ailə üzvləri ilə sağollaşıb getmişdir. Qardaşı Elşən və onun yanında olmuş 3 nəfər şəxs atası İnşallaha cümə axşamı mərasimi keçirdikləri gün evdən gedərkən onunla və ailə üzvləri ilə sağollaşan zaman ona hara gedəcəkləri barədə heç bir məlumat verməmişdirlər, o, bu barədə onlardan heç nə soruşmamışdır. Qardaşı Elşənin və onun yanında olmuş 3 nəfər şəxsin onunla sağollaşıb getdikdən sonra nə ilə getdikləri barədə məlumatı yoxdur. Qardaşı Elşən və onun yanında olmuş 3 nəfər şəxs atası İnşallahın cümə axşamı mərasimində iştirak etdikdən sonra geri qayıtmamışlar. Qardaşı Elşənin N noyabr 2021-ci il tarixdə tutulması barədə onun təxminən 1 aydan sonra məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 da qardaşı Şahid8 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin baş eksperti Şahid11 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası DSX-nin istintaq və təhqiqat idarəsinin materialların məhkəmə ekspertizası təyin edilməsi haqqında qərarının icrası ona həvalə edilmişdir. Tədqiqat obyekti olaraq rəy verilməsi üçün ona üzəri DSX-nin möhürü ilə təsdiq edilmiş bir ədəd kisə təqdim edilmiş, kisənin içərisində bağlamalarda narkotik vasitə olan heroin, tiryək, psixatrop maddə olan metamfetamin və dərman preparatları olmuşdur. Həmin kütlələrin əlamətlərini müəyyən etmək üçün tərəfindən müvafiq analizlər aparılmışdır. Tədqiqatın nəticəsi olaraq tərəfindən 26 noyabr 2021-ci il tarixdə ekspertiza rəyi qəbul edilmiş və rəydə aparılmış tədqiqatdan sonra qalıq qalan narkotik vasitə olan heroin və tiryəkin çəkisi 490,8 qram və 50,35 qram, psixatrop maddə olan metamfetaminin çəkisinin 475,4 qram, güclü təsir edən maddələrin çəkisinin isə 189 həb olduğu göstərilmişdir. 26 noyabr 2021-ci il tarixli ekspertiza rəyinin güclü təsir edən maddə olan tramadol hidroxloid tərkibli dərman preparatının çəkisinə dair hissəsində texniki səhvə yol verilmişdir. Belə ki, tədqiqat obyekti zamanı ekspertiza aparılması üçün ona təqdim edilmiş üzərində “Namadol 225qr Tablet (tramadol hydrochloride) markalanma göstəricisi olan 20 ədəd konvalyutda ümumilikdə 199 ədəd üzərilərində “225” yazısı həkk olunmuş qırmızı təkibli dairəvi formalı tramadol hidroxloid tərkibli dərman preparatı kimi qeyd edilmiş və onun təsiredici maddəsinin ümumi miqdarı 44,775 olmuşdur. Aparılmış ekspertiza tədqiqatı zamanı tramadol hidroxloid tərkibli dərman preparatından 10 həb tədqiqata sərf edilmiş və qalıq 189 həb qalıq qalmışdır. Lakin qeyd etdiyi kimi tərtib edilmiş ekspertiza rəyində texniki səhvə yol verilərək tramadol hidroxloid tərkibli dərman preparatının qalıq hissəsinin “189” həbdən ibarət olduğu göstərilmişdir. 26 noyabr 2021-ci il tarixli ekspertiza rəyində qeyd edilən hissədə anlaşılmazlıq yarandığı üçün yenidən əlavə materialların məhkəmə ekspertizasına dair qərar qəbul edilmiş və həmin qərarın icrası ona həvalə edilmişdir. Tədqiqat aparılması üçün “Azərbaycan Respublikasının prokurorluğu Beyləqan rayon prokurorluğu Zərflər üçün” möhürü ilə təsdiq edilmiş bağlamada içərisində 198 ədəd olan konvalyutda ümumilikdə 1980 ədəd üzərilərində “225” yazısı olan qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxloid tərkibli dərman preparatı təqdim edilmişdir. Aparılmış tədqiqat zamanı 1980 həb dərman preparatından 10 həb sərf edilmiş və qalıq 1970 həb tramadol hidroxloid tərkibli dərman preparatı qalmışdır. Tərəfindən 26 avqust 2021-ci il tarixdə ekspertiza rəyi tərtib edilmiş və orada düzgün olaraq aparılmış tədqiqatdan sonra təsiredici maddəsinin ümumi miqdarı 445,5 qram təşkil edən tramadol hidroxloid tərkibli dərman preparatının qalıq hissəsinin 1970 həb olduğu göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisndə (20-ci sərhəd zastavasının 14-cü sahəsi istiqamətində) magistral yolun kənarında qamışlıq və kolluq olan hissədə külli miqdarda narkotik vasitələrin keçirildiyi və qeyd edilən yerdə gizlədildiyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında narkotik vasitə sifarişçilərinin saxlanılması məqsədi ilə “Pusqu” sərhəd naryadı təşkil edilmişdir.( İ cild, i.v. 11 ) - DSX-nin vəzifəli şəxsinin xx.xx.2021-ci il tarixli raportundan görünür ki, 25.11. 2021ci il tarixdə saat 02:20-də Beyləqan rayonu, Əmirzeydli kəndi istiqamətində bir ədəd ağ rəngli “VAZ 2106” markalı avtomobilin yaxınlaşması, həmin avtomobildən 2 nəfər şəxsin düşərək qamışlıq və kolluq ərazidən 1 torbanı götürüb uzaqlaşdıqlarını sərhəd naryadı müşahidə etmiş və əlverişli mövqe seçərək həmin şəxsləri saxlamışlar. Onları gətirən avtomobil isə ərazidən uzaqlaşmış, lakin həmin avtomobil təqib edilib Daşburun dairəsi ərazisində saxlanılmış, bu zaman avtomobili idarə edən şəxs bıçaqla hərbi qulluqçunun sağlamlığına ağır zərər yetirməyə cəhd etmiş, lakin onun qarşısı alınmışdır. İlkin sorğu zamanı saxlanılan şəxslər özlərini Təqsirləndirilən şəxs2, X18, Təqsirləndirilən şəxs4 və X13 təqdim etmişlər. (İ cild, i.v. 9-10 ) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 N noyabr 2021-ci il tarixdə saat 02:30-da İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 13 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsiyyətini təsdiq edən sənəd, “Nokia” makalı mobil telefon və 2 ədəd ülgüc olmuşdur. (İ cild, i.v. 14) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 N noyabr 2021-ci il tarixdə saat 03:00-da İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 19 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 üzərində “Samsung” markalı mobil telefon aşkar olmuşdur. (İ cild, i.v. 20) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 N noyabr 2021-ci il tarixdə saat 03:35-də İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild,i.v. 25 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən “Redmi 8” markalı mobil telefon aşkar olmuşdur. (İ cild, i.v. 26) - “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 N noyabr 2021-ci il tarixdə saat 04:05-də İXM-nin 570-ci maddəsində göstərilmiş inzibati xətanı törətdiyindən tutulmuşdur. (İ cild, i.v. 31 ) - “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən “Redmi” markalı smartfon tipli mobil telefon və 47 azn məbləğində pul aşkar olmuşdur. (İ cild, i.v. 32) - “Hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətidir. Qeyd edilən hərbi hissənin 20-ci sərhəd zastavası Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində yerləşir. Beyləqan rayonu Əmirzeyidli kəndindən 20-ci sərhəd zastavasına qədər 1000 (min) metr, 20-ci sərhəd zastavasından 14-cü sahəyə qədər olan məsafə 2500 (iki min beş yüz) metr, 14-cü sahədən dövlət sərhəd xətinə qədər olan məsafə 1200 (min iki yüz) metrdir. 14-cü sahədən Azərbaycan Respublikası istiqamətində Beyləqan rayonu, Əmirzeyidli kəndindən oraya qədər olan məsafə 1000 (min) metr təşkil edir. Müqabil dövlətin ərazisində İran İslam Respublikasının Aslandüz şəhəri, Torpaq kəndi yerləşir, oraya qədər olan məsafə 1500 (min beş yüz) metrdir. 14-cü sahəsinin arxa istiqaməti əkin sahələrindən ibarət olan ərazidir. Vətəndaş Təqsirləndirilən şəxs2 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətində olan əkin sahəsinin kənarından bir ədəd narıncı rəngli torbasını götürərkən sərhəd naryadı tərəfindən saxlanılmış, onun üzərində 1 (bir) ədəd narıncı rəngli polietilen torba aşkar olunmuşdur. (İ cild, i.v. 36-37 ) - “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14-cü sahənin arxa istiqamətindən götürdüyü narıncı rəngli torbanın daxilinə baxış keçirilən zaman həmin torbada üzəri sıx yapışqan lentlə sarınmış büküm aşkar olunmuşdur. Həmin bükümün daxilində 600 (altı yüz) qram narkotik vasitə olan heroinə oxşar maddə, 5200 (beş min iki yüz) qram qurudulmuş marixuanaya oxşar maddə, 500 (beş yüz) qram metanfitaminə oxşar maddə, 100 (yüz) qram tiryəkə oxşar maddə və 2000 (iki min) ədəd üzərilərində «Tramadol» yazılmış dərman preparatları təşkil etmişdir. Saxlanılmış Azərbaycan Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini Təqsirləndirilən şəxs2 həmin torbanın N noyabr 2021-ci il tarixdə, saat 02:20 radələrində 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa istiqamətindən götürdüyü narıncı rəngli polietilen torba olduğunu bildirmişdir. Aşkar olunmuş dərman preparatları, psixotrop maddə və narkotik vasitələrə oxşar maddələr qablaşdırılaraq möhürlənmişdir. (İ cild, i.v. 38-39 ) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” N noyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 11:00-da, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16:10-da, Təqsirləndirilən şəxs4 həmin tarixdə saat 17:10-da, Təqsirləndirilən şəxs3 isə həmin tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, i.v. 56; 86;106; 131) -Materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyində göstərilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti zərflər üçün №21”-li dairəvi möhür əksi olan 1 (bir) ədəd kisədə olan: 1) 2 (iki) ədəd bağlamada ayrıayrılıqda təmiz çəkisi 243 (iki yüz qırx üç) qram və 248 (iki yez qırx səkkiz) qram, ümumi təmiz çəkisi 491 (dörd yüz doxsan bir) qram qəhvəyi rəngli toşzəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2) 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 243,1 (iki yüz qırx üç tam onda bir) qram və 232,5 (iki yüz otuz iki tam onda beş) qram, ümumi təmiz çəkisi 475,6 (dörd yüz yetmiş beş tam onda altı) qram ağ rəngli kristallardan ibarət maddələr kütlələri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 3) 1 (bir) ədəd bükümdə təmiz çəkisi 50,5 (əlli tam onda beş) qram tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Üzərində “"Namadol - 225 mq tablet tramadol hydrochloride” markalanma göstəricisi olan 20 ədəd konvalyutdakı ümumilikdə 199 ədəd üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlolid tərkibli dərman preparatıdır və 199 ədəd həbdə tramadol hidroxlolid təsiredici maddəsinin ümumi miqdarı 44,775 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla). (İ cild, i.v.153-158 ) - məhkəmə- bioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd narıncı rəngli sintetik torbadakı 1 (bir) ədəd qara rangli polietilen torbada 7 (yeddi) ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri – 999,6 (doqquz yüz doxsan doqquz tam onda altı) qram; 1060,3 (min altmış tam onda üç) qram; 517,4 (beş yüz on yeddi tam onda dörd) qram; 289,6 (iki yüz səksən doqquz tam onda altı) qram; 531,5 (beş yüz otuz bir tam onda beş qram) qram; 295,7 (iki yüz doxsan beş tam onda yeddi) qram; 1080,9 (min səksən tam onda doqquz) qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 4775.0 (dörd min yeddi yüz yetmiş beş) qramdır. (İ cild, i.v. 160-164 ) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 203-204) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 215-216) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 227-228) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 240-241) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(009)-515/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 30-33) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(009)-513/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 34-37) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(009)-516/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 38-41) - Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(009)-514/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 42-46) - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsi tərəfindən əməliyyat tapşırığına verilmiş 20 dekabr 2021-ci il tarixli, 2616 nömrəli cavab məktubundan görünür ki, tədbirlər zamanı Təqsirləndirilən şəxs1 İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə narkotik vasitələri götürdükdən sonra Bakı şəhərinə aparması barədə razılığa gəlməsi müəyyən edilmişdir. Narkotik vasitələrin Bakı şəhərində kimə çatacağının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər zamanı yalnız narkotik vasitələri götürdükdən sonra İran İslam Respublikasının vətəndaşının sifarişi ilə söylədiyi şəxslərə çatdırılmasının mümkünlüyü öyrənilmişdir. Əsgər adlı şəxsin İran İslam Respublikasının vətəndaşı Aslandüz rayonu, Hacılı kənd sakini X6 olması müəyyənləşdirilmişdir. (İİ cild, i.v. 120) - “mobil telefona baxış keçiriməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saxlanılarkən üzərindən aşkar edilərək götürülmüş “REDMİ” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, telefonun daxili yaddaşına daxil olduqda “WhatsApp” yazışmalarında aşağıdakı məlumatlar vardır: N noyabr 2021-ci il tarixdə saat 00:09-dan 03:25-dək «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan REDMİ markalı mobil telefonda olan “WhatsApp” proqramı ilə zənglərin edilməsi, həmçinin fotoşəkillər göndərilməsi və qarşılıqlı yazışmaların olması aşkar olmuşdur. Belə ki, «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonda olan “WhatsApp” proqramına narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin “google map” proqramı ilə olduğu yerin kordinatlarını, şəhid “Siyavuş Muradov”un şəkli olan tablonun fotosunu, "Əmirzeyidli" yazısı olan tablonun və "konomnan get, bildin, kec konoma get" sözlərini göndərmişdir. Təqsirləndirilən şəxs3 “Konum acılmir" sözlərini «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrəsinə göndərmişdir . Daha sonra «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə Təqsirləndirilən şəxs3 yeniden “google map” proqramı ile kordinatlar göndərərək, "be mende acilir, səndə yux, set bagla ac, da atma, gel, hardasiz, dasburuna mesafə nəqedi, pilakarda bax mene dene, hardasiz, ne eledin, hardasan, mene xeber ver oldum burda, hardasan, ne uldo, mənə xeber ed, menen danis, Araz hardasan" sözlərini göndərmiş, Təqsirləndirilən şəxs3 olduğu yerin kordinatlarını, "yeni cenlibel restoraninin yanindan kecdiy, bulaqli sola gosderirdi Horadiz duz, Sabirabad rayonu yazısını kecdik, Qalagayin, kruqdan donduy horadizə, oldu, Horadiz 120 km" sözlərini «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrəsinə göndərmişdir. (İİ cild, i.v. 127-128) - 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 315 və 318.2-ci maddələrinə tövsif edilmişdir. (İİ cild, i.v. 154-155) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 160-161) -09 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2, 315 və 318.2-ci maddələri ilə istintaq edilən cinayət işi aidiyyat məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. (İİ cild, i.v. 175-176) -18 fevral 2022-ci il tarixli məktubdan görünür ki, cinayət işi istintaq və ərazi aidiyyatı üzrə Beyləqan rayon prokurorluğuna göndərilmişdir. (İİ cild, i.v. 181) -“Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrələrə, Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə qarşılıqlı zəng mübadilələrinin olduğu aşkar edilmişdir. Həmçinin, diskə əlavə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs3 24 noyabr 2021-ci il tarixdə saat 02 radələrində Bakı şəhərinin, saat 06 radələrində İmişli rayonunun, saat 08, 11, 12, 13, 14 və 15 radələrində Beyləqan rayonunun, saat 16 radələrində Sabirabad rayonunun, saat 17, 18, 19, 21 və 23 radələrində yenidən Bakı şəhərinin, N noyabr 2021-ci il tarixdə saat 00 radələrində yenidən Sabirabad rayonunun, 01 radələrində yenidən İmişli rayonunun inzibati ərazilərində, Təqsirləndirilən şəxs4 24 noyabr 2021-ci il tarixdə saat 05 radələrində Saatlı rayonunun, 05 radələrində Beyləqan rayonunun, 07 radələrində İmişli rayonunun, saat 11 və 12 radələrində yenidən Beyləqan rayonunun inzibati ərazilərində olmaları müəyyən edilmişdir. (İİ cild, i.v. 184-191) - “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs4 istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrələrə qarşılıqlı zəng mübadilələrinin olduğu aşkar edilmişdir. Həmçinin, diskə əlavə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs1 24 noyabr 2021ci il tarixdə saat 00, 11, 12, 16, 17, 18, 19 və 21 radələrində Bakı şəhərinin, N noyabr 2021-ci il tarixdə saat 00 radələrində Saatlı rayonunun inzibati ərazilərində olması müəyyən edilmişdir. (İİ cild, i.v. 192-196) - “Diskə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrə qarşılıqlı zəng mübadilələrinin olduğu aşkar edilmişdir. Həmçinin, diskə əlavə edilmiş anten məlumatları ilə Təqsirləndirilən şəxs2 24 noyabr 2021-ci il tarixdə saat 00-06, 08, 11-21 radələrində Bakı şəhərinin, N noyabr 2021-ci il tarixdə saat 00 radələrində Sabirabad rayonunun, saat 01 radələrində İmişli rayonunun inzibati ərazilərində olması müəyyən edilmişdir. (İİ cild, i.v. 197-210) - “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Redmi” markalı mobil telefonun əlavə baxışının aparılması zamanı müəyyən edilmişdir ki, “Əsgər Emi” adı ilə İran operatoruna məxsus olan +**********44 saylı mobil nömrə kontaktlara əlavə edilmişdir. “Whatsapp” sosial şəbəkə tətbiqində 24 noyabr 2021-ci il tarixdə saat 23:40-dan N noyabr 2021-ci il tarixədək saat 02:56-dək “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “Redmi” markalı mobil telefonda +**********45 saylı mobil nömrə ilə “Whatsapp” sosial şəbəkə tətbiqi ilə zənglərin edilməsi, həmçinin qarşılıqlı fotoşəkillər göndərilməsi və yazışmaların olması aşkar edildi. Belə ki, “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş mobil telefonda olan “Whatsapp” sosial şəbəkə tətbiqinə narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin “GoogleMaps” tətbiqi ilə olduğu yerin kordinatları, “şəhid Siyavuş Muradov” yazılmış tablonun fotosu, "Əmirzeyidli" yazısı olan yol nişanının fotosu ve "Konomnan get”, “Bildin”, “Kec konoma get" sözləri göndərilmişdir. Təqsirləndirilən şəxs3 “Konum acilmir" sözlərini “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrəyə göndərmişdir. Daha sonra “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrə ilə Təqsirləndirilən şəxs3 yenidən “GoogleMaps” tətbiqi ilə kordinatlar, "Be mende acilir”, “Sende yux”, “Set baqla ac”, “Da atma”, “Gel”, “Hardasiz”, “Dasburuna mesafe neqedi”, “Pilakarda bax mene dene”, “Hardasiz”, “Ne eledin”, “Hardasan”, “Mene xeber ver oldum burda”, “Hardasan”, “Ne uldo”, “Mene xeber ed”, “Menen danis”, “Araz” və “Hardasan" sözləri göndərilmişdir. Təqsirləndirilən şəxs3 olduğu yerin kordinatlarını, "Yeni cenlibel restoranının yanından kecdij”, “Bulaqli sola gosdeiridi Horadiz duz”, “Sabirabad rayonu yazısını kecdik”, “Qalagayin”, “Kruqdan donduy horadizə”, “Oldu”, “Horadiz 120km”, “Bilmirem”, “Ok” sözlərini “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran operatoruna məxsus +**********44 saylı nömrəyə göndərmişdir. Həmçinin, +**********45 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” sosial şəbəkə tətbiqinin “ZƏNGLƏR” bölməsinə daxil olunduqda həmin bölmədə “Whatsapp” sosial şəbəkə tətbiqi vasitəsilə “Əsgər Emi” adı ilə kontaktlara əlavə edilmiş İran İslam Respublikasının operatoruna məxsus +**********44 saylı mobil nömrə ilə 05 oktyabr 2021-ci il tarixdən N noyabr 2021-ci il tarixədək müddət ərzində müxtəlif tarixlərdə çoxsaylı səsli və video görüntülü qarşılıqlı zəng mübadilələrinin olduğu müəyyən edilmişdir. (İİ cild, i.v. 214-223) -25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (İİ cild, i.v. 224-227) - 16 mart 2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən cinayət işi üzrə istintaq müddəti 25 iyun 2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 45-46) - Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-13/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 239-243) - Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-13/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İİİ cild, i.v. 244-249) - Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-14/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İV cild, i.v. 1-6) - Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(020)-12/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (İV cild, i.v. 7-12) - Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. (İV cild, i.v. 47) - DSX-dən daxil olmuş xx.xx.2021-ci il tarixli “Pusqu” sərhəd naryadı xidmətinin təşkil olunması barədə qərardan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli məlumat əsasında Pusqu” sərhəd naryadı xidməti təşkil edilmişdir. (İV cild, i.v. 149-150) - “Sənədin baxışının aparılması haqqında” 18 may 2022-ci il tarixli protokola əsasən 24 sentyabr 2021-ci il tarixdə, saat 21:46-da şəxsiyyəti istintaqa Əsgər adı ilə məlum olan şəxsin istifadəsində olmuş və Təqsirləndirilən şəxs3 mobil telefonunda “Əsgər Emi” adı ilə qeyd edilmiş İran İslam Respublikasının operatoruna aid olan +**********44 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ********** saylı mobil nömrə arasında 12 saniyə müddətində danışıq olması müəyyən edilmişdir. (İV cild, i.v. 181) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 fevral 2022-ci il tarixli 295 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs4 cinayət əməlini törədərkən hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs4 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. (İV cild, i.v. 182-185) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli 362 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İV cild, i.v. 186-189) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 fevral 2022-ci il tarixli 364 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs3, həmçinin, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. (İV cild, i.v. 190- 193) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 fevral 2022-ci il tarixli 435 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 hadisə zamanı öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayəti törədərkən öz əməlinin faktiki xaraktrerini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik açkar olunmur. Təqsirləndirilən şəxs2 istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. (İV cild, i.v. 194-197) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 31 yanvar 2022-ci il tarixli, 429 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, müayinə zamanı Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkməmişdir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İV cild, i.v. 198-199) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 fevral 2022-ci il tarixli, 582 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İV cild, i.v. 200-201) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 fevral 2022-ci il tarixli, 616 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 3-cü dərəcə əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İV cild, i.v. 202-203) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 fevral 2022-ci il tarixli, 617 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkməmişdir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İV cild, i.v. 204-205) - 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, qeyd edilən cinayət işi üzrə istintaq müddəti 25 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. (V cild, i.v. 58-60) - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs4 N noyabr 2021-ci il tarixdə hadisə yerində olmasını, Təqsirləndirilən şəxs1 avtomobili saxladığı yer, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs3 avtomobildən düşərək getdikləri yer, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili fırladaraq geri qayıtdığı yer, avtomobilin üstünə gələn tanımadığı mülkü geyimli şəxsləri gördüyü yer və digər halları əyani olaraq təsdiq etmişdir. (V cild, i.v. 104- 118) -“Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 N noyabr 2021-ci il tarixdə hadisə yerində olmasını və idarə etdiyi avtomobillə hadisə yerindən qaçarkən təqib edilərək saxlanılmasını əyani olaraq təsdiq etmişdir. (V cild, i.v. 122-136) - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 24 iyun 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs2 N noyabr 2021-ci il tarixdə hadisə yerində olmasını əyani olaraq təsdiq etmişdir. (V cild, i.v. 137-144) - Beyləqan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (V cild, i.v. 145-151; Vİ cild, i.v. 1-7; 8-15;16-22 ) - “Sənədin baxışının aparılması haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 24 may 2022-ci il tarixdə, saat 23 radələrində Beyləqan RPŞ-nin MSY-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinə xəsarət yetirmələri faktı üzrə Beyləqan rayon prokurorluğunda ilkin yoxlama aparılmış və həmin fakt üzrə 23 iyun 2022ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. (V cild, i.v. 152-160) - “Sənədin baxışının aparılması haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 DSX-nin əməkdaşları tərəfindən döyülmələri və işgəncələrə məruz qalmaları ilə bağlı ifadələrində göstərdikləri xüsusatlarla bağlı Beyləqan rayon prokurorluğunda ilkin yoxlama aparılmış,alınmış izahatlara, məhkəmə tibbi ekspertizanın rəylərində bədənləri üzərində hər hansı xəsarət olmamasına və digər sənədlərə əsasən həmin fakt üzrə 06 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. (Vİ cild, i.v. 46-57) -10 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (Vİ cild, i.v. 58- 140) - 10 avqust 2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (Vİ cild, i.v. 141-145) - 26 noyabr 2021-ci il tarixli 6/5259 nömrəli materialların məhkəmə ekspertizasının rəyi şübhə doğurduğundan 19 avqust 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi barədə” 10 avqust 2022-ci il tarixli qərar, “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 11 avqust 2022-ci il, 12 avqust 2022-ci il, 13 avqust 2022-ci il və 15 avqust 2022-ci il tarixli qərarlar, “Cinayət işinin ayrılması haqqında” 10 avqust 2022ci il tarixli qərar və ibtidai istintaqın qurtarması barədə məlumat vermənin nəticələri ləğv edilmiş və cinayət işi üzrə ibtidai istintaq davam etdirilmişdir. (Vİİ cild, i.v. 45-48) - Əlavə materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4470 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının prokurorluğu Beyləqan rayon prokurorluğu Zərflər üçün” dairəvi möhür əksi, “212960145 nömrəli cinayət işi. Üzərində “"Namadol - 225 mq tablet tramadol hydrochloride” markalanma göstəricisi olan 198 ədəd konvalyut” yazısı olan bağlamadakı üzərində “Namadol 225 qr Tablet (tramadol hydrochloride)” markalanma göstəricisi olan 198 ədəd konvalyutda ümumilikdə 1990 ədəd üzərilərində "225" yazısı həkk olunmuş qırmızı rəngli dairəvi formalı həblər tramadol hidroxlolid tərkibli dərman preparatıdır.1980 ədəd həbdə tramadol hidroxlolid təsiredici maddəsinin ümumi miqdarı 445,5 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,225 qram tramadol hidroxlorid olmaqla). Tədqiqata təqdim edilmiş tramadol hidroxlolid tərkibli həblər xarici əlamətlərinə (həblərin rəngi, forması, konvalyutların üzərindəki göstəriciləri) və tərkibindəki təsiredici maddəsinə görə eynidirlər. İlkin tədqiqat zamanı (26 noyabr 2021-ci il tarixli 6/5259 saylı ekspert rəyi) sərf edilmiş 10 ədəd həb nəzərə alınmaqla, 199 ədəd konvalyutdakı ümumilikdə 1990 ədəd həbdə tramadol hidroxlolid təsiredici maddəsinin ümumi miqdarı 447,75 qramdır. 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahıya əsəsən tramadol hidroxlorid “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. (Vİİ cild, i.v. 56-61) -24 avqust 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. (Vİİ cild, i.v. 62- 149) - 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2 və 318-ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (Vİİ cild, i.v. 150-155) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibinin əlamətləri vardır və onların cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlillərə birlikdə, Təqsirləndirilən şəxs4 özünü müdafiə etmək üçün dəlilə isə ayrılıqda qiymət verilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 “Əsgər” adlı şəxsdən silah almaq üçün razılaşdığını, sonuncunun ona silah göndərəcəyini, həmin əraziyə içində silah olan bağlamanı götürməyə getdiyini, onunla gedən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun silah götürmək üçün getməsindən məlumatlarının olmadığını, narkotik vasitələr, psixotrop maddələr və digər güclü təsir edən maddəni götürmək barədə razılaşmadığını, hər hansı hərbi qulluqçuya müqavimət göstərmədiyini, bıçaqdan istifadə etmədiyini göstərməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları göstərməyi zəruri hesab edir: Belə ki, Təqsirləndirilən şəxs1 ilkin izahatında, həmçinin müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində (25 və 26 noyabr 2021-ci il) bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxslə cəzaçəkmə müəsisəsində olan tanışı vasitəsi ilə tanış olmuş, 03 sentyabr 2021-ci il tarixdə cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra “Əsgər” adlı şəxs oğlu Arazın mobil telefonu vasitəsilə əlaqə saxlamış və onunla mütəmadi olaraq danışmışdır. “Əsgər” adlı şəxs ona mobil telefon vasitəsilə narkotik vasitələri zaman içində göndərəcəyini bildirmişdir. 24 noyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində İran İslam Respublikası vətəndaşı Əsgər adlı şəxs oğlu Arazın mobil telefonu vasitəsilə əlaqə saxlayaraq ona Beyləqan rayonuna gəlməsini bildirmiş, sonra "Whatsapp” sosial şəbəkəsi ilə oğlu Arazın mobil telefonuna torbanın və hansı məkana gedəcəkləri yerin şəkillərini göndərmiş və buna görə də həmin istiqamətdə yola çıxmışlar, həmin əraziyə çatdıqdan sonra oğluna və Əfqana düşüb narkotik vasitələri götürüb gətirmələrini demiş, narkotik vasitələri Azərbaycan Respublikasına keçirdikdən sonra “Əsgər” telefonla narkotik vasitələri hara qoyacağını ona deyəcəyini bildirmişdir, kimə və hara təhvil verəcəyini daha əvvəldən bilməmişdir. Narkotik vasitələri Azərbaycan Respublikasına keçirtməsinə görə Əsgər bağlamada olan narkotik vasitələrdən ona da verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 ifadəsi ilə müəyyən olunur ki, 24 noyabr 2021-ci il tarixdən əvvəl iranlı şəxslə bu məqsədlə danışmış, oğlu Təqsirləndirilən şəxs3 telefonu ilə əlaqə saxladığından oğlunun da bu söhbətlərdən xəbəri olmuş, hətta Təqsirləndirilən şəxs3 ilkin izahatında bildirmişdir ki, Əsgər adlı şəxs bir neçə dəfə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirdiyi narkotik vasitələri Bakı şəhərindən müxtəlif ünvanlardan götürmüşdür. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərdikləri iş üzrə digər sübutlar, hətta Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ifadələri, mobil telefona baxış keçirilməsi haqqında protokollar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 avtomobildən düşərək qamışlıq əraziyə gedib içində narkotik vasitələr, psixotrop maddə və güclü təsir edən maddə olan torbanı götürərkən DSX-nin əməkdaşları tərəfindən saxlanılmaları, bu halı təsdiq edən şahid ifadələri ilə sübut edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında Beyləqan rayonuna qonşusu Təqsirləndirilən şəxs4 atasının cümə axşamı mərasimində iştirak etmək üçün gəldiyini, mərasimdə iştirak etdikdən sonra Əsgər adlı şəxsdən silah almaq üçün yenidən Beyləqan rayonuna getməsini bildirsə də onun 1200 manat pul ödəməsi şərti ilə silah götürmək üçün Beyəqan rayonuna gəlməsi inandırıcı deyildir, ən azı ondan ötrü ki, Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində hər hansı məbləğdə pul olmamış, yalnız oğlu Təqsirləndirilən şəxs3 47 manat məbləğində pul olmuşdur. Bundan əlavə cəzaçəkmə müəssisəsindən 03 sentyabr 2021-ci il tarixdə çıxmış şəxsin 1200 manat pul ödəyərək silah (deməsinə görə “Kalşnikov” markalı) almağa cəhd etməsi də ağlabatan deyildir. Bundan əlavə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri həm də şahid ifadələri ilə təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş DSX-nin hərbi qulluqçuları Şahid6 və Şahid7 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində avtomobildən düşərək əkin sahəsinə girməsini, qamışlıq əraziyə çatdıqda oradan bir ədəd narıncı rəngli bağlamanı götürüb geri qayıtdıqlarını şəxsən gördüklərini bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə saxlanıldıqları yerə və aşkar olunmuş predmetlərə baxış keçirilmiş, onlar da hər hansı hala etiraz etməyərək qeyd edilən protokollara imza etmiş, həmin hərəkətlər zamanı hal şahidləri də iştirak etmiş və məhkəmə istintaqında dindirilən hal şahidləri – Şahid1 və Şahid2 da qeyd edilənləri təsdiq etmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin təqib edilərək saxlanılması, saxlanılarkən sonuncunun avtomobildən düşərək əlində olan bıçaqla “Pusqu” sərhəd naryadının rəhbəri Zərərçəkmiş şəxs xəsarət yetirmək istəməsi həm Zərərçəkmiş şəxs ifadəsi, həm də şahidlər Şahid5 və Şahid4 ifadələri ilə təsdiq edilir. “Mobil telefona baxış keçirilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs3 saxlanırlarkən üzərindən aşkar edilərək götürülmüş “REDMİ” markalı mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, N noyabr 2021-ci il tarixdə saat 00:09-dan 03:25-dək «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə ilə Təqsirləndirilən şəxs3 istifadəsində olan REDMİ markalı mobil telefonda olan Whatsaap proqramı ilə zənglərin edilməsi, həmçinin fotoşəkillər göndərilməsi və qarşılıqlı yazışmaların olması aşkar olmuşdur. Belə ki, «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefonda olan Whatsaap proqramına narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin google map proqramı ilə olduğu yerin kordinatlarını, şəhid “Siyavuş Muradov”un şəkli olan tablonun fotosunu, "Əmirzeyidli" yazısı olan tablonun və "konomnan get, bildin, kec konoma get" sözlərini göndərmiş, Təqsirləndirilən şəxs3 “Konum acılmir" sözlərini «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrəsinə göndərmişdir . Daha sonra «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrə Təqsirləndirilən şəxs3 yeniden google map proqramı ile kordinatlar göndərərək, "be mende acilir, səndə yux, set bagla ac, da atma, gel, hardasiz, dasburuna mesafə nəqedi, pilakarda bax mene dene, hardasiz, ne eledin, hardasan, mene xeber ver oldum burda, hardasan, ne uldo, mənə xeber ed, menen danis, Araz hardasan" sözlərini göndərmiş, Təqsirləndirilən şəxs3 olduğu yerin kordinatlarını, "yeni cenlibel restoraninin yanindan kecdiy, bulaqli sola gosderirdi Horadiz duz, Sabirabad rayonu yazısını kecdik, Qalagayin, kruqdan donduy horadizə, oldu, Horadiz 120 km" sözlərini «Əsgər Emi» adı ilə qeyd olunmuş İran operatoruna məxsus +**********44 nömrəsinə göndərmişdir. Yuxarıda qeyd edilən bu hal isə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında dediyi kimi narkotik vasitələrin satışı ilə məşğul olmaması, silah almaq üçün Beyləqan rayonuna gəlməsini və s. halları tamamilə inkar edir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 qonşusu Təqsirləndirilən şəxs4 atasının 12 noyabr 2021-ci il tarixdə vəfat etməsini və həmin şəxsin “cümə axşamı” mərasimində iştirakı etmək istəyini bəhanə gətirərək və gələcəkdə də bu alibidən istifadə edəcəyini fikirləşərək “Əsgər” adlı şəxsin göndərdiyi qeyd edilən kütlələri götürmək üçün Beyləqan rayonu ərazisinə gəlmişdir. -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin göndərilməsindən və ya Azərin silah götürmək üçün Beyləqan rayonuna gəlməsindən məlumatlarının olmamalarını bildirmələri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları göstərməyi zəruri hesab edir: Təqsirləndirilən şəxs3 atası Təqsirləndirilən şəxs1 məqsədlərindən xəbərdar olmadığını bildirsə də həm ilkin izahatında, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi fadələrində tam etirafedici ifadələr vermiş, atası ilə iranlı “Əsgər” adlı şəxsin danışmasında vasitəçi olduğunu bildirmiş, hətta əvvəllər də iranlı “Əsgər” adlı şəxs tərəfindən göndərilmiş narkotik vasitələri götürüb atasının dediyi yerlərə çatdırdığını qeyd etmişdir. Sonuncu dəfə isə Beyləqan rayonuna narkotik vasitələr üçün götürməyə gələrkən atasının dedikləri sözləri istifadəsində olan “WhatsApp” proqramı vasitəsi ilə “Əsgər Emi” adı ilə yazdığı İİR mobil operatoruna məxsus mobil nömrəyə göndərmişdir. Bu hal yuxarıda qeyd edildiyi kimi saxlanılarkən Təqsirləndirilən şəxs3 üzərində olan mobil telefona baxış keçirilməsi barədə protokolla da təsdiq edilmişdir. Həmçinin yuxarıda qeyd edildiyi kimi şahid ifadələri ilə də təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs3 Əmirzeydili kəndində qamışlıq ərazidə Təqsirləndirilən şəxs2lə birlikdə narıncı rəngli torbanı götürərkən saxlanılmışlar. Bundan əlavə Təqsirləndirilən şəxs2 də eyni dəlillərlə çıxış etməsi ilə bağlı qeyd edilməlidir ki, sonuncu həm ilkin izahatında, həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində (25 və 26 noyabr 2021-ci il tarixlərdə) tam etirafedici fikirlər qeyd etmiş, Bakı şəhərindən Beyləqan rayonuna çıxarkən məqsədinin qonşusu Elşənin atasının “cümə axşamı” mərasimində iştirak etmək olmasını, lakin yolda olarkən Azərin həm də narkotik vasitə götürəcəyini bildiyini, narkotik vasitə istifadə etdiyi və Azərin ona yaxşı olacağı təqdirdə narkotik vasitə verəcəyini dediyi üçün Beyləqan rayonu ərazisində içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamanı götürmək üçün getdiyini öyrəndiyi zaman bunu götürməkdən imtina etmədiyini bildirmişdir. Həmçinin yuxarıda qeyd edildiyi kimi şahid ifadələri ilə də təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs2 Əmirzeydili kəndində qamışlıq ərazidə Təqsirləndirilən şəxs3la birlikdə narıncı rəngli torbanı götürərkən saxlanılmışlar. Göründüyü kimi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında və ibtidai istintaqın sonrakı vaxtlarında Təqsirləndirilən şəxs1 narkotik və ya silah götürmək üçün Beyləqan rayonuna gəlməsindən məlumatı olmadığını bildirmələri qətiyyən inandırıcı deyildir. Yuxarıda qeyd edilən hallarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər tərəfindən özlərini müdafiə üçün gətirdikləri dəlillər onların özlərini müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı yuxarıda göstərdikləri, yəni onlara elan olunmuş ittihamda nəzərdə tutulmuş cinayətləri törətməmələri ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrini (25 və 26 noyabr 2021-ci il tarixli) inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı və ibtidai istintaqın sonrakı mərhələlərində verdiyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri saxlanılarkən DSX-nin əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər edildiyi, həmçinin hədələndikləri üçün etirafedici ifadələr vermələri barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 DSX-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimləri ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilmələrinə baxmayaraq, istər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 özləri, istərsə də onların vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə göstərilən xüsusatları, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 DSX-nin əməkdaşları tərəfindən döyülmələri və işgəncələrə məruz qalmaları ilə bağlı ifadələrində göstərdikləri xüsusatlarla bağlı Beyləqan rayon prokurorluğunda aparılmış ilkin yoxlamanın nəticəsini, yəni alınmış izahatlara, məhkəmə tibbi ekspertizanın rəylərində bədənləri üzərində hər hansı xəsarət olmamasına və digər sənədlərə əsasən həmin fakt üzrə 06 avqust 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edildiyini, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxslər tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmalarına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onların hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldıqlarını göstərmələrini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra hərbi qulluqçular tərəfindən fiziki təzyiqlərə məruz qalmaları ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı verdiyi izahat və ilkin ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini və ibtidai istintaqın sonrakı mərhələlərində verdiyi ifadələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X10 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxslər və onların müdafiəçiləri) təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 əməllərinin tövsüfü ilə bağlı aşağıdakıları qeyd etməyi zərurui hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində qamışlıq ərazidə gizlədilmiş narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə razılaşmış, Təqsirləndirilən şəxs1 cinayətin digər iştirakçıları ilə aralarında olan rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitənin əldə edilməsi üçün idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin əraziyə gətirmiş, Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefona göndərilən smslər və kordinatlar vasitəsi ilə yolu göstərmiş, həmin əraziyə çatdıqda isə sonuncu və Təqsirləndirilən şəxs2 avtomobildən düşüb narkotik vasitələri götürmək üçün getmişlər, içərisində narkotik vasitələr olan narıncı rəngli torbanı götürərkən saxlanılmışlar. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin pul qarşılığında külli miqdarda – narkotik vasitə olan heroin, tiryək, qurudulmuş marixuana, psixotrop maddə olan metamfetamin və tramadol hidroxlorid tərkibli güclü təsir edən maddə əldə edib, saxlamaq və daşımaqla digər şəxsin deyəcəyi ünvana çatdırmaq niyyətində olmaları, onların məhz həmin maddələrin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslər Araz Bədəlzadə, Azər Bədəlov və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmələri sübuta yetirilmişdir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi təqsirləndirildikləri əməlin həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini və təqsirləndirilən şəxslərin həmin maddə ilə cəzalandırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iş üzrə narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən maddəni İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Beyləqan rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişlər. İş materiallarından da görünür ki, Araz Bədəlzadə ifadəsində qeyd etmişdir ki, mütəmadi olaraq iranlı şəxslə oğlu Təqsirləndirilən şəxs3 istfadəsində olan mobil telefona yüklənmiş sosial şəbəkə vasitəsi ilə danışmış, Təqsirləndirilən şəxs3 da bildirmişdir ki, atasının dedikləri sözləri telefonunda olan sosial şəbəkə vasitəsi ilə iranlı şəxsə yazmış və ya səs formasında göndərmişdir. Bu hal onu sübut edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, Azərbaycan Respublikası ərazisində qəbul edəcəklərini qabaqcadan vəd etmişlər. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ittiham elan edilməsi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Beyləqan rayonuna gedərkən, yəni yolda olarkən Təqsirləndirilən şəxs1 narkotik vasitə götürməsi barədə planını öyrənmiş, sonuncunun yaxşı olacağı halda ona da narkotik vasitə verəcəyi vədinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la razılaşmışdır. Bu hal bir daha onu təsdiq edir ki, narkotik vasitələrin, psixotrop maddə və güclü təsir edən maddənin İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl Təqsirləndirilən şəxs2 məlumatı olmamış, Təqsirləndirilən şəxs2 qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisində keçiriləcək qeyd edilən kütlələri Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Yuxarıda göstərilən hallara əsasən Təqsirləndirilən şəxs2 göstərilən kütlələri əldə etməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hissəsi cinayət işi materiallarında olan hər hansı sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsinə köməklik etməsini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələrin İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin obyektiv cəhətini icra etməsi və ya həmin cinayətin törədilməsinə köməklik göstərməsinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməllərini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3 və 315-ci maddələri ilə elan edilmiş ittihamla bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsində yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxsin yetkinlik yaşına çatmayanı aldatma və vədlər vermək vasitəsilə ağır cinayətlərin törədilməsinə cəlb etməklə yetkinlik yaşına çatmayan şəxs, digərləri və şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət əməli nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 315-ci maddəsində isə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə cinayət əməli nəzərdə tutulmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində özünü Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi, polkovnik Zərərçəkmiş şəxs kimi təqdim etdiyini, həmin vaxt əynində hərbi geyim olduğunu, Təqsirləndirilən şəxs1 əlində olan bıçağı verib təslim olmasını tələb etdiyini, lakin Təqsirləndirilən şəxs1 bıçağı vermədiyini və təslim olmadığını, sonuncunun sağ əlində tutduğu bıçaqla ona zərbə endirərək ona xəsarət yetirməyə çalışdığını, cəld tərpənərək onun qolundan tutduğunu və əlindəki bıçağı çətinliklə alıb onu zərərsizləşdirdiyini göstərmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 və Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişlər. “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununun 34cü maddəsinə əsasən dövlət sərhədinin bilavasitə mühafizəsi ilə əlaqədar vəzifələri yerinə yetirərkən sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları hakimiyyət nümayəndələri hesab edilirlər, onların qanuni tələblərinin icrası vətəndaşlar və vəzifəli şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Əməliyyat axtarış şöbəsinin rəisi polkovnik Zərərçəkmiş şəxs hakimiyyət nümayəndəsidir və “Pusqu” sərhəd naryadı xidmətinin təşkil olunması barədə N noyabr 2021-ci il tarixli qərardan çıxarışa əsasən o, xidməti vəzifəsini yerinə yetirmişdir. Məhkəmə-ballistik ekspertizasının 15 dekabr 2021-ci il tarixli 7/1219 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əlindəki bıçağı verib təslim olma barədə qanuni tələbini yerinə yetirməyib əlindəki zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən turist bıçağı ilə dövlət hakimiyyəti nümayəndəsi hesab edilən Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin Əməliyyat-axtarış şöbəsinin rəisi polkovnik Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan etməklə ibtidai istintaq orqanı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən həmin məcəllənin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayətlərdir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 xx.xx.2004-cü ildə anadan olmaqla yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş ağır cinayətlərin törədilməsinə cəlb etmişdir. Qeyd edilənlərə əsasən təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs – ata kimi xx xxxxxxx 2004-cü ildə anadan olmaqla yetkinlik yaşına çatmayan oğlu Təqsirləndirilən şəxs3 aldatma və vədlər vermək vasitəsilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş ağır cinayətlərin törədilməsinə cəlb etmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 tamah məqsədi ilə , yəni satış məqəsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə və güclü təsir edən maddə əldə etmişdir. Həmin predmetləri əldə etməklə qazanc əldə etmək məqsədi güdmüşdür. Həmin məqsəd yetkinlik yaşana çatmayan Təqsirləndirilən şəxs1 də olmuş, o, oğlu, yəni yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin satışından əldə ediləcək gəlirlərdən ona da çatması barədə vədlər verməklə onu da cinayətkar fəaliyyətə cəlb etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə ittiham irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştiraka yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ttiham elan edərkən iş üzrə toplanmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv, əsaslı hüquqi nəticəyə gəlsə də, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Belə ki, iş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda araşdırıb, həmin sübutların mümkünlüyünü, mənsubiyyətini və mötəbərliyini qiymətləndirib belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs4 qarşı CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülən ittiham üzrə Təqsirləndirilən şəxs4 təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmçinin Konstitusiyanın 63-cü maddəsinin İİİ hissəsində göstərilir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in: 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsində göstərilir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup halında birləşib 2021-ci ilin noyabr ayında qəsdən tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün İran İslam Respublikasının Aslandüz rayonu, Hacılı kənd sakini X6 və İran İslam Respublikasının vətəndaşları olması ehtimal edilən şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirilərək gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarında, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlədilmiş külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddənin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə etmək məqsədilə N noyabr 2022-ci il tarixdə saat 02 radələrində qurup üzvləri ilə həmin yerə gəldikdən sonra aralarında olan razılaşmaya uyğun olaraq qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 içərisində külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan bir ədəd kisəni götürüb gətirmək üçün getmiş, o, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə sonuncunun idarə etdiyi avtomobildə qalaraq Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 həmin kisəni götürüb gətirmələrini gözləmiş, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin 20-ci sərhəd zastavasının 14-cü sahəsinin arxa tərəfində gizlədilmiş içərisində külli miqdarda narkotik vasitələr, külli miqdarda psixotrop maddə və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddə olan narıncı rəngli bir ədəd kisəni qanunsuz olaraq satış məqsədilə götürüb əldə edərək onun və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 yanına daşıyarkən həmin gün saat 02:20 radələrində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən onlara “Dayan!” çağırışı verilmiş, Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayınmaq üçün qaçarkən onlar Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq həmin kisə onlardan götürülmüş, o, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 yaxalandıqlarını görüb Təqsirləndirilən şəxs1 yüksək sürətlə idarə etdiyi “VAZ-21063” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ərazidən uzaqlaşarkən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən izlənilərək təxminən bir neçə kilometr yol qət etdikdən sonra Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil saxlanılmışlar. Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun ittiham elan olunmuş cinayət əməlinin obyektiv cəhətini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və “Əsgər” adlı İİR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs4 həmin kütlələrin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən götürüləcəyinə məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncunun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə: - Təqsirləndirilən şəxs1 oğlu ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, ibtidai istintaq orqanının sübut kimi qəbul etdiyi N noyabr 2021-ci il tarixli şübhəli şəxs qismində və 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “...Təqsirləndirilən şəxs4 narkotik vasitə götürəcəyimizdən məlumatı yox idi. Beyləqan rayonuna atasının yas mərasimində iştirak etmək üçün bizimlə getmişdir.” deyə bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bu halı təsdiq etmişdir. - Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs4 ilkin izahatından, sonrakı ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs4 tutulduğu andan ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs1 və digərlərinin Beyləqan rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini bilmədiyini, hər hansı iranlı şəxsi tanımadığını, əlaqəsinin olmadığını, Beyləqan rayonuna X7in vəfatı ilə bağlı təşkil ediləcək “cümə axşamı” mərasimində iştirak etmək istəyən Bədlzadə Azər və digərlərini müşaiyyət etmək istəyi olduğunu bildirmişdir. - Bundan əlavə məhkəmə Təqsirləndirilən şəxs2 da ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, ibtidai istintaq orqanının sübut kimi qəbul etdiyi N noyabr 2021-ci il tarixli şübhəli şəxs qismində və 26 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində “ Azərin , Elşənin, Arazın və sizin narkotik vasitəni götürməyə getməyiniz barədə əvvəlcədən məlumatınız var idimi?” sualına cavab olaraq bildirmişdir ki, “ Azərin və oğlu Arazın əvvəlcədən məlumatı olduğunu düşünürəm. Elşənin isə məlumatı olduğunu bilmirəm. Mənim isə Beyləqanda məlumatım olmuşdur”. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 Beyləqan rayonuna gəlməkdə məqsədinin narkotik vasitələr əldə etmək olmaması, Təqsirləndirilən şəxs4 digər şəxslərin narkotik vasitə götürmək üçün Beyləqan rayonuna gəlməsindən məlumatının olmadığı barədə istintaq orqanına dəfələrlə özü, və Təqsirləndirilən şəxs1 tərəfindən ifadələr verilmişdir. Buna baxmayaraq ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri bu halı təkzib edəcək sübutlar toplamağa çalışsa da buna nail ola bilməmişdir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs4 İnşllah oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında, qaçaqmalçılıq yolu ilə satış məqsədi ilə külli miqdarda narkotik vasitəni, psixotrop maddəni, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan küllü miqdarda güclü təsir edən maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar - “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” N noyabr 2021-ci il tarixli protokollar, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” N noyabr 2021-ci il tarixli protokol, “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” N noyabr 2021-ci il tarixli protokol, materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyi (tramadol hidroxlorid tərkibli dərman preparatlarına aid hissəsi istisna olmaqla), məhkəmə-bioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyi, əlavə materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4470 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının 15 dekabr 2021-ci il tarixli 3/2010 nömrəli rəyi, “Mobil telefona baxış keçirilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokol, “Diskin baxışının aparılması haqqında” 23 fevral 2022-ci il tarixli protokollar, “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokol, iş üzrə zərərçəkmiş şəxsin, Şahid8, Şahid10, X1, Şahid9 və digər şahidlərin ifadələri, “Üzləşdirmə aparmaq haqqında” N noyabr 2021-ci il, 28 iyun 2022-ci il və 29 iyun 2022-ci il tarixli protokollar, “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 29 iyun 2022-ci il və 30 iyun 2022-ci il tarixli protokollar, Təqsirləndirilən şəxs4 ifadəsinin yerində yoxlanılması haqqında 24 iyun 2022-ci il tarixli protokol (onun N noyabr 2021-ci il tarixdə Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarındakı narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin gizlədildiyi yerə gəlmələri hissəsində), maddi sübutlar və cinayət işi üzrə toplanmış digər mötəbər sübutlarla tam təkzib edilmişdir. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs4 ittiham elan etmək üçün əsaslandığı sübutlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Təqsirləndirilən şəxs4 ittiham elan edilməsi üçün sübutlardan biri kimi “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” N noyabr 2021-ci il tarixli protokollara istinad etməsi anlaşılan deyil. Belə ki, həmin protokollardan görünür ki, saxlanılan şəxslərin üzərlərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs4 üzərindən üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin telefona baxış keçirilən zaman da iş üçün əhəmiyyətli olan hal məsələn, Təqsirləndirilən şəxs4 hər hansı iranlı şəxslə əlaqəsi, danışığı, narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı mesajları və s. aşkar edilməmişdir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” N noyabr 2021-ci il tarixli protokol və “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” N noyabr 2021-ci il tarixli protokol olması qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı həmin protokollar elan edilməklə tədqiq edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” protokolda qeyd edilmişdir ki, keçirilən baxışlarda Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirak etmişlər, narıncı rəngli torbanı götürdükləri yeri göstərmişlər, həmin torbanın içində olan kütlələrin çəkilməsində iştirak etmişlər. Lakin həmin protokollarla Təqsirləndirilən şəxs4 qeyd edilən cinayətdə təqsirli olmasını sübut edəcək hər hansı hal müəyyən edilməmişdir. - digər sübutlar kimi isə materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyi (tramadol hidroxlorid tərkibli dərman preparatlarına aid hissəsi istisna olmaqla), məhkəmə-bioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyi, əlavə materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4470 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının 15 dekabr 2021-ci il tarixli 3/2010 nömrəli rəyiləri qəbul edilmişdir. Halbuki, materialların məhkəmə eksertizanın və məhkəmə biloji ekspertizanın rəyləri mövcud olan maddi sübutun narkotik vasitə, psixotrop maddə, güclü təsir edən maddə olması faktını təsdiq edir, həmin kütlələrin aşkar olunması isə törədilmiş cinayətdə Təqsirləndirilən şəxs4 rolunun nədən ibarət olması barədə nəticəyə gəlməyə kifayət etmir. Həmçinin məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. -“Mobil telefonlara baxış keçirilməsi barədə” 29 dekabr 2021-ci il tarixli və “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokolara əsasən isə Təqsirləndirilən şəxs4 deyil, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün sübutlar əldə edilmişdir. Belə ki, baxış keçirilən telefon Təqsirləndirilən şəxs3 məxsus olmuş və onun mobil telefonuna baxış keçirilərkən onun iranlı şəxslə əlaqəsinin olması, ona narkotik vasitənin gizlədildiyi yer barədə məlumatlar verməsi əksini tapmışdır. Təqsirləndirilən şəxs4 həmin telefonla hər hansı əlaqəsinin olması müəyyən edilməmiş, danışıqların Təqsirləndirilən şəxs4lə bağlılığı müəyyən olunmamışdır. - ittiham elan edilməsi üçün əsas götürülmüş digər sübut kimi iş üzrə zərərçəkmiş şəxsin, Şahid8, Şahid10, X1, Şahid9 və digər şahidlərin ifadələri, əsas götürülmüşdür. Halbu ki, ibtidai istintaq zamanı ifadələri alınmış zərərçəkmiş şəxs vəə DSX-nin əməkdaşları yalnız Təqsirləndirilən şəxs4 saxlanılıb hərbi hissəyə gətirilməsini bildirmişlər. Təqsirləndirilən şəxs4 verilmiş ittihamı təsdiq edəcək sübutlardan biri kimi qəbul edilmiş Şahid8 və Şahid10 ifadələri tədqiq edilmiş, eləcə də sonuncular məhkəmə iclasında da ifadə verərək ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişlər və həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs4 həqiqətən də 24 noyabr 2021-ci il tarixdə 3 nəfər şəxslə birlikdə Beyləqan rayonu Mil qəsəbəsinə gəlməsi, atasının “cümə axşamı” mərasimində iştirakı, bunun üçün həyətdə qurulmuş mağarda (çadır) əyləşmələri təsdiq edilmişdir. Həmçinin 24 noyabr 2021-ci il tarixinin təqvimdə “çərşənbə” günü olduğu halda Təqsirləndirilən şəxs4 və digərlərinin 24 noyabr 2021-ci il tarixdə “cümə axşamı” mərasiminə gəlmələri və həmin mərasimdə iştirak etmələri inandırıcı olmasa da təqsirləndirilən şəxslər bu barədə verilmiş suala cavab laraq bildirmişlər ki, onlar “cümə axşamı” mərasimindən bir gün əvvəl gəlmişlər. Lakin Təqsirləndirilən şəxs4 “cümə axşamı” mərasiminə “çərşənbə” günü gəlməsi ilə bağlı şübhələr olsa da həmin şübhələrin qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs4 xeyrinə həll edilməsi nəzərə alınaraq bu hala ittihamı təsdiq edəcək sübut kimi qiymət verilməsi qəbul edilməmişdir. - ittiham elan edilməsi üçün əsas götürülmüş digər sübut kimi “Üzləşdirmə aparmaq haqqında” N noyabr 2021-ci il, 28 iyun 2022-ci il və 29 iyun 2022-ci il tarixli protokollar qeyd edilçmişdir. Lakin cinayət işi materiallarına nəzərə saldıqda müəyyən edilir ki, həmin üzləşdirmə istintaq hərəkətində Təqsirləndirilən şəxs4 ümumiyyətlə ştirak etməmiş, üzləşdirmələr Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs1, Şahid7la Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında keçirilmişdir. - ittiham elan edilməsi üçün əsas götürülmüş digər sübutlar kimi isə “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 29 iyun 2022-ci il və 30 iyun 2022-ci il tarixli protokollar, Təqsirləndirilən şəxs4 ifadəsinin yerində yoxlanılması haqqında 24 iyun 2022-ci il tarixli protokol (onun N noyabr 2021-ci il tarixdə Beyləqan rayonu, Əmirzeyidli kəndinə gedən yolun kənarındakı narkotik vasitələrin, psixotrop maddənin və güclü təsir edən maddənin gizlədildiyi yerə gəlmələri hissəsində) göstərilmişdir. Məhkəmə iclası zamanı tədqiq edilmiş həmin protokollardan görünür ki, həmin istintaq hərəkətləri zamanı şahidlər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 DSX-nin əməkdaşları tərəfindən saxlanıldıqları yeri göstərmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs4fadəsinin yerində yoxlanılması haqqında 24 iyun 2022-ci il tarixli protokolla sonuncunun Təqsirləndirilən şəxs1 avtomobili ilə gəldiyi yerləri göstərmişdir. Həmin protokolla Təqsirləndirilən şəxs4 hazırkı cinayətin törədilməsində hansı rolunun olması qətiyyən müəyyən edilmir. Bundan əlavə cinayət işi materiallarına nəzər yetirildikdə görünür ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı ifadələrində 24 noyabr 2021-ci il tarixdə atasının “cümə axşamı” mərasiminə gəldiyini, Azərin avtomobil idarə etdiyini, Arazın isə ön oturacaqda oturduğunu, Əfqan və özünün isə arxa otiracaqlarda oturduğunu bildirmişdir. Təqsirləndirilən şəxs4 yol boyu avtomobildə “cümə axşamı” mərasimində iştirakla bağlı söhbətlər edildiyini , narkotik vasitələrlə və ya silahla bağlı söhbətlər edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 həmin avtomobildə olduğu halda avtomobildə olan 3 nəfər şəxsin “cümə axşamı” mərasimindən əlvə də başqa bir niyyətlə Beyləqan rayonuna gəlməsindən məlumatının olmadığını bildirməsi tam inandırıcı olmasa da kifayət qədər əsaslı şübhələr yaratmışdır. Lakin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda sadalanan normalarına görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə tərkibi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 təqsirliliyi sübuta yetirilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsində iştirak etməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki hallarının təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs4 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə gəlməsi halına əsaslanmışdır. Lakin istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs4 törədilmiş cinayətdə təqsirliliyi sübut edilməmiş, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər-hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs4 ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməllərin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPMin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin ibtidai araşdırma zamanı verdiyi ilkin etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8 və Şahid10 oğlunun, əlavə şahid qiqmində dindirilmiş X4 ifadələri, “Şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında” N noyabr 2021-ci il tarixli protokollar, “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” N noyabr 2021-ci il tarixli protokol, “Aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında” N noyabr 2021-ci il tarixli protokol, materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 6/5259 nömrəli rəyi (tramadol hidroxlorid tərkibli dərman preparatlarına aid hissəsi istisna olmaqla), məhkəmə-bioloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 7/1219 nömrəli rəyi, əlavə materialların məhkəmə ekspertizasının 24 avqust 2022-ci il tarixli, 6/4470 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının 15 dekabr 2021-ci il tarixli 3/2010 nömrəli rəyi, “Mobil telefona baxış keçirilməsi haqqında” 29 dekabr 2021-ci il tarixli protokol, “Diskin baxışının aparılması haqqında” 23 fevral 2022-ci il tarixli protokollar, “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokol, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “Üzləşdirmə aparmaq haqqında” N noyabr 2021-ci il, 28 iyun 2022-ci il və 29 iyun 2022-ci il tarixli protokollar, “Şahidin ifadəsinin yerində yoxlanması haqqında” 29 iyun 2022-ci il və 30 iyun 2022-ci il tarixli protokollar, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanıması istintaq hərəkətinin protokolları, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, psixotrop maddələr, güclü təsir edən maddə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərədə tutulmuş əməlləri törətmələri məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğundan onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in yuxarıda göstərilən maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü addəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzas, CM-in 206.2-ci maddəsində isə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsində isə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 315-ci maddəsinin sanksiyasında 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Buna görə də onlar Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 17 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 fevral 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il səkkiz ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə iki ay on gün vaxtından əvvəl şərti azad olunmuşdur. (İ cild, i.v. 165-169; İV cild, i.v. 59-78; 99-102) - Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş 25 yanvar 2023-cü il tarixli, 21-1/3- 1704-19 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş şərti vaxtından əvvəl azad etmə müddəti 13 noyabr 2021-ci il tarixdə bitdiyi üçün Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 2011, 2013 və 2018-ci il tarixlərdə olan hökmlərə görə yaranmış məhkumluqlar ödənilmiş, lakin sonuncu hökmlə barəsində təyin edilmiş cəzadan 03 sentyabr 2021-ci il tarixdə azad edilməsinə baxmayaraq məhkumluğun ödənilməsi üçün tələb olunan 2 il müddət keçməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. - Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəlikdən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən grünür ki, Təqsirləndirilən şəxs1 Maştağa qəsəbəsi M.Mirəliyev küçəsi dön 5, ev 5 ünvanında yaşayır. Ailə tərkibi həyat yoldaşı, oğlu- Təqsirləndirilən şəxs3 və qızı – Aysel Bədəlovadan ibarətdir. Yaşayış yeri üzrə normal xarakterizə edilir. (İİ cild, i.v. 123-124) -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 30 noyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.4-cü maddəsi tətbiq edilməklə 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, dörd il altı ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 oktyabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, on ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, i.v. 170-176; İV cild, i.v. 86-97; 127-139) Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 2012 və 2013-cü il tarixlərdə olan hökmlərə görə yaranmış məhkumluqlar ödənilmiş, lakin sonuncu hökmlə barəsində təyin edilmiş cəzanı 19 yanvar 2021-ci il tarixdə bitiməsinə və cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğun ödənilməsi üçün tələb olunan 2 il müddət keçməmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. - Sabunçu RİHB-nin Maştağa qəsəbəsi üzrə Nümayəndəlikdən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən grünür ki, Təqsirləndirilən şəxs2 Maştağa qəsəbəsi B.Bağırov küçəsi dön. 6, ev 2 ünvanında yaşayır. Ailə tərkibi anası, həyat yoldaşı və iki qardaşından ibarətdir. Yaşayış yeri üzrə normal xarakterizə edilir. Həmçinin nikah haqqında şəhadətnamədən görünür ki, Aysel Əsədullayeva ilə evlidir, doğum haqqında şəhadətnamədən görünür ki, himayəsində xx.xx.2022-ci il təvəllüdlü oğlu vardır . (İİ cild, i.v. 125-126; İV cild, i.v. 48-49) Qeyd edilmiş sənədə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən ediləlidir. - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmamışdır. (İ cild, i.v. 181) - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən (İAMAS-dan) olan çıxarışına əsasən, o, xx xxxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Bakı şəhəri Sabunçu rayonu icra hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyindən daxil olmuş 24 dekabr 2021-ci il tarixli, 436 nömrəli məktuba əsasən, Təqsirləndirilən şəxs3 Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 9 ünvanında yaşayıb-yaşamaması barədə məlumat yoxdur. (İ cild, i.v. 117; İİ cild i.v 122) Təqsirləndirilən şəxs3 cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilməlidir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən), Təqsirləndirilən şəxs3 cinayət törədərkən yetkinlik yaşına çatmaması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən), Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halın olmadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin sadə residivinin olmasının CM-in 61.1.1-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal olduğunu, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası törətdikləri cinayət əməllərinin tövsüf olunduğu maddələrin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonunculara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində bəraət hökm çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 24 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 şübhəli şəxs qismində tutulmuş, 26 noyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs4 barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs4 saxlanıldığı Bakı İstintaq Təcridxanasından dərhal həbsdən azad edilməlidir. Məhkəmə-narkoloji ekspertizasının 07 fevral 2022-ci il tarixli, 582 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 09 fevral 2022-ci il tarixli, 616 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunsa da Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs1 3-cü dərəcə əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 358 (üç yüz əlli səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 358 (üç yüz əlli səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin Maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 490.8 qram heroin, 4774.86 qram qurudulmuş marixuana, 50.35 qram tiryək, 475.4 qram metamfetamin və 1970 ədəd həbb şəklində tramadol dərman vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokola əlavə edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344 – 349, 350 – 353, 356, 357, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.3, 32.5,206.2, 234.4.1, 234.4.3, 240.3.2 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 315ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu N noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu N noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu N noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azad olunsun. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs4 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 358 (üç yüz əlli səkkiz) manat 46 (qırx altı) qəpik məbləğində pul bərabər qaydada tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-nin Maddi sübutların saxlanc yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 490.8 qram heroin, 4774.86 qram qurudulmuş marixuana, 50.35 qram tiryək, 475.4 qram metamfetamin və 1970 ədəd həbb şəklində tramadol dərman vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, “Telefonun əlavə baxışının aparılması haqqında” 24 fevral 2022-ci il tarixli protokola əlavə edilmiş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-40/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-40/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver