Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-40/2024 14.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X14, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi-İmişli Rayon Vəkil Bürosunun vəkili X15 iştirakı ilə xx xxxxxxx 1988-ci ildə İmişli rayonunun Qaralar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, İmişli rayonunun Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə birlikdə bir qrup şəxs halında X5 sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Belə ki, o, 25 may 2014-cü il tarixdə, saat 02:30-dan saat 06:00-dək olan müddətdə Rusiya Federasiyasının Komi Respublikası, Usinsk şəhəri, Pioner küçəsi, 15 saylı binanın yaxınlığında (qarşısında) alkoqol sərxoşluğu vəziyyətində X6 şəxsi münasibətlər zəminində aralarında qəflətən yaranan mübahisə zamanı tanışı Şahid1 ilə bir qrup şəxs halında birləşərək Aleksandr Pustovun sağlamlığına həyat üçün təhlükəli olan qəsdən ağır zərər vurmaq məqsədilə, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk edərək, Aleksandr Pustovun sağlamlığına ağır zərər vurulmasından ibarət ictimai təhlükəli nəticələri qabaqcadan görüb və bu nəticələrin baş verməsini arzu edərək, sonuncunun baş, üz və bədən nahiyələrinə əlləri və təpiklə (ayağı ilə) ən azı 7 zərbə, o cümlədən təpiklə (ayağı ilə) onun qarın nahiyəsinə ən azı 2 zərbə, habelə Şahid1 Aleksandr Pustovun baş, üz və bədən nahiyələrinə əlləri və təpiklə (ayağı ilə) ən azı 7 zərbə, o cümlədən təpiklə (ayağı ilə) onun qarın nahiyəsinə ən azı 2 zərbə vuraraq, Aleksandr Pustova nazik bağırsağın cırılması ilə nəticələnin qarın boşluğunun qapalı küt travmasından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri, üz nahiyədə üç qansızma, alın nahiyədə sıyrıq, sağ çiyin nahiyəsində qançırdan ibarət, sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş və Aleksandr Pustov 25 may 2014-cü il tarixdə, saat 08:50-də Usinsk Mərkəzi Şəhər Xəstəxanasının Anesteziologiya və reanimasiya şöbəsinə yerləşdirilib zəruri müalicə tədbirləri görülməsinə baxmayaraq, Təqsirləndirilən şəxs və Şahid1 ona yetirdikləri xəsarətlər (qarın boşluğunun qapalı küt travması xəsarəti nətcəsində nazik bağırsağın cırılmasının ağırlaşması kimi fibrinoz irinli peritonitin inkişafı ilə əlaqədar infeksion-toksik şokdan) ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Aleksandr Pustovun 26 may 2014-cü il tarixdə, saat 07:10-da həmin xəstəxanada ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki ayzyaşlı uşağı vardır və ailəsi ilə birlikdə İmişli rayonunun Qaralar kəndində yaşayır. O, Azərbaycan Respublikasının vətəndaşı olmaqla əvvəllər Rusiya Federasiyasının Komi Respublikasının Usinsk şəhərində yaşamışdır. İş üzrə zərərçəkmiş-X23 əvvəllər tanımamış, sonradan tanışı Olqa adlı qadının keçmiş əri olmasını bilsə də, aralarında hər hansı münasibəti olmamışdır. 2014-cü ilin yanvar ayında həmkəndlisi Məhəddinlə birlikdə işləmək üçün Rusiyanın Usinsk şəhərinə getmiş və orada birlikdə kirayə evdə qalıb fərdi qaydada xırda ticarətlə məşğul olmuşlar. Orada yaşayarkən tanış olduğu Olqa adlı qadınla (Şahid2) sevgi münasibətləri olmuş və hərdən Olqanın yaşadığı mənzilə gedib-gəlmişdir. Aralarında olan münasibətdən Olqanın qardaşı Dmitrinin də məlumatı olmuşdur. Bildiyinə görə X22 keçmiş əri olmuşdur. 24 may 2014-cü il tarixdə, axşam saatlarında o, Məhəddinlə birlikdə kafedə olarkən telefonla Olqa ilə danışmış, Olqa onu evinə dəvət etdiyindən o, kafedən çıxıb Olqanın yaşadığı Pionerskaya küçəsi, bina 15-in 6-cı mərtəbəsində olan mənzilinə getmişdir. Evə daxil olanda mətbəxdə Olqanın qardaşı Dmitrinin və keçmiş əri Aleksandrın oturub araq içdiklərini görmüş, Dmitri onu araq içməyə dəvət etmiş, o, da onların yanında oturmuş, lakin araq içməmişdir. Həmin vaxt Dmitri və Aleksandr sərxoş vəziyyətdə olmuşlar və Aleksandr ona sataşaraq Azərbaycan millətinin ünvanına söyüşlər söyməyə başlayıb onun üstünə dostlarını çağıracağını demiş, o isə Aleksandra söyüş söyməməsini bildirmişdir. Sonra Aleksandr yenə də millətini təhqir etdiyi üçün o, Aleksandra evdən çıxmasını və həyətdə onunla danışacağını bildirmiş, Aleksandr da onunla razılaşmış və onlar birlikdə aşağıya-binanın qabağına (həyətinə) düşmüşlər. Aşağı düşərkən Aleksandrın mobil telefonla kiməsə zəng etdiyini görüb onun kimisə ora çağıracığını güman edib o da mobil telefonla Məhəddinə zəng edib həmin ünvana çağırmışdır. Binanın qabağına düşdükdən sonra Aleksandr yenə də onu təhqir etmiş, o da sağ əli ilə Aleksandrın üzünə bir dəfə şillə vurub söyüş söyməməsini bildirmiş, Aleksandr isə yenə də söyüş söyərək onu vurmağa çalışmış, sonra isə onlar biri-birini vurmaqla dalaşmağa başlamış, dalaşarkən Aleksandr onu, o da Aleksandra bir neçə yumruq zərbəsi vurmuşdur. Onlar dava edən zaman Məhəddin də ora gəlmiş, elə həmin vaxt o, Aleksandrın əynindəki paltarın yaxasından tutub millət söyüşü etməməsini bildirib onu əli ilə itələmiş, Aleksandr da yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra o və Məhəddin bir neçə dəfə Aleksandrın bədənin müxtəlif nahiyələrinə təpik zərbəsi endirmişlər. O, təpik zərbələrinin Aleksandrın bədəninin hansı nahiyələrinə dəydiyini dəqiq xatırlamır. Aleksandrın söyüşlərə görə o, çox əsəbiləşib onu təpiklə vurmuşdur. Sonra o, gödəkcəsini götürmək üçün evə qalxmış, Olqa ondan nə baş verdiyini soruşanda o, Aleksandrla dalaşdığını demişdir. O, gödəkcəsini götürüb aşağı düşmüş və Aleksandrın ayağa qalxıb oradan uzaqlaşdığını görmüşdür. Sonra o, Məhəddinlə birlikdə oradan uzaqlaşıb yaşadıqları ünvana getmişlər. Həmin hadisə gecə vaxtı olduğundan ətrafda kiminsə olmasını görməmişdir. Bir neçə gündən sonra o, Aleksandrın Usinsk şəhər xəstəxanasında öldüyünü eşitmişdir. Aleksandrın öldüyünü eşidəndən qısa müddət sonra o və Məhəddin Rusiyadan Azərbaycan qayıtmışlar. Bu hadisədən bir müddət sonra onlar Usinsik şəhərinə getmək üçün Moskva şəhərinə getmiş, orada onu Azərbaycana deportasiya etmişlər və o, Rusiyadan Azərbaycana qayıtmış, Məhəddin isə orada qalmışdır. Xeyli müddətdin sonra eşitmişdir ki, bu hadisə ilə bağlı Məhəddin Rusiyada tutulub məhkum olunmuşdur. O, Aleksandrla dalaşarkən qarşılıqlı olaraq biri-birini vurmuşlar, sonra Məhəddin gəldikdən sonra o, özündən kənarlaşdırmaq üçün Aleksandrı əli ilə itələmiş və Aleksandr da yerə yıxılmışdır, sonra onlar ona bir-iki təpik zərbəsi vurmuşlar. O, hesab edir ki, Aleksandrın ölməsinə səbəb onların onu təpiklə vurması olmamış, çox güman ki, Aleksandr yıxılarkən bədəni harasa, ola bilər ki, yerdə olan bərk əşyaya dəyib xəsarət alması səbəbindən, həm də xəstə olması səbəbindən ölmüşdür. Hadisə baş verən vaxt onların Aleksandrı öldürmək niyyəti olmamış, sadəcə olaraq Azərbaycan millətini təhqir etdiyi üçün onlar Aleksandrı döymüşlər. Hazırda belə bir hadisənin baş verdiyinə görə əməlindən çox peşmandır. Sonradan onun adından qohumları X23n anası Yekaterina Alekseyevna ilə görüşüb ona üzrxahlıq etmiş, aralarında barışıq olmuş, həm də ona maddi köməklik göstərilmiş və hazırda zərərçəkmiş tərəfin ona qarşı şikayəti və tələbi yoxdur. Bir daha o, zərərçəkmiş tərəfə üzrxahlıq edib bu hadisənin mərhum Aleksandr Pustovla aralarında yaranmış mübahisə nəticəsində baş verdiyini və hazırda belə bir hadisənin baş verməsinə görə peşmançılıq çəkdiyini bildirir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, mərhum oğlu X12 Usinsk şəhəri, Komsomolskaya küçəsi, ev 23, mənzil 131 ünvanında yaşamışdır. Oğlu Aleksandr və Şahid2 üç ilə yaxın bir yerdə yaşamışlar və onların rəsmi nikahları olmamış, sonradan isə onların münasibətlər gərgin olmuşdur. Olqa yüngül həyat tərzi keçirən qadın olmuş və son vaxtlar Aleksandr Olqa ilə birlikdə yaşamamışlar. Oğlundan ayrıldıqdan sonra Olqa hər gün bir kişi ilə görüşməyə davam etmiş, görüşdüyü kişilər bir qayda olaraq rus millətindən olmamış, onun daima birlikdə olduğu bir kişi olmamış, gündə bir kişi dəyişmişdir. Aleksandr ondan ayrılmasına baxmayaraq, buna sakit yanaşa bilməmiş, bu hərəkətlər ona çox ağır gəlmişdir. O, Olqanın görüşdüyü və Aleksandra qarşı ədavəti olan konkret kiminsə adını çəkə bilmir və əlində hər hansı bir əsası olmadığı üçün bu cinayətin törədilməsində heç kəsi şübhəli bilmir, ancaq fikrincə Olqa Aleksandrın kim tərəfindən döyüldüyünü bilir. Dəfn mərasimində Olqanın davranışlarından bunu başa düşmüş, ancaq Olqa ona heç nə deməmiş, fikrincə bunu deməkdən qorxmuşdur. Oğlu Aleksandr mehriban, ancaq tez özündən çıxan və davaya meylli olmuş, Olqa ilə yaşadığı müddət ərzində belə hallar tez-tez baş vermişdir. Aleksandr mədəaltı vəzisi xəstəsi olmuş, pankreatit xəstəliyindən çoxdan əziyyət çəkmiş, ölümündən bir qədər öncə bu xəstəlik kəskinləşməyə başlamış və xəstəliyi ilə bağlı reanimasiyaya yerləşdirilmiş, sonra stasionar qaydada müalicə olunmuşdur. Ölümündən ay yarım, iki ay öncə oğlu xəstəxanadan evə yazılmış və o, evdə ambulator qaydada müalicə olunmuşdur. Aleksandr narkotiklərdən istifadə etməmiş, alkoqollu içkilərdən istifadə etmişdir. Aleksandrın çoxlu tanışı və dostu olmuş, onun kiminləsə münaqişəsi haqqında eşitməmiş və ona bu barədə heç nə deməmişlər. Aleksandr xaraktercə qapalı olmuş, onu narahat edəcək heç nəyi danışmamışdır. 25 may 2014-cü il tarixdə, bazar günü saat 06:10 radələrində Aleksandr ona zəng edib "ana, vəziyyətim pisdir" demiş, səsindən onun ağrılarının olduğunu hiss etmiş və onu yanına dəvət etmişdir. O, Aleksandrın yaşadığı evə getmiş və oğlunun üzünün pis vəziyyətdə olduğunu görüb nə baş verdiyini soruşduqda Aleksandr cavab verməmiş, təcili tibbi yardım çağırmasını bildirib hər şeyi özünün həll edəcəyini demişdir. Fikrincə oğlu döyüldüyünü onun bilməsini istəməmişdir. O, təcili yardım çağırmış, təxminən saat yarımdan sonra iki nəfər cavan qızdan ibarət həkim briqadası gəlib Aleksandrı tibbi müayinə etməyə başlamış, bu zaman oğlu qışqırmış, həkim əli ilə qarın nahiyəsinə basdıqda isə hətta söyüş söymüşdür. Hesab edir ki, oğlunun ağrıları güclü olduğundan o, belə hərəkət etmişdir. Oğlunun bədənində, sinəsində və qarnında heç bir döyülmə izi olmamış, xəsarətlər yalnız onun üz nahiyəsində olmuşdur. Həmçinin oğlunun gödəkcəsinin arxa hissəsi cırıldığına görə güman edir ki, kimsə onu arxadan tutub dartmışdır. Tibbi müayinədən sonra Aleksandr təcili yardım maşınına qədər özü düşmüş və baş vermiş hadisə barədə heç nə danışmamışdır. Bununla belə o, təcili tibbi yardımın əməkdaşlarına oğlunun xəstə olduğunu deyib özündə olan tibbi sənədləri onlara təqdim etmişdir. Bundan sonra bir daha oğlunu görməmiş, növbəti gün isə Aleksandrın xəstəxanada öldüyünü bilmişdir. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Yekaterina Pustovanın məhkəməyə ünvanlandığı 14 avqust 2023-cü il tarixli və 13 avqust 2024-cü il tarixli ərizələri (RF, Komi Respublikasının Usinsk notaris dairəsinin notariusu tərəfindən təsdiq edilmiş) ilə müəyyən edilir ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış, ona dəymiş mənəvi ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir və ounla münasibətləri yaxşı olmuşdur. O, 2009-cu ildən işləmək üçün Rusiyaya getmiş, sonradan Cahid də işləmək üçün Rusiyanın Komi Respublikasının Usinsk şəhərinə gəlmişdir. Onlar Usinsk şəhəri, Varkutuniski küçəsi, 3 saylı binada kirayədə qalmışlar və xırda ticarətlə məşğul olmuşlar. Cahidin orada Olqa adlı qadın tanışı olmuş və həmin qadının evinə gedib-gəlməsini bilmişdir. X23 tanımamış, lakin bildiyinə görə həmin şəxs Olqanın keçmiş əri olmuşdur. 24 may 2014-cü il tarixdə axşam saatlarında o, Cahidlə birlikdə kafedə olmuş, sonra Cahid çıxıb getmiş, hara getməsini bilməmişdir. Bir müddət sonra, gecə saat 05 radələrində Cahid ona zəng edib kimlərsə onu təkləyib döymək istədiklərini bildirib onu Olqanın yaşadığı ünvana (Pionerskaya küçəsi, bina 15 ünvanına) çağırmış, o da dərhal taksi iə həmin ünvana getmişdir. Həmin ünvana çatanda binanın qarşısında Cahidlə bir nəfər şəxsin, yəni Aleksandr Pustovun binanın qarşısında söhbət etdiklərini görmüş, orada başqa şəxsi görməmişdir. Aleksandr Cahidlə mübahisə edib nalayiq ifadələr işlədib Azərbaycan millətini təhqir etmiş, Cahid isə ona söyüş söyməməsini bildirmişdir. O, yaxınlaşıb Cahidi oradan aparmaq istəmiş, lakin Aleksandr mübahisəni davam etdirib Cahiddən əl çəkməyib söyüş söyməkdə davam etmiş, həmin vaxt Cahid Aleksandra söyüş söyməməsini bildirib ona bir şillə vurmuş, lakin Aleksandr yenə də söyüş söyməyə davam edib Cahidi yumruqla vurmuşdur. Sonra Cahid də Aleksandrı yumruqla vurmuş və onlar əlbəyaxa olub dalaşmağa başlamış, həmin vaxt Aleksandr yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra onun və Cahidin Aleksandrı vurmalarını xatırlamır. Sonra Cahid gödəkcəsini götürmək üçün Olqanın mənzilinə qalxmış, Aleksandr isə ayağa qalıb oradan uzaqlaşmağa başlamış, Cahid geri qayıdıb onun yanına gələrkən Aleksandr oradan bir qədər də uzaqlaşmış, o da Cahidlə oradan qaldıqları evə getmişlər. Hadisə zamanı orada Aleksandr, Cahid və özündən başqa heç kim olmamışdır. Bir neçə gündən sonra X17 şəhər xəstəxanasında ölməsini eşitmişdir. Aleksandrın öldüyünü eşidəndən az sonra onlar təyyarə ilə Rusiyadan Azərbaycan qayıtmışlar. Aradan bir müddət keçdikdən sonra onlar Usinsik şəhərinə getmək üçün Moskva şəhərinə getmişlər və orada Cahidi saxlanılıb Azərbaycana deportasiya edilmiş, özü isə Usinsik şəhərinə getmişdir. Xeyli müddətdən sonra o, bu hadisə ilə bağlı tutulmuş və Usinsik şəhər məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, bir müddət-4 il 6 ay cəzasını Rusiyada çəkmiş, 2019-cu ildə Rusiyadan Azərbaycana ekstradisiya olunmuş və 2022-ci ilin may ayında əfv olunaraq cəzaçəkmə yerindən buraxılmışdır. Onun və Cahidin Aleksandrı öldürmək niyyətləri olmamış, sadəcə olaraq Azərbaycan millətini təhqir etidyi üçün onlar Aleksandrı döymüşlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin yanvar ayından etibarən Təqsirləndirilən şəxsla görüşməyə başlamış, Cahidlə keçmiş əri Aleksandr Pustov arasında heç bir münaqişə, o cümlədən ona görə münaqişələri olmamışdır. 25 may 2014cü il tarixdə, səhər saat 04-05 radələrində artıq hava işıqlanmış, Cahid və Aleksandr onun mənzilindən çıxandan təxminən 10 dəqiqə sonra o, onların arxasınca çıxmışdır. Mənzilində olarkən Aleksandr və Cahid mübahisə etmişlər, hər ikisi dava-dalaş əhvalruhiyyəsində olmuşlar, onların münaqişəsinin səbəbini bilməmişdir. Aleksandr Cahiddən bayıra çıxıb kişi kimi təkbətək danışmalarını, yəni dalaşmalarını tələb etmiş, Cahid də qəzəblənib çıxıb kişi kimi danışmağa razı olduğunu deyib Aleksandrdan onunla küçəyə çıxmağı tələb etməyə başlamışdır. Həmin vaxt Aleksandr Cahidə dostlarına telefonla zəng edəcəyini və onunla danışacaqlarını demiş, Cahid isə Aleksandrın onunla çölə çıxmasını və kişi kimi danışmasını tələb etməkdə davam etmişdir. Aleksandr və Cahid kefli olmuş, hər ikisi emosional həyəcanlı vəziyyətdə, bir-birlərinə qarşı qəzəbli olmuşlar, xüsusən də Cahid qafqaz millətindən olan bir şəxs kimi çox əsəbi olmuş, özündən çıxmışdır. Daha sonra Aleksandr və Cahid küçəyə çıxmışlar. O, onların dalaşacaqlarından narahat olmuş, lakin alt paltarında olduğu üçün onların ardınca çölə dərhal çıxa bilməmişdir. O, paltarını geyinmiş, sonra Aleksandra zəng etmiş, lakin zəngə cavab verməmiş, Cahidə də zəng etmiş, o da zəngnə cavab verməmiş və o, narahat olub bayıra çıxmışdır. Cahid və Aleksandr onun mənzilindən çıxmasından təxminən 10 dəqiqə sonra o, küçəyə çıxmış və küçədə Aleksandrı, Cahidi və hamının «Mişa» deyə müraciət etdiyi Məhəddini (Şahid1) görmüşdür. Yaşadığı mənzil olan binanın 4-cü girişin (axırıncı giriş, “Çinar” mağazasına yaxın yerdə yerləşir) yanında giriş çətirinin altında, Cahid və Aleksandrın, onlardan təxminən 6 metr aralıda səkiyə yaxın yerdə Məhəddinin dayanmasını görmüşdür. Həmin vaxt Aleksandr sol böyrüüstə uzanmış, ayaqlarını diz və omba oynaqları nahiyəsində bükərək, qarnına doğru sıxmış, hər iki əli ilə qarnını tutmuş, əlləri ilə sinəsini və qarnını bağlamış vəziyyətdə olmuşdur. Cahid Aleksandrın yanında dayanıb onun üzərinə bir qədər əyilmiş vəziyyətdə olmuşdur. Cahidin qolları aşağı doğru, dirsəklərindən bir qədər bükülü, yumruğunu sıxmış vəziyyətdə olmuşdur. Həmin vaxt Cahidin arxası ona tərəf olmuş, Məhəddinə isə çox fikir verməmişdir. Aleksandr ağrıdığını, qarnının ağrıdığını deyib qışqıraraq bunu dəfələrlə təkrar etmişdir. Cahid Aleksandra tərəf əyilib qəzəbli halda ona qarşı nalayiq ifadələr işlətmiş, lakin dəqiq nə dediyi yadında qalmamışdır. O, baş verənləri görüb qışqırmışdır ki, Aleksandrı döyməyə cəsarət etməsinlər. Eyni zamanda onların yanına getmiş və Cahid onu eşidən kimi ona tərəf çevrilib ondan qarışmamağını, evə qayıtmasını tələb etmişdir. Sonra Cahid onun onlara tərəf getdiyini başa düşüb ona doğru gəlmiş, həmin vaxt Cahid özündən çıxmış halda olmuşdur. Cahid əllərini yumruq kimi sıxmış və yumruqlarında qan olduğunu, yumruqlarının zərbələrdən dağıldığını, yumruğu sıxarkən barmaqların dibində çıxan sümüklərin nahiyəsinin zədəndiyini görmüşdür. Həmin vaxt o, Aleksandrın üzünü görmüş, Aleksandr ağrıdan qıvrılmış, üzü də qan içində olmuşdur. Hesab edir ki, həmin vaxt Aleksandr ağır döyülmüşdür. Cahid ondan evinə qayıtmasını tələb etmiş, o da Cahidin onu döyə biləcəyindən qorxub geri qaçıb evinə qayıtmışdır. O, qaçıb girişə girəndə arxaya dönmüş, bu zaman Məhəddinin Aleksandrı yerdən qaldırdığını (ona ayağa qalxmağa kömək etmiş, yəni Aleksandra əlini uzadıb onu çəkib ayağa qaldırmışdır) görmüşdür. Bundan sonra Aleksandr o yana, bu yana səndələyib 22 saylı ev istiqamətində getmişdir. Aleksandrın əynindəki qara dəri gödəkcəsi çirkli və arxası cırıq olmuş, ancaq Aleksandr onun mənzilindən çıxanda gödəkcəsi təmiz və zədəsiz olmuşdur. O, baş vermiş davanın özünü görməmiş, dava bitəndən və Aleksandrın döyülməsi artıq qurtarandan sonra küçəyə çıxmışdır. Cahidin qəzəbli halını, qana boyanmış yumruqlarını, Aleksandrın qanını və qırmızı üzünü, ağrıdan qıvrıldığını və ikiqat vəziyyətdə olduğunu gördüyündən hesab edir ki, Cahid Aleksandrı döymüşdür. Həmin axşam o, Aleksandra və Cahidə zəng etməmişdir. 25 may 2014-cü il tarixdə, səhər saatlarında o, Aleksandra zəng vurmuş, amma telefonu sönülü olmuşdur. 25 may 2014-cü il tarixdə, saat 12 radələrində Cahid onun yanına gəlmiş, həmin vaxt onun əlləri sarğılı olmuşdur. Cahid ona qarşı əsəbi olmuş, Aleksandrla dava ilə bağlı heç nə izah etməmiş, əvvəl ona verdiyi mənzilin açarlarını onun üstünə atıb, söyüb getmiş, həmin vaxtdan sonra bir daha onu görməmişdir. Aldığı məlumata görə bu hadisədən sonra Cahid və Məhəddin Azərbaycana getmiş, sonra geri (Rusiyaya) qayıtmış, həmin vaxt Cahid Rusiyadan deportasiya olunmuşdur. Təxminən 29-30 may 2014-cü il tarixdə o, iş yerində Pionerskaya küçəsi, 15 saylı binada (onun mənzili olan girişdə, dördüncü mərtəbədə) yaşayan Levina Marina ilə söhbət edərkən Marina ona yaşadığı mənzilin eyvanından Cahidin Aleksandrla necə dalaşdığını, Aleksandra zərbələr endirdiyini gördüyünü demiş, lakin zərbələrin konkret olaraq hara vurulduğunu dəqiq deməmişdir. Həmçinin Marina ona Məhəddinin yerdə uzanmış vəziyyətdə olan Aleksandrı təpiklədiyini demiş, amma Məhəddinin onun harasına vurduğunu, zərbənin hara dəydiyini deməmişdir. İşdə olan, “İfadənin yerində yoxlanması haqqında” 20 mart 2015-ci il tarixli protokolla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Şahid2 ifadəsi yerində yoxlanılarkn o, Təqsirləndirilən şəxs, Şahid1 və Aleksandr Pustovun dayandınları yerləri əyani olaraq göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, şahid X13 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24 may 2014-cü il tarixdə, gün əzrində o və bacısının keçmiş yoldaşı Aleksandr Pustov birlikdə tanışı Aleksandr Timofeyevin dostu Serqey Hüseynovun evində olmuşlar və onlar 0,7 litrlik bir şüşə araq və pivə içmişlər. Axşam saatlarında o, Aleksandr Pustovla birlikdə Pionerskaya küçəsi 15, mənzil 252 ünvanında yerləşən evinə gəlmişlər. Aleksandr Pustovla evinə çatdıqdan sonra onunla birlikdə mənzilin mətbəxində yenidən araq içməyə başlamışlar. Həmin evdə o, bacısı Olqa və bacısı oğlu Oleqlə birgə yaşayır. X3 mənzilində birgə yaşamışlar, ancaq ayrıldıqlarına görə Olqa öz evinə qayıtmışdır. Aleksandrla evə gələndən sonra mətbəxdə 0,7 litrlik arağı birlikdə içmişlər və ikisi də sərxoş olmuşlar. Bacısı Olqanın evə nə vaxt gəldiyini xatırlamır, ancaq onun gəldiyini görmüş, Olqa onların yanına gəlmədən yataq otağına keçmiş, bir qədər sonra Olqanın dostu Təqsirləndirilən şəxs da ora gəlmişdir. Əvvəllər Cahid onlara, bacısının yanına gəlsə də, gecələr onunla qalmamışdır. Görüşdükləri zaman Olqa və Cahidlə bir neçə dəfə birlikdə spirtli içki qəbul etdikləri üçün onu tanımışdır. 2014-cü ilin may ayının 24-dən 25-nə keçən gecə Cahid üçün qapını kimin açdığını dəqiq xatırlamır, ancaq o, tək gəlmiş, sonra mətbəxə keçib onlarla araq içməyə başlamışdır. Bacısı Olqa onlarla masa arxasında oturmasa da, vaxtaşırı siqaret çəkmək üçün mətbəxə çıxdıqda onların hər üçünü orada görmüşdür. İçki içdikləri zaman Aleksandr Cahidi milliyyətcə azərbaycanlı olduğu üçün “çurka” adlandırmış, Aleksandr Cahidi bəyənmədiyi açıq-aydın görünmüşdür. Cahid isə ona cavab verməmiş, təhqirlərə fikir verməyib səssizcə içməyə davam etmişdir. Təxminən 30 dəqiqə sonra Cahid Olqanın otağına keçmişdir. Sonra o, (Şahid3) yatmaq üçün zala getmiş, Aleksandr evinə getmək fikrində olub-olmadığını bilməmiş, ancaq ona da zalda yatmağı təklif etmiş, Aleksandr isə siqaret çəkmək üçün mətbəxdə qalmışdır. Yuxuya getdiyi üçün sonradan nə baş verdiyini bacısı ona danışmışdır. Olqa ona Aleksandrın Cahidi “çurka” deyə təhqir etdiyinə görə dava etdiklərini demişdir. Olqanın deməsinə görə onlar mənzildə dalaşmamış, lakin Cahid Aleksandrı küçəyə çıxarmış, orada evin girişinin qarşısında onlar dalaşmışlar. X24 ölümünə və döyülməsinə görə məsuliyyət daşıya biləcəyindən ehtiyat edərək Rusiyanı tərk etdiyini bildirmişdir. Olqa Aleksandrı iki nəfərin döydüyünü, yəni Cahidin Aleksandrı kiminləsə birlikdə döydüyünü demişdir. Olqanın deməsinə görə o, (Olqa) Cahidin və Aleksandrın arxasınca küçəyə çıxdıqdan sonra onların evinin girişinin yanında o, Cahidin yanında dostunu görmüş, onlar yerdə uzanmış Aleksandrın yanında dayanmış, lakin o, Cahidin dostu haqqında məlumatları dəqiqləşdirməmişdir. 25 may 2014-cü il tarixdə, saat 14 radələrində o, Aleksandra zəng edib danışmış və Aleksandr binanın girişinin yaxınlığında Cahidlə təkbətək dava etdiyini, üzündə zədələr olduğunu, ancaq həmin zədələrin qorxulu olmadığını, zamanla keçəcəyini demişdir. Aleksandr evə piyada gəldiyini desə də, Cahidin onu dəqiq harada, nə ilə və nə qədər vurduğunu deməmişdir. Aleksandr sərxoş vəziyyətdə olsa da, aktiv şəkildə müqavimət göstərə biləcək iqtidarda olmuşdur. Onlara gələn zaman Aleksandrın paltarı təmiz, dəri gödəkcəsi isə zədəsiz olmuşdur. Sonra Aleksandrın xəstəxanaya düşdüyünü bilmişdir. Məhkəmə iclasında ifadələri elan olunmaqla tədqiq edilmiş, şahidlər X1 və X7 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, şahid Semyaşkina (Levina) Marina Mixaylovna ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə evlənmiş və soyadını Semyaşkina olaraq dəyişdirmiş və onun qızlıq soyadı Levina olmuşdur. 25 may 2014-cü il tarixdə, saat 04:00-dan 05:00-dək olan müddətdə Komi Respublikasının Usinsk şəhəri, Pioner küçəsi, 15 saylı binanın sonuncu dəhlizinin eyvanının altında dava olduğunu görmüş, orada Təqsirləndirilən şəxs və “Mixail” (Məhəddin) Əliyev və Aleksandr Pustov olmuşlar və onlar yüksək səslə mübahisə etmişlər. Cahid və “Mixail” (Məhəddin) orada olan qazonun üzərində və səkidə Aleksandrı döymüşlər. Əliyev soyadlı şəxsin (Şahid1) adını “Mixail” deyə çağırmışlar, ancaq onun adını azərbaycanca bilmir. Həmin vaxt bəyaz gecələr olduğu üçün çöl işıqlı olmuş və o, küçədə Cahid, “Mixail” (Məhəddin) və Aleksandrdan başqa heç kimi görməmişdir. Aleksandr hərəkətsiz vəziyyətdə yerdə uzandığı andan baş verən hər şeyi görmüş, həmin vaxt Aleksandr yumruqlarını sıxaraq əllərini sinəsinə basmış, başını bədəninə sıxmış, dizləri qatlanmış vəziyyətdə olmuş və onun çox ağrıdığını aydın görmüşdür. Aleksandrın qışqıraraq “məni döymə, ağrıyır, mədəm ağrıyır…” deməsinə baxmayaraq, Cahid və “Mixail” (Məhəddin) Aleksandrın üzərində dayanıb onu təpiklə vurmuşlar. Bu zaman Cahid və “Mixail” (Məhəddin) ayaqları ilə Aleksandrı təpikləyərək, aqressiv şəkildə Aleksandrın ətrafında dövrə vurub onun bədəninin müxtəlif nahiyələrinə, kürəyinə, mədəsinə, başına, üzünə, ayaqlarına və qollarına təpiklər vurmaqda davam etmişlər. Cahid və “Mixail” (Məhəddin) Aleksandra hərəyə azı 7 təpik vurmuş və hər birinin vurduğu ən azı 2 təpiyin Aleksandrın qarın nahiyəsinə dəydiyini dəqiq olaraq görmüşdür. Aleksandr onu döyməyi dayandırmalarını xahiş edib qışqırıb, qarının ağrısı və pankreatitdən şikayətlənməyə başlamışdır. Bu zaman tanıdığı Şahid2 Pioner küçəsi, 15 saylı evin sonuncu dəhlizinin girişinin yanında görmüş, Olqa dərhal davaya tərəf qaçıb “Mixail”ı (Məhəddin) Cahidi Aleksandrdan ayırmağa başlamış və qışqıraraq Aleksandrı döyməyi dayandırmalarını demişdir. Cahidlə “Mixail” (Məhəddin) Aleksandrı döyməyi dayandırmış, sonra Cahid Olqa ilə mübahisə etməyə başlamış, onlar söhbət edən zaman Aleksandr yerdən qalxıb səndələyə-səndələyə “Otrada” mağazasına tərəf getmişdir. Aleksandrın getdiyini görən Cahid onun arxasınca qaçıb Molodejnaya küçəsi, 22 saylı evin küncündə Aleksandra çatıb kürəyinə və başının arxasına yumruq zərbələri endirməyə başlamış, Cahid Aleksandra ən azı 5 yumruq zərbəsi endirmiş və Aleksandr zərbələrdən yerə yıxılmışdır. Bu zaman “Mixail” (Məhəddin) qaçaraq gəlib Cahidi Aleksandrdan uzaqlaşdırmış, onlar Aleksandrı daha döyməmiş, Aleksandr da yenidən ayağa qalxıb səndələyə-səndələyə “Otrada” mağazasına tərəf getmiş və bir qədər sonra gözdən itmişdir. Aleksandr gedərkən Olga girişə gəlmiş, Cahid və “Mixail” (Məhəddin) isə Azərbaycan dilində nəyisə yüksək səslə müzakirə etmişlər. Onun Şahid2, Təqsirləndirilən şəxs və “Mixail” (Məhəddin) Əliyevlə hər hansı düşmənçiliyinin və ədavəti olmamış, hadisəni tam detalları ilə, kifayət qədər yaxından, təxminən 10 metr məsafədən müşahidə etdiyindən Aleksandr Pustova zərbələrin dəqiq olaraq məhz Təqsirləndirilən şəxs və “Mixail” (Məhəddin) Əliyev tərəfindən endirildiyini görmüşdür. İşdə olan, “İfadənin yerində yoxlanması haqqında” 22 aprel 2015-ci il və 28 iyun 2022-ci il tarixli protokollarla müəyyən edilir ki, ifadəsi yerində yoxlanılarkən Şahid4 (Levina) Təqsirləndirilən şəxs və Şahid1 və Aleksandr Pustovun dayandıqları yerləri, Təqsirləndirilən şəxs və Şahid1 Aleksandr Pustova zərbə endirdikləri vəziyyətləri əyani olaraq və dəqiqliyi ilə göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Həmçinin işdə olan 18 mart 2015-ci il tarixli, “Üzləşdirmədə dindirmə” protokolu ilə müyyən olunur ki, Şahid4 (Levina) şübhəli şəxs Şahid1lə üzləşdirmədə dindirmə zamanı istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İşdə olan, 28 mart 2015-ci il tarixli, 16/1187/2015/18 nömrəli mütəxəssis rəyinə əsasən PFT gedişində şahid Semyaşkina (Levina) Marina Mixaylovnanın sınaqdan əvvəl aparılan söhbət zamanı onun şərh etdiyi informasiya ilə üst-üstə düşən informasiyaya malik olduğunu sübut edən psixofizioloji reaksiyalar aşkar edilmişdir, yəni o, Aleksandr Pustovun qeyri-ruslar tərəfindən döyülməsi hekayəsini özündən uydurmamış və o, bildirmişdir ki, Təqsirləndirilən şəxs və Məhəddin X10rnına təpiklə vurmuşlar, çünki onlar həqiqətən Aleksandr Pustovu döymüşlər. Qalan hissədə, PFT gedişində tədqiqat aparılan şəxsin istər nəzarət, istərsə də yoxlayıcı suallarına “xeyr” cavabları verərkən psixofizioloji reaksiyaların ifadə olunma dərəcəsi üzrə müqayisə oluna bilən reaksiyalar aşkar edilmişdir ki, bu da tədqiqat aparılan şəxsin iş üzrə daha əvvəl bildirdiyi məlumatları nə təsdiqləməyə və ya təkzib etməyə imkan verir. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 may 2014-cü il tarixli protokol və protokola əlavə edilmiş fotocədvəllə müəyyən olunur ki, qeyd olunan cinayət hadisəsi Rusiya Federasiyasının Komi Respublikası, Usinsk şəhəri, Pionerskaya küçəsi, 15 saylı binanın yaxınlığında, küçədə baş vermişdir. İşdə olan, “Baxış və götürmə haqqında” 26 may 2014-cü il tarixli protokolla müəyyən edilir ki, Usinsk Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsindən təqdim edilmiş, mərhum X8 məxsus olmuş əşyaları-göy rəngli başmaq, tünd boz rəngli şort, boz rəngli köynək, qara rəngli corablar, göy rəngli köynək, boz rəngli cins şalvar, qara rəngli kəmər, 3 qutu “Parlament” siqareti, alışqan, enerji doldurucusu, Rusiya Federasiyası vətəndaşının pasportu, sığorta şəhadətnaməsi, VÖEN, tibbi sığorta, bir ədəd “Samsung” markalı mobil telefon və sürücülük vəsiqəsi qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 23 aprel 2015-ci il tarixli protokolla müəyyən edildir ki, xx.xx.2014-cü il, saat 00:01:00-dən xx.xx.2014-cü il, saat 17:06:59-a kimi olan dövr ərzində **********8 abunə nömrəsinin (MTC) detallaşmasına baxış keçirilən zamanı xx.xx.2014-cü il 00:01:00-dən xx.xx.2014-cü il 17:06:59-a kimi olan dövr ərzində **********8 abunə nömrəsindən (abunəçi xx.xx.1964-cü il təvəllüdlü X4, faktiki istifadəçi Təqsirləndirilən şəxs olub) edilən abunə birləşmələrinin edildiyi abunə nömrələrinin və abunəçilərinin detallaşmasıdır. Detallaşmanın 4, 5 və 6-cı səhifəsində **********8 abunə nömrəsinin xx.xx.2014-cü il tarixində 23:43:06-dan 23:52:56a kimi olan dövr ərzində, xx.xx.2014-cü il tarixində 00:22:05-dən 01:33:28-ə kimi olan dövr ərzində **********6 abunə nömrəsi ilə (abunəçi xx.xx.1961-ci il təvəllüdlü X9, faktiki istifadəçi Şahid2) gələn və gedən məlumatlar şəklində telefon danışıqları olmuşdur. Bundan başqa, **********8 abunə nömrəsinin **********5 abunə nömrəsi ilə (X20) xx.xx.2014-cü il tarixində 23:59:27-də 6 saniyə, xx.xx.2014-cü il tarixində 00:01:50-də 12 saniyə, 00:20:21-də 15 saniyə telefon danışıqları olmuşdur. Bundan əlavə, **********8 abunə nömrəsinin **********0 abunə nömrəsi ilə (abunəçi xx.xx.1989-cu il təvəllüdlü X13) xx.xx.2014-cü il tarixində 01:35:19-dan 02:13:12-ə kimi olan dövr ərzində gələn və gedən məlumatlar şəklində telefon danışıqları olmuşdur. Bundan başqa, **********8 abunə nömrəsinin **********0 abunə nömrəsi ilə (abunəçi xx.xx.1989-cu il təvəllüdlü X13) xx.xx.2014-cü il tarixində 02:15:19-da 56 saniyə, 02:16:47-də 25 saniyə, 02:18:08-də 24 saniyə, 02:23:14-də 51 saniyə telefon danışıqları olmuşdur. Həmçinin 6-7-ci detallaşma səhifəsində xx.xx.2014-cü il tarixində **********8 abunə nömrəsi ilə **********6 abunə nömrəsi (abunəçi xx.xx.1961-ci il təvəllüdlü X9, faktiki istifadəçi Şahid2) arasında 02:29:15-də 18 saniyə, 02:35:30-da 18 saniyə, 02:39:22-də 48 saniyə, 02:54:26-də 41 saniyə, 03:15:19-də 16 saniyə, 03:21:43-də 11 saniyə, 03:32:49-da 16 saniyə, 03:46:42də 60 saniyə, 03:48:09-da 34 saniyə, 03:56:38-da 17 saniyə, 04:36:56-da 1 saniyə, 04:37:15-da 39 saniyə, 04:48:02-də 16 saniyə, 04:48:32-da 17 saniyə, 04:49:23-də 97 saniyə, 04:51:33-də 72 saniyə, 05:22:43-də 24 saniyə, 05:23:42-də 14 saniyə, 05:31:03də 17 saniyə, 05:31:36-da 9 saniyə, 05:32:54-də 31 saniyə, 05:34:36-da 17 saniyə, 05:35:31-də 78 saniyə, 05:37:34-da 67 saniyə, 05:46:49-da 223 saniyə, 05:51:17-da 149 saniyə, 05:54:06-da 12 saniyə, 05:54:37-da 39 saniyə, 05:55:39-da 27 saniyə, 05:56:49da 15 saniyə və 06:08:52-da 26 saniyə müddətində telefon danışıqları olmuşdur. Eyni zamanda xx.xx.2014-cü il tarixində **********8 abunə nömrəsi ilə **********6 abunə nömrəsi (abunəçi xx.xx.1988-ci il təvəllüdlü Şahid1) arasında 04:25:09-də 18 saniyə, 04:25:52-də 63 saniyə, 04:27:09-də 14 saniyə, 04:28:53-də 2 saniyə, 04:29:14-də 5 saniyə, 04:59:04də 63 saniyə, 05:00:40-də 31 saniyə, 05:07:00-də 6 saniyə, 05:18:41-də 25 saniyə, 05:21:12-də 17 saniyə və 05:28:56-da 43 saniyə müddətində telefon danışıqları olmuşdur. İşdə olan, “Maddi sübutların tanınması və cinayət işinə əlavə edilməsi haqqında” 15 avqust və 24 oktyabr 2014-cü il tarixli qərarlarla müəyyən edilir ki, tünd rəngli şalvar, göy rəngli futbolka, qısaqol köynək, şap-şap, boz rəngli şort, corab, 3 qutu siqaret, alışqan, dolum qurğusu ilə birlikdə “Samsung” mobil telefonu, gödəkcə, eləcə də üzərində qan izləri olan futbolka, divar kağızı fraqmentləri və mələfə iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan, məhkəmə-tibb ekspertizasının 10 iyul 2014-cü il tarixli, 21/73-14/80-14 nömrəli rəyi ilə müəyyən edilir ki, 1981-ci il təvəllüdlü vət. X5 ölüm səbəbi peritonun fibrinliirinli iltihabının və infeksion toksik şokun inkişafı ilə bağırsaq tərkibinin qarın boşluğuna axması ilə müşayiət olunan nazik bağırsağın cırılması ilə qarın boşluğunun qapalı küt travması olmuşdur. Aleksandr Pustovun meyitinin məhkəmə-tibbi tədqiqatı zamanı aşkar edilmişdir: nazik bağırsağın cırılması ilə qarının qapalı küt travması, üzün qançırı (3), alın nahiyəsində sıyrıq, sağ çiyin qançırı. Nazik bağırsağın cırılması ilə qarının qapalı küt travması ölümün başlanmasından 3-6 gün əvvəl məhdud səthə malik sərt, küt cismin zərbəsinin təsiri nəticəsində əmələ gəlmişdir ki, bu, meyitin müayinəsi zamanı bağırsaq ilgəklərində fibrin saplarının olması, eləcə də bağırsaq divarının mikroskopik müayinəsi zamanı iltihab prosesinin şiddəti (bağırsaq: selikli qişa avtoliz olunub. Qatı leykosit reaksiyası olan əzələ təbəqəsi. Serozanın altında ödemli mayenin və leykositlərin yığılması. Seroza qalınlaşıb, fibrinin iştirakı ilə leykositlərin iştirakı ilə infiltrasiya olunub) ilə sübut olunur. Bu xəsarət həyat üçün təhlükəlilik əlaməti üzrə sağlamlığa ağır zərər vurma kimi təsnif edilir (Rusiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 24 aprel 2008-ci il tarixli, 194n №li əmri ilə təsdiq edilmiş “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlar”ının 6.1.16 bəndi), bu halda isə ölümlə nəticələnmişdir. Üzün qançırı (3) ölümün başlanmasından təqribən 1-2 gün əvvəl məhdud səthə malik sərt, küt cismin ən azı 2 zərbəsinin təsiri nəticəsində əmələ gəlmişdir ki, bu, onların rəngi ilə sübut olunur. Bu xəsarət həyat üçün təhlükəlilik əlaməti üzrə sağlamlığa zərər vurmayan xəsarət kimi təsnif edilir (Rusiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 24 aprel 2008-ci il tarixli 194n №li əmri ilə təsdiq edilmiş “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlar”ının 9 bəndi). Bu qançırlar ölümün baş verməsi ilə səbəbli əlaqədə deyil. Alın nahiyəsində sıyrıq ölümün başlanmasından təqribən 1-2 gün əvvəl məhdud səthə malik sərt, küt cismin sürüşən zərbəsinin təsiri nəticəsində əmələ gəlmişdir ki, bu, onun səthindəki qabığın hündürlüyü ilə sübut olunur. Bu xəsarət həyat üçün təhlükəlilik əlaməti üzrə sağlamlığa zərər vurmayan xəsarət kimi təsnif edilir (Rusiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 24 aprel 2008-ci il tarixli, 194n №li əmri ilə təsdiq edilmiş “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlar”ının 9 bəndi) və ölümün baş verməsi ilə səbəbli əlaqədə deyil. Sağ çiyin qançırı ölümün başlanmasından təqribən 1-2 gün əvvəl məhdud səthə malik sərt, küt cismin basan zərbəsinin təsiri nəticəsində əmələ gəlmişdir ki, bu, onun rəngi ilə sübut olunur. Bu xəsarət həyat üçün təhlükəlilik əlaməti üzrə sağlamlığa zərər vurmayan xəsarət kimi təsnif edilir (Rusiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 24 aprel 2008-ci il tarixli, 194n №li əmri ilə təsdiq edilmiş “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlar”ının 9 bəndi) və ölümün baş verməsi ilə səbəbli əlaqədə deyil. İstifadə olunan silahların fərdi xüsusiyyətləri aşkar edilmiş bütün bədən xəsarətlərində əks olunmamışdır. Bədənə xəsarət yetirmiş silahlar bu nəticələrin 2-ci bəndində göstərilmişdir. Çəkməli ayaq və ya yumruq məhdud səthə malik sərt küt əşyalar olduğundan, aşkar edilmiş bədən xəsarətlərinin belə zərbələr zamanı əmələ gəlməsi ehtimalı istisna edilmir. Öz boy hündürlüyündən yıxıldıqda və məhdud səthə dəydikdə, o cümlədən əlavə sürətlənmə ilə yıxıldıqda qarın nahiyəsində qapalı küt zədənin əmələ gəlməsi ehtimalı istisna edilmir. Bir yıxılma və zərbə nəticəsində başda qançır və sıyrıntıların əmələ gəlməsi ehtimalı istisna edilir. Qarın boşluğunun qapalı küt travmasının əmələ gəlmə dövrü bu nəticələrin 2-ci bəndində göstərilmişdir. Aşkar edilmiş qançırlar və sıyrıntılar bu nəticələrin 2-ci bəndində göstərilən nisbətən qısa bir müddət ərzində əmələ gəlir. Onların əmələ gəlmə ardıcıllığına dair fikir bildirmək mümkün deyil. Aşkar edilmiş bütün bədən xəsarətləri sağ ikən yetirilmişdir. Aleksandr Pustovun ölümü Usinsk Mərkəzi Şəhər Xəstəxanasının stasionarında 26 may 2014-cü il tarixində, saat 07:10-da təsdiq olunub, bu da tədqiqat zamanı meyit hallarının dərəcəsinə zidd deyil (26 may 2014-cü il, saat 10:30): staz mərhələsində 25 saniyə ərzində bərpa olan meyit ləkələri, zəif meyit keyiməsi. Aşkar edilmiş bədən xəsarətlərinin əmələ gəlməsi zamanı zərərçəkmiş şəxs ona hücum edən şəxslə bədəninin ön səthi ilə üz-üzə yerləşməlidir ki, bu zaman o zərbələrin vurulması üçün bədən xəsarətlərinin yerinin olması şərti ilə, ayaqüstə, oturmuş və ya uzanmış vəziyyətdə ola bilərdi. Zərərçəkmiş şəxs bədən xəsarəti yetirildikdən sonra ölümün baş verməsinə kimi olan bütün zaman aralıqlarında hər hansı sərbəst hərəkətlər edə bilərdi. İşdə olan, komisyon məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2014-cü il tarixli, 03/67-14/62-14 nömrəli rəyi ilə müəyyən edilir ki, RF-nın vət. X5 ölüm səbəbi qarın boşluğunun qapalı küt travması nəticəsində nazik bağırsağın cırılmasının ağırlaşması kimi fibrinoz-irinli peritonitin inkişafı ilə əlaqədar infeksion-toksik şok olmuşdur. Aleksandr Pustova qarın boşluğunun küt travması ölümün başlanmasından 1-2 gün əvvəl (xəstəxanada cərrahi müalicədən ən azı 12-24 saat əvvəl-əməliyyat 25 may 2014-cü il, saat 17:30), məhdud təmas səthinə malik sərt, küt cismin ən azı bir dəfə vurması nəticəsində yetirilmişdir ki, bu 25 may 2014-cü il, saat 03:00-dan 06:30-a qədər olan dövrdə istisna edilmir, bu, bağırsaq divarının mikroskopik histoloji müayinəsi zamanı kəskin iltihabın inkişafı ilə (nazik bağırsağın divarının əzələ qişasında nazik bağırsağın kəskin fibrinli-irinli seroziti) sübut olunur. Bu xəsarət həyat üçün təhlükəlilik əlaməti üzrə sağlamlığa ağır zərər vurma kimi təsnif edilir (Rusiyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyinin 24 aprel 2008-ci il tarixli, 194n №li əmri ilə təsdiq edilmiş “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsinin müəyyən edilməsinin tibbi meyarlar”ının 6.1.16 bəndi). Aleksandr Pustovun qarın boşluğunun qapalı küt travmasının yıxılma və sərt küt cismin çıxıntılı hissəsi ilə toqquşma nəticəsində əmələ gəlməsi daxili orqanların xəsarət proyeksiyasında dəridə, daxili yumşaq toxumalarda hər hansı təmas zədələrinin (sıyrıqlar, qançırlar, əzələlərin və peritonun yırtılması) olmamasının nəzərə alınması ilə istisna edilir. Aleksandr Pustovun meyitinin tədqiqatı və əlavə tədqiqat metodlarının aparılması zamanı parapankreatik toxumanın absesinin inkişafı ilə kəskinləşmə dövründə mədəaltı vəzinin xroniki xəstəliyi aşkar edildi. Bu patoloji prosesin olması əlavə histoloji tədqiqatın nəticələri ilə təsdiqlənir (vəzinin çox hissəsi yağ toxuması və limfositar infiltrasiya sahələri ilə ... birləşdirici toxuma ilə əvəz olunur. Vəzinin toxumasında birləşdirici və qranulyasiya toxuması ilə əhatə olunmuş, makrofaqlar, limfositar infiltrasiya və tək leykositlər və eozinofillər olan çəhrayı rəngli həmcins kütlələr yığılıb. Vəzidə yeni törəmə damarlarla, az miqdarda şəffaf eritrositlərlə, limfositlərlə, makrofaqlarla, leykositlərlə, hemosiderofaqlarla və hemosiderin yığınları ilə qranulyasiya toxumasının inkişaf sahələri var ...). Bu patoloji proses Aleksandr Pustovun xəstəliyinin onun əməliyyat edilməsindən sonra bərpasına və sağalmasının xoşagəlməz nəticəsinə təsir etmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə, adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində (verilmiş ittihamda) göstərilmiş əməli törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində (verilmiş ittihamda) göstərilmiş əməli törədərkən öz hərəkətlərinə cavab vermək, onların faktiki xarakterini dərk etmək, onlara rəhbərlik etmək və hadisənin mahiyyətini faktiki qavramaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli mecburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. İnadkarlıq, emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İşdə olan, Rusiya Federasiyası Komi Respublikası, Usinsk Şəhər Məhkəməsinin 23 mart 2016-cı il tarixli hökmünün surəti ilə müəyyən edilir ki, Əliyev X11 Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 08 il 06 ay müddətə azadlqdan məhrumetmə cəzasına məhkum olunmuş, habelə iş üzrə olan maddi sübutlar (tünd rəngli şalvar, göy rəngli futbolka, qısaqol köynək, şap-şap, boz rəngli şort, corab, 3 qutu siqaret, alışqan, dolum qurğusu ilə birlikdə “Samsung” mobil telefonu, gödəkcə, eləcə də üzərində qan izləri olan futbolka, divar kağızı fraqmentləri və mələfə) məsələsi həll edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (aralaranda baş vermiş mübahisə zamanı Aleksandr Pustovu əli ilə vurub, sonra itələyib yıxsa da, yerə yıxıldıqdan sonra Aleksandr Pustovu təpiklə vurmaması, yıxılarkən Aleksandrın bədəninin harasa, ola bilər ki, yerdə olan bərk əşyaya dəyib xəsarətlər almasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin huquqi varisi Yekaterina Pustovanın, şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni aralaranda baş vermiş mübahisə zamanı Aleksandr Pustovu əli ilə vurub, sonra itələyib yıxsa da, yerə yıxıldıqdan sonra Aleksandr Pustovu təpiklə vurmaması, yıxılarkən Aleksandrın bədəninin harasa, ola bilər ki, yerdə olan bərk əşyaya dəyib xəsarətlər almasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin huquqi varisi Yekaterina Pustovanın, şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri (həmin ifadələrində o, mübahisə zamanı Aleksandr Pustovu əli ilə və təpiklə bir neçə dəfə vurduğunu, habelə Şahid1lə birlikdə Aleksandr Pustovu döydüklərini göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspert rəyləri, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tanışı Şahid1lə birlikdə bir qrup şəxs halında X5 sağlamlığına qəsdən ağır zərər vurmaqla ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Polisin nəzarəti altına vermə qətimkan tədbinin seçilməsinə dair” 09 fevral 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, İmişli RİHB-nın Qaralar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İmişli rayonunun Qaralar kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə özünü intizamlı aparmış, kənd sakinləri və qonşuları ilə münasibəti yaxşı olmuş, nümayəndəliyin ərazisində keçirilən ictimai işlərdə fəal iştirak etmişdir) xarakterizə olunur. Həmçinin İmişli RİHB-nın Qaralar kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 31 iyul 2010-cu il təvəllüdlü X21 və 24 yanvar 2016-cı il təvəllüdlü X16 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə işdə olan sənədlərlə müəyyən olunur ki, mərhum 12 avqust 1981-ci təvəllüdlü X12 Rusiya Federasiyası vətəndaşı olmaqla Rusiya Federasiyası, Komi Respublikası, Usinsk şəhəri, Komomoslk küçəsi, 23 saylı evin 131 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini-qəsdən sağlamlığı ağır zərər vurma əməlinin ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olması cinayət əməlini Rusiya Federasiyası ərazisində törətdiyindən onun əməli Azərbaycan Respublikası CM-nin 12.1 və 12.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla (CM-nin 12-ci maddəsinə istinad edilməklə) CM-nin 126.3-cü maddəsi ilə, eyni zamanda bu əmələ görə cinayət məsuliyyəti Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 4-cü hissəsi ilə tövsif olunmaqla həmin maddənin sanksiyasında on beş ilədək ilədək azadlıqdan məhrumetmə cəzasının, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin (19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) sanksiyasında isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsi nəzərə alınmalıdır. Eyni zamanda cinayət qanunvericiliyin müddəaları nəzərə alınaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsi ilə (19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) təqsirli bilinib cəza təyin edilərkən eyni əmələ görə Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 4-cü hissəsinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrumetmə cəzasının aşağı həddi iki ay (həmin maddənin sanksiyasında azadlıqdan məhrumetmə cəzasının aşağı həddi göstərilmədiyindən Rusiya Federasiyası CM-nin 56-cı maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının iki aydan iyirmi ilədək müddətə təyin edilməli müddəası qəbul edilməklə), yuxarı həddi isə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsinin (19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) sanksiyasında azadlıqdan məhrumetmə cəzasının yuxarı həddi on iki il olması nəzərə alınaraq təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının müddəti iki aydan on iki ilədək müddət müəyyən edilməklə qəbul edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını məhkəmə nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, yəni təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağın olması, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın (zərərçəkmiş şəxsin hüquqi varisinə) ödənilməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi və ilk məhkumluğu), eləcə də işin faktiki halları, o cümlədən şəxsi münasibətlər zəminində aralarında qəflətən yaranan mübahisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə xəsarətlər yetirməsi və bu xəsarətlərin ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 126.3-cü maddəsinin (19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Həmçinin hazırki iş üzrə törədilən cinayət əməli CM-nin 126.3-cü maddəsinin 19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada olan sanksiyasına əsasən törədilmiş əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olmuş əşyaların Rusiya Federasiyası Komi Respublikası, Usinsk Şəhər Məhkəməsinin 23 mart 2016-cı il tarixli hökmü ilə həll edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmiş və maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində (19 iyun 2014-cü il tarixədək qüvvədə olmuş köhnə redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmuş əşyaların Rusiya Federasiyası Komi Respublikası, Usinsk Şəhər Məhkəməsinin 23 mart 2016-cı il tarixli hökmü ilə həll edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-40/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-40/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver