Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-40/2025 14.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi1, Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri Betonzavod ərizisi ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə; xx xxxx 1992-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu Qodman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə; 10 avqust 1993-cü ildə Masallı rayonu İsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu İsi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 12 avqust 2023-cü il tarixdək olan vaxtda Bakı şəhərində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,046 qram metamfetamini əldə edərək saxlamış, bundan başqa İran İslam Respublikasında olan digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın, heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi, bandan əlavə qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitələrin və psixotrop maddənin Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikasında qəbul edilməsi və realizə olunmasının təşkili barədə əvvəlcədən vəd verib razılaşaraq onun köməkçiliyi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 09 avqust 2023-cü il tarixdə cinayətkar qrupun İran İslam Respublikasında olan üzvü onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitələri və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Xəzər dənizinin Lənkəran rayonu Nərmanabad qəsəbəsi ərazisinə göndərməsi barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhərindən həmin yerə getmək və narkotik vasitələri daşımaq üçün nəqliyyat vasitəsi lazım olduğundan, özünün isə sürücülük vəsiqəsi olmamaqla şəxsən kirayəyə avtomobil götürmək imkanı olmadığından onun yaşadığı evdə qonaq olan əmisi oğlu Təqsirləndirilən şəxs2 və qayını X4 əsl cinayətkar niyyatini bildirmədən sürücülük vəsiqəsi olan Təqsirləndirilən şəxs2 adına kirayəyə avtomobil götürməklə istirahət etmək üçün Lənkəran rayonuna getməyi təklif etmiş, bu qaydada həmin şəxslərin razılığını aldıqdan sonra 12 avqust 2023-cü il tarixdə X3 adına Bakı şəhərində kirayəyə götürdüyü «Hyundai İX-35» markalı, «AZ **-LF-***» qeydiyyat nişanlı avtomaşınla 2,046 qram metamfetamin Təqsirləndirilən şəxs1 üzərində olmaqla saat 15 radələrində Bakı şəhərindən Lənkəran rayonu istiqamətində yolda olduqları zaman X13 rayonunda yaşayan tanışı Təqsirləndirilən şəxs3 zəng edərək əsl cinayətkar niyyətini bildirmədən Lənkərana istirahət etməyə getdiklərini bildirmiş və onlarla birlikdə getməsini təklif etmiş, onlar saat 17 radələrində Masallı şəhərinə çatmışlar, Təqsirləndirilən şəxs3 da avtomaşına minmiş, bundan sonra bir müddət Masallı şəhərində istirahət etdikdən sonra saat 20 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarəti bölməsinin sahəsində Xəzər dənizinin sahilinə gedərək avtomaşını sahildə saxlamaqla birlikdə yeyib içmiş və çimdikləri zaman Edurad Əliyev digər yoldaşlarına bildirmədən cinayətkar qrupun iranlı üzvü ilə telefon əlaqəsi saxlamaqla saat 22:40 radələrində “Balıqçılar” sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsü istiqamətində, Lənkəran rayonu ərazisində Xəzər dənizi sahilindən təklikdə bir ədəd bağlamada külli miqdarda 7010 qram qurudulmuş marixuana, 1729,5 qram heroin, 400 ədəd həb şəklində təsiredici maddəsinin miqdarı 16 qram narkotik vasitə metadon və külli miqdarda 662,7 qram psixotrop maddə metamfetamini təkrarən əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən “Dayan!” çağırış komandası verildikdə bağlamanı sahildə ataraq ərazidən uzaqlaşmış, Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 avqust 2023-cü il tarixdə saat 05 radələrində qeyd olunan külli miqdarda narkotik vasitələr və psixotrop maddə bir ədəd bağlamada dəniz sahilində aşkar olunaraq götürülmüş, sonra isə saat 09 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hyundai İX-35” markalı, “AZ **-LF-***” qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən avtomobilin yük yerində olan Eduar Əliyevə məxsus qara rəngli cins şalvarın sol qabaq cibində gizlətdiyi iki ədəd bükümdə qablaşdırılmış külli miqdarda 2,046 qram metafetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğlu, Təqsirləndirilən şəxs3 həmkəndlisi və dostu, İbrahimli Murad isə qayınıdır. O, iranlı Vəhdət adlı şəxslə 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuşdur. Hadisədən bir neçə gün əvvəl Vəhdətlə telefonla danışaraq ona Xəzər dənizi ilə İran tərəfdən qayıqla yarım kiloqram qurudulmuş marixuana göndərməsi barədə razılaşmışlar. Onun iranlı ilə narkotiklə bağlı danışması barədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Murad İbrahimlinin məlumatları olmamışdır. O, həmin miqdarda qurudulmuş marixuananı qəbul etdikdən sonra iranlı Vəhdətə 1300 manat pul göndərməli olmuşdur. İranlı 09 avqust 2023-cü il tarixdə onunla telefon vasitəsi ilə əlaqə saxlamaqla hazır olmasını, narkotik vasitələri qayıqla Xəzər dənizinin Lənkəran rayonu Nərmanabad qəsəbəsi ərazisinə göndərməsini və ona bu barədə əlavə məlumat verəcəyini demişdir. Onun Masallı rayonu Qodman kəndində yaşayan əmisi oğlu Əlazədə Nurəddin 11 avqust 2023-cü il tarixdə onun Sumqayıt şəhərində yaşadığı evə gəlmişdir. Nurəddin Bakı şəhərində «Uber» şirkətindən maşın götürüb taksi fəaliyyəti ilə məşğul olmaq istəmişdir. Şirkətlə əlaqə saxlamış, şirkətdən ona maşın götürmək üçün gələn həftənin 1-ci günü şirkətə gəlməsini demişlər. Nurəddin həftənin 1-ci gününə kimi onların evdə qalmaq istədiyini demişdir. O isə əmisi oğluna onun evində istədiyi qədər qala biləcəyini demişdir. O, narkotiki qəbul etmək üçün Lənkəran rayonu Nərimanabad (Balıqçılar) qəsəbəsinə getmək üçün Bakı şəhərində rentakardan kirayəyə maşın götürmək istəmişdir. Lakin sürücülük vəsiqəsi olmadığına görə rentakardan öz adına maşın götürə bilməmişdir. 12 avqust 2023-cü il tarixdə iranlı Vəhdət ona zəng edərək narkotik vasitəni qayıqla göndərdiyini demişdir. Lənkəran rayonu Nərimanabad qəsəbəsinə Xəzər dənizi sahilinə gedərək narkotiki orada qəbul edə bilər. Özü kirayəyə maşın götürə bilmədiyinə görə əmisi oğlu Təqsirləndirilən şəxs2 Lənkərana getməkdə əsil məqsədini gizlətməklə demişdir ki, sənin sürücülük vəsiqən vardır, öz adına rentakardan kirayəyə maşın götür, gedək Masallıya, Lənkərana gəzək və birlikdə Bakıya qayıdarıq. Nurəddin də onun təklifi ilə razılaşmışdır. O, rentekardan maşın götürməsi üçün Nurəddinə 180 manat pul vermiş, əlavə benzin pulu olaraq 50 manat da vermişdir. 12 avqust 2023-cü il tarixdə qayını Murad İbrahimli də onlara gəlmişdir. O, Murada kirayəyə avtomaşın götürməklə istirahət etmək üçün birlikdə Masallıya və Lənkərana getməyi təklif etmişdir. Murad da onunla razılaşmışdır. Bundan sonra o, Nurəddin və Murad ilə birlikdə Bakı şəhərinə, «Xalqlar dostluğu» metro stansiyasının yaxınlığında yerləşən maşın kirayə verən şirkətə getmişlər. Nurəddin öz adına «Hunday» markalı avtomaşını kirayəyə götürmüşdür. O, öz istifədəsi üçün 4 ədəd 700 qramlıq «Orqanik» araqları almışdır. 12 avqust 2023-cü il tarixdə saat 15 radələrində o, Nurəddin və Murad Bakı şəhərindən Masallı istiqamətində yola düşmüşlər. Yolda olarkən kəndçisi və dostu, Masallı rayonunda yaşayan Təqsirləndirilən şəxs3 zəng edərək demişdir ki, Lənkərana istirahətə gedirik, bizi köhnə bazarın arxasında gözlə, gedib birlikdə istirahət edək. Fərhad da onunla razılaşmışdır. Onlar saat 17 radələrində Masallı şəhərinə çatmışlar. Köhnə bazarın arxasında onları gözləyən Fərhadı da avtomaşına götürmüşlər. Masallıda yeyib içmişlər, sonra isə yollarına davam etmişlər. Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, dincəlmək üçün Masallıdakı İstisuya getsinlər. Lakin o işi olduğunu, Lənkəran rayonu Nərimanabad qəsəbəsində dəniz sahilinə getmələrini, həm də dənizdə çimmələrini demişdir. Onlar yollarına davam edərək saat 19:30 radələrində Lənkəran rayonunda Balıqçılır qəsəbəsi ərazisində Xəzər dənizi sahilinə getmişlər. Nurəddin avtomaşını sahildə dənizdən təxminən 200 metr kənarda saxlamışdır. Onlar aldıqları yeməkləri Xəzər dənizinin sahilində yemişlər. O kənara çəkilib, digər yoldaşlarına bildirmədən iranlı Vəhdətlə telefonla danışmış, dənizin sahilində olduğunu bildirmişdir. Çörək yedikdən sonra Nurəddin dənizdə çimmiş və gəlib yerdə qumun üzərinə uzanmışdır. Həmin vaxtlar Fərhad və Murad oradan getmişlər, orada olmamışlar. Saat 22 radələrpində iranlı ona zəng edib narkotik vasitəni gətirdiyini demişdir. O, təklikdə dənizə tərəf getmiş, Nurəddin isə maşının yanında qumun üzərinə uzanmış vəziyyətdə qalmışdır. Vəhdət onun mobil telefonuna dənizin sahilində gələcəyi yerin konumunu göndərmişdir. O, konum üzrə hərəkət edərək dənizin sahilində iranlının gələcəyi yerə getmişdir. Orada təxminən 30-40 dəqiqə gözləmişdir. Sonra qayıq matorunun səsini eşitmiş və bir nəfərin əlində kisə olmaqla sahilə tərəf gəldiyini görmüşdür. Həmin şəxs kisəni sahildə qoymuş və uzaqlaşmışdır. O, içərisində narkotik olan bağlamanı götürməmiş sərhədçilər ona «Dayan» komandası vermişlər. Bu zaman o qorxaraq qaçıb qamışlıqda gizlənmişdir. Səhər hava işıqlaşanda isə onu saxlamışlar. O faktiki olaraq narkotik vasitəni əldə etməmişdir. İranlının həmin yerə 11 kiloqramdan çox narkotik qoymasını bilməmişdir, iranlı ilə danışığına əsasən iranlı ona 500 qram qurudulmuş marixuana göndərməli olmuşdur. O, dəniz sahilinə narkotik götürmək üçün getməsi barədə Nurəddinə, Fərhada və Murada heç bir söz deməmiş, həmin şəxslərin narkotiklə bağlı məlumatları olmamışdır. Təqsirləndirilən şəxs3 Masallıda avtomaşına minməsindən sonra Lənkəran istiqamətdə hərəkətdə olduqları zaman avtomaşının salonunda Təqsirləndirilən şəxs3 və digər yoldaşlarına narkotik vasitə götürməyə getməsini deməmiş və eyni zamanda Təqsirləndirilən şəxs3 buna etiraz olaraq Nurəddindən avtomaşını saxlamasını tələb etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Murad İbrahimli ilə ayrı-ayrılıqda və ya birlikdə olduğu zaman narkotik vasitə götürmək niyyəti barədə heç bir məlumat verməmişdir. Edurad Əliyev ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq ediən ifadəsində eyni halları təsdiq etməklə yanaşı göstərmişdir ki, narkotik gətirən şəxsə 4 ədəd «Orqanik» markalı araq verməli olmuşdur, həmin araqları da alaraq özü ilə dəniz sahilinə aparmışdır. 12 avqust 2023-cü il tarixdə saat 22:40 radələrində Xəzər dənizinin sahilində gözlədiyi zaman motorlu qayıqla gələn şəxs içərisində narkotik vasitələr olan kisəni gətirib ona vermiş, kisədə narkotik vasitələr olduğun bildirmişdir. O da çiynindəki qara rəngli çantada olan 4 ədəd «Orqanik» araqlarını həmin şəxsə vermişdir. Həmin şəxs ona narkotik vasitələr olan kisəni aparıb dənizin sahilindən 200 metr məsafədə yerləşən qamışlıq sahəyə qoymasını, kartını ona atmasını, kartına 2000 manat pul atacağını demişdir. O, içərisində narkotik vasitələr olan kisəni götürmüş, Nurəddinin yanına qayıtmaq istərkən onlara tərəf maşın gəldiyini görmüşdür. O, kisəni tez dənizdən təxminən 20 metr məsafədə yerləşən zibillik və qumluq əraziyə atıb qorxduğu üçün oradan qaçaraq qamışlıq ərazidə gizlənmişdir. Həmin vaxt Nurəddin də yuxudan durub qaçmış, Fərhad və Murad isə orada olmamışlar. Səhəri gün, yəni 13 avqust 2023-cü il tarixdə saat 09:30 radələrində qamışlıqdan çıxıb vəziyyəti öyrənmək və avtomaşından paltarlarını götürüb geyinmək üçün avtomaşına tərəf gedərkən sərhədçilər onu saxlamışlar. Onu Balıqçılar sahil nəzarət bölməsinə aparmışlar. Həmin vaxt Nurəddin də orada olmuşdur. Sərhədçilər ona bir ədəd narıncı rəngli kisəni göstərmişlər. O, həmin kisəni 12 avqust 2023-cü il tarixdə Vəhdət adlı şəxsin qayıqla irandan gətirib ona verdiyini bildirmişdir. O, kisəni aparıb dəniz sahilində qamışlığa qoymalı olmuşdur. Bunun əvəzində iranlı ona 2000 manat pul verməli olmuşdur. Lakin kisəni götürdükdən sonra ona tərəf maşın gəldiyini görmüş və kisəni atıb qaçmışdır. Bundan sonra o, Nurəddin və iki nəfər hal şahidləri ilə birlikdə sərhədçilərlə Nurəddinin sürdüyü «Hyundai İX-35» markalı avtomaşına tərəf getmişlər. Onlarıfn iştirakları ilə avtomaşına baxış keçirilmişdir. Nurəddin maşının açarlarını tapa bilmədiyi üçün maşının qapılarını xüsusi alətlə açmışlar. Baxış zamanı avtomaşının yük yerində paltarların içində olan ona məxsus qara rəngli cins şalvarın sol qabaq cibindən kiçik sellofan bağlamanın içərisində iki ədəd xırda formalı bükümlər aşkar edilərək götürülmüşdür. Avtomaşına baxış başa çatdırıldıqdan sonra avtomaşın «Balıqçılar» sahil nəzarət bölməsinə aparılmışdır. Bükümlərə isə baxış keçirilərkən bükümlərdə ağ rəngli, kristal formada maddələrin olması məlum olmuşdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Murad İbrahimlinin onun iranlı Vəhdət adlı şəxsdən narkotik vasitələri qəbul etmək üçün dəniz sahilinə getməsi barədə heç bir məlumatları olmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək gösətrdi ki, 11 avqust 2023-cü il tarixdə o, Bakı şəhərinə «Uber» şirkətinə getmişdir ki, oradan taksi maşın götürüb işlətsin. Lakin həmin şirkətdən ona gələn həftənin 1-ci günü gəlməsini demişlər. Bundan sonra həmin gün günorta vaxtı Sumqayıt şəhərində yaşayan əmisi oğlu Təqsirləndirilən şəxs1gilə getmişdir. Eduarda Bakıya iş dalınca gəlməsini və bir neçə gün onlarda qalmaq istədiyini demişdir. Eduard evində istədiyi qədər qala biləcəyini demişdir. Söhbət zamanı Eduard ona demişdir ki, şirkətdən taksi maşın götürüb Masallıya, Lənkərana istirahətə gedə bilərikmi? O isə Şirkətin ona maşını həftənin 1-ci günü verəcəyini, şirkətin maşını ilə rayonlara getməyə icazə verilmədiyini bildirmişdir. Bu zaman Eduard ona demişdir ki, sənin sürücülük vəsiqən vardır, rentakardan maşın götürə bilərsənmi? Həmçinin bununla bağlı bütün xərcləri öz üzərinə götürməsini bildirmişdir. O isə Rentakara maşın götürə biləcəyini demişdir. Eduard ona 180 manat pul vermişdir ki, səhəri gün, yəni 12 avqust 2023-cü il tarixdə Bakı şəhərinə gedib rentakara maşın götürsün. Ona görə də o, 12 avqust 2023-cü İl tarixdə Eduardla və onun qaynı Muradla birlikdə Bakı şəhərinə «Xalqlar dostluğu» metro stasnsiyasının yaxınlığında yerləşən avtomaşın kirayə verən şirkətə gedərək ona rentkara maşın götürmək istədiyini bildirmişdir. Həmin şirkətdən ağ rəngli, «Hyundai İX-35» markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşını sürmək üçün öz adıma iki günlük götürmüşdür. Bundan sonra onlar həmin maşınla Masallı şəhərinə yola düşmüşlər. Yolda olarkən Eduard kəndçiləri Fərhadla və başqa şəxslərlə telefonla tez-tez danışmışdır. Telefon danışığına əsasən Fərhad onları Masallı şəhərində «Köhnə bazarın»ın arxasında gözləmişdir. Onlar Masallı şəhərinə çatmış, oradan Fərhadı da avtomaşına götürmüşlər. O, Eduarda istirahət etmək üçün Masallıda yerləşən İstisuya getmələrini təklif etmişdir. Lakin Edurad təkidlə Lənkərana getmələrini, orada işi olduğunu, həm də Xəzər dənizində çimib dincəlmələrini demişdir. Ona görə də Eduardın təklifi ilə Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisinə Xəzər dənizinin kənarına getmişlər. Onlar dəniz kənarına çatanda saat 19:30 radələri olmuşdur. Onlar dəniz kənarında oturub yolda aldıqıqları yeməkləri yeyərək söhbət etməyə başlamışlar. Hava qaralandan sonra Fərhad oradan getmişdir. O, dənizdə üzünə su vurmuş, sərxoş vəziyyətdə olduğuna görə yatıb dənizin sahilində maşının yanında qalmışdır. Gecə yatıb dənizin sahilində, maşının yanında qalmışdır. Səhər saat 05 radələrində yuxudan oyanında sahilədə heç kimi görməmişdir. Sonra sərhədçilər yaxınlaşaraq onu tutmuşlar. Onu şillə ilə vuraraq sahilə narkotikə görə gəlməsini demiş və narkotikin harada olmasını soruşmuşlar. Sonra Edurad özü sərəhədçilərə yaxınlaşmışdır. Lakin Murad orada olmamışdır. Sərhədçilər Eduarda demişlər ki, torbanı gətir. Sonra torbanı qumun üzərində dənizdən 20-30 metr kənarda tapmışlar. Sərhədçilər torbanı tapdıqdan sonra o həmin torbanı görmüşdür. Sərhədçilər sonra onları zastavaya aparmışlar. O, Eduardın dəniz sahilinə narkotik götürmək məqsədi ilə getməsini bilməmişdir. Yolda maşında olduqları zaman narkotiklə bağlı heç bir söhbət olmamışdır. Dəniz sahilində olarkən Edurad içərisində narkotik vasitələr olan torbanı gətirib onun avtomaşınına qoymaq istəməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, 12 avqust 2023-cü il tarixdə Xəzər dənizinin sahilində uzanarkən qaranlıqda Eduardın çiynində qara rəngli çanta olmaqla Fərhadla birlikdə dənizə tərəf getdiyini görmüşdür. Fərhad bundan təxminən 5-6 dəqiqə sonra oradan harayasa getmişdir. Murad isə onun yanında qalmışdır. O, yatmış, saat 22:40 radələrində yuxudan ayılanda dənizdən şappıltı və qayıq matorunun səsini eşitmiş və Eduardın əlində bir kisə ilə təklikdə gəldiyini görmüşdür. Murad isə onun yanında olmamış, harayasa yoxa çıxmışdır. Həmin vaxt Eduard onun yanına gəlmiş və demişdir ki ki, gedək maşının baqajını aç, bu kisəni oraya qoyum, sonra da gedək İstisuya. Eduard həmin kisəni dənizdən gətirdiyi üçün şübhələnmiş və Eduarda demişdir ki, mənlik deyil, bunu maşina qoya bilmərəm. Həmin anda qəflətən kənardan onlara tərəf maşın gəldiyini görmüşlər. Bu zaman Eduard əlindəki kisəni yerə ataraq ərazidən qaçmışdır. O isə qorxduğu üçün oradan qaçıb qamışlıq ərazidə gizlənmişdir. O, qamışlıq ərazidə səhərə qədər gözləmişdir. Səhər açıldıqdan sonra, yəni 13 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində maşını saxladığı yerə getmişdir. Oraya gələrkən sərhədçilər onu saxlamışlar. O, sərhədçilərə olanları danışmış və Eduardın axşam dənizdən götürdüyü kisəni atdığı yeri sərhədçilərə göstərmişdir. Sərhədçilər onun və hal şahidlərinin iştirakları ilə əraziyə baxış keçirmiş və Eduardın dəniz sahilində dənizdən təxminən 20 metr aralı məsafəyə atdığı 1 ədəd narıncı rəngli sintetik kisəni ərazidən götürüb «Balıqçılar» sahil nəzarəti bölməsinə aparmışlar. Bölmədə hal şahidlərinin iştirakları ilə 1 (bir) ədəd narıncı rəngli sintetik kisəyə baxış keçirilmişdir. Baxış zamanı həmin kisədə ayrı-ayrı narkotik vasitələr aşkar olunmuşdur. X14 dənizinin sahilinə getməkdə narkotik vasitələri qəbul etmək niyyəti barədə məlumatı olmamışdır. Eduar Əliyev ikilikdə və ya digər yoldaşları ilə birlikdə olduqları zaman narkotiklə bağlı heç bir söhbət etməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 göstərdi ki, 12 avqust 2023-cü il tarixdə saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona zəng edərək Masallı rayonuna gəldiyini, onunla görüşmək istədiyini, birlikdə gedib istirahət etmələrini bildirmiş, o da razılıq vermişdir. Eduarda onu Msallıda «Köhnə bazar»ın arxasında gözləyəcəyini bildirmişdir. Təxminən bir saat sonra Eduard, onunla birlikdə olan əmisi oğlu Nurəddin və Eduardın yeznəsi Murad Nurəddinin idarə etdiyi «Hyundai» markalı, ağ rəngi avtomobil ilə Masallı şəhərində Köhnə bazarın arxasına gəlmişlər və o da avtomaşına minmişdir. Onlar birlikdə «Asan xidmət»in yanında oturub çay içmişlər. Nurəddin təklif etmişdir ki, Masallıya İstisuyuna getsinlər, orada istirahət etsinlər. Lakin Eduard demişdir ki, gedək Lənkərana Xəzər dənizinin sahilinə, orada işim var, həm də çay içib çörək yeyərik. Bundan sonra onlar avtomaşına əyləşmiş və Lənkəran rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Avtomaşında olduqları müddətdə Eduradla onun arasında və digər şəxslərlə narkotiklə bağlı heç bir söhbət olmamışdır. Lakin Edurdın danışığından şübhələnmişdir. Lənkəranda Nərimanabad qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə getmişlər. Lənkəranda dəniz sahilində yeyib-içdikdən sonra hava qaralanda atası ona əmisi oğlu X2 adına olan ***-***-**-** mobil telefonu ilə zəng edərək evə gəlməsini demişdir. O, Eduarda demişdir ki, gecdir, evə getmək lazımdır. Eduard harayasa getmiş, o isə yola çıxmış, taksi ilə Lənkərana «Ləvəngi dairəsi»nə getmiş, oradan isə yol maşını ilə Masallıya getmişdir. O, Eduardgil ilə dənizin qırağında 15-20 dəqiqə qalmışdır. Həm də Eduradın hərəkətlərindən şübhələndiyindən orada çox qalmamışdır. Hadisədən bir neçə ay keçdikdən sonra onu da tutmuşlar. Eduardın dəniz sahilinə narkotikə görə getməsini sonralar bilmişdir. Özü narkotik vasitədən isdifadə etmir. Eduardın dəniz sahilinə narkotik üçün getməsini dəqiq bilməmişdir. Yolda avtomaşında olduqları zaman və ya dəniz sahilində olduqları müddətdə Eduard ona narkotik götürmək məqsədi barədə heç bir söz deməmişdir. O, içərisində narkotik vasitə olan çantanı görməmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində 12 avqust 2023-cü il tarixdə avtomaşında Masallı rayonundan Lənkəran istiqamətində hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs1 ona İrandan dəniz vasitəsi ilə narkotik vasitə gələcəyini, həmin narkotik vasitəni qəbul edəcəyini deməsi, bunu eşidərkən getməkdən imtina etməklə Nurəddindən avtomaşını saxlamasını tələb etməsi, Edurad Əliyevin isə ona narahat olmamasını, onun narkotikə qarışacağının olmamasını deməsi, dəniz kənarına getdikdən sonra Edurad Əliyevin dənizə yaxın gedək oradan iranlaya konum atmalı olmasını bildirməsi, dəniz kənarına getdikdən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs1 orada qorxduğunu, qalmaq istəmədiyini deyərək oranı tərk etməsi göstərilsə də, məhkəmə istintaqında həmin ifadəsini təsdiq etməmiş, istintaqda həmin məzmunlu ifadəsini oxumadan imza etdiyini, Təqsirləndirilən şəxs1 ona avtomaşında olduqları zaman və ya digər hallarda narkotiklə bağlı heç bir söz demədiyini göstərmişdir. Həmçinin yolda olduqları zaman Təqsirləndirilən şəxs2 avtomaşını dayandırmasını tələb etmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X6 göstərdi ki, Edurard Əliyev onun qaynıdır. Fərhad və Nurəddini tanıyır. 12 avqust 2023-cü il tarixdə Edurad ilə Sumqayıt şəhərində görüşərkən Edurard ona Lənkəran şəhərinə istirahətə getməyi təklif etmişdir. O və Eduard əvvəl Nurəddinlə birlikdə Sumqayıtdan Bakı şəhərinə getmiş, orada rentkardan Nurəddinin adına avtomaşın kirayə götürüb Lənkərana yola düşmüşlər. Yolda bir neçə sərnişin də götürmüşlər. Masallı rayonuna çatdıqda Fərhad da avtomaşına minmişdir. Birlikdə çayçıda oturub çay içmişlər. Sonra birlikdə istirahət üçün Lənkəran şəhərinə yola düşmüşlər. Yolda olduqları zaman Eduard narkotiklə bağlı heç bir söz danışmamış və Fərhad Nurəddindən avtomaşını saxlamasını tələb etməmişdir. Saat 20 radələrində Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində Xəzər dənizi sahilinə çatmışlar. Dəniz kənarında oturub istirahət eğmişlər. Sonra Fərhad oradan getmişdir. Bir qədər sonra evdən ona zəng gəlmişdir. O, kənara çəkilib evlə danışmış Eduradın olduğu yerə qayıdanda sərhədçilərin onlara tərəf gəldiklərini görmüş, sərhədçilərin yanlarında it də olmuşdur. Bunları görərək sərhədçilərin onları tutub döyə biləcəklərindən qorxaraq dəniz kənarından qaçmış, meşəlik ərazidən keçib yola çıxdım, yolun qırağında səhər saat 06-ya qədər gözləmiş, sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə getmiş, orada yoldan keçən avtomaşına minib getmişdir. Sonra dəniz kənarında nə hadisə baş verməsini bilməmişdir. Onun Eduardın dəniz kənarına narkotik vasitə götürmək üçün getməsi barədə məlumatı olmamışdır. Avtomaşında olduqları müddətdə də narkotik barədə heç bir söhbət olmamışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Əməliyyat-axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 avqust 2023-cü il tarixdə saat 21 radələrində sahil mühafizə xidmətinin müşahidə radarı Xəzər dənizində İran İslam Respublikası tərəfindən bir qayığın dövlət sərhədini pozaraq Lənkəran rayonu ərazisində Balıqçılar ərazi istiqamətində hərəkətdə olması müşahidə olunmuşdur. İran İslam Respublikası tərəfdən sərhədi pozan qayığın narkotik vasitələr gətirməsi ehtimal olunmuşdur. Həmin qayığın və qayıqda olan şəxslərin, həmçinin qayıqla gətirilən narkotik vasitələri qəbul edən şəxslərin saxlanılmalı üçün «Balıqçılar» sahil nəzarəti bölməsinin şəxsi heyətinə toplanış komandası verilərək bölmənin bütün ərazisində gücləndirmə tədbirləri görülmüş və ərazi bağlanmışdır. Onlar dərhal Astara şəhərindən öz avtomaşınları ilə Lənkəran rayonu Balıqçılar qəsəbəsi istiqamətində yola düşmüşlər. Onlar saat 23 radələrində Balıqçılar qəsəbəsinə, dəniz sahilinə çatanda artıq İran tərəfdən gələn qayıq narkotiki verib geri qayıtmışdır. Ona görə də qayığı və qayıqda olan şəxsləri saxlaya bilməmişlər. Ancaq dənizsin sahilində «Hundai İX-35» markalı, ** LF *** dövlət nömrə nişanlı şübhəli avtomaşın dayanmışdır. Avtomaşına yaxınlaşdıqda qapıları bağlı vəziyyətdə olmuş və avtomaşının ətrafında bir kimsə olmamışdır. Avtomaşında olan şəxslərin qaçıb dəniz sahilindəki kolluq, qamışlıq sahədə gizlənmələri ehtimal edilmişdir. Onlar avtomaşınla dəniz sahilinə gəlmiş şəxslərin İran tərəfdən qayıqla gətirilmiş narkotik vasitələri qəbul etmələri ehtimalını nəzərə alaraq avtomaşını nəzarətdə saxlamış və ətrafda axtarış işləri aparmışlar. Hətta maşınla gəlmiş şəxslərə səslənərək gizlənməmələrini, avtomaşına yaxınlaşmalarını tələb etmişlər. Lakin heç kimi və heç nəyi müəyyən edə bilməmişlər. 13 avqust 2023-cü il tarixdə səhər işıqlaşanda saat 05 radələrində yarıçılpaq vəziyyətdə bir nəfər şəxsin avtomaşına yaxınlaşdığını görərək onu saxlamışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən olunmuşdur. Nurəddin bildirmişdir ki, onlar dəniz sahilinə onun rentikardan götürdüyü həmin avtomaşınla dörd nəfər gəlmişlər. Digər şəxslər onun əmisi oğlu Edurad, onun tanışları Fərhad və Murad olmuşlar. Nürəddin həmçinin bildirmişdir ki, axşam qayıq gəlmiş, Edurad qayıqdan narkotik götürmüşdür. Onların avtomaşınlarının işıqları gələndə Edurad qorxaraq bağlamanı atıb qaçmışdır. Həmin vaxt Fərhad və Murad da oradan qaçıb getmişlər. Sonra əraziyə Nurəddinin iştirakı ilə baxış keçirilmişdir. Nurəddin Eduardın atıb qaçdığı bağlamanı onlara göstərmişdir. Bağlama sahil xəttindən təxminən 10 metr məsafədə zibillik yerdə olmuşdur. Kisə narıncı rəngli sintetik materialdan olmuş və kisənin içərisi dolu vəziyyətdə olmuşdur. Kisə ilə avtomaşının arasındakı məsafə təxminən 200 metr olmuşdur. Əraziyə baxış keçirildikdən sonra həmin narıncı rəngli sintetik kisə götürülərək «Balıqçılar» sahil nəzarəti bölməsinə gətirilmişdir. Bölmədə kisəyə baxış keçirilmiş və baxış zamanı kisədə olan qara rəngli parça torbanın içərisində üzərində «Methadone 40» yazılan və üzərində farsca yazılar olan 400 ədəd dairəvi həblərin, 7 ədəd qara rəngli selofan bağlamalarda narkotik vasitə olan marixuanaya oxşar qurudulmuş ot formasında yaşıl rəngdə maddənin, 3 ədəd ağ rəngli dördkünc formasında plastik qablardan ikisinin içərisində tünd qəhvəyi rəngli palçıq formasında narkotik vasitə olan heroinəoxşar maddənin, birinin içərisində isə ağ rəngli kristal formasında metafitaminə oxşar maddənin olduğu aşkar edilmişdir. 13 avqust 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 də sərhədçilər tərəfindən saxlanılaraq «Balıqçılar» sahil nəzarəti bölməsinə gətirilmişdir. Onunla bölmədə aparılan söhbət zamanı qeyd edilən narkotik vasitələr və psixotrop maddələr olan bir ədəd narıncı rəngli sintetik kisəni 12 avqust 2023cü il tarixdə saat 22 radələrində dənizdən əvvəlcədən telefonda danışıb razılaşdığı bir nəfər Vəhdət adlı İranlı şəxsdən götürdüyünü etiraf etmişdir. Vəhdətin həmin bir ədəd narıncı rəngli kisədə olan narkotik vasitələri dəniz vasitəsilə qayıqda gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1ın və iki nəfər hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi «Hyundai İX-35» markalı avtomaşına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 avtomaşının açarını tapa bilmədiyi üçün maşının qapıları xüsusi vasitələrlə açılmış və baxış keçirilmişdir. Baxış zamanı həmin avtomaşının yük yerindəki paltarların içində olan Eduarda məxsus qara rəngli cins şalvarın sol qabaq cibindən kiçik şəffaf selofan bağlamanın içərisində iki ədəd xırda formalı bükümlər aşkar edilərək götürülmüş və «Balıqçılar» sahil nəzarət bölməsinə gətirilmişdir. Avtomaşına baxış yekunlaşdıqdan sonra avtomaşının qapıları Təqsirləndirilən şəxs2 tərəfindən bağlanmış və maşın «Balıqçılar» sahil nəzarət bölməsinə aparılmışdır. Bölmədə hal şahidlərinin iştirakları ilə həmin bükümlərə baxış keçirilmişdir. Baxış zamanı həmin iki ədəd bükümlərdə ağ kristal formasında maddə olduğu müəyyən edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs2 gecə avtomaşının yaxınlığında dəniz sahilində yatması barədə ifadəsi yalandır. Belə ki, hərbiçilər dəniz ətrafında bütün ərazini axtarmışlır. Nurəddin və Eduard kolluq sahədə gizlənmişlər. Hadisə yerində bölmə rəisi, bölmə xidmətçiləri və bütün sərhəd boyu aidiyyəti üzrə şəxslər iştirak ediblər. Şahid3 məhkəmədə göstərdi ki, 13 avqust 2023-cü il tarixdə Sahil Mühafizəsinin rəisi Şahid2 ona dəniz sahilində bağlama olduğunu bildirmiş və təklif etmişdir ki, həmin bağlamanı ərazidən götürmədə və bağlamaya baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O razılıq verdikdən sonra həmin əraziyə getmişlər. Dəniz sahilində 01 ədəd narıncı rəngli sintetik kisə aşkar olunaraq götürülmüşdür və bölməyə gətirilmişdir. Bölmədə bağlamaya baxış keçirilmişdir. Kisə açıldıqda içərisindən üzərində «Methadone 40» yazılan həblər, marixuanaya oxşar maddə və başqa narkotiklər aşkar olunmuşdur. Həmin narkotiklər götürülmüşdür. Sonra onun və digər hal şahidinin iştirakı ilə dəniz sahilində olan «Hyundai» markalı avtomaşına baxış keçirilmişdir. Nurəddin orada olmuş, əraziəyə və avtomaşına baxış keçirilməsində iştirak etmişdir. Nurəddin hallı olmuş, ya narkotik çəkmiş, ya da sprtli içki işmişdir. Avtomaşının yük yerindən qara rəngli cins şalvarın cibindən 01 ədəd kiçik ölçülü sellofan bağlamada iki ədəd bükümlər aşkar olunmuşdur. Həmin bağlamalar açıldıqda içərisindən maddə çıxmışdır, həmin maddənin narkotik olmasını demişlər. Aşkar olunaraq götürülən narkotik vasitələrə oxşar maddə qablaşdırılaraq möhürlənmiş və imzalamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil X5 Nəzarəti Bölməsinin rəisi vəzifəsində işləyir. 12 avqust 2023-cü il tarixdə saat 21 radələrində onlara Xəzər dənizində dövlət sərhəd xəttini şübhəli qayığın keçməsi, qayığın Lənkəran rayonu Balıqçılar qəsəbəsi istiqamətində hərəkət etməsi barədə məlumat daxil olmuşdur. Məlumat daxil olan kimi «Balıqçılar» sahil nəzarəti bölməsinin şəxsi heyətinə toplanış komandası verilərək bölmənin bütün ərazisində gücləndirmə tədbirləri görülmüş və ərazi qapadılmışdır. Onlar eyni zamanda Astaradan Lənkəran rayonu Balıqçılar qəsəbəsi istiqamətində yola düşmüşlər. Onlar Balıqçılar qəsəbəsində Xəzər dənizinin sahilinə saat təxminən 22 radələrində çatmışlar. Onlar dənizin sahilinə çatanda sahildə ağ rəngli, «Hyundai İX-35» markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşının dayandığını görmüşlər. Ancaq sahildə və aştomaşının ətrafında heç kəs olmamışdır. Avtomaşının qapıları isə bağlı vəziyyətdə olmuşdur. Avtomaşının ətrafı, dənizin sahili hərbiçilər tərəfindən axtarılmış, yüksək səslə çağırmaqla avtomaşında olmuş şəxslərin gizlənməmələrini, üzə çıxmalarını tələb etmişlər. Lakin bir kimsəni tapa bilməmişlər. Səhər işıqlaşana kimi həmin avtomobili nəzarətdə saxlamışlar. Səhər hava işıqlaşanda, yəni 13 avqust 2023-cü il tarixdə saat 05 radələrində «Balıqçılar» sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsü istiqamətində bir nəfər şəxs saxlanılmışdır. Söhbət zamanı saxlanılan şəxsin Masallı rayon Qodman kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. O, söhbət zamanı bildirmişdir ki, Bakı şəhərindən rentekardan götürdüyü həmin «Hyundai İX-35» markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşınla əmisi oğlu Təqsirləndirilən şəxs1lə, Eduardın qayını Murad və kəndçiləri Fərhad adlı şəxslə istirahət etmək üçün 12 avqust 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsinə dənizkənarına gəlmişlər. Həmin tarixdə, yəni 12 avqust 2023-cü il tarixdə saat 22 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 dənizə girib və dənizdən əlində kisə ilə qayıdarkən onlara tərəf maşınların gəldiyini görüb qorxduğu üçün əlindəki kisəni dənizin sahilində ataraq ərazidən qaçmışdır. Eyni zamanda o, Murad və Fərhad da ərazidən qaçmışlar. Bundan sonra hal şahidlərinin iştirakları ilə əraziyə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 atıb qaçdığı kisənini göstərmişdir. Kisə narıncı rəngli sintetik materialdan olmuş və kisənin içərisi dolu vəziyyətdə olmuşdur. Narıncı kisə dənizdən təxminən 20 metr aralı məsafədə qumluq və zibillik yerdə olmuşdur. Həmin yerdən təxminən 200 metr aralı məsafədə Nurəddin Əliyevin rentakardan götürdüyü «Hyundai İX-35» markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşın dayanmışdır. Əraziyə baxış keçirildikdən sonra həmin narıncı rəngli sintetik kisə götürülərək «Balıqçılar» sahil nəzarəti bölməsinə aparılmışdır. Bölmədə kisəyə baxış keçirilmiş və kisədə olan qara rəngli parça torbanın içərisində üzərində «Methadone 40» yazılan və üzərində farsca yazılar olan dairəvi həblərin, 7 ədəd qara rəngli selofan bağlamalarda narkotik vasitə olan marixuanayaoxşar maddənin, 3 ədəd ağ rəngli dördkünc formasında plastik qablardan ikisinin içərisində tünd qəhvəyi rəngli palçıq formasında narkotik vasitə olan heroinəoxşar maddənin, birinin içərisində isə ağ rəngli kristal formasında psixotrop maddə metafitaminəoxşar maddənin olduğu aşkar edilmişdir. Həmin gün, yəni 13 avqust 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 də naryad tərəfindən saxlanılaraq «Balıqçılar» sahil nəzarəti bölməsinə gətirilmişdir. Eduardı naryad saxlayanda çoban olduğunu demişdir. Eduardla bölmədə aparılan söhbət zamanı qeyd edilən narkotik vasitələr və psixotrop maddələr olan bir ədəd narıncı rəngli sintetik kisəni 12 avqust 2023-cü il tarixdə saat 22 radələrində dənizdən əvvəlcədən telefonda danışıb razılaşdığı bir nəfər Vəhdət adlı İranlı şəxsdən götürdüyünü etiraf etmişdir. Vəhdətin həmin bir ədəd narıncı rəngli kisədə olan narkotik vasitələri dəniz vasitəsilə qayıqda gətirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1ın və iki nəfər hal şahidlərinin iştirakları ilə «Hyundai İX-35» markalı ** LF *** dövlət nömrə nişanlı avtomaşına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 avtomaşının açarını tapa bilmədiyi üçün maşının qapıları xüsusi vasitələrlə açılmış və baxış keçirilmişdir. Baxış zamanı həmin avtomaşının yük yerində olan paltarların içində olan Eduarda məxsus qara rəngli cins şalvarın cibindən kiçik şəffaf selofan bağlamanın içərisində iki ədəd xırda formalı bükümlər aşkar edilərək götürülmüş və «Balıqçılar» sahil nəzarəti bölməsinə gətirilmişdir. Avtomaşına baxış yenkunlaşdıqdan sonra avtomaşının qapıları Təqsirləndirilən şəxs2 tərəfindən bağlanmış və avtomaşın «Balıqçılar» sahil nəzarəti bölməsinə aparılmışdır. Bölmədə hal şahidlərinin iştirakları ilə həmin bükümlərə baxış keçirilmişdir. Baxış zamanı həmin iki ədəd bükümlərdə ağ kristal formasında maddə olduğu müəyyən edilmişdir. 13 avqust 2023-cü il tarixli baxış və götürmə protokolundan görünür ki, Astara sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsündə 01 ədəd narıcnı rəngli kisə aşkar edilərək götürülmüşdür. Hadisə yerində saxlanılmış Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitələr olan kisənin dənizdən Təqsirləndirilən şəxs1 tərəfindən götürüldüyünü və sərhədçilərin gəldiyini görərək ərazidə ataraq qaçdığını bildirmişdir. 13 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, Astara sahil nəzarəti bölməsinin 15-ci yanalma körpüsündə aşkar edilərək götürülmüş 01 ədəd narıncı rəngli kisə açıldıqda içərisində narkotik vasitə olan üzərində «Methadone 40» yazılmış 400 ədəd konvalyut və hər konvalyutda 10 ədəd dairəvi həblər 1685 qram, marixuanaya oxşar maddə 7435 qram, heroinə oxşar maddə 1810 qram, metamfetaminə oxşar maddə 660 qram olduğu müəyyən edilmişdir. 13 avqust 2023-cü il tarixli avtomaşına baxış keçirilməsi və götürmə aparılması haqqında protokolundan görünür ki, ** LP *** dövlət nömrə nişanlı, «Hyundai İX35» markalı avtomaşının yük yerindən Edurad Əliyevə məxsus olan qara rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofan bağlamada iki ədəd bükümlər aşkar olunaraq götürülmüşdür. 13 avqust 2023-cü il tarixli baxış protokolundan görünür ki, ** LP *** dövlət nömrə nişanlı «Hyundai İX35» markalı avtomaşının yük yerindən Təqsirləndirilən şəxs1 məxsus olan qara rəngli cins şalvarın qabaq sol cibindən aşkar edilərək götürürlmüş 01 ədəd kiçik ölçülü şəffaf sellofan bağlamada iki ədəd bükümlər açıldıqda içərisindən 2,44 qram narkotik vasitə olan metamfetaminə oxşar maddələr olması müəyyən edilmişdir. 14 avqust 2023-cü il tarixli, 3-16-16-2-7/1162 və 3-16-16/2-6/4360 №-li ekspert rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 04 ədəd qutularda 7010 qram qurudulmuş marixuana, 1729,5 qram heroin, üzərlərində "Methadone 40 " markalanma göstəriciləri olan 40 ədəd konvalyutda 400 ədəd metadon tərkibli dərman preparatı həbləri, təsiredici maddəsinin ümumi miqdarı 16 qram, psixatrop maddə olan 662,7 qram metamfetamin və 2,046 qram metamfetamin olması müəyyən edilmişdir. Azersell, Baksell, Nar mobil opreatorlarından daxil olmuş diskə, həmçinin təqsirləndirilən şəxslərin üzərindən aşkar olunmuş mobil telefonlara baxış keçirilmiş və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə 13 avqust 2023-cü il tarixdə saat 07:24-də şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan +**********15 saylı İran İslam Respublikası operatoruna məxsus nömrə ilə danışıq olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 17:07-dən 18:54-dək Masallı rayonu ərazisində, 19:47-dən 22:37-dək Balıqçılar qəsəbəsində, xx.xx.2023-cü ildə saat 00:11-dən 15:49-dək Balıqçılar qəsəbəsində olmuşdur. 12 avqust 2023-cü il tarixdə saat 15:57-də Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng olunmaqla 20 saniyə, 16:49-da zəng olunmaqla 44 saniyə, 16:50-də zəng olunaraq 65 saniyə, 17:49-da zəng olunmaqla 165 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə 10:09-dan 18:10-dək Masallı rayonu ərazisində olmuş, həmin telefon nömrəsinə sonuncu dəfə 18:19-da ***-***-**-** telefon nömrəsindən zəng olunmaqla danışıq aparılmışdır. ***-***-**-** telefon nömrəsi Fərhad Cəfərovun əmisi oğlu X2 adınadır. Hansıki Təqsirləndirilən şəxs3 atasının həmin telefonla ona zəng edərək evə çağırmasını bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Murad İbrahimlinin istifadələrində olmuş qeyd olunan telefon nömrələri ilə aparılmış danışıqların və mesajların yazıldığı disklər məhkəmə baxışında nümayiş etdirilərkən onların aralarında narkotiklə bağlı hər hansı mesajların göndərilməsi müəyyən edilməmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığı əsasında təcridxanada saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətraflarında iəməliyyat tədbirləri aparılmış, iş üçün maraq doğuran məlumatlar əldə edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 6101, 6108 nömrəli və xx.xx.2024-cü il tarixli 1822 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunmamış və məcburi müalicəyə ehtiyyacları yoxdur. Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il ta rixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin mərkəzdə qeydiyyatda durmurlar. «Respublika Psixiatriya Xəstəxanası» Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli apayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs3 həmin xəstəxanada qeydiyyatda olmamışdır. «Hyundai İX-35» markalı, ** LF *** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2023-cü il tarixli aktla sahibinə verilmişdir. Hazırkı cinayət işinin materiallarından 02 may 2024-cü il ta rixli qərarla X6 və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə X4 CPMnin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Cinayət işinin məhkəmə baxışı gedişində dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 206.3.2ci maddəsi ilə verilmiş ittiham üarə cinayət təqibindən imtina etdiyindən məhkəmənin 14 fevral 2025-ci il tarixli qərarı ilə həmin şəxslərə münasibətdə CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. X15 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə əməli CM-in 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və cəzasının 02 il 6 ay hissəsi azaldılaraq azad edilmişdir. Hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 sübaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs2 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Ailə tərkibi haqqında 16 fevral 2024-cü il tarixdə arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailəlidir, himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş bir uşağı vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs3 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. İş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 13 avqust 2023-cü il tarixdə inzibati qaydada tutulmuşlar. Barələrində həbs qətimkan tədbiri seçilməklə həmin tarixdən həbsdə saxlanılırlar. Təqsirləndirilən şəxs3 iş üzrə 31 yanvar 2024-cü il tarixdə tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin tarixdən həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 12 avqust 2023-cü il tarixdən əvvəlki günlərdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,046 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması, bundan sonra digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanılması, daşınması və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına gətirilməsi, özünün həmin narkotik vasitələri Azərbaycan Respublikasında qəbul etməklə realizə olunmasını təşkil etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakı barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, 09 avqust 2023-cü il tarixdə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvünün artıq narkotik vasitələrin Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıq yolu ilə Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində sahil sularına gətirilməsi barədə onu məlumatlandırmasından sonra özünün sürücülük hüququ olmadığından əmisi oğlu Təqsirləndirilən şəxs2, qayını Murad İbrahimliyə və dostu Təqsirləndirilən şəxs3 guya Lənkərana istirahət etməyə getmələrini təklif edib, Təqsirləndirilən şəxs2 adına kirayəyə avtomaşin götürməklə həmin şəxslərlə birlikdə 12 avqust 2023-cü il tarixdə saat 20 radələrində Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə gəlməsi, sahildə yeyib içərək, çimməklə istirahət etdikləri zaman həmin şəxslərin məlumatları və iştirakları olmadan cinayətkar qrupun üzvü ilə telefon əlaqəsi saxlamaqla qayıqla sahilə gətirilmiş bir ədəd bağlamada hər biri külli miqdar təşkil edən 7010 qram narkotik vasitə qurudulmuş marixuananı, 1729 qram heroini, 400 ədəd metadon həblərini və 662,7 qram psixotrop maddə metamfetamini qəbul etməklə təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, bu zaman Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşlarının ona yaxınlaşmalarını görərək bağlamanı dəniz sahilində ataraq qaçıb sahildəki qamışılıq və kolluq sahədə gizlənməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması və təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsində birgə icraçı kimi iştirak etməmişdir. O, qaçaqmalçılıq yolu ilə kesçirilməli olan narkotik vasitələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi formasında iştirak etmişdir. Odur ki, onun əməli CM-nin 206.3.2-ci maddəsindən CM-nin 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimi cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qəimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Lakin məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə getsələr də, onların Edurad Əliyevin həmin əraziyə narkotik vasitələri götürmək niyyəti ilə getməsi barədə məlumatlarının olması, narkotik vasitələrin əldə edilməsi barədə Təqsirləndirilən şəxs1lə hər hansı razılaşmalarının olması və sonuncu tərəfindən narkotik vasitələrin əldə etməsində hər hansı formada iştirak etmələri sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ilk izahatında, hebelə həm ibtidai istintaqda və məhkəmə istintaqında verdiyi ifadələrində göstərmişdir ki, onun 12 avqust 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə narkotik vasitələri götürmək məqsədi ilə getməsi barədə onunla birlikdə olmuş şəxslərin, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Murad İbrahimlinin məlumatları olmamışdır. Həmin şəxslərə Lənkəran rayonu ərazisində Xəzər dənizi sahilinə istirahət etmək məqsədi ilə getdiklərini demiş, narkotik vasitələri əldə etmək məqsədi barədə heç bir məlumat verməmişdir. Həmin şəxslər onun narkotik vasitələri qəbul etmək üçün getdiyini bilsə idilər, onunla getməzdilər. Eyni ilə Təqsirləndirilən şəxs2 və Murad İbrahimli ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələrində göstərmişlər ki, 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə narkotik vasitələri götürmək məqsədi ilə getməsini bilməmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 onlara və Təqsirləndirilən şəxs3 Xəzər dənizi sahilinə istirahət etmək məqsədi ilə getdiklərini demişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaqda verdiyi ifadəsində 12 avqust 2023-cü il tarixdə avtomaşında Masallı rayonundan Lənkəran istiqamətində hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs1 ona İrandan dəniz vasitəsi ilə narkotik vasitə gələcəyini, həmin narkotik vasitəni qəbul edəcəyini deməsini, bunu eşidərkən getməkdən imtina etməklə Nurəddindən avtomaşını saxlamasını tələb etməsini, Edurad Əliyevin isə onun narkotikə qarışacağının olmamasını bildirməsini, dəniz kənarına getdikdən sonra Edurad Əliyevin dənizə yaxın gedək oradan iranlaya konum atmalı olmasını bildirməsini, dəniz yaxınlığına getdikdən təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs1 qorxduğunu, orada qalmaq istəmədiyini deyərək oradan getməsini göstərsə də, məhkəmə istintaqında həmin ifadəsini təsdiq etməmiş, istintaqda həmin məzmunlu ifadəsini oxumadan imza etdiyini, Təqsirləndirilən şəxs1 ona avtomaşında olduqları zaman və ya digər hallarda narkotiklə bağlı heç bir söz demədiyini və yolda olduqları zaman avtomobildən düşməsi üçün sürücü Təqsirləndirilən şəxs2 avtomaşını dayandırmasını tələb etmədiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Murad İbrahimli də həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdikləri ifadələrində göstərmişlər ki, onlar 12 avqust 2023-cü il tarixdə avtomobildə Masallıdan Lənkəran rayonu istiqamətində hərəkətdə olduqları zaman avtomobilin salonunda narkotik barədə söhbət olmamış, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və ya digər yoldaşlarına Xəzər dənizi sahilinə narkotik götürmək üçün getməsi barədə heç bir söz deməmiş və Fərahd Səfərov avtomaşından düşmək istəməmişdir. Beləliklə də, Fərah Səfərovun ibtidai istintaqda verdiyi 12 avqust 2023-cü il tarixdə avtomobildə Masallıdan Lənkəran istiqamətində hərəkətdə olduqları zaman Təqsirləndirilən şəxs1 ona narkotik vasitələri götürmək üçün getməsini deməsi məzmunlu ifadəsi Eduar Əliyevin və onlarla birlikdə avtomobilin salonunda olan Təqsirləndirilən şəxs2 və Murad İbrahimlinin ifadələri ilə tam təkzib olunur. Həmçinin Təqsirləndirilən şəxs3 özü də məhkəmə istintaqında həmin ifadəsini təsdiq etməmişdir. Bundan başqa 12 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxslərin istifadələrində olmuş telefon dapnşıqlarının və mesajların tədqiqi ilə də Təqsirləndirilən şəxs2 və X10 Əliyevin aralarında narkotik vasitələrin əldə olunması ilə bağlı hər hansı bir əlaqənin olmasını təsdiq edən məlumatlar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 göstərilən tərixdə Xəzər dənizinin sahilinə narkotik vasitələri qəbul etmək üçün getməsini yəqinliklə bilməmiş, lakin onun hərəkətlərindən şübhələndiyinə görə dəniz sahilində çox qalmamış və oradan tez getmişdir. Eduar Əliyevin, Təqsirləndirilən şəxs2 və Murad İbrahimlinin ifadələri ilə yanaşı Təqsirləndirilən şəxs3 istifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi barədə məlumatlarla da təkzibedilməz qaydada sübuta yetirilir ki, Təqsirləndirilən şəxs1 12 avqust 2023-cü il tarixdə saat 22:40 radələrində Xəzər dənizi sahilində narkotik vasitələri qəbul etməsi zamanı Təqsirləndirilən şəxs3 oradan getmiş və dəniz sahilində olmamışdır. Dövlət Sərhəd Xidmətinin əməkdaşı Şahid2 şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, 13 avqust 2023-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs2 dəniz sahilində saxlanarkən ona bildirmişdir ki, Təqsirləndirilən şəxs3 sonadək dəniz sahilində olmuş, lakin 12 avqust 2023-cü il tarixdə saat 22:40 radələrində onların gəlməsini görüb qaçmışdır. X11, Təqsirləndirilən şəxs1 və Murad İbrahimli ifadələrində göstərmişlər ki, 12 avqust 2023-cü il tarixdə Fərah Səfərov bir qədər dəniz sahilində onlarla birlikdə olsa da, sonradan oranı tərk etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 12 avqust 2023-cü il tarixdə saat 22:40 radələrində Təqsirləndirilən şəxs1 əlində bağlama olmaqla dənizdən gəlmiş, ona avtomaşının yük yerini açmasını, bağlamanı avtomaşına qoymaq istədiyini demiş, lakin o, bağlamada narkotik vasitələr olmasından şübhələndiyinə görə Eduar Əliyevin bağlamanı avtomaşına qoymasına razılıq verməmiş və yük yerini açmamışdır. Bu anda hərbiçilər onlara yaxınlaşmışlar. Bunu görən Eduard əlindəki bağlamanı yerə ataraq qaçmışdır. O da hərbiçilərin onu tutacaqlarından, döyəcəklərindən və təqsirli hesab olunacağından qorxaraq qaçıb dəniz sahilində gizlənmişdir. 13 avqust 2023-cü il tarixdə saat 05 radələrində sahildəki avtomobilinə yaxınlaşarkən hərbiçilər birinci olaraq onu saxladıqlarından bağlamanı onlara göstərməli olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə Bakı şəhərindən Lənkəran rayonu Nərimanabad qəsəbəsi ərazisində Xəzər dənizinin sahilinə getmələri, Təqsirləndirilən şəxs1 həmin yerdə Xəzər dənizi vasitəsi ilə gətirilmiş narkotik vasitələri qəbul etməsi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə birlikdə sonadək dənizin sahilində qalması, hərbi qulluqçuların həmin yerə gəlməsi zamanı Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1lə bərabər qaçaraq gizlənməsi, sonra isə narkotik vasitələr qablaşdırılmış və Təqsirləndirilən şəxs1 tərəfindən onun yanında olarkən dəniz sahilinə atılmış bağlamanı hərbiçilərə təqdim etməsi, bundan başqa Fərah Cəfərovun ibtidai istintaqda avtomobildə Masallıdan Lənkəran istiqamsətində getdikləri zaman Təqsirləndirilən şəxs1 ona narkotik vasitələri götürmək üçün getməsini və bu işin ona aidiyyətinin olmamasını bildirməsi məzmunlu ifadə verməsi (həmin ifadəsini məhkəmə istintaqında təsdiq etməmiş və avtomobildə onunla birlikdə olmuş şəxslərin ifadələri ilə tam təkzib olunmuşdur) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs1 tərəfindən narkotik vasitələrin əldə edilməsində iştirak etmələrinə şübhə və ehtimal yaratsa da, onların cinayətdə iştiraklarını təsdiq edən möhtəbər dəlillər və sübutlar əldə edilməmişdir. Hansı ki, CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi möhtəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr vardırsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Odur ki, məhkəmə qeyd edir ki, ehtimal və şübhələrə əsaslanmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində onlara verilmiş ittiham üzrə ettihamedici hökm çıxarılması mümkün deyildir. X7 ibtidai istintaqda verdiyi, onunla birlikdə olmuş digər şəxslərin ifadələri ilə təkzib edilən və digər sübutlarla təsdiq olunmayan ifadəsi ona cinayətdə iştiraçılığa və cinayət barədə xəbər verməməyə görə ittiham verilməsi üçün əsas ola bilməz. Belə ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda göstərildiyi kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanılması və daşınaraq İran İslam Respublikaksından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə Təqsirləndirilən şəxs1lə və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmələri, 12 avqust 2023cü il tarixdə Xəzər dənizi vasitəsi ilə göndərilən 7010 qram qurudulmuş marixuana, 1729,5 qram heroin, 400 ədəd metadon həbləri və 662,7 qram metamfetaminin qaçaqmalçılıq yolu ilə keçirilməsində və Eduar Əliyev tərəfindən əldə edilməsində birgə iştirakları, CMnin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirlilikləri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.4-cü maddələrinə əsasən şəxsin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirlilikləri sübuta yetirilmədiyinə görə onlara Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə bəraət verilməli, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında həbsdən azad olunmalıdırlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmçinin iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad olunmalıdırlar. İş üzrə ekspertiza xərci 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 7009,3 qram qurudulmuş marixuana, 1729,1 qram heroin, 664,446 qram metamfetamin və 390 ədəd metadon həbləri məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 344-347, 349, 350, 351-353; 357 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə məhkəmə xərclərinin ödənilməsindən azad edilsinlər. İş üzrə ekspertiza xərci 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 7009,3 qram qurudulmuş marixuana, 1729,1 qram heroin, 664,446 qram metamfetamin və 390 ədəd metadon həbləri məhv edilsin. Cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxs1 məxsus «Redmi»i markalı mobil telefon onun ailəsinə qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-40/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-40/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver