Məhkəmə qərarları › İş №1(099)-400/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-400/2022

20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-400/2022 20.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və X2 iştirakları ilə,

1. xx xxxxxx 1981-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. 09 avqust 1988-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olmayan, işləməyən, Bərdə şəhəri, B.Hacıyev küçəsi ev 73-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, 2-ci məhəllədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq

MÜƏYYƏNETDİ:

Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 2022-ci ilin fevral ayında öz aralarında və İran İslam Respublikasında olan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmişlər. Cinayət qrupunun İran İslam Respublikasında olan üzvləri ümumi cinayətkar niyyətə uyğun olaraq 4 ədəd bağlamada, eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 1530 qram, 950 qram, 750 qram, 1010 qram, 2 ədəd bükümdə, ayrı-ayırlıqda təmiz çəkiləri 13,879 qram və 19,472 qram- ümumi təmiz çəkisi 4273,351 qram olan narkotik vasitə heroin, iki ədəd bükümdə eyni tərkibli, ayrı-ayrılıqda təmiz çəkiləri 45,519 qram və 4,919 qram- ümumi təmiz çəkisi 50,438 qram olan psixotrop maddə metamfetamin, 4 ədəd konvolyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 40 ədəd, təsiredici maddəsinin ümumi miqdarı bir həbdə 0,04 qram, ümumi miqdarı 1,6 qram olan, qəhvəyi rəngli dairə formalı metadon həblərini əldə edərək İran İslam Respublikasından qaçalmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə 2022ci ilin fevral ayında Ələt-Atara magistral avtomobil yolunun Masallı rayonunda yerləşən 58ci kilometliyində yol nişanının yanında gizlədərək bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Rüstəm Rüstəmov həmin yerə gedib qeyd olunan külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həblərini Masallı rayonu əraizində magistral avtomobil yolunun kənarında gizlədildiyi, yerdən birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə etmişlər. Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə 13,879 qram narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 isə bir ədəd bükümdə ümumi çəkisi 19,472 qram olan narkotik vasitə heroini, bir ədəd bükümdə 4,919 qram psixotrop maddə metamfetamini götürərək üzərlərində saxlamış, çantanın içərisində qalan 4 ədəd bağlamada ayrı-ayrılıqda 1530 qram, 950 qram, 750 qram, 1010 qram- ümumi təmiz çəkisi 4240 qram olan narkotik vasitə heroin, bir ədəd bükümdə 45,519 qram psixotrop maddə metamfetamini və 4 ədəd konvolyutda ümumi sayı 40 ədəd, təsiredici maddəsinin miqdarı bir həbdə 0,04 qram, ümumi miqdarı 1,6 qram olan qəhvəyi rəngli dairəvi formalı metadon həblərini çantanın içərisinə qoyub Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ 2101” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının alt hissəsində gizlətmiş, onlar qeyd edilən nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində Ələt- Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində yerləşən BDYPİ-nin 11-ci YPX postunun yaxınlığında saxlanılmış, “VAZ 2101” markalı, **-BD-*** dövlət qediyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin ön sərnişin oturacağının alt hissəsində yerləşdirilmiş qara rəngli çantanın içərisindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və qeyd edilən sayda metadon həbləri aşkar edilərək götürülmüşdür. Sonra isə Kəbufət Babayeva və Təqsirləndirilən şəxs2 Cənub X3 Lənkəran şəhəri P.Təhməzov küçəsi 8-də yerləşən inzibati binasına gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə, 13,879 qram narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən isə əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 19,472 qram narkotik vasitə heroin, 1 ədəd bükümdə 4,919 qram psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, yeddi ildir narkotik maddə heroin və metamfetamin istifadə edir. Təxminən 5-6 ay əvvəl Bakı şəhərində kafelərin birində Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Kəbutərlə tanış olduqdan sonra onun da narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. Onunla birlikdə narkotik maddələr qəbul etmişlər. Təqsirləndirilən şəxs1 iranlı şəxslə narkotik vasitə əldə edilib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşması və narkotik vasitələrin Azərbaycan Respublikasına keçirilməsi barədə heç bir məlumatı olmamışdır. 21 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhərində Təqsirləndirilən şəxs1 onunla görüşərkən ona Masallı rayonunda bir nəfər şəxsdən pul almalı olduğunu, bu məqsədlə onu idarə etdiyi avtomaşınla Masallı rayonuna aparmasını və ona yol pulu olaraq 70 manat pul verəcəyini bildirmişdir. O, Kəbutərlə razılaşmışdır. 21 fevral 2022-ci il tarixdə saat 21 radələrində Kəbutərlə Bakı şəhərində yenidən görüşüb istifadəsində olan «VAZ 2101»” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil ilə Kəbutərlə birlikdə Bakı şəhərindən çıxıb Masallı rayonuna gəlmişdir. 22 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində Astara- Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində Kəbutər ona avtomaşını saxlamasını demişdir. O, avtomobili yolun kənarında saxlamışdır. Təqsirləndirilən şəxs1 avtomaşından düşmüşdür. Bu zaman polis işçiləri olnlara yaxınlaşaraq onları saxlamışlar. Yalnız bundan sonra Təqsirləndirilən şəxs1 Masallı rayonu ərazisinə narkotik götürmək məqsədi ilə gəldiyini bilmişdir. Polis işçiləri onun CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını vəd etdiklərinə görə ibtidai istintaqda etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində, özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhərində Təqsirləndirilən şəxs1 onunla görüşərkən ona sosial şəbəkədə Şəhram adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, həmin şəxsin ona çantada narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri göndərə biləciyini, həmin maddələri götürüb Şəhramın dediyi adama verəcəyi halda 1000 manat pul göndərəcəyini, həmin 1000 manat puldan 350 manatını ona verəcəyini demişdir. Həmçinin həmin şəxs onun istifadəsi üçün çantaya əlavə bükümlər də qoyacağını demişdir. Kəbutər Şəhramın xəbər gözlədiyini, özü razılıq verəndən sonra Şəhramın çantanı ölkə ərazisinə keçirəcəyini demiş və ondan məsləhət alaraq kömək istəmişdir. Onun həmin vaxt pula və narkotik vasitəyə ehtiyacı olduğu üçün Kəbutərlə razılaşmışdır. Bundan sonra 21 fevral 2022-ci il tarixdə saat 21 radələrində Kəbutərlə Bakı şəhərində yenidən onunla görüşüb istifadəsində olan “«VAZ 2101»” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kəbutərlə birlikdə Bakı şəhərindən çıxıb Masallı rayonuna gəlmişlər. 22 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 58-ci klimetrliyində olan lövhəciyinin yanından Şəhramın oraya qoydurduğu, içində narkotik maddələr olan çantanı orada birlikdə axtarıb tapmışlar. Kəbutər çantanı açmış, orada narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və metadon həbləri olmuşdur. Həmçinin çantada üç ədəd büküm də qoyulmuşdur. Bükümləri açmış, bükümlərdən ikisinin içərisində narkotik vasitə heroin, birinin içərisində isə psixotrop maddə metamfetamin olmuşdur. Heroin olan bükümü Kəbutər öz cibinə qoymuş, metamfetamin olan bükümü və digər heroin bükümünü isə o öz cibinə qoymuşdur. Sonra Kəbutər çantanı onun avtomobilin ön sərnişin, yəni oturduğu oturacağın altına qoymuşdur. Bundan sonra onlar Bakı şəhərinə qayıtmaq üçün avtomobilə oturub Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən 8-10 km getdikdən sonra orada olan yol polisi postunun yaxınlığında içərisində mülki geyimdə şəxslər olan «Niva» markalı avtomobil ona işarə edərək dayanmağını istəmiş, lakin həmin vaxt qorxduğu üçün avtomobili saxlamayıb tez sürüb uzaqlaşmaq istəyərkən onu məcburi dayandırmışlar və həmin zaman o, qorxduğu üçün Niva markalı avtomobilin sol tərəfinə vuraraq avtomobili bir az əzmişdir. Sonra mülki geyimdə olan şəxslər avtomobildən düşüb onlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt o və Kəbutər hər şeyin aşkar olduğunu başa düşüb heç bir etiraz etməmiş, sonra onları avtomobillər birlikdə yaxınlıqda olan yol polisi postunun həyətinə gətirib orada razılığı əsasında idarə etdiyi avtomobilə vidioçəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona və Kəbutərə avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməkləri təklif olunmuşdur. Həmin vaxt Kəbutər qabaq sərnişin oturacağın altında gizlətdiyi qara rəngli çantanı götürüb təqdim etmiş və çantanın içində narkotik maddə olduğunu, lakin hansı narkotik maddələr olduğunu bilmədiyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin çantanın içinə baxıldıqda orada 4 ədəd sellofan bükülüdə heroinə bənzər kütlə, 1 ədəd sellofan bükülüdə metamfetaminə bənzər kütlə və dörd ədəd listdə cəmi 40 ədəd metadon həbləri aşkar olunmuşdur. Sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və həmin çantaya yığılmış, çantanın üstü möhürlənərək üzərinə qeydlər aparılmış və imzalanmışdır. Sonra avtomobilə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra onu və Təqsirləndirilən şəxs1 Lənkəran şəhərində yerləşən regional şöbəyə gətirmişlər. Şöbədə əvvəlcə Kəbutəri sonra isə onu təhqiqatçı şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələri izah edilməklə istəyinə əsasən müdafiçi Müdafiəçi2 dəvət olunmuşdur. Müdafiəçinin və polis əməkdaşların iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zaman əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa, təqdim etməyi bildirilmiş, həmin vaxt o, əynində olan gödəkcənin sağ yan cibindən “Redmi” markalı, sol yan cibindən bir ədəd “Nokia” markalı telefonu və əynindəki cins şalvarının sol yan cibində gizlətdiyi iki ədəd selefon bükümdə olan heroin və metamfetamini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi həmin heroin və metamfetamini adını bilmədiyi internetdə tanış olduğu iranlı tərəfindən 10 gün əvvəl yerini xatırlamadığı Abşeron rayonu ərazisinə onun üçün atıldığını və Kəbutərlə birlikdə gedib çəkmək üçün oradan götürdüyünü, həmin narkotik maddələrin pulunu İranlı şəxsə hesab nömrəsilə bankomatla ödədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi sellofon bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilməklə kağız zərfə qoyulub qalbaşdırılaraq möhürlənmiş və üzərinə imza etmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol tərəfindən imzalanmışdır. xx.xx.2022-ci tarixdə saat 01 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən və şöbədə üzərinə şəxsi axtraış keçirilərkən ona heç bir fiziki və ya psixi təsir olunmamışdır. Şəxsi axtarış, izahat və istintaqın ilkin mərhələsində verdiyi ifadələr zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroin, psixotrop maddə metamfetamini Abşeron rayonu ərazisində əladə etdiyini desə də, əslində həmin bükümləri Şəhramın göndərdiyi çantanın içərisindən götürmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bir ilə yaxın müddətdir narkotik vasitə olan heroin qəbul edir. Təxminən 5-6 ay əvvəl Bakı şəhərində yerləşən adını xatırlamadığı kafelərin birində Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Mahmudun da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Mahmudla tez-tez Bakı şəhərində görüşüb narkotik vasitələrdən qəbul etmişlər. Təxminən bir ay yarım əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı Şəhram adlı şəxslə tanış olmuşdur. Onunla sonralar “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq narkotik istifadəçisi olduğunu, pulu olmadığı üçün Azərbaycanda narkotik vasitə ala bilmədiyini, İranda narkotik vasitələrin daha çox və ucuz olduğunu, həmin narkotik vasitələrdən onun üçün Azərbaycana göndərməsini demişdir. Şəhram adlı şəxs ona bu barədə düşünəcəyini və bir yol tapa bilsə, İrandan Azərbaycana onun istifadəsi üçün 15 qram narkotik vasitə göndərəcəyinə söz vermişdir. 21 fevral 2022-ci il tarixdə saat 21 radələrində Şəhram onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoyulduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq onu idarə etdiyi, taksi avtomaşını ilə Masallı rayonu ərazisində həmin yerə aparmasını demişdir. Mahmudla 30 manat pul müqabilində razılaşmışlar. Bundan sonra Mahmudun idarə etdiyi avtomobili ilə Bakı şəhərindən Masallı rayonuna yola düşmüşlər. 22 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində Masallı rayonu ərazisində Astara-Ələt avtomobil yolunun 58-ci kilometrliyinə gəlmişlər. Orada Mahmud avtomaşını saxlamışdır. O, avtomaşından düşərək yol nişanının ətrafını axtarmış və orada böyük bağlama olduğunu görmüşdür. O, Şəhrama zəng edərək ona 15 qram narkotik göndərməli olduğu halda orada böyük bağlama qoyulduğunu bildirmişdir. Şəhram isə ona orada qalmamasını, bağlamanı götürüb oradan uzaqldaşmasını, sonra danışacaqlarını demişdir. O isə bağlamanı götürüb avtomaşına gətirmişdir. Mahmud avtomaşını sürmüşdür. Təxminən 30 metr getdikdən sonra polis işçiləri onları saxlamişlar. Götürdüyü bağlamaya baxış keçirilərkən həmin bağlamadan külli miqdarda heroin, metamfetamin və həblər aşkar olunmuşdur. Lakin üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərində aşkar olunan 13 qram narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilən ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat 15 radələrində iranlı Şəhram adlı şəxs onunla telefon vasitəi ilə əlaqə saxlayarkən müxtəlif növdə narkotik vasitələr göndərəcəyini, həmin narkotik vasitələrdən lazım olan qədər özü üçün istifadə etməsinii və qalan hissəsini satıb pulundan həm özünün götürməsini, həm də ona göndərməsini demiş və bu barədə razılaşmışlar. 21 fevral 2022-ci il tarixdə Şəhram adlı şəxs ona “Whatsapp” da yazmış, harda olduğunu soruşmuşdur. O da Bakı şəhərində olduğunu demişdir. Şəhram ondan Masallıya gələ bilibbilməyəcəyini soruşmuş, o da Şəhrmdan səbəbini soruşmuşdur. Şəharm ondan əgər gələ biləcəksə, o zaman qeyd etdiyi narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası sərhəddindən keçirib Masallı rayonunda magistral avtomobil yolunda qoyduracağını demişdir. Həmin çantaya onun şəxsi istifadəsi üçün də əlavə olaraq narkotik vasitə və psixotrop maddə bükümləri qoyacağını, həmin çantanı oradan götürüb Bakı şəhərinə aparacağı halda onun üçün qoydurduğu heroin və metamfetamini götürəndən sonra həmin çantanı Bakı şəhərində deyəcəyi ünvanda qoymasını və bunun qarşılığında əlavə olaraq ona 1000 manat pul göndərəcəyini bildirmişdir. O da Şəhrama xəbər verəcəyini demişdir. İçində narkotik maddələr olan çantanı Masallı rayonu ərazisindən götürməyə getmək üçün tanışı Təqsirləndirilən şəxs2 məlumat vermişdir. X8 Respublikası vətəndaşının ondan xəbər gözlədiyini, razılıq verəndən sonra narkotik vasitə və psixotrop maddəni keçirəcəyini, həmin çantada həm onların istifadəsi üçün bükümlər qoyulacağını, həm də çantanı Şəhramın dediyi şəxsə çatdırdıqdan sonra ona veriləcək olan 1000 manat puldan 350 manatını ona verəcəyini demişdir. Mahmud da razılaşmışdır. Bundan sonra İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış, ona Masallı rayonuna gələ biləcəyini demişdir. Şəhram çantanı sərhəddən keçirəndən sonra Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoyduracağını demişdir. 21 fevral 2022-ci il tarixdə saat 21 radələrində Mahmudla Bakı şəhərində yenidən görüşüb Mahmudun idarə etdiyi “«VAZ 2101»” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Masallı rayonuna gəlmişdir. 22 fevral 2022-ci il tarixdə gecə saat 01 radələrində Astara-Ələt avtomobil yolunun Masallı rayonu ərazisindən keçən 58-ci kilometrliyində olan lövhəciyinin yanında Şəhramın əvvəlcədən ora qoydurduğu içində narkotik maddələr olan çantanı Mahmudla bir az axtarıb atıldığı yerdən tapmışlar. Çantanı tapdıqdan sonra çantanı açmış, orada narkotik vasitə, psixotrop maddə və metadon həblərinin olduğunu görmüşdür. Həmçinin çantanın içərisində üç ədəd büküm, dörd ədəd bağlama və metadon həbləri olduğunu görmüşlər. Bükümlərə baxan zaman iki ədədinin içərisində narkotik vasitə heroin, bir ədədinin içərisində isə psixotrop maddə metamfetamin olmuşdur. Narkotik vasitə heroin olan bükümü götürüb cibinə qoymuş, bir ədəd heroin və bir ədəd metamfetamin bükümlərini isə Mahmud öz cibinə qoymuşdur. Çantanı isə maşının ön sərnişin oturacağının alt hissəsinə qoymuşdur. Daha sonra avtomobilə oturub Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 8-10 km getdikdən sonra orada olan yol polisi postunun yaxınlığında içərisində mülki geyimdə olan “Niva” markalı avtomobil onlara işarə edərək dayanmaqlarını istəmiş, lakin həmin vaxt Mahmud qorxduğu üçün avtomobili saxlamayıb tez sürüb uzaqlaşmaq istəyərkən onları məcburi dayandırmışlar və həmin zaman Mahmud “Niva” markalı avtomobilin sol tərəfinə vuraraq onu bir az əzmişdir. Sonra mülki geyimdə olan şəxslər avtomobildən düşüb onlara yaxınlaşmış və özlərini polis əməkdaşları kimi təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün onları saxladıqlarını bildirmişlər. Həmin vaxt onlar hər şeyin aşkar olduğunu başa düşüb heç bir etiraz etməmiş, sonra avtomobil ilə birlikdə onları yaxınlıqda olan yol polisi postunun həyətinə gətirib orada Mahmudun razılığı ilə videoçəkilişlə avtomaşına baxış keçirtmişlər. Baxış zamanı əvvəlcə onlara avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməkləri bildirilmişdir. Həmin vaxt o, avtomobilin qabaq sərnişin oturacağının altında gizlətdiyi, içində narkotik maddə olan qara rəngli çantanı oradan götürüb polis əməkdaşlarına təqdim etmiş və onlara çantanın içində narkotik maddələr olduğunu lakin hansı narkotik maddələr olduğunu bilmədiyini demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin çantanın içinə baxıldıqda orada 4 ədəd sellofan bükülüdə heroinə bənzər kütlə, 1 ədəd sellofan bükülüdə metamfetaminə bənzər kütlə və dörd ədəd listdə cəmi 40 ədəd metadon həbləri aşkar olunmuşdur. Sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtraış zamanı o, əynində olan gödəkcənin sağ yan cibindən “Huavei” markalı telefonu və həmin çibində gizlətdiyi bir ədəd selefon bükümdə olan heroini çıxardıb təqdim etmişdir. Təqdim etdiyi heroini adını bilmədiyi başqa bir iranlı tərəfindən onun üçün Bakı şəhəri Binəqədi rayonu ərazisində yerini xatırlamadığı yerə qoyulduğunu, həmin yerdən götürüb özü üçün üzərində gəzdirdiyini və ondan 4-5 dəfə qəbul etdiyini desə də, əslində üzərindən aşkar edilərək götürülmüş heroini o, Şəhramın göndərdiyi çantanın içərisindən götürüb üzərində saxlamışdır. Həmin maddə götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin etiraf ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 fevral 2022-ci il tarixdə ona daxil olmuş əməliyyat məlumatında Bərdə şəhəri B.Hacıyev küçəsi ev 73-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Xutor qəsəbəsi, İİ məhəllədə yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs1 və Yevlax rayon Aran qəsəbəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs2 Masallı rayonu ərazisində birlikdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə, habelə onların prekusorlarını əldə etmə, saxlama, daşıma və satışında şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu yerin müəyyən edilməsi, cinayət əməllərinin ifşa olunması, cinayət törədərkən və ya törətdikdən bilavasitə sonra yaxalanması, narkotik maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi, zərurət olduqda nəqliyyat vasitəsinə baxış və üzərlərinə şəxsi axtarışın keçirilməsi məqsədilə təxirəsalınmadan əməliyyat-axtarış tədbiri həyata keçirilməklə 22 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində olduğu yer müəyyən edilərək şöbənin əməkdaşları Şahid2, Şahid3, Şahid4 və Famil Həsənovla birlikdə xidməti istifadədə olan Niva markalı, **-AP-*** qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmişlər. Saat 01 radələrində Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsində yerləşən BDYPİ-nin 11-ci YPX postunun yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi VAZ-2101 markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilin Ələt istiqamətində hərəkətdə olduğunu görüb ona avtomobili saxlamaq işarəsi versə də, Mahmud avtomobili saxlamayıb hərəkətinə davam etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobili dayandırmaq üçün idarə etdiyi xidməti avtomobilini Mahmudun idarə etiyi VAZ-2101 markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilin ön tərəfinə sürmək istəyərkən Mahmud idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilin sol tərəfinə vuraraq bir az əzib yerində dayanmışdır. Bundan sonra avtomobildən yerə düşüb Mahmud və Kəbutərə yaxınlaşıb özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxladıqlarını və avtomobilə baxış keçiriləcəyini onlara bildirmişdir. Sonra həmin şəxsləri avtomobillə birlikdə gecə işıqlandırılması yaxşı olan yaxınlıqdakı BDYPİ-nin 11-ci YPX postunun həyətinə dəvət edib orada Mahmudun razılığı ilə təhqiqatçı Famil Həsənov tərəfindən avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildə hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməkləri bildirilmişdir. Həmin vaxt Mahmud avtomobilin qapılarını açarla açdıqdan sonra Təqsirləndirilən şəxs1 qabaq sərnişin oturacağının altında gizlətdiyi bir ədəd qara rəngli çantanı oradan götürüb təqdim edərək çantanın içində narkotik maddələr olduğunu, lakin hansı narkotik maddələr olduğunu bilmədiyini, həmin çantanı bir ay əvvəl “İnstaqram”-da tanış olduğu Şəhram adlı İranlı şəxsin Astara-Ələt avtomobil yolunun Bakı istiqamətindəki 58-ci kilometrliyində lövhəciyin yanında onun üçün qoydurduğunu, götürdükdən sonra həmin narkotik maddələri Şəhramın ona Bakı şəhərində deyəcəyi ünvanda qoyacağını, bunun müqabilində onun kart hesabına 1000 manat pul göndərəcəyini və həmin puldan 350 manat pulu Mahmuda verəcəyini demişdir. Bundan sonra təhqiqatçı Famil Həsənov tərəfindən həmin çantanın içinə baxıldıqda orada 4 ədəd sellofan bükülüdə heroinə bənzər kütlələr, 1 ədəd sellofan bükülüdə metamfetaminə bənzər kütlə və dörd ədəd listdə cəmi 40 ədəd metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Sonra həmin kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülməklə bu barədə protokol tərtib olunmuşdur. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərilə birlikdə Lənkəran şəhərində yerləşən X5 Şöbəsinə gətirmişdir. Şöbədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs1 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa, təqdim etməyi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “Huavei” markalı mobil telefonu və həmin çibində gizlətdiyi bir ədəd selofan bükümü çıxardıb təqdim edərək demişdir ki, təqdim etdiyi bükümün içərisində heroin var, həmin heroin özünə məxsusdur, onu adını bilmədiyi başqa bir iranlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisinə atılmış və həmin heroini oradan götürüb özü 4-5 dəfə qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və onun ümumi çəkisinin 15,12 qram olduğu müəyyən olunmuşdur. Daha sonra həmin heroinə bənzər kütlə kağız zərfə qoyulub üzəri möhürlənərək qalbaşdırılmış, mobil telefon isə götürülərək protokola əlavə edilmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzrəində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı tərəfindən əvvəlcə Mahmuda üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa, təqdim etməyi bildirilmiş, həmin vaxt Mahmud əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “Redmi” markalı, sol yan cibimdən bir ədəd “Nokia” markalı mobil telefonları və əynindəki cins şalvarının sol yan cibində iki ədəd selefon bükümü çıxardıb təqdim edərək demişdir ki, təqdim etdiyi həmin bükümlərin içərisində heroin və metamfetamin vardır, heroin və metamfetamini adını bilmədiyim internetdə tanış olduğu İranlı tərəfindən 10 gün əvvəl yerini xatırlamadığı Abşeron rayonu ərazisinə onun üçün atıldığını və Kəbutərlə birlikdə gedib çəkmək üçün oradan götürdüyünü, həmin narkotik maddələrin pulunu İranlı şəxsə hesab nömrəsilə bankomatla ödədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bükümlərin içərisinə baxıldıqda birinin içində narkotik vasitə heroinə bənzər kütlə, digər bükümün içərisində isə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bükümlər təhqiqatçı tərəfindən ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə heroinin ümumi çəkisinin 20,13 qram, metamfetaminin çəkisinin isə 5,05 qram olduğu görünmüşdür. Daha sonra həmin heroin və metamfetamin kağız zərfə qoyulub qalbaşdırılaraq möhürlənmiş və üzərinə imza edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təsir və ya təzyiq göstərməmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 saxlanılarkən onun üzərinə hər hansı narkotik vasitə qoymamışlar. Məhkəmə şahid qismində dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub X3 əməliyyat müvəkkiləri - Şahid3 və Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İfadələrinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 22 fevral 2022-ci il tarixdə saat 01 radələrində içərisində narkotik maddələr olan 01 ədəd çantanı götürdükləri yeri göstərmişlər. 22 fevral 2022-ci il tarixli baxış və götürmə, həmçinin şəxsi axtarış və götürmə aparılması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 idarə etdi «VAZ 2101» markalı, **-BD-*** nömrə nişanlı avtomaşından aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisi 4,410 kiloqram, psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 57,14 qram, 40 ədəd metadon həblərinin ümumi çəkisi 28,23 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ümumi çəkisi 15,12 qram, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ümumi çəkisi 5,05 qram və narkotik vasitə olan heroinin ümumi çəkisi 20,13 qram olduğu olmuşdur. Materialların məhkəmə ekspertizasının 22 fevral 2022-ci il tarixli, 19\223 nömrəli rəyindən görünür ki, Mahmud “Rüstəmovun idarə etdiyi “«VAZ 2101»” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınından aşkar edilmiş 04 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri: 1530,0 qr: -950,0 qr: -750,0 qr: - 1010,0 qram-ümumi təmiz çəkisi 4240,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd bükümdə təmiz çəkisi 45,519 qram olan ağ rəngli krsital formada olan maddə metamfetamindir və 4 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 40 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbirləri ilə eynidirlər, həblərin təsir edici maddəsinin ümumi miqdarı:-1,6 qramdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 19, 472 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi -4,919 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 13,879 qarm olan maddə tiryəkdə kustar üsull hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 idarə etdiyi «VAZ 2101» markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınından aşkar edilmiş 04 ədəd bükülüdə olan heroinlər ilə, zərfədki 1 ədəd bükümdə olan heroin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Həmçinin çantadakı 1 büküm metamfetamin, zərfədəki 1 büküm metamfetamin ilə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 məxsus 5 bükümdə heroinlərlə, Təqsirləndirilən şəxs1 məxsus 1 büküm heroin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 24 fevral 2022-ci il tarixli, 211 və 212 nömrəli rəyindən görünür ki, Mahmud Rəstəmovda və Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 221.3, 234.1 və 317-2.1-ci maddələri ilə təqsirli bilinib 06 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 180.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qnərarı ilə xx.xx.2014-cü il tarixli hökm üzrə əməli CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrinə tövsif olunmaqla cəzası 05 il 06 aya endirilmiş, xx.xx.2013-cü il tarixli hökmlə təyin edilmiş cəza ilə birləşdirilərək qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2019-cu il tarixdə cəzası tam başa çatmışdır. Hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2003, 2007 və 2008-ci illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət səciyyələnir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2005, 2006 və 2010-cu illərdə doğulmuş uşaqları vardır. Təqsirləndirilən şəxs2 barəsində yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini və metadon həblərini əldə etmələri, saxlamaları, daşımaları və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə icraçı kimi iştirak etməmişlər, qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişlər. Ona görə də qaçaqmalçılıq cinayətinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, həmçinin cinayətin törədilməsində hər birinin faktiki iştirakının xarakterini və dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayələrində bir azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır, cəzalarını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə ekspertiza tədqiqatından sonra qalmış, maddi sübüt kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 4259,222 qram və 13,829 qram çəkilərdə narkotik vasitə heroin, 50,338 qram psixotrop maddə metamfetamin və 36 ədəd metadon həbləri məhv edilməli, şəxsi axtarış və götürmə, baxış keçirilməsi və götürmə istintaq hərəkətləri barədə 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 50 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKMETDİ: 1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdlan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdlan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübüt kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 4259,222 qram və 13,829 qram çəkilərdə narkotik vasitə heroin, 50,338 qram psixotrop maddə metamfetamin və 36 ədəd metadon həbləri məhv edilsin, istintaq hərəkətləri barədə 3 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar