Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-401/2024 30.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X8, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Astara rayonu Kakalos kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1983-cü il tarixdə Astara rayonu Kakalos kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1983-cü il tarixdə Şəmkir rayonu Dəllər qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu Dəllər qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Astara rayonu Kakalos kənd sakini 13 fevral 1946-cı il təvəllüdlü X4 evini qarət etmək barədə etdiyi təkliflə həmkəndlisi Təqsirləndirilən şəxs2 və tanışı Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs3 ilə razılaşaraq, sonuncu onun dəvəti ilə 09 noyabr 2023-cü il tarixdə yaşadığı Şəmkir rayonu, Dəllər qəsəbəsindən Astara rayonu, Kakalos kəndinə gəldikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aşkar surətdə köməksiz vəziyyətdə olub hər hansı müqavimət göstərmək iqtidarına malik olmayan Zeynəb Məmmədovanın yaşlı və ağır ürək xəstəsi olduğunu bilməsinə baxmayaraq sonuncunun xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zeynəb Məmmədovanın həmin kənddə yaşadığı evinə həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmək qərarına gəlib aralarında vəzifə bölgüsü apardıqdan sonra, ümumi cinayətkar niyyəti icra etmək üçün 10 noyabr 2023-cü il tarixdə saat 14 radələrində əvvəlcədən aralarında olan rolların bölgüsünə əsasən, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs3 Zeynəb Məmmədovanın yaşadığı evdə iz qoymamaq üçün tibbi əlcəkdən istifadə etməklə qanunsuz girib ümumi razılığa əsasən kənar şəxsləri köməyə çağırmaq imkanının qarşısını almaq və hərəkətsiz hala gətirmək üçün həyatı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncunun ağız və burnunu yapışqan lentlə (skoç), əl-qolunu yapışqan lent və naqillə, onu tanımaması üçün isə gözlərini ağ rəngli dəsmal və yapışqan lentlə bağladıqdan sonra sonuncudan evdə olan pul və qızıl-zinət əşyalarının yerini soruşmuş, Zeynəb Məmmədova pul və qızıl-zinət əşyalarının yerini demədiyindən əvvəlcədən razılaşdırdıqları kimi Təqsirləndirilən şəxs3 onu çağıraraq birlikdə basqın edib evdən 475 AZN məbləğində pul, 01 ədəd 1338 AZN dəyərində üzərində kulon olan qızıl boyunbağı götürüb evdən çıxarkən, Təqsirləndirilən şəxs3 zor tətbiq edərək Zeynəb Məmmədovanın barmağında olan 01 ədəd 362 AZN dəyərində qızıl üzüyü və qulağında olan 01 cüt 466 AZN dəyərində qızıl sırğanı dartıb çıxardıqdan sonra rolların bölgüsünə görə cinayətdən xəbəri olan və onları yolun kənarında gözləyən cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes C220” markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmış, bununla da Zeynəb Məmmədovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib sonuncunun sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, habelə Zeynəb Məmmədovaya zor tətbiq edərək ölümünə səbəb olan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma ilə nəticələnən tənəffüs yollarının- ağız və burun dəliklərinin yapışqan lentlə (skoç) tutulması ilə əlaqədar əmələ gəlmiş mexaniki asfiksiya, həmçinin sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun sümüyünün sınığı, sağlamlığa zərər vurmadığından, dərəcəsi təyin edilməyən burun nahiyəsində qançır, sağ qulaq sırğalığında sıyrıq xəsarətləri yetirib öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edərək və onun ictimai təhlükəli nəticələrini qabaqcadan görərək Zeynəb Məmmədovanın ölümünü arzu etməsələr də, buna şüurlu surətlə yol verərək onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zeynəb Məmmədovanı qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmüşlər, yəni qəsdən həyatdan məhrum etmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs –mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1la Rusiyada həbsdə olarkən tanış olmuş, münasibətləri yaranmşdır. 2023-cü il noyabrın 9-u Masallı şəhərinə gəlmişdir. Yolda olarkən Vüsalla əlaqə saxlamış, imkan olarsa onunla görüşə biləcəyini demişdir. Masallıya Aqşin adında dostu ilə görüşmək üçün gəlmiş, lakin onunla əlaqə saxlaya bilməmişdir. Vüsala bu barədə məlumat vermişdir. Bundan sonra Vüsal və əvvəllər tanımadığı Elmir adlı şəxslə Masallıya onun yanına getmişdir. Elmirin idarə etdiyi «Mersedes» markalı maşınla və Vüsalla birlikdə Astara şəhərinə yola düşmüş, yolda olarkən Elmir onlara, qonşuluqda Zeynəb adlı qadının tək yaşadığını, sələmə pul verdiyini, onun evinə oğurluq məqsədilə girə biləcəklərini və çoxlu pul, qızıl əşyaları oğurlaya biləcəklərini demişdir. Elmirin bu təklifi ilə razılaşmışlar. Bundan sonra, Zeynəbin evini Vüsalın evindən güdmüşlər və evə girmək üçün plan hazırlamışlar. Plana uyğun olaraq həmin günü gecə Zeynəb evdən həyətə çıxandan sonra evə girməli idilər. Lakin Zeynəb evdən çıxmadığı üçün 09 noyabr 2023-cü il tarixdə oğurluq məqsədilə evə girə bilməmişlər. Səhərisi gün, 10 noyabr 2023-cü il tarixdə günorta saatlarında Zeynəbin evinə gedərək özünü polis əməkdaşı kimi təqdim etmiş, ona yaxınlaşıb qışqırmağının qarşısını almaq üçün ağzını əli ilə tutmuş, Zeynəbin gözünü bağladıqdan sonra evi axtarmağa başlamışdır. Evi axtararkən Vüsal da evə gəlmiş, ondan nə tapdığını soruşduqda, 475 manat pul və qızıl tapdığını Vüsala bildirmişdir. Bundan sonra Zeynəbin əl-qolunu və ağzını açıb evdən çıxmışlar. Elmirlə Vüsal gəldikləri maşınla onu Masallı şəhərinə aparmışlar, oradan isə onu avtobusla Şəmkirə yola salmışlar. Hadisədən bir gün sonra Şəmkirdə polis əməkdaşları onu saxlamış və Astara şəhərinə aparmışlar. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, evdən 475 manat pul və qızıl götürmüşdür. Aptekdən əlcəyi özü almamış, Vüsal və Elmir almışdır. Zeynəbin evinə oğurluq məqsədi ilə girmiş, onu öldürmək niyyətləri olmamışdır. Götürdüyü puldan Vüsal və Elmirə verməmişdir. Zeynəbin onları tanımaması üçün evdən çıxanda onun gözünü açmamışdır. Elmirin evə girmələri barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış, 2023-cü ilin sentyabr ayında azadlığa çıxıb yaşadığı Şəmkir rayonu Dəllər qəsəbəsinə gəlib orada yaşamışdır. Hələ Rusiyada həbsdə olan zaman Astara rayonu Kakalos kənd sakini Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri yaranmışdır. Baş vermiş hadisədən təxminən 3-4 gün əvvəl Vüsal “Whatsapp” tətbiqi ilə zəng edərək qonşuluqda yaşayan bir nəfər adamın yaxşı maddi imkanı olduğunu deyərək, həmin şəxsin evinə girib qarət etməklə əlaqədar plan qurduğunu bildirmiş və hər şeyi ölçüb-biçdikdən sonra onunla əlaqə saxlayacağını demişdir. Vüsal “səninlə əlaqə saxlayanda Astaraya gələrsən” demiş, sonuncu ilə razılaşmışdır. 08 noyabr 2023-cü il tarixdə Vüsal yenidən zəng edərək 09 noyabr 2023-cü il tarixdə onu Astaraya dəvət etmiş, Vüsalın məqsədi Zeynəbin evinə girmək olmuşdur. Vüsalla razılaşıb 09 noyabr 2023-cü il tarixdə taksi ilə Masallı rayonuna qəlmiş, Vüsalın yanında sonradan tanış olduğu Elmir də olmuş, Vüsalla onu Elmirlə tanış etmişdir. Maşına əyləşdikdən sonra Vüsal Elmirin də onlarla birlikdə olacağını, əldə olunan pul və qızılların üçü arasında bölünəcəyini demiş, bununla razılaşmışdır. Vüsalın evinə gələn zaman yoldan Zeynəbin evində iz qoymamaq üçün 2 cüt əlcək və 2 cüt ayağa geyinilən sellofan almışlar. Vüsalın evinə çatıb yemək yedikdən sonra Vüsal Zeynəbin evini göstərmiş, həmin evin həyəti Vüsalın evinin pəncərəsindən aydın görünmüşdür. X16 yaxşı maddi imkanı olduğunu, kənd sakinlərinin qızıl qoyub Zeynəbdən pul götürdüyünü, buna görə də Zeynəbin evində xeyli qızıl və pul olduğunu bildirmiş, Vüsal həmçinin Zeynəbin evindən təxminən 20-30 min manat dəyərində pul və qızıl çıxacağını demiş, Zeynəbin evini qarət etməkdə məqsəd də 20-30 min manat dəyərində pul və qızıl əldə etmək olmuşdur. Üçü birlikdə qurduqları plana görə Zeynəbin evinə səhərə yaxın vaxtda girməli idilər. Üçü də Zeynəbin evini izləməli, sonuncu evdən çıxıb ayaqyoluna gedəndə Vüsalla o, evə girməli, Vüsal evin ikinci mərtəbəsinə qalxıb qarət etməli, o isə evin birinci mərtəbəsində qalıb Zeynəbi qarşılamalı, Zeynəb gələndə sonuncunun əl-qolunu, ağzını, gözlərini bağlamalı, Elmir isə maşında onları gözləməli idi. Saat 24 radələrində Elmir evinə gedib təxminən 40 dəqiqə sonra geri qayıtmışdır. Vüsalın evində pəncərənin qarşısında oturub üçü də Zeynəbin həyətini izləmiş, həmçinin yola çıxıb bir qədər də yolda gözləmişlər. Zeynəb evdən çıxmadığı üçün yatmış, Elmir də öz evinə getmişdir. Səhərisi günü saat 11-12-nin yarısı Vüsal onu yuxudan oyatmış, çay içdikdən sonra Vüsalın evində stolun üstündə qırmızı rəngli vəsiqəyə bənzər sənəd görüb ağlına başqa fikir gəlmiş və yeni plan qurmuşdur. Yeni plana əsasən o, həmin vəqisəni götürüb gedərək Zeynəbə özünü polis əməkdaşı kimi təqdim edib qonşuların ondan şikayət etdiyini deməli, beləcə Zeynəb şübhələnməməli və evə girənə qədər qışqırıb səs-küy salmamalı, sonra Zeynəbin ağzını, qollarını, gözlərini bağlamalı, daha sonra Vüsalı çağırmalı, Elmir isə maşını yolun kənarında işlək vəziyyətdə saxlayıb onları gözləməli idi. Bu plan qurulduqdan bir qədər sonra Elmir gəlmiş, ona da bu plan barədə bildirmişlər. Sonra aralarında rol bölgüsü etmiş, kimin hansı iş görməli olduğuna dair hər üçü razılaşmışdır. Lakin Zeynəbin öldürülməsi barədə hər hansı razılıq olmamış, Zeynəbin öldürülməsi planda olmamışdır. Plana uyğun olaraq yenə Zeynəbin evini izləmiş, sonra hərəkətə keçmişlər. Evdən çıxanda Vüsal Zeynəbin əl-qolunu, ağzını və gözlərini bağlamaq üçün ona yapışqan lent (skoç) vermiş, həmçinin əvvəlcədən aldıqları əlcəyin bir cütünü də götürüb cibinə qoymuş, lakin sellofandan istifadə etməmişdir. X21 yola çıxıb həyəti, ətrafı və yolları ona göstərmiş, buna görə də Zeynəbin evinə girdikdən sonra hansı tərəfə hərəkət etməli olduğunu bilmişdir. Günorta saat 14 radələrində Vüsalın evindən çıxıb Zeynəbin evinin darvazasına gəlmiş, Zeynəb evin giriş qapısının yanında mətbəxin qarşısında olmuşdur. Sonuncuya özünü polis kimi təqdim edib Vüsalın evindən götürdüyü həmin vəsiqəni göstərmiş, Zeynəb də onu evə dəvət etmişdir. Bundan sonra həyətə girmiş, Zeynəbə yaxınlaşa-yaxınlaşa danışıb sonuncunun başını qatmışdır. Zeynəbə çatan kimi sağ əli ilə ağzını, sol əli ilə başının arxasını tutub Zeynəbi evə salmışdır. Sonra Vüsalın verdiyi skoçu çıxarıb əvvəlcə qışqırmasın deyə Zeynəbin ağzını skoçla bağlamışdır. Zeynəbin ağzını skoçla bağlayan zaman skoçu dairəvi olaraq Zeynəbin ağzından başının arxasına qədər bir neçə dəfə dolamış, bu zaman Zeynəbin burnunu da skoçla bağlamışdır. Sonra Vüsalı görüb tanımasın deyə evdən ağ rəngli dəsmal götürüb Zeynəbin gözlərini örtüb üzərini skoçla bağlamış, daha sonra Zeynəbi başı aşağı döşəmədə uzadıb qollarını arxadan skoç və naqillə bağlamış, sonra əlcəyin birini əlinə keçirmiş, Zeynəbi tam hərəkətsiz vəziyyətə gətirdikdən sonra evdən çıxıb Vüsalı çağırmışdır. Vüsal gələndə əlcəyin cırıldığını dediyindən, əlcəyin digərini Vüsala vermişdir. Bundan sonra Vüsal evin ikinci mərtəbəsinə qalxıb qarət etməyə başlamış, o isə evin birinci mərtəbəsini axtarmışdır. Birinci mərtəbədə evin hər tərəfini axtarmış, ikinci mərtəbəyə qalxan pilləkənlər olan yerdə sol tərəfdə dolabın siyirtməsini çəkmiş, pul qabının içərisindən ümumilikdə 475 manat pul tapıb götürmüşdür. Sonra başqa siyirtməni açmış və başqa bir pul qabı tapmış, həmin pul qabının içərisindən isə qızıl boyunbağı (üzərində kulon) götürmüşdür. Sonra isə Zeynəbin əlindən qızıl üzüyü çıxarıb götürmüş, Zeynəbin qulağının birindən qızıl sırğanı açıb çıxarmışdır. Evi tam axtarsa da, başqa heç nə tapmamışdır. Sonra Vüsalı çağırmaq üçün evin ikinci mərtəbəsinə qalxmış, həmin vaxt Vüsal ikinci mərtəbədə sağ tərəfdəki otağı axtarmışdır. Vüsala getmək vaxtı çatdığını deyib nəsə tapıb-tapmadığını soruşmuş, Vüsal qiymətli heç nə tapmadığını demişdir. Sonra aşağı düşmüş, Zeynəbin digər qulağındakı sırğanı da götürüb evdən çıxmışlar. Zeynəbin həyətindən çıxan kimi fərqi yolla getmiş, Vüsal birbaşa maşına tərəf gedib minmiş, o isə arxa tərəfdəki yolla asfalta qədər getmişdir. Kəndin içində asfalt yolla hərəkətdə olan zaman Vüsalla Elmir maşınla gəlib onu götürmüşdür. Bundan sonra Lənkəran rayonuna tərəfə hərəkət etmişlər. Yolda olan zaman tapdığı qızılları və pulları Vüsalla Elmirə göstərmişdir. Evdən ümumilikdə bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd üzərində kulon olan qızıl boyunbağı, həmçinin 475 manat pul tapmışdır. Lənkəran rayonunda qızılları və qalan pulu götürüb taksiyə minərək geri qayıtmışdır. Hələ maşından düşməzdən əvvəl öz aralarında razılaşmışdılar ki, Vüsalla Elmir 2-3 gün sonra ya Şəmkir rayonuna ya da Bakı şəhərinə gələrək orada qızılları sataraq üçü arasında bərabər böləcəkdilər. Şəmkirə çatanda Vüsal zəng edərək Zeynəbin öldüyünü bildirmiş, Vüsala nömrəni telefondan çıxarıb atmasını, hər şeyin silinməsi üçün telefonu format etməyi tapşırmışdır. Təqsirləndirilən şəxs3 həmin ifadəsini davam etdirərək göstərmişdir ki, Zeynəb Məmmədovanı hadisə baş verənə qədər tanımamış, sonuncunun evini qarət etmək barədə təklifi Vüsal vermiş və həmin təkliflə razılaşmışdır. Zeynəbi bağlayan zaman sonuncudan evdə olan pul və qızıl-zinət əşyalarının yerini soruşsa da, Zeynəb bu barədə heç nə deməmişdir. Baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə törətmiş, başqa heç kim cinayətin törədilməsində iştirak etməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs –mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 ilə Rusiyada həbsdə olarkən tanış olmuşdur. 09 noyabr 2023-cü il tarixdə Bəhruz Masallıdan olan tanışı ilə görüşmək üçün Bakı şəhərindən Masallı şəhərinə gəlmiş, tanışına zəng çatmadığından Elmir ilə birlikdə Bəhruzu götürmək üçün Masallı şəhərinə getmişlər. Qonşuluqda həyət evində yaşayan Zeynəbin evinə girmək barədə təklifi Bəhruz onlarla birlikdə olan zaman əvvəlcə Elmir etmişdir. Elmirlə razılaşdıqdan sonra oğurluq etmək üçün yolda olarkən aptekdən əlcəklə naftizini özü almışdır. Zeynəbin evinə özü Bəhruzla birlikdə girmiş, Bəhruz birinci mərtəbəni, özü isə ikinci mərtəbəni axtarmışdır. Elmir onları maşında gözləmişdir. Evdən Bəhruzla birlikdə çıxmış, evdən çıxan zaman Zeynəbin sağ olduğunu və hərəkət etdiyini görmüşdür. Evdən çıxdıqdan sonra Lənkəran şəhərinə getmiş və Elmirlə birlikdə Bəhruzu yola salmışlar. Astaraya qayıtdıqdan sonra Zeynəbin öldüyünü eşitmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin iyun ayında həbsdən çıxdıqdan sonra Astara rayonu Kakalos kəndinə ata evinə qayıtmış, Bəhruzla hərdən telefonla əlaqə saxlamış, Bəhruzla yaxın münasibətləri olmuşdur. Qonşusu Zeynəbin sələmə pul verdiyini eşitmiş, həmçinin sonuncu həkim olduğuna görə kənddə hər kəsə tibbi yardım göstərib pul qazanmış, buna görə Zeynəbin yaxşı maddi imkanının, həmçinin evində qızıl-zinət əşyalarının olduğunu bilmişdir. Bəhruzla birlikdə evdən cəmi 60 manat pul, üzük və boyunbağı götürmüşlər. Zeynəbin əlini qolunu bağlamaq üçün yapışqan almamış, Bəhruza yapışqan verməmişdir. Zeynəbin evinə oğurluq məqsədi ilə girmiş, onu öldürmək niyyətləri olmamışdır. İstintaq zamanı müstəntiqin yazdığı ifadəni oxumadan imza etmişdir. Polis şöbəsində polis əməkdaşları tərəfindən döyülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, maddi imkanı pis olduğuna görə hadisədən təxminən 3-4 gün əvvəl qonşusu Təqsirləndirilən şəxs2la söhbət edən zaman sonuncuya Zeynəbin evinə girərək oğurluq etməyi təklif etmiş, pula ehtiyacı olduğu üçün Elmir də onunla razılaşmışdır. Lakin bir qədər fikirləşdikdən sonra həmin fikirdən daşınmışdır. Bundan sonra 08 noyabr 2023-cü il tarixdə tanışı Bəhruzla əlaqə saxlayıb ona qonşuluqda olan bir nəfər qadının sələmə pul verdiyini, yaxşı imkanı olduğunu bildirərək Bəhruza həmin evə girib qarət etməyi təklif etmiş, Bəhruz da bununla razılaşmışdır. Bu məqsədlə 08 noyabr 2023-cü il tarixdə Bəhruzla yenidən əlaqə saxlayıb sonuncunu Astaraya dəvət etmiş, məqsədi Zeynəbin evini qarət etmək olmuşdur. Bəhruz “gələcəm Astaraya, təmiz iş görərəm, telefonda bu barədə nəsə danışma” deyərək telefonu söndürmüşdür. Elmirə bu barədə təklif verib Bəhruz adlı dostunun Astaraya Zeynəbin evini qarət etmək üçün gələcəyini demiş, Elmir də razılaşmışdır. 9 noyabr 2023cü ildə Elmirin idarə etdiyi “Mercedes C 220” markalı **-BK-*** dövlət nömrə nişanlı maşınla Masallı rayonuna getmiş və Bəhruzu qarşıladıqdan sonra sonuncunu Elmirlə tanış edib Elmirin də onlarla birlikdə olacağını, əldə olunan əmlakın aralarında bərabər bölünəcəyini bildirmiş və Bəhruz da onunla razılaşmışdır. Astaraya qayıdanda evə girəndə iz qoymamaq üçün Lənkəran rayonunda aptekdən 2 cüt əlcək və 2 cüt sellofan aldıqdan sonra onun evinə gəlmişlər. Üçü birlikdə Zeynəbin evinə girməklə əlaqədar plan qurmuşlar. Elmirlə birlikdə Zeynəbin evini Bəhruza göstərmiş, Zeynəbin yaxşı imkanı olduğunu, evində qızıl-zinət əşyalarının olduğunu bildirmiş, Zeynəbin evindən azı 20-30 min manat dəyərində pul və qızıl tapa biləcəklərini demişdir. Zeynəbin evinə girməkdə məqsəd də 20-30 min manat dəyərində pul və qızıl əldə etmək olmuşdur. Bəhruza Zeynəbin bir neçə dəfə ürək əməliyyatı edildiyini, ağır ürək xəstəsi olduğunu demişdir. Plana görə evə səhər saatlarında girməli idilər. Hər üçü birlikdə Zeynəbin evdən çıxıb ayaqyoluna getməsini gözləməli, Zeynəb evdən çıxacağı halda Bəhruzla gedib evə girməli, ikinci mərtəbəyə qalxıb qarət etməli, Bəhruz isə birinci mərtəbədə qalıb Zeynəbi gözləməli, Zeynəb gəldikdə sonuncunun əl-qolunu, ağzını və gözlərini bağlamalı, Elmir isə maşında gözləməli, evi qarət etdikdən sonra maşına minib qaçmalı idilər. Hər üçü bu plana razılaşmışdır. Saat 24 radələrində Elmir evinə gedib təxminən 40 dəqiqə sonra geri qayıtmış, birlikdə evin pəncərəsinin qarşısında oturub Zeynəbin həyətə çıxmasını, həmçinin həyətə düşüb yolda da bir-iki saat Zeynəbin evinin qarşısında gözləmiş, lakin Zeynəb evdən çıxmamışdır. Səhər saat 6-ya qədər pəncərənin qarşısında və yolda yatmadan Zeynəbin həyətə çıxmasını gözləsələr də, Zeynəb evdən çıxmamış, bundan sonra Elmir evinə getmiş, onlar da yatmışdır. Saat 11-12 radələrində Bəhruzu yuxudan oyatmış, çay içdikdən sonra yeni plan qurmuşlar. Yeni plana əsasən Bəhruz evdə olan qırmızı rəngli vəsiqəyə bənzər sənədi götürüb Zeynəbə yaxınlaşaraq özünü polis kimi təqdim etməli, sonra Zeynəbi hərəkətsiz vəziyyətə gətirib əl-qolunu, ağzını, gözünü bağlamalı, sonra o, gedib evə girərək birlikdə qarət etməli, Elmir isə maşında gözləməli idi. Bir qədər sonra Elmir gəlmiş və sonuncuya da bu planı bildirmiş, Elmir razılaşmışdır. Sonra aralarında kimin nə iş görməli olduğuna razılaşmışlar. Saat 14 radələrində plana uyğun olaraq evdən çıxanda Bəhruz əlcəyin bir cütünü götürmüş, Zeynəbin əl-qolunu, ağzını və gözlərini bağlamaq üçün evdə olan skoçu Bəhruza vermiş, lakin sellofanı götürməmişdir. Bəhruz Zeynəbin evinə yollamış, o isə Elmirlə evdə gözləmişdir. Bəhruz Zeynəbin yanına çatanda götürdüyü həmin vəsiqəyə bənzər sənədi göstərib “polis kapitanı filankəsov” deyərək nəsə danışmış, bir qədər keçdikdən sonra Bəhruz zəng edib onu evə çağırmışdır. Elmirlə birgə evdən çıxmış, Elmir maşına tərəf getmiş, o, isə Zeynəbin evinə girmişdir. Qapını açanda Zeynəbin üzü üstə yerə uzandığını, qollarının arxadan yapışqan lentlə (skoç) və naqillə, həmçinin Zeynəbin ağzının da yapışqan lentlə bərk bağlandığını, gözlərinin isə ağ rəngli parça ilə bağlandığını görmüşdür. Həmin vaxt Bəhruz birinci mərtəbəni axtarmış, özü isə ikinci mərtəbəyə qalxaraq orada soldakı otağa, sonra isə sağdakı otağa girib qızıl və pul axtarmış, lakin heçnə tapmamışdır. Sonra Bəhruza getmək vaxtı çatdığını deyib birinci mərtəbəyə düşmüş, Bəhruz Zeynəbin qulağından sırğanı dartıb çıxardıqdan sonra evdən çıxmışlar. Maşına mindikdən sonra Elmir maşını bir qədər sürmüş və Bəhruzu da yolda maşına mindirərək Lənkəran rayonuna getmişlər. Yolda Bəhruz evdən götürdüyü bir ədəd qızıl üzüyü, bir cüt qızıl sırğanı və bir ədəd üzərində kulon olan qızıl boyunbağını, həmçinin 60 manat pulu göstərmişdir. Aralarında olan razılaşmaya görə Bəhruz qızılları baha qiymətə satmalı və xəbər edərək görüşüb pulu bölməli idilər. Bundan sonra Bəhruzu Lənkəran şəhərində Ləvəngi dairəsindən taksi ilə yola salmış, Elmirlə birgə Astara rayonu Kakalos kəndinə qayıtmışdır. Kəndə çatandan təxminən 10-15 dəqiqə sonra isə Zeynəbin öldüyünü bilmişdir. Zeynəbi öldürmək planda olmamışdır. Hadisə vaxtı Bəhruz Zeynəbə zor tətbiq etdiyindən, sonuncunun burnu sınmış, ağzındakı protez düşmüşdür. Zeynəb öldükdən sonra Bəhruza zəng edib Zeynəbin öldüyünü demiş, Bəhruz isə telefonu format etməyi, bütün hər şeyi silməyi ona tapşırmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs-mülki cavabeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılana qədər Bakı şəhərində usta işləmişdir. Qonşusu Təqsirləndirilən şəxs1 tanışı Şəmkir rayon sakini Bəhruz adlı şəxsin Astaraya gəldiyini demiş, Bəhruzu Masallı rayonunda qarşılayıb gətirməyi təklif etmiş, Vüsalla razılaşmışdır. 09 noyabr 2023cü il tarixdə Vüsalla birgə idarə etdiyi Mersedes markalı avtomobillə Masallıya gedib Bəhruzu qarşılamışlar. Astaraya gedərkən yolda olan zaman Zeynəbin evinə girmək barədə təklifi ona Təqsirləndirilən şəxs1 etmiş, Vüsalın təklifi ilə razılaşmamışdır. Vüsalla Bəhruz yolda evə girmək barədə öz aralarında danışmış, onları bu fikirdən yayındırmağa çalışmışdır. Zeynəbin evində iz qoymamaq üçün əlcək və sellofanı Lənkəranda aptekdən Vüsal almışdır. X10 Vüsalın evinə aparmış, Vüsalın evində olan zaman bir daha X11 yaşlı və xəstə olduğunu deyib bu addımı atmamağı məsləhət görmüş, Vüsal isə ona planın ləğv olunduğunu bildirmiş, bundan sonra öz evinə getmişdir. Səhərisi günü Bəhruzu Şəmkir rayonuna Vüsalla birlikdə yola salmışlar. Bəhruzun Zeynəbin evinə girib onun əl-qolunu bağlaması və evdən pul və qızıl-zinət əşyaları götürməsini maşını sürəndə bilmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, evdən götürülən pul və qızıldan ona heçnə verilməmişdir. Vüsalın dostunun Masallıya gəlməsi barədə heç bir məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən şöbədə döyüldüyündən hazırda bir qulağı eşitmir. İstintaq zamanı yazılan ifadəsinə məcbur qol çəkdirmişlər. Bəhruz Zeynəbin evində olarkən onları maşında gözləməmiş, həmin vaxt öz evində olmuşdur. Bəhruzla Vüsal onun yanında Zeynəbin evinə girmək barədə danışarkən Zeynəbi öldürmək barədə danışıqları olmamış, Zeynəbin evinə oğurluq məqsədilə girmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin 14 noyabr 2023-cü il tarixli etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində özünü qismən təqsirli bilərək kənddə olan zaman qonşusu Vüsal hər ikisinin maddi imkanının yaxşı olmadığını bildirib qonşusu Zeynəbin evinə girib qızıl-zinət əşyaları və pulları oğurlamağı təklif etmiş, əvvəlcə Vüsalla razılaşmamış, bundan sonra Vüsal tanışı Şəmkir rayon sakini Bəhruz adlı şəxsin Astaraya gələcəyini, Bəhruzla birgə Zeynəbin evinə girmələri barədə razılaşmışlar. Vüsal tanışı Bəhruzu Masallı rayonunda qarşılayıb gətirməyi, həmçinin bu cinayətdə iştirak etməyi təklif etmiş, Vüsalla razılaşmışdır. 09 noyabr 2023-cü il tarixdə Vüsalın istifadəsində olan “Mercedes C220” markalı **-BK-*** dövlət nömrə nişanlı maşınla Masallıya getmiş, maşını o, sürmüşdür. Yolda olan zaman da X17 evinə girmək üçün çağırdığını demişdir. Masallıya çatıb təxminən 5 dəqiqə gözlədikdən sonra Bəhruz gəlmiş, Vüsal onu Bəhruzla tanış etmişdir. X18 evinə gəlmişlər. Yolda Zeynəbin evində iz qoymamaq üçün aptekdən 2 cüt əlcək və 2 cüt sellofan almışlar. Kakalos kəndinə Vüsalın evinə çatıb yemək yedikdən sonra Zeynəbin evinə girmək barədə plan qurmuşlar. Hələ plan qurmazdan əvvəl Zeynəbin evini Bəhruza göstərmiş, Zeynəbin yaxşı imkanının olduğunu, evində qızıl-zinət əşyalarının olduğunu bildirmişdir. Vüsal həmçinin Bəhruza Zeynəbin evindən azı 25-30 min manat dəyərində pul və qızıl çıxacağını demişdir. Üçü birlikdə plan qurmuş və plana görə X12 evinə səhərə yaxın girməli idilər. Buna görə də, Zeynəbin evini görmək üçün sonuncunun evdən çıxıb ayaqyoluna getməsini gözləmişlər. Bəhruz evə girib Zeynəbin əlqolunu və ağzını, gözlərini bağlamalı, sonra Vüsal gedib evə girməli, o isə maşında Vüsalla Bəhruzu gözləməli idi. Hər üçü bu planla razılaşmışdır. Plan qurulan zaman Bəhruz Zeynəbin ağır ürək xəstəsi olduğunu bilmişdir. Saat 24 radələrində ailə üzvlərinə baş çəkmək üçün evə getmiş, bir saatdan sonra Vüsalın evinə qayıtmış, Vüsalın evində pəncərənin qarşısında oturub Zeynəbin həyətini güdmüş, həyətə düşüb yola çıxaraq bir qədər də yolda Zeynəbin evinin qarşısında gözləsələr də, Zeynəb evdən çıxmamışdır. Bundan sonra gec olduğuna görə evə gedib yatmışdır. Səhər saat 12 radələrində yuxudan qalxıb Vüsalın evinə qayıtmışdır. Həmin vaxt qurulan plana görə Bəhruz Vüsalın evindən tapdığı qırmızı rəngli vəsiqəni Zeynəbə göstərib özünü polis kimi təqdim etməli, Zeynəbə yaxınlaşana qədər sonuncunun qışqırmaması üçün qonşuların şikayət etdiyini deməli, Zeynəbi zərərsizləşdirdikdən sonra Vüsalla birgə basqın etməli, o isə maşında Vüsalla Bəhruzu gözləməli idi. Saat 14 radələrində plana uyğun olaraq Bəhruz evdən çıxıb Zeynəbin evinə tərəf getmiş, Vüsal Bəhruza skoç vermiş, Bəhruz əlcəyin bir cütünü götürmüşdür. Bəhruz getdikdən sonra Vüsalla birgə evin pəncərəsindən baxmış, Vüsalın evinin pənrəcəsindən Zeynəbin evi görünmüşdür. Bəhruz Zeynəbə yaxınlaşıb nəsə söhbət etmiş, bu zaman plana uyğun olaraq düşüb maşına getmiş, hadisə yerindən daha tez uzaqlaşmaq üçün maşını yolun kənarında saxlamışdır. Təxminən yarım saat sonra əvvəl Vüsal gəlib maşına əyləşmiş, maşını bir qədər sürdükdən sonra Bəhruz da yolda maşına minmiş, sonra Bəhruzu Bakı şəhərinə yola salmaq üçün Lənkəran rayonuna getmişlər. Yol boyu hərəkətdə olan zaman Bəhruz evdən götürdüyü qızılları və pulları göstərmişdir. Belə ki, Bəhruz bir ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd üzərində kulon olan qızıl boyunbağı, həmçinin 85 manat pul göstərmişdir. Əvvəlcədən aralarında olan razılaşmaya görə üçü birlikdə Bakı şəhərinə gedərək orada qızılları satıb pulu bölməli idilər. Lənkəran rayonunda Bəhruzu yola salıb Vüsalla birgə Astara rayonuna qayıtmışlar. Kəndə çatdıqdan bir az sonra Zeynəbin öldüyünü eşitmişdir. X2 evindən qızılların və pulların oğurlanması barədə təklifi Vüsal vermiş, bu təklifə razılaşmışdır. Məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la üzləşdirilən zaman Zeynəb Məmmədovanın evini qarət etmək üçün cinayətkar təklif verdiyini, sonuncunun evini qarət etmək üçün Zeynəb Məmmədovanın əl-qolunun, gözlərinin, ağzının bağlanması barədə təkliflə razılaşdığını səmimi etiraf etmiş və Zeynəb Məmmədovanın yaşlı və ağır ürək xəstəsi olması barədə məlumat verdiyini Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirərək təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la üzləşdirilən zaman Zeynəb Məmmədovanın evini qarət etmək üçün cinayətkar təklifin Təqsirləndirilən şəxs1 tərəfindən verildiyini, Zeynəb Məmmədovanın yaxşı maddi imkanı olması və evinə gediş-gəliş yolu barədə Təqsirləndirilən şəxs3 məlumat verdiyini, sonuncunun evini qarət etmək üçün Zeynəb Məmmədovanın əl-qolunun, gözlərinin, ağzının bağlanması barədə təkliflə razılaşdığını səmimi etiraf etmiş və Zeynəb Məmmədovanın yaşlı və ağır ürək xəstəsi olmasa barədə məlumat verdiyini Təqsirləndirilən şəxs3 üzünə qarşı bildirərək təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la üzləşdirilən zaman sonuncunun ona etdiyi cinayətkar təkliflə razılaşdığını, cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs3 Masallı rayonunda qarşılamağa gedən zaman sonuncunun hansı məqsədlə Astara rayonuna gəlməsi barədə məlumatının olduğunu, cinayətin törədilməsi zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birgə olduğunu və Zeynəb Məmmədovanın evini qarət etmək üçün sonuncunun əl-qolunun, ağzının, gözlərinin bağlanması barədə qurulan planla razı olduğunu səmimi şəkildə etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri bu cinayət əməlləri iş üzrə özlərinin məhkəmədə və ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı üzləşdirmə protokolları, habelə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmədə tədqiq olunmuş çoxsaylı ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi - mülki iddiaçı X8 ifadəsində göstərmişdir ki, 10 noyabr 2023-cü il tarixdə saat 15 radələrində bacısı Afət ona zəng edərək, anasının evdə qollarının bağlandığını və vəziyyətinin pis olduğunu, bu barədə qonşuların zəng edib ona məlumat verdiyini bildirmişdir. Bundan sonra qonşusu Təqsirləndirilən şəxs1 zəng etmiş, sonuncu Zeynəbin huşunu itirdiyini demişdir. Təcili olaraq Bakı şəhərindən Astara rayonuna gəlmiş, yolda olarkən Afət zəng edərək anasının öldürüldüyünü demişdir. Əfqan Məmmədov verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum anası Zeynəb Astara rayonunun Kakalos kəndində tək yaşamışdır. 1 avqust 2023-cü il tarixdə anası Bakı şəhərində ürək əməliyyatı edilmiş və ürəyinə stend qoyulmuşdur. Əməliyyatdan sonra bir neçə gün anası onun evində qalmış, sonra isə Kakalos kəndinə qayıtmışdır. Cinayəti törədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Kakalos kəndində onun qonşusu olmuşlar. Anası əvvəllər tibb bacısı işləmiş, təqaüdə çıxdıqdan sonra da kənddə bütün camaata yaxşılıq etmiş, hamıya tibbi yardım göstərmişdir. Şəmkir rayonu Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs3 isə tanımamışdır. Anasının evində ən azı 3000 manat pul, həmçinin xeyli miqdarda qızıl-zinət əşyaları olmuş, hadisədən sonra evin hər tərəfini axtarmış, evdə yalnız 120 manat məbləğində pul tapmış, başqa heç bir məbləğdə pul və qızıl-zinət əşyası qalmamışdır. Hazırda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Onlarla barışmır, onlara ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Burcəli qızı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 10 noyabr 2023-cü ildə saat 15 radələrində Astara rayonu Kakalos kəndində yaşayan mərhum anasının qonşusu Samiq ona zəng edərək anasının evdə üzü üstə yerə yıxıldığını və əllərinin bağlı olduğunu demiş, bu barədə dərhal qardaşı Əfqana demişdir. Sonra oğlu Yusiflə birlikdə Bakı şəhərindən Astara rayonuna evlərinə yollanmışlar.Yolda olan zaman qonşuları Qalib ona zəng edərək anasının rəhmətə getdiyini bildirmişdir. Bu barədə qardaşı Əfqana zəng edib məlumat vermişdir. Bir neçə saatdan sonra kəndə çatmış, həyətlərində çoxlu polislərin olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, qonşuluqda yaşayan Vüsal, Elmir və başqa bir şəxs anasının evinə girib anasının ağzını, burnunu skoçla bağlayıb öldürmüşlər, evdən qızıl və pul oğurlamışlar. Bəhruzu tanımır. Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, anası 2023-cü ilin avqust ayında ürəyindən Bakı şəhərində əməliyyat olunmuşdur. Bir müddət anası Bakı şəhərində onlarda və qardaşı Əfqangildə qalmış sonra isə rayona qayıtmışdır. Evdən çoxlu qızıl əşyaları oğurlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Emin hazırda Rusiyadadır, Vüsal onun qaynıdır. Yaşadıqları evin ikinci mərtəbəsində o, və övladları, birinci mərtəbəsində isə qaynı Vüsal yaşayır. 09 noyabr 2023-cü il tarixdə səhər saatlarında Vüsal ona qonaqlarının olacağını bildirib yemək hazırlamağı xahiş etmişdir. Həmin gün axşam saatlarında Vüsal Şəmkirdən olan qonağı Bəhruzla birlikdə evə gəlmişdir. Qonşusu Elmir də onlarla birlikdə olmuşdur. Evin birinci mərtəbəsində Vüsalın yatdığı qonaq otağında onlara yemək vermişdir. Qapı azca açıq olduğuna görə Vüsalgilin söhbətinə qulaq asmaq istəmiş, həmin şəxslər rus dilində çox asta səslə danışdıqları üçün nə danışdıqlarını eşitməmiş, Vüsal onun qulaq asdığımı görüb qapını örtmüşdür. Evin ikinci mərtəbəsində olduğu üçün Vüsalgilin nə söhbət etdiklərini bilməmiş, gecə saat 1 radələrində isə yatmış, o yatana qədər Elmir evinə getməmişdi. Səhər yuxudan qalxıb Vüsalla Bəhruza çay vermiş, bir qədər sonra Elmir gəlmişdir. Vüsal qonağının bu gün gedəcəyini demişdir. Günorta saatlarında Vüsal, Bəhruz və Elmir evdən çıxmış, bir qədər sonra Vüsal evə qayıdıb öz otağına girmişdir. Vüsalın evinin pəncərəsindən Zeynəbin həyəti görünmüşdür. Vüsal otağına girdikdən bir qədər sonra çıxıb getmiş, onların haraya getdiklərini bilməmişdir. Saat 15 radələrində Vüsal evə qayıtmış, Bəhruzu Lənkərandan yola saldıqlarını demişdir. Vüsal yemək yeyən zaman çox həycanlı olmu, özündə olmamışdır. Bir qədər sonra isə Zeynəbin Vüsal, Elmir və Bəhruz tərəfindən öldürüldüyünü eşitmişdir.. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs2 kənddə olan zaman qonşusu Təqsirləndirilən şəxs1la tez-tez görüşüb əlaqə saxlamışdır. Vüsalın Rusiya Federasiyasında dəfələrlə məhkum olunduğunu bildiyi üçün Elmirə bir neçə dəfə Vüsaldan uzaq qalmasını tapşırmış, lakin Elmir onun sözlərinə məhəl qoymamış, Vüsalla tez-tez əlaqə saxlayıb danışmış, görüşmüşdür. 09 noyabr 2023-cü il tarixdə Elmir evdə olmuş, hərdən bayıra çıxmış və Vüsalla görüşmüşdür. Elmir günortaya yaxın evdən çıxmış və bir qədər sonra qayıtmışdır. Yemək yedikdən sonra Elmir Vüsalla birlikdə harasa getmiş, onların hara getdiyini bilməmişdir. Elmir həmin gün evə gec, yəni gecə saat 1 radələrində gəlmiş, bir qədər sonra isə Vüsalın evinə qayıtmışdır. Lakin Elmirin gec gəlməsinin və Vüsalın evinə qayıtmasının səbəblərini bilməmiş, Elmir bu barədə heç bir söz deməmişdir. Elmir getdikdən sonra saat təxminən 6-ya qalmış evə qayıdıb yatmış, günorta saat 12 radələrində yuxudan qalxıb işinin olduğunu deyərək evdən çıxmışdır. Günortadan sonra Elmir evə qayıtmış, lakin həmin vaxt uşaqları yatdırdığı üçün Elmirlə hər hansı söhbət etməmişdir. Bir qədər sonra isə Zeynəbin öldürüldüyünü eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zeynəblə qonşu olmuş, münasibətləri yaxşı olmuşdur. 10 noyabr 2023-cü il tarixdə günorta vaxtı Zeynəbin yanına müalicəsi ilə bağlı iynə vurdurmaq üçün getmiş, Zeynəbin evinə yaxınlaşanda həyətin darvazası açıq olmuş, həyətdə və ətrafda heç kim olmamışdır. Darvazadan içəri girib evin qapısını döyərək Zeynəbi bir neçə dəfə çağırmış, lakin sonuncu cavab verməmişdir. Daha sonra evin içinə girmiş, Zeynəbin üzü üstdə yerdə, əlləri isə bel tərəfdə bağlı olduğunu görmüşdür. Zeynəbi görən kimi dərhal qapını bağlayıb çölə çıxmış və qışqırıb kömək istəməyə başlamışdır. Bir qədər sonra hadisə yerinə qonşular gəlmiş, daha sonra isə hüquq mühafizə orqanı əməkdaşları gəlmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 30 noyabr 2023-cü il tarixli 20 №-li rəyindən görünür ki, X4 ölümü zorakıdır və ölüm onun tənəffüs yollarının-ağız və burun dəliklərinin yapışqan lentlə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiyadan baş vermişdir. Bunu mərhumun müayinəsi zamanı aşkar edilmiş asfiksiyaya xas olan əlamətlərlə sifətin şişməsi və göyərməsi, göz qapaqlarının selikli qişalarına və ağciyərlərin plevrası altına nöqtəvari qansızmalar, ürək boşluqlarında və iri damarların mənfəzlərində duru qanın olması, baş beyinin ödemi təsdiq edir. Asfiksiyaya xas olan əlamətlər və ölümə səbəb olmuş mexaniki asfiksiya canlı şəxslərdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zeynəb Məmmədovanın ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Zeynəb Məmmədovanın meyitində burun sümüyünün sınığı, burun nahiyəsində qançır, sağ qulaq sırğalığında sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub bərk küt əşyanın təsirindən törənmişlər, burun sümüyünün sınığı və burun nahiyəsində qançır bərk küt əşya ilə vurma nəticəsində, sağ qulaq sırğalığındakı sıyrıq isə sağ qulaqdan sırğanın dartılıb çıxarılması nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir. Burun sümüyünün sınığı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, burun nahiyəsində qançır və sağ qulaq sırğalığında sıyrıq isə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. Zeynəb Məmmədovanın qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixotrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 yanvar 2024-cü il tarixli 19/38 saylı rəyindən görünür ki, X4 evindən götürülmüş bir ədəd qızıl üzük 362 manat, bir cüt qızıl sırğa 466 manat, qızıl kulon 365 manat, qızıl (nargilə) boyunbağı 973 manat olmaqla, həmin qızıl-zinət əşyaları ümumilikdə 2023-cü ilin noyabr ayı üzrə olan orta bazar qiyməti əsasında 2166 manat qiymətləndirilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 66 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur, o, istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 qeyd edilən əməli törədən zaman affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 67 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur, o, istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törədən zaman affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 15 yanvar 2024-cü il tarixli 68 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 və 22.1-ci maddəsinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur, o, istintaq və prosessual hərəkətlərdə iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törədən zaman affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş «ifadələrin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ilkin ifadələrində qeyd etdikləri xüsusatları əyani olaraq hadisə yerində bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X4 yaşadığı evə daxil olan kimi döşəmədə üzüaşağı vəziyyətdə Zeynəb Məmmədovanın meyiti aşkar edilmişdir. Meyitin sol qolu belinə tərəf, sağ qolu isə qarnına tərəf olmuş, qollarının arxadan yapışqan lent (skoç) və naqillə bağlandığı, naqil və yapışqan lentin kəsildiyi müəyyən edilmişdir. Meyitin ağzının yapışqan lentlə bağlandığı, burun nahiyəsində yapışqan lentə xarakterik yapışqanlığın olması, həmçinin burun nahiyəsindən xəsarət aldığı aşkar edilmişdir. Döşəmədə və ağ rəngli dəsmalın üzərində az miqdarda qanabənzər ləkələr aşkar edilmişdir. Meyitin ağız boşluğunda alt çənə protezinin olmadığı müəyyən edilmiş, həmin protez evin giriş qapısının solunda tapılmışdır. Baxış zamanı ev dağınıq vəziyyətdə olmuş, hər tərəf axtarılmış, məişət əşyaları, paltarlar səpələnmiş, dolablar, siyirtmələr çəkilərək açıq qalmış, naqilin kəsilmiş vəziyyətdə olduğu aşkar edilmişdir. Daha sonra evin ikinci mərtəbəsinə qalxan yerdə sol tərəfdə olan kiçik dəhlizdə dolab, şkaf və siyirtmələrin açıq vəziyyətdə, dağınıq formada olduğu müəyyən edilmişdir. Evin ikinci mərtəbəsində olan otaqlar da axtarılmış, dağınıq vəziyyətdə olmuşdur Məhkəmədə tədqiq edilmiş və işdə olan «Meyitə baxış keçirilməsi haqqında» 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Zeynəb Məmmədovanın burun nahiyəsində 3,0x2,5 sm ölçüdə qeyri bərabər, çəhrayımtıl-qırmızı rəngli qançır, sağ qulaq sırğalığı nahyəsində 1,0x0,2 sm ölçüdə səthi nəm, ətraf dəri səviyyəsindən aşağıda yerləşən, ətrafı solğun qırmızı rəngli sıyrıq, burun sümüyünün sınığı xəsarətləri aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan «Baxış keçirilməsi haqqında» 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung Galaxy A5” markalı mobil telefonun yaddaşı silinmiş, hər hansı zəng tarixçəsi, yazışmalar qalmamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan «Baxış keçirilməsi haqqında» 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan “Xiomi Redmi” markalı mobil telefona baxış zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la 4 dəfə danışıq aparılmasına dair zənglərin olduğu, “WhatsApp” yazışma şəbəkəsində Təqsirləndirilən şəxs1la 10 noyabr 2023-cü il tarixdə zənglərin aparıldığı müəyyən edilmiş, habelə 08 və 09 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la mütəmadi danışıqlar aparılmışdır. İşdə olan «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya Təqsirləndirilən şəxs3 Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd qızıl üzük, 01 ədəd üzərində kulon (qəpik) olan qızıl boyunbağı və 01 cüt qızıl sırğa olmuş, həmin əşyalar maddi sübut olduğu üçün eyni növdən olan qızıl-zinət əşyaları ilə bir yerdə nömrələnmiş vəziyyətdə təqdim edilmişdir. Təqsirləndirilən şəxs3 tanınması üçün qeyd edilənlərdən əlavə 02 ədəd qızıl üzük, 02 ədəd qızıl boyunbağı və 02 cüt qızıl sırğa təqdim edilmişdir. İş üzrə maddi sübutlar “3” nömrəsi ilə işarələnmiş, digər qızıl-zinət əşyaları isə müvafiq olaraq “1” və “2” nömrələri ilə işarələnmişdir. Əşyalar təqdim edildikdən sonra tanıyan şəxsə onun tanıya bildiyi əşyanı (əşyaları) göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs3 təqdim edilən əşyaları nəzərdən keçirərək Zeynəb Məmmədovanın evindən götürdüyü qızıl-zinət əşyalarının “3” nömrəsi ilə işarələndiyini, qızıl-zinət əşyalarını üzərindəki qaşların böyüklüyünə və rənglərinə görə tanıdığını bildirmişdir. İşdə olan «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya Təqsirləndirilən şəxs3 Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd qızıl üzük, 01 ədəd üzərində kulon (qəpik) olan qızıl boyunbağı və 01 cüt qızıl sırğa olmuş, həmin əşyalar maddi sübut olduğu üçün eyni növdən olan qızıl-zinət əşyaları ilə bir yerdə nömrələnmiş vəziyyətdə təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 tanınması üçün qeyd edilənlərdən əlavə 02 ədəd qızıl üzük, 02 ədəd qızıl boyunbağı və 02 cüt qızıl sırğa təqdim edilmişdir. İş üzrə maddi sübutlar “2” nömrəsi ilə işarələnmiş, digər qızıl-zinət əşyaları isə müvafiq olaraq “1” və “3” nömrələri ilə işarələnmişdir. Əşyalar təqdim edildikdən sonra tanıyan şəxsə onun tanıya bildiyi əşyanı (əşyaları) göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs1 təqdim edilən əşyaları nəzərdən keçirərək Zeynəb Məmmədovanın evindən götürülən qızıl-zinət əşyalarının “2” nömrəsi ilə işarələndiyini, qızıl-zinət əşyalarını üzərindəki qaşların böyüklüyünə və rənglərinə görə tanıdığını bildirmişdir. İşdə olan «Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 13 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanınmalı olan əşya Təqsirləndirilən şəxs3 Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd qızıl üzük, 01 ədəd üzərində kulon (qəpik) olan qızıl boyunbağı və 01 cüt qızıl sırğa olmuş, həmin əşyalar maddi sübut olduğu üçün eyni növdən olan qızıl-zinət əşyaları ilə bir yerdə nömrələnmiş vəziyyətdə təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 tanınması üçün qeyd edilənlərdən əlavə 02 ədəd qızıl üzük, 02 ədəd qızıl boyunbağı və 02 cüt qızıl sırğa təqdim edilmişdir. İş üzrə maddi sübutlar “1” nömrəsi ilə işarələnmiş, digər qızıl-zinət əşyaları isə müvafiq olaraq “2” və “3” nömrələri ilə işarələnmişdir. Əşyalar təqdim edildikdən sonra tanıyan şəxsə onun tanıya bildiyi əşyanı (əşyaları) göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuş, tanıyan şəxs Təqsirləndirilən şəxs2 təqdim edilən əşyaları nəzərdən keçirərək Zeynəb Məmmədovanın evindən götürülən qızıl-zinət əşyalarının “1” nömrəsi ilə işarələndiyini, qızıl-zinət əşyalarını üzərindəki qaşların böyüklüyünə və rənglərinə görə tanıdığını bildirmişdir. İşdə olan "xxxx" MMC-dən daxil olmuş «diskə baxış keçirilməsi haqqında» 12 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında danışıq aparılmamışdır. Təqsirləndirilən şəxs3 istifadəsində olan qeyd edilən nömrə ilə cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında bir neçə dəfə danışıq aparılmış və həmin danışıqların hər biri 10 noyabr 2023-cü il tarixdə, yəni hadisənin baş verdiyi tarixdə aparılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 13:42-də Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs3 zəng olunmaqla, 28 saniyə danışıq aparılmış, həmin gün saat 13:47-də Təqsirləndirilən şəxs3 tərəfindən Təqsirləndirilən şəxs1 zəng olunmaqla, 17 saniyə danışıq aparılmış, saat 13:56-da Təqsirləndirilən şəxs3 tərəfindən Təqsirləndirilən şəxs1 zəng olunmaqla, 7 saniyə danışıq aparılmış və saat 15:51-də Təqsirləndirilən şəxs3 tərəfindən Təqsirləndirilən şəxs1 zəng olunmaqla, 13 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında qeyd olunan tarixlər ərzində mütəmadi olaraq zəng danışıqları aparılmış, 09 və 10 noyabr 2023-cü il tarixlərdə isə aralarında zəng danışıqları olmamışdır. Təqsirləndirilən şəxs3 09 noyabr 2023-cü il tarixdə Ələt-Astara magistral yolu ilə Astara rayonuna gəlmiş, Lənkəran rayonu Sepnəkəran kəndindən Astara rayonu istiqamətində hərəkətdə olmuş və həmin gün saat 17:52-də Astara rayonu Kakalos kəndində olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs3 10 noyabr 2023-cü il tarix saat 13:54-ə qədər Astara rayonunda olmuş, həmin gün saat 14:43-də Lənkəran rayonunda olmuş və həmin vaxtdan etibarən Ələt-Astara magistral yolu ilə hərəkətdə olaraq Şəmkir rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxs1 09 noyabr 2023-cü il tarixdə saat 16:28-də Masallı rayonunda olmuş, sonra Lənkəran rayonu Səpnəkəran kəndi istiqamətində hərəkətdə olaraq Astara rayonu Kakalos kəndinə gəlmiş, habelə 10 noyabr 2023-cü il tarixdə saat 14:39-da Lənkəran rayonunda olmuşdur. İşdə olan “Azerfon” LLC-dən daxil olmuş diskə «baxış keçirilməsi haqqında» 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs3 arasında hər hansı danışıq aparılmamış, lakin Təqsirləndirilən şəxs2la cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs1 arasında müxtəlif tarixlərdə mütəmadi olaraq zəng danışıqları aparılmışdır. Təqsirləndirilən şəxs2 09 noyabr 2023-cü il tarixdə saat 15:30-dan Masallı rayonunda olmuş, saat 16:42-dən isə Lənkəran rayonu istiqamətində hərəkətdə olaraq Astara rayonuna gəlmişdir. İşdə olan Astara rayon mərkəzi xəstəxanası PHŞ-dən daxil olmuş 22 noyabr 2023-cü il tarixli 8712 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxananın Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və onkoloji kabinetlərində dispanser qeydiyyatda olmamışdır. İşdə olan Lənkəran şəhər Psixiatriya xəstəxanasından daxil olmuş 23 noyabr 2023-cü il tarixli 765 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxanada qeydiyyata alınmamışdır. İşdə olan Astara rayonu Kakalos kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 11 yanvar 2024-cü il tarixli 28 saylı arayış və əlavə edilmiş Təqsirləndirilən şəxs1 xasiyyətnaməsindən görünür ki, sonuncu yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. İşdə olan Astara rayon mərkəzi xəstəxanası PHŞ-dən daxil olmuş 22 noyabr 2023cü il tarixli 8713 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxananın Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və onkoloji kabinetlərində dispanser qeydiyyatında olmamışdır. İşdə olan Lənkəran şəhər Psixiatriya xəstəxanasından daxil olmuş 23 noyabr 2023cü il tarixli 764 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanada qeydiyyata alınmamışdır. İşdə olan Astara rayonu Kakalos kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 11 yanvar 2024-cü il tarixli 30 saylı arayış və əlavə edilmiş Təqsirləndirilən şəxs2 xasiyyətnaməsindən görünür ki, sonuncu yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. İşdə olan Şəmkir rayon mərkəzi xəstəxanasından daxil olmuş 28 noyabr 2023-cü il tarixli 443 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xəstəxananın Poliklinikasında psixiatrik, narkoloji və onkoloji kabinetdə qeydiyyatda olmamışdır. İşdə olan Şəmkir rayonu Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyindən verilmiş 01 dekabr 2023-cü il tarixli 700 saylı arayış və əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan Astara rayonu Kakalos kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 11 yanvar 2024-cü il tarixli 29 saylı arayış və əlavə edilmiş X4 xasiyyətnaməsindən görünür ki, sonuncu yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 RF-nın X1 Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə RF CM-nin 30 m.1 h., 228-1 m.3 h. «Q» bəndi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum edilməklə 200.000 rubl cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, RF X3 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə RF CM-nin 111 m. 2 h. «Z» bəndi, 115 m. 2 h. «V» bəndi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 RF-nın Tümen şəhəri Lenin rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə RF CMnin 162 m.İV h. «B» bəndi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellasiya Məhkəməsinin məktublarından görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində hökmün tanınması üçün məhkəməyə material daxil olmamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində olan hökmlər qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində tanınmadığından onlar məhkumluğu olmayan şəxs hesab edilirlər. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı sərbəst ifadələrində özlərinin müdafiəsi üçün dəlillər gətirərək mərhum Zeynəb Məmmədovanın evinə basqın etməkdə məqsədləri pul və qzıl-zinət əşyalarını talamaq olduğunu, Zeynəb Məmmədovanı öldürmək niyyətində olmadıqlarını, Zeynəb Məmmədovanın ağzını burnunu skoçla bağlasalar da belə, onu öldürmək niyyətində olmadıqlarını göstərsmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı sərbəst ifadəsində özünün müdafiəsi üçün dəlillər dətirərək Bəhruzun Zeynəbin evinə girib onun əl-qolunu bağlaması, evdən pul və qızıl-zinət əşyaları götürməsini maşını sürəndə, yəni Bəhruzu yola salmağa gedəndə bildiyini, polis əməkdaşları tərəfindən şöbədə döyüldüyündən istintaq zamanı yazılan ifadəsinə məcbur olub imza etdiyini, Bəhruz və Vüsal Zeynəbin evində olarkən onları maşında gözləmədiyini, həmin vaxtı öz evində olduğunu, Bəhruzla Vüsal onun yanında Zeynəbin evinə girmək barədə danışarkən Zeynəbi öldürmək barədə danışıqlarının olmadığını, Zeynəbin evinə oğurluq məqsədilə girmək istədiklərini, lakin Bəhruzu və Vüsalı bu yoldan çəkindirmək istədiyini göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri bu xüsusatlara tənqidi yanaşaraq onların bu ifadələrini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onların məhkəmədə verdikləri sərbəst ifadələrini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, mərhum Zeynəb Məmmədovanın evinə quldur basqını etmək barədə əvvəlcədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında razılıq əldə edilərək plan hazırlanmışdır. Plana uyğun olaraq cinayətkar davranış sərgiləyən Təqsirləndirilən şəxs3 mərhum Zeynəb Məmmədovanın evinə quldur basqını edib sonuncuya zor tətbiq edərək aktiv hərəkətləri ilə Zeynəb Məmmədovanın əvvəlcədən aldığı “skotçla” ağız-burnunu, gözlərini, qollarını bağlayaraq sonuncunun ölümünə şüurlu surətdə yol vermiş, cinayətin digər iştirakçıları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs3 həmin aktiv hərəkətlərinə əvvəlcədən sərbəst ifadə iradəsi olaraq razılıq vermişlər. Halbuki, mərhum Zeynəb Məmmədovanın yaşlı və ağır ürək xəstəsi olmasını qrup üzvləri əvvəlcədən bilmiş, əldə edilmiş razılığa uyğun olaraq cinayətkar niyyətlərini icra etmək üçün qurulmuş planda sonuncunun əl-qolunun, ağzının, gözlərinin zor tətbiq etməklə bağlaması nəzərdə tutulmuşdur. Yəni, zərərçəkmiş Zeynəb Məmmədovanın ölümündən ibarət nəticəni təqsirləndirilən şəxslər arzu etməsələr də, onlar öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüşlər, şüurlu surətdə etdikləri hərəkət və hərəkətsizliklə Zeynəb Məmmədovanın ölümünə yol vermişlər (CM-nin 25.3-cü maddəsində nəzərdə tutulmuş dolayı qəsd). Bundan başqa, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ilkin ifadələrində, ifadələri yerində yoxlanılan zaman və bir-birləri ilə üzləşmə zamanı törətdikləri cinayət əməllərini səmimi etiraf etmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində Zeynəb Məmmədovanın evindən yalnız oğurluq etmək barədə planla razılaşdığını, 9 noyabr 2023-cü ildə gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 fikirlərindən daşındırmaq üçün çalışdığını, bundan sonra evinə gedib yatdığını bildirsə də bu xüsusat mötəbər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs2 qonşusu Təqsirləndirilən şəxs1 Zeynəbin evini qarət etmək barədə təklifi ilə razılaşdıqdan sonra həmin məqsədlə Şəmkir rayonundan Astara rayonuna gələn Təqsirləndirilən şəxs3 qarşılayıb özləri ilə Astara rayonuna apararkən sonuncunun hansı məqsədlə gəldiyindən məlumatı olmuş, Zeynəb Məmmədovanın evinə quldur basqını etmələri barədə yol boyu planın qurulmasında fəal iştirak etmişdir. Hətta, yolda olarkən Lənkəran rayonunda apteklərin birindən iz qoymamaq üçün 2 cüt əlcək və 2 cüt ayağa geyinmək üçün sellofan da almışlar. Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la üzləşərkən də sonuncuları evə basqın etməkdən yayındırması barədə onların üzünə qarşı deməmiş, habelə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində bu barədə heç bir fikir irəli sürməmiş, əksinə cinayət hadisəsinin baş vermə ardıcıllığını, mexanizmini və həmin cinayətin törədilməsində üzərinə düşən vəzifəni hansı formada icra etdiyini sərbəst şəkildə müdafiəçisinin iştirakı ilə göstərmişdir. Təqsirləndirilən şəxs2 09 noyabr 2023-cü ildə gecə vaxtı Təqsirləndirilən şəxs1 evindən çıxıb öz evinə getsə də, bir saatdan sonra Vüsalgilə qayıtmış, bununla da məqsədi planlaşdırdıqları cinayət hadisəsini başa çatdırmaq olmuşdur. Çünki, aralarında olan cinayətkar razılaşmaya əsasən Zeynəb Məmmədovanın evinin qarət edilməsi gecə saatlarında planlaşdırılmışdır. Təqsirləndirilən şəxs2 həmin gün gecədən səhər saat 6 dək Vüsalgilin evində və yolda sonuncu və Bəhruzla birlikdə Zeynəb Məmmədovanın həyətini izləşmişlər, plana uyğun olaraq Zeynəbin evdən çıxmasını gözləmişlər. Hətta, Təqsirləndirilən şəxs2 arvadı Şahid3 da ifadəsində 9 noyabr 2023-cü ildə gecə satlarında evə gəldiyini və bir müddət sonra yenidən Təqsirləndirilən şəxs1 evinə qayıtdığını, daha sonra isə səhər tezdən evə gəlib yatdığını , saat 11-12 radələrində yuxudan oyanıb yenidən Vüsalgilə getdiyini göstərmişdir. Bütün bunları Təqsirləndirilən şəxs2 sərbəst şəkildə aktiv iradə ifadəsi ilə etmiş, cinayətin digər iştirakçıları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 bu cinayəti törətmək üçün birgə icraçılığa məcbur etməmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 cinayətin digər iştirakçıları ilə birgə mərhum Zeynəb Məmmədovanın evinə quldurluq basqını edərək sonuncunun əl-qolunu, gözlərini, ağzının bağlanması barədə plana razılıq vermiş, Təqsirləndirilən şəxs1la birgə Təqsirləndirilən şəxs3 hansı yolla hərəkət etməli olduqlarına dair istiqamət vermiş və həmin plana uyğun olaraq öz aralarında olan rolların bölgüsünə əsasən üzərinə düşən ictimi təhlükəli funksiyanı icra edərək birlikdə hadisə yerindən daha tez uzaqlaşdırmaq üçün avtomobili yolun kənarında saxlayıb cinayətin icraçılarını gözləmişdir. Təqsirləndirilən şəxs2 öz aktiv və passiv hərəkət və hərəkətsizliyi ilə baş vermiş cinayət hadisəsinin törədilməsində birgə icraçı kimi iştirak etmişdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən şəxslərin hər biri - Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 eyni niyyətdən çıxış edərək aralarında olan rolların bölgüsünə əsasən üzərinə düşən vəzifələri icra etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri qismən icra etməklə, Zeynəb Məmmədovanın dolayı qəsdlə öldürmək və sonuncunun əmlakını qarət etmək üçün onun evinə quldur basqını edilməsində birgə icraçı kimi iştirak etmişlər. Məhkəmə tərkibi belə nticəyə gəlir ki, mərhum Zeynəb Məmmədova təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 , Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən birbaşa qəsdlə deyil, dolayı qəsdlə öldürülmüş, yəni təqsirləndirilən şəxslər öz aktiv və passiv hətəkətləri ilə öz əməlini ( hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edərək və onun ictimai təhlükələrini qabaqcadan görərək Zeynəb Məmmədovanın ölümünü arzu etməslər də, buna şüurlu surətdə yol verərək sonuncunu qəsdən öldürmüşlər. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmalarına dair ifadələrində göstərdiyi xüsusatlara məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə Astara rayon prokurorluğunda araşdırma aparmış, adları yuxarıda qeyd olunan şəxlərə qarşı zorakılıq faktı təsdiq olunmadığından prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. Beləliklə, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş, onların əməlləri ibtidai istintaq orqanı tərəfindən həmin maddələrlə düzgün tövsif olunmuşdur. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalı, təyin olunmuş cəza çəkilməlidir. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.9, 120.2.11-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, köməksiz vəziyyətdə olan və quldurluqla bağlı qəsdən adam öldürmə) maddələrin sanksiyasında on dörd ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət” anlayışına daxildir CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddənin sanksiyasında on ildən on beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə «xüsusilə ağır» cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 şəxsiyyətlərini xarakterizə edən hallara gəldikdə isə, məhkəmə qeyd edir ki, onlar əvvəllər RF-nın ərazisində məhkumluq həyatı yaşasalar da, tərbiyə və islah olunmamışlar, qəsdən xüsusilə ağır cinayət əməlini törətmişlər. Həmçinin, işdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə mənfi xarakterizə olunurlar. Bu hal bir daha onu göstərir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdə cinayət törətməyə meyilli olan şəxslərdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə ayrı – ayrılıqda Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmüsu üzrə qəti cəza təyin olunmalı və təyin olunmuş çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İşdə olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 11 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə şübhəli şəxslərin tutulma müddəti 48 saat uzadılmışdır. İşdə olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 11 noyabr 2023-cü ildə Şəmkir rayonu Dəllər qəsəbəsinin ərazisində Şəmkir RPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış, 12 noyabr 2023-cü ildə Astara RPŞ-nın əməkdaşlarına təhvil verilmişdir. 12 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs3 tutulma müddəti 48 saat uzadılmışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.11, 181.2.1 və 181.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Astara Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduqları vaxtdan, yəni 11 noyabr 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 cəzasının əvvəli tutulduğu vaxtdan - 12 noyabr 2023-cü ildən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və hazırda Astara rayon prokurorluğunda saxlanılan: - hadisə yerinə baxış keçirilən zaman götürülmüş yapışqan lent və naqil nümunələri, qadın çənə protezi, 10 ədəd muncuq, 01 tampon qan nümunəsi, Zeynəb Məmmədovanın dırnaq nümunələri, Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olan paltarlar - 01 ədəd şalvar və 01 ədəd köynək, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan paltarlar - 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd kurtka, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olan paltarlar - 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd jilet, Zeynəb Məmmədovanın hadisə zamanı əynində olan paltarlar - 01 ədəd xalat, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd tuman və 01 ədəd büstqalter, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd dəsmal və 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - əl-barmaq izləri olan zərf, telefon danışıqları və anten dairələri barədə məlumatları əks etdirən disklər və istintaq hərəkətlərinin aparılmasına dair diskləri cinayət işində saxlanılmalı; - Təqsirləndirilən şəxs3 saxlanılarkən üzərindən aşkar edilmiş 433 manat pul, 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd üzərində kulon olan qızıl boyunbağı, Zeynəb Məmmədovaya məxsus “Samsung” markalı 02 ədəd planşet və “Nokia” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılmalı; - Təqsirləndirilən şəxs3 məxsus “Xioami Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 268 (iki yüz altmış səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 89 (səksən doqquz) manat 33 (otuz üç) qəpik olmaqla tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verərək hesab edir ki, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, hazırkı iş üzrə mülki iddia məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin: - 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. - 181.3.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin dəfninə çəkilmiş xərclər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyan hesab olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi – mülki iddiaçı Əfqan Məmmədov təqsirləndirilən şəxslərə qarşı verdiyi mülki iddia ərizəsində mərhum anası Zeynəb Məmmədovanın evindən oğurladıqları 1 ədəd 15 qram çəkidə nargilə qızıl boyunbağı, 2 ədəd 10 qramlıq qızıl, 1 ədəd 7 qramlıq klon qızıl boyunbağı, 1 ədəd 8 qram olan ay-ulduz klon qızıl boyunbağı, 1 ədəd 12 qram olan qızıl sep, 1 ədəd 15 qram fantaziya qolbaq, 1 ədəd 4 qramlıq zümrüd qızıl üzük, 1 ədəd 5 qram sekta qızıl üzük, 1ədəd 4 qram sekta qaşlı qızıl üzük, 1 ədəd 8 qram qızıl nişan üzüyü, 1 ədəd 9 qram qızıl kişi üzüyü, 1 ədəd 12 qramlıq ağ qaşlı komplekt, 1ədəd 4 qramlıq ağ qaşlı üzük, 4 ədəd 5 qramlıq qızıl diş, 1 ədəd 6 qramlıq nazik qolbaq, 1ədəd 4 qram çəkidə qızıl sırğanın naturada, bu mümkün olmadıqda isə 30.000 manat pulun qaytarılmasını, həmçinin 20.000 manat mənəvi ziyanın ödənilməsini və 240 manat dövlət rüsumun tutulub ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın ödənilməsi hissəsinə münasibətdə qismən təmin edilməklə 6000 (altı min) manat məbləğində pul təqsirləndirilən şəxslərdən bərabər qaydada tutulub Əfqan Məmmədova ödənilməli, mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan hissəsi baxılmamış saxlanılmalı və həmin məsələ ilə bağlı mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, məhkəmə tərkibi mülki iddia ərizəsinə görə ödənilmiş 240 manat dövlət rüsumunun təqsirləndirilən şəxslərdən tutulması ilə bağlı qeyd edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizini təşkil edir. Həmin Qanuna əsasən hazırki iş üzrə vurulmuş mənəvi ziyana görə ödənilməli olan 6000 (altı min) manat məbləğində pulun təqsirləndirilən şəxslərdən bərabər qaydada tutulub zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi ilə bağlı dövlət rüsumunun məbləği 80 (səksən) manat təşkil edir. Odur ki, dövlət rüsumu olan 80 (səksən) manat məbləğində pul təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 26 (iyirmi altı) manat 60 (altmış) qəpik tutulub zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduqları mənəvi ziyana görə 6000 (altı min) manat məbləğində pul hər birindən bərabər qaydada tutulub X6 ödənilsin. Mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsi baxılmamış saxlanılsın. Mülki iddiaçı X6 mülki iddianın maddi ziyanla bağlı baxılmamış saxlanılmasına dair hissəsi üzrə mülki icraat qaydasında iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Mülki iddia ilə bağlı dövlət rüsumu olan 80 (səksən) manat məbləğində pul təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 26 (iyirmi altı) manat 60 (altmış) qəpik tutulub zərərçəkmiş şəxsin hüquqi varisi X6 ödənilsin. İş üzrə maddi sübut olan və hazırda Astara rayon prokurorluğunda saxlanılan: - hadisə yerinə baxış keçirilən zaman götürülmüş yapışqan lent və naqil nümunələri, qadın çənə protezi, 10 ədəd muncuq, 01 tampon qan nümunəsi, Zeynəb Məmmədovanın dırnaq nümunələri, Təqsirləndirilən şəxs3 hadisə zamanı əynində olan paltarlar - 01 ədəd şalvar və 01 ədəd köynək, Təqsirləndirilən şəxs2 hadisə zamanı əynində olan paltarlar - 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd kurtka, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olan paltarlar - 01 ədəd şalvar, 01 ədəd köynək və 01 ədəd jilet, Zeynəb Məmmədovanın hadisə zamanı əynində olan paltarlar - 01 ədəd xalat, 01 ədəd şalvar, 01 ədəd köynək, 01 ədəd tuman və 01 ədəd büstqalter, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 01 ədəd dəsmal və 01 ədəd köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - əl-barmaq izləri olan zərf, telefon danışıqları və anten dairələri barədə məlumatları əks etdirən disklər və istintaq hərəkətlərinin aparılmasına dair diskləri cinayət işində saxlanılsın; - Təqsirləndirilən şəxs3 saxlanılarkən üzərindən aşkar edilmiş 433 manat pul, 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa, 01 ədəd üzərində kulon olan qızıl boyunbağı, Zeynəb Məmmədovaya məxsus “Samsung” markalı 02 ədəd planşet və “Nokia” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılsın; - Təqsirləndirilən şəxs3 məxsus “Xioami Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus “Samsung” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərci olan 268 (iki yüz altmış səkkiz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 89 (səksən doqquz) manat 33 (otuz üç) qəpik olmaqla tutulub dövlət nəfinə keçirilməlidir. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərəə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Cəlil Nəbiyev Cavid Səfərli
Məhkəmə qərarları › İş №1(099)-401/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-401/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver