Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-402/2024 13.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X41, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1964-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cinayət işi üzrə törətdiyi əməl Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilərək 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda 912,0 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində qanunsuz daşıyaraq Sabirabad şəhəri, A.M.Şərifzadə küçəsi, ev 2 ünvanında yerləşən yaşadığı evə gətirərək evin zirzəmisində saxlamış, 06 avqust 2023-cü il tarixdə, saat 13:25 dəqiqədə Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sabirabad şəhəri, A.M.Şərifzadə küçəsi, ev 2 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin zirzəmisində gizlətdiyi 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi – 912,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı rayonda məhkum olunmuş digər şəxslərə davranıldığı kimi, ona da polislər tərəfindən əvvəllər məhkum olunduğu üçün təzyiqlər olmuşdur. Bundan xəbər tutan oğlu Fərid Əsədov polislərə atası ilə işləri olmamasını, əvvəllər işləmiş olduğu yeri bildiklərini, əks təqdirdə əlinin çox yerə çatdığından onlara ciddi problemlər yaradacağını bildirmişdir. Oğlu Fərid əvvəllər bir müddət Daxili Təhqiqatlar İdarəsində işləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir neçə həftə əvvəl yaşadığı evin qapısının qarşısına çıxdığı zaman küçəyə “Niva” markalı avtomobilin gəldiyini görmüş, əməliyyat müvəkkili Şahid1 özünün polis şöbəsində cinayət-axtarış bölməsinin rəisi olduğunu, onunla tanış olmaq istədiyini bildirmiş, həmin vaxt sonuncunun yanında əməliyyatçı Şahid5 də olmuşdur. Arvadının psixi xəstəliyi olduğundan ona qulluqla əlaqədar evdən kənara çıxmağa vaxtı olmamışdır. Lakin, onlarla birlikdə Kür çayının kənarına gəlmiş və Fuad maşından düşdükdən sonra Taleh ondan “kişi qapısına gəlmişəm də”, deyərək 10.000 (on min) manat pul istəmişdir. Həmin məbləğdə pulunun olmadığını, “dünən türmədən çıxdığını” bildirdikdə, Taleh pul vermədiyi təqdirdə onu narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması adı altında şərləyərək həbs edəcəyini, çünki əvvəllər məhkum olduğunu, ən azından narkotik vasitə istifadəçisi kimi qələmə verəcəyini, üç-dörd nəfər şəxsi üzünə durduracağını bildirmişdir. Talehin bu danışığından yaxşı adam olmadığını anlamışdır. Talehə 2.500 (iki min beş yüz) manat verə biləcəyini demiş və razılaşmışlar. Taleh ona, pulu hazır edən kimi zəng etməməsini bildirərək, növbəti gün axşam saatlarında parkın yanına getməsini, Şahid5 oraya göndərəcəyini bildirmişdir. Həmin vaxtadək pul axtarmışdır. Növbəti gün saat 22 radələrində Şahid5 parka gəlmiş, sonuncuya həmin vaxt razılaşdırılmış məbləği tamamlamaq üçün 700 (yeddi yüz) manat pul çatmadığından Bakı şəhərində yaşayan oğlu Fəridin tanışı olmuş Vüqar adlı şəxsin gəlməsini gözlədiyini bildirmişdir. Bir müddət sonra sonu “651”lə bitən dövlət qeydiyyat nişanlı “Mercedes” markalı maşında Vüqar adlı şəxs gəlib 700 (yeddi yüz) manatı da verdikdən sonra, ümumilikdə 2.500 (iki min beş yüz) manat vəsaiti Fuada vermiş və həmin “Mercedes”in sürücüsü bu halın şahidi olmuşdur. Bu hadisədən oğlu xəbər tutmuş və Talehgilə zəng edərək bir də atası ilə işləri olduğu təqdirdə onları tutduracağını bildirmişdir. Şahid1 bu məsələdən qorxaraq Fərid barədə əməliyyat məlumatı toplamış və bunu da ona polis işçiləri bildirmişdir. 1 saylı X33 stasionar müalicə almış, analizlər vermiş, daha sonra oğlu onu aparmaq üçün gəlmişdir. Növbəti gün tezdən Fəridə poçtdan gedib telefonunu götürməsini istəmiş, daha sonra isə rayona getməyi bildirmişdir. Polislərin onun oğlu Fəridi tutmaq üçün plan qurduqlarını iddia etmişdir. 06 avqust 2023-cü il tarixdə Fərid yol polisinin “saxla” işarəsinə məhəl qoymayıb evə gəlmiş, darvazanı açıb maşını həyətə salmaq istərkən polis əməkdaşları üç maşında həyətə daxil olmuşlar. Bu zaman səs-küyə həyətə düşmüş, xəstə arvadına aşağı düşməməsini bildirmiş, polis əməkdaşlarının oğlunu yerdə sürüdüklərini görüb, Şahid1 nə baş verdiyini soruşduqda, sonuncu oğlunun maşını yol polisi əməkdaşının üzərinə sürdüyünü bildirmişdir. Talehə “həmin hərəkəti edən şəxsə bu cür zor tətbiq edərlərmi?” sualını vermiş, oğlu Fəridə isə sakit olmasını və polis şöbəsinə getmələrini bildirmişdir. Fəridin idarə etdiyi avtomobili cərimə meydançasına deyil, Sabirabad Rayon Polis Şöbəsinin həyətinə aparmışlar. Fəridi əli bağlı aşağıda saxlamış, onu isə, səhv etmirsə, müstəntiqlərdən birinin otağına qaldırmışlar. Həmin vaxt Taleh ona əvvəllər məhkum olunduğunu, buna görə həbs edilməli olduğunu, əks halda həyətdəki oğlunun maşınını otağın pəncərəsindən göstərərək maşının təkərinin içinə narkotik vasitə qoyduğunu, onu hal şahidlərinin iştirakı ilə videoçəkilişlə çıxaracağını, özünə qarşı nalayiq ifadələr işlədərək yaxşı adam olmadığını, nəticədə oğlunun əldən gedəcəyini bildirmişdir. Çıxış yolu olmadığından Talehin dedikləri ilə razılaşmış və düşünmüşdür ki, qardaşı gəlib müəyyən qədər pul verdikdən sonra onu buraxarlar. Bundan sonra oğlunu iki gün qanunsuz saxlamışlar ki, birdən o, barəsində qətimkan tədbiri seçilərkən onlarla olan razılaşmanı pozar. Hətta onlara oğlunun başına gələnlər barədə sonuncunun arvadının ciddi işdə işlədiyindən bilməməsini demişdir. Qardaşı onun oğlu Fəridi şöbədən aparmağa gələndə Taleh güya Fəriddə qanunsuz predmet (kütlə) aşkar olunduğunu bildirərək qardaşını aldatmış və sonuncudan 10.000 (on min) manat pul almışdır. Oğlu hətta anasına bir gün qabaq onun, yəni atasının həbsdən çıxmadığı halda oğlunu görməyəcəyini bildirmişdir. 10.000 (on min) manat pulu oğlu borc almışdır. Fərid gizlin şəkildə qeyd olunan borcu bağlamaq üçün qonşusu olan öz qayınanasının evində saxladıqları qızılzinət əşyalarını götürüb lombarda girov qoyaraq pul əldə etmək istəmiş, qayınanası isə polisə bu barədə məlumat vermiş və polislər onların qapısına gələndə Fərid evdə tək olduğu üçün qorxu və stressdən yaşadığı Bakı şəhərində yerləşən binanın doqquzuncu mərtəbəsindən özünü atmışdır. Fəridin binanın doqquzuncu mərtəbəsindən səkkizinci mərtəbəsinə atılması barədə fikir absurddur. Fəridin bədənində “prastina” onun intihar etməsini göstərən haldır. Oğlunun ölümündə təqsirkar Şahid1 olmuşdur. Vamiq Vəliyevi beş-altı yaşı olanda tanımış, onun atası ilə eyni yerdə işləmişdir. Ondan bir ay əvvəl Vamiqi tutub etiraz etdiyi üçün qabırğasını sındırmışlar ki, narkotik vasitəni ondan almasını desin. Barəsində olan cinayət işi ibtidai istintaq orqanı tərəfindən düzgün araşdırılmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Şərifzadə küçəsində yerləşən evinin qarşısındakı marketi işlədən X22, dönərxanada işləyən X11 və X12 adlı şəxslər onun tutulmasının şahidi olmuşlar. 06 avqust 2023-cü ildən təxminən iki ay əvvəl polis əməkdaşları Şahid5, Şahid2 və Şahid1 evinin qabağına gəlmişlər. Şahid2 rəisin onunla danışmaq istədiyini deyib onu Şahid1 təhvil vermişdir. Şahid5 məxsus “Niva” markalı avtomobillə sonuncu, o və Taleh Kür çayının qırağına getmişlər və orada Taleh ondan pul istəmişdir. Pərviz adlı şəxs Şahid5 pul verməsini görmüşdür. X13rkən Şahid5 sərbəst buraxılması üçün kömək istəməmişdir. Elçin Mehrəliyev avtomobili küçə qapısından içəriyə, yəni həyətə sürmüşdür. Həyətə çıxanda üç nəfər polis əməkdaşının oğlu Fəridin qolunu burduqlarını, Elçinin əlini oğlunun cibinə saldığını görmüşdür. Səhv etmirsə, Elçinin avtomobili ilə şöbəyə getmişdir. Oğlunun 700 (yeddi yüz) manata yaxın cəriməsi olmuş, həbsdə olduğu üçün cərimənin ödənilib-ödənilməməsindən xəbəri olmamışdır. Avtomobil duracaqdan buraxılıbsa, cərimənin ödənilmiş olduğunu bildirmişdir. Son olaraq əvvəlki məhkumluğunda da heç bir təqsiri olmadan məhkum olunduğunu, cəmiyyətə yararlı insan olduğunu, azadlığa çıxacağına inandığını və bunu istədiyini bildirmişdir. Məhkəmə cinayət prosesinin tərəflərini (təqsirləndirilən şəxs və ittiham aktı üzrə şahidlər) dinləyərək, həmçinin cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X5 baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi rayon sakini kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik, qohumluq münasibəti yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə saxlaması və satışı ilə məşğul olması barədə 06 avqust 2023-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən raportla şöbə rəisinə məruzə edilmiş, Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılmış və saat 10:25 radələrində Sabirabad Rayon Polis Şöbəsinə aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi və onların iştirakları ilə Azərin üzərində şəxsi axtarış istintaq hərəkəti aparılsa da, hər hansı qanunsuz maddə və ya əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü şəkildə evində narkotik vasitə olduğunu bildirmiş və təqdim edə biləcəyini qeyd etdiyi üçün yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman o, könüllü şəkildə evin sol yan tərəfindəki zirzəminin girişində saxladığı bir ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada narkotik vasitə heroinə oxşar kütləni təqdim etmiş, daha sonra evinə əlavə baxış keçirilsə də, heç bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmadığından baxış başa çatmış və müstəntiq tərəfindən protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün sonuncunun yaşadığı ev istiqamətində gedərkən Sabirabad Rayon Polis X44 Polisi Bölməsinin əməkdaşı X1 Əsədovu yaşadıqları evin qarşısında saxladığını və onun barəsində protokol tərtib etdiyini, həmin vaxt Fəridin narazılıq edərək mübahisə yaratdığını görmüş və yaranmış səs-küylə əlaqədar Azər evin qarşısına çıxmış, əməliyyat qrupu ilə birlikdə Azəri oradaca saxlayaraq, saxlanma səbəbi barədə məlumat vermiş, şöbəyə dəvət edərkən Fərid onların xidməti fəaliyyətlərini yerinə yetirmələrinə müdaxilə edərək, atasının aparılmasına əngəl yaratmış və nalayiq ifadələr səsləndirib polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra X45 Bölməsinin əməkdaşları Fəridi, onlar isə Azəri şöbəyə aparmışlar. Şöbədə Fəridin barəsində raportla şöbə rəisinə müraciət edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir polis əməkdaşı nə Azərə, nə də oğluna zor tətbiq etmişlər. Bildiyi qədər müayinə zamanı Fəridin narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi aşkar edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Nə Təqsirləndirilən şəxs, nə də oğlunu hədələmiş, Azərə narkotik vasitə təqdim etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində yaşadığı evin zirzəmisindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmaması, həmin kütlənin onun tərəfindən qoyulması, Fəridin avtomobilindən iki kiloqram narkotik vasitə çıxaracağı adı ilə hədələməsi barədə qeyd etdiyi fikirləri tamamilə şər-böhtan xarakterlidir. Azər həmin fikirlərlə özünü məsuliyyətdən yayındırmaq istəmişdir. X39 50 (əlli) qram narkotik vasitə satması barədə deməsi üçün heç bir təlimat verməmiş, həmin fikirləri Azər özü üzərinə və yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilərkən bildirmişdir. Azərdən narkotik vasitələrin satışı ilə məşğul olması üçün 10.000 (on min) manat məbləğində pul istəməsi, hansısa məbləğdə pul alması barədə Azərin göstərdikləri yalandır və həqiqəti əks etdirmir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanlandıqları suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə əlaqəsi yoxdur. Vamiq Vəliyevi saxlanılması və əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Azərə qarşı tərəflərindən hər hansı təzyiq və ya təsir olmamış, tutulan vaxtı sonuncunun səhhəti yaxşı olmamışdır. Evə baxış zamanı tərəzi aşkar olunub-olunmadığını xatırlamır. Azər və oğlu Fərid Əsədovla telefon danışıqları olmamışdır. Azərin əməllərini ifşa etdiyinə görə sonuncu onun əleyhinə ifadələr səsləndirmişdir. Fəridi əməliyyat tədbirini həyata keçirdikləri gün görmüş, əvvəllər tanımamış, sonuncunu saxlamağa gedən polislər arasında onun rəhbərlik etdiyi qrup üzvləri olmamışdır. Azəri qapısının qarşısında üç nəfərdən ibarət tərkobdə saxlamışlar. Fərid əvvəllər Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş və onun barəsində olan inzibati işin hazırki cinayət işinə aidiyyatı olmamışdır. Hadisə vaxtı o öz xidməti vəzifəsini yerinə yetirdiyindən ətrafda kimlərin olduğuna fikir verməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin sabiq baş əməliyyat müvəkkili, hazırda Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və Sabirabad Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin sabiq əməliyyat müvəkkili, hazırda Göyçay Rayon Polis X16 Bölməsinin baş inspektoru Şahid3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsi X26 polis nəfəri, serjant Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar məhkum olunmuş şəxs kimi tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik, qohumluq münasibəti yoxdur. Azər 2023-cü ilin yayında Sabirabad Rayon Polis Şöbəsi X5 baş əməliyyat müvəkkili Şahid1 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldıqdan sonra onun xidmət etdiyi yerə yerləşdirilmişdir. Azəri X24 görmüş və söhbət etmişdir. Azər ondan azadlığa buraxılması üçün kömək istəmiş, o da bu məsələnin onun səlahiyyətinə aid olmadığını bildirərək imtina etmişdir. Daha sonra Azər Talehdən şikayət edəcəyini bildirdikdə, ona bunun onun hüququ olduğunu demişdir. Azərin ifadəsində qeyd etdikləri yalandır, həqiqəti əks etdirmir, Talehlə birlikdə heç vaxt Azərlə görüşməmiş, Talehin sonuncudan pul istədiyini, aldığını görməmiş, özü də Azərdən pul istəməmiş və almamışdır. Şahid5 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, tanınmış nəsildən olduğu üçün təqsirləndirilən şəxs özünə köməklik edilməsindən ötrü ona müraciət etmiş, o isə bundan imtina etmişdir. Təqsirləndirilən şəxs, habelə onun oğlu Fərid Əsədovla aralarında telefon danışıqları olmamışdır. Azərlə birlikdə avtomobillə Kür qırağına getməmiş, onunla bağlı əməliyyat tədbirində iştirak etməmişdir. Azərin ondan şikayət etməsini prokurorluqda izahat verəndə bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis X44 Polisi Bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti fəaliyyəti zamanı tanımış, onunla ədavət və ya düşmənçiliyi, qohumluq münasibəti olmamışdır. 06 avqust 2023-cü il tarixdə, saat 11:00 radələrində Sabirabad rayonu ərazisində, Heydər Əliyev prospektində “**-YP-***” dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən Fərid Əsədovun istifadəsində olan “Chevrolet Aveo” markalı, “**-BD-***” dövlət qeydiyyat nişanlı avtomobili təhlükəsizlik kəməri olmadan istifadə etdiyini görmüş, buna görə də vətəndaşa inzibati protokol tərtib etmək üçün “saxla” əmri verməsinə baxmayaraq, sonuncu onun əmrinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam etmişdir. Fəridi təqib edərək ara yollarla hərəkət edib, tanımadığı bir evin qarşısında dayanmış, Fəridi saxlayaraq, ona törətmiş olduğu qayda pozuntusunu izah etmişdir. Protokol tərtib etmək istəyərkən Fəridin idarə etdiyi avtomobilin 1.000 (bir min) manata yaxın ödənməmiş cəriməsi olduğunu görmüş və ona avtomobilin mühafizə olunan duracağa yerləşdirilməli olduğunu bildirərək, onunla birlikdə getməyi təklif etmişdir. Bu zaman Fərid səs-küy salmış və o, Fəriddə sərxoşluq əlaməti aşkar etmişdir. Fəridin səs-küyünə atası Təqsirləndirilən şəxs evdən çıxmış və sonuncu da səs-küy salmağa başlayarkən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarını görmüş, onlar dərhal Azərə yaxınlaşmış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, şöbəyə dəvət etmişlər. Bu zaman Fərid əməliyyatçılara müdaxilə etməyə, atasını aparmalarına mane olmağa cəhd etmişdir. Fəridə özünün də şöbəyə getməli olduğunu bildirmişdir. Bundan sonra əməliyyatçılar Azəri, o isə Fəridi ayrı-ayrılıqda Sabirabad Rayon Polis Şöbəsinə aparmışlar. Fərid müayinə edilərkən narkotik vasitələrin təsiri altında olması müəyyən edildiyindən barəsində ******* nömrəli protokol tərtib edərək inzibati xəta haqqında iş üzrə materialı məhkəməyə göndərmiş, Fəridin idarə etdiyi nəqliyyat vasitəsi isə duracağa yerləşdirilmişdir. Şahid Elçin Mehrəliyev məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanlandığı suallara cavab olaraq bildirmişdir ki, avtomobili saxlaması üçün işarə versə də, Fərid Əsədov avtomobili saxlamayıb dönərək ara küçəyə daxil olmuşdur. Sürücü avtomobili saxlamaq istəmədiyi və yəqin ki, sərxoş olduğu üçün əmrə tabe olmamışdır. Bu mənada avtomobilin arxasınca təqribən 800-900 metr məsafə qət etmişdir. Fərid avtomobili öz həyətlərinin darvazası qarşısında saxlamış, əvvəlcə həmin yerin sonuncunun yaşadığı ünvan olduğunu bilməmiş, bunu sonradan öyrənmişdir. Fərid avtomobildən düşdükdən sonra ona yaxınlaşmış, planşet-kompüterdə avtomobilin nömrəsini sistemə daxil etdikdə nəqliyyat vasitəsinin üzərinə həbs qoyulduğunu görmüş və sürücüyə bununla əlaqədar avtomobilin duracağa yerləşdirilməli olduğunu bildirmişdir. Fərid ona etiraz edərkən söyüş söyməsə də, nalayiq ifadələr işlətmişdir, lakin konkret olaraq nə dediyini xatırlamır. Fəridlə üzbəüz söhbət edərkən arxadan Təqsirləndirilən şəxs gəlmiş, sonuncunun haradan çıxdığını görməmişdir. Əməliyyatçıları o çağırmamış, onlar əməliyyat tədbiri ilə əlaqədar gəlmişlər. Azər gəldikdən sonra əməliyyatçılar yaxınlaşıb sonuncunu tutub aparmışlar. Bu zaman Azərə qarşı qandal tətbiq edildiyini görməmişdir. Azərlə dialoqu olmamış, əməliyyatçılar gəldiyindən buna fürsət də olmamışdır. Əməliyyatçılar Azərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Bu zaman Azər etiraz edərək getməkdən imtina etmişdir. Onun idarə etdiyi xidməti avtomobil Azərin həyətinə daxil olmamışdır. Azərin öz həyətinin qarşısında tutulması onun xidməti avtomobilində yerləşdirilmiş kameraya düşmüşdür. Kamera tərəfindən qeydə alınmış görüntülərə baxmamışdır. Fəridə qarşı zor tətbiq etməmiş, əlini onun cibinə salmamışdır. Sonradan Fəridin əməliyyatçılara müdaxilə etməsi səbəbindən polisə tabesizlik göstərdiyinə görə barəsində raport tərtib edildiyini bilmişdir. Avtomobillərin adətən cərimə meydançasına yerləşdirilməsini, orada yer olmayanda isə polis şöbəsinin həyətində saxlanıldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də mötəbər sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis X20 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01). Sabirabad Rayon Polis Şöbəsi X5 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və günün müxtəlif vaxtlarında satması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 03). Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı və eyni tarixli əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayətprosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 04-07). Sabirabad Rayon Polis Şöbəsi X5 xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:25 radələrində yaşadığı Sabirabad şəhəri, A.M.Şərifzadə küçəsi, ev 2 ünvanın qarşısında saxlanılaraq şöbəyə aparılmışdır (iş vərəqi 08). Sabirabad Rayon Polis X20 xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 09; 19). Sabirabad Rayon Polis X20 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung J3” markalı qara rəngli smartfon tipli mobil telefonu təqdim etmiş, onun üzərindən qanunsuz predmet və ya əşya, maddə aşkar olunmamış, o yaşadığı evdə narkotik vasitə heroin olduğunu və onu təqdim edəcəyini, həmin kütlədən 50 (əlli) qram miqdarda Sabirabad şəhər sakini Vamiq adlı şəxsə verdiyini, özü bir neçə il əvvəl cəzaçəkmə müəssisəsində olarkən orada tanış olduğu şəxsin köməkliyi ilə narkotik vasitəni əldə etdiyini bildirmişdir. Şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən protokola əlavə olunmuş bir ədəd DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 26-28; 100). Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onun həmin tarixdə şöbənin əməkdaşları tərəfindən yaşadığı evə və yarımtikiliyə baxış keçirilməsinə heç bir etirazı olmamışdır (iş vərəqi 29). Sabirabad Rayon Polis X20 xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, A.M.Şərifzadə küçəsi, ev 2 ünvanda yerləşən yaşadığı evin zirzəmi hissəsindən bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, Azər həmin bükülünü cəzaçəkmə müəssisəsindəki dostunun ona verdiyini, lakin malın yararsız çıxdığını, həmin kütlədən rayon sakini Vamiq adlı şəxsə 50 qram verdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və onun çəkisinin 950 qram olması müəyyən edilmişdir. Baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən protokola əlavə olunmuş bir ədəd DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 30-32; 101). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X31 Bölməsinin 18/783 nömrəli, 06 avqust 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 (bir) ədəd polietilen bükülüdə təmiz çəkisi 912,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Ekspertiza tədqiqatından sonra qalıq çəkisi 911.90 qram narkotik vasitə olan kütlə geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (iş vərəqi 39-42). Sabirabad Rayon Polis X20 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azər Təqsirləndirilən şəxsbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 50-51). Sabirabad Rayon Məhkəməsinin 4(056)-129/2023, 4(056)-206/2023 nömrəli, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 06 avqust 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 mart 2024-cü il tarixinədək uzadılmışdır (iş vərəqi 67-70; 143-146). Sabirabad Rayon Polis Şöbəsi İstintaq İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş qalıq çəkisi 911.90 qram olan narkotik maddə olan heroin iş üçün əhəmiyyətli olduğundan maddi sübut hesab edilmiş və şöbənin maddi sübutları saxlama anbarına təhvil verilmişdir (iş vərəqi 76). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilərək, ona 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqi 79). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.4-cü maddələrinə əsasən, məhkumluq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 6 (altı) il keçdikdə ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.2 və 18.2.2-ci maddələrinə əsasən, cinayətlərin residivi qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli sayılır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi vardır. Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri, A.M.Şərifzadə küçəsi, ev 2 ünvanda yaşayır, ailə tərkibi həyat yoldaşından ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 111-112). Azərbaycan Respublikası Baş Prokurorluğu Sabirabad Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixi təzyiqə, hədə-qorxuya məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (iş vərəqi 151-155). “Yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların ozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” TP ******* nömrəli qərarın surətindən görünür ki, X34 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 (təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə) və 333-1.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 (altı yüz) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir (iş vərəqi 175). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X36 X30 X21 xx.xx.2024-cü il tarixli, 1015 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 182-183). Sabirabad Rayon Polis X20 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə qarşı bildirmişlər (iş vərəqi 185- 186). Sabirabad Rayon Polis X20 xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun yaşadığı evdə aparılmış baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (iş vərəqi 187-199). Sabirabad Rayon Polis X20 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisindən aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilməsi mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqi 201). Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-402/2024 nömrəli qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş AZF/LGL-4593/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 300-25-33 saylı mobil nömrə 2023-cü ilin 01 may tarixindən 06 avqust 2023-cü il tarixindək həmin şəbəkədə istifadə edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-402/2024 nömrəli qərarı əsasında, iş üzrə şahidlər Şahid1 istifadəsində olmuş 055 211-01-91, Şahid5 istifadəsində olmuş 050 787-65-45 və Şahid2 istifadəsində olmuş 050 682-98-90 saylı mobil nömrələrlə 01 may 2023-cü il tarixdən həmin ilin 06 avqust 2023-cü il tarixinədək aparılmış sms yazışmaları, giriş-çıxış zəngləri, habelə həmin mobil nömrələrin anten məlumatları barədə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən daxil olmuş CD disklər məhkəmədə tədqiq edilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X42 Sabirabad Rayon Mərkəzi X2 Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X32 həmin şöbədə “İ 10-Hipertoniya xəstəliyi İİİ-mərhələ yüksək risk ilə, İ69.3 keçirilmiş sol orta beyin arteriyasına keçirilmiş işemik insultun qalığı, G-81.1 sağ tərəfli hemisimptoma risk, R-56.8 tez-tez qıcolmatutmaları, İ-67.8 xroniki beyin işemiyası” diaqnozu ilə dispanser qeydiyyatındadır. Sabirabad Rayon Məhkəməsinin 24/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə onun həyətyanı sahəsinə, həyətindəki tikili və yarımtikiliyə baxış keçirilməsi haqqında Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il taixli, 3-13-103/2-20741 nömrəli məlumat məktubu xx.xx.2023-cü il tarixdə həmin məhkəməyə daxil olmuş və bununla əlaqədar hər hansı qərar, o cümlədən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə heç bir material daxil olmadığından bu barədə hər hansı bir işə baxılmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-402/2024 nömrəli qərarı əsasında, iş üzrə şahidlər Şahid5 istifadəsində olmuş 050 787-65-45, Şahid2 istifadəsində olmuş 050 682-98-90, X3 istifadəsində olmuş 050 253-00-06 saylı mobil nömrələrə 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixinədək olan müddətdə giriş-çıxış zənglərinə dair məlumatlar barədə "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərdən daxil olmuş CD disklər məhkəmədə tədqiq edilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Sabirabad Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, şöbənin inventarında olan xidməti avtomobillərdə quraşdırılmış videokameraların yaddaşı üç ay müddətinə nəzərdə tutulduğundan şöbənin X45 Bölməsinin **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilində quraşdırılmış videokameranın 06 avqust 2024-cü il tarixə aid görüntülərinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-402/2024 nömrəli qərarı əsasında, Təqsirləndirilən şəxs oğlu Fərid Əsədovun istifadəsində olmuş 050 824-23-63 və polis əməkdaşı X14 istifadəsində olmuş 051 310-65-65 saylı mobil nömrələrə 30 iyul 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixinədək olan müddətdə girişçıxış zənglərinə dair məlumatlar barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş CD disk məhkəmədə tədqiq edilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hesabatından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 16 (on altı) saat 30 (otuz) dəqiqə müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisinin vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, yaşadığı rayonda məhkum olunmuş digər şəxslərə davranıldığı kimi, ona da polislər tərəfindən əvvəllər məhkum olunduğu üçün təzyiqlər olması, polis əməkdaşlarının ondan başqa oğlu Fərid Əsədovla da yola getmədikləri, oğlunun polis əməkdaşlarının ona (yəni atasına) qarşı qərəzli mövqelərinə görə intihar etməsi, onun ölümündə günahkar əməliyyatçı Şahid1 olması, polis əməkdaşlarının oğlu ilə onu “plan” əsasında tutmaları, evinin qarşısındakı market və dönərxanada işləyən şəxslərin bu səhnənin şahidi olmaları, əməliyyat müvəkkillərinin ondan tutulmaması üçün dəfələrlə pul istəmələri, pulun bir qismini düzəldib versə də, bir qismini vermədiyi üçün şərlənərək həbs edilməsi, oğlunun polis tərəfindən narkotiklə “yüklənməməsi” üçün çıxış yolu olmadığından əməliyyatçının dedikləri ilə razılaşması, polis əməkdaşlarının hətta onun qardaşından 10.000 (on min) manat pul almaları, Vamiq Vəliyevə narkotik satmaması, Vamiqin onun əleyhinə ifadə verməsi üçün döyülməsi, polislər tərəfindən ona psixoloji təsir göstərilməsi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Azər Təqsirləndirilən şəxsbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şöbənin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış, habelə fərdi yaşayış evində aparılmış baxış və götürmə (həmin istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən DVD disklərə baxışdan görünür) zamanı, ilkin izahatında, şübhəli şəxs və 07 avqust 2023-cü il tarixində təqsirləndirilən kimi verdiyi ifadələrində, həmçinin barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə narkotik vasitələrin satışı ilə təqsirli bildiyini, narkotik vasitəni satış məqsədi ilə əldə etdiyini etiraf etmiş, hətta əməlindən səmimi peşiman olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində özünə məxsus olduğunu etiraf etdiyi narkotik vasitə barədə 18/783 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən heç bir etirazının olmadığını bildirmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 06 avqust 2023-cü il tarixdə yaşadığı evin qarşısında zor tətbiqi ilə, onunla oğluna fiziki güc tətbiq etməklə tutulub aparılmalarını həmin küçədə yerləşən marketi işlədən və dönərxanada işləyən şəxslərin gördüklərini deyərək, onların həmin halın təsdiqi üçün əlavə şahid qismində məhkəməyə çağırılaraq dindirilmələri barədə verdikləri və məhkəmə heyəti tərəfindən təmin edilmiş vəsatəti həmin şəxslərin məhkəməyə gəlməkdən imtina etmələri və gəlməmələri nəticəsində mümkün olmamışdır. Məhkəmə istintaqı boyunca müdafiə tərəfinin məhkəməyə verdiyi və məhkəmə tərəfindən təmin olunmuş çoxsaylı vəsatətlər əsasında əldə edilmiş ayrı-ayrı mobil telefon nömrələrinə giriş-çıxış zəngləri, sms-lər, habelə anten dairələrinə dair məlumatlarda nə Təqsirləndirilən şəxs, nə onun oğlu Fərid Əsədovla adlarını hallandırdıqları polis əməkdaşları, əməliyyatçılar arasında hər hansı bir formada əlaqə müəyyən olunmuşdur. Müdafiə tərəfinin mübahisələndirdiyi cinayət işi üzrə Sabirabad Rayon Polis Şöbəsinin Təqsirləndirilən şəxs həyətyanı sahəsinə, həyətindəki tikili və yarımtikiliyə baxış keçirilməsi haqqında qərarının qanuniliyi barədə müvafiq məhkəmə qərarının olmaması barədə məsələyə gəlincə, məhkəmə hesab edir ki, belə bir məhkəmə qərarının olmaması Təqsirləndirilən şəxs verilmiş ittihamın mahiyyətinə bu və ya digər formada təsir etmir, habelə aparılmış ibtidai araşdırma zamanı hər hansı pozuntuya yol verilməsini deməyə əsas vermir. Belə ki, məlum olduğu kimi “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin Vİİ hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur. Bununla yanaşı, ayrıayrı konstitusiya normalarında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasında məhkəmə nəzarətinin vacibliyi xüsusi qeyd edilir. Məsələn, Konstitusiyanın 33-cü maddəsinin İİ hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır. Məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpası). Bununla yanaşı, əməliyyat-axtarış fəaliyyətinin əsasları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ilə tənzimlənir. Bu Qanun insanların konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn hər hansı bir əməliyyat-axtarış tədbirinin yalnız məhkəmənin qərarı əsasında keçirilməsini və ya keçirildikdən dərhal sonra məhkəməni həmin tədbir haqqında məlumatlandırmağı nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. X19 da göründüyü kimi ibtidai istintaq orqanının əməliyyat-axtarış tədbirinin keçirilməsi ilə bağlı qərarının qanuniliyinin yoxlanılmasında məqsəd cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması, yəni, əsassız və qanunsuz məhdudlaşdırılmanın istisna edilməsi, hüquqların pozulmasına son qoyulması və pozulmuş hüquqların bərpasıdır. Bu mənada, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, həmin tarixdə şöbənin əməkdaşları tərəfindən yaşadığı evə və yarımtikiliyə baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fərdi yaşayış evinə baxış və götürmə istintaq hərəkətləri aparılmazdan əvvəl polis şöbəsində onun üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Belə olan halda, sonradan onun fərdi yaşayış evində baxış və götürmə aparılması barədə qərarın qanuniliyinin yoxlanması zəruri deyildir, çünki, o, artıq istintaq orqanının nəzarətində idi. Bundan başqa, müdafiə tərəfinin Təqsirləndirilən şəxs Vamiq Vəliyev adlı şəxsə narkotik vasitə satmaması barədə iddiasına gəlincə, məhkəmə heyəti qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə həm Sabirabad Rayon Polis İdarəsinin inzibati binasında üzəridə aparılmış axtarış, həm də fərdi yaşayış evində aparılmış baxış və götürmə zamanı bildirmişdir ki, evinin zirzəmisindən aşkar olunan heroinin 50 (əlli) qramını Sabirabad şəhər sakini Vamiq adlı şəxsə vermişdir. Bundan əlavə, məhkəmənin sorğu əsasında əldə etdiyi, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(009)-396/2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Vamiq Vəliyev özünün barəsində olan cinayət işi üzrə məhkəmədə təqsirləndirilən, habelə hazırki iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitə aldığını təkzib etsə də, özünün barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitələri həmişə Azər adlı Sabirabad rayon sakinindən aldığını etiraf etmişdir (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmü 07 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 64 və 65-ci maddələrinin tələbinə görə, cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburiliyi onun kassasiya qaydasında və yeni açılmış hallar üzrə yoxlanılmasına, ləşv edilməsinə və dəyişdirilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsir və təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar ibtidai istintaq zamanı etdiyi şikayət əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Sabirabad Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində onun polis əməkdaşları tərəfindən hər hansı bir təsir və ya təzyiqə məruz qalmaması barədə 12 dekabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində 04 dekabr 2023-cü il tarixdə verdiyi ifadəsində saxlanılarkən şöbədə polis əməkdaşları tərəfindən döyülməməsi, ləyaqətinin alçaldılmamasını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəmə nəzarəti qaydasında keçirilmiş məhkəmə iclasında belə ona qarşı bu və ya digər formada təsir və ya təzyiq göstərilməsinə dair heç bir söz deməmişdir. Məhkəmədə dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin sabiq və hazırki əməkdaşları hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişdirlər ki, Təqsirləndirilən şəxs saxlanılarkən tərəflərindən ona qarşı hər hansı bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz psixoloji təsir-təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulmamışdan əvvəl və tutulduqdan sonra polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12-20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Odur ki, məhkəmə göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaqın sonlarında, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, baxış zamanı evinin zirzəmisindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olması barədə deməsini, bu barədə olan protokolu, bundan başqa onun ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan başqa, məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ilkin izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddədə nəzərdə tutulan cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixotrop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49-cu bəndinə əsasən heroin dövriyyəsi qadağan olunmuş narkotik vasitədir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 800 (səkkiz yüz) qramadək çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə qanunvericiliyin müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə edib saxlaması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin sabiq və hazırki əməkdaşlarının ifadələri, “şəxsi axtarış aparılması haqqında”, “baxış keçirilməsi və götürmə aparılması barədə” xx.xx.2023-cü il tarixli protokollar, həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, ekspert rəyləri və digər sənədlər, maddi sübut kimi tanınmış heroinin çəkisi, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bu mənada, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələr və psixotrop maddələrin satışında təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs arvadının xəstə olmaqla qulluğa ehtiyacının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində göstərilir ki, residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, həmçinin, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara (təhlükəli residivin olması) əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur, eyni zamanda onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona, azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi-X21 rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş ümumi təmiz çəkisi 912,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 911,90 qramı məhv edilməli, baxış və götürmə istintaq hərəkətinin videgörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş ümumi təmiz çəkisi – 912,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 911,90 qramı məhv edilməli; baxış və götürmə istintaq hərəkətinin videgörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 06 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən aşkar edilmiş ümumi təmiz çəkisi – 912,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 911,90 qramı məhv edilsin; baxış və götürmə istintaq hərəkətinin videgörüntülərini özündə əks etdirən bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-402/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-402/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver