Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-403/2022 08.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1992-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işləməyən, ünvan 3-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-29,087 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb yaşadığı ərazidə üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 18 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Astara şəhəri, Z.Bünyadov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən iki ədəd bükümdə,ayrıayrılıqda 15,181 qram və 13,906 qram olmaqla cəmi, külli miqdarda-29,087 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, qanunsuz olaraq bir ədəd soyuq silah əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyıb evin yataq otağındakı dolabın siyirməsində saxlamış, 18 fevral 2022-ci il tarixdə, saat 18 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin birinci mərtəbəsində yerləşən yataq otağındakı dolabın siyirməsindən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, istifadəyə yararlı, soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham özünü qismən təqsirli bilib, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib CM-nin 228.4-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləməmişdir. Əvvəllər narkotik maddə olan heroindən istifadə etsə də, sonradan narkotiklərdən istifada etməmişdir. 2021-ci ildə Astara Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmişdir. Məhkum olunduqdan sonra o, ümumiyyətlə narkotiklərdən istifadə etməmişdir.18 fevral 2022-ci il tarixdə, günorta saatlarında yaşadığı küçədə olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində məlum olmuşdur ki, onu narkotikə görə tutublar, lakin həmin vaxt üzərində narkotik maddə olmamışdır.Sonra polis əməkdaşları cibinə iki büküm heroin qoyub “sən narkotiklə bağlı tutulmalısan” deyib ona qarşı təzyiqlər edib cibinə qoyduqları heroinin özünə məxsus olmasını bildirməsini məcbur etmişlər. Bundan sonra videoçəkilişlə üzərində axtarış olmuş və cibinə qoyulmuş iki büküm heroin aşkar edilib götürülmüşdür.Həmin vaxt polislərin təzyiqi ilə o, aşkar olunmuş heroinin özünə məxsus olmasını, küçədən tapdığı bildirmişdir.Əslində isə aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini cibinə polis əməkdaşları qoymuşdur.Tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş heroin ona yox, polis əməkdaşlarına məxsusdur.Sonra polis əməkdaşları onu yaşadığı evə aparıb videoçəklişlə evdə axtarış aparmışlar.Polislər evdə axtarış zamanı mərhum anasına məxsus bir ədəd elektron tərəzi və özünə məxsus bir ədəd ov bıçağı aşkar edib götürmüşlər.Ov bıçağını bir neçə il əvvəl Bakı şəhərindən almışdır. Belə bıçağı alıb saxlamağın cinayət olduğunu bilməmişdir. İstintaq zamanı ona məlum olmuşdur ki, ekspert rəyinə əsasən yaşıdığı evdən götürülmüş elektron tərəzinin üzərində heroin izləri vardır, lakin o, həmin rəylə razılaşmır. O, bıçağa görə verilmiş ittiham üzrə özünü təqsirli bilir, lakin üzərində heroin aşkar olunması və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiiham üzrə özünü təqsirli bilmir. Tutulan vaxt üzərində narkotik maddə olmamış, heç kimdən narkotik maddə almamış və heç kimə də narkotik maddə satmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitə-heroin istifadəçisidir və iki həftədə bir dəfə olmaqla heroindən istifadə etmişdir.18 fevral 2022-ci il tarixdə, saat 14 radələrində yaşadığı evin yaxınlığında küçədə yolun kənarında iki ədəd sellofan bükümü görüb görmüş, həmin bükümlərin içərisində heroin olmuşdur. Sonra o, həmin bükümləri əynindəki gödəkcənin cibinə qoyub saxlamışdır. Bundan sonra o, Astara şəhərinin mərkəzinə getmiş, bir az sonra geri evinə qayıdarkən küçədə yanında avtomobil dayanmış və avtomobildən düşən polis əməkdaşları ona narkotik maddələr saxlamaqda şübhəli olmasını bildirilib onu polis şöbəsinə aparmışlar. Həmin vaxt əynindəki gödəkcənin yan cibində bir qədər əvvəl küçədən tapdığı iki büküm heroin olmuş, yol gedərkən onları kənara atmaq istəsə də, buna fürsət tapa bilməmişdir. Polis şöbəsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Üzərində axtarış zamanı üstündə narkotik maddə olduğunu bildirib özü əynindəki gödəkcənin cibindən iki bükümdə olan heroini çıxarıb polislərə təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin heroin kütlələri qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Bundan sonra polis əməkdaşları özünün iştirakı və razılığı ilə yaşadığı evdə axtarış aparmışlar. Axtarış zamanı evin birinci mərtəbəsində yerləşən mətbəxdəki dolabdan bir ədəd elektron tərəzi və yataq otağındakı dolabın içindən bir ədəd bıçaq aşkar edilib götürülmüşdür. Elektron tərəzi mərhum anasına məxsus olmuş, anası həmin tərəzidən qızıl-zinət əşyalarını çəkmək üçün istifadə etmişdir. Evdən aşkar olunmuş bıçaq ona məxsus olmaqla onunla evdə məişət işlərini görmüşdür. Həmin bıçağı 2017-ci il tarixdə Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığında hazırda xatırlamadığı yerdən və tanımadığı şəxsdən 10 manata almışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində və yaşadığı mənzildə axtarışının keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin maddəni onun cibinə polis əmkdaşları qoymuşlar. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞ-nin əməkdaşıdır. 18 fevral 2022-ci il tarixdə ona, Astara şəhəri sakini Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin gün özünün də daxil olduğu əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, əməliyyat yolu ilə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edildikdən sonra saat 15 radələrində Astara şəhəri Z.Bünyadov küçəsində Təqsirləndirilən şəxs piyada hərəkətdə olarkən əməliyyat qrupu tərəfindən saxlanılıb X3 dövriyyəsində şübhəli olduğu bildirilib polis şöbəsinə gətirilmişdir.Şöbədə müstəntiq Ərəstun Mahmudzadə tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən iki ədəd bükümü çıxarıb təqdim edib bükümlərdə heroin olduğunu, küçədən tapdığını və özünün şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra əməliyyat qrupu tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı evdə (ünvan 2 ünvanında) axtarış apaılmışdır. Axtarış zamanı Zaminin bacısı da iştirak etmiş və axtarışının aparılmasına onların heç bir etirazı olmamışdır.Axtarış zamanı evdən bir ədəd elektron tərəzi və bir ədəd ov bıçağı aşkar olunmuşdur.Aşkar olunmuş tərəzi və bıçaq müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar daxil olsa da, onun narkotik maddə satdığı şəxslərin şəxsiyyətini də müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır.18 fevral 2022-ci il tarixdə, axşam saatlarında evdə olarkən qardaşı Zamini polis əməkdaşları evə gətirmişlər. Sonra polis əməkdaşları Zaminin və onun iştirakı ilə, həm də videoçəkilişlə evdə axtarış aparmışlar. Axtarış zamanı polis əməkdaşları evin mətbəxdəki dolabdan bir ədəd elektron tərəzi, yataq otağındakı dolabdan isə bir ədəd bıçaq aşkar edib götürmüşlər. Evdə aşkar olunmuş elektron tərəzi mərhum anasına məxsus olmuş, bıçaq isə qardaşı Zaminə aiddir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Zamin narkotikə görə tutulmuşdur. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 18 fevral 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Astara şəhəri, Z.Bünyadov küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs X3 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 18 fevral 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə, saat 15 radələrində Astara şəhəri, Z.Bünyadov küçəsində saxlanılıb Astara RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 18 fevral 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Astara RPŞ-nin müstəntiqi Ərəstun Mahmudzadə tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində heroini yerdən tapdığını bilirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Axtarış və götürmə aparılması haqqında” 18 fevral 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Astara RPŞ-nin müstəntiqi Ərəstun Mahmudzadə tərəfindən müdafiəçinin, Təqsirləndirilən şəxs və Şahid5 iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılmışdır. Axtarış zamanı evin birinci mərtəbəsində yerləşən mətbəxdəki dolabdan bir ədəd elektron tərəzi və həmin mərtəbədə yerləşən yataq otağındakı dolabın içindən bir ədəd bıçaq aşkar edilmişdir. Aşkar edilmiş elektron tərəzi və bıçaq qablaşdırılıb götürülmüş və axtarışla bağlı aparılmış videoçəkliş 06 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd bükümdə n/v olan heroinə bənzər kütlələr .” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-15,181 qram və 13,906 qram olmaqla ümumi təmiz çəkisi 29,087 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitəheroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi .” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır.Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq heroin 28,987 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspetizasının 15 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, təyinatı üzrə istifadəyə yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan,“Maddi sübut kimi tanıma haqqında”19 fevral 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2022-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 28,987 qram heroin, üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi və bir ədəd bıçaq maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarış və axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 07 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 21 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 21 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 11 may 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etmə mənbəyi barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitəni üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutularkən üzərində narkotik maddənin olmaması, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması, həmin narkotik vasitəni üzərinə polis əməkdaşları tərəfindən qoyulması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olması və istifadəsi üçün üzərində saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Astara Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilib üzərində aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 29,087 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iki bükümdə olmaqla külli miqdarda heroini yaşadığı ərazidə küçədə üzərində saxlayıb daşıması onun həmin narkotik maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış və daşımış, habelə qanunsuz olaraq soyuq silah olan bıçaq əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Astara Məhkəməsinin 20 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-18 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan, Astara rayon İcra və Probasiya şöbəsinin 29 iyun 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Astara Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü icra üçün 27 may 2021-ci il tarixdə şöbəyə daxil olmuş və Astara Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qrarının 5-ci bəndi tətbiq edilərək ona təyin edilmiş 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 (bir) il azaldılmışdır. Habelə məhkum Təqsirləndirilən şəxs CMnin 234.4.3-cü maddəsi ilə cinayət törətməsi və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəlinin 18 fevral 2022-ci il tarixdən hesablanması nəzərə alınaraq hazırda 14 aprel 2021-ci il tarixli hökmlə təyin olunmuş 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 08 ay 19 gün təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddələrinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən məhkumluğu olmayan hesab edilir) 14 aprel 2021-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edlimiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs olsa da, onun əməlində cinayətin residivi yoxdur. İşdə olan, Astara rayon İHB-nın Astara şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 3-də qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CMnin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 228.4 və 234.4.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, habelə Astara Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdarılması cəzası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdarılmanın iki günü hesabı ilə hesablanmaqla 4 (dörd) ay 9 (doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib CM-nin 67.1-ci maddəsinə əsasən, həmin cəza yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 28,987 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddə sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, eləcə də iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 07 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-114 (yüz on dörd) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Astara Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 8 (səkkiz) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdarılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdarılmanın iki günü hesabı ilə hesablanmaqla 4 (dörd) ay 9 (doqquz) gün müddət azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, həmin cəza yeni təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2022ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 28,987 qram narkotik vasitə olan heroin, üzərində heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarış və axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 7 (yeddi) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-114 (yüz on dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-403/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-403/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver