Məhkəmə qərarları › İş №1(099)-403/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-403/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-403/2023 14.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olunmayan, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, 13 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Salyan Rayon Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli, 4(057)-3/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ildə Salyan rayonu, Çadırlı kəndi ərazisində otlaq sahəsində heyvan otardığı vaxtlarda yaxından şəxsən tanıdığı həmkəndlisi-«Salyan Rayon Mərkəzi Xəstəxanası» X15 «Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində» diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs ilə söhbət zamanı zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, əvvəlki müddətdə ayrıayrı şəxslərin sonuncu ilə intim münasibətdə olmasını görüb ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2020-ci ilin yay fəsli ərzində istintaqa dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda Salyan rayonu, Çadırlı kəndi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, «Aerodrom» və «Neftyannik» deyilən ərazilərdə dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə ayrı-ayrı şəxslərlə intim münasibətdə olması barədə dayısı X11 məlumat verəcəyi ilə hədələyərək yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün əynindəki şalvar və tursiyini dizinə qədər aşağı çəkib Zərərçəkmiş şəxs isə əynindəki şalvar və tursiyini dizinə qədər soyundurub qucaqladıqdan sonra qışqırmasının qarşısını almaq üçün əli ilə ağzını tutub zor tətbiq edərək hər dəfə Zərərçəkmiş şəxs dodaq və döşlərindən öpmək, üzərinə uzanaraq ereksiya vəziyyətində olan öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə spermasını xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib və köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə Salyan rayonu, Çadırlı kəndində yerləşən yaşadığı evdən oğurluq olmuş, oğurluq hadisəsi üzrə Salyan RPŞ-nə ərizə ilə müraciət etmiş, polislər müraciətiylə əlaqədar gəlib evinin şəklini çəkib getmişlər. Polislər ondan evindən oğurluq edilməsi ilə əlaqədar şübhələndiyi şəxsin adını çəkməyini xahiş etmişlər, həmin şəxsin ifşa olunaraq məsuliyyətə cəlb olunmasını bildirmişlər. Polis əməkdaşlarına ad verə bilməyəcəyini, çünki kənddə düşməni, şübhələndiyi adam olmamış, bundan sonra polislər onu bir az incitmişlər. Tutulan vaxtı, yəni 13 yanvar 2023-cü ildə polislər onu polis şöbəsinə çağıraraq bildirmişlər ki, evindən oğurluq edən şəxs saxlanılıb, sonra fiziki təzyiqlər göstərərək hadisəni boynuna qoymuşlar. Həmin vaxt Sevincdən ifadə almışlar və Sevinc bildirmişdir ki, Abbas ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Onun adını RPŞ-nin əməkdaşlarına verən Sadiq adlı oğlanı da tutmuşdular, Sadiq onun Sevincə toxunmadığını bildirmişdir. RPŞ-də Salyan Rayon Prokurorluğunun müstəntiqi Ceyhun Quliyev müdafiəçisi-Müdafiəçi1 çöldə ola-ola otağa daxil olaraq ona boş vərəqlərə imza etdirmiş və narahatçılığa əsas olmadığını bildirmişdir. Ceyhun Quliyevə savadı olmadığını, nəyə imza çəkdiyini bilmədiyini demiş, sonuncu isə cavabında narahat olmamasını, onun ziyanına heç nə yazmadığını bildirmişdir. Müdafiəçisi Müdafiəçi1 içəri daxil olduqdan sonra Ceyhun Quliyevə sənədlərə imza atdırmağıyla bağlı irad tutmuşdur ki, onun iştirakı olmadan nəyə görə sənədlərə imza çəkdirmişdir. Ceyhun Quliyev də müdafiəçisinə cavabında boş şey olduğunu bildirmişdir. Sevincə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Ona qarşı verilmiş ittiham tamamilə əsassız və qanunsuzdur. Bütün qanunsuz proseslər müstəntiq Ceyhun Quliyevə qarşı etirazından sonra baş vermiş, Ceyhun Quliyev ona qarşı qərəzli olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər Sevinci tanımamış, Sevinc kəndlərindən 5 km aralıda ailə üzvüləri ilə birlikdə yaşamış, Sevinci istəklisi Sadiqlə birlikdə söhbət edəndə görmüşdür. Barəsində olan cinayət işini aparan polis müstəntiqi Nahidlə arasında qərəzli münasibəti olmamış və Nahid ona qarşı hərhansı qanunsuz hərəkət etməmişdir. Müstəntiq Nahidə etirafedici ifadələr verməmişdir. Salyan Rayon Prokurorluğunda müstəntiq Ceyhun Quliyevə videoçəkilişlə ifadə verməmişdən əvvəl onu etirafedici ifadələr verməyi üçün müstəntiq Ceyhun, İsmayıl, Vasif adlı şəxslər və öz müdafiəçisi Zaur döymüşlər. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş və müəyyən edilmişdir ki, o, 15 yanvar 2023-cü ildə ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, şəxsi təsərrüfatında heyvandarlıq və əkinçiliklə məşğul olduğunu demişdir. Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarında tanımış, qohumluq əlaqələri olmamışdır. 2020-ci ilin yay aylarında tez-tez Sevincin yaşadığı evin yanından keçib mal-qarasını otarmağa gedəndə Sevinc küçədə onu görüb salamlaşmış, atı ilə oynamış və atının arxasınca qaçmışdır. Sevinc bir dəfə də otlaq sahəsində onun heyvanları otardığı yerə gəlib onun atı ilə oynamış və atın vura biləcəyindən qorxub Sevinci oradan qovmuşdur. Sevincin anası Sevdanı həmkəndlisi kimi çoxdan tanımış, Sevda həmin vaxtlarda müxtəlif günlərdə ona evlərinin arxasında, taxıl sahəsinin kənarında 3 dəfə çaynikdə çay və konfet gətirib vermişdir. Sevincin atası və anası lal və kar olmuş, atası həm də spirtli içki aludəçisi olmuşdur. Sevincin həmin vaxtlar 10-12 yaşı olmuş, özünün deməsinə görə 2-ci və 3-cü sinifdə oxumuşdur. Çox vaxtı həmkəndlisi Sadiqlə bir yerdə mal-qara otarmışdır. 2020-ci ili yay aylarında dəqiq xatırlamadığı vaxtda sahədə mal-qara otaranda Sevinc tək ora gəlib onunla danışmış, sonra Sadiqi sevdiyini deyərək Sadiqə zəng edib onları danışdırmağını istəmişdir. Sadiqin nömrəsini yığıb telefonu Sevincə vermiş, Sevinc də Sadiqlə telefonla danışmışdır. Bir neçə gün sonra Sadiq ora velosipedlə gəlmiş, Sevinc onun yanında da Sadiqi sevdiyini demişdir. Sadiq əvvəl onun yanında Sevincdən xoşu gəlmədiyini demişdir. Onlara təklif etmişdir ki, yaxınlıqdakı dərənin dibinə gedib söhbət etsinlər. Sevinc razılaşaraq dərənin dibinə getmiş, Sadiq də onun ardınca getmiş və bir neçə dəqiqədən sonra qayıtmışlar. Onların orada nə etdiklərini bilməmişdir. Bundan bir neçə gün sonra mal-qara otardıqları yerin yanındakı dərənin yanından keçəndə Sadiqin dərənin dibində Sevinci arxadan qucaqladığını görmüş, onlara heç nə deməyib getmişdir. Bundan 3-5 gün sonra Çadırlı kəndində «Aerodrom» və «Neftyannikin» adlanan ərazilərdə mal-qara otararkən Sevinc yenə də onların yanına gəlmişdir. Sevinc orda pis sözlər danışıb Sadiqə pis-pis təkliflər etmişdir. Mal-qaranın arxasınca gedib qayıdanda «Neftyannikin» adlanan ərazinin ayaqyolundan səs-küy gəldiyini görmüş, pəncərədən baxdıqda Sadiqin arxadan, Muradın isə qabaqdan Sevinci qucaqladıqlarını görmüşdür. Onların Sevinclə intim münasibətdə olduqlarını başa düşmüş, Sadiq onu görüb çölə çıxaraq onun ardınca gəlib mal-qarasını otarmağa davam etmişdir. Bundan 2-3 gün sonra yenidən həmişəki yerdə Sadiqlə birlikdə heyvanlarını otardığı vaxt təxminən saat 11 radələrində Sevinc onların yanına gəlmişdir. Orada birlikdə söhbətləşdikdən sonra Sadiq heyvanları uzaqlaşdığı üçün onları geri qaytarmaq məqsədilə onların yanından atla ayrılmış və heyvanlarını gətirməyə getmişdir. İkisi Sevinclə bir yerdə olanda Sevinc ona arxa yanınının qaşındığını deyib oranı qaşımağını istəmiş, lakin o, qaşımamışdır. Həmin vaxt oradakı dərəyə düşüb sidiyə getməyə başlamış, bu vaxt Sevinc onun ardınca gəlib gülə-gülə ona baxmışdır. Sevincə getməsini desə də, Sevinc getməmişdir. Şalvarının qabağını bağlamaq istəyəndə Sevinc onun yanına gəlmiş və əlinə alıb oynatması üçün ondan cinsi orqanını çıxartmağını istəmişdir. Həmin vaxt onu ehtiras bürümüş və Sevinci özünə tərəf çəkib qucaqlamış, dodağından öpmüş, ancaq cinsi orqanını Sevincin əlinə verməmişdir. Sevinc özü əynindəki güllü naxışlar olan qırmızı ağ rəngli nazik şalvarını aşağı çəkib arxasını ona çevirərək aşağı əyilmişdir. Ehtirasını cilovlaya bilməyib cinsi orqanını çıxardaraq ereksiya vəziyyətinə gəlmiş cinsi orqanını Sevincin arxa anal dəliyi ətrafına, qıçlarının arasına sürtmüş, sonra Sevinci üzü üstə tam yerə uzadıb üstündə dala-qabağa hərəkət etmişdir. Bu vaxt orqazm olmuş və spermasını yerə tökmüşdür. Sevinc şalvarını özü çəkməyə başlamışdır. Cinsi orqanını oradakı otlarla silib şalvarının qabağını bağlayanda Sadiq dərənin üstünə gəlib çıxaraq onlardan nə iş gördüklərini soruşmuşdur. Sadiqə heç nə deməmiş və şalvarlarını çəkib oradan çıxmışlar. Sevincə və Sadiqə etdiyi həmin hərəkəti heç kimə danışmamalarını tapşırmışdır. Bundan bir neçə gün sonra səhər saatlarında malqaranı otarmağa aparanda Sevinc yenə mal-qaranın arxasınca düşüb onunla sahəyə getmək istəyəndə anası və dayısı bunu görüb Sevincin arxasınca qaçaraq Sevinci tutub evlərinə aparmışlar. Bundan sonra bir daha Sevinci görməmişdir. Sevinclə intim münasibətdə olandan sonra Sadiqin və ya başqalarının Sevinclə eyni hərəkətləri etdiklərini görməmişdir. Sevinclə yalnız bir dəfə qeyd etdiyi vaxtda cinsi münasibətdə olmuş, sonrakı müddətdə heç vaxt, heç yerdə Sevinclə cinsi yaxınlıq etməmişdir. Cinsi münasibətdə olduğu vaxt öz cinsi orqanını Sevincin arxa anal dəliyinə yaxud cinsi orqanına salmamışdır. Sevinc uşaq olduğundan zədə yetirə biləcəyindən qorxmuşdur. Sevincə qarşı qeyd etdiyi hərəkətləri xəlvətdə dərədə etmiş, ətrafda heç kim olmamış, sonradan ora Sadiq gəlmişdir, Sadiqdən başqa heç kim gəlməmişdir. Sevincə qarşı qeyd etdiyi hərəkətləri edərkən Sevincin bakirə olub-olmadığını bilməmişdir. Çünki Sevincin cinsi orqanına toxunmamış, yaxud Sevinc özü ona bu haqda heç nə deməmişdir. Həmin vaxt Sevinc psixi xəstələr kimi hərəkətlər etmiş, ağzına gələni danışmış, söyüş söymüş, düşüncəsiz hərəkətlər etmiş, səbəbsiz yerə dağa-daşa dırmanmışdır. Həmin vaxt yaxud sonrakı müddətdə hər hansı psixi xəstəliyi olmamış, psixi xəstəliyə görə heç bir yerdə müalicə olunmamışdır. Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü ildə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən istintaq hərəkəti iştirakçılarını müstəqil olaraq sərbəst şəkildə özü Salyan rayonu, Çadırlı kəndində örüş sahəsi olan hadisə yerinə aparmış, orada Sevinc ilə intim münasibətdə olduğu yeri əli ilə göstərərək ifadəsində göstərdiklərini bir daha olduğu kimi demişdir. Salyan Rayon Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli, 4(057)-3/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata qapalı məhkəmə iclasında baxılarkən Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş, törətdiyi əməli etiraf edərək, yaşlı olmasını, səhv etdiyini demiş və ona köməklik edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməməsi ilə bağlı dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadələri, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2020-ci ilin yay vaxtı Sadiqi tanımış və onunla münasibəti yaranmışdır. 2020-ci ilin yay vaxtı dəqiq xatırlamadığı tarixdə Sadiq qoyun otardığı yerin yaxınlığında qurumuş kanalın içərisində Sadiq onu qucaqlayıb öpmüş və şalvarını soyunduqdan sonra öz cinsi orqanını onun cinsi orqanına və arxa anal dəliyinə sürtmüşdür. Həmin vaxt Abbas da onları görmüşdür. Bir neçə gün sonra Sadiqlə Abbasın yanına getmiş, Abbasla tək olanda Abbas ona Sadiq və Muradla intim münasibətdə olduğunu gördüyünü deyərək onunla da eyni hərəkətləri etməyini tələb etmiş, razılaşmadıqda Abbas ona Sadiqgillə etdiklərini dayısı Şamoya deyəcəyini bildirmiş, Abbasın dediklərindən bərk qorxduğu üçün Abbasla razılaşmışdır. Abbas onu yaxınlıqdakı içərisində su olmayan dərəyə aparmış və dərənin içində özünə tərəf çəkib qucaqlayaraq üzündən öpmüşdür. Abbas ondan şalvarını aşağı çəkməyini istəmiş, Abbasdan qorxduğu üçün əynindəki şalvarını və tursiyini dizədək aşağı çəkmişdir. Abbas onun arxasına keçmiş və onu üzü üstə yerə uzatmışdır. Abbas cinsi orqanını onun bədəninə, arxa anal dəliyinə və cinsi orqanına sürtmüşdür. Abbas öz cinsi orqanını onun arxa dəliyinə salmaq istəyəndə incitdiyi üçün qışqırmış, Abbas da əli ilə onun ağzını tutaraq qışqırmağa qoymamış və soxmağı dayandırmışdır. Abbas onun üstündə olanda Abbasın cinsi orqanından ağ maddə gəlib yerə tökülmüşdür. Sadiq onları görmüşdür. Abbas da cinsi orqanını oradakı otlarla silmişdir. Şalvarını çəkib Abbasla bir yerdə dərədən çıxmışdır. Sadiq ondan Abbasla nə iş gördüyünü soruşduqda Sadiqə Abbasın etdiklərini danışmışdır. Abbas cinsi orqanını onun cinsi orqanına salmamış, ancaq sürtmüşdür. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildmişdir ki, Abbas cinsi orqanını onun bədəninə, arxa anal dəliyinə və cinsi orqanına dəfələrlə ayrı-ayrı vaxtlarda sürtmüşdür. Abbas yaşadıqları evə heç vaxt gəlməmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və məhkəmədən ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 2020-ci ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə Qaraçala kəndi ərazisindəki çöllükdə heyvan otarmışdır. Abbasın yanında olmadığı vaxt bir dəfə Abbasın telefonundan ona zəng gəlmiş və telefonda danışanın Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Sevinc telefonda ondan xoşu gəldiyini deyərək, onu Abbasın yanına çağırmış, həmin vaxt işi olduğu üçün getməmişdir. Təxminən 2-3 gündən sonra velosipedi ilə Abbasa baş çəkmək üçün yanına getmiş, bu vaxt Sevinc də tək ora gəlmişdir. Abbasın yanında olanda Sevinc onu sevdiyini demiş, Sevincdən çox da xoşu gəlməmişdir. Abbas onlara təklif etmişdir ki, yaxınlıqdakı dərənin dibinə gedib söhbət etsinlər. Sevinc razılaşaraq dərənin dibinə getmiş, utandığı üçün getmək istəməyəndə Sevinc dərədən soyunduğunu deyib onu çağırmış, ora gedib görmüşdür ki, Sevinc əynindəki şalvarı dizinədək çəkib onu gözləyir. Sevinc ona «gəl məni elə» dedikdə başa düşmüşdür ki, Sevinc onu cinsi əlaqədə olmağa çağırır. Abbas yaxınlıqda olduğu üçün Abbasın ora gələ biləcəyindən qorxaraq Sevincə toxunmamışdır. Bu vaxt Abbas onlar tərəfə atla gəlməyə başlamış, Sevinc Abbası görüb şalvarını çəkərək dərədən çıxmışdır. Bir neçə dəqiqə orada söhbət edəndən sonra evlərinə getmişlər. Bundan 2-3 gün sonra Sevinc xatırlamadığı telefon nömrəsi ilə onun ***-***-**-** nömrəsinə zəng edərək atasının telefonu ilə danışdığını, yenə də onu sevdiyini bildirmişdir. Sevinclə danışmaq istəmədiyi üçün sevmədiyini deyib nömrəsini bloka atmışdır. Sevinc sonra başqa bir nömrə ilə də zəng etmiş, yenə də danışmamışdır. Bundan təxminən 10-15 gün sonra bir neçə gün dalbadal Abbasın yanına gedərək bir yerdə mal-qara otarmışlar. Xatırlamadığı gündə günorta saatlarında Sevinc tək onların yanına gəlmiş və yenə də onu sevdiyini bildirib onunla zarafatlaşmışdır. Xoşu gəlmədiyi üçün Sevinci qovmuşdur. Bundan sonra da 2-3 gün ərzində Sevinc onun yanına gəlib-getmişdir. Xatırlamadığı gündə axşam saatlarında Abbas öz heyvanlarını evə apararkən Abbasa Sevinci evinə ötürüb qayıdacağını deyərək ondan ayrılmışdır. Abbas gözdən itəndən sonra Sevinc yenə də onunla cinsi əlaqədə olmaq istəmiş və onu qurumuş su kanalına aparmışdır. Orada olan dərəyə birlikdə girdikdən sonra dərənin içində hər ikisi soyunmağa başlamışlar. İlk dəfə həmin yerdə Sevinclə intim münasibətdə olmuşdur. Bundan 2-3 gün sonra mal-qara otardıqları yerin yanındakı dərədə Sevincin istəyi ilə Sevinclə yenə də arxadan intim münasibətdə olmuşdur. Bu vaxt ora hardansa Abbas və həmkəndlisi Murad gəlmiş və onun Sevincə qarşı etdiyi hərəkəti görmüşlər. Onlar heç nə deməyib getmişlər. Bundan 2-3 gün sonra yenidən həmin yerdə Abbasla birlikdə heyvanlarını otardığı vaxt təxminən saat 11 radələrində Sevinc onların yanına gəlmişdir. Orada birlikdə söhbətləşdikdən sonra heyvanları uzaqlaşdığı üçün onları geri qaytarmaq məqsədilə atla Abbasın və Sevincin yanından ayrılmış və heyvanları gətirməyə getmişdir. Təxminən 5 dəqiqə sonra Sevincin qışqıraraq bir dəfə «ay mama» dediyini eşitmiş və səsin gəldiyi dərəyə tərəf qaçmışdır. Dərəyə çatanda Abbasın Sevinci üzü üstə dərənin içinə uzatdığını, özünün də Sevincin arxadan üstünə uzanıb irəli-geri hərəkət etdiyini, hər ikisinin şalvarının yarıyadək aşağı enmiş vəziyyətdə olduğunu görmüşdür. Əvvəlcə səsini çıxartmayıb nəticəsini görmək istəmiş, Abbas 2-3 dəfə Sevincin üstündə irəli-geri hərəkət edəndən sonra ayağa qalxmış və oradan ot, yarpaq götürərək cinsi orqanını silməyə başlamışdır. Sevinc də ayağa qalxıb şalvarını çəkmişdir. Sevinclə Abbasın arxası ona tərəf olduğundan onu görməmişlər. Onlar şalvarlarını çəkən vaxtı səsini çıxardaraq, nə iş gördüklərini ucadan soruşmuş, onlar heç nə demədən dərədən çıxmışlar. Sevinc Abbasın onu elədiyini bildirmişdir. Abbas yaşlı kişi olduğu üçün utandığından Abbasa heç nə deməmiş və özlüyündə yaşına görə Abbası qınamışdır. Abbas ona gördüklərin haqda heç kimə heç nə deməməyini tapşırmış, Abbasın Sevincə qarşı etdiyi həmin hərəkəti heç kimə deməmişdir. Abbasın Sevinci intim münasibətdə olmaq üçün necə, hansı qaydada razı salması, cinsi orqanını Sevincin anal dəliyinə və ya cinsi orqanına salıb-salmadığını bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında» 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Salyan rayonu, Çadırlı kənd sakini X14 bacısı qızı 14 yaşına çatmamış -15 avqust 2009-cu il təvəllüdlü 5-ci sinif şagirdi Zərərçəkmiş şəxs yaşadıqları kənddə bir neçə şəxs tərəfindən ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda cinsi təcavüzə məruz qalması barədə 10 yanvar 2023-cü ildə Salyan Rayon Polis Şöbəsinə ərizə vermiş, həmin ərizə əsasında Salyan RPŞ-nin İstintaq Bölməsində və Salyan Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış material əsasında fakta görə Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə cinayət işi başlanmış və istintaq qrupu yaradılmışdır. (İ cild. i.v. 4-6). -«cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında» 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından azyaşlı Zərərçəkmiş şəxs qarşı etdikləri seksual xarakterli digər zorakılıq hərəkətləri ilə bağlı Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və həmin tarixdə cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Salyan Rayon Polis X3 göndərilmişdir. (İ cild. i.v. 1-3) -«Salyan Rayon Mərkəzi Xəstəxanası» X16 13 yanvar 2023-cü il tarixli, 102 nömrəli məktubu və əlavə olunmuş ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs 24 iyun 2022-ci ildən poliklinika şöbəsində «əqli gerilik debillik dərəcəsində, davranış qüsurları» diaqnozu ilə qeydiyyatdadır. (İ cild. i.v. 41) -«məhkəmə-tibbi ekspertizası»nın 13 yanvar 2023-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immunçatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır. (İ cild. i.v. 45-47) -«zərərçəkmiş şəxs qismində tanımaq haqqında» 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild. i.v. 70) -«zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında» 13 yanvar 2023cü il tarixli qərardan görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Qanuni nümayəndə1 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (İ cild. i.v. 74) -«şübhəli şəxsin tutulması haqqında» 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 88) -«üzləşdirmə haqqında» 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı Şahid ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini, inandırıcı şəkildə sonuncunun üzünə qarşı demişdir. Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid onun üzünə qarşı dediklərinin əksər hissəsi ilə razılaşaraq əlavə olaraq öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa anal dəliyinə salmadığını, sonuncunu incidəcək hər hansı hərəkət etmədiyini bildirmişdir. (İ cild. i.v. 117- 119) -«üzləşdirmə haqqında» 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, inandırıcı şəkildə sonuncunun üzünə qarşı demiş, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra bir neçə gün ərzində də, xatırlamadığı ayrı-ayrı vaxtlarda gündüz saatlarında onu intim münasibətdə olmasını dayısı Şamo Abasova deyəcəyi ilə hədələyərək yaşadıqları Salyan rayonu, Çadırlı kəndində çöllük ərazidə qamışların, kolların arasında onunla eyni qaydada intim münasibətdə olmuş və cinsi orqanını onun bədəninin müxtəlif yerlərinə, cinsi orqanına və arxa anal dəliyinə sürtüşdürmüşdür. Sonra Təqsirləndirilən şəxs həmin yerə qoyun otarmağa gəlməmiş və onunla əlaqəni kəsmişdir. Həmin üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərinin əksər hissəsi ilə razılaşaraq əlavə olaraq öz cinsi orqanını Zərərçəkmiş şəxs arxa anal dəliyinə salmaq istəmədiyini, sonuncunun qışqırmadığını, ancaq güldüyünü bildirmişdir. (İ cild. i.v. 120-122) -«təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunması haqqında» 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və Salyan Rayon Məhkəməsinin həmin tarixli 4(057)- 3/2023 nömrəli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ cild. i.v. 129-131, 148-150) -«Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbi»nin 16 yanvar 2023-cü il tarixli, 20 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs 17 sentyabr 2018-ci il tarixli əmrə əsasən həmin məktəbin birinci sinifinə daxil olub və 14 iyun 2022-ci ildə məktəbin 4-cü sinifini bitirdikdən sonra bir daha məktəbə gəlməmiş və 23 noyabr 2022-ci ildə məktəbdən xaric edilmişdir. (İ cild. i.v. 160) -«X9 MMC»nin 16 yanvar 2023-cü il tarixli, S/01-2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 13 yanvar 2023-cü il tarixdə psixoloji diaqnostika üçün həmin mərkəzə müraciət etmiş, müayinə nəticəsində xronoloji yaş 13 yaş 5 ay, zəka yaşı 9 yaş 1 ay, İQ=70 (norma 90-110 aralığını əhatə edir) səviyyəsində təyin olunmuşdur. Göstəriciləri sərhəd zəkadadır. Bərabərində özgüvən əskikliyi, stresə davamsızlığı və qorxuları mövcuddur. (İ cild. i.v. 171) -«Salyan Rayon Mərkəzi Xəstəxanası» X16 19 yanvar 2023-cü il tarixli, 167 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, psixo-nevroloji və onkoloji xəstəliklər üzrə qeydiyyatda yoxdur. (İ cild. i.v. 1184) -«Respublika Psixiatriya Xəstəxanası» X16 18 yanvar 2023-cü il tarixli, 687 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (İ cild. i.v. 193) -«Salyan Rayonlararası Psixiatriya Xəstəxanası»nın 18 yanvar 2023-cü il tarixli, 16 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. (İ cild. i.v. 194) -«kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs «yüngül əqli gerilik, davranış pozuntuları ilə» müəyyən edilir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini tam dərk etmək iqtidarında deyildir. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdipsixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. (İ cild. i.v. 207- 219) -«Şirvan Apellyasiya Məhkəməsi»nin 06 fevral 2023-cü il tarixli, 4(106)-11/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Salyan Rayon Məhkəməsinin 15 yanvar 2023-cü il tarixli, 4(057)-3/2023 nömrəli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş, şikayət təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin qərarı qanuni hesab edilmişdir. (İİ cild. i.v. 45-47) -«Salyan Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab raportun» dan görünür ki, 2020-ci ilin yay aylarında Salyan rayonu, Çadırlı kənd sakini Təqsirləndirilən şəxs həmkəndlisi olan azyaşlı Zərərçəkmiş şəxs qarşı kənddə yerləşən çöllük ərazilərdə «Aerodrom» və «Neftyannik» deyilən yerlərdə bir neçə dəfə seksual xarakterli hərəkətlər etməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı əldə edilmişdir. Lakin hadisənin konkret olaraq hansı tarixdə və vaxtda, həmçinin hansı şəraitdə baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə Zərərçəkmiş şəxs qarşı həmin hərəkətləri etdiyi vaxt həmkəndliləri Şahid hadisəyə şahid olmuşdur. Təqsirləndirilən şəxs əvvəlki müddətdə hər hansı cinayət törətməmiş, kənd sakinləri arasında müsbət xarakterizə olunur. Onun hər hansı cinayət əlaqəsinin olması yaxud başqa cinayətin törədilməsində iştirakı ilə bağlı əməliyyat marağı kəsb edən heç bir məlumat əldə olunmamışdır. (İİ cild. i.v. 66) - «məhkəmə-tibb ekspertizası»nın 27 fevral 2023-cü il tarixli, 93 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi, lakin Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir. (İİ cild. i.v. 86-88) -«Respublika Narkoloji Mərkəzi» X16 02 fevral 2023-cü il tarixli, xx/xx-1291 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. (İİ cild. i.v. 75) -«Azercell Telecom MMC-nin 26 yanvar 2023-cü il tarixli, 1998 nömrəli məktubu ilə istintaqa daxil olmuş diskdə olan məlumatlara baxış keçirilməsinə dair» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2020 və 2021-ci illər ərzində gündəlik olmaqla müxtəlif saatlarda dəfələrlə mobil telefon danışıqlarının aparılması aşkar edilmişdir. Şahid istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs atası X1 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 2020-ci il iyulun 27-dən başlayaraq 2020-ci il oktyabrın 8-dək olan müddət ərzində dəfələrlə telefon danışıqlarının aparılması və SMS mətnlərinin göndərilməsi aşkar edilmişdir. (İİ cild. i.v. 97) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 20 fevral 2023-cü il tarixli, 477 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs inadkarlıq, məsuliyyətsizlik, özünümüdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Ona ittiham olunan əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional durumunda iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. (İİ cild. i.v. 120- 124) -«zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə» 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 11 aprel 2023-cü ildə fotoçəkiliş aparılmaqla zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyi Salyan rayonu, Çadırlı kəndində örüş sahəsində yerləşən dərəni və ətraf əraziləri əli ilə göstərərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra bir neçə gün ərzində də, xatırlamadığı ayrı-ayrı vaxtlarda gündüz saatlarında onu intim münasibətdə olmasını dayısı Şamo Abasova deyəcəyi ilə hədələyərək «Aerodrom» və «Neftyannik» adlanan çöllük ərazidə qamışların, kolların arasında onunla eyni qaydada intim münasibətdə olmuş, bərkimiş halda olan cinsi orqanını onun bədəninin müxtəlif yerlərinə, cinsi orqanına və arxa anal dəliyinə sürtüşdürmüşdür. Hər dəfəsində də Təqsirləndirilən şəxs onun qışqırmaması üçün əli ilə ağzını tutmuşdur. Hər dəfəsində də sonda Təqsirləndirilən şəxs cinsi orqanından ağ maye axıb tökülmüşdür. Sonra Təqsirləndirilən şəxs həmin yerə qoyun otarmağa gəlməmiş və onunla əlaqəni kəsmişdir. Məlum olmuşdur ki, həmin ərazi Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən hadisə yeri kimi təqdim etdiyi ərazi ilə eynidir. (İİ cild. i.v. 126-130) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 13 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklilər edilərək ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİ cild. i.v. 153-154) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında» 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından azyaşlı Zərərçəkmiş şəxs qarşı etdikləri seksual xarakterli digər zorakılıq hərəkətləri ilə bağlı X6 və qeyrilərinin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaqın aparılması məqsədilə icraata qəbul edilmişdir. (İİ cild. i.v. 171-173) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Salyan RPŞ-nin əməkdaşları, o cümlədən Salyan Rayon Prokurorluğunda videoçəkilişlə ifadə verməmişdən əvvəl isə onu etirafedici ifadələr verməyi üçün müstəntiq Ceyhun, İsmayıl, Vasif adlı şəxslər və öz müdafiəçisi Zaur tərəfindən döyülərək Zərərçəkmiş şəxs qarşı seksual hərəkətlər edilməsinin boynuna qoyulması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, məhkəmə ekspertizasının rəyləri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyini etiraf etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etdiyinin şahidi olduğunu bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X5 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, qapalı məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi xüsusatları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün sübut növü kimi qəbul etmir. Həmçinin Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin, Salyan Rayon Prokurorluğunun əməkdaşları tərəfindən və öz müdafiəçisi Zaur dərəfindən döyülərək etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təxridxanasındaт alınmış Təqsirləndirilən şəxs adına tərtib olunmuş 565 nömrəli tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Salyan Rayon Prokurorluğundan alınmış 30 may 2023-cü il tarixli, 352x-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonrakı dövrlərdə Salyan Rayon Prokurorluğunun və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi və işgəncələrə məruz qalması ilə bağlı rayon prokurorluğunda və rayon polis şöbəsində araşdırma aparılmamışdır. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Odur ki, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddə üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilən 30 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (İİ cild. i.v. 76) - Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. (İ cild. i.v. 186-187) Məhkəmə tərkibi cəzanın təyin edilməsi məsələsini həll edərkən cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etməsi) maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə «xüsusilə ağır cinayət»lər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olmaqla ona qarşı zor tətbiq edib və köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol verdiyini dərk etmiş və bunu arzu etmişdir. Məhkəmə tərkibi cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya daxilində daha yüksək həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Məhz buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxamaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; 1)Cəza ədalətli olmalıdır; 2)Cəza Cinayət Məcələlsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir; 3) Cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınır; 4) Cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilir; 5)Cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır; 6) Cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 7)Cəza təyin edilərkən cəzanın şəxsən islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Bu zaman təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırılmalıdır. Məhkəmə tərkibinin fikirincə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olmaqla ona qarşı zor tətbiq edib və köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol verməsi cinayətinə görə müəyyən edilən cəza obyektiv zərurətdən irəli gəlməlidir. Cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin düşüncəsinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsi təmin etməlidirlər. Məhkəmə tərkibi qeyd edir ki, cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 13 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Salyan Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Сinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2023-cü ildən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar