Məhkəmə qərarları › İş №1(099)-404/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-404/2023

23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-404/2023 23.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 11 aprel1980-cı ildə Lənkəran rayonunun Velədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-12,169 qram psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və həmin maddəni üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Lənkəran rayonunun Velədi kəndində, yaşadığı evin yaxınlığında saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə külli miqdarda-12,169 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olmaqla orada yaşamış, rəsmi olaraq işləməsə də, təsərrüfat işləri ilə məşğul olmuşdur.Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamış, hətta siqeret belə çəkməmişdir.O, dini ibadətlə məşğul olmaqla sakit həyat-tərzi keçirmiş və hər hansı dövlət işlərinə qarışmamış, sonuncu Vətən Müharibəsində könüllü olaraq iştirak etmişdir. Novruz bayramdan sonra Bakı şəhərində oxuyan tələbə oğlunun yanına getmək qərara almış və bu məqsədlə 29 mart 2023-cü il tarixdə, günorta saat 14 radələrində həmkəndlisi Hicran Səmədovun maşını ilə Lənkəran şəhərinə gəlmişdir ki, Bakıya gedən taksi maşınların biri ilə Bakı şəhərinə getsin. Həmin gün, günorta saatlarında Lənkəran şəhərində Bakı şəhərinə tanımadığı şəxsin taksi maşınların birinə əyləşib gedərkən Salyan rayonunun ərazisində yolda polis əməkdaşları onun olduğu avtomobili saxlamış və tanıdığı polis əməkdaşı Şahid1 və başqa polislər onu avtomobildən çıxarıb başqa bir avtomobilə oturdub Lənkəran rayon polis şöbəsinə gətirmişlər.Polis şöbəsində ona məlum olmuşdur ki, polislər onu narkotikə görə tutublar, lakin tutulan vaxt onun üzərində heç bir narkotik maddə olmamışdır.Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər olmuş, həmçinin polis əməkdaşları onun qarşısına bir büküm narkotik maddə qoyub bildirmişlər ki, həmin narkotik maddəni üzərinə götürməlidir, əks təqdirdə evindən daha çox narkotik maddə çıxacağı ilə hədələmişlər.Sonra bir nəfər polis işçisi həmin bir ədəd bükümü onun cibinə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir.Axtarış zamanı polis əməkdaşı onun cibindən bir bükümü çıxarıb stolun üstünə qoymuşdur.Həmin vaxt polis əməkdaşlarının təzyiqi altında olduğu üçün o, üzərindən götürülmüş narkotik maddənin (metamfetaminin) özünə məxsus olmasını bildirmiş, daha sonra isə polislərin dediyi kimi izahat və ifadə vermişdir.Əslində isə üzərində aşkar olunmuş narkotik maddə (metamfetaminin) ona məxsus deyil, həmin narkotik maddəni (metamfetamini) cibinə bir nəfər polis əməkdaşı qoymuşdur.Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir.O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddə ilə (metamfetaminlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmir. 29 mart 2023-cü il tarixdə, günorta saatlarında yaşadığı evin qarşısında küçədə olarkən yerdən bir ədəd bükümdə ağ rəngli maddə tapmış və həmin maddənin narkotik olmasını güman edib cibinə qoyub üzərində saxlamışdır.Həmin gün, saat 18 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən bir neçə mülki geyimli polis əməkdaşı onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı soruşulanda o, qorxduğundan üzərində qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir.Sonra üzərində axtarış keçirilmiş və əynindəki gödəkcənin cibində saxladığı bir bükümdə metamfetamin aşkar edilib polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş metamfetamini saxlanılan gün yaşadığı evin yaxınlığında küçədə tapıb üzərində saxladığını bildirmişdir.Polis əməkdaşları tərəfindən aşkar olunmuş metamfetamin kütləsi qablaşdırılıb götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, 29 mart 2023cü il tarixdə, günorta saatlarında Bakı şəhərinə tanımadığı şəxsin taksi maşını ilə gedərkən Salyan rayonu ərazisində yolda polis əməkdaşları onun olduğu avtomobili saxlamış və polislər onu avtomobildən çıxarıb başqa bir avtomobilə oturdub Lənkəran rayon polis şöbəsinə gətirmişlər.Polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təzyiqlər olmuş, sonra polis əməkdaşları tərəfindən cibinə qoyulmuş bir bükümdə narkotik maddəni üzərinə götürməsinə məcbur edilmiş, daha sonra isə o, polislərin dediyi kimi izahat və ifadə vermişdir.Halbuki o, heç vaxt narkotik maddələrdən istifadə etməmiş və tutulan zaman üzərində heç bir narkotik maddə olmamışdır. Üzərində aşkar olunmuş narkotik maddə (metamfetaminin) ona məxsus deyil, həmin narkotik maddəni (metamfetamini) cibinə polis əməkdaşı qoymuşdur.O, narkotik maddələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddə ilə (metamfetaminlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 29 mart 2023-cü il tarixdə ona, Lənkəran rayonunun Velədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün, saat 18 radələrində əməliyyat-axtarış tədbiri keçirilmiş və əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Lənkəran rayonun Velədi kəndində, yaşadığı evin yaxınlığında saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib rayon polis şöbəsinə aparılmışdır.Polis şöbəsində təhqiqatçı Fəhmin Nüsrətzadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə metamfetaminə oxşar kütlə aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş kütləni (metamfetamin) yerdən tapdığını bildirmişdir.Həmçinin əməliyyat qrupu Təqsirləndirilən şəxs Salyan rayonunun ərazisində yox, Lənkəran rayonunun Velədi kəndində küçədə tutub polis şöbəsinə gətirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi təzyiqlər göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid Səmədov Hicran Əbdüləli oğlu ifadəsində göstərmişdir ki, o, Lənkəran rayonunun Velədi kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir və onunla münasibətləri yaxşıdır. O, xatırlayır ki, 29 mart 2023-cü il tarixdə, saat 14 radələrində maşını ilə Təqsirləndirilən şəxs yaşadığı Velədi kəndindən Lənkəran şəhərinə gətirmişdir. Həmin vaxt Əfqan ona Bakı şəhərinə oğlunun yanına gedəcəyini bildirmiş, bir az sonra Əfqan Bakı şəhərinə gedən taksilərdən birinə oturub getmişdir.Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur, onun nəyə görə tutulması barədə məlumatı yoxdur. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 29 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran rayonun Velədi kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 18:30 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran rayonunun Velədi kəndində, yaşadığı evin yaxınlığında küçədə saxlanıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 30 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarışın keçirilməsi haqqında” 29 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Fəhmin Nüsrətzadə tərəfindən müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcəsinin cibindən bir ədəb bükümdə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur.Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür.Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus 1 ədəd büküm ...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-12,169 qram olan ağ rəngli kristal formada ibarət olan maddə-metamfetamindir.Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 12,119 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 12 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 12,119 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞnin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları olub, lakin asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi xəstəxanasının narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən təqsirləndirilən şəxsin əldə etdiyi psixotrop maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair məlumatla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübut, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən onun yaşadığı kənddə yox, Salyan rayonunun ərazisində tutulub Lənkəran ŞRPŞ-nə aparılması, tutulan vaxt üzərində psixotrop maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması və bu səbəbdən üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını bildirməsi, həm də polislərin dediyi kimi izahat və ifadə verməsi, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin maddəni cibinə polis əməkdaşının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən onun yaşadığı kənddə yox, Salyan rayonunun ərazisində tutulub Lənkəran ŞRPŞ-nə aparılması, tutulan vaxt üzərində psixotrop maddənin olmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olması və bu səbəbdən üzərində aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını bildirməsi, həm də polislərin dediyi kimi izahat və ifadə verməsi, üzərində aşkar olunmuş metamfetaminin ona məxsus olmaması və həmin maddəni cibinə polis əməkdaşının qoyması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübut, ekspertiza rəyləri, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərarla, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (bu ifadələrində o, üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olmasını və həmin maddəni yerdən tapdığını göstərmişdir) tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahid Hicran Səmədovun ifadəsində göstərdiyi xüsusatlar, yəni 29 mart 2023-cü il tarixdə, saat 14 radələrində maşını ilə həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı Velədi kəndindən Lənkəran şəhərinə gətirməsinə və Təqsirləndirilən şəxs Bakı şəhərinə gedən taksilərdən birinə oturub getməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə təkzib olunduğundan məhkəmə şahid Hicran Səmədovun ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini həmkəndlisi Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə verilməsi kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin psixotrop maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər.Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Lənkəran Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib üzərində aşkar olunmuş psixotrop maddəni yaşadığı ərazidə yerdən tapdığını və sonradan polisə təqdim etməsi üçün üzərində saxladığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 12,169 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda metamfetamin əldə etməsi və həmin maddəni üzərində saxlayıb yaşıdığı ərazidə küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran rayon, Gərmətük qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 31 mart 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran rayonunun Velədi kəndində qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə müsbət (yaşadığı ərazidə özünü normal aparmış və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Gərmətük qəsəbə İƏD üzrə Nümayəndəliyinin 31 mart 2023-cü il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində uşaqları-21 yanvar 2005-ci il təvəllüdlü X5 və 29 yanvar 2006-cı il təvəllüdlü X6 vardır. İşdə olan, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 22 yanvar 2021-ci il tarixli “Fəxri Fərman”ın surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsində könüllü iştirak edərək fədəkarlıq göstərdiyinə və arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması və onun Vətən Müharibəsində könüllü iştirak edərək arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsindəki fəaliyyətinə görə fəxri fərmanla təltif olunması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 12,119 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə xəstəxananın narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 12,119 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar