Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-404/2024 15.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Lənkəran rayonun, Sütəmurdov kəndinə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonun, Sütəmurdov kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayında, Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və şəxsdən 01 (bir) bükümdə, təmiz çəkisi -2,115 qram olmaqla külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə məlumat alan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin, Liman Polis bölməsinin (bundan sonra Lənkəran ŞRPŞ-nin Liman PB) əməkdaşları tərəfindən 29 noyabr 2023-cü il tarixdə, saat 20:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonun, Sütəmurdov kəndində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Liman PB-yə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkcənin sol yan cibindən həmin bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 noyabr 2023-cü il tarixdə, günorta saat 3 radələrində yaşadığı Sütəmurdov kəndində olarkən polis əməkdaşları onu saxlamış və Lənkəran ŞRPŞ-nin Liman PŞ-yə gətirmişlər. Orada üzərində “mal” olubolmaması soruşulmuş, o, isə üzərində heç nə olmadığını bildirmişdir. Üzəri axtarılmış lakin heç nə çıxmamışdır. O, da polis əməkdaşlarına narkotik vasitə istifadə edən olduğunu, imkan olduğu halda onu CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb etməyi və bu yolla da “sroka” gedib sağalmasının təmin edilməsini xahiş etmişdir. Lakin polis əməkdaşları onun üzərinə 2,115 qram metamfetamin, yəni 2 qramdan bir “çet” artıq qoymuş və bununla da onu CM-in 234.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb etmişlər. Həmçinin ona bildirilmişdir ki, 5 qramadək metamfetaminə görə CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəkdir. Polis əməkdaşları onu şöbəyə gətirərkən onu vursalar da onların verdikləri narkotiki üzərinə götürməmiş, lakin sonradan özü də CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə razılaşmışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, ağır cinayət törətməyə görə bir neçə il azadlıqdan məhrumetmə cəzasını çəkmiş, həmin vaxt da CM-in 234.1-1-ci maddənin olmasını bilməmiş, həmçinin ona bildirilmişdir ki, 5 qramadək narkotikə görə CM-in 234.1-ci maddə ilə məsuliyyət yaranır, buna görə də razılaşmışdır. Üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, üzərindən çıxan kütlə çəkilmiş, təxminən 2,3 qram olmuşdur. Həmin kütlənin də ona məxsus olmasını etiraf etmiş, lakin CM-in 234.1-1-ci maddəsindən məlumatı olmamışdır. Onu gündüz vaxtı saat 15 radələrində saxlamış və X9 gətirmişlər. Polis əməkdaşları ilə onun arasında hər hansı qərəzli münasibət olmamışdır. Orxan adlı əməliyyatçı onu saxlayaraq üzərində “mal” olmağını bildirmişdir. Polis əməkdaşları onu əvvəlcə yumruqla sinəsinə və bədəninin müxtəlif nahiyyələrinə vurmuş, bundan sonra o, CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə razılaşmışdır. İstintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət izi olmuş, lakin həmin vaxt bu barədə deməmişdir. Polis əməkdaşları tərəfindən tutularkən üzərində mobil telefon olmuş, nömrəsi də ***-***-**-** olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilərkən də hakimə hazırda bildirdiyi kimi ifadə vermişdir. Təqsirləndirilən şəxs himayəsində xəstə anasının olmasını, narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alınaraq ona köməklik edilməsini, yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 29 noyabr 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 30 noyabr və 01 dekabr 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Astara rayonu ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanıdığı adını və ünavanını bilmədiyi şəxsdən 40 manata şəxsi istifadəsi üçün metamfetamin almış və qəbul etmək üçün üzərində saxlamışdır. Həmin gün axşam saat təxminən 20 radələrində yaşadığı kənddə yol kənarı ilə piyada gedərkən 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb onu avtomaşınla Lənkəran Rayon X8 gətirmişlər. Orada üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmış, o, da əynindəki gödəkcəsinin sol yan cibində gizlətdiyi 1 ədəd selofan bükümdə metamfetamini çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd büküm təhqiqatçı tərəfindən baxış keçirildikdə bükümün içərisində metamfetamin aşkar edimiş, elektron tərəzidə çəkildikdə çəkisi 2,44 qram olmuşdur. O, metamfetamini Astara rayonu ərazisində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Metamfetamindən heç kəsə satmamış və heç kəsədə istifadə etmək üçün verməmişdir. O, mobil nömrədən istifadə etmir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Heç bir ciddi və psixi xəstəliyi yoxdur. İbtidai istintaq zamanı verdiyi izahat və ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu aldatdıqları üçün etirafedici ifadə vermişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində metamfetamin olmadığını, polislər tərəfindən fiziki təzyiqlər edildiyi, eləcə də CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirildiyi üçün aldanıb onların verdiyi bir bükümdə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə verməsini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA-üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, 29 noyabr 2023-cü il tarixdə Lənkəran rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Sütəmurdov kəndində piyada hərəkətdə olarkən saxlanılaraq X8 gətirilmiş, daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin yan cibindən 01 ədəd sellofan kəsiyi bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ilə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə metamfetamindir, həmin metamfetamini 28 noyabr 2023-cü il tarixdə Astara rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı ona daxil olmuş, o, Sütəmurdov kəndində saxlanılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı hədə-qorxu gəlinməmiş, narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olmuş, şəxsən özü 01 bükümdə metamfetaminə bənzər maddə təqdim etmişdir. Ona polis əməkdaşları tərəfindən hər hansı bükümdə metamfetamin verilməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında şəxsən iştirak etmiş, Liman PB-də ondan başqa Orxan adlı əməkdaş yoxdur, özü də polis kapitanıdır. Təqsirləndirilən şəxs saat 16 radələrində saxlasaydılar həmin saat da sənədləşmə edərdilər, lakin onu saat 16 radələrində saxlamamışlar. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, əməliyyat məlumatı daxil olduqdan sonra tanımışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra soraqlaşma əməliyyat-axtarış tədbiri keçirmiş, Təqsirləndirilən şəxs saxlamış, beləliklə məlumat da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri Şahid2 və Şahid3 Məhəbbət oğlu da Şahid1 ilə eyni məzmunda ifadə vermişlər və verilmiş suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq edilməyib, CM-in 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyi ilə bağlı ona bir söz deyilməyib. Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, təxminən saat 20 radələrində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 29 noyabr 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 bükümdəki metamfetaminlə bağlı hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (i.v. 04- 08;10; 31-33) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:45-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 14) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd şəffaf sellonana bükülmüş büküm təqdim edərək içərisində metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin xx.xx.2023-cü il tarixdə səhər saatlarında Astara şəhəri ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. (i.v. 31-33) -Materialların məhkəmə ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 19/1021 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində “ Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,115 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.(i.v.45-48) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 53-54) - Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(049)-319/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 69-73) -Ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 noyabr 2023-cü il tarixli, 1064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburu müalicəyə ehtiyacı vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 74) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1197 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. (i.v. 75- 76) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Təqsirləndirilən şəxs adına “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin tərtib etdiyi 11127/2023 nömrəli məhkumun tibbi kitabçası»nın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş, baxış zamanı həbs olunarkən zədə almadığını bildirmişdir. Həmçinin müayinə zamanı bədəni üzərində xəsarət aşkar olunmamış, hər iki yuxarı ətrafda narkotik inyeksiya izləri və çapıqlaşmış sahələr müşahidə olunmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 7444 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı GSM mobil telefon nömrəsinə 01 yanvar 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil nömrə xx.xx.2023-cü il tarixdə saat 09:24-dən həmin gün saat 23:35-dək “Lenkeran r-nu” , "Lenkaran stadionun yanindaki Bakcell qullesi" adlı anten dairəsinin ətrafında olmuş, həmçinin həmin mobil nömrə 30 noyabr 2023-cü il tarixdə də aktiv olmuş, müxtəlif zəngləri qəbul etmiş, həmin mobil nömrə ilə müxtəlif şəxslərlə danışıqlar aparılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: - məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində metamfetamin olmadığını, polislər tərəfindən fiziki təzyiqlər edildiyi, eləcə də CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirildiyi üçün aldanıb onların verdiyi bir bükümdə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə verməsini bildirməsi barədə ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ilkin və sonrakı ifadələrində Astara rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifafəsi üçün 01 bükümdə metamfetamin aldığını, həmin metamfetaminin isə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Astara rayonu ərazisindən psixotrop maddə əldə etdiyini göstərmiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərindən metamfetamin aşkar edilərək götürülmüş, şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs cibində olan 01 büküm metamfetaminin aşkar edilməsi ilə bağlı hər hansı hala etiraz etməmiş, onunla şifahi sorğu zamanı psixotrop maddənin ona məxsus olmasını, Astara rayonunda tanımadığı adamdan şəxsi istifadəsi məqsədi ilə aldığını və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan əlavə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 noyabr 2023-cü il tarixli, 1064 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən aldadıldığı və fiziki zorakılıq edildiyi üçün həmin psixotrop maddə barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və aldadılması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir hədə və fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətlərinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, onun hər hansı üsulla aldadılmadığını bildirmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq işinin daha ağır olması hədəsi ilə etirafedici ifadələri verdiyini göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki zorakılıq və aldadılma nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Məhəbbət oğlunun ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 29 noyabr 2023cü il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntü, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 19/1021 saylı rəyi, ambulator məcburi narkoloji tibbi yoxlamanın 30 noyabr 2023cü il tarixli, 1064 nömrəli rəyi, məhkəmə tibbi ekspertizasının 30 noyabr 2023-ci il tarixli 1197 saylı rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-1.1-ci maddəsinin sanksiyasında 03 ildən 08 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən, eləcə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəfiyev X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 29 gün vaxtından əvvəl cəzadan azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. (i.v 87-90; 97-98; 99-106) Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddələrinə əsasən müvafiq olaraq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Şəfiyev X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş altı illik müddətin keçmədiyi dövrdə yaxud məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan CM-in 65.2-ci maddəsinə əsasən ona 5 il 04 aydan aşağı həddə cəza təyin edilə bilməz. - Lənkəran rayon İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ailə tərkibi anası, 3 qardaşı və qardaşı oğlundan ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 94-95) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, həmçinin Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən halların olmadığını və Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin cəzasını ağırlaşdıran hal olduğunu müəyyən edib təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 29 noyabr 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1064 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,065 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,065 qram qram metaçfatemin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış barədə protokola əlavə edilmiş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-404/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-404/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver