Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-405/2022 08.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri - Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, SMD-42 qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 8,445 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin (bundan sonra heroin), on ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,08 qram, 0,591 qram, 0,770 qram, 0,862 qram, 0,902 qram, 0,905 qram, 0,909 qram, 0,909 qram, 1,002 qram və 1,115 qram olmaqla, ümumi təmiz çəkisi 8,045 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamin (bundan sonra - metamfetamin) və iki ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,33 qram və 0,33 qram olmaqla, ümumi təmiz çəkisi 0,66 qram, yəni şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, saxlamış, daşımış, göstərilən metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 1,002 qram təşkil edən hissəsini 17 fevral 2022-ci il tarixdə Beyləqan şəhərində tanışı X9 müəyyən məbləğdə pula satmış, bir ədəd bükümdə təmiz çəkisi 0,08 qram hissəsini təmiz çəkisi 8,445 qram təşkil edən heroin və ümumi təmiz çəkisi 0,66 qram təşkil edən qurudulmuş marixuana ilə birlikdə idarə etdiyi “Mercedes- Benz E 220” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) salonundakı qoltuqaltıda, göstərilən metamfetaminlərin qalan səkkiz ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 6,963 qram təşkil edən qalan hissələrini isə həmin avtomobilin sürücü oturacağının altındakı siqaret qutusunda saxlamış və daşımışdır. 17 fevral 2022-ci il tarixdə X20 Mirzəyevdən aldığı metamfetaminin təmiz çəkisi 0,064 qram təşkil edən hissəsini X6, sonuncu isə həmin kütləni X3 görə Beyləqan Rayon Polis Şöbəsində (bundan sonra - Beyləqan RPŞ) şəxsi axtarış keçirilərkən göstərilən metamfetamin sonuncunun, X15 Mirzəyevdən aldığı metamfetaminin təmiz çəkisi 0,938 qram təşkil edən qalan hissəsi isə Kamran Hümbətlinin üzərindən, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi göstərilmiş heroin, metamfetaminlər və qurudulmuş marixuanalar sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən salonunda saxladığı göstərilmiş yerlərdən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə videokonfrans əlaqə sistemindən istifadə edilməklə dindirilərkən verdiyi ifadəsində ona Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən zor tətbiq edilməsi səbəbindən ibtidai araşdırma zamanı etirafedici məzmunda izahat və ifadələr verdiyi, idarə etdiyi avtomobildən aşkar edilmiş narkotik vasitələr və metamfetaminlərin ona məxsus olmadığı və həmin kütlələrin avtomobilə görmədiyi şəraitdə polis əməkdaşları tərəfindən qoyulduğunu göstərməklə ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, 02 sentyabr 2022-ci il tarixdə bilavasitə məhkəmə iclasında dindirilərkən verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuana, heroin və metamfetamindən istifadə etmiş, onların satışı ilə məşğul olmamış, eləcə də, tanışı X9 metamfetamin satmamışdır. 17 fevral 2022-ci il tarixdə saat 23 radələrində Beyləqan RPŞ-nin əməkdaşları onu Beyləqan şəhərində idarə etdiyi “Mercedes-Benz E 220” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxladıqdan sonra hər hansı səbəbdən, o cümlədən iş üzrə etirafedici ifadə verməsi üçün ona qarşı qanunsuz təsir və ya zor tətbiq etməmişdir. Hər hansı polis əməkdaşına qarşı şikayət və tələbi yoxdur. 17 fevral 2022-ci il tarixdə videoçəkilş aparılmaqla idarə etdiyi avtomobilə baxış keçirilərkən aşkar edilmiş metamfetaminlər, qurudulmuş marixuanalar və heroin ona məxsusdur. Həmin kütlələri yerdən tapmış, satış məqsədi ilə deyil, şəxsi istifadə məqsədi ilə idarə etdiyi avtomobildə saxlamış və daşımışdır. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. İş üzrə idarə etdiyi avtomobildən aşkar edilmiş metamfetaminlər, qurudulmuş marixuanalar və heroinin təmiz çəkilərini mübahisələndirmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı 17 fevral 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən şifahi, sonra da yazılı qaydada verdiyi izahatı, müdafiəçisinin iştirakı ilə müvafiq olaraq 18 və 19 fevral 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə saat 14 radələrində tanışı X11 (bundan sonra - Kamran) istifadəsində olmuş ***-***-**-** mobil nömrədən onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edib ondan bir qram metamfetamin verməsini xahiş etmiş, Kamrana bir qram metamfetamini altmış manat məbləğində pula sata biləcəyini demişdir. Sonuncu onunla razılaşdıqdan sonra Beyləqan şəhərində Pənah Hümbətova məxsus mağazanın yaxınlığında Kamrana bir qram metamfetamin vermiş, sonuncu ona bunun müqabilində altmış manat məbləğində pul verəcəyini demişdir (İ cild, səh. 113, 116-118, 174-177, 238-241). Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 17 fevral 2022-ci il tarixdə Beyləqan RPŞ-də onun və X12 üzərinə şəxsi axtarış keçirilərkən müvafiq olaraq üç və bir ədəd bükümlərdə aşkar edilmiş metamfetaminləri tanışı Təqsirləndirilən şəxs almamış, yerdən tapmışdır. Zaur Əliyevin üzərindən aşkar edilmiş metamfetamini X1. Barəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə həmin metamfetaminləri sonuncudan alması barədə ifadələr verməsini Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən ona bu məzmunda ifadə verməsi üçün zor tətbiq edilməsi ilə izah edir. Barəsində olan cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılarkən ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir göstərilməmiş, könüllü şəkildə ifadə vermişdir. Həmin məhkəmədə onun barəsində olan cinayət işi üzrə qəbul edilmiş 03 iyun 2022-ci il tarixli hökmdən razıdır. Cinayət işi materiallarından görünür ki, X11 Azərbaycan Respublikası CPM-in 329.1ci maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, barəsində olan cinayət işi üzrə aparılmış ibtidai araşdırma zamanı 17 fevral 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdiyi izahatı, müdafiəçisinin iştirakı ilə müvafiq olaraq 18 və 19 fevral 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində, barəsində olan cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılarkən (həmin məhkəmənin qanuni qüvvəyə minmiş 03 iyun 2022-ci il tarixli hökmünə əsasən) verdiyi ifadələrində hazırki iş üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində ona aid olan hallar barədə sonuncu ilə eyni məzmunda göstərmişdir (İ cild, səh. 84, 85, 169-172, 214-217). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3 və Şahid2, polis nəfəri Şahid4 verdikləri ifadələrində iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, sonuncu, X18 və X8 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı müəyyən edilmiş hallar barədə sonuncu və Kamran Hümbətlinin barələrində aparılmış ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə eyni məzmunda, eləcə də müvafiq istintaq hərəkətləri barədə tərtib edilmiş protokollarda qeyd edilən məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmiş və əlavə olaraq qeyd etmişlər ki, 17 fevral 2022-ci il tarixdə Beyləqan RPŞ-də X18 üzərindən aşkar edilmiş bir ədəd bükümdə metamfetamini X5, sonuncu həmin metamfetamini X7, sonuncu isə həmin və üzərindən üç ədəd bükümlərdə aşkar edilmiş metamfetaminləri Təqsirləndirilən şəxs aldığını bildirdiklərinə görə Şahid1 qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında Təqsirləndirilən şəxs saxlayıb Beyləqan RPŞ-yə gətirmişlər. Sonuncu üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatında Zaur Əliyevin üzərindən bir ədəd bükümdə və Kamran Hümbətlinin üzərindən üç ədəd bükümlərdə aşkar edilmiş metamfetaminləri sonuncuya satdığını bildirmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncu, X11 və X12 üzərilərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz E 220” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri, sonuncu, Kamran Hümbətli və Zaur Əliyevin üzərilərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinin əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs (idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair hissədə) və şahid qismində dindirilmiş polis əməkdaşlarının, ibtidai istintaq zamanı dindirilmiş Kamran Hümbətlinin ifadələrində göstərdikləri qaydada baş verdiyi, xüsusilə də Təqsirləndirilən şəxs və Kamran Hümbətlinin üzərilərinə şəxsi axtarış keçirilərkən şifahi qaydada verdikləri izahatlarında sonuncunun və Zaur Əliyevin üzərindən aşkar edilmiş metamfetaminlərin Təqsirləndirilən şəxs tərəfindən Kamran Hümbətliyə satıldığını göstərmələri müəyyən edilir (İ cild, səh. 28, 84, 85, 89, 90, 94, 113-115). - Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qəbul edilmiş 17 fevral 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (İİ cild, səh. 54-57). - Materialların məhkəmə ekspertizasının 18 fevral 2022-ci il tarixli, 18/214 nömrəli rəyində göstərilmişdir ki, X12 üzərindən aşkar edildiyi göstərilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,064 qram təşkil edən maddə kustar üsulla hazırlanmış metamfetamindir (İ cild, səh. 141, 142). - Materialların məhkəmə ekspertizasının 18 fevral 2022-ci il tarixli, 18/215 nömrəli rəyində göstərilmişdir ki, X10 üzərindən aşkar edildiyi göstərilmiş üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,06 qram, 0,246 qram və 0,632 qram olmaqla, ümumi təmiz çəkisi 0,938 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamindir (İ cild, səh. 146-148). - Materialların məhkəmə ekspertizasının 18 fevral 2022-ci il tarixli, 18/216-217 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs oğunun idarə etdiyi avtomobildən aşkar edildiyi göstərilmiş səkkiz ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,591 qram, 0,770 qram, 0,862 qram, 0,902 qram, 0,905 qram, 0,909 qram, 0,909 qram və 1,115 qram olmaqla, ümumi təmiz çəkisi 6,963 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış eyni tərkibli metamfetamin, hər biri ayrı-ayrılıqda bir ədəd bükümdə, təmiz çəkiləri müvafiq olaraq 8,445 qram və 0,08 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış heroin və metamfetamin, iki ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,33 qram və 0,33 qram olmaqla, ümumi təmiz çəkisi 0,66 qram təşkil edən maddələr eyni tərkibli qurudulmuş marixuanadır. X14 və X12 üzərilərindən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş metamfetaminlər xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 8,395 qram, metamfetamin və qurudulmuş marixuananın ümumi qalıq çəkiləri müvafiq olaraq 6,773 qram və 0,62 qram təşkil edir. Ekspertiza xərci 63,90 manatdır (İ cild, səh. 151-153). - Məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli, 2256 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 216, 217). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və ya satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qramdır. Qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qramdır. Məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 03 iyun 2022-ci il tarixli, 1(020)44/2022 nömrəli hökmünə əsasən X8 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı ifadəsində 17 fevral 2022-ci il tarixdə şəxsi axtarış keçirilərkən üzərindən üç ədəd bükümlərdə və X12 üzərindən bir ədəd bükümdə aşkar edilmiş cəmi bir qram metamfetamini altmış manat məbləğində pula aldığını hər hansı təsir və ya təzyiq olmadan, könüllü şəkildə göstərməsi və həmin ifadənin məzmunu Kamran Hümbətlinin barəsində olan cinayət işi üzrə ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin məzmunu ilə eyni olmasına görə sonuncunun barəsində olan cinayət işi üzrə ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş üzrə sübut kimi qiymətləndirir, bu fikrin məntiqi davamı olaraq, həmin izahat və ifadələrlə ziddiyyət təşkil edən hissədə hazırki iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsini sübut kimi nəzərə almır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 17 fevral 2022-ci il tarixdə X9 metamfetamin satmaması, iş üzrə idarə etdiyi avtomobildən aşkar edilmiş metamfetamin, heroin və qurudulmuş marixuanaya dair niyyətinin satış deyil, şəxsi istifadə olması olması barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlillər: - X8 barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində 17 fevral 2022-ci il tarixdə şəxsi axtarış keçirilərkən üzərindən üç ədəd bükümlərdə və X12 üzərindən bir ədəd bükümdə aşkar edilmiş metamfetaminləri Təqsirləndirilən şəxs altmış manat məbləğində pula aldığını göstərməsi, - materialların məhkəmə ekspertizasının 18 fevral 2022-ci il tarixli, 18/216-217 nömrəli rəyində X14 və X12 üzərilərindən, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən götürülmüş metamfetaminlərin xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olmasının göstərilməsi, - 17 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs avtomobilindən cəmi üç növ narkotik vasitə və psixotrop maddə, konkret olaraq heroin, qurudulmuş marixuana və metamfetamin aşkar edilməsi, həmin metamfetaminlərin səkkiz ədəd bükümlərdə, heroinlə birlikdə külli və şəxsi istifadə miqdarlarından dəfələrlə artıq miqdarda olması ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini özünü müdafiə etmək hüququndan irəli gələrək müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə ona qarşı sübut kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının 05 may 2022-ci il tarixli, 2256 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunsa da, cinayət işi materialları ilə onun 17 fevral 2022-ci il tarixdə X9 təmiz çəkisi 1,002 qram təşkil edən metamfetamini müəyyən məbləğdə pula satmasının sübuta yetirilməsi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 8,445 qram təşkil edən heroin, ümumi təmiz çəkiləri müvafiq olaraq 6,963 qram və 0,66 qram təşkil edən metamfetamin və qurudulmuş marixuanaya münasibətdə də satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Bu hallar Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələri, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Şahid1, Şahid3, Şahid2 və Şahid4 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələri, X10 barəsində olan cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi, hazırki iş üzrə məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, X18 və Kamran Hümbətlinin üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi barədə 17 fevral 2022-ci il tarixli protokollar, onlara əlavə edilmiş videogörüntülər, materialların məhkəmə ekspertizasının 18 fevral 2022-ci il tarixli, 18/214, 18/215 və 18/216-217 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, metamfetamin və qurudulmuş marixuana qalıqları, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İİ cild, səh. 157). - Beyləqan RİHB-nın Beyləqan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 may 2022-ci il tarixli arayış və xasiyyətnamə, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, valideynləri, arvadı və bir nəfər azyaşlı uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İİ cild, səh. 212, 213). - Azərbaycan Respublikası Medalına dair verilmiş İ-11216 və İ-20622 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli və 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli Sərəncamları ilə Təqsirləndirilən şəxs müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli və 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli Sərəncamları ilə müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, himayəsində bir nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli, 2362 nömrəli və 24 iyun 2021-ci il tarixli, 2714 nömrəli Sərəncamları ilə müvafiq olaraq “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Eləcə də, cinayət işi materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı heroinin təmiz çəkisinin 8,445 qram, metamfetaminin və qurudulmuş marixuananın ümumi təmiz çəkilərinin müvfiq olaraq 8,045 qram və 0,66 qram olması ilə yanaşı, metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 1,002 qram təşkil edən hissəsini 17 fevral 2022-ci il tarixdə X2 sübuta yetirildiyinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə deyil, ona yaxın həddə, konkret olaraq 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi məqsədəuyundur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 fevral 2022-ci il tarixdən hesablanmalı və Beyləqan Rayon Məhkəməsinin 19 fevral 2022-ci il tarixli qərarı (İİ cild, səh. 10-14) ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,395 qram təşkil edən heroin, ümumi qalıq çəkiləri müvafiq olaraq 6,773 qram və 0,62 qram təşkil edən metamfetamin və qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 17 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 63 (altmış üç) manat 90 (doxsan) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,395 qram təşkil edən heroin, ümumi qalıq çəkiləri müvafiq olaraq 6,773 qram və 0,62 qram təşkil edən metamfetamin və qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-405/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-405/2022
08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver