Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-406/2023 10.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi hakimləri- Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, ev 63-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanılması və daşınaraq Bakı şəhərinə aparılması barədə digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunan razılığa əsasən cinaytkar qrupun digər üzvləri tərəfindən ümumi niyyətlə əldə edilmiş 14465 qram narkotik vasitə heroin ünvan 1 ünvanında yerləşən “Karal” hotel binasının yaxınlığındakı birmərtəbəli, istifadəsiz tikilidə gizlədilərək bu barədə “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində əvvəllər tanımadığı, taksi fəaliyyətilə məşğul olan Şahid1 idarə etdiyi “Toyota Prius minik” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Masallı şəhəri ərazisinə gələrək göstərilən istifadəsiz tikilidə gizlədilmiş 1 ədəd ağ rəngli kisə torbada olan külli miqdarda narkotik vasitə heroini götürüb ümumi cinayətkar niyyətə üyğun olaraq əldə etməklə qeyd edilən avtomobilin yük yerinə qoymuş, daşıyaraq Bakı şəhəri istiqamətində hərəkət edərkən bu barədə məlumat almış Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının 19 yanvar 2023-cü il tarixdə saat 17 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Toyota Prius” markalı **-PT-*** qeydiyyat nişanlı avtomobildə Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 15 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1060 qram, 1010 qram, 1025 qram, 1000 qram, 975 qram; 980 qram, 900 qram, 1000 qram,1065 qram, 975 qram, 960 qram, 1010 qram, 705 qram, 820 qram, 980 qramümumi təmiz çəkisi 14465 qram olan, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynilik təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünün CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilməmiş, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, özü narkotik vasitə heroindən istifadə etmişdir. Elşən Zeynalov adlı şəxslə bir yerdə pəncərə ustası işləyirlər. 19 yanvar 2023-cü il tarixdə Elşən Zeynalov ona Masallıya getməsini, orada içərisində 10 kiloqram narkotik vasitə qurudulmuş marixuana olan bağlama olacağını, həmin bağlamanı götürüb Bakı şəhərinə gətirmək lazım olduğunu və Bakı şəhəri ərazisində dediyi yerdə bağlamanı qoyacağı təqdirdə ona 5000 manat pul veriləcəyini bildirmişdir. Ona əvvəlcədən 100 manat pul ödənilmişdir. Bağlamanın olduğu yerin konumu (kordinatları) Elşən Zeynalovun telefonuna atılmışdır. Həmin gün Bakı şəhərindən taksi ilə Masallı rayonuna yola düşmüşdür. Elşən Zeynalovun telefonunu da özü ilə götürmüşdür. Təqribən saat 17 radələrində Masallı şəhəri ərazisinə çatmış, əvvəllər taksi fəaliyyətilə məşğul olduğundan “google map”ın məkan proqramından özü istifadə edərək sürücüyə avtomobili haraya sürməsini demiş, Masallı şəhəri ərazisində Elşənin atdığı məkan və tikilini tapdıqdan sonra sürücüyə avtomobili yol kənarında saxlamasını və bir neçə saniyəyə qayıdacağını demişdir. Avtomobildən tək aşağı düşmüş, bağlamanın qoyulduğu tikiliyə daxil olmuş, həmin tikiliyə girən kimi ağ rəngli kisəni tapmış, dərhal həmin kisəni əlinə götürmüş və yol qırağına çıxıb avtomobilə tərəf gedib avtomobilin yük yerini açıb kisəni oraya qoymuşdur. Həmin kisə olduqca ağır olmuşdur. Avtomobilə əyləşib sürücüyə Bakı şəhərinə qayıtmasını demişdir. Sürücü avtomobili təxminən 50-100 metr sürmüş, bu zaman polis işçiləri tərəfindən saxlanılmışdır. Kisəyə baxılarkən içində kokos, yəni heroin olması məlum olmuşdur. Polisdə ona CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını demişlər. Ona görə də aldanıb sənədlərə imza etmişdir. Narkotik vasitənin Masallı rayonu ərazisində həmin yerə kim tərəfindən qoyulmasını bilmir. O özü iranlı şəxslə telefon vasitəsi ilə danışmamışdır. Bildiyinə görə İranlı ilə Elşən Zeynalov danışmışdır. Narkotik vasitənin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə kimin, nə vaxt gətirməsini bilmir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, tutulmasından təqribən 5-6 ay öncə “İnstagram” sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, adının Fazil olduğunu bildirən şəxslə tanış olmuş və telefon nömrəsini ona vermişdir. Fazil adlı şəxs İran İslam Respublikasında narkotik vasitə işi ilə məşğul olduğunu, Azərbaycan Respublikası ərazisinə narkotik vasitələr keçirtdiyini və Azərbaycan ərazisində yerbəyer edib yaxşı qazanc əldə etdiyini bildirmişdir. Fazil adlı şəxs ona narkotik vasitələrin satışında iştirakı üçün iş birliyi təklif etmişdir. 18 yanvar 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” mobil tətbiqinə Fazil adlı şəxs İran İslam Respublikasına aid +**********22 saylı nömrədən səsli zəng edərək ona 19 yanvar 2023-cü il tarixdə Masallıya getməsini, orada külli miqdarda narkotik vasitə olan heroin bağlaması qoyduracağını, həmin bağlamanı götürüb Bakı şəhərinə gətirmək lazım olduğunu və Bakı şəhəri ərazisində dediyi yerdə bağlamanı qoyacağı təqdirdə 5000 manat pul verəcəyini bildirmişdir. Fazil adlı şəxs həmin pulu plastik bank kartına atacağını demişdir. Fazilin təklif ilə razılaşmışdır. Fazil adlı şəxs sabah zəngini gözləməsini demişdir. 19 yanvar 2023-cü il tarixdə Fazil adlı iranlı yenidən Whatsapp mobil tətbiqi ilə zəng edib külli miqdarda narkotik vasitə heroin olan bağlamanın artıq Masallı rayonu ərazisində qoyulduğunu və hazırlaşıb dərhal Masallı rayonuna getməsini tapşırmışdır. Bakı şəhərindən “Toyota Prius” markalı, **-PT-*** qeydiyyat nişanlı taksi avtomobilinə əyləşərk sürücüyə Masallı şəhərinə getməli olduqlarını və 100 manat zəhmət haqqı verəcəyini bildirmişdir. Sürücü ondan Masallı rayonuna nə səbəbə getməsi barədə soruşduqda nənəsinin Masallı rayonunda yaşadığını, nənəsinin rayonda həyət satdığını, həmin həyətin satılması üçün 1 sənədə imza etməli olduğunu və daha sonra nənəsi qayıdanda kənd məhsullarından ibarət bağlama verəcəyini, bağlamanı yaşadığı evə gətirəcəyini demişdir. Sürücü Sənan adlı şəxs ona inanmış, və yola çıxmışlar. Yolda olarkən bir neçə dəfə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng və səsli mesaj ilə Fazil adlı şəxs ilə əlaqə saxlamışdır. Sonra isə danışıqlarını silmişdir. Yolda olarkən Fazil adlı şəxs narkotik vasitə heroin olan bağlamanın qoyulduğu yerin şəkilini atmış, həmin ərazinin “google map” vasitəsilə yerləşdiyi məkanını da “Whatsapp” mobil tətbiqində göndərdiyini bildirmişdir. Fazil adlı iranlı ilə danışıqlarından yanında əyləşmiş sürücü Sənan adlı şəxsin məlumatı olmamışdır. Təqribən saat 17 radələrində Masallı şəhəri ərazisinə çatmışlar, əvvəllər taksi fəaliyyətilə məşğul olduğundan “google map”ın məkan proqramından özü istifadə edərək sürücü Sənana avtomobili hara sürməsini demişdir. Masallı şəhəri ərazisində Fazil adlı şəxsin atdığı məkan və tikilini tapdıqdan sonra sürücü Sənana avtomobili yol kənarında saxlamasını və bir neçə saniyəyə qayıdacağını demişdir. Avtomobildən tək aşağı düşmüş, tikiliyə daxil olmuş, həmin tikiliyə girən kimi ağ rəngli kisəni tapmış, dərhal həmin kisəni əlinə götürmüş və yol qırağına çıxıb avtomobilə tərəf gedib avtomobilin yük yerini açıb kisəni oraya qoymuşdur. Həmin kisə olduqca ağır olmuşdur. Avtomobilə əyləşib sürücüyə Bakı şəhərinə qayıtmalı olduqlarını demişdir. Sürücü maşının baqajına nə qoyduğunu soruşmuş, sürücüyə bağlamada nənəsinin qoyduğu kənd ərzaq məhsulları olduğunu və nənəsinin səhətində narahatçılıq olduğundan xəstəxanaya aparıldığını demişdir. Sənan avtomobili döndərib Bakı şəhəri istiqamətində hərəkətə başladıqdan 1 dəqiqə sonra yol polisi avtomobili işarə edərək saxlamasını bildirmişdir. Sənana avtomobili saxlamamasını demişdir. Sənan isə artıq şübhələnmiş və avtomobili dərhal yol kənarına verib saxlamışdır. Sənanla birlikdə avtomobildən aşağı düşmüş, Sənana yaxınlaşan özünü təqdim edən polis əməkdaşı qanunsuz olaraq narkotik vasitə daşınmasında şübhəli olduqları üçün avtomobil ilə birlikdə Masallı Rayon Polis Şöbəsinə getmək lazım olduğunu demişdir. Həmin vaxt ətrafdan tanımadığı mülki geyimdə olan polis əməkdaşları yaxınlaşmışlar. Onları avtomaşınla birlikdə Masallı Rayon Polis Şöbəsinə aparmışlar. Avtomobilə polis şöbəsinin inzibati binasının həyətində onların və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən o, avtomobilin yük yerində özünə məxsus ağ rəngli kisədə narkotik vasitə heroin olduğunu bildirmiş, polis əməkdaşlarına həmin kisəni təqdim etmişdir. Ağ rəngli kisəyə baxış keçirilərkən 15 ədəd ayrı-ayrılıqda bükümlərdə narkotik vasitə heroinəbənzər bükümlər aşkar olunmuşdur. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisi 14 kiloqram 999 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitə heroinə bənzər bükümlər video görüntü vasitəsilə, müdafiəçilərin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, qablaşdırılmış və qablaşdırma zərflərinin üzəriləri möhürlənmişdir. Sonra üzərində şəxsi axtarış aparılmış, cibindən 1 ədəd «Samsung» markalı mobil telefon və gödəkçəsinin sol yan cibindən isə içərisində 1 ədəd “Leo bank” plastik kartı aşkar edilmişdir. Videoçəkiliş aparılmaqla təhqiqatçının verdiyi sualları cavablandırmış, baş vermiş hadisəni olduğu kimi danışmış, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və ya psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlləri özünün etirafedici ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Beləki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, istifadəsində olan “Toyota Prius” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 19 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində olarkən Masallı rayonuna getməli olan sərnişinlə bağlı sifariş qəbul etmiş, tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonu Keşlə bazarı adlanan ərazidən avtomobilə götürmüşdür. Elvin Masallı rayonuna gedib qayıtmaq lazım olduğunu demişdir. Elvindən nə səbəbə Masallı rayonuna getdiyini soruşduqda nənəsinin Masallı rayonunda yaşadığını, nənəsinin rayonda həyət satdığını, həmin həyətin satılması üçün özünün 1 sənədə imza etməli olduğunu və daha sonra nənəsi qayıdanda kənd məhsullarından ibarət bağlama verəcəyini demişdir. Elvinlə onu 100 manat pul müqabilində Masallı rayonuna aparıb gətirmək barədə razılaşmış və saat 12 radələrində yola düşmüşlər. Saat 17 radələrində Masallı şəhərinə çatdıqda Elvin hansı istiqamətdə avtomobili idarə etməyi demiş, Masallı şəhəri ərazisində bilmədiyi yerdə olarkən Elvin avtomobili yol kənarına verib saxlamasını və bir neçə dəqiqəyə gələcəyini demişdir. Elvinin avtomobildən düşüb getmiş, təqribən 1 dəqiqə ərzində qayıtmış, və avtomobilin yük yerini özü açıb oraya nəsə bağlama qoymuşdur. Elvin avtomobilə əyləşmiş və Bakı şəhərinə qayıtmalı olduqlarını demişdir. Avtomobili döndərib Bakı şəhəri istiqamətində sürmyə başlayarkən yol polisi tərəfindən saxlanılmışlar. Onlara narkotik aparmaqda şübhəli olduqlarını bildirməklə polis şöbəsinə aparmışlar. Onları şübhəli şəxs kimi saxlamışlar, müdafiəçi dəvət olunmuş, müdafiəçinin iştirakı ilə ondan avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddənin olması barədə soruşmuşlar. O isə avtomobildə qanunsuz əşyanın olmasına dair məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə avtomobilin yük yerində özünə məxsus ağ rəngli kisədə narkotik vasitə heroin olduğunu bildirmiş və avtomobilin yük yerindən ağ rəngli kisəni çıxarıb təqdim etmişdir. Kisəyə baxıldıqda içərisində 15 ədəd ayrı-ayrılıqda bükümlərdə narkotik vasitə olan heroinəbənzər bükümlər aşkar olunmuşdur. Bükümlər ayrı-ayrılıqda eletron tərəzidə çəkilmişlər. Ümumi çəkiləri 14 kiloqramdan artıq olmuşdur. Sonra üzərlərində axtarış aparılmış, lakin qanunsuz əşya aşkar olunmamışdır. Avtomobildə aşkar olunan 15 ədəd bükümlər onların iştirakı ilə qablaşdırılıb götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bundan əlavə Masallı Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi Şahid2 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, 19 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi Elxan Həsənov küçəsi ev 63-də yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri Masallı şəhəri ərazisindən götürmək üçün “Toyota Prius” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobillə Masallı şəhərinə gələcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zamanı 19 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “Toyota Prius” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlatmışlar. Avtomobli, sürücüsü və sərnişin qisməndə avtomobildə olan Elvin Quliyevlə birlikdə rayon polis şöbəsinə aparmışlar. Avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən sorğu zamanı sürücü avtomobildə qanunsuz əşyası olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə avtomobilin yük yerindən 1 ədəd ağ rəngli kisəni çıxarıb təqdim etmiş, kisədə heroin olduğunu və heroini Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Həmin ağ rəngli kisəyə baxış keçirilərkən 15 ədəd ayrıayrılıqda bükümlərdə narkotik vasitə olan heroinə bənzər bükümlər aşkar olunmuş. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini Fazil adlı şəxsin Masallı şəhər ərazisində qoydurduğunu, onun isə 5000 manat pul qarşılığında Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Həmin bağlamalar qablaşdırılmaqla götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs onun Masallıya narkotiki götürmək üçün gəlməsi barədə taksi sürücüsünün məlumatsız olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Şahid8, Şahid9 və Şahid10 da Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 idarə etdiyi və Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi «Toyota Pirus» markalı, ** PT *** qeydiyyat nişanlı avtomobilə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs avtomobilin yük yerində özünə aid olan narkotik vasitə olduğunu bildirmiş və avtomobilin yük yerindən bir ədəd kisəni təqdim etmişdir. Həmin kisə açıldıqda içərisində 15 ədəd qara rəngli sellofana bükülmüş bükümlər müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümlərdə narkotik vasitə heroin olduğunu, Fazil adlı şəxsin tapşırığı əsasında narkotik vasitəni 5000 manat pul alacağı müqabilində Bakı şəhərinə aparmalı olduğunu bildirmişdir. Həmin bükümlər açıldıqda hər birinin içərisində narkotik vasitə heroinə bənzər maddələr aşkar olunmuşdur. Bükümlər ayrı-ayrılıqda çəkilmiş, ümumi çəkilərinin 14,999 kq olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 20 yanvar 2023-cü il tarixli, 19\84 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Toyota Pirus markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobilin yük yerində təqdim etdiyi 15 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1060,0 qr; 1010,0 qr; 1025,0 qr; 1000,0 qr; 975, 0 qr; 980,0 qr: 900,0 qr: 1000,0 qr: 1065,0 qr: 975,0 qr: 960,0 qr: 1010,0 qr: 705,0 qr: 820,0 qr: 980,0 qram- ümumi təmiz çəkisi 14465,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 76 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs iş üzrə həbsə alınmasından sonra məhkəmə-tibb ekspertizası təyin edilməklə tibbi müəyinədən keçirilmişdir. Məhkəmə-tibb ekspertizasının 23 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy J2” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin telefona quraşdırılmış ***-***-**-** mobil nömryə «Fazil-1» kimi qeydə alınmış +**********22 saylı nömrədən Vhatsapp internet proqramı ilə 1 ədəd «google map» prqramı vasitəsi ilə ünvan və 2 ədəd fotoşəkillər göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhərindən Masallı şəhərinə gələrək narkotik vasitəni götürməsinə kimi bununla bağlı olaraq qarşılıqlı səsli mesajlar göndərilmişdir. 23 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, Masallı rayonu ərazisində narkotik vasitəni kisədə götürdüyü yeri və digər halları yerində göstərmişdir. Masallı Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 5(050)-19\2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Suraxanı Rrayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməklə 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Ailə tərkibi haqqında 16.02.23-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi- onunla bir yerdə usta işləmiş Elşən Zeynalovun tapşırığına əsasən Masallı şəhərinə 10 kiloqram narkotik vasitə qurudulmuş marixuananı götürüb Bakı şəhərinə aparmaq məqsədi ilə getdiyini, götürdüyü bağlamada heroin olmasını bilməməsi barədə ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsi işdə olan digər sübutlarla tam uyğunluq təşkil etdiyindən həmin ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, qeyd olunan narkotik vasitə artıq Masallı şəhəri ərazisinə qoyulduqdan sonra cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs bu barədə məlumat verməklə narkotik vasitəni qoyulduğu yerdən götürüb Bakı şəhərinə aparmaq barədə göstəriş vermişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin əldə edilmə mənbəyi, Azərbaycan Respublikası ərazisinə nə zaman, haradan və kim tərəfindən gətirilməsi barədə məlumatı olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs əməlində qaçaqmalçılıq cinayəti müəyyən edilmir. Eyni zamanda, dövlət ittihamçısı məhkəmə baxışının gedişində Təqsirləndirilən şəxs CM-nin 32.5,206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan imtina etdiyindən məhkəmənin 10 avqust 2023-cü il tarixli qərarı ilə iş üzrə CM-nin 32.5,206.3.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməli vardır və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, onun əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinldə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 14463,5 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon onun ailəsinə verilməlidir. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tananmıqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 14463,5 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy J2” markalı mobil telefon onun ailəsinə verilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-406/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-406/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver