Məhkəmə qərarları › İş №1(099)-406/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-406/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-406/2024 23.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzası 09 il 06 aya endirilmiş, 14 sentyabr 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində qazanc alacağı vədi ilə razılaşaraq 21 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Yardımlı rayonu Mirimli kəndi ərazisindən sonuncunun gizlətdiyi içərisində 16.920 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana (bundan sonra qurudulmuş marixuana), 935 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək (bundan sonra – tiryək) və təsir maddəsinin ümumi miqdarı 250,4 qram olan xüsusilə külli miqdarda 6.260 ədəd həb halında narkotik vasitə metadon (bundan sonra – metadon) olan 1(bir) ədəd kisəni qanunsuz əldə edib daşıyaraq saxlamaqla həmin tarixdə Yardımlı rayonu Ərsilə kəndi ərazisində gizlətmiş, 22 dekabr 2023-cü il tarixdə saat 00:15 radələrində Yardımlı Rayon Polis Şöbəsinin (bundan sonra – Yardımlı RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əsildar Məmmədəliyev küçəsi, 11-də qeydiyyatda olan X8 idarə etdiyi “Toyota Prius minik” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobildə Yardımlı-Masallı yolunun 35-ci kilometrliyində Yardımlı rayonu ərazisində saxlanılmış, 22 dekabr 2023-cü il tarixdə saat 01:35 radələrində Yardımlı rayonu Ərsilə kəndi ərazisində yerləşən dərəyə baxış keçirilən zamanı onun gizlətdiyi bir ədəd kisədən 33 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 520 qram, 510 qram, 535 qram, 505 qram, 500 qram, 510 qram, 495 qram, 490 qram, 500 qram, 515 qram, 515 qram, 495 qram, 500 qram, 525 qram, 500 qram, 525 qram, 505 qram, 495 qram, 535 qram, 525 qram, 515 qram, 500 qram, 510 qram, 515 qram, 520 qram, 525 qram, 515 qram, 530 qram, 525 qram, 530 qram, 520 qram, 515 qram, 500 qram olmaqla ümumilikdə 16920 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan qurudulmuş marixuana, 1 ədəd bükülüdə 935 qram çəkidə külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla alınmış tiryək və təsir maddəsinin ümumi miqdarı 250,4 qram olan xüsusilə külli miqdarda 6260 ədəd həb halında metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Qaqa” adlı iranlı ilə tutulduğu ərəfələrdə tanış olmuş, həmin şəxs Yardımlı rayonunda narkotik vasitə qoyduğunu bildirmiş, buna görə də tanımadığı taksi sürücüsü ilə Yardımlı rayonuna getmişdir. Qayıdarkən Yardımlı rayonu çıxışında olan postda polis əməkdaşları onu saxlamış, portalda adı çıxmadığından ondan məhkumluğunun olub-olmamasını soruşmuşlar. O, isə məhkum olunduğunu və yenicə azad olunduğunu bildirdikdə onu polis şöbəsinə aparmışlar. Onu narkotik götürdüyü yerdə tutmamışlar. Əgər narkotik götürsəydi narkotik onda olardı. Onu narkotik olan yerə polis əməkdaşları aparmışlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cəzadan azad edilmişdir. Cəzaçəkmə müəssisəsindən çıxandan 10-15 gün sonra onun mobil nömrəsində iranlı şəxs zəng edib Yardımlı rayonu ərazisinə qoyduğu narkotiki gətirmək üçün getmək lazım olduğunu demiş, o, da razılaşmışdır. Buna görə də özünü təqsirli bilir ki, iranlı şəxsin sözü ilə Yardımlı rayonu ərazisinə getmişdir. İranlı şəxslə 10-15 gün ərzində 6-7 dəfə mobil telefon vasitəsi ilə danışmış, sonra isə iranlı şəxsin dediyi yerə getmişdir. İranlı şəxslə danışdıqdan sonra sonuncu ona Yardımlı rayonuna narkotik qoyulacağını demiş, o, həmin narkotiki götürməyə razılaşmışdır. Yardımlı rayonuna getdiyi taksi sürücüsünü əvvəllər tanımamış, Yardımlı rayonuna gedib-gəlmək üçün taksi sürücüsünə 200 manat pul verməyə razılaşmışdır. Səhər saatlarında Bakı şəhərindən həmin taksi vasitəsi ilə yola çıxmış, Yardımlı rayonunda “Abudərdə” adlı ziyarətgahın yanına gəlmiş və həmin yerdə avtomobildən düşmüş və narkotiki vasitəni axtarmaq üçün tək getmiş, həmin dövrdə isə taksi sürücüsünü həmin yerdən göndərmişdir. Ziyarətgahın yanından çox aralanıb təpələri axtarmış, iranlı şəxs “WhatsApp” vasitəsi ilə zəng edib istiqamət vermişdir. Lakin narkotiki tapa bilməmiş, boş-boşuna geri qayıtmışdır. Əgər narkotiki tapa bilsəydi özü ilə götürərdi. Narkotik vasitəni axtardığı ərazi Mirimli kəndi ərazisi olmuşdur. Onun axtarışları 2-3 saat çəkmişdir. Qayıdan zaman taksi sürücüsü də həmin yerə gəlmişdir. Sürücüyə pul verdiyindən həmin müddət ərzində onu gözləmişdir. Maşına mindikdən sonra Bakı şəhərinə qayıtmaq üçün yola düşmüş, yolda yanacaq dolduqma məntəqəsində dayanmış, daha sonra yeməkxanada təxminən 40 dəqiqə oturub yemək yemişlər , sonra isə Bakı şəhəri istiqamətində gedərkən Yardımlı-Masallı rayonları arasında qurulmuş postda polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt üzərində və maşınında axtarış aparılmış, lakin heç nə aşkar edilməmişdir. Polislər adını portala vurmuş, lakin adı sistemdə çıxmamış, buna görə də onu polis şöbəsinə aparmışlar. Narkotik vasitənin olduğu yerə onu videoçəkiliş vasitəsi ilə aparmışlar, çəkiliş zamanı da narkotik vasitənin ona aid olmasını demişdir. Çəkiliş zamanı polislərin dediklərinə uyğun ifadə verilmişdir. 11 il cəza çəkməsinə baxmayaraq hansı səbəbdən polislərin dediyi formada ifadə verdiyinin səbəbini bilmir. Polislərdən qorxduğu üçün onların dedikləri ilə razılaşmışdır. İranlı şəxslə heç vaxt danışmamış, əvvəllər tanımamışdır. Narkotik vasitəni götürüb iranlı şəxsin dediyi yerə qoyması müqabilində iranlı şəxs ona heç nə vəd etməmişdir. Heç bir marağı olmadığı halda iranlı şəxsin deməsinə görə Yardımlı rayonuna getmiş, bunun üçün də taksi sürücüsünə 200 manat pul vermişdir. Polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamışdır. Etirafedici ifadələr verdiyi üçün polislər ona təzyiq göstərməmişlər. Narkotik vasitəni tapmamış, hər hansı yerdə gizlətməmişdir. Onun ifadələrini müstəntiq yazmış, o, da razılaşıb imza etmişdir. Üzərində mobil telefon olmuş, həmin telefona da baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla 22 dekabr 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən və narkotik vasitənin aşkar edildiyi yerə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahatı, 22 və 23 dekabr 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəyə İran İslam Respublikası mobil operatoruna məxsus nömrədən zəng gəlmiş, həmin İran vətəndaşı ilə mobil telefonda danışıqlar apararaq tanış olmuş, tutulmamışdan təxminən bir həftə əvvəl İran vətəndaşı 055 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına zəng vuraraq Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini, həmin narkotik maddələri gizlədildiyi yerdən götürüb onun dediyi yerə çatdıracağı təqdirdə ona pul verəcəyini bildirmişdir. Maddi imkanı aşağı olduğu üçün o da İran vətəndaşı ilə razılaşmış, 19 dekabr 2023-cü il tarixdə günorta vaxtlarında İran vətəndaşı 055 *** ** ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramına zəng vuraraq narkotik maddələri Yardımlı rayonu ərazisində gizlətdiyini bildirmiş və həmin narkotik maddələri götürməyi ona tapşırmış, o, da İran vətəndaşına narkotik maddələri götürəcəyini demişdir. Həmin gün şəxsi işləri olduğu üçün Yardımlı rayonuna gələ bilməmiş, 20 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə getmiş, şəxsi işlərini görmüş və tanışlarından 200 manat borc pul tapıb 21 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Səbayıl rayonu ərazisində bir taksi ilə görüşüb Yardımlı rayonunda işi olduğunu, bir tanışla görüşəcəyini bildirmiş və ondan Yardımlı rayonuna neçəyə aparıb-gətirə biləcəyini soruşmuş, həmin taksi sürücüsü də Yardımlı rayonuna 200 manata gedib-gələ biləcəyini dedikdə razılaşmışdır. Həmin taksi sürücüsü X11 olduğunu bildirmiş, 21 dekabr 2023-cü il tarixdə saat təxminən 09-10 radələrində Elmin Əliyevin idarə etdiyi “Toyota Prius minik” markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yardımlı rayonu istiqamətinə yola düşmüşlər. Yardımlı rayonuna daxil olan zaman yolun kənarında polis postunu görmüş, İran vətəndaşı ona Yardımlı rayonu ərazisində yerləşən “Abudərdə” adlı ziyarətgahın yaxınlığına getməsini bildirmişdir. O yolda gördüyü tanımadığı şəxslərdən yolu soruşmuş və həmin tarixdə saat təxminən 14 radələrində “Abudərdə” adlı ziyarətgahın yanına çatmış, taksi sürücüsü Elmin Əliyevə ziyarətgahın yanında qalmasını bildirmiş və bir tanışı ilə görüşüb gələcəyini demişdir. Taksi sürücüsü Elmin ziyarətgahın yanında qalmış, özü isə avtomobildən düşərək İran vətəndaşı ilə əlaqə saxlamış, İran vətəndaşı ona narkotik maddələri gizlətdiyi yeri izah etmişdir. O da İran vətəndaşı ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayaraq piyada narkotik maddələrin gizlədildiyi yerə ziyarətgahın yanından təxminən 1 kilometr piyada getmiş, İran vətəndaşı telefonda ona gedəcəyi yeri izah etmiş və İran vətəndaşının gizlətdiyi içərisində narkotik maddələr olan 1 ədəd kisəni kolun yanından tapmışdır. Həmin tarixdə saat 17 radələrində içərisində narkotik maddələr olan 1 ədəd kisəni gözlədildiyi yerdən götürərək asfalt yola yaxın yerdə dərədə gizlətmiş, Yardımlı rayonuna gələn zaman yolun kənarında polis postunu gördüyü üçün içərisində narkotik maddələr olan 1 ədəd kisəni avtomobildə aparacağı təqdirdə tutula biləcəyindən qorxmuş, buna görə də boş geri qayıtmağı, polislərin post da daim və ya müvəqqəti dayanmalarını öyrənməyi, münasib vaxtda gəlib içərisində narkotik maddələr olan 1 ədəd kisəni İran vətəndaşının deyəcəyi yerə aparmağı fikirləşmişdir. Bundan sonra ziyarətgahın yanına qayıdaraq avtomobilə əyləşmiş, taksi sürücüsü Elmin Əliyevə tanışı ilə görüşdüyünü və geri qayıtmalarını bildirmişdir. Bundan sonra Elmin Əliyev avtomobili idarə etmiş və geri qayıtmışlar. 22 dekabr 2023-cü il tarixdə saat 01:15 radələrində Yardımlı- Masallı yolunda polis əməkdaşları onları saxlamış, polislər ona külli miqdarda narkotik maddələr əldə etmədə şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, 1 ədəd kisədə narkotik maddələr əldə etdiyini və Abudərdə adlı ziyarətgahın yaxınlığında gizlətdiyini bildirmiş, bundan sonra üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, üzərindən 1 ədəd Honor markalı mobil telefon aşkar olunmuşdur. Həmin mobil telefonda “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxladığı və “Qaqas” adı ilə qeyd etdiyi İran İslam Respublikası mobil operatoruna məxsus + 98 912 949 31 35 saylı nömrəni göstərmişdir. Ondan Yardımlı rayonu ərazisinə gəlməsinin səbəbi soruşulmuş, o da İran vətəndaşı ilə əlaqə saxlayaraq onun gizlətdiyi yerdən içərisində narkotik maddələr olan 1 ədəd kisəni gizlədildiyi yerdən götürdüyünü, “Abudərdə” adlı ziyarətgahın yaxınlığında dərədə gizlətdiyini demiş və həmin kisəni təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra içərisində narkotik maddələr olan 1 ədəd kisəni gizlətdiyi yerə getmişlər. Həmin yerdə vəkilin, taksi sürcüsü Elmin Əliyev və polis əməkdaşlarının iştirakları ilə videçəkiliş vasitəsi ilə onun gizlətdiyi 1 ədəd kisəyə baxış keçirilmişdir. Ondan həmin kisəni nə vaxt və haradan götürməsi soruşulmuş, o da içərisində narkotik vasitələr olan 1 ədəd kisəni xx.xx.2023-cü il tarixdə gizlətdiyi yerdən bir neçə yüz metr aralıdan götürərək həmin yerə qoyduğunu bildirmişdir. 1 ədəd kisə iplə bağlanmış vəziyyətdə olmuşdur. Kisə açıldıqda içərisindən 38 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Aşkar olunmuş bükümlərə bir-bir baxış keşçirilmiş, bükümlərdən qurudulmuş marixuanaya oxşar kütlələr və dərman preparatları aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələrə oxşar kütlələrin və dərmanların ona məxsus olub-olmaması soruşulmuş, o da həmin narkotik vasitələrin ona məxsus olmasını bildirmişdir. O, taksi sürücü X8 onun narkotik vasitələr götürmək üçün gəlməsindən məlumatının olmadığını demişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, həmin ifadəni müstəntiq yazmış, o, isə məcburiyyətdən imzalamışdır. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Yardımlı rayon ərazisnidən narkotik vasitələri Bakı şəhərinə aparacağı barədə əməliyyat məlumatı daxil olmuş, 22 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, Yardımlı RPŞ-nin PPXB-nin komandirinin müavini Şahid2 və PPXB-nin polis nəfəri, polis serjantı Nasim Cəlilzadə ilə birlikdə Yardımlı-Masallı yolunda gözləyərkən “Toyota Prius minik” markalı avtomobil yaxınlaşdığını görüb saxlamış, avtomobildə Təqsirləndirilən şəxs və Elvin Əliyev adında şəxslər olmuşdur. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirərək onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üstünün palçıqlı olması onun barəsində şübhələri daha da artırmışdır. Şöbədə Təqsirləndirilən şəxs etiraf edərək Yardımlı rayonuna narkotik vasitə üçün gəldiyini bildirmiş və narkotik vasitənin Ərailə kəndi ərazisində gizlətdiyini bildirmiş, daha sonra protokol tətbiq olunmuş və təhqiqatçı, vəkil və videoçəkliş aparılmqala həmin əraziyə getmişlər. Ərsilə kəndi ərazisində “Abdi” adlanan yerin yaxınlığında bir kisə narkotik vasitə və psixotrop maddələr aşkar olnumuş, orada Təqsirləndirilən şəxs kisənin aşkar olunduğu yerdən biraz aralıda götürüb orada gizlətdiyini, iranlı şəxsdən əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs telefonuna baxış keçirilərkən orada həmin iranlı vətəndaşı “Qaqa” adıyla qeyd etdiyi müəyyən olunmuşdur. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs Yardımlı-Masallı postunda saxlayıb sonradan Ərsilə kəndinə getmişlər. Narkotik vasitə olan yeri Təqsirləndirilən şəxs özü göstərmiş, polis şöbəsindən narkotik vasitənin aşkar olunduğu yerə kimi təxminən 40 dəqiqəlik yol olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni yolun qırağında dərədə gizlətdiyini göstərmiş, həmin torbanı təqdim etmişdir. Təqsirləndirilən şəxsla həmin yerə gecə saatlarında getmişlər. Xalid narkotik vasitəni sonradan gəlib götürəcəyini bildirmiş, həmin kütlələri İran vətəndaşının oraya qoyduğunu,narkotik vasitəni götürüb Bakıya aparacağını qeyd etmişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitəni Yardımlı rayonundan Bakıya aparması bildirilmişdir. Narkotik vasitənin yeri barədə Təqsirləndirilən şəxs özü məlumat vermişdi. Yardımlı rayonuna gedərkən Təqsirləndirilən şəxs görməmişlər. Təqsirləndirilən şəxs onda heç bir bağlama olamaması, polis əməkdaşları tərəfindən narkotik vasitənin olduğu yerə aparılması barədə dedikləri yalandır, belə hal olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin əməkdaşı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun Yardımlı rayonu ərazisinə gələrək özünə məlum olan mənbədən külli miqdarda narkotik vasitələr əldə edərək realizə etmək məqəsdi ilə Bakı şəhəri ərazisinə aparmağı planlaşdırmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 21 dekabr 2023-cü il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v. 3-8; 30-32; 33-37) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 22 ) -“şəxsi axtarış və götürmə haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya olmadığını bildirmiş, əynində olan boz-qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrləri istifadə etdiyini bildirmişdir. ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Qaqaş” adı ilə qeyd olunan İran İslam Respublikası mobil operatoruna məxsus + 98 912 949 31 35 saylı nömrə ilə telefon danışıqları aparması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış və həmin şəxs ona Yardımlı rayonu ərazisində narkotik vasitə gizlətdiyini bildirmiş, o da xx.xx.2023-cü il tarixdə Yardımlı rayonu ərazisinə gələrək İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən 1 ədəd kisədəki narkotik vasitələri götürərək sonradan onun dediyi yerə aparmaq məqsədilə digər bir yerdə gizlətmişdir. Hazırda narkotik vasitələri gizlətdiyi yeri təqdim edə bilər. Şəxsi axtarış zamanı aşkar olunmuş 1 ədəd “Honor” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən şəxsi axtarışın keçirilməsində iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılıb-möhürlənərək götürülmüşdür. (i.v. 30-32) -“baxış və götürmə haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, baxış istintaq hərəkəti Yardımlı rayonu Ərsilə kəndi ərazisində Abudərdə adlanan yerdə aparılmış, Təqsirləndirilən şəxs narkotik vasitələri gizlətdiyi yerə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik vasitələr olan 1 ədəd çantanı gizlətdiyi yerdən təqdim etməsi təklif olunmuş, o da içərisində narkotik vasitələr olan 1 ədəd çantanı gizlətdiyi yerdə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kisəni nə vaxt və haradan götürməsi soruşulmuş, o həmin kisəni 21 dekabr 2023-cü il tarixdə gizlətdiyi yerdən bir neçə yüz metr aralıdan götürərək həmin yerə qoyduğunu bildirmişdir. Kisə açıldıqda içərisindən 38 ədəd sellofan bükümlər aşkar olunmuş, həmin bükümlərdən 33 ədədində qurudulmuş marixuanaya oxşar, 1 ədəd sellofan bükümdə tiryəkə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd sellofan bükümdən üzərində “methadone 40” sözləri və rəqəmləri yazılmış hər birində 10 həb olmaqla 202 listdə ümumilikdə 2020 ədəd, 1 ədəd sellefon bükümdən üzərində “methadone 40” sözləri və rəqəmləri yazılmış hər birində 10 həb olmaqla 143 listdə ümumilikdə 1430 ədəd, 1 ədəd sellefon bükümdən üzərində “methadone 40” sözləri və rəqəmləri yazılmış hər birində 10 həb olmaqla 116 listdə ümumilikdə 1160 ədəd, 1 ədəd sellefon bükümdən üzərində “methadone 40” sözləri və rəqəmləri yazılmış hər birində 10 həb olmaqla 165 listdə ümumilikdə 1650 ədəd dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri haradan əldə etməsi soruşulmuş, o da narkotik vasitələri həmin yerdən bir neçə yüz metr yuxarı hissədən götürdüyünü bildirmişdir. (i.v. 33- 37) -Məhkəmə bioloji və məhkəmə kimyəvi ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 19/1062 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində.... “Şübhəli şəxs Təqsirləndirilən şəxs Yardımlı rayonu “Abudərdə” adlanan ərazidə gizlətdiyi ərazidə aşkar olunmuş narkotik vasitələrə oxşar kütlələr ....” sözlər və imzalar olan bir ədəd kisədəki, 1 ədəd büküldə təmiz çəkisi: -935,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; 33 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 520.0 qr: -510.0 qr: -535.0 qr: -505.0 qr: -500.0 qr: -510.0 qr: -495.0 qr: -490.0 qr: -500.0 qr: -515.0 qr: -515.0 qr: -495.0 qr: -500.0 qr: -525.0 qr: -500.0 qr: -525.0 qr: -505.0 qr: - 495.0 qr: -535.0 qr: -525.0 qr: -515.0 qr: -500.0 qr: -510.0 qr: -515.0 qr: -520.0 qr: -525.0 qr: -515.0 qr: -530.0 qr: -525.0 qr: -530.0 qr: -520.0 qr: -515.0 qr: -500.0 qr; ümumi təmiz çəkisi -16920,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanolepik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Üzərində.... “şübhəli şəxs Təqsirləndirilən şəxs Yardımlı rayonu “Abudərdə” adlanan ərazidə gizlətdiyi ərazidə aşkar olunmuş narkotik tərkibli dərman vasitələri ....” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 199 ədəd konvalyutda ümumi sayı 1990 ədəd olan, üzərində “F/M40” yazısı yazılmış və 427 ədəd konvalyutda ümumi sayı 4270 ədəd olan üzərində “ddp/M40” yazısı yazılmış, ümumilikə 6260 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir. Həblərin təsiredici maddəsinin miqdarına görə bir-biriləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 250,4 qramdır(bir həbdə 0,04 qr). (i.v. 49-53) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 75-76) -Yardımlı rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli, 4(038)-26/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs izahatında əməlini etiraf edərək polis şöbəsində saxlanılarkən hər hansı işgəncəyə və təzyiqə məruz qalmadığını, gələcəkdə bu kimi cinayət əməlini törətməyəcəyini bildirmişdir. (i.v. 96-100) -“maddi sübut kimi tanıma” haqqında 25 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs işitarkı ilə baxış keçirilən zaman götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 934,9 qram olan tiryək, 16916,7 qram qurudulmuş marixuana və 6180 ədəd metadon həbləri maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Yardımlı RPŞnin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 105-107) - Yardımlı Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 5(038)-79/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Yardımlı RPŞ-nin əməliyyat müəvəkkili Şahid1 21 dekabr 2023cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 125-126) - “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 202-205) - “diskə baxış keçirilməsi” haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil nömrə ilə aparılmış telefon danışıqlarının anten məlumatlarına dair istintaqa daxil olmuş 1(bir) ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası mobil operatoruna məxsus +**********35 saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 13:29, 16:39, xx.xx.2023-cü il tarixdə saat 15:06, 15:07, xx.xx.2023-cü il tarixdə saat 08:59-da telefon danışıqları aparmışdır. (i.v. 202-206) -“maddi sübut kimi tanıma” haqqında 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd “Honor” markalı mobil telefon maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Yardımlı RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 210-211) - ambulator məcburi narkoloji tibbi yoxlamanın 01 fevral 2024-cü il tarixli, 87 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 213) - ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 yanvar 2024-cü il tarixli 61 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik müəyyən edilmir. O, ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (i.v. 219-222) -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4- 1-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2 və 234.4-1-ci maddələrinə tövsüf edilmişdir. (i.v. 227-248) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan İran islam Respublikası vətəndaşı və digər şəxslər barəsində ayrıca icraatda Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi ayrılmışdır. ( i.v. 250-255) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2 və 234.4-1-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 256-257) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini, narkotik vasitələrin satışı ilə bağlı hər hansı şəxslə əlbir olmadığını, iranlı şəxsin söü ilə Bakı şəhərinə aparmaq üçün Yardımlı rayonundan narkotik vasitə götürməyə gəldiyini, lakin həmin narkotik vasitəni gizlədildiyi yerdən tapa bilmədiyini və polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onlar tərəfindən narkotik vasitə gizlədilmiş yerə aparıldığını, qorxduğu üçün bütün narkotik vasitənin ona aid olmasını, iranlı şəxs tərəfindən göndərildiyini və onun tərəfindən gizlədildiyini deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, həmçinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış və narkotik vasitənin gizlədildiyi yerə baxış keçirilən zaman şifahi izahatında narkotik vasitəni ona “Qaqa” adlı İİR vətəndaşı göndərdiyini, həmin narkotik vasitəni götürüb iranlı şəxs deyəcəyi yerə aparmağı qarşılığında ona pul verməyi vəd etdiyini, həmin şəxslə razılaşdığını, Yardımlı RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi, iranlı şəxslə razılaşması və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif etdiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə gecə saatlarında Yardımlı rayonundan Masallı rayonu istiqmətində hərəkətdə olarkən saxlanılmış, Təqsirləndirilən şəxs paltarlarının palçıq olması, gedəcəyi kəndin adını deyə bilməməsi onlarda şübhə doğurmuş, həmçinin Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı olduğundan polis şöbəsinə aparılmış, üzərinə şəxsi axtarış keçirilərkən hər hansı qanunsuz əşya aşkar edilməmiş, eləcə də şifahi sorğu zamanı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxladığını və həmin şəxs ona Yardımlı rayonu ərazisində narkotik vasitə gizlətdiyini bildirdiyini, o da xx.xx.2023-cü il tarixdə Yardımlı rayonu ərazisinə gələrək İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən 1 ədəd kisədəki narkotik vasitələri götürərək sonradan onun dediyi yerə aparmaq məqsədilə digər bir yerdə gizlətdiyini, narkotik vasitələri gizlətdiyi yeri təqdim edə biləcəyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələri gizləttdiyi yeri göstərmiş, həmin yerdə narkotik vasitələr olan torba aşkar edilmiş, Təqsirləndirilən şəxs bütün digər halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan başqa “şəxsi axtarış keçirilməsi ” haqqında 22 dekabr 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdə görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Honor” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrləri istifadə etdiyini bildirmişdir. ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” proqramında “Qaqaş” adı ilə qeyd olunan İran İslam Respublikası mobil operatoruna məxsus + 98 912 949 31 35 saylı nömrə ilə telefon danışıqları aparması müəyyən olunmuşdur. Həmin mobil telefon ibtidai istintaq orqanı tərəfindən maddi sübut kimi tanınmış, iş üçün əhəmiyyət kəsb etdiyindən “Honor” markalı həmin maddi sübut tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş, lakin həmin mobil telefonda olan “WhatsApp” mobil tətbiqinin Təqsirləndirilən şəxs göndərilmiş səsli və yazılı mesajlar silindiyindən həmin danışıqların mətnini tam müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri və telefon danışıqları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Yuxarıda qeyd edilən Plenum qərarındakı hüquqi mövqeyə görə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni iranlı şəxsin ona deyəcəyi yerə qoymaq və qazanc əldə etmək məqsədi ilə əldə etmiş, saxlamış, dolayısı ilə cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmişdir. Buna görə də Təqsirləndirilən şəxs da cinayətin icraçısı hesab edilməli və onun əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan qurudulmuş marixuananı, tiryəki və xüsusilə külli miqdarda metadonu əldə edib, saxlaması və daşıması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində göstərdiyi kimi, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkisi 16920 qram çəkidə külli miqdarda qurudulmuş marixuananı, 935 qram çəkidə külli miqdarda narkotik vasitə tiryəki və təsir maddəsinin ümumi miqdarı 250,4 qram olan xüsusilə külli miqdarda 6260 ədəd həb halında narkotik vasitə metadonu Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də həmin narkotik vasitələri satmaq məqsədilə daşıması əməlində Azərbaycan Respublikası CM-in 234.4-1cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – hər hansı şəxsə qaçaqmalçılıq cinayəti törətməyə görə köməklik etmədiyini göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 206.3.2-cü maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyini bildirmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı hissəsinin müdafiəsindən (cinayət təqibindən) imtinası qəbul edilmiş, sonuncuya qarşı irəli sürülmüş ittihamın Azərbaycan CM-in 32.5, 206.3.2-ci maddəsi ilə bağlı olan hissəsində cinayət işi üzrə icraata (cinayət təqibinə) xitam verilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – saxlanılarkən polis əməkdaşları tərəfindən hədələndiyi üçün aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs nə özü, nə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bundan əlavə Təqsirləndirilən şəxs ilk dəfə məhkəmə iclasında dindirilərkən də polis əməkdaşları tərəfindən hədələrə məruz qalması barədə hər hansı fikir bildirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədələrə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz hədə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən hədələrə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, bununla da ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı özünün qismən etirafedici ifadəsi, şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 dekabr 2023-cü il tarixli 19/1062 nömrəli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 09 il 06 aya endirilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v 139- 140; 187-197) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin xüsusi təhlükəli residivi sayılır. Həmin Məcəllənin 83.3.4-cü maddələrinə əsasən müvafiq olaraq ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində məhkumluq onların cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə ödənilmiş hesab olunur. Beləliklə, Hüseynov X5 Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş altı illik müddətin keçmədiyi dövrdə yaxud məhkumluğu ödənilmədən və ya götürülmədən törətdiyinə görə Təqsirləndirilən şəxs hazırki iş üzrə məhkumluğu olan şəxsdir və əməlində cinayətlərin xüsusi təhlükəli residivi mövcuddur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğundan CM-nin 65.2-ci maddəsinə əsasən ona 11 il 03 aydan aşağı həddə cəza təyin edilə bilməz. -Lənkəran şəhər İcra hakimiyyəti Başçısının 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyindən verilmiş 15 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ünvan 2 ünvanında tək yaşayır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. (i.v. 179-180 ) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) cəzasını yüngülləşdirən hal yoxdur, Azərbaycan Repsublikası CM-in 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivinin olmasına dair cəzasını ağırlaşdıran halın olmasını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Buna görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2023-cü il tarixdən hesablanmalı və Yardımlı Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Ambulator məcburi-narkoloji yoxlamanın 01 fevral 2024-cü il tarixli 87 nömrəli rəyi nəzərə alınaraq, o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 16.916,7 qram qurudulmuş marixuana, 934,9 qram çəkidə tiryək və 6180 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitənin gizlədildiyi yerə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Honor” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona 11 (on bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 120 (yüz iyirmi) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 16.916,7 qram qurudulmuş marixuana, 934,9 qram çəkidə tiryək və 6180 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Honor” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitənin gizlədildiyi yerə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 04 ədəd disk iş materiallarında saxlanılmalıdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar