Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-407/2022 08.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X5 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1972-ci ildə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Vahid” adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Vahid” adlı şəxs İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra o, Yardımlı rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 52049 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 300 ədəd həbdən ibarət narkotik vasitə metadon, 328,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 2585 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib “Vahid” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən yaşadığı Yardımlı rayonu Mirimli kəndində yerləşən evə daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və həmin İdarənin Cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 27 avqust 2021-ci il tarixdə saat 17:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Yardımlı rayonu, Mirimli kəndində yerləşən evdə saxlanılmaqla saat 17:13-dən etibarən özünün razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman ot bükümlərinin yığıldığı tövlənin içərisində gizlətdiyi iki ədəd kisənin içərisindən 38 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 5840 qram, 4325 qram, 4160 qram, 2765 qram, 1004 qram, 1014 qram, 974 qram, 1014 qram, 1050 qram, 1480 qram, 1004 qram, 1020 qram, 1184 qram, 1285 qram, 1495 qram, 1495 qram, 1025 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1010 qram, 510 qram, 1015 qram, 4150 qram, 1020 qram, 505 qram, 1025 qram, 940 qram, 770 qram, 510 qram, 515 qram, 1020 qram, 505 qram, 945 qram, 260 qram və 190 qram olmaqla ümumilikdə külli miqdarda 52049 qram çəkidə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə heroin, üzərində “Methadone 40” yazılan 30 ədəd blisterdə ümumi sayı 300 ədəd həbdən ibarət təsiredici maddənin ümumi miqdarı külli miqdarda 12 qram olan narkotik vasitə metadon, 01 ədəd bükümdə 328,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana,12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 235 qram, 530 qram, 200 qram, 200 qram, 200 qram, 100 qram, 100 qram, 100 qram, 100 qram, 170 qram, 525 qram və 125 qram olmaqla ümumilikdə külli miqdarda 2585 qram çəkidə ağ rəngli kristalşəkilli, xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində əvvəlcə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərərək ifadəsində göstərmişdir ki, o həyat yoldaşını Masallı rayon Xəstəxanasına aparmış, bir həftə xəstəxanada qalmışlar. Xəstəxanadan qayıdandan iki gün sonra polis əməkdaşları onlara gələrək, həyətində ona məxsus olan mal-qara saxladığı tövləyə baxış keçirmişlər. Baxış zamanı tövlədən narkotik maddələr aşkarlanmışdır. Polis əməkdaşları tövlədə aşkarlanan torbaları onun iştirakı ilə videoçəkilişlə götürmüşlər. Lakin həmin maddələr ona aid olmamışdır. Maddələri oraya qoymuşlar. Narkotikləri tövləyə kimin qoyduğunu bilmir. O məcburiyyət qarşısında qalıb narkotiklərin ona aid olmasını demişdir ona görə ki, deməsəydi polislər onu döyəcəkdilər. O daha sonra ifadəsində göstərmişdir ki, tövlədə olan malın (heroinin) 10 kiloqramı ona məxsusdur, qalan narkotik ona aid deyil. İranlı Vahidi üzdən tanımır. Vahid ona dəfələrlə zəng etmiş, amma o getməmişdir. Sonra da Vahid sərhədi keçib bağlamaları qoyub getmişdir. Narkotikləri iranlı Vahidin zəng edəcəyi adam gəlib ondan götürəcəkdi. Tövlədə olan kisələrə açıb baxmamışdır.Bükümlərin üzərində olan yazıların nə olduğunu bilmir. Qaçaqmalçılıq cinayətini törətməmişdir. O sualları cavablandırarkən ifadəsini dəyişərək, ümumiyyətlə ona məxsus tövlədən aşkar edilərək götürülmüş iki kisədə olan narkotik vasitələrdən heç bir məlumatı olmadığını, həmin kisələri onun tövləsinə qaynanəsinin qardaşı Yardımlı rayonunun Zevin kəndində yaşayan Salamın qoyduğunu bildirsə də Salamın həmin narkotik vasitələri nəyə görə ona məxsus tövləyə qoymasını deyə bilməmişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə cinayət törətməkdə şübhə edilən şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxslə tutulmamışdan bir ay öncə «İnstagram» sosial şəbəkəsi vasitəsilə tanış olmuş, həmin vaxtdan etibarən onun mobil nömrəsi mobil telefonunda qalmışdır. Keçən müddət ərzində Vahid adlı şəxs dəfələrlə narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etmiş, lakin onunla razılaşmamışdır. Son vaxtlar maddi cəhətdən vəziyyəti yaxşı olmamış, bu məqsədlə tutulmazdan təxminən bir neçə gün öncə «Whatsapp» sosial şəbəkəsi vasitəsilə Vahidlə əlaqə saxlayan zaman ona maddi cəhətdən köməklik etməsini xahiş etmiş, Vahid ona narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmağı təklif etmiş, pula ehtiyacı olduğundan onunla razılaşmaq məcburiyyətində qalmışdır. Razılaşmaya əsasən narkotik vasitələri və psixotrop maddələri Vahidin dediyi yerdən götürərək özündə saxlamalı, ona dediyi miqdarda Yardımlı rayonunun müxtəlif ərazilərində yerləşdirməli, həmin narkotik vasitələri və psixotrop maddələri yerləşdirdiyi yerin şəklini çəkib mobil telefon vasitəsilə ona göndərməli olmuşdur. Bunun müqabilində ona ümumilikdə 4000 manat pul verilməli olmuş, tutulmazdan iki gün öncə Vahidlə əlaqə saxlayan zaman ona narkotik vasitə və psixotrop maddə göndərəcəyini demiş, lakin həmin maddələrin çəkisi barədə hər hansı məlumat verməmiş, belə olan halda Vahidlə razılaşıb ondan zəng gözləməyə başlamışdır. Həmin gün Vahid yenidən ona zəng vuraraq 1-2 saat ərzində Yardımlı rayonu, Məlikli kəndi ərazisindəki “Əli piri” adlanan ağacın yaxınlığında iki ədəd boz rəngli torbada narkotik vasitə heroin, marixuana, metadon və metamfetamin qoyulacağını, həmin torbaları götürüb özündə saxlamağını, kimə veriləcəyi barədə daha sonra ona məlumat verəcəyini bildirmiş, razılaşmaya əsasən torbaları Vahid dediyi yerdən götürərək özündə saxlamalı, onun dediyi miqdarda narkotik vasitələri çəkib Yardımlı rayonunun müxtəlif ərazilərində yerləşdirməli və həmin maddələri yerləşdirdiyi yerin şəklini çəkib mobil telefon vasitəsilə ona göndərməli olmuşdur. Belə olan halda onunla razılaşıb Vahidin dediyi torbaları götürmək məqsədilə qardaşına məxsus atla yola düzəlmiş, Vahidin ona dediyi yerə yəni Məlikli kəndindəki ağacın yanına gedən zaman onun qeyd etdiyi torbaların orada olduğunu görmüş, bundan sonra torbaları götürərək, dərhal oradan uzaqlaşdır. Həmin yerə əvvəllər at ilə getmiş, torbaları oradan götürdükdən sonra yaşadığı evə qayıtmış, evə gəldikdən sonra torbaların içərisinə nəzər yetirdikdə içərisində müxtəlif bükümlər və dərman preparatları olduğunu görmüş, yolda olan zaman Vahid yenidən ona zəng vurmuş, ona dediyi torbaları götürdüyünü və evdə saxlayacağını bildirmişdir. Vahid torbaların içərisində olanları onun deyəcəyi vaxtda müxtəlif ərazilərdə və müxtəlif çəkilərdə yerləşdirəcəyini demiş, razılaşmaya əsasən maddələri yerləşdirdikdən sonra ümumilikdə 4000 manat pul qazanmalı olmuş, onunla razılaşmış, Yardımlı rayonu, Mirimli kəndində yerləşən evinə gəldikdən sonra götürdüyü torbaları həyətyanı sahədə olan ot yığdığı tövlədə gizlətmişdir. 27 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvanda olan zaman bir neçə mülki geyimli şəxslər onu yaşadığı evdən çağırmış, həmin şəxslərə yaxınlaşdıqda özlərini təqdim edərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini istəmiş və öz anket məlumatları barədə məlumat vermiş, bundan sonra polis əməkdaşları onun külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, polis əməkdaşlarında onun barəsində olan məlumatın dəqiq olduğunu başa düşmüşdür. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, onlara etiraz etməmiş və həmçinin etirazının olmamasına dair ərizə də, yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı həyətyanı sahədəki tövlədə gizlətdiyi torbaları polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi torbalara baxış keçirən zaman oradan çoxsaylı bükümlərdə psixotrop maddə, narkotik vasitə və dərman preparatları aşkar etmiş, baxış keçirdikdən sonra hər bir bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkərək torbanın içərisinə yığmış və torbanın ağzı bağalanaraq üzəri yazılmışdır. Yazılmış ağ kağız uca səslə oxunduqdan sonra tərəflərindən imzalanmış, bundan sonra kağızın üzəri möhürlənib götürülmüş, polis əməkdaşları yaşadığı evin digər hissələrinə baxış keçirmiş, baxış zamanı evin digər yerlərindən narkotik vasitə və qanunla qadağan edilmiş digər maddə və ya əşya aşkar edilməmişdir. Eyni zamanda baxış zamanı təqdim etdiyi ona məxsus içərisində 118 manat pul, iki ədəd plastik bank kartı, “Redmi” və “Samsung” markalı mobil telefonlar əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüş, yaşadığım evə polisə əməkdaşları tərəfindən baxış keçirilib qurtardıqdan sonra müvafiq protokolun tərtib edilməsi üçün, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran şəhəri ərazisində yerləşən inzibati binasına qayıtmışlar. Orada ona dövlət hesabına müdafiəçi verilməsi üçün ərizə yazmış, bundan sonra vəkillərin siyahısı oxuyub, tanış omaq üçün ona verilmiş, müdafiəçilərin siyahısı ilə tanış olduqdan təxminən 15-20 dəqiqədən sonra hüquqlarının müdafiə olunması üçün ona müdafiəçi X3 təqdim edilmiş və onun iştirakı ilə hüquq vəzifələri ona izah edildikdən sonra bu barədə yazılı bildiriş ona təqdim olunmuş, sonra tərtib edilmiş sənədləri oxuyub müdafiəçinin iştirakı ilə tanış olmuşdur. Sənədlərlə tanış olduqdan sonra yaşadığı evdə keçirilmiş baxışa dair protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmiş, bundan sonra videoçəkiliş ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış qurtardıqdan sonra xidməti iş otağında protokol tərib edilərək uca səslə oxunmuş, yenə də, müdafiəçinin iştirakı ilə tərtib edilmiş protokolla tanış olduqdan sonra onun üzərini imzalamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməllərini törətməsi, özünün məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadələrindən başqa, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, sənədlər, maddi sübutlar və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə Yardımlı rayonu, Mirimli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Sonra da əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. 27 avqust 2021-ci il tarixdə o, işlədiyi idarənin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ilə birlikdə Yardımlı rayonu, Mirimli kəndi ərazisinə getmişlər. Həmin gün saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı evə gedib onu çağıraraq, özlərini təqdim etdikdən sonra onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməli olduqlarını demiş, Təqsirləndirilən şəxs evə daxil olmalarına razılıq verməklə bu barədə ərizə ilə müraciət edərək yaşadığı evdə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Sonra evin giriş qapısından içəri hissədə videoçəkilişlə baxış keçirilməsinə başlanmış, baxış zamanı ona evində və ya həyətində narkotik vasitə varsa təqdim etməsi təkluf olunmuş, o da yaşadığı evin həyətində yerləşən tövlədə narkotik vasitə olduğunu bildirib, sonra da tövləyə girib ot bağlamalarının altında gizlətdiyi iki ədəd torbanı təqdim etmiş və içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Baxış keçirilmiş torbaların içərisində psixotrop maddə metamfetaminə bənzər, narkotik vasitələr heroinə , qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, daha sonra aşkar edilmiş kütlələrə baxış keçirilərək elektron tərəzidə çəkilmiş, həmin kütlələr torbaya qablaşdırılmış, torbanın üzəri möhürlənmiş və üzəri tərəflərindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxsa məxsus ünvanda başqa hər hansı bir qanunsuz əşya, maddə, predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş kütlələri İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsin iki gün əvvəl onun üçün göndərdiyini, həmin kütlələri onun dediyi yerə yerləşdirdikdən sonra, bunun müqabilində ona 4000 manat pul veriləcəyini bildirmişdir. İki ədəd mobil telefon, pul qabında olan plastik kartlar və 118 manat pul təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs heç bir təsir və ya təzyiq olunmamışdır. O narkotik vasitələri əldə etməsini səmimi etiraf etmişdir. Dindirilmiş şahidlər Şahid3 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2021-ci il tarixli 6/3743 nömrəli rəyində qeyd edilmişdir ki, AR DİN “Zərflər üçün № 7(1)” möhür əksi, “Təqsirləndirilən şəxs yaşadığı ünvanda...” və s. yazılar olan 01 ədəd kisədəki 38 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5840 qram, 4325 qram, 4160 qram, 2765 qram, 1004 qram, 1014 qram, 974 qram, 1014 qram, 1050 qram, 1480 qram, 1004 qram, 1020 qram, 1184 qram, 1285 qram, 1495 qram, 1495 qram, 1025 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1005 qram, 1010 qram, 510 qram, 1015 qram, 4150 qram, 1020 qram, 505 qram, 1025 qram, 940 qram, 770 qram, 510 qram, 515 qram, 1020 qram, 505 qram, 945 qram, 260 qram, 190 qram ümumi təmiz çəkisi 52049 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 38 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 12 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 235qram, 530 qram, 200 qram, 200 qram, 200 qram, 100 qram, 100 qram, 100 qram, 100 qram, 170 qram, 525 qram, 125 qram ümumi təmiz çəkiləri 2585 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 12 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 30 ədəd üzərlərində “Methadone 40” göstəriciləri olan blisterdə ümumilikdə 300 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 12 qram olan narkotik vasitəmetadon müəyyən edildi. 30 ədəd metadon tabletləri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 28 avqust 2021-ci il tarixli 7/845 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs oğlı yaşadığı ünvanda aşkar edilmiş...” sözləri yazılmış sintetik torbada skoçla bağlanmı ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 328,9 qram bitki mənşəli kütlə tərkit narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış nar vasitə olan qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 noyabr 2021-ci il tarixli 4767 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsini inkar edir. Müayinə zamanı narkotik vasitələrdən suiistifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur. Narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq yoxdur. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli 826 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yüngül əqli gerilik (debillik dərəcəsində oliqofreniya) aşkar edilir. Yoxlanılan şəxsdə müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmasın. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hövsələsizlik, hirslilik, qıcığa qarşı həssaslıq, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosionalı vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Hadisə zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan ibtidai istintaq orqanının 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, qalıq çəkiləri 52048,81 qram heroin, 297 ədəd metadon həbi, 328,85 qram qurudulmuş marixuana və 2584,88 qram metamfetaminin saxlanması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan 27 avqust 2021-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə saat 17:00-da Yardımlı rayonu, Mirimli kəndində yerləşən yaşadığı evdə saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman oradan narkotik vasitə marixuanaya bənzər kütlələr, narkotik vasitə heroinə bənzər kütlələr, psixotrop maddə metamfetaminə bənzər kütlələr və narkotik vasitə metadona bənzər həblər aşkar edilərək götürülmüşdür. Qeyd edilən baxış zamanı videoçəkilişdən istifadə edilmiş və 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntü olan 1 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarında tikilmişdir. Məhkəmədə qeyd edilən bir ədəd DVD diskdə olan görünütülərə baxış keçirilmişdir. Həmin görüntülərdən də 27 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus tövləyə onun iştirakı ilə baxış keçirilməsi və onun külli miqdarda narkotik vasitələr və psixotrop maddə olan iki ədəd kisələri təqdim etməsi, habelə sorğu zamanı həmin kütlələri İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxsin göndərməsi halları təsdiq olunur. İşdə olan Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun yaddaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd edilən telefonun yaddaşına keçirilən baxış zamanı Samsung” markalı mobil telefonun kontaktına nəzər yetirdikdə İran mobil operatorlarına məxsus +**********05 nömrəsi “Vahid” kimi qeyd edilmişdir. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut əhəmiyyətinə malik olduğundan, maddi sübut kimi tanınaraq və saxlanması üçün BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İşdə olan Yardımlı rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 27 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan 21 oktyabr 2021-ci il tarixli, 008-9570-1221 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Vahid” adlı şəxsdən satmaq məqsədilə əldə etmişdir. “Vahid” adlı şəxsin İran İslam Respublikası ərazisində olması səbəbindən onun ətrafında zəruri əməliyyat-axtarış tədbirləri keçirilməsi mümkün olmamışdır. Tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədilə əməliyyat tədbirləri davam etdirilir. İşdə olan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin məlumatından görünür ki, «Giriş-çıxış və qeydiyyat» İAMAS-nın «Sərhədkeçməyə məhdudiyyət» sistemi üzrə Təqsirləndirilən şəxs 31 avqust 2018-ci il tarixdən 26 yanvar 2020-ci il tarixədək keçən müddət ərzində müxtəlif vaxtlarda X9 ərazisinə Astara və Biləsuvar sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməsi, sonuncu dəfə 26 yanvar 2020-ci il tarixdə Astara sərhəd nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycan Respublikası ərazisinə qayıtması müəyyən edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 10 may 2022-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işindən cinayətin digər iştirakçılarının barələrində CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsinbdə əvvəlcə ona məxsus olan tövlədən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmadığını, daha sonra aşkar olunmuş maddələrdən yalnız 10 kiloqram heroinin ona məxsus olduğunu, onu İranlı Vahidin göndərdiyini və narkotiki Vahidin göndərəcəyi şəxsə verəcəyini bildirsədə, sualları cavablandırarkən isə ümumiyyətlə ona məxsus tövlədən aşkar edilərək götürülmüş iki kisədə olan narkotik vasitələrdən heç bir məlumatı olmadığını, həmin kisələri onun tövləsinə qaynanəsinin qardaşı Yardımlı rayonunun Zevin kəndində yaşayan Salamın qoyduğunu bildirmişdir. Məhkəmə onun bu ziddiyyətli ifadələrini özünü müdafiə məqsədi daşıyan ifadələr olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilımədiyindən və işin hallarına uyğun gəlməyən ifadələr olduğundan, habelə məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı onun yaşadığı evin həyətində yerləşən tövləyə videoçəkilişlə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu ilə, məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs həm cinayət törətməkdə şübhə edilən, həm də təqsirləndirilən şəxs qismində vəkilinin iştirakı ilə olan dindirmə protokolları ilə, dindirilmiş şahidləri ifadələri ilə, onun həyətyanı sahəsində yerləşən mal-qara tövləsindən götürülmüş külli miqdarda heroin, meatamfetamin və metodon həblərinin kimyəvi tərkiblərinə görə eyni tərkibli olmaları barədə məhkəmə kimyəvi ekspertizasının rəyi ilə, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə tamamilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini səmimi, işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroin və metafetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, metadon-40 narkotik vasitəsinin 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artiq şəxsi istehlak miqdarından artıq miqdar1,6 qramı və ya ondan artıq hissəsi isə təmis halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 52049 qram çəkidə heroin, 2585 qram çəkidə psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından təxminən min dəfələrlə,300 ədəd metadon həblərinin şəxsi istehlar miqdarından əhəmiyyətli dərəcədə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Aqagül Qarayevin niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin məhkəmədə tədiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-in 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Vahid adlı şəxslə əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib, Azərbaycan Respublikasında 4000 manat müqabilində kiməsə çatdırmasını razılaşmışlar. Həmin razılaşmadan sonra Vahid adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Yardımlı rayonu ərazisinə qoydurmuş, Təqsirləndirilən şəxs də satış məqsədi ilə həmin narkotik vasitəni götürərək yaşadığı evə apardıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitələr ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Vahid adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Vahid adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Vahid adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Vahid adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1972-ci il tarixdə Yardımlı rayonu, Mirimli kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı vardır. Yaşayış yeri üzrə müsbət səciyyələnir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 sentyabr 2021-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan qızının olmasını və yaşayış yerindən müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hal olmaqla cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 27 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan qalıq çəkiləri 52048,81 qram heroin, 297 ədəd metadon həbi, 328,85 qram qurudulmuş marixuana, 2584,88 qram metamfetamin məhv edilməlidir. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bir ədəd “Samsung” markalı mobil telefon onun qardaşı X4 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 198 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan qalıq çəkiləri 52048,81 qram heroin, 297 ədəd metadon həbi, 328,85 qram qurudulmuş marixuana, 2584,88 qram metamfetamin məhv edilsin. Baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bir ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxs qardaşı X4 qaytarılsın. İş üzrə ekspertiza xərci 198 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-407/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-407/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver