Məhkəmə qərarları › İş №1(099)-407/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-407/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-407/2024 22.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1967-ci ildə Lənkəran rayonu Liman şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, evli, Lənkəran rayonu Liman şəhəri S.Vurğun küçəsi, ev 47/3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə 01 ədəd bükümdə 12,878 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 01 ədəd bükümdə 1,825 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan tiryəki, 01 ədəd bükümdə 0,483 qram çəkidə şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd bükümdə 1,940 qram çəkidə xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları tərəfindən 15 dekabr 2023-cü il tarixdə saat 07 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət olarkən Masallı şəhəri H.Əliyev prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-nin müvəqqəti duracağına gətirilmiş, bundan sonra şübhəli şəxs qismində tutulmuş və Masallı RPŞ-nin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindəki 1 (bir) ədəd üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusundan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 12,878 qram təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlamış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,825 qram təşkil edən xeyli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,940 qram təşkil edən xeyli miqdarda psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,483 qram təşkil edən şəxsi istehlak miqdarında çətənə (kannabis) bitkisindın kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı RPŞ-nin müvəqqəti duracağında idarə etdiyi avtomobilə baxış keçirilərkən həmin avtomobilin ön kabinasından iki ədəd üzərlərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən heroindən istifadə edir, işə çıxarkən isə metamfetamindən istifadə etmişdir. Beton qarışdıran maşının sürücüsü işləyib, Bakı şəhərində gündüzlər həmin maşını sürməyə icazə verilmədiyindən, gecələr işləmişdir. Gündüzləri isə maşın ustası kimi motorist işləmişdir. Hadisə günü Bakı şəhərindən Baksol deyilən yerdən Masallı rayonuna çıxmışdır. Axşamı isə yenidən Bakı şəhərinə qayıtmalı imiş. Masallı rayonuna çatıb, polis şöbəsinin yaxınlığında H.Əliyev prospektində səhər saatlarında YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt içikili olub-olmaması yoxlanılmış, görmüşlər ki, içkili deyil. Sonra isə demişlər ki, gedib narkoloji yoxlamadan keçməlidir. Birlikdə gedib analiz vermiş, görmüşlər ki, narkotik istifadə etmişdir. Özü isə bunu səmimi etiraf etmişdir. Sonra isə maşını duracağa aparmışlar. Bundan sonra maşında olan narkotikləri özü könüllü polislərə təhvil vermişdir. Heroin, tiryək, metamfetamin və marixuana olmuşdur. Çəkiləri isə ittiham aktında düzgün yazılıb. Narkotikləri yol polisinin rəisinə təhvil vermişdir. Saat 8-9 radələrində isə əməliyyatçılar gəlmiş, yenidən çəkiliş etmişlər. Daha sonra maşına aparmışlar. Maşında isə 4-5 ayın tərəziləri aşkar edilmişdir. Həmin tərəzilərindən birini Balaxanı zibilliyindən tapıb götürmüş, digərini isə kartof çəkmək məqsədilə maşında saxlamışdır. Əməliyyatçılara özü demişdir ki, harda nə var. Maşından çoxlu sellafonlar da çıxmışdır. Narkotiklərin hər biri bir bükümdə olmuşdur. İşə çıxarkən narkotiklərdən istifadə etmişdir. Özünü döyən incidən olmamışdır. Əməlindən peşmandır, xəcalət çəkir. Onun satış məqsədi olmayıb, o haqqda heç fikirləşməyib belə. Oğlu tələbədir, ailə onun üstündədir, cinayət törətdiyini, özü də ağır cinayət törətdiyini bilir. Həmin narkotikləri iran vətəndaşından almışdır, onu tanıyır. Özü bir aydan iki aydan bir narkotik alıb, istifadə edirmiş. İşləyərkən heroin və metamfetamindən istifadə edib. Elə vaxt olardı ki, heroin və metamfetamin tapmayıb, digərlərindən də canı ağrıyanda istifadə edib. Tərəzini isə tapıb, heç işləyib işləməməsini də yoxlamayıb. Narkotiklərin satışı ilə heç vaxt məşğul olmayıb, heç evində də istifadə etməyin bilməyiblər. Oğlu Türkiyədə oxuyur, illik təhsil haqqın ödəməlidir, bacısı isə şəkər xəstəsidir, onun üstündədir, CM-nin 234.1-ci maddəsi ilə ona cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. O, X2 məxsus “SHACMAN ” markalı, **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə və A,B,C,E kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin nəqliyyat vasitəsinə quraşdırılmış beton qarışdıran aparatla müxtəlif tikinti yerlərində işləyib ailəsinin dolanışığını təmin edir. Onun daimi iş yeri yoxdur. Belə ki, müxtəlif şəhər və rayonları gəzib idarə etdiyi nəqliyyat vasitəsi ilə xidmət təklif edir və eləcə də sifariş əsasında iş olduqda işləyir.xx.xx.2023-cü il tarixdə səhər radələrində iş axtarmaq üçün idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu ərazisinə getmişdir. Həmin tarixdə axşam radələrində Qaradağ rayonu ərazisində yol kənarında nəqliyyat vasitəsini saxlamış,özü isə avtomobilinin qarşısında dayanıb sifariş gözləyən zaman əvvəllər tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb salamlaşmışdır. Həmin vaxt o, həmin şəxsin yaxınlaşma tərzindən narkotik aludəçisi olduğunu başa düşmüşdür. Həmin tanımadığı şəxs onunla söhbət etməyə başlamışdır. O, əvvəlcə həmin şəxsin beton qarışdırmaq üçün nəqliyyat vasitəsinə ehtiyacı olduğunu və bu məqsədlə ona yaxınlaşdığını zənn etsə də, həmin tanımadığı şəxs ona yaxınlaşma səbəbinin başqa olduğunu, kənardan onu müşahidə edib narkotik aludəçisinə oxşatdığını və əgər istəsə üzərində bir miqdar nartkotik vasitə və psixotrop maddə olduğunu, həmin narkotik vasitədən və psxitrop maddədən ona sata biləcəyini bildirmişdir. O, həmin vaxt ehtiyat edib həmin tanımadığı şəxsə narkotik vasitələrdən istifadə etmədiyini və bu səbəbdən narkotik vasitəyə ehtiyacının olmadığını bildirmişdir. Lakin həmin şəxs narkotik istifadəçilərini başqa şəxslərdən yaxşı seçə bildiyini, özünün də narkotikdən istifadə etdiyini və bu səbəbdən ona yaxınlaşdığını bildirmişdir. O, bundan sonra həmin şəxsin həqiqətən narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olduğuna inanmış və həmin vaxt öz istifadəsi üçün narkotik vasitəyə ehtiyacı olduğunda həmin şəxsdən ona qarışıq narkotik vasitə və psixotrop maddə satmasını xahiş etmişdir. Bundan sonra həmin şəxs əlində olan üzərində “Pall Mall” sözləri yazılan siqaret qutusunu göstərib qutunun içərisində 01 ədəd bükümdə 13 qrama yaxın narkotik vasitə heroin, 01 ədəd bükümdə 2 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə 2 qram narkotik vasitə tiryək və 01 ədəd bükümdə 1 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuana bükümünü 10 manata, digərlərinin hər birinin qramı 17 manatdan olmaqla satdığını bildirmişdir. O, həmin şəxslə razılaşıb həmin narkotik vasitələri almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs əlində olan siqaret qutusunun içərisindəki sellofan bükümləri bir-bir açıb ona göstərmişdir. O, həmin vaxt bükümlərdə həqiqətən narkotik vasitə heroin, narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin olduğunu görüb həmin vaxt üzərində olan 350 manata yaxın puldan 330 manatını həmin tanımadığı şəxsə verib ondan həmin narkotik vasitələri və psixotrop maddələri almışdır. O, aldığı narkotik vasitə bükümlərini elə həmin şəxsdən aldığı siqaret qutusunda saxlayıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. O, iki gecə Qaradağ rayonu ərazisində öz avtomobilində gecələyib iş axtarsa da tapa bilmədiyi üçün yaşadığı rayona qayıtmaq qərarına gəlmişdir.Bu səbəbdən idarə etdiyi avtomobillə xx.xx.2023-cü il tarixdə təxminən saat 03-04 radələrində Qaradağ rayonundan yola çıxıb Lənkəran rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Həmin tarixdə təxminən saat 07 radələrində idarə etdiyi avtomobillə Masallı rayonu ərazisinə daxil olduğu zaman bədənində güclü ağrılar başladığı üçün Bakı-Ələt-Astara avtomobil yolununun Hüseynhacılı kəndi ərazisində yerləşən qovşaqdan Masallı şəhərinə daxil olmuş və Masallı rayonu Qəriblər kəndi ərazisinə gedib orada yerləşən meşəlik ərazidə gözdən uzaq bir yerdə üzərində olan narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Eləcə də daha sonra Masallı rayonunda iş tapmaq fikrinə düşmüşdür. Həmin vaxt Masallı şəhəri H.Əliyev prospektində idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkət etdiyi zaman Yol Patrul Xidməti geyimində olan iki nəfər əməkdaşdan birinin ona saxla işarəsi verdiyini görüb idarə etdiyi avtomobilin hərəkətini dayandırmışdır. Həmin vaxt həmin əməkdaşlardan biri ona yaxınlaşıb xidməti vəsiqəsini göstərərək özünü Masallı RPŞ-nin DYPB-nin YPX inspektoru Şahid4 kimi təqdim edərək kəmər taxmamağının səbəbini soruşub sənədlərini təqdim etməyini xahiş etmişdir. O, sənədlərini təqdim etdiyi zaman bədənində güclü ağrılar olduğundan həmin polis əməkdaşına özünü düzgün ifadə edə bilmədiyi üçün polis əməkdaşında özünə qarşı şübhə yaratmışdır. Həmin vaxt polis əməkdaşı tərəfindən avtomobilinin duracağa yerləşdiriləcəyi barədə ona məlumat verilmiş, daha sonra YPX inspektoru Şahid4 idarə etdiyi avtomobilə əyləşmiş və onun iştirakı ilə idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı RPŞ-nin müvəqqəti duracağına aparılıb yerləşdirilmişdir. Orada olarkən YPX inspektoru Şahid4 ona narkotik vasitədən istifadə edib-etmədiyini soruşduqda o, narkotik vasitələrdən istifadə etdiyini Şahid4 bildirmişdir. Bundan sonra o, Masallı RPŞ-nin inzibati binasına dəvət olunmuş və orada bir neçə dəqiqə gözlədikdən sonra bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özünü Masallı RPŞ-nin əməkdaşı Şahid1 kimi təqdim edərək onu xidməti otaqlardan birinə dəvət etmişdir. Həmin otaqda polis geyimində və mülki geyimdə olan şəxslərin olduğunu görmüşdür. Həmin vaxt polis geyimində olan şəxslərdən biri ona özünü Masallı rayon X11 Bölməsinin təhqiqatçısı Abbasağa Paşayev kimi təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadəsində, satışında, üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq saxlamaqda şübhəli olduğunu bildirirək hüquq və vəzifələrini izah edib bu barədə ona bildiriş vermişdir. Daha sonra X5 onu şübhəli şəxs qismində tutmuş, onun istəyi ilə müdafiəçi X4 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün Masallı RPŞ-yə dəvət olunmuşdur. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı X5 tərəfindən üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olub-olmadığını ondan soruşulmuşdur. O, da buna görə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunu və bir ədəd özünə aid şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə qara rəngli, “Samsung” markalı mobil telefonunu təhqiqatçıya təqdim etmişdir. X5 tərəfindən təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamtefamin olması müəyyən edimişdir. O, həmin təqdim etdiyi siqaret qutusunun içərisində olan kütlələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri iki gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, həmin narkotik vasitələrin qurudulmuş marixuana olanını ucuz qiymətə, qalan narkotik tərkibli maddələri isə qramını 17 manat hesablanmaqla tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş və 01 ədəd bükümdə metamfetaminin çəkisi 2 qram, 01 ədəd bükümdə qurudulmuş marixuananın çəkisi 0,5 qram, 01 ədəd bükümdə heroinin çəkisi 13,6 qram, 01 ədəd bükümdə tiryəkin çəkisi 2 qram olması müəyyən edilmişdir. Bundan sonra X5 tərəfindən üzərindən aşkar olunan narkotik vasitələr və psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı üzərində əlavə olaraq qanunla qadağan edilmiş hər hansı başqa bir əşya, predmet və maddə olubolmadığını soruşduqda o, olmadığını bildirmişdir. Buna görə də üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan göy rəngli şalvarının sağ yan cibindən üç ədəd beş manatlıq, dörd ədəd bir manatlıq kağız pul əskinazları, dörd ədəd 50 qəpik, dörd ədəd 20 qəpik və iki ədəd 10 qəpik dəmir pul vahidləri olmaqla ümumilikdə 22 manat pulu aşkar edilmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və pulları da video görüntü vasitəsilə, müdafiəçinin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış barədə protokol tərtib olunmuş, onun və iştirak edən şəxslər tərəfindən imzalanmışdır.Daha sonra X5 idarə vetdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçiriləcəyini və həmin vaxt videoçəkilişdən istifadə olunacağı barədə ona məlumat vermişdir. Buna görə də müdafiəçi və digər polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nin müvəqqəti duracağına yaxınlaşmışlar.Orada X5 tərəfindən idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin kabina hissəsində sürücü üçün nəzərdə tutulmuş oturacağın sağ tərəfindən bir ədəd sarı, bir ədəd ağ rəngli, ümumilikdə iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin vaxt təhqiqatçı tərəfindən həmin tərəziləri hansı səbəbdən nəqliyyat vasitəsində saxladığı soruşulan zaman o, bildirmişdir ki, həmin tərəzinin birini ərzaq (kartof) çəkmək üçün nəqliyyat vasitəsində saxlamış, digərini isə Bakı şəhərində Balaxanı qəsəbəsindən tapmışdır. Bundan sonra avtomobilindən aşkar olunan 02 ədəd elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış və Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənərək üzərinə imzalar edildikdən sonra götürülmüşdür. Daha sonra idarə etdiyi avtomobilin salonuna, salonda olan saxlanc yerlərinə, mühərrikxanasına və arxa yük yerinə baxış keçirilərkən əlavə olaraq istifadəsi və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, əşya və predmet aşkar edilməmişdir. Bununla da idarə etdiyi avtomobilə baxış keçirilməsi yekunlaşmış, baxış keçirilməsi haqqında təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və həmin protokol uca səslə ona oxunduqdan sonra o, müdafiəçinin iştirakı ilə həmin protokola imza edib doğruluğunu təsdiq etmişdir. O, ***-***-**-** saylı mobil nömrədən və üzərindən aşkar edilən “Samsung” markalı mobil telefonundan istifadə edir.O, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir.Lakin onların satışı ilə məşğul olmur.Üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddə bükümlərini öz şəxsi istifadəsi məqsədilə üzərində saxlamış, idarə etdiyi avtomobildən aşkar edilən elektron tərəzilərdən qarmaqlı olanı ilə avtomobilində olan zaman ərzaq çəkmək üçün istifadə etmişdir. Digər elektron tərəzini isə bir müddət əvvəl Balaxanı qəsəbəsi ərazisində tapmışdır.Həmin tərəzidən isə heç vaxt istifadə etməmişdir. Həmin tərəzilərin üzərində narkotik vasitə heroin izinin necə yarandığını bilmir.Çünki, həmin tərəzilərlə narkotik vasitə heroin çəkməmişdir. Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotik vasitələri və psixotrop maddə aldığı şəxsi əvvəllər tanımamış, eləcə də, onu əvvəllər görməmişdir. Mən həmin şəxslə təsadüf nəticəsində rastlaşıb narkotik vasitələri və psixotrop maddə metamfetanmin aldığı zaman həmin şəxs ona adını deməmiş və özü barəsində heç bir məlumat verməmişdir. Həmin şəxsi ilk dəfə gördüyündən,zahiri görkəmi və xüsusi əlamətlərini hazırda xatırlamır. Nə ailə üzvlərinin, nə də ki digər şəxslərin üzərində narkotik vasitə və psixotrop maddə saxlamağından və daşımağından məlumatı olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, narkotiklərin siqaret qutusunda deyil maşında olduğunu, belə ki, bunun nə fərqi olduğunu, narkotiklərin özünə aid olduğunu, həmin narkotiklərin ondan aşkar olunduğunu, narkotikləri iran vətəndaşından aldığını, ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Masallı RPŞnin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir,xx.xx.2023-cü il tarixdə Masallı RPŞnin DYPB-nin YPX inspektoru Şahid4 RPŞ-nin rəisinə raportla müraciət edərək, Təqsirləndirilən şəxs idarə etdiyi “SHACMAN” markalı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Masallı şəhəri H.Əliyev prospektində saxlanılıb sənədləri yoxlanılan zaman avtomobilin özünə məxsus olmaması, eləcə də, sonuncunun Masallı RPŞ-nin müvəqqəti duracağına gətirilməsi və narkotik vasitə istifadəçisi olduğunu deyərək özünü şübhəli aparmasına görə onun ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə onun tərəfindən qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyattəhqiqat qrupunun yaradılması barədə rəis tərəfindən əmr imzalanmış və o, qrupun rəhbəri təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilməsindən ötrü raportla şöbə rəisinə məruzə etmiş və həmin raportun icrası RPŞ-nin TB-nin baş təhqiqatçısı Abbasağa Paşayevə həvalə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs X5in xidməti iş otağına aparılmışdır. Orada təhqiqatçı müdafiəçinin və onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd üzərində “Pall Mall” sözləri yazılmış siqaret qutusunu və bir ədəd şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə qara rəngli, “Samsung” markalı mobil telefonunu təhqiqatçıya təqdim etmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda içərisində 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamtefamin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin təqdim etdiyi siqaret qutusunun içərisində olan kütlələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitələri iki gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, həmin narkotik vasitələrin qurudulmuş marixuana olanını ucuz qiymətə, qalan narkotik tərkibli maddələri isə qramını 17 manat hesablanmaqla tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “SHACMAN” markalı avtomobilə baxış keçirilən zaman avtomobilin kabina hissəsində sürücü üçün nəzərdə tutulmuş oturacağın sağ tərəfində bir ədəd sarı, bir ədəd ağ rəngli, ümumilikdə iki ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin tərəziləri hansı səbəbdən nəqliyyat vasitəsində saxladığı soruşulan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tərəzinin birini ərzaq (kartof) çəkmək üçün nəqliyyat vasitəsində saxlamış, digərini isə Bakı şəhərində Balaxanı qəsəbəsindən tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunan 02 ədəd elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid4 oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü ildə Masallı rayonu, H.Əliyev prospektində xidmətdə olarkən Təqsirləndirilən şəxs təhlükəsiklik kəmərindən istifadə etmədiyinə görə idarə etdiyi “SHACMAN” markalı avtomobili tərəflərindən saxlanılmışdır. Bu zaman sənədləri yoxlanılmış, elektron sistemdə maşını etibarnamə əsasında idarə etməsi məlum olmuşdur. Lakin Təqsirləndirilən şəxs sənədləri təqdim etməkdə çətinlik çəkmiş, özünü şübhəli aparmışdır. Bu səbəbdən maşını duracağa aparmışlar, özü isə Təqsirləndirilən şəxs idarə etdiyi maşında əyləşmişdir. Həmin vaxt maşında Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, ondan narkotik istifadə edib, etməməsi soruşmuş, Təqsirləndirilən şəxs isə səmimi etiraf etmişdir. Bu səbəbdən raportla rayon polis şöbəsinə müraciət etmiş, daha sonra əməliyyatçılar və təhqiqatçı gəlmişdir. Xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən şəffaf bükümlərdə heroin, metamfetamin, marixuana və tiryək aşkar edilmişdir. Daha sonra maşına baxış keçirilmiş, maşında isə iki ədəd elektron tərəzi aşkar edilmişdir. Onun narkotik vasitə daşıması barədə əvvəlcədən məlumatı olmamış, danışanda şübhə yaratdığından, özü isə uzun müddət yolda xidmət etdiyindən, insanların davranış və psixologiyasına yaxşı bələd olduğundan onun narkotik vasitə istifadə etməsini hiss etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hər şeyi özü səmimi etiraf edərək, təqdim etmişdir. Nəşəni ucuz aldığını digərlərini isə qramını 17 manata aldığını bildirmişdir. İşdə olan, Masallı RPŞ-nin DYP-nin YPX inspektoru Şahid4 xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Masallı şəhəri, H.Əliyev prospektində xidmətdə olarkən “Shacman” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəfindən saxlanılan zaman müəyyən edilmiş ki, nəqliyyat vasitəsi ona məxsus deyil və idarə etmək hüququ vardır. Bu səbəbdən Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşın Masallı RPŞ-nin duracağına gətirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu deyərək özünü şübhəli aparmağa başlamışdır. Odur ki, onun ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 08:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 14) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 12,878 qram təşkil edən külli miqdarda narkotik vasitə olan heroini 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,825 qram təşkil edən narkotik vasitə tiryək, 01 ədəd bükümdə ümumi təmiz çəkisi 1,940 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,483 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 29-30) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirmə və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “SHACMAN” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobildən üzərlərində narkotik vasitə heroin izləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 31-32) İşdə olan, məhkəmə kimyəvi və bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 19/1042 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 büküm kütlələr.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -12,878 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heorindir; 1 ədəd bükümdə təmiz çəkisi: -1,825 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 1 ədəd bükümdə təmiz çəkisi: -1,940 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir və 1 ədəd bükümdə təmiz çəkisi: -0,483 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş iki ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroinin təmiz çəkisi-12,878 qr, tədqiqata sərf edildi-0,1 qr, qalıq-12,778 qr. Metamfetamin təmiz çəkisi-1,940 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-1,890 qr, marixuananın təmiz çəkisi- 0,483 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,433 qr, tiryəkin təmiz çəkisi-1,825 qr, tədqiqata sərf edildi-0,1 qr, qalıq-1,725 qr,. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 39-42) İşdə olan, xx.xx.2023-cü il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalan 12,778 qram narkotik vasitə heroinin, qalıq qalmış 1,890 qram psixotrop maddə metamfetamin, qalıq qalmış 0,433 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq qalmış 1,725 qram narkotik vasitə tiryək, 02 ədəd elektron tərəzi, video görüntülərin əks olunduğu 02 ədəd CD disk maddi sübut kimi tanınaraq, narkotik vasitələr və psixotrop maddə Masallı RPŞ-nin saxlanc yerinə verilmiş, 02 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. (c İ, i.v 54-55) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(050)-128/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 74-76) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1094 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN VƏ STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 92) İşdə olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 94-95) İşdə olan, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “SHACMAN” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə X3 təhvil verilmişdir. (c İ, i.v 103) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 117) İşdə olan, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Samsung” markalı mobil telefon və 22 manat pul X8 təhvil verilmişdir. (c İ, i.v 141) İşdə olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(050)-6/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat tədbirləri qanuni və əsaslı hesab edilmişdir. (c İ, i.v 143-144) İşdə olan, xx.xx.2024-cü il tarixli Lənkəran RİHB-nın Liman şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadından və oğlundan ibarətdir. Onun barəsində nümayəndəliyə şikayət və narazılıq daxil olmamışdır. (c İ, i.v 146-147) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddəni satış niyyəti ilə deyil, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi 01 ədəd bükümdə 12,878 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 01 ədəd bükümdə 1,825 qram çəkidə xeyli miqdarda narkotik vasitə olan tiryəki, 01 ədəd bükümdə 0,483 qram çəkidə şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı və 01 ədəd bükümdə 1,940 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla yaşadığı şəhər ərazisində idarə etdiyi avtomobillə daşımışdır. Bundan başqa idarə etdiyi avtomobilində 02 ədəd elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini, xeyli miqdarda narkotik vasitə olan tiryəki, şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edərkən, üzərində saxlamaqla daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə məhkəmə, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə olan heroini, xeyli miqdarda narkotik vasitə olan tiryəki, şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamini tədarük etməsini, narkotik vasitələr və psixotrop maddənin ayrı-ayrı növlərdə olması, bununla yanaşı idarə etdiyi avtomobildə 02 ədəd elektron tərəzi saxlamaqla, daşıması, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 85 dəfə) çox, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 13 dəfə) çox, narkotik vasitə tiryəkin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 4 dəfə) çox olması kimi işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83, 109.1 və 182-ci sətrlərinə əsasən heroin, qurudulmuş marixuana və tiryək narkotik vasitə hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığı ilə 0,15 qram, 5 qram və 0,5 qram, külli miqdarının aşağı həddi 2 qram, 500 qram və 50 qram, xüsusilə külli miqdarının aşağı həddi 800 qram, 50000 qram və 5000 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələr və psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 15 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 12,778 qram narkotik vasitə heroin, 0,433 narkotik vasitə marixuana, 1,725 qram narkotik vasitə tiryək və 1,890 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilməli, iş materiallarında olan şəxsi axtarış, eləcə də baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 15 dekabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 12,778 qram narkotik vasitə heroin, 0,433 narkotik vasitə marixuana, 1,725 qram narkotik vasitə tiryək və 1,890 qram psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış, eləcə də baxış istintaq hərəkətinin keçirilməsinə dair görüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar