Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-408/2022 30.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X40 oğlunun sədrliyi ilə, hakimlər – X27 və X20 ibarət tərkibdə, məsləhətçi – Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3, zərər çəkmiş şəxs, mülki iddiaçı və zərər çəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi Zərərçəkmiş şəxs1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, mülki iddiaçı və zərər çəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi X8iştirakları ilə, xx xxx 1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 2-də qeydiyatda olan,barəsində həbs qətimkan tədbiri seçilmiş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X13 təqsirləndirilir ondan ötrü ki, o, 01 yanvar 2022-ci ildə, saat 10-30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Setra S-215 HDH markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtobusu Bakı-Qazax-Gürcustan sərhəddi yolu ilə Qazax istiqamətində 60 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Hacıqabul rayonu ərazisindən keçən 114-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olaraq yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili və həmin vaxt Chevrolet Aveo minik markalı avtolmobilin yaxınlığında piyada kimi dayanmış X11, C.Ə.Ələkbərova məxsus dayanmış vəziyyətdə olan Opel Astra minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili, X16 idarə etdiyi dayanmış vəziyyətdə olan VAZ-21074 minik markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil və düzünə eyni istiqamətdə 30-40 km\saat sürətlə hərəkətdə olan X21 idarə etdiyi Mercedes Benz E220CDİ minik markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. X1 bədənin müxtəlif hissələrinin qançırı və sıyrıqları, sol bazu sümüyünün sınığı, döş qəfəsində sol hissədə 3-4-5-6-cı qabırğaların sınıqları, sol ağ ciyərin cırılması, kəllə qapağı və əsası sümüklərinin sınığı, beyinin yumuşaq qişasına və beyin toxumasına qansızmalarla müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüş, Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər: X24 baş beyinin və beyin kötüyünün ödemi ilə müşayiət olunan baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, sol gicgah sümüyünün yerdəyişmiş sınığı, ağciyərlərin əzilməsi və sol tərəfli hemotoraks ilə müşayiət olunan soldan İİİ, İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətti üzrə yerdəyişmiş, sağdan İ,İİ qabırğaların onurğayanı xətt üzrə xətti sınıqları, çənə sümüyünün sağ mental hissəsinin, sol tac və oynaq çıxıntılarının, sol kürək və sol said sümüklərinin sınıqları, sol qulaqaltı-çeynəmə və qaşarası nahiyyələrinin əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin və sol kürək nahiyyəsinin qançırları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə 14 mart 2022-ci il tarixdə X39 xəstəxansında ölmüş, Zərərçəkmiş şəxs2 sağ tərəfli hemornevmotoraks ilə müşaiyət olunan sağdan İV,V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, soldan Vİ, Vİİ qabırğaların xətti sınıqları, baş beyin silkələnməsi və başın sağ təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, sağ süd vəzinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön səthinin sağ yarsının, hər iki bazunun, hər iki budun qançırları ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəymiş, Zərərçəkmiş şəxs3 əsas sümüyün sol böyük qanadının əsas cibinə uzanan xətti, yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsün pozulması ilə müşaiyət olunan sınığı, sol almacıq sümüyünün sınığı, burun və sağ gözaltı nahiyyələrin əzilmişcırılmış yaraları, sol dirsək oynağı nahiyyəsinin və sol ayağın qançır-şişkinlikləri, sol gözaltı-almacıq nahiyyəsinin, hər iki baldırın, sol süd vəzinin qançırları, sol gicgah-alın nahiyyəsinin sıyrığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəymiş, Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 Vİİ boyun fəqərəsinin sağ yan çıxıntısının yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əlin qançır-şişkinlik halında əzilməsi, sol baldırın əzilmiş-cırılmış yaraları ilə müşaiyət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər dəymiş və ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən X13 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, verilmiş mülki iddiaları isə qəbul etməyərək ifadəsində göstərmişdir ki, o 01 yanvar 2022-ci il tarixdə saat 09-30 və ya 10-30 radələrində etibarnamə əsasında idarə etdiyi Setra S-215HDH markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtobusu Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində saatda 60 km.sürətlə hərəkət etdirərkən Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğundan avtomobillərin toqquşmasını, qəza baş verdiyini görmüş və avtobusa tormuz vermişdir. Avtobus sürüşməklə sağa və sola oynayaraq yolun sağ tərəfində dayanmış Chevrolet Aveo minik markalı avtomobili, həmin avtomobilin yanında yerdə olan kişini, sonra Opel Astra markalı, VAZ-21074 markalı, Mercedes Benz markalı avtomobili arxadan vurmuş və sonra avtobusu qabaqda saxlayaraq yerə düşüb Chevrolet Aveo markalı avtomobilin yanına gəlmişdir. Həmin avtomobilin yanında yerdə vurulan kişinin qan içində olduğunu görüb onun öldüyünü bilmiş, həmçinin Chevrolet Aveo markalı avtomobildə olan sərnişin qadınlar xəsarət almışlar. Hadisədən sonra Zərərçəkmiş şəxs1 ailəsinə köməklik göstərmiş, dəymiş ziyanı sığorta həll etdiyinə görə mülki iddiaları qəbul etmir. 31 dekabr tarixdə və həmin gecə spirtli içki içməmiş, gecəni yatmış, hadisə vaxtı hava dumanlı, yol buz olmuşdur. Hadisədən əvvəl o qəza vəziyyətində olan avtomobilləri 20-30 metr qalmış görərək əyləci basmış, yol buz bağladığına görə əyləcdən istifadə etdikdə maşın sürüşmüşdür. Qəza zavanı vurduğu maşınlar onun yolunu kəsib dayanmış vəziyyətdə olmuşlar. O hadisədən sonra avtobusu saxlayıb xəsarət alanlara kömək etmiş, amma zərər çəkmiş şəxslərin onunla dalaşmalarından ehtiyat edərək özünü tanıtmamışdır, hadisəyə görə peşmandır. Təqsirləndirilən şəxs X6 törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, mülki iddiaçıların və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında, mülki iddiaçı və zərər çəkmiş şəxsin hüquqi varisi X4 nümayəndəsi qismində dindirilən X18 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxs Sahib Mahmudovu əvvəllər tanımamış və hadisə yerində olmamışdır, atası Cəlil Ələkbərovu baş vermiş hadisə zamanı avtobus vurmuş və həmin yol nəqliyyat hadisəsi nəticəsində atası vəfat etmişdir. Eyni zamanda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mərhum atasına məxsus Opel Astra minik markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və onlara 3790 manat məbləgində ziyan dəymişdir. Sonradan sığorta şirkəti tərəfindən maşina dəymiş ziyana görə onlara 850 manat pul ödənilmişdir.Onun eşitdiyinə görə hadisə sürücünün sürət həddini aşması nəticəsində baş vermiş, o hadisə yerindən qaçmışdır.Eyni zamanda hadisə yerində olan azyaşlı qardaşı ona hadisədən sonra sürücünün onlara heç bir köməklik göstərmədiyini bildirmişdir. Daha sonra məhkəmə istintaqının gedişi zamanı mülki iddiaçı X18 təqsirləndirilən şəxs Sahib Mahmudova qarşı dəymiş ziyana görə vermiş olduğu 3790 manat mülki iddiadan imtina etdiyini bildirmiş, lakin onun törətdiyi hadisəyə görə qanuni cəzasını almasını, cəzasını tam olaraq çəkməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X19 ifadəsində göstərmişdir ki, anası X24 xx.xx.2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs1 idarə etdiyi Chevrolet Aveo minik markalı avtomobillə Sabirabad rayonuna gedərkən Hacıqabul rayonu ərazisində avtomobili arxadan avtobus vurmuş və nəticədə anası xəsarət alaraq 14 mart 2022-ci il tarixə kimi xəstəxanada huşsuz vəziyyətdə qalmış, həminl tarixdə orada vəfat etmişdir. Hadisə baş verən zaman o, işdə olmuş, telefonla hadisə barədə məlumat aldıqdan sonra bir saat ərzində özünü xəstəxanaya çatdırmış, həmin vaxt hadisəni törədən avtobusun sürücüsünü xəstəxanada görməmişdir. Onun eşitdiyinə görə hadisə sürücünün avtobusu yüksək sürətlə idarə etməsi nəticəsində baş vermiş, o hadisə yerində xəsarət alan şəxslərə kömək etməmişdir. Ona görə də onun ən ağır cəza ilə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs, mülki iddiaçı və zərər çəkmiş şəxsin hüquqi varisi X7 nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan Chevrolet Aveo minik markalı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində hərəkət etdirərkən Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğu üçün avtomobilin sürüşdüyünü görüb sükanı sağa çəkmiş və həmin vaxt avtomobilin qabaq tərəfi gedib yolun sağ tərəfində olan metal səddə dəyib dayanmışdır. Həmin vaxt onun avtomobilində sərnişin kimi oturmuş şəxslər avtomobildən yerə düşmüşlər. Onun avtomobilinin metal səddə dəydiyini görən və ondan qabaqda gedən qohumu Cəlil Ələkbərov idarə etdiyi Opel Astra markalı avtomobili saxlamış və qardaşı Şahid5la birlikdə avtomobildən düşüb onun avtomobilinin yanına gəlmişlər. Cəlil onlara avtomobilə oturub yola davam etmələrini bildirmişdir. Onlar avtomobilə oturduqları zaman avtomobilə arxadan bərk zərbə dəydiyindən bir tappıltı səsi eşitmiş, sonra heç nə bilməmişdir. Hadisə nəticəsində özü və avtomobilində olan qadınlar xəsarət almışdır. Sonra ona məlum olmuşdur ki, onların avtomobilini vuran avtobus yerdə olan Cəlil və Elnuru da vurmuş, Cəlil hadisə yerində ölmüşdür. Bir müddət sonra onun avtomobilində olan Mahirə Vəliyeva da hadisə nəticəsində aldığı xəsarətdən xəstəxanada ölmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobil əzilmiş və ona 11.000 manat məbləgində ziyan dəymişdir.Hadisədən sonra Sahib Mahmudovun ailə üzvləri tərəfindən ona müalicə xərcləri üçün 1440 manat məbləğində pul verilmişdir, lakin maşina dəymiş ziyanın aradan qaldırılması üçün cəd olunmamışdır, hal hazırda onun təqsirləndirilən şəxs S.Mahmudova qarşı heç bir tələbi yoxdur və ona qarşı dəymiş ziyana görə vermiş olduğu 11000 manat mülki iddiadan imtina edir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs1 idarə etdiyi minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində 50 km\saat sürətlə hərəkət etdikləri zaman Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğu üçün avtomobil sürüşmüş və qabaq tərəfi sağ tərəfində olan metal səddə dəyib dayanmışdır. Həmin vaxt o avtomobildə sərnişin kimi qabaqda sağda oturmuş, arxada Mahirə Vəliyeva, Zərərçəkmiş şəxs3 və Şahid3 oturmuşlar. Onlar avtomobildən yerə düşmüşlər. Həmin vaxt onların avtomobilinin metal səddə dəydiyini görən və onlardan qabaqda gedən qohumları Cəlil Ələkbərov idarə etdiyi avtomobili saxlamış və qardaşı Şahid5la birlikdə avtomobildən düşüb onların yanına gəlmişlər. Cəlil onlara avtomobilə oturub yola davam etmələrini bildirmişdir. Onlar avtomobilə oturduqları zaman avtomobilə arxadan bərk zərbə dəymiş, hadisə nəticəsində ağır xəsarət aldığından demək olar ki, özündə olmamış, orada olan insanlar onlara köməklik göstərmiş, ola bilsin ki, özündə olmadığına görə hadisəni törədən sürücünü həmin vaxt kömək edən şəxslərin arasında görməmiş, sonradan onun avtobusu sürüb getdiyini eşitmişdir. Məhkəmə iclasında, zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində qohumu Zərərçəkmiş şəxs1 idarə etdiyi minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində hərəkət etdikləri zaman Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğu üçün avtomobil sürüşmüş və qabaq tərəfi sağ tərəfində olan metal səddə dəyib dayanmışdır. Həmin vaxt o avtomobildə sərnişin kimi arxada qızı Cəmilə və qohumu Mahirə ilə oturmuşdur. Onlar avtomobildən yerə düşdükdən sonra onların avtomobilinin metal səddə dəydiyini görən və onlardan qabaqda gedən qohumları Cəlil Ələkbərov idarə etdiyi avtomobili saxlamış və qardaşı Şahid5la birlikdə avtomobildən düşüb onların yanına gəlmişlər. Cəlil onlara avtomobilə oturub yola davam etmələrini bildirmişdir. Onlar avtomobilə oturduqları zaman avtomobilə arxadan bərk zərbə dəymiş, hadisə nəticəsində baş nahiyyəsindən xəsarət aldığından xəstəxanaya aparılmış, təxminən bir ay orada müalicə olunmuşdur, onun təqsirləndirilən şəxs S.Mahmudova qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində qardaşı Cəlil Ələkbərovun idarə etdiyi Opel Astra markalı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Sabirabad rayonuna gedərkən o avtomobildə qabaqda sağda, Hüseyn, Fəxri və Xəyyam isə arxada oturmuşlar. Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğu üçün onlardan arxada gələn qohumları Fəxrəddinin idarə etdiyi Chevrolet Aveo markalı avtomobil metal səddə dəyərək dayandığı üçün qardaşı Cəlil idarə etdiyi avtomobili yolun sağında saxlamış və o Cəlillə birlikdə avtomobildən düşərək kömək üçün Fəxrəddinin avtomobilinə yaxınlaşmışlar. Həmin vaxt Fəxrəddinin avtomobilində sərnişin olan qadınlar maşından düşmüşlər. Orada onlara avtomobilə oturub yola davam etmələrini bildirmişlər və öz avtomobillərinə tərəf getmək istəyən zaman arxadan gələn Setra markalı avtobus onu və Cəlili, eyni zamanda avtomobilləri vurmuşdur. O və avtomobildə olan qadınlar, uşaqlar xəsarət almışar, Cəlil isə hadisə yerində vəfat etmişdir. Avtobusun sürücüsü onları vurduqdan sonra oradan qaçmış və onu gedib Yevlax yolunda saxlamışlar, eşitdiyinə görə sonuncu narkotik vasitələrə meyilli şəxs olmuşdur. Hadisə vaxtı Chevrolet Aveo markalı avtomobil yolun sağ tərəfində, öz yolunda olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində tanışı Elminin idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə mebel yığmağa getdiklərindən Qazax istiqamətində hərəkət etmişlər. Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğu üçün avtomobil idarəetməni itirmiş və Elmin avtomobili sağa-sola verib qırağa çəkmişdir. Maşının qabaq tərəfi gedib yolun sağ tərəfində olan metal səddə dəyib dayanmışdır. Avtomobildə sərnişin kimi tanışları Xəyal və Vurğun da olmuşdur. Onlar avtomobildən yerə düşərək metal səddin o biri tərəfinə keçmişlər. Orada dayanan zaman Chevrolet Aveo markalı avtomobil özündən qabaqda gedən Opel Astra markalı avtomobilin arxa hissəsini sürtərək gedib metal səddə dəyib dayanmışdır. Opel Astra markalı avtomobilin sürücüsü avtomobildən düşüb Chevrolet Aveo minik markalı avtomobilin yanına gəlmişdir. Həmin vaxt arxadan gələn Setra markalı avtobus Chevrolet avtomobilinin yanında olan Opel Astra markalı avtomobilin sürücüsünü, Chevrolet və Opel markalı avtomobilləri arxadan vurmuş, sonra VAZ-2107 markalı avtombili və Mercedes Benz markalı avtomobili arxadan vurmuş və gedib təxminən 200-250 metr aralıda dayanmışdır. Hadisə vaxtı avtomobillər üzü Hacıqabul tərəfə, yolun sağında olmaqla yol açıq olmuş, oradan avtobus keçə bilməsi mümkün olmuşdur. Həmin vaxt yolda başqa qəzalar olmamış, o təqsirləndirilən şəxsin qəzaya düşən insanlara kömək etdiyini görməmişdir. Ola bilər ki, avtobusun sürücüsü kömək edənlərin içərisində olmuş, lakin o sonuncunu görməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində qohumu Fəxrəddinin idarə etdiyi Chevrolet markalı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Sabirabada getdikləri vaxt Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğu üçün avtomobil sürüşmüş və bu zaman avtomobil gedib qabaq tərəfi yolun sağ tərəfində olan metal səddə dəyərək dayanmışdır. Həmin vaxt o anası Səbinə və qohumu Mahirə ilə arxada oturmuşdur. Onlar avtomobildən yerə düşmüşlər. Onlardan qabaqda əmisi Cəlil də idarə etdiyi Opel markalı avtomobili saxlamış və əmisi Elnurla birlikdə avtomobildən düşüb onların olduqları avtomobilin yanına gəlmişlər. Əmisi Cəlil onlara avtomobilə oturub yola damam etmələrini bildirmiş, onlar avtomobilə oturduqları zaman avtomobilə arxadan bərk zərbə dəymiş, avtobus onları vurmuşdur. Ondan sonra o özündə olmamışam və heç nə yadında deyildir. Hadisə zamanı anası zərər çəkmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində əmisi Cəlil Ələkbərovun idarə etdiyi avtomobildə Sabirabad rayonuna gedərkən o avtomobildə arxada Şahid4 və Şahid7lə oturmuş, Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğundan onlardan arxada gələn qohumları Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil metal səddə dəyərək dayandığı üçün əmisi Cəlil idarə etdiyi avtomobili yolun sağında saxlamışdır. Onlar maşında oturmuş, maşında qabaqda oturmuş atası və əmisi Cəlil avtomobildən düşərək kömək məqsədilə Fəxrəddinin avtomobilinə tərəf getmişlər. Bu zaman yolda hərəkət edən avtobus atası və əmisini vurmuş, sonra isə gəlib onların oturduqları maşina dəymişdir.Həmin vaxt o atasını tapıb onun üzündəki qanı yumuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində atası Cəlil Ələkbərovun idarə etdiyi avtomobildə Sabirabad rayonuna gedərkən o avtomobildə arxada Şahid6 və Şahid7lə oturmuş, Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğundan onlardan arxada gələn qohumları Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil metal səddə dəyərək dayandığı üçün atası idarə etdiyi avtomobili yolun sağında saxlamışdır. Onlar maşında oturmuş, maşında qabaqda oturmuş əmisi Elnur və atası avtomobildən düşərək kömək məqsədilə Fəxrəddinin avtomobilinə tərəf getmişlər. Bu zaman yolda hərəkət edən avtobus atası və əmisini vurmuş, sonra isə gəlib onların oturduqları maşina dəymişdir.Həmin vaxt o yüngül xəsarət almış, başı qanamış və belində ağrı olmuş, atasını isə qan içində yerdə görmüşdür. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, 01 yanvar 2022-ci il tarixdə saat 10-30 radələrində dayısı Cəlil Ələkbərovun idarə etdiyi avtomobildə Sabirabad rayonuna gedərkən o avtomobildə arxada Hüseyn və Fəxri ilə oturmuş, Hacıqabul rayonu ərazisində yerləşən körpünün üstündə hava dumanlı və yol buzlu olduğundan onlardan arxada gələn qohumları Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil metal səddə dəyərək dayandığı üçün dayısı idarə etdiyi avtomobili yolun sağında saxlamışdır. Onlar maşında oturmuş, maşından dayıları Elnur və Cəlil avtomobildən düşərək kömək məqsədilə Fəxrəddinin avtomobilinə tərəf getmişlər. Bu zaman yolda hərəkət edən avtobus dayılarını vurmuş, sonra isə gəlib onların oturduqları maşina dəymiş və oturduqları maşını xeyli irəli atmışdır. Həmin vaxt onlar maşının yük yerindən çölə çıxmışlar. Hadisədən əvvəl onların oturduqları avtomobil heç yerə dəyməmiş, onlar avtomobili Fəxrəddinin idarə etdiyi avtomobildən təxminən 20 metr irəlidə saxlamışlar. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 01 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X9 meyitinin müayinəsi zamanı bədənin müxtəlif hissələrinin qançırı və sıyrıqları, sol bazu sümüyünün sınığı, döş qəfəsində sol hissədə 3- 4-5-6-cı qabırğaların sınıqları, sol ağ ciyərin cırılması, kəllə qapağı və əsası sümüklərinin sınığı, beyinin yumuşaq qişasına və beyin toxumasına qansızmalar müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın qüvvətli təsirindən əmələ gəlməklə avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Xəsarətlər həyatı olmaqla ölümündən az əvvəl əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən döş qəfəsində sol hissədə 3-4-5-6-cı qabırğaların sınıqları, sol ağ ciyərin cırılması, kəllə qapağı və əsası sümüklərinin sınığı, beyinin yumuşaq qişasına və beyin toxumasına qansızmalar dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aiddir. Sol bazu sümüyünün sınığı canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. bədənin müxtəlif hissələrinin qançırı və sıyrıqları canlı şəxslərdə dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. X9 ölümünə səbəb başın küt travması nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığı, beyin yumuşaq toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. X9 ölümündən əvvəl sprtli içki və narkotik maddə qəbul etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 23\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X22 müayinəsi zamanı sağ tərəfli hemornevmotoraks ilə müşayiət olunan sağdan İV,V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişmiş sınıqları, soldan Vİ, Vİİ qabırğaların xətti sınıqları, baş beyin silkələnməsi və başın sağ təpə-ənsə nahiyyəsinin dərialtı hematoması, sağ süd vəzinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin ön səthinin sağ yarsının, hər iki bazunun, hər iki budun qançırları aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlər dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 24\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı Vİİ boyun fəqərəsinin sağ yan çıxıntısının yerdəyişməyən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sağ əlin qançır-şişkinlik halında əzilməsi, sol baldırın əzilmişcırılmış yaraları müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şahid5 müayinəsi zamanı alın, sol diz oynağı və burun nahiyyəsinin əzilmiş-cırılmış yaraları, sağ qulaqaltı-çeynəmə, sol almacıq nahiyyələrinin sıyrıqları, hər iki kürək nahiyyələrinin qançırları müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 26\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 müayinəsi zamanı əsas sümüyün sol böyük qanadının əsas cibinə uzanan xətti, yerdəyişməyən sınığı, burun sümüyünün burunla tənəffüsün pozulması ilə müşayiət olunan sınığı, sol almacıq sümüyünün sınığı, burun və sağ gözaltı nahiyyələrin əzilmiş-cırılmış yaraları, sol dirsək oynağı nahiyyəsinin və sol ayağın qançır-şişkinlikləri, sol gözaltı-almacıq nahiyyəsinin, hər iki baldırın, sol süd vəzinin qançırları, sol gicgah-alın nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 27\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, Şahid3 müayinəsi zamanı hər iki diz oynağı nahiyyəsinin və hər iki baldırın qançırları müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 53\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şahid6 müayinəsi zamanı sol bazu oynağı nahiyyəsinin həmin oynaqdahərəkət məhdudluğu və ağrı sindromu ilə müşayiət olunan qançır-şişkinelik halında əzilməsi müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 54\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Şahid7 müayinəsi zamanı döş qəfəsinin ön səthinin sol yarsının İİİ-İV qabırğaarası sahələrin genişlənməsi və ağrı sindromu ilə müşayiət olunan qançır-şişkinelik halında əzilməsi müəyyən edilmişdir. Həmin xəsarətlər bərk küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində yarana bilərdi. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 19\MEŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X14 meyitinin müayinəsi zamanı baş beyinin və beyin kötüyünün ödemi ilə müşayiət olunan baş beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma, sol gicgah sümüyünün yerdəyişmiş sınığı, ağciyərlərin əzilməsi və sol tərəfli hemotoraks ilə müşayiət olunan soldan İİİ, İV, V, Vİ, Vİİ qabırğaların orta körpücük xətti üzrə yerdəyişmiş, sağdan İ,İİ qabırğaların onurğayanı xətt üzrə xətti sınıqları, çənə sümüyünün sağ mental hissəsinin, sol tac və oynaq çıxıntılarının, sol kürək və sol said sümüklərinin sınıqları, sol qulaqaltı-çeynəmə və qaşarası nahiyyələrinin əzilmişcırılmış yaraları, döş qəfəsinin ön səthinin və sol kürək nahiyyəsinin qançırları müəyyən edilmişdir. Həmin xəsarətlər bədənin ağır küt travması nəticəsində əmələ gəlmişlər, həyatidirlər,ölümlə səbəbli əlaqəlidirlər, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. M.V.Vəliyevanın ölümünün bilavasitə səbəbi sol gicgah sümüyünün yerdəyişmiş sınığı, beyinin əzilməsi, toxumasına və qişaları altına qansızma ilə əlaqədar inkşaf edən poliorqan çatışmazlığı, baş beyinin və beyin kötüyünün ödemi olmuşdur.Ölüm xx.xx.2022-ci il tarixdə saat 22-00-də X34 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkşaf dərəcəsi ilə inkar olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə trassoloji və lifli materialların kimyəvi eksprertizasının xx.xx.2022-ci il tarixli, 3\29, 6\117, 8\52 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş ölmüş X12 məxsus geyim əşyalarından gödəkçənin,köynəyin,maykanın və şalvarın üzərində olan zədələr, izlər öz formasına, qurluşuna,xarkterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontaktda olması, ilişməsi, sürtünməsi nəticəsində yaranması mümkündür.Həmin zədələr yol nəqldiyyat hadisəsi nəticəsində yarana bilərdi. Təqdim edilmiş geyim əşyalarının üzərində nəqliyyat vasitələrinə məxsus təkər şininin protektor naxış izləri aşkar edilmədi. Tədqiqatların nəticələrinə əsasən rəyin lak-boya örtüklərinin tədqiqatı (lak-boya örtüyünün çatışmamazlığı,qopması) və nəqliyyat vasitələrinin üzərində olan zədələr nəzərə alınmaqla aşağıdakılar müəyyən edilmişdir. Təqdim edilmiş edilmiş Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun üzərində (oblisovkada (ön metal örtüyündə ) alın şüşəsində) olan zədələr hər hansı bərk olmayan predmetin təsirindən, o cümlədən piyadanın vurulması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş edilmiş Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun ön qabaq sağ hissəsində olan zədələr hər hansı bərk predmetlə kotaktda olması, dəyməsi, o cümlədən təqdim edilmiş Mercedes Benz minik markalı ** BS *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitələri ilə təmasda olması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş Chevrolet Aveo minik markalı ** OS *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsində olan zədələr Setra S- 215HDH markalı, ** CK *** qeydiyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə təmasda olması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş Opel Astra minik markalı ** KG *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsində olan zədələr Chevrolet Aveo minik markalı ** OS *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təmasda olması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş Mercedes Benz minik markalı ** BS *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsində olan zədələr Setra S- 215HDH markalı, ** CK *** qeydiyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə təmasda olması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş VAZ-21074 minik markalı ** OE *** dövlət deydiyyat nişanlı nəqliyyat vasitəsinin ön və arxa hissəsində olan zədələr hər hansı bərk predmetlə kontaktda olması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş nəqliyyat vasitələrinin üzərində olan zədələr öz ilkin formasını itirdiyindən həmin nəqliyyat vasitələrinin bir-birləri ilə hansı bucaq altında toqquşmasını mümyyən etmək mümkün deyildir. Təqdim edilmiş edilmiş Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Təqdim edilmiş edilmiş Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun üzərindən götürülmüş lif nümunələri olan süngərlərin səthindən aşkar edilmiş qara rəngli matiraolunmuş kimyəvi liflər cinsi əlamətlərinə görə X12 məxsus olduğu qeyd olunan geyim əşyalarından -01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş ölmüş X12 məxsus olduğu qeyd olunan geyim əşyalarının səthləri üzərində aşkar edilmiş ağ rəngli lak-boya mikrohissəcikləri Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun ağ rəngli üst emal qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Təqdim edilmiş edilmiş Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun sağ hissəsinin üzərində olan gümüşü metalik rəngli bir qatlı sürtünmə hissəcikləri Mercedes Benz minik markalı ** BS *** dövlət deydiyyat nişanlı avtomobilin üst emal qatı ilə rənginə, təbiətinə və təçrkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Təqdim edilmiş Chevrolet Aveo minik markalı ** OS *** dövlət deydiyyat nişanlı avtomobilin sol hissəsinin arxa sol qanadı üzərində bir qatlı qırmızı rəngli sürtünmə izləri Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun ağ rəngli-üst emal qatının altında olan alt-qırmızı rəngli astar qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Təqdim edilmiş Opel Astra minik markalı ** KG *** dövlət deydiyyat nişanlı avtomobilin arxa yük yerinin və arxa bufer hissəsinin səthində ağ rəngli sürtünmə izləri Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun ön hissəsinin ağ rəngli-üst emal qatının altında olan alt-qırmızı rəngli astar qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Təqdim edilmiş Mercedes Benz minik markalı ** BS *** dövlət deydiyyat nişanlı avtomobilin arxa yük yerinin, arxa bufer hissəsinin , arxa sağ hissəsinin, arxa sağ qanadın səthində ağ və qırmızı rəngli sürtünmə izləri Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtobusun ön hissəsinin ağ rəngli-üst emal qatının altında olan alt-qırmızı rəngli astar qatı ilə rənginə, təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Təqdim edilmiş VAZ- 21074 minik markalı ** OE *** dövlət deydiyyat nişanlı avtomobilin ön və arxa hissəsində sürtünmə izləri boya örtüyünün özünə məxsus astar qatının sürtünmə ( bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına (yaranmasına) xarakterikdir.Üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qatları, hissəciklər yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2022-ci il tarixli, 8\267 №li rəyindən görünür ki, Setra S-215HDH markalı, ** CK *** qeydiyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Hacıqabul RMX-nın xx.xx.2022-ci il tarixli, 15 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X13 ayıqdır, sərxoşluq vəziyyəti yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 03.2022-ci il tarixli, 016--1222 saylı məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X6 nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək müddətə etibarlı olan) AE seryalı,118373 nömrəli «BD» dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhər Avtoservis Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində Setra S 215 markalı ** CK *** dövlət qeydiyat nişanlı avtobusa 5624 manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində VAZ-21074 minik markalı ** OE *** dövlət qeydiyat nişanlı avtomobilə 1972 manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində Mercedes Benz E220 CDİ minik markalı ** BS *** dövlət qeydiyat nişanlı avtomobilə 5525 manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində Chevrolet Aveo minik markalı ** OS *** dövlət qeydiyat nişanlı avtomobilə 11.000 manat ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Avtomotoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ziyan aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində Opel Astra minik markalı ** KG *** dövlət qeydiyat nişanlı avtomobilə 3790 manat ziyan dəymişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-ə verilmiş tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, X6 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş X16 məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, o, səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmir və mülki iddiasından imtina edir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, mülki iddiaçıların şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları X10 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X6 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X6 cəzanı yüngülləşdirən hal müəyyən etmədi. Təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X6 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X13 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan kimi 11.000 manat mülki iddiadan, mülki iddiaçı X18 isə ona dəymiş maddi ziyan kimi 3790 manat mülki iddiadan imtina etdiklərini bildirmişlər. Eyni zamanda mülki iddiaçı X28 dəfələrlə çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli teleqramda isə səhhəti ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və mülki iddiasından imtina etdiyini göstərmişdir. Eyni zamanda mülki iddiaçı X25 dəfələrlə çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, saxlanılmış telefon əlaqəsi zamanı ona dəymiş maddi ziyan kimi 5525 manat mülki iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatının mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iş üzrə mülki iddiaçıların mülki iddiadan imtinası qəbul edilməklə iş üzrə mülki iddialar üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və sahiblərinə qaytarılmış Setra S-215 HDH markalı, ** CK *** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı, VAZ-21074 minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220CDİ minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı və Opel Astra minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillərin onlarda saxlanılması, iş üzrə maddi sübut olan 03 ədəd diskin isə cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs S.A.Mahmudovdan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cümaddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X6 cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 aprel 2022-ci il tarixdən hesablansın. X6 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan kimi 11.000 manat mülki iddiadan imtinası qəbul edilərək Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən ona aid mülki iddia üzrə icraata xitam verilsin. Mülki iddiaçı X16 ona dəymiş maddi ziyan kimi 1972 manat mülki iddiadan imtinası qəbul edilərək Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən ona aid mülki iddia üzrə icraata xitam verilsin. Mülki iddiaçı X15 ona dəymiş maddi ziyan kimi 5525 manat mülki iddiadan imtinası qəbul edilərək Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən ona aid mülki iddia üzrə icraata xitam verilsin. Mülki iddiaçı X8 ona dəymiş maddi ziyan kimi 3790 manat mülki iddiadan imtinası qəbul edilərək Azərbaycan Respublikası CPM-nin 186.2-ci maddəsinə əsasən ona aid mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut olan və sahiblərinə qaytarılmış Setra S-215 HDH markalı, ** CK *** dövlət qeydiyyat nişanlı, Chevrolet Aveo minik markalı, ** OS *** dövlət qeydiyyat nişanlı, VAZ-21074 minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı, Mercedes Benz E220CDİ minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı və Opel Astra minik markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobillər onlarda saxlanılsın. İş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X5 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.X10 münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-408/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-408/2022
30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver