Məhkəmə qərarları › İş №1(099)-408/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-408/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-408/2025 04.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Xaçmaz şəhəri, Lomonosov küçəsi, ev 20-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 169, mənzil 1 ünvanında yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4- 1-ci maddəsi ilə, xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, 52ci inzibati binada qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 29, 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdarda narkotik vasitələri sonuncunun gizlətdirdiyi yerdən götürüb Bakı şəhəri ərazisində onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində maddi qazanc alacağı vədi ilə razılaşaraq sonuncunun Yardımlı rayonu, Allar kəndi ərazisində gizlətdiyi içərisində 9000 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 1940 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin olan 01 (bir) ədəd çəhrayı rəngli kisəni əldə etmək məqsədi ilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə idarə etdiyi “KİA K5” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10 aprel 2025-ci il tarixdə saat 09 radələrində Yardımlı rayonu ərazisinə gəlmiş, əldə etməyi planlaşdırdıqları xüsusilə külli miqdarda narkotik vasitələri “Babək” adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən götürmək üçün Yardımlı rayonu, Allar kəndi ərazisində fəal hərəkətlərlə axtarış aparan zaman həmin tarixdə saat 18:52-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqlarından, yəni öz iradələrindən asılı olmayan səbəblərdən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitələri əldə etməyə, saxlamağa və daşımağa cəhd etmiş, onların əldə etmək məqsədi ilə gəldikləri konumdan aşkarlanmış 01 (bir) ədəd çəhrayı rəngli kisəyə baxış keçirilən zaman həmin kisədən 08 (səkkiz) ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 1050 qram, 1010 qram, 1010 qram, 780 qram, 1950 qram, 985 qram, 1115 qram qram olmaqla ümumilikdə 9000 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 02 (iki) ədəd plastik saxlama qablarında ayrı-ayrılıqda təmiz çəkiləri 950 qram, 990 qram olmaqla ümumilikdə 1940 qram çəkidə xüsusilə külli miqdarda xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2025-ci il 10 aprel tarixində 500-700 qram marixuana götürmək üçün iranlı ilə danışıb Hacı ilə birlikdə Yardımlıya getmiş, iranlının atdığı konumda heçnə tapmamış və fikrindən daşınıb geriyə qayıtmışdır. Yolda olarkən maşın xarab olmuş, polis əməkdaşları kömək etmək üçün onlara yaxınlaşmış, o, polislərə narkotik vasitə götürmək üçün gəldiyini bildirmiş və iranlının atdığı konumu könüllü şəkildə özü polis əməkdaşlarına vermişdir. İranlı ona narkotik vasitəni daşımağının qarşılığında 500-700 manat pul verəcəkmiş. Anası xəstə olduğu üçün pula ehtiyacı olmuş, həmin pulu anasının müalicəsi üçün verəcəkmiş. Onlara maşının düzəlməsinə kömək edən adamlar polis maşınında gəldikləri üçün onların polis olduqlarını bilmişdir, Hacıya narkotik vasitə üçün gəldiyini Yardımlı rayonuna çatanda demişdir, Hacı ona qayıtmalarını bildirmişdir, geri qayıdanda üzərilərində narkotik vasitə olmamışdır, orada olanda evdəkilərlə telefon əlaqəsi saxlamışdır, əldə edəcəyi 500-700 manatla anasına bir dəfə kimyaterapiya etmək mümkün idi, maşını Bakı şəhərindən 170 manata kirayə götürmüşdür, evlə danışarkən anasının İsrailə müalicəyə getdiyini öyrəndiyi üçün fikrindən daşınmışdır, Hacıya Yardımlıya getməyi təklif edəndə sadəcə işi olduğunu demiş, onunla getməyi təklif etmişdir, gecə saat 1 radələrində iranlı ona zəng etdikdən sonra yola çıxmışlar, iranlının adı Babək olmuşdur. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “... Bakı şəhərində olan zaman Təqsirləndirilən şəxs2 Yardımlı rayonuna getdiyini, orada İran İslam Respublikası vətəndaşının narkotik vasitələr gizlətdiyini, həmin narkotik vasitələri gizlədildiyi yerdən götürüb Bakı şəhəri ərazisinə çatdıracağı təqdirdə İran İslam Respublikası vətəndaşının ona pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 də onunla birlikdə getməyə razı olduğunu demişdir. 10 aprel 2025-ci il tarixdə saat 09 radələrində Yardımlı rayonuna çatmışlar....Həmin tarixdə saat təxminən 15 radələrində idarə etdiyi avtomobil xarab olmuş və onlar dayanmışlar. Daha sonra avtomobili təmir edərək yola davam etmişlər. Həmin tarixdə saat təxminən 17 radələrində Allar kəndinə çatmışlar. Bir müddət kənd ərazisində “Babək” adlı İran İslam Respublikası vətəndaşının ona dediyi narkotik vasitələri gizlətdiyi yeri axtarsalar da həmin yeri tapa bilməmişlər. Bir müddət sonra saat təxminən 18:52-də polis əməkdaşları onları saxlamışdır. Onlardan Yardımlı rayonuna gəlmələrinin səbəbi soruşulmuş, o da İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək onun Yardımlı rayonu, Allar kəndi ərazisində gizlətdiyi içərisində narkotik vasitələr olan kisəni götürməyə gəldiklərini demişdir. Təqsirləndirilən şəxs2 də onunla birlikdə eyni məqsədlə gəldiyini bildirmişdir.” İfadələr arasındakı ziddiyyətin səbəbi araşdırılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığından etirafedici ifadə verdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 qeyd etdiklərinin hamısı düzdür, Bakı şəhərindən çıxarkən Zaur ona narkotik vasitə götürməyə gəldiyini deməmişdir, işi olduğu üçün onunla getməyi təklif etmişdir, o, Yardımlı rayonunda narkotik vasitə üçün gəldiklərini bilmiş, əvvəlcə etiraz etməmiş, lakin, narkotik vasitənin yerini tapmadıqda Hacıya qayıtmağın məsləhət olduğunu demişdir, polislər onları narkotik axtaran zaman tapmamış, polislər onlara yaxınlaşanda o, maşın xarab olduğundan, maşınla məşğul olmuş, Zaur onlara narkotik vasitənin olduğu konumu göstərmiş, səmimi etiraf etmiş, ancaq narkotik götürmək fikirlərindən daşındıqlarını da bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...Bakı şəhərindən çıxmağa az qalmış Təqsirləndirilən şəxs1 ona Yardımlı rayonuna getdiyini, orada İran İslam Respublikası vətəndaşının narkotik vasitələr gizlətdiyini, həmin narkotik vasitələri gizlədildiyi yerdən götürüb Bakı şəhəri ərazisinə çatdıracağı təqdirdə İran İslam Respublikası vətəndaşının pul verəcəyini demişdir. O da Təqsirləndirilən şəxs1lə birlikdə getməyə razı olmuşdur... Həmin tarixdə saat təxminən 15 radələrində avtomobili təmir etmişlər və konum istiqamətində hərəkətə başlamışlar. Daha sonra saat 17 radələrində Yardımlı rayonu, Allar kəndi ərazisinə çatmışlar. Bir müddət kənd ərazisində İran İslam Respublikası vətəndaşının Zaura dediyi narkotik vasitələri gizlətdiyi yeri axtarsalar da həmin yeri tapa bilməmişlər. Təqsirləndirilən şəxs1 pul lazım olduğundan narkotik vasitələri tapana qədər Yardımlı rayonundan getməyəcəyini demiş və narkotik vasitələrin gizlədiliyi yeri axtarmağa davam etmişlər. Bir müddət sonra saat təxminən 18:52-də polis əməkdaşları onları saxlamışdır...” İfadələr arasındakı ziddiyyətin səbəbi araşdırılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığından etirafedici ifadə verdiyini bildirmişdir. Sonda təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2025-ci il 10 aprel tarixində ona əməliyyat məlumatı daxil olmuş, məlumat Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 Yardımlı rayonu ərazisindən qanunsuz olaraq narkotik vasitə əldə etmələri barədə olmuşdur, bununla bağlı əməliyyat istintaq qrupu yaradılmış, həmin tarixdə, saat 18 radələrində “Kia K5” markalı avtomobili müşahidə etməyə başlamışlar, bir az vaxt keçdikdən sonra şəxslər maşından düşüb nəsə axtarmağa başlamışlar. Onlara yaxınlaşıb kim olduqlarını, nə üçün gəldiklərini soruşduqda iranlı şəxslə danışıb narkotik vasitə əldə etmək üçün Yardımlı rayonu ərazisinə gəldiklərini bildirmişlər. Üzərlərinə yoxlanış keçirilmiş, Təqsirləndirilən şəxs1 üzərindən üç mobil telefon aşkarlanmışdır. Mobil telefonlardan birində İran İslam Respublikası vətəndaşı ilə danışığını müşahidə etmişlər, telefonda olan konuma əsasən göstərilən yerə gedib daşın altından çəhrayı rəngli kisə aşkarlamışlar. Kisəyə baxış zamanı 8 büküm və iki ədəd plastik qab aşkarlanmışdır. Bükümlərdən qurudulmuş marixuana, plastik qabdan isə heroin aşkarlanmışdır. Həmin yerdə protokol tərtib etmək mümkün olmadığından şöbəyə getmişlər, şöbədə protokol tərtib olunmuş və aşkar edilmiş narkotik vasitələr onun tərəfindən təhqiqatçıya təhvil verilmişdir. Təqsirləndirilən şəxslərdən heç biri könüllü şəkildə narkotik vasitənin yerini deməmiş, narkotik vasitəni götürməyə gəldiklərini, lakin, tapa bilmədiklərini demişlər, şəxsləri saxlayanda maşından düşüb telefonla nəsə axtarırdılar, şəxsləri saat 18-dən etibarən müşahidəyə götürmüşlər, əməliyyat məlumatı həmin gün səhər daxil olmuşdur, onalrdan kimsə təqsirləndirilən şəxslərə maşını işə salmağa kömək etməmişdir, telefonda göstərilən konum onların dayandığı yerdən 40-50 metr məsafədə olmuşdur, onlar bir yerdən narkotik vasitə aşkar etmişlər, onlar narkotik vasitə axtaranda onları çəkməmələrinin səbəbi havanın dumanlı olması, şübhəli şəxsləri də tam müəyyən edə bilməmələri olmuşdur. İş üzrə dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək suallara cavab olaraq bildirmişdir ki, Yardımlı RPŞ-nin PPXB-nin manqa komandiri vəzifəsində işləyir, şəxsləri 30-40 dəqiqə müşahidə etdikdən sonra yaxınlaşıb özlərini təqdim etmişlər, şəxslərin maşını şəlalədən 10-15 metr yolun qırağında olmuşdur, hadisə yerinə saat 18 radələrində getmişlər, atılan konum isə şəxslərin dayandığı yerdən 30-40 metr aralıda olmuşdur, maşın işlək vəziyyətdə olmuşdur, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid4 Şahid1 və Şahid2 ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək suallara cavab olaraq bildirmişdir ki, Yardımlı RPŞ, İTB-nin sahə polis nəfəri vəzifəsində işləyir, şəxsləri axşam saat 7-ə qalmış saxlamışlar, şəxslər qara rəngli Kia K5 maşınla gəlmişlər, qrup üzvləri ilə tədbirə getmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid5 Şahid1, Şahid2 və Şahid4 ifadələrində qeyd etdiyi xüsusatları təsdiq edərək suallara cavab olaraq bildirmişdir ki, Yardımlı RPŞ, MSY-də sürücü vəzifəsində işləyir, şəxslərə fiziki və ya psixoloji təsir göstərməmişlər, hadisə yerinə neçədə getdiyini xatırlamır, onlar gələndə şəxslər şəhər istiqamətində dayanmışdılar, şəxslərə maşını işə salmağa kömək etməmişlər. İş üzrə dindirilmiş Şahid3 yuxarıda adları qeyd edilən şahidlərin ifadələrində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin (qismən) və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı: - «Şübhəli şəxsin tutulması haqqında» 10 aprel 2025-ci il tarixli, 405 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:50-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (C-İ, i.v. 29) - «Şübhəli şəxsin tutulması haqqında» 10 aprel 2025-ci il tarixli, 408 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 22:15-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (C-İ, i.v. 47) - «Əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» 10 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr əldə etməkdə şübhəli olduqları üçün Yardımlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 aprel 2025-ci il tarixdə Yardımlı rayonu, Allar kəndi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi “KİA K5” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində fasiləsiz videoçəkiliş vasitəsi ilə yoxlanış aparılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqları izah olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində yoxlanış aparılan zaman videoçəkilişdən istifadə olunacağı barədə xəbərdarlıq edilmiş və buna hər hansı bir etirazlarının olub-olmadığı soruşulmuşdur. Onlar heç bir etirazları olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yardımlı rayonuna gəlmələrinin səbəbi soruşulmuş, Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək onun göndərdiyi konumdan narkotik vasitələr əldə etmək üçün gəldiklərini, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1lə birlikdə onunla eyni məqsədlə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində qanunla qadağan olunmuş əşyalar varsa vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən 01 (bir) ədəd qızılı rəngli “İphone 7”, 01 (bir) ədəd qara rəngli “İphone 6S” və 01 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefonları çıxararaq təqdim etmişdir. Raur Rabayevin üzərində yoxlama aparılmış, onun əynindəki qara rəngli gödəkçənin sol iç döş cibindən 90 (doxsan) qəpik pul, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd 10 manatlıq pul əskinazı aşkar olunmuş, üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərində yoxlanış aparılmış, onun əynindəki göy rəngli gödəkçənin sol iç döş cibindən 01 (bir) ədəd cib dəsmalı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən içərisində özünün şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd “BakıKart”, 02 (iki) ədəd "xxxx" ASC-yə məxsus və 01 (bir) ədəd "xxxx" ASC-yə məxsus plastik bank kartları olan pul qabını çıxararaq təqdim etmiş, onun üzərindən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşının narkotik vasitələrin olduğu yerin konumunu kimin telefonuna göndərdiyi soruşulmuş, Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşının narkotik vasitələrin olduğu yerin konumunu istifadəsində olan “Samsung Galaxy A15” markalı mobil telefonda olan “WhatsApp” proqramına göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş “Samsung Galaxy A15” markalı mobil telefona baxış keçirilmiş, həmin telefonda olan “WhatsApp” proqramına daxil olan zaman Təqsirləndirilən şəxs1 “BABƏK Kişi” adı ilə qeyd edilmiş +98 930 672 1922 saylı İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrə ilə mütəmadi danışıqlar apardığı, onların bir-birilərinə səs yazıları, şəkillər və konum göndərdikləri müəyyən olunmuşdur. “BABƏK Kişi” adı ilə qeyd edilmiş +98 930 672 1922 saylı İran İslam Respublikası mobil operatoruna məxsus mobil nömrənin “WhatsApp” proqramında Təqsirləndirilən şəxs1 göndərdiyi konumda göstərilən istiqamətdə hərəkət edilmiş, konumun göstərdiyi yerdən, yəni Allar kəndi ərazisində yerləşən dağlıq ərazidən üzəri daşlar ilə örtülmüş 01 (bir) ədəd çəhrayı rəngli kisə aşkar olunmuşdur. 01 (bir) ədəd çəhrayı rəngli kisənin aşkar olunduğu ərazinin relyefi baxış keçirilməsi üçün əlverişli olmadığından həmin kisə aşkar olunduğu yerdən götürülərək baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı yola qoyulmuşdur. 01 (bir) ədəd çəhrayı rəngli kisəyə baxış keçirilmiş, həmin kisədən 08 (səkkiz) ədəd sellofan bükülü və 02 (iki) ədəd plastik saxlama qabı aşkar olunmuşdur. X8 Respublikası hərfləri yazılmış birinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1040 qram olmuşdur. X8 Respublikası hərfləri yazılmış ikinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1100 qram olmuşdur. X8 Respublikası hərfləri yazılmış üçüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1050 qram olmuşdur. X8 Respublikası hərfləri yazılmış dördüncü sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1165 qram olmuşdur. X8 Respublikası hərfləri yazılmış beşinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 830 qram olmuşdur. Üzərində “A” hərfi yazılmış altıncı sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 2060 qram olmuşdur. Yeddinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1070 qram olmuşdur. X8 Respublikası hərfləri yazılmış səkkizinci sellofan bükülüdən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1155 qram olmuşdur. Birinci şəffaf rəngli plastik saxlama qabından narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1040 qram olmuşdur. İkinci şəffaf rəngli plastik saxlama qabından narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 995 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya və heroinə oxşar kütlələr aşkar olunduqları 01 (bir) ədəd çəhrayı rəngli kisədə qablaşdırılaraq götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi zora məruz qalıb qalmadıqları soruşulmuş, onlar heç bir fiziki və ya psixi zora məruz qalmadıqlarını bidirmişlər. Yardımlı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 videoçəkilişdə deməsinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstlərinin yoxlanması və 01 (bir) ədəd çəhrayı rəngli kisəyə baxış keçirilməsi 10 aprel 2025-ci il tarixdə saat 18:52-də başlamış və həmin tarixdə saat 19:24-də başa çatmışdır. ( C-İ, i.v. 08-11) - Yarımlı Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 4(038)-14/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılan zaman o, əməlini etiraf etmişdir. ( C-İ, i.v. 132-138) - Yarımlı Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 4(038)-15/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqdimata baxılan zaman o, əməlini etiraf etmişdir. ( C-İ, i.v. 139-144) - Kompleks məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 11 aprel 2025-ci il tarixli, 19/148 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya, heroinə oxşar kütlələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 2 ədəd plastik qabın içərisindəki bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -950,0 qr: -990,0 qram: ümumi təmiz çəkisi: -1940,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponenet tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 8 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: - 1100,0 qr: -1050,0 qr: -1010,0 qr: -1010,0 qr: -780,0 qr: -1950,0 qr: -985,0 qr. -1115,0 qram: ümumi təmiz çəkisi: -9000,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi -1940,0 qr., cəmi tədqiata sərf edildi -0,2 qr. (hər.ob 0,1 qr), qalıq -1939,8 qr. Marixuananın ümumi təmiz çəkisi -9000,0 qr., cəmi tədqiata sərf edildi 0,8 qr. (hər ob. 0,1 qr), qalıq -8999,2 qr. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr’’ siyahısına daxildir (Siyahı İ). (C-İ, i.v. 65-69) - «Baxış keçirilməsi haqqında» 15 aprel 2025-ci il tarixli, 448 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ona məxsus 01 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqinə daxil olan zaman “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin olduğu və Təqsirləndirilən şəxs1 həmin nömrə ilə mütəmadi danışıqlar aparması müəyyən olunmuşdur. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 00:06-da göndərdiyi səs yazısında “qardaş nağayrırsan” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 02:36 dəqiqədə göndərdiyi səs yazısında “hə əmi bu nömrədəyəm, bura yığ, o nömrənin interneti yoxdur” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 08:39-da göndərdiyi səs yazısında “qardaş Allara sarı gedəndə bir kənd var Şıxhüseynli, o Şıxhüseynin elə yolun rədd eləsə 20 metr şəlalə var, şəlalənin düz qabağındadır, düşür çaya tərəf su yolu vardır, ordadı elə 20 metr aşağı, daşın içində” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 08:41-də göndərdiyi səs yazısında “qardaş buna diqqətlə qulaq as a bu səsə, bildin qadan alım diqqətlə qulaq as, bir dənə orda təmiz qardaşdan soruş denən biz bu yolu gedəciyik, sən şaşma e o qulaq asdığına özün denən” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 08:47 dəqiqədə konum göndərdiyi müəyyən edilmişdir. Həmin konum Masallı-Yardımlı avtomobil yolunun Yardımlı rayonu ərazisində yerləşən “Təkdam şəlaləsi” adlanan yerin yaxınlığını göstərmişdir. Təqsirləndirilən şəxs1 “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025ci il tarixdə saat 08:47-də göndərdiyi səs yazısında “əmi sən birdənə bunu ona göndər, bu mənim konumumdur, görsün ondan buna nə qədər məsafə var” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 08:56 dəqiqədə bir video göndərdiyi müəyyən olunmuşdur. Həmin videoda Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil ilə torpaq bir yolda olduğu və “bu yoldu?” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:03-də göndərdiyi səs yazısında “Babək, bu konumu at adama tez, denən bu konumla ged, denən o səni düz aparaq yola da, camaatın üstünə düz aparmayacaq, denən getdikcə, şəlaləyə çatdıqca video at, şəlaləni gördükcə video at, dayan a denən düş maşından ətrafın qəşəy videosun çək at” deyildiyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:04-də göndərdiyi səs yazısında “qadan alım çox da o yan bu yana baxıb eləmə, bildin özünü itirib eləmə də, gördün allah eləməsin bir şeylər var tez WhatsAppı zadı sil, sonra bizi yığarsan” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025ci il tarixdə saat 09:27 dəqiqədə konum fotoşəkli göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu ərazisində yerləşən “Tıptıpənə şəlaləsi” adlanan yerin yaxınlığını göstərmişdir. Təqsirləndirilən şəxs1 “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025ci il tarixdə saat 09:27-də göndərdiyi səs yazısında “ay əmi birdənə sən canı bu konuma bax, konumum qurtaracağında gör nə nə gəlib çıxır, mən burdan bu birisi yola necə gedim keçim, birdənə göstərsin mənə” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***- **-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 09:24 dəqiqədə bir video göndərdiyi müəyyən olunmuşdur. Həmin videoda Təqsirləndirilən şəxs1 ərazini göstərək “ay qardaş bax, konumun yerində bax budu, ba gələ bu da dağlardı, gördün, mən burdan hara gedim, bax bu yoldu bax orda qapı var, ora getsəm qapı var” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 09:36 dəqiqədə göndərdiyi səs yazısında “ay heç nə əmi, mən o konuma gedib çıxa bilmirəm, şəkil atmışam sənə ki bax, gedib konuma çıxıram, top gedib gör hara çıxır, mən o yoldan o yola necə keçim” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:42-də göndərdiyi səs yazısında “qardaş getdin Allar yolu, Şıxhüseynlinin yoluna yetişdin, dönmə Şıxhüseynliyə Alara sarı ged 20- 30 metr qabağ, elə düz Şıxhüseynin altında yoldadı şəlalə, suyu da elə yoldan gedir ordadı” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:47-də göndərdiyi səs yazısında “o səs atıb e qardaş, o səsə aydın qulaq as, ora getməliyik biz, konum heç lazım deyil, nə şəkil lazım deyil” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:51-də narkotik vasitələri gizlətdiyi yerin konumunu göndərdiyi müəyyən edilmişdir. Həmin konum Yardımlı rayonu, Allar kəndi ərazisində yerləşən alt tərəfinən çay axan üst tərəfindən isə yol keçən daşlıq ərazini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:59-da konum fotoşəkli göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu Allar və Şıxhüseynli kəndlərinin ərazisini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:59-da göndərdiyi səs yazısında “bax bu da konumda hər şey, Allar da düşüb, Allar aşağıdadı, Şıxhüseynli də yazıbdı” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***- **-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 09:59-da konum fotoşəkli göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu Allar və Şıxhüseynli kəndlərinin ərazisini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 10:02-də göndərdiyi səs yazısında “sən birdənə Şıxhüseynlini tap, bax Şıxhüseynlini tap qaqa, atam işimizi yubatmayaq, tap inşallah götür sağ-salamat qayıt” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 10:05 dəqiqədə göndərdiyi səs yazısında “sən onu öz xəritənizdə yox e, bizim xəritədə göstər də, “Waze” aç göstər elənçinə, mən gedim də ora, indi mənə göstərir 200 km ora” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**- ** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 10:15 dəqiqədə bir video göndərdiyi müəyyən olunmuşdur. Həmin videoda Təqsirləndirilən şəxs1 ərazini göstərərək “əmi bax gör Allar bu yolu deyir, bu yola düşməliyəm” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 10:34 dəqiqədə bir fotoşəkil göndərdiyi müəyyən olunmuşdur. Həmin fotoşəkil çay olan dağlıq və meşəlik ərazini göstərmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025ci il tarixdə saat 10:35 dəqiqədə göndərdiyi səs yazısında “sən onu öz xəritənizdə yox e, bizim xəritədə göstər də, əmi birdənə baxsın bu çaydı” dediyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 10:36 dəqiqədə bir fotoşəkil göndərdiyi müəyyən olunmuşdur. Həmin fotoşəkildə Təqsirləndirilən şəxs1 avtomobil ilə torpaq yolda hərəkətdə olduğu müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 11:55-də göndərdiyi səs yazısında “dediyim yerdən bir dənə video çəkəcsən, sənin qadanı mən alım yaxşı, o deysən a daşın yanındayam, yekə daşdı dörd guşə, çox yekə daşdı, dörd guşə daşdı dağın döşündə bildin, birdənə onu tap deyim sənə” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 12:04-də 03 (üç) ədəd fotoşəkil göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkil Yardımlı rayonu Allar kəndi ərazisində yerləşən dağlıq ərazini göstərmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəyə 10 aprel 2025-ci il tarixdə saat 12:05-də göndərdiyi səs yazısında “bu bir il bundan qabağın şəklidi, qabaq burdan iş görəndə adamım atmışdı, gör siz bu həmən yoldasız, bu yolu işarəyə salmışam ki, biləsən a, burda heç nə yoxdu, fəqət istiyirəmki biləsən ki sizdə görüm bu yoldasız, bir də bundan üstdə şəkil atmışam a, şəkili çək qabağa, kənd görükəcək, bax siz o kəndin tuşunda olacaqsız, o ətrafdadı” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 13:23-də 03 (üç) ədəd fotoşəkil göndərdiyi müəyyən edilmişdir. Həmin fotoşəkillərdə narkotik vasitələrin gizlədildiyi yerin kağız üzərində çəkilmiş sxeminin əks olunduğu müəyyən edilmişdir. Göndərilən fotoşəkillərə əsasən narkotik vasitənin gizlədiliyi yerin alt tərəfindən çay axan, üst tərəfindən isə yol keçən və yaxınlıqda şəlalə olan bir ərazidə yol ilə çay arasındakı daşlıq ərazi olduğu və narkotik vasitələrin yolun şəlalə ilə birləşdiyi yerdən Şıxhüseynli kəndi istiqamətində alt hissə ilə hərəkət etdikdə yığılmış daşların altında gizlədildiyi müəyyən olunmuşdur. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 13:24-də göndərdiyi səs yazısında “bax bu elə biləsən, həmən yoldu, sənin qabağına çıxıb, mal olan yerə də işarə vurulub, yol üstdən gəlirsən, hardan Şıxhüseynliyə dönürsən, malı bax düz yolun altında, bax görürsən çay yazıb altda, düz çayın dibində daş töküb, onun üstündədi, kağıza diqqət verəsən bir dənə də səs atıram” dediyi müəyyən edilmişdir. “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrənin “WhatsApp” ani mesajlaşma tətbiqində Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsinə 10 aprel 2025-ci il tarixdə saat 13:24-də göndərdiyi səs yazısında “Şıxhüseynlinin yolun rədd eliyərsən Allara sarı, xooooop, əvvəlin şəlalədən düşəcəksən, sol yana gedəcəksən daş tökülüb, daşın ətəyində, qoymuşam elə əvvəlində, üstünədə bir dənə sellofan və bir dənə daş qoymuşam” deyildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 “BABƏK Kişi” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 930 672 1922 saylı nömrə ilə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə 10 aprel 2025-ci il tarixdə saat 02:42-də 25 saniyə, saat 08:50-də 25 saniyə, saat 08:54-də 30 saniyə, saat 09:07-də 2 dəqiqə, saat 09:30-da 1 dəqiqə, saat 09:38-də 1 dəqiqə, saat 09:45-də 25 saniyə, saat 09:48-də 1 dəqiqə, saat 09:51-də 15 saniyə, saat 09:58-də 36 saniyə, saat 10:06-da 56 saniyə, saat 10:18-də 41 saniyə, saat 10:19-da 51 saniyə, saat 10:35-də 49 saniyə, saat 10:37-də 27 saniyə, saat 10:55-də 22 saniyə, saat 16:12-də 43 saniyə müddətində telefon danışıqları apardığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 6315 saylı mobil nömrə ilə “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsilə 09 fevral 2025-ci il tarixindən 10 aprel 2025-ci il tarixinədək mütəmadi telefon danışıqları apardığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrədə istifadə etdiyi “WhatsApp” ani mesajlaşma tətbiqində “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 6315 saylı nömrəyə 04 aprel 2025-ci il tarixdə saat 02:39 dəqiqədə göndərdiyi səs yazısında “sən indi inşallah bu gün keçdi də day həm gecdi, səhər inşallah görüm neyləsəm atacam da sənə narahat olma” dediyi müəyyən edilmişdir. “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 6315 saylı nömrə qeyd olunan səs yazısına cavab olaraq 04 aprel 2025-ci il tarixdə saat 02:44 dəqiqədə “ok” mesajı yazdığı, Təqsirləndirilən şəxs1 “66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 6315 saylı nömrəyə 04 aprel 2025-ci il tarixdə saat 02:46 dəqiqədə “1100 AZN düzdür” məzmununda mesaj yazdığı, 66666666” adı ilə qeyd olunmuş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 595 6315 saylı nömrə qeyd olunan mesaja cavab olaraq 04 aprel 2025-ci il tarixdə saat 02:47 dəqiqədə “ha” mesajı yazdığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 məxsus 01 (bir) ədəd “Samsung Galaxy A15” markalı mobil telefonun “Telefon” bölməsinə daxil olduqda İran İslam Respublikası mobil operatoruna məxsus “.BABEK 2” adı ilə qeyd olunmuş +98 905 240 1922 saylı, “007mahan.” adı ilə qeyd olunmuş +98 901 287 6208 saylı, “Behnam” adı ilə qeyd olunmuş +98 914 723 1145 saylı, “Əli” adı ilə qeyd olunmuş +98 939 140 2258 saylı, “HHH” adı ilə qeyd olunmuş +98 919 069 3421 saylı, “İk” adı ilə qeyd olunmuş +98 903 793 2036 saylı, “Mahamad” adı ilə qeyd olunmuş +98 914 576 1904 saylı, “Mh” adı ilə qeyd olunmuş +98 914 358 9399 saylı, “Milla” adı ilə qeyd olunmuş +98 991 420 5177 saylı, “N” adı ilə qeyd olunmuş +98 992 196 4288 saylı, “Nemat” adı ilə qeyd olunmuş +98 914 358 9399 və “Наргиз” adı ilə qeyd olunmuş +98 930 873 7296 saylı İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olduğu müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş videogörüntülər və səs yazıları 01 (bir) ədəd CD-yə köçürülərək, 11 (on bir) ədəd fotoşəklin əksi əldə edilərək və göndərilmiş konumların “Google Maps” tətbiqi üzərindən görüntüləri əldə edilərək protokola əlavə edilmişdir. ( C-İ, i.v. 170-191) - «Baxış keçirilməsi haqqında» 15 aprel 2025-ci il tarixli, 449 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ona məxsus 01 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə etmişdir. Çingiz Əliyev ***-***-**-** saylı mobil nömrədən “WhatsApp” ani mesajlaşma tətbiqi ilə də istifadə etmişdir. Həmin telefonun “Qalereya” bölməsinə daxil olan zaman Təqsirləndirilən şəxs2 10 aprel 2025-ci il tarixdə saat 13:15 dəqiqədə Təqsirləndirilən şəxs1 ilə birlikdə Yardımlı rayonu Alar kəndi ərazisində yerləşən çay və daşlıq olan ərazilərdə olduğu və həmin ərazilərin videogörüntülərini çəkdiyi müəyyən edilmişdir. Baxış zamanı aşkar olunmuş videogörüntü 01 (bir) ədəd CD-yə köçürülərək protokola əlavə edilmişdir. ( C-İ, i.v. 192- 193) - "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında 17 may 2025-ci il tarixli, 685 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 10 aprel 2025-ci il tarixdə saat 07:36-da Yardımlı rayonu Tilə kəndi, saat 09:17-də Yardımlı rayonu Bilnə kəndi, saat 11:33-dən saat 18:47yə kimi isə Yardımlı rayonu Şıxhüseynli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə telefon danışıqları aparmış, sms göndərmiş, qəbul etmiş və internet istifadə etmişdir. Təqsirləndirilən şəxs2 “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə Təqsirləndirilən şəxs1 əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. (C-İİ, i.v 57) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2025-ci il tarixli, 1201 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətdiyi dövrdə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (C-İİ, i.v. 105-106) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2025-ci il tarixli, 1202 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs2 cinayət hadisəsini törətdiyi dövrdə onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinə cavab vermək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. (C-İİ, i.v. 107-108) - Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 may 2025-ci il tarixli, 244 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 109) - Ambulator məhkəmə-narkoloji ekspertizasının 05 may 2025-ci il tarixli, 245 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (C-İİ, i.v. 110) - DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında 21 iyun 2025-ci il tarixli, 819 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə öz adına olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 10 aprel 2025-ci il tarixdə saat 08:23-dən saat 09:47-yə kimi Yardımlı rayonu Tilə kəndi, saat 10:07-dən saat 11:42-yə kimi Lerik rayonunun Yardımlı rayonu ilə qonşuluğundakı kəndlərdə yerləşən, saat 11:42-dən etibarən isə Yardımlı rayonu Şıxhüseynli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə telefon danışıqları aparmış, sms göndərmiş, qəbul etmiş və internet istifadə etmişdir. Təqsirləndirilən şəxs2 “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə Təqsirləndirilən şəxs1 əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. (C- İİ, i.v 120) - DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında 22 iyun 2025-ci il tarixli, 830 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin öz adına, ***-***-**-** saylı mobil nömrənin isə X3 adına olmuşdur. Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil nömrənin X3 adına olsa da öz istifadəsində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 10 aprel 2025ci il tarixində saat 08:18-dən saat 09:46-ya kimi Yardımlı rayonu Tilə kəndi, saat 09:48-dən saat 11:49-a kimi Lerik rayonunun Yardımlı rayonu ilə qonşuluğundakı kəndlərdə yerləşən, saat 11:54-dən etibarən isə Yardımlı rayonu Şıxhüseynli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə telefon danışıqları aparmışdır. Təqsirləndirilən şəxs1 “Babək” adlı İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus “Samsung Galaxy A15” markalı mobil telefonda istifadə etdiyi “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. (C-İİ, i.v 165) - DİN-in BİKİ-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 10 iyun 2025-ci il tarixli, 772 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin telefon danışıqlarının siyahısına, sms mətnlərinə və anten məlumatlarına dair DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə öz adına olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 10 aprel 2025-ci il tarixdə saat 02:04-dən saat 03:38-ə kimi Yardımlı rayonu, Tilə kəndi və Yardımlı rayonu, Osnakəran kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairələri ilə, saat 03:38-dən saat 05:01-ə kimi isə rayonun Şəfəqli kəndi ilə qonşuluqda yerləşən Yardımlı rayonu, Yeni Abidinli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairəsi ilə telefon danışıqları aparmış, sms göndərmiş, qəbul etmiş və internet istifadə etmişdir. Təqsirləndirilən şəxs1 “Fariz” adlı İran İslam Respublikası vətəndaşı ilə özünə məxsus “Redmi 13C” markalı mobil telefonda istifadə etdiyi “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. (C-İİ, i.v.100) - DİN-in BİKİ-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 10 iyun 2025-ci il tarixli, 778 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin telefon danışıqlarının siyahısına, sms mətnlərinə və anten məlumatlarına dair DİN-in Baş İnformasiya Kommunikasiya İdarəsindən istintaqa daxil olmuş 01 (bir) ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə öz adına olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə 10 aprel 2025-ci il tarixdə saat 02:10-da Yardımlı rayonu, Tilə kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairəsi ilə, saat 03:40-dan saat 04:58-ə kimi isə rayonun Şəfəqli kəndi ilə qonşuluqda yerləşən Yardımlı rayonu, Yeni Abidinli kəndi ərazisində yerləşən "xxxx" MMC-nin anten dairəsi ilə telefon danışıqları aparmış, sms göndərmiş və qəbul etmişdir. Təqsirləndirilən şəxs2 “Fariz” adlı İran İslam Respublikası vətəndaşı ilə Təqsirləndirilən şəxs1 əlaqə saxladığı üçün diskdə İran İslam Respublikası mobil operatoruna məxsus nömrələrin olmadığını bildirmişdir. (C-İİ, i.v. 106) - «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 03 iyul 2025-ci il tarixli, 255 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung Galaxy A15”, 01 (bir) ədəd “İphone 7”, 01 (bir) ədəd “İphone 6S” markalı və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Samsung Galaxy A10” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. (C-İİ, i.v.170-171) - «Sübutların qiymətləndirilməsi haqqında» 07 iyul 2025-ci il tarixli, 259 nömrəli qərarda göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD, "xxxx" MMC-dən istintaqa daxil olmus 01 (bir) ədəd CD və DİNin X2 İdarəsindən istintaqa daxil olmus 02 (iki) ədəd CD disk, mobil telefonlara baxış keçirilən zamanı aşkar olunmuş səs yazılarını və videogörüntüləri özündə əks etdirən 02 (iki) ədəd CD, 11 (on bir) ədəd fotoşəkil və 04 (dörd) vərəqdə konum fotoşəkilləri iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 1939,8 qram çəkidə xüsusilə külli narkotik vasitə heroin və 8999,2 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi və saxlanılmasından ötrü Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilməsi nəzərə alınmışdır. (C-İİ, i.v.178-215) Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Təqsirləndirilən şəxslərin dəlilləri: narkotik vasitəni götürməkdən könüllü imtina etmişlər, narkotik vasitənin olduğu konumu (məkan göstəricisini) polislərə özləri təqdim etmişlər, polislər tərəfindən psixoloji və fiziki təzyiqlərə məruz qalmışlar, onlar narkotik vasitə tapmamışdır, narkotik vasitə oraya polislər tərəfindən qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin dəlilllərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işdə olan sübutlarla tam təkzib olunmaqla, mötəbər dəlillər kimi qiymətləndirilə bilməz. Belə ki, ilk öncə qeyd edilməlidir ki, müdafiə tərəfi ittiham tərəfinin sübutlarını təkzib edən heç bir mötəbər dəlili məhkəməyə təqdim etməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, həbs qətimkan tədbiri seçilən zaman hər iki təqsirləndirilən şəxs əməllərini etiraf edərək, polis əməkdaşları tərəfindən onlara qarşı zorakılıq edilmədiyini bildirmişlər. Bundan əlavə, təqsirləndirilən şəxslər narkotik vasitəni götürməkdən könüllü imtina etdiklərini, narkotik vasitənin olduğu konumu (məkan göstəricisini) polislərə özləri təqdim etdiklərini bildirsələr də, ilk öncə qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin hansısa polis bölməsinə və ya müvafiq quruma yaxınlaşıb cinayət barədə xəbər vermələri iş materiallarından görünmür, əksinə, işdən görünür ki, təqsirləndirilən şəxslərin xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib daşımalarına dair əməliyyat məlumatı əsasında onlar saxlanılmış, narkotik vasitəni axtararkən saxlanılmışlar. Bundan başqa, işdən görünür ki, 10 aprel 2025-ci il tarix, gecə radələrində təqsirləndirilən şəxslər Bakı şəhərindən çıxmış, Təqsirləndirilən şəxs1 səhər 08:37-dən başlayaraq, gündüz 13:24-dək mütəmadi olaraq “Babək kişi” kimi qeyd edilmiş şəxslə narkotik vasitənin olduğu yerin tapılmasına dair mesajlaşmış, söhbətlərin məzmunundan görünür ki, təqsirləndirilən şəxslər narkotik vasitənin olduğu yerin konumunun düz göndərilmədiyindən şikayətlənmiş, yeni və daha dəqiq konum istəmişdir. Həmçinin, bu söhbətlərin heç birindən təqsirləndirilən şəxslərin narkotik vasitəni götürməkdən imtina etməsi, müvafiq kütlələri götürmədən Bakı şəhərinə qayıtmaq niyətləri görünmür, bu barədə danışıq yoxdur. Əksinə, iş materialalrından görünür ki, Təqsirləndirilən şəxs1 mesajlaşan son ana qədər narkotik vasitələrin olduğu yerin dəqiq ünvanını istəmiş, məkanı axtarmış, ancaq tapa bilməmişlər. Həmçinin, məhkəmə işdə olan sübutlara əsasən qeyd etməyi zəruri hesab edir ki, narkotik vasitələrin müvafiq yerə polislər tərəfindən qoyulması da işin obyektiv hallarından tamamilə uzaq dəlildir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə CPM-in 126.6-cı maddələrinin tələbləri baxımınından təqsirləndirilən şəxslərin hər iki icraat dövründə verdikləri ifadələrini təhlil etdikdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin narkotik vasitə dolu kisələri götürmələrinə cəhd etmələri, lakin yerini tapa bilmədiklərindən götürə bilməmələrinə dair ibtidai istintaqdakı etirafedici efadələri iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspert rəyi, istintaq və məhkəmə hərəkətinin protokolları və ona əlavə edilmiş fotoşəkillər və disklərlə təsdiq edildiyindən məhz həmin ifadələr və ittihamın yuxarıda sadlanan sübutları mötəbər sübutlar kimi qəbul edilməli, məhkəmədəki ifadələrinin narkotik vasitəni götürməkdən könüllü imtina etmələri və polis əməkdaşlarının onlara zor tətbiq etməsinə, narkotik vasitələrin polislər tərəfindən qoyulmasına dair hissəsi heç bir dəlillə möhkəmlənmədiyindən, işdə olan sübutlarla uzlaşmadığından, məsuliyyətdən yayınmaya hesablanmış ifadələr kimi qəbul edilərək, mötəbər dəlil kimi qiymətləndirilməməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımağa cəhd etmə cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. Həmin siyahıya əsasən “heroin” narkotik vasitədir və onun 2 qramdan artıq hissəsi külli midar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddələrinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddələrinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib axırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, işdə olan təkzibedilməz sübutlardan görünür ki, təqsirləndirilən şəxslər maddi qazanc əldə etmək məqsədilə 10 aprel 2025-ci il tarixdə, xüsusilə külli miqdarda narkotik vasitələri Yardımlı rayonu ərazisindən əldə edib Bakı şəhərinə daşımaq niyətilə gecə radələrində Bakı şəhərindən çıxıb Yardımlı rayonuna gəlmiş, səhər saat 08:37-dən günorta 13:24-dək iranlı kimi tanıdıqları “Babək kişi” adında şəxslə narkotik vasitənin olduğu yerin onlara dəqiq bildirilməsi barədə mesajlaşmış, zəngləşmiş, bu barədə dəfələrlə fotoşəkil və konum göndərilmiş, xüsusilə külli miqdarda narkotik vasitələrin olduğu yeri tapa bilmədiklərindən, yəni, öz iradələrindən asılı olmayan səbəbdən cinayəti başa çatdıra bilməmiş, xüsusilə külli miqdarda narkotik vasitələri əldə edib idarə etdikləri maşında saxlayaraq, Bakı şəhərinə daşımağa cəhd etmiş, onlara qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddələrinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddələrində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «Kompleks məhkəmə-kimyəvi ekspertizası»nın, «Məhkəmə narkoloji ekspertizalarının»nın rəyləri, «Əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında» protokola əlavə edilmiş 01 (bir) ədəd DVD, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD, “ifadənin yerində yoxlanılması haqqında” protokollar, telefon məlumatlarına dair müvafiq operatorlardan daxil olmuş disklər, telefona baxış protokolları və digər istintaq və məhkəmə protokolları ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ARCM-in 29, 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddəninin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər ayrı-yrı vaxtlarda CM-in 180.1, 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu yoxdur. (C-İ, i.v. 223-234) - DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər ayrı-yrı vaxtlarda CM-in 180.1, 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. (C-İ, i.v. 248-250) - Bakı şəhər Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 48 saylı Mənzil- Kommunal İstismarı sahəsindən verilmiş 05 may 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 48 saylı MKİS-in ərazisində yerləşən Vidadi küçəsi 169 saylı evin 1-ci mənzilində qeydiyyatsız yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (C-İİ, i.v. 15-16) Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 ARCM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 ARCM-in 61-ci maddəsinə əsasən cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslərin əvvəllər dəfələrlə məhkum edilmələrini şəxsiyyətlərini xarakterizə edən hal kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən digər amillərlə yanaşı, təqsirkarın şəxsiyyəti də cəza təyini zamanı nəzərə alınır. Cinayət Məcəlləsinin 29, 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxslərə cinayətə cəhdə görə 15 ilin dörddə üçündən, yəni, 11 il 3 aydan artıq cəza təyin edilə bilməz. Beləliklə, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 29, 234.4-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, cəza təqsirləndirilən şəxslərin islah olunmasına xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 10 aprel 2025-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (yüz iyirmi) manat ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddələrinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ( hər birindən 60 manat olmaqla) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1939,8 qram çəkidə narkotik vasitə heroin və 8999,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung Galaxy A15”, 01 (bir) ədəd “İphone 7”, 01 (bir) ədəd “İphone 6S” markalı və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş “Samsung Galaxy A10” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə qaytarılmalı, 01 ədəd DVD və 05 ədəd CD disk, 11 (on bir) ədəd fotoşəkil və 04 (dörd) vərəqdə konum fotoşəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddələri ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.4-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 1939,8 qram çəkidə narkotik vasitə heroin və 8999,2 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslərə məxsus 01 (bir) ədəd “Samsung Galaxy A15”, 01 (bir) ədəd “İphone 7”, 01 (bir) ədəd “İphone 6S” markalı və “Samsung Galaxy A10” markalı mobil telefonlar onların ailə üzvlərinə qaytarılsın, 01 (bir) ədəd DVD və 05 (beş) ədəd CD disk, 11 (on bir) ədəd fotoşəkil və 04 (dörd) vərəqdə konum fotoşəkilləri cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci - 120 (yüz iyirmi) manat məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən müştərək qaydada (hər birindən 60 manat) tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar