Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-41/2023 18.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxx 1994-cü ildə Biləsuvar rayonu Amankənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Amankənd kənd ümumiorta məktəbində gözətçi işləyən, məhkum olunmamış, Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Biləsuvar rayonu Amankənd kəndində yaşayan Təqsirləndirilən şəxs həmkəndlisi, xx xxxx 2007-ci ildə doğulmuş, yetkinlik yaşına çatmayan, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə oğurlamaq qərarına gəlmiş, bu məqsədlə 09 iyun 2022-ci il tarixdə saat 08:20 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar rayonu Amankənd kəndində yerləşən yaşadığı evin yaxınlığından keçən yola gəlmiş, avtomobilin arxa qapılarının açılması üçün nəzərdə tutulmuş hissələrini Zərərçəkmiş şəxs avtomobildən düşməsinin qarşısını almaq məqsədilə sındıraraq istifadəsiz vəziyyətə gətirmiş, Zərərçəkmiş şəxs Amankənd kənd ümumorta məktəbindən qayıtmasını gözləmiş, sonuncu məktəbdən çıxıb təklikdə yaşadığı ev istiqamətində piyada hərəkət edərək avtomobilin yanından keçdikdə Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq arxadan onun qollarından və belindən tutaraq zor tətbiq etməklə, sağ said və sol çiyin qurşağı nahiyəsinin qançırları, sol said nahiyəsinin sıyrıqları ilə nəticələnən, sağlamlığa zərərvur mayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə məcburi halda idarə etdiyi avtomobilin arxa oturacağına mindirmiş, sonuncunun qışqırıb kömək istəməsinə və dartınıb avtomobildən çıxmağa cəhd etməsinə baxmayaraq, onun mobil telefonundan danışıq kartını çıxarmaqla digər şəxslərlə əlaqə saxlanılmasının qarşısını almış, avtomobili idarə edərək Zərərçəkmiş şəxs qohumu Şahid2 Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən yaşadığı evə aparmış, lakin sonuncu və arvadı X4 onlarda qalmalarına razılıq vermədiklərindən Təqsirləndirilən şəxs həmin gün saat 11 radələrində idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs Cəlilabad rayonu Alar kəndi ərazisində yerləşən günəbaxan sahəsinə gətirərək kənar şəxslərin onları və avtomobili görməsinin qarşısını almaq məqsədilə günəbaxan kolları vasitəsilə avtomobilin üzərini örtmüş və Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq özü ilə birlikdə avtomobildə axşam saatlarına qədər saxlamış, lakin əkin sahəsində uzun müddət qala bilmədiklərinə görə həmin gün saat 21 radələrində idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs Biləsuvar rayonu Ovçubərə kəndində yerləşən tanışı Şahid3 yaşadığı evə aparmış, sonuncu və arvadı X2 Babazadə və Zərərçəkmiş şəxs yaşadıqları evdə qalmaq üçün razılıq vermədiklərindən həmin ünvandan çıxmış, Zərərçəkmiş şəxs saxlamaq imkanlarının tükəndiyini, yaxın qohumların və polis əməkdaşlarının onları axtarması səbəbindən Zərərçəkmiş şəxs ailəsinə qaytarmaq qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 23:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobil ilə Biləsuvar rayonu Amankənd ümumi orta məktəbinin yaxınlığına gətirmiş və həmin məktəbin direktoru Şahid5 telefon vasitəsi ilə zəng edərək Zərərçəkmiş şəxs ailəsinə qaytarmaq istədiyini və məktəbin yaxınlığında olduqlarını bildirmişdir. Şahid5 da bu barədə Təqsirləndirilən şəxs əmisi X6 məlumat vermiş və onlar həmin yerə getdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ailəsinə aparmaları üçün avtomobili ilə birlikdə onlara təhvil vermiş və təslim olmaq üçün polis şöbəsinə gedəcəyini bildirməklə oradan getmişdir. Şahid5 bu barədə dərhal Zərərçəkmiş şəxs atası Şahid1 zəng edərək məlumat vermiş, Daşqın Babazadə ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına aparmış, Amankənd kənd tam orta məktəbinin direktoru Şahid6 zəng edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhvil aldığını və onu aparıb ailəsinə təhvil vermək lazım olduğunu demiş, Şahid6 isə onların olduqları yerə gələrək Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla yaşadığı evə aparmaqla ailəsinə təhvil vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Biləsuvar rayonu Amankənd kəndində yaşayır, subaydır. Həmkəndlisi Zərərçəkmiş şəxs sevmiş və onunla evlənmək istəmişdir. Bu məqsədlə təxminən bir il əvvəl bacısı X18 Allahverdiliyə elçi getmiş, lakin Şükufənin yaşının az olması səbəbindən valideynləri onunla evlənməsinə razılıq verməmişlər. Özü də Şükufəyə onu sevdiyini və evlənmək istədiyini demiş, Şükufə isə ona heç bir söz deməmişdir. Şükufənin də onu sevdiyini düşünmüşdür. Buna görə də Zərərçəkmiş şəxs evlənmək məqsədilə qaçırmaq qərarına gəlmişdir. 09 iyun 2022-ci il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs, hər gün olduğu kimi, azyaşlı qardaşını məktəbə gətirməsini gözləmişdir. Şükufənin qardaşını məktəbə yola salaraq geri qayıdarkən idarə etdiyi “VAZ- 2107” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobili təklikdə sürərək Şükufə ilə üzbəüz getmiş, avtomobili Şükufənin qarşısında saxlayıb yerə düşmüş və avtomobilin qapısını açmışdır. Şükufə yanından keçərkən gözləmədiyi bir anda arxadan belindən və hər iki qolundan tutaraq avtomobilin arxa oturacağına qoymuşdur. Şükufəni avtomobilə əyləşdirdikdən sonra onu buraxmasını xahiş etmiş, o isə Şükufəyə sevdiyini və buna görə də buraxmayacağını bildirmişdir. Avtomobil köhnə olmaqla qapılarını içəridən açmaq üçün tutacaqları qırıldığından Şükufənin qapını açmaq imkanı olmamışdır. Zərərçəkmiş şəxs əlində olan mobil telefona tez-tez zəng gəldiyi üçün telefonu əlindən alıb üzərindəki mobil nömrəni çıxarıb cibinə atmış, telefonu isə Şükufənin özünə qaytarmışdır. İlk əvvəl Zərərçəkmiş şəxs Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan qohumu Oqtay adlı şəxsin evinə aparmışdır. Oktayın arvadı Həqiqət Şükufədən yaşınının az olduğunu bilərək onu valideynlərinə qaytarmasını məsləhət görmüşdür. Təxminən 1 saat sonra Oktay Tomarov evə gəlmiş və eyvanda onun Zərərçəkmiş şəxs ilə əyləşməyimi görüb Şükufənin kim olmasını soruşmuşdr. O da Şükufəni evlənmək məqsədilə qaçırdığını bildirmişdir. X21 Şükufənin yaşının az olmasını bilərək onların evində qalmalarına etirazını bildirmişdir. Həmin vaxt əmisi Şahid4 Oktayın mobil telefonuna zəng etmiş və onu axtardığını demişdir. Oktay isə əmisinə onun və qızın onlarda olduqlarını bildirmişdir. Bundan sonra Şükufəni avtomobilə əyləşdirmiş və Oktayın yaşadığı evdən çıxaraq həmin gün saat 11-12 radələrində Cəlilabad rayonu Alar kəndində yerləşən, “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı əkin sahəsinə aparmışdır. Kənar şəxslərin onları görməməsi üçün günəbaxan bitkisinin kollarından qırıb avtomobilin üzərinə tökmüşdür. Zərərçəkmiş şəxs ilə birlikdə avtomobildə əyləşib havanın qaralmasını gözləmişdir. Həmin gün saat 21 radələrində idarə etdiyi avtomobillə Şükufəni Biləsuvar rayonu Ovçubərə kəndində yaşayan Mirələm adlı dostunun evinə aparmışdır. Mirələmim yaşadığı evin həyətinə daxil olduqdan sonra Mirələm və ailə üzvləri Şükufəni qaçırmasını bilib Şükufədən neçə yaşının olmasını soruşmuşlar. Şükufə də 15 yaşı olmasını bildirmişdir. Mirələmin evində təxminən 1 saata yaxın qaldıqdan sonra Şükufə həmin evdə qalmaq istəməmiş, həmçinin Mirələm və ailə üzvləri orada qalmalarına narazı olduqları üçün idarə etdiyi avtomobil ilə Şükufəni oradan da aparmışdır. Bundan sonra avtomobil ilə Şükufəni başqa yerə, hansısa şəhərə aparmaq imkanı olduğu, bunun üçün üstündə kifayət qədər, 1000 manat pulu olduğu halda səhv etdiyini başa düşməklə Şükufəni ailəsinə qaytarmaq qərarına gəlmişdir. Şükufəni qaçırdığı vaxtdan telefonu bağlı olmuş, ona kimin zəng etməsini və ya sms yazmasını bilməmişdir. Şükufəni necə qaytaracağını düşünərək mobil telefonunu açmış, telefona baxdıqda Amankənd kənd ümumorta məktəbin direktoru Şahid5 ona bir neçə dəfə zəng etməsini görmüşdür. Ozü Şahid5 zəng edərək Şükufəni ailəsinə qaytarmaq istədiyini demişdir. Şahid5 ona əmisi Şahid4lə birlikdə Amankənd kəndi ərazisində bir yerdə görüşməyi və Şükufəni onlara təhvil verməsini təklif etmişdir. Şahid5 bu təklifi ilə razılaşmışdır. Saat 23 radələrində o, idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs Amankənd kənd orta məktəbinin yaxınlığına aparmış, Şahid5 zəng edərək məktəbin həyətində olduqlarını bildirmiş və oraya gələrək Şükufəni aparıb evlərinə təhvil verməsini demişdir. Şahid5 və əmisi Şahid4 Şahid5 idarə etdiyi avtomobil ilə birlikdə həmin yerə gəlmişlər. O, avtomobildən düşüb Şükufəni və idarə etdiyi avtomobili əmisi Şahid4 təhvil vermişdir. Məqsədi polis şöbəsinə gedib könüllü təslim olmaq olmuşdur. Lakin həmin vaxt qorxduğuna görə Bakı şəhərində yaşayan əmisi Coşqun Babayevin evinə gəetmiş, səhəri gün, yəni 10 iyun 2022-ci il tarixdə əmisi Coşqun Babayevlə birlikdə Biləsuvar rayon polis şöbəsinə gedərək könüllü olaraq təslim olmuşdur. Zərərçəkmiş şəxs qarşı hər hansı qanunsuz hərəkətlər etməmişdir. Zərərçəkmiş şəxs qaytarmaq üçün ona heç kim təsir etməmişdir. Onun həmin gün Şükufəni qaytarmamaq imkanı tükənməmişdir. Belə ki, avtomobili olmuş, cibində ***-**** manat pulu olmuşdur. Şükufəni avtomaşınla başqa yerlərə aparmaq, kirayə ev tutaraq müəyyən müddət saxlamaq imkanı olmuşdur. Lakin əməlindən peşman olduğuna görə Şükufəni ailəsinə özü könüllü olaraq qaytarmışdır. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs və ailəsi ilə barışmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə Zərərçəkmiş şəxs avtomaşına mindirməzdən əvvəl onun avtomobilin qapısını aça bilməməsi üçün avtomobilin arxa qapılarının içərisindən açmaq üçün nəzərdə tutulmuş tutacaq hissələrini sındırmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Biləsuvar rayonu Amankənd kəndində ailəsi ilə yaşayır, orta məktəbin İX sinfində təhsil alır. Cavadın bacısı Piran onlara elçi gəlmiş, Təqsirləndirilən şəxs onu sevdiyini bilmiş, lakin atası onun azyaşlı olmasına görə Cavadla evlənməsinə razılıq verməmişdir. Buna baxmayaraq Cavadın ailə üzvləri onlara bir neçə dəfə elçi gəlsələr də, valideynləri onun Cavadla evlənməsinə razılıq verməmişlər. 09 iyun 2022-ci il tarixdə saat 08 radələrində o, azyaşlı qardaşı X3 kənd ümumorta məktəbinə aparmışdır. Qardaşı Tofiqi məktəbə ötürdükdən sonra geri qayıdarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığından keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolda saxlayıb arxa qapılarını açmasını və qapıların açılması üçün nəzərdə tutulan hissələrini sındırmasını görmüşdür. Lakin, Cavadın bu hərəkətinə fikir vermədən yanından ötüb keçərkən Təqsirləndirilən şəxs arxadan onun belindən və hər iki qolundan tutmuş, onun müqavimət göstərməsinə baxmayaraq onu məcburi şəkildə avtomobilin arxa oturacağına atmış və qapını bağlamışdır. Həmin vaxt onun ayaqları avtomobilə çırpıldığı üçün qıçından da xəsarət almışdır. O, avtomobilin qapılarını açmağa çalışmış, lakin Cavad avtomobilin qapılarının içəri tərəfdən tutacaq hissələrini əvəlcədən sındırdığı üçün qapını açıb yerə düşə bilməmişdir. Təqsirləndirilən şəxs onun cibində olan mobil telefona zəng gəlməsini görüb zəng edən şəxsin kim olmasını soruşmuş, o da atası Şahid1 və digər ailə üzvlərinin zəng etməsini bildirmiş, lakin zəngə cavab verə bilməmişdir. O, təkrarən mobil telefonu ilə ailə üzvlərinə zəng etmək istəyərkən Təqsirləndirilən şəxs telefonu onun əlindən almış və üzərindəki nömrəsini çıxarıb cibinə atmış, telefonu isə avtomobilin ön alın şüşəsinin alt hissəsinə qoymuşdur. Cavad idarə etdiyi avtomobildə onu Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan qohumu Oqtayın evinə aparmışdır. Lakin Oqtay və arvadı onun 15 yaşının olmasını və Novruzun nəvəsi olduğunu bilərək onların evlərində qalmalarına narazılıq etmişlər. Bundan sonra Cavab onu avtomobilə mindirmiş və Cəlilabad rayonu Alar kəndi ərazisində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı günəbaxan bitkisi əkilmiş əkin sahəsinə aparmışdır. Cavad həmin avtomobili kənar şəxslərin görməməsi məqsədilə günəbaxan bitkisinin kollarını qırıb avtomobilin üstünü örtmüşdür. Ona isə avtomobildən yerə düşməyə imkan verməyərək axşam saatlarına qədər avtomobilin içərisində birlikdə oturmuşdur. Sonra isə həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs onu Biləsuvar rayonu Ovçubərə kəndində yaşayan Mirələm adlı şəxsin evinə aparmışdır. Evə daxil olan zaman həmin evdə sinif yoldaşı Nəzrini görmüşdür. Nəzrinin babası və nənəsi ondan neçə yaşının olmasını soruşmuş, o da 15 yaşı olduğunu bildirmişdir. Buna görə də Nəzrinin babası Mirələm Cavada evində qalmalarına narazılığını bildirmişdir. Bu səbəbdən də Cavad təxminən 2 saata yaxın həmin evdə qaldıqdan sonra oradan avtomaşınla çıxmışlar. Bundan sonra Təqsirləndirilən şəxs onu qaytarıb valideynlərinə vermək istədiyini deyərək onu könüllü olaraq idarə etdiyi avtomobillə Amankənd kənd ora təktəbin yaxınlığına aparmış, məktəbin direktoru Anar müəllimə zəng edərək orada olduqlarını və onu valideynlərinə qaytarmaq istədiyini bildirmişdir. Anar müəllim və Cavadın əmisi Şahid4 başqa bir avtomobillə oraya gəlmişlər. Cavad avtomobilin açarlarını əmisinə vermiş və özü avtomobildən düşmüşdür. Cavadın əmisi Daşqın onun əyləşdiyi avtomobili sürüb onu Amankənd kəndində yaşayan qaynı Fariz müəllimin evinə apamışdır. Şahid4 onu Farizin evində qoyduqdan sonra uzaqlaşıb getmişdir. Daha sonra isə Amankənd tam orta məktəbinin direktoru Murad müəllim həmin ünvana gələrək onu idarə etdiyi avtomobillə yaşadığı evə aparıb valideynlərinə təhvil vermişdir. Təqsirləndirilən şəxs ona qarşı başqa qanunsuz hərəkətlər etməmişdir. Onun Cavada müqavimət göstərmək imkanı olmamışdır. Cavadın onu avtomobildə saxlamaq və ya başqa yerə aparmaq imkanı olduğu halda onu könüllü olaraq qaytarmışdır. Cavadla barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Notarial qaydada valideynlərin iştirakları ilə verdiyi artıq evlərinə qaytmaq istəmədiyi halda Cavadın onu valideynlərinə qaytarması barədə ərizəsini təsdiq edir. Cavadla barışmışdır, ondan şikayət və tələbi yoxdur. Məhkəmədən Cavada cəza verilməməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs qızıdır, xx xxxx 2007-ci il təvəllüdlüdür, eyni ünvanda yaşayırlar. Zərərçəkmiş şəxs ünvan 1 sinfində təhsil alır. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla münasibətləri normal olmuşdur. Cavadın bacısı Piran 2022-ci ilin mart-aprel aylarında qızı Şükufəyə elçi gələrək Cavadın Şükufə ilə evləndirmək istədiyini bildirmişdir. Lakin o, qızı Şükufənin yaşının az olmasına görə onun Cavad ilə evlənməsinə razılıq verməmişdir. Şükufə özü də Cavad ilə evlənmək istəmədiyini bildirmişdir. Buna baxmayaraq Cavadın ailə üzvləri bir neçə dəfə elçi gəlsələr də, Şükufənin Cavadla evlənməsinə razılıq verməmişlər. 09 iyun 2022-ci il tarixdə saat 07 radələrində o, arvadı Yeganə Allahverdiya ilə birlikdə Biləsuvar rayonu Köhnə Amankənd kəndində yerləşən pambıq sahəsinə işləmək üçün getmişlər. Qızı Zərərçəkmiş şəxs və azyaşlı oğlu Tofiq Allahverdili isə evdə qalmışlar. Həmin gün saat 09 radələrində qardaşı oğlu Ziyadxan Allahverdiyev ona mobil telefonla zəng edərək Cavadın Biləsuvar rayonu Amankənd kəndi ərazisində Şükufəni özünə məxsus “VAZ- 2107” markalı avtomobillə qaçırılmasını demişdir. O, dərhal DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Şükufə və Cavadı axtarmağa başlamış, lakin tapa bilməmişlər. Həmin gün saat 23:50 radələrində yaşadığı evdə olan zaman həmkəndlisi Şahid6 və Cavadın əmisi Daşqın Şükufəni gətirib evində onlara təhvil vermişlər. Biləsuvar Rayon Polis Şöbəsinə zəng edərək bu barədə məlumat vermişdir. Şükufə ona bildirmişdir ki, ağlamış, sızlamış, Cavad isə səhvini başa düşərək onu qaytaracağını bildirmişdir. Cavad onu məktəbin həyətinə gətirib, orada Anar müəllimə və əmisi Daşqına təhvil vermişdir. Onlar tərəfindən qızını qaytarması üçün Cavada heç bir təsir olmamışdır. Cavad Şükufəni konüllü olaraq qaytarmışdır. Cavad onun qızını həmin gün qaytarmaya da bilərdi. Onun əlində avtomaşın, imkan olmuşdur. Lakin səhvini başa düşmüş və qaytarmışdır. Cavad ilə barışmışlar. Ondan şikayət və tələbi yoxdur. Məhkəmədən Cavada cəza verilməməsini xahiş edir. Şahid4 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs qardaşı oğludur. Cavadın həmkəndliləri Şahid1 qızı Şükufə ilə evlənməsi üçün ailə üzvlərinin Alimin evinə elçi getmələrini, lakin Alimin buna razılıq verməməsini bilmişdir. 09 iyun 2022-ci il tarixdə saat 09 radələrində Natiq adlı həmkəndlisi ona zəng edərək Cavadın Şükufəni avtomobilə mindirib qaçırmasını xəbər vermişdir. O dərhal Cavada zəng etmiş, lakin Cavadın mobil telefonuna zəng çatmadığı üçün əlaqə saxlaya bilməmişdir. O, Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan qohumu Şahid2 zəng edərək Cavadın orada olub-olmamasını soruşmuşduqda Oqtay Cavadın tanımadığı bir qızla onlara gəlməsini bildirmişdir. O, Oqtayın evinə getmiş, lakin həmin vaxt Cavad oradan getmişdir. Həmin gün saat 23 radələrində Cavad özü ona mobil telefonla zəng etmiş, səhvini başa düşdüyünü və qızı qaytaracağını bildirmişdir. Həmçinin ona demişdir ki, gəl qızı apar atasına təhvil ver. Həmin vaxt Amankənd ümumorta məktəbin direktoru Şahid5 da ona zəng edərək X5 qaytarmaq üçün zəng etdiyini, buna görə də Amankənd kəndi ərazisində görüşmək istədiyini bildirmişdir. Bundan sonra Şahid5 idarə etdiyi avtomobillə yaşadığı ünvana gəlmiş, o da avtomobilə əyləşmişdir. Həmin vaxt Şahid5 avtomobilində Amankənd tam orta məktəbinin təsərrüfat müdiri Natiq Zülfüqarov da əyləşmişdir. Onlar Şahid5 idarə etdiyi avtomobillə Amankənd tam orta məktəbinin yaxınlığına getmişlər. Cavad idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə həmin yerə gəlmişdir. Cavad avtomobildən düşmüş və avtomobili Şükufə ilə birlikdə ona vermiş, özü isə polisə gedərək təslim olağacını bildirmişdir. O, Cavadın idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt Zərərçəkmiş şəxs də Cavadın avtomobilində olmuşdur. O, avtomobili işə salaraq Amankənd kəndi ərazisində hərəkət etdirməyə başlamışdır. Yolda olarkən Şahid5 ona zəng edərək Şükufəni kimə verməyi məsləhətləşməyi təklif etmiş, buna görə də avtomobili Amankənd kəndi ərazisində yerləşən qaynı Fariz Əliyevin yaşadığı evin yaxınlığında saxlamışdır. Daha sonra Şahid5 və Şahid6 həmin yerə gəlmişlər. Birlikdə söhbət etdikdən sonra belə qərara gəlmişlər ki, Şükufəni atası Şahid1 evinə Şahid6 aparsın. Bundan sonra Şahid6 idarə etdiyi “KİA” markalı avtomobillə Şükufəni yaşadıqları evə aparıb valideynlərinə təhvil vermişdir. Cavad isə əmisi Coşqunla birlikdə gedərək polisə könüllü təslim olmuşdur. Onun Cavad ilə telefon əlaqəsi saxlamaq imkanı olmamış, ona qızı qaytarması üçün heç bir təsir göstərməmişdir. Cavad özü qızı könüllü olaraq qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid7 göstərdi ki, o, ailəsi ilə Bakı şəhərində yaşayır, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 09 iyun 2022-ci il tarixdə saat 09 radələrində qardaşı Rüzgar Babayev ona zəng edərək Cavadın həmkəndlisi Alimin azyaşlı qızını qaçırmasını bildirmişdir. Buna görə də həmin gün saat 12 radələrində Biləsuvar rayonu Amankənd kəndində yerləşən atasına məxsus evə gəlmişdir. O, qardaşları Daşqın və Rüzigar Babayevlərlə birlikdə Təqsirləndirilən şəxs və qaçırdığı qızı axtarmağa başlamışlar. Lakin tapa bilməmişlər. Həmin gün saat 22 radələrinə Bakı şəhərinə, evinə qayıtmışdır. 10 iyun 2022-ci il tarixdə saat 13 radələrində Cavad onlara gəlmiş, ona səhv etdiyini, səhvini başa düşdüyünü, könüllü olaraq təslim olmaq istədiyini və onu aparıb polisə təhvil verməsini demişdir. O isə Cavad ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə getmiş, cavad könüllü olaraq təslim olmuşdur. Cavad qızı özü könüllü olaraq qaytarmışdır. Ona heç bir təsir etməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən X10 göstərdi ki, 09 iyun 2022-ci il tarixdə saat 10 radələrində Cəlilabad rayonu Təzəkənd kəndində yerləşən yaşadığı evə qayıdan zaman evin eyvanında qohumu Təqsirləndirilən şəxs tanımadığı bir qızla əyləşməsini görmüş, buna görə də arvadı X8 birlikdə gəlmiş qızın kim olmasını soruşmuşdur. Həqiqət isə Cavadın həmin qızı evlənmək məqsədilə onların yaşadığı evə gətirməsini və adının Şükufə olmasını bildirmişdir. Bu zaman Cavadın əmisi Daşqın ona zəng edərək Cavadın onun yaşadığı ünvanda olub-olmamasını soruşmuşdur. O da Cavadın evdə tanımadığı bir qızla olmasını bildirmişdir. Daşqın onlara gəldiyini demişdir. Lakin onun bu sözündən sonra Cavad özü ilə gətirdiyi Şkükufə adlı qızı idarə etdiyi “VAZ- 2107” markalı avtomobilə əyləşdirmiş və yaşadığı ünvandan çıxıb getmişdir. Təqsirləndirilən şəxs və qaçırdığı qız Şükufə onlarda olarkən mehriban olmuşlar, Şükufə Cavad tərəfindən məcburi qaçırılması barədə ona və arvadı Həqiqət Tomarovaya heç bir məlumat verməmişdir. Şahid3 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu Amankənd kənd sakini kimi tanıyır. Cavadın mərhum əmisi Gündüzlə dostluq münasibətləri olmuşdur. 09 iyun 2022-ci il tarixdə saat 22 radələrində Biləsuvar rayonu Ovçubərə kəndində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs adını sonradan bildiyi Şükufə ilə birlikdə onun evinə gəlmişdir. Təqsirləndirilən şəxs evlənmək məqsədilə qız qaçırmasını bildirmişdir. Cavadın qaçırdığı qızı çağırıb neçə yaşının olmasını soruşmuş, qız 15 yaşının olmasını bildirmişdir. O, Cavada qızın valideynlərinə təhvil verməsini məsləhət bilmişdir. Cavad onunla razılaşmış, qızı qaytarmaq istədiyini bildirmiş və mobil telefonla kiməsə zəng etmiş, qızı qaytarmaq istədiyini, lakin yaşadığı evə qaytarmaqdan qorxduğunu bildirmişdir. Həmin şəxs isə Cavada qızı Amankənd kənd məktəbinin yanına aparmasını və orada təhvil alıb valideynlərinə təhvil verəcəyini bildirmişdir. Bundan sonra Cavad Şükufə adlı qızı idarə etdiyi “VAZ-2107” markalı avtomobilə əyləşdirib yaşadığı ünvandan çıxıb getmişidir. Şahid5 məhkəmədə göstərdir ki, Biləsuvar rayonu Amankənd kənd ümumorta məktəbin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla məktəbdə gözətçi işləmişdir. Zərərçəkmiş şəxs atası Alim qohumudur. Şahid1 də Amankənd kənd ümumorta məktəbində gözətçi işləyir. 09 iyun 2022-ci il tarixdə saat 08:20 radələrində direktoru olduğu Amankənd kənd ümumorta məktəbinə işə gələn zaman məktəbin müəllim heyətindən Təqsirləndirilən şəxs Şahid1 azyaşlı qızı Şükufəni qaçırması ilə bağlı söhbət etdiklərini eşitmişdir. Buna görə də dərhal Təqsirləndirilən şəxs zəng etmiş, lakin Cavadın mobil telefonu söndürülmüş olduğu üçün əlaqə saxlaya bilməmişdir. Bu səbəbdən də Cavadın mobil telefonuna mesajlar göndərərək onunla əlaqə saxlamasını istəmişdir. Həmçinin, Amankənd tam orta məktəbin direktoru Şahid6 zəng edərək Şükufənin məktəbdə olub-olmamasını soruşmuş, Şahid6 Şükufənin məktəbdə olmadığını bildirmişdir. O, bir neçə şəxsdən Təqsirləndirilən şəxs harada olmasını maraqlansa da, lakin yerini bilən olmamışdır. Həmin gün saat 23 radələrində tanımadığı bir mobil nömrədən onun mobil nömrəsinə zəng gəlməsini görmüş, zəngi açarkən onunla danışan şəxs Cavad olmasını bildirmişdir. O, Cavaddan harada olmasını soruşmuş, Cavad Amankənd kənd tam orta məktəbin yaxınlığında Şükufə ilə birlikdə olmasını, qızı qaytarmaq istədiyini, əmisi ilə də bu barədə danışdığını bildirmişdir. O, Cavaddan onu gözləməsini demişdir. Bundan sonra Amankənd kənd ümumorta məktəbin təsərrüfat müdiri Natiq Zülfüqarova zəng edərək Cavadın ona zəng etdiyini, qızı qaytarmaq istədiyini, məktəbin yanında olduğunu demişdir. Cavadın əmisi Şahid4 də ona zəng edərək Cavadın qızı qaytarmaq istədiyini, necə qaytaracağını bilmədiyini, münaqişə yarana biləcəyindən ehtiyyatlandığını demişdir. Natiq Zülfüqarovu və Şahid4lə birlikdə Amankənd kənd ümumorta məktəbinin yaxınlığına getmişlər. Həmin yerə çatdıqda artıq Cavadın “VAZ-2107” markalı avtomobil ilə orada olduğunu, avtomobilin yanında dayanmasını və Şükufənin də avtomobildə olduğunu görmüşlər. Cavad Şükufəni ailəsinə aparmaq üçün avtomobili ilə birlikdə onlara təhvil vermiş, özü isə sabah polisə gedib təslim olacağını bildirmişdir. X20 “VAZ-2107” markalı avtomobilinə əyləşmiş, Cavad isə onun idarə etdiyi avtomobilə əyləşmişdir. Cavadı Daşqının qaynı Farizin yaşadığı evin yaxınlığına aparmışdır. Daşqın da Şükufəni Farizin yaşadığı evin yaxınlığına gətirmişdir. O, yolda olarkən Şahid1 zəng edib harada olmasını soruşmuş, bu səbəbdən də Cavad da avtomobili saxlayan kimi avtomobildən düşüb həmin yerdən uzaqlaşıb getmişdir. O, Farizin yaşadığı evin yaxınlığına gedərək Şahid6 zəng etmiş və Şükufəni valideynlərinə təhvil verməyin lazım olmasını izah etmişdir. Şahid6 da onların olduğu yerə getmiş, Şükufəni Şahid4 təhvil alıb yaşadığı evə aparmış və valideynlərinə təhvil vermişdir. O, Cavadın zəngini gözləmədiyi halda Cavad özü ona zəng edərək qızı qaytarmaq istədiyini bildirmişdir. Qızı qaytarması üçün o, Cavada heç bir təsirtəzyiq göstərməmişdir. Cavad onunla danışanda artıq orta məktəbin yanında, qızı təhvil verdiyi yerdə olmuş və həmin yerdə də təhvil vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 da Zərərçəkmiş şəxs valideynlərinə qaytarılması xüsusatı üzrə Şahid5la eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 Biləsuvar Rayon Polis Şöbəsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində həmin gün səhər saatlarında qızı Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən evlənmək məqsədi ilə qaçırılmasını bildirmişdir. 11 iyun 2022-ci il tarixli protokolan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21074 markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq və arxa dövlət qeydiyyat nişanlarının açılaraq yük yerinə qoyulması, avtomobilin arxa sol qapısının içəri tərəfdən açmaq üçün nəzərdə tutulmuş tutacaqların sındırılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, o, Zərərçəkmiş şəxs avtomobilə mindirib apardığı yeri və şəraiti yerində göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 199 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamış, bədəni üzərində sağ said və sol çiyin qurşağı nahiyəsinin qançırları, sol said nahiyəsinin sıyrıqları xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər bərk, küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 206 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs sol bazu nahiyəsinin xətvari cızığı xəsarəti aşkar edilmişdir. Həmin xəsarət bərk, küt əşyanın təsirindən əmələ gəlmiş, əllə cırmaqlama nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2046 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs intellektual imkanları normaya uyğundur, sakit təbitəlilik və s. kimi fərdi xüsusiyyətlərə malikdir, yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakterini və mənasını anlaya bilir, hadisə zamanı onda psixi emosional halında qorxu, həyacan yaranmışdır, hadisə zamanı situasiya ilə əlaqədar müqavimət göstərə bilməmişdir. Onun əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri qeydə alınmamışdır. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2120 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə Biləsuvar RPŞ-nə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışmasını, onlara dəymiş ziyanın ödənilməsini, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs könüllü gətirdiyinə, heç bir hərəkət etmədiyinə görə onu bağışladığını bildirmiş, Təqsirləndirilən şəxs həbsdən və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə və atası Şahid1 iştirakları ilə verdiyi, notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onu qaçırdıqdan sonra səhvini başa düşmüş, onu geri qaytarmalı olduğunu bildirmiş, onu könüllü olaraq gətirib valideynlərinə təhvil verimişdir. Təqsirləndirilən şəxs və ailəsi ilə barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə doğulmuşdur. Təqsirləndirilən şəxs iş üzrə 10 iyun 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtna olunmaqla həbsdən azad edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. İşdə olan sənədlərdən və Biləsuvar rayonu Amankənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndənin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlildir, onun atası Çingiz Babazadə vəfat etmiş, o, 1967-ci il təvəllüdlü, skolioz xəstəliyindən əziyyət çəkən anası X7 ilə yaşayır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət səciyyələnir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ailə qurmaq məqsədi ilə oğurlması əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CMnin 59.1.13-cü maddəsinə, özünün 3-cü dərəcəli əlil olmasını və yaşlı, xəstəlikdən əziyyət çəkən anasının onun himayəsində olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məqsəd və mötivini-yəni həmkəndlisi və sevgi hissiləri bəslədiyi Zərərçəkmiş şəxs onunla ailə qurmaq məqsədi ilə oğurlamasını, həm cinayətin törədilməsi zamanı və bundan sonrakı davranışını-yəni bir neçə saat müddətində onunla təklikdə olan Zərərçəkmiş şəxs qarşı heç bir qeyri-etik hərəkətlərə yol verməməklə ona qarşı sevgi hissiləri göstərməsini, əməlindən səmimi peşimançılıq hissiləri keçirərək Zərərçəkmiş şəxs bir neçə saat sonra yaşadığı kəndə qaytarmaqla ailəsinə təhvil veriməklə törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmasını, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkimiş şəxsin və qanuni nümayəndəsinin ondan şikayət və tələblərinin olmamasını, həm ibtidai istintaqda, həm də məhkəmə baxışı zamanı təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs könüllü olaraq qaytarmasını göstərməklə onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmələrini nəzərə alaraq ona CM-nin 144.3-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir və onun həmin cəza növünü çəkməklə islah olunacağını, cəzanın məqsədinə nail olunmasını mümkün sayır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurlayaraq idarə etdiyi avtomobil ilə digər kənddə yaşayan qohumu Şahid2 evinə aparsa da, onun özünün və həyat yoldaşının onlarda qalmalarına etiraz etmələri səbəbindən oradan avtomobil ilə qarğıdalı bitkiləri əkilmiş sahəyə aparıb bir neçə saat orada saxladıqdan sonra digər kənddə yaşayan tanışı Şahid3 evinə aparsa da, onun da evində qalmalarına razılıq verməməsindən sonra əməlindən peşman olaraq Zərərçəkmiş şəxs ailəsinə qaytarmaq qərarına gələrək növbəti günə saxlamamaqla, bir-neçə saat müddətində idarə etdiyi avtomobil ilə yaşadıqları kəndə qaytarmaqla ailəsinə təhvil verməsini işin faktiki hallarına əsasən CM-nin 144-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq oğurlanmış adamı könüllü azad etmə kimi qiymətləndirməsə də, onun həmin hərəkətlərini əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcə azaldan, zərərçəkmiş şəxsin şərəf və ləyaqətinə xələl gəlməsinin qarşısını alan, onun azadlıq hüququnun bərpasına, valideynlərinin narahatçılıqlarına son qoymağa yönəlmiş hərəkətlər kimi dəyərləndirir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs istifadəsində olan avtomobil ilə başqa yerlərə aparmaq imkanında olması, onu saxlamaq üçün imkanı tükənmədiyi halda könüllü olaraq ailəsinə qaytarması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla sübut kimi qəbul etmir və işin faktiki hallarını nəzərə alaraq zərərçəkmiş şəxsi könüllü azad etmə kimi qiymətləndirmir. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 144.3-cü maddəsi ilə təqsirli bilinərək ona CM-nin 62-ci maddəsi tədbiq edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün və 21 iyun 2022-ci il tarixdən halhazıradək, yəni 18 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 27 (iyirmi yeddi) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdəiştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Ona təyin edilən cəzanın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olumalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid4 verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 110 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona CM-nin 62-ci maddəsi tədbiq edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə 10 iyun 2022-ci il tarixdən 12 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün və 21 iyun 2022-ci il tarixdən hal-hazıradək, yəni 18 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 9 (doqquz) ay 27 (iyirmi yeddi) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının müddətinə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməklə təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 4 (dörd) ay 2 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə olusun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad olunsun. İş üzrə maddi sübut kimi tanınmış «VAZ-21074» markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid4 verilməsi nəzərə alınsın. Ekspertiza xərci 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-41/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-41/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver