Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-41/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Esmira Qərib qızı və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquq varisi və mülki iddiaçı X8 və onun nümayəndəsi – İmişli rayon vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1986-cı il tarixdə Ağcabədi rayonunun Kürdlər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər fərdi əməklə məşğul olmuş, Ağcabədi rayonunun Kürdlər kəndində qeydiyyatda olmaqla faktiki yaşamış, məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.3 və 221.3-cü maddələri ilətəqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 07 yanvar 2023-cü il tarixdə saat 15 radələrində həmkəndlisi X13 yaşadığı Ağcabədi rayonunun Kürdlər kəndində yerləşən fərdi yaşayış evində təşkil edilmiş sonuncunun övladının kiçik toy məclisində iştirak edərkən özünün musiqi sifarişinin tam başa çatmadan dayandırılması kimi cüzi səbəbi bəhanə gətirməklə onunla eyni masada əyləşmiş tanışı Zərərçəkmiş şəxs ilə mübahisə etməyə başlayaraq və sonuncunun ünvanına ləyaqəti alçaldan ifadələr işlətməklə özünü həmin toy məclisində iştirak edən şəxslərdən üstün tutaraq onların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olmaqla, qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcə də şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan ətrafda toplaşmış xeyli sayda insanların qarşısında Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən sağ əli ilə yumruq zərbəsi endirərək özü və ətrafdakılar üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlikdə və etinasızlıqda ifadə olunan və cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı aşkar saymazlıq göstərən hərəkətlər edərək toy məclisinin normal gedişinin 10-15 dəqiqə ərzində uzun müddət pozulmasına səbəb olan qərəzli hərəkətlərini davam etdirməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 07 yanvar 2023-cü il tarixdə saat 15 radələrində həmkəndlisi X13 yaşadığı Ağcabədi rayonunun Kürdlər kəndində yerləşən fərdi yaşayış evində təşkil edilmiş sonuncunun övladının kiçik toy məclisində iştirak edərkən həmin məclisin normal gedişinin pozulmasına səbəb olan xuliqanlıq hərəkətləri ilə əlaqədar tanışı Şahid6 və qeyriləri həmin hərəkətlərinə görə ona irad bildirdikdən sonra məclisin təşkil olunduğu yeri tərk edərək həmin kəndin ərazisindən keçən asfalt yolla yaşadığı evə doğru piyada hərəkət edərkən Şahid6 qardaşı X5 onun arxasınca gələrək Şahid6la və digər şəxslərlə mübahisə etməsinə və toy məclisinin normal gedişini pozmasına dair haqlı iradını səbəb kimi bəhanə edərək, yəni xuliqanlıq niyyəti ilə sağ əli ilə Zaur Məhərrəmovun sol gicgah nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirməklə sonuncunun sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid sol gicgah və ənsə sümüklərinin xətti sınıqları, beyin toxuması və qişalarına geniş qansızma kimi xəsarətlər yetirməklə, həmçinin həmin zərbənin təsirindən Zaur Məhərrəmovun müvazinətini itirməklə yıxılaraq başının asfalt örtüyünə dəyməsi səbəbindən sağlamlığa ağır zərər vurmaya aid sağ gicgah-təpə nahiyəsində qəlpəli basılmış deformasiya, həmin nahiyədə yumşaq toxumaya qansızma, subdural hematoma və dislokasiya kimi digər xəsarətlər alması ilə qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuş, həmin hərəkətləri ilə ehtiyatsızlıqdan Zaur Məhərrəmovun hər iki zərbənin ümumi fonunda inkişaf etmiş subdural hematoma, geniş subaraxnoidal qansızma və baş beyinin sola doğru sıxılmasından yaranmış kəskin ödəm nəticəsində 08 yanvar 2022-ci il tarixdə saat 03:00 dəqiqədə stasionar müalicədə olduğu “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin reanimasiya şöbəsində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli, yəni mərhum Zaur Məhərrəmova yumruq vurmaqda təqsirli bilərək göstərmişdir ki, 07 yanvar 2023-cü il tarixdə Ağcabədi rayonunda toyda olarkən həmkəndlisi Sabirlə onun arasında söz-söhbət düşmüşdür. Daha sonra o, mağardan çölə çıxıb getmişdir. Yolda olarkən mərhum Zaur ona yaxınlaşmış, onun qardaşı ilə dalaşdığını hesab edib ona söyüş söymüşdür. Buna görə də əsəbiləşib Zaura bir dəfə yumruqla vurmuş, həmin vaxt da Zaur yerə yıxılmışdır. Bundan sonra o, çıxıb getmiş, sonrakı hadisələrdən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sabirlə arasında mübahisə zamanı Vahid adlı şəxs orada olmamışdır. Sabirlə birlikdə oynadıqdan sonra yenidən bir masa ətrafında oturmuşlar, həmin vaxt Sabir ona “maydan” demiş, buna görə də Sabirlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt stol ətrafında Sabir və ondan başqa Vahid, Elçin və Zöhrab adlı şəxslər də olmuşlar. Həmin vaxt heç kimin üzərinə bıçaq çıxarmamışdır. Lakin həmin vaxt üzərində bıçaq olmuş, hətta həmin bıçaqla meyvə doğradığı üçün bıçaq da stolun üstündə olmuşdur. Bıçaq həmişə onun üzərində olmuş, texnika işlətdiyi üçün ona lazım olmuşdur. Sabirin ona “maydan” deməsindən sonra həmin bıçaqdan istifadə etməmişdir. Həmin vaxt Sabirlə aralarında mübahisə təxminən 2-3 dəqiqə çəkmiş, bir-birlərinə yumruq atmışlar və stolda olanlar onları aralaşdırmışlar. Həmin vaxt bıçağı heç kimə göstərməmişdir. Həmin mübahisədən sonra Sabiri Vahid adlı şəxs , onu isə Elçin adlı şəxs mağardan çölə aparmışdır. Mağardan çıxandan sonra Sabirlə aralarında mübahisə olmamışdır. Həmin toyda 5-6 “rumka” araq içmişdir. Mağardan çıxdıqdan sonra qardaşı oğlu ilə birlikdə evinə getmişdir. Mağardan təxminən 150 metr aralanmış, həmin vaxt Zaur Məhərrəmov ona yaxınlaşmış, qardaşı ilə dalaşdığını fikirləşib ona söyüş söymüşdür. O, da Zaurun çənəsindən bir dəfə yumruq zərbəsi vurmuş, Zaur yıxılmışdır. Buna görə də o, çıxıb getmiş, aralarında mübahisə davam etməmişdir. Gecə saat 03 radələrində Zaurun vəfat etdiyini eşitmişdir. Zaura yumruq vurduqdan sonra sonuncu arxası üstə asvaltın üzərinə yıxılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Zaurla dalaşarkən üzərində bıçaq olmamışdır. Belə ki, Sabirlə mübahisə edərkən Elçinin onun bıçağını götürüb özündə saxlamışdır. Zaurla üzbəüz durarkən sağ əli ilə onun çənəsindən yumruqla vurmuşdur. Zaurun sol gicgah nahiyyəsində xətti sınıqların olması barədə ekspert rəyi ilə bağlı heç nə deyə bilməz. Sabirlə dalaşdıqdan sonra stolun üstündən bıçağı götürüb çölə çıxanda Elçin bıçağı onun əlindən almış, ona görə də Zauru vurarkən onda bıçaq olmamışdır. Zaura yumruq vurarkən onun əlində hər hansı başqa bir predmet olmamışdır. Zaurla aralarında əvvəllər ədavət olmamışdır. Zaurun bacısı oğlu Elxan ilə bu hadisədən bir ay əvvəl dalaşmış, ona “dayına, yəni Zaura oxşa” demiş, lakin bunu pis mənada deməmişdir. Mağardan çıxdıqdan sonra evi istiqamətində getmiş, həmin vaxt yanında azyaşlı – 13-14 yaşlı qardaşı oğlu Şahid7, qardaşı Səyyad Muradov və Şahid2 olmuşdur. Mağardan çıxdıqdan sonra toyda iştirak edənlər də çölə çıxmışdırlar. Toy mağarında o, Zaurla bir stol ətrafnda oturmamışdır. Lakin ona kimsə demişdir ki, onun qardaşı ilə özü dalaşmışdır. Zaura vurarkən sonuncunun dişinin izi onun barmağında qalmışdır. Yumruğu Zaurun çənəsinin sol tərəfinə vurmuş, həmin vaxt aralarında az məsafə olmuşdur. O, idmanla məşğul olmuş, lakin profesianal məşq etməmişdir. Zaura zərbə vuran an Zaur yıxılmışdır. Zaurun başının asvalta dəyməsini görməmiş, lakin bir yumurğa adam ölməz deyə fikirləşdiyindən başının asvalta dəydiyini fikirləşmişdir. Onun zərbəsindən Zaur arxası üstə tir-tap yerə yıxıldı. O, Sabirlə mübahisə edərkən yan stollardan onların yanına admalar gəlmək istəyərkən onu və Sabiri aralamışlar. Həmin vaxt oynayan olmadığından musiqi çalınmırdı. Onlar çölə çıxdıqdan sonra toy işitrakçıları da aralarında olan mübahisəni bildiklərindən onların arxasınca çölı çıxmışlar. O, evə gedərkən bıçağı götürüb getmək istəmiş, bıçaqdan istifadə etmək fikri olmamışdır. Zauru yumruqla vurarkən qardaşı oğlu onun yanında olmuş, Zaurla söhbətlərini eşitmişdir. Bu barədə müstəntiqə demiş, lakin müstəntiq yazmamışdır. Zaur onunla yaxın münasibtədə olmuşdur. Zaurun həmin vaxt içki içib-içmədiyini bilmir. Təqsirləndirilən şəxs hadisə zamanı Zaur Məhərrəmovu öldürmək niyyətində olmadığını, buna görə də ona bəraət verilməsini xahiş etmişdir. Mülki iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X8 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. mərhum X9 onun əri olmuş, Təqsirləndirilən şəxs isə həmkəndlisidir. Bu hadisədən bir iki ay əvvəl Ramillə mərhum Zaurun bacısı oğlu arasında dava olmuş, Zaur da onları aralaşdırmışdır. Həmin vaxtdan sonra Ramillə mərhum Zaur arasında ədavət başlamışdır. 07 yanvar 2023-cü il tarixdə toyda olarkən mübahisədən sonra Ramil söyüş söymüş, mərhum Zaur da etiraz etmiş, həmin vaxt Ramil əlində olan dəmirlə Zauru vurub öldürmüşdür. Zaurun başı asvalta dəyməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Aynur Məhərrəmova ona verilən suallara cavab olaraq bildirmişdir ki, 07 yanvar 2023-cü il tarixdə toyda olmamış, evində olmuş, yoldaşı Zaurun xəstəxanaya aparılması barədə ona zəng edildikdən sonra xəstəxanaya getmişdir. Zaurun başını KT müayinə etdirmiş, həmin nəticələr hətta İsrailə göndərilmiş və oradakı həkimlər bildirmişdir ki, Zaur ayaq üstə olarkən beyin nahiyyəsindən xəsarət almışdır. Ramilin Zauru vurmasını görməmişdir. Lakin Zaur ona bildirmişdir ki, “Ramilin əlindən toya getmək istəmir”. Hadisə barədə ona qaynı Vahid danışmışdır. Ramilin Sabirlə mübahisəsi vaxtı Elçin Vahidə demişdir ki, “sən Sabiri apar, mən isə Ramili aparım”. Vahid Sabiri aparandan sonra X25 Məhərrəmovun üstünə buraxmışdır. Vahid ona demişdir ki, Ramil Zaurun sağ tərəfindən, daha doğrusu sol tərəfindən qaşının üstündən – gicgah tərəfindən yumruqla vurmuşdur. Zaurun baş nahiyyəsinin KT müayinəsini Zaur xəsatəxanaya çatdıqdan az sonra etdirmişlər, dəqiq saat yadında deyildir. Zaurun ilk müayinəsini Hindarxa qəsəbəsində olan tibb məntəqəsindəki həkim etmiş, daha sonra onu Ağcabədi RMX-ya aparmışlar. Zərərçəkmiş şəxsin hüquqi varisi Aynur Məhərrəmova həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və yazılı ərizəsində Təqsirləndirilən şəxsla barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu bildirib, ona qanunauyğun cəza təyin edilməsini, mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu, Kürdlər kənd sakini X13 övladının kiçik toy məclisinə getmiş, məclis Natiq Babayevin evinin həyətində qurulmuş mağarda təşkil olunmuşdur. O, Ramillə bir masada əyləşib yemək yemişlər, sonra isə Kürdlər kənd sakinləri tanımadığı Zöhrab, Vahid, Elçin, Asim adlı şəxslərin oturduğu masaya keçmişlər. Təqsirləndirilən şəxs isə masada onunla üz-üzə oturmuşdur. Məclis zamanı Təqsirləndirilən şəxs mahnı sifariş etmiş, sifariş etdiyi mahnı qurtardıqdan sonra toy iştirakçılarından kimsə başqa mahni sifariş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs həmin mahnını kəsib başqa mahnı sifariş edəcəyini dediyi üçün, ondan toyda narazılıq yaratmamasını demişdir. Bundan sonra Ramil ona “maydan” sözünü demiş, bu zaman o, Təqsirləndirilən şəxs belə söz deməməsini irad tutduğu üçün, Ramil oturduğu yerdə ona əl atmış, Təqsirləndirilən şəxs sağ əli ilə onun üzünün sağ tərəfinə zərbə vurub söyüş söymüş, o, yerindən belə durmamış, yanlarında oturan şəxslər Təqsirləndirilən şəxs sakitləşdirmişlər. Stolda əyləşənlər Ramilin əli ilə onu vurduğunu görmüşlər. Zərbənin təsirindən gözünün altı şişmişdir. Ramilin əli təsadüfən onun üzünə dəyə bilməzdi, Ramil onu bilərəkdən vurmuşdur. Təqsirləndirilən şəxs yerinə oturan kimi sağ cibindən qırmızı rəngli açılıb-qatlanan dəmir bıçağı belindən çıxarmış, bıçağı sağ əlinin içində bükülü vəziyyətdə saxlamış, toyda olan şəxslər ətrafa yığılmış və üç-dörd nəfər Təqsirləndirilən şəxs çölə çıxarmış, o, isə mağarda qalmışdır. O, daha sonra çıxıb evinə getmişdir. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən üzərinə bıçaqla hücum edilməmiş, sadəcə olaraq sonuncunun bıçağı çıxartmasını görmüş, bıçağın tiyəsi çölə çıxmamışdır Zərərçəkən şəxs Zərərçəkmiş şəxs cinayət işinin materiallarına fotoşəkili əlavə edilmiş və ona təqdim edilən bıçağın toyda Ramilin əlində gördüyü bıçaq olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və yazılı ərizəsində Təqsirləndirilən şəxsla barışmadığını, ona qarşı şikayət və tələbinin olduğunu bildirib, ona qanunauyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Natiqin Ağcabədi rayonu Kürdlər kəndində yerləşən evinin həyətində təşkil etdiyi oğlunun kiçik toy mərasimində Təqsirləndirilən şəxsla birgə əyləşmişlər. Ramil ilə Sabir rəqs edib oturduqdan sonra aralarında mübahisə olduğunu görmüş, ancaq hansı səbəbdən mübahisə etmələrinin səbəbini bilməmişdir. Həmin vaxt başqa bir söhbət olmamış, Elçin Ramili mağardan çıxartmış, o, özü də mağardan çöldə olan zaman aralıdan, təxminən 10 metr məsafədən görmüşdür ki, Təqsirləndirilən şəxs sağ əli ilə Zaur Məhərrəmovun sifətinin sağ gicgah nahiyyəsində gözünün yanına bir yumruq zərbəsi vurmuşdur. Onlara dərhal yaxınlaşmışdır. Zaur özündə deyildi, dərhal addımlamadan arxasıüstdə asfalta yıxıldı, başı asfalta dəydi və səsi gəldi. Ramil Zaura başqa zərbə vurmamışdır. Onların aralarında söhbətin nə olduğunu bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlinin içində, yumruğu ilə nəsə sıxmışdır. Zaur Məhərrəmov yerdə olan zaman Təqsirləndirilən şəxs ona zərbə vurmamış, Təqsirləndirilən şəxs Zaur Məhərrəmovu vuran zaman əlinin içində nəsə olmuş, ancaq əlindəkinin nə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs Zaur Məhərrəmovu dəmirlə vurmasını, onu vuran zaman əlində dəqiq olaraq dəmir olmasını görməmişdir. Mağardan əvvəl Elçinlə Ramil birgə çıxmış, daha sonra isə onlar çıxmışdır. Zaurun sağ gicgahında qızartı olmuş, yerdə kürəyiüstdə uzanmışdır, başından qan axmamışdır. Təcili tibbi yardım maşını gələnə kimi Zauru yıxılaraq düşdüyü yerdən üzünə su vurulması üçün əlləri ilə qucaqlayıb beş metr aralı aparmışlar. X26 İsmayılovun maşını ilə aparmışlar, maşında həmkəndliləri Asim Babayev və Cavad Əsədov olmuşlar. Sonra xəstəxanaya gedilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisidir. 07 yanvar 2023-cü il tarixdə saat 11 həyətində təşkil etdiyi oğlunun kiçik toy mərasiminə tək getmişdir. X21 və qarışıq şəxslərin olduğu masada əyləşmişdir. Saat 13-14 radələrində toydan çıxmışdır. Adamların toplaşdığını görmüşdür. Əmisi Ramil və Şahid2la gedərkən Zaur gəlib onları keçib əmisi Ramilin qarşısında durub onu söymüşdür. Əmisindən aralı olduğun üçün söyüşün nədən ibarət olduğunu eşitməmişdir. X23 söyüşünə cavab verməmiş, Zauru sinəsindən əli ilə itələmişdir. O, yolun asfalt hissəsində olmuşdur. Zaurun yıxıldığını görmüşdür. Zaurun başı asfalta dəymişdir, toya yaxınlaşanlar Zaura kömək edib onu götürüb aparmışlar. Zaur əmisi Ramilə yaxınlaşanda içkili olmuşdur. O, Elçin və Ramil Zaura köməklik etməmişlər. Zaurdan xəbərləri olmamışdır. X24 aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə X13 Ağcabədi rayonu Kürdlər kəndində yerləşən evinin həyətində təşkil etdiyi oğlunun kiçik toy mərasində Təqsirləndirilən şəxsla birgə əyləşmişdir. Məclis davam edən zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs rəqs edib oturduqdan təxminən bir neçə dəqiqə sonra aralarında nəsə mübahisə yarandı. Ancaq hansı səbəbdən mübahisə etmələrini bilməmişdir. Həmin vaxt başqa bir söhbət olmamış, Şahid2 Təqsirləndirilən şəxs götürüb mağardan çıxartmış, o, özü də mağardan çöldə olan zaman aralıdan, təxminən 10 metr məsafədən görmüşdür ki, Təqsirləndirilən şəxs sağ əli ilə Zaur Məhərrəmovun sifətinin sağ alnının yuxarı hissəsinə yumruq zərbəsi vurmuş, həmin vaxt Təqsirləndirilən şəxs əlinin içində, yumruğu ilə nəsə sıxmışdır. O, tez Zaur Məhərrəmovun yanında qaçanda görmüşdür ki, Zaur yerdə uzanıqlı vəziyyətdədir. Onların yanına çatdıqdan sonra tanımadığı şəxslər Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmışdır. Şahid8 verilmiş suallara cavab olaraq bildirmişdir ki, sonuncunun alnında qızartı vardır. Zaurun yıxıldığı yer asfalt yer olmuşdur. Zaurun yıxıldığı yerə çatanda onun xırıldadığını görmüşdür. Təqsirləndirilən şəxs Zaur Məhərrəmova cəmi bir zərbə vurmuş, vuran kimi də Zaur Məhərrəmov yerə yıxılmış, Təqsirləndirilən şəxs isə də oradan uzaqlaşdırmışlar. Zaur Məhərrəmov yerdə olan zaman Təqsirləndirilən şəxs ona zərbə vurmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ilə Zərərçəkmiş şəxs ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 iibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində X13 Ağcabədi rayonu, Kürdlər kəndində yerləşən evinin həyətində təşkil etdiyi oğlunun kiçik toy mərasiminə getmiş, məclisdə olan zaman Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs oturduqdan təxminən bir neçə dəqiqə aralarında mübahisə yaranmış. Onların nə səbəbə mübahisə etdiklərini bilməmişdir. Şahid6la o, hər ikisinə irad bildirmiş, başqa bir söhbət olmamış, ancaq həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cibində bıçaq olmasını, həmin bıçağı götürməsini demiş, o, da Təqsirləndirilən şəxs şalvarının sağ cibindən sarı rəngli taxta bıçağı götürüb öz cibinə qoymuş, daha sonra isə Təqsirləndirilən şəxs götürüb mağardan çıxmışdır. Onun ardınca mağarda olan digər şəxslər də gəlmiş, bu vaxt arxaya çönüb onları geri qaytarmağa çalışmış, onlara geri qayıtmalarını demiş, ancaq sonra geri çönəndə Zaur Məhərrəmovun yerdə uzanıqlı vəziyyətdə olmasını görmüş, yaxınlaşdıqda Zaur Məhərrəmovun yerdə, arxası üstə uzanıqlı vəziyyətdə, başının arxası asfaltın üzərində olmasını görmüşdür. Zaur həmin zaman xırıldamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Zaur Məhərrəmovdan təxminən 3-4 metr məsafədə aralıda olmuş, Zaur Məhərrəmovun vəziyyətinin ciddi olmasını başa düşməmiş, Təqsirləndirilən şəxs tək buraxmamış, onu özü ilə aparmışdır. Şahid2 verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zaur Məhərrəmovun hansı şəraitdə xəsarət alması, Təqsirləndirilən şəxsla dalaşmasını, yəni Təqsirləndirilən şəxs Zaur Məhərrəmovu vurmasını dəqiq olaraq görməmiş, sadəcə Zaur Məhərrəmovu yerdə uzanıqlı vəziyyətdə görmüş, həmin vaxt Təqsirləndirilən şəxs da ondan 3-4 metr kənar məsafədə olmuşdur. Təqsirləndirilən şəxs götürdüyü bıçağı Minəxorlu kəndində bacısıoğlu Şahid9 vermişdir. O, Zaur Məhərrəmovdan heç vaxt 6000 manat və ya digər məbləğdə pul istəməmişdir. Təqsirləndirilən şəxs da Zaur Məhərrəmovu vurmasına təhrik etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 07 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin gün Ağcabədi RMX-dan Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur ki, Ağcabədi rayonu Kürdlər kənd sakini 1977-ci il təvəllüdlü X3 beyin travması və huşu özündə olmayan vəziyyətdə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X22 yerləşdirilmişdir. (İ cild, i.v.7-8) - “Hadisə yerinə baxışının aparılması haqqında” 07 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Ağcabədi rayonu, Kürdlər kəndi ərazisindən keçən kəndlərarası əsas asfalt yolun həmin kəndin sakini Natiq Babayevə məxsus fərdi yaşayış evinin qarşısından keçən hissəsidir. Hadisə yerinin müayinəsi zamanı asfalt yolun həmin hissəsindən pambıq tampona hopdurulmuş 03 ədəd qanabənzər nümunə müvafiq qaydada götürülərək qablaşdırılmışdır. (İ cild, i.v.9-17) - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu həmin gün saat 19:36-da yoxlanılmış və sonuncuda alkoqolun miqdarının 0,583 promil olması müəyyən edilmişdir. (İ cild, i.v.22) - 08 yanvar 2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 04:00-da Ağcabədi RMX-dan Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur ki, Ağcabədi rayonu Kürdlər kənd sakini 1977-ci il təvəllüdlü X10 aldığı kəllə beyin travması xəsarətlərindən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. (İ cild, i.v. 37) - 08 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zaur Məhərrəmovun ağır dərəcəli xəsarət alması faktı üzrə CM-nin 131.2-ci maddəsi ilə başlnamış cinayət işi Zaur Məhərrəmovun ölümündən sonra CM-nin 124.1-ci maddəsinə tövsif edilmişdir. Həmin tarixli qərarla cinayət işi istintaq aidiyyatı üzrə Ağcabədi rayon prourorluğuna göndərilmişdir. (İ cild, i.v. 38: 40) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmış, X8 isə ölmüş zərərçəkmiş şəxs Zaur Məhərrəmovun hüquqi varisi qismində tanınmışdır. ( İ cild, i.v. 42; 153-156 ) - “Meyitin baxışının aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, mərhum Zaur Məhərrəmovun meyitində üst və alt dodaqların dodaq haşiyylərində və dodaqların selikli qişasında qeyr-müəyyən formalı, tünd qırmızımtıl rəngli 2,5x2,0 santimetr ölçülərdə qansızma sahəsi aşkar edilmişdir. (İ cild, i.v. 45-49) - “Götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, hadisəsi baş verən zaman zərərçəkmiş şəxs X5 əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli jilet, bir ədəd tünd göy rəngli sviter və bir ədəd qara rəngli sviter iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (İ cild, i.v. 50-54) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 08 yanvar 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 05:10 dəqiqədə Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 55-56; 67-68) - “Götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, hadisəsi baş verən zaman təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd ağ, göy zolaqları olan kofta, bir ədəd tünd rəngli sviter və istifadəsində olan 1 ədəd “xiaomi redmi” markalı mobil telefon iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. (İ cild, i.v. 77-80) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( İ cild, i.v. 105-106) - Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(017)-3/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 141-142) - “Götürmə aparılması haqqında” 09 yanvar 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid9 qohumu Şahid2 tərəfindən ona verilmiş bir ədəd sarı rəngli açılıb qatlanan bıçağı könüllü olaraq təqdim etmiş, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əlində həmin bıçağın olmasını qeyd etmişdir. (İ cild, i.v. 143-149) - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18 saylı rəyindən görünür ki Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 206-207) - məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 19 saylı rəyindən görünür ki Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (İ cild, i.v. 208- 209) - Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 37/2023-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 03 ədəd pambıq topaları üzərində olan ləkələrdə insan qanı aşkar edilmiş, bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə 0/1/ qruplu şəxsə, o cümlədən X6 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qanaşübhəli ləkə aşkar edilməmişdir. (İ cild, i.v. 210-214) - Ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 fevral 2023-cü il tarixli 228 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs, spirtli içkilərdən epizodik istifadə etmiş, narkotik vasitələrdən istifadə etmişdir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. (İ cild, i.v. 219) - məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 02 saylı ekspert rəyinə görə, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sonuncuda qapalı kəllə-beyin travması, sol gicgah və sol ənsə sümüyünün xətti sınığı, sağ gicgah-təpə sümüyündə basılmış deformasiya, alın payının hər iki tərəfində, sağ gicgah, sağ təpə, sol arxa gicgah paylarında qansızmalar, sağ beyin yarımkürəsində alın-gicgah-təpə payını əhatə edən subdural qansızma və hər iki beyin yarımkürəsində subaraxnoidal qansızmalar, baş beyin maddəsinin sola doğru dislokasiyası (yerini dəyişməsi-sıxılması), baş beyin maddəsinin kəskin ödemi, üst dodağın və alt dodağın selikli qişasına qansızma xəsarətləri aşkar edilmişdir. X2 meyitində aşkar olunmuş xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarm olmasına görə həyatidir, onun ölümündən əvvəl küt təsir mexanizminə malik əşyanın(əşyaların) təsiri nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023- ci il tarixdə yumruqla vurulması və yıxılaraq başının yerə dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X2 baş nahiyəsində olan xəsarətlərdən -sağ gicgah-təpə sümüklərində olan basılmış deformasiya - onun öz boyu hündürlüyündən birbaşa yıxılaraq başının sağ tərəfinin asfalt beton örtüyə dəyməsindən əmələ gəlməsi üçün xarakterikdir, sol gicgah və sol ənsə sümüyündə olan xətti sınıqlar isə onun baş nahiyəsinə vurulan güclü zərbə nəticəsində yetirilməsi üçün daha xarakterikdir. X2 bədənində olan xəsarətlərdən - üst və alt dodağın selikli qişasında olan qansızmalar - küt əşyanın təsirindən törənmişdir, zərərçəkən şəxsə göstərilən ixtisaslı olmayan yardımlar zamanı (kilidlənmiş dişlərinin açılaraq dil qatlanmasmın qarşısını alan zaman) yetirilə bilərdi, yetirilmə müddəti 07 yanvar 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcəsi təyin edilmir və ölümün səbəbi ilə heç bir səbəbli əlaqəsi yoxdur. X2 ölmünə səbəb başa qansızma nəticəsində baş beyin maddəsinin sola doğru sıxılması, kəskin ödemi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsaslanaraq demək olar ki, X2 ölümü 08 yanvar 2023-cü il tarixdə baş vermişdir. X2 bədənində aşkar edilmiş xəsarətlər kənar şəxs tərəfindən yumruqla vurulma və küt təsir mexanizminə malik əşyanm(əşyalarm) təsiri nəticəsində əmələ gəlməsi üçün daha xarakterikdir. Həmin xəsarətləri şəxsin özü-özünə yetirməsi inandırıcı deyil. X2 meyiti üzərində deşici-kəsici alət təsiri nəticəsində və mexaniki nəqliyyat vasitəsinin təsirindən əmələ gəlmiş xəsarətlər aşkar edilməmişdir. X2 meyiti üzərində olan xəsarətlərin lokalizasiyasma(yerləşmə yerinə) əsasən demək olar ki,hadisə zamanı xəsarət yatirən şəxslə zərərçəkən müxtəlif dürüş vəziyyətlərində ola bilərdilər, lakin daha çox ehtimal olunan duruş vəziyyəti onların ayaqüstə və üzbə-üz olduqları vəziyyətdir. X2 meyitindən götürülmüş qan nümunəsində metil,etil,propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər( həmçinin tiryək qrupu), fenotiazin,fenilkilamin qrupuna aid olan amfetamin və metamfetamin,oirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli 193/K saylı akt). (İ cild, i.v. 220-226) - Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji eskpertizasının xx.xx.2023-cü il tarixli, 04 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağılhq xəstəliyi aşkar edilməmiş. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlikdən əziyyət əziyyət çəkməmişdir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra psixi xəstəlik keçirməməsi səbəbindən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək imkanında olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlı vəziyyətdə olmaqla öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə etmək imkanında olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri Azərbaycan Respublikası CM-in 22.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxsin hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddələrinin hər hansı birinin təsirinə düşmədiyindən onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs məhkəməistintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir : praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əsəbi psixiemosional halda olmuşdur və həmin halın yaranma səbəbləri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir. (İ cild, i.v. 230-234) - məhkəmə lifli materialların ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/446 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X5 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikəri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstrilib. Həmin kənar lif mikrohissəciklərinin arasında- Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zaur Məhərrəmovun şalvarının tərkib liflərinə uyğun gəlirlər, Zaur Məhərrəmovun şalvarının üzərindən aşkar edilmiş boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. (İ cild, i.v. 237-240) - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsla mübahisə edən zaman Təqsirləndirilən şəxs üzərində olmuş, Şahid9 götürülmüş 1 ədəd sapı sarı rəngli, açılıb qatlanan bıçaq Təqsirləndirilən şəxs tanımaya təqdim edilmiş və sonuncu həmin bıçağı tanıyaraq göstərmişdir. (İ cild, i.v. 249-252) - məhkəmə trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/134 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs məxsus qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən bir ədəd zədə vardır. Həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş X6 məxsus qara rəngli sviterin və qara rəngli cins şalvarın səthində qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə olunmuşdur. Təqdim edilmiş üzərində Təqsirləndirilən şəxs məxsu poliverin, şalvarın və üzərində X6 məxsus geyim əşyalarının üzərində trasoloji zədə aşkar edilməmişdir. (İİ cild, i.v. 1-4) - məhkəmə tibbi kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 34/2023 saylı rəyində göstərilmişdir ki, təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan cib bıçalarına uyğun gəlir və soyuq silah hesab edilmir. (İİ cild, i.v. 05-07) - Ədliyyə Nazirliyinin Penitensiar xidmət, 2 saylı istintaq təcridxanasına əməliyyat tapşırığı verilmiş, həmin təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/39/2- 1372/2023 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında keçirilmiş tədbirlərdən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə həmkəndlisi Natiq Babayevin oğlunun kiçik toy məclisində iştrak edən zaman Zərərçəkmiş şəxs Mehtixan oğlu ilə aralarında mübahisə yaranmış, bu zaman orada iştrak edən Şahid6 Zərərçəkmiş şəxs tərəfinin saxlayaraq Təqsirləndirilən şəxs irad bildirmiş, sonuncu toy məclisini tərk edərək yaşadığı evinə gedən zaman Şahid6 qardaşı Zaur Məhərrəmov ona yaxınlaşıb və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs Zaur Məhərrəmova əvəlcədən zərba vurmaq niyətinin olması, onunla düşmənçilik ədavətinin olması və kiminsə onu vurmağa təhrik etməsi barədə məlumat daxil olmamışdır. (İİ cild, i.v. 16) - 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Zaur Məhərrəmovun ölməsi faktı üzrə CM-nin 124.1-ci maddəsi ilə istintaq edilən cinayət işi həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmişdir. (İİ cild, i.v. 21-22) - Təkrar məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, T ***-**** saylı rəyinə görə, mərhum Z.C.Məhərrəmovun meyitinin müayinəsi zamanı hər iki dodaqda qansızma, sol gicgah və ənsə sümüklərində xətti sınıqlar, sağ gicgah, təpə sümüyündə basılmış deformasiya-qəlpəli sınıq, alm payında hər iki yarımkürədə, sağ gicgah və təpə, sol gicgah payında baş beyinə qansızma, sağ alın-gicgah-təpə payını əhatə edən subdural qansızma, hər iki beyin yarımkürəsində subaraxnoidal qansızma, baş beynin sola doğru dislokasiyası, baş beyinin kəskin ödemi, burun ətrafı ciblərdə və mastoid hücrələrə qan yığılması, sağ gicgah-təpə nahiyəsində yumşaq toxumaya, sağ gicgah əzələsinə qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhum Z.C.Məhərrəmovun sol gicgah və ənsə sümüklərindəki xətti sınıqlar, beyin toxuması və qişalarına geniş qansızmalar bərk küt alətlə, ola bilsin ki, yumruqla yetirilən zərbənin təsirindən yarana bilərdi, sağ gicgah-təpə nahiyəsində qəlpəli basılmış deformasiya, həmin nahiyədə yumşaq toxumaya qansızma, subdural hematoma və dislokasiya isə sürətlənmiş yıxılma, yəni zərbədən sonra müvazinətini itirərək yıxılma zamanı başının zərblə asfalt örtüyünə dəyməsindən yarana bilərdi. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən deyil, kənar şəxs tərəfindən yetirilə bilməsinə uyğun gəlir. Mərhum Z.C.Məhərrəmovun ölümünə səbəb sol təpə, ənsə sümüklərinin xətti sınıqları, sağ təpəgicgah sümüyündə qəlpəli sınıq nəticəsində yaranmış subdural hematoma, geniş subaraxnoidal qansızma, baş beynin sola doğru sıxılmasmdan yaranmış kəskin ödem olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. (İİ cild, i.v. 32-37) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 39-41) - “Sübutların qiymətləndirilməsi haqqında” 25 aprel 2023-cü il tarixli qərarla təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs əməli və ümumilikdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddədən həmin Məcəllənin 126.3 və 221.3-cü maddələrinə tövsif olunması, təqsirləndirilən şəxsə həmin maddə ilə ittiham elan edilməsi, hadisə yerinə baxış zamanı götürülmüş 03 ədəd qanabənzər nümunə, cinayət hadisəsi baş verən zaman zərərçəkmiş şəxs X5 əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli poliver, bir ədəd tünd göy rəngli poliver, bir ədəd qara rəngli jilet, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd ağ-göy zolaqları olan kofta, bir ədəd tünd rəngli sviter və bir ədəd bıçağın maddi sübut kimi tanınması qərara alınmışdır. (İİ cild, i.v. 70- 88) - İş üzrə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Vüqar Hacıyevin 25 aprel 2023-cü il tarixli qərarı ilə rayon prokurorluğunun böyük müstəntiqi və rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X7 iştirakı birgə istintaq qrupu yaradılmışdır. (İİ cild, i.v. 93- 94) - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( İİ cild, i.v. 95-97 ) - xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. ( İİ cild, i.v. 104 ) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (İİ cild, i.v. 105-107) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş aşağıdakı məhkəmə istintaqı materiallarından müəyyən edilir ki ; - Təkrar məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, T 614/2024 saylı rəyinə görə;
1. mərhum Z.C.Məhərrəmovun meyitinin müayinəsi zamanı hər iki dodaqda qansızma, sol gicgah və ənsə sümüklərində xətti sınıqlar, sağ gicgah, təpə sümüyündə basılmış deformasiya-qəlpəli sınıq, alın payında, hər iki yarımkürədə, sağ gicgah və təpə, sol gicgah payında baş beyinə qansızma, sağ alın-gicgah-təpə payını əhatə edən subdural qansızma, hər iki beyin yarımkürəsində subaraxnoidal qansızma, baş beyinin sola doğru dislokasiyası, baş beyinin kəskin ödemi, burun ətrafı ciblərdə və mastoid hücrələrə qan yığıması, sağ gicgah-təpə nahiyəsində yumşaq toxumaya, sağ gicgah əzələsinə qansızma aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti xx.xx.2023-cü ilə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən deyil, kənar şəxs tərəfindən yetirilə bilməsinə uyğun gəlir. 2.Mərhum Z.C.Məmmədovun meyitinin müayinəsi zamanı qeyd edilən meyit əlamətləri ölümün xx.xx.2023-cü ildə baş verməsini inkar etmir. 3.8. Mərhum Z.C.Məhərrəmovun ölümünə səbəb sol təpə, ənsə sümüklərinin xətti sınıqları, sağ-təpə-gicgah sümüklərində qəlpəli sınıqlar nəticəsində yaranmış subdural hematoma, geniş subaraxnoidal qansızma, baş beynin sola doğru sıxılmasından yaranmış kəskin ödem və dislokasiya olmuşdur.Yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. 5.6. Mərhumk Z.C.Məhərrəmovun sol gicgah və ənasə sümüklərindəki xətti sınıqlar, beyin toxuması və qişalarına geniş qansızmalar bərk küt alətlə, ola bilsin ki, yumruqla yetirilən zərbənin təsirindən yarana bilərdi, sağ gicgah-təpə nahiyəsində qəlpəli basılmış deformasiya, həmin nahiyədə yumşaq toxumaya qansızma, subdural hematoma və dislokasiya isrə surətlənmiş yıxılma, yəni zərbədən sonra müvazinətini itirərək yıxılma zamanı, başının zərblə asfalt örtüyünə dəyməsindən yarana bilərdi. Xəsarətər qısa zamanda əmələ gəldiklərindən və onların hər biri ölümünə səbəb ola bildiyindən, həmçinin bir-birini proqresivləşdiridiyindən ölümün konkret olaraq hansı zərbənin təsirindən əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı.
7. Mərhum Z.C.Məhərrəmovun bədənində olan xəsarətlərdən – hər iki dodaqda olan qansızmalar küt əşyanın təsirindən törənmişdir, zərərçəkən şəxsə göstərilən təxirəsalınmaz küt əşyanın təsirindən törənmişdir, zərərçəkən şəxsə göstərilən təxirəsalınmaz qeyri-tibbi prosedur qaydalarının texniki icrası zamanı (kilidlənmiş dişlərinin açılaraq dil qatlanmasının qarşısını alan zaman) yetirilə bilməsi inkar olunmur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq zərərçəkmiş şəxs X1 yetirilən xəsarət və onun ölümü ilə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərini tövsif etməklə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli və «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23 mart 2004-cü il tarixli Qərarlarının izah və tövsiyələrini də rəhbər tutur. Belə ki, həmin Qərarın 3-cü bəndindən görünür ki, Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə düzgün tövsif edilməmişdir. Belə ki, sonuncunun əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin tərkib əlamətləri vardır və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələri ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alınaraq təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilməsi ilə yanaşı məhkəmə təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxs Zaur Məhərrəmovun çənə nahiyyəsinə zərbə vurmasını bildirsə də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mərhum Zaur Məhərrəmovun sol gicgah nahiyyəsinə yumruqla zərbə vurmuşdur ki, bu hal müvafiq ekspert rəyləri ilə tam təsdiq edilir. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarındakı müddəaları və işin faktiki hallarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla - yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsini (Zaur Məhərrəmovun çənə nahiyyəsinə yumruqla vuraraq xəsarət yetirməsi) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir və qalan hissədə ifadələrini sübut kimi qəbul edir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimali-təhlükəli hərəkəti törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlaməti vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs və iş üzrdə şahid qismində qismində dindirilmiş şahidlərin və elan edilmiş iş materialları ilə tam sübut edilir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (İİ cild, i.v. 68-69) - Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Kürdlər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, xx.xx.2011 və xx.xx.2014-cü il təvəllüdlü iki azyaşlı uşaqlarından ibarətdir. Təqsirləndirilən şəxs kənddə yaşadığı dövrdə özünü intizamsız aparmış, həmyaşıdları ilə yaxşı münasibətdə olmamamışdır. Ümumilikdə yaşayış yeri üzrə mənfi xarakterizə edilmişdir. (İ cild, i.v. 183-184) - “Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən alınmış 26 yanvar 2023-cü il tarixli 67 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji, ruhi-əsəb dispanseri və nevroloji kabinetlərdə qeydiyyatda durmur. (İ cild, i.v. 200) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyasında 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən), cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Lakin yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını da məhkəmə nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin törədilmiş cinayətə adekvat olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 191 (bir yüz doxsan bir) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi materiallarında olan, iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, 03 ədəd qanabənzər nümunə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd ağ-göy zolaqları olan kofta, bir ədəd tünd rəngli sviter və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zcinayət hadisəsi baş verən zaman zərərçəkmiş şəxs X5 əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli poliver, bir ədəd tünd göy rəngli poliver, bir ədəd qara rəngli jilet hökm qanuni qüvvəyə mindikdən sonara zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Aynur Məhərrəmova tərəfindən verilmiş mülki iddia ilə bağlı məhkəmə tərkibi hesab edir ki, mülki iddia qismən təmin edilməli, zərərçəkmişin dəfninə və müalicəsinə çəkilən xərclərə görə təqsirləndrilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 10 min manat məbləğində pul vəsaiti alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməli, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.1-cü maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 08 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 191 (bir yüz doxsan bir) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş, 03 ədəd qanabənzər nümunə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd ağ-göy zolaqları olan kofta, bir ədəd tünd rəngli sviter və bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət hadisəsi baş verən zaman zərərçəkmiş şəxs X5 əynində olmuş 1 ədəd qara rəngli cins şalvar, bir ədəd qara rəngli poliver, bir ədəd tünd göy rəngli poliver, bir ədəd qara rəngli jilet hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi Aynur Məhərrəmova tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndrilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs 10 min manat məbləğində pul vəsaiti alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.