Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-410/2024 29.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi3, Cəlilabad rayon vəkil bürosunun vəkili X10 və Bakı şəhəri, 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1985-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1981-ci ildə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1979-cu ildə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin əldə edilməsi, daşınması və satışı məqsədilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlib, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu, Bulaqlı kəndi ərazisindən keçən hissəsində yol kənarındakı yarımçıq tikilidəki gizlədib yerləşdirərək, aralarında olan cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitənin yerinin fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olan telefonun “Whatsapp” proqram təminatına göndəriləndən sonra, narkotik vasitəni həmin yerdən qanunsuz olaraq əldə etmək məqsədi ilə cinayətdən xəbərsiz olan tanışları Təqsirləndirilən şəxs3 avtomobilindən istifadə etmək üçün sonuncudan onları Sabirabad rayonu, Bulaqlı kəndi ərazisində yerləşən “Dostluq” kafesinə aparmasını xahiş etməklə, 07 iyun 2023-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markakı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Bulaqlı kəndinə gəlib, “Dostluq” kafesinin yaxınlığında olan yarımtikilinin yanında təbii ehtiyyaclarını ödəmək adı ilə avtomaşını hərəkətinin dayandırılmasına nail olub, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşmüşlər, sonuncu ətrafda başqa şəxslərin olubolmadığına nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə asfalt yolun kənarında yerləşən yarımçıq tikilidə gizlədilmiş 1 ədəd polietilen torbada, külli miqdarda təmiz çəkisi – 13325,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb hadisə yerindən uzaqlaşmaq istəyərkən, Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmışlar, həmin gün, saat 06:50-də şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlində olan 01 ədəd qara rəngli polietilen torbadan hər birinin üzəri yapışqan lentlə bağlanmış, ayrı-ayrı 03 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4080,0 qram; 4280,0 qram; 4965,0 qram, ümumi çəkisi – 13 kiloqram 325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir il əvvəl “instagram” sosial şəbəkəsində “Hadi” adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Söhbət əsnasında münasibətləri yaranmışdır. Hadi ona zəng vuraraq Sabirabad rayonu Bulaqlı kəndinin ərazisində bir selofan torbanın olduğunu, həmin torbanı dediyi şəxsə çatdıracağı təqdirdə ona 2500 manat pul veriləcəyini bildirmiş, o da Hadi ilə razılaşmış, lakin bağlamanın içərisində nə olması barədə heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə Hadi ona Whatsapp” vasitəsilə selofan torbanın qoyulduğu yerin konumunu (yerləşməsi) göndərmiş, lakin Hadi ona bağlamada nə olması barədə heç bir söz deməmişdir. O, tanışı Təqsirləndirilən şəxs2 Hadinın təklifini demiş, Hadının verəcəyi pulu aralarında böləcəklərini bildirmiş, hərəsinə 1250 manat çatacağşna dair razılaşmışlar. Daha sonra Aydınla birlikdə tanışları Təqsirləndirilən şəxs3 zəng edərək öz avtomobilləri olmadığı üçün Murtuzadan xahiş etmişlər ki, onları Bulaqlı kəndinə “Dostluq” kafesinə aparmasını xahiş etmişlər, lakin Təqsirləndirilən şəxs3 Bulaqlı kəndinə nə üçün gedəcəkləri barədə heç bir söz deməmişlər. O, Aydın və Murtuzanın idarə etdiyi avtomobillə birlikdə Bulaqlı kəndinə getmişlər. Təxminən saat 02 radələrində həmin əraziyə çatmışlar, təbii ehtiyyaclarıbı ödəmək adı ilə Murtuzadan avtomobili saxlamasını xahiş etmişlər, sonuncu da avtomaşını saxlamış, o və Aydın avtombildən düşmüşlər Murtuza isə avtombildə oturmuşdur. Avtombildən düşdükdən sonra təxminən 10-12 nəfər polis əməkdaşları onları tutmuşlar. Murtuza polisləri görüb qorxduğu üçün oradan uzaqlaşmışdır. Sonra polis əməkdaşları həmin əraziyə bağlamalar gətirərək videoçəkilişlə və vəkillərin iştirakı ilə baxış keçirmişlər. Çəkiliş zamanı bağlamanın içərisində narkotik vasitə olmasını bilmişdir. Polis əməkdaşları onları döydükləri üçün məcbur qalıb narkotik bağlamanın ona məxsus olmasını bildirmişdir. O və Aydın həmin ərazidən bağlama götürməmişlər, Hadinin onlara narkotik vasitə göndərməsindən məlumatı yoxdur, Hadi ona sadəcə bağlama olduğunu, lakin bağlamada nə olmasını deməmişdir. İranlı Hadi ilə özü danışmış və bu barədə Aydına demişdir. Təqsirləndirilən şəxs3 isə onları həmin əraziyə sadəcə sürücü kimi aparmış, Hadinin göndərdiyi bağlamadan Murtuzanın xəbəri olmamışdır. İstintaq zamanı verdiyi ifadələrini müstəntiq yazmız, o da oxumadan imza etmiş. Heç bir günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çızxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, Hadi ilə danışdıqda, onda narkotik vasitənin olub-olmaması barədə soruşmuş, sonuncu da, cavabında narkotik vasitənin olduğunu və nə vaxt lazım olsa sata biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, gecə saat 12 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək, Hadinin onunla əlaqə saxlamaq istədiyini, dəfələrlə zəng etdiyini, lakin onun internet şəbəkəsinin bağlı olduğuna görə əlaqə saxlaya bilmədiyini demiş, bundan sonra internet şəbəkəsini açmış və “Whatsapp” vasitəsilə Hadiyə zəng etmişdir. Hadi ona Sabirabad rayonu Bulaqlı kəndində yol kənarına içərisində narkotik vasitə olan bağlamaları qoyduğunu bildirmişdir. Hadi Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Dostluq” kafesinin yaxınlığında olan yarımtikilinin yanına qoyulmuş narkotik vasitəni götürüb, deyəcəyi ünvana aparacağı halda, bunun qarşılığında ona 2500 manat pul verəcəyini təklif etmişdir. O, Hadi ilə razılaşmış və bu barədə Aydına danışıb razılaşmışlar ki, Aydınla birlikdə həmin narkotik vasitəni götürüb təyinatı üzrə lazımi yerə aparıb, iki nəfərə 2500 manat pul qazanacaq və həmin pulu 1250 manat olmaqla yarıya böləcəkdirlər. xx.xx.2023-cü il tarixdə Hadi whatsapp vasitəsilə mesaj yazıb, Sabirabad rayonu Bulaqlı kəndi istiqamətində yola düşüb əmanəti (narkotik vasitəni) götürüb, sonradan deyəcəyi yerə aparmalı olduğunu demişdir. O da həmin gün gecə saat 01 radələrində Aydınla Sabirabad şəhərində görüşmüşdür. Avtomobilləri olmadığı üçün Təqsirləndirilən şəxs3 zəng edərək, onları Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Dostluq” kafesinə aoarmasını xahiş etmişlər. Murtuza da onlarla razılaşmış və Murtuzanın idarə etdiyi “Niva” markalı avtomobilə əyləşərək Sabirabad rayonu Bulaqlı kəndinə, Hadinin yazdığı istiqamət üzrə hərəkət etmişlər. Saat təxminən 05 radələrində o, whatsapp vasitəsilə Hadinin göndərdiyi şəkillərlə və məkanlarla hərəkət edərək narkotik vasitənin olduğu Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisində olan yerə gəlib çatmışlar. O və Aydın narkotik vasitəni götürmək üçün Bulaqlı kəndinə getdiklərini Murtuzaya bildirməmiş, hadisə yerinə çatdıqda, tualetə getmək adı ilə Murtuzadan maşını saxlamasını xahiş etmiş, daha sonra avtomobildən düşərək narkotik vasitənin qoyulduğu yerə tərəf getmişdir. Həmin vaxt Aydın da avtomobildən düşmüş və yaxınlıqda dayanaraq ətrafda kiminsə olub-olmamasına nəzarət etmiş, Murtuza isə bu zaman avtomobildə əyləşərək maşından düşməmişdir. Yerdə 01 ədəd qara sellofan torbanın olduğunu görmüş, Həmin torbanın ağzını açdıqda, torbanın içərisində 03 ədəd iri bağlamaların olduğunu görmüş, həmin bağlamaları götürmüşdür. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bu vaxt Murtuza avtomobili hərəkətə gətirərək hadisə yerindən uzaqlaşmışdır. O əlində saxladığı 01 ədəd qara sellofan torbanın içərisində 03 ədəd iri bağlamalarda qurudulmuş marixuananın olduğunu bildirib, həmin kütlələri polisə təqdim etmiş, müstəntiq onun təqdim etdiyi bağlamaları açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni Hadi adlı İran İslam Respublikasının vətəndaşının onu istiqamətləndirdiyini və onun həmin kütlələri əldə etdiyini bildirmiş, müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə daşıyaraq başqa yerə aparacağını və satış məqsədinin olmadığını demişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun dostudur. 2023-cü ilin iyun ayında Fəridlə onun ümumi tanışı olan Hadi adlı iranlı ona zəng edərək Fəridə zəng etdiyini, lakin sonuncunun cavab vermədiyini bildirməklə, Fəriddən zəng cavab verməsini istəmiş, o, da Fəridə zəng edərək bildirmişdir. Bundan sonra, 07 iyun 2023-cü il tarixdə Fərid ona zəng vuraraq görüşmək istədiyini demiş, görüşdükdə Fərid ona Hadinin bir bağlama göndərəcəyini, həmin bağlamanı dediyi adama çatdıracaqları təqdirdə 2500 manat pul verəcəyini, həmin pulu birlikdə böləcəklərini deyib onunla birlikdə gedəcəyini soruşmuş. Lakin Fərid ona iranlının göndərdiyi bağlamada nə olacağını dedəmiş. Onların avtombili olmadığı üçün tanışları Təqsirləndirilən şəxs3 Sabirabad rayonu, Bulaqlı kəndində yerləşən “Dostluq” kafesinə onları aparmalarını xahiş etmişlər, Murtuza da onları aparacağına razılıq vermişdir. X14 kəndinə nə üçün gedəcəkləri barədə heç bir söz deməmişlər. Fəridin dediyi əraziyə çatdıqdan sonra o və Fərid, təbii ehtiyyaclarını ödəmək adı ilə avtombildən düşmüşlər, bu zaman polis əməkdaşları onları saxlamışlar, Murtuza orada səs-küy düşdüyünü görüb qorxaraq qaçmışdır. Sonra polis əməkdaşları həmin əraziyə bağlama gətirərək onlara məxsus olmasını deyib onları döymüşlər, onlar da məcbur olub bağlamanın onlara məxsus olmasını bildirmişlər. Heç bir günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, 2023-cü ilin iyun ayında Fərid Hadinin ona Sabirabad rayonu Bulaqlı kəndində “Dostluq” kafesinin yanında yol kənarına içərisində narkotik vasitə olan bağlamaları qoyduğunu, həmin narkotik vasitəni götürüb, deyəcəyi ünvana aparacağı halda, bunun qarşılığında ona 2500 manat pul verəcəyini təklif etmişdir. Fərid ona birlikdə həmin narkotik vasitəni götürüb təyinatı üzrə lazımi yerə aparıb, iki nəfərə 2500 manat pul qazanacaqları və həmin pulu 1250 manat olmaqla yarıya böləcəyini təklif etmiş, o, da razılaşmışdır. 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Fəridlə Sabirabad şəhərində görüşmüşdür. Avtomobilləri olmadığı üçün Təqsirləndirilən şəxs3 zəng edərək, onları Sabirabad rayonu Bulaqlı kəndində yerləşən “Dostluq” kafesinə aparmasını xahiş etmişlər. Murtuza da razılaşmış və Murtuzanın idarə etdiyi “Niva” markalı avtomobillə Sabirabad rayonu Bulaqlı kəndinə, iranlının göndərdiyi istiqamət üzrə hərəkət etmişlər və saat 05 radələrində Hadinin göndərdiyi narkotik vasitənin olduğu Sabirabad rayonu Bulaqlı kəndi ərazisində olan yerə gəlib çatmışlar. O, və Fərid narkotik vasitəni götürmək üçün Bulaqlı kəndinə getdiklərini Murtuzaya bildirməmişlər, hadisə yerinə çatdıqda, tualetə getmək adı ilə Murtuzadan maşını saxlamasını xahiş etmişlər, sonra avtomobildən düşərək o, avtomobildən düşmüş və yaxınlıqda dayanaraq ətrafda kiminsə olub-olmamasına nəzarət etmiş, Fərid isə bir qədər irəli getmişdir. Murtuza isə bu zaman avtomobildə əyləşərək maşından düşməmişdir. Fərid yerdə olan 01 ədəd qara sellofan bağlamanı götürmüşdür. Bu zaman polis əməkdaşları Fərid və onu tutmuşlar, Murtuza da avtomobili hərəkətə gətirərək hadisə yerindən uzaqlaşmışdır. Baxış keçirilərkən torbanın içərisində 03 ədəd iri bağlamalarda qurudulmuş marixuananın olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həbsdə olduğu vaxtı Təqsirləndirilən şəxs3 onun atasından ona istintaq işində köməklik etmək adı ilə 1500 manat pul alıb qaytarmadığı üçün əsəbləşdiyindən istintaq zamanı Təqsirləndirilən şəxs3 da onlarla birlikdə bulaqlı kəndinə bağlama götürmək üçün getmələrindən məlumatının olmasın barədə ifadə vermişdir. Lakin həmin ifadələri düzgün deyildir, həqiqəi əks etdirmir. Qoca atasını aldadaraq pul aldığı üçün qərəzli olaraq belə ifadə vermişdir. Hadisə yerində tutulanda və ilkin ifadələrində də göstərmişdir ki, Murtuzanın bağlamadan xəbəri olmamışdır, yalnız tutulandan 7 ay sonra Murtuza atasını aldadaraq pul aldığı üçün yalandan güya Murtuzanın da bağlamadan xəbəri olması barədə ifadə vermişdir. Sonradan Murtuza atasından aldığı pulu qaytarmışdır. Tutulandan sonra atası Nəcəfquluya heç vaxt təcridxanadan zəng edərək Murtuzanın bağlama barədə məlumatı olmasını deməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onların məhkəmə baxışı zamanı verdiyi ifadələrində “İranlı Hadinin göndərdiyi selofan torbada narkotik vasitə olmasından məlumatsız olmaları, Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən heç bir bağlama götürmədikləri, baxış keçirilən zaman bağlamalarda olan narkotik vasitələrinin həmin yerə polis əməkdaşlarının gətirdiyini, polislər tərəfindən döyüldükləri üçün məcbur qalıb bağlamaların özlərinə məxsus olmasını etiraf etməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özlərini müdafiə xarakteri daşıyır, onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs1 və rayonun Yolçubəyli kənd sakini Təqsirləndirilən şəxs2 tanıyır. 07 iyun 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs2 ona zəng vuraraq onu və Fəridi avtomobili ilə bir yerə aparmağı xahiş etmişdir. Şəhər mərkəzində Aydın və Fəridlə görüşmüş, hara və nə üçün gedəcəklərini soruşduqda Aydın Sabirabad rayonu Bulaqlı kəndinə gedəcəklərini, orada işlərinin olduğunu demişdir, avtomobili idarə edərkən avtomobilin motorxanasında nasazlıq olduğunu bilmiş, belə ki, motordan radiatora yağ sıçradığı üçün avtomobili çox sürməmək qərarına gəlmişdir. Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Qlobus” deyilən dairəvi yolun kənarında tanışı Elvinə məxsus ağ rəngli “Niva” markalı avtomobili görmüşdür. Buna görə də Elvinə zəng edib Elvinin harada olmasını və avtomobilin lazım olduğunu demişdir. Elvin isə rayon ərazisində olduğunu və avtomobilin açarını Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən “Muğan” oteldən götürə biləcəyini demişdir. O da öz avtomobilini idarə edib Muğan otelin qarşısında saxlamışdır. İlk əvvəl avtomobildən düşüb “Muğan” otelə yaxınlaşıb oradan avtomobilin açarını götürmüşdür. Sonra öz avtomobilini otelin qarşısında saxlamışdır. Aydın və Fərid isə onun avtomobilinin yanında dayanmışlar. O, taksiyə minib “Qlobus” deyilən dairəvi yola gəlmişdir. Orada Elvinə məxsus ağ rəngli “Niva” markakı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilə minib Muğan otelin qarşısına gəlmişdir. Aydın və Fəridə isə avtomobilə minmişlər. Fəridin telefonuna zəng gəlmiş, bundan sonra Bulaqlı kəndində yerləşən “Dostluq” restoranının yanına getməyi xahiş etmiş, həmin yerdə onu gözləyən şəxslə görüşüb qayıdacağını bildirmişdir. Birlikdə avtomobili idarə edib “Dostluq” restoranına tərəf getmişlər. Restorana çatmağa təqribən 200 metr qalmış Fərid ona demişdir ki, “ayaq yoluna” getmək üçün avtomobili yol kənarındakı fəaliyyət göstərməyən yanacaq doldurmaq məntəqəsinin qarşısında saxlasın. O da avtomobili deyilən yerdə saxlamışdır. Aydın və Fərid tualete getmək üçün hər ikisi avtomobildən düşmüşlər. O da avtomobildə oturub gözləmişdir. O, həmin vaxt kənardan başqa şəxslərin gəldiyini və səs-küy yarandığını görmüşdür. Bu zaman o, polis əməkdaşlarının Aydın və Fəridi tutduğunu görmüşdür. O da qorxduğu üçün avtomobili dərhal idarə edib oradan uzaqlaşmışdır. Məhkəmə baxışında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 tutulandan sonra 2023-cü ilin iyul ayında (dəqiq günü xatırlamır) Aydının atasından Aydına cinayət işində köməklik etmək adı ilə 3 dəqə 500 manat olmaqla, ümumilikdə 1500 manat pul almışdır. Lakin pul almasına baxmayaraq Aydına heç bir köməklik edə bilməmişdir. Pulu da qaytarmağa imkanı olmamış, ona görə də Aydının atası Nəcəfqulu bu barədə şikayət etmiş, Aydın isə qərəzli olaraq güya onun da narkotik barədə məlumatı olması barədə ifadə vermişdir. Dəqiq tarixini xatırlamır, lakin aldığı 1500 manat pulu Nəcəfquluya qaytarmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmaları barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qurupu yaradılmışdır. Bundan sonra həmin şəxslərin ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün qeyd olunan şəxsləri Sabirabad rayonu Bulaqlı kəndində yerləşən işləməyən yanacaq doldurma məntəqəsinin yaxınlığında müşahidə etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşmüş, Təqsirləndirilən şəxs3 isə sükan arxasında qalmışdır. Polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt ağ rəngli “Niva” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs3 avtomobili işə salıb uzaqlaşmışdır. Həmin vaxt polis əməkdaşları hadisə yerində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxınlaşmış, təqdim olunmuş müdafiəçinin iştirakı ilə hər ikisinin üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təklif etmişdir ki, üzərilərində qanunla qadağan olunmuş əşya və predmet varsa, təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əlində olan 01 ədəd polietilen torbada narkotik vasitə var. Həmin polietilen torba müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman, içərisində hər birinin üzəri yapışqan lentlə bağlanmış 03 ədəd polietilen torba bağlamalar aşkar olunmuşdur. Həmin 03 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 həmin kütlələri Hadi adlı İran İslam Respublikasının vətəndaşı ilə danışaraq əldə etdiyini bildirmişdir. Aşkar olunanlarla bağlı protokol tərtib edilmiş iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışında verilmiş suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs3 rayon ərazisində «Əmbək» ləqəbi ilə tanındığını, hadisə günü gecə saatlarında Murtuzanın göy rəngli Niva markalı avtombil idarə etdiyini, sonra iz itirmək üçün Murtuza artıq başqa maşın idarə etdiyini görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Sabirabad rayon Polis şöbəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Aydın Evazov onun oğludur. Oğlu Aydın tutulduqdan sona, 2023-cü ilin iyul ayında Təqsirləndirilən şəxs3 ondan avtombilinin sənədlərini düzətdirmək, avtombilini satdıqdan sorna pulunu qaytaracağı və Aydına cinayət işi ilə bağlı köməklik edəcəyini bildirərək 1500 mant pul almışdır. Bir müddət keçdikdən sonra Murtuza onun pulunu qaytarmadığı üçün polisə şikayət etmiş, polisə şikayət etdikdən sonra Murtuza onun pulunu qaytarmışdır. Aydın və Fəridin tutlmasının, onların narkotik götürməsinin, Murtuzanın həmin cinayətdə iştirakının şahidi olmamışdır. Oğlu ilə təcridxanada danışarkən Murtuzanın narkotikdən məlumatı olması barədə Aydın ona heç bir söz deməmişdir. Oğlu Aydın tutularkən Murtuzanın da onlarla birlikdə narkotik vasitə dalınca getməsi, onun da həmin ərazidən bağlama götürəcəklərindən məlumatının olması barədə heç bir ifadə verməmişdir. Müstəntiqə yalnız Murtuzanın ondan 1500 manat alması barədə ifadə vermiş, ifadəni müstəntiq latın qrafikası ilə yazmış, həmin qrafika ilə oxuya bilmir, müstəntiqin deməsi ilə ifadəsinin sonunu imzalamışdır. Lakin dəqiqliyi ilə birdirir ki, Murtuzanın sözü gedən narkotik barədə məlumatı olmasına dair ifadə verməmişdir. Şahid4 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, oğlu Aydın həbs olunduqdan sonra o, mütəmadi istintaq təcridxanasına gedərək oğluna təmiz paltarlar və müxtəlif ərzaq malları aparmışdır. O, istintaq təcridxanasında oğlu Aydınla danışarkən Aydın ona bildirmişdir ki, Təqsirləndirilən şəxs3 və Fəridlə birlikdə narkotik vasitənin arxasınca getmişlər. Həmin vaxt onların üçü də narkotik vasitənin həmin yerə qoyulacağını və bunun müqabilində də İran İslam Respublikasının vətəndaşı tərəfindən onlara ümumilikdə 2500 manat pul veriləcəyini bildirmişdir. Lakin polislər gəldiyi üçün Aydın və Fərid tutulmuş, Murtuza isə qaça bilmişdir. O, bunu öyrəndikdən sonra Aydından nə üçün narkotik vasitənin arxasınca getmələrindən Murtuzanın da xəbəri olsa da, İstintaq bölməsində müstəntiqə verdiyi ifadəsində guya ki, Murtuzanın həmin narkoitk vasitədən xəbərinin olmaması barədə ifadə verdiyini soruşduqda, Aydın cavabında ona demişdir ki, Murtuza ona və Fəridə söz vermişdir ki, kömək edəcək və barələrində olan cinayət işini xitam etdirəcək. İş üzrə şahid qismində çağırılmış Şahid5 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və CPM-in 20-ci maddələrinə əsasən oğlu olan Təqsirləndirilən şəxs2 qarşı məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadədə o, göstərmişdir ki, oğlu Aydın, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə 07 iyun 2023-cü il tarixdə rayonun Bulaq kəndi ərazisində narkotik vasitəm əldə etmək üçün həmin yerə getmişlər. Onları Bulaqlı kəndinə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə aparmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəldiyi üçün Təqsirləndirilən şəxs3 hadisə yerindən qaçmış, oğlu Aydın və Fərid hadisə yerində polislər tərəfindən tutulmuşlar. Bundan sonra oğlu Aydın və Fərid barəsində həbs seçilmişdir. 2023-cü ilin iyul ayında Murtuza əri Şahid4 oğluna zəng edərək, özünə məxsus avtomobilini təmir etdirib satacağını və əldə edəcəyi pulla Aydın və Fəridin cinayət işinə kömək edəcəyini bildirmiş, bu minvalla Murtuza Nəcəfquludan üç dəfə, hər dəfəsində də 500 manat olmaqla, ümumilikdə 1500 manat pul almış, lakin ondan sonra Murtuza Nəcəfqulunun zənglərini açmadı və Nəcəfqulunun onunla əlaqə saxlaya bilmədi. Nəcəfqulunun Murtuzadan pulunu tələb etdiyinə görə Murtuza pulu geri qaytardı, lakin Murtuza Aydına cinayət işinə kömək edəcəyinə dair yalan vəd versə də, heç bir köməklik etmir. Özü və əri Şahid4 işləmirlər, Aydının da ailəsi var, həyat yoldaşı işləmir və uşaqları balacadır, yeganə gəlir mənbələri Aydın olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/601 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1. Tədqiqata təqdim olunmuş hər birinin üzərində ağ kağızda: “Təqsirləndirilən şəxs1 üzərində şəxsi...” sözləri yazılmış və imzalar olan 03 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamalardakı ayrıayrılıqda təmiz çəkiləri – 4080,0 qram; 4280,0 qram; 4965,0 qram; ümumi çəkisi – 13325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmu marixuanna 13324,7 qram. Rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatıqın dəyəri 49 (qırx doqquz) 74 (yetmiş dörd) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5781 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 919 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli videkoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 əlində olan 01 ədəd qara rəngli polietilen torbadan hər birinin üzəri yapışqan lentlə bağlanmış, ayrı-ayrı 03 ədəd polietilen torba bağlamalardakı ayrı-ayrılıqda təmiz çəkiləri 4080,0 qram; 4280,0 qram; 4965,0 qram, ümumi çəkisi – 13 kiloqram 325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli «mobil telefona baxış keəçirilməsi haqqında» protokoldan görünür ki, üzrə Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Samsung” markalı mobil telefona iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə tərəfimdən baxış keçirildi. Telefonun “Whatsapp” proqramına baxış keçirilərkən həmin proqramın «söhbətlər» bölməsinə baxdıqda «Turkiye» adı ilə qeyd edilmiş +98 914 701 46 71 saylı mobil nömrə ilə aşağıdakı tarixdə, müddətdə və növdə danışıqların olması məlum oldu: Tarix Saat İsmarışın növü Göndərən Məzmun Bi dənə çörəkli iş var, onu yerbəyer eliyək. Bi qardaşın malı var elə Sabirabaddadır ha, bunun adamı malı aparıb xx.xx.2023 22:47 Səsli Hadi ayrı yerə, onu götürüb oyan buyan edək, onu ayrı yerə götürək qoyaq pul alaq, pul vurulacaq sənin kartına, səninlə də mən yarı olacıyıq Salam qaqa, nətərsən nə var Təqsirləndirilən nə yox? Hə problem yoxdur, xx.xx.2023 23:31 Səsli şəxs1 nağayraq, nətər eliyək de eliyek, nətər deyirsən eliyərik. Səs ver, Sabirabaddasan hə ya yox, onu mənə bir kəlmə xx.xx.2023 23:33 Səsli Hadi de biraz tez elə ha başına dönüm uşaq yol pulunu çəkib, yəni mal oturub orda Hə qaqaş, Sabirabaddayam, Təqsirləndirilən xx.xx.2023 23:34 Səsli problem yoxdu da, nətər şəxs1 deyirsən elə eliyək. Fərid, bilirsən də nə var mən Gürcüstanda o boyda türmədə qlamışam, Sabirabadda 10 qardaş tanıyıramsa, bir dənə sənə inamım var, yəni hamısını xx.xx.2023 23:35 Səsli Hadi səninlə tanımışam. Bu çörəkli işdir, belə iş elə sən də çörək ye, mən də. Yəni pula yıxacam pul götürəcəyik ya mal götürəcəyik. Özün də Bakya gəl ev tut, mal verim payla Problem yoxduye, qardaşım, narahat olma sən bilirsənki yəni mən elə adam döləm, narahatçılıq yoxdu. Mən indi Təqsirləndirilən rayondayam, xx.xx.2023 23:35 Səsli şəxs1 Sabirabaddayam. Nağarmaq lazımdı denən həll eliyək, narahat olma. Qalan nədi nə deyil, yəni nətər deyəssən elə də eliyəciyik. Qardaşım, yox ee yola salmaq lazım deyil, indi xx.xx.2023 23:42 Səsli Hadi konum şəkil atıram, get malımızı götür apar qoy evə, biri də bilməsin haa, sən setdə deyildin, o qardaşa yığdım dedim Fəridi oyat, gör yatıbsa ona yaz setə gəlsin. Götürəcəksən malı, aparıb qoyacaqsan evə Allah əmanəti o mal səndə olacaq. Yəni sənin sözünün üstünə mən burda hesab gedirəm. özün də məni azdan-çoxdan neçə illərdir tanıyırsan. Özün bilirsən mən Quluya o boyda mallar vermişəm. yarım kiloyla mallar verirdim. Yəni Sabirabadda çox uşaq məni tanıyır da, yəni elə sənnən 1500-cən 2000-cən iş görmüşəm. Quluynan amma 7000-cən 6000-cən iş görmüşəm özün gəşəng bilirsən. Yəni mən onları sənnən tanımışam, mən səsə təklif eliyirəm, güvənim sənə var. Apar qoy evə, səhər inşaAllah dalınca ya maşın yollayacam ya özün çıxacaqsan Bakıya. 8 kilo maldı. 6 kilo nəşədi, 1 kilo daşdı 1 kilo torpaqdı. Həə, bildim qardaşım, heçbişey, əmanətə xəyanət Təqsirləndirilən xx.xx.2023 23:44 Səsli yəni bilirsən də nə deməydi. şəxs1 Atginan, görüm haradı, nətərdi Fərid, bidənə şəxsiyyət vəsiqəni at mənə, apar malımızı götür evə qoy, səhər yuxudan duranda deyəcəm xx.xx.2023 23:45 Səsli Hadi hara aparmaq lazımdı malı. Ya pul alacayıq, ya da mal götürəcəyik. Səni mən Hadi yolluyuram narat olma, bilirəm əlin aşağıdı Təqsirləndirilən Həə, heçbişey, qaqa indi xx.xx.2023 00:00 Səsli şəxs1 atıram. Fərid, ayda 3 dəfə əmanəti ora-bura aparsaq bizim bəsimizdi. Yəni sənə deyim, birdən ayda 20 kiloynan xx.xx.2023 01:10 Səsli Hadi əmanəti çatır. Sən mnə deyənə bax, gör sənə 2 günə, 3 günə 1 aya maşın da, ev də aldırıram yoxsa yox. Gördün Quluya Bakıdan o boyda ev götürmüşdük 18000ə. Mənfəətimizlə götürmüşük dəə. Həə, bildim qaqa, problem yoxduye brat, prosta qorxuram yetim adamam. əgər orda nəsə problemli iş varsa onu mənə de. Qalan şeylərdən narahat olma, özün bilirsənki məndə problem yoxdu. Əsas oduki mən onu götürüm problem olmasın, yoxsa başıma iş gələr, mən Təqsirləndirilən onunla da gedərəm əbədi xx.xx.2023 01:13 Səsli şəxs1 yəni özün bilirsən. Bidə ki qaqa mən onu götürdüm gətirdim saxladım evdə, sora apardım şəhərə, mənim haqqım nə olacaq, mənə nə veriləcək, yoxsa mən elə bunu aparıb çatdıracam, mənə ordan filan qədər 5 manat 3 manat pul veriləcək? Mənə onu de də mən də işimi bilim. Fərid, əgər bu fikirdəsənsə, burax ayrı adam fikrində olum. Mən bilirəm ki, sənin əlin xx.xx.2023 01:15 Səsli Hadi aşağıdı ona görə sənə deyirəm. əgər belə fikirrəşirsənsə, burax ayrı adam fikrində olum. Yoxee qaqa, mən pula görə demirəmee, mən billəm ki orda çörəyimiz olacaq sənni- Təqsirləndirilən mənni. Mən deyirəm ki, yəni xx.xx.2023 01:16 Səsli şəxs1 bu adam təmiz adam olsun daa, sora gedib poxa düşməyim dəə. Mən belə hazıram səni gözləyirəm. Aydındı, indi 5000 alsam, 2500 sənindi, 2500 mənimdir. Ya 5000lik mal götürəcəyik, ya 5000lik mal alacıyıq. O xx.xx.2023 01:29 Səsli Hadi 5000dən də əlavə sənə deyəcəm, hərəsinin üstünnən götürəcəksən, diyəcəm qaydasını Qardaş hazırlığın olsun haa 5 xx.xx.2023 01:54 Səsli Hadi dəqiqəyə şəkil konum gəlir. Təqsirləndirilən xx.xx.2023 01:59 Yazışma Ok şəxs1 Sabirabaddan Bakiya xx.xx.2023 02:00 Yazışma Hadi gedəndə Dostluq restoranına çatmamış yolun sağında işləməyən qaz zaprafkasında. Allah xeyrini versin atdım xx.xx.2023 02:01 Səsli Hadi başına dönüm sənin Təqsirləndirilən xx.xx.2023 02:01 Səsli Oldu qardaşım, gedirəm şəxs1 Fərid, bşına dönüm nə elədin? əlini at get götür çıx xx.xx.2023 02:57 Səsli Hadi get oyana, vallah mən tay oyana buyana qədəmləməkdən öldüm. Təqsirləndirilən Fso qaqa başa düşdüm, xx.xx.2023 02:58 Səsli şəxs1 düşürəm uje götürməyə. Fərid, sən balanın canı xx.xx.2023 03:14 Səsli Hadi buların yanında mənim abrımı niyə aparırsan? Fərid, o 8 kilo ki demişdime sənə, bax həmin sumkanın içində 5 kilo da var idi, onu da xx.xx.2023 03:29 Səsli Hadi Lökbatanın kruqunda bi yer var atassan ora qardaş var gəlib o götürəcək. Fərid, o səni oyatdı ha, o xx.xx.2023 03:31 Səsli Hadi kimdi? Fərid gördün də Qulu başıma nə iş gətirdi. xx.xx.2023 03:41 Səsli Hadi Fərid, mənə bir səs ver dəə İş materiallarında olan 07 iyun 2023-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qəraradan görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 13347,7 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və Sabirabad RPŞ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs olunmasının əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axatarış elan edilməsi haqqında” qərarla barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 25 noyabr 2023-cü il tarixli «axtarışda olan şəxsin tutulması barədə» prtokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 23:00 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs3 barəsində həbs olunmasının əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə Sabirabad Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli «həbs qətimkan tədbirinin seçilməsi haqqında» qərarı ləğv edilərək Təqsirləndirilən şəxs3 həbsdən azad olunmuşdur. İş materiallarında olan 30 noyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs3 barəsində həbs olunmasının əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Muradov X2 şəhəri Q.Namazəliyev küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 2013-cu ril təvəllüdlü X8, 2015-ci il təvəllüdlü X11 adlı azayaşlı uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad rayonu, Yolçubəyyli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Eyvazov X3 rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2009-cu il təvəllüdlü X15 bir yetkinlik yaşına çatmayan, xx.xx.2011-ci il təvəllüdlü X9 adlı bir azayaşlı uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad rayonu, Cavad kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Qasımov X6 rayonu Cavad kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2003-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmış və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir azyaşlı oğlundan ibarətdir, barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 22 fevral 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuannanın mənbəyini müəyyən etmək üçün cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş sübutların əldə olunmasının qanunsuzluğu mübahisələndirilmədiyi, eləcə də, məhkəmə baxışı zamanı belə bir hal olmadığından, məhkəmə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələsinə keçir. Azərbaycan Respublikası CPM-in 139.0.1, 139.0.2, 139.0.3, 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı “cinayət hadisəsinin baş vermə faktı və halları”, “şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri”, “cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi” yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə cinayət-prosessual qanunun qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, həqiqətin müəyyən edilməsi üçün iş üzrə toplanmış sübutların yoxlanılması və qiymətləndirilməsi məhz həmin normalarda müəyyən edilmiş ardıcıllıqla, yəni birinci mərhələdə cinayət hadisəsinin mexanizmi, yəni cinayət hadisənin müəyyən edilməsi, müsbət halda təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsinin olub-olmaması, əlaqə müəyyən edilərsə, ikinci mərhələdə cinayət qanunu ilə qadağan olunmuş hansı əməlin baş verməsi və təqsirləndirilən şəxslərin təqsirliliyinin müəyyən edilməsi (hüquqi tövsif) təhlil edilməlidir. Cinayət hadisəsinin baş vermə faktını və mexanizmini təsdiq edən sübutlar: Məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla - təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, iş üzrə dindirilmiş şahidlər, eləcə də iş materiallarında olan protokollar və eksper rəyləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik vasitələrin əldə edilməsi, daşınması və satışı məqsədilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlib, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxs və qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu, Bulaqlı kəndi ərazisindən keçən hissəsində yol kənarındakı yarımçıq tikilidəki gizlədib yerləşdirərək, aralarında olan cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitənin yerinin fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olan telefonun “Whatsapp” proqram təminatına göndəriləndən sonra, narkotik vasitəni həmin yerdən qanunsuz olaraq əldə etmək məqsədi ilə cinayətdən xəbərsiz olan tanışları Təqsirləndirilən şəxs3 avtomobilindən istifadə etmək üçün sonuncudan onları Sabirabad rayonu, Bulaqlı kəndi ərazisində yerləşən “Dostluq” kafesinə aparmasını xahiş etməklə, 07 iyun 2023-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi “Niva” markakı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayonun Bulaqlı kəndinə gəlib, “Dostluq” kafesinin yaxınlığında olan yarımtikilinin yanında təbii ehtiyyaclarını ödəmək adı ilə avtomaşını hərəkətinin dayandırılmasına nail olub, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşmüşlər, sonuncu ətrafda başqa şəxslərin olub-olmadığına nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə asfalt yolun kənarında yerləşən yarımçıq tikilidə gizlədilmiş 1 ədəd polietilen torbada, külli miqdarda təmiz çəkisi – 13325,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb hadisə yerindən uzaqlaşmaq istəyərkən, Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmışlar, həmin gün, saat 06:50-də şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əlində olan 01 ədəd qara rəngli polietilen torbadan hər birinin üzəri yapışqan lentlə bağlanmış, ayrı-ayrı 03 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4080,0 qram; 4280,0 qram; 4965,0 qram, ümumi çəkisi – 13 kiloqram 325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət hadisəsi ilə əlaqəsininin olub- olmamasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət təqibi başlanan vaxtdan, eləcə də, əməliyyat orqanı tərəfindən hadisə yerində saxlanıldığı andan hadisənin yuxarıda təsvir edilmiş qaydada baş verməsini, yəni İranlı “Hadi” adlı İran vətəndaşı ilə danışıqlar aparılması, içərisində narkotik vasitə olan bağlamının yerinin müəyyən edilməsi, həmin cinayət hadisəsini törətməkdə təqsirlərini etiraf etmişlər. Onların ibtidai istintaq zamanı əməllərini etiraf etmələri iş üzrə digər sübutların – şahidlərin, həmçinin digər Təqsirləndirilən şəxs3 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələr, iş materiallarında olan prtokollar və ekspert rəylərinin məcmusu ilə təsdiq edilir. Məhz qeyd olunan sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq cinayət hadisəsi ilə birbaşa əlaqəsinin olmasını təkzibedilməz formada şərtləndirir. Təqsirləndirilən şəxs3 cinayət hadisəsi ilə əlaqəsininin olub- olmasının işin faktiki halları baxımından qiymətləndirilməsi: Təqsirləndirilən şəxs3 saxlanıldığı vaxtdan digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətkar niyyətindən və hərəkətlərindən tamamilə məlumatsız olmasını bildirmiş, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai araşdırma, həm də, məhkəmə baxışı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 hadisə yerinə nə səbəbə getməsini bilməməsi, həmin əraziyə onların xahişi ilə onları sürücü kimi aparmasını bildirmişlər. İbtidai araşdırma dövründə toplanmış və məhkəmə istintaqında tədqiq olunmuş yuxarıda qeyd olunan sübutlar narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin baş verməsini təsdiq etsə də, həmin cinayət hadisəsi ilə Təqsirləndirilən şəxs3la əlaqəsini nəinki təsdiq, hətta təkzib etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi «Merabişvili Gürcüstana qarşı» işi ilə bağlı qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan” sübut standartın cavab verən sübuta əsaslanmalıdır. Belə ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartına əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə tərkibi qeyd olunan hüquqi mövqenin işığında işin faktiki halları təhlilini apararaq hesab edir ki, ittiham orqanı Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət hadisəsi ilə əlaqəsinin olması ilə bağlı gəldiyi qənaəti hər hansı sübutla deyil, yalnız təkzib oluna bilən ehtimala və şübhəyə, yəni onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Sabirabad rayonu, Bulaqlı kəndi ərazisinə hadisə yerinə gəlməsi halına və Təqsirləndirilən şəxs2 İbtidai istintaq zamanı əlavə ifadəsində “Təqsirləndirilən şəxs3 narkotik barədə məlumatı olması” bildirməsinə əsaslanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı əlavə ifadəsini müqayisəli tətqiq edərək hesab edir ki, onun ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsində “onun və Fəridin narkotik vasitənin arxasınca getdiklərini Təqsirləndirilən şəxs3 da bilmişdir. Fəridin və onun barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və onlar istintaq təcridxanasına göndərilmişlər. Həmin zaman Murtuza onunla əlaqə saxlamış və bildirmişdir ki, adını polisə deməsin və ifadə verərkən guya ki, onun narkotik vasitədən xəbəri olmadığını desin. Belə olan halda, Murtuza onun və Fəridin barəsində olan cinayət işini polis şöbəsində həll edəcəyi və onun ailə üzvlərinə pul göndərib köməklik göstərəcəyini öhtəsinə götürmüşdür. Lakin Murtuza bu vədinə əməl etməmiş və onu aldatmışdır” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs2 hadisə yerində tutulandan sonra şəxsi axtarış və baxış keçirilməsi, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən məlumatı olmaması, sadəcə onun xahişi ilə sürücü kimi onu və Fəridi idarə etdiyi avtomobillə hadisə yerinə apardığını, narkotik götürülməsi məsələsindən məlumatsız olmasını bildirmişdir. Və yalzın hadisənin üzərindən 8 aya yaxın müddət keçdikdən sonra, əlavə ifadə verərək “Murtuzanın da hadisə yerinə narkotik götürməsi üçün getmişdir” sözlərini bildirmişdir. Lakin məhkəmə istintaqı zamanı sözü gedən ifadəni qərəzli olaraq, Murtuzanın onun atası Nəcəfquludan 1500 manat aldadaraq aldığına görə verdiyini bildirmişdir. Əslində isə Murtuzanın narkotik götürülməsindən məlumatı olmamışdır. Həmçinin, məhkəmə nəzərə alır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər arasında keçirilən üzləşdirmə zamanı, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 narkotik vasitə barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs3 da, ibtidai istintaqda üzləşdirmə zamanı sadəcə sürücü qismində Təqsirləndirilən şəxs2 xahişinə görə, sonuncu və Təqsirləndirilən şəxs1 hadisə yerinə idarə etdiyi avtomobillə aparmasını, narkotik vasitələrdən məlumatı olmaması, narkotik vasitə əldə etmək məqsədi olmamasını Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. Şahid4 və Şahid5 da ifadələrində Təqsirləndirilən şəxs3 övladları Təqsirləndirilən şəxs2 istintaqda işinə köməklik etmək adı ilə 1500 manat almasını, lakin bunun müqabilində heç bir köməklik göstərmədiyini bildirmişlər. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində “istintaq təcridxanasında oğlu Aydınla danışarkən, oğlu bildirmiş ki, Murtuza və Fəridlə narkotik əldə etməyə getmişlər, onların üçü də narkotik vasitənin həmin yerə qoyulacağı və bunun müqabilində onlara 2500 manat pul veriləcək” sözləri qeyd edilmişdir. Lakin məhkəmə baxışı zamanı Şahid4 qeyd olunan sözləri ifadəsində demədiyini, sadəcə Murtuzanın ondan oğluna koməklik etmək adı ilə 1500 manat almasını bildirdiyini, müstəntiq tərəfindən yazılan ifadəni oxumadığını, belə ki, latın qrafikası ilə oxuya bilmədiyini, sadəcə ifadəsinin sonunu imzaladığını bildirmişdir. Məhkəmə baxışı zamanı qeyd olunan ifadə tədqiq edilmişdir, belə ki, həmin ifadə 07 yanvar 2023-cü ildə alınmış, ifadədə müstəntiq tərəfindən “Təqsirləndirilən şəxs2 istintaqa verdiyi əlavə ifadəsində Təqsirləndirilən şəxs3 həqiqətən də narkotik vasitənin arxasınca getmələrindən məlumatının olduğunu və hətta əldə edəcəkləri gəliri də üç nəfər arasında bərabər böləcəyini bildirdi. Eyni zamanda Aydın ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onu və Fəridi aldadaraq guya ki, barələrində istintaq olunan cinayət işinə kömək edəcəyinə dair vəd verdiyini və bu səbəbə görə də Aydın ilkin ifadələrində Murtuzanın narkotik vasitədən xəbərinin olmadığını bildirdiyini demişdir. Bu barədə nə deyə bilərsiniz?” sözləri ilə sual verilmişdir. Halbu ki, müstəntiq tərəfindən qeyd olunan həmin “əlavə ifadə” Şahid4 ifadəsindən yalnız 18 gün sonra, 25 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 alınmışdır. Bu halda onu göstərir ki, ibtidai istintaq orqanı Şahid4 yönəldici sual verməklə Təqsirləndirilən şəxs3 qarşı ifadə alınmasına nail olmuşdur. Həmçinin, Şahid4 ifadəsində Təqsirləndirilən şəxs3 qarşı narkotik vasitə barədə göstərilən xüsusatlar onun özü tərəfindən deyil, oğlu Təqsirləndirilən şəxs2 sözlərindən verilmişdir. CPM-in 126.3-cü maddəsinə əsasən şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 Şahid4 sonuncunun oğlu barəsində istintaq olunan işlə bağlı köməklik edəcəyinə dair vəd verərək 1500 manat almış, pul tələb olunanda isə ilk olaraq qaytarmamış. Nəticədə Təqsirləndirilən şəxs2 əlavə ifadəsində, atası Şahid4, anası Şahid5 ibtidai istintaq zamanı qərəzli olaraq Təqsirləndirilən şəxs3 narkotik əldə etmək məqsədi ilə hadisə yerinə getdiyini bildirmişlər. Lakin sözü gedən 1500 manat qaytarılandan sonra Təqsirləndirilən şəxs3 narkotik barədə məlumatının olmamasını bildirmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi əlavə ifadəsində, atası Nəcəfquqlu Eyvazov və anası Şahid5 da ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdikləri “Aydın və Fəridin narkotik vasitənin arxasınca getdiklərini Təqsirləndirilən şəxs3 da bilmişdir. İranlı tərəfindən veriləcək 2500 manat da bərabər olaraq üçünün aralarında bölünəcəkdir” xüsusatı qərəzli olmaqla, obyektiv deyil, işin faktiki hallarına uyğun deyildir və yuxarıda qeyd olunan hallarla təksib edilir. Odur ki, həmin xüsusatları məhkəmə sübut növü kimi qəbul etmir. Həmçinin, məhkəmə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 “Təqsirləndirilən şəxs3 hadisə günü gecə saatlarında göy rəngli Niva markalı avtombil idarə etdiyini, sonra iz itirmək üçün Murtuzanın artıq başqa maşın idarə etdiyini görməsi” xüsusatını da tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 hadisə günü həmin ərəfədə öz avtomobilinin mühərrikində nasazlıq yarandığı üçün avtomobili saxlamış və tanışının avtomobilini götürərək idarə etdiyini bildirmişdir. Bu hal digər təqsirləndirilən şəxslər tərəfindən də təsdiq edilir. Bundan əlavə şahidin göstərdiyi “iz itirmək məqsədi ilə avtomobili dəyişdirməsi” xüsusatı özü özlüyündə Təqsirləndirilən şəxs3 cinayət hadisəsinə aidiyyəti olmasına dair hər hansı bir sübutedici rol oynamır və məhkəmə qeyd olunan xüsusatın sübut gücünə malik olmaması nəticəsinə gəlir. Həmçinin, istintaq orqanı nəzərə almamışdır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Beləliklə, məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında toplanmış sübutlar əsasında Təqsirləndirilən şəxs3 törədilmiş cinayətə aidiyyəti müəyyən edilmir, əksinə, həmin sübutlar onun təqsirsizliyinə dəlalət etdiyindən məhkəmə kollegiyası bu sübutları müqayisəli şəkildə araşdırmışdır. Məhkəmə sübutları məcmu halında qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə üzrə ittiham tərəfinin təqdim etdiyi yeganə sübut- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sabirabad rayonu. Bulaqlı kəndinə avtombili ilə gətirməsi, onların həmin ərazidən narkotik vasitə əldə etməsi faktı və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi qərəzli ifadəsi, həmçinin ümumiyyətlə narkotik əldə edilməsi hadisəsinə heç bir aidiyyətləri olmayan sonuncunun valideynlərindən alınmış ifadələrdi. Həmin ifadələr yuxarıda qeyd olunan qayda ilə tam təkzib olunaraq məhkəmə tərəfindən sübut kimi qəbuledilməz hesab edilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 verilmiş ittihamda qeyd edilmişdir ki: o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitələrin əldə edilməsi, daşınması və satışı məqsədilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlmiş, İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxs istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə qanunsuz olaraq satış məqsədi ilə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda – 13325,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən hissəsində yol kənarındakı yarımçıq tikilidəki gizlədib yerləşdirərək, aralarında olan cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitə qurudulmuş marixuananın yerinin fotoşəkillərini Təqsirləndirilən şəxs1 istifadəsində olan telefonun “Whatsapp” proqram təminatına göndərmiş, o, İran İslam Respublikasının vətəndaşı “Hadi” adlı şəxsin təlimatı və şifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılması, həmçinin satışının həyata keçirilməsi üçün sonuncunun göndərdiyi külli miqdarda narkotik vasitəni satış məqsədi ilə həmin yerdən qanunsuz olaraq əldə etmək məqsədi ilə 07 iyun 2023-cü il tarixdə saat 05 radələrində yaşadığı Sabirabad rayonu Cavad kəndində yerləşən evdən çıxıb idarə etdiyi “Niva” markakı **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə rayonun Bulaqlı kəndinə gəlmiş, həmin vaxt o, əvvəldən aralarında olan rol bölgüsünə əsasən, avtomobilin sükanı arxasında oturub gözləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni qoyulduğu yerdən götürmək üçün avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 ətrafda başqa şəxslərin olub-olmadığına nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə asfalt yolun kənarında yerləşən yarımçıq tikilidə gizlədilmiş 1 ədəd polietilen torbada, külli miqdarda təmiz çəkisi 13325,0 qram olan narkotik vasitə qurudulmuş marixuananı götürüb avtomobilə doğru hərəkət edərkən hadisə yerinə Sabirabad RPŞ-nin əməkdaşları gəlmiş, bu vəziyyəti gördükdə, o, avtomobili idarə etməklə, hadisə yerindən qaçıb uzaqlaşmış, polis əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi həmin yerdə saxlanılmış, həmin tarixdə saat 06:10 dəqiqədə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əlində olan 01 ədəd qara rəngli polietilen torbadan hər birinin üzəri yapışqan lentlə bağlanmış, ayrı-ayrı 03 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 4080,0 qram; 4280,0 qram; 4965,0 qram, ümumi çəkisi – 13 kiloqram 325,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Verilən ittihamlardan göründüyü kimi, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, praktiki olaraq yalnız onların ad və soyadları dəyişdirilməklə, eyni olan, tamamilə eyni ittiham verilmişdir. Həmin ittihamda ümumiyyətlə Təqsirləndirilən şəxs3 cinayət qanunu ilə nəzərdə tutulmuş hansı ictimai təhlükəli əməli törətməsi, onun tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası ilə müəyyən edilmiş cinayət tərkibinin obyektiv tərəfinə aid olan hansı hərəkətlərin edilməsi və hansı ictimai təhlükəli nəticələrin baş verməsi təsvir edilməyərək, yalnız Təqsirləndirilən şəxs3 tərəfindən cinayət əməllərinin törədilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs3 verilmiş ittihamın başlığında cinayət qanununun maddələrinin dispoziyası təsvir olunmaqla formal olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilməsi qeyd olunsa da, faktiki olaraq təqsirləndirilən şəxsin nədə ittiham olunması göstərilməməklə ona heç bir ittiham verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.2-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bundan əlavə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 3 (a) yarımbəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə məlumatlandırılmaq hüquqlarına malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat verilməsini təmin edir. (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Məhkəmə xüsusilə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 cinayət qanununun maddələri sadalanmaqla formal olaraq ittiham verilməsi, lakin faktiki olaraq onun nədə ittiham olunmasının göstərilməməsi onun əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olmamasının aşkar təzahürüdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Sabirabad rayonu, Bulaqlı kəndinin ərazisinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la gəlməsində narkotik vasitələr əldə etmək niyyəti ittiham orqanı tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik maddələr əldə etmək niyyəti barədə heç bir məlumata malik olmadığını, polis əməkdaşları tərəfindən saxlanıldıqdan qorxduğu üçün ərazidən qaçdığını, həmin ərazidə narkotik vasitə olmasından belə xəbərsiz olduğunu göstərmişdir. Həmçinin, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da eyniliklə həm ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 Sabirabad rayonu, Bulaqlı kəndinin ərazisinə surucu kimi onları aparmalarını xahiş etmələrini, bağlama götürmələri məqsədini Təqsirləndirilən şəxs3 bildirmədiklərini, Təqsirləndirilən şəxs3 həmin bağlamalardan və bağlamalarda olan narkotik maddələrdən məlumatı olmamasını göstərmişdir. İttiham tərəfi bu halları təkzib edən heç bir sübut təqdim etməmişdir. İttiham tərəfi Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Sabirabad rayonu, Bulaqlı kəndinin ərazisinnə həmçinin onun bağlamadan xəbərinin olmamasının inandırıcı və mümkün hesab edilməməsini ittihamın əsası kimi götürmüşdür. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə cinayət əməllərini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi yalnız ehtimallara əsaslanmış, həmin qrup tərəfindən törədilmiş cinayətə münasibətdə onun əlaqəsinin olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən istinad edilən cinayətləri törətməmişdir. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la əlbir olmaması, sonuncunun narkotik vasitələr əldə etməsindən məlumatı olmadığını sübut etmək halı Təqsirləndirilən şəxs3 üzərinə düşmür, bu halın əksini isə sübut etmək ittiham tərəfinin vəzifəsi olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər”. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi və məhkəmədə yoxlanılmış sübutlarla Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayaraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər- hansı bir mötəbər sübuta istinad edə bilməmişdir. Cinayət işinin materiallarında da belə sübut olmadığına görə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalıdır. “Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq, onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə, məhkəmənin hökmü əsaslı hesab olunur. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi Cinayət-Prosessual Məcəllənin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal saxlanıldığı Bakı İstintaq Təcridxanasından həbsdən azad olunmalıdır. Digər təqsirləndirilən şəxslərin əməlinə gəlincə isə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Hadi” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəqurudulmuş marixuananı əldə etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışları iranlı «Hadi» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, daşımış, saxlamışdır. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinci və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdır və həmin şəxslərin hərəkətləri “birgə” olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanna “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması, ilk məhkumuluğunu və yaşayış yerindən müsbət xarakterizə olmasını, məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması, ilk məhkumuluğunu və yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 13347,7 qram qurudulmuş marixuanna məhv edilməli, 49 (qırx doqquz) 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək olaraq hər birindən 24 (iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəlini 07 iyun 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri ləğv edilsin və o, dərhal saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs3 məhkəmə xərclərinin ödənilməsindən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 24 (iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 24 (iyirmi dörd) manat 87 (səksən yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – Sabirabad Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 13347,7 qram qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-410/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-410/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver