Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-411/2022 06.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 31 avqust 1987-ci ildə Türkmənistan Respublikası, Krasnovodsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara şəhəri, N.Nərimanov küçəsi ev 350-də qeydiyyatda olan, faktiki olaraq Astara şəhəri, H.Əliyev prosapekti ev-350 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayının əvvəllərində özünə məlum olan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 24 fevral 2022-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Pensər kəndində yerləşən işıqforun yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı 04 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 0,632 qram, 0,612 qram, 0,524 qram və 0,667 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 2,435 qram psixotrop maddə metamfetamin və idarə etdiyi “Mersedes Benz 208D” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı mikroavtobusuna keçirilən baxış zamanı mikroavtobusun salonunda, sürücü oturacağının yuxarı sol tərəfində olan kəsilmiş yerdə gizlətdiyi 01 ədəd bükümdə 0,828 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Astara-Lənkəran” sərnişin marşrutu üzrə sürücü işləyir və Mersedes Benz 208D markalı, **-BG-*** qeydiyyat nişanlı mikroavtobus idarə edir. 6-7 aydır ki, narkotik maddə “kakos” kimi tanınan heroin və “şüşə” kimi tanınan metamfetamin qəbul edir. Metamfetamini qəbul edəndə onu daha az miqdarda heroində qatır. Təxminən 2 aya yaxındır ki, «İnstagram» sosial şəbəkədə “fani dünya” adı ilə qeydiyyatdan keçmiş naməlum şəxslə tanış olmuşdur. Həmin şəxsin şəxsiyyəti barədə heç bir məlumatı yoxdur, onunla heç vaxtı görüşməmişdir. Həmin naməlum şəxsin ona narkotik vasitə və psixotrop maddə satacağını bildirmiş, həmin naməlum şəxs “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə ona kart nömrəsi göndərmiş, həmin karta 170 manat pul atacağı təqdirdə ona narkotik verəcək. Tutulmamışdan 10-15 gün əvvəl Astara şəhəri dəmir yolu keçidinin kənarında yerləşən onlara məxsus örüş yerinə həmin şəxs narkotik vasitə və psixotrop maddə atmış, o, heroin və metamfetamini həmin yerdən götürmüşdür. Metamfetamin 4 bükümdə olmuşdur. Bunun müqabilində həmin şəxsə pul göndərmişdir. 24 fevral 2022-ci il tarixdə saat 09 radələrində Astara rayonu Pensər kəndi ərazisində idarə etdiyi mikroavtobusla hərəkətdə olarkən işıqforun yaxınlığında mülki geyimdə olan şəxslər mikroavtobusu saxlatdırıb ona yaxınlaşmışlar, özlərini polis kimi təqdim etmişlər və narkotik vasitələr saxlamasında şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra onu avtomaşınla birlikdə Astara rayon polis şöbəsinə gətirmişlər. Orada üzərində şəxsi axtarış keçirilən zaman idman gödəkçəsinin sol yan cibində gizlətdiyi dörd ədəd selofan bükümdə metamfetamini çıxarıb təqdim etmiş, bundan sonra idarə etdiyi Mersedes Benz 208D markalı mikroavtobusda qanunsuz əşya, narkotik maddə varsa təqdim edilməsi ona təklif olunduqda mikroavtobusun salonunda, oturduğu sürücü oturacağının yuxarı sol tərəfində olan kəsilmiş yerdə gizlətdiyi heroini götürüb təqdim etmişdir. Həmin heroindən iki dəfə, metamfetamindən isə üç-dörd dəfə qəbul etmişdir. Əldə etdiyi heroin və metamfetamindən heç kimə satmamış, verməmiş, yalnız özü qəbul etmişdir. Ümumiyyətlə heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Narkomaniyadan əziyyət çəkir, ona görə də öz şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 24 fevral 2022-ci il tarixdə Astara şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, daşınması və satışı ilə məşğul olması barədə regional şöbəyə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Pensər kəndində işıqforun yaxınlığında idarə etdiyi Mersedes Benz 208D markalı, ** BG *** dövlət nömrə nişanlı avtomaşında olarkən saxlanılaraq Astara rayon polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində narkotik vasitələri varsa könüllü surətdə verməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan idman gödəkcəsinin sol yan cibindən sellofan bükülüdə büküm çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni təxminən 10-15 gün əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu, adını bilmədiyi şəxsdən aldığını, həmin psixotrop maddəni heç kimi vermədiyini, satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz 208D markalı, ** BG *** dövlət nömrə nişanlı avtomaşında qanunsuz əşya və ya predmet varsa təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs avtomaşının salonunda sürücü oturacağının yuxarı sol tərəfdə olan kəsilmiş-qopardılmış yerdən bir ədəd “Senate” siqaret qutusu götürüb bizə təqdim etmişdir. Siqaret qutusunun içərisində bir bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Daha sonra bükümlər zərfdə qablaşdırılaraq götürülmüşdür. Əbülfəz barədə daxil olmuş məlumatda həmçinin narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmiş, lakin aparılmış tədbirlər nəticəsində Əbülfəzin hər hansı bir şəxsə narkotik satması faktı müəyyən edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 fevral 2022-ci il tarixli 19/234 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 04 ədəd bükümdə metamfetaminə bənzər kütlə və avtomaşında aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər və 01 ədəd falqa kəsiyi ”sözlər və imzalar olan bir ədəd zərfdəki , 01 ədəd bükümdə təmiz çəkisi: -0,828 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-0,632 qram, -0,612 qram, -0,524 qram, -0,667 qram: ümumi təmiz çəkisi:-2,435 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 1 ədəd falqa kəsiyi üzərində narkotik vasitə və ya psixotrop maddələrin izləri yoxdur. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli 243 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli 72 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayon Pensər kəndində özünə məxsus olan mikroavtobusla hərəkətdə olan zaman saxlanılaraq Astara RPŞ-na gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki idman gödəkçəsinin sol yan cibindən 04 ədəd sellofan bükümdə metamfetaminə bənzər, idarə etdiyi Mersedes Benz 208D markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda sürücü oturacağının yuxarı sol tərəfdə olan kəsilmiş yerdə gizlətdiyi 01 ədəd bükümdə heroin bənzər maddələr aşkar edilmişdilər. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonrakı qalıq 4 ədəd bükümdə 2,235 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə 0,0778 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Astara rayon polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 3 manat 30 qəpik məbləğində pul, ona məxsus bir ədəd «Samsung» markalı mobil telefon və onun istifadəsində olmuş, qohumu Astara rayon Ərçivan qəsəbəsində yaşayan X1 mülkiyyətində olan Mersedes 208 D markalı 07BC323 dövlət qeydiyyat nişanlı avtombil Hüseynağa Ağayevə təhvil verilmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin 24 fevral 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Astara şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri, N.Nərimanov küçəsi ev 350-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2012-ci il təvəllüdlü oğlundan, xx.xx.2019-cu il təvəllüdlü qızından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “ölüm haqqında şəhadətnamə” nin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X3 xx.xx.2021-ci il tarixdə “durğunluq ürək çatışmamazlığı” səbəbindən vəfat etmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 26 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin istintaq materiallarından naməlum şəxs və digəriləri barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında haqqında» 25 may 2022-ci il tarixli qərarla şəxsi axtarış və götürmənin aparılmasını, baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd CD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş psixotrop maddə metamfetamin 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitələrin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin külli miqdar təşkil etməsi həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən və avtombilindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi xəstəliyinin aşkar olunması və onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın, olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi psixtrop maddə metamfetamin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub, Astara rayon polis şöəbsində saxlanılan ekspert tədqiqatından sonrakı qalıq 4 ədəd bükümdə 2,235 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə 0,0778 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması, baxış keçirilməsi aparılmasını əks etdirən 1 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Astara rayon polis şöbəsində saxlanılan ekspert tədqiqatından sonrakı qalıq 4 ədəd bükümdə 2,235 qram psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə 0,0778 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmənin aparılmasını, baxış keçirilməsini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-411/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-411/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver