Məhkəmə qərarları › İş №1(099)-411/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-411/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-411/2024 22.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1969-cu ildə Yardımlı rayonunun Kürəkçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, T.Ələkbərov küçəsi, ev 2-24A-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-11,414 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb, daşımış və satışını realizə etmək üçün həmin maddəni ayrı-ayrı hissələrə ayıraraq onları 0,095 qram və 11,319 qram olmaqla iki ədəd bükümlərə qablaşdırıb üzərində saxlayıb daşımış, 29 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində, yaşadığı evin qarşısında bir ədəd bükümdə 0,095 qram narkotik vasitə olan heroini 10 (on) manata tanışı Şahid4 satmış, eyni zamanda bir ədəd bükümdə 11,319 qram heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 30 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, T.Ələkbərov küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə 11,319 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Şirvan şəhəri, T.Ələkbərov küçəsi, ev 2-24Ada qeydiyyatda olmaqla yaşamış, ali təhsilli tikinti mühəndisi olsa da, rəsmi olaraq heç bir yerdə işləməmiş, ruhani olmaqla dini ibadətlə məşğul olmuşdur. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamış, hətta siqaret belə çəkməmişdir. 30 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şirvan şəhəri, Z.Tağıyev küçəsində yerləşən imam Zeynalabdin adına olan məsciddə namaz qıldıqdan sonra küçə ilə yaşadığı ev istiqamətində gedərkən bir neçə mülki geyimli şəxslər, sonradan polis əməkdaşları olduqlarını bildiyi şəxslər onu saxlayıb əllərinə qandal vurub şəhər polis şöbəsinə, polis şöbəsinin rəis müavini kimi tanıdığı Farid Vəliyevin otağına aparmışlar. Farid Vəliyev ondan İranın Qum şəhərində olub-olmadığını və orada dini təhsil alıb-almadığını soruşmuş, o da dini təhsilinin olmadığını və İranın Qum şəhərində ziyarətdə olduğunu bildirmişdir. X14 bir neçə dəfə şillə vurub orada olan polis əməkdaşlarına onu aparmalarını, evinə silah və ya narkotik vasitə qoymalarını demiş, bundan sonra Təbriz adlı polis əməkdaşı onu digər bir otağa aparmış, orada Təbriz ona “dini fikirlərinə görə həbs olunmağının sifariş olunduğunu” bildirmiş, daha sonra Seyfi Tağıyevin (CAB-nin rəisinin) otağına aparılmış və Seyfi Tağıyev də ona həbs olunmalı olduğunu bildirib ona qarşı ittihamın CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəyini demişdir. Həmçinin ona işinin aparıldığı müddətdə evində olacağı bildirilmiş, o da ailəsinin polis şöbəsinə gətiriləcəyindən utandığı üçün Seyfi Tağıyevin dedikləri ilə razılaşmışdır. Sonra əməliyyatçı Şahid1 ona bir bükümdə narkotik maddə verib cibinə qoymasını, suallar veriləndə yerdən tapdığını və özünə aid olmasını bildirməyi tapşırmışdır. Bundan sonra o, təhqiqatçının otağına aparılmış və orada vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmış və axtarış zamanı özü cibinə qoyulmuş bir ədəd bükümü özü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində tanımadığı narkotik maddə aşkar olunmuşdur. Orada olan polis əməkdaşlarının deməsindən bilmişdir ki, aşkar olunan kütlə heroindir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş narkotik maddəni 2-3 gün əvvəl yerdən tapdığını bildirmişdir. O, polis əməkdaşlarının ona qarşı təzyiqləri altında belə demiş və belə də ifadə vermişdir. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş narkotik maddəni (heroini) üzərinə Təbriz adlı polis əməkdaşı qoymuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbini bilməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin narkotik maddə (heroin kütləsi) qablaşdırılıb götürülmüş, daha sonra isə sənədləşmə aparılmışdır. O, Rafiq adlı şəxsi (Şahid4) tanımamış, guya həmin şəxsə narkotik maddə satması deyilən gün, yəni 29 oktyabr 2023-cü il tarixdə səhər saat 08-dən axşam saat 18-dək Şirvan şəhərində yerləşən imam Zeynalabdin adına məsciddə olmaqla aparılan təmir işləri ilə məşğul olmuş, həmin vaxt yanında ustalar və fəhlələr, yəni Vəfadar, Bağır, Ramal, Əli və Azər adlı şəxslər olmuş, başqa şəxslərlə görüşməmiş, həm də tanımadığı Rafiq adlı şəxslə də görüşməmişdir. 30 oktyabr 2023-cü il tarixdə səhər saatlarından günortayadək, yəni tutulan vaxtadək Şirvan şəhərində olan imam Zeynalabdin adına məsciddə olmuş, məsciddə aparılan təmir işləri ilə məşğul olmuş, oradan kənara çıxmamış, heç kimlə də görüşməmişdir. Tutulan vaxt üzərində narkotik maddə olmamış, heç kimə narkotik maddə verməmiş, satmamış və narkotiklərin satışı ilə məşğul olmamışdır. Hesab edir ki, dini baxışlarına və dini inamına görə o, narkotiklə şərlənib cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ona görə də o, üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 və 31 oktyabr 2023-cü il tarixli ifadələrində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən istifadə edir və tutulmamışdan 2-3 gün əvvəl yaşadığı Şirvan şəhəri, T.Ələkbərov küçəsində gəzərkən yerdən bir ədəd sellofan bükümdə heroin tapmış və istifadəsi üçün şalvarının cibinə qoyub üzərində saxlamışdır. 30 oktyabr 2023-cü il tarixdə, saat 13:20 radələrində o, yaşadığı Şirvan şəhəri, T.Ələkbərov küçəsində olarkən polis əməkdaşları onu saxlayıb Şirvan ŞPŞnə aparmışlar. Polis şöbəsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin kütləsi aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində olan heroini 2-3 gün əvvəl yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 05 fevral 2024-cü il tarixli əlavə ifadəsində göstərmişdir ki, o, 30 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində Şirvan şəhəri, Z.Tağıyev küçəsindəki imam Zeynalabdin adına olan məsciddə namaz qıldıqdan sonra yaşadığı ev istiqamətində gedərkən mülki geyimli 4 nəfər tanımadığı şəxslər qoluna qandal vurub başına qara rəngli kisə keçirib, heç bir səbəb göstərmədən onu polis şöbəsinə, rəis müavini Farid Vəliyevin otağına aparmışlar. X9 İranın Qum şəhərində olub-olmamasını, Qum şəhərində oxuyub-oxumadığını soruşmuş, o da İranın Qum şəhərində ziyarətdə olduğunu, dini təhsili olmadığını, Qum şəhərində təhsil almadığını bildirmişdir. Bunu dedikdən X14 bir neçə dəfə şillə ilə vurmuş, sonra orada olan polis əməkdaşlarına onu aparmalarını bildirib evinə (Təqsirləndirilən şəxs evinə) tapança, avtomat və iki kilo narkotik vasitə qoymalarını demişdir. Bundan sonra əməliyyatçı Şahid1 onu otağına aparmış, otaqda Təbriz ona “şiəsən?” sualını vermiş, o da “şiə olduğuma görə məni tutmusuz?” cavabını vermiş, Təbriz də ona “dini fikirlərinə görə həbs olunmağının sifariş olunduğunu” bildirmişdir. Daha sonra o, Seyfi Tağıyevin otağına aparmış və Seyfi Tağıyev ona həbs olunmağının vacibliyini və onu 234.1-ci maddə ilə sənədləşdirəcəyini bildirmiş, həmçinin Seyfi ona işinin aparıldığı müddətdə evində olacağını demiş, o da ailəsinin polis şöbəsinə gətiriləcəyindən utandığı üçün Seyfi Tağıyevin dedikləri ilə razılaşmışdır. Bir qədər sonra Şahid1 onun yanına gəlib bir bükümdə narkotik vasitəni ona verib həmin narkotik vasitəni cibinə qoymasını, verilən suallara etirafedici ifadə verməyini bildirmiş, o da Təbrizin ona dediyi kimi etmişdir. Bundan sonra təhqiqatçının otağında müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə aşkar olunub götürülmüşdür. Sorğu zamanı o, üzərindən aşkar olunmuş bükülünün içərisində olan heroini təxminən 2-3 gün əvvəl Şirvan şəhəri, T.Ələkbərov küçəsində gəzərkən yerdən tapdığını bildirmişdir. Sonra polis əməkdaşları üstündən aşkar edilmiş heroini olan zərfə qablaşdırıb götürmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 30 və 31 oktyabr 2023-cü il tarixli ifadələrini təsdiq etməyib, 05 fevral 2024-cü il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, 30 oktyabr 2023-cü il tarixdə səhər saatlarından günortayadək, yəni tutulan vaxtadək Şirvan şəhəri, Z.Tağıyev küçəsində yerləşən imam Zeynalabdin adına olan məsciddə olmuş, məsciddə aparılan təmir işlərinə tikiti mühəndisi kimi rəhbərlik etmişdir. Həmçinin o, Rafiq adlı şəxsi (Şahid4) tanımamış, guya həmin şəxsə narkotik maddə satması deyilən gün, yəni 29 oktyabr 2023-cü il tarixdə səhərdən axşam namazınadək məsciddə olmaqla aparılan təmir işləri ilə məşğul olmuş, məsciddən kənara çıxmamış, bütün günü məsciddə olmuş, həmin vaxt yanına tanımadığı Rafiq adlı şəxs gəlməmiş və onunla görüşməmişdir. O, Rafiq adlı şəxsi tutulandan sonra polisin müvəqəti saxlama yerində olarkən görmüş və bu şəxsə narkotik maddə verməmiş, satmamış, narkotiklərin satışı ilə məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs tanıyır, əvvəllər Cəmşiddən narkotik maddə alıb istifadə etmişdir. 29 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində o, Cəmşidin yaşadığı ünvana (Şirvan şəhəri, T.Ələkbərov küçəsinə) getmiş və orada Cəmşidi küçədə görüb onunla görüşüb söhbət etdikdən sonra, ondan istifadəsi üçün bir qədər heroin istəmiş, Cəmşid də bir dəfə istifadə etməsi üçün bir bükümdə olan heroini 10 manata ona satmışdır. O, Cəmşiddən aldığı bir bükümdə heroini şalvarının cibinə qoyub saxlamışdır ki, sonra istifadə etsin. Elə həmin gün (29 oktyabr 2023-cü il tarixdə) saat 11 radələrində Şirvan şəhərində küçədə (Şirvan şəhəri, F.İsmayılov küçəsində) olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Tutulub polis şöbəsinə aparılarkən bir büküm heroin üzərində olmuşdur. Polis şöbəsində polis əməkdaşları tərəfindən üzərində axtarış zamanı cibində saxladığı bir bükümdə heroin aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş heroini Cəmşid adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonradan (istintaq zamanı) o, Cəmşidlə üzləşdirilmiş, həmin vaxtı da o, üzərindən aşkar olunmuş heroini ondan (Cəmşiddən) 10 manata aldığını bildirmişdir. Onun belə ifadə verməsinə heç kimi məcbur etməmiş, ona qarşı heç bir təzyiq və təsir olmadan o, məhkəmədə sərbəst ifadə verir və ibtidai istintaq zamanı da verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 30 oktyabr 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib, saxlaması və satması barədə icraatına məlumat daxil olmuşdur. Həmin məlumat üzrə özünün də daxil olduğu əməliyyat-axtarış qrupu yaradılmış və həmin gün saat 13 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, T.Ələkbərov küçəsində saxlanılıb ona X2 dövriyyəsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, “dini fikirlərinə görə həbs olunmağının sifariş olunduğunu” deməmiş, narkotik vasitə əldə edib saxlaması və satması ilə bağlı daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılmış, həmçinin üzərində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, o, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs narkotiklərdən uzaq olmaqla dini ibadətlə məşğul olan şəxsdir. Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə bütün günü və 30 oktyabr 2023-cü il tarixdə səhər saatlarından günortayadək Şirvan şəhəri, Z.Tağıyev küçəsində olan imam Zeynalabdin adına məsciddə olmuş, məsciddə aparılan təmir işlərində iştirak etmişdir. 29 və 30 oktyabr 2023-cü il tarixlərdə məscidə namaz vaxtı tanımadığı şəxslər və tikinti ilə bağlı material gətirən şəxslər gəlmişlər, həmin tarixlərdə tanımadığı şəxs və ya şəxslərin məscidə gəlib Təqsirləndirilən şəxsla görüşməsi, Təqsirləndirilən şəxs məsciddən kənara çıxması, kiminləsə hansısa məqsədlə görüşməsinin şahidi olmamışdır. O, hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, həmçinin onun kiməsə narkotik maddə satması halları olmamış və bununla bağlı deyilənlər yalandır. Məhkəmə iclasında şahidlər X10, X7, X4, X8 və X11 şahid Ramal Qurbanovun ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 30 oktyabr 2023-cü il tarixli “Raport”ların surətləri ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Şahid4 narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid4 29 oktyabr 2023-cü il tarixdə, saat 11:40 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində saxlanılıb Şirvan ŞPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 oktyabr 2023-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Vüqar Qədirov tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Şahid4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid4 üzərindən bir bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Şahid4 üzərində aşkar olunmuş heroini 29 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Cəmşid adı ilə tanıdığı şəxsdən (Təqsirləndirilən şəxs) aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 30 oktyabr 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddə əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxıl olmuş və həmin məlumat əsasında Şirvan ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 30 oktyabr 2023-ci il tarixdə, saat 13:20 radələrində Şirvan şəhəri, T.Ələkbərov küçəsində saxlanılıb Lənkəran ŞRPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 oktyabr 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı Samir Məmmədov tərəfindən Müdafiəçi2 iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bükümün içərisində heroinə oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin heroini Şirvan şəhərində küçədə yerdən tapdığını və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 18/1021 №li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, “Şahid4 üzərindən ...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi-0,095 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,045 qramdır. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli 18/1022 №li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm ...” sözlər və imzalar olan bir ədəd bükümdə təmiz çəkisi-11,319 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin ilə Şahid4 məxsus 01 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin11,219 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31manat 95 qəpik təşkil edir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, təhqiqat orqanı tərəfindən Şahid4 0,095 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşıması əməlində cinayət tərkibi olmadığından barəsində CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və Şahid4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Şirvan ŞPŞ-nin İTB-nə (daha sonra inzibati material Şirvan Şəhər Məhkəməsinə) göndərilmişdir. Eyni zamanda ekspertiza tədqiqatından sonra qalıq 0,045 qram heroin Şahid4 barəsində olan material üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarın surəti ilə müəyyən edilir ki, inzibati xəta törətmiş Şahid4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunmuş və iş üzrə maddi sübut 0,045 qram narkotik vasitə olan heroinin məhv edilməsi qərara alınmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 18 fevral 2024-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 11,219 qram narkotik vasitə olan heroin, eyni zamanda Şahid4 üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,045 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 29 dekabr 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və o, hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 yanvar 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakı hərəkətlərə məruz qalmasına dair şikayəti ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı təzyiq və zorakılığa məruz qalması faktları təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan heroinin ona məxsus olmaması, həmin bir bükümdə olan heroini üzərinə polis əməkdaşı tərəfindən qoyulması, Rafiq adlı şəxsi tanımaması və həmin şəxsə narkotik maddə (heroin) satmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və bu səbəbdən üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması və dini fikirlərinə görə həbs olunmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları tərəfindən tutulan vaxt üzərində narkotik vasitənin olmaması, üzərindən aşkar olunmuş bir ədəd bükümdə olan heroinin ona məxsus olmaması, həmin bir bükümdə olan heroini üzərinə polis əməkdaşı tərəfindən qoyulması, Rafiq adlı şəxsi tanımaması və həmin şəxsə narkotik maddə (heroin) satmaması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olmaqla döyülməsi və bu səbəbdən üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması və dini fikirlərinə görə həbs olunmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışların keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərlə (Şahid4 üzərində aşkar olunmuş bir bükümdə olan heroini tanıdığı Cəmşid adlı şəxsdən pulla aldığını göstərmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və həmin heroini yerdən tapıb üzərində saxladığnı bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat, 30 və 31 oktyabr 2023-cü il tarixli ifadələri (həmin ifadələrində o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və həmin heroini yerdən tapıb üzərində saxladığnı göstərmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin şahidlər Şahidlər Ramal Qurbanov, Bağır Əliyev, Vəfadar Məmmədov, Əli Məhərrəmov, Samir Fərziyev və Zahid Şəmiyevin ifadələrində göstərdikləri hallar, yəni 29 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bütün günü məsciddə olması, məsciddən kənara çıxmaması və kiminləsə hansısa məqsədlə görüşməməsi, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və kiməsə narkotik maddə satması hallarının olmaması və bununla bağlı deyilənlərin yalan olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Şahid1, Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərlə təkzib olunduğundan məhkəmə şahidlər Ramal Qurbanov, Bağır Əliyev, Vəfadar Məmmədov, Əli Məhərrəmov, Samir Fərziyev və Zahid Şəmiyevin ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri yaxın tanışları olan Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə öz mülahizələrinə uyğun verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən (30 oktyabr 2023-cü il tarixədək olan) dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə etdiyi 11,414 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda heroin əldə etməsi və bu maddəni çəkib iki ədəd bükümlərə qablaşdırıb üzərində saxlamaqla daşıması və onlardan bir ədəd bükümdə olan hissəsini-0,095 qram heroini tanışı Şahid4 pulla satması onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin əldə etmiş, saxlamış, daşımış və satmışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Şirvan şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyindən verilmiş 21 dekabr 2023-cü il və 06 noyabr 2024-cü il tarixli arayışlar və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, T.Ələkbərov küçəsi, ev 2-24A-da qeydiyyatda olmaqla yaşamış və yaşıdığı yer üzrə qənaətbəxş (ondan nümayəndəliyə ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 11,219 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə iş üzrə də maddi sübut olan 0,045 qram heroinin Şahid4 barəsində olan inzibati material üzrə Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarı ilə məhv edilməsinin qərara alınması nəzərə alınmalı, eləcə də iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 11,219 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə də maddi sübut olan 0,045 qram narkotik vasitə olan heroinin Şahid4 barəsində olan inzibati material üzrə Şirvan Şəhər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qərarı ilə məhv edilməsinin qərara alınması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar