Məhkəmə qərarları › İş №1(099)-411/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-411/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-411/2025 24.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X14, zərərçəkmiş şəxsin hüquqi varisi X18, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə və onun müdafiəçisi-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2008-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış, 07 dekabr 2024-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(017)-111/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 32.5, 120.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs anası X2 ərindən boşandıqdan sonra başqa şəxslə qeyri-rəsmi nikah əsasında ailə qurması səbəbindən sonuncunu həmin hərəkətlərinə görə qisas almaq və qısqanclıq niyyəti ilə qəsdən öldürülməsini arzu edərək, həmin cinayətin törədilməsini öhdəsinə götürmüş qohumu X15 məsləhətləri və məlumatları ilə, habelə cinayətin törədilməsində maneələri aradan qaldırmaqla yardım edəcəyini, həmçinin adam öldürmə niyyətini realizə etmək üçün əlverişli şəraitin yarandığı halda Loğman Nəsibovu məlumatlandıracağını və cinayətin törədilməsini asanlaşdıracaq digər hərəkətlər edəcəyini qabaqcadan vəd etmiş, son beş gün ərzində zərərçəkmiş şəxslə birgə yaşadığı evdə kimlərin olması, Afət Əsgərovanın öldürülməsi üçün əlverişli şəraitin yaranıb-yaranmaması haqqında məlumatları Loğman Nəsibova ötürdükdən sonra 6 dekabr 2024-cü il tarixdə saat 16 radələrində evdə özündən və Afət Əsgərovadan başqa heç kimin olmaması, gözlənilən əlverişli şəraitin yaranması haqqında Loğman Əsgərova məlumat vermiş, sonuncu qəsdən adam öldürməyə yönəlmiş niyyətini realizə etmək üçün Afət Əsgərovanın olduğu Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində yerləşən nömrəsiz evə daxil olduqdan dərhal sonra Loğman Nəsibovun tapşırığı ilə özü həmin evdən çıxaraq giriş qapısını bayırdan kilidləməklə Afət Əsgərovanın öldürülməsini asanlaşdırmaq, qaçmasının qarşısını almaq məqsədi ilə tədbirlər görmüş, qeyd olunan yardımlarının nəticəsində Loğman Nəsibov qabaqcadan üzərində saxladığı istintaqla müəyyən edilməyən kəsicideşici predmetlə evin qonaq otağında olan çarpayının üzərində uzanmış halda olan Afət Əsgərovanın boyunun ön və yan səthlərini əhatə etməklə boyunun orta hissəsində arteriya və venaların kəsilməsi ilə müşahidə edilən iri həcmli kəskin qanitirmə ilə müşayət edilən kəsilmiş yara kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə malik kəsilmiş yara xəsarəti yetirərək sonuncunu qəsdən öldürdüyündən qeyd edilən hərəkətləri ilə Loğman Nəsibovun qəsdən adam öldürməsinə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməsinə qəsdən köməkçilik etmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və ifadə verməkdən imtina etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Cinayət Məcəlləsinin 32.5, 120.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxs Afət Əsgərova onun doğma anası olmuş, anası Afət Əsgərova ilə atası Zamiq Bağırovun nikahından 4 övladı doğulmuş, 2 bacısı və bir qardaşı vardır. X23 və Şahid1 ondan böyük olmuşlar, qardaşı Ramal Bağırov isə ondan kiçikdir, 12 yaşı var. 4 il əvvələ qədər atası Zamiq Bağırov, anası Afət Əsgərova, bacıları və qardaşı ilə birlikdə Yeni Qaradolaq kəndində yaşamış, lakin 4 il bundan əvvəl atası ilə anası ailədaxili münaqişələr səbəbindən bir-birindən ayrılmış, Afət Əsgərova bacıları və qardaşını da götürüb özünün ata evinə, yəni Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində yerləşən fərdi yaşayış evinə köçmüş, orada babası Şahid2 və nənəsi Şahid3 ilə birgə yaşamağa başlamış, o isə atası ilə yaşamağa davam etmiş, anası bir müddət atası evində yaşadıqdan sonra özünə həmin həyətdə ayrıca fərdi ev tikdirib oraya köçmüş, həmin ərəfələrdə bacıları da ailə həyatı quraraq gəlin köçmüş, ərləri ilə birlikdə yaşamağa başlamış, bacısı Şahid1 anasının dayısı oğlu Loğman Nəsibovla birlikdə ailə həyatı qurmuş, onların yaşadıqları ev anasının yaşadığı evin arxa tərəfində yerləşmiş, anası Afət Əsgərova atası Zamiq Bağırovdan ayrıldıqdan sonra başqa kişilərlə münasibət qurmağa və yüngül həyat tərzi sürməyə başladığını eşitmiş, Afət Əsgərova təxminən bir il əvvəl Beyləqan rayonundan olan Elşən adlı bir nəfərlə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamış, Afət Əsgərova qardaşı Ramal Bağırovu da götürərək Elşənin evinə köçmüş, sonradan Elşəndən də ayrılaraq yenidən babasıgilin həyətində tikdirdiyi evinə qayıtmış, qohumların sözlərindən Afət Əsgərovanın başqa kişilərlə də münasibətdə olduğunu eşitmiş, lakin bununla bağlı dəqiq məlumatı olmamış, babası Şahid2 tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmiş, orada metal məmulatlarının alqı-satqısı ilə məşğul olmuş, 2024-cü ilin mart ayında o da babası Şahid2 və nənəsi Şahid3 ilə birlikdə Moskva şəhərinə getmiş, lakin orada da babasıgildə birlikdə yaşamamış, dayısı Bəhruz Əsgərovun yanında qalmış, dayısı Bəhruz Əsgərov uzun müddətdir arvadı və övladları ilə birlikdə orada yaşamış, orada işləmiş və özü üçün şərait qurmuş, yəni dayısı Bəhruz Əsgərov artıq daimi olaraq Moskva şəhərinin sakini olmuş, Azərbaycan Respublikasına gəlibgetməmiş, həmçinin anasının dayısı oğlu, bacısı Şahid1 əri Loğman Nəsibova da tez-tez işləmək üçün Rusiya Federasiyasına gedib-gəlmiş, O, babasıgil ilə birgə Moskva şəhərinə getməzdən bir müddət əvvəl Loğman Nəsibovla da həmin şəhərə getmiş və o, Moskva şəhərində olduğu müddətdə Loğman Nəsibov da orada olmuş, Moskva şəhərində yaşadığı təxminən 8 ay ərzində Loğman Nəsibov ona Afət Əsgərovanın yolunu azdığını, əxlaqsızlıq etdiyini, ailələrinin namusunu ləkələdiyini demiş, sonuncunu öldürmək lazım olduğunu bildirmiş, dayısı Bəhruz Əsgərov ilə bu haqda onun yanında danışmasa da sonuncu Afət Əsgərovanın öldürülməsini istəmiş, bir dəfə Bəhruz Əsgərovun telefon danışığını eşitmiş, onun kiminlə danışdığını bilməsə də danışdığı insana Afət Əsgərovanı öldürmək lazım olduğunu demiş, 2024-cü il oktyabr ayının 24-də Ağcabədi rayonuna qayıtmış, ondan bir neçə gün sonra isə Loğman Nəsibov da Ağcabədi rayonuna qayıtmış, lakin Moskva şəhərində olanda, yəni qayıtmazdan bir neçə gün əvvəl Loğman Nəsibov qəti olaraq ona Ağcabədi şəhərinə qayıdan kimi Afət Əsgərovanı öldürmək lazım olduğunu bildirmiş, Loğman Nəsibov ondan Afət Əsgərovanı öldürə bilib-bilməyəcəyini soruşmuş, o isə bunu bacara bilməyəcəyini, anasını öldürə bilməyəcəyini demiş, Loğman Nəsibov da özünün Ağcabədi şəhərinə gələrək Afət Əsgərovanı öldürəcəyini demiş, Loğman Nəsibov məhz Afət Əsgərovanı öldürmək üçün Ağcabədi şəhərinə qayıtmış, buna görə də ondan kömək etməyini istəmiş, o da anası Afət Əsgərovanın öldürülməsinin tərəfdarı olaraq, sonuncunun öldürülməsinin vacib olduğunu düşünmüş, çünki onun başqa kişiyə qoşularaq qaçmasını, sonradan geri qayıtmasını bağışlaya bilməmiş, anası bütün ailəni utanılacaq vəziyyətdə qoymuş, anasının əxlaqsızlığına görə insanlar da ona qəribə formada baxmış, anasının sağ olmasını ailələrinin adına, namusuna ləkə hesab etmiş, buna görə də anasını öldürməsi üçün Loğman Nəsibova kömək edəcəyinə söz vermiş, o Loğman Nəsibovdan nə edəcəyini, hansı formada kömək göstərəcəyini soruşduqda sonuncu ona “ondan heç nə soruşmamağını, sadəcə onun dediklərini etməyini” tapşırmış, Afət Əsgərovanın atası X8 ayrılmasından sonra onunla münasibətini kəsmiş və ona qarşı nifrət bəsləməyə başlamış, buna görə də heç vaxt Afət Əsgərovanın yaşadığı evə getməyərək onunla görüşmək istəməmiş, Ağcabədi rayonuna qayıtdıqdan sonra da atası Zamiq Bağırovun yanında, Yeni Qaradolaq kəndində yaşamış, lakin Loğman Nəsibov ondan Afət Əsgərova ilə münasibətini bərpa etməyini və ona yaxın olmağını tapşırmış, “sən mənə orada lazımsan” demiş, X50 Əsgərovanın harada olduğunu, hansı işlərlə məşğul olduğunu, tək olub-olmadığını, evdə başqa kimin olduğunu bilmək istəmiş, sonuncunu öldürmək üçün əlverişli şəraitin yaranmasını gözləmiş, buna görə o tez-tez babasıgilin evinə gəlib-getməyə, anasını güdməyə, onun haqqında lazım olan məlumatları Loğman Nəsibova ötürməyə başlamış, son 4-5 gün ərzində isə Loğman Nəsibovun tələbi ilə o babasıgilin evində qalmış, sonuncunun ondan soruşduğu hər şeyi öyrənərək ona demiş, evdə kimlərin olduğu və Afət Əsgərovanın hansı işlərlə məşğul olduğu barədə Loğman Nəsibovu mütəmadi olaraq məlumatlandırmış, Loğman Nəsibov ondan Afət Əsgərovanın evdə tək olduğu, kiçik qardaşı Ramal Bağırovun da evdə olmadığı vaxtları ona bildirməyini istəmiş, 06 dekabr 2024-cü il tarixdə saat 10-11 radələrində babası Qəzənfərlə nənəsi Fatma şəxsi işləri ilə əlaqədar Tərtər rayonuna getmiş, həmin vaxt babasıgilin həyətində usta işləmiş, sonuncu həyətdə təmir işləri apararaq darvazanı rəngləmiş, buna görə nənəsi getməmişdən əvvəl Afət Əsgərovanı öz evlərinə çağıraraq nahar vaxtı çatanda ustaya yemək hazırlayıb verməsini tapşırmış, Afət Əsgərova da Ramal Bağırov ilə birlikdə öz evindən çıxıb eyni həyətdə olan ata evinə gəlmiş, babası və nənəsi getdikdən sonra evdə ondan başqa Afət Əsgərova və qardaşı Ramal Bağırov qalmış, həmçinin həmin vaxt usta Habil də həyətdə işləyirmiş, nahar vaxtı, yəni saat 13 radələrində usta Habil evə daxil olmuş, Afət Əsgərova onun yeməyini hazırlamış, hamısı yemək yemiş, sonra isə Habil həyətdə işləməyə davam etmiş, nahardan sonra qardaşı Ramal Bağırov da özünə gödəkcə almaq üçün evdən çıxıb mağazaya getmiş, belə ki, həmin gün nənəsi Fatma Ramalla onun hər birinə 10 manat vermiş, Ramal da həmin pul ilə özünə gödəkcə almaq istəmiş, Ramal evdən çıxdıqdan sonra anası Afət Əsgərovla tək qalmış, Afət Əsgərovanı öldürmək üçün əlverişli şərait yaranmış, buna görə də “WhatsApp” vasitəsi ilə Loğman Nəsibova mesaj yazaraq babası ilə nənəsinin evdə olmadığını, Ramalın da evdən çıxdığını, yəni evdə Afət Əsgərova ilə ondan başqa heç kimin olmadığını, sadəcə usta Habilin həyətdə işlədiyini, onun da bir az sonra işini qurtararaq gedəcəyini demiş, saat 16 radələrində usta Habil də işlərini başa çatdıraraq getmiş, sonuncu, gedərkən onu səsləmiş, o pəncərədən usta Habil ilə danışmış, Habil ona Afət Əsgərovanın yaşadığı evdə soyuducunun rezinin xarab olduğunu, düzəltməyə ehtiyac olub-olmadığını sonuncudan soruşmasını demiş, Afət Əsgərovanın yaşadığı evdə soyuducunun qapısı tam bağlanmamış, sonuncuda da bir neçə gün əvvəl usta Habildən soyuducunu təmir etməsini xahiş etmiş, o da yalandan pəncərənin qarşısından çəkilərək bir neçə saniyə sonra geri qayıdaraq ustaya yalandan anasından soruşduğunu, anasının da ehtiyac olmadığını dediyini bildirmiş, halbuki o, Afət Əsgərovadan heç nə soruşmamış, sadəcə ustanın tez-bazar getməsini istəmiş, usta Habil də ləvazimatlarını toplayaraq evdən çıxıb getmiş, o getdikdən sonra Loğman Nəsibova bir daha mesaj yazaraq ustanın da getdiyini, heç kimin evdə olmadığını yazmış, Loğman Nəsibovun verdiyi cavabdan sonuncunun həyəti güddüyünü və ustanın getdiyini gördüyünü başa düşmüş, Loğman qardaşı Ramal Bağırovu yolda görərək özünün maşınına mindirmiş, yəni həmin vaxt X34 ağ rəngli, “VAZ 2107” markalı maşınında olmuş, Loğman Nəsibov maşınını olduqları evin yaxınlığında yerləşən “Versal” şadlıq sarayının həyətində saxlamış, Ramal Bağırova da maşında gözləməyini demiş, özü isə yaşadığı evə gəlmiş, onların olduqları evin arxa otağının pəncərəsindən Loğmangilin yaşadığı evin həyəti görünmüş, oradan baxdıqda Loğman Nəsibovun həyətdə gəzişdiyini görmüş, sonuncu bu zaman telefonu ilə kiminləsə yazışmış, bundan sonra Loğman Nəsibova bir daha mesaj yazıb Afət Əsgərovanı öldürmək üçün nə vaxt gələcəyini soruşmuş, o, cavab yazaraq bir azdan gələcəyini demiş, həmçinin Loğman Nəsibov evə girən kimi onun evdən çıxmasını və evin qapısını bayırdan açarla kilidləyərək evdən uzaqlaşmasını demiş, bir neçə dəqiqə sonra Loğman Nəsibov həyətə gəlib evin qapısını açaraq içəriyə daxil olmuş, həmin vaxt Afət Əsgərova ilə o qonaq otağında olmuşlar. Afət Əsgərova qonaq otağında yerləşən divanda uzanmış, Loğman Nəsibov içəriyə girən kimi ona “çıx” demiş, o da mətbəx otağına keçərək gödəkcəsini və evin açarını götürmüş, evdən çıxaraq qapını bayırdan kilidləyib evin açarlarını da bayırda olan ayaqqabılardan birinin içərisinə tullayaraq evdən uzaqlaşmış, Loğman Nəsibov içəriyə girən kimi o dərhal evdən çıxsa da həmin bir neçə saniyə ərzində X26 Nəsibovdan burada nə işinin olduğunu soruşduğunu, Loğman Nəsibovun isə ona “utanmırsan” sözlərini dediyini, lakin bunun ardınca onların dediklərini eşitmədiyini bildirmiş, Loğman Nəsibov evə girəndə sonuncunun əlində bıçaq və ya başqa bir əşya görməmiş, əynində qəhvəyi rəngli, uzunqol kofta olmuş və koftanın qollarını dirsəklərinə qədər qatlamış, o isə evdən çıxdıqdan sonra həyətin darvazasından da çıxaraq küçəyə doğru getmiş, darvaza bağlı olsa da qapısını kilidləməmiş, o Loğman Nəsibovun dəqiq olaraq Afət Əsgərovanı öldürəcəyindən əmin olmuş və o da Loğman Nəsibovun həmin əməlini başa çatdırması üçün lazimi olan bütün köməkləri etdiyini göstərmiş, çünki Afət Əsgərovanın ölməsini vacib hesab etmiş, o küçə ilə piyada gedərkən tez-tez arxaya baxaraq Loğman Nəsibovun gəlib-gəlmədiyini yoxlamış, lakin Loğman Nəsibovun gecikdiyini görərək yoluna davam etmiş, o əsas yola çıxaraq piyada getmiş, bir qədər sonra Loğman Nəsibov maşınını şadlıq sarayının həyətindən götürüb onun arxasınca gələrək yanında dayanaraq oturmağını bildirmiş, Ramal Bağırov da maşında olduğundan, azyaşlı və Afət Əsgərovanın öldürülməsi ilə bağlı planlarından xəbərsiz olduğundan Loğman Nəsibovla açıq danışa bilməmiş, buna görə də o başını hərəkət etdirərək ondan nə etdiyini soruşmuş, o da başını önə doğru əyib, gülümsəyib göz vuraraq anasını öldürdüyünü işarə etmiş, Loğman Nəsibovun sifətinin sol hissəsində bir-birinə paralel 3-4 sıyrıq olmuş, o, həmin sıyrıqların Afət Əsgərova ilə münaqişə zamanı olduğunu və sonuncu dırnaqlar ilə Loğman Nəsibovun sifətini cırdığını başa düşmüş, lakin Loğmanın üstündə yenə də bıçaq və ya başqa əşya olduğunu görməmiş, Loğman Nəsibov da maşınını birbaşa Ağcabədi-Zərdab avtomobil yolunun sağ tərəfində, yeni avtovağzalın yanında yerləşən “Lkoil” yanacaqdoldurma məntəqəsinə sürmüş, Ağcabədi-Bakı arasında sərnişin daşınmasını həyata keçirən taksilər həmin yanacaqdoldurma məntəqəsində toplaşır. Loğman Nəsibov maşını məntəqənin həyətində saxlamış, üçü də maşından düşmüş, Loğman Nəsibov qapıları kilidləyərək maşının açarlarını götürmüş, üçü də oradan tapdıqları “Mercedes-Benz” markalı olan metal rəngli maşına əyləşmiş, Loğman Nəsibov sifarişli taksi tapmaq istəmiş, yəni maşında sadəcə üçünün olmağını, başqa sərnişinin olmamasını istəmiş, lakin tapdıqları taksi sürücüsü bir nəfər sərnişinin də olduğunu demiş, Loğman Nəsibov da razılaşmış və həmin maşınla Bakı şəhərinə getmiş, Loğman Nəsibov qabaq sərnişin oturacağında, Ramal Bağırov və o tanımadıqları digər sərnişin isə arxada əyləşmiş, digər sərnişin Bakı şəhərinə çatmamış Hacıqabul rayonunda maşından düşmüş və onlar yollarına davam etmiş, Bakı şəhərində, 3-cü mikrorayon dairəsində Loğman Nəsibov maşını saxlatmış və Ramal Bağırov ilə ona maşından aşağıya düşməklərini demiş, onlara yaxınlıqda olan kafedə oturub yemək yeməklərini və gözləməklərini tapşırmış, Ramal Bağırova isə 20 manat vermiş, bu zaman o, X27 şəhərinə qaçacağını bilmiş, çünki həmin gün hadisəni törətməmişdən əvvəl Loğman Nəsibovla yazışanda sonuncu ona Afət Əsgərovanı öldürdükdən sonra Moskvaya çıxıb gedəcəyini bildirmiş, lakin Loğman Nəsibovun onu və Ramal Bağırovu nə üçün Bakı şəhərinə apardığını başa düşməmiş, Loğman Nəsibovun çox güman ki, Ramal Bağırov ilə onun evə qayıdaraq Afət Əsgərovanın meyitini görməmələrini istədiyi üçün onları da Bakı şəhərinə aparıb-qaytarmağı planlaşdırmış, Ramal Bağırov ilə o maşından düşdükdən sonra Loğman Nəsibov həmin taksi ilə hava limanına doğru getmiş, o isə Ramal Bağırov ilə birlikdə yaxınlıqda olan kafedə oturmuş, Ramal Bağırov yemək yemiş, o isə çay içmiş, bir qədər sonra isə kafe artıq bağlandığından oradan çıxmış və onları düşürdükləri yerdə dayanıb taksinin qayıtmasını gözləmiş, saat 23 radələrində həmin taksi qayıtmış, Ramal Bağırov ilə onu və 2 nəfər də başqa sərnişin götürərək Ağcabədi rayonuna doğru hərəkətə başlamış, artıq növbəti gün təxminən saat 2 radələrində Ağcabədi şəhərinə çatmışlar, taksi sürücüsü onları Loğman Nəsibovun maşınını parkladığı yanacaqdoldurma məntəqəsinin həyətində düşürmüş, həmçinin taksi sürücüsü ona Loğman Nəsibovun maşınının açarlarını da vermiş, Loğman Nəsibov hava limanında düşərkən maşınının açarının ona çatdırması üçün taksi sürücüsünə vermiş, bundan başqa Loğman Nəsibovun köhnə, işlətmədiyi “iPhone” markalı, qabaq və arxa şüşələri sınmış olan telefonu da qardaşı Ramal Bağırovda qalmış, Loğman Nəsibov isə həmin telefonu yol boyu oynatması üçün Ramala vermiş və Bakıya çatanda Ramaldan almağı unutmuş, buna görə də telefon Ramal Bağırovda qalmış, yanacaqdoldurma məntəqəsində işləyən bir kişinin telefonu ilə mobil tətbiq vasitəsi ilə “Versal” şadlıq sarayının yaxınlığına taksi sifarişi vermiş, bir neçə dəqiqə sonra taksi gəlmiş, Loğman Nəsibovun yaşadığı evin həyətinə daxil olaraq sonuncunun telefonunu və maşının açarını həyətdə darvazanın yanına qoymuş, sonra isə həmin taksi ilə Yeni Qaradolaq kəndinə, atası X16 evinə getmiş, o Loğman Nəsibovun tapşırığı ilə mobil telefonunda Loğman Nəsibovla olan bütün mesajlarını silmiş, həmçinin onun telefon nömrələrini mobil telefonunun yaddaşından silmiş, bundan bir qədər sonra isə polis əməkdaşları olduqları evə gələrək onu rayon polis şöbəsinə apardığını qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, Loğman Nəsibov sonuncu dəfə oktyabr ayının sonlarında Moskvadan məhz Afət Əsgərovanı öldürmək məqsədi ilə gəlmiş və bu niyyətini ailə içərisində demiş, bütün ailə üzvləri Loğmanın niyyətindən məlumatlı olmuş, lakin konkret olaraq 06 dekabr 2024-cü il tarixdə planlaşdırılan hadisədən kimlərin məlumatının olub-olmadığını bilməmiş, o sadəcə bu barədə Loğmanla danışmış, digər ailə üzvlərinə məlumat verməmiş, Afət Əsgərovanın ölməsini ən çox vurğulayan və bunun vacib olduğunu deyən Moskva şəhərində yaşayan Bəhruz Əsgərov olmuş, Bəhruz Əsgərov bu barədə onun yanında danışmasa da Loğman Nəsibova “Afəti öldür” deyə teztez təyziq göstərmiş, Bəhruz Əsgərovun bacısı Afət Əsgərovanı ölürülməsini Loğman Nəsibova tapşırdığını sonuncu ona demiş, hadisəni törətməzdən əvvəl də Loğman Nəsibovun məhz Bəhruz Əsgərovla danışdığını, ondan sonuncu dəfə razılıq və tapşırıq aldıqdan sonra Afət Əsgərovanı öldürdüyünü bilmiş, lakin bunun müqabilində X28 Nəsibova pul və ya başqa vəd verib-vermədiyini bilməmiş, bu barədə hər hansı məlumatı olmamış, Afət Əsgərovanın öldürülməsi cinayətinin hazırlanması və törədilməsində Zamiq Bağırovun, sonuncunun qohumlarının və Rəvanə Bağırovanın bununla əlaqədar heç bir məlumatları olmamış, lakin Loğman Nəsibovun arvadı olan bacısı Şahid1 məlumatı olmuş, o da bununla bağlı sonradan öyrənmiş, Şahid1 həyat yoldaşı Loğman Nəsibovun bir müddətdir ki, Afət Əsgərovanı öldürməyi planlaşdırdığını bilmiş, eyni zamanda hadisədən sonra öldürməsindən də məlumatı olmuş, Şahid2, Şahid3 və digərlərinin nə dərəcədə məlumatlı olduqlarını bilməmiş, həmçinin o,cinayət törətdiyini, anasının öldürülməsinə köməkçilik etdiyini dərk etmiş, bütün hərəkətlərini dərk edərək və arzulayaraq törətmiş, lakin hazırda da eyni situasiyaya düşərsə yenə eyni hərəkətləri edib-etməyəcəyini bilməmiş, Loğman Nəsibovun “qeyrət”, “namus” deyə-deyə onu Afət Əsgərovanın əxlaqsız olduğuna, öldürülməsinin vacib olduğuna, öldükdən sonra təmizə çıxacaqlarına, alnı açıq olacaqlarına inandırdığını, Loğman Nəsibovun təzyiqləri altında təlqinə qapılaraq Afər Əsgərovanın öldürülməsində Loğman Nəsibova köməkçilik etdiyini bildirmiş, Loğman Nəsibovun cinayəti törətməkdə istifadə etdiyi bıçağı nə hadisədən əvvəl, nə də sonra onun üzərində görməmiş, sonuncunun bıçağı harada gizlətdiyini bilməmiş, Loğman Nəsibovun hadisə zamanı Afət Əsgərovanı hansı üsulla öldürəcəyini bildirməmiş və bununla bağlı aralarında qabaqcadan razılaşma olmamış, Loğman Nəsibov sadəcə Afət Əsgərovanı öldürəcəyini demiş, bunu hansı üsulla edəcəyini ona deməmiş, o hadisədən sonra Loğman Nəsibovun anası Afət Əsgərovanı başını kəsərək öldürdüyünü bilmiş, Afət Əsgərovanın ölməsini arzulamış, lakin bunun hansı üsulla törədilməsinin onun üçün əhəmiyyəti və fərqi olmamış, Afət Əsgərova “Corn” markalı smartfon olmayan telefondan istifadə etmiş, smartfon kimi isə qardaşı Ramal Bağırova məxsus telefonu işlətmiş, Loğman Nəsibov isə Afət Əsgərovanı öldürmək üçün evə daxil olanda Ramal Bağırovun smartfon telefonu Afət Əsgərovanın əlində digər telefonu da üzərində olmuş, o ***-***-**-** telefon nömrəsindən istifadə etmiş, lakin mobil telefon qeydiyyatsız olduğundan Azərbaycanda istifadə edə bilməmiş, yalnız “WhatsApp”dan istifadə etmiş, Loğman Nəsibovun isə həm Azərbaycan, həm də Rusiya Federasiyasına məxsus nömrələri olmuş, lakin Loğman Nəsibovla olan bütün mesajlarını və onun kontaktını telefondan silmiş, buna görə də onun hansı nömrələrdən istifadə etdiyini bilməmiş, yol boyunca maşında Loğman Nəsibovla heç bir söhbət aparmamış, Loğman Nəsibovun ona sadəcə işarə edərək Afət Əsgərovanı öldürdüyünü təsdiq etmiş, lakin bunu hansı üsulla etdiyini deməmiş, Ramal Bağırov baş verən hər hansı bir şeydən, o cümlədən cinayətdən məlumatı olmamış, Loğman Nəsibov onları Bakı şəhərinə apararkən özünə maşın almaq üçün getdiyini demiş, onun baş verənlərdən məlumatı olsa da kiçik qardaşı Ramal Bağırovun həqiqətən də maşın almaq üçün Bakı şəhərinə getdiklərini zənn etmiş, Bakı şəhərindən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndinə qayıtdıqdan sonra da ailə üzvləri Ramal Bağırov pis olmasın deyə ona Afət Əsgərovanın qazdan zəhərlənərək öldüyünü bildirmiş, o Afət Əsgərovanın öldürülməsini arzulamış və bunu istəyərək Loğman Nəsibova köməklik etmiş, lakin Afət Əsgərovanın hansı üsulla öldürülməsinin onun üçün fərqi və əhəmiyyəti olmamış, hər bir halda, anası olduğu üçün Afət Əsgərovanın əzab çəkərək ölməsini istəmədiyini, nə olursa olsun, onun üçün dərhal, qısa müddətdə həyatdan məhrum edilməsi məqbul olduğunu qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində bildirmişdir ki, hadisə baş verən gün nənəsigildə olmuşdur. Axşam saat 21 radələrində onlara zəng gəlmiş və anası Afət Əsgərovanın öldüyünü demişlər. Evə gəldikdən sonra hadisənin baş verdiyini öyrənmişdir. Kamildən tələb və şikayəti olmamış, Kamillə barışmışdır. Atası ilə anası ayrılmış, qardaşı Kamil anası ilə yaşamışdır. İki bacı iki qardaş olmuşlar. Atasının yanında olduğu üçün nənəsigildə yaşamışdır. Verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi Rəvanə Bağırova bildirmişdir ki, hadisə baş verdikdən sonra Kamili hadisə yerində görməmişdir. Həmin vaxtı Kamilin tutulduğunu eşitmişdir. Kamil hadisədən qabaq Rusiyadan təzə gəlmişdir. Kamilin anası ilə münasibəti yaxşı olmuşdur. Loğmanla Kamilin münasibəti həmişə yaxşı olmuşdur. Loğmanın Kamilə təsir etdiyini görməmişdir. Elşən Əliyev anasının ikinci dəfə qeyri-rəsmi ərə getdiyi şəxsdir. Bəhruz Əsgərov dayısıdır. Hadisə baş verən ev babasının evidir, həmin həyətdə anası özünə ev tikmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3, 329.1 və 330.1-ci maddələrinə əsasən (zərərçəkmiş şəxsin hüquqi varisinin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Rəvanə Bağırovanın ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Afət Əsgərova doğma anası olmuş, X22 bacısı Şahid1 qeyri-rəsmi həyat yoldaşı olmuş, atası X19r. Ailələrində ondan savayı bir bacısı Şahid1, iki də qardaşı Təqsirləndirilən şəxs və Ramal Bağırov vardır. Atası ilə anası təxminən 13 yanvar 2003-cü il tarixdə ailə həyatı qurmuş, Təqsirləndirilən şəxs ilə Ramal Bağırov azyaşlıdırlar. Şahid1 29 yanvar 2020-ci il tarixdə X22 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, X22 evlənməmişdən əvvəl anası Afət Əsgərovanın dayısı olan X4 doğma oğlu olmuş, bacısı ilə Loğman Nəsibov arasında rəsmi ailə həyatı olmasa da onların 2023-cü il təvəllüdlü övladları olmuş, o isə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd sakini X9 ilə rəsmi nigaha daxil olmadan 30 yanvar 2022-ci il tarixdə qeyri-rəsmi ailə həyatı qurmuş, Afət Əsgərova isə Beyləqan rayon sakini Elşən adlı şəxslə qaçması ilə bağlı həmin vaxtdan onun evində söz-söhbət olduğu üçün atası Təqsirləndirilən şəxs ilə birlikdə Ağcabədi rayonun Yeni Qaradolaq kəndində yaşamış, onun qeyd etdiyi ailə həyatından bir az yaşlı övladı olmuş, Şahid1 ilə Loğman Nəsibov toyları olduqdan 13 gün sonra Rusiya Federasiyasına getmiş, daha sonra Şahid1 8 aylıq hamilə olduğu üçün Azərbaycan Respublikasına geri qayıtmış, Afət Əsgərova ilə Zamiq Bağırovun arasında əsas mübahisə səbəbi başqa bir yerdə yaşamaq olmuş, X35 rayonunun Yeni Qaradolaq kəndində və ya Ağcabədi şəhərində olmaqla başqa bir evdə yaşamaq istəmiş, çünki onlar Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində ata evlərində nənəsi və babası ilə birlikdə yaşamışlar. Afət Əsgərova heç kimə demədən ev üçün 3000 (üç min) manat kredit götürmüş, Zamiq Bağırov isə bunu öyrəndikdə bu barədə mübahisə düşmüş, Afət Əsgərova bundan sonra ata evinə getsədə də bir daha Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində yerləşən evlərinə geri qayıtmamış, daha sonra dayısı Bəhruz Əsgərov (Ruslan Nəsibov) babası Şahid2 və nənəsi Şahid3 yaşadığı evin həyətində Afət Əsgərovaya ev tikmiş, lakin Afət Əsgərova buraya gəldikdən sonra Beyləqan rayon sakini olan qazi Elşən Əliyev adlı sakinlə münasibət qurmağa başlamış, Zamiq Bağırovla və Afət Əsgərovla rəsmi şəkildə boşanmalarından xəbəri olmamış, X36 rayon sakini Elşən Əliyevlə uzun müddət təxminən iki ilə yaxın telefonla danışmış, 2022-ci ilin yanvar ayında Rusiya Federasiyasında yaşayan Bəhruz Əsgərov Azərbaycan Respublikasına gəlmiş, sonuncu buraya gəldikdə Afət Əsgərovanın başqa şəxslərlə münasibətdə olduğunu öyrənmiş, Bəhruz Əsgərovun sənədlərdəki adı hal-hazırda Ruslan Nəsibovdur. Çünki vaxtı ilə sənədlərdə adı Bəhruz Əsgərov olduqda Rusiya Federasiyasından deport olmuş, bu zaman sonuncu 3 ilə yaxın müddətdə Rusiya Federasiyasında yaşamış, Bəhruz Əsgərov (Ruslan Nəsibov) 1984-cü il təvəllüdlü olmuş, daha sonra Bəhruz Əsgərov (Ruslan Nəsibov) bacısı X21 rayon sakini Elşən Əliyevlə olan münasibətini eşitdikdən sonra Afət Əsgərovanı və Ramal Bağırovu da götürüb Rusiya Federasiyasına getmiş, Bəhruz Əsgərov (Ruslan Nəsibov) 8 ay müddətində X37 Federasiyasında saxlamış, Bəhruz Əsgərov (Ruslan Nəsibov) bacısı Afət Əsgərovanın Azərbaycan Respublikasına qayıtmasını istəməmiş, lakin sonradan Şahid1 tək şəkildə Azərbaycan Respublikasına qayıtmasın deyə Afət Əsgərovanın Azərbaycan Respublikasına qayıtmasını istəməsə də Şahid1 hamilə olduğu üçün məcbur icazə vermiş, Afət Əsgərova Azərbaycan Respublikasına qayıtdıqda 1 ilə yaxın Elşən Əliyevlə danışdıqdan sonra 2023-cü ilin oktyabr ayının 6-7-si ailə həyatı qurmaq üçün sonuncu ilə getmiş, X20sa da Afət Əsgərov ilə birlikdə Gəncə şəhərində, dağlıq ərazilərdə istirahət mərkəzlərinə yaxın yerlərdə yaşamış, onların rəsmi nigah bağlamalarını dəqiq bilməmiş, çünki elə olsaydı Afət Əsgərova 1 il müddətdən sonra geri qayıtmazmış, yəni ay yarım bundan əvvəl Afət Əsgərova birlikdə getdiyi Elşən Əliyevlə ayrılıb Ağcabədi şəhərində yerləşən ata evinə qayıtmış, qardaşlarına gəldikdə isə Ramal Bağırov həmişə Afət Əsgərova ilə birlikdə yaşamış, Təqsirləndirilən şəxs isə atası Zamiq Bağırovla yaşasa da keçən il Rusiya Federasiyasının Moskva şəhərinə Bəhruz Əsgərovun yanına getmiş və Şahid3 ilə də birlikdə 24 oktyabr 2024-cü il tarixdə geri qayıtmış, Şahid3 08 may 2024-cü il tarixdə, Şahid2 isə ondan 1 ay əvvəl Rusiya Federasiyasına getmiş, Şahid2 orada ayrı şəhərdə yaşasa da Şahid3 və Təqsirləndirilən şəxs dayısı Bəhruz Əsgərovun yanında onunla birlikdə yaşamış, Afət Əsgərova qardaşı Bəhruz Əsgərovun onun üçün tikdiriyi evdə yaşamağa davam etmiş, X22 qaynanası X36 rayon sakini Elşən Əliyevlə birlikdə getdikdə onları öldürəcəyini desə də daha sonra bu fikrindən daşınaraq Rusiya Federasiyasına getmiş, hadisə gününə gəldikdə isə o yuxarıda qeyd etdiyi kimi Zamiq Bağırov və Təqsirləndirilən şəxsla birlikdə Ağcabədi rayonun Yeni Qaradolaq kəndində yaşamış, hətda Təqsirləndirilən şəxs son günlərdə hadisə baş verməmişdən 2-3 gün əvvəl Şahid2 evində qalmağa getmiş, daha sonra hadisə günü dəqiq xatırlamadığı saatda Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində evdə olarkən Şahid1 ona zəng vuraraq Afət Əsgərovanın öldüyünü demiş, bundan sonra o dərhal hadisə yerinə getmiş, Afət Əsgərovanın öldürməsinin planlaşdırılmasından və qardaşı Təqsirləndirilən şəxs bu cinayəti törətməsində iştirakından xəbərinin olmadığını, dayısı Bəhruz Əsgərovun (Ruslan Nəsibov) bacısı Afət Əsgərovanın öldürülməsini planlaşdırması barədə hər hansı məlumatının olmadığını qeyd etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 327.1.2, 329.1-ci maddələrinə əsasən (şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsi) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Afət Əsgərova onun doğma anası olmuş, sonuncu 4 il əvvəl Zamiq Bağırovdan rəsmi qaydada boşandıqdan sonra atası evində, yəni Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində yerləşən nömrəsiz evdə yaşamağa başlamış, bir müddətdən sonra Şahid2 onun üçün eyni həyətdə fərdi yaşayış evi tikdirmiş, Afət Əsgərova övladı Ramal Bağırovla birgə həmin evdə yaşamış, o isə onlarla qonşuluqda yerləşən evdə qeyri rəsmi əri Loğman Nəsibov və sonuncunun valideynləri ilə birgə yaşamış, Loğman Nəsibov eyni zamanda Afət Əsgərovanın dayısı oğlu olmuş, Afət Əsgərovanın yüngül əxlaqlı həyat tərzi sürməsi ilə bağlı sonuncunun öldürülməsini Loğman Nəsibov uzun müddətdir ki, planlamış, 06 dekabr 2024-cü il tarixdə saat 16 radələrində Afət Əsgərovanın olduğu evə daxil olaraq sonuncunun başını kəsib öldürmüş, bu məlumatı Loğman Nəsibov şəxsən ona vermiş, həmin cinayətin törədilməsində Təqsirləndirilən şəxs da iştirakının olduğunu bilmiş, sonuncu Loğman Nəsibovun tapşığı ilə bir müddətdir ki, Afət Əsgərovanın yanında yaşayaraq Loğman Nəsibova məlumatlar ötürmüş, hadisənin baş verdiyi ev ilə onların yaşadığı ev qonşuluqda yerləşmiş, qeyd edilən evlərin arasında sadəcə bir hasar olmuş, Loğman Nəsibov qaynanası Afət Əsgərovanı öldürdükdən sonra yaşadıqları evə gəlmiş, üzərində olan qana bulaşmış koftanı çıxararaq hamam otağına qoymuş və təmiz kofta geyinərək getmiş, cinayəti törətdiyi vaxt üzərində olmuş ağ rəngli koftanı o, dərhal yuyaraq yataq otağına qoymuş, yaşadığı evə baxış keçirilməsinə razılıq vermiş, Loğman Nəsibov cinayəti törətdikdən sonra Rusiya Federasiyasına getməli olmuş, hazırda onun harada olduğunu bilməmiş, hadisədən sonra Loğman Nəsibovla əlaqə saxlamamış, cinayətin törədilməsində istifadə etdiyi bıçağı Loğman Nəsibovun haraya atdığını bilmədiyini, hadisədən sonra sonuncunun əlində bıçaq görmədiyini qeyd etmişdir. Həmçinin Şahid1 göstərmişdir ki, O, istintaqa verdiyi ilkin ifadəsinin düzgünlüyünü qismən təsdiq etmiş, həmin ifadəsində cinayət məsuliyyətinə cəlb edilməkdən qorxduğu üçün bir sıra əhəmiyyətli xüsusatı gizlədərək deməmiş, Loğman Nəsibov qaynanası Afət Əsgərovanı öldürdükdən sonra qonşuluqda yerləşən yaşadıqları evə gəlmiş, onu səsləyərək həyətə çağırmış, o həyətə çıxdıqda artıq məsələni həll etdiyini, Afət Əsgərovanı öldürdüyünü demiş, Loğman Nəsibovun əynində qəhvəyi rəngli bir köynək olmuş, köynəyin səthi əhəmiyyətli dərəcədə qana bulanmış, o həmin köynəyi çıxararaq hamam otağına atmış, ondan yeni paltar gətirməyini istəmiş, o da yataq otağından ağ rəngli köynəyini gətirib vermiş, lakin Loğman Nəsibovun sifətinin sol yanında alt-alta 3-4 çapılmış yara izi olmuş və həmin yaralardan qan axmış, o sonuncudan sifətinə nə olduğunu soruşduqda Afət Əsgərovanın dırnaqları ilə sifətinə cırmaq atdığını demiş, Loğman Nəsibov onun gətirdiyi ağ rəngli köynəyi geyinəndə sifətindən axan qan köynəyin yaxalığına bulaşmış, buna görə Loğman Nəsibov həmin köynəyi də əynindən çıxararaq və paltar ipində olan qara rəngli qısaqol köynəyi yaş-yaş götürüb geyinmiş, bundan sonra çıxıb getmiş, ona isə hüquq mühafizə orqanlarının evdə axtarış keçirə biləcəyini güman edib qanlı köynəyi və evdə olan elektroşok cihazını gizlətməyi tapşırmış, Loğman Nəsibov getdikdən sonra o, hamam otağında olan əsas qanlı köynəyi yumaq istəmiş, bunun üçün fırça və yuyucu tozla köynəyin səthini təmizləməyə çalışsa da qan ləkələri çox olduğuna görə onu yumaq mümkün olmamış, buna görə də həmin qəhvəyi rəngli köynəyi evin həyətində olan tualetin kanalizasiya quyusuna atmış, habelə evlərində olan Loğman Nəsibova məxsus elektroşok cihazını və onun şarj adapterini də həmin quyuya atmış, həmin elektroşok cihazını Loğman Nəsibov bir müddət əvvəl, Rusiya Federasiyasından gətirmiş və onu yataq otaqlarında gizlətmiş, Loğman Nəsibov sonradan geyindiyi və yaxalığı qana bulaşan ağ rəngli köynəyi isə hamam otağının qarşısında olan əl-üz yuyanda yuyub təmizləmiş, həmin köynəyin yaxalığı cüzi qana bulaşmış, buna görə də onu təmizləmək asan olmuş, ağ rəngli köynəyi bir müddət əvvəl istintaq orqanına təqdim etmiş, əsas qəhvəyi rəngli köynəyi və elektroşok cihazını atdığı quyunu isə əyani olaraq göstərə biləcəyini qeyd etmişdir. Həmçinin Şahid1 göstərmişdir ki, Afət Əsgərova heç kimə demədən ev üçün 3000 (üç min) manat kredit götürmüş, Zamiq Bağırov isə kredit məsələsini öyrəndikdə bu barədə mübahisə düşmüş, Afət Əsgərova bundan sonra ata evinə gedərək bir daha Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində yaşayan ailəsinin yanına geri qayıtmamış, daha sonra dayısı Bəhruz Əsgərov (Ruslan Nəsibov) babası Şahid2 və nənəsi Şahid3 yaşadığı evin həyətində Afət Əsgərovaya ev tikmiş, lakin Afət Əsgərova ata evinə qayıtdıqdan sonra Beyləqan rayon sakini olan qazi Elşən Əliyev adlı şəxslə münasibət qurmağa başlamış, Zamiq Bağırov ilə Afət Əsgərovanın rəsmi şəkildə boşanmalarından xəbəri olmamış, X36 rayon sakini Elşən Əliyevlə uzun təxminən iki ilə yaxın müddətdə mobil telefonla danışmış, X21 rayon sakini Elşən Əliyev adlı şəxslə qaçması ilə bağlı həmin vaxtdan evində söz-söhbət olduğu üçün sonuncu atası Zamiq Bağırovla birlikdə Ağcabədi rayonun Yeni Qaradolaq kəndində yaşayır. Rəvanə Bağırovanın qeyd edilən ailə həyatından bir az yaşlı övladı olmuş, o həyat yoldaşı X22 ilə hadisə baş vermiş evin qonşuluğunda yaşamış, lakin onların toyu olduqdan 13 gün sonra Loğman Nəsibovla birlikdə Rusiya Federasiyasına getmiş, daha sonra 8 aylıq hamilə olduğu üçün Azərbaycan Respublikasına geri qayıtmış, 2022-ci ilin yanvar ayında Rusiya Federasiyasında yaşayan dayısı Bəhruz Əsgərov Azərbaycan Respublikasına gəlmiş, sonuncu buraya gəldikdə Afət Əsgərovanın başqa şəxslərlə münasibətdə olduğunu öyrənmiş, bundan sonra Bəhruz Əsgərov bacısı Afət Əsgərova ilə sonuncunun övladı X42 Federasiyasına aparmış, Bəhruz Əsgərov 8 ay müddətində X37 Federasiyasında saxlamış, Bəhruz Əsgərov bacısı Afət Əsgərovanın Azərbaycan Respublikasına gəlməsini istəməmiş, lakin sonradan o hamilə olduğu üçün tək şəkildə Azərbaycan Respublikasına qayıtmasın deyə Bəhruz Əsgərov bacısı Afət Əsgərovanın qayıtmasına məcbur icazə vermiş, Afət Əsgərova Azərbaycan Respublikasına qayıtdıqdan sonra 2023-cü ilin oktyabr ayının 6-7-si Beyləqan rayon sakini Elşən Əliyev ilə ailə həyatı qurmaq üçün getmiş, sonuncu Beyləqanlı olsa da Afət Əsgərova ilə birlikdə Gəncə şəhərində, dağlıq ərazilərdə istirahət mərkəzlərinə yaxın yerlərdə yaşamış, onların rəsmi nigahda olmasını zənn etməmiş, əgər elə olsaydı Elşən Əliyevin bir müddət sonra Afət Əsgərovanı gətirib qaytarmayacağını bildirmiş, Təqsirləndirilən şəxs isə atası Zamiq Bağırovla yaşasa da keçən il Rusiya Federasiyasının Moskva şəhərinə Bəhruz Əsgərovun yanına getmiş və nənəsi Şahid3 ilə birlikdə 24 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına geri qayıtmış, nənəsi Şahid3 08 may 2024-cü il tarixdə, babası Qəzənfər Nəsibova isə ondan 1 ay əvvəl Rusiya Federasiyasına getmiş, Şahid2 orada ayrı şəhərdə yaşamış, Fatma Nəsibov ilə Təqsirləndirilən şəxs isə Bəhruz Əsgərovun yanında onunla birlikdə yaşamış, Afət Əsgərova qardaşı Bəhruz Əsgərovun onun üçün tikdiriyi evdə yaşamağa davam etmiş, o isə onların qonşuluğunda qaynatası Niyaz Nəsibov, qaynanası Əsli Mürşüdova və həyat yoldaşı Loğman Nəsibovla birlikdə yaşamış, Loğman Nəsibov 29 oktyabr 2024-cü il tarixdə Rusiya Federasiyasından geri qayıtmış, bundan 1 həftə sonra Loğman Nəsibov ona Bəhruz Əsgərovun ona Afət Əsgərovanı öldürməsini dediyini bildirmiş, lakin o Bəhruz Əsgərovun bacısı Afət Əsgərovanın öldürülməsini həyat yoldaşı Loğman Nəsibova tapşırmasının birbaşa şahidi olmamış, Loğman Nəsibovun ona deməsinə görə Bəhruz Əsgərov ilk başlar hər şeyin özünlük olduğunu qeyd edərək Afət Əsgərovanı öldürməsini bildirsə də, daha sonra Loğman Nəsibovla əlaqə saxlayaraq ana və atasının xəstə olduğunu ona görə də Afət Əsgərovanı öldürməyə ehtiyyac qalmadığını demiş, Loğman Nəsibov ümumiyyətlə teztez fikirləri dəyişən biri olmuş, X43 rayon sakini Elşən Əliyevlə birlikdə olub geri qayıtdıqdan sonra Loğman Nəsibov qaynanasının qonşuluqda yaşamasını istəməmiş, Loğman Nəsibovun isə Afət Əsgərova ilə qonşuluğunda yaşamağını istəməsinin ən böyük səbəbi kənd camaatının və dost-tanışlarının arasında X38 Əliyev ilə qoşulub qaçmasının və geri qayıtmasının zarafat mövzusu olması olmuş, o bir həftə bundan əvvəl X44 Federasiyasında yaşayan Bəhruz Əsgərovla öz mobil telefonu vasitəsi ilə danışaraq, onun telefonunda qeyd edilən danışıqları qeydiyyata almış, bu danışıqların alınan qeydini Loğman Nəsibov onun telefonundan “Whatsapp” platforması ilə özünə göndərmişdir, həmin danışıqlarda Bəhruz Əsgərov onun həyat yoldaşı X46 Əsgərovanı öldürməsini, ruhi xəstəliyi olduğu və pul verib ona kömək edəcəyi üçün az cəza alacağını bildirmiş, Bəhruz Əsgərov gecələr zəng vurduğu üçün Niyaz Nəsibov və Əsli Mürşüdova yatılı olduqları üçün eşitməmiş, Bəhruz Əsgərov törədəcəyi cinayət qarşısında Loğman Nəsibova hər hansı maddi və digər mükafat təklif etməmiş, qeyd edilən danışıqların qeydiyyatını Loğman Nəsibov onun telefonundan öz mobil telefonuna göndərərək silmiş, Niyaz Nəsibov ilə Əsli Mürşüdova övladları Loğman Nəsibovla danışmışlar, sonuncu onlara Afət Əsgərovanın burada yaşaması fikrinə razı olmasada onu heç vaxt öldürməyəcəyini demiş, hadisə gününə gəldikdə isə Loğman Nəsibov hadisə günü 16 radələrində (təxminən 5-ə işləmiş) çöldə bəzi şəxslərlə telefon danışığı etdikdən sonra yaşadıqları evə gələrək nə üçün girdiyini bilməsədə yataq otağına girərək çölə çıxmış, onların 250 manat evdə pulları olmuş, Loğman Nəsibov səhər evdən çıxanda mobil telefonuna aksessuar almaq üçün ondan 20 (iyirmi) manat pul istədə o sonuncuya 50 (əlli) manat pul vermiş, Loğman Nəsibovun biri “REDMİ” və biri də “İPHONE” olmaqla iki ədəd mobil telefonu olmuş, “İphone” markalı mobil telefon demək olar ki istifadəyə yararsız olmaqla hər hansı mobil nömrəsi olmamış, qeyd edilən mobil telefonun sadəcə “İnstagram” sosial şəbəkəsi olmuş, çölə çıxdıqdan sonra Loğman Nəsibov getmiş, biraz müddət keçdikdən sonra sonuncu yaşadıqları evə gələrək onu səsləmiş o həyətə çıxdıqda artıq məsələni həll etdiyini, Afət Əsgərovanı öldürdüyünü demişdir. Loğman Nəsibovun anası Afət Əsgərovanı öldürəcəyinə inanmamış, çünki dəfələrlə qeyd etdiyi kimi Loğman Nəsibovun psixi problemləri olmuş, yəni sonuncu qərarlarını tez-tez dəyişən, dediyi əksər sözləri və hərəkətləri etməyən biri olmuş, lakin qorxudan Afət Əsgərovanın yaşadığı qonşuluqdakı evə gedə bilməmiş, hadisə günü təxminən 21 radələrində Bəhruz Əsgərov ona zəng vuraraq “vəziyyətlərinin necə olduğunu, səbrli olmalı olduqlarını və Şahid3da Afət Əsgərovanın öldürülməsindən xəbərdar olduğunu” demiş, hadisənin üstü açıldıqda gecə Niyaz Nəsibov yaxın qohumları Diləzbər Allahverdiyevanı gətirməyə getmiş, bu zaman Afət Əsgərovanın meyitinin başında Şahid3, Zeynəb Hacıyeva, Şahid7 və o olmuş, o baş verən hadisə barədə Loğman Nəsibovun bacısı Yeganə Hacıyevaya və bacısı Rəvanə Bağırovaya məlumat vermiş, bu zaman otaqdan çıxan Şahid3 oğlu Bəhruz Əsgərovla danışdığını və sonuncunun saat 12 tamama kimi hüquq mühafizə orqanlarlarına məlumat verilməməsini dediyini qeyd etmiş, lakin o həmin telefon danışığına şəxsən şahid olmamış, Şahid3 evə gələn şəxslərə səsküy salmağa imkan verməmiş, Afət Əsgərovanın öldürülməsi ilə bağlı bildiklərini hər hansı bir şəxsə deməmiş, bu proseslərdən yalnız Təqsirləndirilən şəxs xəbəri olmuş, daha sonra babası Şahid2 gələrək baş verən hadisə barədə “102” xidmətinə məlumat vermiş, hadisə günü Niyaz Nəsibov və Əsli Mürşüdovanın anası Afət Əsgərovanın meyiti aşkar edilənədək sonuncunun Loğman Nəsibov tərəfindən öldürülməsindən xəbərləri olmamış, lakin o həmişə və hadisə günü də Loğman Nəsibovun anası Afət Əsgərovaya bir şeylər edəcəyindən qorxaraq, bu qorxusunu Niyaz Nəsibov və Əsli Mürşüdova ilə paylaşmış, o və digərləri nə qədər qorxsalar da Loğman Nəsibovun nə vaxtsa Afət Əsgərovanı öldürəcəyinə inanmamış, hadisə günü artıq Loğman Nəsibovun evə gəlməməyindən nələrinsə baş verməsindən şübhələndiklərini, ruhi xəstəliyinə görə heç kimin Loğman Nəsibovun dediklərinə inanmadığını və sonuncunun konkret fikirli biri olmadığını, lakin bəzən Afət Əsgərovanın getməsi üçün Şahid2 ilə Şahid3 yaşadığı evi daşladığını və hər hansı ziyanın dəymədiyini qeyd etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi gün arvadı ilə birlikdə Tərtər rayonuna getmişlər. Qızı Afət və iki nəvəsi Kamillə Ramal evdə qalmışlar. Həmin gün onlarda usta Habil işləmiş, onlar evdən çıxan zaman Habildə onlarda olmuşdur. Tərtər rayonunda işlərini bitirdikdən sonra axşam tərəfi evə qayıtmışlar. Evə çatdıqda evin qapısının bağlı olduğunu görmüşlər, həmin vaxtı qudası arvadına zəng edib ərinin xəstələndiyini deyib onlara getmələrini xahiş etmişdir. Daha sonra evə qayıdanda görmüşdür ki, həyətlərində çoxlu adamlar var və evdə hadisə baş vermişdir. Evə daxil olduqda Afətin öldüyünü görmüşdür. Həmin vaxt Afətin meyiti kravatda uzanıqlı vəziyyətdə olmuş və meyitin üzəri örtülü olmuşdur. Sonra DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra hadisəni Loğmanın törətdiyini öyrənmişlər. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisə günü Kamili və Ramalı görməmişdir. Qapı çöldən bağlanılmışdı, açarı isə ayaqqabının içinə qoyulmuşdu. Kamil balaca uşağdı, Kamil qətilin və ölümün nə olduğunu bilmir. Kamilin həbsdən azad olunmasını xahiş etmiş və Kamilin təzyiq altında ifadə verdiyini bildirmişdir. Afət öz ərindən ayrılıb başqa kişiyə ərə getdiyi üçün Loğman Afəti öldürmüşdür. Dindirilmiş Şahid3 ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi gün Kamilgildə darvazanı rəngləmişdir. Axşam tərəfi saat 19 radələrində evinə çıxıb getmişdir. Kamilin anası evlərində soyuducunun qapağının xarab olduğunu demiş və ondan soyuducunun qapılarına baxmağını xahiş etmişdir. İşdən çıxan zaman Kamili çağırmış, Kamil ona pəncərədən cavab vermiş, Kamildən anasının evdə olub-olmadğını soruşmuş, Kamil anasının evdə olduğunu demişdir. Kamilə Afətin ona soyuducunun qapağına baxmağını dediyini bildirmişdir. Həmin vaxt Kamil evə girib çıxandan sonra ona ehtiyac olmadığını demişdir. Bundan sonra evinə getmişdir. Gecə saat 1-2 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları gələrək hadisənin baş verdiyini demişlər. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, hadisə baş verdiyi gün evdə olmuşlar. Həmin gün yoldaşı xəstə olduğu üçün qudası Qəzənfərgilə zəng edib yoldaşının xəstə olduğunu bildirmişdir. Qəzənfər Tərtər rayonunda olduqlarını demişdir. Qəzənfərgil Tərtər rayonundan gəldikdən sonra onlara gəlmişlər. Daha sonra Fatma şəkər dərmanının evdə qaldığını demiş, o da yemək bişənə qədər gedək dərmanlarını götürüb gəlmələrini demişdir. Fatmagilin evlərinə getdikdə qapıları bağlı olmuş, evdə olan işıqlar yana-yana qalmışdı. Qapını qırıb içəri girmişlər və çarpayının üzərində Afətin meyitini görmüşlər. Məhkəmə trəkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 7 dekabr 2024-cü il tarixli qərardan görünür ki, X2 qətl əlamətləri ilə meyitinin 06 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində yerləşən nömrəsiz evdə aşkar edilməsi haqqında daxil olmuş məlumatın araşdırılması zamanı toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Afət Əsgərova zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v.1) -“hadisə yerinin baxışının aparılması haqqında” 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evidir. Evin həyət sahəsinə giriş ağ rəngli, iki taylı, dəmir darvazadandır. Darvazanın hər iki tayı açıq vəziyyətdədir. Həyət sahəsi hər dörd tərəfdən mişar daşından inşa edilmiş hasarla çəpərlənmişdir, sol, yuxarı və aşağı hasarların hündürlüyü 2,5 m-dir. Sağ hasar digərlərinə nisbətən alçaqdır, üstünə daş materialdan hazırlanmış barmaqlıqlar düzülmüşdür. Həmin hasar evin həyət sahəsi ilə bağ sahəsini ayırır. Evin həyəti 18x25 m sahəni əhatə edir. Bütün sahə qazonlarla örtülüdür. Həyət sahəsinə darvazadan daxil olduqdan sonra dərhal sol tərəfdə tualet kimi istifadə olunan yardımçı tikili mövcuddur. Fərdi yaşayış evi həyətin yuxarı hissəsində, sol hasara yaxın yerləşir. Yuxarı və sol hasarlar ilə fərdi yaşayış evinin arasında 1,5 m enində hissə vardır. Sağ hasarla isə fərdi yaşayış evinin arasında 4,5 m enində hissə vardır və həmin hissədə bir altıaçıq inşa edilmişdir. Altıaçıqda bir ədəd ağ rəngli avtomobilin parklandığı müşahidə olunur. Altıaçıq ilə sağ hasarın ortasında bağ sahəsinə keçmək üçün taxtadan hazırlanmış birtaylı qapı vardr. Fərdi yaşayış evi birmərtəbəlidir, mişar daşından inşa edilmişdir, ön hissəsi mavi rənglə boyanmışdır. Qabaq hissədə, ortada metal materialdan olan iki taylı giriş qapısı (qapının işlək tayı sağ tayıdır, sol tayı passiv və ensizdir), qapının üstündə nəfəslik, solda və sağda isə üçgözlü pəncərələr mövcuddur. Evin ön hissəsi çardağa alınmış, döşəməsinə beton tökülmüş, çardağın altı sarı rəngli lambirlərlə örtülmüşdür. Evin bütün pəncərələrinin konstruksiyası plastikdir, dəmir barmaqlıqla təchiz olunmamışdır. Qapının gövdəsində və kilid mexanizmində zorakılıq və kənar müdaxilə izləri yoxdur, habelə bütün pəncərələrin şüşələri tamdır. Giriş qapısı dəhlizinə açılır. Qapıdan daxil olduqda dəhlizə qalxmaqdan ötrü taxtadan hazırlanmış dördpilləli pilləkən vardır, solunda və sağında 0,6 m hündürlüyündə taxta materialdan barmaqlıqlar vardır. Dəhlizin eni 1,5 m, uzunluğu isə 4,5 m-dir, divarları qəhvəyi rəngli olan naxışlı divar kağızları ilə örtülmüşdür. Pilləkənlərə qədər hissədə döşəmə qarışıq rəngli metlaxdan, yuxarı hissədə isə sarı rəngli taxtadandır. Tavan isə alçipan materialındandır və ağ rənglə boyanmışdır. Tavanın orta hissəsində bir elektrik lampası vardır və işləkdir. Tavanın yuxarı divara birləşən hissəsində evin damına qalxmaq üçün nəzərdə tutulmuş tavan lyuku mövcuddur. Dəhlizin yuxarı, sol, sağ divarlarında hər biri müxtəlif otaqlara açılan taxtadan hazırlanmış üç ədəd qapı vardır. Hər üç qapı ikitaylıdır. Sol və sağdakı qapılar sarı, yuxarı divarda olan qapı qəhvəyi-qırmızı rəngə boyanmışdır. Sol divarda olan qapı mətbəx otağına açılır. Burada mətbəx mebeli, soyuducu, divan, masa və başqa məişət əşyaları vardır. Otaq səliqəli və təmizdir. Sağ divarda olan qapı yataq otağına açılır. Burada birnəfərlik çarpayı, televizor, uşaq masası və başqa məişət əşyaları vardır. Otaq səliqəli və təmizdir. Dəhlizin yuxarı divarında olan qapı qonaq otağına açılır. Otağın uzunluğu 12 m, eni 4,5 m-dir. Divarlar ağ rəngli, naxışlı divar kağızları ilə örtülmüşdür. Döşəmə taxtadandır, sarı rənglə boyanmışdır. Tavan isə alçipandandır, tavana iki ədəd çilçıraq asılmışdır, işləkdir. Dəhliz qapısı ilə üzbəüz, yəni yuxarı divarın mərkəzində iki ədəd taxtadan olan yanbayan qapı vardır. Hər iki qapı ikitaylıdır, qırmızı-qəhvəyi rənglərlə boyanmışdır və müxtəlif otaqlara açılırlar. Qapıların ortasında divar saatı vardır. Otağın sol və sağ divarlarında isə hər biri üçgözlü olan pəncərələr vardır. Pəncərələrin qarşısında açıq-qəhvəyi rəngli pərdələr asılmışdır.Qonaq otağını mərkəzdən sol və sağ hissə olmaqla şərti olaraq iki hissəyə bölmək olar. Sol hissədə, dəhliz qapısından daxil olmaqla dərhal solda, başı aşağı divara, ayağı isə yuxarı divara istiqamətlənmiş iki ədəd taxta materialından hazırlanmış birnəfərlik çarpayı mövcuddur. İki ədəd birnəfərlik çarpayı birləşdirilməklə ikinəfərlik vəziyyətə gətirilmişdir. Afət Əsgərovanın meyiti həmin çarpayıların üzərindədir (növbəti paraqraflarda ətraflı təsvir olunacaqdır). Sol divar ilə aşağı divarın birləşdiyi küncdə künc divanı vardır, üzərinə sarı rəngli örtük sərilmiş, altı ədəd yastıq qoyulmuşdur. Divarın qarşısında jurnal masası vardır və həmin hissədə döşəmə üzərinə 1,8x2,5 m ölçüdə sarı rəngli, naxışlı xalça sərilmişdir. Sol divarla yuxarı divarın birləşdiyi küncdə isə bir ədəd taxtadan hazırlanmış dolab vardır və üzərinə televizor qoyulmuşdur. Otağın şərti olaraq bölünmüş sağ hissəsində döşəmə üzərinə 3,5x6 m uzunluğunda olan sarı-qırmızı-qəhvəyi rənglərin qarışığından ibarət naxışlı xalça sərilmişdir. Xalçanın mərkəzində bir ədəd taxta materialdan olan masa və masanın ətrafında altı ədəd stul vardır. Masanın üzərinə sarı-qəhvəyi rəngli sellofan materialdan örtük sərilmişdir, üzərində şüşə materialdan olan qrafin (üçdə iki hissəsi su ilə doldurulmuşdur), şüşə stəkan (boşdur), sarı rəngli əsgi və çəhrayı rəngli dəsmal, bir ədəd qara rəngli plastik qutuda eynək vardır. Sağ divarın mərkəzində, pəncərənin altında təbii qaz sobası, onun solunda və sağında isə taxta materialından hazırlanmış dolablar vardır. Dolabların qapıları şüşədəndir, içərisində qab-qacaq və başqa məişət əşyaları mövcuddur. Eyni zamanda dolabların üstünə də gül dəstələri və başqa məişət əşyaları qoyulmuşdur. Yuxarı divarda olan yanbayan iki qapıdan sağdakı qapıdan bir qədər sağ tərəfdə, divarın qarşısında da bir ədəd güzgülü dolab mövcuddur. Dolabın üzərində güldanlar, gül dəstələri, suvenir qab-qacaq, çərçivələnmiş şəkillər və başqa məişət əşyaları vardır.Qeyd olunduğu kimi, Afət Əsgərovanın meyiti qonaq otağında olan yanbayan qoyulmuş iki ədəd çarpayının üzərindədir. Hər bir çarpayının zavod istehsalı olan ağ rəngli matrasları ilə yanaşı, matrosların üzərinə hər iki çarpayını əhatə edəcək ölçüdə, bənövşəyi rəngli, içərisi yunla doldurulmuş döşək də qoyulmuşdur, döşəyin üzərinə isə açıq-çəhrayı rəngli mələfə sərilmişdir. Həmçinin mələfənin də üzərində açıq və tünd qəhvəyi rənglərdə olan adyal vardır. Görünür ki, Afət Əsgərova yatağı açmadan çarpayının üzərində uzanmışdır.Çarpayılarla üzbəüz durduqda, meyitin başı soldakı, ayaqları sağdakı çarpayının üstünə gələcək formada çəpəki, arxası üstə uzanmış vəziyyətdədir. Meyitin üstünə açıq və tünd qəhvəyi rənglərdə, parça materialdan hazırlanmış adyal sərilmişdir. Adyal götürüldükdən sonra meyitin və hadisə yerinin ətraflı müayinəsi aparıldı.Meyitin baş hissəsinin olduğu, yəni soldakı çarpayının sol tərəfində, divarın üzərində bir ədəd elektrik rozetkası vardır, rozetkaya mobil telefonun şarj cihazı qoşulmuşdur. Cihazın kabeli isə meyitin başının altındakı yastığadək uzanır. Müşahidə olunur ki, Afət Əsgərova öldürüldüyü anda yataqda uzanmaqla mobil telefonunu şarja qoşmuşdur. Lakin hazırda mobil telefon şarja qoşulu deyildir. Meyitin başının altında ağ rəngli, içərisi yunla doldurulmuş yastıq vardır. Meyitin əynində boz-qara rəngdə naxışlı, uzunqol gödəkcə və ağ-boz-qara-qırmızı rəngdə naxışlı kofta, həmçinin qəhvəyi rəngli şalvar və qarışıq rənglərdə olan bir cüt corabın olduğu müşahidə olunur. Meyitin sol qolu dirsəkdən qatlanmaqla yuxarıya doğru, sağ qolu isə qatlanmamaqla düz yana açılmışdır. Sol əli yarım yumruq formasında sıxılmış, sağ əli isə nisbətən açıqdır. Əl dırnaqları tünd rənglə boyanmışdır. Meyitin gözləri açıq, ağzı yarıaçıq formadadır. Aşkar müşahidə olunan xəsarətlər: meyitin boğazının ön tərəfdən əhəmiyyətli hissəsi kəsilmişdir, yara mənfəzində arterial damarlar, onurğa sütunu və boyun fəqərələri açıq müşahidə olunur. Meyitin üst geyimləri, sifəti, hər iki əli, üzərində uzandığı döşək, başının altında olan yastıq və çarpayının başlığı qana bulanmışdır. Meyitin başı bədənə nisbətdə sol-yuxarıya istiqamətlənmişdir. Başında qəhvəyi rəngli saçları vardır. Başqa xəsarətlər müşahidə olunmur. Meyit patoloji-anatomik müayinənin aparılması üçün götürülərək təcili tibbi yardım maşını ilə məhkəmə-tibbi ekspertiza mərkəzinə göndərildi. Meyit götürülərkən onun sol qolunun altında bir ədəd “Samsung” markalı, smartfon tipli, arxasına silikon materialdan qara rəngli örtük keçirilmiş, ön şüşəsi qara, arxa qapağı göy rəngli olan mobil telefon cihazı aşkar olundu. Cihaz işlək vəziyyətdədir, ekranına şəffaf rəngli qoruyucu örtük keçirilmişdir və həmin örtüyün kənarları bir neçə hissədə çartlamışdır. Həmin cihaz iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüldü və müvafiq qaydada qablaşdırıldı. Meyit götürüldükdən sonra çarpayının üzərində olan əşyaların baxışı keçirilməklə istintaq hərəkəti davam etdirildi. Meyitin başının altında olan yastığın aşağı hissəsi qana bulanmışdır. Həmin yastıq sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürüldü. Yastıq götürüldükdən sonra çarpayının üzərinə qoyulmuş döşək üzərində, meyitin başının altında qalan hissədə 40x60 sm sahənin qana bulandığı müşahidə olunur. Həmçinin qeyd edilən hissədə iki ədəd damla şəklində laxtalanmış qan parçası mövcuddur. Həmçinin digər çarpayının yuxarı hissəsində olan, arxa tərəfi ağ rəngli, qabaq tərəfi isə ağ-qara rəngli olmaqla üzərində qırmızı gül şəkli olan yastığın da hər iki səthində qan ləkələri müşahidə olunur. Həmin yastıq da qablaşdırılaraq götürüldü. Bundan başqa döşəyin üzərinə sərilmiş açıq-çəhrayı rəngli mələfənin yuxarı hissəsində qan ləkələri olduğu üçün həmin mələfə müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Eləcə də çarpayının aşağı hissəsində ağ rəngli örtüklə üzlənmiş üçüncü yastıq da mövcuddur. Bu yastığın üzərində gözlə müşahidə olunan qan ləkələri mövcud olmasa da sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınaraq müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Hər iki çarpayıların üzərinə qoyulmuş yun materialdan olan döşək qaldırılmaqla baxışın aparılması davam etdirildi. Hər iki çarpayının üzərində olan zavod istehsalı matraslar sellofandan açılmamışdır. Matrasların üzərində yun materialdan olan qalın döşək mövcud olduğundan qan ləkələri matraslara təmas etməmişdir. Çarpayının üzərində, ətrafında cinayətin aləti ola biləcək hər hansı əşya və predmet aşkar olunmadı. Bununla belə matroslar qaldırılmaqla, çarpayıların altına və divarla bitişdiyi hissələrə, iki çarpayının birləşdirildiyi hissəyə baxış keçirildi, lakin sübut əhəmiyyəti kəsb edəcək əşya və ya predmet aşkar olunmadı. Bundan başqa iki çarpayının birləşdiyi hissədə çarpayıların yan taxtalarının üzərində və sağdakı çarpayının başlığının parça hissəsində, həmin hissədə döşəmənin üzərində və divarda qan ləkələri aşkar edildi. Çarpayıların taxtaları üzərində olan qan ləkələri bulaşma, sağda olan çarpayının başlığının parça hissəsində olan qan ləkəsi yaxma, döşəmənin üzərində olan qan ləkələri gölməçə, divarda olan qan ləkələri isə sıçrama xarakterlidir. Sağdakı çarpayının üzərində olan qan ləkələri “1”, soldakı (meyitin olduğu) çarpayının üzərində olan qan ləkələri “2”, döşəmə üzərində olan qan ləkələri “3” rəqəmləri ilə şərti işarələnməklə hər üç hissədən pambıq tampon vasitəsi ilə nümunələr götürüldü və müvafiq qaydada qablaşdırıldı. Bundan sonra fərdi yaşayış evinin digər otaqlarının baxışı aparıldı. Qeyd olunduğu kimi, qonaq otağının yuxarı divarının mərkəzində yanbayan yerləşmiş iki qapı mövcuddur. Solda olan qapı boş bir otağa açılır, otaq istifadəsizdir. Otağın sahəsi 6x4,5 m-dir, divarları ağ rəngli, naxışlı divar kağızları ilə üzlənmişdir, döşəməsi sarıya boyanmış taxtadan, tavanı ağ rənglə boyanmış alçipandandır, tavanın mərkəzində çilçıraq vardır. Sol divarın mərkəzində üçgözlü pəncərə var, lakin qarşısından pərdə asılmamışdır. Otaq, demək olar ki, boşdur, sadəcə bir ədəd bəzədilmiş süni yolka ağacı və plastik materialdan olan oyuncaq maşın vardır. Sağda olan qapı isə başqa bir otağa açılır. Bu otaq döşəklər, geyim əşyaları, istifadəsiz avadanlıqlar və başqa məişət əşyaları ilə doldurulmuşdur. Müşahidə olunur ki, otaqdan anbar kimi istifadə olunur. Bu otağın sahəsi də 6x4,5 m-dir, divarları qırmızı rəngli, naxışlı divar kağızı ilə üzlənmişdir, döşəməsi sarı rəngli dik lövhələrdəndir, tavanı ağ rəngli alçipandandır, tavanın mərkəzində çilçıraq vardır. Otağın sağ divarında üçgözlü pəncərə vardır və pəncərənin önündən ağ rəngli tül asılmışdır. Sol divarda birnəfərlik çarpayı üzərində döşəklər və yastıqlar, aşağıda ikinəfərlik çarpayı üzərində dağınıq qoyulmuş geyim əşyaları, yuxarı divarda içərisində geyimlər olan paltar dolabı, həmçinin müxtəlif yerlərə qoyulmuş iki ədəd elektrik sobası, çantalar, uşaq arabası, xalçalar, stullar və başqa məişət əşyaları vardır. Baxışın aparıldığı fərdi yaşayış evinin sakini, ölmüş şəxs Afət Əsgərovanın anası Şahid3 bildirdi ki, Afət Əsgərovanın meyitini ilk dəfə özü aşkar etmiş, belə ki, 6 dekabr 2024-cü il tarixdə saat 22 radələrində əri Şahid2 ilə birlikdə Tərtər rayonundan yaşadıqları hazırkı evə qayıtmışlar, evin giriş qapısı kilidli olmuş, buna görə evə daxil ola bilməyərək qonşu evə keçmişlər, bir qədər sonra təkbaşına geri qayıtmış, evin giriş qapısı kilidli olsa da qapıdan sağ tərəfdə yerləşən, yəni yataq otağının pəncərəsi açıq olmuş və qonşulardan biri pəncərədən keçərək içəridən qapını açmış, bundan sonra evə daxil olaraq Afət Əsgərovanın meyitini aşkar etmişdir (cinayətkar hadisədən sonra pəncərədən tullanmaqla evi tərk etmişdir). Daha sonra Şahid3 göstərdiyi pəncərənin yerləşdiyi otağa baxış keçirilməklə istintaq hərəkəti davam etdirildi. Qeyd edildiyi kimi, həmin otaq dəhlizə daxil olduqdan sonra sağ tərəfdə yerləşir. Otağın divarları ağ rəngli, naxışlı divar kağızları ilə üzlənmişdir, döşəməsi sarı rəngli taxtadan, tavanı ağ rəngli alçipandandır, tavanın mərkəzində çilçıraq vardır. Qapıdan daxil olduqda sağ tərəfdə divar boyunca uşaq masası və birnəfərlik çarpayı, çarpayı ilə üzbəüz olan divarın qarşısında şüşə materialdan olan şkafın üzərində televizor, həmçinin müxtəlif yerlərdə tozsoran cihazı, qatlanmış xalçalar, stullar və başqa məişət əşyaları var. Otaq səliqəli, təmizdir. Qapı ilə üzbəüz olan divarda və sağ divarda üçgözlü pəncərələr mövcuddur. Hər iki pəncərənin önündən ağ rəngli tül asılmışdır. Qapı ilə üzbəüz olan pəncərənin tülü qapalı olsa da sağ divarda olan, yəni evin ön divarında yerləşən pəncərənin tülü sola yığılmışdır, pəncərə açıqda qalmışdır. Pəncərənin üç gözündən ortadakı göz açılıb-bağlanandır və hazırda bağlıdır. Pəncərə plastik materialdandır, açılan hissəsi içəridən sağa doğru açılır. Pəncərənin hündürlüyü 1,6 m, ümumi eni 1,8 m, hər bir gözün eni 60 sm-dir. Aşağı hissəsində plastik materialdan olan pəncərə altlığı vardır. Açılıb-bağlanan hissəsində kilid yoxdur, həmçinin bayırdan dəmir barmaqlıqlarla təchiz olunmamışdır. Pəncərənin sol gözünün yuxarı hissəsində kiçik ölçülü nəfəslik vardır və hazırda bağlıdır. Şahid3 meyiti aşkar edərkən həmin pəncərənin açıq vəziyyətdə olduğunu, daha sonra evə daxil olarkən soyuq havanın evə girməsinin qarşısını almaq üçün pəncərəni özünün bağladığını bildirdi və pəncərəni hansı vəziyyətdə aşkar etdiyini əyani göstərdi. Hadisə yerinin baxışı fərdi yaşayış evinin həyət sahəsində davam etdirildi. Müəyyən edildi ki, fərdi yaşayış evinin arxa hissəsində, altıaçığın olduğu hissədən evin arxasına keçdikdə Aşağı Avşar kəndinə çıxan bir darvaza da mövcuddur. İki taylı dəmir materialdan olan həmin darvaza boz rənglidir və açıqdır. Lakin darvazadan küçəyə çıxış yoxdur. Belə ki, darvazanın qarşısında olan sahə hər üç tərəfdən hasarlanmış və darvazanın funksiyası faktiki olaraq aradan qaldırılmışdır. 07 dekabr 2024cü il tarixli X10 evinə baxış protokolundan görünür ki, Şahid1 7 dekabr 2024-cü il tarixdə rayon prokurorluğuna izahat verərək göstərmişdir ki, anası X17 6 dekabr 2024-cü il tarixdə özünün əri X22 tərəfindən qətlə yetirilmiş, Loğman Nəsibov cinayəti törətdikdən sonra cinayətin baş verdiyi evlə qonşuluqda yerləşən birlikdə yaşadıqları evə gələrək cinayətin törədilməsi zamanı üzərində olan koftanı çıxarıb hamam otağına qoymuş, təmiz kofta geyinərək getmiş, bundan sonra o, Loğman Nəsibovun çıxardığı koftanı yuyaraq yataq otağına qoymuşdur və həmin kofta hazırda da yaşadığı evin yataq otağındadır. Baxışın aparılması zamanı müəyyən edildi ki, X24 Bağırovanın birlikdə yaşadıqları ev cinayətin törədildiyi evlə qonşuluqda yerləşir, hər iki evin həyəti arasında bir hasar mövcuddur. Fərdi yaşayış evi birmərtəbəlidir, mişar daşından inşa edilmişdir. Həyətdə, fərdi yaşayış evinin qarşısında hamam otağı mövcuddur. Şahid1 cinayətin törədildiyi vaxt Loğman Nəsibovun əynində olmuş koftanın hazırda evin yataq otağında olduğunu bildirdi və əyani şəkildə göstərdi. Fərdi yaşayış evinin giriş qapısı dəhlizə açılır. Dəhlizdə giriş qapısı ilə üzbəüz evin salonuna açılan qapı mövcuddur. Yataq otağı isə salonun sağ tərəfində yerləşir və yataq otağına giriş qapısı da salondandır. Yataq otağında ikinəfərlik çarpayı, paltar şkafı, güzgü və başqa məişət əşyaları mövcuddur. Qapıdan daxil olduqda üzbəüz divarda, çarpayı ilə şkafın arasında döşəmə üzərinə qoyulmuş sərinkeş vardır. Sərinkeşin üzərində müxtəlif geyim əşyaları qoyulmuşdur. Şahid1 sərinkeşin üzərinə qoyulmuş ağ rəngli sviteri göstərərək həmin sviterin Loğman Nəsibova məxsus olduğunu, cinayəti törədərkən üzərində olduğunu və cinayəti törətdikdən sonra hazırkı evə gələrək çıxardıb hamam otağına qoyduğunu, yeni kofta geyinərək getdiyini, bundan sonra isə özünün həmin sviteri hamam otağında yuyaraq hazırda olduğu yerə, yəni sərinkeşin üzərinə qoyduğunu göstərdi. Həmin sviter ağ rəngli, uzunqoldur, boğaz hissəsi zəncirbəndlə bağlanır, döş hissəsinin sol tərəfində göy-ağ-qırmızı rənglərdə olan emblem vardır. Sviter təmizdir və zədəsizdir, qarın və ətraf hissələri qurudur, döş və boğaz hissələri nəmdir, həmin hissələri sıxdıqda parçadan su çıxır. Sviterin üzərində qan və qana şübhəli ləkələr aşkar olunmadı. Həmin sviter iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Sviter götürüldükdən sonra sərinkeşin üzərində bir ədəd göy rəngli cins şalvarın olduğu müəyyən edildi. Şahid1 həmin şalvarın Loğman Nəsibova məxsus olduğunu, lakin heç vaxt geyinmədiyini, yeni olduğunu bildirdi. Şalvara baxış aparılarkən mağaza etiketinin hələ də üzərində olduğu, şalvarın təmiz, zədəsiz və quru olduğu müəyyən edildi. Şalvarın üzərində qan və qana şübhəli ləkələr aşkar olunmadı. Həmin şalvar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü.Şahid1 evin həyətində yerləşən hamam otağını göstərərək Loğman Nəsibova məxsus qana bulaşmış sviteri həmin otaqda yuduğunu göstərdi. Müəyyən edildi ki, hamam otağı birmərtəbəlidir, mişar daşından inşa edilmişdir, daxili hissəsi iki hissədən ibarətdir, birinci hissə soyunubgeyinmə otağı kimi istifadə edilir, həmçinin paltaryuyan maşın da buraya qoyulmuşdur, ikinci hissəsi isə duş kabinasıdır. Birinci hissəyə daxil olduqda müəyyən edildi ki, döşəmədə bir ədəd qara rəngli plastik vanna vardır, vannanın içərisində su qalıqları mövcuddur. Paltaryuyan maşının üstündə isə qapağı açılmış vəziyyətdə, sarı rəngli plastik qabın içərisində yuyucu toz və onun içərisinə batırılmış fırça vardır. Şahid1 həmin yuyucu toz və fırçadan istifadə edərək vannanın içərisində Loğman Nəsibovun sviterini yuduğunu göstərdi.(cild 1, i.v.17) -“meyitə baxış aparılması haqqında” 7 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Afət Əsgərova meyitinin əynində 1 ədəd boz rəngli naxışlı jilet, 1 ədəd kofta, 1 ədəd boz rəngli sintetik materialdan busqalter, 1 ədəd mavi rəngli, sintetik materialdan, üçkünc formalı, qadın alt geyimi, 1 ədəd qırmızımtıl rəngli bir cüt corab mövcuddur. Meyitin əynində olan geyim əşyaları qanabənzər maddəyə bulaşmışdır və trasoloji zədələr müşahidə olunur. Paltarlar çıxarıldıqdan sonra meyitin qadın cinsli, düzgün bədən quruluşlu və kafi köklükdə olduğu müəyyən edildi. Meyitin boyunun uzunluğu 161 sm-dir. Boynunun ön hissəsi və başın arxa hissəsi qana bulaşmış vəziyyətdədir. Meyid periferik hissələrdə soyumuş, qoltuqaltı nahiyələrdə bir qədər ilıqdır. Dəri solğun- ölü rəngində olub, burun, dodaq, yanaq üçbucaqlarında və alt göz qapaqlarında bir qədər sianotikdir. Meyit qacıması yoxlanılan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində olmaqla yaxşı inkişaf etmişdir. Baş tükləri qara rəngdə olmaqla, tüklərin uzunluğu 15-20 sm-ə qədərdir. Gözləri yarı açıqdır, buynuz qişa solğundur, bəbəkləri dairəvi olub 0,5 sm diametrdədir. Ağzı qapalıdır. Dodaqların haşiyəsi sianotikdir. Dili ağız boşluğunda diş xətti arxasında sərbəst yerləşmişdir. Dişləri təbii olub, tamdırlar. Kəllə tağı və üz şöbə sümükləri əllədikdə pataloji hərəkətsizdir Xarici qulaq və burun keçəcəkləri sərbəst, ifrazatsızdır. Boyun bədənə mütənasibdir orta uzunluqda və qalınlıqdadır. Döş qəfəsi silindirik formada olub, simmetrikdir. Sümükləri əllədikdə hərəkətsizdir. Ön qarın divarı qabırğa qövsü səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tipində düzgün inkişaf etmişdir, sidik kanalının xarici dəliyindən ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisinin şüavari büküşləri nəzərə çarpandır. Fəqərə sütunu əllədikdə patoloji hərəkətsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, sümükləri əllədikdə tamdır. Meyidin xarici müayinəsi zaman bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: Boyunun ön və yan səthlərini əhatə etməklə, boyunun orta hissəsində düz xətt formalı, kənarları hamar, iti bucaqlı, maili yerləşmiş, yumşaq toxumaların, boyunun arteriya və venalarının kəsilməsi ilə müaşhidə edilən 20,0 x 7,0 sm ölçüdə kəsilmiş yara var. Müayinə zamanı meyitin bədən səthi üzərində başqa xəsarətlər aşkar edilməmişdir.(cild 1, i.v.18- 24) -“götürmə aparılması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “ıPhone 7 Plus” markalı mobil telefon cihazı, qara rənglidir, arxa qapağına qara rəngli silikon materialdan qoruyucu örtük keçirilmişdir. Cihazın daxili yaddaşında olan məlumatlara əlavə olaraq müfəssəl baxışın keçirilməsi təmin olunacaqdır. Köynək, qara rənglidir, uzunqoldur, təmiz, üzərində qan və ya qana şübhəli ləkələr, eləcə də trasoloji və ya mexaniki zədələr müşahidə olunmur. Şalvar, açıq göy rənglidir, təmiz, üzərində qan və ya qana şübhəli ləkələr, həmçinin trasoloji və ya mexaniki zədələr müşahidə olunmur. Gödəkcə, qara rənglidir, uzunqoldur, qabaq hissəsi zəncirbəndlidir, üzərində qan və ya qana şübhəli ləkələr, trasoloji və ya mexaniki zədələr müşahidə olunmur.(cild 1, i.v.50) -“baxış aparılması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə ifadə verərək göstərmişdir ki, cinayətin törədilməsindən sonra cinayəti törətmiş X22 ilə birlikdə Bakı şəhərinə getmiş, oradan geri qayıdarkən Loğman Nəsibova məxsus “iPhone 12” markalı mobil telefon cihazını və onun istifadəsində olan “VAZ 2107” markalı maşının açarlarını sonuncunun yaşadığı fərdi yaşayış evinin həyat şahəsində darvazanın yanına qoymuşdur. Təqsirləndirilən şəxs həmin predmetləri qoyduğu yeri əyani şəkildə göstərdi. Baxışın aparılması zamanı müəyyən edildi ki, sözügedən əşyalar Loğman Nəsibovun yaşadığı evin həyət sahəsinə darvazadan daxil olduqdan sonra sağ tərəfdə torpağın üzərinə qoyulmuşdur. Orada “iPohne 12” markalı, qabaq tərəfi qara, arxası göy rəngli, ekranında və arxa qapağında çatlaqlar olan mobil telefon cihazı, bir ədəd brelok keçirilmiş iki açar (biri mühərriki işə salmaq üçün, digəri baqajın açılması üçün) aşkar edildi. Həmin predmetlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür.(cild 1, i.v.55-56) -“cinayət törətməkdə şübhəli olan şəxsin barəsində axtarış elən edilməsi haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunan cinayəti törətməkdə şübhəli şəxs Loğman Nəsibov barəsində axtarış elna edilmişdir.(cild 1, i.v.61) -“baxışın aparılması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 7 dekabr 2024-cü il tarixdə rayon prokurorluğuna əlavə ifadə verərək göstərmişdir ki, Loğman Nəsibov onun anası Afət Əsgərovanı öldürdükdən sonra hazırda baxış içirilən fərdi yaşayış evinə gəlmiş, onu səsləyib həyətə çağırmış, Loğman Nəsibovun əynində qana bulanmış qəhvəyi rəngli köynək olmuş, sonuncu həmin köynəyi çıxararaq hamam otağına atmış, ondan yeni paltar gətirməsini istəmiş, o da yataq otağından ağ rəngli köynəyini gətirərək Loğman Nəsirova vermiş, sonuncunun sifətinin sol yanında alt-alta 3-4 çapılmış yara izi olduğu üçün köynəyi geyinəndə sifətindən axan qan köynəyin yaxalığına bulaşmış, buna görə həmin köynəyi də əynindən çıxarmış, paltar şəritində olan qara rəngli qısaqol köynəyi yaş-yaş götürüb geyinmiş, bundan sonra çıxıb getmiş və qanlı paltarları məhv etməsini, həmçinin evdə olan elektroşok cihazını gizlətməsini ona tapşırmış. Loğman Nəsibov getdikdən sonra o, hamam otağında olan əsas qanlı köynəyi yumaq istəmiş, bundan ötrü fırça və yuyucu tozla köynəyin səthini təmizləməyə çalışsa da qan ləkələri çox oluduğuna görə yumaq mümkün olmamış, buna rə də həmin qəhvəyi rəngli köynəyi evin həyətində olan tualetin kanalizasiya quyusuna atmış, həmçinin evlərində olan Loğman Nəsibovun elektroşok cihazını və cihazın şarj adapterini həmin atmış, Loğman Nəsibovun sonradan geyindiyi, yaxalığı qana bulaşan ağ rəngli köynəyi hamam otağının qarşısında olan əlüzyuyanda yuyub təmizləmişdir. Baxışın aparılması zamanı müəyyən edildi ki, evin həyət sahəsində olan tualet evin əsas darvazasından daxil olduqda sağ divarın küncündə yerləşir. Tualet 1x1 m sahəni əhatə edən ölçüdə mişar daşından inşa olunmuşdur İ ikilinin altında kanalizasiya quyusu qazılmış quyunun üstünə betən tökülmekle ılrənndə yerdən tualet inşa edilmişdir Tualetin dəliyindən baxdıqda quyunun içərisində qəhvəyi rəngli geyim əşyasının və onun da üzərində qara rəngli naməlum cihazın olduğu müşahidə olunur. Tualetin kənarları dağıdılmaqla quyunun üstünün açılmasına çalışılsada quyunun üzəri beton olduğundan bu mümkün olmadı Buna görə də tualetin arxa divannın aşağı hissəsi elektrikli dağıdıcı ilə dağıdıldı və quyunun üstü açıldı Müəyyən olundu ki quyunun içərisi nəcis və su ilə doludur Onların ən üstündə qəhvəyi rəngli geyim əşyası və qara rəngli cihazın olduğu aşkar olundu. Birinci növbədə qara rəngli cihaz quyudan çıxarıldı və onun baxışı aparıldı. Həmin cihazın elektriklə çalışan elektroşok cihazı olduğu müəyyən edildi Həmin cihazın səthi nəcisə bulaşmışdır Şahid1 bildirdi ki, həmin elektroşok cihazını Loğman Nəsibov 2023-cü il ildə Moskva şəhərindən gətirmiş və yaşadıqları evdə saxlamış, heç vaxt istifadə olunmamış, hüquq mühafizə orqanlarının əməkdaşlarının yaşadıqları evdə axtarış aparacaqlannı düşünərək həmin cihazın müəyyən olunmaması məqsədi ilə Loğman Nəsıbovun köynəyindən sonra həmin cihazı da tualetə atmışdır. Həmin cihaz iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılıb götürüldü. Bundan sonra isə müvafiq geyim əşyası da kanalizasiya quyusundan çıxarılaraq baxışı aparıldı. Müəyyən olundu ki, həmin geyim əşyası qəhvəyi rəngli, uzunqol, bütöv yaxalıqlı köynəkdir, döş hissəsinin sol tərəfində qara rəngli marka emblemi vardır. Köynək suya və nəcisə bulaşmışdır, buna görə də səthində zədələrin və qana bənzər ləkələrin olub-olmadığının müəyyən edilməsi mümkün olmadı. Şahid1 qeyd etdi ki həmin köynək cinayəti törədərkən Loğman Nəsibovun əynində olmuş, naoısədən sonra yaşadığı evə gələrək əynindən çıxarıb hamam otağına atmış, Loğman Nəsibov getdikdən sonra o, həmin köynəyi yumuş, lakin qan ləkələrini çıxarmaq mümkün olmadığından təmizləməkdən imtina edərək kanalizasiya quyusuna atmışdır. Həmin köynək də müvafiq qaydada qablaşdırılıb götürüldü Bundan başqa kanalizasiya quyusunda bir ədəd şarj kabelinin də olduğu müşahidə olundu, lakin həmin əşyanın götürülməsi mümkün olmadı. Şahid1 bildirdi ki, həmin şarj kabeli elektroşok cihazınındır, cihazla birlikdə şarj kabelini də quyuya atmışdır. Həmçinin quyunun içərisində iş üzrə əhəmiyyət kəsb etməyən siqaret qutuları, sprey spirt qabları vardır. Quyunun içərisində əhəmiyyət kəsb edən digər əşyalar aşkar olunmamışdır.(cild 1, i.v.67-69) -“zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ölmüş zərərçəkmiş şəxs Afət Əsgərovanın hüquqi varisi qismində X18 tanınmışdır.(cild 1, i.v.73-74) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti örətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.137-138) -“müşahidə kameralarına baxış aparılması haqqında” 08 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, yanacaqdoldurma məntəqəsində ümumilikdə 25 video müşahidə kamerası quraşdırılmışdır. Kameraların qeydə aldığı görüntülər “Hikvision” markalı videoqeydiyyat cihazı tərəfindən yazılır. Videoqeydiyyat cihazının vaxtı real vaxtdan 34 dəqiqə geridir. Videoyazıların təhlili zamanı aşağıdakılar müşahidə edildi: X10 idarəsində olan “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın 6 dekabr 2024-cü il tarixdə saat 16:22-də (real vaxtla saat 16:56) Ağcabədi şəhərinin mərkəzindən gələrək yanacaqdoldurma məntəqəsinin qarşısında müştəri gözləyən Ağcabədi-Bakı rayonanlararası taksi fəaliyyəti göstərən maşınların yanında dayanır və taksistlərlə 2 dəqiqəyə yaxın müddətdə danışdıqdan sonra yanacaqdoldurma məntəqəsinin yuxarı hissəsində olan dayanacağa doğru hərəkət edərək avtomaşını parklayır. Maşının sürücü oturacağından Loğman Nəsibov, arxa oturacaqlardan isə iki azyaşlı-Təqsirləndirilən şəxs və X25 aşağı enirlər. Həmin dəqiqə rayonlararası taksi fəaliyyəti göstərən Şahid5 idarəsində olan “Mercedes Benz C220” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşını hərəkətə gətirərək Loğman Nəsibovun maşınının arxasında dayanır, Loğman Nəsibov və digərləri onun maşınına əyləşirlər. Saat 16:25-də (real vaxtla saat 16:59) onlar Zərdab rayonu istiqamətində hərəkətə başlayırlar. Şahid5 7 dekabr 2024-cü il tarixdə saat 01:06-da (real vaxtla 01: 40) idarəsində olan “Mercedes Benz C220” markalı **-MB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zərdab rayonu istiqamətindən gələrək yanacaqdoldurma məntəqəsinə daxil olub maşını saxlayır. Təqsirləndirilən şəxs və Ramal Bağırov maşının arxa oturacaqlarından aşağıya enirlər və Şahid5 Ağcabədi şəhəri istiqamətində hərəkətini davam etdirir. Yanacaqdoldurma məntəqəsinin işçisi (baxışda iştirak edən Rəşad Əliyevin sözlərinə görə işçinin adı Xəlildir) azyaşlılara yaxınlaşır və onları məntəqənin ofisinə aparır. Ofisdə Təqsirləndirilən şəxs məntəqənin işçisinin telefonunu alaraq ən azı üç dəfə telefonla danışır (ehtimal edilir ki, taksi çağırır). Saat 01:22-də (real vaxtla 01:56) qırmızı rəngli, “VAZ 21011” markalı taksi avtomaşını yanacaqdoldurma məntəqəsinə daxil olur, Təqsirləndirilən şəxs və Ramal Bağırov ofisdən çıxaraq avtomaşına əyləşirlər və avtomaşın Ağcabədi şəhəri istiqamətində hərəkətini davam etdirir. Məntəqədə quraşdırılmış video-müşahidə kameralarının qeyd edilən müddətlərdə qeydə aldığı videogörüntülər kompakt diskə köçürülməklə götürüldü və üzərinə cinayət işinin nömrəsi yazılmaqla protokola əlavə olundu.(cild 1, i.v.152-154) -“cinayət işinin tövsif edilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4 və 32.5, 120.2.4-cü maddəsinə tövsif edilmişdir.(cild 1, i.v.163-164) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Loğman Nəsibov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(cild 1, i.v.166-167) -“təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Loğman Nəsibov barəsində axtarış elan edilmişdir.(cild 1, i.v.168-169) -“Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(017)-110/2024 nömrəli qərarından görünür ki, Loğman Nəsibov haqqında həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbs etmənin əvvəli Loğman Nəsibovun tutulduğu gündan hesablanmışdır.(cild 1, i.v.191-195) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(cild 1, i.v.199-200) -Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(017)-111/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 4 (dörd) ay müddətə, yəni 07 dekabr 2024-cü il tarixdən 07 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07 dekabr 2024-cü il tarixdən, saat 21:20-dən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir. Vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.(cild 1, i.v.224-228) -“təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Loğman Nəsibova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir.(cild 1, i.v.248) -“məhkəmə-tibbi ekspertizası”nın 07 dekabr 2024-cü il tarixli 53 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs Afət Əsgərovanın meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Boyunun ön və yan səthlərinin əhatə etməklə boyunun orta hissəsində arteriya və venaların kəsilməsi ilə müşahidə edilən iri həcmli kəsilmiş yara. Afət Əsgərovanın bədənində olan xəsarət iti ucu və kənarı olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən törənə bilərdi. Afət Əsgərovanın boyunun ön və yan səthində qan damarlarının kəsilməsi və kəskin qanitirmə ilə müşayət edilən kəsilmiş yara xəsarəti dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Qeyd olunan kəsilmiş yara xəsarəti həyati olmaqla mərhumun ölümündən az əvvəl yetirilmişdir. Afər Əsgərovanın ölümünə səbəb boyunun ön və yan səthini əhatə etməklə qan damarlarının kəsilməsi ilə müşahidə edilən kəsilmiş yara nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, Afət Əsgərovanın ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 5-6 saat əvvəl, yəni 06 dekabr 2024-cü il tarixdə baş vermişdir. X5 xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Xəsarət yetirilərkən zərərçəkən və hücum edən müxtəlif duruş vəziyyətlərində ola bilərdilər, lakin daha çox ehtimal olunan duruş vəziyyəti zərərçəkənin uzanmış halda olduğu vəziyyətdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında metil, etil, propil, butil və amil spirtləri aşkar edilməmişdir.(18 dekabr 2024-cü il tarixli, 4921/K saylı məhkəmə-kimyəvi tədqiqat aktı).(cild 2, i.v.125-128) -“cinayət işi üzrə istintaq müddətinin uzadılması haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə istintaq müddəti 4 (dörd) ay müddətinə, 8 ayadək, yəni 7 aprel 2025-ci il tarixdən 7 avqust 2025-ci il tarixədək uzadılmışdır.(cild 3, i.v.33-35) -Ağcabədi Rayon Məhkəməsinin 04 aprel 2025-cü il tarixli, 4(017)-111/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3 (üç) ay müddətə, yəni 07 iyul 2025-ci il tarixədək uzadılmışdır.(cild 3, i.v.50-53) -Ağcabədi Rayon Məhkəməsinin 01 iyul 2025-cü il tarixli, 4(017)-48/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətə, yəni 07 avqust 2025-ci il tarixədək uzadılmışdır.(cild 3, i.v.172-174) -“kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası”nın 16 yanvar 2025-ci il tarixli, 32 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək imkanında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən sonra hər hansı psixi xəstəliyə tutulmamışdır. O, hal-hazırda öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs anlağlığı istisna etməyən psixi pozuntu aşkar edilmədiyindən və əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməlləri idarə etmək qabiliyyətində olduğundan onun hərəkətləri Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsirinə düşmür. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21.1, 21.3 və 22.1ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək və prosessual hüquq və vəzifələrini yerinə yetirimək iqtidarındadır. yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma fərdi psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman emosional halından aslı olaraq öz hərəkətlərini tam dərk etmə qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman adi psixi-emosional halda olmuşdur.Təqsirləndirilən şəxs cinayəti törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyilli deyildir.(cild 3, i.v.188-192) -“məhkəmə-genetik ekspertizası”nın 25 yanvar 2025-ci il tarixli, 25/88 R nömrəli ekspert rəyində göstərilmişdir ki, Afət Əsgərovanın sağ və sol əl dırnaq kəsintiləri alt səthində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcuddur. Afət Əsgərovanın sağ əl dırnaq kəsintiləri alt səthində həm X15 və həm də Afət Əsgərovaya məxsus biloji mənşəli materillar mövcuddur. Afət Əsgərovanın sol əl dırnaq kəsintiləri alt səthində olan bioloji mənşəli materiallar Afət Əsgərovaya məxsusdur. Əldə edilmiş bütün nəticələrdə eyni yumurta əkizləri istisna olunur. (cild 3, i.v.194-199) -"xxxx"nın 24 fevral 2025-ci il tarixli, 20-2025/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və X1 məxsus olmuş hər iki köynəyin arxa səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və X1 məxsus olmuş şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd pulover və bir ədəd gödəkçənin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspetizaya təqdim olunmuş və təqsirləndirilən şəxs X15 məxsus iki ədəd şalvar, bir ədəd köynək və bir ədəd puloverin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və hadisə yerindən götürülmüş bir ədəd mələfənin və üç ədəd yastığın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş və X1 məxsus hər iki köynəyin üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. X1 məxsus olmuş şalvarın hər iki ayaqlığının ön səthinin orta və aşağı hissələri, sol ayaqlığının yan-bayır yuxarı və arxa orta-aşağı səthində aşkar olunmuş qan ləkələri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər. Ekspertizaya təqdim olunmuş və hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş şərti 1№ və 3№-li yastıqların üzərində, həmçinin mələfənin bir sərbəst kənarında aşkar olunmuş qan ləkələrinin bəziləri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonra fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur; bəziləri qan ləkələri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər; bəziləri qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar, bəzi ləkələr isə bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlmişdirlər. Hadisə yerinə baxış zamanı aşkar olunaraq götürülmüş şərti 2№ yastığın üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidirlər. Ekspertizaya təqdim olunmuş və təqsirləndirilən şəxs X15 məxsus 01 ədəd şalvar və 01 ədəd köynəyin üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus puloverin və gödəkçənin üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində qan aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş, təqsirləndirilən şəxs X10 yaşadığı evin həyət sahəsində olan tualetin kanalizasiya quyusundan aşkar olunub götürülmüş, cinayətin törədilməsi zamanı onun üzərində olmuş və sonradan məhv edilməsi üçün həmin kanalizasiya quyusan atılmış bir ədəd qəhvəyi rəngli köynək müayinə üçün tamamilə yararsız vəziyyətdə olduğu üçün həmin köynəyin məhkəmə-tibbi kriminalstik tədqiqatı aparılmadı.(cild 3, i.v.201-211) -“məhkəmə-tibb-bioloji ekspertizası”nın 12 mart 2025-ci il tarixli 32/2025-TBŞ nömrəli rəyində göstərilmişdir ki, X2 ABO sistemi üzrə qrup göstəricisi: Abeta/H/(İİ). X10 ABO sistemi üzrə qrup göstəricisi: AB(İV)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/.-. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ) /elektron prokurorluq informasiya sistemindən götürülmüş kserosurətə əsasən/.-. Ekspertizaya təqdim edilmiş Afət Əsgərovaya məxsus bir ədəd qısaqol kofta, uzunqol jaket və idman şalvar, iki ədəd yastıq və onlara keçirilmiş yastığ üzləri, bir ədəd yastıq, bir ədəd mələfə, hadisə yerində üç ədəd pambıq topasına hopdurulmuş nümunə üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alındı, “B” antigeni və aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən X5 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu X11 da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Bu ləkələrdə X10 qanının olması inkar olunur. Təqdim olunmuş Təqsirləndirilən şəxs şalvarı üzərində qan, Loğman Nəsibova məxsus bir ədəd uzunqol ağ rəngli kofta, qısaqol boz rəngli köynək və iki ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus pencək tipli uzunqol köynək və uzunqol gödəkçə üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş təqsirləndirilən şəxs Loğman Nəsibovun yaşadığı evin həyət sahəsində olan tualetin kanalizasiya quyusundan aşkar olunub götürülmüş, cinayətin törədilməsi zamanı onun üzərində olmuş və sonradan məhv edilməsi üçün həmin kanalizasiya quyusuna atılmış bir ədəd qəhvəyi rəngli köynək müayinə üçün tamamilə yararsız olduğundan müayinə olunmadı.(cild 3, i.v.218-225) -“sübutların qiymətləndirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, 03 ədəd yastıq, bir ədəd mələfə, 03 ədəd pamıq tampon, “Samsung” markalı telefon, “Corn” markalı telefon, “Honor” markalı telefon, “İphone 12” markalı telefon, “İphone 7plus” markalı telefon, “Samsung Galaxy A 73” markalı mobil telefon, mobil telefondan çıxarılmış məlumatların saxlandığı elektron yaddaş qurğusu, kanalizasiya quyusundan çıxarılmış bir ədəd qəhvəyi rəngli köynək və bir ədəd elektroşok cihazı, təqsirləndirilən şəxs X15 və Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxs X5 məxsus geyim əşyaları, X2 meyitinin müayinəsi zamanı götürülmüş dırnaqlar və X6 götürülmüş ağız suyu nümunəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağcabədi rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. DİN-in Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş Şahid2 DİN-in “102” xidməti-zəng mərkəzinə müraciətinin audio yazısının mövcud olduğu kompakt disk, Ağcabədi şəhəri, Səməd Vurğun prospektində yerləşən “Lkoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kameralarının görüntüsünün əks oldunduğu kompakt disk və X10 bibisi Şahid3 “Whatsap” sosial platforması vasitəsi ilə atdığı audio yazının mövcud olduğu kompakt disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(cild 4, i.v.38-91) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxs Loğman Nəsibov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 4, i.v.92-94) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 15 iyul 2025-ci il tarixli qərardan görünür ki, Kamran Bağırova Cinayət Məcəlləsinin 32.5, 120.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(cild 4, i.v.107-109) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün:- məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməyən iştirakçıların-təşkilatçının, köməkçinin, təhrikçinin əməlləri iştirakçının rolundan asılı olaraq Cinayət Məcəlləsinin 32.3 və ya 32.4 və ya 32.5-ci maddəsinə istinad olunmaqla icraçının (icraçıların) əməllərinə şamil edilən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs birbaşa icraçı Loğman Nəsibov ilə birlikdə zərərçəkmiş şəxs Afət Əsgərovanın həyatına qəsd edilməsinə dair ümumi qəsd çərçivəsində hərəkət etmiş, lakin qətlin konkret icra üsulu və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hal barədə onların arasında qabaqcadan razılaşma olmamışdır. Cinayət Məcəlləsinin 32-ci maddəsinə əsasən, cinayətdə iştirakçılıq iki və ya daha çox şəxsin qəsdən eyni cinayətin törədilməsində birgə iştirakıdır. İştirakçılığın zəruri hüquqi əlaməti cinayət nəticəsinə münasibətdə ümumi qəsdin mövcudluğudur. Lakin cinayətin törədilmə üsulu, motivi və ya ağırlaşdırıcı halları yalnız o halda bütün iştirakçılara şamil edilə bilər ki, həmin hallar onların qəsdi ilə əhatə olunsun. Cinayət hüquq nəzəriyəsində və məhkəmə təcrübəsində qəbul edilmişdir ki, iştirakçısının məsuliyyəti onun qəsdinin hüquqları ilə müəyyən edilir (məsuliyyətin fərdiliyi prinsipi). Ağırlaşdırıcı hallar avtomatik qaydada digər iştirakçılara da aid edilə bilməz. Həmin hallar yalnız iştirakçının onları qabaqcadan bilməsi və istəməsi, yaxud ən azı onların baş verməsini şüurlu surətdə qəbul etməsi sübuta yetirildiyi halda hüquqi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində, 28-ci maddəsinin İ və İİ hissələrində, 60-cı maddəsinin İ hissəsində, 63-cü maddəsində, 67-ci maddəsində, 71-ci maddəsinin İ və İİ hissələrində, 127-ci maddəsinin Vİİ və İX hissələrində hər kəsin toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, hər kəsin azadlıq hüququnun yalnız qanunda nəzərdə tutulmuş qaydada məhdudlaşdırılması, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi, hər bir təqsirləndirilən şəxsin təqsirinin qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməli olması və sair nəzərdə tutulmuşdur. Qeyd olunan prinsiplərin təmin edilməsi və şəxsin törətdiyi cinayətə görə məsuliyyətinin fərdiləşdirilməsi məqsədilə cinayətin tövsifi mühüm hüquqi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının törətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Kəmiyyət əlaməti cinayətdə bir neçə şəxsin iştirak etməsində ifadə olunur. Adətən iştirakçılıq əlamətinin mövcud olması üçün cinayətin törədilməsində ən azı iki şəxsin iştirakı kifayətdir. Lakin bir sıra hallarda iştirakçılıq əlaməti cinayətin iştirakçılarının əhəmiyyətli sayda mövcud olmasını tələb edir. Keyfiyyət əlaməti isə cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İş üzrə sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin öldürüləcəyini bilmiş və bu cinayətin törədilməsinə kömək göstərmişdir. Onun hərəkətləri cinayətin törədilməsinə dair məsləhətləri və məlumatları ilə, habelə cinayətin törədilməsində maneələri aradan qaldırmaqla yardım edəcəyini, həmçinin adam öldürmə niyyətini realizə etmək üçün əlverişli şəraitin yarandığı halda Loğman Nəsibovu məlumatlandıracağını və cinayətin törədilməsini asanlaşdıracaq digər hərəkətlər edəcəyini qabaqcadan vəd etmiş, son beş gün ərzində zərərçəkmiş şəxslə birgə yaşadığı evdə kimlərin olması, zərərçəkmiş şəxsin öldürülməsi üçün əlverişli şəraitin yaranıb-yaranmaması haqqında məlumatları Loğman Nəsibova ötürdükdən sonra 6 dekabr 2024-cü il tarixdə saat 16 radələrində evdə özündən və Afət Əsgərovadan başqa heç kimin olmaması, gözlənilən əlverişli şəraitin yaranması haqqında Loğman Əsgərova məlumat vermiş, sonuncu qəsdən adam öldürməyə yönəlmiş niyyətini realizə etmək üçün Afət Əsgərovanın olduğu Ağcabədi şəhəri, İsmət Qayıbov küçəsində yerləşən nömrəsiz evə daxil olduqdan dərhal sonra Loğman Nəsibovun tapşırığı ilə özü həmin evdən çıxaraq giriş qapısını bayırdan kilidləməklə Afət Əsgərovanın öldürülməsini asanlaşdırmaq, qaçmasının qarşısını almaq məqsədi ilə tədbirlər görmüş, qeyd olunan yardımlarda ifadə olunmuşdur ki, bu da Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə uyğun olaraq köməkçilik əlamətlərini təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs iştirakçılıqla törətdiyi cinayət aktiv hərəkətlərlə həyata keçirilmişdir. Qanunverici iştirakçılığın aksessor nəzəriyyəsinə əsaslanmaqla təşkilatçının, təhrikçinin və köməkçinin məsuliyyətinin törəmə xarakter daşıdığını, icraçının törətdiyi cinayətdən asılı olduğunu müəyyən etmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.5-ci maddəsinə müvafiq olaraq, icraçı onun iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilmədikdə, digər iştirakçılar cinayətə hazırlıqda və ya cinayət etməyə cəhddə iştirakçılığa görə cinayət məsuliyyətinə cəlb edilirlər. Məhkəmə tərkibi tərəfindən müəyyən edilmişdir ki, birbaşa icraçı tərəfindən seçilmiş qətlin konkret üsulu və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hal təqsirləndirilən şəxslə əvvəlcədən razılaşdırılmamış, bu hal onun qəsdi ilə əhatə olunmamışdır. İş materiallarında Təqsirləndirilən şəxs qətlin məhz həmin üsulla və ya xüsusi ağırlaşdırıcı şəraitdə törədəciyini qabaqcadan bildiyini və ya bunu şüurlu surətdə qəbul etdiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Cinayət Məcəlləsinin ümumi niyyətdən kənara çıxan cinayətin törədilməsini (icraçının ekstsessi) tənzimləyən 35-ci maddəsində də iştirakçıların əməllərinin müstəqil deyil, icraçının törətmiş olduğu cinayətdən asılı olduğu göstərilmişdir. Bu maddənin mənasına görə, icraçı cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan, ümumi niyyətdən kənara çıxan hərəkətlər etdikdə, digər iştirakçılar onun həmin (ümumi niyyətdən kənara çıxan) hərəkətinə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi təsbit edilmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin göstərilən maddəsinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələbi adıçəkilən cinayət iştirakçılarının birləşməsinin qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini təşkil etməməsindən və onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Yəni təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və yaxud hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti onların hərəkətləri (hərəkətsizliyi) deyil, məhz icraçının hərəkətləri formalaşdırır, törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Təşkilatçı da məhz həmin cinayəti təşkil etmiş, təhrikçi həmin cinayətə icraçını təhrik etmiş, köməkçi isə həmin cinayətdə icraçıya kömək etmiş şəxs hesab olunurlar. Bu səbəbdən Məcəllənin 33.1-ci maddəsində iştirakçıların məsuliyyətinin onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilməsi öz əksini tapmışdır. Təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adıçəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. Belə olan halda, cinayət hüququnun təqsirin fərdiliyi və məsuliyyətin qəsdin hüdudları ilə məhdudlaşması prinsipləri rəhbər tutularaq, ağırlaşdırıcı halın Təqsirləndirilən şəxs şamil edilməsi üçün əsas movcud deyildir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 may 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 32.5, 120.2.4-cü maddələri ilə deyil, Cinayət Məcəlləsinin 32.5, 120.1-ci maddələri ilə, yəni qəsdən adam öldürməyə köməkçilik kimi tövsif edilməlidir. “X13 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Ağcabədi Rayon Prokurorluğunun 15 sentyabr 20205-ci il tarixli cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 170.3-cü maddələrində nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş X10 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli, 1(099)- 478/2025 nömrəli qərarından görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Loğman Nəsibov Cinayət Məcəlləsinin 120.2.4 və 170.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Məhkəmə tərkibi müəyyən edir ki, cinayəti törədən Loğman Nəsibovun anlaqsız olması (Cinayət Məcəlləsinin 21.1 maddəsi) Təqsirləndirilən şəxs məsuliyyətinə heç bir hüquqi maneə yaratmır. Cinayət Məcəlləinin 32-ci maddəsinə əsasən iştirakçılıq institutu yalnız iştirakçı ilə icraçı arasında cinayət nəticəsinə dair ümumi qəsdin mövcudluğunu tələb edir. İcraçının hüquqi subyekt olmaması, yəni anlaqsız olması, iştirakçının qəsdi və hərəkətlərinin hüquqi qiymətləndirilməsinə təsir etmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatına qəsd edilməsini arzulamış, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Loğman Nəsibovin hərəkətlərinə köməklik göstərərək cinayətin baş verməsini təmin etmişdir. Belə hallarda iştirakçı faktiki nəticənin yaranmasına yönəlmiş iradi və qəsdi ilə birbaşa cinayət məsuliyyətinə cəlb olunur. Məhkəmə tərkibinin mövqeyinə görə iştirakçının qəsdi və iradəsi faktiki nəticəyə yönəldikdə, əsas icraçının hüquqi subyekt statusu və anlaqlı olub-olmaması iştirakçının məsuliyyətinə təsir etmir. Bu səbəbdən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 32.5-ci maddəsi ilə köməkçilik, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə qəsdən adam öldürmə cinayəti kimi düzgün qiymətləndirilir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı, Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Cinayət-Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət-Prosessual Məcəllənin 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5, 120.1-c maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də tam cavab verən hüquqi və obyektiv nəticədir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(cild 4, i.v.16) -Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısının Yeni Qaradolaq kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 07 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Yeni Qaradolaq kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə yaşayır, yaşayış yeri və oxuduğu məktəb üzrə müsbət xarakterizə edilmişdir.(cild 2, i.v.156-157) -Zərərçəkmiş şəxsin hüquqi varisi Rəvanə Bağırova tərəfindən verilmiş 09 dekabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilmişdir ki, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmaması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 86.1-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Həmin Məcəllənin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60.1, 64.1, 64.2 və 85.5-ci maddələrində göstərilən hallar nəzərə alınmalıdır. Habelə Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Həmçinin məhkəmə tərkibi vurğulayır ki, Cinayət Məcəlləsinin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (Cinayət Məcəlləsinin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və həmin hallar cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Qanunvericiliyin tələbinə görə, yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən onların psixi və sosial inkişaf xüsusiyyətləri, tərbiyyə olunma şəraiti, islah olunma imkanları və cəmiyyətə yenidən inteqrasiya perspektivləri xüsusi nəzərə alınmalıdır. Odur ki, məhkəmə tərkibi yuxarıda sadalanan halları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq, nəzərə alaraq Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirici halların məcmusunu cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hal kimi qəbul edib, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 32.5, 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin edilməlidir. Bu cəza ilə onun islah olunmasına və bu yolla cəzanın məqsədinə nail olunması mümkündür. Həmçinin məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs cəza təyin olunan zaman Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edilməsini və təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə cəza təyin edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs 07 dekabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(017)-111/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən (ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar üçün) ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs kimi tutulduğu 07 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Ağcabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 3 (üç) ədəd yastıq, 1 (bir) ədəd mələfə, 3 (üç) ədəd pambıq tampon, kanalizasiya quyusundan çıxarılmış 1 (bir) ədəd qəhvəyi rəngli köynək və 1 (bir) ədəd elektroşok cihazı, mobil telefondan çıxarılmış məlumatların saxlandığı elektron yaddaş qurğusu, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd gödəkçə, Afət Əsgərovanın meyitindən götürülmüş dırnaqlar, Afət Əsgərovanın əynində olmuş 1 (bir) ədəd jilet, 1 (bir) ədəd kofta, 1 (bir) ədəd busqalter, 1 (bir) ədəd tuman, 1 (bir) cüt corab məhv olunmalı, Təqsirləndirilən şəxs məxsus “İphone 7plus” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvülərinə, zərərçəkmiş şəxs Afət Əsgərovaya məxsus “Corn” və “Samsung” markalı telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi Rəvanə Bağırovaya, Şahid1 məxsus “HonorX9a” markalı mobil telefon özünə və Şahid3 məxsus “Samsung Galaxy A 73” markalı mobil telefon özünə qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş Şahid2 “102” xidməti-zəng mərkəzinə müraciətinin audio yazısının mövcud olduğu kompakt disk, Ağcabədi şəhəri, Səməd Vurğun prospektində yerləşən “Lkoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kameralarının görüntüsünün əks oldunduğu kompakt disk və Loğman Nəsibovun bibisi Şahid3 “Whatsap” sosial platforması vasitəsi ilə atdığı audio yazının mövcud olduğu kompakt disk cinayət işinin materiallarında saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4cü bəndinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsində göstərilmişdir ki, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 30.3-cü maddəsində göstərilmişdir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.1 və 30.2-ci maddələrinə uyğun bağladıqları əqdlər üzrə müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar vurduqları ziyana görə bu Məcəlləyə uyğun məsuliyyət daşıyırlar. Göründüyü kimi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 51-2, 132, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu, 07 dekabr 2024-ci il tarixdən hesablansın. Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 4(017)-111/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış və Ağacabədi rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 3 (üç) ədəd yastıq, 1 (bir) ədəd mələfə, 3 (üç) ədəd pambıq tampon, kanalizasiya quyusundan çıxarılmış 1 (bir) ədəd qəhvəyi rəngli köynək və 1 (bir) ədəd elektroşok cihazı, mobil telefondan çıxarılmış məlumatların saxlandığı elektron yaddaş qurğusu, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd gödəkçə, X2 meyitindən götürülmüş dırnaqlar, X2 əynində olmuş 1 (bir) ədəd jilet, 1 (bir) ədəd kofta, 1 (bir) ədəd busqalter, 1 (bir) ədəd tuman, 1 (bir) cüt corab hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunsun. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs məxsus “İphone 7plus” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxs X7 məxsus “Corn” və “Samsung” markalı telefonlar zərərçəkmiş şəxsin hüquqi varisi X12, X3 məxsus “HonorX9a” markalı mobil telefon özünə və Şahid3 məxsus “Samsung Galaxy A 73” markalı mobil telefon özünə qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi hissələri idarəetmə xidmətindən daxil olmuş Şahid2 “102” xidməti-zəng mərkəzinə müraciətinin audio yazısının mövcud olduğu kompakt disk, Ağcabədi şəhəri, Səməd Vurğun prospektində yerləşən “Lkoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kameralarının görüntüsünün əks oldunduğu kompakt disk və X10 bibisi Şahid3 “Whatsap” sosial platforması vasitəsi ilə atdığı audio yazının mövcud olduğu kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar