Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-412/2022 22.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində 03 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokofrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində əkin sahəsinin kənarındakı yarımçıq tikilidə gizlədilmiş 8 (səkkiz) ədəd bükümlərdə, külli miqdarda olmaqla ümumi çəkisi 11630,0 qram narkotik vasitə heroini, 2 (iki) ədəd bükümlərdə, külli miqdarda olmaqla ümumi çəkisi 3040,0 qram narkotik vasitə tiryəki və 1 (bir) ədəd bükümdə külli miqdarda olmaqla 720,0 qram çəkidə psixotrop maddə metamfetamini cinayətkar qrupun müəyyən edilməmiş digər üzvünə çatdırmaq məqsədi ilə 01 mart 2022-ci ildə saat 21:20 radələrində həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr üzərində olan bir ədəd idman çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmkəndlisi Şahid4 tanışları olan İran İslam Respublikasının vətəndaşları Murtuz və Peyman adlı şəxslər ona narkotik vasitələr göndərməsini deyərkən o, onların təkliflərindən imtina etmiş, 01 mart 2022-ci ildə həmkəndlisi və qonşusu Elbir onu aldadaraq rayonun Yuxarı Ağalı kəndi ərazisində olan əkin sahəsində suvarma işləri aparmaq adı ilə onu öz avtomobili ilə sahəyə aparmış, Elbir onu orada maşından düşürüb həmin yerdən uzaqlaşmış, təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları onu saxlamış, sonra polis əməkdaşları onu avtombildə polis şöbəsinə apararkən yolda onu döyərək yanına bir ədəd çanta qoyub həmin çantanın ona məxsus olduğunu demiş, istintaq zamanı müstəntiq tərəfindən yazılan ifadələrə təzyiq altında olduğundan imza etmiş, qeyd olunan narkotik vasitələr Elbirə və polis əməkdaşlarına məxsus olmuş, onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən 2-3 ay əvvəl həmkəndlisi Şahid4 tanışları olan İran slam Respublikasının vətəndaşları Murtuz və Peymanla istifadəsində olan ***-***-**-** nömrəsinin «WhatsApp» proqramı ilə sonunculara məxsus +**********23 və +**********15 nömrələri ilə danışarkən sonuncular ona Biləsuvar rayonuna göndərəcəkləri narkotik vasitəni onların dediyi yerdən götürüb, deyəcəkləri yerlərə aparıb qoyacağı, bunun müqabilində ona 1000 matan pul veriləcəyi deyilsə də onlarla razılaşmayaraq onların təklifindən imtina etmişdir. 01 mart 2022-ci ildə saat 20:20 radələrində evdə olarkən həmkəndlisi Elbir onlara gələrək iranlı Murtuzun narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərdiyini, həmin bağlamanı Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində əkin sahəsində gizlədildiyini, bağlamanı götürəcəyi halda bunun müqabilində ona 4000 (dörd min) manat pul veriləcəyini vəd etmiş, pula ehtiyacı olduğu üçün Elbirlə razılaşaraq onunla birlikdə Yuxarı Ağalı kəndi ərazisinə getmiş, yolda Elbir ona bağlamanın gizlədildiyi yerin şəklini telefonda göstərmiş, həmin yerə çatarkən Elbir maşını saxlamış, içərisində narkotik vaistə və psixotrop maddələr olan həmin bağlamanı əkin sahəsindən götürüb gəlməsini demiş, maşından düşərək Elbirin ona telefonunda göstərdiyi yerə getmiş, çantanı götürüb yola tərəf getmiş, təxminən 2-3 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu əlindəki çanta ilə birlikdə Biləsuvar rayon polis şöbəsinə aparmış, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əlindəki çantanı təqdim edərək çantanın içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu demiş, çantanın içərisində 11 (on bir) ədəd bükülü olduğu məlum olmuş, həmin bükülülərdən ikisində narkotik vasitə tiryək olması, digər bükülülərdə hər birinin içərisində narkotik vasitə heroinə bənzər maddələr və psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, aşkar edilən kütlələr elektron tərəzidə çəkilmiş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, eləcə də onun tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Biləsuvar rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunun Zəhmətabad kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 01 mart 2022-ci ildə həmkəndlisi Şahid4 tərəfindən rayon polis şöbəsinə daxil olmuş ərizə əsasında əməliyyat qrupu yaradılmış, həmin gün Şahid4 təlimatlandırılaraq Təqsirləndirilən şəxslə mütamadi əlaqə saxlamasını, onunla lazım gələrsə görüşməsini, narkotik vasitələrin və psixotrop maddələrin Təqsirləndirilən şəxs tərəfindən nə vaxt və harada ələ keçirilməsi barədə məlumatları əldə edib məlumat verilməsi bildirilmiş, həmin gün axşamüstü Şahid4 şöbəyə gələrək qonşusu Təqsirləndirilən şəxs bir neçə saatdan sonra Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində yerləşən əkin sahələri tərəfdə narkotik vasitə və psixotrop maddələri Murtuz adlı iranlı tanışından alacağını demiş, saat 21:15 radələrində Təqsirləndirilən şəxs qeyd edilən kəndin ərazisində yerləşən əkin sahəsində piyada hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, təxminən 5 dəqiqədən sonra həmin yerdə sonuncu əlində idman çantası ilə gedərkən əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasını təqdim edərək çantanın içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı Murtuz adlı şəxsin göndərdiyini sonuncunun dediyi yerə qoyacağı halda ona 4000 (dörd min) manat pul veriləcəyini bildirmiş, çantaya baxış zamanı çantanın içərisində 11 (on bir) ədəd bükülü olduğu müəyyən edilmiş, bükülülərin içindən narkotik vasitə heroin, tiryək və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmiş, aşkar edilmiş kütlələr elktron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və X4 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 Adəm oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olmaqla onunla qonşuluqda yaşayır, aralarında hər hansı narazılıq və ədavəti olmamış, qonşu kimi münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin fevral ayının 28-də günorta saatlarında Cavid vatsapla ona zəng edərək «Murtuz adında iranlı tanışının ona içərisində narkotik vasitə və psixotrop maddə olan bağlama göndərəcəyini, həmin bağlamaları rayonun Yuxarı Ağalıkəndi ərazisindəki əkin sahəsindən götürməyin lazım olduğunu, tək getməyə qorxduğu üçün onunla birlikdə gedib onları götürməsini xahiş etmiş, Cavidə ondan xəbər gözləməsini deyərək telefonu söndürmüş, sonra Biləsuvar rayon polis şöbəsinə gedərək həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs İrandan narkotik vasitə və psixotrop maddə göndəriləcəyini deyərək polis şöbəsinə ərizə ilə müraciət etmiş, martın 1-də Təqsirləndirilən şəxs hadisə yerində polis əməkdaşları tərəfindən saxlanılmış və üzərində olan çantanın içərisindən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı verdiyi ifadələr tamamilə yalandır, sonuncu ondan heyf çıxmaq üçün belə bir ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsi yarandığından videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki çantanı təqdim edərək çantanın içərisində narkotik vasitə və psixotrop maddələr olduğunu, onları İran İslam Respublikasının vətəndaşı Murtuz adlı şəxsdən almış, həmin narkotik vasitə və psixotrop maddələri aparıb Murtuzun dediyi yerə qoyandan sonra bunun müqabilində Murtuz ona 4000 (dörd min) manat pul verəcəyini bildirmişdir. Təqdim etdiyi çantaya baxış zamanı müəyyən edilmişdir ki, çantada 11 (on bir) ədəd bükülünün içərisində müxtəlif çəkilərlərdə olmaqla külli miqdarlarda narkotik vasitələr heroin və tiryək, eləcə də psixotrop maddə olan metamfetamin olmuş, şəxsi axtarış zamanı «Redmi» markalı videokamera ilə çəkilən videogörüntülər diskə köçürülərək toplanmış istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə kimyəvi-ekspertizasının 02 mart 2022-ci il tarixli 19/260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs məxsus çantadan aşkar olunmuş bükülülər» sözlər və imzalar olan bir ədəd bağlamadakı, 8 (səkkiz) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 1070,0 qram, 2065,0 qram, 1065,0 qram, 2150,0 qram, 1075,0 qram, 1080,0 qram qram, 1075,0 qram, 2050,0 qram-ümumi təmiz çəkisi-11630,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. 1 (bir) ədəd bükümdə təmiz çəkisi-720,0 qram olan ağ rəngli kristalşəkilli olan maddə metamfetamindir və 2 (iki) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkilər:-2010,0 qram və 1030,0 qram; ümumi təmiz çəkisi:-3040,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər. İş materiallarında olan Biləsuvar rayon mərkəzi xəstəxanasınını 25 mart 2022-ci il tarixli 783 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 may 2022-ci il tarixli 1304 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, hazırkı vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək , onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid +**********23 nömrəsi «İran» adı, +**********15 nömrəsi isə Peyman adı kimi, o cümlədən +**********54 nömrəsi qeyd edilmişdir. X7 Respublikasının mobil operatoruna aid nömrələr ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin «Whatsapp» proqramında 03 fevral 2022-ci ildən 01 mart 2022-ci ilədək olan müddət ərzində çoxsaylı zənglər qeydə alınaraq danışıqlar aparılması müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, «İran» adı +**********23 nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrənin «Whatsapp» proqramına aşağıdakı kimi səsli mesajlar göndərilmişdir. İran: nətərsən qardaş, nə var nə yox, neynirsən, axşamın xeyir, nağayırdın, götürdün malı? (səsli mesaj) Cavid: gotum İran: başa düşmədin qardaş nə yazıbsan ee bura İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2022-ci il tarixli 260 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərərək verdiyi ifadəsini bir daha təsdiq etmiş, aparılmış istintaq hərəkəti zamanı fotocədvəllər tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 11629,68 qram olan narkotik vasitə heroin, 3039,9 qram narkotik vasitə tiryək və 719,95 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs 1 ədəd «Samsung» markalı mobil telefon Biləsuvar rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi narkotik vasitələr heroin və tiryək, eləcə də psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 32,5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs hərəkətlərini Azərbaycan Respublikası CM-in 32,5, 206.2-ci, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5, 206.2-ci, 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və bundan sonra CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 01 mart 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 03 mart 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 01 mart 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxs Əliyev Eldar oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X2 rayonunun Zəhmətabad kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və bir azyaşlı uşağı ilə birgə həmin ünvanda qəsəbəsində yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, məhkəməyədək icraat zamanı törətdiyi cinayəti qismən etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 11629,68 qram olan narkotik vasitə heroin, 3039,9 qram narkotik vasitə tiryək və 719,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 11629,68 qram olan narkotik vasitə heroin, 3039,9 qram narkotik vasitə tiryək və 719,95 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumuna qaytarılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov