Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-412/2024 06.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, F.Cavadov küçəsi ev 26-da qeydiyyatda olan və Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 1, ev 50-də yaşamış, 14 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4 (032)-281/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 13 oktyabr 2023-cü il tarixdə əvvəlcədən aralarında olan razılıq əsasında tanışı X2 Salyan rayonunda 40 manat pul müqabilində 6 ədəd bükümdə külli miqdarda-8,218 qram psixotrop maddə metamfetamini satın alaraq və 2,72 qram narkotik vasitə qurudulmuş marixuananı istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib, 8,218 qram psixotrop maddə metamfetaminin 0,305 qramını üzərində daşımaqla, qalan 7.913 qramını 5 ədəd bükümdə və narkotik vasitə qurudulmuş marixuananı 2 ədəd bükümdə yaşadığı ünvanda saxlamış, 14 oktyabr 2023-cü il tarixdə saat 17:50-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə saat 19:15-dən saat 19:45-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış aparılan zaman 01 ədəd bükümdə təmiz çəkisi-0,305 qram psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən, həmin tarixdə sonuncunun yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 1, mənzil 50-də saat 20:30-dan saat 21:15-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həmin mənzildə olan yataq otağındakı çarpayının altından aşkar edilmiş 01 ədəd kağız materialdan olan qutunun içərisindən 05 ədəd bükümdə və 01 ədəd şüşə ampulada eyni tərkibli ayrıayrılıqda təmiz çəkiləri-0,318 qram, 0,340 qram, 0,332 qram, 0,350 qram, 0,063 qram, 6,510 qram ümumi çəkisi-7,913 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 2 ədəd ayrı-ayrılıqda təmiz çəkisi-1,99 qram, 0,73 qram, ümumi çəkisi-2,72 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildən çoxdur narkotik vasitə və psixotrop maddədən istifadə edir. Şüşə adlanan psixotrop maddə metamfetamini arıqlamaq məqsədi ilə istifadə etmək üçün Salyan rayon sakini «Qara» ləqəbli X2 almışdır. Narkotik vasitə marixuananı isə yoldan tapmışdır. Sonuncu dəfə 13 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Qədir Nuriyevlə «watshapp» vasitəsi ilə danışmış və sonuncudan pul müqabilində psixotrop maddə almaq istədiyini bildirmişdir. Qədir ona pul qarşılığında psixotrop maddə metmafetamin verə biləcəyini bildirmişdir. X12 rayonunda görüşmüş və 40 manat pul müqabilində 6 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq oradan Şirvan şəhərinə gəlmişdir. Həmin gün yaşadığı küçə ilə gəzərkən yerdə iki ədəd sellofan büküm görmüş, həmin vaxt bükümləri yerdən götürüb içinə baxdıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını görmüş və istifadə etmək üçün özü ilə götürmüşdür. Evə gəldikdən sonra 6 ədəd bükümdə psixotrop maddə metamfetamini və 2 ədəd bükümdə qurudulmuş marixuananı evində yataq otağındakı ağ rəngli kağız qutuya qoymuşdur. Qutuda həmçinin onun elektron tərəzisi olmuş, həmin elektron tərəzini psixotrop maddə metamfetamini istifadə edən zaman miqdarını ölçmək məqsədi ilə istifadə etmişdir. Qutunun içərisində 1 ədəd şüşə ampulada istifadə etmək üçün saxladığı psixotrop maddə metamfetamin olmuşdur. 14 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində həmin 6 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin 1 bükümünü özü ilə götürmüşdür ki, tənha bir yerdə istifadə edər, həmin vaxtı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları yaxınlaşıb özlərini təqdim etmişlər, ona üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməkdə şübhəli olduğunu bildirmişlər, polis əməkdaşları onu Şirvan ŞPŞ-yə dəvət etmişlər, o da polis əməkdaşları ilə birlikdə Şirvan ŞPŞ-yə getmişdir. ŞPŞ-də videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman onun çəkisinin 0,35 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı həmçinin yaşadığı evdə də psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, psixotrop maddə metamfetamini 13 oktyabr 2023-cü il tarixdə tanışı Salyan rayon sakini «Qara» ləqəbli Qədir Nuriyevdən pul qarşılığında aldığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə 14 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı evə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdə yataq otağında gizlətdiyi 1 ədəd ağ rəngli kağız materialdan olan qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən 1 ədəd elektron tərəzi, 5 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd şüşə lampada psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Elektron tərəzini psixotrop maddəni istifadə edərkən çəkmək üçün istifadə etmişdir. Narkotik vasitə marixuanadan istifadə etməmişdir, sadəcə saxlamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, evə baxış keçirilərkən daha iki büküm marixuana çıxmış, evdə aşkarlanan tərəzini psixotrop maddədən istifadə etmək məqsədi ilə özü üçün saxlamışdır, ancaq metamfetamindən arıqlamaq üçün istifadə etmiş, heroin və marixuanadan istifadə etməmişdir. Elektron tərəzinin üzərindən metamfetamin ilə yanaşı heroin və marixuana izlərinində çıxmasına dair heç bir fikiri olmamışdır. Heç kimə narkotik vasitə və ya psixotrop maddə verməmişdir. İki mobil nömrəsi olmuş, smslə ondan narkotik vasitələr və psixotrop maddələr istəmələri ola bilər, amma o, heç kimə narkotik vasitələr və psixotrop maddələr verməmiş və satmamışdır. «Qara» ləqəbli X14 rayonunda yaşayır. Qədir əvvəllər psixotrop maddə metamfetamini harasa atmış o, da gedib götürmüşdür. 1 il olar ki, eyni doza ilə, yəni bir dəfəyə 0,03 qram metamfetamini lampada yandırıb tüstüsünü qəbul etməklə istifadə etmişdir. 3 gün ərzində 1 qram metamfetamin istifadə etmişdir. Qədirdən metamfetamini bükümlərlə almış, sonradan özü də bükümlərə ayırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli hökm çıxarılmasını və Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin Cinayət Axtarışı bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 14 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində PPXB-nün polis nəfəri Şahid2 ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin küçədə yerini müəyyən etmişlər, Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan ŞPŞ-nin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmişdir. Təqsirləndirilən şəxs ŞPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların təkliflərini qəbul etmiş və onlarla birlikdə ŞPŞ-yə getmişdir. Vəkil gəldikdən sonra videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, həmin psixotrop maddə metamfetamini Salyan rayon sakini «Qara» ləqəbli şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə vardır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmişdir. 14 oktyabr 2023-cü il tarixdə onların, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 1, ev 50-də yerləşən mənzilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzilin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı çarpayının altından 1 ədəd kağız qutuda 5 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni, 2 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd elektron tərəzini və 1 ədəd şüşə materialdan olan lampanı təqdim etmişdir. Aşkar edilmiş kütlələr, elektron tərəzi və 1 ədəd şüşə materialdan olan lampa qablaşdırılaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni «Qara» ləqəbli şəxsdən aldığını və Şirvan şəhəri ərazisində satdığını bildirmişdir. 19 oktyabr 2023-cü il tarixdə «Qara» ləqəbli Qədir Nuriyev də saxlanılmışdır. Qədir Salyan rayonunda yaşamışdır. Təqsirləndirilən şəxs güdmüşlər. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri işləyən Şahid2, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermiş, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında» 15 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 17:50-də Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilən zaman üzərindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, həmin tarixdə yaşadığı ünvan 3 ünvanına baxış keçirilən zaman mənzildən 05 ədəd bükümdə və 01 ədəd lampada psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar olunması faktı əsasında Təhqiqat bölməsində toplanmış material üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə istintaq edilməsi üçün İstintaq bölməsinə göndərilmişdir.(cild 1, i.v. 1-53) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 14 oktyabr 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməkdə şübhəli bilinərək Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.25-26) -«şəxsi axtarış keçirilməsi və götürmə haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin sellofan bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 əsəs «Samsung» markalı mobil telefonlarını və əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Həmin büküm elektron tərəzi vasitəsilə çəkilən zaman çəkisinin 0,35 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki psixotrop maddə metamfetaminə bənzər maddəni kimdən və haradan əldə etməsi soruşulduqda, bildirmişdir ki, həmin psixotrop maddəni 13 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Salyan rayon sakini «Qara» ləqəbli şəxsdən almış, bir bükümünü üzərində gəzdirmiş, qalan hissəsini isə yaşadığı ünvanda saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddə metamfetaminə bənzər 1 (bir) ədəd sellofan büküm götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd «Samsung» markalı mobil telefonları möhürlənmədən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən çıxaraq təqdim etdiyi 1 (bir) sellofan bükülmüş 1 manat pul və yaşadığı evin açarı əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır.(cild 1, i.v.29-31) -«baxış keçirilməsi haqqında» 14 oktyabr 2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş videogörüntüdən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla halhazırda ünvan 5ında yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ev ünvanında «Qara» ləqəbli şəxsdən əldə etdiyi bir qram narkotik vasitənin olduğunu bildirmişdir. Bu məqsəd ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilməlidir. 14 oktyabr saat 20:30-da Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Təbir Adilzadə, PPXB-nün polis nəfəri Şahid2 və vəkil İlqar Tapdıqovun iştirakları ilə yaşadığı evə baxış başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxı keçirilməsinə etirazı olub-olmaması soruşulur və o, heç bir etirazı olmadığını bildirmişdir. ünvan 5ına baxış zamanı həmin binanın 1-ci mərtəbəsində sağ qapı döyülür. Həmin evin qapsını açan şəxs Təqsirləndirilən şəxs atası olduğunu, adının Mikayıl Ələsgərov olduğunu bildirir. Ev kalidor və 5 ayrı açılan qapıdan ibarət otaqlardandır. Şübhəli şəxsin yaşadığı evin divarları köhnə təmirlə tavan və yer hissədə təmiz vəziyyətdə idi. Evə daxil olan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs giriş qapıdan kalidora daxil zaman 1-ci sağa qapını açdı və evində saxladığı narkotik vasitələrin orada olduğunu bildirdi. Şübhəli şəxs və iştirakçılar otağa daxil olur. Həmin otaq təxminən 8-10 kv metr əhatə edən divarları köhnə təmirli otaqdır. Həmin otaqda 1 ədəd köhnə yataq və 1 ədəd köhnə masa, 1 ədəd paltar şkafı, 1 ədəd sərinlədici, 2 ədəd 1 nəfərlik divan müşahidə olunur. Şəxsə həmin qeyd etdiyi qanunsuz predmetləri təqdim etməyi təklif olundu və bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yataq mebelinin ayaq hissəsindən 1 ədəd taxta dördkünc qutuya bənzər predmet çıxarıb qeyd etdiyi kütlələrin burada oldunuğunu deyir. Şübhəli şəxs təqdim etdiyi həmin qutunu boş masanın üzərinə qoyur. Həmin qutuda olan kütlələrə baxış keçirilir. Belə ki, oradan 2 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlələr, 5 ədəd metamfetaminə bənzər kütlələr, 01 ədəd elektorn tərəzi və 1 ədəd lampa və onun içərisində bükülərək salınmış 1 manat müəyyən olunur. Şübhəli şəxs təqdim etdiyi qutudan əlavə harada qanunsuz predmetlərin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs heç bir digər predmetin olmadığını bütün narkotik vasitələri təqdim etdiyini bildirdi. Bundan sonra elektorn tərəzi vasitəsi ilə, həmin sellofan bükümlərə baxış keçirilir çəkisi müəyyən olunur. Həmin zaman bükümlərin kimdən əldə olunduğunu soruşulduqda həmin şəxs təkrar olaraq Layan rayon sakini «Qara» ləqəbli şəxsdən əldə olunan kütlələr olduğunu bildirmişdir. Tərəzi vasitəsi ilə çəkilərkən 01 ədəd sellofan büküm mürixuana, həmin kütlənin çəkisi 2,30 qram, digər marixuana kütləsinin çəkisi 0,99 qram təşil etmişdir. Daha sonra psixotrop maddə olan metomfetamin bükümləri çəkilir və onların çəkisi 7,27 qram, 0,43 qram, 0,37 qram, 0,38 qram, 0,44 qram olmaqla 5 ədəd sellofan büküm çəkilir. Daha sonra elektron tərəzinin nə üçün istifadə edildiyi soruşulur, şübhəli şəxs istifadə zamanı çəkisinin düzgün bilməsi üçün istifadə etdiyini bildirmişdir. Həmin qutuda 01 ədəd ampula aşkarlanır, 02 ədəd sellefon büküm ayrı-ayrılıqda, 05 ədəd sellafan büküm ayrı-ayrılıqda qablaşdırılmışdır. 01 ədəd elektron tərəzi və 01 ədəd ampula bir qablaşdırılmışdır. Möhürlənmişdir. İştirakçılardan hər hansı etirazlarının olub-olmaması soruşulmuş, heç bir etiraz daxil olmadığı üçün video və baxış sona çatdırılmışdır.(cild 1, i.v.35-40) -«məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası»nın 15 oktyabr 2023-cü il tarixli, 18/991-992 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs evindən metamfetaminə bənzər...» sözləri yazılmış kağız paketdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,318 qram, 0,340 qram, 0,332 qram, 0,350 qram, 6,510 qram, ümumi çəkisi 7,850 qram olan maddələr psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs evindən marixuanaya bənzər...» sözləri yazılmış kağız paketdə 02 ədəd ayrıayrılıqda təmiz çəkisi 1,99 qram, 0,73 qram, ümumi çəkisi 2,72 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs evindən 01 ədəd elektron tərəzi və 01 ədəd...» sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri və narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. 01 ədəd şüşə ampulanın içərisində təmiz çəkisi 0,063 qram olan maddə psixotrop maddə metamfetamindir. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən obyektlər ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata teqdim olunmuș 06 ədəd bükümdə və 01 ədəd șüşə ampulada olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir.(cild 1, i.v.47-50) -«cinayət işi üzrə əməlin tövsif edilməsi barədə» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1-1ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur.(cild 1, i.v.60- 61) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4 (032)-281/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, özünü qismən təqsirli bilir, narkotik vasitədən istifadə edir, narkotik vasitə satmaq niyyəti olmamış, əməlindən peşmandır, həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsini xahiş etmişdir.(cild 1, i.v.63-64, 82-85) -Şirvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 5(032)-313/2023 nömrəli qərarından görünür ki, Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən 14 oktyabr 2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs məxsus mənzildə axtarış keçirilməsi hissəsində qanuni hesab edilmişdir.(cild 1, i.v.86-87) -Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Fərman Allahverdiyin tərtib etdiyi 19 oktyabr 2023-cü il tarixli «raport»da göstərilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi «Qara» ləqəbli şəxs Salyan rayonu, Aşağı Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan X4r.(cild 1, i.v.99) -«şübhəli şəxsin tutulması haqqında» 19 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, X9 şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.118) -«məhkəmə-kimyəvi ekspertizası»nın 20 oktyabr 2023-cü il tarixli, 18/1001 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...X3 yaşadığı...giriş qapısından içəridə...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,627 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «....X3 yaşadığı....yataq otağındakı çarpayının....» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş üzərində «...X3 yaşadığı....yataq otağındakı stolun...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd şüşə lampadan düzəldilmiş «qəlyan»ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş X3 evindən götürülmüş metamfetamin ilə Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir.(cild 1, i.v.133-135) -«cinayət işi üzrə əməlin tövsif edilməsi barədə» 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif olunmuşdur.(cild 1, i.v.139) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Qədir Nuriyev Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Şirvan Şəhər Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli, 4 (032)-287/2023 nömrəli qərarından görünür ki, Qədir Nuriyev barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v.141-142, 160-162) -Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X15 26 oktyabr 2023-cü il tarixli 18-1-35/2- 888/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(cild 1, i.v.185) -Salyan Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 5(057)-196/2023 nömrəli qərarından görünür ki, Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X6 Qədir Nuriyevin evində axtarış aparılması barədə 20 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(cild 1, i.v.193-195) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X9 barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır.(cild 2, i.v.1-2) -«ambulator məcburi narkoloji tibbi yoxlamanın» 04 noyabr 2023-cü il tarixli, 7248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.11-12) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 05 fevral 2024cü il tarixli, 4(032)-28/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay olmaqla, yəni 14 mart 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.26- 27, 44-49) -«sübutların qiymətləndirilməsi haqqında» 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalan 2,68 qram qalığı, psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalan 7,938 qram qalığı və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Şirvan ŞPŞ-nin saxlanc anbarına təhvil verilmişdir.(cild 2, i.v.50-59) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, qurudulmuş marixuananı yerdən tapması və elə-belə evində saxlaması, psixotrop maddə metamfetamindən arıqlaması üçün istifadə etməsindən ötrü üzərində və evində saxlaması, tərəzini istifadə etdiyi metamfetaminin miqdarını ölçmək üçün saxlaması, məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın müvafiq bəndlərinə əsasən marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2,0 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Siyahılara əsasən narkotik vasitə kimi beynəlxalq adı «Marixuana-Kannabis» olan maddə narkotik vasitədir, onun qurudulmuş halda 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs təmiz çəkisi-0,305 qram psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşıması, əynindəki qara rəngli cins şalvarın sol yan cibində saxlaması, üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilib qablaşdırılaraq götürülməsi, təmiz çəkisi 2,72 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlayaraq daşıması, evində saxlaması və külli miqdarda-7,850 qram psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşıması, ayrı-ayrı bükümlərə ayırmaqla evində saxlaması, həmin maddələri çəkmək üçün evində elektron tərəzi saxlaması, evində axtarış keçirilən zaman aşkar edilib qablaşdırılaraq götürülməsi, «məhkəmə-bioloji və materialların məhkəmə ekspertizası»nın rəyinə görə, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri və narkotik vasitə marixuananın mikrohissəciklərinin olması onun narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Bundan əlavə cinayət işinin materiallarının 1-ci cildinin 228-ci səhifəsində olan 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış 1 ədəd CD diskdə olan məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə X5 məxsus ***-***-**-** və ***-***-**-** saylı nömrələr arasında 2023-cü ilin yanvar-oktyabr aylarında telefon danışıqları olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədə birbaşa olaraq narkotik vasitə və psixotrop maddələrin adını çəkməklə satışına dair sms-lər olmasa da, müxtəlif vaxtlarda ayrı-ayrı telefon nömrələri ilə şərti işarələrlə yazılmış narkotik vasitə və psixotrop maddələrin satışına dair sms-lərin olması müşahidə edilmiş, sonuncu isə ifadəsində smslə ondan narkotik vasitələr və psixotrop maddələr istənildiyini etiraf etmişdir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə, evindən aşkar edilmiş narkotik vasitə marixuana və ayrı-ayrı bükümlərə bükülmüş psixotrop maddə metamfetaminlərə, həmçinin üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri və narkotik vasitə marixuananın mikrohissəcikləri olan 01 ədəd elektron tərəziyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Belə ki, cinayət işinin materiallarının 1-ci cildinin 3 səhifəsində olan Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən yazılmış 14 oktyabr 2023-cü il tarixli «raport»da görünür ki, Ruslan Əlsəgərovun üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları da Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, sonuncunun narkotik vasitə və psixotrop maddələri «Qara» ləqəbli Qədir Nuriyevdən alaraq Şirvan şəhəri ərazisində satdığını bildirmişlər. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 13 oktyabr 2023-cü il tarixdə əvvəlcədən aralarında olan razılıq əsasında tanışı X2 Salyan rayonunda 40 manat pul müqabilində 6 ədəd bükümdə külli miqdarda-8,218 qram psixotrop maddə metamfetamini satın alaraq və 2,72 qram narkotik vasitə qurudulmuş marixuananı istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib, 8,218 qram psixotrop maddə metamfetaminin 0,305 qramını üzərində daşımaqla, qalan 7.913 qramını 5 ədəd bükümdə və narkotik vasitə qurudulmuş marixuananı 2 ədəd bükümdə yaşadığı ünvanda saxlamış, 14 oktyabr 2023-cü il tarixdə saat 17:50-də Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə saat 19:15-dən saat 19:45-dək olan müddət ərzində keçirilmiş şəxsi axtarış aparılan zaman 01 ədəd bükümdə təmiz çəkisi-0,305 qram psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarın arxa sol cibindən, həmin tarixdə sonuncunun yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 1, mənzil 50-də saat 20:30-dan saat 21:15-dək olan müddət ərzində keçirilmiş baxış zamanı həmin mənzildə olan yataq otağındakı çarpayının altından aşkar edilmiş 01 ədəd kağız materialdan olan qutunun içərisindən 05 ədəd bükümdə və 01 ədəd şüşə ampulada eyni tərkibli ayrıayrılıqda təmiz çəkiləri-0,318 qram, 0,340 qram, 0,332 qram, 0,350 qram, 0,063 qram, 6,510 qram ümumi çəkisi-7,913 qram olan külli miqdarda psixotrop maddə metamfetamin, 2 ədəd ayrı-ayrılıqda təmiz çəkisi-1,99 qram, 0,73 qram, ümumi çəkisi-2,72 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin-psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X8 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, «baxış keçirilməsi haqqında» protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış marixuana, metamfetamin qalığı, elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 23 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (Cild 1, i.v 183) -Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X13 Ərazi və Dairəsi üzrə nümayəndəliyindən verilmiş, 07 noyabr 2023-cü il tarixli, 7003 nömrəli arayış və 657 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, F.Cavadov küçəsi, ev 26-da yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(Cild 1, i.v.197- 198) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 14 oktyabr 2023cü il tarixdən hesablanmalı və Şirvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4 (032)-281/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan «ambulator məcburi narkoloji tibbi yoxlamanın» 04 noyabr 2023-cü il tarixli, 7248 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,68 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 7,938 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 14 oktyabr 2023-cü il tarixdən hesablansın. Şirvan Şəhər Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 4 (032)-281/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 223 (iki yüz iyirmi üç) manat 90 (doxsan) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 2,68 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 7,938 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-412/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-412/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver