Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-413/2024 24.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sabirabad şəhəri, S.Vurğun küçəsi, ev 63A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədilə külli miqdarda, 16,213 qram çəkidə narkotik vasitə heroin, 11,473 qram çəkidə psixotrop maddə metamfetamin, 651,90 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,956 qram çəkidə narkotik vasitə tiryəki qanunsuz əldə edib üzərində daşıyaraq ünvan 1 ünvanında yerləşən evinə gətirərək evin yaşayış olmayan otağında şkafda saxlamış, daha sonra həmin narkotik vasitələri və psixotrop maddələri satış üçün müxtəlif qramlara bölməklə qablaşdırmış, 01 noyabr 2023-cü il tarixdə saat 22:05 dəqiqədə Sabirabad RPŞnin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilən zaman evin yaşayış olmayan otağında yerləşən şkafın içərisində 01 ədəd qara rəngli idman çantasından narkotik vasitələrin çəkilməsində istifadə olunan 01 ədəd elektron tərəzi, 08 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 235,0 qram, 95,0 qram, 100,0 qram, 105,0 qram, 50,0 qram, 15,0 qram, 10,27 qram, 11,53 qram və həmin şkafın içərisində 01 ədəd qara rəngli əl çantasında 06 ədəd polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri 4,42 qram, 4,40 qram, 4,44 qram, 4,42 qram, 4,1 qram, 4,49 qram, 10 ədəd kağız kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,49 qram, 0,29 qram, 0,21 qram, 0,32 qram, 1,08 qram, 0,25 qram, 0,33 qram, 0,20 qram, 0,34 qram, 0,32 qram, ümumi çəkisi 651,90 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin əl çantasının içərisində 01 ədəd dəmir qutuda 02 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 13,054 qram, 2,913 qram, 3 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,086 qram, 0,087 qram, 0,073 qram, ümumi çəkisi 16,213 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin dəmir qutuda 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,956 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 05 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 4,794 qram, 2,932 qram, 1,001 qram, 0,471 qram, 0,454 qram, 06 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,641 qram, 0,202 qram, 0,537 qram, 0,129 qram, 0,214 qram, 0,098 qram, ümumi çəkisi 11,473 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Narkotik vasitəni 30 oktyabr 2023-ü il tarixdə küçədə olarkən tapmış və evinə gətirib istifadə etmək üçün saxlamışıdr. 01 noyabr 2023-cü il tarixdə axşam saatlarında evində olarkən qapı döyülmüş, küçəyə çıxdıqda polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları ondan evində narkotik vasitə olub-olmadığını soruşmuş, o, evində narkotik olduğunu deyib həmin kütlələri polis əməkdaşlarına təhvil verilmişdir. Onun evində olan qurudulmuş marixuana 653 qram, metamfetamin 11 qram, “kakos” 16 qram, 1 ya 2 qram isə tiryək olmuşdur. Belə ki, tapdıqdan sonra həmin kütlələri tərəzidə çəkdiyi üçün onların çəkisini dəqiq bilmişdir. Həmin kütlələri də polisə təhvil vermişdir. Tərəzi onun evində çoxdan olmuş, əvvəllər narkotik vasitə çəkərkən istifadə etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, evində aşkar edilən narkotik vasitələrdən qurudulmuş marixuana özündə olmuşdur. Belə ki, həyətində əkdiyi iki narkotik kolundan marixuana toplayıb qurutmuş, istifadə etmək üçün evində saxlamışdır. Qalan narkotik vasitələri və metamfetamini isə tapmışdır. Qurudulmuş marixuananı istifadə etmək üçün özü ayrı-ayrı bükümlərə bölmüşdur. Belə ki, gündəlik 5- 10 qram çəkdiyi üçün bükümlərə bölmüşdür. Heroin və metamfetamin isə tapdığı vəziyyətdə olmuşdur. Həmçinin özündə olan qurudulmuş marixuananın keyfiyyətli hissələrini bir, keyfiyyətsiz hissələrini isə ayrıca qablaşdırmışdır. O, heroindən, sonradan metamfetamin, tiryək, “nəşə” kimi narkotiklərdən istifadə etmişdir. Belə ki, əlinə düşsə istifadə etmişdir. Narkotik vasitələrin birgə qəbulu onun səhhətinə də həmişə pis təsir etmişdir. Narkotik vasitələri 30 ildən çoxdur ki, qəbul etmiş, onda asılılıq olduğu üçün narkotik qəbul etmişdir. Tapdığı və özündə olan narkotik vasitədən heç kimə satmamış, özü istifadə etmək üçün saxlamışdır. Bu əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağı var, yoldaşı müəllimədir, anası da təqaüdçüdür. Gündəlik 10 qrama yaxın qurudulmuş marixuana çəksə də həmin marixuananı tez-tez çəkdiyi üçün xırda bükümlərə bölmüşdür. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməmiş, evində baxış keçirilərkən hal şahidləri də iştirak etmişlər. Barəsində olan ittiham aktını oxumuş, orada hal şahidlərinin də ifadələrini oxumuşdur və ittiham aktında hal şahidlərinin adından yazılanlar doğrudur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, himayəsində uşaqlarının olmasını, yaşını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı da şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə qismən təqsirli bilmiş, evində aşkar edilmiş narkotik vasitəni şəxsi istifadə məqsədi ilə saxladığını bildirmiş, məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin X3 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, yaşadığı evdə və həyətyanı sahəsində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumat üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuş, polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinə getmişlər, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazıb təqdim etmiş, yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaşayış olmayan otağında yerləşən şkafın içərisindəki 01 ədəd qara rəngli idman çantasından 08 ədəd polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri və bir ədəd elektron tərəzini, bundan əlavə həmin şkafın içərisində olan qara rəngli əl çantasından 06 ədəd polietilen torbada və 10 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri, həmin əl çantasının içərisində olan 01 ədəd dəmir qutunun içərisində 02 ədəd polietilen bükümdə və 03 ədəd kağız bükümdə olmaqla, ümumilikdə 05 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlələri, 01 ədəd polietilen bükümdə narkotik vasitə tiryəkə oxşar kütləni, bundan əlavə həmin dəmir qutuda 05 ədəd polietilen bükümdə və 06 ədəd kağız bükümdə olmaqla, ümumilikdə 11 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələri təqdim etmişdir. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, baxış keçirilən vaxt evdə Təqsirləndirilən şəxs ailə üzvləri də evdə olmuş, evin aşağı mərtəbəsində yaşayış olmasa da yuxarı hissəsində yaşayış olmuşdur. Dəyanətin razılığı ilə evinə baxış keçirilmiş, yaxın qohumları da məsafədən baxışı izləmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İstintaq zamanı Dəyanətin narkotik satdığı konkret şəxs müəyyən olunmamış, Dəyanət həmin vasitələri özü qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid3 da Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun yaşadığı evdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olmasına dair əməliyyat məlumatının olmasına dair 01 noyabr 2023-cü il tarixli raport və buna görə Sabirabad RPŞ-yə həmin gün gətirilməsi haqqında raport, sonuncunun evinə və həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş fotoşəkillər iş üzrə Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində və təqsirləndirilən şəxsin öz ifadəsində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (səh. 3-7; 11-25) - Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, yaşadığı evə və həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (i.v. 10) -“baxış keçirilməsi və götürmə aparılması” haqqında 01 noyabr 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin protokoluna əlavə olunmuş fotoşəkillərdən görünür ki, Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman evin yaşayış olmayan otağında yerləşən şkafın içindən 24 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 05 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 01 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə tiryəkə oxşar kütlə, 11 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş və bu barədə fotoşəkillər cinayət işi materiallarına əlavə edilmişdir.(i.v. 11-25) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 36) - Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 02 noyabr 2023cü il tarixli, 18/10xx-xx/1035 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan polietilen torba bağlamadakı: -1 ədəd dəmir qutuda 2 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-13,054 qram, 2,913 qram, 3 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,086 qram, 0,087 qram, 0,073 qram, ümumi çəkisi-16,213 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin dəmir qutuda 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,956 qram maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Həmin dəmir qutuda 5 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-4,794 qram, 2,932 qram, 1,001 qram, 0,471 qram, 0,454 qram, 6 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,641 qram, 0,202 qram, 0,537 qram, 0,129 qram, 0,214 qram, 0,098 qram, ümumi çəkisi-11,473 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 8 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-235,0 qram, 95,0 qram, 100,0 qram, 105,0 qram, 50,0 qram, 15,0 qram, 10,27 qram, 11,53 qram, 06 ədəd polietilen torbacıqda ayrı-ayrılıqda təmiz çəkiləri-4,42 qram, 4,40 qram, 4,44 qram, 4,42 qram, 4,1 qram, 4,49 qram, 10 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,49 qram, 0,29 qram, 0,21 qram, 0,32 qram, 1,08 qram, 0,25 qram, 0,33 qram, 0,20 qram, 0,34 qram, 0,32 qram, ümumi çəkisi 651,90 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (i.v. 47-51) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 59-60) -Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(056)-183/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 76- 78) - “maddi sübut kimi tanımaq haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 noyabr 2023-cü il tarixli protokolla götürülmüş, tədqiqatdan sonrakı çəkisi 15,693 qram olan heroin, 0,906 qram tiryək, 10,923 qram metamfetamin, 650,7 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 79) - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(056)-168/2023 saylı qərarından görünür ki, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. ( i.v. 86-87) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 08 dekabr 2023-cü il tarixli, 8066 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixotrop maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.123-124) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, evində olan bir neçə bükümdə qurudulmuş marixuana, heroini, metamfetamini və tiryəki şəxsi istifadəsi üçün evində saxladığını deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi bu dəlillə bağlı məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin məqsədlə də əldə etdiyi narkotik vasitəni çəkərək xırda bükümlərə bölmüş, satış məqsədi ilə həmin bükümləri evində saxlamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs evində axtarış zamanı onun evindən narkotik vasitələri çəkilib xırda bükümlərdə saxlanılması üçün istifadə edilən elektron tərəzi də aşkar edilmişdir ki, həmin hal da Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda qurudulmuş marixuana, heroin və metamfetamini, eləcə də tiryəki qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması onun məhz həmin maddələrin qalan hissəsini də qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissəsini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşları Şahid1 və polis nəfəri Şahid3 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotoşəkillər və digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2023-cü il tarixli 18/10xxxx/1035 nömrəli, ambulator məcburi narkoloji yoxlamanın 08 dekabr 2023-cü il tarixli, 8066 nömrəli rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin, qurudulmuş marixuana, tiryək, metamfetamin və elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki Həsənov X2 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 3000 cərimə cəzasına məhkum edilmiş, həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə cəzası qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 01 il 06 ay islah işləri cəzası ilə əvəz edilmişdir. Məhkumluğu ödənilmişdir. (i.v 112) - Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs aylıq qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmiş, “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 02 noyabr 2021-ci il tarixli qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyü üçün xx.xx.2022-ci il tarixdə Sabirabad rayon İcra və probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. (i.v. 136) -Sabirabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, 2013cü il təvəllüdlü qızı və 2017-ci il təvəllüdlü oğlu olmaqla iki azyaşlı uşaqları vardır. Yaşayış yeri üzrə normal xarakterizə edilmişdir.(i.v. 110-111) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki azyaşlı uşaqlarının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2023-cü il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2023-cü il tarixli 8066 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 15,693 qram olan heroin, 0,906 qram tiryək, 10,923 qram metamfetamin, 650,7 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 15,693 qram olan heroin, 0,906 qram tiryək, 10,923 qram metamfetamin, 650,7 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-413/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-413/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver