Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-414/2022 26.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslərin hüquqi varisləri - X14 və X20, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, mülki iddiaçı X18 və mülki iddiaçının nümayəndəsi X21 iştirakları ilə, xx xxxxxxx 1966-cı ildə Masallı rayonunda doğlumuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşqul olan, Masallı rayonu Sığdaş kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri Yaşıl Dərə massivində yerləşən yeni tiklidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 fevral 2022-ci ildə saat 07-00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, «Qaz A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobusu Ələt-Astara-İran sərhəddi yolu ilə Astara istiqamətində 70-80 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Salyan rayonu ərazisindən keçən 73-cü kilometrliyində, qatı dumanlı hava şəraitində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan həmin vaxt eyni istiqamətdə yolun sağ zolağı ilə düzünə 60 km\saat sürətlə hərəkətdə olan, X5 idarə etdiyi «Kamaz 5410» markalı, ** BT *** qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və nəticədə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə «Qaz A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi olan X4 başın alın nahiyyəsinin yarası, sağ göz orbitasının qançırı, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölməsinə, X15 başın alın-təpə sağ gicgah nahiyyəsinin sıyrığı, hematoması, sağ qaşüstü nahiyyənin yarası, hər iki göz orbitasının qançırı, şişkinliyi, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərər vuran xəsarətlər alaraq 18 fevral 2022-ci il tarixdə Salyan rayon mərkəzi xəstəxanasında ölməsinə, Zərərçəkmiş şəxs1 sol baldır sümüklərinin, sol bazu sümüyünün qapalı sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına, Zərərçəkmiş şəxs2 çanağın əzilməsi, sağ diz qapağının qapalı yerinidəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığına az ağır zərər vuran xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 18 fevral 2022-ci il tarixdə saat 07-00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz olan «Qaz-A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobusu Ələt-Astara-İran sərhəddi yolu ilə Astara istiqamətində yolun sağ zolağı ilə saatda 70-80 km.sürətlə hərəkət etdirərkən Salyan rayonu ərazisində hava qatı dumanlı olmuş, yolu tam görə bilməmişdir. Həmin şəraitdə mikroavtobusu idarə edərkən birdən özündən qabaqda eyni zolaqda hərəkətdə olan «Kamaz-5410» markalı yük avtomobili olduğunu görmüşdür. Məsafə yaxın olduğu üçün heç nə edə bilməmiş və onun idarə etdiyi mikroavtobusun qabaq hissəsi ilə «Kamaz-5410» markalı avtomobilin arxa hissəsi arasında toqquşma baş vermişdir. Ondan sonra onun idarə etdiyi mikroavtobus sağa istiqamətlənib yoldan sağa çıxaraq çökəklikdə dayanmışdır. Həmin vaxt o özü və mikroavtobusda olan 6 nəfər sərnişinlərdən bir-neçəsi xəsarət almışlar. Sonradan ona məlum olmuşdur ki, bir nəfər sərnişin hadisə yerində, bir nəfər isə Salyan Rayon Mərkəzi Xəstəxanasında ölmüşdür. Hadisədən sonra yaşadığı yeganə evini sataraq ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin hər birinə 15 minmantat məbləğində maddi yardım göstərmişdir. Bundan əlavə zərərçəkmiş şəxslərin hər birinə 5 min manat verməklə müalicə xərclərini ödəmişdir. Eləcə də zərərçəkmiş şəxslərə digər maddi köməklik göstərmişdir. Hazırda evi yoxdur, hər iki gözləri kor olmaqla görmə qabliyyətini itirmiş, 1-ci dərəcəli əlil olan arvadı X19 ilə müxtəlif ünvanlarda yaşayır, həyat yoldaşının onun köməyinə ehtiyacı vardır. Cəza təyin olunması zamanı ailə vəziyyətinin nəzərə alınmasını xahiş edir. Belə ki, azadlıqdan məhrum olarsa, görmə qabliyyətini itirmiş həyat yoldaşı baxımsız vəziyyətdə qalacaqdır. Eyni zamanda azadlıqdan məhrum edilməzsə, müxtəlif yerlərdə işləməklə mülki iddiaçılara dəymiş ziyanın ödənilməsinə çalışacaqdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafedici ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X14 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X24 tezdən yaşadığı Sumqayıt şəhərində yerləşən evdən Masallı rayonuna getmək məqsədi ilə çıxmışdır. Həmin gün saat 10-00 radələrində məlumat almışdır ki, həyat yoldaşı Mayis getdiyi mikroavtobus Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayon ərazisində yol qəzasına uğramış və həyat yoldaşı Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həmin gün xəstəxanada ölmüşdür. Təqsirləndirilən şəxs həyat yoldaşının hadisə nəticəsində ölməsi ilə bağlı olaraq onun ailəsinə maddi yardım göstərmiş, dəymiş maddi ziyanı itam ödəmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X20 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X16 tezdən yaşadığı Sumqayıt şəhərində yerləşən evdən Masallı rayonuna getmək məqsədi ilə çıxmışdır. Həmin gün saat 8-00 radələrində məlumat almışdır ki, həyat yoldaşı Hüseynin getdiyi mikroavtobus Ələt-Astara- İran sərhəddi yolunun Salyan rayon ərazisində yol qəzasına uğramış və həyat yoldaşı hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs həyat yoldaşının yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi nəticəsində ona dəymiş maddi ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə bacısı Şahid2 və bacısı nəvəsi Ləman Qasımova ilə birlikdə «Qaz- A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi Ələt-Astara- İran sərhəddi yolu ilə Astara istiqamətində gedərkən Salyan rayonu ərazisində onu mikroavtobusda yuxu tutmuşdur. Ayılan zaman yerdə yolun kənarında oturmuş vəziyyətdə olduğunu görmüşdür. Məlum olmuşdur ki, onun sərnişin kimi olduğu mikroavtobus «Kamaz» markalı avtomobilə arxadan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən müalicə xərcləri və ona dəymiş ziyan tam ödənilmişdir. Aynalı Səbziyevlə barışmışdır, ondan şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs2 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə «Qaz-A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi Ələt-Astara-İran sərhəddi yolu ilə Astara istiqamətində gedərkən Salyan rayonu ərazisində onu mikroavtobusda yuxu tutmuşdur. Ayılan zaman yerdə olduğunu, olduğu avtomobilin qəzaya uğradığını, yəni qabaqda gedən «KAMAZ» markalı avtomobil ilə toqquşmasını bilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən müalicə xərcləri və ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayət və tələbi yoxdur. Şahid2 məhkəmədə göstərdi ki, xx.xx.2022-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs1 və nəvəsi Ləman Qasımova ilə birlikdə Qaz-A65R32-80 markalı, ** JT *** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi Ələt-Astara-İran sərhəddi yolu ilə Astara istiqamətində gedərkən Salyan rayonu ərazisində onların olduğu mikroavtobus birdən özündən qabaqda gedən Kamaz yük markalı avtomobilə arxadan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o özü və nəvəsi Ləman xəsarət almasada, bacısı Zərərçəkmiş şəxs1 xəsarət aldığı üçün hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili onları Salyan Rayon Mərkəzi Xəstəxanasınam aparmışdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X30 məhkəmədə göstərdi ki, həmin müəssisənin balansında olan «Qaz-A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobus Təqsirləndirilən şəxs müqavilə əsasında verilmişdir.xx.xx.2022-ci il tarixdə Ələt-Astara-İran sərhəddi yolu Salyan rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində həmin mikroavtobus əzilmişdir. Ona görə "xxxx" MMC-yə 12480 manat 59 qəpik məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir. İş üzrə mülki iddiaçı kimi tanınmış X18 məhkəmədə göstərdi ki, özünə məxsus «Kamaz-5410 yük» markalı, ** BT *** qeydiyyat nişanlı avtomobili tanışı X11 idarə etməyə vermişdir.xx.xx.2022-ci il tarixdə səhər Ehtibar ona zəng edərək bildirmişdir ki, Ələt-Astara- İran sərhəddi yolu Astara istiqamətində öz yolu ilə gələrkən Salyan rayonu ərazisində «Qaz-A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobus gəlib onun idarə etdiyi avtomobilə arxadan dəymişdir. O hadisə yerinə getmiş və orada baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda ölən və xəsarət alanlar olduğunu bilmişdir. Hadisə nəticəsində ona məxsus avtomaşına 3082 manat məbləgində ziyan dəymişdir. Ona görə də iş üzrə mülki iddiaçı kimi tanınmışdır. Lakin hazırda Təqsirləndirilən şəxs heç bir tələbi və şikayəti yoxdur. İş üzrə keçirilmiş məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2022-ci il tarixli,8\698 №li rəyindən görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə şəraitində «Qaz-A65R32-80 markalı», ** JT *** qeydiyyat nişanlı mikroavtobus sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Belə ki, o, avtomobili idarə edərkən yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərinə əməl etməmişdir. Qanunun həmin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2022-ci il tarixli, 36 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müəyyən edilməmişdir. İş üzrə BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 016-29646-1222 saylı məktubdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) «BECEDE» kateqoryalı, AF seryalı 132732 nömrəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. Məhkəmə-tibb ekspertizasının 109 saylı, xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı sol baldır sümüklərinin, sol bazu sümüyünün qapalı sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 111 saylı, xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 müayinəsi zamanı çanağın əzilməsi, sağ diz qapağının qapalı yerinidəyişən sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 4 saylı, xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, X4 meyitinin müayinəsi zamanı başın alın nahiyyəsinin yarası, sağ göz orbitasının qançırı, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X4 ölümünə səbəb başın küt travması nəticəsində alın nahiyyəsinin yarası ilə müşayiət olunan beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur. Məhkəmə-tibbi ekspertizasının 5 saylı, xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, X15 meyitinin müayinəsi zamanı başın alın-təpə sağ gicgah nahiyyəsinin sıyrığı, hematoması, sağ qaşüstü nahiyyənin yarası, hər iki göz orbitasının qançırı, şişkinliyi, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X15 ölümünə səbəb başın küt travması nəticəsində alın-təpə sağ gicgah nahiyyəsinin sıyrığı, hematoması ilə müşaiyət olunan beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur. İş üzrə Salyan rayon «Ümüd» firması tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində «Kamaz-5410 yük» markalı, ** BT *** qeydiyyat nişanlı avtomobilə 3082 manat ziyan dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş YNH-i nəticəsində Qaz-A65R32-80 markalı, ** JT *** dövlət qeydiyyat avtomobilə 12480 manat 59 qəpik ziyan dəymişdir. «Azərmaş MMC» tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, «Azərmaş MMC» ilə Təqsirləndirilən şəxs aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, MAS-446 saylı «X29» əsasında həmin müəssisəyə məxsus «QAZ- A65R32-80» markalı, 99JT145 qeydiyyat nişanlı avtomaşını yalnız Azərbaycan Resppublikası ərazisində idarə etmək səlahiyyəti verilmişdir. Zərərçəkmiş şəxs X22 ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli ərizəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi nəticəsində bədən xəsarətləri almışdır. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Bununla əlaqədar onun sürücü Təqsirləndirilən şəxs qarşı heç bir tələb və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Ceyran Abışova məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənilməsini, şikayət və tələbinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi, notarial qaydada təsdiq olunmuş ərizəsində Təqsirləndirilən şəxs törətmiş olduğu yol qəzası nəticəsində zərər çəkdiyini, ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı verdiyi ərizəsində ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı sonradan təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ölmüş zərərçəkmiş şəxslərin hər birinin ailələrinə 15 min manat, digər zərərçəkmiş şəxsə 5 min manat pul ödədiyini, ona dəymiş ziyanın isə ödənilmədiyini göstərmiş və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə baxışı gedişində yenidən təqdim etdiyi ərizəsində ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X20 ibtidai istintaq zamanı verdiyi, notarial qaydada təsdiq edilmiş ərizəsində hadisə nəticəsində ona dəymiş maddi və mənəvi zərərin Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsini, onunla barışmasını, ona qarşı heç bir iddia, tələb və şikayətinin olmamasını və gələcəkdə də olmayacaqızı göstərmişdir. Xanımağa Dadaşova məhkəmə baxışı zamanı verdiyi ərizəsində ona dəymiş maddi və mənəvi ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Notarial qaydada təsdiq olunmuş 12 may 2022-ci il tarixli sazişə əsasən təqsirləndirilən şəxs qardaşı Təqsirləndirilən şəxs törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X15 arvadı, hüquqi varpisi X6 dəymiş ziyana görə 15000 manat məbləğində pulu nağdı ödəmişdir. Eyni zamanda X36 Səbziyevə qarşı heç bir şikayətinin və iddiasının olmayacağını öz üzərinə götürmüşdür. Aynurə Yusifova məhkəmə baxışı zamanı verdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanının tamamilə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. "xxxx" MMC tərəfindən X25 verilmiş 05 yanvar 2022-ci il tarixli etibarnaməsindən görünür ki, məhkəmədə həmin təşikilatı təmsil etmək, mülki iddianı müdafiə etmək ona etibar olunmuşdur. "xxxx" MMC-nin nümayəndəsi Elnur Nəcəfli yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-nin balansında olan «Qaz-A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı avtomobil əzilmiş və müəssisəyə 12480 manat 59 qəpik maddi ziyan dəymişdir. Ona görə də mülki iddiaçı kimi tanınmasını xahiş etmişdir. İş üzrə xx.xx.2022-ci il tarixli qərarla "xxxx" MMC mülki iddiaçı kimi tanınmışdır. "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 12480,59 manat məbəlğində, ödənilmiş dövlət rüsumu olaraq 127,44 manat məbləğində pul tələbinə dair 22 iyun 2022-ci il tarixli mülki iddia verilmişdir. X18 hadisə nəticəsində ona məxsus «Kamaz 5410 yük» markalı avtomaşına 3082 manat məbəlğində ziyan dəyməsi bparədə sənədləri istintaqa təqdim etməklə mülki iddiaçı kimi tanınması barədə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli qərarla X18 iş üzrə mülki iddiaçı kimi tanınmışdır. X39 tərəfindən mülki iddia verilməmiş və o, məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı rayonu Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, himayəsində azyaşlı uşaq yoxdur, xx.xx.1964-cü il təvəllüdlü X19 onun arvadıdır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs kəndin ictimai işlərində iştirak etməsi, kənd ağsaqqalları və yaşıdları arasında yüksək nüfuza malik olması göstərilmişdir. 13 saylı tibbi sosial ekspert komissiyasının 13 sentyabr 2001-ci il tarixli, 1788 №-li aktından görünür ki, Təqsirləndirilən şəxs arvadı X19 görmə qabliyyətini tamamilə itirməklə müddətsiz olaraq 1-ci qrup əlildir. İşdə olan xx.xx.2008-ci il tarixdə verilmiş, 053019 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 müharibəsi veteranıdır. Qardaşı oğlu X2 Qarabağ müharibəsinin iştirakçısı olmaqla «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə ehtiyatsızlıqdan iki şəxsin ölümünə, iki şəxsin isə sağlamlıqlarına az ağır zərər vurulmasına səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, İ dərəcəli əlil olan arvadının onun himayəsində olmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddətini müəyyən edərkən CM-nin 60.1-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, şəxsin cəzasını CM-nin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, Təqsirləndirilən şəxs ittiham oldunduğu CM-nin 263.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın yuxarı həddi 10 il müəyyən edildiyindən, ona təyin olunan cəzanın cəzanın müddəti 7 il 6 aydan çox ola bilməz. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini-yəni ilk məhkumluğunu, ailəsini dolandırmaq məqsədi ilə sürücülük fəaliyyəti ilə məşğul olması və bu fəaliyyətlə məşğul olması zamanı ehtiyyatsızlıqdan törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində olmüş zərərçəkmiş şəxslərin ailələrinə və zərərçəkmiş şəxslərə maddi yardım göstərilməsini qarşısına məqsəd qoymaqla yaşadığı evini sataraq ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinə və zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsini, həyat şəraitini-yəni hadisənin nəticəsi olaraq işini və evini itirməsini, evsiz qalmaqla müxtəlif ünvanlarda yaşamasını, bu şəraitdə hər iki gözləri kor olmaqla, görmə qabliyyətini tamamilə itirmiş, 1-ci dərəcəli əlil, həyat yoldaşı kimi onun köməyinə ehtiyacı olan arvadı X8 onun himayəsində olmasını, hadisədən sonrakı davranışı ilə islah olunma yolu ilə getməsini, daha az cəza çəkməklə islah oluna biləcəyini, yaxın qohumu olan qardaşının və qardaşı oğlunun Azərbaycan Respublikasının ərazi bütovlüyünün təmin olunması uğrundu aparılmış döyüş əməliyyatlarında, Vətənin müharibəsində iştirak etməklə dövlət təltiflərinə layiq görülmələrini və qeyd olunan digər halları nəzərə alaraq Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsinində nəzərdə tutulmuş aşağı həddə, 5 il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Qaz A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobus və «Kamaz 5410» markalı, ** BT *** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə verilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə mülki iddia məsələsini müzakirə edərək hesab edir ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 12480,59 manat məbəlğində, ödənilmiş dövlət rüsumu olaraq 127,44 manat məbləğində pul tələbinə dair mülki iddiası əsaslı olduğundan tam təmin edilməli və ondan ümumilikdə 12608,03 manat məbləğdə pul alınmaqla "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş üzrə mülki iddiaçı kimi tanınmış X9 mülki iddia verməməsi və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmaması barədə ərizəsi nəzərə alınmalıdır. Eyni zamanda hadisə nəticəsində ona məxsus «Kamaz 5410 yük» markalı avtomaşına dəymiş 3082 manat məbəlğində maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həmin müəssisədə qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiası tam təmin edilsin və Təqsirləndirilən şəxs 12608,03 manat miqdarda pul alınaraq «Azərmaş” MMCnə verilsin. X13 məxsus “Kamaz-5410 yük» markalı, ** BT *** qeydiyyat nişanlı avtomobilə dəymiş 3082 manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüququ izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış «Qaz A65R32-80» markalı, ** JT *** qeydiyyat nişanlı mikroavtobus və «Kamaz 5410» markalı, ** BT *** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə verilməsi nəzərə alınsın. Ekspertiza xərci 100 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-414/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-414/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver