Məhkəmə qərarları › İş №1(099)-414/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-414/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-414/2023 13.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum edilməyən, işsiz, Lənkəran şəhəri, Təqsirləndirilən şəxsAxund küçəsi ev 146-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kərimov Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 11,789 qram və 10,354 qram olmaqla ümumi təmiz çəkisi 22,143 qram olub külli miqdar hesab edilən tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə heroini (bundan sonra – heroin) əldə edərək üzərində saxlamaqla daşımış, 26 yanvar 2023-cü il tarixdə saat 03:30-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin (bundan sonra – CBRŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Təqsirləndirilən şəxsAxund küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq CBRŞ-nin yerləşdiyi inzibati binasına gətirilib üzərinə şəxsi-axtarış keçirilən zaman əynində olan gödəkcənin sol yan cibindən 2 ədəd sellofan bükümlərin içərisindən həmin külli miqdarda olan narkotik vasitə heroin və gödəkcəsinin sol qoltuq cibindən narkotik vasitələri satışında istifadə etdiyi üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Kərimov Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən yəni, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə deyil, CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 3 qram heroin və elektron tərəzi olmuşdur. Belə ki, həmin heroini İsmayıl adlı şəxsdən alıb evinə qayıtmış, polis əməkdaşları da onu evində saxlayıb CBRŞyə aparmışlar. Üzərində olan 3 qram heroin bir bükümdə olmuş, həmin heroini şəxsi istifadəsi üçün almışdır. Həmin heroini üzərində olan tərəzidə də çəkmişdir. Narkotik alarkən onu çəkidə aldatmasınlar deyə özündə elektron tərəzi saxlamışdır. Həmin narkotik vasitəni İsmayıl adlı şəxsdən 100 manata almışdır. İsmayıl adlı şəxsdən bir neçə dəfə narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs Kərimov ona elan edilmiş ittihamda heroinin iki bükümdə ümumilikdə 22 qram çəkidə olması, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində bir bükümdə 3 qram çəkidə heroin olması barədə dedikləri arasında ziddiyyətlər barədə verilən suala cavab olaraq bildirmişdir ki, üzərində 22 qram heroin iki bükümdə olmuş, həmin heroini üzərində şəxsi istifadəsi məqsədi ilə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Kərimov Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 26 yanvar 2023-cü il tarixdə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 27 və 28 yanvar 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bildiyini göstərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, uzun müddətdir ki, heroini qızdırıb çəkməklə qəbul edir. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini tutulmamışdan 3-4 gün əvvəl «İnstaqram»da tanış olduğu «Əfsun» adlı İranlıdan əldə etmiş, həmin İranlı narkotik maddəni Astara rayonu ərazisində Ələt-Astara avtomobil yolunun 190-cı kilometrliyində qoydurmuş, tutulduğu vaxtdan 3-4 saat əvvəl Girdəni kəndinə gedib oradan ipək yoluna düşmüş, Astara tərəfə gedən sürücüsünü tanımadığı avtomobillə həmin yerə gəlmiş, sürücü getdikdən sonra ətrafa baxmış heç kəsin olmadığından tam əmin olduqdan sonra üzərində 190 rəqəmi olan yolun kilometrliyin göstərən lövhənin yaxınlığında iki bükümdə olan narkotik vasitəni götürmüş, həmin yerə heroinin pulu olan 200 manatı qoymuş, sonra Lənkəran rayonuna qayıtmış, həmin gün saat 03:30-da yaşadığı küçə ilə evinə tərəf gələrkən evinin yaxınlığında küçədə mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edib onu Lənkəran şəhərində yerləşən CBRŞ-yə gətirmişlər. Regional şöbədə üzərinə şəxsi axtarış keçirilmiş əynindəki gödəkçəsinin sol yan cibində gizlətdiyi iki ədəd selofan bükümdə heroini, «Nokia» markalı mobil telefonu, gödəkçəsinin sol qoltuq cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək, təqdim etdiyi bükümlərin içərisində heroin olduğunu və ona məxsus olduğunu, 3-4 gün əvvəl «İnstaqram»da tanış olduğu «Əfsun» adlı İranlıdan əldə etdiyini bildirmişdir. Üzərində aşkar olunmuş elektron tərəzidən narkotik vasitə alarkən onu aldatmasınlar deyə çəkisini dəqiq bilməkdən ötrü istifadə etdiyini, buna görə üzərində gəzdirdiyini demişdir. O həmin heroini şəxsi istifadəsi üçün almış, heroindən heçkəsə satmamış və heçkəsə də istifadə etmək üçün verməmişdir. Təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə istintaqı zamanı yuxarıda qeyd edildiyi kimi fərqli formada ifadə verməsinin səbəbini izah edə bilməmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini qəsdən törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BNMİ-nin CBRŞnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə Lənkəran şəhər sakini Kərimov Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmiş, həmin məlumat əsasında onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə 26 yanvar 2023-cü il tarixdə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə saat 03:30-da Təqsirləndirilən şəxs Kərimovun Lənkəran şəhərin Təqsirləndirilən şəxsAxund küçəsində yaşadığı evin yaxınlığında piyada getdiyini görüb ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi təklif etməklə Təqsirləndirilən şəxs Kərimovu polis şöbəsinə gətirmişlər. İnzibati binada video çəkilişlə Təqsirləndirilən şəxs Kərimovun üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Kərimov əynindəki gödəkçəsinin sol yan cibində iki ədəd selofan bükümü və öz adına olan partiyaya üzvlük vəsiqəsini, gödəkçəsinin sağ yan cibindən 21 manat pulu və «Nokia»markalı mobil telefonu, gödəkçəsinin sol qoltuq cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim edərək stolun üzərinə qoyaraq təqdim etdiyi bükümlərin içərisində heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Onunla bu barədə şifahi olaraq soğru sual edildikdə Təqsirləndirilən şəxs Kərimov təqdim etdiyi maddənin heroin olduğunu, 3-4 gün əvvəl «İnstaqram»da tanış olduğu «Əfsun» adlı İranlıdan əldə etdiyini, həmin İranlı narkotik maddəni Astara rayonu ərazisində Ələt-Astara avtomobil yolunun 190-cı kilometrliyində qoydurduğunu, 3-4 saat əvvəl gedib oradan götürdüyünü, özü istifadə etmək üçün həmin narkotik maddəni 200 manata əldə etdiyini demişdir. Təqsirləndirilən şəxs Kərimovun təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə kütlənin çəkisi 22,19 qram olmuşdur. Təqsirləndirilən şəxs Kərimova qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir və ona qarşı heç bir ədavəti və ya qərəzçiliyi yoxdur. Təqsirləndirilən şəxs Kərimovun əldə etdiyi narkotik vasitələrin satdığı şəxslərin kimliklərinin müəyyən edilməsi məqsədi ilə tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmiş lakin həmin şəxslərin kimlikləri müəyyən olunmamış, Təqsirləndirilən şəxs Kərimovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə CBRŞ-na bir neçə dəfə əməliyyat məlumatları daxil olmuş, lakin bu məlumatlarla bağlı hər hansı şəxsi saxlamamış, hər hansı şəxsin Təqsirləndirilən şəxs Kərimovdan narkotik vasitə alması sübuta yetirilməmiş, Təqsirləndirilən şəxs Kərimovu narkomaniya xəstəliyindən əziyyət çəkən şəxs kimi tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş CBRŞ-nin polis nəfəri Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Kərimov Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun narkotik vasitələr və psixotrop maddələrin satışında, üzərində gəzdirməkdə şübhəli olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 26 yanvar 2023-cü il tarixli raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol Təqsirləndirilən şəxs Kərimov barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs Kərimovun üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi 02 bükümdəki heroini könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi müəyyən edilir. (səh. 04-12; 30-33) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kərimov həmin tarixdə saat 03:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 26 yanvar 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Kərimov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sol yan cibindən iki ədəd sellofan büküm və gödəkçənin sol qoltuq cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmiş, həmin bükümlərdə heroinə bənzər kütlələrin olması müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Kərimov üzərindən aşkar edilərək götürülmüş kütlənin heroin olduğunu, öz istifadəsi üçün iranlı “Əfsun” adlı şəxsdən 200 manata aldığını bildirmişdir. (i.v. 30-33) -Materialların məhkəmə ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 19/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət Kərimov Təqsirləndirilən şəxs təqdim etidyi 02 ədəd bükümdə heroin bənzər kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri -11,789 qram; -10,354 qram, ümumi təmiz çəkisi -22,143 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponenet tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədiqiqat (eynilik) aparmaq mümkün olmadı. (i.v. 46-50) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 58-59) -Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 4(049)-34/2023 saylı qərarından görünür ki, Kərimov Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 75-78) - Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 73 nömrəli rəyindən görünür ki. Kərimov Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmir. (i.v. 86-88) - Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 yanvar 2023-cü il tarixli 91 nömrəli rəyindən görünür ki, müayinə zamanı Kərimov Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Kərimov Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v.89-90) -Lənkəran rayon Məhkəməsinin xx.xx.2023-cü il traixli, 5(049)-27/2023 saylı qərarından görünür ki, Kərimov Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə baş əməliyyat müvəkkili Şahid1 26 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v.97) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin rəisinin imzaladığı 18 fevral 2023-ci il tarixli məktubdan görünür ki, Kərimov Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 22,143 qram çəkidə narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilmiş lakin Təqsirləndirilən şəxs Kərimovun əldə etdiyi narkotik vasitə heroin mənbəsinin müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Kərimovun əldə etdiyi narkotik vasitələrin satdığı şəxslərin kimliklərinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilsədə lakin həmin şəxslərin kimlikləri əməliyyat yolu ilə müəyyən etmək mümkün olunmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Kərimov ondan aşkar olunmuş həmin narkotik vasitə heroini əldə edərkən hər hansı bir şəxslə qabaqcadan əlibir olması barədə CBRŞ-na məlumat daxil olmamışdır.Təqsirləndirilən şəxs Kərimovun əldə etdiyi narkotik vasitə heroini İran vətəndaşından aldığını bildirməsi onun narkotik vasitənin həqiqi mənbəsini gizlətmək məqsədi daşıyır. Təqsirləndirilən şəxs Kərimovun narkotik vasitələrinə satışı ilə məşğul olması barədə CBRŞ-na bir neçə dəfə məlumat daxil olmuşdur. (i.v. 106) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Kərimov Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərində aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxlaması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroinin iki bükümdə, olması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs CM-nin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndinə əsasən heroin narkotik vasitə hesab edilir. Həmin “Siyahılar”da İ Siyahının 5-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Kərimovun üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmaqla ayrı-ayrı bükümlərə bölünməsi, heroinin ümumi çəkisinin külli miqdarda olması, üzərində həm də elektron tərəzinin olması, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatının olması, Təqsirləndirilən şəxs Kərimovun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Kərimov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiklərini iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Kərimov onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” 26 yanvar 2023cü il tarixli protokol, ona əlavə edilmiş videoçəkliş, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının 26 yanvar 2023-cü il tarixli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və elektron tərəzi, eləcə də digər predmetlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Kərimov Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Lənkəran Rayon Məhkəməsinin 25 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətində azadlıqdan məhrumetmə və 01 il 06 ay nəqliyyat vasitələrin idarəetm hüququndan məhrum edilib. Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cü il tarixli amnistiya qərarının 1,1 bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Kərimovun hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilmişdir. (i.v 93- 94) -Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kərimov Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2011-ci il təvəllüdlü olmaqla bir azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 111-112) Məhkəmə göstərilənlərə əsasən Kərimov Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 59-cu maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Kərimov Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Kərimov Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 91 nömrəli rəyi nəzərə alınaraq, Kərimov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altımış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxs Kərimov Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 22,043 qram təşkil edən heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Kərimov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Kərimov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kərimov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Kərimov Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 26 yanvar 2023-cü il tarixdən hesablansın. Kərimov Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Kərimov Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti Kərimov Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 22,043 qram olan narkotik vasitə heroin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Kərimov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olduğu 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Kərimov Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar