Məhkəmə qərarları › İş №1(099)-414/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-414/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-414/2024 06.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 və İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X7 İstismar İdarəsinin Füzuli xidmət sahəsində çilingər işləmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində pasport qeydiyyatında olmaqla Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi, 84 nömrəli evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək məqsədi ilə 2022-ci ilin yanvar ayının ortalarında, gecə saatlarında onunla birlikdə və onun himayəsində yaşayan 14 yaşına çatmayan, xx xxx 2008-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs yaşadıqları evin yataq otağında tək yatmasından və orada digər ailə üzvlərinin olmamasından istifadə edib əvvəlcə sonuncunun dodaqlarından öpərək onunla birlikdə yatmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs yanında uzanaraq sonuncunun ehtirasını oyatmaq üçün əli ilə azyaşlının döşlərini sığallamış, daha sonra Zərərçəkmiş şəxs üst geyimini çıxararkən onun hərəkətlərinə etiraz etməsini görüb sonuncunu onun etdiyi hərəkətlər barədə kənar şəxslərə xəbər verəcəyi və onun hərəkətlərinə maneə olacağı təqdirdə döyəcəyi ilə hədələyib Zərərçəkmiş şəxs döşlərini öpməyə davam edərək əlini onun cinsiyyət orqanına və arxa keçəcək dəliyi nahiyəsinə sürtməklə Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmə hədəsi ilə digər seksual xarakterli zorakılıq hərəkətləri etmiş, sonuncunun onun zor tətbiq etməklə bağlı hədələrindən qorxması və onun etdiyi hərəkətlər barədə kənar şəxslərə məlumat verməməsindən istifadə edərək zərərçəkmiş şəxsə, yəni əvvəlcə təqsirkar üçün aşkar sürətdə 14 yaşına çatmayan şəxs barəsində, 22 may 2022-ci il tarixdə 14 yaşı tamam olduğuna görə təqsirkar üçün aşkar sürətdə yetkinlik yaşına çatmayan şəxs (şəxsə) barəsində (qarşı), övladı Zərərçəkmiş şəxs qarşı qeyd edilən tarixdən, yəni 2022-ci ilin yanvar ayının ortalarından 2023-cü ilin fevral ayının 6-na dək olan müddət ərzində yaşadığı Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi, 84 nömrəli evdə dəfələrlə mütəmadi olaraq zor tətbiq etmə hədəsi ilə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan sonra o, cinsi ehtirasını təmin etmək üçün onunla birlikdə və himayəsində yaşayan yetkinlik yaşına çatmayan övladı - xx xxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədi ilə 06 fevral 2023-cü il tarixdə, saat 24 radələrində həyat yoldaşı Şahid1 Bakı şəhərində olmasından istifadə edərək yaşadığı Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi, 84 nömrəli evdə onunla birlikdə qalmış yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs onun yataq otağında digər azyaşlı qızı Yağmur Quliyeva ilə yatmasını görüb, Yağmur Quliyevanı oradan götürərək digər yataq otağında olan çarpayıya apardıqdan sonra Zərərçəkmiş şəxs yanına gələrək onu yuxudan oyadıb, əvvəlcə onun dodaq və sinə nahiyələrini öpmüş, Zərərçəkmiş şəxs onun bu hərəkətinə etiraz edib ona etdiyi hərəkətin ayıb olduğunu və buna görə utanmasını deməsinə baxmayaraq, o, Zərərçəkmiş şəxs sözlərinə məhəl qoymayıb, sonuncuya qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, Zərərçəkmiş şəxs ona etiraz etdikdə o, sonuncunu onunla qeyri-təbii yolla cinsi əlaqədə olmayacağı təqdirdə döyəcəyi ilə hədələyərək onu ayaq üstə üzü divara tərəf yarım əyilmiş formada dayanmağa məcbur etmiş, daha sonra cinsiyyət orqanını şalvarından çıxararaq evin mətbəxindən götürdüyü duru yağı özünün sərtləşmiş cinsiyyət orqanına sürtüb yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salmaqla irəli-geri hərəkət etdikdə, Zərərçəkmiş şəxs ağrıdığı üçün ona etiraz edərək hərəkətlərini dayandırmasını tələb etdiyindən o, əli ilə onun kürək nahiyəsinə sillə ilə bir zərbə vurduqdan sonra onun boyun nahiyəsindən əli ilə tutub saxlamaqla onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, o, cinsi ehtirasını təmin etmək üçün onunla birlikdə və onun himayəsində yaşayan yetkinlik yaşına çatmayan övladı - xx xxx 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmək məqsədi ilə sonuncunun onun hədələrindən və zor tətbiq etməsindən qorxması və onun etdiyi hərəkətlər barədə kənar şəxslərə məlumat verməməsindən istifadə edərək onunla 06 fevral 2023-cü il tarixdən etibarən dəfələrlə mütəmadi olaraq yaşadığı Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi, 84 nömrəli evdə, evin həyətindəki yardımçı tikililərdə, özünün etibarnamə əsasında idarə etdiyi “VAZ-2121” markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilin salonunda və yaşadıqları qəsəbənin ətrafında olan əkin sahələrində iradəsinə zidd olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmçinin, sonuncu dəfə 13 noyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2121” markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobildə Füzuli rayonu, Zobucuq qəsəbələrinin yaxınlığından keçən yeni çəkilmiş Əhmədbəyli-Şuşa avtomobil yolunun yaxınlığındakı əkin sahəsinə apararaq onu avtomobildən yerə düşürmüş, əvvəlcədən avtomobildə saxladığı ədyalı avtomobilinin qabaq tərəfində yerə sərib Zərərçəkmiş şəxs əynində olan paltarlarını soyunmasını tələb etmiş, Zərərçəkmiş şəxs ona etiraz etdikdə o, sonuncunun üstünə qışqıraraq onu döyəcəyi ilə hədələyib onun əynində olan paltarlarını soyunmasına nail olduqdan sonra dodaq və sinə nahiyələrini öpərək özünün cinsi ehtirasını oyatdıqdan sonra avtomobildən götürdüyü şpirisin içərisində olan sarımtıl rəngli, yağ konsistensiyalı, spesfik iyə malik maye neft məhsullarına aid olan sürtkü yağını özünün sərtləşmiş cinsiyyət orqanına sürtərək Zərərçəkmiş şəxs əllərini avtomobilin qabaq hissəsinə dirəyib ayaq üstə yarı əyilmiş formada dayanmağı tələb etmiş, onun hədələrindən və zor tətbiq etməsindən qorxan Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsinə əlini söykəyərək yarı əyilmiş formada dayandıqdan sonra o, özünün sərtləşmiş cinsiyyət orqanını onun arxa keçəcək dəliyinə salaraq təxminən 20-25 dəqiqə müddət ərzində yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmək hədəsi ilə iradəsinə zidd olaraq qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub ümumilikdə sonuncunun arxa keçəcək dəliyinin tam açıq və qıfabənzər genişlənmə (dartılma) ilə müşayiət olunması, düz bağırsaq ətrafındakı şüavari büküşlərin və selikli qişanın hamarlaşması, düz bağırsağın selikli qişasının rənginin göyümtülbənövşəyi rəngdə və bərkvari konsistensiyalı olması, həmçinin, düz bağırsağın sfinktorunun tonusunun boşalması xarakterli dəyişikliklərin yaranmasına səbəb olan təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1 və 150.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, qızı Zərərçəkmiş şəxs hədə qorxu gəlməmiş, ona qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir, qızı Zərərçəkmiş şəxs ifadəsində göstərilənlər yalandır. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Şahid1 ilə 2005-ci ildə evlənmiş, onların birgə nikahdan Emin adlı oğlan, Sevgi və Yağmur adlı qız övladları doğulmuş, oğlu hazırda Bakı şəhərində oxuyur, həyat yoldaşı Fərqanə və digər iki qızı isə himayəsində onunla birlikdə yaşayırlar, övladları və həyat yoldaşı ilə münasibəti həmişə yaxşı olmuşdur. 18 noyabr 2023-cü il tarixdə baldızı Vüsalənin qızı Ləmanın toy məclisi olduğundan yoldaşı Fərqanə, qızları Sevgi və Yağmuru Biləsuvar rayonu ərazisidə yerləşən Cəbrayıl qəsəbəsinə qardaşı Cavanşirə məxsus avtomobil ilə sonuncu ilə birlikdə aparıb qaynatası Qəribin evinə qoyaraq yaşadığı evə geri qayıtmış, bundan sonra həyat yoldaşı Fərqanəyə, qızları Sevgi və Yağmur babası evində olarkən onlara dəfələrlə zəng vursa da, onun telefon zənglərinə cavab verməmişlər. Sevginin onun barəsində Füzuli rayon Polis şöbəsinə yazmış olduğu şikayət ərizəsində göstərilənlər yalandır, belə ki, qızı Zərərçəkmiş şəxs hədə qorxu gəlməmiş, Sevginin dodaqlarından, sinəsindən öpməmiş, Sevgi ilə qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. 13 noyabr 2023-cü il tarixdə, saat 19 radələrində Füzuli rayonu, 4 saylı Zobucuq qəsəbəsinə Gülər müəllimənin evinə qızı Sevgi ilə özünə məxsus Niva markalı avtomobil ilə getmiş, Sevgi Gülər müəllimənin pulunu verdikdən sonra 4 saylı Zobucuq qəsəbəsi ərazisində olan “Mandarin” marketin qarşısında olan dönərxanadan dönər alıb evə getmiş, Sevgi ilə həmin gün Şuşa yolunun kənarına getməmiş, Sevgi ilə qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Qızı Sevgi qripləyən vaxtı spirtli içki qəbul edərkən qızı Sevgiyə də spirtli içkini anasının istəyi ilə xəstəliyinə görə içirmiş, həmin vaxt Fərqanə da evdə olmuşdur. Tanımadığı bir nəfər şəxsdən tək lüləli mülki ov silahı almış, sonradan həmin silahı qaytarıb vermiş, hazırda onda sənədsiz mülki ov silahı yoxdur. Qızı Sevgi ilə arxa keçəcək dəliyi vasitəsilə qeyri təbii yolla cinsi əlaqədə olmamış, Sevginin arxa keçəcək dəliyində olan xəsarətlər barədə hər hansı məlumatı olmamış, həmin xəsarətlərin olduğu təqdirdə necə və kim tərəfindən yetirilməsini bilmir. Sevginin qeyd etdiyi ərazidəki əkin sahəsi onun əkin sahəsidir, həmin yerə dəfələrlə ailə üzvlərinin hamısı ilə, o cümlədən qızı Sevgi ilə getmiş, ona görə də Sevgi həmin ərazini göstərmişdir. O, traktoru ilə əkin işləri görür, ona görədə avtomobilində içərisində avtomobil yağı olan tibbi şpris olmuşdur. Sevginin dedikləri tamamilə yalandır. Həyat yoldaşının qohumlarından qayınatası Qəribdən başqa hamısı ilə münasibəti pis olmuş, onlarla heç vaxt münasibəti yaxşı olmadığı üçün qızı onların əsasən də, dayısı Allahşükürün təsiri ilə yəni qızını öyrədərək barəsində belə bir şikayət etməyini təşkil etmişlər. Fərqanəni 2023-cü ilin mart ayında oğlunun xəstələnməsinə görə Bakı şəhərinə getməsinə icazə vermiş, həmin vaxt işi olduğundan Fərqanə ilə gedə bilməmiş, Fərqanə də Sevgi də yalan danışırlar, həmin vaxt və heç bir vaxt qızına qarşı elə bir hərəkətə yol verməmişdir. Fərqanə ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşlar. 2023-cü ilin mart ayında qızı Sevgidən mayka istəmiş, Sevgi sözünə baxmadıqda isə onu sillə ilə vurmuş, ancaq ona qarşı heç bir seksual xarakterli hərəkətlərə dair təklif etməmişdir. xx.xx.2023-cü il tarixdə onun yaşadığı evdən aşkar olunmuş ov tüfəngi ona məxsusdur, lakin həmin ov tüfənginin sənədi olmadığından ilkin ifadəsində evində silah olduğunu etiraf etməmişdir. Qızı Sevginin arxa keçəcək dəliyində hər hansı xəsarət olmasını qəbul etmir və həmin ekspert rəyilə razı deyil, qızının təkrarən ekspertizadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs hadisə yeri kimi göstərdiyi yer onun əkin sahəsi olduğundan Sevgi əvvəllər onunla həmin yerə getdiyindən ola bilsin ki, oranı yadında saxlamış, dayısının və ana qohumlarının təsiri ilə ona şər atan zamanı həmin yeri hadisə yeri kimi təqdim etmişdir. Orada avtomobil izinin hansı səbəbdən olmasını deyə bilmir, ehtimal edir ki, oradan keçən hansısa avtomobildən qalmışdır. Zərərçəkmiş şəxs şalvarından sperma nümunələrinin tapılmasını isə belə izah edir ki, o, Sevgiyə qarşı elə bir hərəkətə yol vermədiyi təqdirdə Sevginin şalvarından sperma nümunəsi tapıldığına görə ehtimal edir ki, Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi, 84 №-li evinin həyətində olan hamam otağında yuyunandan sonra evinin qapısının arxasında olan kirli paltarların yığılması üçün olan səbətə özünün əynindən çıxardığı paltarlar həmin səbətdə toplanan zaman Sevginin paltarına toxunan zaman ona aid sperma nümunələri Sevginin paltarına bulaşmışdır. Başqa cür ola bilməz. 21 noyabr 2023-cü il tarixdə saxlanılaraq Füzuli rayon Polis Şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmış, lakin İstintaq təcridxanasında və Füzuli rayon prokurorluğunda bununla bağlı şikayət etməmişdir. Şikayət etməməsinin səbəbi kimi elə düşünmüşdür ki, o, zorakılığa məruz qalması barədə şikayət edərsə bu onun Füzuli rayon Polis Şöbəsində araşdırılan işinə mənfi təsir göstərər. Buna görədə o, Füzuli rayon prokurorluğuna verdiyi izahatında döyülməyini etiraf etməmiş və şikayətinin olmaması barədə ərizə yazmışdır. Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, sonrakı mərhələdə isə yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qarşı dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri etməsini inkar etsə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan ekspert rəyləri, istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsi, 84 nömrəli evdə atası Bəxtiyar, anası Fərqanənin himayəsində yaşamışdır. Ailədə ondan başqa 2006-cı il təvəllüdlü qardaşı Emin, 2013-cü il təvəllüdlü Yağmur adlı bacısı vardır. Özü məktəblidir. Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsində yerləşən 33 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Atası Bəxtiyar xaraktercə sərt adam olmuş, əvvəllər ona valideyn kimi acıqlanıb, danlamış, atasının həmin hərəkətlərini əvvəlcə onun xarakteri ilə əlaqələndirir və yaşının az olması ilə dərk edə bilməmişdir. 2022-ci ilin yanvar ayının ortalarında gecə saatlarında yataq otağında yatmış, qardaşı Emin Bakı şəhərində oxuduğu üçün evdə olmamış, evdə təkcə azyaşlı bacısı Yağmur olmuş, anası Şahid1 isə evin həyətində ev işləri ilə məşğul olmuşdur. Yataq otağında yatdığı zaman dodaqlarından öpüldüyünü hiss edib yuxudan oyanmış və atası Təqsirləndirilən şəxs əyilib onun dodaqlarından öpməsini görmüş, həmin vaxt atası onun yuxudan ayıldığını görüb kənara çəkilmiş, atasından nə etdiyini soruşduqda, sonuncu ona yerinin narahat olmasına görə onun yanında yatmaq istəməsini demiş, atasına bir söz deməyərək yanında uzanmasına şərait yaratmış, bu barədə ailə üzvlərinə heç bir söz deməmişdir. Atasına etdiyi hərəkətlərdən utanmasını dedikdə atası ona “burda bir sənsən, birdə mən, biyabır olmalı olsa sən olacaqsan, mənə heç nə olmayacaq” sözlərini demiş, bu barədə kiməsə nəsə deyəcəyi təqdirdə onu öldürəcəyi və bütün günahın onda olduğunu deyərək onu biabır edəcəyi ilə hədələmişdir. Həmin gündən bir gün sonra yenə eyni qaydada otağında tək yatarkən atasının dodaqlarından öpdüyünü hiss edib yuxudan oyanmış, atasının onu öpməməsi üçün evdən bayıra çıxmış, evin həyətində anasını görərək onunla birlikdə evə girmək üçün sonuncunu gözləmiş, lakin atasının ona qarşı etdiyi əxlaqsız hərəkət barədə anasına məlumat verməmişdir. Bundan sonra atası mütəmadi olaraq hər imkan düşən kimi yataq otağına daxil olaraq ilk öncə dodaqlarından öpərək döşlərini əli ilə sığallamış, həmin vaxt atası ona qarşı etdiyi hərəkətlərin onun yatılı olduğu üçün bilməməsini düşünmüş, lakin sonradan etdiklərinin mahiyyətini anlamasını və bilməsini, sadəcə anası ilə dava-dalaş salmaması, onu döyməməsi üçün heç bir şey deməmişdir. Atasının müxtəlif bəhanələr gətirərək onu döyəcəyindən və bu hərəkətlərdən məlumatı olmayan anasının onu günahkar hesab etməsindən qorxaraq atasının ona qarşı etdiyi hərəkətlərə qarşı çıxa bilməmişdir. Atasının ona etdiyi hərəkətlər mütəmadi xarakter almış, lakin atası onu seksual xarakterli hərəkətlər etməyə davam etmiş, dayanmamış, onun üst geyimini, yəni əynində həmin vaxt hansı paltar olsa onu soyundurmuş, atasının hərəkətlərinə dəfələrlə etiraz edərək sonuncunun əlini itələyərək özündən kənarlaşdırmaqla ağrıdığını desə də, atası onu hədələmiş, üstünə qışqırmış, bunu kiməsə deməməsi barədə onu qorxutduğu üçün həmin hərəkətlər barədə o, heç kimə məlumat verməmişdir. Atası onun öpməyinə görə əvvəllər bir neçə dəfə sinəsində və boynunda qızartı izləri olmasına görə həmin nahiyələri saçı ilə gizlətmişdir. Atasının hərəkətləri demək olar ki, bir il müddətində, yəni təxminən 2022-ci ilin yanvar ayının ortalarından 2023-cü ilin fevral ayının 6-dək olan müddətdə mütəmadi olaraq yəni, hər gün təkrarlanmışdır. Anası 06 fevral 2023-cü il tarixdə qardaşı Eminin yanına getdiyi üçün həmin tarixi konkret olaraq xatırlayır. 06 fevral 2023-cü il tarixdə anası Şahid1 Bakı şəhərində oxuyan qardaşı Emil Quliyevin yanına getdikdən sonra o, kiçik bacısı Yağmur Quliyeva ilə birlikdə atası ilə anasının yataq otağına girib yatmış, aradan bir neçə dəqiqə keçdikdən sonra, yəni saat təxminən gecə 24 radələrində atası otağa girərək onu yuxudan oyatmış, daha sonra bacısı Yağmur Quliyevanı onlara məxsus otağa qoyaraq onun yatdığı yerə qayıtmışdır. Atası onu qorxudaraq təsir altına salmasına görə onu öpəndə atasına etiraz etdiyi halda onu öldürəcəyini düşünmüşdür. Atasına etdiyi hərəkətə görə utanmalı və onun etdiyi hərəkətin nə olduğunu deyərək özündən kənarlaşdırmağa çalışsa da, atası ona “bu dəqiqə səni vuracam, səni döyəcəm” sözlərini deyərək hədələyib yavaş-yavaş şalvarını aşağı çəkmiş, o, ağlayıb atasına onunla cinsi əlaqədə olmamasını, onun əvəzinə öpməsini deyərək yalvarmış, lakin, atası onun yalvarmasına, ağlamasına baxmayaraq hərəkətlərini davam etdirmiş, atasına etiraz edəndə isə gah üstünə qışqırıb döyəcəyi ilə hədələyib qorxutmuşdur. Atasının təkrarən etdiyi hərəkətlərdən utanmasını və belə hərəkət etməsinə görə ondan nifrət etdiyini demiş, atası onun sözlərinə məhəl qoymayaraq uşaqbazlıq hərəkətlərini davam etdirmişdir. Anası Bakı şəhərindən gələnədək, yəni anasının Bakı şəhərində qaldığı bir aya yaxın müddətin, iki gündən bir atası onunla yaşadığı evdə, evin həyətində olan tikililərdə sayını bilmədiyi qədər cinsi əlaqədə olmuşdur. Anası Bakı şəhərindən gəldikdən sonra atasının ondan əl çəkəcəyini düşünərək bir qədər arxayınlaşmışdır. Atasının onu hədələməsinə, həm də ki, anasına atasının onunla arxa cinsi əlaqədə olmasını dediyi təqdirdə anasının onun sözlərinə inanmayacağına, belə bir şey olduğu təqdirdə atasının onu və anasını öldürəcəyini düşündüyü üçün atasının onunla cinsi əlaqədə olmasını heç kimə deməmişdir. Anası xaraktercə zəif qadındır, belə ki, atasının hər dediyini qəbul edərək onun sözlərinə əməl edən olmuşdur. Atasının ona qarşı əxlaqsız hərəkətlər etməsi onda ağrılar yaradaraq incitsə də, atası təklif edəndə etiraz etməmiş, sadəcə bəhanlərlə atasından aralı durmağa çalışsa da, mümkün olmamışdır. Anası Bakı şəhərindən gəldikdən sonra sonuncunun həyətdə iş görməsi və ya evdə yatmasından istifadə edərək atası onunla dəfələrlə cinsi əlaqədə olmuş, həmin cinsi əlaqələr çox olduğundan sayını və hansı formada olmasını deyə bilmir. Atasının ona qarşı etdiyi əxlaqsız hərəkətlərdən bezdiyinə görə evdən qaçmaq istəsə də, imkan olmadığı üçün qaça bilməmişdir. Müxtəlif vaxtlarda atası ona işarə edib, evdən bayıra çıxmağı təkid edəndə, atasının sözünə əməl etmədiyi təqdirdə, anası evdə olduğu üçün onu döyüb hədələyə bilmədiyinə görə çay verməsini, çayın isti və ya soyuq olmasını bəhanə gətirərək onu acılayaraq təhqir etmiş, anası isə atasının əsbələşməməsinə görə çayı özü süzərək atasına vermiş, lakin atasının hansı səbəbə ona qarşı belə etdiyini bilmiş, anası isə başa düşməmişdir. 2023-cü ilin sentyabr ayından evdə təkidlə müəllim yanına gedib ali məktəbə hazırlaşmaq istədiyini deyərək atası ilə anasından onu müəllim yanına göndərmələrini tələb etmişdir. Onun oxumaq istəyi olsa da, əslində hazırlığa gedərək atasının ona qarşı etdiyi əxlaqsız hərəkətlərdən uzaq qalmaq istəmiş, yəni, səhər-səhər məktəb, daha sonra isə hazırlıq, axşam da anasının evdə olacağını düşünərək atasının ona qarşı əxlaqsız hərəkətləri edə bilməyəcəyini düşünmüş, lakin onun düşündüyü kimi olmamış, evində, evin həyətindəki tikililərdən əlavə atası onu müəllim yanından götürüb ağ rəngli “Niva” markalı avtomobili ilə evə gətirərkən qəsəbə ərazisində, qəsəbə ətrafında müxtəlif yerlərə sürərək dərədə avtomobilin içərisində, cinsi əlaqədə olmuşdur. Atasının ona qarşı etdiyi cinsi təcavüzün sayı və ardıcıllığı çox olduğundan həmin cinsi əlaqələrin tarixini, vaxtını, harada və hansı ardıcıllıqla olmasını təsvir edə bilməmiş, əvvəllər atası ilə onun arasında olan cinsi əlaqə iki gündən bir olsa da, sonradan isə cinsi əlaqə hər gün olmuşdur. Bir dəfəsində yəni, 06 noyabr 2023-cü il tarixdə, saat 22 radələrində ailəlikcə evdə olan zaman atası kimdənsə aldığı ov tüfəngini silib təmizləyəndə əlində olan tüfəngi ona və anasına doğru tutub gülə-gülə demişdir ki, “içərisi doludur sizi vuraram”, atasının bu hərəkəti edə biləcəyindən qorxaraq başqa otağa girmişdir. 09 noyabr 2023-cü il tarixdə, saat 17 radələrində anası yumurta almaq üçün qonşuya getmiş, o, isə atası ilə birlikdə evdə qalmış, atası Təqsirləndirilən şəxs anasının yoxluğundan istifadə edib evin girişində iradəsinə zidd olaraq qeyri-təbii yolla onunla cinsi əlaqədə olmuş, lakin həmin vaxt pəncərənin pərdəsini aralı tutaraq anasının qayıda biləcəyindən ehtiyat etmişdir. 13 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində atasına hazırlıq müəlliminin pulunu vermək lazım olmasını demiş, atası 4 saylı Zobucuq qəsəbəsinə gedərək hazırlıq müəlliminin pulunu verməsinə görə dərhal onunla razılaşmış, lakin o, atasının əsl niyyətinin nə olduğunu anladığı üçün atası ilə getmək istəmədiyini, pulu müəllimə özünün aparıb verməsini istəmiş, atası isə təkidlə onun getməsini istədikdə sonuncuya anası Fərqanənin də onunla getməsini desə də, atası öz marağına görə yəni, onunla cinsi əlaqədə olması üçün anasının getməsinə etiraz etmiş, baş verənlərdən xəbəri olmayan anası isə onun atası ilə gedib-gəlməyinə razı olmuş, bundan sonra atasının idarə etdiyi “Niva” markalı avtomobilinə əyləşib 4 saylı Zobucuq qəsəbəsinə getmişlər. Həmin gün Gülər adlı hazırlıq müəlliminin 40 manat pulunu evin həyətində vermiş, onun müəllimə pul verməsi təxminən 2-3 dəqiqə çəkmiş, həmin müddət ərzində isə atası onu avtomobilində gözləmişdir. Müəllimin pulunu verdikdən sonra atası ilə birlikdə oradan geri qayıdarkən qəsəbə ərazisində olan marketdə avtomobili saxlayıb marketə düşərək həmin yerdən iki dönər, yəni birini ona, digərini isə bacısına, bir ədəd şüşədə “Xırdalan” pivəsi və bir ədəd 750 ml araq alıb avtomobilə qayıdaraq əyləşdikdən sonra avtomobili yeni çəkilmiş “Şuşa” yolunun kənarında olan boş sahəyə sürmüşdür. Həmin vaxt atasının onunla yenidən cinsi əlaqədə olacağını bildiyi üçün atasına etiraz etməyin mənasının olmamasını düşünmüşdür, çünki atası onu qorxutduğuna görə qorxusundan nə etiraz etməyəcəyini, nə də kiməsə bu barədə danışmayacağını bilmişdir. Atası onunla təxminən 9 ay ərzində əvvəllər iki gündən bir, daha sonra isə hər gün cinsi əlaqədə olmasını bildirmişdir. 19 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonunda yaşayan xalası Vüsalənin övladının toy məclisinə dəvət aldıqları üçün atası 18 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində əmisi Cavanşir Quliyevlə birlikdə onları, yəni onu, anası və bacısını Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinə aparıb qoyaraq geri qayıtmışlar. Həmin gün, axşam saat 22 radələrində dayısı Şahid2 atasının onunla cinsi əlaqədə olması barədə məlumat vermiş, belə ki, dayısını çox istədiyinə görə atasının ona etdikləri hərəkətlərdən bezdiyinə görə dayısının onu hamıdan çox istədiyini, ona inanaraq köməklik edəcəyini düşünmüşdür. Dayısı ondan nəyə görə bikef olduğunu soruşduqda, dayısına yaşamaq istəmədiyini, ölmək istədiyini demiş, dayısı ona biraz təskinlik verərək nə olursa olsun arxasında duracağını deyib onunla danışmasını demişdir. Dayısından arxayın olaraq inandığına görə atasının ona etdiklərini olduğu kimi danışmış, dayısı toya qanqaraçılıq salmaması üçün xx.xx.2023-cü il tarixdə xalası qızının toyunu yola verməsi, bundan sonra bu məsələ ilə maraqlanıb həll edəcəyini demişdir. Ertəsi gün, toyu yola verdikdən sonra anası ilə bu barədə danışmışlar, olanları anasına danışmışdır. Növbəti gün isə dayısının idarə etdiyi avtomobili ilə anası ilə birlikdə Füzuli rayon Polis şöbəsinə gələrək atası Təqsirləndirilən şəxs şikayət edərək Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməklə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Anası və ailə üzvlərinin atasının ona qarşı etdiyi əxlaqsız hərəkətlərdən məlumatı olmamış, lakin anası Təqsirləndirilən şəxs ona qarşı başqa hərəkət etməsindən şübhələnmişdir. Belə ki, təxminən 2023-cü ilin mart ayının ortalarında anası Bakı şəhərindən qayıtdıqdan sonra anası ev işi ilə əlaqədar olaraq evin həyətində olan zaman atası onun yanına gəlib evdə heç kimin olmamasına görə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, anasının evdə olmağından arxayın olduğuna görə atasına etiraz etmiş, bu zaman atası onun belinə əli ilə bir sillə zərbəsi vurmuş, həmin sillə nəticəsində bel nahiyəsində ağrı olsa da, heç bir iz və ya xəsarət yaranmamışdır. Bu zaman anası evə girmiş, atasının ona nəysə deməsini və vurmasını görmüş, anası onlardan nə olduğunu soruşduqda atası onu göstərək “qudurub, deyirəm maykamı gətir gətirmir” sözlərini demişdir. Bundan sonra anası təklikdə nə olduğunu, atasının nə etdiyini, onu nəyə görə vurduğunu soruşmuş, atasının qorxusundan anasına məsələnin əslini yox, atasının dediyi kimi, maykaya görə onu vurmasını demiş, sabahı gün yenə də anası ondan soruşmuş, anasına təkrarən yalandan demişdir. Anası bütün bu olanlardan Biləsuvar rayonunda məlumatı olmuş, bundan sonra Füzuli rayon Polis şöbəsinə gəlib şikayət etmişlər. Atası ilk olaraq öpəndə qızı kimi öpməsini düşünmüş, sonradan artıq dodaqlarını və döşlərini öpəndən sonra atasının cinsi tələbatına görə belə etməsini bilmiş, sonralar isə artıq atası ona hər şeyi izah edərək başa saldığına görə tamamilə dərk etmiş, onunla qızı kimi yox, öz cinsi tələbatını təmin etmək üçün yaxınlıq etməsini bilmişdir. Füzuli rayon Polis şöbəsinə şikayəti öz istəyi ilə yazmış, həmin ərizəni yazmağa görə ona heç kim nə fiziki, nə də psixi təsir göstərməmişdir. Təqsirləndirilən şəxsla barışmadığını və onu bağışlamadığını bildirir. Məhkəmə istintaqında şahid kimi dindirilən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük qızı, Təqsirləndirilən şəxs isə həyat yoldaşıdır. xx.xx.2005-ci ildə Təqsirləndirilən şəxslə ailə həyatı qurmuş və birgə evlilikdən xx.xx.2006-ci il təvəllüdlü oğlu Emin, xx.xx.2008-ci il təvəllüdlü qızı Sevgi və xx.xx.2013-cü il təvəllüdlü Yağmur adlı övladları dünyaya gəlmişdir. Ailəli olduğu müddətdə Təqsirləndirilən şəxslə aralarında kiçik ailə daxili münaqişələri olsa da, ümumilikdə normal ailə olmuş, dolanışıqları Bəxtiyarın hesabına olmuş, bu müddət ərzində Bəxtiyardan həyat yoldaşı kimi narazı qalmamış, sonuncu ilə heç bir ədavəti olmamışdır. Zərərçəkmiş şəxs əlləri və ayaqlarının təxminən 2 ay əvvəldən əsməsini görüb qızından nə baş verdiyini dəfələrlə soruşsa da, Sevgi heç bir narahatlıq olmadığını demişdir. 06 noyabr 2023-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs əlində tək lüləli ov tüfəngi ilə evə gəldiyini görüb haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs həmin tək lüləli ov silahını əmisi oğlu Xəyal adlı şəxsdən 200 manat pula almasını demiş, lakin silahın heç bir sənədi olmadığını deyərək evdə silah olmasından heç kimin xəbəri olmadığını ona bildirmiş, Təqsirləndirilən şəxs qorxduğu üçün evdə sənədsiz silah olması barədə heç kimə məlumat verməmişdir. 19 noyabr 2023-cü il tarixdə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayan bacısı Vüsalənin övladının toy mərasiminə dəvət aldıqlarına görə xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs onu, Zərərçəkmiş şəxs və Yağmur Quliyevanı qardaşı Cavanşir Quliyevlə birlikdə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsinə aparıb həmin yerdə düşürdərək öz evlərinə qayıtmışlar, onlar isə bacısına məxsus evdə qalmışlar. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs qardaşı Şahid2la birlikdə qəsəbə ərazisində bir neçə saat gəzdikdən sonra evə qayıtmışlar, lakin ona heç bir söz deməmişlər. xx.xx.2023-cü il tarixdə bacısının övladının xeyir işində iştirak etmişlər. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində qardaşı Şahid2 ona yaxınlaşaraq söz deyəcəyini, lakin özünü ələ almalı olduğunu bildirmişdir. Şahid2 nə olmasını soruşmuş, Allahşükür ona qızı Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Təqsirləndirilən şəxs arasında xoşagəlməz hadisə baş verməsini demiş, bundan sonra Biləsuvar rayonundan Füzuli rayon Polis şöbəsinə gələn zaman Polis şöbəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəfələrlə qeyri təbii yolla cinsi əlaqəyə məcbur edildiyini demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə yaxınlıq əlaqəsinin olmasını əvvəlcədən bilməmişdir. 2023-cü ilin fevral 6-da əri Təqsirləndirilən şəxs təkidi ilə oğlu Eminin yanına, yəni Bakı şəhərinə getmiş, orada təxminən 1 aya yaxın müddətdə qalıb sonra evinə gəlmiş, evə gələrkən hər hansı problem olmasını anlamamış, Sevgi də bu barədə ona hər hansı məlumat verməmişdir. Bəxtiyar xaraktercə sərt adam olduğuna görə əvvəllər onu tək heç yerə buraxmamış, son vaxtlar onu Bakıya oğlunun yanına göndərmiş, bir ayacan orada qalmasına razı olmuş, mağazaya da göndərmiş, hətta sonradan yenə onun Bakı şəhərinə oğlunun yanına getməyini istəmiş, həmin vaxt qızı ağladığına görə Bəxtiyar Sevginin üstünə qışqırıb evə keçməsini demişdir. Bəxtiyarın əsl məqsədinin onu evdən uzaqlaşdıraraq Sevgi ilə tək qalmaq olmasını baş verənləri öyrəndikdən sonra bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs bacısı Şahid1 həyat yoldaşı, Zərərçəkmiş şəxs isə onların qızıdır. X5 Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbəsində yaşayır. Ailə üzvləri ilə birlikdə 17 noyabr 2023-cü il tarixdə Bakı şəhərindən Biləsuvar rayonuna getmiş, 18 noyabr 2023-cü il tarixdə Vüsalənin yaşadığı evdə olanda atası ona zəng edərək Zərərçəkmiş şəxs ilə Şahid1 onlara gəlməsini deməsinə görə Vüsalənin yaşadığı evdən atasının evinə getmişdir. Evdə Zərərçəkmiş şəxs ilə görüşərkən Zərərçəkmiş şəxs onu bərk sinəsinə sıxdığını görüb sonuncuda narahatlıq olmasını hiss etmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs ilə Şahid1 idarə etdiyi avtomobili ilə Vüsalənin yaşadığı ev ünvanına aparmış, Şahid1 Vüsalənin ev ünvanına getmiş, Zərərçəkmiş şəxs işi olduğunu demiş, bunun üçün də Zərərçəkmiş şəxs onun avtomobilində qalmışdır. Zərərçəkmiş şəxs ilə birlikdə avtomobildə qəsəbə ərazisində gəzərkən Zərərçəkmiş şəxs nə baş verməsini, intihar etmək fikrinin olmasını eşitməsini və bunun səbəbini ona deməsini təklif etmiş, Zərərçəkmiş şəxs ona intihar etmək istəməsinin səbəbini etiraf etməsə də, onda olan sirri açacağı halda həmin adamın 15 il müddətinə cəzalandıracağını demişdir. Zərərçəkmiş şəxs dedikləri onda şübhə doğurduğu üçün Sevgini sorğu sual etməyə başlamışdır. Zərərçəkmiş şəxs ilk öncə ona heç bir söz deməyərək, “dayı mən gələcəkdə yaşadıqlarımı indi yaşamışam” sözlərini ona demiş, həmin vaxt Zərərçəkmiş şəxs kənar şəxs tərəfindən aldadılaraq zorlanmasını ehtimal etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ona atası Təqsirləndirilən şəxs tərəfindən qeyri təbii yolla cinsi əlaqəyə məcbur edilməsi səbəbindən də 3-4 gün əvvəl özünü intihar etmək haqda düşündüyünü demişdir. Bu barədə heç kimə bir söz deməyib bacısı Vüsalənin övladının xeyir işində iştirak etmişdir. Ertəsi gün Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə Füzuli rayonuna gələn zaman olanları Şahid1 dedikdən sonra birlikdə Füzuli rayon Polis şöbəsinə gəlmiş və Sevgi polis şöbəsinə ərizə ilə müraciət edərək atasının ona qarşı əxlaqsız hərəkətlər etməsini bildirmişdir. Sevginin ona deməsinə görə 2022-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayına olan müddətdə Təqsirləndirilən şəxs Sevgi ilə dəfələrlə əxlaqsız hərəkətlər etməsini bilmiş, 2023-cü ilin fevral ayının 6-dan 13 noyabr 2023-cü il tarixədək isə qeyri təbii yolla dəfələrlə evlərində, maşında, qəsəbə ərazisində əkin sahəsində ona hədə qorxu gələrək qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Telefon cihazına baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində bir ədəd ***-***-**-** saylı mobil nömrəsi olan “HONOR” markalı telefona baxış keçirilərkən “GOOGLE” qovluğunda xx.xx.2023-cü il tarixdə saat 23:13-dən etibarən həmin axtarış portalı vasitəsilə pornoqrafiya saytlarında azyaşlı uşaqların porno videolarına baxması və axtarılması müəyyən edilmişdir. Məhkəmə-tibb ekspertizasının 21 noyabr 2023-cü il tarixli, 415/23 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət aşkar olunmadı, Zərərçəkmiş şəxs qızlıq pərdəsi pozulmamışdır, qızlıq pərdəsinin anatomik quruluşuna görə, tamlığı pozulmadan onunla cinsi əlaqədə olunması mümkün deyildir, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş dəyişikliklər-arxa keçəcək dəliyinin tam açıq və qıfabənzər genişlənmə (dartılma) ilə müşayət olunması, düz bağırsaq ətrafındakı şüavari büküşlərin və selikli qişanın hamarlaşması, düz bağırsağın selikli qişasının rənginin göyümtül-bənövşəyi rəngdə və bərkvari konsistensiyalı olması, həmçinin, düz bağırsağın sfinktorunun tonusunun boşalması onunla arxa keçəcəkdən mütəmadi olaraq cinsi əlaqədə olmasına dəlalət edə bilən, Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində aşkar olunmuş yuxarıda qeyd olunan morfoloji dəyişikliklər və kliniki əlamətlər uzun zaman kəsiyində (bir neçə aydan yuxarı) formalaşdığı üçün və bu səbəbdən xəsarətlərin yarada biləcəyi obyektiv əlamətlərin olmamasından hadisənin müddəti haqqında qəti bir fikir söyləmək mümkün deyildir. Məhkəmə-tibb ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 554 №-li təkrar rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamət və dəyişiklik aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa müddət haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə imkan vermir. Məhkəmə-kriminalistik ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 23/1056R №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 (bir) ədəd qəhvəyi rəngli şalvarın aralıq nahiyyəsinin iç səthində insan mənşəli sperma nümunələri mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə-tibb ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 553 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Onun xarici cinsiyyət üzvündə cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı anomaliya və patologiya aşkar edilməmişdir. 25 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6389 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “VAZ-21214 minik markalı, **-OU-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin saxlanc yerindən (bardaçokdan) aşkar edilərək götürülmüş və cinayət hadisəsi baş verərkən istifadə edilmiş içərisində sarımtıl rəngli maye halında maddə 01 ədəd şpiris” yazısı olan zərfdə olan bir ədəd şpirisdəki sarımtıl rəngli, yağ konsistensiyalı, spesfik iyə malik maye neft məhsullarına aid olan sürtkü yağıdır. Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 13 dekabr 2023-cü il tarixli, 3466 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisədən əvvəl və hadisə anında ona qarşı edilən hərəkətlərin faktiki xarakterini dərk etmək, özünü idarə etmək, hadisəni faktiki qavramaq iqtidarında olmuşdur. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, ünsiyyətçilik, çətin situasiyalar zamanı çıxış yolu tapa bilməmək, hər kəslə yaxşı yola getmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs hadisə ilə bağlı yalan danışmağa, hadisələri təhrif etməyə meyillilik əlamətləri aşkar edilmədi. Qərarın təsviri hissəsində qeyd olunmuş, ona qarşı qanunazidd hərəkətlər edilən zaman Zərərçəkmiş şəxs psixi-emosional vəziyyətində qorxu, gərginlik kimi hallar əmələ gəlmişdir. Kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 16 dekabr 2023cü il tarixli, 3496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyi dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyi dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Onda inadkarlıq, özünü müdafiə etməyə meyillilik, eqosentrizm, laqeydlik, özünə qarşı hörmət tələb etmək, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək, situasiyanı öz xeyirinə yönəltmək məqsədi ilə baş vermiş hadisə ilə bağlı yalan danışa bilər. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl(lər) zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Füzuli Rayon Mərkəzi X3 şəxsin 02 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxanada ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda olmamışlar. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli rayon Üçüncü Zobucuq qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində məcburi köçkündür, yaşadığı müddətdə hər hansı bir şikayət daxil olmayıb. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial X6 QŞ-dən xx.xx.2024-ci il tarixli sorğusuna əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlilliyə görə 3-cü qrup müavinət təyin olunmuşdur. Ailə tərkibi haqqında 05 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla hazırda himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tətqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zor tədbiq etmək hədəsi ilə və zor tədbiq etməklə əvvəlcə onun üçün aşkar surətdə on dörd yaşına çatmayan, sonrakı dövrdə isə on dörd yaşı tamam olmaqla onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan qızı Sevigi Quliyevaya qarşı dəfələrlə, təkrarən seksual xarakterli zorakılıq hərəkətləri etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Füzuli Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şpiris, 01 ədəd adyal, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol köynək və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək və tuman məhv edilməli, 01 ədəd “İJ-18E” modelli, “P47609” №-li lüləsi eyni modeldən olan “P 49781” №-li təklüləli tüfəng Azərbaycan Respublikası Daxi İşlər Nazirliyinə verilməldir. İstintaq hərəkətləri barədə dörd ədəd, telefon danışıqları barədə bir ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci 178 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 150.2-1.1-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 150.3.3-cü maddəsi ilə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Füzuli Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd şpiris, 01 ədəd adyal, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus şalvar, qısaqol köynək və tuman, Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol köynək və tuman məhv edilsin, 01 ədəd “İJ-18E” modelli, “P47609” №-li lüləsi eyni modeldən olan “P 49781” №-li, təklüləli tüfəng Azərbaycan Respublikası Daxi İşlər Nazirliyinə verilsin. İstintaq hərəkətləri barədə dörd ədəd, telefon danışıqları barədə bir ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 178 (yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar