Məhkəmə qərarları › İş №1(099)-415/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-415/2022

04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-415/2022 04.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 və zərər çəkmiş şəxsin hüquqi varisi X4 iştirakı ilə, xx xxxx 1957-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olmaqla, Füzuli rayonunun Qarabağ kəndində yaşamış, barəsində 08 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs övladı X7 uzun müddət davam edən yüngül həyat tərzi keçirməklə əxlaqsız hərəkətlər etməsinin, evə gecə saatlarında gəlməsinin, bəzi hallarda ümumiyyətlə evə gəlməməsinin onları kənd sakinləri və qohumlar arasında nüfuzdan saldığını, şərəflərini alçaltdığını dəfələrlə X35 bildirərək ondan belə hərəkətlərə son qoymasını tələb etməsinə baxmayaraq, Ramilə Əsədova onun iradlarından nəticə çıxarmayaraq yüngül həyat tərzinə davam etdiyindən əri tərəfindən də boşanmışdır. Sonuncu dəfə o, 06 mart 2022-ci ildə saat 19 radələrində Füzuli rayonunun Qarabağ kəndində yerləşən, özünə məxsus olmaqla yaşadığı evin həyətindəki yardımçı tikilidə Ramilə Əsədovanın mobil telefonda danışdığı, şəxsiyyəti müəyyən olunmayan şəxsə yanına gələcəyini deməsini eşidərək onun yenidən əxlaqsız hərəkətlər etmək üçün gedəcəyindən əmin olduğu üçün qızı Ramilədən evdə oturmasını, heç yerə getməməsini, əxlaqsız hərəkətlərinə son qoymasını tələb etmiş, Ramilə Əsədova isə onun sözlərinə məhəl qoymayaraq istədiyi yerə gedəcəyini bildirmiş, bunda sonra Ramilə Əsədovanı öldürmək qərarına gəlib yaşadığı evin mətbəxindən soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək yenidən qızı Ramilə Əsədovanın yaşadığı yardımçı tikiliyə gəlib onu yüngül həyat tərzindən daşındırmaq üçün ancaq onun üzərindən keçib gedə biləcəyini demiş, Ramilə lazım gələrsə bunu da edə biləcəyini bildirdikdə onun yüngül həyat tərzindən əl çəkməyəcəyinə əmin olub Ramilə Əsədovanı qısqanclıq zəminində öldürmək qərarını qətiləşdirib üzərindəki mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq onun ölümünə səbəb olan kəskin qanitirmə ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır və yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirərək X10 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum qızı Ramilə Əsədovanın əxlaqsız hərəkətləri nəticəsində əri onu boşamış, ona görə də 3 uşağı ilə birgə onun yanında yaşamışlar. X35 dəfələrlə bu yoldan çəkinməsini, ailəsinin şərəfinə ləkə gətirən hərəkətlərinə son qoymasını desə də sonuncu olanlardan nəticə çıxarmayaraq əxlaqsız hərəkətlərini davam etdirmiş, hər dəfə də ona bu son olsun deyərək onu bağışlasa da o əxlaqsız hərəkətlərindən çəkinməmiş, bütün bu olanların hamısının günahkarı qızı Ramilənin olmasını fikirləşmiş, sonuncu hərəkətləri ilə onları hamının yanında biabır etmiş və onların ailəsinə hörmətsizlik gətirmiş, həyətə çıxaraq Ramilənin yaşadığı əl damına getmiş, onun yenə telefonla kiminləsə danışdığını eşitmiş, lakin kim olduğunu bilməmiş, bir daha Ramiləyə evdə oturmasını və heç yerə getməməsini demiş, sonuncu “mənimlə işin yoxdu, hara gedirəm özüm bilərəm, özüm üçün kefə gedirəm, verməyə gedirəm, nə sən, nə də başqa birisi məni saxlaya bilmərsiz” sözlərini demiş, bu sözlərdən sonra özünü çox pis hiss etmiş, sanki bədəni əsmiş, çox bərk əsəbləşərək Ramilənin etdiyi hərəkətlər onu özündən çıxarmış, yaşadığı evin mətbəxinə gəlib stolun üzərində olan bıçağı götürüb şalvarının cibinə qoymuş, arvadı Validənin və gəlinlərinin zalda əyləşib televizora baxdıqlarını görüb Ramilənin yanına qayıtmış, içəri girərkən Ramilənin yenə də kiminləsə telefonla danışdığını eşitmiş, sonuncu onu görən kimi dərhal mobil telefonunu söndürüb əlində tutmuş, Ramilədən bir daha “sən kiminlə danışırsan, hara gedirsən?” soruşarkən Ramilə də “mən gedəcəm, işim var, sən məni saxlaya bilmərsən” demiş, Ramiləyə “sən bu evdən çıxıb getmək üçün gərək mənim üstümdən keçib gedəsən” demiş, Ramilə də “problem yoxdur, lazım gələrsə sənin üstündən də keçib gedərəm” demiş, həmin vaxt bərk əsəbiləşmiş, Ramilənin əxlaqsızlıq hərəkətlərindən əl çəkməyəcəyini başa düşüb onun saçından tutub aşağıya doğru dartaraq mətbəxdən götürdüyü bıçağı cibindən çıxarıb Ramilənin bədəninin müxtəlif nahiyələrinə həmin bıçaqla bir neçə zərbələr vurmuş, sonuncunun əynindəki paltarları qanamağa başlamış, bunu görüb Ramilənin saçını buraxmış və sonuncu yerə yıxılmış, bir neçə saniyə keçdikdən sonra Ramilə ayağa qalxaraq otaqdan çıxıb eyvana doğru qaçmış, otağın qapısından çıxarkən yenidən Ramilənin saçını yenidən tutub dartmış, Ramilə bir neçə addım hərəkət etdikdən sonra eyvanda yerə yıxılaraq huşunu itirmiş, Ramilənin alnına əlini vurduqda bədəninin soyuq olduğunu görüb artıq onun öldüyünü başa düşərək qardaşı Nazirin oğlu Dostalıya zəng vuraraq qızı Ramiləni yaşadığı evdə öldürdüyünü bildirmişdir. Qızı Ramiləni öldürməsinə səbəb onun illərdir etdiyi əxlaqsız hərəkətlər, əxlaqsız hərəkətlərinə görə ailəsinin dağılması, əxlaqsız hərəkətlərini davam etdirərək onları hamının yanında rüsvay etməsi olmuşdur. Cinayəti ailəsinin şərəf və ləyaqətini ləkələmiş Ramilə Əsədovanın mənəvi dəyərlərə və əxlaq normalarına uyğun gəlməyən əxlaqsız hərəkətlər etdiyinə görə, eyni zamanda ləkələnmiş namusunu təmizləmək məqsədi ilə törətməsini, yaşını, törətdiyi cinayəti etiraf etdiyini və ilk məhkumluğunu nəzərə alaraq ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə Təqsirləndirilən şəxslə eyni məzmunlu ifadələr vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, Ramilənin əxlaqsızlıq hərəkətləri onları bütün kənd camaatı arasında rüsvay etmiş, utandıqları üçün kənddə heç kimin xeyir-şərində iştirak edə bilməmiş, bir sözlə biabır olmuşlar. Atası, özü və qardaşları qızı Ramiləni qadına-ailəsinə yaraşmayan əxlaqsız hərəkətlərdən çəkindirməyə çalışsa da sonuncu bu yoldan dönməmiş, əksinə onlara “yaxşı edirəm, ürəyim kiminlə istəyirsə gedib kef çəkirəm, siz kimsiniz ki, mənim işimə qarışırsınız” demiş, əri Ağarəhim də artıq Ramilənin bu əxlaqsız hərəkətlərinə dözməyərək ailəsinin namusunu təmizləmək üçün onu öldürmüşdür. Hazırda Ağarəhimə qarşı heç bir şikayəti və tələbinin olmadığını, Ağarəhimin onun əri olmasını, onunla barışmasını, onu bağışlamasını, ailəsinin namusunu təmizləmək üçün məcbur qalaraq cinayət törətməsini nəzərə alıb məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, mərhum Ramilə əmisi qızı, Təqsirləndirilən şəxs isə əmisidir. Ramilə ailə qurduqdan bir müddət sonra əri ilə arasında soyuq münasibət yaranmış, soyuqluğa səbəb isə əmisi qızı Ramilənin ərini və uşaqlarını atıb başqa kişilərlə əxlaqsız hərəkətlər etməyə başlaması olmuş, nəticədə əri onunla rəsmi qaydada boşanmış, boşandıqdan sonra Ramilə əmisi Ağarəhimin yanında yaşamış, Ramilə boşandıqdan sonra da əxlaqsız hərəkətlərinə davam etmiş, kənd camaatı arasında da onun əxlaqsız hərəkətlər etməsi barədə söz-söhbət gəzmişdir. 06 mart 2022-ci ildə saat 19 radələrində evdə olarkən qardaşı Dostalı atası Nazirə telefonla zəng vuraraq əmisi Ağarəhimin qızı Ramiləni öldürməsini demiş, onlar birlikdə əmisi Ağarəhimgilin yaşadığı evə gəlib çatdıqda əmisi Ağarəhimin həyətdə həyəcanlı vəziyyətdə dayandığını görmüş, atası Ağarəhimdən nə baş verdiyini soruşmuş, Ağarəhim “daha dözə bilmədim, bıçaqla vurub öldürdüm.”demiş, atası əmisi Ağarəhimdən hadisə barədə polisə məlumat verib-vermədiyini soruşarkən sonuncu məlumat vermədiyini bildirmiş, atası Nazir telefonla Füzuli rayon Polis şöbəsinin növbətçi hissəsinə zəng edərək cinayət hadisəsi barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid8 da istintaq zamanı verdikləri ifadələrini təsdiq etməklə Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə təqsirləndirilən şəxs, atası Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxsin hüquqi varisi anası Validə Niftalıyeva ilə eyni məzmunlu ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə baş verən gün saat 20 radələrində 4 nəfər iş yoldaşları ilə birgə Göygöl rayonuna kursa getmək üçün yola düşmüş, yolda olarkən qardaşı Rəhimə telefonla zəng vurmuş, qardaşı Rəhim ona “atam Ramiləni bıçaqla vuraraq öldürüb və bizə də tapşırıb ki, hadisə barədə Rahibə heç nə deməyin, hazırda evimizə polislər gəliblər” demiş, hadisəni eşidib geri qayıdaraq yaşadığı evə gəlmiş, həmin vaxt atası polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, atası Ağarəhim bacısı Ramilənin ailəli qadına və ailəmizə yaraşmayan əxlaqsızlıq hərəkətlərindən əl çəkmədiyinə görə və ailənin namusunu təmizləmək məqsədilə bacısını öldürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli rayon Polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə nəfəri vəzifəsində işləyən Şahid4 istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs, Qarabağ kənd sakini Təqsirləndirilən şəxs və onun qızı, mərhum Ramilə Əsədovanı uzun müddətdir ki, xidməti fəaliyyəti ilə əlaqədar olaraq tanımış, kənd camaatı arasında Ramilənin əxlaqsızlıq hərəkətlər etməsi, yəni, müxtəlif şəxslərlə görüşərək intim münasibətlərdə olması barədə söz-söhbət gəzmişdir. 06 mart 2022-ci ildə saat 20 radələrində şöbənin növbətçi hissəsindən Təqsirləndirilən şəxs yaşadığı evində qızı Ramiləni bıçaqla vuraraq öldürməsi barədə məlumat verilmiş, məlumatı aldıqdan sonra avtomobili ilə hadisə yerinə getmiş, həmin vaxt İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyən Şahid12 da orada olmuş, onlar evin həyətində olan yardımçı tikilinin eyvanında döşəmənin üzərində Ramilə Əsədovanın meyitini görmüş, Ağarəhim onu görüb yanına gələrək “Daha dözə bilmədim, onu bıçaqla vurub öldürdüm” demiş, sonra cinayəti törətdiyi bıçağı ona təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Qarabağ kənd sakini Ramilə Əsədovanı bu ilin yanvar ayının əvvəllərindən tanımış, Ramilə onun xidmət etdiyi hərbi hissədə xadimə işləmiş, sonuncu ilə bir neçə dəfə görüşmüş, Ramilə mobil telefonunda əvvəlki görüşlərində onunla birlikdə çəkdiyi şəkilləri göstərərək həmin şəkilləri sosial şəbəkələrdə paylaşacağı ilə hədələmiş, mobil telefonunu oğurlayaraq qaytarması müqabilində ondan 100 manat pul istəmiş, Ramilə ilə razılaşaraq onunla görüşmək üçün Füzuli rayonunun Bala Bəhmənli kəndində yerləşən “Dördyol” adlanan əraziyə gəlmiş, orada Ramilənin atası Ağarəhimin telefon nömrəsini öyrənib dostu Elsevərin telefonu ilə əlaqə saxlayaraq Ramilənin atasına onunla görüşmək istədiyini bildirmiş, Ağarəhimlə görüşərkən olanları ona danışmış, Ağarəhim ona “sən onunla görüş, 100 manat pulu ona ver, telefonunu götür, sonra mən səninlə görüşüb həmin pulu sənə verəcəm” demiş, sonra Ağarəhim onun avtomobilinə əyləşərək onlar birlikdə həmin əraziyə getmiş, Ramiləyə zəng vuraraq 5-10 dəqiqəyə görüşəcəklərinə razılaşmış, bunu eşidən Ağarəhim “mənim işim var getməliyəm, sən telefonu götürəndən sonra mənə xəbər edərsən” deyərək oradan getmiş, Ramilə ona zəng vuraraq Əhmədbəyli kəndi ərazisində yanacaqdoldurma məntəqəsinin qarşısında bir taksi avtomobilində olduğunu demiş, həmin yerə gələrək, Ramilə ilə görüşərkən ona üzərində 10 manat pulu olduğunu demiş, sonuncu ondan pulu götürərək “Redmi Note-8 Pro” markalı mobil telefonunu ona qaytarmış, telefonuna baxarkən nömrənin telefonun üzərində olmadığını görmüş, Ramiləyə zəng vuraraq telefon nömrəsini hansı səbəbdən vermədiyini bildirmiş, Ramilə “100 manatı gətirərəsən, nömrəni də verərəm” demiş, o, Ramilənin gəldiyi taksi avtomobilinin arxasınca hərəkət etmiş, yolda olan zaman Ramilənin atası Ağarəhimə zəng vuraraq Ramilənin mobil telefonunu qaytardığını, lakin nömrəni qaytarmadığını, ondan yenidən 100 manat pul tələb etdiyini bildirmiş, sonuncu yenə də ona sən pulu ver, mən sənə sonra qaytaracam demiş, Qarabağ kəndinin giriş hissəsində avtomobildən düşüb Ramilənin yanına gedərək Ramiləyə “mənim nömrəmi qaytar, maaş gəldikdən sonra pulu verərəm” demiş. Ramilə bununla razılaşmamış, Ramilənin əyləşdiyi taksi avtombili qəfildən hərəkətə başlayaraq oradan uzaqlaşmış, ora gələn şəxs Ramilənin qardaşı olduğunu bildirmiş, onunla dava-dalaş olmasın öz avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmiş, həmin ərazidə yerləşən “Nicat” kafenin qarşısına gəlib avtomobili orada saxlamış, Ramilənin qardaşı da ora gələrək “çıxaq çölə, səninlə işim var” demiş, həmin vaxt Ramilənin qardaşının əlində bıçaq olduğu üçün qorxmuş, sonuncu ilə birlikdə çölə çıxmış, həmin vaxt öz avtomobilinə əyləşərək oradan qaçıb gedərkən həmin şəxs ona imkan verməmiş, “səninlə söhbətim var, gedək söhbət edək” demiş, əvvəllər tanımadığı, sonradan adının Niyaməddin olduğunu bildiyi şəxs ora gələrək Ramilənin qardaşından nə baş verdiyini soruşarkən sonuncu Niyaməddinə “mənim bununla işim var, sən bizə qarışma.” demiş, həmin şəxslə Niyaməddin arasında mübahisə yaranmış və onlar yumruqla bir-birilərinə zərbə vurmuş, ətrafda olan şəxslər onları araladıqdan sonra Niyaməddinlə birlikdə Horadiz şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlmiş, Niyaməddin avtomobildən düşərkən ona “Ramilə əxlaqsızın biridir, onun münasibətdə olmadığı şəxs qalmayıb, bütün Füzuli onu düzgün yolda olmayan bir qadın kimi tanıyır, çalış ondan uzaq dur” demiş, həmin vaxt Ramilə ona zəng vuraraq “20 manat gətir, nömrəni qaytarım” demiş, Ramilə onun olduğu yerə tanımadığı bir taksi avtomobili ilə gələrək ondan 20 manat pul alaraq onun telefon nömrəsini qaytarmış, sonra Ramilə 20 manat pulu ona geri qaytararaq “götür pulu, mənə sənin pulun lazım deyil, sadəcə səni yoxlamaq istəyirdim” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Füzuli rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə nəfəri vəzifəsində işləyən Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs, Qarabağ kənd sakini Təqsirləndirilən şəxs və onun qızı, mərhum Ramilə Əsədovanı xidməti fəaliyyəti ilə əlaqədar olaraq tanımış, mərhum Ramilə ərindən boşandıqdan sonra atasıgilə köçüb gəlmiş, uşaqları ilə birlikdə orada yaşamış, kənd camaatı arasında Ramilənin ailəli qadına yaraşmayan əxlaqsızlıq hərəkətləri etməsi barədə çoxlu söz-söhbətlər olmuşdur. 06 mart 2022-ci ildə saat 20 radələrində polis şöbəsinin növbətçi hissəsindən Təqsirləndirilən şəxs evində qızı Ramiləni öldürməsi barədə məlumat verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPMin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 06 mart 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət hadisəsi Füzuli rayonunun Qarabağ kəndində Təqsirləndirilən şəxs məxsus yaşayış evinin həyətindəki yardımçı tikilidə-əl damında baş vermişdir. Evin həyətinin giriş hissəsində göy rəngli darvaza vardır. Həmin darvazadan həyətə daxil olduqda dəmir materialdan olan şiferlərlə düzəldilmiş çardaq vardır. Ev həyətin sol tərəfində yerləşir və evin giriş hissəsi ilə üzbəüz yardımçı tikili (əl damı) vardır. Həmin yardımçı tikili mişar daşlarından, tavanı isə dəmir materialdan olan şiferlərdən düzəldilmişdir. Yardımçı tikilinin (əl damının) eyvanın eni 3.60 metr, uzunluğu 6 metr, hündürlüyü 2.45 metrdir. Yardımçı tikilinin (əl damının) eyvanı dəmir materialdan olan məhəccərlərlə əhatə olunmuşdur. Eyvanın giriş hissəsindən üzbəüzdə bir ədəd soyuducu, giriş hissəsindən sağda 1 ədəd soyuducu və bir ədəd elektrik sobası vardır. Həmin yardımçı tikilinin (əl damının) eyvanında beton döşəmənin üzərində X7 meyiti aşkar edilmişdir. Meyit yardımçı tiklinin (əl damının) giriş hissəsindən 70 sm məsafədə yerləşir. Evin giriş hissəsindən meyitin baş nahiyəsinə qədər olan məsafə 3.50 metr, meyitin sol ayağından yardımçı tikilinin (əl damının) divarına qədər olan məsafə 1.90 metr, meyitin baş nahiyəsindən eyvana bitişik otağın qapısına qədər olan məsafə 2.60 metr təşkil edir. Meyitin sağ əlinin bilək nahiyəsindən 22 sm məsafədə 1 ədəd dəstəyi taxta materialdan olan qatlanmayan bıçaq və 58 sm məsafədə isə 1 ədəd üzərində “Love” yazıları olan sırğa vardır. Eyvanda döşəmənin üzərində meyitin sağ çiyin nahiyəsindən başlayaraq sağ ayağının diz qapağına qədər olan hissədə qan axıntısı vardır. Eyvana bitişik otağın qapısı taxta materialdandır, eni 82 sm, hündürlüyü 1.90 smdir. Həmin otağın eni 3.60 metr, uzunluğu 5.80 metr, hündürlüyü isə 2.10 metr təşkil edir. Otağın divarları yaşıl rənglə boyanmışdır. Otağın mərkəzində bir ədəd qaz sobası, qaz sobasının üzərində bir ədəd qazan, otağın divara bitişik hissələrində 2 ədəd çarpayı və qaz sobasından sağda 1 ədəd stol, otağın giriş hissəsindən solda 4 ədəd karton qutular və həmin qutların içərisində müxtəlif uşaq geyim paltarları vardır. Stolun üzərində 2 ədəd 1 litrlik, 1 ədəd 0,5 litrlik və 1 ədəd 2 litrlik “Coca-Cola” içkiləri olan butulkalar, 1 ədəd 1 litrlik “Pepsi” içkisi olan butulka, 3 ədəd stəkan, 2 ədəd boşqab, 1 ədəd tava, 1 ədəd uşaq qol saatı, 1 ədəd kağız kleyi və digər məişət əşyaları, eləcə də 2 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar vardır. Otağın sağ küncündə 1 ədəd əlüzyuyan, onun üzərində 1 ədəd ütü və qabyuyan şampun vardır. Otağın giriş hissəsindən sol küncdə isə 1 ədəd qara rəngli televizor və onun alt hissəsində 1 ədəd peyk antenasının aparatı vardır. Baxış zamanı 1 ədəd qatlanmayan bıçaq, 1 ədəd üzərində “Love” yazıları olan sırğa, 2 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar, Ramilə Əsədovanın meyitinin yanında döşəmənin üzərində aşkar edilmiş qanabənzər maddələr 4 ədəd pambıqa hopdurularaq götürülüb müvafiq qaydada qablaşdırılmış və protokola əlavə edilmişdir. İş materiallarında olan 06 mart 2022-ci il tarixli X7 meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mərhumun meyitinin baxışı Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən X23 Mərkəzinin təşrihxanasında aparılmışdır. Təşrih masası üzərində düzgün bədən quruluşlu, kafi qidalı, boyu 1.61 metr olan qadın cinsli meyit uzadılmışdır. Meyitin əynində olan çəhrayı rəngli idman koftası, çəhrayı rəngli idman şalvarı, çəhrayı rəngli qolsuz mayka (alt gecə köynəyi), ağ rəngli 1 cüt corab və qara rəngli trusik, sol qulağında 1 ədəd sırğa vardır. Koftanın ön səthinin sol yarısında aşağı sərbəst kənarından 32 sm yuxarıda, sol yan tikişdən 14.5 sm sağda, 1.8 sm uzunluğunda boylama oxu saat sferbulatının 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində kənarları düzgün biçilmiş toxumanı dəlib keçən 1 ədəd zədə vardır. Zədə ətrafı yarı qurumuş qanla bulaşmış haldadır. Koftanın arxa səthinin sağ yarısında aşağı sərbəst kənardan 14 sm yuxarı, sağ yan tikişdən 13 sm solda boylama oxu saat sferbulatının 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində 3.5 sm uzunluğunda kənarları düzgün biçilmiş toxumanı dəlib keçən 1 ədəd zədə vardır. Koftanın aşağı sərbəst kənarından 29 sm yuxarıda, sağ yan tikişdən 1.5 sm solda 2 sm uzunluğunda köndələn istiqamətli 1 ədəd, aşağı sərbəst kənardan 36 sm yuxarıda, sağ tikişdən 12.5 sm solda 2 sm uzunluğunda boylama oxu saat sferbulatının 6 və 12 rəqəmlərini birləşdirən xətt istiqamətində düzgün biçilmiş toxumanı dəlib keçən zədə vardır. Zədə ətrafları yayılmış, qana bulaşmış haldadır. Koftanın arxa səthinin sol yarısında aşağı sərbəst kənardan 12.5 sm yuxarıda, sol yan tikişdən 18.5 sm sağda boylama oxu saat sferbulatının 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində 1 sm ölçüdə, Koftanın arxa tərəfinin sol yan səthində aşağı sərbəst kənardan 43 sm yuxarıda, sol qoltuq tikişdən 10 sm sağda 1.5 sm ölçüdə boylama oxu saat sferbulatının 12 və 6 rəqəmlərini birləşdirən xətt istiqamətində analoji zədə vardır. Maykanın ön səthinin sol yarısında aşağı sərbəst kənarından 27.5 sm yuxarıda, sağ yan tikişdən 24 sm solda 1.3 sm ölçüdə 1 ədəd, koftanın ön səthinin sol yarısında isə sol tikiş xətti üzrə aşağı sərbəst kənarından 27 sm yuxarıda 2.3 sm ölçüdə boylama oxu saat sferbulatının 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində kənarları düzgün biçilmiş toxumanı dəlib keçən 1 ədəd zədə vardır. Maykanın arxa səthinin sağ yarısında aşağı sərbəst kənarından 28 sm yuxarıda, sağ yan tikişdən 8 sm solda 4 sm; arxa səthinin ortasında aşağı sərbəst kənardan 27 sm yuxarıda, sağ yan tikişdən 20 sm solda 2 sm; arxa səthinin sol yarısında aşağı sərbəst kənardan 37 sm yuxarıda, sol yan tikişdən 6.5 sm sağda 1.8 sm ölçüdə kənarları düzgün biçilmiş toxumanı dəlib keçən 1 ədəd zədə vardır. Meyit qacıması periferik əzələ qruplarında qismən inkişaf etmişdir. Meyit ləkələri arxa səthlərdə solğun-bənövşəyimtil rəngdədir, təzyiq etdikdə ağarır, 2-3 dəqiqəyə bərpa olur. Başın tük örtüyü tündqəhvəyimtil rəngdədir, 30-35 sm uzunluğundadır. Meyitin gözləri qapalıdır, konyuktiva qişası solğundur, bəbəkləri dairəvidir, simmetrikdir, 0.4 sm diametr ölçüdədir. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəstdir. Ağzı yarı açıqdır. Görünən dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Döş qəfəsi silindirik, simmetrik və elastikdir. Ön qarın divarları qabırğa qövsündən aşağı səviyyədədir. Xarici cinsiyyət üzvləri qadın tiplidir. Dəliyi ifrazatsızdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dəri örtüyü təmizdir. Qızlıq pərdəsinin tamlığı pozulmuş, pozulma müddəti 2 həftədən artıqdır. Uşaqlıq yolu doğmuş qadına məxsusdur. Əllədikdə sümükləri tamdır. Meyitin xəsarətləri: 1) ön qarın divarında daban altından 113 sm yuxarıda orta xətt üzrə qarınüstü nahiyyədə boylama oxu saat sferbulatının 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində 2 x 0.3 sm ölçüdə kənarları hamar, bucaqları iti yara; 2) Döş qəfəsinin sağ yuxarı səthindən arxa qoltuq xətti üzrə daban altından 112 sm yuxarıda boylama oxu saat sferbulatının 3 və 9 rəqəmlərini birləşdirən xətt istiqamətində 3 sm uzunluğunda kənarları hamar, bucaqları iti yara; 3) sol arxa qoltuq xətti üzrə daban altından 128 sm yuxarıda boylama oxu saat sferbulatının 6 və 12 rəqəmlərini birləşdirən xətt istiqamətində 2 x 0.2 sm ölçüdə yara; 4) sol orta kürək xətti üzrə daban altından 114.5 sm yuxarıda boylama oxu saat sferbulatının 4 və 10 rəqəmlərini birləşdirən xətt istiqamətində 1 sm ölçüdə yara; 5) orta onurğa xətti üzrə daban altından 114.5 sm yuxarıda boylama oxu saat sferbulatının 4 və 10 rəqəmlərini birləşdirən xətt istiqamətində 2.5 x 0.3 sm ölçüdə yara; 6) sağ orta kürək xətti boyunca daban altından 121 sm yuxarıda boylama oxu saat sferbulatının 6 və 12 rəqəmlərini birləşdirən xətt istiqamətində 1.2 x 0.2 sm ölçüdə yara vardır. Meyitin xarici baxışı zamanı bədən səthində başqa hər hansı xəsarət və xəsarət izi aşkar olunmamışdır. Meyitin üzərindəki 2 və 5-ci yaralar daxilə nüfuz edir. Meyitin xarici baxışı zamanı 01 ədəd çəhrayı rəngli idman koftası; 01 ədəd çəhrayı rəngli idman şalvarı; 01 ədəd qara rəngli qolsuz mayka (alt gecə köynəyi); 01 cüt ağ rəngli corab; 01 ədəd qara rəngli trusik, 01 ədəd sırğa və 5 ml şprislə qan götürülmüşdür. İş materiallarında olan 26 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X11 məxsus 1 ədəd mobil telefon “Nokia” markalıdır. Həmin telefonun ön və tərəfi qara rənglidir. Telefonun ön hissəsində 15 ədəd düymə vardır. Telefon həmin düymələr vasitəsi ilə idarə olunur. Mobil telefonun arxa qapağı yerində yoxdur. Telefonun arxa tərəfində mobil telefona qoşulmuş 1 ədəd batareya, batareyanın aşağı hissəsində 2 ədəd sim kart yuvası vardır. 1 nömrəli sim kart yuvasının üstündə 1 ədəd üzərinə ********** və ********** rəqəmləri yazılmış sim kart vardır. Həmin sim kart 1 nömrəli sim kart yuvasına yerləşdirilmişdir. Həmin nömrə ***-***-**-** saylı telefon nömrəsidir. 2 nömrəli simkart yuvasına isə simkart yerləşdirilməmişdir, simkart yuvası boşdur. Mobil telefonun zənglər tarixçəsində “Yığılan nömrələr” bölməsinə daxil olduqda görünür ki, 06 mart 2022-ci ildə saat 18:06-da ***-***-**-** saylı telefon nömrəsinə, həmin tarixdə saat 18:08-də ***-***-**-** saylı telefon nömrəsinə, həmin gün saat 18:10-da ***-***-**-** saylı telefon nömrəsinə, həmin tarixdə “T” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsinə zəng edilmişdir. “Qəbul edilən zənglər” bölməsinə daxil olduqda görünür ki, 06 mart 2022-ci ildə ***-***-**-** saylı telefon nömrəsindən və həmin tarixdə saat 19:08-də “T” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsindən zənglər qəbul edilmişdir. Mobil telefonun “Mesajlar” bölməsində “Gələnlər” qovluğuna daxil olduqda orada hər hansı mesaj aşkar edilmədi. “Göndərilmiş mesajlar” qovluğuna daxil olduqda isə görünür ki, 04 mart 2022-ci ildə saat 23:06-da “9202” saylı nömrəyə “***-***-**-**” mətnli mesaj göndərilmişdir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, X11 məxsus 1 ədəd mobil telefon “Nokia” markalıdır. Həmin telefonun ön və arxa tərəfi qara rənglidir. Telefonun ön hissəsində 15 ədəd düymə vardır. Telefon həmin düymələr vasitəsi ilə idarə olunur. Telefonun arxa tərəfində mobil telefona qoşulmuş 1 ədəd batareya, batareyanın aşağı hissəsində 2 ədəd sim kart yuvası vardır. 1 nömrəli sim kart yuvasının üstündə 1 ədəd üzərinə ********** və ********** rəqəmləri yazılmış sim kart vardır. Həmin sim kart 1 nömrəli sim kart yuvasına yerləşdirilmişdir. Həmin simkart nömrəsinin müəyyən edilməsi məqsədi ilə simkartla başqa nömrəyə zəng edildi və simkartın ***-***-**-** saylı telefon nömrəsinə məxsus olması müəyyən edildi. 2 nömrəli simkart yuvasına isə simkart yerləşdirilməmişdir, simkart yuvası boşdur. Mobil telefonun zənglər tarixçəsində “Yığılan nömrələr” bölməsinə daxil olduqda görünür ki, 01 mart 2022-ci ildə saat 19:05-da “Nene” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsinə, 03 mart 2022-ci ildə, saat 16:33-də və 04 mart 2022-ci ildə saat 20:26-da “Ana1” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsinə, 06 mart 2022-ci ildə saat 02:28 və saat 02:29-da ***-***-**-** saylı telefon nömrəsinə zənglər edilmişdir.“Qəbul edilən zənglər” bölməsinə daxil olduqda görünür ki, 05 mart 2022-ci ildə, saat 20:24-də “Ana1” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsindən və 06 mart 2022-ci ildə saat 09:09-da “Ana” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsindən zənglər qəbul edilmişdir. Mobil telefonun “Mesajlar” bölməsində “Gələnlər” qovluğuna daxil olduqda orada hər hansı mesaj aşkar edilmədi. “Göndərilmiş mesajlar”qovluğuna daxil olduqda isə görünür ki, 01 mart 2022-ci ildə saat 00:09-da “Ana” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsinə “9200” mətnli mesaj göndərilmişdir. İş materiallarında olan 26 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon “SAMSUNG J3” markalıdır. Telefonun ön və arxa tərəfi qızılı rənglidir. Arxa və ön tərəfində “SAMSUNG” yazıları vardır. Telefon sağ yan tərəfində yerləşən bir ədəd düymə, ön tərəfinin aşağı kənarında yerləşən üç ədəd sensor düymə və sensor ekranı vasitəsi ilə idarə olunur. Ön tərəfində bir ədəd kamera, arxa tərəfində bir ədəd kamera və bir ədəd fonar vardır. Telefonun aşağı hissəsində iki ədəd giriş vardır. Onlardan biri adapter, biri də qulaqlıqdır. Sol yan tərəfində yaddaş kartı və iki ədəd sim kart girişi vardır. Yaddaş kartı girişi boşdur. Sim kart girişində iki ədəd sim kart yerləşdirmək mümkündür, həmin girişlərdən yalnız birində “AZERCELL” mobil operatoruna məxsus simkart vardır. Həmin simkart nömrəsinin müəyyən edilməsi məqsədi ilə simkartla başqa nömrəyə zəng edildi və simkartın ***-***- **-** saylı telefon nömrəsinə məxsus olması müəyyən edildi. Mobil telefonun “Telefon” bölməsinə daxil olduqda 55 kontakt qeydiyyatının olması müəyyən edildi. “Telefon” bölməsinin “Mən” hissəsində istifadəçi adı “Ramilə” kimi qeyd edilmişdir. Zənglər siyahısına daxil olduqda görünür ki, ***-***-**-** saylı telefon nömrəsinə ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə, saat 17:46, saat 19:29, saat 19:30, saat 19:31 və saat 19:35-də, ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 19:22, saat 19:33, saat 19:41, saat 19:50, saat 20:00, saat 20:06 və saat 20:18-də, ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 19:12-də, ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 19:55-də, ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 19:58 və saat 20:25-də, “Sahin 706” kimi qeyd edilmiş ***-***-**-** telefon nömrəsindən 06 mart 2022-ci ildə saat 20:26 və saat 20:27-də, “Ayhan” kimi qeyd edilmiş ***-***-**-** telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 15:26-da, ***-***- **-** telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 20:29 və saat 20:37-də, “Agasif X R” kimi qeyd edilmiş ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 20:38 və saat 20:45-də, ***-***-**-** saylı telefon nömrəsindən 6 mart 2022-ci ildə saat 21:57də zənglər edilmişdir. Mobil telefonun “Mesajlar” bölməsinə daxil olduqda görünür ki, mobil telefona ***-***-**-** saylı telefom nömrəsindən 7 mart 2022-ci ildə saat 08:04-də “Salam necəsən” mətnli, ***-***-**-** saylı telefon nömrəsindən 10 mart 2022-ci ildə saat 20:00-da “Salam axsamin xeyir bu qeder daw ürek olma. Telfonu niye acmirsan. Sabah ehmetbeyliye toya gelecem. Seni görmek isteyirem.” mətnli smslər daxil olmuşdur. Mobil telefonun “Qalereya” bölməsində “Deryam” bölməsində 94 ədəd fotoşəkil və 14 ədəd vardır. Həmin fotoşəkillərin içərisində X7 əyinində DSX-nin hərbi geyim forması ilə çəkilmiş 3 ədəd fotoşəkilləri, əynində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi geyim formasına aid qısaqol köynək olan bir nəfər gənc oğlanla birlikdə çəkilmiş 1 ədəd fotoşəkili, eləcə də həmin gənc oğlanın mülki geyim formasında çəkilmiş 2 ədəd fotoşəkilləri də vardır. Digər fotoşəkillər isə Ramilə Əsədovanın özünün tək və övladları ilə birlikdə olan fotoşəkilləridir. Videoların bir qismi Ramilə Əsədovanın özünə məxsus şəkillərdən düzəldilmişdir, digər qismi isə sevgi məzmunlu şəkillərdən və musiqilərdən ibarətdir. Mobil telefonun “Whatsapp” proqramına daxil olduqda görünür ki, 11 yanvar 2022-ci ildə saat 14:45-də “Perviz Suru” kimi qeyd edilmiş ***-***-**-** telefon nömrəsinə “salam ureyim” məzmunlu mesaj göndərilmişdir. “Elcin Vpc” kimi qeyd edilmiş ***-***-**- ** telefon nömrəsinə 2 mart 2022-ci ildə saat 11:39-da “Kimdi” məzmunlu mesaj göndərilmiş, həmin telefon nömrəsindən həmin tarixdə saat 11:40-da “Axşam gələn oglan”, 3 mart 2022-ci il tarixdə “mənə zəngelə”, 5 mart 2022-ci ildə saat 12:24-də “necəsən”, həmin gün saat 23:31-də “salam” məzmunlu mesajlar göndərilmişdir. ***-***- **-** telefon nömrəsindən 8 mart 2022-ci ildə saat 13:27-də “Salam öncelikle 8 mart dünya kadınlar gününüz kutlu olsun.. Merhabalar benim adım hacı.. Kolinde çalışıyorum mesajı görünce cevap vermenizi bekliyorum şimdilik mutlu gunler”, həmin tarixdə saat 15:11-dən 15:13-dək “numaranızı Eray verdi, Sizinle tanışmak istiyorum, konuşmak arkadaşlıq yapmak istiyorum, tabiiki sende istersen, istemez isen bir daha rahatsızlık vermem iyi gunler” məzmunlu mesajlar göndərilmişdir. Mobil telefonun “Səs yazan” proqramına daxil olduqda “Siyahı” bölməsində 27 fevral 2022-ci ildə qeydə alınmış, “00:32” saniyə müddətində səs yazısı vardır. Həmin səs yazısına daxil olduqda “Salam axşamınız xeyir necəsiz, Sizinlə dostluq eliyə bilərik, adım Ramilə xanımdı, otuz iki yaşım var, Füzuli rayonunnanam, hərbçiyəm, eyni zamanda idmançıyam, ayrılmışam, tək yaşayıram. Siz də özünüz haqqında mənə yazsanız, əgər razısınızsa nol əlli bir beş yüz əlli iki qırx sıfır səkkiz nömrəsinə yığın” məzmunlu səs yazısı vardır. Baxış zamanı mobil telefonun “Səs yazan” proqramına daxil olduqda “Siyahı” bölməsində aşkar edilmiş 27 fevral 2022-ci il tarixdə qeydə alınmış, “00:32” saniyə müddətində səs yazısı “HP” markalı kompüter vasitəsi ilə 1 ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan 23 may 2022-ci il tarixli əşyanın tanımaya təqdim edilməsi haqqında protokoldan görünür ki, cinayətin törədilməsində istifadə edilmiş bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuşdur. Tanınma zamanı yazan texniki vasitə kimi “HP” markalı kompüterdən istifadə edilmişdir. Tanınmalı olan bıçaq 1-dən 4dək nömrələnmiş eyni növdən olan bıçaqlar arasında əvvəlcədən 3 nömrə ilə işarələnərək tanınmaya təqdim olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxs onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim edilən 4 ədəd bıçağı nəzərdən keçirib həmin bıçaqlar içərisindən 3 nömrə ilə işarələnmiş bıçağı göstərərək bildirdi ki, “bu 06 mart 2022-ci ildə saat 19 radələrində Füzuli rayonu, Qarabağ kəndində yerləşən mənə məxsus olan evin yardımçı tikilisində (əl damında) yaşayan qızım Ramilə Əsədovaya bir neçə zərbələr vurduğum həmin bıçaqdır. Mən həmin bıçağı hadisə baş verməzdən öncə yaşadığım evin mətbəxində stolun üzərindən götürmüşdüm, həmin bıçağı ölçülərinə və açıq-qəhvəyi rəngli taxtaya bənzər materialdan hazırlanmış dəstəyinin olmasına görə tanıdım”. Əşyanın tanımaya təqdim edilməsi zamanı “Samsung” markalı fotoaparatla çəkilmiş fotoşəkillər çap edilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “diskə baxış keçirilməsi haqqında” 15 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 05 aprel 2022-ci il tarixli, 5690 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 1 ədəd diskin baxışı zamanı müəyyən edilmişdir ki, diskin üzərində “Verbatim 6345, xx.xx.2022” yazıları vardır. Disk “HP” markalı kompüter vasitəsi ilə oxunduqda içərisində “6345-xx.xx.2022.zip” adlı fayl vardır. Həmin fayla daxil olduqda içərisində “**********08.txt”, “**********08_SMS.txt” “**********63.txt”, “**********63_SMS.txt”, “**********08.txt”, “**********08_SMS.txt”, “**********57.txt”, “**********57_SMS.txt”, “abuneciler.xlsx” və “antenna.xlsx” adlı fayllar vardır. “**********08.txt” faylına daxil olduqda Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsinə dair xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək tərtib olunmuş izahlı qaimə hesabatı vardır. “**********08_SMS.txt faylına daxil olduqda Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsinə “Azercell” mobil operatoruna məxsus müxtəlif xidmət nömrələrindən göndərilmiş mesajlar müşahidə olunur. “**********63.txt” faylına daxil olduqda Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsinə dair xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək tərtib olunmuş izahlı qaimə hesabatı vardır. “**********63_SMS.txt” faylına daxil olduqda Ramilə Əsədovaya məxsus ********* telefon nömrəsindən müxtəlif mobil operator şəbəkələrinə məxsus çoxsaylı telefon nömrələrinə və həmin nömrələrdən Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsinə göndərilmiş sevgi və erotik məzmunlu mesajlar, o cümlədən “Azercell” mobil operatoruna məxsus müxtəlif şəbəkə xidmətləri nömrələrinə göndərilmiş mesajlar müşahidə olunur.“**********08.txt” faylına daxil olduqda Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsinə dair xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək tərtib olunmuş izahlı qaimə hesabatı vardır. “**********08_SMS.txt” faylına daxil olduqda Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsindən müxtəlif mobil operator şəbəkələrinə məxsus çoxsaylı telefon nömrələrinə və həmin nömrələrdən Ramilə Əsədovaya məxsus ********** telefon nömrəsinə göndərilmiş sevgi və erotik məzmunlu mesajlar, o cümlədən “Azercell” mobil operatoruna məxsus müxtəlif şəbəkə xidmətləri nömrələrinə göndərilmiş mesajlar müşahidə olunur. “**********57.txt” faylına daxil olquda Təqsirləndirilən şəxs məxsus ********** telefon nömrəsinə dair xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək tərtib olunmuş izahlı qaimə hesabatı vardır. “**********57_SMS.txt” faylına daxil olduqda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** telefon nömrəsinə “Azercell” mobil operatoruna məxsus müxtəlif xidmət nömrələrindən göndərilmiş mesajlar müşahidə olunur. “abuneciler.xls” faylına daxil olduqda 01 yanvar 2022-ci ildən 07 mart 2022-ci ilədək Ramilə Əsədovaya məxsus **********, **********, ********** telefon nömrələri, Təqsirləndirilən şəxs məxsus ********** telefon nömrəsi ilə zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin sahibləri barədə məlumatlar qeyd edilmişdir. “antenna.xlsx” 01 yanvar 2022-ci ildən 07 mart 2022-ci ilədək olan müddət ərzində **********, **********, ********** və ********** telefon nömrələrindən zəng edilmiş, zəng qəbul edilmiş, sms göndərilmiş və sms qəbul edilmiş telefon nömrələrinin anten dairələri üzrə məlumatları qeyd edilmişdir. Müəyyən edildi ki, 06 mart 2022-ci ildə saat 10:54-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 94 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 10:59-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 6 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 11:00-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 46 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 11:02-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 21 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 11:40-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 8 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 11:40-da X13 adına olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 31 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 12:06-da X13 adına olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 34 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 12:16-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 45 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 12:18-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 43 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 12:19-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 29 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 19:21-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Şahid3 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 34 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 02:30-da Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 18 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 02:37-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 452 saniyə olmuşdur. 06 mart 2022-ci il tarixdə saat 08:13-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 460 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 08:38-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 181 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 09:11-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 515 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 10:14-də X13 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 53 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 10:51-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***- **-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 114 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 11:29-da X13 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 51 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 12:01-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 21 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 12:57-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 15 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 14:06-da Ramilə Əsədovanın istifadəsində olan ***- ***-**-** telefon nömrəsindən X13 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 51 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 14:33-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X13 adına olan ***-***- **-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 6 saniyə olmuşdur. 06 mart 2022ci ildə saat 18:13-də X16 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 21 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:14-də X16 adına olan ***-***- **-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 116 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:18-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X16 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 46 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:24-də Ramilə Əsədovanın istifadəsində olan ***- ***-**-** telefon nömrəsindən X16 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 14 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:27-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X16 adına olan ***-***- **-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 29 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:28-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X16 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 31 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:29-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X16 adına olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 18 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:30-da X17 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən zəng edilmiş, danışıq müddəti 28 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:31-də X16 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 22 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:31-də Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsindən X17 adına olan ***-***- **-** telefon nömrəsində zəng edilmiş, danışıq müddəti 46 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 18:47-də X1 adına olan ***-***-**-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 420 saniyə olmuşdur. 06 mart 2022-ci ildə saat 19:08-də X14 adına olan ***-***- **-** telefon nömrəsindən Ramilə Əsədovanın istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edilmiş, danışıq müddəti 160 saniyə olmuşdur. Yuxarıda adları qeyd olunan fayllardakı sənədlərdən iş üçün əhəmiyyət kəsb edən müvafiq səhifələr çap edilməklə protokola əlavə olunmuşdur. İş materiallarında olan Füzuli rayon polis şöbəsindən daxil olmuş 09 may 2021-ci il tarixli, 310-7661-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, X18 xx.xx.2022-ci ildə Füzuli rayonu, Qarabağ kəndində atası Təqsirləndirilən şəxs məxsus yardımçı tikilidə Təqsirləndirilən şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri vurularaq öldürülmüşdür. Hadisə baş verən vaxt evdə Təqsirləndirilən şəxs arvadı Validə Niftalıyeva və gəlini Şahid6 olmuşlar. Hadisə baş verən gün X7 hansı şəxslərlə görüşməsi və əlaqə saxlamasını müəyyən etmək mümkün olmamışdır. Hadisə baş verən gün X7 qardaşı Şahid2 Dördyol adlanan ərazidə yerləşən kafedə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri işləyən, baş leytenant Şahid9 ilə mübahisə etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 07 mart 2022-ci il tarixli 151 nömrəli rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, X7 meyitinin məhkəmə-tibbi ekspertizasının və əlavə müayinələrin nəticələrinə əsasən aşkar edildi: 1) ön qarın divarında qarınüstü nahiyədə qarın boşluğuna keçməyən bir ədəd yara. 2) Döş qəfəsinin sağ yan səthində arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə döş boşluğuna keçən və sağ ağciyəri zədələyən bir ədəd yara. 3) Sol arxa qoltuq xətti üzrə 4-5-ci qabırğaarası sahədə döş boşluğuna keçməyən bir ədəd yara. 4) Sol orta kürək xətti üzrə 8-9-cu qabırğaarası sahədə döş boşluğuna keçməyən bir ədəd yara. 5) Orta onurğa xətti üzrə bir qədər solda döş fəqərələri proyeksiyasında döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd yara. 6)Sağ orta kürək xətti boyunca 6-7-ci qabırğaarası sahədə döş boşluğuna keçməyən bir ədəd yara-cəmi 06 (altı) ədəd yara kəsici-deşici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə bıçaqla (bıçaqlarla) vurulması nəticəsində əmələ gələ bilərdi.Döş qəfəsinin sağ yan səthində arxa qoltuq xətti üzrə 7-8-ci qabırğaarası sahədə döş boşluğuna keçən və sağ ağciyəri zədələyən bir ədəd və orta onurğa xətti üzrə bir qədər solda döş fəqərələri proyeksiyasında döş boşluğuna keçən və sol ağciyəri zədələyən bir ədəd-cəmi iki ədəd kəskin qanitirmə ilə müşayiət olunan yaralar dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Digər yaralar isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Aşkar edilmiş xəsarətlər həyatidirlər. Xəsarətlərin lokalizasiyasına və xarakterinə əsasən həmin xəsarətlərin zərərçəkmişə ayaq üstə və müxtəlif duruş vəziyyətlərində yetirilməsi istisna edilmir. X7 ölümü xx.xx.2022-ci ildə baş vermiş və onun ölümünə səbəb almış olduğu xəsarətlərdən baş vermiş kəskin qanitirmə olmuşdur. X7 ölümü xəsarətlərin yetirildiyi andan qısa müddət ərzində baş vermişdir. X7 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və güclü təsiredici maddələr aşkar edilməmişdir. X18 almış olduğu xəsarətlərdən sonra qısa müddətli müəyyən məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi.X7 paltarları üzərində aşkar edilmiş zədələr meyitin üzərində aşkar edilmiş xəsarətlərlə eynilik təşkil edir. X7 uşaqlıq yolu möhtəviyyatı olan tamponun məhkəmə tibbi tədqiqi zamanı sperma aşkar olunmuşdur. X7 meyiti üzərində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaq və ya ona oxşar konstruksiyalı bıçaqların təsirindən əmələ gələ bilərdi. Xəsarətlərin eyni və ya müxtəlif alətlərin təsirindən törənib-törənməməsini müəyyənləşdirmək hadisə zamanı mərhumun əynində olmuş paltarların kriminalistik müayinəsi əhəmiyyət kəsb edir. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 14 aprel 2022-ci il tarixli 6/1495 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X11 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərində aşkar edilmiş tünd çəhrayı rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X11 məxsus olduğu qeyd edilən köynəyin və şalvarın (dəst) tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan məhkəmə-ballistik və trasoloji ekspertizasının 14 aprel 2022-ci il tarixli 3/348; 3/363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklik edilməmişdir. Təqdim edilmiş X11 məxsus bir ədəd çəhrayı rəngli idman sviterinin və bir ədəd qara rəngli maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə (aşağıdan yuxarı, sağdan sola, soldan sağa) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş X11 məxsus çəhrayı rəngli idman sviterinin və qara rəngli maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş X11 məxsus bir ədəd idman şalvarının, bir ədəd tumanın və bir cüt corabın, Təqsirləndirilən şəxs məxsus bir ədəd sviterin, bir ədəd şalvarın səthində zədə yoxdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 may 2022-ci il tarixli, 242/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X7 ABO sistemi üzrə qan qrupu: B alfa(lll)dır. Məhkəmə-bioloji ekspertizaya təqdim olunmuş X11 məxsus hadisə zamanı onun əynində olmuş çəhrayı rəngli idman kostyumunun koftası və şalvarı, qolsuz mayka(alt gecə köynəyi), iki ədəd tay corabda, Təqsirləndirilən şəxs məxsus sviterin(köynəyin) sağ qolunun arxa səthində olan qəhvəyimtil rəngli ləkədə, onun şalvarı üzərində olan ləkələrdə, bir ədəd qatlanmayan bıçağın tiyəsində və hadisə yerinə baxış zamanı dörd ədəd pambıq topalarına götürülmüş ləkələrdə insan qanı aşkar olundu. Qanın qrupu ABO sistemi üzrə təyin olunduqda antigen qismində yalnız «B» antigeni, əksər ləkələrdə aqqlyutinin qismində həmçinin «alfa» aqqlyutinini də alındı. ABO sistemi üzrə «B» antigeni tək halda B alfa(lll) qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu antigenin və əlavə olaraq «alfa» aqqlyutininin alınması qan ləkələrinin birmənalı olaraq ABO sistemi üzrə həmin qruplu şəxsin( şəxslərin) qanı hesabına yaranmasını söyləməyə əsas verir. Beləliklə, yuxarıda göstərilən qan ləkələri ABO sistemi üzrə B alfa(lll) qan qruplu X11,yaxud da eyni qan qruplu digər şəxsə(şəxslərə) məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus yuxarıda göstərilən sviterin (köynəyin) ön səthində olan kiçik ləkədə, onun sağ qolunun arxa səthində olan daha bir açıq-bozumtul rəngli ləkədə və X21ma məxsus trusik üzərində qan aşkar olunmamışdır. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 30 aprel 2022-ci il tarixli, 1098 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərdə iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğundur. İnadkarlıq, çılğınlıq, özünə qarşı hörmət tələb etmək, emosionallıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, hirslilik və qəzəb yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Törətdiyi əməl zamanı psixi-emosional vəziyyətində affekt (fizioloji və ya kumulyativ), psixi-emosional gərginlik, kəskin stress, qorxu, yüksək həyəcan kimi hallar yaranmamışdır. Emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 06 mart 2022-ci il tarixli, 116 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan 23 mart 2022-ci il tarixli cinayət işinin başlanması və icraata götürülməsi haqqında qərarın surətindən görünür ki, Şahid2 sağlamlığına az ağır xəsarət yetirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanaraq Füzuli RPŞ-nin İB-nin rəisi polis polkovnik-leytenantı X5 icraatına götürülmüşdür. İş materiallarında olan Füzuli rayon məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(064)- 378/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Şahid10 ilə cavabdeh X18 arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 03 sentyabr 2011-ci il təvəllüdlü X29, 10 avqust 2012-ci il təvəllüdlü, X32 və 24 iyun 2014-cü il təvəllüdlü X30 anaları X7 yanında qalmalıdırlar. İş materiallarında olan Füzuli rayon məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(064)- 1364/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X7 cavabdehlər X22 və Şahid10 qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Füzuli rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)- 435/2019 saylı qətnaməsinin surətindən görünür ki, Şahid10 xx.xx.2020-ci ildən etibarən azyaşlı övladları Ömər, Dərya və İbrahimin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X11 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Füzuli rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)- 414/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 məxsus cehiz və digər əşyaların X22 və Şahid10 alınaraq iddiaçı X11 verilməsi qərara alınmışdır. İş materiallarında olan Füzuli rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(064)- 03/2020 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, X18 barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad olunması qərara alınmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin həm istintaq, həm də məhkəmə icraatı zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin “həyat və sağlamlıq əleyhinə olan cinayətlər” fəslində nəzərdə tutulmuş xüsusuilə ağır cinayətlər kateqoriyasına aiddir. Mövcud cinayət qanunvericiliyinin tələblərinə (mad. 15.5) və ya cinayətlərin təsnifatına görə onlar “xüsusuilə ağır cinayət” hesab olunur. CM-in 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli birbaşa qəsdlə törədilmiş, başa çatmış cinayətdir. Belə ki, təqsirləndirilən şəxs öz əməlinin (hərəkətinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb cinayətin ailə-məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı qisas almaq məqsədi ilə törədilməsi qənaətinə gəlir. Məhkəmə, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qızı X7 evli, azyaşlı uşaqları olmasına baxmayaraq digər şəxslərlə görüşərək əxlaqsız hərəkətlərlə məşğul olması barəsindəki ifadələrini məhkəmə iclasında araşdırılmış digər sübutlarla müqayisəli təhlil edib hesab edir ki, Ramilə Əsədovanın mənəvi dəyərlərə və əxlaq normalarına uyğun gəlməyən hərəkətlərə yol verdiyi (əxlaqsız hərəkətlərlə məşğul olduğu) məhkəmədə sübuta yetirildi. Məhkəmə, buna əsaslanıb Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayəti onun ailəsinin şərəf və ləyaqətini ləkələyən şəxs – X6 qisas almaq məqsədi ilə törətməsi qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini müzakirə edərkən onun hərəkətini Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Çünki o, ittiham olunduğu əməli törədərkən anlaqlı olub öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, bu əməlin təhlükəli nəticələrini görüb həmin nəticələri arzu etməsi sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün o, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxs X19 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 06 mart 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Füzuli rayon məhkəməsinin 08 mart 2022-ci il tarixli qərarı ilə də həbsetmənin əvvəli 06 mart 2022-ci ildən hesablanmaqla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Füzuli rayonunun Qarabağ kəndində himayəsində heç bir yerdə işləməyən arvadı və uşaqları ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti zərər çəkmiş şəxsin qanunsuz, eləcə də mənəvi dəyərlərə və əxlaq normalarına uyğun gəlməyən əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini CM-in 59.1.8-ci maddəsinə, cinayəti törətdikdən sonra könüllü gəlib təqsirini boynuna almasını və cinayətin açılmasına fəal kömək etməsini CM-in 59.1.10-cu maddəsinə və zərər çəkmişin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda təqsirini etiraf etməsini, himayəsində yaşlı və heç bir yerdə işləməyən arvadının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayəti ailəsinin şərəf və ləyaqətini ləkələmiş X7 mənəvi dəyərlərə və əxlaq normalarına uyğun gəlməyən əxlaqsız hərəkətlərinin qarşısını alarkən, eyni zamanda ləkələnmiş namusunu təmizləmək məqsədi ilə törətməsini yüngülləşdirici hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində də nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 14 ilin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə qanunun bu normasına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 il müddətinə təyin oluna bilən cəzanın dördə üçündən artıq olmayan müddətə cəza təyin edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Füzüli rayon prokurorluğunda saxlanılan 4 ədəd pambıq, 1 ədəd qatlanmayan bıçaq, mərhum X11 məxsus 1 ədəd çəhrayı rəngli idman koftası, 1 ədəd çəhrayı rəngli idman şalvarı, 1 ədəd qara rəngli qolsuz mayka (alt gecə köynəyi) mayka, 1 cüt ağ rəngli corab, 1 ədəd qara rəngli trusik, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli uzunqol köynək və 1 ədəd mavi rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mərhum Ramilə Əsədovaya məxsus 1 ədəd sırğa, 1 ədəd üzərində “Love” yazıları olan sırğa, 1 ədəd “Samsung” markalı mobil telefon anası zərər çəkmiş şəxsin hüquqi varisi X8, təqsirləndirilən şəxs Ağarəhim Niftləyevə məxsus 2 ədəd “Nokia” markalı mobil telefonlar isə oğlu Şahid2 qaytarılmalı, hadisə yerinə, meyitə baxış, şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması, paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş cəmi 5 ədəd disk, "xxxx" MMC-nin 05 aprel 2022-ci il tarixli, 5690 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 1 ədəd disk, eləcə də X11 aid olan “SAMSUNG J3” markalı mobil telefonla 27 fevral 2022ci ildə qeydə alınmış “00:32” saniyə müddətində səs yazısının 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 334 (üç yüz otuz dörd) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 06 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzüli rayon prokurorluğunda saxlanılan 4 ədəd pambıq, 1 ədəd qatlanmayan bıçaq, mərhum X11 məxsus 1 ədəd çəhrayı rəngli idman koftası, 1 ədəd çəhrayı rəngli idman şalvarı, 1 ədəd qara rəngli qolsuz mayka (alt gecə köynəyi) mayka, 1 cüt ağ rəngli corab, 1 ədəd qara rəngli trusik, Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd göy rəngli uzunqol köynək və 1 ədəd mavi rəngli idman şalvarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mərhum Ramilə Əsədovaya məxsus 1 ədəd sırğa, 1 ədəd üzərində “Love” yazıları olan sırğa, 1 ədəd “Samsung” markalı mobil telefon anası zərər çəkmiş şəxsin hüquqi varisi X2, təqsirlənrdirilən şəxs Ağarəhim Niftləyevə məxsus 2 ədəd “Nokia” markalı mobil telefonlar isə oğlu Şahid2 qaytarılsın, hadisə yerinə, meyitə baxış, şübhəli şəxsin dindirilməsi, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması, paltarların götürülməsi və baxış keçirilməsi haqqında protokollara əlavə edilmiş cəmi 5 ədəd disk, "xxxx" MMC-nin 05 aprel 2022-ci il tarixli, 5690 nömrəli məktubu ilə rayon prokurorluğuna göndərilmiş 1 ədəd disk, eləcə də X11 aid olan “SAMSUNG J3” markalı mobil telefonla 27 fevral 2022-ci il tarixdə qeydə alınmış “00:32” saniyə müddətində səs yazısının 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 334 (üç yüz otuz dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar