Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-415/2024 29.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxxxx 1988-ci ildə Füzuli rayonun Yuxarı Yağlıvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.3, 149.2.5, 150.2.3, 150.2.5 və 221.3-cü maddələri ilə, habelə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Füzuli rayonun Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olmaqla Füzuli rayonun Zobucuq-2 qəsəbəsi, ev 281-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,120.2.4, 128 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs əvvəllər qeyri-rəsmi-nikahdan kənar ər-arvad münasibətlərində yaşadığı, sonradan isə onunla bu münasibətləri davam etdirməkdən imtina edən Zərərçəkmiş şəxs1 ilə 14 noyabr 2023-cü il tarixdə günorta saatlarında mobil telefonla danışarkən aralarında yaranmış mübahisə zəminində sonuncunun ona nalayiq ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs1 qisas alıb onu öldürmək qərarına gəlmiş, bu məqsədlə 15 noyabr 2023-cü il tarixdə, saat 01 radələrində soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını özü ilə götürərək Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 1 ünvanında yerləşən evin çəpərinin yaxınlığına gəlmiş, evin yaxınlığında küçədə polis əməkdaşlarının olduğunu gördükdən sonra evin yaxınlığındakı açıq sahədə gizlənib polis əməkdaşlarının getmələrini gözləmiş, polis əməkdaşlarının getdiklərini gördükdən sonra həmin tarixdə, saat 05 radələrində çəpərdən evin həyətinə daxil olaraq evin giriş qapısını dartıb qapının kilidini sındırmaqla evin girişinə daxil olmuş, otağa giriş qapısının da bağlı olduğunu görərək qapını çiyni ilə itələyib sındırmaqla açdıqdan sonra Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmuş, həmin vaxt evin qonaq otağında, döşəmədə anası və övladları ilə birlikdə yatan Zərərçəkmiş şəxs1 onunla getməsini tələb etmiş, əks halda onun başını kəsəcəyini bildirmiş, sonuncu onunla heç yerə getməyəcəyini, onun evindən çıxıb getməsini dedikdən sonra o, qəzəblənərək sonuncunu öldürmək qərarını qətiləşdirib özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla, yəni, yaxın adamlarının-anası Zərərçəkmiş şəxs2, azyaşlı övladları Şahid1, Şahid2 və X2 gözü qarşısında, onların qorxaraq ağlamalarına məhəl qoymadan onlara xüsusi əzab verdiyini dərk edərək öldürmək məqsədilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm orqanlarına çoxsaylı zərbələr vuraraq ona ikibaşlı bazu əzələsinin zədələnməsi ilə müşayiət olunan sağ bazu nahiyəsində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bir ədəd, alın nahiyəsində bir ədəd, boyun nahiyəsində iki ədəd, kürək nahiyəsində dörd ədəd, sağ gözaltı nahiyəsində bir ədəd və döş qəfəsinin sağ yuxarı tış şöbəsində bir ədəd olmaqla istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən kəsilmişdeşilmiş yaralarla müşayiət olunan bədən xəsarətləri, Zərərçəkmiş şəxs1 qəsdən öldürməsində ona mane olan anası Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq məqsədi ilə həmin bıçaqla sonuncuya qəsdən ardıcıl zərbələr vuraraq sağ bazu nahiyəsində iki ədəd, sağ said nahiyəsində iki ədəd və sağ əl nahiyəsində bir ədəd olmaqla kəsilmiş-deşilmiş yaralarla müşayiət olunan, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 hərəkətsiz vəziyyətdə olduğunu görüb öldüyünü düşünərək və onun övladlarının ağlayıb qışqırmalarına kənar şəxslərin hadisə yerinə gələcəklərindən qorxaraq hadisə yerindən uzaqlaşdığından, habelə Zərərçəkmiş şəxs1 vaxtında Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq orada ona ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini şəxsi iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 128 və 157.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, psixi xəstəlikdən əziyyət çəkdiyi üçün heç bir yerdə işləməmiş, Füzuli rayonun Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olmaqla Füzuli rayonun Zobucuq-2 qəsəbəsində, babasına məxsus evdə (ev 281-də) yaşamışdır. Əvvəllər xatırlamadığı cinayət əməlini törətdiyinə görə iki dəfə məhkum olunmuş, və sonuncu dəfə 2023-cü ilin iyun ayında cəzasını çəkib qurtarmış, bundan sonra babasının evində yaşamağa başlamışdır. O, heç yerdə işləməmiş, yalnız xəstəliyi ilə bağlı dövlətdən müavinət almışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, 2021-ci ildən sonra tanımışdır. 2021-ci ilin iyul ayında istifadə etdiyi telefona gizli nömrədən zəng gəlmiş, telefonu açdıqda tanımadığı qadın adının Yeganə olduğunu deyib ona “Zobucuq-5 qəsəbəsində qaldığını, Zobucuq-4 qəsəbəsində olan «Mandarin» marketində işlədiyini bildirib onunla tanış olmaq istəyirsə marketə gəlməsini demiş, o da həmin yerə gedib onunla tanış olmuş, sonradan isə onunla yaxın, yəni sevgi münasibətləri yaranmış, daha sonra Yeganə ilə ər-arvad münasibətləri olmaqla xeyli müddət birlikdə yaşamışlar. 2022-ci ilin yanvar ayında Füzuli Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza çəkən dövrlərdə Yeganə ilə telefonla əlaqəsi olmuş və Yeganə üç dəfə yanına gəlmiş onunla görüşmüşdür. Cəza müddətinin bitməsinə bir neçə ay qalmış vaxtlarda Yeganəyə zəng vurub danışarkən Yeganə ona bir daha zəng vurmamasını bildirmiş, sonradan dəfələrlə Yeganəyə zəng vursa da, zənginə cavab verməmiş, cavab verdiyi vaxtlarda isə ona bir daha zəng vurmamasını tələb etmişdir. O, 16 iyun 2023-cü il tarixdə cəzaçəkdiyi yerdən buraxıldıqdan sonra evinə qayıtmış və Yeganəyə zəng vurub evə gəldiyini demiş, sonra Yeganənin təklifi ilə evlərinə gedib onu maşınla götürüb kafeyə gedib oturub söhbət edib münasibətlərini bərpa etmişlər və bundan sonra Yeganənin yaşadığı evə getmiş, orada Yeganənin razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Həmin gün gecə saatlarında Yeganənin telefonuna zəng gəlmiş və o, Yeganədən telefonu açmasını tələb etdikdə, Yeganə “sən narahat olma, nə varsa hamısını açıb sənə deyəcəm” demişdir. Sonra Yeganə ona Beyləqan rayonunda yerləşən masaj salonunda işlədiyini və bununla bağlı bir nəfərin ona zəng vurduğunu bildirib həmin şəxsə zəng vurmamasını demişdir. Masaj salonunda işlədiyinə, həm də yüngül həyat tərzi keçirməklə tanımadığı şəxslərlə danışdığına görə o, Yeganəni söymüş, Yeganə də səhər gedib ondan polisə şikayət etmişdir. Sonra münasibətləri yaxşılaşmış və onlar yenidən telefonla danışmağa davam etmişlər. O, bir neçə dəfə Yeganəyə zəng vuranda ikinci xəttə düşdüyünə görə Yeganəni söymüş, Yeganə də telefonda ona ağır söyüşlə söymüşdür. O, həmin gün Yeganənin yaşadığı evə getmiş və telefonda onu söydüyünə görə bir sillə vurub saçından dartmışdır. Yeganə əvvəlcə ondan polisin 102 xidmətinə şikayət etsə də, sonradan barışdıqlarına görə ondan şikayət etməmişdir. Son vaxtlar Yeganənin anası Xalidə də onunla birlikdə qalmış və onun Yeganə ilə münasibətləri yaxşı olmamışdır. Sonuncu dəfə, 12 noyabr 2023-cü il tarixdə günorta saatlarında o, Yeganəyə zəng vurub görüşmək istədiyini demiş, Yeganə də gecə saatlarında gəlməsini bildirdiyində 13 noyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində o, Yeganənin yaşadığı evə getmiş, çəpərdən evin həyətinə daxil olub çöldən evin yataq otağının pəncərəsinə yaxınlaşıb içəri işıq salmış və Yeganə pəncərəni açmış, o da pəncərədən otağa daxil olmuş, sonra Yeganə ilə cinsi əlaqədə olmuşdur. Bu zaman otağın qapısı döyülmüş və Yeganənin anası Xalidə uca səslə Yeganəyə telefonuna zəng gəldiyini demiş, Yeganə də yorğanı onun başına tərəf çəkib xalatını geyinib otaqdan çıxmışdır. Təxminən 1 dəqiqə sonra Yeganənin anası Xalidə otağa daxil olub yorğanı onun üzərindən çəkib yerə atmış, onu söyüb təhqir etməyə başlayıb evdən çıxıb getməyini tələb etmiş, o da qalxıb paltarını geyinərkən Xalidə onun yanında polisin 102 xidmətinə zəng vurub ondan şikayət etmiş, o da telefonu Xalidənin əlindən alıb nə səbəbə ondan şikayət etdiyini soruşmuş, o isə ondan evdən getməsini tələb etmiş, həmin vaxt Yeganə də yanlarında olmuşdur. Sonra o, Yeganədən ona zəng vuranın kim olduğunu soruşmuş onun da telefonunu əlindən alıb açıb baxması üçün telefonun kodunu deməsini Yeganədən tələb etmiş, Yeganə telefonun kodunu demədiyinə görə onda şübhələr yaranmışdır. Bundan sonra o, hər iki telefonu götürüb həyətə çıxmış, həyətə çıxarkən Xalidənin olduğunu zənn etdiyi üçün cibindən öz telefonunu çıxarıb yerə atmış, daha sonra çıxıb maşınına tərəf gəlmişdir. Bu zaman Yeganə onun telefonu ilə anasının onda olan telefonuna zəng vurub telefonu səhvən apardığını deyib ondan telefonları qaytarmasını tələb etmiş, o da Yeganəyə polisləri çağırdığına görə ora gələ bilməyəcəyini və telefonunu yoxladıqdan sonra özünə qaytaracağını demişdir. Sonra o, telefonun kodunu aça bilmədiyinə görə Yeganənin telefona baxa bilməmişdir. 14 noyabr 2023-cü il tarixdə, günorta saatlarında Yeganə digər telefonu ilə onda olan öz telefonuna zəng vurub telefonunu qaytarmasını tələb edib ondan şikayət edəcəyini bildirmiş, o da telefonda Yeganədən onunla oyun oynamamasını, həyasızlıq etməməsini demiş, Yeganə də telefonda yenidən onun ünvanına çox ağır söyüş söymüş, o da Yeganəyə “mənə dediyin sözləri sənə yedizdirəcəm, tələsmə” demiş və telefon danışığını kəsmişlər. 14 noyabr 2023-cü il tarixdə, axşam saatlarında o, Yeganənin evinə gedib pəncərədən onun və anasının telefonunu vermiş, həmin vaxt Yeganəyə “mənə dediyin söyüşü sənə yedizdirəcəm” demiş, həmin vaxt uşaqları yanında olduğuna görə o, Yeganəyə heç nə etməmişdir. Daha sonra o, çıxıb getmiş, axşam saatlarında mağazadan iki butulka pivə alıb içmiş və sərxoş olmuşdur. Sonra qərara gəlmişdir ki, onu söydüyünə görə gedib Yeganəni qorxutsun. Bu səbəbdən o, 15 noyabr 2023-cü il tarixdə, gecə saat 01 radələrində Yeganənin evinə tərəf getmiş, həmin vaxt iki gün əvvəl Yeganəgildə olarkən masanın üzərindən götürdüyü mətbəx bıçağı da üzərində-şalvarının bel hissəsində olmuşdur. Yeganənin evinə yaxınlaşarkən küçədə maşın dayandığını görüb onların polis əməkdaşları olduqlarını başa düşmüş, sonra o, arxa çəpərdən həyətə daxil olub orada gözləmiş, sonra polislər oradan çıxıb getmişlər. Həmin vaxt gecə saat 05 radələri olmuşdur. Sonra o, evə yaxınlaşıb girişindəki qapının bağlı olduğunu görüb var gücü ilə qapını dartmış və qanının kilidi qırılmışdır. Bundan sonra evin əsas qapısına tərəf gedib əli ilə itələyəndə qapının bağlı olduğunu görüb çiyni ilə qapını bərk itələmiş və qapı sınaraq açılmışdır. O, otağa daxil olarkən Yeganə onu görüb qışqırmağa başlamış, o da Yeganəyə qışqırmamasını demişdir. Həmin vaxt Yeganə, anası Xalidə və Yeganənin üç uşağı da həmin otaqda yataqda uzanmış vəziyyətdə olmuşlar. Yeganə ayağa qalxıb ağlamağa başlayıb azyaşlı oğlunu qucaqlayıb ona yalvarıb “bu uşağın xatirinə mənə dəymə” demiş, o isə Yeganəyə onun oğlunu çox istədiyini, onun varyoxunu söydüyü üçün onu cəzalandıracağını demişdir. Həmin vaxt Xalidə ona yaxınlaşıb sinəsindən itələyib evdən getməyini tələb etmiş, Yeganə də ondan üzr istəməyə başlamış, bu zaman o, Yeganəyə “paltarını geyin, çöldə söhbət edək, səninlə işim var” demiş, Yeganə isə ondan qorxduğunu, buna görə də onunla çıxa bilməyəcəyini demişdir. Sonra o, Yeganədən polisə hansı səbəbdən şikayət etdiyini soruşmuş, Yeganə də şikayətini geri götürəcəyini bildirmişdir. Sonra o, yenidən Yeganəyə həyətə çıxmasını tələb etmiş, bu zaman Yeganə onun üstünə qışqıraraq “heç yerə getmirəm, öldürürsənsə öldür” demiş, bu sözlərdən sonra o, əsəbiləşərək bıçağı belindən çıxarıb əlində saxlamış, Yeganə də bunu görüb özünü pis hiss etdiyini deyib döşəməyə yıxılmış, anası da su gətirib Yeganəni ayıltmağa çalışmışdır. O, Xalidəyə Yeganənin özündən getmədiyini, qəsdən belə etdiyini demiş, bu zaman Xalidə və uşaqlar çığırmağa başlamışlar. Həmin vaxt Xalidə taxta parçası ilə onu vurmuş və o xəsarətlər almışdır. Sonra o, Yeganəyə yaxınlaşıb üzünə sillə vurmuşdur ki, onu oyatsın, bu vaxt Xalidə və uşaqlar yenidən qışqıqmışlar və səsə Yeganə də oyanıb onlara qoşulub çığırmışdır. Həmin vaxt o, Yeganənin səsinə görə özündən asılı olmadan ona tərəf gedib Yeganəni bıçaqla vurmuşdur. Vurduğu bıçağın onun bədəninin hansı nahiyələrinə dəydiyini görməmiş və neçə dəfə bıçaqla vurduğunu xatırlamır. O, özündən asılı olmayaraq qışqırdığı üçün Yeganənin səsini kəsməsi üçün bıçaqla bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bu zaman Yeganənin anası özünü onun üstünə atmış və onun Yeganəyə vurduğu bıçaqlardan bir neçəsi təsadüfən Xalidəyə dəymiş, həmçinin Xalidə taxta parçası ilə onu vurmuş və o da xəsarətlər almışdır. Sonra o, Yeganənin yerə hərəkətsiz vəziyyətdə qaldığını görüb onun ola bilsin ki, ölməsini zənn edib əlindəki bıçağı yerə atıb evdən həyətə çıxarkən Yeganənin qızı Leylanın “nənə, anam deyir ki, səsini çıxarmasın” deməsini eşitmiş və başa düşmüşdür ki, vurduğu bıçaqdan Yeganə elə də ciddi xəsarət almamışdır. Sonra o, yerdən daş götürüb pəncərəyə atmış və pəncərənin şüşəsi sınmış və pəncərədən otağa boylanıb baxanda Yeganəni otaqda görməmiş, bu səbəbdən yenidən evə daxil olanda Yeganənin dəhlizdə uzanmış və qan içində olduğunu görmüş, Yeganə zəif səslə onu nə səbəbə görə vurduğunu ondan soruşmuş, o da bunu eşidib pis olub ağlamışdır. Sonra o, evdən çıxıb oradan uzaqlaşıb getmiş, əvvəl piyada Aşağı Yağlıvənd kəndinə gedib anasının qəbrini ziyarət etmiş, sonra, səhər saatlarında yol maşını ilə Beyləqan şəhərinə gedib bazardan özünə geyim əşyaları almış və əynindəki paltarları çıxarıb orada atmışdır. Daha sonra o, yol maşını ilə Bakı şəhərinə getmiş, bir qədər Bakıda olduqdan sonra, 16 noyabr 2023-cü il tarixdə, səhər saatlarında Füzuli rayonun Zobucuq-2 qəsəbəsində olan evinə qayıdıb paltarlarını dəyişmədən yerində uzanıb yatmışdır. Təxminən 2-3 saat yatdıqdan sonra evinə polis əməkdaşları daxil olub onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, törətdiyi cinayət əməlini etiraf edib olanlar barədə izahat vermiş, sonra hadisə ilə bağlı Füzuli rayon prokurorluğunda müdafiəçinin iştirakı ilə ətraflı ifadə vermiş, daha sonra hadisə yerinə aparılarkən (ifadəsi yerində yoxlanılarkən) orada (ünvan 2 ünvanında) ifadəsində dediklərini bir daha bildirib hadisənin baş verdiyi yeri əyani olaraq göstərmişdir. Hadisə baş verən vaxt o, Yeganəyə “əgər mənimlə getməsən, uşaqlarının gözü qarşısında sənin başını kəsəcəm” sözlərini deməmiş, bu sözlər istintaq orqanı tərəfindən sənədlərə yalandan yazılmışdır. Həmçinin o, verilmiş ittihamda göstərilən cinayəti, yəni Zərərçəkmiş şəxs1 bıçaqlayaraq öldürməyə çalışması (cəhd etməsi) cinayətini törətməmiş, bununla bağlı yazılanları və deyilənləri qəbul etmir, lakin onun törətdiyi cinayət ondan ibarət olmuşdur ki, o, gecə saatlarında evinə gedib Zərərçəkmiş şəxs1 bıçaqla bir neçə yüngül xəsarətlər yetirmiş, həmin vaxt bir-iki bıçaq zərbəsi təsadüfən Yeganənin anası Xalidəyə də dəymişdir. Həmin cinayəti törətməsinə səbəb isə Zərərçəkmiş şəxs1 bağlı olması, ondan ayrıla bilməməsi, aralarında mübahisə zamanı Yeganənin onun ünvanına ağır söyüşlər söyməsi, həm də Yeganənin yüngül həyət tərzi keçirməsini qəbul edə bilməməsi olmuşdur. Hazırda törətdiyi əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayətləri törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, əvvəllər İlham adlı şəxslə evli olmuş, sonradan ondan ayırılmış (boşanmış) və həmin şəxslə birgə nikahdan olan üç azyaşlı uşaqları ilə birlikdə ünvan 2-də yaşayır. Füzuli rayonun Zobucuq-2 qəsəbəsi sakini Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır, əvvəllər aralarında münasibətləri yaxşı olmuş, bir müddət-təxminən 8 ay qeyri-rəsmi olaraq ər-arvad kimi bir yerdə, yəni Zobucuq-1 qəsəbəsi, ev 41-də yaşamışlar. Əlizadə cinayət törətdiyi üçün 2022-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, bundan sonra onunla əlaqələri kəsilmişdir. 2023-cü ilin yayında Əlizadə cəzasını çəkib qurtardıqdan sonra onunla yenidən münasibət qurmağa çalışsa da, o, hər dəfə onu özündən kənarlaşdırmış, onunla münasibəti davam etdirməkdən imtina etmiş, lakin Əlizadə hər dəfə onun evinə gəlib-gedərək onu narahat etmiş, mübahisələri olmuşdur. O, Əlizadəyə onunla heç bir münasibət qurmayacağını bildirmiş, sonra onunla dəfələrlə mübahisə edib dalaşmışdır. Onu narahat etdiyinə görə o, dəfələrlə Əlizadənin hərəkətləri barədə Füzuli RPŞ-nə şikayət etmiş, Əlizadə bir daha onu narahat etməyəcəyini desə də, sonradan yenədə onu narahat etmişdir. Əlizadənin dəfələrlə onun evinə gəlib onu narahat etməsindən qorxduğu üçün axşamlar yaşadığı evin qapısını qıfılla bağlamış, daha sonra isə anası Xalidə də onun evinə gəlib onunla birlikdə qalmışdır. 13 noyabr 2023-cü il tarixdə, gecə saatlarında o, anası və uşaqları ilə birlikdə evdə olmaqla yatdıqları vaxt Əlizadə onun yaşadığı evə gəlib onunla mübahisə edib, onun səsini yazdığını bildirib ona və anası Xalidəyə məxsus mobil telefonları götürmüş, o, mobil telefonları Əlizadənin əlindən almaq istəyərkən Əlizadə əlindəaki bıçaqla onun sol əlinə vurub barmağını yaralamış, sonra onu və anasını təpiklə vurub döymüş, daha sonra onları öldürməklə hədələyib evdən çıxıb getmişdir. Bundan sonra o, polisin 102 xidmətinə zəng vurub hadisə ilə bağlı məlumat vermiş, Füzuli RPŞ-nin əməkdaşları araşdırma aparmıq üçün evinə gəlmişlər və o, baş vermiş hadisəni polis əməkdaşlarına bildirmişdir. 14 noyabr 2023-cü il tarixdə, axşam saatlarında Əlizadə onun yaşadığı evin həyətinə gəlib anasına və ona məxsus olan mobil telefonları çöl tərəfindən otağın pəncərəsinin qarşısına qoyub ona "mənim daha səninlə işim yoxdur" deyib çıxıb getmişdir. Əlizadə çıxıb getdikdən sonra o, evin giriş taxta qapısını içəri tərəfdən qıfılla bağlamışdır ki, Əlizadə yaşadığı evə gəlib girə bilməsin. 15 noyabr 2023-cü il tarixdə, gecə vaxtı anası Xalidə və azyaşlı uşaqları-Leyla, Zeynəb və Vüsalla birlikdə yaşadığı evin qonaq otağında yerdə döşək salıb yatmışlar. Onların hamısının birlikdə yatmasına səbəb Əlizadənin gəlməsindən qorxmaları olmuşdur. Həmin gecə (15 noyabr 2023-cü il tarixdə) saat 05 radələrində qəfildən qapının sındırılma səsini eşidib yuxudan oyanmış və Əlizadənin əlində bıçaqla yatdıqları otağa daxil olmasını görmüş, həmin səs-küyə uşaqları və anası da yuxudan oyanmışlar. Əlizadə onun üstünə gəlib “ya mənimlə getməlisən, ya da bu bıçaqla sənin başını kəsəcəm” demiş, o isə Əlizadəyə onunla heç yerə getməyəcəyini bildirmişdir. Əlizadə isə daha da çılğınlaşıb “əgər mənimlə getməsən, uşaqlarının gözü qarşısında sənin başını kəsəcəm” demiş, həmin vaxt uşaqları qorxub qışqıraraq ağlamağa başlamışlar. O, Əlizadənin onu öldürəcəyindən qorxub qıcolma keçirib huşunu itirib döşəyin üzərinə yıxılmış, bir az keçdikdən sonra o, gözlərini açdıqda Əlizadənin onun başının üzərində dayanmasını görmüşdür. Gözlərini açdıqdan bir neçə saniyə sonra Əlizadə əlindəki bıçaqla onun başına, bədəninə zərbələr vurmuş, o, ayağa qalxmaq istədikdə Əlizadə bıçaqla sinəsinin sağ tərəfindən daha bir zərbə vurmuşdur. O, ayağa qalxmağa cəhd göstərdikdə Əlizadə onu sol tərəfiüstə yıxıb boğazını kəsmək istəyərkən anası Xalidə əlləri ilə Əlizadənin boğazını tutmuşdur ki, ona mane olsun, bundan sonra Əlizadə bir neçə dəfə onun kürək və qol nahiyəsinə bıçaqla zərbələr vurmuş, həm də Əlizadə qışqıraraq onu öldürəcəyini deyib onu bıçaqla vurmaqda davam etmişdir. Azyaşlı uşaqları və anası Əlizadənin onu bıçaqladığını görüb qışqıraraq ağlamış, özü də Əlizadəyə onu öldürməməsinə yalvarmış, lakin Əlizadə hərkətlərini davam etdirib onu bıçaqla vurmaqda davam etmiş, həmin anda o, özünü pis hiss edib üzüüstə döşəməyə yıxılıb qalmış, sonra Əlizadə onun öldüyünü zənn edib, həm də anası və uşaqların ağlayıb qışqırmağının qonşuların eşidib gələcəyindən qorxub evdən çıxıb qaçıb getmişdir. Huşu qismən özündə olduğundan o, Əlizadənin evdən çıxdığını görüb, onun geri qayıdıb yenə ona bıçaqla xəsarətlər yetirəcəyindən qorxduğu üçün ayağa qalxıb ayaqyalın vəziyyətdə evdən çıxıb həyətə qaçmış, sonra darvazadan çıxıb küçəyə qaçıb orada olan ağacın altında gizlənmişdir ki, Əlizadə birdən geri qayıtsa onu tapa bilməsin. Aradan bir az keçəndən sonra evinin qarşısına polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmiş, sonra təcili tibbi yardım maşını ilə o və anası Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar və orda onlara ilkin tibbi yardım göstərilmişdir. Xəstəxanada olarkən ona məlum olmuşdur ki, Əlizadə onu öldürmək məqsədilə bıçaqla ona zərbələr vurarkən anası Əlizadəyə mane olduğu üçün anası Xalidəyə də Əlizadə bir neçə dəfə bıçaqla xəsarətlər yetirmişdir. Əlizadə ona bıçaqla zərbələr vurduqdan sonra o, evdən çıxaraq küçəyə qaçmışdır, həmin vaxt Əlizadənin məqsədi onu öldürmək olmuşdur. Həmçinin o, hadisə vaxtı evin dəhlizdə uzanıb Əlizadə ilə söhbət etməmiş, hadisədən bir gün əvvəl onun ünvanına hər hansı nalayiq ifadə işlətməmiş, ümumiyyətlə 14 noyabr 2023-cü il tarixdə Əlizadə ilə telefonla danışmamış, eləcə də 13 noyabr 2023-cü il tarixdə Əlazadənin onun razılığı ilə evinə gəlib onunla cinsi əlaqədə olması barədə Əlizadənin dedikləri tamamilə yalandır. O, aldığı xəsarətlərlə bağlı uzun müddət müalicə olunmuş, hazırki vaxtadək tam sağalmamışdır. Baş vermiş hadisə ilə bağlı o, Əlizadə ilə barışmamış, ondan şikayətçi olmaqla qanunla müəyyən edilmiş qaydada ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 qızıdır. Qızı Yeganə əvvəllər İlham adlı şəxslə evin olmuş, sonradan onlar boşanmışlar. 2019-cu ilə qədər Yeganə azyaşlı uşaqları ilə birlikdə Füzuli rayonun Zobucuq-5 qəsəbəsində onun evində yaşamış, sonra Zobucuq-1 qəsəbəsində qızına ev verilmiş və Yeganə Zobucuq-1 ev 41-də yaşamağa başlamışdır. Qızı Yeganə 2021-ci ildə Zobucuq-2 qəsəbə sakini Əlizadə adlı şəxslə tanış olub onunla bir neçə ay qeyri-rəsmi nikah münasibətlərində olmaqla onunla birlikdə öz evində yaşamışdır. Onlar bir neçə ay birlikdə yaşadıqdan sonra Əlizadə cinayət törətdiyi üçün həbs olunmuş, bundan sonra Yeganə onunla əlaqəni kəsmişdir. Aradan xeyli müddət keçəndən sonra Əlizadə həbsdən çıxıb Yeganənin yanına gəlib yenidən münasibəti davam etdirmək istəmiş, lakin Yeganə buna razı olmamışdır. Lakin Əlizadə qızından əl çəkməmiş, tez-tez evinə gəlib-getmiş, onu narahat edib dəfələrlə Yeganəni döydüyü üçün qızı onun barəsində Füzuli RPŞ-nə şikayət etmişdir. Əlizadə qızını tez-tez narahat etdiyi üçün o, 2023-cü ilin avqust ayının sonundan etibarən Yeganənin evində qalmağa başlamışdır. 13 noyabr 2023-cü il tarixdə, gecə saatlarında qızı Yeganə və onun azyaşlı uşaqları ilə birlikdə Yeganənin Zobucuq-1 qəsəbəsində olan evində olarkən Əlizadə evin giriş qapısının içəri tərəfdən bağladıqları qıfılını sındırıb evə daxil olmuş, əlində bıçaqla Yeganənin üstünə cumub Yeganədən telefonunu verməsini tələb etmiş, Əlizadənin Yeganədən telefonu tələb etməsinin səbəb Yeganənin Əlizadəyə telefonunda onu narahat etməsi ilə bağlı səs yazılarının olmasını bildirməsi olmuş, əslində isə Yeganənin telefonunda Əlizadənin hər hansı səs yazısı olmamış, sadəcə olaraq Yeganə özü bu barədə yalan demişdir ki, bəlkə Əlizadə qorxub ondan əl çəkər. Həmin vaxt Yeganə ona telefonunu vermək istəmədikdə Əlizadə Yeganəni təpiklə vurmuş, daha sonra isə Yeganəyə məxsus mobil telefonları götürmüşdür. Yeganə Əlizadənin əlindən telefonları almaq istədikdə Əlizadə əlindəki bıçaqla Yeganənin əlinə vurub barmağına xəsarət yetmrişdir. Sonra o, əvvəlcədən həyətdən götürüb evdə saxladığı taxta parçası ilə Əlizadəni vurmaq istədiyi zaman Əlizadə həmin taxtanı əlindən alıb onu və Yeganəni taxta parçası ilə bir neçə dəfə vurmuşdur. Əlizadə evdən çıxıb gedərkən onun mobil telefonu əvəzinə, səhvən öz mobil telefonunu evin giriş qapısının qarşısına atmışdır. Yeganə də həmin mobil telefonu götürüb polisin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və Füzuli RPŞ-dən gəlib araşdırma aparılmışdır. 14 noyabr 2023-cü il tarixdə, axşam saatlarında Əlizadə yenidən evə gəlib Yeganənin və onun mobil telefonlarını pəncərəyə qoyub Yeganəyə “daha səninlə işim olmayacaq” deyib çıxıb getmişdir. Əlizadənin qayıdıb gələcəyini düşündükləri üçün həm darvazanı, həm də evin qapısını içəridən bağlamışlar. 2023-cü ilin noyabr ayının 14-dən 15-nə keçən gecə o, Yeganə və onun uşaqları evdə qonaq otağında yerə döşək salıb yatmışlar. Əlizadədən qorxduqları üçün hamısı eyni bir otaqda yatırmışlar. 15 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində qapının sındırılma səsinə hamısı yuxudan ayılmış, ayılan kimi Əlizadənin əlində bıçaqla otağa daxil olduğunu görmüşlər. Əlizadə Yeganəyə “bura gəlmişəm səninlə şərtim var, ya mənimlə gedəcəksən, ya da elə burda uşaqlarının yanında sənin başını kəsəcəm” bildirmiş, Yeganə də “mən səninlə heç yerə getməyəcəm, çıx get evimdən” demişdir. Həmin vaxt Yeganə qorxduğundan qıcolma keçirib huşunu itirib arxasıüstə yerə yıxılmış, Əlizadə isə ona yaxınlaşıb təpiklə ayağına vurub “artistlik eləmə, qalx ayağa, mənimlə gedəcəksən” demişdir. O da Əlizadəyə “əl çək, rədd ol buradan, dərman verim onu ayıldım” demiş, Əlizadə isə təpiklə onun kürəyindən vuraraq ondan kənara çəkilməsini tələb etmişdir. Bir neçə dəqiqə sonra Yeganə ayılmış və ayılan kimi Əlizadə əlindəki bıçağı yuxarı qaldırmış, həmin vaxt o, Əlizadənin Yeganəni vuracağını başa düşdüyü üçün yerdən odeyalı götürüb Yeganənin üstünə atmışdır ki, bıçaqla vursa ürəyinə dəyməsin. Əlizadə əvvəlcə əlindəki bıçaqla Yeganənin başına və bədəninə vurmuş, Yeganə ayağa qalxıb dikələn zaman əvvəlcə onun sinəsindən bıçaqla zərbə vurmuş, daha sonra Yeganəni sol tərəfiüstə yerə yıxıb boğazını kəsmək üçün iki dəfə zərbə vurmuşdur. Əlizadənin niyyəti Yeganənin başını kəsməklə öldürmək olmuşdur. Əlizadə Yeganənin başını kəsmək istəyərkən o, sağ qolunu Yeganənin boğazına dolamışdır ki, Əlizadə onun başını kəsə bilməsin. Həmin vaxt Əlizadə bıçaqla onun sağ qoluna da zərbələr vurmuşdur ki, onu özündən aralasın. Bundan X3 kürək nahiyəsinə də bir neçə dəfə zərbələr vurmuş və Yeganə qana bulaşmış ağzıüstə yerə uzanıb tərpənməz vəziyyətdə qalmışdır. Həmin vaxtı o və uşaqlar ağlayaraq Əlizadəyə yalvarmış, uşaqlar ağlayıb, yalvarıb “anamızı öldürmə” demişlər. X3 öldüyünü düşündüyü üçün evdən qaçıb getmişdir. Sonra Yeganə ayağa qalxıb yaralı vəziyyətdə darvazadan çölə çıxıb qaçmışdır ki, birdən Əlizadə geri qayıdıb onu öldürərər. Yeganə evdən çıxdıqdan sonra o da uşaqları götürüb darvazanın qarşısına çıxmış, uşaqlar qorxduqları üçün qışqıraraq uca səslə ağlamışlar. Yeganənin hara qaçdığını bilməmişdir. Sonra səs-küyə qonşu Elxan müəllim çölə çıxmış və ona hadisə barədə danışmış, o da polisin 102 xidmətinə və təcili tibbi yardıma zəng vurub məlumat vermişdir. Bundan sonra əvvəl polis əməkdaşları, sonra təcili tibbi yardım əməkdaşları ora gəlmişlər. O, polis əməkdaşlarına Yeganənin qaçıb haradasa gizləndiyini demiş, elə həmin vaxt Yeganə küçədə ağacın arxasından çıxıb onların yanına gəlmişdir. Həmin vaxt Yeganə yarı huşsuz vəziyyətdə olmuş, ayaqüstə güclə dayanmışdır. Sonra onları təcili tibbi yardım avtomobili ilə Füzuli rayon xəstəxanasına aparmışlar və orada hər ikisinə tibbi yardım göstərilmişdir. Əlizadənin baş vermiş hadisə ilə bağlı dedikləri tamamilə yalandır, Əlizadənin məqsədi Yeganəni öldürmək olmuşdur. Əlizadə Yeganəyə bıçaqla zərbələr vurduqdan sonra Yeganə evdən çıxıb küçəyə qaçmış, dəhlizdə uzanmamış və həmin vaxt Əlizadə ilə hər hansı söhbət etməmişdir. Əlizadə Yeganənin çoxlu qan itirərək huşsuz vəziyyətdə uzandığını, onun və nəvələrinin ağlayaraq səs-küy salmalarını gördükdən sonra qonşuların gələcəyindən qorxduğu üçün qaçıb oradan getmişdir. Elə buna görə də o, Yeganəni öldürə bilməmişdir. Hazırda o, Əlizadə ilə barışmamış, ona və qızına qarşı törətdiyi cinayətə görə Əlizadəyə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Füzuli rayonun Zobucuq-1 qəsəbəsində, anası Yeganəyə məxsus evdə onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır, əvvələr anası ilə münasibəti yaxşı olduğundan Əlizadə evlərinə gəlib-getmişdir. Sonradan Əlizadənin anası ilə münasibətləri pozulmuş və Əlizadənin onların evinə gəlməsinə anası icazə verməmişdir. Son vaxtlar nənəsi Xalidə də onların yanına gəlib onlarla birlikdə qalmışdır. 15 noyabr 2023-cü il tarixdə anası Yeganə, balaca bacısı, qardaşı və nənəsi Xalidə hamısı birlikdə bir otaqda yatmışlar. Yatdığı vaxt gecə saatlarında otağın qapısının sındırılması səsinə yuxudan oyanmış, səs-küyə anası, bacısı, qardaşı və nənəsi də oyanmışlar. Həmin vaxt Əlizadə əlində bıçaqla otağa daxil olub anasına “ya mənimlə gedəcəksən, ya da sənin başını kəsəcəm” demiş, anası da “mən səninlə heç yerə getməyəcəm, evimizdən çıx get” demişdir. Əlizadə isə anasının üstünə qışqıraraq onunla getməsini tələb etmiş, anası isə qardaşı Vüsalı qucaqlayaraq ağlayaağlaya “bu uşağın xətrinə buradan çıx get” demiş, sonra Əlizadə anasına nalayiq sözlər demiş, bundan sonra anası huşunu itirib yatdığı döşəyin üstünə yıxılmış, Əlizadə isə anasının ayaqlarına təpiklə vurub “yalandan belə edir” demişdir. O, bacısı və nənəsi ağlayaraq Əlizadəyə yalvarıb anasına heç nə etməməsini xahiş etmiş, Əlizadə isə onların üstünə qışqırıb “səsinizi kəsin, səs salmayın” demiş, onlar da qorxularından nə edəcəklərini bilməmişlər. Anası ayıldıqdan sonra bir neçə dəfə qışqıraraq Əlizadənin evlərindən çıxıb getməsini demiş, Əlizadə isə əlindəki bıçaqla anasını bədəninə bir neçə dəfə vurmuşdur. Anasını bıçaqla vurduqca qışqırdığı üçün o, qorxmuş və bir anlıq düşünmüşdür ki, o, anasını öldürəcəkdir. Həmin vaxt nənəsi Xalidə də anasını öldürəcəyindən qorxub Əlizadəyə mane olmağa çalışarkən Əlizadə bıçaqla nənəsini də vurmuşdur. Həm anasından, həm də nənəsindən çoxlu qan gəlmişdir. Sonra Əlizadə evdən çölə çıxıb qaçıb getmişdir. Bundan sonra anası da evdən çölə çıxıb küçəyə qaçıb haradasa gizlənmişdir. Sonra nənəsi də çölə çıxıb darvazanın qarşısında oturmuşdur. Bir az sonra Əlizadə çöl tərəfdən otağın pəncərəsini daşla sındırıb “ananız əgər ölməyibsə gəlim öldürüm” demiş, sonra çıxıb getmişdir. Həmin vaxt o, bacısı Zeynəblə həmin otaqda olmuşlar, qardaşı Vüsal isə nənəsinin yanında olmuşdur. Sonra onlar darvazanın qarşısına çıxıb nənəsi Xalidənin yanına getmişlər. Sonra səs-küyə qonşuları ora gəlmiş, məlumat verildikdən sonra əvvəl polis, sonra təcili tibbi yardım əməkdaşları ora gəlmişlər. Hadisə onun gözü qarşısında baş vermiş, həmin vaxt onların, yəni nənəsinin, onun, bacısının və qardaşının gözü qarşısında Əlizadə anasını bıçaqlayaraq öldürmək istəmiş, nənəsi ona mane olmağa çalışdığı üçün Əlizadə nənəsini də bıçaqla vurmuşdur. Bu hadisə ona oldquca pis təsir etmişdir. Həmin hadisədən sonra qorxularından onlar həmin evdə qala bilməyib nənəsinin evində qalmış və axşamlar yatanda da bu hadisə yadlarına düşüb narahat olmuşlar. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Füzuli RPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidməti işi ilə bağlı tanımışdır. Əvvəllər Əlizadə ilə Yeganənin arasında qeyri-rəsmi ailə münasibətləri olmuş, sonradan Yeganə dəfələrlə Əlizadənin barəsində Füzuli RPŞ-nə və DİN-nin 102 xidmətinə zənglər və şikayətlər etdiyi üçün rayon polis şöbəsinin rəhbərliyi tərəfindən verilmiş tapşırığa əsasən xidmətdə olduqları zaman Zərərçəkmiş şəxs1 yaşadığı evin ətrafına gəlib nəzarət etmişlər. 14 noyabr 2023-cü il tarixdə, saat 20:00-dan 15 noyabr 2023-cü il, saat 08:00-dək Post Patrul Xidməti bölüyünün polis nəfər Şahid4lə birlikdə xidməti avtomobillə Füzuli rayonun Zobucuq-1-5 qəsəbələri ərazisində xidmətdə olmuşlar. 15 noyabr 2023-cü il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı evin məhləsinə gəlmişlər və həmin vaxt ərazidə hər hansı səs-küy, münaqişə müşahidə etməmişlər, sonra xidməti digər qəsəbələrdə davam etdirmək üçün Zobucuq-5 qəsəbəsi istiqamətində hərəkət etmişlər. Təxminən bir saatdan sonra şöbənin növbətçi hissəsindən məlumat verilmişdir ki, qonşularının verdiyi məlumata əsasən Yeganə Quliyeva və anası Zərərçəkmiş şəxs2 yaşadıqları evdə bıçaqlanaraq xəsarət almışlar. Onlar məlumat əsasında dərhal həmin əraziyə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 evinin üzbəüz qonşluğunda yaşayan Elxan adlı şəxs hadisə barədə 102 xidmətinə də məlumat verdiyini bildirmişdir. Orada olan şəxsləri n danışından belə məlum olmuşdur ki, bir az əvvəl Əlizadə adlı şəxs Yeganənin evinə qapını sındırıb daxil olmuş və əvvəl Yeganəni, sonra da ona mane olmağa calışan anası Xalidəni bıçaqlamışdır. Bir az sonra təcili tibbi yardım avtomobili əraziyə gəlib Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Yeganənin azyaşlı uşaqlarını isə Yeganənin qardaşı Ceyhun adlı şəxs aparmışdır. Daha sonra hadisə yerinə gəlmiş polis və prokurorluğun əməkdaşları tərəfindən araşdırma aparmağa başlanmışdır. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Füzuli rayon prokurorluğuna ünvanlanmış 15 noyabr 2023-cü il tarixli ərizə ilə müəyyən edilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə ərizə ilə müraciət edərək bildirmişlr ki, 15 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində Təqsirləndirilən şəxs yaşadıqları ünvan 2 ünvanında olan evin qapısını sındırmaqla daxil olub evdə olan azyaşlı uşaqların yanında bıçaqla onlara (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2) xəsarətlər yetirmişdir. Baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər. İşdə olan, “Hadisə yerinin baxışının aparlması haqqında” 15 noyabr 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, hadisə yeri Füzuli rayonun Zobucuq-1 qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 41 nömrəli evin həyəti və evin içərisi olmaqla böyük otağıdır. Baxış iştirakçısı Ceyhun Məmmədov evin sahibi Zərərçəkmiş şəxs1 onun bacısı olduğunu və bacısı Yeganənin azyaşlı övladları ilə birlikdə həmin evdə yaşadıqlarını bildirmişdir. Həmçinin anası Zərərçəkmiş şəxs2 da bir müddət, yəni hadisə olan vaxtadək həmin evdə qalmışdır. Anasının deməsinə görə 15 noyabr 2023-cü il tarixdə, saat 05 radələrində Əlizadə adlı şəxs (Təqsirləndirilən şəxs) həmin evin qapısını sındıraraq evə qanunsuz daxil olmuş, əvvəlcə bacısı Yeganəyə və bunun qarşısını almağa çalışan anası Xalidəyə bıçaqla zərbələr vuraraq onlara xəsarətlər yetirmiş, daha sonra qaçıb getmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 məxsus evin həyətində giriş hissədə yaşıl rəngli dəmir materialdan darvazanın olması və darvazadan küçəyə doğru 1,83 metr məsafədə yerdə qanabənzər ləkələr, darvazanın evin həyəti tərəfdən aşağı hissəsinə bərkidilmiş daşın üzərində qanabənzər ləkələr müşahidə olunur. Evin giriş qapısından içəri daxil olduqda dəhliz, dəhlizin sol küncündə üç ədəd stul, bir ədəd şkaf və məişət əşyaları vardır. Giriş qapısından dəhlizə doğru 50 sm məsafədə döşəmənin üzərində, giriş qapısından 1,87 m məsafədə pilləkənin üzərində qanabənzər ləkələr müşahidə olunur. Giriş qapısından 1,60 m məsafədə üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli dəsmal vardır. Dəhlizdə olan pilləkənlərlə yuxarı qalxdıqda evin otaqlarına daxil olmaq üçün taxta materialdan olan qəhvəyi rəngli qapı vardır. Qapının hündürlüyü 2,30 metr, eni isə 80 sm-dir. Həmin qapıdan evin giriş hissəsinə qədər olan məsafə 2,75 m təşkil edir. Həmin qapının sağ künc hissəsi sınaraq aşağıya doğru əyilmiş vəziyyətdədir və döşəmənin üzərində qapının sınmış hissəsinin 1 ədəd parçası vardır. Qapının sınmış hissəsindəki kilid yerində açıq vəziyyətdə olan kiçik qıfıl vardır. Qapının aşağı hissəsindən döşəmənin üzərindəki xalçaya qədər olan hissədə qanabənzər ləkələr müşahidə olunur. Qapıdan 1 metr məsafədə döşəmənin üzərində uzunluğu 20 sm, eni 9 sm olan bir ədəd daş vardır. Hadisənin baş verdiyi qonaq otağının qəhvəyi rəngli taxta materialdan olan giriş qapısı vardır və qapının hündürlüyü 1,90 m, eni isə 82 sm təşkil edir. Qonaq otağının uzunluğu 6,30 m, eni 3 m, hündürlüyü isə 2,60 m təşkil edir. Qapıdan içəri daxil olduqda giriş qapısından sol tərəfdə 75 sm məsafədə döşəmənin üzərində qanabənzər ləkələr müşahidə olunur. Qonaq otağındakı döşəmədə 2 ədəd üzərində müxtəlif naxışlar olan xalçalar vardır. Otağın sağ tərəfindəki xalçanın üzərində 4 ədəd döşək, 5 ədəd yastıq və 4 ədəd odeyal vardır. Giriş qapısından 2,40 m məsafədə ağ rəngli döşək, 3,24 m məsafədə bənövşəyi rəngli yastıq və 2,20 m məsafədə narıncı rəngli odeyalın üzərində qanabənzər ləkələr müşahidə olunur. Otağın giriş qapısından 3,20 m məsafədə döşəmənin üzərində, stolun aşağı hissəsindən 72 sm məsafədə bir ədəd daş vardır. Baxış iştirakçısı Ceyhun Məmmədov bildirdi ki, anası Zərərçəkmiş şəxs2 deməsinə görə Təqsirləndirilən şəxs evin həyətindən həmin daş parçası ilə evin pəncərəsinin şüşəsini vurub sındırmışdır. Həmin otaqda sağ divara bitişmiş bir ədəd stol vardır. Stolun üzərində, otağın sol tərəfdən divarından 20 sm, üzbəüz divardan 52 sm, pəncərədən isə 46 sm məsafədə yerləşən tiyəsi əyilmiş, sapı qırmızı, ağ və göy rənglərdə olan, üzərində qanabənzər ləkələr müşahidə olunan bir ədəd bıçaq vardır. Həmin otağın sol tərəfində plastik materialdan olan pəncərə vardır. Pəncərə bağlı, içərisində düzəldilmiş tor cırılmış, içəriyə doğru açılan hissəsi üzərində olan bir qat şüşə isə qırılaraq otağın içərisinə səpələnmiş vəziyyətdədir. Hadisənin baş verdiyi qonaq otağının pəncərəsinə evin həyətindən baxış keçirildikdə müəyyən olundu ki, həmin pəncərə evin arxa tərəfində yerləşir və pəncərənin aşağı hissəsindən yerə qədər məsafə 1,40 m təşkil edir. Pəncərənin aşağı hissəsində yerdə çoxlu sayda kiçik ölçülü daşlar vardır. Baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün dəhlizdə üzərində qanabənzər ləkələr olan 1 ədəd ağ rəngli dəsmal, dəhlizin qapısının 2 ədəd sınmış parçaları, dəhlizdən irəlidəki otağın döşəməsində olan 1 ədəd daş, 1 ədəd üzərində qanabənzər ləkələr olan odeyal, 1 ədəd üzərində qanabənzər ləkələr olan yastıq, qonaq otağında döşəmənin üzərində olan 1 ədəd daş, 1 ədəd üzərində qanabənzər ləkələr olan mətbəx bıçağı, pəncərənin sınmış şüşəsinin 2 ədəd qırıntısı, evin giriş darvazasının qarşısında yerdə olan qanabənzər ləkələr, darvazanın içəri tərəfdən aşağı hissəsində olan daşın üzərindəki qanabənzər ləkələr, evin giriş qapısından içəridə döşəmənin üzərindəki qanabənzər ləkələr, dəhlizdəki pilləkənin üzərində olan qanabənzər ləkələr, dəhlizdən otağa açılan qapının aşağı hissəsində, döşəmənin üzərində olan qanabənzər ləkələr və qonaq otağında qapıdan sol tərəfdə döşəmənin üzərində olan qanabənzər ləkələr pambıq tamponlara (cəmi 6 ədəd) hopdurulmaqla müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı çəkilmiş fotoşəkillər çap edilərək və videogörüntülər bir ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. İşdə olan, “Götürmə və baxış aparılması haqqında” 15 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsindən təqdim edilmiş əşyalar-paltarlar, yəni Zərərçəkmiş şəxs1 məxsushadisə baş verən zamanı əynində olmuş bir ədəd qara rəngli köynək, bir ədəd qəhvəyi rəngli şalvar və bir ədəd qara rəngli büstqalter, həmçinin Zərərçəkmiş şəxs2 məxsushadisə baş verən zamanı əynində olmuş bir ədəd ağ rəngli gecə köynəyi və bir ədəd göy rəngli don müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Təqdim olunmuş paltarların çəkilmiş fotoşəkilləri çap edilərək və videogörüntülər bir ədəd diskə köçürülərək protokola əlavə olunmuşdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2023-cü il tarixli və əlavə 02 fevral 2024-cü il tarixli rəyləri ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ikibaşlı bazu əzələsinin zədələnməsi ilə müşayiət olunan sağ bazu nahiyəsində bir ədəd, alın nahiyəsində bir ədəd, boyun nahiyəsində iki ədəd, kürək nahiyəsində isə dörd ədəd kəsilmiş-deşilmiş yaralardan savayı, sağ gözaltı nahiyəsində bir ədəd, döş qəfəsinin sağ yuxarı tış şöbəsində də bir ədəd (ümumilikdə on ədəd) kəsilmiş-deşilmiş yaralar olmuşdur. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 15 noyabr 2023-cü il tarixdə maddi sübut kimi ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqlarla yetirilə bilərdi və sağ bazu nahiyəsində olan yara ətrafın hərəkətində iştirak edən əzələnin zədələnməsi ilə müşayiət olunduğu üçün dərəcəsinə görə sağlamlığın uzun müddətə-pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, digər xəsarətlər istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 sağ bazu nahiyəsində iki ədəd, sağ said nahiyəsində iki ədəd, sağ əl nahiyəsində isə bir ədəd kəsilmiş-deşilmiş yaralar olmuşdur. Qeyd olunan xəsarətlər kəsici-deşici əşyanın (alətin) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni 15 noyabr 2023-cü il tarixdə maddi sübut kimi ekspertizaya təqdim edilmiş bıçaqla və ya ona oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqlarla yetirilə bilərdi və dərəcəsinə görə, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan, “Qan nümunələrin götürülməsi haqqında” 16 noyabr 2023-cü il tarixli protokolla müəyyən edilir ki, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qan nümunələri müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu-Abeta(H)/İİ/, Zərərçəkmiş şəxs2 ABO sistemti üzrə qan qrupu-AB(H)/İV/ dür. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 06 ədəd pambıq tampon, 01 ədəd yastıq, hamam dəsmalı, odeyal, Zərərçəkmiş şəxs1 məxsus büstqalter, kofta, şalvar, Zərərçəkmiş şəxs2 məxsus gecə köynəyi və don üzərində insan qan ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda Zərərçəkmiş şəxs1 məxsus büstqalter, kofta, şalvar, 1,3,5,7 va 13 saylı pambıq tamponlar üzərindəki ləkələrdə «A» və «H» antigenləri, büstqalter və kofta üzərindəki ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta(H) /İİ/ gruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus ola bilər. 01 ədəd bıçaq, 02 saylı pambıq tampon, 01 ədəd yastıq, hamam dasmalı, odeval, Zərərçəkmiş şəxs2 məxsus gecə köynəyi va don üzərindəki ləkələrdə A, B va H antigenləri alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa, AB(H)/Vİ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Qanın qarışıq olduğu halda isə ləkələrdə Abeta(H)/İİ/ qruplu Zərərçəkmiş şəxs1 qarışmış qanının olması inkar edilmir. İşdə olan, məhkəmə-tibbi kriminalistik ekspertizasının 27 dekabr 2023-cü il tarixli rəyi lə müəyyən olunur ki, təhqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus qısaqol koftanın arxa səthində va ön səthinin sağ yarısının yuxarı hissəsində çoxlu sayda, büstqalterin ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü va küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər. Təqdim edilmiş bıçağın tiyəsi kəskin deformasiya olunmuş (əyilmiş) vəziyyətdə olduğundan, Zərərçəkmiş şəxs1 məxsus paltarlar üzərində olan deşilmişkəsilmiş zədələrin bu bıçağın tiyəsinin təsirindən törənib törənməməsinin müəyyən edilməsi üçün eksperimental zədələrin yetirilməsi mümkün olmadı. Bununla belə, paltarlar üzərində olan zədələrin morfoloji əlamətlarini, iz törədən alətin (alətlərin) konstruktiv xüsusiyyətlərini və təqdim olunmuş bıçağın konstruktiv xüsusiyyətləri ilə eyni qrup daxilində olmasını nəzərə alaraq, Zərərçəkmiş şəxs1 məxsus paltarların üzərində olan deşilmiş - kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs1 məxsus şalvarın üzərində zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs2 məxsus gecə köynəyinin və donun üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır va soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə va dəyişiklik edilməmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu askar olunur. Bunu anamnestik məlumatlar va hazırkı psixiatrik müayinənin nəticələri-xasiyyətcə əsəbi, qıcıqlara qarşı həssas, affektiv reaksiyalara meyilli olması, əsəbi gərginlik zamanı özünə dəfələrlə yüngül xəsarətlər yetirməsi, hərbi xidmətdə olarkən MN Baş Hərbi Hospitalında müayinə olunduqdan sonra hərbi xidmətə yararsız hesab edilməsi, əvvəllər keçirilmiş məhkəmə psixiatrik ekspertizasında "emosional davamsız şəxsiyyət pozuntusu" diaqnozunun təsdiq olunması, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyyəsinin dəyişkənliyi, emosional dayanıqsızlığı və s. təsdiq edir. Bununla yanaşı Əlizadə Qulivevdə aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək va onları idarə etmək iqtidarından məhrum etməmişdir. Əlizadə Qulivev ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək ve onları idarə etmək iqtidarında olmuşdur. Əlizadə Qulivevin intellektual imkanları ümumilikdə normaya uyğundur. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik, tez özündən çıxmaq, emosional dayanıqsızlıq, hövsələsizlik aşkar olunur. Əlizadə Qulivevdə "emosional davamsız şəxsiyyət pozuntusu" qeyd olunmuşdur. Əlizadə Qulivevdə qeyd edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək va onları idarə etmək iqtidarından məhrum etmədiyindən o, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Əlizadə Qulivev törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Əlizadə Qulivevin əməli Azərbaycan Respublikası CM-nin 21.1, 21.3 ve 22-ci maddələrinin təsiri altına düsmür. Əlizadə Qulivevdə hal-hazırda emosional davamsız səxsiyyət pozuntusu aşkar olunur. Əlizadə Qulivevdə aşkar edilən emosional davamsız səxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək va onları idarə etmək iqtidarından məhrum etmir. Əlizadə Qulivev hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini ve ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Əlizadə Qulivevin hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Əlizadə Qulivevin hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq va vəzifələrini icra etməsinə imkan verir. Əlizadə Qulivevin idrak proseslərinin (yaddaş, diqqət, təfəkkür, qavrama, xarakter və s.) normaya uyğun olduğu müəyyən edilir. Kobudluq, qıcığa qarşı həssaslıq, eqosentrizm, impulsivlik, emosional dayanıqsızlıq, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Əlizadə Qulivev fərdi-psixi xüsusiyyətləri fonunda, qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs1 ona qarşı söyüşlü ifadələr işlətməsi səbəbindan cəzalandırmaq niyyəti ilə qərarın təsviri hissəsində qeyd olunan cinayət əməlini törətməsini əvvəlcədən planlamış, hadisə vaxtı onun emosional vəziyyətində emosional reaksiyalara meyillilik əmələ gəlmişdir. Törətdiyi əməl zamanı Əlizadə Qulivev fizioloji və ya kumulyativ affekt, psixi-emosional gərginlik, stress, frustrasiya və s. kimi hallar keçirməmişdir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd bıçaq, qanabənzər ləkələri hopdurulmuş altı ədəd pambıq tamponla, bir ədəd dəsmal, iki ədəd taxta parçası, iki ədəd daş parçası, bir ədəd odeyal, bir ədəd yastıq, iki ədəd şüşə qırıntısı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd büstqalter, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd gecə köynəyi və bir ədəd don, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd “F+” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Füzuli rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı onu öldürmək niyyəti ilə deyil, sadəcə qorxutmaq məqsədilə ona bıçaqla xəsarətlər yetirməsi, həmçinin Zərərçəkmiş şəxs2 bilərəkdən xəsarətlər yetirməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı onu öldürmək niyyəti ilə deyil, sadəcə qorxutmaq məqsədilə ona bıçaqla xəsarətlər yetirməsi, həmçinin Zərərçəkmiş şəxs2 bilərəkdən xəsarətlər yetirməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd etməsi əməlinin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Habelə həmin Qərarın 8-ci bəndində izah edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu, sonradan isə onunla bu münasibətləri davam etdirməkdən imtina edən Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış münaqişə ilə bağlı şəxsi münasibətlər zəmində qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gələrək 15 noyabr 2023-cü il tarixdə, gecə saat 05 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd prosesində müstəsna qəddarlıq və rəhimsizlik nümayiş etdirərək, zərərçəkmiş şəxsin anası Zərərçəkmiş şəxs2, eləcə də azyaşlı uşaqlarının gözləri qarşısında onlara, xüsusən də anası Zərərçəkmiş şəxs2 hadisənin qarşısını almağa çalışmasına, azyaşlı uşaqların qışqıraraq ağlamalarına və yalvarmalarına baxmayaraq onlara xüsusi əzab verdiyini dərk edib zərərçəkmiş Zərərçəkmiş şəxs1 bıçaqla çoxsaylı (on ədəd) xəsarətlər yetirməsi, zərərçəkmişin aktiv müqavimət göstərib yalvarışlarına məhəl qoymayıb bıçaq zərbəri vurmaqda davam etməsi və sonuncu zərbədən sonra bıçağın əyilməsi, zərərçəkmişin müqavimət göstərməsi, daha sonra zərərçəkmişin xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatının xilas edilməsi nəticəsində təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi cinayəti törətməsi kimi qiymətləndirilir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Füzuli Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmlərinin və qərarının surətləri, habelə icra qrumunun arayışı ilə müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin 08 fevral 2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 149.2.3, 149.2.5, 150.2.3, 150.2.5 və 221.3cü maddələri ilə təqsirli bilinib cinayətlərin məcmusu üzəri qəti olaraq 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 yanvar 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinib 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2012-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 06 il 05 ay 08 gün hissəsi ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 06 il 10 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və 07 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Füzuli Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 09 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və 25 iyul 2023-cü il tarixdə cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il və ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilirlər) məhkəmə hesab edir ki, 25 iyun 2012-ci il (07 yanvar 2015-ci il) və 25 yanvar 2022-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunub məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən onun bu əməlində cinayətlərin xüsusilə təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən onun bu əməli cinayətin xüsusilə təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Füzuli rayonun Yağlıvənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Füzuli rayonun Yuxarı Yağlıvənd kəndində qeydiyyatda olmaqla, Füzuli rayonun Zobucuq-2 qəsəbəsi, ev 281-də yaşamış və yaşayış yeri üzrə mənfi (icra nümayəndəliyin işçilərinin məsləhətlərə qulaq asmamış, şikayətlər olmuş və nizamintizama riayət etməmişdir) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan, Füzuli rayonun Birinci Zobucuq qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məcburi köçkün kimi üç azyaşlı uşaqları ilə birlikdə ünvan 2-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Habelə işdə olan, Füzuli rayonun Birinci Zobucuq qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 məcburi köçkün kimi Füzuli rayonun Zobucuq-5 qəsəbəsi, ev 344-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 29,120.2.4, 128 və 157.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və CM-nin 63.3-cü maddənin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) CM-nin 29,120.2.4-cü maddəsinə münasibətdə nəzərə alınmaqla onun CM-nin 29,120.2.4, 128 və 157.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 63.3-cü maddənin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs CMnin 29,120.2.4-cü maddəsi ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən (15 ildən) çox olmamalı, habelə ona CM-nin 65.2-ci maddəsinə əsasən xüsusilə təhlükəli residivə görə cəza təyin edilməli, yəni təyin olunacaq cəza ittiham olunduğu CM-nin maddələrini üzrə müəyyən edilmiş daha ciddi cəzanın son həddinin dörddə üçündən az olmamalı, eləcə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin xüsusilə təhlükəli residivi zamanı) xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Füzuli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, qanabənzər ləkələri hopdurulmuş altı ədəd pambıq tamponlar, bir ədəd dəsmal, iki ədəd taxta parçası, iki ədəd daş parçası, bir ədəd odeyal, bir ədəd yastıq, iki ədəd şüşə qırıntısı, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd büstqalter, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd gecə köynəyi və bir ədəd don hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd “F+” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün cəzaçəkdiyi yer üzrə göndərilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 128 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla 10 (on) ay müddətə islah işləri cəzası 2 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Füzuli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, qanabənzər ləkələri hopdurulmuş 6 (altı) ədəd pambıq tampon, 1 (bir) dəsmal, 2 (iki) ədəd taxta parçası, 2 (iki) ədəd daş parçası, 1 (bir) ədəd odeyal, 1 (bir) ədəd yastıq, 2 (iki) ədəd şüşə qırıntısı, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd şalvar, 1 (bir) ədəd büstqalter, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd gecə köynəyi və 1 (bir) ədəd don hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə iş üzrə maddi sübut olan və Füzuli rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “F+” markalı mobil telefon aparatı şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün cəzaçəkdiyi yer üzrə göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-415/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-415/2024
29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver