Məhkəmə qərarları › İş №1(099)-415/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-415/2025

23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-415/2025 23.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu, Zərərçəkmiş şəxs oğlu, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2004-cü ildə Masallı rayonu, Abasbəyli kəndində anadan olan Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonu Abasbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 152.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmış şəxs olduğu halda, sevgili münasibətində olduğu xx.xx.2011-ci il təvəllüdlü, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cəmi iki dəfə, yəni 2024-cü ilin iyul və avqust ayının dəqiq məlum olmayan günündə Masallı şəhəri Dadva küçəsində yerləşən meşə zolağında onun üçün aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi halda Zərərçəkmiş şəxs razılığı əsasında sonuncunun dodağından öpərək və digər seksual xarakterli hərəkətlər etməklə öz kişi cinsiyyət orqanını Zərərçəkmiş şəxs qadın cinsiyyət orqanına yerləşdirməklə Zərərçəkmiş şəxs ilə təbii yolla təkrarən cinsi əlaqədə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən yəni CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Masallı rayonunda parkda tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. 2024-cü ilin avqust ayında Masallı rayonunda Asan Xidmətin yanında meşədə Fatimə ilə 1 dəfə cinsi əlaqədə olmuşdur. Başqa vaxt Fatimə ilə cinsi əlaqədə olmamışdır. Fatimənin azyaşlı olmasını bilmişdir. Fatimə ilə cinsi əlaqə nəticəsində Ümüd adında övladı olmuşdur. Hazırda Fatimə ilə bir yerdə yaşamasalar da hər gün uşağına baş çəkmək üçün gedir, işləyib qazancından ona lazımı şeyləri alır, uşaq faktiki olaraq onun himayəsindədir. Tutduğu əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs uşağın ona məxsus olduğunu, bunu genetik ekspertizanın nəticəsi də göstərməsini, Fatimə ilə cəmi bir dəfə cinsi əlaqədə olduğunu, hərbi xidmət keçən zaman 2023-cü ilin sentyabr ayında Qarabağda antiterror əməliyatlarında iştirak etdiyini, istintaq zamanı ifadə verərkən müstəntiqə Fatimə ilə avqust ayında 1 dəfə cinsi əlaqədə olmasını bildirmişdir, lakin müstəntiqin niyə onun Fatimə ilə 2 dəfə cinsi əlaqədə olmasını yazdığını bilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Fatimə ilə ilk dəfə 2024-cü ilin iyul ayının əvvələrində, ikinci dəfə isə 2024-cü ilin avqust ayında cinsi əlaqədə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrini müqayisəli tədqiq edərək hesab edir ki, «Fatimə ilə bir dəfə cinsi əlaqədə olması» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qəbul edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2024-cü ilin yay aylarında Daşqınla tanış olmuş və aralarında sevgi münasibətləri yaranmışdır. Daşqınla 2024-cü ilin avqust ayında “Asan xidmət” mərkəzinin yaxınlığında meşədə bir dəfə cinsi əlaqədə olmuşdur. Daşqınla cinsi əlaqədə olandan sonra hamilə qalmış və 2025-ci ilin may ayının 18-də oğlan uşağı dünyaya gəlmiş, uşağın adını Ümüd qoymuşlar. Hazırda Daşqından ayrı yaşayırlar, lakin Daşqın hər gün gələrək uşağa baş çəkir, maddi ehtiyacları ödəyir, uşağı saxlanılmasını təmin edir. Daşqından heç bir şikayət və tələbi yoxdur, onunla barışmış, onu bağışlayır, onun tutulmasını istəmir. Yaşına görə özü heç bir yerdə işləmir, Daşqın tutularsa uşağın saxlanılması maddi imkan xaricində olacaqdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə 1 dəfə cinsi əlaqədə olduğunu, istintaq zamanı səhvən müstəntiqə 2 dəfə cinsi əlaqədə olmasını dediyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Fatimənin hamilə olmasını onun 6 aylıqda olduğu vaxtı bilmişdir, ondan qabaq bu barədə məlumatı olmamışdır. O çox vaxtı işdə olmuşdur, yalnız axşamlar işdən sonra evdə olmuşdur. Qızında dəyişiklik hiss etsə də onun hamilə olmasını düşünməmişdir. Həkimə gedib qızının hamilə olmasını dəqiqləşdirdikdən sonra özü polisə şikayət etmişdir. 18 may 2025-ci il tarixdə Fatimənin oğlan uşağı dünyaya gəlmişdir. Uşaq doğulandan sonra Daşqın hər gün uşağa baş çəkərək onun maddi ehtiyaclarını ödəyir. Hazırda Daşqınla barışmışlar, ondan şikayət və tələbləri yoxdur. Uşağı saxlamağa maddi imkanları yoxdur, uşaq konkret Daşqın tərəfindən saxlanılır. Daşqın azadlıqdan məhrum edilərsə uşağın saxlanılması mümkün olmayacaq. Daşqının azadlıqdan məhrum edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cimayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 127 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı çoxdan pozulmuşdur, daha doğrusu pozulma müddəti 2-3 həftədən artıqdır. Zərərçəkmiş şəxs hal-hazırda 26-27 həftəlik hamilədir. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması və s. bunu sübut edir) vardır. Düz bağırsaq nahiyyəsində hər hansı bir xəsarət olmadığından qeyri təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqənin müddətini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 131 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə ola bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 25 aprel 2025-ci il tarixli 11/192 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatamayan Zərərçəkmiş şəxs hadisə zamanı emosional halında iş üçün əhəmiyyətli dəyişikliklər baş verməmiş, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündə uydurmağa meyillilik əlamətləri müəyyən olunmamış, Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin xarakterini və mənasını dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. İş materiallarında olan məhkəmə-genetik ekspertizasının 17 iyun 2025-ci il tarixli 25/991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 99,99% ehtimalla Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə dünyaya gətirdiyi kişi cinsindən olan övladının bioloji atasıdır. İş materiallarında olan 22 fevral 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olması Masallı şəhəri Dadva küçəsində yerləşən meşə zolağındaki torpaq səthi üzərində baş vermiş, hadisə yeri Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmişdir. İş materiallarında olan 07 mart 2025-ci il tarixli Masallı RMX-sı X6 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. İş materiallarında olan 13 mart 2025-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası X6 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan 01 iyul 2025-ci il tarixli 139556 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2025-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı rayonu, Yeyənkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Abasbəyli kəndində qeydiyatda olmaqla yaşayır, subaydır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir təqsirləndirci materiallar daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, o 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan anti-terror əməliyyatlarında iştirak etmişdir. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs uşağına baxır, onlara maddi dəstək göstərir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 152.4.1-ci maddəsində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə əməllərinə görə məsuliyyət nəzərdə tutulur. Bu cinayətin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır. Bu cinayətdən zərərçəkmiş şəxs qismində on iki yaşına çatmış, lakin on dörd yaşına çatmamış şəxslər çıxış edə bilər. Nəzərdə tutulan cinayət obyektiv cəhətdən 14 yaşına çatmamış şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmədə ifadə olunur. Bu maddə ilə məsuliyyətin yaranması üçün 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər könüllü həyata keçirilməlidir. Təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə dedikdə əvvəllər CM-nin 152-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq təqsirkarın yenidən cinsi əlaqədə olması və ya seksual xarakterli digər hərəkətlər etmə cinayətini törətməsi hallarında mövcud olur. Əməl o halda təkrar cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətləri etmə kimi tövsif edilir ki, əvvəlki cinsi əlaqədə olmaya və ya seksual xarakterli digər hərəkətləri etməsinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin və ya buna görə şəxs məhkum olunmasın. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu xx xxxxx 2004-cü il təvəllüdlü olmaqla cinayət hadisənin baş verdiyi vaxt 16 yaşı tamam olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs xx.xx.2011-ci il təvəllüdlü olmaqla sonuncu əməl törədilən vaxt 13 yaşına çatmış, lakin 14 yaşına çatmamış şəxs olmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə könüllü şəkildə 2024-cü ilin iyul və avqust ayında iki dəfə cinsi əlaqədə olmuşlar. Həmçinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hadisə zamanı emosional halında iş üçün əhəmiyyətli dəyişikliklər baş verməmiş, Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündə uydurmağa meyillilik əlamətləri müəyyən olunmamış, Zərərçəkmiş şəxs hal-hazırda əqli və psixi inkişafına, yaş və fərdipsixoloji xüsusiyyətlərinə görə ona qarşı edilmiş hərəkətlərin xarakterini və mənasını dərk etmək və həmin hərəkətlərə qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs qarşı edilmiş hərəkətlərlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-nin 152.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, CM-nin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən CM-nin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş antiterror əməliyyatlarında iştirak etməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar olmasını və cəzasını ağırlaşdıran halların olmadığını (CM-nin 61.1-ci maddəsinə əsasən) nəzərə alaraq təyin olunacaq cəzanın islah olunmasına, özünün, zərərçəkmişin eləcə də, yeni doğulmuş uşağının həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 152.4.1-ci maddəsinin sanksiyasında üç ilədək müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2023-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinə görə ona cəza təyin olunarkən məhkəmə tərəfindən nəzərə alınmalı olan əsas kriteriya şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyinin xarakteri və dərəcəsidir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd eləməyi zəruri hesab edir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında sevgi münasibətinin olması, uşaqlarının dünyaya gəlməsi onun əməlinin ictimai təhlükəliliyini aradan qaldırmasa da, əhəmiyyətli dərəcədə azaltmışdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona təqsirli bilindiyi CM-nin 152.4.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun şəxsiyyətini xarakterizə edən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, ortaq uşaqlarının olmasını, uşağın saxlanılmasının maddi tərəfini qarşılaması, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan anti-terror əməliyyatlarında iştirak etməsini, Təqsirləndirilən şəxs real olaraq azadlıqdan məhrumetmə cəzasını çəkməsinin onun gələcək həyatına, zərərçəkmiş şəxsin və yeni doğulmuş uşağının da psixoloji vəziyyətinə və gələcək həyatına mənfi təsir edəcəyini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən də onun islah olunmasını mümkün sayır. Bundan başqa müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs faktiki olaraq ayrı yaşayırlar. Uşağın maddi təminatını Təqsirləndirilən şəxs ödəyir. Göstərilən vəziyyət Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxs olmamasına və onun cəmiyyətdən təcrid olunmadan islah oluna bilməsinə, habelə onun gələcəkdə də yenidən şəxsiyyətin cinsi toxunulmazlığı əleyhinə cinayət törətməsi ehtimalının olmamasına dəlalət edir. Məhkəmənin qənaətinə əsasən, hal-hazırkı vəziyyətdə cəza təyini müzakirə olunarkən uşağın saxlanılması və mənafeyi baxımından nəzərə alınmalı olan mühüm hal, Zərərçəkmiş şəxs yaşının az olması ilə əlaqədar əmək qabiliyyətli olmaması, uşağın gündəlik gigiyenik və qidalanması ilə bağlı maddi xərclərini ödəyə bilməməsi, məhz bu yanaşmadan diqqət yetirilərsə təyin olunacaq cəzanın zərərçəkmiş şəxsin həyat şəraitinə birbaşa təsiridir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Vurğulanmalıdır ki, uşaqların hüquqlarına toxunan işlərdə uşaqların və hər bir valideynin maraqları ilə yanaşı publik maraqlar rəqabət edir. Hər bir xalqın gələcəyi yetişməkdə olan nəsillərdən asılı olduğundan, habelə fiziki və psixi cəhətdən tam formalaşmayan və bu səbəbdən hüququn ən həssas subyektlərindən olan uşağın hüquqlarının qorunması dövlətin ən vacib vəzifələrindən birini təşkil etdiyindən, o bu sahədə pozitiv öhdəliklər daşıyır. Bu pozitiv öhdəliklərin realizəsi məqsədi ilə Konstitusiyanın 17-ci maddəsinin Vİ hissəsində təsbit edilmişdir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Dövlətin belə nəzarəti hansı formada və meyarlar əsasında həyata keçirməsi sahəvi qanunvericiliklə konkretləşdirilir. Belə ki, “Uşaq hüquqları” haqqında Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi ona, zərərçəkmişə və onların ortaq uşağına mənfi təsir göstərməklə yanaşı, onları ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlikdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Masallı rayonunun inzibati ərazisini tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, zərərçəkmiş şəxslə ortaq uşağının saxlanılmasına maddi yardım göstərmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə yetkinlik yaşına çatmayanı tərbiyə etmək və nəzarəti həyata keçirmək vəzifəsi daşıyan fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 4 (dörd) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin və təyin edilmiş əlavə cəzanın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş yetkinlik yaşına çatmayanı tərbiyə etmək və nəzarəti həyata keçirmək vəzifəsi daşıyan fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Masallı rayonunun inzibati ərazisini tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, övladı Ümüd Nuriyevin saxlanılmasına maddi yardım göstərmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirmək Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Cavanşir Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar