Məhkəmə qərarları › İş №1(099)-416/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-416/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-416/2024 26.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri X9 (sədrlik edən və məruzəçi), X18 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Elbrus Əlisahib oğlu Mikayılovun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, mülki iddiaçı X15, mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - Təqsirləndirilən şəxs (xx xxx 2000-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin 1(049)-342/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 04 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində X5 mülkiyyətində olub, sonuncunun nəvəsi Şahid1 idarə etməsi üçün ona verdiyi “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-ci hissəsinin tələbinə zidd olaraq sürücülük vəsiqəsi, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə üzü köhnə Ələt-Astara yolu istiqamətində idarə edərkən, sürücü olaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu, bununla da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” və 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddələrin tələblərini pozaraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Accent” minik markalı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 90-100 km/saat sürətlə hərəkət etdirərkən qeyd olunan yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə bilməyərək, idarəetməni itirib ehtiyatsızlıqdan avtomobili yolun sol kənarına çıxararaq avtomobili orada olan qaz borusuna və daş hasara vurmuş, onun nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs olaraq yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan həmin vaxt onun idarə etdiyi avtomobilin ön sərnişin oturacağında əyləşmiş tanışı Lənkəran şəhər sakini olan 11 mart 2006-cı il təvəllüdlü X1 avtomobilin salonundakı qabarıq hissələrin təsiri nəticəsində həyat üçün təhlükəli olub, dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik döş qəfəsi və qarının qapalı küt travması, sol ağ ciyər, qaraciyər və dalağın zədələnməsi, daxili qanitirmə, sol İİİ-İV-V-Vİ və Vİİ qabırğaların yerini dəyişən sınığı, alının sıyrığı, sağ bud və sağ baldır nahiyəsinin qançırlarından ibarət xəsarətlər alıb, sol ağciyər, qara ciyər və dalağın zədələnməsindən əmələ gəlmiş kəskin daxili qanitirmədən ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş, lakin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Cinayət-Prosessual Məcəlləsinin 20-ci maddələrinə əsasən ifadə verməkdən imtina etdiyinə görə onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1-ci maddəsinə (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan edilmişdir. O, həmin ifadəsində ünvan 3-da qeydiyyatda olmaqla yaşadığını bildirmişdir. Subaydır, nənəsi Mirzəhra Feyzullayevaya məxsus mənzildə anası X2 ilə birlikdə yaşayır və daimi olaraq heç bir yerdə işləmir, avtomobili idarə etmək hüququ verən sürücülük vəsiqəsi yoxdur. İşin mahiyyəti üzrə bildirmişdir ki, 03 noyabr 2023-cü il tarixdə tanışı Şahid1 ilə telefon vasitəsilə əlaqə saxladığı zaman səhəri gün, yəni 04 noyabr 2023-cü il tarixdə, saat 10 radələrində onunla görüşmək istəmişdir. Şahid1 ona təhsil aldığı Lənkəran Dövlət Universitetində imtahanının olduğunu və həmin günü saat 11 radələrindən sonra görüşə biləcəyini demiş, o da onunla razılaşmışdır. 04 noyabr 2023-cü il tarixdə, saat 09:47 radələrində “WhatsApp” ani mesajlaşma sistemi vasitəsilə Şahid1 050 821-40-60 nömrəli mobil telefonuna mesaj yazaraq evdən çıxdığı zaman ona xəbər etməsini bildirmiş, Qurban da razılaşmışdır. 04 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən “Black Playstation” oyun yerinin qarşısında olduğu zaman Şahid1 idarə etdiyi “Hyundai Accent” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlmişdir. Bu zaman avtomobilin qabaq sərnişin hissəsində Şahid1 tanışı Ruslan adlı şəxsin olduğunu görmüşdür. Onlarla salamlaşıb avtomobilin arxa oturacağında əyləşmişdir. Şahid1 avtomobilini idarə edib Lənkəran Dövlət Universitetinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 3 saylı korpusunun qarşısına gəlmiş, orada hər üçü avtomobildən düşmüşlər. Şahid1 yaxınlaşıb, imtahana girdiyi üçün avtomobilinin açarını və siqaret qutusunu ona verib saxlamağını bildirmiş, sonra isə yağış yağdığına görə avtomobilin sükanı arxasında əyləşə biləcəyini və idarə edə biləcəyini bildirmişdir. Onların yanında olduğu zaman 050 452-51-24 nömrəli mobil telefondan ona məxsus mobil telefona zəng gəldiyini görmüş, cavab verdikdə dostu İsmail Xansuvarlının olduğunu bilmişdir. Danışıq zamanı İsmail Xansuvarlı ondan harada olduğunu soruşanda, ona Lənkəran Dövlət Universitetinin 3-cü korpusunun qarşısında olduğunu, İsmail isə Lənkəran şəhəri, T.İsmayılov küçəsində yerləşən “Black Playstation” oyun yerinin qarşısında olduğunu bildirmişdir. Sonra Şahid1 ilə Ruslan adlı şəxs universitetin inzibati binasına daxil olmuşlar, o isə “Hyundai Accent” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinə əyləşib, İsmail Xansuvarlının olduğu Lənkəran şəhəri, T.İsmayılov küçəsinə getmiş, orada yolun kənarında olan İsmail Xansuvarlı avtomobilin qabaq sərnişin hissəsində əyləşmişdir. Bu zaman o, idarə etdiyi avtomobili Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə doğru hərəkət etdirib, Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə hərəkətini davam etdirmişdir. Lənkəran şəhəri, H.Abdullayev küçəsi ilə Köhnə Ələt-Astara yolunun Lənkəran rayonunun Digah kəndi ərazisindən keçən bitişik yola doğru idarə etdiyi avtomobili saatda 90-100 km/saat sürətlə hərəkət etdirdiyi zaman yağan yağışa görə asfalt yol yaş olduğu üçün avtomobilin qabaq hissəsinin sürüşdüyünü hiss etmişdir. Bu zaman əyləcdən istifadə etsə də, avtomobilin idarə etməsini itirdiyi üçün avtomobil hərəkətdə olduğu yolun sol hissəsində yerləşən qaz turbalarına, avtomobilin qabaq və sol yan hissəsi isə həmin yerdə olan divara çırpılmışdır. Huşunu itirdiyi üçün avtomobildən İsmail Xansuvarlı ilə birlikdə necə çıxarıldığını xatırlamadığını, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman İsmailin hadisə zamanı ölməsini bildiyini göstərmişdir (iş vərəqi 102-104). Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmiş və cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hazırda heç bir yerdə işləmir, əvvəllər dayısının və dostunun avtomobilini idarə etmişdir. İmkansızlıqdan özünə sürücülük vəsiqəsi ala bilməmiş, ümumiyyətlə sürücülük vəsiqəsini əldə etmək üçün imtahan verməmişdir. Şahid1 uzun müddətdir ki, tanımışdır. 04 noyabr 2023-cü tarixdə, səhər saatlarında Qurbanın mobil telefonuna zəng edərək, onunla görüşmək istədiyini demiş, Qurban da evdən çıxıb imtahana gedəcəyi zaman ona xəbər edəcəyini bildirmişdir. Səhəri gün görüşəndə Qurban ona Lənkəran Dövlət Universitetində imtahan verəcəyini və onu universitetin yanında gözləməsini istəmişdir. Qurban özünə məxsus olan “Hyundai Accent” markalı minik avtomobilinin açarını könüllü olaraq ona vermiş, təxminən on dəqiqə ərzində imtahandan çıxacağını bildirmişdir. Qurban gedəndən sonra onun avtomobilini idarə etmişdir. Həmin vaxt hara getdiyi və kiminlə görüşəcəyi barədə Qurban bilməmişdir. Əvvəllər də Qurbanın idarə etdiyi avtomobili sürmüş, hətta avtomobili təkbaşına idarə etdiyi hallar da olmuşdur. Avtomobilin Qurbanın babasına məxsus olduğunu bilməmişdir. Qurban ona avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. İsmail Xansuvarlı ilə dost olmuşlar, onu tanıdığı dörd il olar, bir məhəllədə böyümüşlər, ailəsini uzaqdan-uzağa tanımışdır. Hadisə baş verən gün İsmaillə birlikdə “Hyundai Accent” minik markalı avtomobillə Lənkəran Dövlət Universitetinin 3 saylı korpusunun yerləşdiyi əraziyə gedərkən avtomobili idarə etdiyi müddətdə Qurban ona zəng etməmiş, o zəng etdikdə isə imtahanda olduğuna görə zənginə cavab verməmişdir. Xatırladığına görə həmin gün Qurban ona bir dəfə zəng etmişdir. 050 408-16-34 mobil telefon nömrəsi ona məxsusdur. Heç kəs onu avtomobili sürətlə idarə etməyə vadar etməmişdir. Yağışlı havada avtomobili hansı sürətlə idarə etmək lazım olduğunu bilməmiş, hadisənin qarşısını almaq istəmiş, bu məqsədlə əyləcdən istifadə etsə də, avtomobilin idarə etməsini itirdiyi üçün qəza baş vermişdir. Hadisədən sonra İsmaillə onu ayrı-ayrı avtomobillərdə xəstəxanaya aparmışlar. Ailəsi ilə birlikdə hadisədən sonra İsmailin ailəsi ilə əlaqə saxlamaq istəsələr də, qarşı tərəfdən onlara cavab verilməmiş, valideynləri əvvəlcə onunla barışmaq istəməmişlər, sonradan zərərçəkmiş şəxsin hüquqi varisi olan atası ilə barışıq əldə etmişdir. Törətdiyi əməldən peşmandır və özünü günahkar hesab edir. Mülki iddiaçı Səfərəli Babayev tərəfindən ona qarşı verilmiş mülki iddianı qəbul edir, lakin hazırda maddi durumu imkan vermədiyi üçün iddia olunan məbləği ödəmək iqtidarında deyildir. Məhkəmə cinayət prosesi tərəflərinin ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxslə hər hansı düşmənçiliyi, ədavəti və qohumluq əlaqəsi yoxdur. Masallı rayonu, Mişkənə kəndində qeydiyyatda olsa da, ünvan 2 ünvanında yaşayır. Ailə üzvləri arvadı, qızı və oğlundan ibarət olmuşdur. 2006-cı il təvəllüdlü İsmail Xansuvarlı onun sonuncu övladı olmaqla təhsil aldığı Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirmiş və hərbi xidmətə getməyə hazırlıq ərəfəsində olmuşdur. İsmail orta təhsilini başa vurandan sonra ara-sıra işləsə də, çox vaxtı işsiz olmuş, heç kimlə qərəzli münasibəti olmamış, tanışları və dostları arasında hörmət sahibi olmaqla, günün çox hissəsini onlarla keçirmişdir. Hadisə baş verən gün Lənkəran şəhərində bazar ərazisində olduğu vaxt saat 12 radələrində arvadı zəng edərək İsmailin olduğu avtomobilin yol-nəqliyyat hadisəsi törətdiyi, sonuncunun xəsarət aldığını və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyini demişdir. Bu xəbərdən həyəcanlanıb dərhal taksiyə əyləşərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə getmiş, xəstəxanadakı otaqların birində Təqsirləndirilən şəxs xəsarət aldığını və uzandığını görmüşdür. Talehdən nə baş verdiyini soruşduqda o, halsız vəziyyətdə İsmailin də xəstəxanaya gətirildiyini bildirmişdir. Sonra polis əməkdaşlarından bir nəfər ona yaxınlaşaraq səbirli olmasını, oğlu İsmailin hadisə zamanı öldüyünü və ekspertiza şöbəsində olduğunu bildirmişdir. Oraya gedərək ölən şəxsin oğlu İsmail olduğunu görmüşdür. Sonradan məlum olmuşdur ki, qəza Talehin “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nömrəli avtomobili Lənkəran şəhəri, H.Abdullayev küçəsində sürətlə sürdüyü zaman idarəetməni itirməsi nəticəsində baş vermiş, nəticədə avtomobilin ön sərnişin oturacağında əyləşmiş oğlu İsmail aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Yol-nəqliyyat hadisəsi Talehin ehtiyatsızlığı ucbatından baş vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Umud Xansuvarov cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onun mərhum oğlu İsmail Xansuvarlının dostu olduğunu bilməmişdir. İsmail dostu Talehi yaşadığı evə qonaq gətirməmişdir. İsmailin digər dostları ona dəfələrlə Talehin yaxşı uşaq olmadığını, onunla gəzməməyini bildirmişlər. İsmail məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün universitetə imtahan vermiş, lakin imtahandan kəsilmişdir. Taleh və valideynləri onlarla barışmağa cəhd göstərsələr də, barışmaqdan imtina etmişlər. Buna səbəb qohumlarının barışığa razılıq verməməsi olmuşdur. Talehin valideynləri İsmailin yas mərasimində iştirak etmişlər. Talehlə barışmışdır, ondan şikayətçi deyil və ona qarşı hər hansı bir tələbi, mülki iddiası yoxdur və məhkəmədən onun ədalətli şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmədə mülki iddiaçı qismində ifadə vermiş X17 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Ailəsi ilə birgə Lənkəran rayonunun Zövlə kəndində yaşayır. İş üzrə Şahid1 onun nəvəsidir. X24 Universitetinin tələbəsidir. Qurbanın ona məxsus olan və etibarnamə əsasında idarə etdiyi avtomobilini Talehə sürmək üçün verdiyini bilməmişdir. “Hyundai Accent” minik markalı avtomobili təxminən üç-dörd ildir ki, 16.000 (on altı min) manata almışdır. Baş vermiş hadisə nəticəsində mütəxəssisin verdiyi rəydə avtomobilinə 15.000 (on beş min) manat ziyan dəydiyi göstərilmişdir. Bundan başqa ona 2.000 (iki min) manat da mənəvi ziyan dəymiş, habelə mülki iddia verməsi ilə əlaqədar dövlət rüsumu ödəmişdir. Odur ki, hər üç məbləğin cəmini Talehdən tələb etmişdir. Mülki iddiaçı Səfərəli Babayev cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, ona məxsus “Hyundai Accent” markalı avtomobili idarə etməsi üçün etibarnamə əsasında nəvəsinə vermişdir. Qurbanın sürücülük vəsiqəsi var. Qurbana avtomobili idarə etmək üçün verməsində məqsəd onun rahat şəkildə universitetə gedib-gəlməsini təmin etmək olmuşdur. Qurbanın ona məxsus avtomobili kimlərə idarə etmək üçün verdiyini bilməmişdir. Fikrincə Qurban savadlı uşaqdır və hər adama avtomobilini idarə etmək üçün verməz. Bildiyinə görə Qurban dostu Talehə avtomobilin açarını sürmək üçün deyil, içərisində əyləşmək üçün vermişdir. Məlum hadisə baş verdikdən sonra uzun müddətdir ki, gərginlik, stress, əsəb keçirir, avtomobilsiz qaldığı üçün ailə-uşağının, özünün işlərinin arxasınca vaxtlı-vaxtında gedə bilməmişdir. Bu səbəbdən də ona 2.000 (iki min) manata qədər mənəvi ziyan dəymişdir. Məhkəmədə mülki iddiaçının nümayəndəsi qismində iştirak edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə izahatında nümayəndəsi olduğu mülki iddiaçı X5 məhkəməyə təqdim etdiyi mülki iddianı müdafiə etdiyini bildirmiş, iddia qanuni və əsaslı olduğu üçün təmin olunmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X28 X27 Xidmətinin inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 04 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Lənkəran şəhəri, H.Abdullayev küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal idarə etdiyi xidməti avtomobillə həmin ünvana getmişdir. Hadisə yerinə getdikdə qara rəngli, “Hyundai Accent” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin yolun solunda quraşdırılmış qaz borularına və daş hasara çırpılaraq qaldığını görmüşdür. Hadisə yerinə çatdıqda avtomobildə olmuş sürücü sonradan adını bildiyi Təqsirləndirilən şəxs xəsarət aldığını, avtomobilin qabaq sərnişin hissəsində əyləşmiş İsmail Xansuvarlının isə hadisə yerində ölməsini bilmişdir. Talehin idarə etdiyi avtomobilin sükanı arxasında deyil, yolun qırağında, yerdə qan içində uzandığını görmüş, onun avtomobildən kimlər tərəfindən çıxarıldığını bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şokda olmuş, normal danışa bilməmişdir. İsmail avtomobilin qabaq oturacağında əyləşmiş və artıq keçinmişdir. Hadisə yerinin mühafizə edilməsi istiqamətində bir sıra tədbirlər görmüşdür. Belə ki, ilk növbədə təcili tibbi yardım xidmətinə zəng etmişlər və az vaxtdan sonra “Ambulans” gəlib Talehlə İsmaili mərkəzi xəstəxanaya aparmışdır. Bundan başqa rayon ərazisində xidmət göstərən yol patrul xidməti əməkdaşlarını hadisə ilə bağlı məlumatlandırılmışdır. Hadisə zamanı avtomobilin sükanı arxasında olmuş Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olub-olmaması bort-kompüter vasitəsilə yoxlanıldıqda, onun sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. Şahid ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi X28 X27 Xidmətinin inspektoru, polis serjantı Şahid3 ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi Umud Xansuvarovu tanıyır, onlarla arasında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır, mülki iddiaçı Səfərəli Babayev isə onun babasıdır və onunla da arasında ədavət və düşmənçilik yoxdur. 03 noyabr 2023-cü il tarixdə Taleh onun mobil telefonuna zəng edərək sabah gəlməsini və avtomobilini yuyacağını bildirmişdir. 04 noyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində kollekvium imtahanı vermək üçün Ruslan adlı tələbə yoldaşını maşınla götürmüş, bu vaxt Taleh zəng edərək harada olduğunu soruşmuş, o da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yanında olduğunu bildirmiş, Taleh də həmin yerə gəlmiş və onu da maşınla götürərək Lənkəran Dövlət Universitetinin Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 3-cü korpusunun qarşısına getmişlər. Universitetə çatıb maşından düşərək 40-50 metr uzaqlaşmışlar və həmin vaxt hava çiskinli olduğu üçün Taleh avtomobilin içərisində oturmaq üçün açarı ondan istəmiş, o da etiraz etməmişdir. Beləliklə, avtomobilin açarını Talehə verib, universitetin binasına daxil olaraq dördüncü mərtəbəyə qalxmışdır. İmtahanda olarkən beş-altı dəqiqə keçdikdən sonra avtomobilinin açarının cibində olmadığını görmüşdür. Taleh o, imtahanda olarkən açarları gətirib ona təhvil verməli imiş. İmtahan nəzarətçisinə məlumat verib, imtahan otağını tərk edərək aşağı düşmüş və orada avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Taleh də yox idi. Buna görə də, Talehə dörd-beş dəfə zəng etmiş, lakin zənginə cavab verilməmişdir. Təxminən iyirmi dəqiqə sonra tanışlardan biri ona zəng edib Lənkəran şəhəri, H.Abdullayev küçəsi ərazisində avtomobilinin qəza etdiyini bildirmişdir. Təlaş içində taksi ilə hadisə yerinə yollanmış, oraya çatdıqda maşınının evakuatr vasitəsi ilə aparıldığını görmüş və elə həmin vaxt Talehin xəstəxanaya aparıldığını öyrənmişdir. Lənkəran Rayon Mərkəzi Xətəxanasına getmiş və orada Talehin xəsarət aldığını, hadisə vaxtı yanında olan sərnişin İsmail Xansuvarlının isə öldüyünü Ruslandan öyrənmişdir. Baş vermiş hadisəyə görə dərindən sarsılmışdır. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladığı suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə arasında dostluq münasibəti olmamış, onu avtoyuma məntəqəsində işləyən avtomobil yuyucusu kimi tanımışdır. “Hyundai Accent” minik markalı avtomobil babası Səfərəli Babayevin mülkiyyətindədir. Babası həmin avtomobili ona uzun müddətə idarə etmək üçün etibarnamə əsasında vermişdir. Taleh avtomobilini yuyanda adətən onun yanında olmuşdur. Hadisədən bir gün qabaq Talehə növbəti gün baş tutacaq imtahandan sonra görüşəcəklərini bildirmişdir. Həmin gün universitetin qabağında tək olmamış, tələbə yoldaşı Ruslan da yanında olmuşdur. İmtahana bir dəqiqə qalmış Ruslanla universitetin binasına daxil olmuşlar. İmtahan hadisə baş verən gün saat 11-12 radələrində başlamışdır. Talehə avtomobilini sürməyə icazə verməmişdir, çünki onun sürücülük vəsiqəsi olmadığını bilirdi. Həmin gün Talehə açarı maşını idarə etmək üçün vermədiyini Ruslan da təsdiq edə bilər, çünki hadisə günü o da yanlarında olmuşdur. Talehin yalan ifadə verdiyini bildirmişdir. Belə ki, Taleh əvvəllər onun avtomobilini sürməmişdir. Talehin onun avtomobilini icazəsiz sürəcəyi ağlına belə gəlməzdi. Universitetin həyətinə çıxıb avtomobilini saxladığı yerdə görməyəndə, Talehin maşını icazəsiz sürüb harasa getdiyini başa düşmüşdür. İmtahan günü avtomobili saxladığı yerdə videokameranın olduğunu və həmin videogörüntülərinin bir ay ərzində silindiyini bilməmişdir. Baş vermiş hadisə ilə əlaqədar inzibati qaydada cərimə olunmuş və babası Səfərəli cəriməni dövlət büdcəsinə ödəmişdir. İbtidai istintaq zamanı ifadəsində avtomobilinin açarını Talehə verdiyi səbəbi hazırkı məhkəmə istintaqında qeyd etdiyi məzmunda açıqlamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı və şahidlər) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində baş vermiş yol-nəqliyyat hadisəsi əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş vərəqi 01). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi və İstintaq Bölməsinin 04 noyabr 2023-cü il tarixli məlumatları və raportlarından görünür ki, Təqsirləndirilən şəxs sağ döş qəfəsin, qarının küt travması, eləcə də X, Xİ, Xİİ qabırğaların sınığı ilə xəstəxanaya daxil olmuşdur (iş vərəqi 03-05). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 04 noyabr 2023-cü il tarixli raportundan görünür ki, X1 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi və Lənkəran Məhkəmə-Tibbi Ekspertiza və X7 meyitxanasına yerləşdirilməsi barədə məlumat verilmişdir (iş vərəqi 06). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 04 noyabr 2023-cü il tarixli protokolu, ona əlavə edilmiş sxem və fotocədvəllərdən görünür ki, hadisə Lənkəran şəhəri, H.Abdullyev küçəsindən keçən asfalt yolunda baş vermişdir. “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs idarəetməni itirərək yol hərəkət hissəsinin sol hissəsində yerləşən qaz borusuna və hasara dəymiş, avtomobilin qabaq sərnişin hissəsində əyləşmiş X14 hadisə nəticəsində ölmüşdür (iş vərəqi 07-19). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının 04 noyabr 2023-cü il tarixli, 001851 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur (iş vərəqi 20). Nəqliyyat vasitəsinin AC152578 nömrəli qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİ 712468 nömrəli etibarnamənin surətlərindən görünür ki, “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X17 tərəfindən Şahid1 09 oktyabr 2023-cü il tarixdən 05 oktyabr 2033-cü ilədək etibar edilmişdir (iş vərəqi 23-25). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 10 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefonun «WhatsApp» ani mesajlaşma sisteminə baxış keçirildiyi zaman “Qurban Qaqaş” adı altında qeyd olunmuş tanışı Şahid1 məxsus 050 ***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 11:59-dan 04 noyabr 2023-cü il tarix saat 11:57-dək zəngləşmələri, həmçinin xx.xx.2023-cü il tarixdə görüşmələri barədə yazışmalar aşkar olunmuş, «WhatsApp»ın zəng bölmünə xx.xx.2023-cü il tarixdə, saat 10:56-da 050 ***-**-** saylı mobil nömrəsindən tanışı İsmail Xansuvarlının zəng etməsi və aralarında 10 saniyə danışığı olmuşdur. Təqsirləndirilən şəxs İsmail Xansuvarlının həmin nömrə ilə ona zəng etdiyini və onu Lənkəran şəhəri, T.İsmayılov küçəsi ərazisində olduğu yerdən götürməyini bildirməsini göstərmişdir (iş vərəqi 36-42). Lənkəran şəhərində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 15 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 15.000 (on beş min) manat məbləğində ziyan vurulmuşdur (iş vərəqi 43). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 21 noyabr 2023-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmişdir (iş vərəqi 44-47). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 “meyitin ekspertizasına dair” 24 nömrəli, 11 noyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mərhum X1 meyitinin xarici və daxili müayinəsi zamanı döş qəfəsi və qarının qapalı küt travması, sol ağ ciyər, qaraciyər və dalağın zədələnməsi, daxili qanitirmə, sol İİİ- İV-V-Vİ qabırğaların yerini dəyişən sınığı, alının sıyrığı, sağ bud və sağ baldır nahiyəsinin qançırı xəsarətləri aşkar olunmuşdur. Müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 04 noyabr 2023-cü il tarixdə avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. İsmail Xansuvarlının ölümünə səbəb sol ağ ciyər, qara ciyər və dalağın zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin daxili qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir (iş vərəqi 48-53). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 21 dekabr 2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı üçün dayandırılmış və 15 yanvar 2024-cü il tarixli qərarla iş üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir (iş vərəqi 69; 71). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/3606 nömrəli, 11 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X20 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsiunin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən yüksək, 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən olunmuşdur (iş vərəqi 76-79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 296 nömrəli, 02 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyil (iş vərəqi 81). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 348 nömrəli, 05 fevral 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 82-84). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 351 nömrəli, 05 fevral 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqi 105). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 15 fevral 2024-cü il tarixli, 80 nömrəli məktubu, Lənkəran Rayon Məhkəməsinin hökmü və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 fevral 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 04 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə bəraət verilmiş, o, Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə 10 yanvar 2020-ci ildə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 300 (üç yüz) manat cərimə cəzası təyin edilmiş, 22 aprel 2020ci il tarixdə cəriməni tam ödəmiş; Lənkəran Rayon Məhkəməsinin 1(049)-342/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli hökmü əsasında Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 12 sentyabr 2023-cü il tarixdə Lənkəran Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmaqla ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir və hazırda cəza müddəti davam edir (iş vərəqi 113; 116-120; 123-124). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4, 18.4.3 və 18.4.4-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş, habelə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin 16 fevral 2024-cü il tarixli, 3-13-16-5/2-1373/2024 nömrəli məktubu ilə Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsinin verilmədiyi, sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur (iş vərəqi 114). Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsinin 02 fevral 2024-cü il tarixli, 210 nömrəli arayış və eyni tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır, ailə tərkibi anasından ibarətdir, barəsində həmin idarəyə yazılı və şifahi şikayət daxil olmamışdır (iş vərəqi 121-122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16” X26 “canlı şəxsin ekspertizasına dair” 173 nömrəli, 22 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində sağ əng sümüyünün xətti sınığı, sağ göz yuxası sümüyünün xətti sınığı, sağ X, Xİ, Xİİ qabırğaların xətti sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə idarə etdiyi minik avtomaşınının daş hasara çırpılması zamanı avtomaşın salonun qabarıq hissələrinin güclü zərbəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (iş vərəqi 125-127). Lənkəran Şəhər-Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 05 fevral 2024-cü il tarixli, 351 nömrəli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış; “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobil əhəmiyyət kəsb edə biləcəyinə görə maddi sübut hesab edilmiş və istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılmışdır (iş vərəqi 129-135). Məhkəmədə mülki iddiaçı X17 və nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən təqdim edilmiş 02 aprel 2024-cü il tarixli mülki iddia və ona əlavə olunmuş qəbzdən görünür ki, Səfərəli Babayev baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanla bağlı Təqsirləndirilən şəxs 15.000 (on beş min) manat məbləğdə maddi zərər, 2.000 (iki min) manat məbləğdə mənəvi ziyan və 141,4 (bir yüz qırx bir,4) manat dövlət rüsumunun alınıb ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi 26 aprel 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur, məhkəmədən ona ədalətli cəza verilməsini xahiş edir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 19 (on doqquz) saat 30 (otuz) dəqiqə vaxt müddətində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X12 Rusiya Federasiyasına qarşı» işi üzrə 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, təqsirləndirilən şəxs (mülki cavabdeh) onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisinin vasitəsi ilə iştirak etmiş, əleyhinə ifadə verən şahidlərə suallar verilmiş, ittihamı mübahisələndirməmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə (mülki cavabdehə) qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə (mülki cavabdehə) elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 dekabr 2023-cü il tarixli, 8/3606 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan X1 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarını və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq həmin maddədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 04 noyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş hadisə yerinin sxemi, fotocədvəllər, ifadənin yerində yoxlanılması haqqında 21 noyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər, məhkəmə-tibbi ekspertizasının 24 nömrəli, 11 noyabr 2023-cü il tarixli rəyi, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair 8/3606 nömrəli, 11 dekabr 2023cü il tarixli rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X29 İdarəsinin 16 fevral 2024-cü il tarixli, 3-13-16-5/2-1373/2024 nömrəli məktubu, iş üzrə maddi sübut və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, “... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir”. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamışdır. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır (qərarın 21-ci bəndi). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin (mülki cavabdehin) cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş əsas və əlavə cəzaya həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona, qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1 və 68.1.1-1-ci maddələrində qeyd olunur ki, hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə heyəti həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 22 və 23-cü bəndləri). Məhkəmə, hökmün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözügedən Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, o, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Mülki iddiaçı X17 və nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Səfərəli Babayevin mülkiyyətində olan “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanla bağlı 15.000 (on beş min) manat maddi zərər, 2.000 (iki min) manat mənəvi ziyan və 141,4 (bir yüz qırx bir,4) manat dövlət rüsumu məbləğində mülki iddia verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1, 181.1, 181.1.1, 181.1.2, 185, 187 və 354.1-ci maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin aid olduğu məhkəmədə həmin işlə birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir:- iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 65-68-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən Cinayət-Prosessual Məcəllənin 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. 66-cı bənddə göstərilmişdir ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 24 və 25-ci bəndlərinin tələbinə görə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması Cinayət Məcəlləsinin 263, 263-1 və 351-ci maddələrində nəzərdə tutulan nəticələrdən əlavə həm də zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda məhkəmələr cinayət mühakimə icraatı zamanı Cinayət-Prosessual Məcəlləsinin 183-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq verilmiş mülki iddianı qəbul etməli və bu iddia üzrə həmin Məcəllənin 354-cü maddəsinə əsaslanmaqla qanunun tələbinə müvafiq surətdə qərar qəbul etməlidirlər. Məhkəmələr diqqət yetirməlidirlər ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Həmçinin məhkəmə tərkibi verilmiş mülki iddiada mənəvi zərərlə bağlı məsələyə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edibetməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 71-ci bəndi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd olunanların fövqündə belə hesab edir ki, mülki iddiaçı Səfərəli Babayev tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Və cinayət işinin materiallarını araşdırıb, proses tərəflərinin fikirlərini dinləyib, cinayətprosessual qanunvericiliyin mülki iddia ilə bağlı yuxarıda göstərilən müddəalarında nəzərdə tutulmuş müvafiq prosessual əsasların olması və cinayət işi materialları əsasında belə qənaətə gəlir ki, onun mülki iddiası qismən, yəni maddi ziyan və dövlət rüsumunun ödənilməsi hissəsində təmin edilməli, mənəvi ziyan hissəsində isə rədd edilməlidir. Belə ki, cinayət işini materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 15.000 (on beş min) manat məbləğdə ziyan vurulmuşdur. Bu səbəbdən mülki iddiaçı Səfərəli Babayev tərəfindən verilmiş mülki iddianın maddi ziyan hissəsi olan 15.000 (on beş min) manat məbləğdə ziyan ağlabatandır. Həmçinin, məhkəmə təqdim olunmuş mülki iddiada dövlət rüsumunun ödənilməsi ilə bağlı xahişə münasibətdə hesab edir ki, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.8-ci maddəsinə əsasən cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə icraat aparılması üçün zəruri olan digər tədbirlərə sərf olunmuş xərclərin məbləğinə aid edilməklə məhkəmə məsrəflərinə aid olduğundan təmin edilməlidir. Lakin, mülki iddiaçı Səfərəli Babayevin mənəvi ziyanla bağlı iddiası təmin olunmamalıdır. Çünki, məhkəmə iclasında mülki iddiaçı və onun nümayəndəsi tərəfindən mənəvi ziyana görə 2.000 (iki min) manat məbləğində mənəvi ziyanı təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Mülki iddiaçının məlum hadisə baş verdikdən sonra uzun müddətdir ki, gərginlik, stress, əsəb keçirməsi, avtomobilsiz qalıb ailə-uşağının, özünün işlərinin arxasınca vaxtlı-vaxtında gedə bilməməsi kimi sadaladığı hallar isə məhkəmədə araşdırılmış sübutlarla (avtomobili etibarnamə əsasında nəvəsinə verməsi, sonuncunun isə avtomobilə laqeyd münasibəti və sair) öz təsdiqini tapmadığından ağılabatan hesab edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanla bağlı 15.000 (on beş min) manat məbləğdə maddi ziyan və 141,4 (bir yüz qırx bir,4) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Səfərəli Babayevə ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan “Hyundai Accent” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı minik avtomobili sahibi X8 qaytarılmalıdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsindəki hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X21 göndərilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun həbs edildiyi, yəni 26 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-354, 356, 358, 381, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Lənkəran Rayon Məhkəməsinin 1(049)-342/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 16 (on altı) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 2 (iki) ay 8 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona, qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində olan hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmün bu hissədə icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun və o, Bakı İstintaq Təcridxanasına köçürülüb həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X21 göndərilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi, yəni 26 aprel 2024-cü il tarixdən hesablansın. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Mülki iddiaçı X6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı qaldırdığı maddi və mənəvi ziyanla bağlı mülki iddia qismən təmin edilsin və bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs “Hyundai Accent” minik markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 15.000 (on beş min) manat məbləğdə maddi ziyan və 141,4 (bir yüz qırx bir,4) manat dövlət rüsumu olmaqla, ümumilikdə 15.141,4 (on beş min yüz qırx bir,4) manat pul vəsaiti tutularaq mülki iddiaçı Səfərəli Babayevə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Məhkəmədə təqsirləndirilən şəxsə (mülki cavabdehə) göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin avtomobil duracağında saxlanılan “Hyundai Accent” markalı, “**-BT-***” dövlət qeydiyyat nişanlı minik avtomobili sahibi X11 qaytarılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Esmira Məmmədova Hakimlər Nahid Hüseynov Neymət Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar