Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-417/2022 29.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X5, X3 və X2 iştirakları ilə,
1. 14 iyun1991-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə;
2. xx xxxxxx 1994-cü ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsi fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏNETDİ:
Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində qəbul edərək satışının təşkil edilməsi barədə öz aralarında və İran İslam Respublikasında olan digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun İran İslam Respublikasında olan üzvləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda-10120,571 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 2287,478 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Astara-Ələt avtomobil yolunun 55-ci kilometrliyinə daşımaqla orada gizlətmiş və bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumatlandırmışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni və psixotrop maddəni götürmək üçün Bakı şəhərindən 21 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobil ilə Astara-Ələt avtomobil yolunun 55-ci kilometrliyinə gələrək göstərilən miqdarda heroini və psixotrop maddə metamfetamini həmin yerpdən götürməklə ümumi niyyətlə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, sonra satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Təqsirləndirilən şəxs1 narkotik vasitə heroinin külli miqdarda 10,571 qram hissəsini 01 ədəd bükümdə ayırıb qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin külli miqdarda 12,478 qram hissəsini ayırıb 01 ədəd bükümdə olmaqla qanunsuz olaraq üzərində saxlayaraq daşımış, əldə etdikləri narkotik vasitə və psixotrop maddələrin qalan hissəsini 01 ədəd çantanın içərisində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobilin arxa oturacağının üzərinə qoymaqla orada saxlamışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdə saat 02:00-da Ələt-Astara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpünün üzərində Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunan “Khazar” markalı **-ZR-*** qeydiyyat nişanlı avtomobili saxlatmış, həmin tarixdə saat 02:30-radələrində “Khazar” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı arxa oturacağıın üzərindən 01 ədəd parça torbanın içərisində olan 07 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 2185 qram, 2320 qram, 1240 qram, 1615 qram, 1220 qram, 805 qram, 725 qram olmaqla ümumilikdə külli miqdarda 10110 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 1270 qram, 675 qram və 330 qram olmaqla ümumilikdə külli miqdarda 2275 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan əlavə, 21 oktyabr 2021-ci il tarixdə üzərlərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda 10,571 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 əynindəki köynəyin sol yan cibindən isə 01 ədəd sellofan bükümdə külli miqdarda 12,478 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona CM-in 52.5,206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 əvvəllər onunla bir müəssisəsində cəza çəkən Nadir adlı şəxsin yaşadığı qadın kimi tanımışdır. O, **-ZR-*** qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Şəmsi bir neçə dəfə müxtəlif ünvanlara aparmışdır. Özü narkotik vasitə heroindən istifadə edir. 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək işinin olmasını, Masallı rayonuna gedə biləcəklərini soruşmuşdur. O da Şəmsin təklifi ilə razılaşıb 150 manat pul qarşılığında gedə biləcəklərini demişdir. Belə ki, həmin gün birlikdə yola çıxmışlar. Masallı rayonuna çatdıqdan sonra Şəms ona bildirmişdir ki, onlar qeyd olunan yerə mal yəni, narkotik vasitə və psixotrop maddələri götürməyə gəlmişlər. O isə Şəmsə etirazını bildirib həbsxanadan təzə çıxdığını və ona problem yaratmamasını xahiş etmişdir. Şəms isə heç bir problemin olmayacağını və nə olarsa, özü həll edəcəyini demişdir. Bundan sonra onlar Lənkəran rayonu istiqamətində hərəkət etmişlər. Yol boyunca götür qoy edib bu işin riskli olmasını bilmiş və Girdanı kəndindən geriyə doğru hərəkət etmişdir. Sərçüvar kəndi ərazisində yerləşən DYP-nin postunda avtomobilini digər yoxlanış aparılan avtomobilin arxasına çatmamış saxlamışdır. Həmin vaxt Niva markalı avtomobil idarə etdiyi avtomobili arxa hissəsindən vurmuşdur. Onların kim olduğunu bilmədiyi üçün gecə saatları olduğundan qorxaraq avtomobili sürətlə idarə etməyə başlamışdır. Həmin vaxt avtomobilinin təkərlərinə arxa tərəfdən güllə ilə atəş açmışlar. O, avtomobili üzü Bakı istiqamətində sürmüşdür. Ələt-Astara yolunun Masallı şəhəri ərazisində yerləşən körpünün üzərində bir daha avtomobilini vurub hərəkətsiz vəziyyətə gətirmişlər. Onu və Təqsirləndirilən şəxs2 avtomobildən döyərək düşürmüşlər. Onları yerə yıxıb qollarını bağlamışlar. Avtomobilinə və üzərinə baxış keçirmişlər. Üzərlərinə və avtomobilinə baxış zamanı heç bir qanunsuz əşya və predmet aşkar edilmədiyi halda avtomobilinə 01 ədəd içərisində narkotik vasitə və psixotrop maddələr olan idman çantasını qoyub onların özlərinə məxsus olmasını söyləmələrini bildirmişlər. O, bunlarla razılaşmayıb qəti şəkildə etirazını bildirmişdir. Adlarını sonradan bildiyi Akşin, Mehdi, Seymur, Rəhman adlı əməliyyatçılar ona çəkiliş ediləcəyini və həmin vaxt onların bildirdiklərini təkrar söyləməyini tələb etmişlər. O da işgəncə və təzyiqlərə dözməyib onların dediklərinə əməl etmişdir. Daha sonra onları X12 Şöbəsinə aparıb bir neçə saat saxladıqdan sonra yuxarı mərtəbələrdən birinə qaldırıb otaqda ona bir bükümdə narkotik vasitə heroin, 01 ədəd büküm də Şəmsə verib ciblərinə qoymalarını tələb etmişlər. Onlar da bütün dediklərinə əməl etmişlər. Bundan sonra videoçəkiliş ilə üzərlərində axtarış keçirilmiş və onlar polis əməkdaşlarının əvvəlcədən verdikləri malı təqdim etmişlər. Bundan sonra bütün sənədlərə də məcburən imza atmışdır. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, əvvəllər cəzaçəkmə müəssisəsində onunla birlikdə cəzaçəkən Qurbanov Nadir ilə münasibəti yaranmışdır. Azadlığa çıxdıqdan sonra Nadir ilə qeyri-rəsmi münasibətdə olan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Xəzər” markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobil ilə həmin cəzaçəkmə müəssisəsinə görüşə aparmışdır. Həmin vaxtlar onun Təqsirləndirilən şəxs2 ilə münasibəti yaranmışdır. Şəms onun narkotik vasitə heroindən, o isə Şəmsin “patı” adlandırılan psixotrop maddədən istifadə etdiyini bilmişdir. Öz istifadəsi üçün narkotik vasitə lazım olduğu zaman tapa bilməyəndə Şəmsə müraciət etmişdir. Şəmsin əslən İran İslam Respublikası vətəndaşı Məsud adlı şəxs ilə münasibətinin olmasını və rahatlıqla narkotik vasitə tapdığını bilmişdir. Belə ki, şəxsən Şəmsin özündən narkotik vasitə almasa da, Şəmsin vasitəsi ilə Məsudun adamları Bakı şəhərində narkotik vasitəni ünvanlara atdıqdan sonra həmin narkotik vasitəni götürüb qəbul etmişdir. 20 oktyabr 2021-ci il tarixdə Şəmslə birlikdə olan zaman X13 Respublikası vətəndaşı Məsudun Ələt-Astara yoluna narkotik vasitə və psixotrop maddələri yerləşdirəcəyini, əgər həmin maddələri götürüb Bakı şəhərində sonradan Məsudun deyəcəyi yerə qoyarlarsa, 1000 manat məbləğində pul və mükafat qismində 10-15 qram çəkidə heroin veriləcəyini bildirmişdir. Şəms ona avtomobilinin olmasını və birlikdə gedib həmin narkotik vasitəni qeyd olunan ünvandan götürmələrini demiş, o da Şəmsin təklifini qəbul etmişdir. Belə ki, 20 oktyabr 2021-ci il tarixdə idarə etdiyi Xəzər markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs2 götürüb Masallı rayonu istiqamətində hərəkət etmişdir. Məsud ilə Şəmsin yanında danışıb narkotik vasitəni götürməyə getdiklərini demişdir. Məsud ilə Şəms daha əvvəldən tanış olduqları üçün Məsud Şəmsə daha çox etibar etmişdir. Belə ki, onlar artıq Masallı rayonunda olan zaman Məsud watsapp proqramı vasitəsi ilə içərisində narkotik vasitə və psixotrop maddələr olan torbanın Ələt-Astara yolunun 55-ci kilometrliyində olmasını bildirib həmin yerin fotoşəklini göndərmişdir. Onlar qeyd olunan ünvana getmiş və ətrafa nəzər salıb kiminsə olmadığını görmüşlər. Bundan sonra o, özü avtomobildən düşüb həmin çanta olan yerə getmiş, oradan parçadan olan çantanı cəld şəkildə götürüb avtomobilə gətirmişdir. Avtomobilin içərisində Məsud tərəfindən onlara mükafat qismində ayrılmış 10-15 qram çəkidə narkotik vasitə heroin olan 01 ədəd bükümü özü və həmin çəkidə olan psixotrop maddə metamfetamini Şəms çantadan götürüb ciblərinə qoymuşlar. Qalan narkotik vasitələri isə çantanın içərisində avtomobilin arxa oturacağının üzərinə qoymuşdur. 02 ədəd bükümlərdə olan narkotik vasitə və psixotrop maddələri isə yolda istifadə etmək üçün üzərlərində saxlamışlar. Bir qədər hərəkət etdikdən sonra artıq Ələt-Astara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpüyə çıxan zaman 2 avtomobil tərəfindən güdüldüklərini hiss etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 arxalarınca gələnlərin polis əməkdaşları olmasını deyib içərisində narkotik vasitələr olan çantanı təcili avtomobildən atmağı tapşırmışdır. Şəms isə arxaya çevrilib çantanı qaldırmaq istəyəndə çəkisi ağır olduğu üçün qaldıra bilməmişdir. Bu zaman həmin avtomobillər ön və arxa hissələrini kəsmişlər. O, tutulacaqlarından qorxub idarə etdiyi avtomobili saxlamamış və onların avtomobilini vurmuşdur. Bundan sonra polis əməkdaşları onların hərəkətlərini dayandırıb avtomobildən düşürmüşlər. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Hər ikisinin barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu bildirmişlər. Bundan sonra onlar yalan danışmağın əhəmiyyət kəsb etmədiyini görüb avtomobildə narkotik vasitələrin olmasını etiraf etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 ərizə yazaraq idarə etdiyi avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Videoçəkilişlə avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməyə başlanılmışdır. İdarə etdiyi avtomobilə baxış keçirilərkən ona təklif olunmuşdur ki, avtomobildə qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə varsa, təqdim etsin. Bu təklifdən sonra idarə etdiyi avtomobilin arxa oturacağında saxladığı 01 ədəd parça materialdan olan çantanı çıxarıb təqdim etmişdir. Çanta polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 07 ədəd sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr yenidən parça materialdan olan çantaya yerləşdirilmiş və qara rəngli sellefon torbaya qoyulmaqla, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Bundan sonra polis əməkdaşları onlara üzərlərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, özünə məxsus şəxsiyyət vəsiqəsini, iki ədəd plastik bank kartını, avtomobilin qeydiyyat şəhadətnaməsini, Təqsirləndirilən şəxs2 isə “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra baxış və götürmə başa çatmış və videoçəkiliş dayandırılmışdır. Onlar birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin Lənkəran şəhərində yerləşən inzibati binasına gəlmişlər. Orada avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və tərəflərindən imzalanmışdır. Bundan sonra hər ikisi dövlət hesabına müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşlar. Onlara hüquq və vəzifələri izah edilmişdir. Barələrində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra birlikdə üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, gödəkçəsinin sol iç cibində saxladığı 01 ədəd bükümdə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 isə əynindəki köynəyin sol yan cibində olan 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin maddələr ayrı-ayrılıqda qablaşdırılmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qeyrirəsmi münasibətdə olduğu Qurbanov Nadir ilə bir müəssisədə cəzaçəkməsi ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs1 ilə münasibətləri yaranmışdır. Özü təxminən bir ilə yaxındır ki, psixotrop maddə metamfetamindən istifadə edir və Təqsirləndirilən şəxs1 narkotik vasitə heroindən istifadə etməsini bilmişdir. Təqsirləndirilən şəxs1 bir neçə dəfə narkotik vasitə tapa bilməyəndə ona müraciət etmişdir. O da tanışı İran İslam Respublikası vətəndaşı Məsud adlı şəxsdən psixotrop maddə aldığı üçün, Rasim üçün də ondan heroin almışdır. O, Təqsirləndirilən şəxs1 Məsudun nömrəsin verib onları bir-birləri ilə ünsiyyət qurub tanış olmalarına şərait yaratmışdır. X11 Bakı şəhərinin müxtəlif ünvanlarına qoymaq üçün narkotik vasitələr göndərmişdir. Həmin narkotik vasitələri Rasim Məsudun dediyi miqdarda Bakı şəhərinin müxtəlif ünvanlarına yerləşdirdikdən sonra Məsud ona kartla pul göndərmişdir. 20 oktyabr 2021-ci il tarixdə Məsud onunla əlaqə saxlayıb Masallı rayonu ərazisinə narkotik vasitə atacaqlarını və həmin narkotik vasitəni götürüb Bakı şəhərində özünün bildirdiyi yerə qoya biləcəkləri halda 500 manat məbləğində pul göndərəcəyini demişdir. O da bu barədə Təqsirləndirilən şəxs1 söyləmişdir. Məsud həmçinin onlara 10- 15 qram çəkidə narkotik vasitə və psixotrop maddəni də puldan əlavə görəcəkləri işə görə mükafat qismində verəcəyini demişdir. Onlar Rasimlə bu işi görmək üçün razılığa gəlmişlər. Bu barədə Məsuda məlumat vermişdir. Sonra Məsud onun kartına 500 manat pul göndərmişdir. Belə ki, 20 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi «Xəzər» markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobil ilə Masallı rayonu istiqamətində hərəkət etmişlər. Məsud ilə danışıb narkotik vasitəni götürməyə getdiklərini söyləmişlər. Məsud əvvəldən tanış olduqları üçün ona daha çox etibar etmişdir. Belə ki, onlar artıq Masallı rayonunda olan zaman Məsud watsapp proqramı vasitəsi ilə içərisində narkotik vasitə və psixotrop maddələr olan torbanın Ələt-Astara avtomobil yolunun 55-ci kilometrliyində olmasını bildirib həmin yerin fotoşəklini göndərmişdir. Onlar qeyd olunan ünvana getmiş və ətrafa nəzər salıb kiminsə olmadığını görmüşlər. Bundan sonra Rasim avtomobildən düşüb həmin çanta olan yerə getmiş, orada parçadan olan çantanı cəld şəkildə götürüb avtomobilə gətirmişdir. Narkotik vasitələri çantanın içərisində avtomobilin arxa oturacağının üzərinə qoymuşlar. Onlar bir qədər hərəkət etdikdən sonra artıq Ələt- Astara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpüyə çıxan zaman 2 avtomobil tərəfindən güdüldüklərini hiss etmişlər. Həmin vaxt Rasim ona arxalarınca gələnlərin polis əməkdaşları olmasını deyib içərisində narkotik vasitələr olan çantanı təcili avtomobildən atmağı tapşırmışdır. O isə arxaya çevrilib çantanı qaldırmaq istəyəndə çəkisi ağır olduğu üçün qaldıra bilməmişdir. Bu zaman həmin avtomobillər onların ön və arxa hissələrini kəsmişlər. Rasim tutulacaqlarından qorxub idarə etdiyi avtomobili saxlamamış və polis əməkdaşların avtomobilini vurmuşdur. Bundan sonra polis əməkdaşları onların hərəkətlərini dayandırıb avtomobildən düşürmüşlər. Onlar xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər. Hər ikisinin barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu bildirmişlər. Bundan sonra onlar avtomobildə narkotik vasitələrin olmasını etiraf etmişlər. Videoçəkilişlə avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilərkən Rasim avtomobilin arxa oturacağında olan 01 ədəd çantanı çıxarıb təqdim etmişdir. Çanta polis əməkdaşları tərəfindən açıldıqda içərisindən 07 ədəd sellefon bükümdə narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd bükümdə isə psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr qablaşdırılıb götürülmüşdür. Onları polis şöbəsinə aparmışlar. Orada şübhəli şəxs qismində tutulmuşlar. Polislər tərəfindən onun və Rasimin üzərlərinə narkotik qoyulmuşdur. Sonra isə videoçəkilişlə üzərlərində şəxsi axtarış aparılarkən üzərlərinə qoyulmuş narkotik vasitələrin polisin təsiri altında özlərinə məxsus olmasını bildirmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə iranlı Məsud onunla əlaqə saxlayıb Masallı rayonu ərazisinə narkotik vasitə atacaqlarını və həmin narkotik vasitəni götürüb Bakı şəhərində onun dediyi yerə qoya biləcəyi halda 1000 manat məbləğində pul göndərəcəyini bildirmişdir. O da bu barədə Təqsirləndirilən şəxs1 demişdir. Məsud həmçinin onlara 10-15 qram çəkidə narkotik vasitə və psixotrop maddəni də puldan əlavə görəcəkləri işə görə mükafat qismində verəcəyini demişdir. Onlar Rasimlə bu işi görmək üçün razılığa gəlmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid3 məhkəmədə göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 oktyabr 2021-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirməklə əməliyyat qrupunun üzvləri ilə birlikdə gecə saatlarında Masallı rayonu istiqamətində hərəkət etmişlər. 21 oktyabr 2021-ci il tarixdə saat 01 radələrində Masallı rayonu ərazisində Sərçüvar kəndinin yaxınlığında Təqsirləndirilən şəxs1 məxsus “Khazar” minik markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobilin dövlət yol polisi postuna doğru hərəkət etməsini görmüşlər. Onlar həmin avtomobilə işarə edib saxlamasını bildirsələr də, sükan arxasında olan şəxs avtomobilin sürətini artırmış və hərəkəti davam etdirmişdir. Onlar həmin avtomobilin arxasınca Masallı rayonu istiqamətində hərəkət etmişlər. Həmin avtomobilin sürücüsü avtomobili təhlükəli idarə etdiyindən və saxlamadığından, həmçinin yol kənarında olan beton maneələrə dəydikdən sonra hərəkəti nizamsız davam etdirdiyi üçün həmin avtomobilin hərəkətini dayandırmaqdan ötrü Ələt-Astara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpünün üstündə idarə etdikləri avtomobillər ilə toqquşduraraq saxlamışlar. Artıq saat 02:00-da dərhal avtomobilin içərisində olan şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və onların özlərini təqdim etməsini söyləmişlər. Onlar da özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmalarını bildirmişlər. Şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmişlər. Bundan sonra onlar avtomobilin içərisində İran İslam Respublikası vətəndaşı Məsud adlı şəxsin göndərdiyi narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmişlər. Onlara özlərinin və əməliyyat qrupunun üzvlərinin iştirakları ilə avtomobilə videoçəkilişdən istifadə olunmaqla baxış keçiriləcəyini bildirmişlər. Hər hansı etirazlarının olmadığını söylədikdən sonra avtomobilə baxış keçirilməyə başlanılmışdır. İlk öncə onlara avtomobildə narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa qapısını açıb arxa oturacağın üzərindən bir ədəd parçadan olan çantanı götürüb təqdim etmiişdir. Həmin çantanın içərisinə baxış keçirildikdə 07 ədəd sellefon bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 03 ədəd sellefon bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Məsud adlı İran vətəndaşı həmin narkotik maddələri Astara-Ələt avtomobil yolunun 55-ci kilometrliyində lövhəciyin yanına qoymuş, saxlanılmamışdan bir saat əvvəl Şəmslə birlikdə həmin yerə gedib qeyd olunan narkotik vasitə və psixotrop maddələri götürmüşlər. Bunun əvəzində Məsud adlı şəxs onlara 200 manat məbləğində pul göndərmiş, əlavə 800 manat məbləğində pulu isə qeyd olunan narkotik vasitələr Bakı şəhərində müxtəlif ünvanlara yerləşdirildikdən sonra veriləcəkdir. Bundan sonra həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Qeyd olunan bükümlər və 01 ədəd elektron tərəzi parça materialdan olan çantaya yerləşdirilmiş və qara rəngli sellefon torbaya qoyularaq üzərində müvafiq qeydlər aparılmaqla üzəri möhürlənmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs1 üzərində olan “Samsung” markalı mobil telefonu, Təqsirləndirilən şəxs2 isə özünə məxsus “Redmi” markalı mobil telefonu təqdim etmişlər. Onların telefonlarına baxdıqda narkotik vasitələrin qoyulduğu yer barədə danışıqlar, sms-lər və fotoşəkillər olduğu məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşlar. Onların üzərində müdafiəçilərin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol iç cibindən bir ədəd sellefon bükümü çıxarıb təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində heroin vardır. Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir qanunsuz əşya, maddə, predmet aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində narkotik və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. Həms Məmmədli cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində aşkar olunan həmin maddələri də iranlı Məsud adlı şəxsin göndərdiyini bildirmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşı Şahid2 da məhkəmədə Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 21 oktyabr 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və məhkəmə baxışı zamanı nümayiş etdirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdə saat 02:00-da Ələt-Astara avtomobil yolunun Masallı şəhərinə gedən yolda yerləşən körpünün üzərində «Khazar» markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomobildə saxlanılmışlar. Qeyd olunan yerdə avtomobilə baxış zamanı arxa oturucağın üzərində olan 01 ədəd idman çantasının içərisində 07 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, 03 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr və 01 ədəd elektron tərəzi aşkar olunaraq qablaşdırılmaqla götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonlar da iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşlər. 21 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və məhkəmə baxışı zamanı nümayiş etdirilmiş videgörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər, Təqsirləndirilən şəxs2 əynindəki köynəyin sol yan cibindən isə 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2nın üzərlərinə və Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilməsi zamanı videoçəkiliş aparılmış 02 ədəd “DVD” disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Materialların məhkəmə ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 19/1061 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Khazar» markalı, **-ZR-*** qeydiyyat nişanlı avtomaşından aşkar edilmiş bir ədəd bağlamadakı, 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2185 qram, 2320 qram, 1240 qram, 1615 qram, 1220 qram, 805 qram, 725 qram, ümumi təmiz çəkisi 10110 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1270 qram, 675 qram, 330 qram, üumumi təmiz çəkisi 2275 qram olan ağ rəngli içərisində kristallar olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə birbirləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi- 10,571 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2nın üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 12,478 qram olan, ağ rəngli içərisində kristallar olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından və üzərindən aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşından və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4894 nömrəli və xx.xx.2021-ci il tarixli, 4968 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınmaları məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 25 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, mobil telefona "xxxx" MMC-ə məxsus ***-***-**-** saylı nömrə quraşdırılmışdır. Kontaktlar bölümündə İran İslam Respublikasının mobil operatorlarına məxsus + 98 936 505 8756 saylı nömrə “İRAN” və +98 902 744 1344 saylı nömrə “AMORE” adı ilə qeydə alınmışdır. Bundan başqa mobil telefonda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2in narkotik vasitələri əldə etdikləri yerin, 55-ci kilometrliyi göstərən yol nişanının, həmçinin, içərisində narkotik vasitə və psixotrop maddələr olan 01 ədəd parça çantanın şəkilləri “galereia” bölməsində mövcuddur. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair ifadəsində göstərdiyi xüsusatlar üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasına dair ifadəsində göstərdiyi xüsusatlar üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Respublika Psixatriya Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda olmamışlar. Ailə tərkibi haqqında 22 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində xx.xx.2013 və xx.xx.2017-ci il tarixlərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə ərazi nümayəndəliyinə onun barəsində şikayət daxil olmaması göstərilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2020-ci ildə doğulmuş bir uşağı vardır. İşdə olan tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-də dəyişikliklər edilməsi ilə bağlı olaraq xx.xx.2020-ci ildə cəzası 01 il 06 aya endirilmiş, xx.xx.2021-ci ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Hazırkı cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən həbsdə olduğu zaman Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzə alınmış və cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2022-ci il tarixdən hesablanmışdır. Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Məhkəmənin Təqsirləndirilən şəxs1 barəsində olan 26 may 2022-ci il tarixli hökmü 16 iyun 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2in və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etmələri, saxlamaları, daşımaları və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və qeyriləri ilə narkotik vasitənin və psixrtrop maddənin əldə olunması, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və Azərbaycan Respublikası ərazisində qəbul olunması barədə heç bir razılaşmasının olmaması, Masallı rayonuna Təqsirləndirilən şəxs2 150 manat pul müqabilində taksi sürücüsü kimi aparması, yalnız Masallı rayonuna çatdıqdan sonra Şəmsin həmin əraziyə narkotik götürmək məqsədi ilə gəlməsinin ona məlum olması barədə, eləcə də Təqsirləndirilən şəxs2 cinayətkar qrupun İran İslam Respublikası ərazisində olan üzvünün narkotik vasitə və psixotrop maddəni götürüb onun deyəcəyi yerə çatdırmaq müqabilində onlara 1000 manat yox, 500 manat məbləğində pul ödəməli olması barədə ifadələrini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onların etirafedici ifadələrini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsində birgə icraçı kimi iştirak etməmişlər, qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etmişlər. Ona görə də qaçaqmalçılıq cinayətinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri CM-nin 32.5,206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, həmçinin cinayətin törədilməsində hər birinin faktiki iştirakının xarakterini və dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzalarını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, bundan əlavə CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, hazırkı iş üzrə həbsdə olduğu müddət və birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla cəzaçəkmə müddətlərinin başlanğıcı 21 oktyabr 2021-ci il tarixdən hesablanmalı, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2021-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə ekspertiza tədqiqatından sonra qalmış, maddi sübüt kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 10120,331 qram narkotik vasitə heroin, 2287,338 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs1dn götürülmüş 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 götürülmüş “Redmi” markalı mobil telefonlar onların özlərinə verilməsi üçün cəza çəkdikləri müəssisəyə göndərilməlidir. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və istintaq hərəkətləri barədə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdlan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. 2.Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdlan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübüt kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan 10120,331 qram narkotik vasitə heroin, 2287,338 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 götürülmüş “Redmi” markalı mobil telefonlar onların özlərinə verilməsi üçün cəza çəkdikləri müəssisəyə göndərilsin. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk və istintaq hərəkətləri barədə 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 25 (iyirmi beş) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev