Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-417/2023 12.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Cəlilabad rayonu Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu Uzuntəpə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə; xx xxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 7,043 qram narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, həmin narkotik vasitə heroinin 01 ədəd bükümdə 0,914 qram hissəsini 10 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektinin Səttarxan küçəsi ərazisindən keçən hissəsində tanışı, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 20 manat pul müqabilində satmış, 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən qızılı rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, 28 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri, Qurtuluş prospekti ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofana bükülmüş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,512 qram və 1,617 qram, ümumi təmiz çəkisi 6,129 qram, külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 öz növbəsində 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektinin Səttarxan küçəsi ərazisindən keçən hissəsində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,914 qram çəkidə, bir ədəd bükümdə narkotik vasitə heroini 20 manat pul müqabilində alaraq əldə edib daşımaqla üzərində saxlamış, 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən qızılı rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitədən istifadə etmişdir. 10 yanvar 2022-ci il tarixdən əvvəlki günlərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən parnikdə fəhlə işlədiyi zaman orada tanış olduğu, Neftçala rayonundan olan adını bilmədiyi şəxsdən 20 manat pul verməklə öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. Həmin heroin üzərində olmaqla yaşadığı Cəlilabad şəhərinə gəlmiş və heroini üzərində saxlamışdır. 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektinin Səttarxan küçəsi əraizisindən keçən hissəsi ilə piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində faktiki olaraq 0,914 qram narkotik vasitə heroin olmuşdur. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynindəki şalvarın sağ yan cibindən həmin siqaret kağızına bükülmüş halda olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və götürülmüşdür. Həmkəndlisi və aralarında uzaq qohumluq münasibəti olan Təqsirləndirilən şəxs2lə atabablarından qalmış şəxsi ədavətləri olduğu üçün narkotik vasitəni 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində almasını bildirmişdir. 10 yanvar 2023-cü il tarixdə özünə məxsus olan mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan telefona zəng edərək danışmışlar. Lakin onunla narkotik vasitə almaq məqsədi ilə danışmamışlar. Aralarında olan şəxsi ədavətə aydınlıq gətirmək məqsədi ilə telefon vasitəsi ilə danışmışlar. Lakin Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 10 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı Cəlilabad şəhəri, Səttarxan küçəsi ərazisində olan zaman narkotik vasitə qəbul etmək qərarına gəlmişdir. X2 narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bu səbəbdən Rasimin onun üçün narkotik vasitə təşkil edə biləcəyini düşünmüş və bu məqsədlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə Rasimin istfadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ondan özü üçün pul müqabilində narkotik vasitə təşkil edə bilib-bilməyəcəyini soruşmuşdur. Rasim də təşkil edə biləcəyini söyləmişdir. Rasim ona 1 saat sonra Cəlilabad şəhəri, H.Əliyev prospektinin Səttarxan küçəsi ərazisindən keçən hissəsində yerləşən “Ulduz” marketin yaxınlığında onu gözləməsini söyləmişdir. O da 1 saatdan sonra həmin marketin yaxınlığına gedib orada Rasimi gözləməyə başlamışdır. Rasim gümüşü rəngli dövlət qeydiyyat nişanı 831 olan VAZ 21063 markalı avtomobil ilə oraya gəlmişdir. O, Rasimin avtomobilinə əyləşdikdən sonra Rasim siqaret kağızına bükülmüş halda bükülünü çıxarıb ona vermiş və 20 manat pul verməli olduğunu demişdir. O, bükülünü açıb baxdıqda orada narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, həmin bükülünü şalvarının cibinə qoyaraq “20” manatlıq əskinası Rasimə vermişdir. Daha sonra onunla sağollaşıb və oradan uzaqlaşıb getmişdir. Həmin gün saat 23 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektinin Səttarxan küçəsi əraizisindən keçən hissəsi ilə piyada hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən həmin siqaret kağızına bükülmüş halda olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və götürülmüşdür. İlk dəfə imiş ki, Rasimdən narkotik vasitə əldə etmişdir. Rasimin narkotik vasitə istifadəçisi olduğunu bildiyindən narkotik vasitə əldə etmək üçün ona müraciət etmişdir. Rasim ilə aralarında əvvəllər hər hansı ədavət və ya düşmənçilik olmamışdır. İstifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitədən istifadə edir. Lakin Təqsirləndirilən şəxs1 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhərində narkotik vasitə heroin satmamışdır. O, 10 yanvar 2023-cü il tarixdə Cəlilabad şəhərində olmuş, lakin həmin gün saat 16 radələrində Bakı şəhərinə yola düşmüş və saat 18-19 radələrində artıq Bakı şəhərində olmuşdur. Həmin gün ***-***-**-** sim nömrə quraşdırılmış mobil telefonu üzərində olmuşdur. Təqsirləndirilən şəxs1 10 yanvar 2023-cü il tarixdə Cəlilabad şəhərində tutulduğu zaman o, Bakı şəhərində olmuşdur. Təqsirləndirilən şəxs1 və qohumları Təqsirləndirilən şəxs1 polis işçilərinə onun satdığını düşünmüşlər. Həm də Təqsirləndirilən şəxs1 və qohumları ilə aralarında narazılıq olduğuna görə Təqsirləndirilən şəxs1 narkotik vasitəni ondan almasını göstərmişdir. 28 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Cənub” ticarət mərkəzinin yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində faktiki olaraq 1,75 qram narkotik vasitə heroin olmuşdur. Heroinin qalan hissəsini isə üzərinə polis əməkdaşı Rəhman qoymuşdur. Üzərində faktiki olan 1,75 qram heroini Binə bazarında tanımadığı şəxsdən almışdır. Üzərində heroinin miqdarını polis artırmış və polisin təkidi ilə guya narkotik vasitəni yerdən tapmasını göstərmişdir. İfadəsində 10 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Cəlilabad şəhərindən Bakı şəhərinə yola düşməsini və saat 18-19 radələrində Bakı şəhərində olmasını göstərdiyi halda telefon nömrəsinin antenn məlumatlarına əsasən həmin gün saat 22:45-dək Cəlilabad şəhərində olması barədə heç bir izah verə bilmir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq olunan ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə edirmiş. 18 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində Cəlilabad rayonu Uzuntəpə kəndi ilə Cəlilabad şəhəri ərazisinə doğru piyada hərəkətdə olan zaman yerdə iki ədəd sellofana bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülüləri götürüb içərisinə baxdıqda orada narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni gələcəkdə istifadə etməkdən örü götürüb üzərində saxlamışdır. 28 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “Cənub” ticarət mərkəzinin yaxınlığında olduğu zaman polis əməkdaşları tərəfindən narkotik vasitələri üzərində saxlamaqda şübhəli şəxs kimi tutulmaqla polis şöbəsinə aparılimışdır. Üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin iç sol cibindən “West” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Narkotik vasitələri də həmin qutuda saxlayırmış. Qutuya baxış keçirilən zaman içərisindən iki bükümdə həmin narkotik vasitələr, narkotik vasitə qəbul etmək üçün istifadə etdiyi iki ədəd gümüşü kağız parçası və bir ədəd boruşəkilli vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 heç bir vaxt narkotik vasitə satmamış, yaxud verməmişdir. 2000-ci ilin əvvəllərində Firdovsinin əmisi Rasət narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs edilmişdir. Onun qohumları zənn etmişlər ki, Rasətin cinayət əməli barədə polis orqanlarına o, məlumat vermişdir. Bu səbəbdən həmin vaxtdan etibarən onlarla arasında ədavət vardır. Həmin ədavət səbəbilə Firdovsi ona böhtan atır. ***-***-**-** mobil telefon nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs Rasim Baxşaliyevin və Təqsirləndirilən şəxs1 cinayət əməlləri öz ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs1 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektinin Səttarxan küçəsi ərazisindən keçən hissəsi ilə piyada hərəkətdə olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinəbənzər maddə olması müəyyən edilmişdir. Həmin bükülü elektron tərəzi vasitəsilə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini, Nadirin oğlu Rasim adlı şəxsdən 20 manat pul verməklə şəxsi istifadə məqsədilə əldə etdiyini bildirmişdir. Rasim adlı şəxsin Cəlilabad rayonu Kövüzbulaq kənd sakini Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. 28 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qardaşı oğlu X3 ilə Cəlilabad şəhəri, Qurtuluş prospekti ilə piyada hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs2 müşahidə etdikdən sonra o, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid4 onlara yaxınlaşıb özlərini təqdim etmişdir. Sonra isə Təqsirləndirilən şəxs2 istintaqa təqdim etməkdən ötrü Tacir Baxşəliyevlə birlikdə rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması, hüquq və vəzifələri izah edilmişdir. Ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin sol iç cibindən bir ədəd üzərində “West” yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirildikdə içərisində iki ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən edilmişdir. Həmçinin həmin siqaret qutusunun içərisindən iki ədəd üzərində narkotik vasitə qəbul edilməsinə dair izlər olan gümüşü rəngli kağız parçaları, bir ədəd karton materialından olan boruşəkilli predmet aşkar edilib götürülmüşdür. Həmin iki ədəd içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan bükülülər elektron tərəzi vasitəsilə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü 2 ədəd gümüşü rəngli kağız parçaları və bir ədəd boruşəkilli karton predmetlə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəyə bənzər kütlələri 10 gün öncə axşam saatlarında Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində yerləşən “karyer” adlanan yerin yaxınlığından tapdığını, ondan aşkar edilmiş karton borucuq vasitəsilə və gümüşü rəngli kağız parçaları vasitəsilə narkotik vasitə qəbul etdiyini, üzərindən aşkar edilmiş narkotik vasitələrdən də istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 həmçinin Təqsirləndirilən şəxs1lə aralarında uzun müddətdir ki, ədavət olduğunu, sonuncuya heç bir vaxt narkotik vasitə satmadığını qeyd etmişdir. Şəxsi axtarış bitdikdən sonra bununla bağlı protokol tərtib edilmiş, onlar da həmin protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş halda narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroinəbənzər kütləni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini Nadirin oğlu Rasim adlı şəxsdən 20 manat pul müqabilində özü istifadə etmək məqsədi ilə almasını göstərmişdir Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 28 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş həmin istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən çıxardıb təqdim etdiyi “West” markalı siqaret qutusunun içərisindən iki ədəd şəffaf sellofana bükülmüş halda narkotik vasitə heroinə bənzər madə, iki ədəd üzərində narkotik vasitə qəbul edilməsinə dair izlər olması ehtimal edilən gümüşü rəngli kağız parçaları və bir ədəd karton materialından olan boruşəkilli predmet aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 19/30 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 0,914 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın 28 yanvar 2023-cü il tarixli, 19/116 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 4,512 qram və 1,617 qr - ümumi 6,129 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər; 2 ədəd gümüşü rəngli falqa kəsiyinin və 1 ədəd karton borucuğun üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat(eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərindən götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 123 saylı və xx.xx.2023-cü il tarixli, 236 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 926 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş “Samsung Galaxy A6+” markalı mobil telefona baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 18:55, 19:00, 19:06, 19:12, 19:32 və 19:36-da buraxılmış zənglər olduğu, saat 19:17-də isə danışıq olduğu, bundan başqa xx.xx.2023-cü il, saat 14:24, xx.xx.2023-cü il, saat 19:07, xx.xx.2023-cü il, saat 01:41, 01:42 və 01:48-də zənglər olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan qeyd olunan telefon nömrəsinin antenn dairəsi xx.xx.2023-cü il tarixdə saat 22:45-dək Cəlilabad şəhəri ərazisində olmuşdur. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzanın 1 il 1 ay 29 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs2 hazırkı cinayət əməlini törədərkən əvvəlki cinayətə görə məhkumluğu ödənilmədiyindən əməlində CM-in 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi vardır. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir, himayəsində 1994, 1996 və 1998-ci illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə yaşayış yerindən müsbət səciyyələnir. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli, 85 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 oğlu, 1993-cü il təvəllüdlü X6 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2020-ci il tarixdən X6 «Şəhid», onun ailəsi isə «Şəhid ailəsi» hesab olunur. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 iş üzrə 10 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 yanvar 2023-cü il tarixdə isə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs2 iş üzrə 28 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilməklə həmin vaxtdan həbsdə saxlanılır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 7,043 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlaması, onun 0,914 qram hissəsini 10 yanvar 2023-cü il tarixdə 20 manat pul müqabilində Təqsirləndirilən şəxs1 satması, eyni zamanda Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 0,914 qramm narkotik vasitə heroini almaqla satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi saxlaması və daşıması, hər ikisinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlililikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs2 məhkəməistintaqında verdiyi- üzərində aşkar olunan narkotik vasitəni 10 yanvar 2022-ci il tarixdən əvvəlki günlərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən parnikdə fəhlə işlədiyi zaman orada tanış olduğu şəxsdən alması, Təqsirləndirilən şəxs2lə ata-bablarından qalmış şəxsi ədavətləri olduğu üçün narkotik vasitəni 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 20 manat pul müqabilində almasını bildirməsi barədə ifadəsini qeyri-obyekiv ifadə kimi qiymətləndirir və subut kimi qəbul etmir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhərində narkotik vasitə heroin satmaması, həmin gün saat 16 radələrində Cəlilabad şəhərindən Bakı şəhərinə yola düşməsi, saat 18-19 radələrində artıq Bakı şəhərində olması, saat 21 radələrində Cəlilabad şəhərində olmaması Təqsirləndirilən şəxs1 polisə onun tərəfindən satılmasını düşünərək narkotik vasitəni ondan almasına dair ifadə verməsi, 28 yanvar 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində faktiki olaraq 1,75 qram narkotik vasitə heroin olması, heroinin miqdarını polis işçilərinin artırması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, şahid ifadələri ilə yanaşı iş üzrə aparılmış ekspert rəylərindən də məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində aşkar olunmuş heroinlər eyni tərkiblidirlər. Bundan başqa Təqsirləndirilən şəxs2 10 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhərində olduğunu, Cəlilabad şəhərində olmadığını və həmin saatlarda Təqsirləndirilən şəxs1 heroin satmadığını göstərsə də, telefon danışıqları barədə məlumatlardan müəyyən edilir ki, ona məxsus mobil telefon nömrəsinin anten dairəsi həmin gün saat 22:45-dək Cəlilabad şəhəri ərazisində olmuş və Təqsirləndirilən şəxs1lə çoxsaylı danışıqlar aparmışlar. Beləliklə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri kifayət qədər sübuta yetirilmiş, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərində 10 yanvar 2023-cü il tarixdə narkotik vasitə aşkar olunan anda həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 pul müqabilində alması barədə məlumat verməklə cinayətin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 ifşa olunmasına fəal köməklik etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 oğlu İnam Baxşəliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olmasını, ailəsinə «şəhid ailəsi» statusunun verilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsin əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin təhlükəli residivi olduğundan CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlu İnam Baxşəliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etməklə həlak olmasını, bu səbəbdən də ailəsinin «şəhid ailəsi» statusuna malkil olmasını nəzərə alaraq, həmçinin humanizm prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs2 CM-nin 65.3-cü maddəsinə əsasən əməlində cinayətlərin təhlükəli residivinin olması nəzərə alınmadan və CM-nin 234.4.3-cü maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 cinayətin digər iştirakçısının ifşa olunmasına fəal köməklik etməsini və faktiki əldə etdiyi narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı, ona təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı iki gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla dörd gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 0,864 qram və 6,029 qram çəkilərdə narkotik vasitə heroinlər məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişlər barədə iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 120 manat təqsirləndirilən şəxslərin hər birindən 60 manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CMnin 62-ci maddəsi tədbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olusun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 0,864 qram və 6,029 qram çəkilərdə narkotik vasitə heroinlər məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərlərində şəxsi axtarış zamanı aparılmış videoçəkilişlər barədə iki ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 60 (altmış) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-417/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-417/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver