Məhkəmə qərarları › İş №1(099)-417/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-417/2025

27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-417/2025 27.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, katib, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1971-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda, yəni təmiz çəkisi 7,231 qram psixotrop maddə olan kustar üsulla hazırlanmış metamfetamini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 yanvar 2025-ci il tarixdə, saat 04:19-da Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində yerləşən “Süd zavodu” adlanan ərazidə saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd ağ rəngli polietilen bükümdə külli miqdarda, yəni təmiz çəkisi 7,231 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində yerləşən Daşburun stansiyasında həmin kənd sakini Orxan Bəyzadlı döyülmüşdür. 12 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olan qonşusu Şahid7 ona zəng edərək Orxanın döyüldüyündən xəbəri olub-olmadığını soruşmuşdur. Belə ki, o, Orxan Bəyzadlının ədavətli olduğu Əli adlı şəxsi tanıyırdı. Həmin vaxt Orxanla ədavəti olan şəxs Mingəçevirdə toyda, o isə evinin yaxınlığında yerləşən çayxanada olmuşdur. İsmayıla olduğu yeri demiş, bir müddət sonra polis əməkdaşları gəlib onu Beyləqan Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə müavin Orxan adlı polis əməkdaşının otağına aparmışlar. Əlləri bağlı vəziyyətdə olmuşdur. Orxan adlı polis əməkdaşı onun Orxan Bəyzadlının kim tərəfindən döyüldüyünü bildiyini demiş, o isə hadisənin kim tərəfindən törədildiyini bilmədiyini, hadisədən yenicə xəbər tutduğunu demişdir. Bundan sonra Orxan adlı polis əməkdaşı onu döymüşdür. 12-13 yanvar tarixlərində polis şöbəsində saxlanılmış, 13 yanvardan 14 yanvara keçən gecə Orxan adlı polis əməkdaşının otağına aparılmış və dörd nəfər polis əməkdaşı onu orada döymüşlər. Orxan adlı polis əməkdaşı evindən külli miqdarda narkotik vasitə çıxaracaqları ilə onu hədələmiş, Orxan Bəyzadlını döyən şəxslərin adlarını yazmasını istəmişdir. Yenə də, Orxan Bəyzadlını kimin və ya kimlərin döydüyünü bilmədiyini demişdir. Polis əməkdaşları onu döymüş, ona “dubinka” soxacaqları ilə hədələmişlər. Orxan ona, “səni üzərində odlu silah gəzdirməklə tutacam” söyləmiş, daha sonra isə kiçik büküm göstərərək, içərisində 2- 3 qram "patı" olduğunu, "patı"nı üzərinə götürməsini, bir-iki il həbs olunmağa razı olmasını, əks halda yaşadığı evdən daha böyük çəkidə narkotik vasitə çıxardacağını və onu uzun müddətli həbs etdirəcəyini bildirmişdir. Orxanın dediklərini edəcəyindən qorxub onunla razılaşmışdır. Daha sonra onu polis şöbəsinin qarşısında “Chevrolet Niva” markalı avtomobilə əyləşdirərək “Süd zavodu” adlanan əraziyə aparmış, orada videoçəkiliş etmişlər. İttiham aktında onun 14 yanvar 2025-ci il tarixdə, saat 00:52-də kiməsə zəng etdiyi yazılmışdır ki, bu mümkün deyildir. Guya onun gecə saat 04 radələrində çayxanada olması barədə yazılanlar da həqiqəti əks etdirmir. Həmin vaxt heç bir çayxana işləmir. Polis şöbəsində Ceyhun adlı şəxs onu arxadan tutmuş, Orxan və İlkin adlı polis əməkdaşları isə onu döymüşlər. Tutulduqdan dörd ay sonra ikinci dəfə məhkəmə qarşısına çıxanda hakimə hər şeyi olduğu kimi danışmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində post patrul xidmətində işləyən qonşusu Şahid7 ona zəng edərək harada olduğunu, Orxan Bəyzadlının döyülməsindən xəbəri olub-olmadığını soruşmuşdur. Həmin vaxt yaşadığı Mil qəsəbəsində yerləşən “Oba” mağazasının qarşısında olmuşdur. Zəng edən şəxsin İsmayıl olduğunu əvvəlcə bilməmiş, İsmayıl özünü təqdim etmişdir. İsmayılın ona zəng etmə saatını səhv demiş ola bilər, sonuncu ona zəng edəndə hava qaranlıq olmuşdur. Onu Beyləqan Rayon Polis Şöbəsinə aparmışlar. Saxlanıldığı yerlə polis şöbəsinin arasında təqribən 18 km məsafə vardır. Şöbədə Orxan adlı polis onu nəzərdə tutaraq “debili gətirdiz?” deyə soruşmuşdur. Orxandan barəsində belə danışmamasını xahiş etmişdir. Otağa salındıqdan sonra polis ona yumruq zərbəsi vurmuşdur. Orxan Bəyzadlının “Daşburun” adlanan ərazidə yaşayan Əli Məmmədovla konflikti yaranmışdır. 2024-cü ilin oktyabr ayında Əli ona zəng edərək dalaşdığını, evə getmək istəmədiyini, onun yanına gəlmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. Əli evə gələndə onu qarşılamış, üst-başının qana bulaşdığını görmüşdür. Nə baş verdiyini soruşduqda sonuncu Orxan adlı şəxslə dalaşdığını, Orxanın onu daşla vurduğunu bildirmişdir. Əlini xəstəxanaya aparmışlar. Orxan Bəyzadlı daha sonra sosial şəbəkədə canlı yayımda Əlinin ünvanına nalayiq ifadələr işlətmişdir. Əli adlı şəxs Daşburun ərazisində narkotik satışı ilə mübarizə aparırmış. Sonralar da Əli və Orxan arasında münaqişə olmuşdur. Bir gün Daşburun stansiyasında üç nəfər maskalı şəxs Orxanı tutub döymüşlər. Həmin vaxt Əli Mingəçevirdə toyda, o isə evdə, çayxanada olmuşdur. Polislər ona Orxanı kimin döydüyünü bildiyini demişlər. Orxanın ədavətli olduğu Əli adlı şəxsi tanısa da, onu kimin döydüyünü özü də bilməmişdir. 12 yanvar tarixində saxlanılandan polisin nəzarətində olmuşdur. Saxlanılana qədər polislərlə heç bir ədavəti olmamış, otuz ilə yaxın Rusiyada yaşamışdır. 1993-cü ildə Rusiyaya getmiş, 2023-cü ildə isə oradan deportasiya olunmuşdur. Əvvəllər məhkumluğu olmamışdır. Rusiyada yaşadığı dövrlərdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2017-ci ildə ayaqları sınmış, bundan sonra heç bir narkotik vasitə istifadə etməmişdir. Narkoloji yoxlamaya aparılmış, lakin heç bir analiz alınmadan narkoman olduğu qeyd olunmuşdur. Həkim ondan soruşanda sonuncu dəfə 2017-ci ildə marixuana istifadə etdiyini bildirmişdir. Həmin vaxtdan narkotik vasitə və ya psixotrop maddə istifadə etməmiş, spirtli içki belə qəbul etməmişdir. Orxan və Tural Bəyzadlı qardaşları ilə heç bir əlaqəsi olmamışdır. Əli Məmmədovla yaxınlığı olduğu üçün polislər onu sorğu-sual etmiş, daha sonra Əlini də tapmışlar. Yanvar ayının 12-si çox sayda Daşburun sakini polis şöbəsinə aparılmışdır. Məhəmməd adlı bir nəfəri də Dubaya uçmaq istəyərkən tutub gətirmişlər. Səhv xatırlamırsa, Məhəmməd 13 yanvardan 14 yanvara keçən gecə polis şöbəsinə gətirilmişdir. Onu Məhəmmədin gözünün qabağında döymüşlər. Polis əməkdaşları Şahid3 onu vurmamış, yalnız yerə yıxıb ayaqlarının arasına salaraq tutmuş, Şahid2 və Orxan Novruzov isə onu döymüşlər. Polislər onun başına və ayaqlarına zərbələr vurmuşlar. Təcridxanada müayinə olunarkən xəsarətləri olmadığını bildirmişdir. Videoçəkiliş 14 yanvar 2025-ci il tarixdə, saat 04 radələrində olmuşdur. “Süd zavodu” adlanan ərazi ilə polis şöbəsi arasında 1-2 km məsafə vardır. 14 yanvar 2025-ci il tarixdə mobil telefonu onda deyil, əməliyyatçılarda olmuşdur. Videoçəkiliş aparılan yerə gedərkən yolda maşının içərisində Şahid2 onun “kurtka”sının cibinə psixotrop maddə qoymuşdur. 13 yanvarda Orxan Novruzovun otağında Şahid1 görmüşdür. Videoçəkilişə aparılan vaxt şöbədən çıxanda Şahid5 görmüşdür. 12 yanvar 2025-ci il tarixdə polis olan qonşusu İsmayıldan ona zəng gəlmiş, Orxanın döyülməyini və onunla görüşmək istədiyini deyib, harada olduğunu soruşduqda, “Oba”nın qabağında olduğunu bildirmişdir. Bir müddət gözləmiş, lakin İsmayıl gəlməmişdir. Sonra özü İsmayıla zəng vurmuş, lakin sonuncu zəngi götürməmişdir. Bir qədər sonra iki avtomobildə polis əməkdaşları gəlmişlər. Gələnlər arasında Şahid1 də olmuş, lakin yadından çıxdığından əvvəlki iclaslarda bunu deməmişdir. Şahid3 maşınından İsmayıl da çıxmışdır. İsmayılın yanında qoluna qandal vuraraq onu polis şöbəsinə aparmışlar. 12 yanvar 2025-ci il tarixdə, gecə saat 11-12 radələrinə qədər İsmayıl onun yanında olmuş, 13 yanvarda günorta vaxtı, 14 yanvarda isə səhər saatlarında İsmayıl yenə də onu görmüşdür. İsmayıldan pul istəməmişdir. 13 yanvar 2025-ci il tarixdə, gecə saat 12-01 radələrində əməliyyatçı Şahid3 onu vurmaq istəyəndə İsmayıl sonuncuya mane olmuşdur. “Oba” mağazasının qarşısında onu saxlayanda tanışı Dadaş və çayxanadakılar onun aparıldığını görmüşlər. Ayaqları qırılandan sonra heç yerdə işləməmişdir. Rəhmətlik qardaşından qalmış avtomobil servisi obyektinin icarə gəliri ilə özünü dolandırmışdır. Rayon prokuroru Ramazan Hadıyevin qəbulunda olarkən sonuncu ondan dəfələrlə soruşmasına baxmayaraq, polislər tərəfindən hədələndiyindən həqiqəti deməmişdir. Şüvəlan təcridxanasında saxlanılarkən Azərbaycan Respublikasının Baş prokuroruna, Daxili İşlər Nazirinə, Ombudsmana şikayətlər yazmışdır. 12 yanvar tarixində polis şöbəsinə aparılanda orada Məmməd, Arzuman, Cavidan adlı şəxslər də olmuşlar. Məmməd Hüseynli onun qolu qandallı gətirildiyini görmüşdür. Məhəmməd adlı şəxs isə hazırda Bakı İstintaq Təcridxanasındadır. Məhəmmədin də yanında onu döymüşlər. Belə ki, yanvar ayının 13-dən 14-nə keçən gecə Orxan Novruzovun otağına aparılan zaman orada Məhəmmədin gözünün qarşısında hədələnmiş və polislə razılaşmışdır. Mobil telefonunun əlaqələr siyahısında adında “daş” sözü qeyd olunmuş şəxslər Daşburun sakinləri olduğu üçün belə qeyd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı təqsirləndirilən qismində vermiş olduğu xx.xx.2025-ci il tarixli ifadəsi arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi həmin ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. Həmin ifadəsində o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234..4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik tələbatlarını ödəmək üçün ona qohumları, dostları maddi köməklik edir. 1993-cü ildən 2017-ci ilədək Rusiya Federasiyasında yaşamış, həmin müddət ərzində narkotik vasitə və psixotrop maddələrdən istifadə etmiş, 2017-ci ildən isə istifadə etməmişdir. 2023-cü ilin may ayında Rusiya Federasiyasından beş illik deportasiya olunmuş, bundan sonra anadan olduğu Beyləqan rayonunun Mil qəsəbəsinə gəlmiş və orada yaşamışdır. Təxminən üç gün əvvəl Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Daşburun stansiyasının ərazisində, dəmir yolu relslərinin ətrafında gəzən zaman relslərinin yaxınlığında, yerdə ağ rəngli, kiçik ölçülü polietilen büküm olduğunu, bükümün baş tərəfinin düyünləndiyini görmüşdür. Həmin bükümü əlinə götürüb içinə baxan zaman içərisində ağ rəngli, kristal formalı, qoxusuz maddələrin olduğunu görmüş, əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi üçün həmin maddəni psixotrop maddə olan metamfetaminə bənzətmişdir. Bir neçə ildir narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsə də, həmin maddəni tapdıqdan sonra götürüb istifadə etmək qərarına gəlmiş və bükümü əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. Lakin, həmin gündən sonra tapdığı psixotrop maddə olan metamfetamini istifadə etməmiş, üzərində daşımışdır. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Beyləqan şəhərinə işləri ilə əlaqədar gəlmiş, işlərini gördükdən sonra şəhər ərazisində yerləşən çayxanalardan birində tanışları ilə oturub çay içib xeyli söhbət etdikdən sonra xx.xx.2025-ci il tarixdə, saat 04 radələrində yaşadığı kəndə getmək qərarına gəlmiş, Beyləqan şəhərinin mərkəzində yerləşən “Mərkəzi dairə” adlanan yerdə taksilərin dayandığını bildiyi üçün həmin yerə getmiş, lakin orada heç bir taksi olmamışdır. Buna görə də Beyləqan şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsi istiqamətində gedib yolda yaşadığı Mil qəsəbəsi istiqamətində gedən avtomobil tapmaq qərarına gəlmişdir. Beyləqan şəhəri, S.İmrəliyev küçəsi ilə yolun kənarıyla piyada getmiş, həmin küçədə yolun solunda yerləşən “Real market” ərzaq mağazasını 40-50 metr keçdikdən sonra kiçik təbii ehtiyacının gəldiyini hiss etmiş, yolun sol tərəfində uçuq-sökük bina olduğunu, həmin binanın ətrafının qaranlıq olduğunu görüb, oraya gedib kiçik təbii ehtiyacını ödəmişdir. Təxminən on dəqiqədən sonra geri qayıtmış, həmin vaxt qarşıdan bir ədəd avtomobil gəldiyini görmüş, lakin həmin avtomobildə olanların polis əməkdaşları olması ağlına gəlməmişdir. Avtomobil ona yaxınlaşan zaman arxa tərəfdən bir neçə nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüş, həmin şəxslər ona yaxınlaşaraq hərəsi bir tərəfindən tutmuş və polis əməkdaşları olduqlarını bildirib, tərpənməməsi barədə xəbərdarlıq etmişlər. Ardınca avtomobil ona çatıb dayanmış və avtomobildən bir neçə nəfər mülki geyimli şəxs düşüb yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş, həmin şəxslərdən biri videoçəkiliş aparmış, mülki geyimdə olan digər şəxs isə yaxınlaşaraq özünü təqdim etməsini bildirmişdir. Özünü təqdim etdikdən sonra həmin şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu və bununla bağlı saxlandığını bildirmiş, ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, olduğunu bildirdikdə, təqdim etməsini xahiş etmiş, o da əynində olan qış gödəkcəsinin sol iç cibindən psixotrop maddə olan metamfetamini sellofan bükümdə çıxarıb təqdim etmişdir. Həmin maddənin nə olduğu və haradan əldə etdiyi soruşulmuş, cavabında psixotrop maddə metamfetamin olduğunu, təxminən üç gün əvvəl Beyləqan rayonu, 1-ci Şahsevən kəndi ərazisində, Daşburun stansiyasının ərazisində, dəmir yolu relslərinin yaxınlığında gəzən zaman tapdığını demişdir. Sonra təqdim etdiyi büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 7,71 qram olması müəyyən edilmiş, daha sonra ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra üzərində başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya olub-olmaması soruşulmuş, o isə olmadığını bildirmişdir. Daha sonra mülki geyimdə olan polis əməkdaşı üstünü yoxlayan zaman əynində olan gödəkcəsinin sol yan cibindən ona məxsus “Samsung A12” markalı mobil telefonu aşkar etmiş, həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Polis əməkdaşı həmin mobil telefona vizual baxış keçirərək götürmüş, bundan başqa üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və ya kütlə aşkar edilməmişdir. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib edilmiş və iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Sonra polis əməkdaşları onu Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər şəxs özünü şöbənin istintaq bölməsinin müstəntiqi kimi təqdim etmiş, ona qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün saxlandığını və polis şöbəsinə gətirildiyini deyərək, şübhəli şəxs kimi hüquq və vəzifələrini elan etmişdir. Ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və müdafiəçi dəvət olunmuşdur. Daha sonra müdafiəçi və polislərin iştirakı ilə onun üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı zərfə, “Samsung A12” markalı mobil telefona videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmışdır. İlk öncə onlara hüquq və vəzifələri elan edilmiş, ardınca üzərindən aşkar edilmiş metamfetaminin qablaşdırıldığı zərf açılaraq içinə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisində bir ədəd ağ rəngli polietilen büküm, bükümün içərisində isə ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Müstəntiqin suallarına cavab olaraq aşkar olunmuş kütlənin metamfetamin olduğunu, üstündən aşkarlandığını, həmin kütləni Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən Daşburun stansiyasının ərazisində, dəmir yol relslərinin yaxınlığından tapdığını, götürüb baxanda metamfetamin olduğunu gördüyünü və istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 7,82 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlənin yenidən qablaşdırılıb ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi bildirilmiş, həmin bağlama yenidən öz qablaşdırıldığı zərfə qoyulmuş və həmin zərfdə başqa təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş, ona məxsus “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş, müstəntiqin sualına cavab olaraq mobil telefonun özünə məxsus olduğunu bildirmiş, müstəntiq mobil telefonun qara rəngli rezin qoruyucusunu çıxardaraq baxış keçirmiş və üzərində hər hansı zədə olmadığı müəyyən olunmuşdur. Sonra həmin mobil telefon təzə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və tərəfindən üzərinə imzalar edilmişdir. Müstəntiq polis əməkdaşları tərəfindən saxlanılan və baxış keçirilən zaman ona qarşı zorakılıq edilibedilmədiyini soruşmuş, o da belə halın baş vermədiyini bildirmişdir. Aparılan videoçəkilişin DVD diskə əlavə edilərək protokola əlavə ediləcəyi bildirilmiş, bu barədə protokol tərtib edilmiş, o da iştirakçılarla bərabər həmin protokolu imza etmişdir. Polis əməkdaşları ona yaxınlaşanda, həmçinin üstünün yoxlanılması zamanı ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, əvvəllər, yəni 2017-ci ilə qədər narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsi ilə məşğul olsa da, 2017-ci ildən sonra istifadə etməmişdir. Üzərindən aşkar edilərək götürülmüş “Samsung A12” markalı mobil telefonun üzərində 051 ***-**-** mobil nömrə olmuş, həmin nömrədən istifadə etmiş, başqa mobil nömrəsi olmamışdır (cild 01, i.v. 69-72). Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq etmədiyini, həmin ifadəni təsir və təzyiq altında verdiyini, ibtidai istintaq zamanı 05 may və 17 iyul 2025-ci il tarixlərində, bir də məhkəməyə verdiyi ifadələrini təsdiq etdiyini, qalan ziddiyyətli ifadələrini təsdiq etmədiyini bildirmiş, son sözündə polislər tərəfindən “yükləndiyini”, məhkəmənin barəsində ədalətli qərar qəbul edəcəyinə inandığını bildirmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin sabiq əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat tədbiri ilə əlaqədar tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 14 yanvar 2025-ci il tarixdə ona, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə Beyləqan Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etdikdən sonra təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmiş və rəhbərliyi altında şöbənin Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid4, polis baş leytenantı Şahid3 və keçiriləcək əməliyyat-axtarış tədbirinin videoyazı ilə qeydə alınması üçün Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Beyləqan rayonu, Mil qəsəbə sakini Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmiş, “Süd zavodu” adlanan ərazidə saat 04 radələrində videoçəkiliş vasitəsilə küçədə piyada hərəkət edərkən onu saxlamış, özlərini təqdim edib saxlanılmasının səbəbini izah etmişlər. Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa qanunsuz əşya və ya predmet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da olduğunu bildirərək, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən sellofon bükümdə, içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmiş, “patı” olduğunu, iki-üç gün əvvəl Daşburun stansiyasının ərazisindən tapdığını və psxitrop maddə olduğunu bilərək istifadə etmək məqsədi ilə götürüb üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılaraq baxış keçirilmiş və içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və çəkisinin 7,71 qram olması məlum olmuşdur. Bundan sonra götürülmüş predmet ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən ona məxsus bir ədəd “Samsung A12” markalı mobil telefon aşkar edilərək, iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya kütlə aşkar edilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, lakin əvvəllər istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəflərindən Beyləqan Rayon Polis Şöbəsinə gətirilmişdir. Keçirilmiş tədbirlə bağlı müvafiq protokol tərtib etdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinin müstəntiqinə təhvil vermişlər. Müstəntiq Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını və daha sonra polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini elan etmiş, daha sonra müdafiəçi və onların iştirakı ilə Cehunun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı zərfə videoçəkiliş vasitəsilə müstəntiq tərəfindən yenidən baxış keçirilərək götürülmüşdür. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün tərəflərindən saxlanılandan iki gün əvvəl saxlanıldığını deyə bilər. Halbuki, Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla qeyd etdiyi ərazidə saxlanılmışdır. Saxlanılarkən şəxsin mobil telefonu üzərində olmuşdur ki, anten məlumatları da həmin ərazidə olduğunu təsdiq edə bilər. Əgər təqsirləndirilən şəxs həqiqətən də iki gün əvvəl saxlanılmışdırsa, bu barədə videoçəkiliş zamanı bildirə bilərdi, lakin bu barədə heç bir söz deməmişdir. Əməliyyat tədbiri zamanı ona nə Orxan Novruzov, nə də başqaları tərəfindən təsir göstərilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra müstəntiqə təhvil verilmişdir. Sonuncunun onun tərəfindən əməliyyat işləri üzrə rəis müavini və ya başqasının yanına aparılması halı olmamışdır. Tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq-təsir olmamışdır. Orxan Novruzov və başqaları tərəfindən təqsirləndirilən şəxsin zorakılığa və hədəyə məruz qalmasını görməmişdir. Beyləqan Rayon Polis Şöbəsində Şahid7 adlı əməkdaş vardır, səhv etmirsə, Müvəqqəti Saxlama Yerində işləyir. Şahid7 12 yanvar 2025-ci il tarixində Təqsirləndirilən şəxs zəng etməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrədə 12 yanvardan 14 yanvara qədər daxil olan və çıxan zənglərin olmamasının səbəbini bilmir. Əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmasına baxmayaraq, onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə şübhəli şəxs qismində cəlb olunmasının səbəbini bilmir. Təqsirləndirilən şəxsin kimlərə narkotik vasitə satması istiqamətində əməliyyat məlumatı əldə olunmamışdır. Təqsirləndirilən şəxs şəxsiyyət məlumatları barədə portal çıxarışı çıxarmış və istintaqa təqdim etdiyi sənədlərlə birlikdə portal çıxarışını da vermişdir. 13 yanvar 2025-ci il tarixində əməliyyat üzrə müavin Orxan Novruzovun otağında Təqsirləndirilən şəxs görməmişdir. Orxan Bəyzadlı Birinci Şahsevən kənd sakinidir və xatırlamadığı tarixdə üç nəfər maskalı şəxs tərəfindən döyülərək ağır xəsarət almış, onu döyən şəxslər saxlanılaraq, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs saxlanılmazdan əvvəl əli cibində yeriyirmiş, onları görüb qaçmaq istəmişdir. Agentura məlumatı əsasında Təqsirləndirilən şəxs hərəkət istiqamətini öyrənmiş, müxtəlif yerlərdə duraraq şəxsi müşahidə etmiş, daha sonra ona yaxınlaşmışlar. Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid4, polis baş leytenantı Şahid3, Kibercinayətkarlıqla Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid2 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əməliyyat üzrə rəis müavini Orxan Novruzov tərəfindən döyüldüyünü görməmiş, özü də şəxsi döyməmişdir. Təqsirləndirilən şəxs cibinə psixotrop maddənin onun tərəfindən qoyulması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxslər adətən onların üzərinə narkotikin polislər tərəfindən qoyulduğunu bildirirlər. Təqsirləndirilən şəxsla aralarında ədavət olmamışdır. Şahid4 ifadəsində əlavə olaraq bildirmişdir ki, Şahid7 adlı polis əməkdaşını tanımır və polis şöbəsində belə bir əməkdaş yoxdur. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs cibinə narkotik qoyulmasının şahidi olmamış və sonuncu saxlanılarkən ətrafda heç kim olmamışdır. Şəxsi təqribən gecə saat 01-02 radələrində, bəlkə də daha sonra saxlamışlar. Şahid3 ifadəsində əlavə olaraq bildirmişdir ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə gecə saatlarında saxlanılmışdır. Təqsirləndirilən şəxs qarşı aqressiv davranış olmamış, sonuncu polisdən qaçmağa çalışmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa və hədəyə məruz qalmasını görməmişdir. Beyləqan Rayon Polis Şöbəsində on aydır işlədiyindən şöbədə Şahid7 adlı əməliyyatçının olub-olmadığını bilmir, yalnız Müvəqqəti Saxlama Yerində işləyən İsmayıl adlı şəxsi tanıyır. Keçirilmiş əməliyyat tədbirində rəis müavini Orxan Novruzov iştirak etməmişdir. Təqsirləndirilən şəxs tutulmasından bir neçə gün əvvəl Orxan Bəyzadlının döyülməsi halı baş vermişdir. Hazırda həmin şəxs və qardaşı Tural Bəyzadlı quldurluğa görə cinayət məsuliyyətinə cəlb olunmuşlar. Orxan Bəyzadlının döyülməsi faktı ilə bağlı bir neçə nəfərdən şübhələnmişlər. Məhəmməd adlı şəxsin ölkədən çıxışına qadağa qoyulmuş, ölkəni tərk etmək istəyərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs tutulanda artıq Orxan Bəyzadlını döyən şəxslərin kimliyi məlum idi. Üstündən çox vaxt keçdiyindən Təqsirləndirilən şəxs saxlanılmasının 2025-ci ilin yanvar ayının 12-si, yoxsa 14-ü tarixində baş verməsini dəqiq xatırlamır. İlkin olaraq 12 yanvar deməsinin səbəbini bilmir. Təqsirləndirilən şəxs saxlanıldığı yer yaşayış evlərinə yaxın olmuşdur. İsmayıl adlı şəxslə birlikdə Təqsirləndirilən şəxs saxlamamışdır. Təqsirləndirilən şəxs tutub saxlamamış, İlkin və Orxanın onu döymələrini görməmişdir. Şahid5 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı videoçəkilişi o aparmışdır. Təqsirləndirilən şəxsi birinci dəfə əməliyyat tədbiri zamanı görmüşdür. Şahid7 adlı polis əməkdaşını tanımır. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, aralarında ədavət və ya düşmənçilik yoxdur, dost olmuşlar. İki-üç gündən bir kənd ərazisində yerləşən çayxanda görüşmüşlər. Hazırki cinayət işi üzrə müstəntiq onu polis şöbəsinə çağırmış və ifadəsini almışdır. İfadə verərək Cehunun onun dostu olduğunu bildirmişdir. Müstəntiq ona Təqsirləndirilən şəxsla telefon danışığı olduğunu bildirmiş. o da aralarında tez-tez telefon danışığı olduğunu bildirmişdir. Bəzən Qarabağda olduğu üçün iki-üç gün danışıqları olmamışdır. Cehun tək yaşadığından evdə bişən yeməkdən Cehuna da apardığı hallar olmuşdur. Cehun uzun müddət Rusiya Federasiyasında yaşamış, son vaxtlarda Azərbaycan Respublikasına qayıtmışdır. 14 yanvar 2025-ci il tarixdə, saat 00:52 radələrində yaşadığı evdə yatan zaman Cehun ona zəng etmiş, zəngi açdıqda Cehun ondan harada olduğunu soruşmuş və görüşüb çay içməyi təklif etmişdir. Həmin vaxt yuxulu və çox yorğun olduğu üçün Cehunun nə dediklərini tam başa düşməmiş, Cehuna çox yorğun olduğu üçün yatdığını, sonra danışmağı bildirərək telefonu söndürmüşdür. Bir neçə gün sonra Cehunun narkotikə görə tutulduğunu eşitmişdir. Cehunun heç vaxt narkotik vasitə və ya psixotrop maddələrindən istifadə etməsini bilməmişdir. Əksinə Cehun özü hər zaman namaz qıldığını demişdir. Cehunun nə vaxt və nə üçün saxlanılmağından xəbəri olmamışdır. Cehunla axırıncı dəfə Cehun ona zəng edəndən iki-üç gün əvvəl görüşmüşdür. Cehun 14 yanvar 2025-ci il tarixdə ona zəng etdikdən sonra, növbəti gün işlərinə başı qarışıq olduğu üçün Cehuna zəng etmək yadına düşməmişdir. Şahid6 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə ona zəng vurub harada olduğunu soruşmuş və görüşüb çay içməyi təklif etmişdir. Aralarında başqa söhbət olmamışdır. Müstəntiq həmin zəngi ona göstərmiş, aralarında 24-25 saniyə danışıq qeydə alındığını bildirmişdir. Həmin vaxt da bildirmişdir ki, çox yorğun olduğundan yatmış və zəng səsinə oyanmışdır. Cehun saxlanılandan bir neçə ay sonra onunla əlaqə saxlayaraq 12 yanvar 2025-ci il tarixdə “Oba” mağazasının qarşısında saxlanıldığını demiş və kamera görüntülərini çıxarmasını istəmişdir. Kamera görüntüləri ilə maraqlanmış və həmin görüntülərin artıq silindiyini öyrənmişdir. Qarabağdan qayıdandan sonra Təqsirləndirilən şəxs polis tərəfindən tutulduğunu öyrənmiş, Cehunun tutulduğunu görməmişdir. Cehunu sonuncu dəfə 12 yanvar 2025-ci il tarixdə görmüşdür. Əvvəllər də Cehun gecə vaxtı zəng edərək, onu çay içməyə dəvət etmişdir. 14 yanvar 2025-ci il tarixində gecə Cehunla danışıq zamanı kənar səslər eşitməmiş, həmin şəxsin Cehun olub-olmadığını belə dəqiq bilməmişdir, lakin zəng Cehunun mobil nömrəsindən gəlmişdir. Cehunla sonradan danışana qədər 14 yanvar 2025-ci il tarixində onunla telefonda danışan şəxsin Cehun olduğunu düşünmüşdür. Sonradan Cehun ona həmin şəxsin özü olmadığını, 12 yanvar 2025-ci il tarixində tutulduğunu, zəng edənin polislər olduğunu demişdir. Cehunun tutulduğunu bilmədiyindən zəng zamanı gələn səsə diqqətlə qulaq asmamışdır. Onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini görməmişdir. Cehun kasıb vəziyyətdə yaşamış, lakin Rusiyada yaşadığı vaxtlarda kənd sakinlərinə çox köməklik etmişdir. Orxan Bəyzadlını bir neçə dəfə görmüş, lakin onu tanımamışdır. Əli Məmmədov adlı şəxsi tanımamış, Cehunla onun münasibəti barədə bilməmişdir. Müdafiə tərəfinin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Beyləqan Rayon Polis Şöbəsi Post Patrul Xidmətinin polis serjantı Şahid7 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, qonşusudur, dost deyil, qonşu olmuşlar. 12 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs zəng etmiş hal-əhval tutmuşdur. Ümumiyyətlə, mütəmadi olaraq Cehuna zəng edib onun vəziyyəti ilə maraqlanmışdır. Belə ki, Cehun əvvəllər fiziki qüsurlu olduğuna görə yeriyə bilmirmiş, o da ona köməklik etmişdir. 12 yanvar 2025-ci il tarixdə Cehun ondan on-on beş manat pul istəmiş, bu mövzuda danışıqları olmuşdur. Evləri arasında təqribən otuz metr məsafə vardır. Cehuna zəng etdiyi vaxt evdə olmuşdur. Cehun günorta ona zəng etmiş, işdə olduğundan cavab verə bilməmiş, daha sonra saat 16 radələrində özü Cehuna zəng vurmuş və Cehun zəngi açmamışdır. Axşam isə yenə zəng etmiş, səsli mesaj göndərmişdir. Bir gün əvvəl Cehun ona zəng edərək pul istəmiş, o da vermiş və az olduğuna görə qalanını da növbəti gün verəcəyini bildirmişdir. Cehuna nağd formada pul vermişdir. Son vaxtlar işlə əlaqədar başı qarışıq olduğundan Cehunun evinə tez-tez getməsə də, əvvəllər mütəmadi gediş-gəlişi olmuşdur. Axşam Cehuna zəng edərək harada olduğunu soruşmuş, Cehun da yolda olduğunu bildirmişdir. Pulu həmin gün verməsini soruşmuş, Cehun da sabah verməsini bildirmişdir. Cehunun polis əməkdaşları tərəfindən axtarılması barədə məlumatı olmamışdır. 12 yanvardan sonrakı iş günündə işə gedəndə Cehunun tutulduğunu görmüş, özü ilə görüşmüşdür. Təqsirləndirilən şəxs onun barəsində güya 12 yanvar tarixində onunla görüşməsi və onun yanında tutulması barədə dedikləri doğru deyil və Cehunun niyə elə ifadə verməsinin səbəbini bilmir. 12 yanvar 2025-ci il tarixdə Cehunla görüşməmişdir. Cehuna zəng edəndən iki-üç gün sonra onun tutulduğunu öyrənmiş və polis şöbəsində Cehundan ona nə lazım olduğunu soruşmuşdur. Təqribən beş-altı il əvvəl Cehun yeriyə bilmədiyindən ona köməklik etmiş, yemək aparmışdır. Cehun tək yaşamış, işləməmiş, bu səbəblərdən də qonşular ona kömək etmişlər. Cehun birinci dəfə onunla üz-üzə gələndə pul istəmişdir. Polislərin Cehunu harada tutduqlarını bilməmişdir. Orxan Bəyzadlı və Əli Məmmədov adlı şəxsləri rayon sakini kimi tanıyır, lakin onları polis şöbəsində görməmişdir. Üzərindən çox vaxt keçdiyindən təqsirləndirilən şəxsi polis şöbəsində konkret hansı tarixdə gördüyünü dəqiq xatırlamır. Polis şöbəsində Cehunun üzərində xəsarət olduğunu görməmiş, Cehun ona döyüldüyünü deməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, i.v. 04). Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2025-ci il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 01, i.v. 05-09). Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyataxtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, aparılmış videoçəkilişlə həmin tarixdə, saat 04:19-da Təqsirləndirilən şəxs Beyləqan rayonu, “Süd zavodu” ərazisində küçədə piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılmış, əynində olan qara rəng qış gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan bükümdə, içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardıb təqdim etmiş, həmçinin onun üzərindən “Samsung A12” markalı mobil telefon aşkar edilmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 7,71 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq təqdim etdiyi psixotrop maddə olan metamfetamini iki-üç gün əvvəl Daşburun stansiyası ərazisində tapdığını bildirmişdir. Aşkar edilmiş kütlə və mobil telefon qablaşdırılaraq götürülmüş, bu barədə protokollara əlavə edilmiş DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 10-12; 38-41). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarı və protokolundan görünür ki, azadlığı faktiki olaraq 14 yanvar 2025-ci ildə, saat 04:19-da məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə, saat 07:20 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 18; 28-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/35 nömrəli, xx.xx.2025-ci il tarixli “materialların məhkəmə ekspertizası”nın rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 7,231 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 7,131 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (cild 01, i.v. 57-60). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 61- 62). Beyləqan Rayon Məhkəməsinin 4(020)-3/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablanmaqla dörd ay müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti həmin məhkəmənin 4(020)-40/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə 14 avqust 2025-ci il tarixinədək uzadılmışdır (cild 01, i.v. 81-85; 208-213). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “maddi sübut hesab edilmə haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,131 qram olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanması üçün həmin şöbənin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i.v. 97-98). Beyləqan Rayonu İcra Hakimiyyəti başçısının Mil Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatdadır və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 01, i.v. 103-104). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyi” PHŞ “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın hər hansı kabinetində qeydiyyatda deyildir (cild 01, i.v. 110-111). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 01, i.v. 113). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış keçirilməsi haqqında” 10 və 18 mart 2025-ci il tarixli protokollarından görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan 051 352-97-09 saylı mobil nömrə barədə məlumatlara, eyni zamanda ona məxsus “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 01, i.v. 146-149). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2025-ci il məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,231 qram psixotrop maddə olan metamfetamini satış məqsədilə üzərində saxlamaqla daşıması məlum olmuş, lakin onun həmin maddəni haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır (cild 01, i.v. 159). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 23/25 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01, 160-162). Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin “Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın” xx.xx.2025-ci il tarixli, 1864 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 163-164). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin “kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası”nın xx.xx.2025-ci tarixli, 1115 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 01, i.v. 165-168). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxsləri qeydiyyat kitabı”-na baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən əvvəl xx.xx.2025-ci il tarixində və digər tarixlərdə həmin şöbəyə gətirilməsi barədə hər hansı qeyd müəyyən olunmamışdır. Sözügedən jurnaldan çıxarış məhkəməyə də təqdim olunmuş və məhkəmə iclasında cinayət prosesi tərələrinin iştirakı ilə tədqiq edilmişdir (cild 01, i.v. 184-190). Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döymə, fiziki zor və sair təzyiqlərə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01, i.v. 236-239). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “əlavə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan 051 352-97-09 saylı mobil nömrəyə dair məlumatlara baxış keçirilərkən həmin nömrədən 050 479-66-41 saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə, saat 00:52:06-da zəng olunması və həmin mobil nömrə ilə 24 saniyə ərzində danışıq olması müəyyən olunmuşdur (cild 01, i.v. 250-252). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 01, i.v. 254). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “üzləşdirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, təqsirləndirilən şəxs Cehun Əkbərovla şahid qismində keçən əməliyyat müvəkkilləri Şahid1, Şahid5, Şahid2, Şahid3, Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən, tərəflər ayrı-ayrılıqda ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (cild 02, i.v. 01-05, 08-12, 15-19, 22-26, 38-42). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi barədə”, “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci, “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş; psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (cild 02, i.v. 50-67, 69-70, 73-74). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstantaq Təcridxanasının xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş Tibb Baş İdarənin 983/2025 nömrəli “məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sağ budda çapıq toxumaları aşkar olunmuş, sorğu zamanı zədə almadığını bildirmişdir. Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung A12” markalı mobil telefon məhkəmə iclasında tədqiq edilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-417/2025 nömrəli qərarı ilə polis əməkdaşı Şahid7 istifadəsində olan 010 388-27-27 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 11 yanvar 2025-ci il, saat 00:00-dan 15 yanvar 2025-ci il, saat 00:00-dək olan müddətə giriş-çıxış zəngləri, anten dairəsi məlumatları, şanların coğrafi koordinatları, Təqsirləndirilən şəxs istifadəsində olan 051 352-97-09 saylı mobil nömrənin 11 yanvar 2025-ci il, saat 00:00-dan 15 yanvar 2025ci il, saat 00:00-dək olan müddətə anten dairəsi, şanların coğrafi koordinatları barədə məlumatları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş, CD diskdə olan materiallar məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, - Təqsirləndirilən şəxs istifadəsində olan 051 352-97-09 saylı mobil nömrənin anten dairəsi 11, 12, 14 yanvar 2025-ci il tarixlərində əsasən Beyləqan rayonu, Mil qəsəbəsində, 14 yanvar 2025-ci il tarixdə, saat 23:16:57-dən 23:48:13-dək Beyləqan rayonu, saat 00:42:01-dən 00:54:02-dək Beyləqan rayonu, Allahyarlı kəndində, 01:00:11-dən isə Beyləqan rayonu, Mil qəsəbəsinin; - Şahid7 istifadəsində olan 010 388-27-27 saylı mobil nömrənin anten dairəsi 12 yanvar 2025-ci il tarixdə, saat 21:26-da Beyləqan rayonu, Mil qəsəbəsi, 23:34-də Beyləqan rayonu, Daşburun qəsəbəsində, 23:43-də Beyləqan rayonu, Mil qəsəbəsində, 23:46-da Beyləqan rayonu, Daşburun qəsəbəsində, saat 00:23-də Beyləqan rayonunun ərazisində aktiv olmuşdur. Bundan başqa, Şahid7 istifadəsində olan 010 388-27-27 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 051 352-97-09 saylı mobil nömrəyə xx.xx.2025-ci il tarixdə, saat 21:26 dəqiqədə zəng olunması və həmin mobil nömrə ilə 17 saniyə ərzində danışıq olması, hər iki nömrənin anten dairəsi Beyləqan rayonu, Mil qəsəbəsində müəyyən olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-417/2025 nömrəli qərarı ilə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı Şahid3 istifadəsində olan 055 224-94-58 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 11 yanvar 2025-ci il, saat 00:00-dan 16 yanvar 2025-ci il, saat 00:00-dək olan müddət intervalında olan girişçıxış zəngləri və anten dairəsi məlumatları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş, CD diskdə olan materiallar məhkəmə iclasında tədqiq edilərkən müəyyən olunmuşdur ki, həmin nömrənin anten məlumatları 12 yanvar 2025-ci il tarixdə, saat 21:12:45, 21:20:58, 21:50:17-də Beyləqan rayonu, 1-ci Şahsevən kəndi, 21:59:30-da Beyləqan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Beyləqan RİH yanı, 22:02:31-də Beyləqan rayonu, 1-ci Şahsevən kəndi, 22:10:09-da Beyləqan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Beyləqan RİH yanı, 22:20:54-də Beyləqan rayonu, 1-ci Şahsevən kəndi, 22:25:05-də Beyləqan rayonu, Mil qəsəbəsi, 22:31:18-də Beyləqan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Beyləqan RİH yanı, 22:32:25-də Beyləqan rayonu, 1-ci Şahsevən kəndi, 22:59:23-də Beyləqan rayonu, Mil qəsəbəsi, 23:05:26-da Beyləqan rayonu, 1-ci Şahsevən kəndi, 23:07:36-da Beyləqan şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi ərazilərində aktiv olmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 37 (otuz yeddi) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ özündə tərəflərin bərabərliyi, çəkişməli məhkəmə prosesi və sair prinsiplərlə yanaşı, həmçinin məhkəmə qərarlarının əsaslandırılması prinsipini ehtiva edir. Bu prinsipə əsasən məhkəmələr qərarları əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidirlər (“Papon Fransaya qarşı iş”). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli Qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Plenum qeyd olunan qərarında daha sonra göstərmişdir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu başqa bir qərarında da eyni hüquqi mövqeyi məhkəmələrin diqqətinə çatdırmaqla əməlin düzgün tövsif edilməsinin əhəmiyyətini xüsusilə vurğulamışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərara əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, narkotik vasitələrdən 2017-ci ildən sonra istifadə etməməsi, 12 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində, havanın qaranlıq vaxtı Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olan qonşusu Şahid7 ona zəng edərək Daşburun stansiyasında həmin kənd sakini Orxan Bəyzadlının döyülməsi, bu barədə xəbəri olub-olmadığını soruşması, həmin vaxt yaşadığı Mil qəsəbəsində yerləşən “Oba” mağazasının qarşısında çayxanada olması, bir qədər sonra polis əməkdaşlarının iki maşında gəlib onu Beyləqan Rayon Polis Şöbəsinə aparmaları, şöbədə əməliyyat işləri üzrə rəis müavini Orxan Novruzovun onu Orxan Bəyzadlının kim tərəfindən döyüldüyünü bildiyini deyib, şəxsin kimliyi barədə sualına “bilmirəm” cavabını verəndə, onu döyməsi, 12-13 yanvar tarixlərində polis şöbəsində saxlanılması, 13 yanvardan 14 yanvara keçən gecə yenidən Orxan Novruzovun xidməti otağına aparılması, orada dörd nəfər polis əməkdaşı tərəfindən döyülməsi, evindən külli miqdarda narkotik vasitə çıxarılacağı, ona “dubinka” soxacaqları ilə hədələnməsi, Orxan Novruzovun kiçik büküm göstərərək, içərisində 2-3 qram "patı" olduğunu, "patı"nı üzərinə götürməsini, bir-iki il həbs olunmağa razı olmasını, əks halda yaşadığı evdən daha böyük çəkidə narkotik vasitə çıxardıb uzun müddətli həbs etdirəcəyini deməsi, dediklərini edəcəklərindən qorxub onlarla razılaşması, daha sonra polis şöbəsinin qarşısında “Chevrolet Niva” markalı avtomobilə əyləşdirərək “Süd zavodu” adlanan əraziyə aparılaraq, orada videoçəkiliş həyata keçirilməsi, 14 yanvar 2025-ci il tarixdə, saat 00:52-də tanışı Şahid6 zəng etmədiyi, həmin tarixdə gecə saatlarında çayxanada olmaması, mobil telefonunun polislərdə olması, yanvar ayının 12-də polis əməkdaşları tərəfindən tutulmasını Şahid6, polis şöbəsində döyülməsini isə həmin vaxt şöbədə olmuş Məhəmməd, Arzuman, Cavidan, Məmməd Hüseynli adlı şəxslərin görməsi, İsmayılla Şahid1 də orada olmaları, İsmayılın yanında qoluna qandal vurularaq şöbəyə aparılması, polislərin onun başına və ayaqlarına zərbələr vurduqları, videoçəkiliş aparılan yerə gedərkən yolda avtomobilin içərisində Şahid2 onun “kurtka”sının cibinə psixotrop maddə qoyması barədə dedikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə etmək məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etməyərək, sübut kimi qəbul etmir. Belə ki, Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs aparılmış videoçəkilişlə həmin tarixdə, saat 04:19-da Beyləqan rayonu, “Süd zavodu” ərazisində küçədə piyada hərəkətdə olarkən əməliyatçılar tərəfindən saxlanılmış və şifahi sorğu-sual zamanı əynində olan qara rəng qış gödəkçəsinin sol iç cibindən bir ədəd sellofan bükümdə, içərisində ağ rəngli, kristal formalı, qoxusuz psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxardıb təqdim edərək, həmin kütləni iki-üç gün əvvəl Daşburun stansiyası ərazisində tapdığını, əvvəllər də narkotik vasitə istifadə etdiyindən, gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Videoçəkilişin görüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 10-12). Bundan başqa, Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis Şöbəsində hüquq müdafiəçisinin iştirakı ilə şübhəli şəxs, həmçinin təqsirləndirilən qismində verdiyi 14 və 15 yanvar 2025-ci il tarixli ifadələrində narkotik vasitə və psixotrop maddə istifadəçisi oduğunu, üzərindən aşkarlanan metamfetamini yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir (cild 01, i.v. 43-46, 69-72). Təqsirləndirilən şəxs analoji ifadəni Beyləqan Rayon Məhkəməsi tərəfindən barəsində qətimkan tədbiri seçilərkən keçirilmiş məhkəmə iclasında bir daha etiraf etmişdir (cild 01, i.v. 81-85). Bundan əlavə, “ekspert rəyinin təqsirləndirilən şəxsə elan edilməsi barədə” xx.xx.2025-ci il tarixli, 40 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə-kimyəvi ekpertizasının 18/35 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə tanış olarkən ibtidai istintaq zamanı üzərindən aşkarlanan və özünə məxsus olduğunu bildirdiyi psixotrop maddə metamfetaminlə bağlı verilmiş rəyə dair heç bir vəsatətinin olmamasını bildirmişdir (cild 01, i.v. 67). Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 1864 saylı rəyində Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromunun (narkomaniya xəstəliyinin) aşkar olunduğu, bundan başqa, rəyin təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs müayinə zamanı 1992-ci ildən arabir düşəndə marixuanadan çəkməklə istifadə etdiyini bildirməsi qeyd olunmuşdur (cild 01, i.v. 163-164). Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində, havanın qaranlıq vaxtı Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşı olan qonşusu Şahid7 ona zəng etməsi, həmin vaxt yaşadığı Mil qəsəbəsində yerləşən “Oba” mağazasının qarşısında çayxanada olması, bir qədər sonra polis əməkdaşlarının iki maşında gəlib onu Beyləqan Rayon Polis Şöbəsinə aparmaları, Şahid3 da orada olması, qeyd etdiklərini İsmayıldan başqa, tanışı Şahid6 da görməsi barədə dedikləri ilə əlaqədar, qeyd edir ki, sorğu əsasında əldə olunmuş hər üç şəxsin, yəni Təqsirləndirilən şəxs, Şahid7 və Şahid3 mobil telefona dair məlumatlarında qeyd olunan tarixdə İsmayılın Cehuna zəng etməsi və hər ikisinin anten dairəsi məlumatlarında eyni ərazidə olmaları işin mübahisəsiz halı olsa da, əməliyyatçı Şahid3 istifadəsində olan mobil telefonun anten məlumatlarından onun onlarla eyni ərazidə olmasını təsdiq edəcək hər hansı məlumat aşkar olunmamışdır (hökmün təsviri hissəsində anten dairələri barədə ətraflı qeyd olunmuşdur). Bundan başqa, məhkəmədə dindirilmiş şahidlər, Cehunun qonşusu olan polis əməkdaşı Şahid7 və tanışı Şahid6 da hər biri ayrı-ayrılıqda ifadələrində belə bir halın şahidi olmadıqlarını bildirmişlər. Bundan başqa, Beyləqan Rayon Polis Şöbəsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxsləri qeydiyyat kitabı”ndan çıxarışa məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən əvvəl xx.xx.2025-ci il tarixində və digər tarixlərdə həmin şöbəyə gətirilməsi, habelə, Cehunun iddia etdiyi kimi 12 yanvar 2025-ci il tarixdə polis şöbəsinə gətirilməsi və orada döyülməsinin şahidi olmuş Məhəmməd, Arzuman, Cavidan, Məmməd Hüseynli adlı şəxslərin polis şöbəsinə daxil olmaları barədə hər hansı qeyd müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə, məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təsir və təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar ibtidai istintaq zamanı etdiyi şikayət əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində aparılmış araşdırma nəticəsində onun polis əməkdaşları tərəfindən döyülməsi faktı öz təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01, i.v. 236-239). Bundan başqa, Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis Şöbəsində hüquq müdafiəçisinin iştirakı ilə şübhəli şəxs, həmçinin təqsirləndirilən qismində verdiyi 14 və 15 yanvar 2025-ci il tarixli ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zorakılıq hərəkətlərinə yol verilmədiyini bildirmişdir (cild 01, i.v. 43-46, 69-72). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində polis əməkdaşları Beyləqan Rayon Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid1, baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2, Şahid5, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən fiziki və psixi zorakılığa məruz qalması barədə bildirdikləri əsasında onunla sözügedən polis əməkdaşları arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və bu zaman polis əməkdaşları belə bir faktın olmadığını ona bildirmişlər (cild 02, i.v. 01-05, 08-12, 15-19, 22-26). Həmin şəxslər məhkəmə iclasında şahid qismində dindirilərkən də, hər biri ayrı-ayrılıqda ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixoloji təzyiq, təsir tətbiq etmədiklərini, həmçinnin ona qarşı kimsə tərəfindən belə hərəkətlərə yol verilmədiyini bildirmişlər. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 23/25 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 01, 160-162). Həmçinin, Bakı İstintaq Təcridxanasından təqdim olunmuş 983/2025 nömrəli “məhkumun tibbi kitabçası”nın surətində Təqsirləndirilən şəxs müayinə zamanı sağ budda çapıq toxumalarının aşkar olunduğu və onun sorğu zamanı zədə almadığını bildirməsi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs isə məhkəmədə ifadə verərkən polislərin onun başına və ayaqlarına vuraraq, onu döydüklərini bildirmişdir. Tibbi kitabçanın surətindən o da görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılandan üç gün sonra istintaq təcridxanasına aparılmışdır. Belə olan halda Təqsirləndirilən şəxs qeyd etdiyi nahiyələrdə xəsarət aşkarlanmaması, dediklərinin həqiqətə uyğun olmadığını göstərir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki və psixoloji təsir-təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır və göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən Qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yəni təsviri hissədə sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən saxlanılaraq videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən psixotrop maddə olan metamfetamini əynindəki gödəkçəsinin cibindən çıxarıb təhvil verməsini və bu barədə olan protokolu, bundan başqa onun şübhəli və təqsirləndirilən şəxs qismində 14-15 yanvar 2025-ci il tarixli ifadələrini inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadələrini (üzərində olan psixotrop maddəni polis əməkdaşları tərəfindən cibinə qoyulması, fiziki və psixi təzyiq-təsir nəticəsində ona verilən bükümdə olan metamfetamini təqdim etməsi, 2017-ci ildən bəri narkotik istifadəçisi olmaması hissələrdə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqın sonuna yaxın, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində üzərindən aşkar olunan psixotrop maddənin ona məxsus olmaması, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrin aludəçisi olmadığı barədə bildirsə də, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 14-15 yanvar 2025-ci il tarixli ifadələrində belə bir hal göstərməmiş, əksinə bildirmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Qeyd olunan səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki və psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (“Əhmədov Azərbaycana qarşı” № 30364/09, §§ 42-43, 12 noyabr 2013; “Məmmədov Azərbaycana qarşı” № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; “Rizvanov Azərbaycana qarşı” № 31805/06, §§ 12-20, 17 aprel 2012; “Nəcəfli Azərbaycana qarşı” № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Məhkəmə göstərilənlərə əsasən, habelə Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 14-15 yanvar 2025-ci il tarixli ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə və bütün bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq, açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, açıq məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, habelə əleyhinə ifadə verən şahidlərə həm bilavasitə, həm də müdafiəçisi vasitəsi ilə suallar vermiş, ayrı-ayrı vəsatətlər verilmiş və bununla da ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət işinin materiallarından polis əməkdaşları tərəfindən 14 yanvar 2025-ci il tarixdə, saat 04:19 dəqiqədə saxlanılmasına baxmayaraq, saat 07:20-də şübhəli şəxs qismində tutulması barədə qeyd etdikləri ilə əlaqədar bildirir ki, şəxs videoçəkiliş aparılmaqla saxlanıldıqdan və üzərinə baxış keçirildikdən sonra bu barədə protokol tərtib olunması 05:00-da başlanılmış və 05:40 dəqiqədə bitmiş, bundan sonra mütəxəssis, həmçinin müdafiəçi dəvət olunaraq şəxsə təqdim olunmaqla təyin edilmiş, prosesdə iştirak edən hər bir şəxsə ayrı-ayrılıqda hüquq və vəzifələri elan olunmuş, rəsmiləşdirilmiş və bütün bu proseslər müəyyən bir vaxt tələb etmişdir. Belə olan halda şəxsin saxlanılandan bir neçə saat sonra şübhəli şəxs qismində cəlb olunması ağılabatandır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlil, yəni, narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ifadə verməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təqsirsizlik prezumpsiyası adlandırılan 21-ci maddəsinin 2 və 3-cü bəndlərinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittiham əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirlən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Məhkəmə həm milli cinayət-prosessual qanunvericiliyin, həm də beynəlxalq qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti yaranır. 234.1-ci maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi və daşınmasının cinayət məsuliyyətinə səbəb olması göstərilir. Göstərilən hər iki maddədə narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan əldə edilməsi, daşınması və saxlanmasının cinayət məsuliyyətinə səbəb olması qeyd edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə 234.4-cü maddəsi arasındakı fərq narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədilə əldə edilib-edilməməsi ilə bağlıdır. Birinci halda təqsirkar narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan xeyli və külli miqdarda, ikinci halda isə satış məqsədilə külli miqdarda əldə etmiş olur. Hansı halların satış məqsədinə dəlalət etməsi cinayət qanunvericiliyində birbaşa müəyyən edilməsə də, belə məqsədin işin faktiki hallarına əsasən təsbit edilməsi mümkündür. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair qərarlarında daha aydın şəkildə ifadə edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə bu barədə qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməlinin, o cümlədən onun ayrı-ayrı hallarının sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, qəsdən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 7,231 qram olan metamfetamini, yəni külli miqdar təşkil edən psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, ibtidai istintaq boyunca onun üzərindən aşkar edilmiş psixotrop maddəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut əldə olunmadan, yalnız onun üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 7,231 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2 qramdan çox olmasına istinad etməklə ona, elə həmin maddə ilə də ittiham elan edilmişdir. Halbuki, ibtidai istintaqın gedişində Cehunun hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətidir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən yuxarıda göstərilmiş ilkin əlaməti, həm də, onun üzərindən aşkar edilmiş metamfetaminin bir ədəd bükümdə, təmiz çəkisi 7,231 qram, yəni külli miqdarının aşağı həddindən yalnız təxminən 3 dəfə çox olması, ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi 14-15 yanvar 2025-ci il tarixli ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə deyil, yerdən tapdıqdan sonra gələcəkdə istifadə etmək məqsədilə götürüb özündə saxlamaqla daşımasını göstərməsi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları, sms yazışmaları haqqında), metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlaması, daşımasından ibarət hərəkətlərin, həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də, Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması, iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları hər biri ayrı-ayrılıqda ifadələrində bildirmişlər ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda şübhəli olması barədə olsa da, satış faktı müəyyən olunmamışdır. Bundan başqa, Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2025-ci il məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,231 qram psixotrop maddə olan metamfetamini haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (cild 01, i.v. 159, 69-70). Bundan əlavə, Təqsirləndirilən şəxs istifadəsində olan 051 352-97-09 saylı mobil nömrə barədə məlumatlara, eyni zamanda ona məxsus “Samsung A12” markalı mobil telefona baxış zamanı narkotik vasitə və ya psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və ya sms yazışmaların aparılması müəyyən olunmamışdır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 14-15 yanvar 2025-ci il tarixli ifadələrində üzərindən aşkar edilmiş metamfetamini satış məqsədi ilə götürüb üzərində saxlamaqla daşımaq niyyətində olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin, həmçinin, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə cinayət prosesinin ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, bu Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddə olan metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Bundan əlavə, məhkəmənin istinad etdiyi sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Cinayət-Prosessual Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı”, “Fadin Rusiyaya qarşı”, “Lenskaya Rusiyaya qarşı” və “Radçikov Rusiyaya qarşı” işlər üzrə qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Əsaslandırılmış qərarlar tərəflərə eşitdiklərini nümayiş etdirmək, beləliklə də onların verilmiş qərarı qəbul etməyə daha meyilli olmasına töhfə vermək məqsədi daşıyır. Bundan əlavə onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla müəyyənləşdirilməlidir (Ruiz Toriya İspaniyaya qarşı iş). “Van de Hurk Niderlanda qarşı”, “Boldea Rumınyaya qarşı” və “Hadjianastassiu Yunanıstana qarşı” işlər üzrə qərarlarda göstərilmişdir ki, məhkəmələr irəli sürülmüş hər bir arqumentə cavab vermək məcburiyyətində olmasalar da, qərardan aydın olmalıdır ki, məhkəmə işinin əsas məsələlərinə baxılıb. Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər ki, məhkəmə işinin istənilən tərəfi mümkün apellyasiya hüququndan effektiv istifadə edə bilsinlər. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və qeydiyyat yeri üzrə müsbət xasiyyətləndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal, habelə, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və 56.1.2-ci maddəyə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-narkoloji eskpertizasının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,131 qram olan psixotrop maddə metamfetamin məhv edilməli; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 14 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,131 qram olan psixotrop maddə metamfetamin məhv edilsin; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD, "xxxx" MMC-dən xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar