Məhkəmə qərarları › İş №1(099)-418/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-418/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-418/2023 22.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Sabirabad rayonu Yolçubəyli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs Aftandil oğlunun onu qoyunlarının oğurlanmasında təqsirləndirərək, nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı üzərində gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs qəsdən üç dəfə vuraraq sonuncuya qarnın ön sol hissəsində, sol ön qoltuqaltı xətt üzrə göbək səviyəsində qarın boşluğuna keçən, dalağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara olmaqla həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya, həmin yaradan bir qədər aşağıda qarın boşluğuna keçməyən bir ədəd yara, döş qəfəsinin arxa sol hissəsində sol kürək xətti üzrə döş boşluğuna keçməyən bir ədəd yara olmaqla isə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 16 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində, 18 oktyabr 2022-ci il və 12 aprel 2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli bilmiş və göstərmişdir ki, iki azyaşlı övladı ilə birlikdə yaşayır, fərdi qaydada işləməklə ailəsini dolandırır. Kəndliləri və qohumları onu el arasında Şamxal deyə çağırır, əsl adı isə Münasirdir. Zərərçəkmiş şəxs Aftandil oğlu onun həmkəndlisi, həmçinin uzaq qohumudur, Ənvərlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin may ayında işləmək üçün Rusiya Federasiyasına getmiş, Rusiya Federasiyasına getməmişdən əvvəl yaşadığı kənddə həmkəndlisi Zərərçəkmiş şəxs qoyunlarının oğurlanmasını eşitmiş, buna görə Zərərçəkmiş şəxs həmkəndlisi “Qara” ləqəbli - Eyyub Məmmədhüseyn oğlundan şübhələnmişdir. Oğurluq hadisəsindən əvvəl o, Qara ilə kəndlərindəki mağazanın qarşısında uzaqdan- uzağa salamlaşmış, həmin vaxtı Ənvər onların salamlaşdıqlarını görmüşdür. O, Rusiya Federasiyasında olan zaman qardaşı Vasif Ələsgərov ona zəng edərək Ənvərin qoyunlarının oğurlanmasında onun da adının çəkilməsini demiş və oğurluqla bağlı əlaqəsinin olub-olmamasını soruşmuş, o, isə Ənvərin qoyunlarının oğurlanmasında heç bir əlaqəsinin olmadığını demişdir. Bundan sonra məsələni dəqiqləşdirmək üçün Rusiya Federasiyasından Ənvərin mobil telefonuna zəng etmiş və onun oğurluqda adını niyə çəkdiyini soruşmuş, Ənvər isə bildirmişdir ki, qoyunları oğurlanmamışdan əvvəl, qoyunların oğurluğunda şübhələndiyi Eyyub ilə o, kəndlərindəki mağazanın qarşısında uzaqdan əl ilə bir-birilərinə işarə etmiş və buna görə də oğurluqda ondan şübhələnir. O, Ənvərə həmin vaxtı Eyyub ilə salamlaşdığını təsdiq etmiş, oğurluqdan xəbərinin olmadığını bildirmiş, lakin Ənvər yenidən ona bildirmişdir ki, Eyyub ilə birlikdə qoyunları oğurlamışdır. O, bir daha Ənvərə qoyun oğurlamadığını bildirmiş və Ənvərə şübhələndiyi halda sübut etməsini demişdir. 2022-ci ilin sentyabr ayının axırlarında Rusiya Federasiyasından yaşadığı Sabirabad rayonuna gəlmiş, Ənvərin dediyi sözlərə aydınlıq gətirmək və oğurluqdan xəbərinin olmamasını bir daha demək üçün 16 oktyabr 2022-ci il tarixdə Ənvərin istifadəsində olan mobil nömrəsinə zəng etmiş, onu kəndlərindəki mağazanın yanına çağırmış, təxminən saat 17 radələrində onlar Hacı İsgəndərin mağazasının yanından təxminən 100 metr kənarda görüşmüşlər. O, Ənvərdən qoyun oğurluğunda niyə onun adını çəkdiyini soruşmuş, Ənvər yenə də Eyyub ilə uzaqdan əl ilə görüşməyini işarə kimi başa düşdüyünü və bu səbəbdən ondan da şübhələndiyini bildirmiş, Ənvərə bir daha Eyyub ilə heç bir əlaqəsinin olmadığını demiş və əgər ondan şübhəli qaldığı halda qoyunların oğurlanmasında iştirakının olmasını sübut etməsini bildirmiş, həmçinin sübut etdiyi halda ona 100 baş qoyun alıb verəcəyini də demişdir. Ənvər sübutunun olmadığını demiş və qoyunları oğurlayanları nalayiq ifadə ilə təhqir etmiş, o, da öz növbəsində qoyunları oğurlayanları nalayiq ifadə ilə təhqir etmiş, bundan sonra Ənvər yenə də qoyunların oğurlanmasında ondan şübhələndiyini demişdir. Belə olan halda o, Ənvərə nalayiq ifadə işlətdikdə onu nəzərdə tutduğunu soruşmuş, Ənvər onu nəzərdə tutduğunu deyərək baş nahiyəsinə tərəf yumruq atmış, arxaya çəkildiyindən yumruq ona dəyməmiş və onlar dartışmağa başlamışlar. Dartışma zamanı əsəbləşib cibində olan bıçağı çıxarmış, Ənvər bıçağı görən kimi dönüb qaçmaq istəmiş, həmin zaman Ənvərin arxa qarın nahiyəsindən üç dəfə vurmuş, Ənvər isə qaçaraq çıxıb getmişdir. O, yaşadığı evə getmiş, sonra polis əməkdaşları gələrək onu Sabirabad RPŞ-yə aparmışlar. Baş vermiş hadisə təxminən 3 dəqiqə davam etmiş və hadisəni kənar heç kim görməmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaqla vurduqdan sonra onu yenidən vurmaq imkanı olmuş, lakin hərəkətindən qorxub dayanmışdır. Həmçinin Ənvəri bıçaqla vurmaqda məqsədi oğurluqda günahı olmadığını sübut etmək olmuşdur. Təqsirləndirilən şəxs göstərmişdir ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsinə uyğun ifadə verərək göstərdi ki, yaşadığı kənddə Şamxal kimi tanınan Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxsla barışmış, onun barəsində heç bir şikayət və tələbi yoxdur. Təxminən 2022-ci ilin aprel ayında idarə etdiyi avtomobil ilə kəndlərində olan mağazaya getmiş, yol kənarında dayanan həmkəndlisi X2 avtomobili saxlamasına işarə etmiş, o, avtomobili saxlamış və Eyyub avtomobilə əyləşərək mağazaya getdiyini bildirmişdir. O, mağazaya çatdıqda Eyyub ilə birlikdə avtomobildən düşərək mağazaya daxil olmuşlar. O, mağazadan lazım olanları alıb çıxmış, bu vaxt Eyyubun həmkəndlisi Münasir ilə söhbət etdiyini görmüş, Eyyub onu görən kimi Münasirə işarə edərək sakit olmağını başa salmış, o, Eyyubun və Münasirin bu hərəkətindən şübhələnmiş, onlardan heç nə soruşmadan avtomobilinə əyləşərək getmiş, həmin günü təsərrüfatında olan xırdabuynuzlu heyvanları otlaq sahəsindən həyətinə gətirmiş, lakin heyvanları saymamış, səhəri günü heyvanları otlaq sahəsinə apardıqda saymış, üç baş qoyunun olmadığını görmüş, həmkəndlisi Eyyubun Münasir ilə söhbət etməyini və onu gördükdə sakit durmağını işarə etməyi səbəbindən qoyunların Eyyub tərəfindən oğurladığından şübhələndiyini qardaşına demiş, o, məsələni dəqiqləşdirmək üçün Eyyubun qoyunlarının otladığı sahəyə getmiş və öz qoyunlarını orada görmüş, bundan sonra qoyunların Eyyub tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə Eyyuba demiş, ilkin olaraq Eyyub qoyunları oğurlamadığını bildirmiş, daha sonra bir daha gedib qoyunlara baxmış, qoyunların onun olduğunu dəqiqləşdirmiş və Eyyuba bir daha qoyunların onun olduğunu demiş, barəsində şikayət etmək istəmədiyini bildirib qoyunları qaytarmasını tələb etmiş, Eyyub sonda bildirmişdir ki, guya qoyunlar sahədə olarkən onun qoyunlarına qoşulmuş və bu barədə sonradan bilmişdir. Eyyub onun qoyunlarını qaytarmış, lakin ona etiraf etməsə də qoyunların oğurlanmasında Münasirədən də şübhələnmişdir. Həmin dövrdə Münasir Rusiya Federasiyasına getdiyindən onu görə bilməmiş, onu görə bilmədiyi üçün sonuncunun qardaşı Vasifə zəng etmiş, Münasirin onun qoyunlarının oğurlanmasında əli olduğunu demişdir. Münasir Rusiya Federasiyasından qayıtdıqdan sonra 16 oktyabr 2022ci il tarixdə təxminən saat 17 radələrində ona zəng edərək kəndlərində olan mağazanın yanına gəlməyini demiş, evdən çıxaraq mağazanın yanına gedib Münasirlə görüşmüş, Münasir bir daha niyə qoyun oğurluğunda onu günahlandırdığını soruşmuş, o, qoyunlarının oğurlanmasından əvvəl Münasirin mağazanın yanında Eyyub ilə söhbət etdiyini və onu gördükdə Eyyubun işarə etməsi səbəbindən ondan şübhələndiyini demişdir. Münasir Eyyubun ona işarə etməyinin qoyunların oğurlanmasına heç bir aidiyyatının olmadığını demişdir. Münasir isə qoyunları oğurladığını sübut etməyini, sübut edəcəyi halda ona qoyun alıb verəcəyini demişdir. O, Münasirə oğurluq etməməsini sübut etməyi tələb etmiş, Münasir isə nalayiq ifadə işlətmiş, o, əsəbləşib qoyunları oğurlayanı nalayiq ifadə ilə təhqir etmiş, Münasir onu fikirləşib təhqir edəni nalayiq ifadə ilə təhqir etdikdə, onu nəzərdə tutduğunu güman edərək Münasirə yumruq atmış, Münasir arxaya çəkildiyindən yumruq dəyməmiş, sonra Münasir onun üzərinə gəlmiş və bir-birilərinin sinəsindən tutub itələmişdir. Həmin vaxtı Münasir cibindən bıçaq çıxartmış, Münasiri qolundan tutmuşdur ki, bıçaqla vura bilməsin, həmçinin Münasiri itələmiş və sonuncu kolluğa düşmüşdür. Sonra Münasirin əlində olan bıçağı almaq istəmiş, bir əli ilə Münasiri tutub saxlamış, bıçağı almaq istədikdə ayağı burxulmuş və aşağıya əyilmişdir. Münasirdə bundan istifadə edərək əlində olan bıçaqla onun sol arxa qarın nahiyəsindən bir neçə dəfə vurmuşdur. O, Münasirdən kənara çəkilmiş, bıçaqla vurulduğu üçün kənarlaşaraq yaşadığı evə getmişdir. Evdə qardaşı İlyasla rastlaşmış, hadisə barədə ona heç nə danışmayıb xəstəxanaya getmək lazım olduğunu bildirmişdir. O, qardaşı İlyasla avtomobilə əyləşib Sabirabad Rayon Mərkəzi Xəstəxanasına getmiş, oradan isə Şirvan Şəhər Mərkəzi Xəstəxasına aparılmışdır. Zərərçəkmiş şəxs həmçinin Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 16 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadıqları evə daxil olmuş və bu zaman kürək nahiyəsindən qan axdığını görmüşdür. Qardaşından nə baş verdiyini soruşmuş, lakin qardaşı suala cavab vermədən xəstəxanaya aparılmasının lazım olduğunu demişdir. Yolda xəstəxanaya gedərkən yenidən nə baş verdiyini soruşmuş, qardaşı Münasirin onun qoyunlarını oğurlamasında şübhələndiyini, bu səbəbdən aralarında mübahisə baş verdiyini və Təqsirləndirilən şəxs onu bıçaqladığını demişdir. Qardaşını ilk olaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına oradan isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 16 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 17:05-də Sabirabad RMX-dən Sabirabad RPŞ-yə Zərərçəkmiş şəxs “sol tərəfli qarın nahiyyəsinin iki bıçaq yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. (i.v. 3-4) -“baş vermiş cinayətlər barədə şifahi ərizə” protokolundan görünür ki, Şahid Aftandil oğlu qardaşı Zərərçəkmiş şəxs 16 oktyabr 2022-ci il tarixdə həmkəndlisi “Şamxal” (Münasir Əlsəgərov) adlı şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. (i.v. 5-6) - “götürmə aparılması” haqqında 16 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Aftandil oğlunu vurduğu bıçağı təqdim etmiş və iş üçün sübut əhəmiyyətli olduğundan həmin bıçaq götürülmüş və baxışı aparılmışdır. ( i.v. 9-12) - “götürmə aparılması” haqqında 16 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs Aftandil oğlunun hadisə baş verən vaxt əynində olmuş paltarlar Şirvan şəhər xəstəxanasından götürülmüşdür. ( i.v. 13- 16) - “cinayət törətdikdə şübhə yarandıqda şəxsin tutulması haqqında” 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:00 dəqiqədə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) - “baxış keçirilməsi” haqqında 17 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yer Sabirabad rayonu Yolçubəyli kəndində yerləşən mağazanın yan hissəsindən yaşayış evlərinə doğru 100 metr məsafədədir. Ətrafda bir yaşayış evindən başqa hər hansı yaşayış evi və ya ictimai iaişə obyekti yoxdur. ( i.v. 38-41) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 44-45) - Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il traixli, 4(056)-97/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 59-60) - “zərərçəkmiş şəxs qismində tanıma haqqında” 01 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 67) - xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Aftandil oğlu ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. (i.v. 75) - “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində bildirdikləri halları hadisə yerində göstərmişdir. (i.v. 79-83). - “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 28 yanvar 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Əliyev X4 Ələsgərovun ona xəsarət yetirdiyi bıçağı ona təqdim edilmiş 4 bıçaq arasından tanıyır. (i.v. 84-87). - ambulator məhkəmə psixiatrik ekspertizasının 03 dekabr 2022-ci il tarixli 3213 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş və o, anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür, onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 98-100) - məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 22 noyabr 2022-ci il tarixli, 3/1533; 1553 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (i.v 101-104) - məhkəmə-tibbi ekspertizasının 21 noyabr 2022-ci il tarixli 820 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Aftandil oğlunda müayinə zamanı aşkar edilmiş xəsarətlər – qarnın ön sol hissəsində, sol ön qoltuqaltı xətt üzrə göbək səviyəsində qarın boşluğuna keçən, dalağı zədələyən bir ədəd yara, həmin yaradan bir qədər aşağıda qarın boşluğuna keçməyən bir ədəd yara, döş qəfəsinin arxa sol hissəsində sol kürək xətti üzrə döş boşluğuna keçməyən bir ədəd yara-cəmi (3 ədəd) kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixdə uyğundur. Ayrı-ayrılıqda dərəcəyinə görə qarnın ön sol yarısında sol ön qoltuqaltı xətt üzrə qarın boşluğuna keçən, dalağı zədələyən bir ədəd yara-həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qarının ön sol hissəsində qarın boşluğuna keçməyən bir ədəd yara, döş qəfəsinin arxa sol hissəsində döş boşluğuna keçməyən bir ədəd yara isə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddir. (i.v. 105-108) - “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. ( i.v. 141-142) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq zərərçəkmiş şəxs Avtandil Əliyevin sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı CM-in 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in) 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi ilə, cinayət işi materiallarında olan “baxış keçirilməsi və götürmə aparılması” haqqında 16 oktyabr 2022ci il tarixli, “hadisə yerinə baxış keçirilməsi haqqında” 16 oktyabr 2022-ci il tarixli, “zərəçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 28 yanvar 2023-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 18 noyabr 2022-ci il tarixli 820 saylı, məhkəmətrasoloji ekspertizasının 22 noyabr 2022-ci il tarixli 3/1533, 3/1553 saylı rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış predmetlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə məhkəmə-psixiatrik ekspertizasının 03 dekabr 2022-ci il tarixli 3213 saylı rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 131) - Sabirabad rayon Yolçubəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs rayonun Yolçubəyli kəndində yaşamış, himayəsində iki azyaşlı uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. (i.v. 111-113) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə peşiman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən), himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 3 ildən 6 ilədək olan müddətə cəza təyin edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və törədilmiş cinayətin zorakı cinayət növünə aid olmasını, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsinin zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün yenidən təhlükə yaradacağı ehtimalını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun həmin əməli törətməsinə səbəb olmuş və buna şərait yaratmış, həmin əməli törədərkən, bundan əvvəl və sonrakı davranışları ilə bağlı halları, eləcə də Təqsirləndirilən şəxs Rusiya Federasiyasından qayıtdıqdan sonra Zərərçəkmiş şəxs axtarması, cinayətkar niyyətini həyata keçirməsi üçün onu hadisənin baş verdiyi yerə dəvət etməsi, sonuncu ilə görüşdə ona xəsarət yetirmək məqsədilə üzərində bıçaq gəzdirməsi, Zərərçəkmiş şəxs bir bıçaq zəbəsi vurduqdan sonra cinayətkar əməlini davam etdirib ona ardıcıl olaraq daha iki bıçaq zərbəsi vurmaqla ümumilikdə bir ədəd sağlamlğıa ağır, iki ədəd isə sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməsi, sonuncuya hər hansı yardım etmədən bıçaqla zərbə vurub hadisə yerindən qaçmasını törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini artıran hal kimi qəbul edib, eləcə də cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmadığını, o cümlədən, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “maddi sübut kimi tanıma haqqında” 11 aprel 2023-cü il tarixli qərar əsasında Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 16 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar