Məhkəmə qərarları › İş №1(099)-418/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-418/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-418/2024 20.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkili X10 və Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Kürdəmir rayonu Atakişili kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 2,190 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında, 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, əldə etdiyi 01 ədəd bükümdə 0,047 qram narkotik vasitə heroini 09 avqust 2023cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində küçədə tanışı Şahid5 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra 20 manat pul müqabilində ona satmış, 09 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid5 Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan köynəyin ön sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərisində 0,047 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 14:00 radələrində əməliyyat və istintaq tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli qutunun içərisindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə 2.190 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 09 avqust 2023-cü il tarixdən 15-20 gün əvvəl yaşadığı Kürdəmir rayonu Atakişili kəndində məhlənin başında olduğu zaman tanımadığı polis işçiləri onu tutaraq rayon polis şöbəsinə aparmışlar. Ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Polis işçiləri ona Kürdəmirdən çıxıb getməsini, əks halda onu tutacaqlarını bildirmişlər. Lakin o, yaşadığı Kürdəmir rayonundan getməmişdir. 09 avqust 2023-cü il tarixdə saat 10-11 radələrində polis işçiləri onun yaşadığı evə gələrək qapını sındırıb evə girmişlər. Onu evdən paltarsız aparmışlar. Həmin vaxt üzərində öz istifadəsi üçün metamfetamin və ampula olmuşdur. Üzərində video çəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Həmin vaxt onun üzərində 1,4 qram metamfetamin olmuşdur. Polis işçiləri ona qarşı zor tədbiq etmişlər, onun uşağının qolunu çıxarmışlar. Şahid5 onun üzərinə qoymuşlar. Polis işçiləri onu CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verəcəklərinə söz vermişlər. O da polis işçiləri ilə razılaşaraq sənədlərə imza etmişdir. Lakin Bakı İstintaq Təcridxanasına getdikdən sonra ona CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilməsini bilmişdir. Polis işçiləri tərəfindən saxlanılan zaman onun üzərində faktiki olaraq 1,4 qram metamfetamin olmuşdur. Üzərində aşkar olunan metamfetaminin miqdarı polis işçiləri tərəfindən artırılmışdır. Polis işçiləri sənədlərdə onu Kürdəmir şəhərində Heydər Əliyev küçəsində tutduqlarını sənədləşdirsələr də, onu evdən aparmışlar. Babək Əzizovla əvvəllərdən tanış olmuşlar. Babək Əzizov qarpız alveri ilə məşğul olmuş, həm də narkotik vasitələrdən istifadə etmişdir. O, Babəklə bir yerdə narkotik vasitədən istifadə etməmişdir. Babəklə tutulmasından bir-iki gün əvvəl küçənin başında ondan qarpız almaqla bağlı görüşmüşdür. Lakin 09 avqust 2023-cü il tarixdə Şahid5 ilə görüşməmiş və ona narkotik vasitə satmamışdır. Babək ondan narkotik almasına dair yalan ifadə vermişdir. Belə ki, birinci dəfə ifadə verəndə ondan 20 manat pula iki bükəmdə, sonra isə bir bükümdə narkotik vasitə almasını göstərmişdir. Polis işçiləri onu döyməmişlər, ona xəsarət yetirməmişlər. Saxlanılması zamanı üzərində ***-***- **-** mobil telefon nömrəsi olmuşdur. ***-***-**-** telefon nömrəsinin kimə məxsus olmasını bilmir. Həmin nömərədən ona hadisədən bir ay əvvəl “1,5 düzəlt, gəlim götürüm” məzmunlu sms yazılmasının səbəbini bilmir. Ola bilsin ki, kimsə ondan narkotik istəmişdir. Ona məxsus olması göstərilən 2,190 qram metamfetaminin 1,4 qramı ona məxsusdur. Polis işçilərinin onu 09 avqust 2023-cü il tarixdə evdən aparmalarını qonşuları Xanım, Lətafət və başqaları təsdiq edə bilərlər. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, ona Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Psixotrop maddə metamfetamindən istifadə etmişdir. 08 avqust 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yerləşdiyi küçədən yerdə 01 ədəd polietilen bükümdə psixotrop maddə metamfetamin tapmış və onu istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı kənd ərazisində küçədə piyada hərəkətdə olarkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamışlar. Ona üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış keçirilərkən ona üzərində narkotik vasitə və ya psixotrop maddə vardırsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, əynindəki şalvarın qabaq sağ ön cibindən bir ədəd qara rəngli qutunu çıxarıb təqdim etmişdir. Həmin qutu müstəntiq tərəfindən açılarkən içərisində 01 ədəd alışqan, 01 ədəd istifadə edilmiş şipris, 01 ədəd içərisi boş şüşə ampula, 01 ədəd içərisində metamfetamin kütləsi olan şüşə ampula və 01 ədəd polietilen büküm aşkar edilmişdir. Polietilen bükümün içərisinə baxış keçirilən zaman kristal formasında psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin özünə məxsus olmuşdur. Şahid5 xx.xx.2023-cü il tarixdə narkotik vasitə heroin satmamış, hər hansı formada verməmiş, eləcədə Şahid5 üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə heç bir əlaqəsi olmamışdır. Polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs ziddiyyətli ifadələr verməsinə baxmayaraq onun cinayət əməli iş üzrə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid5 ibtidai istintaqda verdiyi və özünün hazırda Azərbaycan Respublikası hüdudlarından kənarda olması səbəbindən məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən təxminən iki aydır ki, arabir istifadə edir, Təqsirləndirilən şəxs təxminən 5-6 aydır ki, tanıyır. Onun narkotik vasitə alveri ilə məşğul olmasını bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrədən Raqifin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq, ondan pul qarşılığında narkotik vasitə heroin istəmişdir. Raqif onu yaşadığı evin yerləşdiyi küçəyə çağırmışdır. Raqifin evinin yerləşdiyi küçəyə getmiş, Raqif küçəyə çıxmış, Rafiqə bir ədəd 20 manatlıq pul əskinazı vermiş, Raqif də cibindən çıxardıb ona 01 ədəd gümüşü rəngli bükümdə narkotik vasitə heroin vermişdir. Sonra aralaşıb piyada gələrkən Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşaraq onu saxlamış, üzərində narkotik vasitə saxlamasına əsaslı şübhələr olduğunu bildirərək rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış keçirilərkən üzərində narkotik vasitə varsa, onu təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynindəki köynəyin ön cibindən 01 ədəd içərisində narkotik vasitə olan bükümü çıxardıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd kağız büküm açılmış, içərisində narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Həmin maddə zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Şahid5 təqsirləndərilən şəxs Təqsirləndirilən şəxsla üzləşdirmədə dindirmə zamanı da 09 avqust 2023-cü il tarixdə istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək ondan pul qarşılığında narkotik vasitə heroin istəməsini, həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gələrək onunla görüşməklə 20 manat pul verməklə istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə heroin almasını Təqsirləndirilən şəxs üzünə demişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Kürdəmir Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkilli vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid5 narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlaması, daşıması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Şahid5 xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişdir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli köynəyin ön cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bağlamaya baxış keçimrilərkən içərisində narkotik vasitə heroinəbənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Şahid5 həmin narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində 20 manata aldığını bildirmişdir. Keçirilmiş tədbirlərin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində şəxsi axtarış aparılarkən hər hansı qanunsuz əşya, predemt və ya narkotik maddə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın qabaq sağ ön cibindən bir ədəd qara rəngli qutunu çıxarıb təqdim etmiş, həmin qutu müstəntiq tərəfindən açılarkən içərisində 01 ədəd alışqan, 01 ədəd istifadə edilmiş şipris, 01 ədəd içərisi boş şüşə ampula, 01 ədəd içərisində metamfetamin kütləsi olan şüşə ampula və 01 ədəd polietilen büküm aşkar edilmişdir. Polietilen bükümün içərisinə baxış keçirilən zaman kristal formasında psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar edilmişdir Həmin gütlə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı kənd ərazisində küçədən yerdən tapdığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Kürdəmir Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid5 barəsində əməliyyat tədbirləri keçirilməsində əməliyyat qrupunun üzvü kimi iştirak etmişdir. Şahid5 xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində saxlanılmış və rayon polis şöbəsinə dəvət edilmişdir. Onun üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan köynəyin ön cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, heroini tanışı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində 20 manata aldığını bildirmişdir. Həmin gün saat 14:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın qabaq sağ ön cibindən bir ədəd qara rəngli qutunu çıxarıb təqdim etmişdir. Qutunun içərisində 01 ədəd alışqan, 01 ədəd istifadə edilmiş şipris, 01 ədəd içərisi boş şüşə ampula, 01 ədəd içərisində metamfetamin kütləsi olan şüşə ampula və 01 ədəd polietilen büküm aşkar edilmişdir. Polietilen bükümün içərisinə baxış keçirilən zaman kristal formasında psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı kənd ərazisində küçədən yerdən tapdığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən, Kürdəmir Rayon Polis Şöbəsində polis nəfəri işləyən, Şahid4 da Şahid3la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən X6 göstərdi ki, həyat yoldaşı Təqsirləndirilən şəxs və uşaqları ilə Kürdəmir rayonu Atakişili kəndində yaşayırlar. 09 avqust 2023-cü il tarixdə saat 13 radələrində evdə olduqları zaman qaz turbasının döyülməsi səsini eşidib pəncərədən baxanda bir nəfər şəxsin barıdan həyətə tullandığını görmüşdür. Həmin şəxs evin giriş darvazasını iç tərəfdən açmış, beş nəfər polis işçiləri həyətə daxil olmuşlar. Polis işçiləri Aqil, Anar, Fərhad və Tağı olmuşlar. Digər polis işçilərini isə xatırlamır. Polis işçiləri həyətə daxil olanda həyat yoldaşı Təqsirləndirilən şəxs evin həyətində olmuşdur. Polis işçiləri yoldaşını tutmuşlar, onun da qolundan tutaraq dartmışlar. Polis işçiləri Raqifin qoluna qandal vuraraq sürüyüb maşına tərəf aparmışlar. Bu zaman uşağı maşina tərəf gedəndə polis işçilərinin biri uşağın qolundan tutub sürümüş və uşağın qolu çıxmışdır. Polis işçiləri onun da qoluna qandal vupmuşlar. Sonra onu buraxmışlar, Raqifi isə maşina mindirib aparmışlar. Polis işçiləri onların yaşadıqları evin həyətinə gəldikdə həyətdəki stolun üzərində narkotik, ampula və şipris görməmişdir. Polis işçiləri Raqifi apardıqdan sonra oğlunu sınıqçıya aparmış, sınıqçı uşağın qolunun iki yerdən çıxdığını bildirmişdir. Uşağının qolunun çıxması ilə əlaqədar olaraq xəstəxanaya müraciət etməmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X11 da anası X6 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən X1 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs qonşuluğunda yerləşən dayısına məxsus evdə olarkən Təqsirləndirilən şəxs evinin həyətində uşaqların səslərini eşidərək çölə çıxdıqda polislərin Raqifi avtomaşına saldıqlarını görmüşdür. Təqsirləndirilən şəxsla qonşuluqda yaşayan X9 da şahid Lətafət Qurbanova ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və protokola əlvə edilmiş videoçəkilişdən görünür ki, Şahid5 üzərində şəxsi axtarış aparılarkən Şahid5 üzərində narkotik vasitə heroin olduğunu bildirmiş, əynindəki köynəyin ön cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Şahid5 şifahi qaydada aparıla sorğu zamanı narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində küçədə tanışı Təqsirləndirilən şəxs 20 manata aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, həmin tarixdə saat 14:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abasov X7 rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predemt və ya narkotik maddə varsa, onu təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu demiş, əynindəki şalvarın qabaq sağ ön cibindən bir ədəd qara rəngli qutunu çıxarıb təqdim etmişdir. Həmin qutu açılarkən içərisində 01 ədəd alışqan, 01 ədəd istifadə edilmiş şipris, 01 ədəd içərisi boş şüşə ampula, 01 ədəd içərisində metamfetamin kütləsi olan şüşə ampula və 01 ədəd polietilen büküm aşkar edilmişdir. Polietilen bükümün içərisinə baxış keçirilən zaman kristal formasında psixotrop maddə metamfetaminəbənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi qaydada aparılan sorğu zamanı narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı kənd ərazisində yerləşən küçədə yerdən tapdığını bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/792 nömrəli rəyində göstərilmişdir ki, Şahid5 üzərindən aşkar edilmiş bir ədəd kağız bükümdə təmiz çəkisi 0.047 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qara rəngli qutudakı 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2.190 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin qutudakı yuxarı hissəi sındırılmış 2 ədəd şüşə ampulada, ampulaların birindəki pambıq hissəciklərində və 1 ədəd şprisdə narkotik vasitə heroinin izi vardır, iz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mokroçəki) miqdarını müəyən etmək mümkün deyildir. “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli, 6-49/2-530/2023 nömrəli məktubdan görünür ki, Abasov X7 Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, lakin həkim narkoloqun qeydiyyatında durur. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsində xx/xx/2023-cü il tarixdə saat 13:36:20-də **********03 telefon nömrələrindən «Qaqa vəzyyətdən çıxandan sora mənə yıgarsan borcu da verim heç olmasa», xx/xx/2023-cü il tarixdə saat 13:36:20-də **********03 telefon nömrəsindən «bir dənə yarı düzqoş gəlim götürüm qadasın alım» məzmunlu sms-lər daxil olmuşdur. Şahid5 istifadəsində olan ***-***-**-** telefon nömrəsinin anten dairəsi xx.xx.2023-cü il tarixdə saat 09:55-də Kürdəmir rayonu Sığırlı kəndi ərazisində olduğu zaman Rqif Abasov istifadəsində olan ***-***-**-** telefon nömrəsindən (antenn dairəsi Kürdəmir rayonu Xırdapay kəndi olmaqla) ona zəng etmiş, 44 saniyə danışıq aparmışlar. Bundan sonra saat 10:35-də Şahid5 və Təqsirləndirilən şəxs hər ikisinin telefon nömrələri Kürdəmir rayonu Xırdapay kəndi ərazisində olmuş, həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs zəng etmiş və 14 saniyə danışıq aparmışlar. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1910 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, onda narkotik vasitə heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Kürdəmir Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Kürdəmir rayonu Sığırlı kənd sakini Şahid5 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilməsi üçün qərarın surəti Kürdəmir Rayon Polis X4 Bölməsinə göndərilmişdir. Lakin Şahid5 həmin vaxtdan Rusiya Federasiyasında olduğu üçün onun barəsində materialın icrası mümkün olmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2009, 2011, 2013 və 2015-ci illərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,190 qram psixotrop maddə metamfetamini və şəxsi istelak miqdarında, yəni 0,047 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması və 0,047 qram heroini 09 avqust 2023-cü il tarixdə Şahid5 satması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanılarkən üzərində cəmi 1,4 qram çəkidə metamfetamin olması, onu da öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlaması, metamfetaminin miqdarının polis işçiləri tərəfindən artırılması, narkotik narkotik vasitçlçrin satışı ilə məşğul olmaması, 09 avqust 2023-cü il tarixdə Şahid5 ilə görüşməməsi və ona 20 manat pul müqabilində 0,047 qram narkotik vasitə heroin satmaması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, 09 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış vmdeoçəkiliş məhkəmədə nümayiş etdirilərkən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd bükümdə metamfetamini təqdim edir, özünə məxsus olmasını bildirir və həmin büküm eksperptizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır, möhürlənir, Təqsirləndirilən şəxs və digər iştirakçıların imzaoarı ilə təsdiqlənir. Bu halda metamfetaminin miqdarının poli işçiləri tərəfindən artırılması qeyrimümkündür. Təqsirləndirilən şəxs tərəfindən 0,047 qram heroinin 09 avqust 2023-cü il tarixdə saat 11 radələrində Şahid5 satılması ilə bağlı olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamasını, 09 avqust 2023-cü il tarixdə Şahid5 ilə görüşməməsini və ona narkotik satmamasını göstərsə də, Təqsirləndirilən şəxs istifadəsində olan telefona «Qaqa vəzyyətdən çıxandan sora mənə yıgarsan borcu da verim heç olmasa», «bir dənə yarı düzqoş gəlim götürüm qadasın alım» məzmunlu smslərin daxil olması onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Bundan əlavə, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə Şahid5 ilə görüşməməsini ona narkotik satmamasını göstərsə də, telefon danışıqları barədə məlumatlardan aydın olur ki, Şahid5 09 avqust 2023-cü il tarixdə saat 09:55-də Kürdəmir rayonu Sığırlı kəndi ərazisində olduğu zaman Təqsirləndirilən şəxs Kürdəmir rayonu Xırdapay kəndi ərazisində olmaqla öz istifadəsində olan ***-***-**-** telefon nömrəsindən Şahid5 istifadəsində olan ***-***-**-** mobil telenfon nömrəsinə zəng etmiş, 44 saniyə danışıq aparmışlar. Bundan sonra isə saat 10:35-də həm Şahid5, həm də Təqsirləndirilən şəxs mobil telefonları Xırdapay kəndi ərazisində olmuşlar və həmin vaxt Şahid5 Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng etmiş və 14 saniyə danışıq aparmışlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və Şahid5 09 avqust 2023-cü il tarixdə saat 10:35-də hər ikisinin Kürdəmir rayonu Xırdapay kəndi ərazisində olduqları anda Şahid5 zəng etməsi və danışmaları onların görüşmələrini təsdiq edir. Təqsirləndirilən şəxs ailə üzvlərinin və qonşularının onun 09 avqust 2023-cü il tarixdə polis işçiləri tərəfindən evinin həyətindən aparılması barədə ifadələri ilə bağlı qeyd edir ki, polis işçiləri ifadələrində Rafiq Abasovu evinin yaxınlığında saxlamalarını və polis şöbəsinə aparmalarını göstərmişlər. Eyni zamanda məhkəmə hesab edir ki, Rafiq Abasovun polis işçiləri tərəfindən evinin həyətinə və ya evinin yaxınlığında küçədən saxlanılması ittihamın həlli ilə bağlı sübut əhəmiyyəti kəsb etmir. Belə ki,Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən saxlanılarkən üzərində 1,4 qram metamfetmin olmasını etiraf etmiş, yalnız onun miqdarının polis işçiləri tərəfindən artırılmasını iddia etmişdir. Təqsirləndirilən şəxs 0,047 qram narkotik vasitə heroini Şahid5 satması isə onun saxlanılmasından əvvəlki vaxta baş vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58, 59, 61-ci maddələrinin tələblərini nəzərə alaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhəkmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutlmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qankni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji xəstəxanada qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 0.027 qram narkotik vasitə heroin, 2.140 qram psixotrop maddə metamfetamin, 02 ədəd qırıq şüşə ampulalar və 01 ədəd istifadə olunmuş şipris məhv edilməli, cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə barədə 02 ədəd videodisklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 49 mant 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 0.027 qram narkotik vasitə heroin, 2.140 qram psixotrop maddə metamfetamin, 02 ədəd qırıq şüşə ampulalar və 01 ədəd istifadə olunmuş şipris məhv edilsin. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış və götürmə barədə 02 ədəd videodisklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 49 (qırx doqquz) mant 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar