Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-418/2025 21.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X13 oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – Hüseynli Misrabim Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan, məhkumluğu olan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 avqust 2025-ci il tarixdə saat 12:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, məlum olmayan tarixdə və şəritdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 01 ədəd qara rəngli polietilen torbanın içərisində hər birinin üzəri yapışqan lentlə bağlanmış 03 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1710,0 qram, 3450,0 qram, 3160 qram olmaqla, ümumi çəkisi 8320,0 qram, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen bağlamada çəkisi 790,0 qram, külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 29 mart 2025-ci il tarixdə saat 22:45 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala-Salyan avtomobil yolunun Neftçala rayonu Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində, X14rbanlarının xatirəsinə aid abidənin yaxınlığında yolun kənarında saxlanılaraq üzərinə baxış keçirilən zaman əlində olan 01 ədəd qara rəngli polietilen torbanın içərisində satış məqsədi ilə qanunsuz olaraq əldə edib əlində tutub daşıyaraq saxladığı hər birinin üzəri yapışqan lentlə bağlanmış 03 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1710,0 qram, 3450,0 qram, 3160 qram olmaqla, ümumi çəkisi 8320,0 qram, külli miqdarda tərkibində narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen bağlamada çəkisi 790,0 qram, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 29 mart 2025-ci il tarixdə evdə olarkən Neftçala rayonunda yaşayan dostu Etibar Mehrəliyev ona zəng edərək pay olaraq balıq vermək istədiyini deyərək onu Neftçala rayonuna dəvət etmişdir. O, dostu Etibarın dəvəti ilə Neftçala rayonuna getmək üçün dostu Şahid5 maşın tapmasını, birlikdə Neftçala rayonuna getməyi təklif etmişdir. Onlar Şahbazın idarə etdiyi avtomobillə Salyan rayonundan Neftçala rayonuna yola düşmüşlər. Yolda olarkən onun təbii ehtiyacını ödəmək zərurəti yaranmış, bununla əlaqədar Şahbaza avtomobili yolun kənarında saxlamağı bildirmişdir. O, avtomobildən düşərək bir qədər yoldan kənara getmiş, həmin vaxt polis əməkdaşları qaçaraq ona yaxınlaşıb saxlamış, ondan nəyin arxasınca gəldiyini soruşmuşlar. O, polis əməkdaşlarına Neftçala rayonuna dostundan balıq götürmək üçün gəldiyini bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitə əldə etmək üçün gəldiyini deyərək X14rbanlarının xatirəsinə ucaldılmış abidənin yanından bir ədəd torbanı gətirib həmin torbanın ona məxsus olmasını deməsini tələb etmişlər. O, polis əməkdaşlarının dedikləri ilə razılaşmamış, bundan sonra polis əməkdaşları onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona qarşı zor tətbiq etməyə başlamışlar. Polis əməkdaşlarından Şahid1 torbada olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə onunla birgə gəlmiş dostu Şahbazı da həbs edəcəkləri ilə onu hədələmişdir. Bundan sonra o, polis əməkdaşlarının dedikləri ilə razılaşmış, onun iştirakı ilə videoçəkiliş aparılmış, həmin videoçəkilişdə o, torbada olan narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, polis əməkdaşları onu saxlayarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır, mobil telefonu avtomobildən düşərkən avtomobilin salonunda qalmışdır. Daha sonra qardaşı həmin mobil telefonu polis əməkdaşlarına təhvil vermişdir. Onun hər hansı iranlı şəxslə və ya qeyriləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar heç bir sövdələşməsi olmamışdır. Həmçinin mobil telefonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair hər hansı yazışma, qarşılıqlı ismarıc, konum mübadiləsi olmamışdır. Bununla belə qardaşı telefonda ailə üzvlərinin şəkilləri və digər şəxsi məlumatlar olduğundan telefonu polis əməkdaşlarına yaddaşını format etdikdən sonra təhvil vermişdir. Ona qarşı zor tətbiq etmiş polis əməkdaşlarının adlarını xatırlamır. Polis əməkdaşlarının ona qarşı zor tətbiq etməsi ilə bağlı hər hansı xəsarət almamış, həmçinin bununla bağlı heç hara çikayət etməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəmlə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O narkotik vasitələrdən arabir olanda istifadə edirmiş. O instagram sosial şəbəkəsindən istifadə edir. Təxminən 2 həftə əvvəl instagramda özünü İran vətəndaşı kimi təqdim edən Rəhim adlı şəxslə tanış olmuşdur. Rəhimlə münasibəti yarandıqdan sonra onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Rəhim özü ona narkotik vasitələrin satışı ilə məşğul olduğunu demişdir. Rəhim söhbət əsnasında ona bir yerdən digər yerə narkotik vasitə daşıyıb çatdırmağı və bunun müqabilində 5000 manat pul təklif etmişdir. O əvvəl qorxub razı olmamışdır. Onların danışıqları təxminən 10 gün kimi davam etmişdir. Ona maddi vəziyətinə görə pul lazım olduğu üçün Rəhimə təklifi ilə maraqlandığını demişdir. Rəhim ona xəbər edəcəyini bildirmişdir. O Rəhimə ***-***-**-** saylı mobil nömrəsinin “whatsapp” ani mesajlaşma tətbiqinə yazmasını demişdir. Rəhim 29 mart 2025-ci il tarixdə saat təxminən 17 radələrində hazırda xatırlamadığı bir mobil nömrə ilə onun “whatsapp” ani mesajlaşma tətbiqinə yazaraq Neftçala rayonu ərazisinə təxminən 8 və ya 10 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana qoyduracağını, yerləşmə yerini “whatsapp”dan ona göndərəciyini, qurudulmuş marixuananı götürdükdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində sonradan deyəcəyi yerə aparıb qoyduqdan sonra deyəcəyi kart hesabına 5000 manat pulu köçürəcəyini demişdir. O da Rəhimlə razılaşmışdır. Rəhim həmin gün saat təxminən 21 radələrində whatsapp ani mesajlaşma tətbiqinə yazaraq yola çıxmalı olduğunu bildirmişdir. Onun avtomobili olmadığı üçün tanışı Şahid5 zəng edərək Neftçala şəhərində ona pay verilmiş balıqları götürmək onu aparmasını xahiş etmiş və benzin pulunu verəcəyini demişdir. Şahbaz bir müddət sonra gəlib onu evdən götürmüşdür. Şahbaz gəldikdə qardaşı Bürhana məxsus Lada Granda markalı, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəldiyini görmüşdür. Şahbaz Bürhandan avtomobili öz adından aldığını demişdir. O da bir söz deməmiş və avtomobilə əyləşmişdir. Onlar Neftçala şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. O yolda olanda Rəhimə yazmışdır. Neftçala rayonu ərazisinə keçdikdən sonra o, Rəhimə demiş, Rəhim də ona narkotik vasitənin qoyulduğu yeri göstərən konum göndərmişdir. Rəhim həmçinin qara sellofan torbanın şəklini ona göndərərək qurudulmuş marixuananın içərisində olduğunu demişdir. O avtomobildən düşüb ətrafa baxmışdır. Onun mobil telefonu avtomobildə Şahbazın yanında qalmışdır. O Rəhimin şəkildə göndərdiyi yerə çatmış və həqiqətən deyilən yerdə qara sellofan torba olduğunu görmüşdür. O həmin qara sellofan torbanı qucağına götürüb avtomobilə tərəf getməyə başlamışdır. Bir qədər irəlilədikdən sonra səs eşitmiş qaçmağa başlamışdır. Bu vaxt mülki geyimdə olan şəxslər onu saxlayıb polis əməkdaşları olduqlarını bildirmişlər və videoçəkilişlə əlindəki sellofan torbaya baxış keçirmişlər. Baxış zamanı sellofan torbadan 3 ədəd bükümdə qurudulmuş marixunaya oxşar kütlələr və 1 ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Daha sonra sənədləşmə işləri üçün onu Neftçala RPŞ-nə aparmışlar. Neftçala RPŞ-də təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilmiş və ona hüququ və vəzifələri izah edilmişdir. Ona müdafiəçi təqdim edildikdən sonra müdafiəçi Qədir Qədirovun iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirib üzərində narkotik vasitə və sair cinayət xarakterli nə isə varsa təqdim etməsi təklif edilmişdir. O bu vaxt üzərində narkotik vasitə olmadığını bildirmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı ondan 637 manat 30 qəpik pul və öz şəxsi ehtiyacları üçün istifadə etdiyim 1 ədəd Kapital banka aid plastik kart aşkar edilərək götürülmüşdür. Həmçinin əlindəki sellofan torbadan aşkar edilmiş qurudulmuş marixuana və heroinə oxşar kütlələrə baxış keçirilib elektron tərəzidə ölçüldükdən sonra həmin narkotik vasitələr qablaşdırılıb möhürlənmişdir. Daha sonra orada protokol tərtib olunmuş, o, da digər iştirakçılar kimi protokola imza etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının təzyiqi və təsiri altında olduğundan həmin məzmunda ifadə vermişdir. Hal-hazırda məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2025-ci il tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşları olan narkotacirlərlə əlaqə saxlayaraq həmin şəxslərin göndərdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsi, istifadə etməsi, həmçinin də satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Neftçala RPŞ-nnin rəisinin əmri ilə yaradılmış əməliyyat qrupuna o rəhbərlik etmiş, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin gün saat 22:45-də Təqsirləndirilən şəxs Neftçala-Salyan avtomobil yolunun kənarında, Neftçala rayonu Xıllı qəsəbəsi ərazisində X14rbanlarının xatirəsinə ucaldılmış abidənin (1941-1945-ci il) yanında əlində qara rəngli sellofan bağlama ilə piyada getdiyini müşahidə edib saxlamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu deyərək əlindəki bir ədəd qara rəngli polietilen torbanı təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, onun üzərində qanunla qadağan edilmiş hər hansı predmet aşkar edilməmişdir. Daha sonra Elsevərin təqdim etdiyi polietilen torba açılaraq içərisinə baxılmış, həmin torbanın içərisində dörd ədəd yapışqan lentlə bağlanmış bükülü olduğunu görmüşlər, həmin bükülülərə baxdıqda üç ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, bir ədəd bükülüdə isə narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Elsevər həmin narkotik vasitələri iranlı şəxsin göndərdiyini, həmin narkotik vasitələri Ələt qəsəbəsinə aparıb iranlı şəxsin deyəcəyi yerə qoyması müqabilində narkotik vasitələrin hər kiloqramına görə 500 manat olmaqla ümumilikdə 5000 manat pul əldə edəcəyi barədə həmin iranlı şəxslə razılşadığını bildirmişdir. Həmin kütlələr qablaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs Neftçala RPŞ-nin inzibati binasına gətirilmiş və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirinin gedişi zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Neftçala RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 30 mart 2025ci il tarixli qərardan görünür ki, Neftçala RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Araz Fərəcov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraatına qəbul edilərək istintaqın aparılması qərara alınmışdır. (Cild 1, i.v. 1;) İşdə olan, Neftçala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 29 mart 2025-ci il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitəni saxlamada, daşımada şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında üzərinə baxış keçirilməsi üçün əməliyyat-axtarış tədbirinin keçirilməsinə göstəriş verilməsi xahiş edilmişdir. (Cild 1, i.v 3;) İşdə olan, «üzərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz əldə edilərək saxlanılan, üzərində gəzdirdiyi narkotik vasitənin realizə olunacağı, gizlədiləcəyi və məhv ediləcəyi ehtimalını nəzərə alaraq həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət başında yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edərək götürülməsi məqsədilə əməliyyat qrupu yaradılaraq əməliyyat qrupunun iştirakı ilə tədbirlər görülməsinə dair güdülməsi, aşkar və gizli üsullarla nəqliyyat vasitəsinə baxış keçirilməsi və şübhəli şəxsin saxlanıldıqdan dərhal sonra tərəfindən əməliyyataxtarış fəaliyyətini həyata keçirilməsində köməkçi olacaq digər əməkdaşla birgə üstünün yoxlanılması və tədbirin bütün gedişatının videoçəkilişlə qeydə alınmasının zəruri hesab edilməsi, Təqsirləndirilən şəxs Neftçala rayonunda hansı istiqamətdə hərəkət edəcəyi yerinin müəyyən edilməsi və onun saxlanması istiqamətində tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun saxlanıldığı yerdə üstünün yoxlanılması, müsbət halda ondan aşkar edilmiş predmetlərə baxış keçirilməklə qanunsuz hesab edilən bütün predmetlərin götürülməsi barədə Neftçala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qərar qəbul edilmişdir. (Cild 1, i.v 4-5;) İşdə olan, 30 mart 2025-ci il tarixli Neftçala RPŞ-nin rəisi Emil Cavadov tərəfindən qəbul edilmiş əmrdən görünür ki, əməliyyat tədbirlənin həyata keçirilməsi məqsədilə Neftçala RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Neftçala RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, i.v 8;) İşdə olan, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi və əşyalarının götürülməsi haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, 29 mart 2025-ci il tarixdə saat 22:45-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Neftçala- Salyan avtomobil yolunun Neftçala rayonu, Xıllı qəsəbəsindən keçən hissəsində yol kənarında vətən müharibəsi abidəsinin yaxınlığında saxlanıldıqdan sonra saxlanılmasının səbəbləri barədə qısa məlumat verilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində 01 ədəd qara rəngli sellofan torba aşkar edilmişdir. Həmin torba açıldıqda müəyyən olunmuşdur ki, içərisində 04 ədəd yapışqan lentlə sarılmış bükülü vardır. Həmin bükülülərə baxış keçirildikdə onların 03 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 01 ədədinin içərisində isə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, bu səbəbdən həmin bükülülərdə olan kütlələr tərəfimizdən aşkar olunmuşdur. (Cild 1, i.v 9-11;) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» 30 mart 2025-ci il tarixli qərardan və “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı 29 mart 2025-ci il tarixdə, saat 22:45-dən hesablanması qərara alınmışdır. (Cild 1, i.v 13; Cild 36;) İşdə olan, “şəxsi axtarış aparılması haqqında” 30 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatını və üzərində narkotik vasitə daşıması ehtimalını nəzərə alaraq onun üzərinə şəxsi axtarışın aparılması qərara alınmışdır. (Cild 1, i.v 26;) İşdə olan, “şəxsi axtarış və götürmə barədə protokoldan və və ona əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və əlində daşıdığı 01 ədəd qara rəngli polietilen torbanın içərisində hər birinin üzəri yapışqan lentlə bağlanmış 03 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1710,0 qram, 3450,0 qram, 3160 qram olmaqla, ümumi çəkisi 8320,0 qram, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 790,0 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd “kapital banka”na məxsus plastik kart, 637 manat 30 qəpik pul vəsaiti iş üçün sübut əhəmiyyətli olduğu üçün götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd alışqan zərurət olmadığı üçün özünə qaytarılmışdır. (Cild 1, i.v 27-29;) İşdə olan, materialların məhkəmə bioloji ekspertizasının 30 mart 2025-ci il tarixli 18/269 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs əlindəki...marixuanaya bənzər...” sözləri yazılmış və imzalar olan sintetik torbada 03 ədəd qara rəngli polietilen bağlamada ayrı-ayrılıqda təmiz çəkisi-1710,0qr, 3450,0qr, 3160qr, ümumi çəkisi-8320,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuanaların təmiz çəkisi -8320,0 qram, tədqiqata sərf edilmişdir -0,30 qram, qalıq -8319,70 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat təşkil edir. (Cild 1, i.v 49-50;) İşdə olan, materialların məhkəmə ekspertizasının 30 mart 2025-ci il tarixli, 18/270 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs əlindəki...heroinə oxşar...” sözləri yazılmış polietilen torbada olan 01 ədəd polietilen bağlamada təmiz çəkisi-790,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin-28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. Qeyd: Heroinin təmiz çəkisi -790,0 qram, tədqiqata sərf edilmişdir -0,10 qram, qalıq - 789,90 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat təşkil edir. (Cild 1, i.v 53-54;) İşdə olan, “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 30 mart 2025-ci il tarixli qərardan görünür ki, HK-1/317 nömrəli material istintaq aparılması üçün aidiyyəti üzrə Neftçala RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. (Cild 1, i.v 58;) İşdə olan, “götürmə aparılması haqqında” 30 mart 2025-ci il tarixli qərardan, protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonun götürülməsi qərara alınmışdır. (Cild 1, i.v 65-66;) İşdə olan, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, i.v 71;) İşdə olan, “maddi sübut kimi tanımaq haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, 29 mart 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq 8319,70 qram narkotik vasitə olan qurudulmuş marixuana və 789,90 qram heroin iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmışdır. (Cild 1, i.v 92;) İşdə olan, “maddi sübutların təhvil verilməsi haqqında” 31 mart 2025-ci il tarixli maddi sübut kimi tanınmış çəkisi 8319,70 qram narkotik vasitə olan qurudulmuş marixuana və 789,90 qram heroin qablaşdırılmış və möhürlənmiş vəziyyətdə RPŞ-nin maddi sübutları saxlama anbarında saxlamaq üçün Y.Məcidova təhvil verilmişdir. (Cild 1, i.v 94) İşdə olan, Neftçala Rayon Məhkəməsinin 31 mart 2025-ci il tarixli, 4(053)-6/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 mart 2025-ci il tarixindən hesablanmışdır. (Cild 1, i.v 99-101) İşdə olan, Salyan Rayon İHB-nın Salyan şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər İƏD-si üzrə nümayəndəliyə onun barəsində ərizə və şikayət daxil olmamışdır. Onun aşağıdakı ailə üzvləri vardır: 1.X2 qızı. 2.X6 oğlu. (Cild 1, 110-111;) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 X16 X12 05 may 2025-ci il tarixli, 2609 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, 151;) İşdə olan, “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 iyul 2025-ci il tarixli qərardan görünür ki, hazırki cinayət işi materiallarından Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli başqa cinayət işinin ayrıca icraata ayrılması, 30 mart 2025-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokolla götürülmüş 03 ədəd qara rəngli polietilen torbadan ümumi çəkisi-8320 qram qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 8319,70 qram, 01 ədəd polietilen torbadan ümumi çəkisi-790 qram heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 789,90 qramı iş üzrə əhəmiyyətli olduğundan 31 mart 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Neftçala RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə baxış və şəxsi axtarışın keçirilməsi, istintaq hərəkətinin keçirilməsini əks etdirən 02 ədəd DVD disklərin maddi sübutlar hesab edilmələri və saxlanılmaları üçün cinayət işinin istintaq materiallarına əlavə edilmələrinin nəzərə alınması, Təqsirləndirilən şəxs etirafedici ifadələrinin, şahidlərin ifadələrinin, şəxsi axtarış aparılmasının, digər istintaq hərəkətləri protokollarının, kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış aparılması haqqında protokolun cinayət işi üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (Cild 1, 154-165;) İşdə olan Neftçala rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(053)-15/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 15 (on beş) gün, yəni 14 avqust 2025-ci il tarixədək uzadılmışdır. (Cild 1, 208-210;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün aşağıdakı dəlilləri irəli sürmüşdür: Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində xx.xx.2025-ci il tarixdə Neftçala rayonuna dostunun dəvəti ilə ondan balıq götürmək üçün getdiyini, dostu Şahbazın idarə etdiyi avtomobillə Salyan rayonundan Neftçala rayonuna yola düşdüklərini, yolda olarkən təbii ehtiyacını ödəmək üçün dostu Şahbaza avtomobili yolun kənarında saxlamasını bildirdiyini, avtomobildən enib bir qədər kənara irəlilədikdən sonra polis əməkdaşlarının onu saxlayaraq yerə yıxdıqlarını və özləri ilə gətirdikləri içərisində narkotik vasitələr olan bir ədəd torbanın ona məxsus olmasını bildirməsini tələb etdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamı mübahisələndirərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən ümumiyyətlə üzərində heç bir narkotik vasitə olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə üçün gətirdiyi dəlilləri cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla qarşılıqlı təhlil edərək aşağıdakıları qeyd edir: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsi axtarış keçirilməsinə dair” 29 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntülərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı Neftçala rayonu ərazisinə iranlı şəxsin göstərişinə uyğun olaraq aralarındakı razılaşmaya əsasən sonuncunun Neftçala rayonu ərazisində yerləşdirdiyi narkotik vasitələri əldə edib Ələt qəsəbəsinə çatdırmaq üçün gəldiyini, bunun müqabilində iranlı şəxsin narkotik vasitələrin hər kiloqramına görə ona 500 manat olmaqla ümumilikdə 5000 manat pul verəcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Neftçala RPŞ-də müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində yuxarı qeyd olunanları təsdiq edərək etirafedici ifadələr vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onların məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin yuxarıda qeyd edilən hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili - saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilərək etirafedici ifadələr verməyə məcbur edilməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və üzərində aşkar edilmiş narkotik vasitələrə baxış zamanı əməliyyat tədbirinə rəhbərlik edən polis əməkdaşının sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda Neftçala rayon məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimata baxılarkən fiziki təzyiqə məruz qalması ilə bağlı hər hansı məlumat verməmişdir. Eləcə də, əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair protokola əlavə edilmiş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs dediklərinə zidd olaraq bədəni üzərində hər hansı xəsarət olmaması, həmçinin üzərindəki geyimin təmiz və səliqəli olması (polis əməkdaşları tərəfindən yerə yıxılaraq döyülməsinə münsaibətdə) müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadələr verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Təqsirləndirilən şəxs tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Hazırki cinayət işinə məhkəmədə baxılanadək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən “qoyulmasını” mübahisələndirməmiş, ibtidai istintaq dövründə dəfələrlə ifadə verərək ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin özünün əlyazma ilə yazdığı Neftçala rayon prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsində törətdiyi cinayət əməlini səmimi etiraf edərək səmimi peşman olduğunu bildirmişdir. Lakin o, məhkəmə istintaqında fərqli məzmunda ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. “X11 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs Сəbrayılov Elsevər Zəfər oğlu onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Həmin siyahının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, əlində saxlamaqla daşıdığı, ümumilikdə 8320,0 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının xeyli miqdarından 1664 dəfə, külli miqdarda 790,0 qram psixotrop maddə metamfetaminin xeyli miqdarından təxminən 5266 dəfə, külli miqdarından isə təxminən 395 dəfədən artıq olması, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri zamanı həmin narkotik vasitələrin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə qoyulması müqabilində 5000 (beş min) manat məbləğində pul əldə etmək niyyətində olması ilə bağlı verdiyi etirafedici ifadələri, çoxsaylı şahid ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması dair” protokoldan və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və “amnistiya aktının tətbiq edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (Cild 1, i.v 102-103; 149;) Görünüdüyü kimi Təqsirləndirilən şəxs törətdiyi ağır cinayət əməlinə görə Füzuli Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Həmin Məcəllənin 18.2.2-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi yaranır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Qanunun qeyd olunan normalarının tələbləri baxımından Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin tresidivi (təhlükəli residiv) Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Qanunun qeyd edilən tələbi baxımından Təqsirləndirilən şəxs 8 (səkkiz) ildən az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi (CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə) azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə narkoloji ekspertizası” 05 may 2025-ci il tarixli 2609 saylı rəyləri nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Neftçala RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8319,70 qram narkotik vasitə qurudulmuş marixuana və 789,90 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 63,90 (altmış üç manat doxsan qəpik) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 29 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Neftçala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8319,70 qram narkotik vasitə qurudulmuş marixuana və 789,90 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 63,90 (altmış üç manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-418/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-418/2025
21.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver