Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-419/2022 26.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X13 oğlunun sədrliyi ilə, hakimlər – X10 və X4 ibarət tərkibdə, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1975-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli şəhəri, Kür küçəsi ev-6 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək, daşıyaraq özündə saxlamaq barədə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, qrupun digər üzvünün ona verdiyi ərazinin koordinatına əsasən 8 fevral 2022-ci il tarixdə saat 20 radələrində taksi ilə İmişli şəhərindən Kürdəmir rayonu istiqamətində Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolu ilə hərəkət edib, avtomobili "xxxx" MMC-nin inzibati binasının yaxınlığında saxlatdırıb, avtomobildən düşərək piyada yolun sol ehtiyyat hissəsindən aşağıda, çökəklik ərazidə olan, üzərində “Azər çörək” yazılmış kioskun daxilindən göy rəngli sellofan torbanı götürərək, onun içərisindəki külli miqdarda, yəni 1900 qram narkotik vasitə olan heroini, külli miqdarda, yəni 2100 qram narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda, yəni 1300 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, həmin narkotik vasitə və psixotrop maddəni daşıyaraq oradan çıxarkən, saat 20:15 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və orada əlindəki sellofan torbaya baxış keçirilərkən, torbadakı bir ədəd şəffaf polietilen torbanın içərisindən külli miqdarda, yəni 1900 qram narkotik vasitə olan heroin, iki ədəd iç-içə keçirilmiş sarı rəngli polietilen torbanın içərisindən külli miqdarda, yəni 2100 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd sarı rəngli polietilen torbanın içərisindən külli miqdarda, yəni 1300 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroin istifadə etmiş və ona istifadə üçün gün ərzində 0,3 qram çəkidə heroin lazım olmuşdur. 7 fevral 2022-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı Ümid adlı şəxslə telefonla əlaqə saxlamış, Ümidin telefon nömrəsini ona Nahid adlı tanışı, onunla bir yerdə həbsdə olan zaman vermişdir. O, Ümidlə telefonla danışan zaman ona özünə 10-15 qram narkotik vasitə olan “kakos”, yəni heroin lazım oldugunu demiş, bunu öz istifadəsi üçün istəmişdir. Ümid isə təşkil edə biləcəyini bildirmişdir. Ertəsi gün, saat 18 radələrində, Ümid ona zəng edərək, içində narkotik vasitə olan baglamanın saat 20 radələrində İmişli-Kürdəmir yolunun üzərində, istifadəsiz qalmış, üzərində “Azərçörək” yazısı olan köşkün içində olacagını və həmin narkotik vasitəni oradan götürə biləcəyini demişdir. Odur ki, deyilən vaxtda həmin yerə getmiş, baglamanı oradan götürən zaman isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, bağlamanı görəndə orada orada narkotik vasitənin çox olduğunu bilmiş, Ümidlə sonu 59-19 olan mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır, əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, onun törətmiş olduğu cinayət əməli özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin ƏİÜ rəis müavini, polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 8 fevral 2022-ci il tarixdə şöbəyə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun üzərində “Quşçuluq” adlanan yerin qarşısıda yerləşən köhnə yarımtikildən narkotik vasitə götürüləcəyi barədə məlumat daxil olmuş və daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o özü də olmuş və onlar həmin gün saat 20:00 radələrində həmin əraziyə gedərək ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs əraziyə gələrək həmin yarımtikilidə üzərində “Azər çörək” yazısı olan, istifadəsiz və qapısı olmayan dəmir köşkə girmiş, oradan sellofan torba götürüb çıxmışdır. Bu vaxt ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu saxlayaraq pols şöbəsinə gətirmişlər. Baxış zamanı onun əlində olan göy rəngli sellofan torbanın içərisindən sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlə, psixotrop maddə olan metamfetaminə oxşar kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, 8 fevral 2022-ci il tarixdə şöbəyə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun üzərində “Quşçuluq” adlanan yerin qarşısıda yerləşən köhnə yarımtikildən narkotik vasitə götürüləcəyi barədə məlumat daxil olmuşdur.Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o əməliyyat qrupunun digər üzvləri ilə birlikdə avtomobilə əyləşib həmin əraziyə getmiş, ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra, təxminən saat 20:15 radələrində Təqsirləndirilən şəxs əraziyə taksi ilə gələrək həmin yarımtikilidə üzərində “Azər çörək” yazısı olan, istifadəsiz və qapısı olmayan dəmir kontenyerə girib, oradan sellofan torba götürüb çıxmışdır. Bu vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu saxlamışlır. Baxış zamanı onun əlində olan göy rəngli sellofan torbanın içərisindən sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlə, psixotrop maddə olan metamfetaminə oxşar kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. O, saxlanıldıqdan sonra İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, narkotik vasitəni onun təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X6 ifadəsində göstərmişdir ki, 8 fevral 2022-ci il tarixdə şöbəyə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun üzərində “Quşçuluq” adlanan yerin qarşısıda yerləşən köhnə yarımtikildən narkotik vasitə götürüləcəyi barədə məlumat daxil olmuş və daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə saat 20:00-da avtomobilə əyləşib həmin əraziyə getmiş və ərazini müşahidəyə götürmüşlər. Təxminən saat 20:15-də Təqsirləndirilən şəxs əraziyə gələrək həmin yarımtikilidə üzərində “Azər çörək” yazısı olan, istifadəsiz və qapısı olmayan dəmir kontenyerə girib, oradan sellofan torba götürüb çıxmışdır. Bu vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu saxlamışlar. Baxış zamanı onun əlində olan göy rəngli sellofan torbanın içərisindən sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlə, psixotrop maddə olan metamfetaminə oxşar kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid6 ifadəsində göstərmişdir ki, 8 fevral 2022-ci il tarixdə şöbəyə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun üzərində “Quşçuluq” adlanan yerin qarşısıda yerləşən köhnə yarımtikildən narkotik vasitə götürüləcəyi barədə məlumat daxil olmuş və daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin əraziyə getmiş və ərazini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs əraziyə taksi ilə gələrək həmin yarımtikilidə üzərində “Azər çörək” yazısı olan dəmir kontenyerə girib, oradan sellofan torba götürüb çıxmışdır. Bu vaxt ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu saxlamışlar. Baxış zamanı onun əlində olan göy rəngli sellofan torbanın içərisindən sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlə, psixotrop maddə olan metamfetaminə oxşar kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. O, saxlanıldıqdan sonra İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, narkotik vasitəni onun təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin CAB-nin rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 8 fevral 2022-ci il tarixdə şöbəyə Ələsgər Nurəliyevin satış məqsədilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun üzərində “Quşçuluq” adlanan yerin qarşısıda yerləşən köhnə yarımtikildən narkotik vasitə götürəcəyi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin ərazidə əməliyyat tədbiri keçirilmiş, həmin gün saat 20:15 radələrində Təqsirləndirilən şəxs əraziyə taksi ilə gələrək həmin yarımtikilidə üzərində “Azər çörək” yazısı olan, istifadəsiz və qapısı olmayan dəmir kontenyerə girib, oradan sellofan torba götürüb çıxmışdır. Bu vaxt Ələsgər Nurəliyev saxlanılmış, baxış zamanı onun əlində olan göy rəngli sellofan torbanın içərisindən sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlə, psixotrop maddə olan metamfetaminə oxşar kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. O, saxlanıldıqdan sonra İran İslam Respublikasının vətəndaşı ilə danışdığını, narkotik vasitəni onun təşkil etdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 8 fevral 2022-ci il tarixdə şöbəyə X9-Kürdəmir-Bəhrəmtəpə yolunun üzərində “Quşçuluq” adlanan yerin qarşısıda yerləşən köhnə yarımtikildən narkotik vasitə götürəcəyi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında ərazidə əməliyyat tədbiri keçirilərək ərazi müşahidəyə götürülmüşdür. Həmin gün saat 20:15 radələrində Təqsirləndirilən şəxs əraziyə taksi ilə gələrək həmin yarımtikilidə üzərində “Azər çörək” yazısı olan, istifadəsiz və qapısı olmayan dəmir kontenyerə girib, oradan sellofan torba götürüb çıxmışdır. Bu vaxt Ələsgər Nurəliyev saxlanılmış, videoçəkilişlə aparılan baxış zamanı onun əlində olan göy rəngli sellofan torbanın içərisindən sellofan torbalarda olan qurudulmuş marixuanaya bənzər kütlə, psixotrop maddə olan metamfetaminə oxşar kütlə və narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 8 fevral 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, Otuziki kəndi ərazisində, Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun üzərində, Kürdəmir rayonu istiqamətində yerləşən, üzərində “Azərçörək” yazılmış yerdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan, üzərinə “Samsung” sözü yazılmış 1 ədəd sellofan torba olmuşdur. Sellofan torbanın içərsinə baxış keçirilərkən, 1 ədəd sellofan torbada ot şəkilli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd üzərində “levis” sözü yazılmış sellofan torba içərsində psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 ədəd üzərinə “levis” sözü yazılmış sellofan torba içərsində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Baxış zamanıTəqsirləndirilən şəxs üstündən aşkar olunaraq içərsində ayrı-ayrılıqda 3 ədəd sellofan torba olan, 1 ədəd göy rəngli sellofan torba ekspertizaya göndərilməsi üçün qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin 179 saylı möhürü ilə möhürlənərək, imzalarla təsdiq edildi. Baxış zamanı“Xiomi-Mi-11” markalı telefon vasitəsi ilə video çəkiliş aparldı və protokola əlavə edilmək üçün diskə köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında 9 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** və ***-***- **-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyatda olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:00:34-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng daxil olmuş və 294 saniyə danışıq qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə saat 18:10:59-da və 18:38:33-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zənglər daxil olmuş və müvafiq olaraq 192 və 148 saniyə danışıq qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə, saat 13:39-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş, 6 saniyə danışıq qeydə alınmışdır. xx.xx.2022-ci il tarixdə, saat 14:22-dəTəqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 40 saniyə danışığ qeydə alınmışdır. Həmin tarixdə saat 13:39-da, 16:30-da və 18:20-dəTəqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə***-***- **-** saylı mobil nömrədən zənglər daxil olmuş, müvafiq olaraq 69 saniyə, 54 saniyə və 18 saniyə danışıqlar qeydə alınmışdır. Həmin tarixdə saat 17:55-də, 18:10-da və 18:33-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, ***-***-**-** saylı mobil nömrələrdən zənglər daxil olmuş, müvafiq olaraq 41 saniyə, 192 saniyə və 148 saniyə danışıqlar qeydə alınmışdır. Yenə həmin tarixdə, saat 19:44-dəTəqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 19 saniyə danışıq qeydə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. xx-xx-2021-ci il tarixdə, saat 15:15:25-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən, **********0 saylı mobil nömrəyə “Abli nozvani mne? Ali.qayn!.” məzmunlu, xx-xx-2021 tarixdə, saat 15:33:35-də **********0 saylı mobil nömrədən X2 istifadəsində olan ***-***-**- ** “Salam Alasqar man zanq vura bilmiram vatsapnan zanq ela sana vızıvatasam o marim vatsapımdır burdan çox banadır zanq vurmaq” məzmunlu, xx-xx-2021-ci il tarixdə, saat 15:46:37-də **********0 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** “Nomrani at mana” məzmunlu ismarıclar vardır. Cinayət işinin materiallarına əlavə edilmiş Kompleks məhkəmə-kimyəvi və məhkəməbioloji ekspertizasının 9 fevral 2022-ci il tarixli, 18/166-167 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...X3 üzərindən....” sözləri yazılmış ağ rəngli polietilen torbanı açdıqda 01 ədəd göy rəngli polietilen torbanın içərsində 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi – 1900 qram qəhvəyimtil rəngli maddə küstar üsulla hazılanmış narkotik vasitə olan heroindir. 01 ədəd göy rəngli polietilen torbanın içərsində 01 ədəd sarı rəngli polietilen torbada təmiz çəkisi 1300 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə küstar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. 02 ədəd iç-içə keçirilmiş sarı rəngli polietilen torbada təmiz çəkisi – 2100 qram olan kütləçətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmişMəhkəmə-narkoloji ekspertizasının 5 may 2022-ci il tarixli,2251 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Xankşi oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Əməliyyat tapşırığına cavab olaraq İmişli rayon polis şöbəsinin 15 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddələri satmış Ümid adlı şəxsi müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılan müşahidələr zamanı onun evinə narkotik vasitələrdən istifadə edən şəxslərin gəlib-getməsi, onun əlaqədə olduğu şəxslərin bir qisminin narkotik vasitələrin aludəçiləri olması, İmişli şəhər sakinlərinin məlumatına görə onun narkotik vasitələrin istifadəsi və satışı ilə məşğuyl olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.1, 177.2.3, 66.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 2 il 5 ay, 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 04 noyabr 2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbətxasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlləri cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan istintaq zamanı aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 1900 qram olan narkotik vasitə heroinin, 1300 qram psixotrop maddə metamfetaminin və 2100 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut olan "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk və baxış keçirilməsi haqqında protokola əlavə olunan 1 ədəd CD diskin isə cinayət işi materiallarında saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 08 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və İmişli RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan istintaq zamanı aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatına sərf edilmiş çəki nəzərə alınmaqla 1900 qram olan narkotik vasitə heroin, 1300 qram psixotrop maddə metamfetamin və 2100 qram narkotik narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD disk və baxış keçirilməsi haqqında protokola əlavə olunan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 63 (altımış üç) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.
Məhkəmə qərarları › İş №1(099)-419/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-419/2022
26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver