Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-420/2022 21.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X5 iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, Döngə 1, ev 10-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının ortalarında “instagram” sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı kimi tanış olduğu şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və bir ədəd odlu silahın əldə olunması, saxlanması, daşınması, həm də qrupun üzvləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və bir ədəd odlu silahı əldə edib realizə olunması üçün cinayətkar qrupun şəxsiyyəti məlum olmayan digər üzvlərinə çatdırılmasına qabaqcadan vəd vermiş, bundan sonra əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan “Yavər” adlı üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd ağzı yapışqan lentlə bağlanmış sarı rəngli torbanın içərisində külli miqdarda-4450 qram (4 kq 450 qram) narkotik vasitə olan heroin və bir ədəd Bf-3653 nömrəli, 7,62 kalibrli olmaqla 1962-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı odlu yivli avtomat silahın Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yerləşən istifadəsiz yanacaqdoldurma məntəqəsinin arxasında olan köhnə şiferin altına qoyulması barədə ona məlumat verildikdən sonra o, 21 fevral 2022-ci il tarixdə, saat 21 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd torbada olan külli miqdarda-4450 qram heroini və bir ədəd Bf-3653 nömrəli, 7,62 kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, AKM modelli yivli odlu silahı qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 21 fevral 2022-ci il tarixdə, saat 21 radələrində Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Hacıqabul- Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonunun Mil qəsəbəsindən keçən 138-ci kilometrliyində saxlanılıb üzərində şəxsi axtarış zamanı əlində daşıdığı bir ədəd torbanın içərisində 4 ədəd bükümdə-1100 qram, 1020 qram, 1300 qram və 1030 qram olmaqla cəmi, külli miqdarda-4450 qram (4 kq 450 qram) narkotik vasitə olan heroin və bir ədəd Bf-3653 nömrəli, 7,62 kalibrli olmaqla 1962-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı odlu yivli silah aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib, yəni CM-nin 206.3.2 və 228.2.1-ci maddələri ilə özünü təqsirli bilməyib, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, rəsmi olaraq işləməsə də, fərdi qaydada fəhləliklə məşğul olmuşdur.Əvvəllər iki dəfə, 1-ci dəfə yol-nəqliyyat hadisəsi ilə, 2-ci dəfə narkotiklə bağlı məhkum olunmuş və 2021-ci ilin oktyabr ayında məhkəmənin qərarı ilə çəza çəkdiyi yerdən şərti olaraq azad edilmişdir. Xeyli müdətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. İstifadəsində 077/589-33-53 saylı mobil telefon nömrəsi olmuşdur.2022-ci ilin yanvar ayının ortalarında “instagram” sosial şəbəkəsində təsadüfən “İranlı” profil adı ilə rastlaşıb həmin hesabda yazışmaqla “Yavər” adlı şəxslə tanış olmuş və “Yavər” özünü İran vətəndaşı kimi təqdim etmişdir.Sonra Yavər ondan mobil nömrəni götürmüş və onlar vatsappla danışmağa başlamışlar.Söhbət zamanı o, Yavərə narkotik istifadəçisi olduğunu bildirib ondan narkotik maddə istəmiş, Yavər də ona metamfetamin sata biləcəyini bildirmişdir. Razılaşdıqdan sonra Yavər İrandan ona “patı” (metamfetamin) göndərib Bakı şəhərində bir yerə qoyduracağını, “patı”nın pulunu göndərəcəyi bank kartının nömrəsinə yükləməklə göndərəməyini bildirmişdir.Sonra Yavər ona 4-5 qram metamfetamin göndərmiş, o da Bakı şəhəri, Əhmədli qəsəbəsində “Siyaqut” adlı restoranın arxasına qoyulmuş metamfetamini götürmüş, sonra Yavərin göndərdiyi bank kartı ilə ona 50 manat pul göndərmişdir.Yavərin göndərdiyi metamfetamini özü istifadə etmiş, heç kimə satmamış və verməmişdir.Bundan sonra Yavərin ona etimadı yarandığı üçün ona iş görməyi təklif edib göndərəcəyi narkotik maddəni dediyi yerdən götürüb Qaradağ rayonu ərazisinə aparıb sonradan adını deyəcəyi şəxsə çatdırmasını və buna görə ona 3000 manat pul verəcəyini demiş, o da razılaşmışdır.Həmin söhbətdən bir neçə gün sonra Yavər ona zəng vurub narkotikin Beyləqan rayonu ərazisinə qoyulacağı və həmin yerin şəklini ona vatsappla göndərəcəyini bildirmiş, o da razılaşmışdır. 21 fevral 2022-ci il tarixdə, səhər saatlarında Yavər onunla vatsappda danışıb narkotik maddəni İrandan göndərdiyini və narkotikin Beyləqan rayonu ərazisində olduğunu, həmin yerin şəklini ona göndərəcəyini və gedib götürməsini bildirmişdir.21 fevral 2022-ci il tarixdə, günorta saatlarında o, Bakı şəhərində tanımadığı şəxsin taksi maşını ilə Beyləqan rayonuna gedib “Daşburun” dairəsi deyilən yerə çatandan sonra Yavərlə əlaqə saxlamış, Yavər də ona həmin dairədən Füzuli rayonu istiqamətində bir az irəli gedib yolun sol tərəfindəki köhnə yanacaq doldurma məntəqəsinin arxasında şiferin altına narkotiki qoyduğunu bildirib həmin yerin şəklini telefonuna göndərmişdir. O, Yavərin dediyi yerə çatanda taksini yolun kənarında saxladıb sürücüyə yol pulunu verib maşından düşmüş, sürücü də çıxıb getmişdir.Sonra o, yolun əks tərəfində olan köhnə yanacaq doldurma məntəqəsinin arxa tərəfinə keçib Yavərin ona dediyi yerə baxanda orada şiferin altında bir ədəd torbanın olmasını görüb ora yaxınlaşsa da, torbanı götürməmiş, həmin yerdə dayanıb ətrafda kimsənin olub-olmamasını yoxlayarkən mülki geyimdə olan polis əməkdaşları onu tutmuşdur.Bundan sonra polis əməkdaşları həmin yerdən bir az əvvəl onun gördüyü torbanı götürmüş, sonra orada müdafiəçinin iştirakı və videoçəkilişlə üzərində axtarış aparılmış və üzərində narkotik və ya başqa qadağan olunmuş əşya aşkar edilməmişdir. Sonra Polis əməkdaşları müdafiəçinin və özünün iştirakı, həm də videoçəkilişlə bir az əvvəl gördüyü, sonra polislərin götürdüyü torbaya baxış keçirməyə başlamışlar.Baxış zamanı həmin torbanın içərisində bir ədəd avtomat silah və 4 ədəd bağlamada narkotik maddə aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, narkotik maddəni ona iranlı “Yavər” adlı şəxsin göndərdiyini, həmin narkotiki aparıb Qaradağ rayonu ərazisində “Yavər”in deyəcəyi bir nəfər şəxsə çatdırmalı olduğunu, buna görə “Yavər”in ona 3000 manat pul veriləcəyini, avtomat silahın isə ona aid olmadığını, iranlı “Yavər”in ona avtomat silah göndərəcəyini demədiyini, ona avtomat silah yox, yalnız narkotik maddə göndərildiyini bildirmişdir.Polis əməkdaşları tərəfindən bağlamalarda olan narkotiklər elektron tərəzidə çəkilmiş, sonra həmin narkotik kütlələri və avtomat silah qablaşdırılıb polislər tərəfindən götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, 21 fevral 2022-ci il tarixdə, səhər saatlarında telefonla danışarkən iranlı Yavər ona narkotik vasitəni İrandan Beyləqan rayonu ərazisinə keçirdiyini, narkotik vasitə olan bağlamanı qoyacağı yerin şəklini vatsappla ona göndərəcəyini və narkotiki həmin gün götürmək lazım olduğunu bildirmişdir.Yavərlə razılaşdıqdan sonra o, 21 fevral 2022-ci il tarixdə, günorta saatlarında Bakıdan tanımadığı şəxsin “KİA” markalı taksi avtomobili ilə çıxıb Beyləqan rayonu ərazisində olan “Daşburun” dairəsi deyilən yerə getmiş, həmin vaxt Yavər ona dairədən Füzuli rayonu istiqamətində yolun sol tərəfində bir qədər irəlidə istifadə edilməyən yanacaq doldurma məntəqəsinin arxasına narkotik vasitəni qoyduğunu bildirib həmin yerin şəklini telefonuna göndərmişdir.O, Yavərin dediyi yerə çatdıqda taksi sürücüsünə yolunun kənarında saxlamağı bildirib sürücüyə 20 manat yol haqqını verib avtomobildən düşmüşdür. Sonra o, yolun əks tərəfində yerləşən köhnə yanacaq doldurma məntəqəsinin arxa tərəfinə keçib Yavərin ona dediyi şiferin altında gizlədilmiş içərisində narkotik vasitə olan bağlamanı və həmin vaxt bağlamada silahın da olmasını görmüşdür.Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitə və silah olan bağlamanı götürüb həmin yerdən 15-20 metr uzaqlaşdıqdan sonra mülki geyimdə şəxslər ona yaxınlaşıb Beyləqan RPŞ-nin əməkdaşları olduqlarını bildirib onu saxlayıb qanunsuz olaraq narkotik maddə və silah saxlamaqla daşımaqda şübhəli olduğunu bildirmişdir. Sonra vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı ondan əlindəki bağlamanı haradan əldə etdiyi soruşulmuş, o da əlindəki bağlama-paketi polislərə təqdim edib Yavər adlı İran vətəndaşının həmin bağlamanı Beyləqan rayonuna göndərdiyini, o, da onları satmaq məqsədilə götürüb Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir.Polis əməkdaşları həmin bağlamanı açdıqda bağlamadan “Kalaşnikov” markalı maqazinsiz odlu silah, həmçinin bağlamada 4 ədəd qara rəngli sellofanda qablaşdırılmış bükümlər aşkar edilmiş, aşkar edilmiş bükümlərdə heroinə oxşar kütlələr olmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və silah qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib edilmişdir.Şifahi sorğu zamanı o, İran vətəndaşı Yavər kimi tanıdığı şəxsdən birlikdə narkotik vasitələrin satışını həyata keçirib gəlir əldə etmək məqsədilə həmin narkotik vasitəni əldə etdiyini, narkotikə görə Yavərə pul vermədiyini, Yavərin göndərdiyi torbada olan narkotik vasitəni kimə verəcəyini özü deyəcəyini və həmin narkotik vasitələrin satışından əldə etdiyi gəlirdən Yavərə pul göndərməli olduğunu, həmçinin Yavərin ona silah göndərəcəyini deməməsini və o, həmin torbanı götürən zaman torbada silahın olmasını bilməsini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış zamanı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini ümumən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadələrində içərisində narkotik maddə olan torbanı əlinə götürməsinə aid hissədə yazılanları təsdiq etmir.O, iranlı Yavərin göndərdiyi, içərisində narkotik maddə olmasını bildiyi torbanı görsə də, həmin torbanı əlinə götürməmiş, torbanı gördüyü yerdə dayanıb ətrafa baxarkən polis əməkdaşları onu orada tutmuşdur. Həmçinin o, torbanın içərisində avtomat silahın olmasını bilməmiş, Yavər ona silah göndərməsi barədə əvvəlcədən heç nə deməmişdir. Torbaya baxış keçirilən vaxt o, bilmişdir ki, torbanın içərisində narkotikdən başqa avtomat silah da vardır.Ona görə də silahla, həm də qaçaqmalçılıqla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotiklə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Üzərində axtarış zamanı polislər tərəfindən götürülmüş bir ədəd “Xiomi redmi” markalı mobil telefon aparatının atası Nuxbala Zərbəliyevə qaytarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Beyləqan RPŞ-nin əməkdaşıdır. 21 fevral 2022-ci il tarixdə ona, Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və silah əldə etməsi və Beyləqan rayonunun ərazisində olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış qrupu yaradılmış və həmin gün təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir.Belə ki, 21 fevral 2022-ci il tarixdə əldə olunmuş məlumata əsasən Beyləqan rayonunun Mil qəsəbəsi ərazisind, “Daşburun” dairəsindən Füzuli rayonu istiqamətinə gedən avtomobil yolunun sol ehtiyyat hissəsində yerləşən yerləşən köhnə işləməyən yanacaqdoldurma məntəqəsinin ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 21 radələrində əməliyyat qrupu köhnə işləməyən yanacaqdoldurma məntəqəsinə yaxınlaşan zaman yanacaqdoldurma məntəqəsinin arxa tərəfindən bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs əlində sarı rəngli torba ilə tələsik şəkildə avtomobil yoluna tərəf getdiyi müşahidə edilmiş və əməliyyat qrupu dərhal onu orada saxlamış, sonra ona polis əməkdaşları olmaları bildirilib qanunsuz olaraq narkotik maddələr və odlu silah əldə edib saxlamaqda şübhəli olduğu izah edilmişdir.Sonra əməliyyat qrupuna daxil olan müstəntiq X10 Zərbəliyevə üzərində şəxsi axtarış aparılacağı və əlindəki torbaya baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs də etiraz etməmişdir.Bundan sonra vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır.Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, lakin əlindəki torbanın içərisində yapışqanlı lentlə üzəri bağlanmış vəziyyətdə bir ədəd maqazinsiz avtomat silah, 4 ədəd bağlama və bağlamaların içərisində heroinə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik maddə olduğunu, iranlı tanışı Yavər adlı şəxsin satmaq məqsədilə ona göndərdiyini, silahdan isə xəbəri olmadığını bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və avtomat silah qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra keçirilmiş tədbirlə bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid5 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, Beyləqan RPŞ-nin əməkdaşının 21 fevral 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlayıb daşıması, həmçinin qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqla daşıması, habelə onun Beyləqan rayonu ərazisində hərkətdə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 21 fevral 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlayıb daşıması, həmçinin qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqla daşıması, habelə onun Beyləqan rayonu ərazisində hərkətdə olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyataxtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 21 fevral 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İşdə olan, Beyləqan RPŞ-nin əməkdaşının 21 fevral 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxlayıb daşıması, həmçinin qanunsuz olaraq odlu silah əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarışı tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 fevral 2022-ci il tarixdə, Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 21 fevral 2022-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Beyləqan RPŞ-nin İB-nin müstəntiqi Rəşad Novruzov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd torbanın üzərinə yapışqan lentlə bağlanmış əşyanın üzəri açıldıqdaq sonra bir ədəd odlu silah olan avtomat silaha oxşar əşya, habelə həmin torbadə olan bir ədəd sarı rəngli sellofan torbanın içərisirndə 4 ədəd bağlamalarda narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar olunmuşdur.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin narkotik maddə olduğunu və İrandan tanışı “Yavər” adlı şəxsin göndərdiyini, lakin silahdan məlumatı olmadığını, “Yavər” adlı şəxsin ona silah göndərmədiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, odlu silaha oxşar əşya və bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “.. Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış sintetik torbada 04 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 1100 qram, 1020 qram, 1300 qram və 1030 qram, ümumi təmiz çəkisi 4450 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Ekspertiza tədqiqatından sonra qalıq heroin 4449,60 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 22 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd Bf-3653 nömrəli silah, 7,62 kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1962-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulu ilə heç bir əlavə və dəyişiklik edilməmişdir. İşdə olan, “Baxış aparılması haqqında” 07 mart 2022-ci il tarixli protokolla müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş üzərində 077/589-33-53 saylı mobil teleıon nömrsi olan “Xiaomi Redmi” markalı, mobil telefon aparatının vatsapp sisteminin yaddaşına baxış zamanı “yaver” adı ilə qeydiyyata alınmış +**********89 və +**********59 saylı operator nömrələri (İran telefon operatoruna aid) ilə aparılmış danışıqların səsli mətnləri, o cümlədən 21 fevral 2022-ci il tarixdə, saat 21:21-də +**********59 saylı nömrədən daxil olmuş “a qardaş nə iş gürdün götürdün vəsaitləri?. O avtomatı da demişdima sənə onu da zad elədə demişdim ki, sənə götürüb atıb Bakıda təhvil verəcəysən ha onu da götürdün? 5 dənə koladı elə? Bir dənə də avtomat içində avtomatki var idi ha onu da Bakıda deyəcəydim bir kolaynan verəcəyində içində. Götürdün mənə xəbər verdə” səsli mətn, eləcə də işin digər halları üzrə mesajlar aşkar edilmişdir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 03, 07 və 13 mart 2022-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 4449,60 qram (4 kq 449,60 qram) heroin, 01 ədəd Bf-3653 nömrəli silah, 7,62 kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1962-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlı avtomat silah, eləcə də Təqsirləndirilən şəxs məxsus qara rəngli “Xiaomi Redmi” markalı, **********36631 və **********36649 imei kodlu mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan 02 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verəm anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Ünsiyyətçilik, emosionallıq, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir.Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır.Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 12 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 19 may 2022ci il tarixli qərarla müəyyən edilir ki, hazırki cinayət işinin materiallarından cinayətkar qrupun üzvləri olan digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (torbada aşkar olunmuş avtomat silahın göndərilməsi ilə bağlı iranlı “Yavər”lə əvvəlcədən danışığının və razılaşmasının olmaması, torbada avtomat silahın olmasını torbaya baxış keçirilən vaxt bilməsi, içərisində narkotik maddə və silah olan torbanı iranlı “Yavər”in dediyi yerdə görsə də, həmin torbanı əlinə götürməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni torbada aşkar olunmuş avtomat silahın göndərilməsi ilə bağlı iranlı “Yavər”lə əvvəlcədən danışığının və razılaşmasının olmaması, torbada avtomat silahın olmasını torbaya baxış keçirilən vaxt bilməsi, içərisində narkotik maddə və silah olan torbanı iranlı “Yavər”in dediyi yerdə görsə də, həmin torbanı əlinə götürməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid1 və Şahid5 ifadələri, maddi sübutlar, telefonla vatsappla səsli danışıq məntləri (həmin danışıqlarla Təqsirləndirilən şəxs narkotik maddənin və avtomat silahın əldə olunması ilə bağlı iranlı “Yavər” adlı şəxslə əvvəlcədən danışığının aparılması və digər hallar tam təsdiq olunur), ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən videoçəkilişlə aparılmış şəxs axtarışın keçirilməsinə dair protokol (həmin protokolda ittihamda göstərilən hallar təsdiq olunur), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid2, Şahid1 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayəti, eləcə də qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 4 kq 450 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə (qazanc əldə etmək üçün) qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və odlu silahı əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotikin və odlu silahın Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və odlu silahı əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi təsdiq olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 228.2.1 və 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilmədən bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İran vətəndaşı kimi özünü təqdim etmiş “Yavər” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitəni və odlu silahı Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında olan cinayətkar qrupun digər üzünə çatdıracaq və buna görə də müəyyən məbləğdə pul alacaqdır. Həmin razılaşmadan sonra “Yavər” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və odlu silahı İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən bu maddəni və odlu silahı götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə narkotik vasitənin və odlu silahın qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxs tərəfindən narkotik vasitəni və odlu silahı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib onların qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən narkotiki və silahı götürmüş, yəni göstərilən halda narkotik vasitə və odlu silahın qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddənin və odlu silahın Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin onun satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Yavər” adlı şəxs tərəfindən həmin maddənin və odlu silahın qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin narkotik maddənin və odlu silahın İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra onları əldə edib, saxlayıb daşıyaraq cinayətkar qrupun digər üzvünə çatdırılmasını vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan “Yavər” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni və odlu silahı əldə edib onları cinayətkar qrupun digər üzünə çatdırılması ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən olunur ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2 və 67.1-ci maddələri tətbiq edilərək qəti olaraq hökmlərin məcmusu üzrə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 01 ay müddətə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə o, 04 oktyabr 2018-ci il tarixli hökmlə təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 08 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 04 oktyabr 2018-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iməhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivi yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun hazırki əməli cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətlərin residivini yaratdığından ona ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Eyni zamanda Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 76-cı maddəsi tətbiq edilərək, 04 oktyabr 2018-ci il tarixli hökmlə ona təyin edilmiş 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasının (05 oktyabr 2021-ci tarixə 03 il 04 ay 27 günü çəkmiş) çəkilməmiş 08 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş müddəti ərzində qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanının çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. 04 oktyabr 2018-ci il tarixli hökmə əsasən məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 may 2018-ci il, cəzasının sonu 08 iyun 2022-ci il təşkil edir. Hazırda 04 oktyabr 2018-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş müddəti 08 ay 03 gün təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. İşdə olan, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 13 may 2022-ci tarixli arayış və xasiyyətnamə ilə myəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, Döngə 1, ev 10-da qeydiyyatda olmaqla yaşamış və yaşıyış yeri üzrə qənaətbəxş (nümayəndəliyə barəsində heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 32.5, 206.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cazanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə, eləcə də bu Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli və ona təyin olunacaq cəza ittiham olunduğu maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarasından az olmamalıdır. Habelə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 03 günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 08 ay 03 günü yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübutlar olan və Beyləqan RPŞ-nin maddi sübutlar otağında saxlanılan 4449,60 qram (4 kq 449,60 qram) heroin məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməli, habelə Bf-3653 №-li, 7,62 kalibrli olmaqla 1962-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli 1(bir) ədəd avtomat silah Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, həmçinin maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, telefon danışıqlarına dair məlumat olan 2 (iki) ədəd DVD disk, eləcə də şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Habelə iş üzrə maddi sübut olan və Beyləqan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası Nuxbala Zərbəliyevə təhvil verilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 qəpik təqsirləndirilən şəxs Əliniyaz Davudovdan tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.2.1-ci miaddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Salyan Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 8 (səkkiz) ay 3 (üç) günü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) ay 3 (üç) günü yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 4449,60 qram (4 kq 449,60 qram) narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Bf-3653 №-li, 7,62 kalibrli olmaqla 1962-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli 1(bir) ədəd avtomat silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, telefon danışıqlarına dair məlumat olan 2 (iki) ədəd DVD disk, eləcə də şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Habelə iş üzrə maddi sübut olan və Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, təqsirləndirilən şəxs ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs atası X2 təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-420/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-420/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver