Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-420/2025 25.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X11 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə İmişli rayonu, Mürsəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, İmişli rayonu, Mürsəlli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 25 avqust 2025-ci il tarixdə saat 09:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə 23 radələrində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2085,0 qram qurudulmuş marixuananı şəxsiyyəti məhkəməyə məlum olmayan şəxs tərəfindən naməlum tarixdə və şəraitdə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbədə “Əzizbəyov” adlı su kanalının üzərindən keçən körpünün sağ tərəfində, kanalın yaxınlığında quraşdırılmış elektrik ötrücüsünün (trasformator) yaxınlığına yerləşdirilmiş yerdən əldə edərək üzərində saxlamaqla daşımış, Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:50 radələrində yuxarıda qeyd olunan ünvanda saxlanılmış, polis əməkdaşları tərəfindən saxlanılarkən yerə atdığı bir ədəd ağ rəngli kisədə ayrı-ayrılıqda təmiz çəkisi 1040,0 qram və 1045,0 qram olmaqla iki ədəd bükülüdə ümumi çəkisi 2085 qram təşkil edən külli miqdarda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs olunmamışdan təxminən iki ay əvvəldən İran İslam Respublikasına məxsus mobil operator nömrəsindən “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə ona ismarıclar gəlməyə başlamışdır. O, həmin şəxslə danışmağa başlamış, həmin şəxs özünü “Baba” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıtmışdır. Aralarındakı söhbət zamanı həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, həmin şəxs də onun üçün narkotik vasitə “təşkil edə biləcəyini” söyləmişdir. Bununla bağlı o, iranlı kimi tanıdığı şəxslə sövdələşməyə gedərək ondan şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Razılaşmaya əsasən həmin şəxs 18 aprel 2025-ci il tarixdə narkotik vasitəni yerləşdirdiyi yerin konumunu “Whatsapp” ani mesajla tətbiqi vasitəsilə ona göndərmişdir. O, konuma daxil olduqda həmin yerinə Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonundan məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbə olduğunu müəyyən etdikdən sonra, həmin yerə onu aparması üçün həmkəndlisi Şahid1 müraciət etmişdir. O, Azada Biləsuvar rayonu ərazisində tanışı ilə görüşməli olduğunu bildirmiş, lakin ona narkotik vasitə əldə etmək niyyətində olmasını deməmişdir. Həmin gün saat 22 radələrində onlar Azadın idarə etdiyi QAZ 2104 markalı avtomobillə yaşadıqları kənddən konumda qeyd olunmuş yerə yola düşmüşlər. Onlar konumda qeyd olunmuş yerə çatdıqdan sonra o, Azada avtomobili saxlayıb onu gözləməsini bildirmişdir. O, avtomobildən endikdən sonra iranlı şəxsin əvvəlcədən verdiyi təlimata uyğun olaraq elektrik transofrmatorunun yanına yaxınlaşmışdır. Orada bir ədəd torba görmüş və torbanı götürərək həmin yerdə uzaqlaşmağa başlamışdır. Lakin, torbanı əlinə aldıqdan sonra torbanın çəkisinin onun sifariş verdiyi narkotik vasitənin çəkisindən yəni 100 qramdan daha ağır olduğunu anladığından, eləcə də yaxınlıqdan şübhəli səslər gəldiyini eşidərək qorxub torbanı yerə atmış və qaçmağa başlamışdır. Lakin, mülki geyimli polis əməkdaşları sürətlə yaxınlaşaraq onu saxlamış, saxlanılarkən yerə yıxılmış və xəsarət almışdır. Az sonra polis əməkdaşları həmkəndlisi Azadı da saxlamış, onların iştirakı ilə torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisindəki iki bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Polis əməkdaşları ona qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verməmişlər. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Cəbrayıl RPŞ-ın NMQ-nın əməliyyət müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona 18 aprel 2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri ilə birlikdə Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlər nəzərdə tutulmuş 3 saylı qəsəbədə öncədən müəyyən edilmiş ərazini müşahidəyə götürmüşlər. Ərazini müşahidəyə götürdükdən təxminən 15 dəqiqə sonra həmin yerə QAZ 2104 markalı avtomobil yaxınlaşaraq dayanmış, ön sərnişin oturacağından Təqsirləndirilən şəxs yerə enərək yaxınlıqdakı elektrik transformatoruna doğru irəliləmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs əlində bir ədəd torba ilə geri qayıtmağa başlamış, onlar Nurlanı saxlamaq üçün hərəkətə keçdikdə Nurlan əlindəki torbanı yerə ataraq qaçmağa başlamışdır. Nurlan qaçarkən yerə yıxılaraq xəsarət almış, bundan sonra Nurlanı saxlamışlar. Onunla eyni zamanda avtomobilin sürücüsü Şahid1 də saxlanılmış, hər iki şəxsin iştirakı ilə torbanın içərisindəki bağlamalara baxış keçirilmiş, hər iki bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəbrayıl RPŞ-nin əməkdaşları Şahid4, Şahid5 və Şahid6 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 aprel 2025-ci il tarixdə axşam saatlarında o, kənddə qonaqlıqda imiş. Oradan çıxıb mağazaya siqaret almaq üçün gəlmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs mağazanın qarşısında ona yaxınlaşıb Biləsuvar rayonuna gedib tanışından ona çatası pulu götürməli olduğunu deyərək onu istifadəsində olan avtomobillə Biləsuvar rayonuna aparmağı xahiş etmişdir. O, sərxoş olduğundan əvvəlcə Nurlanın təklifi ilə razılaşmamış, daha sonra Nurlan təkidlə israr etdiyindən onu Biləsuvar rayonuna aparmağa razılıq vermişdir. Aralarındakı razılaşmaya görə Nurlan yol haqqı olaraq onun avtomobilinə yanacaq alacaqmış. Onlar həmin gün saat 22 radələrində Biləsuvar rayonuna yola düşmüşlər. Onlar Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbəyə çatdıqdan sonra Nurlan ona avtomobili saxlamasını bildirmişdir. Nurlan avtomobildən enərək tanışı ilə görüşüb qayıdacağını, onu gözləməsini bildirmişdir. Nurlan avtomobildən endikdən sonra o avtomobili irəli doğru hərəkət etdirmiş, yolun geniş hissəsində manevr edərək geriyə doğru dönmək istəyəndə polis əməkdaşları onu saxlamış, onu özləri ilə Nurlanın olduğu yerə aparmışlar. Belə ki, saxlanıldığı yerlə Nurlanın olduğu yer arasında təxminən 300-500 metr məsafə olmuşdur. Həmin yerə çatdıqda Nurlanın da polis əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Onların iştirakı ilə Nurlanın yanında yerdə aşkar edilmiş bir ədəd torbaya baxış keçirilmiş, torbanın içərisində iki ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Nurlan ona Biləsuvar rayonuna narkotik vasitə əldə etmək üçün gəldiyini əvvəlcədən deməmişdir. Saxlanıldıqdan sonra Nurlanın həmin torbanı əldə etmək üçün Biləsuvar rayonuna gəldiyini bilmişdir. Polis əməkdaşları tərəfindən nə ona, nə də Nurlana qarşı hər hansı zorakılıq hərəkətlərinə yol verilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Cəbrayıl RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Rauf Şahverənov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, aidiyyəti üzrə Cəbrayıl RPŞ-nin İstintaq qrupuna göndərilməsi qərara alınmışdır. (Cild 1, i.v. 1-2;) İşdə olan, Cəbrayıl RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən olan xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, psixotrop maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. (Cild 1, i.v 6;) İşdə olan, «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs və Şahid1 tərəfindən qanunsuz dövriyyəsi ilə məşğul olduğu narkotik vasitənin, psixotrop maddənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv adiləcəyi ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxslərin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, psixotrop maddənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs və Şahid1 olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və ya nəqliyyat vasitəsi varsa həmin nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, üzərinin yoxlanılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və ya nəqliyyat vasitəsinə baxışın keçirilməsi, əməliyyataxtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunvericiliyə uyğun şəkildə tədbir davam etdirilməsi qərara alımışdır. (Cild 1, i.v 7-8;) İşdə olan, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanımasına dair” 18 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, 18 aprel 2025-ci il tarixdə saat 23:40 radələrində Cəbrayıl RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə əldə edib üzərində saxlamısında, daşımasında şübhəli bilinən Təqsirləndirilən şəxs oğhı Şahid1 ilə birlikdə sonuncunun etibarnamə əsasında idarə etdiyi "QAZ 2410" markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar-Bəhrəıntəpə avtomobil yolundan dönərək, Biləsuvar rayonu. 3 saylı qəsəbə ərazisi doğru hərəkət edən zaman tərəfimizdən əməliyyat müşahidəsinə götürülmüşlər və onlar təxminən 10 dəqiqə ərzində müşahidə olunmuşlar. Həmin müddət ərzində Şahid1 idarə etdiyi "QAZ 2410” markalı İ0-EU-184 dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolundan dönərək. Biləsuvar rayonu. 3 saylı qəsəbənin ərazisində yerləşən Su idarəsinin inzibati binasının yanına getmiş, həmin inzibati binasının yanında qeyd olunan avtomobil dayanmış və həmin avtomobildən qabaq oturacada əyləşən sərnişin Təqsirləndirilən şəxs yerə düşmüşdür. Lakin, Şahid1 idarə etdiyi "QAZ 2410” markalı avtomobillə bir qədər irəli gedərək, dönüb geri qayıtmış və Şahid1 düşdüyü yerə çatandan sonra avtomobili orada saxlamışdır. Təqsirləndirilən şəxs isə qeyd olunan Su İdarəsinin inzibati binasının yaxınlığında quraşdırılan trosformatorun yanma getmiş və həmin trosformatorun yaxınlığında gizlədilən bir ədəd ağ rəngli kisəni götürərək asfalt yola doğru təxminən 10-15 metr hərəkət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarını görmüş və buna görə də götürdüyü ağ rəngli kisəni kənara tullayaraq qaçmağa başlamışdır. Sonuncu təxminən 3-4 metr qaçmış, lakin bu zaman onun ayağı yerdə olan kol-kosa ilişərək yıxılmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs və Şahid1 yaxınlaşaraq saxlamışlar. Həmin şəxslər saxlanılandan sonra saxlanılmalarının səbəbi, saxlanılmış şəxslərə hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə nalik olmaq hüququ izah olunmuşdur. Üstünün yoxlaması və götürülmə aparılmasından əvvəl hər iki şəxsə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Redmi Not 11” markalı telefonu, qara rəngli gödəkçənin sağ yan cibindən isə bir qutu “Arqo” siqaretini və bir ədəd alışqanı çıxarıb avtomobilin “kapotu”nun üzərinə qoymuş və üzərində bunlardan başqa heç bir əşya olmadığını bildirmişdir. Daha sonra yoxlama zaman Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa heç bir əşya və ya predmet, həmçinin narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs sonra Şahid1 əynində olan boz rəngli cins şalvarın arxa sol cibindən bir ədəd '‘Honor 6x" markalı mobil telefonu və sol yan cibindən bir ədəd qara rəngli pulqabını çıxarıb avtomobilin “kapotu”nun üzərinə qoydu və üzərində başqa əşya olmadığını bildirdi. Sonuncuya məxsus pulqabı açıldı və həmin pulqabıdan 2 (iki) ədəd 20 (iyirmi) manatlıq. 1 (bir) ədəd 10 (on) manatlıq. 2 (iki) ədəd 5 (beş) manatlıq və 12 (on iki) ədəd 1 (bir) manatlıq əskinzalarla olmaqla cəmi 72 (yetmiş iki) manat pul, bir ədəd plsatik bank kartı və sürücülük vəsiqəsi, bundan sonra ona məxsus mobil telelonunun kabrasmdan 2 (iki) ədəd bir manatlıq pul əskinazı aşkar olundu. Daha sonra yoxlama zaman Şahid1 üzərindən təqdim etdiyi əşyalardan başqa heç bir əşya və ya predmet, həmçinin narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən, lakin adını deməyən şəxsin orada, yəni Biləsuvar rayonu, 3 saylı qəsəbəyə gedən zaman yolun sağ tərəfində olan Su idarəsinin yaxınlığındakı boş ərazidə quraşdırılan transormatorun yanında gizlətdiyi yerdən ağ rəngli kisədə narkotik vasitə götürərək, həmin yerdən asfalt yol istiqamətində piyada təxminən 10-12 metr getdikdən sonra mülki geyimdə olan şəxsləri gördüyünü, həmin şəxslərin polis əməkdaşı olduğunu bildiyi üçün götürdüyü içində narkotik vasitə olan həmin ağ rəngli kisəni kənara ataraq qaçmaq istədiyini, lakin bir neçə metr məsafə qaçdıqdan sonra ayağı yerdə olan kol-kosa ilişərək üzü üstə yıxıldığını və bu zaman sağ qaş və göz altı nahiyələrinin əzildiyini dedi. Bundan sonra Təqsirləndirilən şəxs Biləsuvar rayonu. 3 saylı qəsəbənin ərazisində yerləşən Su idarəsinin inzibati binasının yaxınlığında quraşdırılan trasformatorun yanında gizlədildiyi yerdən götürdüyü və təxminən 10-15 metr getdikdən sonra atdığı ağ rəngli kisə yoxlanılmışdır. Həmin kisənin içindən hər biri ayrı-ayrılıqda 1094 qram və 1086 qram çəkidə olan qurudulmuş marixuanaya bənzər küllə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, götürdüyü ağ rəngli kisədə aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlənin İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək əldə etdiyini, şəxsi istifadəsi üçün nəzərdə tutduğunu, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını, bunlardan əlavə üzərində və ya gəldikləri avtomobildə narkotik vasitə və psixotrop maddənin olmadığını, eləcə də, onun narkotik vasitə əldə etmək üçün gəlməsindən və aşkar olunaraq gölündən narkotik vasitədən Şahid1 xəbərinin olmadığını bildirmişdir. (Cild 1, i.v 11-14;) İşdə olan, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 təqdim etdiyi əşyaya və 01 ədəd diskə baxışın keçirilməsi və götürmənin aparılması qərara alınmışdır. (Cild 1, i.v 16;) İşdə olan, «Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında» protokoludan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, baxış zamanı polis kiçik leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülən qurudulmuş marixuanaya bəzər kütlə qablaşdırılan ağ rəngli kisə, eləcə də, hadisə yerində çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd diski və digər əşyaları təhqiqatçı Rauf Şahverənova təqdim edilmişdir. Bu vaxt təhqiqatçı Rauf Şahverənov tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülən içində 2 (iki) ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış nakotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə olan bükülü qablaşdırılan ağ rəngli kisəyə baxış keçirilmiş, daha sonra həmin kisə açılmış, həmin kisədə qablaşdırılan bükülülərin içində olan kütlənin nakotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə olub-olmadığı yoxlanılmış və qara rəngli sellofan torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış 2 (iki) ədəd bükülünün içində nakotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə olduğu bir daha müəyyən olunmuşdur. Sonra həmin bükülülər içində olan nakotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, həmin bükülülərin içində olan narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə ayrı-ayrılıqda 1103 (min yüz üç) qram və 1095 (min doxsan beş) qram olduğu müəyyən olunmuşdur. Həmin 2 (iki) ədəd qara rəngli sellofan torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış nakotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər kütlə olan bükülü bir ədəd kisədə müvafiq qaydada qablaşdırıldıqdan sonra təhqiqatçı Rauf Şahverənov tərəfindən götürülmüşdür. Bundan sonra, təhqiqatçı Rauf Şahverənov tərəfindən hadisə yerində çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd daşıyıcı disk kompyüterə qoyulmuş və həmin diskdə olan videogörüntülərə baxış keçirilmişdir. Həmin diskdə əks olunan videogörüntüyə baxış keçirilən zaman Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 18 aprel 2025-ci il tarixdə saat 23:50 radələrində yaxalanan Təqsirləndirilən şəxs və Şahid1 saxlandıqları yerdə üzərlərinə, eləcədə, sonuncunun idarə etdiyi “QAZ 2410” markalı 10EU184 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildiyi, bu zaman Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ağ rəngli kisədən qara rəngli sellofan torbaya yığılaraq üzəri yapışqan lentlə sarılmış 2 (iki) ədəd bükülüdə ayrı-ayrılıqda 1094 (min doxsan dörd) qram və 1086 (min səksən altı) qram narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğu və müvafiq qaydada qablaşdırılaraq götürüldüyü müəyyən olunmuş, baxış keçirilməsi prosessi videokamera ilə qeydə alımış, qeydə alımış həmin videogörüntülər bir ədəd diskə köçürülmüş və həmin disk bu barədə tərtib olunan protokola əlavə edilmişdir. (Cild 1, i.v 18-20;) İşdə olan, «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 19 aprel 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə, saat 02:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuşdur. (Cild 1, i.v 21; Cild 1, i.v 32; ) İşdə olan, məhkəmə bioloji ekspertizasının 19 aprel 2025-ci il tarixli 18/318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Tədqiqata təqdim edilmiş üzərində “...02 bağlamada olan narkotik vasitə olan marixuanaya bənzər kütlə...” sözləri və imzalar olan sintetik torbada olan üzərində “...Ş.Nurlan imza...” sözləri və imzalar olan 01 ədəd sintetik torbada olan 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 1040 qr, 1045,0 qr, ümumi çəkisi 2085,0 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuanın ümumi çəkisi -2085 qram, tədqiqata sərf edilmişdir -0,20 qram, qalıq -2084,80 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. (Cild 1, i.v 70-72;) İşdə olan, “cinayət işinin icraata qəbul edilməsi barədə” 19 aprel 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (Cild 1, i.v 79;) İşdə olan, “təqsirləndirilən şəxsə ittiham elan edilməsi barədə” 20 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilmişdir. (Cild 1, i.v 104-105;) İşdə olan, 20 aprel 2025-ci il tarixli, 4(072)-4/2025 nömrəli Cəbrayıl Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 18 aprel 2025-ci ildən hesablanmışdır. (Cild 1, i.v 137-139;) İşdə olan, İmişli RİHB-nın Qaraqaşlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs haqqında İmişli RİHB-nın Qaraqaşlı kənd İƏD-si üzrə nümayəndəliyinə heç bir yazılı şikayət ərizəsi daxil olmamışdır. Onun aşağıdakı tərkibdə ailə üzvləri var: 1.Atası: X17. 2.Anası: X6. 3.Qardaşı: X12.
4. Qardaşı arvadı: X4.
5. Qardaşı oğlu: X15.
6. Qardaşı qızı: X8.
7. Qardaşı oğlu: X13. (Cild 1, i.v 173-174;) İşdə olan, 28 aprel 2025-ci il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v 182) İşdə olan, “mobil telefona baxış keçirilməsi və məlumatların götürülməsi barədə” 06 may 2025-ci il tarixli protokoldan, fotoşəkillərdən və 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində aşkar olunaraq götürülən sonuncunun istifadəsində olmuş 1 (bir) ədəd mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 (bir) ədəd mobil telefonun “Redmi not 11” markalı (Android tipli) olmaqla üzərində ***-***-**-** saylı mobil telefon nömrəsi olduğu müəyyən olunmuşdur. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə, eləcə də, həmin mobil telefonuna yüklədiyi “WhatsApp” proqramında qeydiyyatdan keçdiyi profildə mesajlar və zənglər siyahısına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonun yaddaş kitabçasında “Azercell” mobil operatoruna məxsus olan və Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsi qeyd olunduğu aşkar olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonun zənglər siyahısına baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun zənglər siyahısında sonucunun istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsindən İran İslam Respublikasının operatoruna məxsus olan, lakin yaddaş kitabçasına adı qeyd olunmayan “+98 902 206 6240” saylı mobil telefon nömrəsinə 17 aprel 2025-ci il tarixdə saat 14:57-də zəng olunduğu və sonuncunun həmin zəngə cavab vermədiyi aşkar olunsa da, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsi arasında heç bir əlaqə olmadığı aşkar olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonun mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, lakin baxış zamanı həmin mobil telefonun mesajlar (SMS-lər) bölməsindən iş üçün əhəmiyyət kəsb edən SMS mətni aşkar olunmamışdır. Bundan sonra, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11S” (Android tipli) markalı mobil telefona yüklənmiş “WhatsApp” proqramında 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi və profil açdığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonda “WhatsApp” proqramının zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman sonuncunun qeyd olunan proqram vasitəsilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı və “+98 990 160 6308” saylı, həmçinin, Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş profillər ilə əlaqə saxladığı müəyyən edilmişdir. Belə ki, həmin mobil telefonda “WhatsApp” proqramında mesajlar bölməsinə baxış keçirlən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profil ilə Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsilə “WhatsApp” proqramında qeydiyyatdan keçdiyi profil arasında xx.xx.2025-ci il tarixdə saat 20:47-dən saat 22:52-ə qədər əlaqə olduğu müəyyən edilmişdir. Həmin əlaqə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsilə qeydiyyatdan keçdiyi profil ilə “WhatsApp” proqramı vasitəsilə Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsilə qeydiyyatdan keçdiyi profilə xx.xx.2025-ci il tarixdə saat 20:47-də 0:03 (üç saniyə) dəqiqə olmaqla “salam nə var, nə yox? Haralardasan?” sözləri səslənən 1 (bir) ədəd səsli mesaj və həmin tarixdə saat 22:51-də isə 39042ı37.1”N -48004ı16.4”E coğrafi məkanı, yəni narkotik vasitənin gizlədildiyi yeri dəqiq göstərən “konum” göndərdiyi, eləcə də, həmin mobil telefonun zənglər bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsilə qeydiyyatdan keçdiyi profil ilə “WhatsApp” proqramı vasitəsil Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsilə qeydiyyatdan keçdiyi profilə xx.xx.2025-ci il tarixdə saat 20:47-də “audio” zəng edərək, 5:23 (beş dəqiqə iyirmi üç saniyə) dəqiqə (1,6 MB) olmaqla cəmi 1 (bir) dəfə onların bir-birlərilə danışdıqları müəyyən olunmuşdur. Bundan başqa, həmin mobil telefonda “WhatsApp” proqramında mesajlar bölməsinə baxış keçirlən zaman Təqsirləndirilən şəxs istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profil ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 990 160 6308” saylı mobil telefon nömrəsilə “WhatsApp” proqramında qeydiyyatdan keçdiyi profil arasında 18 aprel 2025-ci il tarixdə saat 00:51-də əlaqə olduğu, bu əlaqə zamanı İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 990 160 6308” saylı mobil telefon nömrəsindən “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefona yüklədiyi “WhatsApp” proqramında sonuncunun istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profilə 18 aprel 2025-ci il tarixdə saat 00:51-də 0:03 (üç saniyə) dəqiqə olmaqla “Nurlan bə setdən niyə çıxıbsan” və “bidənə setə gir görüm dədə” sözləri səslənən 2(iki) ədəd səsli mesaj göndərdiyi, eyni zamanda, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefona yüklədiyi “WhatsApp” proqramında zənglər bölməsinə baxış keçirlən zaman İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 990 160 6308” saylı mobil telefon nömrəsi ilə həmin proqramında qeydiyyatdan keçdiyi profildən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profilə 14 aprel 2025-ci il tarixdə saat 23:34-də “audio” zəng edərək, 4:40 (dörd dəqiqə qırx saniyə) dəqiqə (968 kB), saat 23:39-da “audio” zəng edərək, 1:57 (bir dəqiqə əlli yeddi saniyə) dəqiqə (373 kB) və saat 23:47-də “audio” zəng edərək, 0:58 (əlli səkkiz saniyə) dəqiqə (223 kB) olmaqla cəmi 3 (üç) dəfə onların bir-birlərilə danışdıqları, eləcə də, 11 aprel 2025-ci il tarixdə saat 21:21-də və 21:38-də (2 dəfə), 13 aprel 2025-ci il tarixdə saat 00:40-da, 15 aprel 2025-ci il tarixdə saat 17:45-də, 18 aprel 2025-ci il tarixdə saat 00:51-də olmaqla cəmi 5 (beş) dəfə “audio” zəng olunsa da, sonuncu həmin zənglərə cavab vermədiyi müəyyən olunmuş, lakin baxış zamanı onların bir-birlərinə “video” zəng etdikləri aşkar olunmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefona yüklədiyi “WhatsApp” proqramında mesajlar bölməsinə baxış keçirlən zaman istifadə etdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profil ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsilə “WhatsApp” proqramında qeydiyyatdan keçdiyi profil arasında 18 aprel 2025-ci il tarixdə saat 22:49-dan saat 23:45-ə kimi əlaqə olduğu, bu əlaqə zamanı İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi profil ilə “WhatsApp” proqramı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profilə 18 aprel 2025-ci il tarixdə saat 22:49-da narkotik vasitənin gizlədildiyi yeri dəqiq göstərən “konum”, saat 23:43-də Biləsuvar rayonu, 3 saylı qəsəbəyə gedən asfalt yolu və həmin asfalt yoldan dönməli olduğu yerdə quraşdırılmış “Təhlükəli döngə” xəbərdarlıq yol nişanından dönmək lazım olduğunu çəkilmiş qırmızı rəngli ox işarəsi ilə göstərən 2 (iki) ədəd fotoşəkil, saat 23:44-də “Əzizbəyov” adlı su kanalının kənarı ilə gedən torpaq yol ilə hərəkət edən zaman sağ tərəfdə dönmək lazım olduğunu və sağ tərəfə döndükdən sonra olan boş ərazidə quraşdırılan “Elektrik ötrücü” qurğunu (trasformatoru) çəkilmiş qırmızı rəngli ox işarəsi ilə göstərən 2 (iki) ədəd fotoşəkil və saat 23:45-də qeyd olunan “Elektrik ötrücü” qurğunun (trasformatorun) yanında içində narkotik vasitə olan ağ rəngli kisənin üzərinə quru ağac qırıqları yığıldığını və üzərinə quru ağac qırıqları yığılan içində narkotik vasitə olan ağ rəngli kisəni çəkiliş qırmızı rəngli xətlə göstərən 2 (iki) ədəd olmaqla cəmi 6 (altı) ədəd fotoşəkil göndərildiyi, eyni zamanda, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefona yüklədiyi “WhatsApp” proqramında zənglər bölməsinə baxış keçirlən zaman İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİRnın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsi ilə həmin proqramında qeydiyyatdan keçdiyi profildən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profilə 14 aprel 2025-ci il tarixdə saat 22:17-də “audio” zəng edərək, 19:32 (on doqquz dəqiqə otuz iki saniyə) dəqiqə (5,0 MB) və saat 22:39-da “audio” zəng edərək, 2:21 (iki dəqiqə iyirmi bir saniyə) dəqiqə (590 kB), 18 aprel 2025-ci il tarixdə saat 11:19-da “audio” zəng edərək, 1:18 (bir dəqiqə on səkkiz saniyə) dəqiqə (344 kB), saat 19:34-də “audio” zəng edərək, 1:57 (bir dəqiqə əlli yeddi saniyə) dəqiqə (548 kB), saat 19:46-da “audio” zəng edərək, 1:03 (bir dəqiqə üç saniyə) dəqiqə (240 kB), saat 20:34-də “audio” zəng edərək, 0:33 (otuz üç saniyə) dəqiqə (150 kB), saat 21:01-də “audio” zəng edərək, 1:01 (bir dəqiqə bir saniyə) dəqiqə (235 kB), saat 21:15-də “audio” zəng edərək, 0:23 (iyirmi üç saniyə) dəqiqə (97 kB), saat 21:24-də “audio” zəng edərək, 1:06 (bir dəqiqə altı saniyə) dəqiqə (263 kB), saat 21:36-da “audio” zəng edərək, 0:28 (iyirmi səkkiz saniyə) dəqiqə (127 kB), saat 21:49-da “audio” zəng edərək, 0:27 (iyirmi yeddi saniyə) dəqiqə (99 kB), saat 22:17-də “audio” zəng edərək, 1:54 (bir dəqiqə əlli dörd saniyə) dəqiqə (510 kB), saat 22:25-də “audio” zəng edərək, 1:03 (bir dəqiqə üç saniyə) dəqiqə (202 kB), saat 22:38-də “audio” zəng edərək, 0:32 (otuz iki saniyə) dəqiqə (134 kB), saat 22:42-də “audio” zəng edərək, 6:38 (altı dəqiqə otuz səkkiz saniyə) dəqiqə (1,3 MB), saat 22:52-də “audio” zəng edərək, 0:21 (iyirmi bir saniyə) dəqiqə (80 kB) və saat 23:18-də “audio” zəng edərək, 2:57 (iki dəqiqə əlli yeddi saniyə) dəqiqə (823 kB) olmaqla cəmi 17 (on yeddi) dəfə onların bir-birlərilə danışdıqları, eləcə də, 13 aprel 2025-ci il tarixdə saat 14:28-də, 14 aprel 2025-ci il tarixdə saat 22:00-də və 22:15-də (2 dəfə), 15 aprel 2025-ci il tarixdə saat 14:16-da, 17 aprel 2025-ci il tarixdə saat 22:42-də, 18 aprel 2025-ci il tarixdə saat 11:01-də, saat 11:08-də, saat 20:14-də, saat 21:48-də, saat 23:24də, saat 23:25-də və saat 23:29-da (7 dəfə) olmaqla cəmi 12 (on iki) dəfə “audio” zəng olunsa da, sonuncu həmin zənglərə cavab vermədiyi müəyyən olunmuş, lakin baxış zamanı onların bir-birlərinə “video” zəng etdikləri aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefona yüklədiyi “WhatsApp” proqramında mesajlar və zənglər bölməsinə baxış keçirlən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsilə həmin proqramında qeydiyyatdan keçdiyi profillə İran İslam Respublikasının operatoruna məxsus olan, lakin sonuncunun mobil telefonunun yaddaş kitabçasına adı qeyd olunmayan “+98 902 206 6240” saylı mobil telefon nömrəsilə heç bir əlaqə olmadığı müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasında və zənglər siyahısına, həmçinin həmin mobil telefonda olan “WhatsApp” proqramı vaistəsilə edilən zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman sonuncunun istifadəsində olmuş həmin mobil telefon ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı və “+98 990 160 6308” saylı mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında sözügedən cinayətin icra olunması ərəfəsində, yəni sonuncunun narkotik vasitənin əldə etməsi ilə bağlı telefon (“WhatsApp” proqramı vaistəsilə) əlaqələrinin olması bir daha təsdiq olunmuşdur. Buna görə də, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasında Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsi qeyd olunduğu səhifədə, həmçinin, həmin mobil telefonun zənglər siyahısında İran İslam Respublikasının operatoruna məxsus olan, lakin sonuncunun mobil telefonunun yaddaş kitabçasına adı qeyd olunmayan “+98 902 206 6240” saylı mobil telefon nömrəsi əks olunan səhifədə, Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonuna yüklədiyi “WhatsApp” proqramında istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi profil ilə həmin proqramın mesajlar və zənglər böməsindən İran İslam Respublikasının operatoruna məxsus olan, lakin şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin istifadə etdiyi “+98 930 353 6416” saylı və “+98 990 160 6308” saylı, eləcə də, Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrələri ilə həmin proqramda qeydiyyatdan keçmiş profillərlərlə bir-birlərinə göndərdikləri yazılı və səsli mesajlar, bir-birlərinə etdikləri zənglər siyahısı olan səhifələrdə, həmçinin, İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsi ilə “WhatsApp” proqramında qeydiyyatdan keçmiş profildən göndərilən konum və fotoşəkillər olan səhifədə əks olunan məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün həmin səhifələrin videogörüntüsü çəkilərək 1 (bir) ədəd diskə, bundan əlavə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsi ilə “WhatsApp” proqramında qeydiyyatdan keçmiş profildən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə həmin proqramında qeydiyyatdan keçdiyi profilə 18 aprel 2025-ci il tarixdə saat 22:49-da narkotik vasitənin gizlədildiyi yeri dəqiq göstərən “konum”, saat 23:43-də Biləsuvar rayonu, 3 saylı qəsəbəyə gedən asfalt yolu və həmin asfalt yoldan dönməli olduğu yerdə quraşdırılmış “Təhlükəli döngə” xəbərdarlıq yol nişanından dönmək lazım olduğunu çəkilmiş qırmızı rəngli ox işarəsi ilə göstərən 2 (iki) ədəd fotoşəkil, saat 23:44-də “Əzizbəyov” adlı su kanalının kənarı ilə gedən torpaq yol ilə hərəkət edən zaman sağ tərəfdə dönmək lazım olduğunu və sağ tərəfə döndükdən sonra olan boş ərazidə quraşdırılan “Elektrik ötrücü” qurğunu (trasformatoru) çəkilmiş qırmızı rəngli ox işarəsi ilə göstərən 2 (iki) ədəd fotoşəkil və saat 23:45-də qeyd olunan “Elektrik ötrücü” qurğunun (trasformatorun) yanında içində narkotik vasitə olan ağ rəngli kisənin üzərinə quru ağac qırıqları yığıldığını və üzərinə quru ağac qırıqları yığılan içində narkotik vasitə olan ağ rəngli kisəni çəkiliş qırmızı rəngli xətlə göstərən 2 (iki) ədəd olmaqla cəmi 6 (altı) ədəd fotoşəkil iş üçün əhəmiyyət kəsb etdiyi üçün 4 (dörd) ədəd A4 formatlı vərəqə köçürülərək götürülmüşdür. (Cild 1, i.v 187-196) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X27 tərəfindən verilmiş 21 aprel 2025-ci il tarixli, 221 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarət-sağ və sol saidin ön səthində köhnə çapıqlardan əlavə sağ gözün üst qapağında tışda ətrafı qançırlı səthi yara bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən 18 aprel 2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (Cild 1, i.v 213-214) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X24 X19 X10 16 may 2025-ci il tarixli, 2879 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (Cild 1, i.v 215-216) İşdə olan, “maddi sübut kimi tanınması və həlli barədə” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əldə etdiyi ağ rəngli polietilen torbadan aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1040,0 qram və 1045,0 qram təşkil edən 02 (iki) ədəd bükülüdə ümumi 2085,0 qram çəkiyə malik külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı tədqiqatdan sonrakı 2084,80 qram (cəmi tədqiqata istifadə olundu – 0,20 qram – hər obyektdən 0,10 qram) çəkidə qalığın maddi sübut kimi tanınması və 21 aprel 2025-ci il tarixli, 3-13-70/2- 2979/2025 nömrəli məktubla Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. (Cild 2, i.v 17-18) İşdə olan, məhkəmə kompüter-texniki ekspertizasının 19 iyun 2025-ci il tarixli, 5/506 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat prosesinin təsviri hissəsinin 1-ci bəndində göstərilən səbəblərə görə, təqdim edilmiş “X28 11S” markalı “2201117SG” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (zəng qeydləri, “whatsapp” proqram təminatında aparılmış çat seansları, foto, audio, video fayllar və sairə) pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. (Cild 2, i.v 26-28) İşdə olan, “sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin və inzibati materialın ayrılması barədə” 14 iyul 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi və onun barəsində Cəbrayıl Rayon Məhkəməsinin hakimi Tərlan Nüsrətov tərəfindən 20 aprel 2025-ci il tarixdə 4 (dörd) ay müddətində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, ilkin təhqiqat sənədlərində 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əldə etdiyi ağ rəngli kisədən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda 1094 (1103) qram və 1086 (1095) qram təşkil edən 2 (iki) ədəd bükülüdə ümumi 2180 (2198) qram çəkiyə malik külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunaraq götürüldüyü göstərilsə də, “Məhkəmə-bioloji ekspretizasının 19 aprel 2025ci il tarixli 18/318 nömrəli rəyi ilə həmin narkotik vasitə hesab edilən qurudulmuş marixuananın çəkisi dəqiqləşdirilərək, Təqsirləndirilən şəxs əldə etdiyi ağ rəngli kisədən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1040 qram və 1045,0 qram təşkil edən 2 (iki) ədəd bükülüdə ümumi 2085,0 (iki min səksən beş) qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana olmasının müəyyən edilməsinin nəzərə alınması, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs əldə etdiyi ağ rəngli polietilen torbadan aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1040,0 qram və 1045,0 qram təşkil edən 2 (iki) ədəd bükülüdə ümumi 2085,0 (iki min səksən beş) qram çəkiyə malik külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananı tədqiqatdan sonrakı 2084,80 qram (cəmi tədqiqata istifadə olundu - 0, 20 qram - hər obyektdən 0,10 qram) çəkidə qalığının 07 iyul 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınması və 21 aprel 2025-ci il tarixli 3- 13-70/2-2979/2025 nömrəli məktubla Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi not 1” (Android tipli) markalı mobil telefon və həmin mobil telefonun yaddaş kitabçasında Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrəsi qeyd olunduğu səhifə, həmçinin, həmin mobil telefonun zənglər siyahısında İran İslam Respublikasının operatoruna məxsus olan, lakin sonuncunun mobil telefonunun yaddaş kitabçasına adı qeyd olunmayan “+98 902 206 6240” saylı mobil telefon nömrəsi əks olunan səhifə, Təqsirləndirilən şəxs özünə məxsus mobil telefonuna yüklədiyi “WhatsApp” proqramında istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi profil ilə həmin proqramın mesajlar və zənglər böməsindən İran İslam Respublikasının operatoruna məxsus olan, lakin şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin istifadə etdiyi “+98 930 353 6416” saylı və “+98 990 160 6308” saylı, eləcə də, Şahid1 istifadə etdiyi “K *** *** ** **” saylı mobil telefon nömrələri ilə həmin proqramda qeydiyyatdan keçmiş profillərlərlə bir-birlərinə göndərdikləri yazılı və səsli mesajlar, birbirlərinə etdikləri zənglər siyahısı olan səhifələr, həmçinin, İran İslam Respublikasının operatoruna məxsus olan və özünü HR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsi ilə “WhatsApp” proqramında qeydiyyatdan keçmiş profildən göndərilən konum və fotoşəkillər olan səhifədə əks olunan məlumatlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün həmin səhifələrin videogörüntüsü çəkilərək 1 (bir) ədəd disk, bundan əlavə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü llR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı mobil telefon nömrəsi ilə “WhatsApp" proqramında qeydiyyatdan keçmiş profildən Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə həmin proqramında qeydiyyatdan keçdiyi profilə 18 aprel 2025- ci il tarixdə saat 22:49-da narkotik vasitənin gizlədildiyi yeri dəqiq göstərən “konum”, saat 23:43-də Biləsuvar rayonu, 3 saylı qəsəbəyə gedən asfalt yolu və həmin asfalt yoldan dönməli olduğu yerdə quraşdırılmış “Təhlükəli döngə” xəbərdarlıq yol nişanından dönmək lazım olduğunu çəkilmiş qırmızı rəngli ox işarəsi ilə göstərən 2 (iki) ədəd fotoşəkil, saat 23:44- də “Əzizbəyov” adlı su kanalının kənarı ilə gedən torpaq yol ilə hərəkət edən zaman sağ tərəfdə dönmək lazım olduğunu və sağ tərəfə döndükdən sonra olan boş ərazidə quraşdırılan “Elektrik ötrücü" qurğunu (trasformatoru) çəkilmiş qırmızı rəngli ox işarəsi ilə göstərən 2 (iki) ədəd fotoşəkil və saat 23:45-də qeyd olunan "Elektrik ötrücü” qurğunun (trasformatorun) yanında içində narkotik vasitə olan ağ rəngli kisənin üzərinə quru ağac qırıqları yığıldığını və üzərinə quru ağac qırıqları yığılan içində narkotik vasitə olan ağ rəngli kisəni çəkiliş qırmızı rəngli xətlə göstərən 2 (iki) ədəd olmaqla cəmi 6 (altı) ədəd fotoşəkil köçürülərək, götürülən 4 (dörd) ədəd A4 formatlı vərəq iş üçün əhəmiyyət kəsb etdiyindən maddi subut kimi tanınsın, həmin diskin və 4 (dörd) ədəd A4 formatlı vərəqin cinayət işinin materiallarına əlavə edilməsi və Təqsirləndirilən şəxs məxsus “Redmi Not 11” markalı mobil telefonun isə 12 iyul 2025-ci il tarixli 3-13-70/1- 5073/2025 nömrəli məktubla Cəbrayıl Rayon Polis Şöbəsinin saxlancına təhvil verilməsinin nəzərə alınması, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 9355 nömrəli məktubu ilə göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2025-ci il tarixdə saat 00:00:00-dan xx/xx/2025-ci il tarixdə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, sms-lər siyahısı, sms mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan 01 (bir) ədəd CD diskin maddi sübut kimi tanınmadan cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs, xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirlən zaman ifadələrində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, lakin adını bilmədiyi şəxslə aralarında olan razılaşmaya əsasən 18 aprel 2025-ci il tarixdə saat 23:50 radələrində Biləsuvar-Bəhrəmtəpə magistral yolunun 54-cü kilometrindən dönərək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə istiqamətində gedərkən “Əzizbəyov” adlı su kanalının üzərindən keçən körpünün sağ tərəfində, kanalın yaxınlığında quraşdırılmış “Elektrik ötrücü” (trasformatorun) qurğunun yaxınlığında gizlədildiyi yerdən özü istifadə etmək üçün 100 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana götürmək məqsədilə gəlsə də, həmin yedə gizlədilən ağ rəngli kisədən 2 kiloqramdan artıq narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunduğunu qeyd etməsi onun tərəfindən özünü müdafiə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X3-müayinə hissəsində müayinə olunan zaman onun sağ gözaltı nahiyəsində bənövşəyi rəngli qançır və sağ qaş nahiyəsində qartmaqlı yara xəsarətləri aşkar olunması faktı ilə bağlı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Cəbrayıl rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas Əli Murtuzayev tərəfindən 21 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən material üzrə “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, həmçinin, 18 aprel 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokol və həmin protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, 19 aprel 2025-cü il tarixli «Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə haqqında» protokol və həmin protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk, “Mobil telefona baxış keçirilməsi və məlumatların götürülməsi barədə” protokol, həmin protokola əlavə olunmuş 1 (bir) ədəd CD disk və fotoşəkillər, “Məhkəmə-bioloji ekspretizası”nın 19 aprel 2025-ci il tarixli 18/318 nömrəli, “Ambulator məhkəmə-narkoloji ekspertizasımın 16 may 2025-ci il tarixli 2879 nömrəli, “məhkəmə-tibbi ekspertizası”nın xx.xx.2025-ci il tarixli 221 nömrəli, “Məhkəmə kompüter-texniki ekspretizası”nın 19 iyun 2025-ci il tarixli 5/506 nömrəli və 19 iyun 2025-ci il tarixli 5/507 nömrəli rəyləri, eləcə də işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 23:50 radələrində 3 saylı Cəbrayıl qəsəbəsinin ərazsində yerləşən “elektrik ötürücü” qurğunun (trasformatorun) yanında gizlədildiyi yerdən əldə etdiyi və polis əməkdaşlarını görəndən sonra kənara atdığı ağ rəngli kisədən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1040,0 qram və 1045,0 qram təşkil edən 2 (iki) ədəd bükülüdə ümumi 2085 (iki min səksən beş) qram çəkiyə malik külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananın mənbəyini, həmin narkotik vasitələri göndərən İran İslam Respublikasının vətəndaşı olduğunu deyən, lakin adını deməyən şəxsin və cinayətin digər iştirakçılarını müəyyən etməklə onların əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə hazırkı cinayət işindən fakta görə Azərbaycan Respublikası CM- nin 206.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmışdır. (Cild 2, i.v 30-72) İşdə olan, Cəbrayıl RPŞ-nin İQ-nun baş müstəntiqi, polis polkovnik-leytenantı Bəxiyar Ağayev tərəfindən qəbul edilmiş “cinayət işinin materiallardan başqa cinayət işinin ayrılması və icraatına qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə saat 23:50 radələrində 03 saylı Cəbrayıl qəsəbəsinin ərazisində yerləşən «elektrik ötürücü» qurğunun (transformatorun) yanında gzilədildiyi yerdən əldə etdiyi və polis əməkdaşlarını görəndən sonra kənara atdığı ağ rəngli kisədən aşkar olunaraq götürülmüş ayrı-ayrılıqda təmiz çəkisi 1040,0 qram və 1045,0 qram təşkil edən 02 (iki) ədəd bükülüdə ümumi 2085 qram çəkiyə malik külli miqdarda narkotik vasitə hesab edilən qurudulmuş marixuananın mənbəyini, həmin narkotik vasitəni göndərən İran İslam Respublikasının vətəndaşı olduğunu deyən, lakin adını deməyən şəxsin və cinayətin digər iştirakçılarını müəyyən etməklə onların əməllinə hüquqi qiymət verilməsi məqsədi ilə hazırki cinayət işndən fakta görə Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması və tərəfindən icraata qəbul edilərək, ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 2, i.v 76-77) İşdə olan, “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 16 iyul 2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v 82-83) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri yəni, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Baba” adlı şəxsdən şəxsi istifadəsi üçün 100 qram narkotik vasitə qurudulmuş marixuana istəməsi, aralarındakı razılaşmanın da məhz 100 qram qurudulmuş marixuana ilə bağlı olması, Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin ərazisinə yerləşdirilmiş içərisində narkotik vasitə olan torbanı götürdükdən sonra torbanın içərisindəki narkotik vasitənin çəkisinin razılaşdıqlarından daha artıq olması səbəbindən torbanı yerə atması ilə bağlı göstərdiklərini təqsirləndirilən şəxsin şəxsi mülahizələrinə əsaslanan, onun əsassız olaraq cinayət məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş ifadələr kimi qiymətləndirir. Belə ki, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanımasına dair” 18 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən müəyyən edilir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs Su İdarəsinin inzibati binasının yaxınlığında quraşdırılan trosformatorun yanma getmiş və həmin trosformatorun yaxınlığında gizlədilən bir ədəd ağ rəngli kisəni götürərək asfalt yola doğru təxminən 10-15 metr hərəkət etmişdir. Bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşlarını görmüş və buna görə də götürdüyü ağ rəngli kisəni kənara tullayaraq qaçmağa başlamışdır. Sonuncu təxminən 3-4 metr qaçmış, lakin bu zaman onun ayağı yerdə olan kol-kosa ilişərək yıxılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən, lakin adını deməyən şəxsin orada, yəni Biləsuvar rayonu, 3 saylı qəsəbəyə gedən zaman yolun sağ tərəfində olan Su idarəsinin yaxınlığındakı boş ərazidə quraşdırılan transormatorun yanında gizlətdiyi yerdən ağ rəngli kisədə narkotik vasitə götürərək, həmin yerdən asfalt yol istiqamətində piyada təxminən 10-12 metr getdikdən sonra mülki geyimdə olan şəxsləri gördüyünü, həmin şəxslərin polis əməkdaşı olduğunu bildiyi üçün götürdüyü içində narkotik vasitə olan həmin ağ rəngli kisəni kənara ataraq qaçmaq istədiyini, lakin bir neçə metr məsafə qaçdıqdan sonra ayağı yerdə olan kol-kosa ilişərək üzü üstə yıxıldığını və bu zaman sağ qaş və göz altı nahiyələrinin əzildiyini demişdir. Həmin vaxt kisənin içindən hər biri ayrı-ayrılıqda 1094 qram və 1086 qram çəkidə olan qurudulmuş marixuanaya bənzər küllə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, götürdüyü ağ rəngli kisədə aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlənin İran İslam Respublikası vətəndaşı ilə əlaqəyə girərək əldə etdiyini, şəxsi istifadəsi üçün nəzərdə tutduğunu, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Eyni zamanda “mobil telefona baxış keçirilməsi və məlumatların götürülməsi barədə” 06 may 2025-ci il tarixli protokoldan və 01 ədəd diskdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Redmi Note 11S” (Android tipli) markalı mobil telefonun yaddaş kitabçasında və zənglər siyahısına, həmçinin həmin mobil telefonda olan “WhatsApp” proqramı vaistəsilə edilən zənglər və mesajlar bölməsinə baxış keçirilən zaman sonuncunun istifadəsində olmuş həmin mobil telefon ilə İran İslam Respublikasının operatoruna məxsus olan və özünü İİR-nın vətəndaşı kimi təqdim etsə də, adını deməyən şəxsin istifadə etdiyi “+98 930 353 6416” saylı və “+98 990 160 6308” saylı mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** saylı mobil telefon nömrəsi arasında sözügedən cinayətin icra olunması ərəfəsində, yəni sonuncunun narkotik vasitənin əldə etməsi ilə bağlı telefon (“WhatsApp” proqramı vaistəsilə) əlaqələrinin olması bir daha təsdiq olunmuşdur. Bununla bağlı məhkəmə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi formal tərkibli cinayət sayıldığından, cinayət külli miqdarda narkotik vasitənin əldə olunması, saxlanması və ya daşınması anından etibarən başa çatmış hesab edilir. Təqsirləndirilən şəxs isə yuxarıda qeyd olunduğu məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs 100 qram narkotik vasitənin dalıyca gəldiyini bildirsə də, o, hadisə yerində olan və açıq-aşkar 100 qramdan daha ağır çəkidəki torbanı bilərəkdən götürmüş, polis əməkdaşları tərəfindən yaxalanacağını anladıqdan sonra hadisə yerindən qaçmağa cəhd etmişdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanımasına dair” 18 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən, “mobil telefona baxış keçirilməsi və məlumatların götürülməsi barədə” 06 may 2025-ci il tarixli protokoldan və 01 ədəd diskdən, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunmasını da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə və “ambulator məhkəmə narkoloji ekspertizası” 16 may 2025-ci il tarixli 2879 saylı rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Cəbrayıl Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2084,80 qram qurudulmuş marixuana məhv edilməli, Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 1 (bir) ədəd “Redmi Note 11S” markalı (Android tipli) mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 111,95 (bir yüz on bir manat, doxsan beş qəpik) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 18 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Cəbrayıl Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2084,80 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan və Cəbrayıl Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxsnın istifadəsində olmuş 1 (bir) ədəd “Redmi Note 11S” markalı (Android tipli) mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 111,95 (bir yüz on bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Ənnağı Məmmədli Esmira Məmmədova