Məhkəmə qərarları › İş №1(099)-421/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-421/2024

20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-421/2024 20.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs oğunun iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Saatlı rayonu Varxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Qaralar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə saat 20:30 radələrində Saatlı rayonu Qaralar kəndində Şahid4 işlətdiyi kafenin həyətində dayısı Şahid2 və tanışı Şahid3 Xamməd oğlu ilə yemək yeyib spirtli içki qəbul edərkən digər tanışı Zərərçəkmiş şəxs onların masasına yaxınlaşıb salamlaşarakən onun ayağa qalxmadan sonuncu ilə əl ilə görüşməsinə Zərərçəkmiş şəxs irad bildirdirib ona qarşı nalayiq sözlər işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı dayısı Şahid2 onun ağız nahiyəsinə əli ilə iki dəfə vurmasından əsəbiləşərək bu hadisəyə səbəb olmuş Zərərçəkmiş şəxs cəzalandırmaq üçün kafedən yaşadığı evə gedib, məişət təyinatlı mətbəx bıçağını götürərək kafeyə qayıtmış və Zərərçəkmiş şəxsla mübahisə etmiş, kafedə olan şəxslərin onların dalaşmalarına mane olmalarından sonra kafedə başqa stulda oturmaqla çay içmiş, bıçağı isə qıçının alt hissəsinə qoymuş, bu zaman saat 21 radələrində Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs yaxınlaşaraq onu nə üçün bıçaqla vurmaq istədiyini soruşmuş, nalayiq sözlər ilşətmiş və ağız nahiyəsinə əli ilə vurmuş, bu zaman Təqsirləndirilən şəxs əsəbiləşərək qıçının altından bıçağı çıxarmaqla şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə zərbə vuraraq sonuncuya qarnın ön sol hissəsində sol məmə xətti üzrə, göbək səviyyəsində qarın boşluğuna keçən, mədənin böyük əyriliyinin və ön divarının kəsilib-deşilməsi ilə müşayiət olunan bir ədəd yaradan ibarət həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, ailəsi ilə Saatlı rayonu Qaralar kəndində yaşayır. İmişli rayonu Qaraqaşlı kəndində yaşayan Zərərçəkmiş şəxs tanımış, onunla münasibətləri normal olmuşdur. 15 avqust 2023-cü il tarizxdə yaşadığı evdən çıxıb həmkəndlisi Zəfərin kafesinə getmişdir. Dayısı (kənd arasında Nağdalı kimi çağrılan) Yaquba və dostu İbrahimə zəng etmiş, onlar da kafeyə gəlmişlər. Dayısı Yaqub və dostu İbrahimlə birlikdə kafenin həyətində stol arxasında əyləşməklə birlikdə kabab yeməklə spirtli içki olan araq içmişlər. Onlar yeyib-içdikləri zaman saat 20:30 radələrində Zərərçəkmiş şəxs taksi sürücüsü Davud ilə birlikdə kafenin həyətinə gəlmişlər. Zərərçəkmiş şəxs dayısı ilə dost olduğundan birbaşa onlara yaxınlaşmış, Razimin sərxoş vəziyyətdə olması hiss olunmuşdur. Razim onlara salam vermiş, əl uzadıb hər üçü ilə görüşmüşdür. X5 görüşərkən ayağa durmuşdur. Lakin o və İbrahim Razimlə görüşərkən Ayağa durmamışlar. Razim ondan onunla görüşərkən nə üçün ayağa durmamasını soruşmuşdur. O isə stol arxasaında yemək yediyi halda heç kimlə görüşərkən ayağa dumadığını demişdir. Razim sərxoş vəziyyətdə olduğundan onun cavabından narazı qalmış, onunla görüşərkən ayağa durmalı olduğunu bildirmiş, ona nəsili haqqında yaraşmayan sözlər demiş və nalayiq sözlərlə söymüşdür. Bu səbəbdən də Razimlə əlbəyaxa olmuşlar. Bu zaman Dayısı Yaqub onun ağzına iki yumruq zərbəsi vurmuş və onları aralaşdırmışdır. Bundan sonra Razim və taksi sürücüsü Davud gedib başqa stolda oturmuşlar. Razimin onu söyüb təhqir etməsi, dayısının Razimin hərəkətləri nəticəsində onun ağzına iki yumruq vurması ona pis təsir etdiyindən Razimi cəzalandırmaq qərarına gəlmiş, yaxınlıqda yerləşən yaşadığı evə gedərək evdən mətbəx bıçağını götürüb, cibinə qoyaraq yenidən kafeyə qayıtmışdır. Razimi kənara çağırmışdır. Razim ona yaxınlaşmış və onu bıçaqla vurmaq istədiyini soruşmuşdur. Dayısı Yaqub və qardaşı İntiqam onları sakitləşdirmişlər. Yenidən stol arxasında əyləşməklə çay içməyə başlamışlar. Bu zaman o, cibindən bıçağı çıxarıb budunun altına qoymuşdur. Razim ona yaxınlaşaraq onu nə üçün bıçaqla vurmaq istədiyini soruşmuş və sol əli ilə onun ağzına bir dəfə yumruq zərbəsi vurmuşdur. O, əsəbiləşərək bıçağı budunun altından çıxarmış və onunla üzbəüz olan Razimi bıçaqla bir dəfə vurmuşdur. Sonra Razimi vurmaq istəməmişdir. Qardaşı İntiqam isə onun əlindən bıçağı alaraq kənara atmışdır. Özü isə sürücüsü yadında qalmayan avtomaşına minərək hadisə yerindən birbaşa rayon polis şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs müalicə xərclərini ödəmiş və onunla barışmışdır, əməlindən peşimandır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, ailəsi ilə İmişli rayonu Qaraqaşlı kəndində yaşayır. Saatlı rayonu Qaralar kəndində yaşayan Təqsirləndirilən şəxs tanımış, onunla yaxşı münasibətləri olmuşdur.15 avqust 2023-cü il tarixdə həmkəndlisi Şahid1 idarə etdiyi “Mersedes” markalı avtomaşınla şəxsi işləri ilə əlaqədar olaraq İmişli şəhərinə getmişlər. İmişli şəhərində olduqları zaman Şahid1 Saatlı rayonu Qaralar kəndində yaşayan Yaquba zəng edərək ondan borc olaraq 100 manat pul istəmişdir. X6 rayonu Qaralar kəndində yerləşən kafeyə gələrək orada ondan 100 manat pulu götürməsini demişdir. Onlar Davudun idarə etdiyi avtomaşınla Saatlı rayonu Qaralar kəndinə yola düşmüş və saat 20:30 radələrində Zəfərin həmin kənddə yerləşən kafesinə çatmış və hər ikisi avtomaşından düşərək kafenin həyətinə daxil olmuşlar. Onlar kafeyə daxil olarkən Yaqubun, onun bacısı oğlu Pünhanı və tanışı İbrahimin bir masada əyləşdiklərini görmüşdür. Masaya yaxınlaşarkən Yaqubla görüşmüşdür. Yaqub da ayağa qalxaraq ona salam vermişdir. Sonra Pünhan və İbrahimə yaxınlaşaraq salam vermişdir. X3 masadan qalxmamışlar. O, Pünhana və İbrahimə Yaqubun əyləşdiyi stoldan qalxaraq onunla görüşdüyünü, onların isə nə üçün ayağa qalxmadıqlarını demiş və onlara qarşı nalayiq sözlər işlətmişdir. Bundan sonra onunla Pünhan arasında sözlə mübahisə başlamışdır. Pünhanla o, bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək yaxalarından yapışmışlar. Pünhanın dayısı Yaqub hər ikisinin arasına girərək onları ayırmış və Pünhanın ağzından iki dəfə əli ilə vurmuşdur. Baş vermiş mübahisədən sonra o, Pünhanın əyləşdiyi masadan kənarlaşaraq digər masada əyləşib Davudla birlikdə çay içməyə başlamışlar. Bir qədər sonra Pünhan kafedən çıxaraq getmişdir. Təxminən saat 21 radələrində Pünhan yenidən kafeyə qayıtmışdır. Pünhan yenidən kafeyə gəldikdən sonra birbaşa onların əyləşdiyi masaya yaxınlaşaraq kənarda söhbət etmək üçün onu çağırmışdır. O da Pünhana heç bir problem olmadığını demişdir. Pünhanla birlikdə kafedən təxminən 10 metr kənarlaşaraq söhbət etməyə başlamışlar. O, Pünhandan şübhələnərək onu bıçaqla vurmaq istədiyini düşünmüş və Pünhandan onu bıçaqla vurmaq istədiyini soruşmuşdur. Bu zaman Pünhanın dayısı Yaqub və qardaşı İntiqam onlara yaxınlaşaraq hər ikisimni sakitləşdirib yenidən kafeyə geri qaytarmışlar. Pünhan və o yenidən kafedə əvvəlki masalarında əyləşərək çay içməyə başlamışlar. Pünhan masada əyləşərək əynindəki şalvarının sağ cibindən 1 ədəd bıçağı çıxarıb oturduğu stolda budunun altına qoymuşdur. O da Pünhanın budunun altına bıçağı qoyduğundan Pünhanın əyləşdiyi stola yaxınlaşmışdır. O, Pünhana tərəf yaxınlaşdıqdan sonra nə üçün bıçaq gətirdiyini, onu bıçaqla vurmaq istədiyini və elədiyi hərəkətdən utanmasını demişdir. Pünhan da bıçağının olmadığını demişdir. O, Pünhana əsəbiləşərək yalan danışmamasını və bıçağı gördüyünü demişdir. Sözünü deyib bitirdikdən sonra Pünhanın ağzına bir dəfə sol əli ilə vurmuşdur. Pünhan da əsəbiləşərək budunun altında gizlətdiyi bıçağı çıxarıb qarın nahiyyəsinin sol tərəfindən 1 dəfə bıçaqla vurub xəsarət yetirmişdir. O da zərbənin təsirindən yerə yıxılmış və qarnından qan axdığını görmüşdür. Davud və kafedə əyləşən başqa şəxslər də ona tərəf yaxınlaşmışdır. Pünhanın qardaşı İntiqam da onu tutub kənara aparıb əlindəki bıçağı alıb kənara tullamışdır. Orada olan şəxslərin köməkliyi ilə onu Davudun “Mercedes” markalı avtomobilinə əyləşdirmişlər. Davud avtomobilini idarə edərək onu Saatlı RMX-na aparmışdır. Saatlı RMX-da ona ilkin tibbi yardım göstərildikdən sonra Şirvan ŞMX-na aparmışlar və orada əməliyyat olunmuşdur. Pünhanın onu bıçaqla vurmasına özü səbəb olmuşdur. Belə ki, birinci dəfə Pünhan onunla görüşəndə ayağa dumadığına görə ona irad bildirmiş və nalayiq sözlərlə söymüşdür. Bu zaman dayısı onun üstündə Pünhanın ağzından əli ilə iki dəfə vurmuşdur. Sonra isə onun özü Pünhana yaxınlaşaraq ona irad bildirmiş, nalayiq sözlərlə söymüş və onun ağzından əli ilə vurmuşdur. Bu səbəbdən də Pünhan onu bıçaqla vurmuşdur. Pünhan onun müalicə xərclərini tam ödəmişdir. Pünhanla barışmışlar, ondan şikayət və tələbi yoxdur. Məhkəmədən Pünhana həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, ailəsi ilə Saatlı rayonu Qaralar kəndində yaşayır. Bacısı oğlu Təqsirləndirilən şəxs da ailəsi ilə həmin kənddə yaşayır. Bəzi hallarda həmkəndliləri Zərərçəkmiş şəxs kəndlərində yerləşən kafesinə getmişdir. 15 avqust 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən bacısı oğu Pünhan mobil telefon nömrəsinə zəng edərək Zəfərin kafesində olduğunu bildirmiş və onu da kafeyə dəvət etmişdir. O, kafeyə gedərək orada Pünhan və dostu İbrahimlə görüşmüş, onlarla kafenin həyətində bir masanın arxasında oturub, kabab yeyib spirtli içki olan araq içməyə başlamışlar. Kafedə olarkən İmişli rayonu Qaraqaşlı kəndində yaşayan Davud ona zəng vuraraq ondan 100 manat borca pul istəmişdir. O da Davuda Saatlı rayonu Qaralar kəndində yerləşən Zəfərin işlətdiyi kafeyə gəlməyini, pulu ondan götürməsini demişdir. Təxminən saat 20:30 radələrində əvvəldən tanıdığı İmişli rayonu Qaraqaşlı kəndində yaşayan Razim, taksi sürücüsü həmkəndlisi Davud ilə kafenin həyətinə gəlmiş və onunla dost olduğundan birbaşa onların əyləşdiyi masaya yaxınlaşmışlar. Razim masaya yaxınlaşarkən əli ilə salam verib hamısı ilə görüşmüşdür. Razim ilə görüşərkən o, ayağa qalxmış, Pünhan və İbrahim isə ayağa qalxmamışlar. Bu vaxtı Razim Pünhana onun görüşərkən ayağa qalxdığını, Pünhan isə görüşərkən nə üçün ayağa qalxmadığını soruşmuşdur. Pünhan Razimə stol arxasında olanda heç kimlə durub ayaq üstə görüşmədiyini demişdir. Həmin vaxt içkili vəziyyətdə olan Razim Pünhanla sözlə kobudcasına mübahisə etməyə başlamış və onunla görüşəndə ayağa qalxmalı olduğunu demişdir. Sonra isə Razim Pünhanın ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin mübahisə vaxtı Pünhan və Razim əlləri ilə bir-birilərinin yaxasından tutmuşlar. Bu vaxtı o, iki dəfə əli ilə Pünhanın ağız nahiyyəsindən vurmuş və Pünhanla Razimi ayırmışdır. O, Pünhanla Razimi ayırdıqdan sonra Razim kafeyə gəldiyi taksi sürücüsü Davud ilə birlikdə onların əyləşdiyi masadan qalxıb başqa masanın arxasına keçib çay içməyə başlamışlar. Həmin vaxt sonradan kafeyə gələn bacısı oğlu İntiqam qardaşı Pünhanın içkili olduğunu görüb evə getməyini demişdir. Pünhan da hazırlaşaraq ona yaşadığı evə getdiyini bildirib kafedən çıxmışdır. O da kafedə qalmış və yemək yeyib spirtli içki olan araqdan içməyə davam etmişdir. Təxminən saat 21 radələrində Pünhan kafeyə qayıdaraq Razimin əyləşdiyi masaya yaxınlaşıb söhbət etmək üçün kənara çağırmışdır. Pünhan Razimlə birlikdə kafedən təxminən 10 metr kənarlaşaraq söhbət etməyə başlamışlar. Həmin vaxt yenidən Razimlə Pünhanın arasında mübahisə yaranmışdır. Aralarında mübahisə yaranan zaman Razimlə Pünhanı o və bacısı oğlu İntiqam yaxınlaşaraq sakitləşdirib yenidən kafeyə geri qaytarmışlar. Razim və Pünhan yenidən kafedə əvvəlki masalarında əyləşərək çay içməyə başlamışlar. Pünhan masada əyləşərkən digər masada əyləşmiş Razimi çağırıb kənara çəkilərək söhbət etmək istədiyini demişdir. X7 tərəf yaxınlaşdıqdan sonra onu bıçaqla vurmaq istədiyini soruşmuşdur. Razim sözünü deyib bitirdikdən sonra Pünhanın ağzına bir dəfə sol əli ilə vurmuşdur. Pünhan da əsəbiləşərək bıçaq çıxarıb üzbəüz dayandığı vəziyyətdə Razimin qarın nahiyyəsindən 1 dəfə bıçaqla vurmuşdur. Zərbədən sonra Razim dərhal yerə yıxılmışdır. İntiqam da ora gələrək Pünhanı kənara çəkmiş və əlindəki bıçağı alaraq kafenin arxa tərəfinə tullamışdır. Davud Razimi idarə etdiyi “Mercedes” markalı avtomobilə qoyub xəstəxanaya aparmış, Pünhan isə polisə getdiyini deyib kafedən çıxıb getmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Saatlı rayonu Qaracalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, onlarla münasibəti normal olmuş, düşmənçilik və ədavəti olmamışdır. O, Təqsirləndirilən şəxslə dost olduğundan mütəmadi olaraq görüşüb Saatlı rayonu Qaralar kəndində Şahid4 işlətdiyi kafesində oturaraq yeyib-içmişlər. 15 avqust 2023-cü il tarixdə saat 18 radələrində Pünhan onun mobil telefon nömrəsinə zəng edərək görüşərək Zəfərin kafesində oturmaq istədiyini demişdir. Zəfərin kafesinə gələrək Pünhanla görüşmüş və əsil adı Yaqub olan, lakin kənd arasında Nağdəli kimi çağırılan dayısı da kafeyə gəlmişdir. Onlar birlikdə masa arxasına əyləşərək hər üçü kabab yeyib spirtli içki olan araqdan qəbul etməyə başlamışlar. Bir qədər oturduqdan sonra İmişli rayonu Qaraqaşlı kəndində yaşayan Razim və taksi sürücüsü Davudla birlikdə çayxanaya gəlmişlər. Razimin Yaqub ilə münasibəti normal olduğundan masalarına yaxınlaşaraq ilk olaraq onunla görüşmüşdür. Razim daha sonra onlarla görüşərkən yerindən qalxmadıqları üçün Pünhana irad bildirərək ayağa qalxıb onunla görüşməsini istəmişdir. Pünhan da Razimə masa arxasında oturub yemək yeyərkən yerindən qalxıb heç kimlə görüşmədiyini demişdir. Bundan sonra Razimlə Pünhan arasında sözlə mübahisə başlamışdır. Pünhanla Razim bir-birilərinin ünvanına nalayiq ifadələr işlədərək yaxalarından yapışmışlar. Sonra Pünhanın dayısı Yaqub hər ikisinin arasına girərək ayırmış və Pünhanın ağzından iki dəfə əli ilə vurmuşdur. Baş vermiş mübahisədən sonra Davudla Razim onların əyləşdiyi masadan kənarlaşaraq digər masada əyləşib çay içməyə başlamışlar. O da Yaqub ilə birlikdə masada əyləşərək yemək yeməyə davam etmiş və Pünhan yaşadığı evə getdiyini demişdir. Onlar orada Yaqub ilə birlikdə yemək yeyərkən Pünhan çıxıb getmiş və təxminən saat 21 radələrində yenidən kafeyə qayıtmışdır. Pünhan yenidən kafeyə gəldikdən sonra birbaşa Razimin əyləşdiyi masaya yaxınlaşaraq kənarda söhbət etmək üçün çağırmışdır. Həmin vaxt onun mobil telefonuna zəng gəldiyindən oturduğu masadan qalxaraq bir qədər kənara çəkilmiş və mobil telefonla danışmağa başlamışdır. Bir qədər sonra kafenin həyətindən səslər gəlmişdir. Dərhal o, kafenin həyətinə qayıtmış və oradakı şəxslərdən nə olduğunu soruşmuşdur. Hazırda adı yadında qalmayan şəxslərdən biri Pünhanın bıçaqla Razimi vurduğunu və xəsarət yetirdiyini demişdir. O, ora gələrkən Pünhanın kafedə olduğunu və əlində isə bıçağın olmadığını görmüşdür. Davud isə Razimi öz avtomobilinə əyləşdirərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparmış, Pünhan da oradan polisə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 15 avqust 2023cü il saat 18 radələrində İmişli rayonu Qaraqaşlı kəndində yaşadığı evdə olduğu zaman tanışı Razim onlara gələrək onu avtomaşını ilə İmişli şəhərinə aparmasını xahiş etmişdir. O, Razimlə razılaşmış və onu özünə məxsus “Mercedes Benz C220” markalı, **-TZ-*** qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhərinə aparmışdır. Sonra yaşadağı kəndə qayıdarkən Saatlı rayonu Qaralar kəndində yaşayan tanışı Yaquba zəng edərək borca 100 manat pul istəmişdir. Yaqub ona pulu götürməsi üçün Saatlı rayonu Qaralar kəndində yerləşən kafeyə gəlməsini demişdir. O da Razimlə birlikdə saat 20:30 radələrində Saatlı rayonu Qaralar kəndində yerləşən kafeyə getmişlər. Kafenin həyətinə daxil olduqda Yaqubun İbrahim və bacısı oğlu Pünhanla bir masada yeyib-içdiklərini görmüşlər. Razim onlara yaxınlaşaraq görüşərkən Yaqub ayağa qalmış, lakin İbrahim və Pünhan ağaya qalxmamışlar. Razim Pünhana irad bildirərək onunla görüşəndə nə üçün ayağa qalxmamasını soruşmuş, Pünhan isə yemək yeyəndə ayağa qalxmadığını demişdir. Razim Pünhana qarşı nalayiq sözlər işlətmiş və onlar əlbəyaxa olmuşlar. Yaqub onları aralaşdırmış və bu zamian bacısı oğlu Pünhanın ağzına əli ilə iki dəfə vurmuşdur. Bundan sonra o və Razim başqa masada əyləşib çay içməyə başlamışlar. Bir qədər sonra Pünhan kafedən çıxaraq getmiş, saat 21 radələrində yenidən kafeyə qayıdaraq onlara yaxınlaşmış və Razimi kənara çağırmışdır. Razimlə Pünhan kənara çəkilib bir-birləri ilə mübahisə etməyə başlamışlar. Pünhanın dayısı Yaqub onları aralaşdırmışdır. Bundan sonra Pünhan başqa masada tək əyləşmişdir. Razim yenidən Pünhana tərəf yaxınlaşaraq əl-qol ataraq mübahisə etmişdir. Pünhan da yerindən qalxaraq Razimlə mübahisə edərkən qəflətən Razimin yerə yıxıldığını görmüşdür. O, əyləşdiyi masadan qalxaraq Razimə yaxınlaşarkən Pünhanın onu bıçaqlandığını demişdir. Razimin qarın nahiyyəsindən qan axdığını görmüşdür. Dərhal kafedə olan şəxslərin köməkliyi ilə Razimi özünə məxsus avtomobilə əyləşdirərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada Razimə ilkin tibbi yardım göstərildikdən sonra Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Hadisə yerinə baxış keçirilməsi barədə 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür. 15 avqust 2023-cü il tarixli, 147 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə-tibbi ekspertin 07 sentyabr 2023-cü il tarixli, 294 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarnın ön sol hissəsində sol məmə xətti üzrə, göbək səviyyəsində qarın boşluğuna keçən, mədənin böyük əyriliyinin və ön divarının kəsilib-deşilməsi ilə müşayiət olunan bir ədəd yara kəsici-deşici alətin, bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 15 avqust 2023-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə psixiatrik ekspertin 23 sentyabr 2023-cü il tarixli, 2704 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik müəyyən edilmir. Məhkəmə-tibbi kriminalistik ekspertin 12 dekabr 2023-cü il tarixli, 565-2023/MTKŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik aşkar edilmədi. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdar. Ailə tərkibi haqqında 18 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. O yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. İşdə olan səndlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X4 müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vuraraq onun sağlamlığına qəsdən ağır zərər vurması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən əsassız olaraq xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma kimi qiymətləndrilməklə CM-nin 126.2.4-cü maddəsinə tövsif edilmişdir. Belə ki, müəyyən edilir ki, kafedə olarkən onların aralarında mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılmışdır. Zərərçəkmiş şəxs başlatdığı mübahisənin birinci mərhələsində Təqsirləndirilən şəxs dayısı Şahid2 onları aralaşdırarkən onun ağız nahiyəsinə əli ilə iki dəfə vurmuşdur. Təqsirləndirilən şəxs bundan təsirlənərək Zərərçəkmiş şəxs cəzalandırmaq üçün evdən bıçaq götürüb kafeyə qayıdaraq Zərərçəkmiş şəxsla mübahisə etsə də, onu bıçaqla vurmağa təşəbbüs göstərmədən başqa masada oturmaqla çay içmişdir. Lakin bu zaman Zərərçəkmiş şəxs yenidən Təqsirləndirilən şəxs yaxınlaşaraq ona qarşı nalayiq sözlər işlətmiş və əli ilə ağzından vurmuşdur. Yalnız bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir dəfə vurmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 126.1-ci maddəsinə tövsif olunmaqla ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qardaşı X2 müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd bıçaq və köynək məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Saatlı Rayon Polis Şöbəsində saxlanılan bir ədəd bıçaq və köynək məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar