Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-422/2023 23.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi3 və “Müdafiəçi1 və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü, Qanuni nümayəndə və zərər çəkmiş şəxsin nümayəndəsi Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxx 1977-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, "xxxx" Əməliyyat Şirkətinin Qarabağlı sahəsinin 2 saylı neft-qaz sexində usta işləmiş, əvvəllər məhkum olunmamış, Salyan rayonunun Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 20 yanvar 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə on dörd yaşına çatmayan zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş və təkrarən cinsi əlaqədə olmaqla onu zorlamışdır. Belə ki, o, 2021-2022-ci illər ərzində Salyan rayonu, Qaraçala qəsəbəsində idarə etdiyi, qara rəngli «Hyundai Tucson» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbə ərazisində yoldan götürüb oxuduğu Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbinə, mağazaya və istəyi ilə digər yerlərə apararkən yaxından tanış olduğu həmin qəsəbənin Çadırlı kəndində yaşayan - «Salyan Rayon Mərkəzi Xəstəxanası» X10 «Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində» diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu ildə doğulmuş, azyaşlı Zərərçəkmiş şəxs ilə söhbət zamanı zahiri görünüşü, qeyd olunan orta məktəbin 4-cü sinifində oxuması və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmamasını və əqli inkişafdan geri qalmasını etibarlı şəkildə bilib dərk edərək, sonuncunun danışıqlarından əvvəllər “başqa kişilərlə intim münasibətdə olması” barədə məlumatları aldıqdan sonra ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar və psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb, köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmək və onunla cinsi əlaqədə olub öz cinsi ehtirasını təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2022-ci ilin əvvəllərindən başlayaraq 15 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda yoldan götürüb avtomobilinə əyləşdirdikdən sonra Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində təbii relyefinə görə kənar şəxslər tərəfindən görülməsi məhdud olan, heç kimin olmadığı, az işlənən yol kənarına, işlədiyi müəssisəyə aid 244 nömrəli neft buruğunun yaxınlığındakı əraziyə və 2 nömrəli neftölçmə qurğususunun qarşısına aparıb dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə pul verəcəyi ilə şirnikləşdirərək özünə məxsus qara rəngli «Hyundai Tucson» markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək qəsdən azyaşlının və özünün əynindəki şalvar və tursiyini aşağı çəkib hər dəfə eyni formada sərtləşmiş cinsiyyat orqanını Zərərçəkmiş şəxs əlində tutmasına məcbur etməklə, ağız boşluğuna daxil edib oral formada intim münasibətdə olmaqla, süd vəzilərini əlləri ilə oxşayıb sıxmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdən sonra, cinsiyyət orqanına avtomobilinin salonunda gəzdirdiyi vazelin mazından sürtərək müxtəlif pozalarda ereksiya vəziyyətində olan cinsi orqanını uşaqlıq yoluna daxil edib təbii yolla cinsi əlaqədə olaraq spermanı xaric edib cinsi ehtirasını təmin etməklə təkrarən zorlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 yanvar 2023cü ildə işdə olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları Qabil ilə Vasif adlı şəxslər saat 11 radələrində iş yerinə gələrək onu polis şöbəsinə dəvət etmiş, şöbəyə gətirildikdən sonra polis əməkdaşı Qabilin kabinetində sorğu-sual olunmuş, ondan qonşu kənddə yaşayan Sevinci adlı azyaşlı qızı tanıyıb-tanımaması soruşularkən, onlara Zərərçəkmiş şəxs tanıdığını, həmin qızın imkansız bir ailənin uşağı olmaqla valideynlərinin xəstə və fiziki qüsurlu olduqlarını, həmin ailəyə bayramlarda maddi yardım göstərdiyini demiş, izahat verdikdən sonra kabinetdən çıxmaq istəyərkən ondan pul istənilmiş, onlara pul verə bilməyəcəyini bildirdikdə polis əməkdaşları tərəfindən döyülərək təhqir olunmuşdur. Zərərçəkmiş şəxs qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini, istintaq zamanı polis əməkdaşlarından qorxduğu üçün ifadələrində Sevinclə cinsi əlaqədə olduğunu bildirmiş və adından yazılan protokola imza etdiyini göstərmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şahid qismində, eləcə də müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən dindirilərkən ona Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində həmkəndlisi Zərərçəkmiş şəxs kiçik yaşlarından tanıdığını, 2022-ci ilin may-iyun və avqust aylarında yaşadığı ərazidə avtomobili ilə gedərkən Sevincin küçədə tək getdiyini görüb onu avtomobilinə mindirib bir neçə dəfə məktəbə və mağazaya apardığını, avqust ayının əvvəllərində isə Salyan rayonu ərazisində olan mədən ərazisində sonuncunun öz istəyi ilə onunla iki dəfə cinsi əlaqədə olduğunu, Sevincə qarşı hər hansı bir zor tətbiq etmədiyini və onunla qeyri-təbii yolla cinsi əlaqədə olmadığını göstərmişdir. Lakin sonralar verdiyi ifadələrində Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanısa da, ona qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini, həmin ifadələri polis əməkdaşlarının təzyiqi altında verdiyini və onları imzaladığını göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi və müdafiəçi-nümayəndənin iştirakı ilə dindirilərkən istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Müşviqi həmkəndlisi kimi tanıyır. Müşviq onlara qurban əti gətirmiş və onlara maddi köməklik etmişdir. Məktəbə gedərkən Müşviq maşını saxlayıb onu maşınına mindirib başqa-başqa günlərdə bir neçə dəfə kənddəki “kaçalka”nın yanına aparıb orada ona qarşı qabaqdan “ayıb-ayıb” şeylər eləmiş, eləməmişdən əvvəl maşından Vazelin götürüb öz “ayıb şeyinə” sürtüb sonra onun qabağına salıb-çıxarmış, ona “Bizon” içkisi, bəzi vaxtlarda ona 5 manat pul da vermiş, Müşviq ona elədiyi ayıb işləri, eləcə də uşağı olarsa bu barədə heç kimə deməməsini tapşırmışdır. Hazırda Müşviqin ona elədiyi pis işlərə görə onunla barışmır və ona cəza verilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, “Salyan RM Xəstəxanası” X11 Poliklinika Şöbəsində həkim nevropotoloq vəzifəsində işləyir. Hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayından tanıyır. Həmin vaxt qohumları Sevinci müayinə etməsi üçün onun yanına gətirərək Sevincin öz yaşıdlarından geri qalmasını, sözə baxmamasını, istədiyi hərəkətləri etməsini və məktəbə getməməsini, eləcə də sonuncunun valideynlərinin də psixi xəstə olduqlarını bildirmişlər. Sevincin nevroloji statusunu anamnestik və instrumental yoxladıqdan sonra onun anadangəlmə psixi xəstə olduğunu müəyyən edib ona “Əqli gerilik, davranış pozğunluğu” diqnozu qoyaraq xəstəliyin dərəcəsini müəyyən etmək üçün onu psixiatrın konsultasiyasına göndərmiş, sonuncunun müayinəsi ilə bağlı ambulator karta açılmış, müayinə barədə orada qeydiyyatlar apararaq kartanı qohumlarına verərək psixiatr- həkim Xatirə xanımın yanına göndərmiş, Xatirə həkim də Sevinci müayinə etdikdən sonra ona “Əqli gerilik debillik dərəcəsində, davranış qüsurları ilə (kod F-70.1)” diqanozu qoyduğunu görmüş, həmin vaxtdan sonra Sevinci və qohumlarını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Salyan RM Xəstəxanası”X11 poliklinika şöbəsində həkim-psixiatr vəzifəsində işləyir və iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayından tanıyır. Həmin vaxt Sevinci qohumları ilə birgə nevropatoloq həkm Nurlana xanımın göndərişi ilə onun yanına gəlmiş, onu müayinə edərək onda “Əqli gerilik debillik dərəcəsində, davranış qüsurları müəyyən edib (kod F-70.1)” diqanozu qoyaraq bu barədə ambulator kartasında qeydiyyat aparmış, həmçinin 2022-ci ilin sentyabr ayında Sevinci həkim psixiatrik komissiyadan müayinədən keçməsi üçün göndərişlə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına göndərmiş, sonuncu orada müayinə olunduqdan sonra onun qohumlarının təqdim etdiyi 1519 nömrəli rəylə tanış olaraq Sevincdə “Yüngül əqli gerilik davranış qüsurları ilə İQ = 60 faiz (kod F- 70.1)” diaqnozunun təsdiq edildiyini görərək Sevincin tibbi kartasında bu barədə qeydiyyatlar apararaq kartanı yenədən uşaq poliklinikasına qaytarmış, həmin vaxtdan sonra Sevinci və qohumlarını görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs onun bacısı Sevdanın qızıdır. Sevincin atası Həsənağa 2022-ci ilin noyabr ayında ölmüşdür. Onun valideynləri anadangəlmə psixi xəstə və lal-kar olduqlarından Sevinci düzgün tərbiyə etməmiş, o, küçədə gəzərək müxtəlif şəxslərdən pul istəmiş, məktəb rəhbərliyi, qonşular, şagirdlər ondan tez-tez şikayətlər etmişlər. xx.xx.2022-ci ildə onu aparıb Bakı şəhərində yerləşən 1 saylı internat məktəbinə yerləşdirmiş, 2023-cü ilin yanvar ayının əvvəlində Sevincin Salyan rayonunda ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu eşidib Salyan RPŞ-nə apararaq onun əvəzindən ərizə yazmış, şöbədə onun iştirakı ilə Sevincdən izahat almışlar. Sevincdən ona qarşı kimlərin hansı hərəkətləri etdiyini soruşsa da sonuncu bu barədə ona heç nə deməmiş, polisə şikayətindən bir neçə gün sonra kənd sakinlərinin danışıqlarından Sevinclə intim münasibətdə olduğuna görə Müşviq adlı şəxsin həbs olunduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs onun əmisi Abayın qızı Sevdanın övladıdır. Sevincin valideynləri xəstə olduqları üçün ona yaxşı baxa bilməmiş və nəticədə Sevinc baxımsızlıqdan küçələrdə böyümüş, Sevincdə psixi xəstəlik olmuş, böyüdükcə psixi xəstə olduğu hiss olunmuşdur. 2023-cü ilin yanvar-fevral aylarında Sevincin psixi xəstə, yaşının az olmasından istifadə edərək həmkəndliləri Müşviq və qeyrilərinin onunla cinsi əlaqədə olduqlarına görə həbs olunduqlarını eşitmiş, lakin həmin şəxslərin Sevincə qarşı hansı əməllər törətdiyini görməmiş və eşitməmişdir. Kənd sakini kimi tanıdığı Müşviqlə münasibəti normal olmuş, aralarında ədavət, düşmənçilik olmamışdır. 2022-ci ildə xatırlamadığı ayda və gündə gündüz saatlarında evinin yaxınlığında olarkən Müşviqin idarə etdiyi qara rəngli “Hyundai Tucson” markalı avtomobillə Peyk kəndi istiqamətdən Çadırlı kəndinə tərəf gələndə onun evindən bir qədər aralıda piyada tək məktəbə gedən Sevincin yanında avtomobilini saxladığını, Sevincin avtomobilin arxa oturacağına əyləşdiyini və Müşviqin avtomobili idarə edərək yoluna davam edib oradan uzaqlaşdığını görmüş, Müşviqin həmin ərazidəki neft quyularına nəzarət etmək üçün tez-tez oralara gəlib-getdiyini fikirləşib sonuncunun Sevinci məktəbə apardığını başa düşmüşdür. Bundan bir neçə gün sonra evindən çıxıb piyada “pavilyon” adalanan əraziyə gedəndə Müşviq yolda onu görüb maşınına mindirmiş, sonra yolda Sevincin çiynində məktəb çantası ilə yol kənarı ilə məktəbə getdiyini görüb, maşınını saxlayaraq Sevinci də avtomobilin arxa oturacağına götürmüş, o, “pavilyonda” avtomobildən düşüb getmiş, Müşviq isə məktəbə doğru yolunu davam etmiş, avtomobildə gedərkən Sevinclə Müşviq heç nə danışmamış, Müşviqin Sevinci maşına mindirməsindən şübhələnməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir tanıyır, onu sakit insan kimi tanımış, Müşviq ondan çox qardaşı Yunislə dostluq münasibətində olmuş, sonuncu tez-tez işdən sonra axşam saatlarında onların mağazalarına gəlib al-ver etmişdir. Zərərçəkmiş şəxs kənd sakini kimi çoxdan tanımış, onun valideyni lal-kar, həm də psixi xəstə olmuş, Sevincdə də uşaqlıqdan əqli çatışmazlığı olmuş, Sevinc yaşına uyğun olmayan sözlər danışmış, söyüş söymüş, özünü normal aparmamış, mağazaya girəndə oradakı əşyaları səbəbsiz yerə qurdalamış, boş-boş küçədə gəzmiş, Müşviq həbs olunandan sonra eşitmişdir ki, o, Sevinclə cinsi əlaqədə olduğu üçün tutulmuş, lakin Müşviqin belə bir iş görməsinə inanmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X3 da qardaşı Şahid5 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs qadın cinsinə mənsub olmaqla 15 avqust 2009-cu ildə doğulmuşdur. İş materiallarında olan Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 13 yanvar 2023-cü il tarixli, 102 nömrəli məktubundan və əlavə olunmuş ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs 24 iyun 2022-ci ildən poliklinika şöbəsində “Əqli gerilik debillik dərəcəsində, davranış qüsurları” ilə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli S/01-2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs psixoloji diaqnostika üçün həmin mərkəzə müraciət edib, müayinə nəticəsində xronoloji yaş 13 yaş 5 ay, zəka yaşı 9 yaş 1 ay İQ=70 səviyyəsində təyin olunmuşdur. Göstəriciləri sərhəd zəkadadır. Bərabərində özgüvən əskikliyi, stresə davamsızlığı və qorxuları mövcuddur. İş materiallarına əlavə edilmiş Salyan rayon Çadırlı kənd ümumi orta məktəbinin 16 yanvar 2023-cü il tarixli 20 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 17 sentyabr 2018-ci il tarixli əmrə əsasən həmin məktəbin birinci sinifinə daxil olub və 14 iyun 2022-ci ildə məktəbin 4-cü sinifini bitirdikdən sonra bir daha məktəbə gəlməmiş və 23 noyabr 2022-ci ildə məktəbdən xaric edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Polis Şöbəsinin 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində xx xxxxxxx 1977-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş və həmin ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu Çadırlı kənd sakini 15 avqust 2009-cu ildə doğulmuş Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olması barədə əməliyyat məlumatı əldə edilmişdir. İş materiallarında olan “şəxsin tanınma üçün təqdim edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qız tanınma keçirilən otaqda onunla üzbəüz sıra ilə dayanmış şəxslərə diqqətlə baxaraq 3-cü sırada dayanan şəxsin, yəni Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kişi, yəni 2022-ci ilin yay aylarında yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsi Çadırlı kəndində, idarə etdiyi qara rəngli avtomobilin içərisində ayrı-ayrı vaxtlarda dəfələrlə onunla cinsi əlaqədə olduğunu, Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini sonuncunun üzünə qarşı demiş və daha təsdiq edərək, cinsi orqanını onun əlinə, ağzına verdiyini, döşlərini əli ilə oynatdığını bildirmişdir. Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Müşviqi bədən quruluşuna, sifət cizgilərinə və ümumi görünüşünə görə tanıdığını bildirmişdir. Aparılan istintaq hərəkəti-üzləşmə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzünə qarşı dediklərinin əksər hissəsi ilə razılaşmış və əlavə olaraq Sevinclə söhbət zamanı sonuncunun 4-cü sinif şagirdi olduğunu ona danışdığını bildirmiş, üzləşmə zamanı cinsi əlaqədən əvvəl cinsi orqanına krem və ya maz sürtmədiyini, cinsi əlaqədə olmaq üçün pul təklif etmədiyini, avtomobilində olan “Bizon” içkisini içməyə məcbur etmədiyini və onunla yalnız 2 dəfə cinsi əlaqədə olduğunu bildirmişdir. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə fotoçəkiliş aparılmaqla şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən sonuncu sərbəst şəkildə istintaq hərəkəti iştirakçılarını Salyan rayonu, Qaraçala qəsəbəsində baş verən hadisə yerinə aparmış, orada Zərərçəkmiş şəxs ilə avtomobilinin içərisində intim münasibətdə olduğu yeri əli ilə göstərərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komisiyasında sonuncu müayinəyə dair 26 yanvar 2023-cü il tarixli məlumatdan və ölüm haqqında xx.xx.2022-ci il tarixli Azı-İİ ******* nömrəli şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs atası X1 xx.xx.1998-ci ildən ikinci dərəcəli əlil olmaqla “Ağır debillik dərəcəsində olan oliqofreniya, anadangəlmə lalkarlıq” diaqnozu ilə qeydiyyatdadır və 17 noyabr 2022-ci ildə xəstəlikdən ölmüşdür. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Hyundai Tucson” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundakı güzgünün gövdəsindən asılmış göy rəngli nazik lentli "xxxx" şirkətinə aid, fotoşəkilli yaxa kartı, avtomobilin salonunda əl tormozunun yanında 1 ədəd gümüşü rəngli alüminium stəkanın içərisində bir ədəd vazelin mazının qabı aşkar edilərək götürlmüşdür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, vazelin qabı dairəvi formada olmaqla gümüşü rəngli metaldandır, qapağının üstündə yaşıl rəngli xətt vardır. Vazelinin qapağı açıldıqda içərisində şəffaf rəngli maz olduğu aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin vazelin onun özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün avtomobilində gəzdirdiyini bildirmişdir. Həmin fotoşəkilli yaxa kartı və vazelin qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında» 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Hyundai Tucson” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilib götürülmüş vazelin mazı 7 ədəd eyni növdən olan nömrələnmiş vəziyyətdə mazlar, kremlər arasında zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim edilmiş və sonuncu “6” rəqəmi ilə nömrələnmiş vazelin mazını göstərərək onu formasına, ölçüsünə, rənginə görə tanıdığını, Təqsirləndirilən şəxs öz avtomobilində onunla cinsi əlaqədə olarkən həmin vazelini avtomobilindən götürüb öz cinsi orqanına sürtdüyünü və bundan sonra onunla cinsi əlaqədə olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş"xxxx" Əməliyyat Şirkətinin 02 fevral 2023-cü il tarixli HR-23-022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2018-ci ildən "xxxx" Əməliyyat Şirkətinin Qarabağlı sahəsinin 2 saylı neft-qaz sexində neft-qaz hasilatı üzrə usta işləyir. İş materiallarına əlavə edilmiş “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, qara rəngli, universal tipli, 2007-ci il buraxılışlı, “Hyundai” markalı, “Tucson” modelli, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş AC 851134 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə verilib və sonucu “B” kateqoriyasına malikdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Mərkəzi Xəstəxanası”X11 28 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixi, nevroloji və onkoloji dispanser qeydiyyatında yoxdur. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immun çatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini tam dərk etmək iqtidarında deyil. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 02 fevral 2023-cü il tarixli 60 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 07 fevral 2023-cü il tarixli 32 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs anası X8 həmin xəstəxanada psixiatrik tibbi müayinələrdən keçirilmiş və ona “Yüngül əqli gerilik və anadangəlmə surdomutizm (lal-karlıq)” diaqnozu qoyularaq qeydiyyata alınmışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 27 fevral 2023-cü il tarixli 545 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışlarını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal- hazırda öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, özünü psixoloji müdafiə etməyə meyillilik, kobudluq, öz maraqlarını üstün tutmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarına əlavə edilmiş Salyan rayon prokurorluğunun “23 fevral, 04 iyun və 20 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Müdafiəçi1 hüqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq döyülməsi, ona işgəncə verilməsi ilə bağlı şikayəti prokurorluqda ətraflı araşdırılmış, araşdırma zamanı həmin xüsusatlar öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan Rayon Məhkəməsinin “13 fevral və 07 aprel 2023-cü il tarixli qərarlarından görünür ki, Müdafiəçi1 Salyan rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarlarından verdiyi apelyasiya şikayətləri təmin edilməyərək qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin “06 aprel və 04 noyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Müdafiəçi1 Salyan Rayon Məhkəməsinin “13 fevral 07 aprel 2023-cü il tarixli qərarlarından verdiyi apelyasiy şikayətləri şikayətlər təmin edilməyərək qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Salyan rayon prokurorluğunun 24 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ifadəsində göstərdiyi 18 yanvar 2023-cü ildə Salyan polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparıldıqdan sonra Qabil adlı polis əməkdaşının rüşvət qismində ondan 20.000 manat pul istəməsi faktının araşdırılması ilə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2023-cü il tarixli məktubuna əsasən prokurorluqda araşdırma aparılmış, təqsirləndirilən şəxsin vəsatətində göstərdiyi xüsusat öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı müdafiəçisinin iştirakı ilə qismən etirafedici, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, onun ifadəsində göstərdiyi bu xüsusatları onun cinayət məsuliyyətindən yanınmağa (kənarda qalmağa) yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək onun əməllərini Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı, 2003, 2005, 2007 və 2009-cu ildə doğulmuş uşaqları ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 18 yanvar 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Salyan rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 18 yanvar 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon prokurorluğunda saxlanılan 01 ədəd vazelin mazı və 01 ədəd üzərində fotoşəkil olan yaxa kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.3.3 və 150.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 149.3.3cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza – 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon prokurorluğanda saxlanılan 01 ədəd vazelin mazı və 01 ədəd üzərində fotoşəkil olan yaxa kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-422/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-422/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver