Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-422/2024 29.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1956-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 2rəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 24 noyabr 2023-cü il tarixdə saat 07:10 radələrində ayıq vəziyyətdə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi özünə məxsus olan 3 təkərli, arxa yedəkli «Muravey» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikleti ilə Neftçala rayonu Kürkənd kəndi-2-ci Mayak kəndi avtomobil yolu ilə 2-ci Mayak kəndi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən, yolun 2-ci Mayak kəndinin ərazisinə aid hissəsində “X12” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmaması üçün tədbirlər görməli, diqqətini daim dəyişən yol şəraitindən və motosikleti idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsi ilə motosikletin dayanıqlı hərəkətini təmin etməli, həmin Qanunun 29-cu maddəsinin tələblərinə əsasən, motosikleti dövlət qeydiyyat nişanı ilə idarə etməli, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən motosikleti “A” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etməli, həmin Qanununun 56-cı maddəsinin 9-cu hissəsinə əsasən idarə etdiyi Muravey markalı motosikletin yük yerində sərnişin daşımamalı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etməni itirib motosikletin aşması nəticəsində motosikletin arxa yedək hissəsində, oturumuş sərnişin X6 motosikletdən yıxılıb «beyinin qışaları altına, toxumasına mədəciklərinə qansızmalar, kəllə tağı və əsas sümüklərinin sınıqları, ənsə sümüyünün qəlpəli sınığı, boyun fəqərəsinin arxa elementlərinin sınığı» ilə müşayiət olunan həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almaqla, başın küt travması nəticəsində beyinin qişaları altına, mədəciklərinə, toxumasına qansızmalar, ənsə sümüyünün qəlpəli sınığı, boyun fəqərələrinin arxa çıxıntısının sınığı nəticəsində ehtiyatsızlıqdan Nurəddin Nəzərovun hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Nurəddin Nəzərovu uşaqlıqdan tanımışdır. Onunla həmişə münasibəti yaxşı olmuşdur. Uzun müddətdir Nurəddini görməsə də, hadisədən 3 gün əvvəl onunla rastlaşmış, söhbət əsnasında Nurəddin ona balığa getməyi təklif etmiş, Nurəddinlə razılaşmışdır. 23 noyabr 2023-cü il tarixdə axşam zəngləşmişlər ki, sabah 7-də balığa getsinlər. Səhər saat 6-7 radələrində idarə etdiyi Muravey markalı motosikletlə Neftçala şəhərində beş mərtəbəli binada Nurəddinin yaşadığı ünvana gedib onu götürmüşdür. Nurəddin motosikletin arxasında olan kiçik stulda oturmuşdur. Yola çıxıb Kürkənd kəndini keçib 2-ci Mayak kəndinə doğru hərəkətdə olarkən anidən qarşısına qara rəngli dana çıxmış, refleks olaraq sükanı sola çevirib dananı vurmaqdan yayınmaq istəyərkən motosklet çevrilmişdir. Çevrilən kimi də arxada oturan Nurəddin arxası üstə asfalta yıxılmış, başı asfalta dəymiş, qan gəlmişdir. Bundan sonra dərhal tibbi yardıma zəng etmiş, onlar gəldikdən sonra Nurəddinin keçindiyini bildirmişlər. Sonra da oğlu Bəxtiyara məlumat vermiş, oğlu polislərlə birlikdə hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, əməlindən peşmandır. X14 Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum olunmuş, hazırda həbsdədir. Motosklet sürmək üçün heç vaxt sürücülük vəsiqəsi olmamışdır. Motosikletlə bazarda xaltura edib birtəhər ailəsini dolandırırdı. Hazırda motosikleti nasaz olduğu üçün işləyə bilmir. Mərhum Nurəddinin oğluna yas məclisi ilə bağlı maddi yardım göndərsə də, onlar pulu götürməyərək geri qaytarmışlar. Əməlindən peşmandır. Şəkər xəstəsi olmasını, ağır ailə vəziyyətini və 68 yaşında olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərmişdir ki, mərhum Nurəddin Nəzərov onun qardaşıdır, Neftçala şəhərində yaşayır. Hacıbabanı rayon sakini kimi tanıyır, onun qardaşı Nurəddinlə münasibətləri yaxşı olmuşdur. Nurəddinlə Hacıbaba xx.xx.2023-cü il tarixdə Neftçala rayonu Kürkənd kəndində balıq tutmaq üçün gedərkən Hacıbabanın idarə etdiyi “Muravey” markalı motosiklet 2-ci Mayak kəndinin ərazisində idarəetməni itirmiş və Nurəddin motosikletin arxa hissəsindən yıxılaraq dünyasını dəyişmişdir. Hacıbaba tərəfindən Nurəddinə yardım göstərilsə də, təcili yardıma məlumat verilsə də, Nurəddin başından aldığı xəsarətlərdən vəfat etmişdir. Hadisə barədə ona polis əməkdaşları zəng edərək məlumat vermişdir. Elxan Nəzərov verilən suallara cavab olaraq bildirmişdir ki, Nurəddin və Hacıbabanın aralarında hər hansı bir ədavəti olmamışdır. Hacıbaba onlara maddi yardım göstərmək istəmiş, lakin onun maddi vəziyyəti ağır olduğundan onun pulunu qəbul etməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. İşdə olan və məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X7 Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs tutulmasını istəmir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Neftçala rayon polis şöbəsinin dövlət yol polis bölməsinin yol-patrul xidmətinin inspektoru Şahid ifadəsində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdə saat 07 radələrində xidmətdə olduğu vaxt ona məlumat daxil olmuşdur ki, Neftçala rayonu 2-ci Mayak kənd yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş vermiş, dərhal hadisə yerinə yollanmışdır. Hadisə yerində görmüşdür ki, Muravey markalı motosiklet yolun kənarında dayanıb, yerdə qan izləri və yağ-benzin izləri var. Muraveyin sürücüsü Hacıbaba motosikletin yanında dayanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu sual zamanı bildirmişdir ki, tanışı Nurəddinlə balıq tutmağa gələrkən qarşısına heyvan çıxdığından idarəetməni itirərək motosikleti aşırmış, nəticədə arxa yedəkdə oturan Nurəddin başı üstə asfalta yıxılaraq ağır xəsarətlər almışdır. Özü dərhal hadisə barədə təcili tibbi yardıma məlumat vermişdir.Hadisə yerinə gəldikdə artıq Nurəddini xəstəxanaya aparmışlar. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 21 saylı rəyində göstərilmişdir ki, 1956-ci ildə anadan olmuş X2 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinənin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlinmişdir:
1. Meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: beyinin qışaları altına, toxumasına mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, ənsə sümüyünün qəlpəli sınığı, boyun fəqərəsinin arxa elementlərinin sınığı. Bu xəsarətlər həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, ola bilər ki, qərarın təsviri hissəsində göstərilən vaxt və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişin qismində olduğu Muravey markalı motosikletin aşması nəticəsində törənə bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və X2 ölümü ilə səbəbli əlaqədardır.
2. X2 ölümünün səbəbi: Başın küt travması nəticəsində beyinin qişaları altına, mədəciklərinə, toxumasına qansızmalar, ənsə sümüyünün qəlpəli sınığı, boyun fəqərələrinin arxa çıxıntısının sınığı olmuşdur.
3. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3761 saylı rəyində göstərilmişdir ki, 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Muravey markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məmmədov motosikleti müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Məmmədov idarə etdiyi Muravey markalı motosikletin yük yerində sərnişin daşıdığından onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin xx.xx.2023-cü il tarixli 303 №-li protokolunda göstərilmişdir ki, müayinə zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin DYP-nin veb portalından edilmiş çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs adına AC229135 nömrəli “B” dərəcəli sürücülük vəsiqəsi vardır, lakin motosiklet idarə etmək üçün müvafiq “A” dərəcəsi yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in X5 Xidmətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-3/2-23353 saylı məktuba əlavə edilmiş diskdə olan video görüntüyə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarəetdiyi 3 təkərli, arxa yedəkli, sürücü kabinasının üzəri bağlı olan, tək işıqlı “Muravey” markalı motosikletə oxşar nəqliyyat vasitəsinin Kürkənd kəndi istiqamətində getdiyi müşahidə edilmişdir. Videoda göstərilən müddət xx.xx.2023-cü il tarixdə saat 06:55 radələrinə təsadüf edir. İşdə olan əməliyyat tapşırığının cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və X6 arasında əvvəllər hər hansı ədavət və qərəzli münasibətin, eləcə də hər hansı münaqişənin olması müəyyən edilməmişdir. Yol nəqliyyat hadisəsinin baş verdiyi ərazidə hər hansı müşahidə kamerasının olması müəyyən edilməmiş, hadisə baş verən zaman ətrafda digər şəxsləri müəyyən etmək mümkün olmamışdır. İşdə olan 20 dekabr 2023-cü il tarixli qərarla dövlət qeydiyyat nişanı olmayan arxa yedəkli üç təkərli «Muravey» markalı motosklet iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. İşdə olan 21 fevral 2024-cü il tarixli 18-1-20/2-395 №-li məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Abşeron Rayon Mərkəzi Xəstəxanasının poliknika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11.30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilmiş, xx.xx.2023-cü il tarixdə saat 12.55-də müvəqqəti saxlama yerindən azad olunaraq barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 494 №-li arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, təqaüdçüdür və arvadı X1 şəhəri, Ə.Vahid küçəsi 39 ünvanında yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün hər hansı bir dəlillər gətirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bununla da, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona qanunla müəyyən edilmiş cəza təyin edilməli, təyin olunmuş cəza çəkilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilməsinə, habelə şərti məhkum etmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ailəyə yeganə qazanc gətirən şəxs və təqaüdçü olmasını, ahıl yaşında (68 yaş) olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ağır ailə vəziyyətini (X14un hazırda həbsdə saxlanmasını), Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003cü il tarixli qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcə də, cinayət məsuliyyətindən yayınmamasına dəlalət edən və əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, təyin olunmuş çəkilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək tutulduğu bir gün müddət ona təyin olunacaq əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı üçün CM-nin 60.1-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 263.1-3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin- 8 ilin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilməlidir. Hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrasıəsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış «Muravey» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd CD cinayət işində saxlanılmalıdır. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi və mənəvi zərərlə bağlı, yaşadığı ərazi üzrə, rayon (şəhər) məhkəməsində mülki iddia vermək hüququnun olmasını izah edir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiqinə zərurət yoxdur. Belə ki, Cinayət Məcəlləsinin 99- 1.1.1 və 99-1.1.2 maddələrində: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bu iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək tutulduğu bir gün müddət ona təyin olunmuş 5 (beş) il azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təyin olunmuş azadlıqdan məhrum etmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən dərhal sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin. Hökmün bu hissədə icrası onun yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası-əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus Muravey markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, 01 ədəd CD cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli