Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-422/2025 19.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X24 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslərin hüquqi varisləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fides Vəkil bürosunun vəkili Müdafiəçi2 və mütəxəssis X17 iştirakları ilə, xx.xx.2008-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, İmişli rayonu, Şahverdili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X12 üçün Penitensiar Müəssisəsinə həbsdə saxlanılan yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 263-1.4 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 noyabr 2025-ci il tarixdə saat 12:40-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə saat 12:30 radələrində İmişli rayonunun Yalavac kəndində yerləşən təndirxananın qarşısından dayısı Zərərçəkmiş şəxs4 məxsus “Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərindəki açar vasitəsilə işə salıb nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan idarə etməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İV hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydasını pozaraq, saat 12:45-də avtomobili Bəhrəmtəpə-İmişli avtomobil yolu ilə İmişli şəhəri istiqamətində idarə edib “Əlillərin binası” adlanın yaşayış binasının qarşısında sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən, yəni İmişli şəhəri, A.Şadlinski küçəsi ilə Bəhrəmtəpə qəsəbəsi istiqamətində düzünə hərəkət edən X25 idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə yol verməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydasını pozaraq, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək hərəkətini davam etdirib yolayrıcında avtomobilin sağ yan tərəfindən **- YP-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin sol yan tərəfi ilə toqquşduqdan sonra sonuncu avtomobilin sürücüsünün idarəetməni itirərək sağ tərəfdəki səki ilə piyada hərəkət edən azyaşlı X5, azyaşlı X18 və azyaşlı X9 vurması nəticəsində ehtiyatsızlıqdan X4 alın nahiyəsində sıyrıq və şişkinik, alın sümüyünün içəriyə basılmış yerini dəyişən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişa altında qansızma, baş beyin toxumasına qansızma, sifətin sağ yarısında, burunun uc hissəsində solda, döş qəfəsinin və qarının ön səthində, sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ saidin aşağı 1/3-nin arxa səthində, sağ dirsək oynağının arxa səthində, sağ qalça tini proyeksiyasında, çənə sümüyü proyeksiyasında sağda, sol əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ ayağın bayır topuq nahiyəsində sıyrıqlar və alt dodağın selikli qişasında qansızma ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq ehtiyatsızlıqdan başın küt travması nəticəsində alın sümüyünün sınığı və baş beyin toxumasına qansızmadan hadisə yerində ölümünə, X2 sümüklərinin açıq, çoxqəlpəli, sümük defekti ilə müşayiət olunan yerini dəyişən sınıqları, baş beyin toxumasının əzilibdağılması, kəllə əsası sümüyünün yerini dəyişən sınığı, çənə, burun vəalmacıq sümüklərinin, sol bazu sümüyünün yuxarı 1/3-nin yerini dəyişən qəlpəli sınıqları, başın alın-təpə-gicgah nahiyələrini, həmçinin sifət nahiyəsini əhatə edən və sümük defekti ilə müşayiət olunan yara, qarnın ön divarında, sağ diz oynağının ön səthində, sol çiyin qurşağı nahiyəsində, sol budun orta 1/3-nin ön səthində, sol ayağın bayır topuq nahiyəsində, döş qəfəsinin arxa səthində sıyrıqlar, qasıqüstü nahiyədə yara, alt və üst çənədə dişlərin travmatik sınığı və çıxığı ilə müşayiət olunan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, ehtiyatsızlıqdan başın açıq küt travması nəticəsində kəllə və üz skeleti sümüklərinin qəlpələri sınıqları və baş beyin toxumasının əzilib-dağılmasından hadisə yerində ölümünə, X6 üz sümüklərinin kəllə əsasına keçən və alın sümüyünün orta təpə tikişinə qədər uzanan sınıqları, baş beyinə və qişalarına qansızmalar, sağ bazu-mil sümüklərinin sınıqları, hər iki gözətrafı nahiyənin, sol əlin İ barmağının ovuc səthinin, sağ dirsək nahiyəsinin, sol qalça nahiyyəsinin qançırları, alının sağ tərəfinin, burunun sağ tərəfindən başlayaraq sağ yanağı əhatə edərək sağ çənəyə qədər davam edən, sağ almacıq nahiyəsinin, gövdənin sağ hissəsinin, kürəyin sol tərəfinin, sağ saidin, sağ dirsək çuxuru nahiyəsinin, sağ əlin İ, İİ, İİİ barmaqlarının proksimal falanqalarının, hər iki budun, sol baldırın, sol diz nahiyəsinin, sol bayır topuğun sıyıqları ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, ehtiyatsızlıqdan başın küt travması nəticəsində üz sümüklərinin kəllə əsasına keçən və alın sümüyünün orta təpə tikişinə qədər uzanan sınığı ilə müşayiət olunan baş beyinə və qişalarına qansızma nəticəsində postravmatik ödemin həyati vacib mərkəzləri sıxmasından 22 yanvar 2025-ci il tarixdə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən “Yeni Klinika” tibb mərkəzində ölümünə, yəni ehtiyatsızlıqdan üç şəxsin ölümünə səbəb olmuş, daha sonra isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinin tələblərinə uyğun olaraq, zərərçəkmiş şəxsə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkmiş şəxsləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onları səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, bunları etmədən idarə etdiyi avtomobili yol-nəqliyyat hadisəsi yerində saxlayaraq oradan qaçmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, avtomobil idarə etməyə həvəsli olduğundan 18 yanvar 2025-ci il tarixdə Yalavac kəndində yerləşən təndirxananın qarşısında dayısına məxsus “Mersedes-Benz” markalı avtomobili işə salaraq İmişli şəhəri istiqamətində hərəkət etmiş, avtomobillə bir qədər hərəkət etdikdən sonra təndirxanaya qayıtmaq üçün “SOCAR” yanacaq doldurma mərkəzinin önündən dönüb qeri qayıtmaq istəmiş, həmin vaxt təxminən 500-600 metr məsafədə yolun əks istiqamətindən avtomobilin Bəhramtəpə qəsəbəsi istiqamətində hərəkətdə olduğunu görmüş, avtomobilin uzaqda olduğunu, həmin müddətdə təhlükəsiz şəkildə geriyə manevr hərəkətini başa çatdıra biləcəyini düşünərək yolayrıcından yolun əks istiqamətinə daxil olmuş, həmin vaxt yüksək sürətlə hərəkət edən BMW markalı yolpatrul xidməti avtomobili ilə toqquşmuşdur. O, avtomobildən enib yol patrul xidməti avtomobilinin olduğu tərəfə qaçmış, avtomobilin içərisində yol patrul xidməti əməkdaşının halsız vəziyyətdə olduğunu görmüş, eləcə də, uşaqların cansız bədənlərini gördüyündən qorxmuş və hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Daha sonra o, hadisə yeri yaxınlığında olan İmişlli rayonu, Neftçilər küçəsinə gedərək orada dayısı Zərərçəkmiş şəxs4 zəng edərək avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini bildirmiş, dayısı isə ona Polis şöbəsinə gedərək təslim olmağı təklif etmişdir. Bundan sonra o, İmişli rayon Polis şöbəsinin inzibati binasına gedərək təslim olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsini davam edərək bildirmişdir ki, hadisə vaxtı o, ikinci dəfə idi ki, avtomobili idarə edirdi. Həmin vaxt yol patrul xidməti avtomobili uzaqda olduğundan o, avtomobilin sürətlə gəlməsini düşünməmişdir. Yol ayrıcına daxil olduqda yol patrul xidməti avtomobilini idarə edən əməkdaşın ona əvvəlcədən görmək, eləcə də, yolun hərəkət hissəsində kifayət qədər yer olduğundan toqquşmadan yayınaraq təhlükəsiz şəkildə ötüb keçmək imkanı olmuşdur. Yol-patrul xidməti avtomobili onun idarə etdiyi avtomobilə çatmağa az qalmış səs siqnalını işə salmış, toqquşmadan əvvəl yol patrul xidməti əməkdaşı əyləcdən istifadə etməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X19 onun nəvəsidir. Ona avtomobil qəzasının baş verməsi və nəvəsinin həmin qəza zamanı xəsarət alması barədə məlumat vermişlər. O, hadisə yerinə gəldikdə nəvəsinin xəstəxanaya aparıldığını öyrənmişdir. O, sığorta işçisi olduğundan hadisə yerində avtomobillərin şəklini çəkmiş, avtomobillərdəki zədələrdən anlamışdır ki, yol patrul xidməti avtomobili Bəylərin idarə etdiyi avtomobili sağ qanad hissəsindən vuraraq idarəetməni itirib yolun sağındakı hasara çırpılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, mərhum Zümrüd Mirəliyeva onun qızıdır. O, işdə olarkən yol-nəqliyyat hadisəsi baş verməsi, nəticədə qızı Zümrüdün xəsarət alması barədə məlumat verilmişdir. O, xəstəxaya çatdıqda ona Zümrüdün aldığı xəsarətlərdən vəfat etməsi barədə məlumat vermişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, mərhum Ayan Məmmədova onun qızıdır. Hadisə baş verən gün İmişli rayonunda bazarda olarkən ona qızı Ayanın baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət alması barədə məlumat vermişlər. Daha sonra qızı Ayanın aldığı xəsarətlərdən vəfat etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, hadisə günü xidməti avtomobili ilə ərazidə təyin olunmuş marşrut üzrə hərəkət edərkən Bayram Bəylərlinin idarə etdiyi avtomobil qəfildən onun qarşısına çıxmış, nəticədə avtomobillər toqquşmuşdur. Toqquşmadan sonra o, huşunu itirmiş nə baş verdiyindən xəbəri olmamışdır. Hadisənin nəticələri barədə hospitalda oyandıqdan sonra məlumatı olmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, İmişli RPŞ-də DYP bölməsinin inspektoru vəzifəsində işləmişdir. Hadisə baş verən gün patrul xidmətini həyata keçirmişdir. Yol patrul xidməti avtomobilini o, özü idarə etmiş, avtomobildə ondan başqa heç kəs olmamışdır. Avtomobili idarə edərkən həm işıq, həm də səs siqnallarını işə salmışdır. Avtomobili təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. O, öz yolu ilə hərəkətdə olarkən “Mersedes-Benz” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs sol tərəfdən çıxaraq onu vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 18 yanvar 2025-ci il tarixdə saat təxminən 12:45 radələrində qəbiristanllıqdan qayıdarkən yol patrul xidməti avtomobilin yüksək sürətlə hərəkət etməsini, bu zaman “Mersedes Benz” markalı avtomobillə toqquşub yolun sağında olan hasara çırpılmasını, səki ilə hərəkət edən uşaqları vurub təxminən yüz metr irəlidən dayanmasını görmüşdür. O, hadisənin baş verdiyi yerə gəldikdə “Mersedes Benz” markalı avtomobilin sürücüsünü orda görməmiş, yol patrul xidməti avtomobilin sürücüsü isə avtomobildə huşsuz vəziyyətdə olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin, şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, «cinayət işinin başlanması haqqında» 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X15 və X13 yol-nəqliyyat hadisəsi nəticəsində ölmələri, X1 ağır zərər vurulması faktına görə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması, cinayət işi üzrə ibtidai istintaqın aparılması İmişli rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri X10 tapşırılması, X15 və X13 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (Cild 1, i.v.1-2;) İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, hadisə yeri İmişli-Bəhrəmtəpə avtomobil yolunun İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsindən keçən hissəsində “Əlillər Binası” adlanan yerin qarşısıdır. Yol-nəqliyyat hadisəsi gündüz vaxtı işıqlı havada baş vermiş, yol asfalt-beton örtüklü olmaqla, örtüyün vəziyyəti qurudur, yolun hərəkət hissəsi düzdür, sürücülərin hərəkəti üçün təhlükəsizdir. Yol yaşayış məntəqəsinə daxildir. Hərəkət hissədə nişanlanma xətti mövcud deyildir. Yolnəqliyyat hadisəsinin növü toqquşma və piyada vurma olmaqla, toqquşan nəqliyyat vasitələrinin hadisədən əvvəlki hərəkət istiqaməti “BMW” markalı, “**-YP-***” dövlət qeydiyyat nişanlı avtomobildə İmişli şəhərindən Bəhrəmtəpə qəsəbəsi istiqamətinə, “Mercedes-Benz 190” markalı, “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqaməti isə Bəhrəmtəpə qəsəbəsi istiqamətinə geriyə dönmə manevri edərkən olmuşdur. Yol ikitərəfli hərəkət istiqamətindən ibarətdir. Hərəkət isiqamətinin ümumilikdə eni 14 metr, ayrılıqda isə 7 metrdir. Hər iki hərəkət istiqamətlərini ayırmaq üçün yolun orta hissəsinə beton sədd çəkilmiş, həmin səddin üzərində isə bir-birindən aralı məsafələrdə elektrik dirəkləri mövcuddur. Baxış zamanı hər iki avtomobilin toqquşma yeri müəyyən edildi. “Mercedes-Benz 190” markalı avtomobil toqquşma yerində ön hissədən əzilmiş vəziyyətdə, “BMW” markalı avtomobil isə toqquşma yerindən 119 metr məsafədə öz hərəkət istiqamətində ön və ön yan hissədən əzilmiş vəziyyətdə dayanmışdır. Toqquşma nöqtəsinə qədər olan məsafədə tormozama izləri müəyyən edilməmişdir. Baxış zamanı İmişli şəhərindən Bəhramtəpə qəsəbəsi istiqmətində toqquşma yerindən sağ tərəfdə səkiyə qədər olan məsafə 3 metr, toqquşma nəqtəsindən 4 nəfər piyadanın vurulma yerinə kimi olan məsafə 5,8 metrdir. Piyadaların vurulma yerindən sonra “BMW” markalı avtomobilin təkərlərindən 58 metr sürtünmə (şin) izi yaranmışdır. Piyadanın vurulması yerindən qanabənzər ləkələr, həmçinin insan çənəsi və insan beyinciyi götürülmüşdür. (Cild 1, i.v 5-21;) İşdə olan “baxış keçirilməsi haqqında” 18 yanvar 2925-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X13 meyitinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, başın alın-təpə-gicgah nahiyələrini, həmçinin sifət nahiyəsini əhatə edən və sümük defekti ilə müşahidə olunan 20x12 sm ölçüdə kənarları nahamar cırılmış yara vardır. Baş beyin toxuması yaradan bayıra doğru dağılmış və alın, təpə, gicgah və ənsə sümüklərinin qəlpə formasında sınmış hissələri boşluqda qalan beyin toxumasına qarışmış vəziyyətdədir. Burun, almacıq və çənə sümüklərində qəlpə şəklində sınıqlar qeyd olunur. Qarnın ön divarında 16x8 sm sıyrıq, sağ diz oynağının ön səthində 3,5x1,2 sm, sol çiyin qurşağı nahiyəsində 8x6 sm, sol budun orta 1/3-nin ön səthində 3x1 sm, sol ayağın bayır topuq nahiyəsində 8x3 sm, döş qəfəsinin arxa səthində 26x24 sm, 6x2 sm ətraf sağlam dəri səviyyəsindən aşağıda qırmızımtıl rəngli, qeyri-düzgün formada sıyrıqlar, qasıqüstü nahiyədə 6x2,5 sm kənarları nahamar yara vardır. Alt və üst çənədə dişlər ağız boşluğunda dağılmış vəziyyətdədir. Sol bazu sümüyünün yuxarı 1/3-də deformasiya qeyd olunur. (Cild 1, i.v. 22-26;) İşdə olan, “baxış keçirilməsi haqqında” 18 yanvar 2925-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 meyitinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, alın nahiyəsində sağda 3x2,5 sm şişkinlik ətraf sağlam dəri səviyyəsindən aşağıda qırmızımtıl rəngdə, qeyri-düzgün formada sıyrıq vardır. Həmin sahədə alın sümüyündə içəriyə doğru basılmış deformasiya qeyd olunur. Sifətin sağ yarısında 4,5x2,5 sm, burnun uc hissəsində solda 2x1 sm, döş qəfəsinin və qarnın ön səthində 20x16 sm, sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında 1,5x1 sm, 1x0,8 sm, sağ saidin aşağı 1/3-nin arxa səthində 1,2x1 sm, sağ dirsək oynağının arxa səthində 1,2x0,5 sm, sağ qalca tini proyeksiyasında 8x2,5 sm, çənə sümüyü proyeksiyasında sağda 1,8x1 sm, sol əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında 2,5x1,5 sm, 1,8x2 sm, sağ ayağın bayır topuq nahiyəsində 2,8x1,2 sm ətraf dəri səviyyəsindən aşağıda qırmızımtıl rəngdə, qeyri-düzgün formada sıyrıqlar, alt dodağın selikli qişasında 1x0,8 sm bənövşəyi rəngdə, qeyri-müəyyən formada qansızma vardır. (Cild 1, i.v. 28-32;) İşdə olan, “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” 18 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, 18 yanvar 2025-ci il tarixdə saat 12:45-də İmişli DYPB-nin YPX-nin “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli şəhərindən Bəhrəmtəpə qəsəbəsi istiqamətində yolun sol hərəkət hissəsi ilə hərəkətdə olarkən, Bəhrəmtəpə-İmişli avtomobil yolu ilə İmişli şəhəri istiqamətində hərəkətdə olmaqla, “Əlillərin binası” adlanan yaşayış binasının qarşısından sola (geriyə) dönmə əməliyyatı aparan “Mercedes Benz 190” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxdığını görüb toqquşmadan yayınmaq məqsədi ilə yolun sağ hissəsinə keçmiş, lakin “Mercedes Benz 190” markalı avtomobillə toqquşmuş və “BMW” avtomobilinin sürücüsü idarəetməni itirib yolun sağ tərəfində səki ilə bitişik divara dəydikdən sonra səki ilə piyada hərəkətdə olan 4 nəfər piyadanı vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. (Cild 1, i.v. 41-44;) İşdə olan, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən və etibarnamədən görünür ki, “Mercedes-Benz 190” markalı, “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobil X11 mülkiyyətindədir və Zərərçəkmiş şəxs4 17 aprel 2025-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə etibar edilmişdir. (Cild 1, i.v. 50-51;) İşdə olan, “şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” 18 yanvar 2025ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində təyin olunmuşdur. (Cild 1, i.v. 54;) İşdə olan, “şübhəli şəxsin tutulması haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 21:30 dəqiqədə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 70, 87-88;) İşdə olan, “cinayət işinin tövsif edilməsi haqqında” 19 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsindən, həmin Məcəllənin 185.1, 263-1.4 və 264-cü maddələrinə tövsif edilmişdir. (Cild 1, i.v. 103-104;) İşdə olan, “yetkinlik yaşına çatmayanın təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 yanvar 2025-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1, 263-1.4 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 114-115;) İşdə olan, “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” 21 yanvar 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, diskdə bir ədəd “MP4” formatında, 5 464 KB həcmində fayl vardır. Videoyazının davametmə müddəti 20 saniyə təşkil edir. Video kamera İmişli şəhəri, A.Şadlinski küçəsi istiqamətində video qeydiyyat aparır. Videoyazının başlanması görüntünün sağ yuxarı hissəsində xx.xx.2025-ci il saat 12:45:13-dən qeydə alınmışdır. Video görüntünün qeydə alınma tarixi və saatı real vaxtla uyğunluq təşkil edir. Videoyazının 19-cu saniyəsində, yəni xx.xx.2025-ci il tarixdə saat 12:45:32 saniyədə İmişli RPŞ DYPB-nin “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin tikilinin qarşısından A.Şadlinski küçəsindən Bəhrəmtəpə istiqamətində hərəkət edir. (Cild 1, i.v. 162-165;) İşdə olan, “İmişli rayon məhkəməsinin girişində yerləşən kamera görüntülərinin qeydiyyatının aparıldığı kompyuterdən İmişli rayon məhkəməsinin qarşısından keçən A.Şadlinski küçəsini videoqeydə alan kameranın görüntüsünə baxış keçirilməsi haqqında” 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, 18 yanvar 2025-ci il tarixdə saat 12:45:39 dəqiqədə İmişli RPŞ DYPB-nin “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli rayon məhkəməsinin qarşısından A.Şadlinski küçəsi ilə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət edərək məhkəmənin qarşısından keçmiş, həmçinin video görüntünün qeydə alınma tarixi və saatı real vaxtla uyğunluq təşkil etmişdir. (Cild 1, i.v. 166-167;) İşdə olan, İmişli Rayon Məhkəməsinin 20 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 yanvar 2025-ci il tarixdən hesablanmışdır. (Cild 1, i.v. 204-210;) İşdə olan, “baxış aparılması haqqında” 25 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes Benz 190" markalı 30-BH- 904 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən müəyyən edilmişdir kı, “Mercedes Benz 190” markalı avtomobilin ön hissəsi güclü dinamiki zərbə nəticəsində əzilmiş, kapot, sağsol qanad, qabaq gücləndirici və digər hissələr əzilərək deformasiya olmuşdur. Həmçinin zərbə nəticəsində soyuducu radiator və ona bağlanmış şlanklar zədələnmiş, qabaq sol eninə sükan dartqısı zərbədən qırılmışdır. Avtomobilin tormoz sistemini yoxlamaq məqsədi ilə mühərrik kənar müdaxilə nəticəsində işə salınmış, həmçinin avtomobilin təkərinin qabaq sol eninə sükan dartqısı kənar müdaxilə ilə bərpa edilmişdir. Bundan sonra avtomobil hərəkət etdirilərək, test yürüşü keçirilmişdir. Avtomobilin müxtəlif sürətlər rejimində sınaq tormozlamalar aparılmış və bu hallarda avtomobilin (qabaq təkərlərinin tormoz izini salması vəziyyətində) təkərlərin bloklanaraq dayanması təmin edilmiş, yəni avtomobildə tormozlanaraq dayanması təmin olunmuşdur. Bundan sonra avtomobilin tormoz sisteminin elementlərinə baxış keçirilmiş, tormoz mayesi qabında tormoz mayesinin norma daxilində olduğu və azalmaması müəyyən edilmişdir. Baş tormoz sistemindən işçi tormoz sisteminə gedən tormoz boruları və şlanklarında və onların birləşmələrində mayenin kənara axması halı müəyyən edilməmiş, yəni həmin hissələrdə kiplik tam təmin olunmuş vəziyyətdə olması müəyyən edilmişdir. Bundan sonra avtomobilin təkərləri sökülmüş, tormoz kalotkalarının qalınlığının norma daxilində olması baxış zamanı müəyyən edilmişdir. Lakin arxa təkərlərdə tormoz barabanlarının tormoz kalotkalarına yerləşən hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, həmin hissədə tormoz barabanı paslanmış vəziyyətdədir, arxa sol təkərin tormoz barabanında isə kalotka oturan hissəsinin bəzi hissələrində sürtünmə, bəzi hissələrində isə pas ləkələri mövcuddur. Arxa sağ təkərdə isə ümumiyyətlə paslı vəziyyətdə olması müəyyən edilmişdir. Tormoz pedalı basılmış, bu zaman baş silindirdən arxa sol işçi tormoz sisteminə gedən borudan mayenin zəif axdığı müəyyən edilmişdir. Bundan sonra yenidən tormoz pedalı basılmış, qabaq təkərlərdə kalotkaların barabana tam şəkildə sıxılmasının təmin olunması müşahidə edilmişdir. Beləliklə, baxış zamanı avtomobil hərəkət etdirilərək avtomobilin tormoz pedalının basılması nəticəsində avtomobilin tam dayanması təmin edilmişdir. Lakin, tormoz elementlərinə baxış zamanı baş silindirdən arxa təkərlərə gedən boruda effektiv təzyiqin yaranmaması müəyyən edilmişdir. Həmçinin avtomobilin duracaq tormozunun arxa təkərlərə gedən trosunun üzərində olmaması, yəni duracaq tormoz sisteminin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. (Cild 1, i.v. 214-219;) İşdə olan, İmişli Rayon İcra Hakimiyyətinin 27 yanvar 2025-ci il tarixli, 5-53/2-66/2025 nömrəli məktubdan görünür ki, Abbasqulu Şadlinski küçəsi “R-11 Ağsu-Kürdəmir- Bəhrəmtəpə” respublika əhəmiyyətli magistral avtomobil yolunun tərkib hissəsidir. Hadisənin baş verdiyi ərazi qeyd olunan avtomobil yolunun 100-cü kilometridir və İmişli rayonunun Rəsullu kənd inzibati ərazi dairəsinə daxil olan Yalavac kəndinin ərazisidir. “R- 11 Ağsu-Kürdəmir-Bəhrəmtəpə” respublika əhəmiyyətli magistral avtomobil yolunun 100cü kilometri yaşayış məntəqəsi olduğundan həmin ərazidə sürət həddi “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 2.1-ci bəndinə əsasən 60 km/saat müəyyən edilmişdir. (Cild 1, i.v. 222;) İşdə olan, “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs X13 hüquqi varisi qismində tanımışdır. (Cild 1, i.v 246;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 idarəsinin 31 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, İmişli rayonu Şahverdili kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı sürücülük hüquqlarından məhrum olunanların siyahısında yoxdur. (Cild 1, i.v 255;) İşdə olan, Məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2025-ci il tarixli 365A/K nömrəli rəyindən və ona əlavə edilmiş cədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs qan və sidik nümunələrində metil, etil, propil, butil və amil spirtləri, habelə narkotik, psixotrop və dərman maddələri aşkar edilməmişdir. (Cild 2, i.v 26-34;) İşdə olan, Məhkəmə-bioloji ekspetizasının 03 fevral 2025-ci il tarixli, 34/2025-TBŞ nömrəli rəyindən görünür ki, X4 ABO sistemi üzrə qan qrupu 0/İ/-dir. X13 ABO sistemi üzrə qan qrupu B/İİİ/-dür. Ekspertizaya təqdim edilmiş tənzif parçası üzərində insan qanı ləkələri aşkar edildi. Çənə fraqmenti və hissəciklər(insan beyni) insana məxsusdur. Bu qan ləkələrdə, çənə fraqmenti və hissəciklərdə (insan beyni) qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda, B və H antigenləri alındı. Bu qan ləkələri, çənə fraqmenti və hissəciklərdə (insan beyni) B-alfa(H)/İİİ/ qruplu şəxslərə, o cümlədən mərhum X21 məxsus ola bilər (əgər onun qanında müşayiətçi Hantigeni vardırsa). (Cild 2, i.v 37-41;) İşdə olan, məhkəmə yol-nəqliyyat hadisələri və nəqliyyat vasitəsinin texniki vəziyyətinin təyini ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 8/181-4/101 nömrəli rəyindən və ona əlavə edilmiş bir ədəd diskdən görünür ki, “BMW” markalı avtomobilin orta sürəti Vor = 159 km/saat olmuş, “Mercedes Benz 190” markalı avtomobil manevr edərək “BMW” markalı avtomobilin hərəkət hissəsinə çıxdığı andan avtomobillər arasında toqquşmanın baş verdiyi ana kimi t=2,04 saniyə vaxt keçmişdir. -“Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq təkərlərinin tormozu saz vəziyyətdə olmuşdur. -“Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin (Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili duracaq tormoz sistemi nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. -Hadisə sutkanın işıqlı vaxtı, düz profilli və görünüş məsafəsi kifayət qədər olan yol şəraitində baş vermişdir, hadisə baş verdiyi yolda görünüş qeyri-məhdud olmuşdur. Belə vəziyyətdə isə görünüş məsafəsinə uyğun hesabat aparılmır. Aparılmış tədqiqatın dəyəri 450 (dörd yüz əlli) manatdır. (Cild 2, i.v 43-55;) İşdə olan, Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 06 nömrəli rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X13 bədəni üzərində kəllə sümüklərinin açıq, çoxqəlpəli, sümük defekti ilə müşayiət olunan yerini dəyişən sınıqları, baş beyin toxumasının əzilib-dağılması, kəllə əsası sümüyünün yerini dəyişən sınığı, çənə, burun və almacıq sümüklərinin, sol bazu sümüyünün yuxarı 1/3-nin yerini dəyişən qəlpəli sınıqları, başın alın-təpə-gicgah nahiyələrini, həmçinin sifət nahiyəsini əhatə edən və sümük defekti ilə müşayiət olunan yara, qarnın ön divarında, sağ diz oynağının ön səthində, sol çiyin qurşağı nahiyəsində, sol budun orta 1/3-nin ön səthində, sol ayağın bayır topuq nahiyəsində, döş qəfəsinin arxa səthində sıyrıqlar, qasıqüstü nahiyədə yara, alt və üst çənədə dişlərin travmatik sınığı və çıxığından ibarət bərk küt alətin təsirindən törənmiş, həyati və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər vardır. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəi zamanı piyadanın avtomobillə vurulması nəticəsində əmələ gəlmişdir. X13 ölümü xx.xx.2025-ci il tarixdə baş vermiş və ölümünə səbəb başın açıq küt travması nəticəsində kəllə və üz skeleti sümüklə rinin qəlpəli sınıqları və baş beyin toxumasının əzilib-dağılması olmuşdur. (Cild 2, i.v 62-68;) İşdə olan, Məhkəmə-tibb ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 07 nömrəli rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 bədəni üzərində alın nahiyəsində sıyrıq və şişkinik, alın sümüyünün içəriyə basılmış yerini dəyişən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişa altında qansızma, baş beyin toxumasına qansızma, sifətin sağ yarısında, burunun uc hissəsində solda, döş qəfəsinin və qarının ön səthində, sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ saidin aşağı 1/3-nin arxa səthində, sağ dirsək oynağının arxa səthində, sağ qalça tini proyeksiyasında, çənə sümüyü proyeksiyasında sağda, sol əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ ayağın bayır topuq nahiyəsində sıyrıqlar və alt dodağın selikli qişasında qansızmadan ibarət bərk küt alətin təsirindən törənmiş, həyati və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər vardır. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəi zamanı piyadanın avtomobillə vurulması nəticəsində əmələ gəlmişdir. X4 ölümü xx.xx.2025-ci il tarixdə baş vermiş və ölümünə səbəb başın küt travması nəticəsində alın sümüyünün sınığı və baş beyin toxumasına qansızma olmuşdur. (Cild 2, i.v 69-75;) İşdə olan, İmişli RİHB-nın Göbəktala kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və İmişli rayon Fikrət Cəbrayılov adına Şahverdili kənd tam orda ümumtəhsil məktəbi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs dərsdə davamiyyəti qeyri-sabit olsa da, o, sinif yoldaşları və müəllimlər ilə mehriban ünsiyyət qurur. Xasiyyətcə sakit və mehriban biridir. Təqsirləndirilən şəxs aşağıda adları qeyd olunan ailə üzvləri vardır:
1. Atası: Qanuni nümayəndə.
2. Anası: X16.
3. Bacısı: X22. (Cild 2, i.v 94-95;) İşdə olan, “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 17 fevral 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs X4 hüquqi varisi qismində tanımışdır. (Cild 2, i.v 106;) İşdə olan, “meyitə baxış keçirilməsi haqqında” 22 yanvar 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X6 bədənində başın sağ tərəfində (alnında başlayıb təpəni əhatə edən sağ qulaq altı sahədə bitən cərrahi tikiş yeri, sağ epiqastral nahiyədə cərrahi əməliyyat yeri, döş qəfəsinin yan tərəfində drenaj yeri, sağ əlin sol dirsəyin iynə yerləri, hər iki gözətrafı nahiyədə qançırlar, sol pəncə, sol qulaq nahiyəsində qançırlar, sol əlin qançırı, alnın, sağ sağ almacıq nahiyəsinin, burnun sağ tərəfinin, sağ yanağın, sağ saidin, sağ dirsək oynağı, gicgah, sol kürəyin, gövdənin sağ yarısının, hər iki budun, sağ əlin, sol baldırın və sol topuq nahiyəsinin sıyrıqları kimi xəsarətləri vardır. (Cild 2, i.v 142;) İşdə olan, Məhkəmə-tibb ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 18 nömrəli rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X6 bədəni üzərində üz sümüklərinin kəllə əsasına keçən və alın sümüyünün orta təpə tikişinə qədər uzanan sınıqları, baş beyinə və qişalarına qansızmalar, sağ bazu-mil sümüklərinin sınıqları, hər iki gözətrafı nahiyənin, sol əlin İ barmağının ovuc səthinin, sağ dirsək nahiyəsinin, sol qalça nahiyyəsinin qançırları, alının sağ tərəfinin, burunun sağ tərəfindən başlayaraqsağ yanağı əhatə edərək sağ çənəyə qədər davam edən, sağ almacıq nahiyəsinin, gövdənin sağ hissəsinin, kürəyin sol tərəfinin, sağ saidin, sağ dirsək çuxuru nahiyəsinin, sağ əlin İ, İİ, İİİ barmaqlarının proksimal falanqalarının, hər iki budun, sol baldırın, sol diz nahiyəsinin, sol bayır topuğun sıyıqlarından ibarət bərk küt əşyanın təsirindən törənmiş, həyati və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri vardır. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində törənmiş və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X6 ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində üz sümüklərinin kəllə əsasına keçən və alın sümüyünün orta-təpə tikişinə qədər uzanan sınığı ilə müşayiət olunan baş beyinə və qişalarına qansızma nəticəsində postravmatik ödemin həyati vacib mərkəzləri sıxması olmuşdur. (Cild 2, i.v 156-163;) İşdə olan, “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” 06 mart 2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs X6 hüquqi varisi qismində tanımışdır. (Cild 2, i.v 173;) İşdə olan, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 mart 2025-ci il tarixli, 9/1585 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “İmişli VAZ təmir stansiyası" MMC tərəfindən tərtib olunmuş qüsur aktında 1986-cı il buraxılışlı “Mercedes-Benz” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri üzrə təmir-bərpa xərclərinin məbləği 3765,0 manat məbləğində müəyyən edilir, o cümlədən: Dəyişilməli ehtiyat hissələrin qiyməti - 2135,00 manat; Təmir- bərpa işlərinin qiyməti 1630,0 manat. “İmprotex Motors” ММC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktının məlumatlarına əsasən, 2020-ci il buraxılışlı “Bmw 330i” markalı, ** YP *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa xərclərinin məbləği ümumilikdə 110.320,25 manat, ö cümlədən: Dəyişilməli ehtiyyat hissələrin qiyməti - 90440,25 manat; Təmir- bərpa işlərinin qiyməti 19880,00 manat; cədvəl 01-də qeyd olunan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa xərclərinin məbləği 53.450,65 manat (ƏDV daxil) məbləğində müəyyən edilir, o cümlədən: Dəyişilməli ehtiyyat hissələrin qiyməti - 47.050,65 manat; Təmir- bərpa işlərinin qiyməti 6.400,0 manat. cədvəl 02-də qeyd olunan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa xərclərinin məbləği 56.869,60 manat (ƏDV daxil), məbləğində müəyyən edilir, o cümlədən: Dəyişilməli ehtiyyat hissələrin qiyməti - 43.389,6 manat; Təmir- bərpa işlərinin qiyməti 13.480,0 manat. Tədqiqata təqdim edilmiş qüsur aktları tədqiq edilən zaman, "xxxx" MMC tərəfindən tərtib olunmuş qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin “İmprotex Motors” ММC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktında da öz əksini tapdığı müəyyən edildi. Qeyd edilir ki, eyni markalı, eyni model avtomobil ehtiyyat hissələri istehsal ölkəsindən (rəsmi diler, orijinal, orijinal olmayan, ikinci əl və s.), həmçinin avtobazarlarda (avtoehtiyyat hissələri satışı mağazalarında) mövcud olan tələb və təklifdən asılı olaraq, fərqli qiymətlərdə olur. Həmçinin avtoservis müəssisələrinin xidmət səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, təmir-bərpa işlərinin də dəyəri fərqli məbləğlərdə olur. Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən 2020-ci il buraxılışlı “BMW 330i” markalı avtomobilə məxsus rabitə avadanlıqlarının ümumi dəyəri 8083,39 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. (Cild 2, i.v 192-197;) İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs2 07 mart 2025-ci il tarixli və 27 avqust 2025-ci il tarixli ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. (Cild 2, i.v 213; Cild 4;) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 fevral 2025-ci il tarixli, 602 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, emosionallıq, inadkarlıq, məsuliyyətsizlik, nəticəsini düşünmədən davranmaq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Hadisə zamanı onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlərin təzahürü müəyyən edilmir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Hadisədən əvvəlki dövrdə Təqsirləndirilən şəxs psixi emosional vəziyyətində hər hansı dəyişiklik olmamış, hadisə zamanı və hadisədən bilavasitə sonra situasiya ilə əlaqədar onun emosional sferasında gərginlik, təşviş, qorxu kimi hallar əmələ gəlmişdir. (Cild 2, i.v. 224-226;) İşdə olan, “yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 20 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1, 263-1.4 və 264-cü maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 185.1, 263-1.4 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, i.v. 235-237;) İşdə olan, İmişli Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay müddətinə, yəni 18 avqust 2025-ci il tarixədək uzadılmışdır. (Cild 3, i.v. 86-95;) İşdə olan, “sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2025-ci il tarixli qərardan görünür ki, “BMW” **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Mercedes Benz 190” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut qismində tanınması, məhkəmə hökmü çıxarılanadək İmişli RPŞ-nin duracağına yerləşdirilməsinin nəzərə alınması, İmişli DYPB-nin “BMW” **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qeydiyyat kamerasının yaddaşında olan xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisənin videogörüntüləri olan bir ədəd DVD-R disk, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar, İmişli rayonu Yalavac kəndində yerləşən iki mərtəbəli tikilidə A.Şadlinski küçəsi istiqamətində quraşdırılmış müşahidə kamerasından xx.xx.2025ci il tarixə aid olan və İmişli DYPB-nin “BMW" markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin küçədən keçərkən qeydə alınmış videogörüntüləri olan 01 ədəd DVD-R disk, eləcədə İmişli rayon məhkəməsinin girişində yerləşən kamera görüntülərinin qeydiyyatı aparıldığı kompyuterdən İmişli rayon məhkəməsinin qarşısından keçən A.Şadlinski küçəsini videoqeydə alan kameranın görüntüsünə keçrilmiş baxış protokoluna əlavə edilmiş 01 ədəd DVD-R diskin maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə olunması nəzərə alınması qərara alınmışdır. (Cild 3, i.v. 139-161;) İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış 27 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 4;) İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi X7 məhkəməyə ünvanlanmış 27 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, Valeh Məmmədov Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. (Cild 4;) İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 4;) İşdə olan, İmişli Rayon Polis Şöbəsinin 29 sentyabr 2025-ci il tarixli, 3-13-83/2-17228 nömrəli məktubundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs dayısı, “Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 RPŞ-yə dəvət olunmuş və o, bildirmişdir ki, avtomobili idarə edən bacısı oğlu Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs4 RPŞ-dən zəng edərək, Təqsirləndirilən şəxs RPŞ-yə gətizdirmişdir. (Cild 4;) İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi və Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata həmin hissədə xitam verilmişdir. (Cild 4;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan dayısı Zərərçəkmiş şəxs4 məxsus “Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxslər X5, X18 və X9 vurmuş, nəticədə sonuncular aldıqları xəsarətlərdən ölmüşlər. Başqa sözlə, baş vermiş yol-nəqliyyat hadisəsi ehtiyatsızlıqdan zərərəçəkmiş şəxslərin ölümünə səbəb olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə saat 12:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan dayısı Zərərçəkmiş şəxs4 məxsus “Mercedes Benz 190” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə etmişdir. O, avtomobili Bəhrəmtəpə-İmişli avtomobil yolu ilə İmişli şəhəri istiqamətində idarə edib “Əlillərin binası” adlanın yaşayış binasının qarşısında sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən, yəni İmişli şəhəri, A.Şadlinski küçəsi ilə Bəhrəmtəpə qəsəbəsi istiqamətində düzünə hərəkət edən X25 idarə etdiyi **-YP-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilə yol verməməklə hərəkətini davam etdirib yolayrıcında avtomobilin sağ yan tərəfindən **-YP-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobilin sol yan tərəfi ilə toqquşduqdan sonra sonuncu avtmobilin sürücüsünün idarəetməni itirərək sağ tərəfdəki səki ilə piyada hərəkət edən zərərçəkmiş şəxslər X5, X18 və X9 vurmuşdur. Zərərçəkmiş şəxslər X15, X26 və X19 avtomobilin onları vurması nəticəsində ölmüşlər. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərkən zərərçəkmiş şəxsləri vurmuş, bundan sonra zərərçəkmiş şəxslərin köməksiz vəziyyətdə olduqlarını dərk etdiyi halda, zərərçəkmiş şəxslərə ilkin tibbi yardım göstərmədən və hadisə haqqında müvafiq qaydada məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri idarə etdiyi avtomobillə vurduqdan və onların öldüklərini bildikdən sonra cinayət hadisəsinin baş verdiyi yerdə qanunla onun üzərinə düşən vəzifələrin icrası məqsədi ilə heç bir hərəkətləri icra etməmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs piyada hərəkət edən zərərçəkmiş şəxsləri idarə etdiyi avtomobillə vurduqdan sonra zərərçəkmiş şəxslərin sağ olub-olmamasını müəyyən etməyə cəhd belə etməmiş, təcili tibbi yardıma zəng etməmiş, həmin an polis orqanına törətdiyi cinayət əməli barədə heç bir məlumat verməmişdir. Əksinə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri avtomobillə vurduqdan sonra hadisə yerindən qaçmışdır. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Halbuki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri avtomobillə vurduqdan sonra qeyd edilən maddədə göstərilən vəzifələri və ya ən azı onların bir hissəsini icra etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Sürücülərin üzərinə qanunla müəyyən edilmiş qaydada qoyulmuş vəzifələrlə bağlı məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin qanunları bilməməsi onun cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinin İİ hissəsinə əsasən – hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 72-ci maddəsinin İİİ hissəsinə əsasən - qanunu bilməmək məsuliyyətdən azad etmir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi avtomobillə piyada hərəkət edən zərərçəkmiş şəxsləri vurmuş, törətdiyi əməlin nəticəsini başa düşdükdən sonra cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə hadisə yerindən uzaqlaşmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən törədildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4 və 264-cü maddələri ilə düzgün tövsif edilmiş və o, qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Belə ki, məhkəmə əməlin tövsifi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olması. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanununun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263- 1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 06 nömrəli rəyinə əsasən X13 bədəni üzərində kəllə sümüklərinin açıq, çoxqəlpəli, sümük defekti ilə müşayiət olunan yerini dəyişən sınıqları, baş beyin toxumasının əzilib-dağılması, kəllə əsası sümüyünün yerini dəyişən sınığı, çənə, burun və almacıq sümüklərinin, sol bazu sümüyünün yuxarı 1/3-nin yerini dəyişən qəlpəli sınıqları, başın alın-təpə-gicgah nahiyələrini, həmçinin sifət nahiyəsini əhatə edən və sümük defekti ilə müşayiət olunan yara, qarnın ön divarında, sağ diz oynağının ön səthində, sol çiyin qurşağı nahiyəsində, sol budun orta 1/3-nin ön səthində, sol ayağın bayır topuq nahiyəsində, döş qəfəsinin arxa səthində sıyrıqlar, qasıqüstü nahiyədə yara, alt və üst çənədə dişlərin travmatik sınığı və çıxığından ibarət bərk küt alətin təsirindən törənmiş, həyati və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər vardır. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəi zamanı piyadanın avtomobillə vurulması nəticəsində əmələ gəlmişdir. X13 ölümü xx.xx.2025-ci il tarixdə baş vermiş və ölümünə səbəb başın açıq küt travması nəticəsində kəllə və üz skeleti sümüklərinin qəlpəli sınıqları və baş beyin toxumasının əzilib-dağılması olmuşdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 18 yanvar 2025-ci il tarixli, 07 nömrəli rəyinə əsasən X4 bədəni üzərində alın nahiyəsində sıyrıq və şişkinik, alın sümüyünün içəriyə basılmış yerini dəyişən sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasında, qişa altında qansızma, baş beyin toxumasına qansızma, sifətin sağ yarısında, burunun uc hissəsində solda, döş qəfəsinin və qarının ön səthində, sağ əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ saidin aşağı 1/3-nin arxa səthində, sağ dirsək oynağının arxa səthində, sağ qalça tini proyeksiyasında, çənə sümüyü proyeksiyasında sağda, sol əlin arxa səthində 2-ci daraq sümüyü proyeksiyasında, sağ ayağın bayır topuq nahiyəsində sıyrıqlar və alt dodağın selikli qişasında qansızmadan ibarət bərk küt alətin təsirindən törənmiş, həyati və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər vardır. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəi zamanı piyadanın avtomobillə vurulması nəticəsində əmələ gəlmişdir. X4 ölümü xx.xx.2025-ci il tarixdə baş vermiş və ölümünə səbəb başın küt travması nəticəsində alın sümüyünün sınığı və baş beyin toxumasına qansızma olmuşdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 18 nömrəli rəyinə əsasən X6 bədəni üzərində üz sümüklərinin kəllə əsasına keçən və alın sümüyünün orta təpə tikişinə qədər uzanan sınıqları, baş beyinə və qişalarına qansızmalar, sağ bazu-mil sümüklərinin sınıqları, hər iki gözətrafı nahiyənin, sol əlin İ barmağının ovuc səthinin, sağ dirsək nahiyəsinin, sol qalça nahiyyəsinin qançırları, alının sağ tərəfinin, burunun sağ tərəfindən başlayaraqsağ yanağı əhatə edərək sağ çənəyə qədər davam edən, sağ almacıq nahiyəsinin, gövdənin sağ hissəsinin, kürəyin sol tərəfinin, sağ saidin, sağ dirsək çuxuru nahiyəsinin, sağ əlin İ, İİ, İİİ barmaqlarının proksimal falanqalarının, hər iki budun, sol baldırın, sol diz nahiyəsinin, sol bayır topuğun sıyıqlarından ibarət bərk küt əşyanın təsirindən törənmiş, həyati və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri vardır. Həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində törənmiş və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. X6 ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində üz sümüklərinin kəllə əsasına keçən və alın sümüyünün orta-təpə tikişinə qədər uzanan sınığı ilə müşayiət olunan baş beyinə və qişalarına qansızma nəticəsində postravmatik ödemin həyati vacib mərkəzləri sıxması olmuşdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Məhkəmə yol-nəqliyyat hadisələri və nəqliyyat vasitəsinin texniki vəziyyətinin təyini ekspertizasının 31 yanvar 2025-ci il tarixli, 8/181-4/101 nömrəli rəyinə əsasən “Mercedes Benz 190” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin (Relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Mercedes Benz 190” markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobili duracaq tormoz sistemi nasaz vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, izah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli Qərarına görə CM-in 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi və həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, hadisə törədilən zaman nəqliyyat vasitəsini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilmiş şəxs və yol hərəkəti qaydalarının qanunvericiliklə müəyyən edilmiş hallarda kobud surətdə pozulmasına görə bu hüququ məhdudlaşdırılmış şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X41 idarəsinin 31 yanvar 2025-ci il tarixli məktubuna əsasən İmişli rayonu Şahverdili kənd sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir və onun adı sürücülük hüquqlarından məhrum olunanların siyahısında yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli, 5 saylı qərarının 15, 16 və 21-ci bəndlərində göstərilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yolnəqliyyat hadisəsindən sonra zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur. («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İV hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Eyni vəziyyətdə sürücü yol-nəqliyyat hadisəsi yerindən qaçmasa da, zərərçəkmiş şəxsi həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduğuna görə ona kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə, onun əməli Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci, yaxud 351-ci maddələri ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə tövsif olunur. Zərərçəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində Cinayət Məcəlləsinin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir. Bu yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərərçəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Məhkəmələr Cinayət Məcəlləsinin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına” dair 29 yanvar 2004-cü il tarixli qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni Cinayət Məcəlləsinin 264-cü maddəsi Cinayət Məcəlləsinin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü tarixli qərarının 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Həmin Plenum qərarının müddəalarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş, həmin cinayətlərin hər biri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs xx xxx 2008-ci il tarixdə doğulmaqla, qeyd edilən cinayəti törədərkən 18 yaşı tamam olmamış, yəni yetkinlik yaşına çatmamışdır. Məhkəmə eyni zamanda CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cəza təyin edərkən onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. İmişli RPŞ-nin 29 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs4la mobil telefon vasitəsilə əlaqə saxladıqdan sonra İmişli RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs İmişli RPŞ-yə gəlməsini könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilib-qiymətləndirilməməsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Xüsusilə vurğulanmalıdır ki, könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Göstərilənlərlə yanaşı, qeyd olunmalıdır ki, könüllülük özüözlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olubolmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırılmış hüquqi mövqedən çıxış edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs4la mobil telefonla danışdıqdan sonra İmişli RPŞ-yə gəlməsi Təqsirləndirilən şəxs hər hansı təzyiq və ya təsir altında olmaqdan sərbəst iradəsi ilə baş tutmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs İmişli RPŞ-yə gəlməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilmməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmamasını CM-nin 59.1.2-ci maddəsinə, hadisədən sonra İmişli RPŞ-yə könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət Qanununun qeyd edilən maddi hüquq normalarının tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə 07 (yeddi) il 06 (altı) aydan artıq müddətə, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il 06 (altı) aydan artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə yanaşı Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə (CMnin 85.5 və 60.1-ci maddəsinin tələbləri gözlənilməklə) məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə CM-nin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.4-cü maddəsində həmçinin göstərilir ki, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, «Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanların cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkmələri müəyyən edilmişdir. Cinayət Qanununun bu tələbi baxımından Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan yəni, 18 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Habelə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin avtomobil duracağında saxlanılan “Mercedes Benz 190” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4, “BMW” **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və İmişli rayon prokurorluğunun saxlanc yerində saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd məktəbli çantası, iki cüt ayaqqabı, bir ədəd gündəlik dəftər, qanabənzər ləkələr, “BMW” və “Mercedes Benz 190” markalı avtomobillərin toqquşması nəticəsində sınaraq yerə tökülən avtomobil hissələri məhv edilməli, o cümlədən ağ rəngdə insan beyininin hissələri, insan çənəsi mərhum X13 valideynlərinin istəyi nəzərə alınmaqla yerli bələdiyyə orqanı tərəfindən dəfn edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan 03 (üç) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.4 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları isə əlavə cəza ilə qismən toplanılmaqla toplanmış əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, 18 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin avtomobil duracağında saxlanılan “Mercedes Benz 190” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs4, “BMW” **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qaytarılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və İmişli rayon prokurorluğunun saxlanc yerində saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş iki ədəd məktəbli çantası, iki cüt ayaqqabı, bir ədəd gündəlik dəftər, qanabənzər ləkələr, “BMW” və “Mercedes Benz 190” markalı avtomobillərin toqquşması nəticəsində sınaraq yerə tökülən avtomobil hissələri məhv edilsin, o cümlədən ağ rəngdə insan beyininin hissələri, insan çənəsi mərhum X13 valideynlərinin istəyi nəzərə alınmaqla yerli bələdiyyə orqanı tərəfindən dəfn edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan 03 (üç) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli