Məhkəmə qərarları › İş №1(099)-424/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-424/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-424/2023 07.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində qeydiyyatda olmaqla tutulanadək həmin ünvanda yaşamış, 24 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 26 fevral 2023-cü il tarixli, 4(049)-75/2023 nömrəli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayında, istintaqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq, bir ədəd bükümdə, külli miqdarda-2,253 qram narkotik vasitə olan heroini əldə edib onu özündə olan elektron tərəzidən istifadə etməklə ayrıayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram, 0,208 qram, 0,152 qram, 0,163 qram, 0,075 qram, 0,165 qram, 0,247 qram, 0,191 qram, 0,081 qram olan on üç ədəd kağız bükümə ayırıb satışını realizə etmək üçün hazır etmiş, həmin on üç ədəd kağız bükümdə olan narkotik vasitə heroin və elektron tərəzini üzərində saxlamaqla daşımış, həmin narkotik vasitədən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram ümumi təmiz çəkisi 0,971 qram olan hissəsini 24 fevral 2023-cü il tarixdə, Lənkəran rayonu, Balıqçılar qəsəbəsində Şahid4 satmış, qalan 08 ədəd bükümü üzərində saxlamaqla daşımış, 24 fevral 2023-cü il tarixdə saat 17:30da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağayev X5 rayonu, Nərimanabad qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq Lənkəran rayonu, Liman şəhəri M.Müşviq küçəsi 28-də yerləşən polis bölməsinin inzibati binasına gətirilmiş, üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, 24 fevral 2023-cü il tarixdə saat 19:20-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 əməkdaşları tərəfindən Lənkəran rayonu, Balıqçılar qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin, sol yan cibindən isə bir ədəd işlək vəziyyətdə, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, 23 fevral 2023-cü il tarixdə arvadı onkoloji xəstə olduğu üçün Bakı şəhərinə onu xəstəxanaya aparmış, 24 fevral 2023-cü il tarixdə yaşadığı Lənkəran rayonu, Balıqçılar qəsəbəsinə qayıtmış və həmin vaxt səhər saatlarında Şahid4 yanına gəlmiş, 4 manat müqabilində 1 qramdan az miqdarda-təxminən 0,5 qram heroini ona satmışdır. 24 fevral 2023cü ildə günorta 01 radələrində evdə yoldaşıyla söhbət edərkən 5-6 nəfər polis əməkdaşı evinə daxil olaraq onu tutub X10 aparmışlar. Polis bölməsində üzərinə 1.72 qram heroin qoymuşlar. İttiham aktında tutulmağıyla bağlı yazılmış hissə yanlışdır. Üzərində olan narkotik vasitəni Bakı şəhərindən klinikada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Elnur da çoxdan narkotik vasitə alüdəçisi olduğu üçün onu tanımışdır. Arvadı xəstə olduğu üçün arada bir narkotik vasitədən istifadə etmişdir. İttiham aktında Elnura 25 manat müqabilində 5 büküm narkotik vasitə verdiyi qeyd olunsa da, bu, tamamilə yanlışdır, Elnur onun qabağına 4 manat pul atıb getmiş, heç Elnurdan pul da istəməmiş, Elnura 4 manat müqabilində 5 büküm heroin satmağı heç də məntiqli və real deyildir. Elnur prokuror və müstəntiqin yanında ondan xırda büküm aldığını bildirmişdir. Hal-hazırda hərbi xidmətdə olan oğlundan başqa heç kimi olmamış, arvadı onkoloji xəstədir və maddi durumu çox aşağı səviyyədə olduğundan narkotik vasitənin satışı ilə məşğul olmaq məcburiyyətində qalmışdır. Ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Bakıdan aldığı narkotik vasitə 1 qram olar-olmazdı, ondan artığın almağa heç pulu da olmamışdır. Üzərində faktiki olaraq 8 xırda bükümdə 0.6 qram narkotik vasitə heroin olmuşdur. Polislər qabağına 1.72 qram narkotik vasitə heroin qoymuşlar. Evində elektron tərəzi olmuş və onu da Bakıdan almışdır. Elnuru əvvəllər dostunun yanında görmüş, kəndə gəlib-getmiş, onun narkotik vasitə qəbul etdiyini bilmiş, Elnura narkotik vasitə verəndə çox pis vəziyyətdə olmuşdur. Elnura 25 manata 5 büküm deyil, 4 manata 1 bükümdə 01 qramdan az 0,5 qram narkotik vasitə satmışdır. Arvadı ximiya ilə yaşayır və ximiyanın vaxtı gələndə yataq xəstəsi olur. Polislər onu ev paltarında, maykada evindən polis bölməsinə aparmışlar, sonra evindən tərəzəni gətirmişlər və üzərinə qoymuşlar, orda həmçinin üzərinə külli miqdarda narkotik vasitəni qoymuşlar, eynəyini verməyərək sənədləri oxutdurmadan, müdafiəçisi olmadan qol çəkdirmişlər və üzərində videoçəkilişlə şəxsi axtarış keçirmişlər. Elan edilmiş DVD diskdə olan videoçəkilişdə dediklərini təzyiq nəticəsində bildirmiş, polislər onu bölmədə döymüşlər. Polis bölməsində döyülməyilə bağlı hər-hansı quruma şikayət etməmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitəni qəsəbəyə yaxın ərazilərdə şəxsiyyəti barədə hər hansı bir məlumata malik olmadığı şəxslərdən almış, 23 fevral 2023-cü il tarixdə xərçəng xəstəsi olan arvadı ilə Bakı şəhərində yerləşən onkoloji xəstəxanada olan zaman bir şəxslə tanış olmuş və həmin şəxsdən 75 manat qarşılığında bir büküm narkotik vasitə heroin almışdır. Həmin şəxsdən heroini almaqda məqsədi Lənkərana qayıdıb həmin bükümdə olan heroini daha xırda bükümlərə bölüb satmaq, bu yolla gəlir əldə edərək həyat yoldaşını müalicə etmək olmuşdur. Bakı şəhərindən bir ədəd elektron tərəzi almışdır ki, həmin bükümləri daha xırda hissələrə bölən zaman narkotik vasitənin çəkisini dəqiq bilsin. 23 fevral 2023-cü il tarixdə Bakı şəhərindən qayıtmışdır. Bir neçə tanış şəxsə narkotik vasitə satdığını və lazım olan zaman sata biləcəyini demişdir. Bakı şəhərində aldığı bükümdə olan heroini açıb elektron tərəzidən istifadə etməklə daha xırda bükümlərə bölməyə başlamışdır. Həmin kütlələri də siqaret qutusunun içərisində olan gümüşü rəngli kağıza bükmüşdür. 24 fevral 2023-cü il tarixdə, səhər saatlarında Balıqçılar qəsəbəsində piyada gəzmiş, bu zaman bir şəxs ona yaxınlaşmış, həmin şəxs adının Elnur olduğunu, Nərimanabad qəsəbəsində yaşadığını, narkotik vasitə aludəçisi olduğunu və onun narkotik vasitə satdığından xəbərdar olduğunu demişdir. Ondan narkotik vasitə satmağını xahiş etmişdir. Onun cibində bükümlərə bölünmüş halda narkotik vasitə heroin olmuş, tərəzi də üzərində olmuşdur. Elnura 25 manat qarşılığında 5 büküm narkotik vasitə heroin vermişdir. Həmin gün axşam saat 19 radələrində qəsəbə ərazisində piyada hərəkətdə olan zaman anidən üç şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Həmin şəxslərdən biri ona bildirmişdir ki, onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə məlumatlar var, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla polis bölməsinə getməlidir. Bölməyə gələndən sonra onu otaqlardan birinə aparmışlar. Polis əməkdaşı ona şübhəli şəxs qismində tutulduğunu demişdir. Müdafiə hüququnun olduğunu bildirərək ona siyahı təqdim etmiş və müdafiəçi seçməyini istəmişdir. Bəhrəm Muxtarov adlı vəkili seçmişdir. Vəkil bölməyə dəvət edilmiş, sonra küçədə ona yaxınlaşan əməkdaşların, həmçinin vəkilin iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Polis əməkdaşı ona üzərində qanunsuz predmet olduğu halda öz xoşu ilə təqdim etməyini təklif etmişdir. Şalvarının sağ yan cibindən 8 ədəd heroin bükümünü, sol yan cibindən isə elektron tərəzini çıxarıb təqdim etmişdir. 8 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,79 qram olmuşdur. Üzərində aşkar edilmiş narkotik vasitə heroinin bir hissəsindən istifadə etmiş, bir hissəsini də Elnur adlı şəxsə satmışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla və evdə axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polis əməkdaşları 1.72 qram narkotik vasitə heroin və evindən elektron tərəzini gətirərək üzərinə qoymuşlar, Elnura 25 manata 5 büküm deyil, 4 manata 1 bükümdə 0,5 qram narkotik vasitə heroin satmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu, döyüldüyü üçün o, üzərindən aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində heroin və elektron tərəzi aşkar olunmamışdır. Ona verilmiş ittiham üzrə özünü qismən, yəni narkotik vasitədən istifadə etdiyi və Elnura 0,5 qram narkotik vasitə heroin satdığı üçün təqsirli bilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində narkotik vasitə və elektron tərəzi olmadığını, aşkar olunan narkotik vasitə və elektron tərəzinin polislərin üzərinə qoyduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğunu, döydüklərini, üzərindən-cibindən çıxan narkotik vasitə və elektron tərəzinin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə narkotik vasitə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polislər işgəncə verdikdən sonra bildirdiyini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Şahid4 24 fevral 2023-cü il tarixdə saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş və üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüş, Şahid4 həmin narkotik vasitəni Lənkəran rayonu, Balıqçılar qəsəbəsində Elçin adlı şəxsdən aldığını bildirmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində adı qeyd edilən şəxsin Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Elçinin ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün bölmə rəhbərliyinə raportla müraciət etmiş və əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində ondan başqa polis nəfərləri Şahid2 və Şahid3 də olmuşdur. 24 fevral 2023-cü il tarixdə saat 19 radələrində rəhbərliyi altında Lənkəran rayonu, Balıqçılar qəsəbəsinə çıxıb müşahidələr aparmağa başlamışlar. Məqsədləri həmin qəsəbədə yaşayan Elçini aşkar etmək olmuşdur. İlk olaraq Elçini aşkar edən özü olmuş, qısa bir müddət sonra Elçinə yaxınlaşmışlar. Özlərini polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər, Elçinə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə şöbəyə gəlməli olduğunu demişdir. Çünki ətrafda insanların intensiv hərəkəti olduğundan orada şəxsi axtarış həyata keçirilməsi mümkünsüz olmuşdur. Elçin onlarla razılaşmış və yolda sonuncunu nəzarətdə saxlayaraq bölmənin inzibati binasına gəlmişlər. Bölmədə araşdırmanın davam etdirilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Mircan Quliyevə yaxınlaşmışlar. X7 Elçin tərəfindən seçilən müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili olan Bəhrəm Muxtarov şöbəyə dəvət edilmişdir. Daha sonra videoçəkiliş müşayiəti ilə üzərində şəxsi axtarış həyata keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl təhqiqatçı Elçinə üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif etmişdir. Elçin əynində olan şalvarın sağ yan cibindən səkkiz ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm, sol yan cibindən isə bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən Elçin üzərində şəxsi axtarış həyata keçirilmiş, nəticədə hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Elçin həmin bükümlərdə narkotik vasitə heroin olduğunu, həmin kütlələri Bakı şəhərində aldığını və 24 fevral 2023-cü il tarixdə Elnur adlı şəxsə bir büküm satdığını demişdir. Həmin bükümlər elektron tərəzidə çəkilən zaman ümumi çəkisi 1,79 qram olmuşdur. Həmin bükümlər ekspertizaya göndərilməsi məqsədilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin X8 polis nəfərləri Şahid2 və Şahid3 ifadələrində Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Lənkəran Rayon Məhkəməsindən daxil olmuş 02 iyun 2023-cü il tarixli, xx/xx-2023 nömrəli məktubda göstərilmişdir ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Lənkəran Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Şahid4 heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyinə və məhkəmədən gizləndiyinə görə məhkəmənin 31 may 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 319.3-cü maddəsinə əsasən onun axtarışı elan edilmiş, eyni zamanda, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri ilə əvəz edlmiş, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək dayandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Lənkəran ŞRPŞ X8 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Nərimanabad qəsəbə sakini Şahid4 24 fevral 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonu, Nərimanabad qəsəbəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilməsi, inzibati binada barəsində şəxsi axtarış keçirilən zaman üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin aşkar edilib qablaşdırılaraq götürülməsi, Şahid4 şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümləri Lənkəran rayonu, Balıqçılar qəsəbəsində Elçin adlı şəxsdən aldığını bildirməsi, əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Lənkəran rayonu, Balıqçılar qəsəbəsində hərəkətdə olan zaman saxlanılaraq polis bölməsinə gətirilməsi və üzərində şəxsi axtarış keçirilən zaman üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi faktı əsasında Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində toplanmış ilkin araşdırma materialları əsasında 25 fevral 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə cinayət işi başlanmışdır. (i.v. 1-87) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Şahid4 üzərindən ilkin çəkisi 1,16 qram olan beş ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüş, Şahid4 narkotik vasitənin ona məxsus olmasını və həmin narkotik vasitəni Elçin adlı şəxsdən almasını etiraf etmişdir. (i.v. 30-31) -«məhkəmə-kimyəvi ekspertizası»nın 25 fevral 2023-cü il tarixli 19/230 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şahid4 üzərindən aşkar edilmiş 5 ədəd büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 5 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram ümumi təmiz çəkisi 0,971 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 42-45) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 24 fevral 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 56) - «şəxsi axtarış və götürmə aparılması haqqında» 24 fevral 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ilkin çəkisi 1,79 qram olan səkkiz ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını və həmin narkotik vasitədən Elnur adlı şəxsə satmasını etiraf etmişdir. (i.v. 72-73) -«məhkəmə-kimyəvi ekspertizası»nın 25 fevral 2023-cü il tarixli 19/231 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8 ədəd büküm.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 8 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,208 qram, 0,152 qram, 0,163 qram, 0,075 qram, 0,165 qram, 0,247 qram, 0,191 qram, 0,081 qram, ümumi təmiz çəkisi 1,282 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində «1 ədəd elektron tərəzi.....» sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. (i.v. 84-87) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Şahid4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, 26 fevral 2023-cü il tarixdə barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs seçilməsi üçün təqdimatla müraciət edilsə də təqdimat təmin edilməmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 100-101, 137) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, 26 fevral 2023-cü il tarixdə barəsində Lənkəran Rayon Məhkəməsinin 4(049)-75/2023 nömrəli qərarı 3 (üç) ay müddətində, yəni 24 may 2023-cü il tarixədək olan müddətdə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 111-112, 134-136) «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 27 fevral 2023-cü il tarixli 231 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 139) -«məhkəmə-tibbi ekspertizası»nın 27 fevral 2023-cü il tarixli, 192 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (i.v. 141-142) -«məhkəmə-kimyəvi ekspertizası»nın 13 mart 2023-cü il tarixli, 19/241 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərlərində «Şahid4 məxsus 5 büküm heroinlər Rəy№ 19/230.....» və «Təqsirləndirilən şəxs məxsus 8 büküm heroinlər və elektron tərəzi Rəy№ 19/231.....» sözlər və imzalar olan 2 ədəd zərfdəki, ümumi sayı 13 büküm olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. (i.v. 167-169) - Lənkəran Şəhər Psixatriya Xəstəxanasının təqdim etdiyi 28 mart 2023-cü il tarixli, 512 nömrəli arayışdan görünür ki, Cəfərov X6 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. (i.v. 186) - «əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında» 07 aprel 2023cü il tarixli qərardan görünür ki, Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 0,721 qram qalığı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin 1,072 qram qalığı, bir ədəd elektron tərəzi, Şahid4 və Təqsirləndirilən şəxs üzərində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətini özündə əks etdirən 02 (iki) ədəd DVD disk maddi sübut qismində tanınmışdır. (i.v. 187-188) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 196-198) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 15 aprel 2023cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Şahid4 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 200-201) - «Lənkəran ŞRPŞ-nin 18 aprel 2023-cü il tarixli raportla əməliyyat tapşırığına verilmiş cavab»dan görünür ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitə heroini istifadə məqsədilə Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı müəyyən edilmiş, lakin onun əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Lənkəran rayonu, Balıqçılar qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasiə heroini satış məqsədilə, elektron tərəzini isə həmin narkotik vasitəni daha xırda bükümlərə bölüb satışını realizə etmək məqsədilə əldə edib saxlayaraq daşıdığı və 24 fevral 2023-cü il tarixdə satış üçün əldə etdiyi narkotik vasitə heroinin bir hissəsini Şahid4 satması müəyyən edilmişdir. (i.v. 211) -«təqsirləndirilən şəxs qismində cəlb etməklə yeni məzmunlu ittiham elan etmə haqqında» 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunlu ittiham elan edilmişdir. (i.v. 213-214) -«cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 20 aprel 2023cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin əldə edildiyi mənbəni müəyyənləşdirmək üçün şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslər barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 232-233) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş narkotik vasitənin və elektron tərəzinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, aşkar edilmiş heroinin eyni tərkibli olması ilə, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən heroin narkotik vasitə, metamfetamin isə psixotrop maddə hesab edilir. Həmin “Siyahılar”da İ Siyahının 5-ci bəndinə əsasən heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi isə 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-2,253 qram narkotik vasitə olan heroini əldə edib elektron tərəzidən istifadə etməklə ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram, 0,208 qram, 0,152 qram, 0,163 qram, 0,075 qram, 0,165 qram, 0,247 qram, 0,191 qram, 0,081 qram olan on üç ədəd kağız bükümə ayırıb satışını realizə etmək üçün hazır etməsi, həmin narkotik vasitə heroini və elektron tərəzini üzərində saxlamaqla daşımış, narkotik vasitədən 05 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,162 qram, 0,203 qram, 0,227 qram, 0,171 qram, 0,208 qram ümumi təmiz çəkisi 0,971 qram olan hissəsini Şahid4 satması, qalan 08 ədəd bükümü üzərində saxlamaqla daşıması, üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən qeyd edilən çəkidə və bükümdə narkotik vasitə heroin, sol yan cibindən isə bir ədəd işlək vəziyyətdə, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilməsi onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onun qeyd edilən kütlələri satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması və Şahid4 narkotik vasitə heroin satması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrində, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə bildirdiklərinin iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq olunduğu, onu döydüklərini, üzərindən-cibindən çıxan narkotik vasitənin və elektron tərəzinin ona məxsus olduğunu deməyini tələb etdiklərini, polislər tərəfindən zorla üzərinə qoyulduğunu, üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişdə dediyi xüsusatları polis əməkdaşları tərəfindən döyüldüyü üçün deməsi barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Cinayət-Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis bölməsində döyülməyilə bağlı hər-hansı quruma şikayət etmədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 27 fevral 2023-cü il tarixli, 192 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsində qeyd etdiyi xüsusatların yoxlanılması ilə əlaqədar, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından «Tibbi Kitabçası» nın surəti tələb edilib cinayət işinin materiallarına əlavə edilmiş, «Tibbi Kitabçası»ya baxış keçirən zaman, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olduqda üzərində aparılan tibbi yoxlama zamanı, onun bədəni üzərində «sağ körpücük sümüyü nahiyəsində, hər iki baldır nahiyəsində çapıq» kimi xəsarətlərin aşkar olunduğu müəyyən olunmuş, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonrakı dövrlərdə, ona qarşı Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən işgəncə verilməsi, döyülməsi və zor tətbiq edilməsi xüsusatı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb-aparılmaması barədə verilmiş sorğuya alınmış 02 iyun 2023-cü il tarixli, 345 xid-23 nömrəli cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin ibtidai istintaqının aparıldığı müddət ərzində onun saxlanılarkən, polis şöbəsinə aparılarkən və sonrakı dövrdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə və digər qanunsuzluqlara məruz qalması ilə bağlı Lənkəran Rayon Prokurorluğuna müraciət daxil olmamış və həmin xüsusatlar üzrə araşdırma aparılmamışdır. Şərh olunanlardan göründüyü kimi ibtidai istintaq dövründə təqsirləndirən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməyi, ona təzyiqlər edilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. Lənkəran Rayon Məhkəməsinin 26 fevral 2023-cü il tarixli, 4(049)-75/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında Lənkəran rayonu, Nərimanabad qəsəbəsində arvadı ilə birlikdə yaşadığını, arvadı xərçəng xəstəliyindən əziyyət çəkdiyini, buna görə də arvadını Bakı şəhərində yerləşən onkoloji xəstəxanaya aparmış və orada tanış olduğu tanımadığı şəxsdən 75 manata bir büküm heroin almışdır ki, onu xırda bükümlərə bölüm satmaqla əldə etdiyi pula arvadını müalicə etdirsin, buna görə də elektron tərəzi almışdır ki, bükümləri xırda hissələrə bölsün. Bükümü böldükdən sonra bir hissəsini özü istifadə etmiş, bir hissəsini Elnur adlı şəxsə satmış, qalanı da üstündə olmuşdur. Polis əməkdaşları tərəfindən ona hər hansı psixi və ya fiziki təzyiq və təsirlər olmamışdır. Əməlindən peşmandır, arvadının xəstə olmasını nəzərə alaraq barəsində həbslə əlaqədər olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” 24 fevral 2023-cüi il tarixli protokol, həmin protokola əlavə edilmiş videoçəkliş, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, materialların məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 190). -Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Balıqçılar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 mart 2023-ci il tarixli, 12-27/106 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlər görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, az yaşlı uşağı yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v. 177-178) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 fevral 2023-ci il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 26 fevral 2023-cü il tarixli, 4(049)-75/2023 nömrəl qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın 27 fevral 2023-cü il tarixli 231 nömrəli rəyini nəzərə alınaraq Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 130 (yüz otuz) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,072 qram təşkil edən heroin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 24 fevral 2023-cü il tarixdən hesablansın. Lənkəran Rayon Məhkəməsinin 26 fevral 2023-cü il tarixli, 4(049)-75/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 1,072 qram təşkil edən heroin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar