Məhkəmə qərarları › İş №1(099)-424/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-424/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-424/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X34, dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, baş ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə İmişli rayonu, Yalavac kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, İİİ dərəcəli əlilliyi olan, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla yaşamış, 25 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, İmişli Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli, 4(036)-36/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının ortalarında gəlir əldə etmək məqsədilə tanışı X35 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib, yetişdirməklə kultivasiya edib qanunsuz olaraq satışını həyata keçirmək barədə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Tural Səfərovun verdiyi çətənə toxumlarının 168 (bir yüz altımış səkkiz) ədədini yaşadığı İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, bir ədəd dibçəkdə iki ədəd, qalan dörd dibçəkdə hər birində 1 ədəd olmaqla beş ədəd dibçəkdə cəmi 6 (altı) ədəd, ümumilikdə 174 (bir yüz yetmiş dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 25 may 2023-cü il tarixdə saat 13:06-da İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İmişli rayonu, Yalavac kəndində yerləşən evin həyətyanı sahəsinə və oradakı yardımçı tikiliyə baxış keçirilərkən, həyətyanı sahədən 168 (bir yüz altımış səkkiz) ədəd, yardımçı tikilidən beş ədəd dibçəkdə, onlardan birində 2 (iki) ədəd, digərlərində 1 (bir) ədəd olmaqla 6 (altı) ədəd, ümumilikdə isə külli miqdarda 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7700,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməmiş, Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, heç vaxt belə bir iş görməmiş, ilk dəfədir ki, narkotik tərkibli çətənə bitkiləri əkmişdir. Tural adlı oğlan toxumu ona verərək, “sənə hər şeyi başa salaram, hər şey mənlikdi” demişdir. Toxumları gətirib əkmiş, toxumlar yetişdikdən sonra qapısı döyülmüş, həmin vaxtı polis əməkdaşları gəlib onu tutmuşlar. Polis əməkdaşları onu 24 may 2023-cü il tarixdə tutmuşlar, 25 may 2023-cü il tarixdə qeydiyyata almışlar. Tural toxumları ona 2023-cü ilin mart ayında vermişdir. Evindən polis əməkdaşları tərəfindən çıxarılmış 2 kq qurudulmuş marixuana ona aid olmamış, polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülmüşdür. Smslərin heç birindən xəbəri olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, smslərdən məlumatı olmamış, onun adına çox nömrə olmuşdur. Adını düzgün şəkildə belə yaza bilməmiş, polis əməkdaşlarına, “kim sms yazıbsa gətirin üzləşdirin” demişdir. Yazılan smslərin heç birindən xəbəri olmamışdır. Yaşadığı həyətdə narkotik tərkibli çətənə bitkiləri əkmiş, ancaq onda qurudulmuş marixuana olmamışdır. Narkotik bitkilərinin toxumlarını verən Tural “ək qalanı mənlikdi” demiş, daha bilməmişdir ki, Tural bitkiləri satacaqdı ya yox. 2 kiloqram qurudulmuş marixuananı yarımtikiliyə kimin qoyduğunu bilməmiş, onda qurudulmuş marixuana olmamışdır. 24 may 2023-cü il tarixdə tutulan gün evinə baxış keçirmişlər. 2 kiloqram marixuananı polis şöbəsində ona təqdim etmişlər. Evə bir dəfə baxış keçirmişlər. 2 kiloqram narkotik vasitə qurudulmuş marixuananı şöbədə qabağına qoyaraq çəkiliş aparmışlar. Ləyəndə olan yarpaqlar yararsız olduğu üçün onları atacaqdı, onlar istifadə olunmayan yarpaqlar olmuş, qara sellofanda olan bağlamanı polislər özləri qoyaraq götürmüşlər, qara sellofandan xəbəri olmamışdır. Yarpaqlar istifadə olunmayan yarpaqlar olub. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, o, Cinayət Məcəlləsinin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailədə altı nəfər şəxs yaşayır. Ailə üzvləri o, atası Şahid7, anası X27, həyat yoldaşı Şahid8, böyük övladı 2008-ci il təvəllüdlü X22 və oğlu 2011-ci il təvəllüdlü X8 ibarətdir. O, İmişli rayonu Yalavac kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində müxtəlif göyərti məhsulları yetişdirib İmişli şəhəri, Q.İsmayılzadə küçəsində yerləşən İmişli rayon bazarında ayrı-ayrı şəxslərə satır. X35 ilə 2023-cü ilin fevral ayının sonlarında qohumlarının birinin yas mərasimində görüşmüş, Tural belə bir məsləhət (məsələ) olduğunu demişdir. O, nə məsələ olduğunu soruşanda Tural özündə bir qədər çətənə kolunun toxumları olduğunu, lakin bina evində yaşadığını və torpaq sahəsinin olmadığını demişdir. Tural ona həyətyanı sahəsində həmin toxumları əkməyi, sonda isə özü yığıb satacağını demişdir. Tural ona buradan əldə etdiyi gəlirdən pay da verəcəyini bildirmiş, o da razı olmuşdur. Bundan sonra o, əvvəlki ifadəsində qeyd etdiyi formada Tural ilə görüşüb toxumları əkmişdir. Toxumları əkəndə Tural da yanıda olmuşdur. 2023-cü ilin mart ayının ortalarında ona məxsus həyətyanı sahədə həmin çətənə bitkisinin toxumlarını Tural ilə birlikdə əkməyə başlamışdır. O, Turala bel gətirib torpağı qazmağı təklif etsə də sonuncu belə ehtiyac olmadığını, bıçağın ucu ilə torpağı eşib oraya toxumu yerləşdirməyin kifayət olduğunu demişdir. Evdən gedib mətbəx bıçağı gətirmiş və həm bıçaqla, həm də bel ilə torpağı eşib hər oyuğa iki ədəd çətənə kolunun toxumlarını basdırdıqlarını bildirmişdir. Beş-altı toxum birlikdə əkəndən sonra onun bilmədiyi nömrədən Turala zəng gəlmiş və kiminləsə danışmışdır. Sonra təcili getməli olduğunu deyib, ona öyrətdiyi qaydada əkməyə davam etmişdir. Sonda isə kibrit qutusunda beş-altı ədəd artıq toxum qalmış, həmin toxumları nə edəcəyi barədə Turala zəng edib soruşmuş, zibilə atmağı desə də Tural kiçik yağ qablarının həm ətrafını, həm də altından xırda dəliklər açıb toxumları oraya basdırmağı demişdir. O, tullantıdan beş ədəd yağ qabı tapıb ətrafında və altında kiçik dəliklər açmış və içərisini torpaqla doldurub toxumları oraya basdırmışdır. Bununla da əkini bitirmişdir. Bitirəndən sonra yenidən Turala zəng edib əkini bitirdiyini bildirmişdir. Əkini əkdikdən təxminən bir ay yarım sonra, yəni 2023-cü ilin aprel ayının sonlarında günorta saatlarında Tural onlara gəlmiş və əkinə baxmışdır. Həmin vaxtı kollar artıq yetişmiş və bir qədər də boy atmışdır. Tural kollara birbir baxıb hələ yığım vaxtı olmadığını, vaxta bir qədər qaldığını, sadəcə onun su verməyini demişdir. Bir qədər də böyüdükdən sonra məhsul yığımının vaxtı olacağını sonda isə özü yığacağını və onluq heç bir işin olmadığını bildirmişdir. Tural Süleymanovun ona çətənə kollarının diblərinin boşaldılması, yaxud peyin və ya digər bitkinin inkişafı üçün lazımlı olan dərmanların verilməsi ilə bağlı hər hansı məsləhət, göstəriş verməsi ilə bağlı qeyd etmişdir ki, bu barədə ona heç nə deməmişdir. Tural sadəcə kolları sulamağını demiş, sonda isə onunla pul söhbəti etməsə də “axırda yaxşı olacağını” demişdir. O, Turalın bir dəfə narkotikə görə məhkum olunduğunu bilmişdir. Tural onu yoldan çıxarmış, çünki, kolların boyunun balaca olacağını və heç kim görməyəcəyini demişdir. Qalınlıq yerə, ağacların arasına əkərsə heç kim bilməyəcəkdir. Sonda isə hər şey yaxşı olacaqdır. O da Turalın bu sözlərinə uyub bu işə getmişdir. Onun belə işlərlə əlaqəsi olmamışdır. Telefon danışıqları ilə bağlı əlavə dindirmə zamanı qeyd etmişdir ki, 23 iyun 2021-ci il tarixdə, saat 02:39:48-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Yetim pati yari cet isteyen yoxdu doburda verem bax yoxla gotur menda 2 qiram var pul vermelyem nolar komey elda ozda adeli verecem” məzmununda mesaj mətnini xatırlamır və nə vaxt gəlməsi, kimin yazması barədə də heç bir məlumatı olmamışdır. 24 iyun 2021-ci il tarixdə saat 23:50:57-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Bawun gedib senin meni blok etmisen cindir ac blokdan”, 26 iyun 2021-ci il tarixdə saat 15:16:38-də “Adam kiwi olar e bu ne qehbelik dir edirsen ferhad”, 12 iyul 2021-ci il tarixdə saat 18:55:00-da “Senin a.....a ver..... mene borc olar a...m...q s....m seni hele menim danimca soyduyve gore seni p...r cixaracam” məzmununda qeyri etik ifadələrdən ibarət sms mətni göndərilməsi, 24 iyul 2021-ci il tarixdə saat 21:27:47-də ***-***-**-** saylı nömrədən ***-***- **-** saylı nömrəyə “Ay azarvi cekim nolar pul mendedi tez xeber et” məzmununda sms mətni göndərilməsi, ***-***-**-** saylı nömrənin isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 10-da qeydiyyatda olan X28 adına qeydiyyata alınması, üstəlik də onun adını çəkməsi ilə bağlı qeyd etmişdir ki, həmin mesajı və adı çəkilən şəxsi xatırlamır. Onun adını da nə üçün çəkməsini bilmir. O, bu adda adam tanımır. 22 iyul 2021ci il tarixdə saat 23:20:16-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Farhat yarı ıseyen burdadı men dedıyım kı ele tez menı yıg”, həmin gün saat 23:23:30-da “Tez gel paya yarı getır uwag gozdayı yıg menı”, 23 iyul 2021-ci il tarixdə saat 15:04:06-da “Ferhat menem vusal.sen mene dedın kı 5degeya xeber edırem.gel hormetsızlık etmeyek bir bırmıze.10manatı zeng vurun getırın cadırın mene” məzmununda sms mətnləri ilə bağlı qeyd etmişdir ki, onun adını çəkirsə, deməli ona müraciət etdiyini bildirmişdir. Amma həmin mesajı və orada adı çəkilən Vüsal adlı şəxsi tanımır. Həm də yadına sala bilmir. Həm də onun adına olan nömrələrin əksəriyyətini bazarda işlədiyi vaxtlarda müxtəlif adamlara ya satmışdır, ya da istifadə üçün vermişdir. Amma o, hazırda həmin şəxsləri tanımır, yadına sala bilmir. O, adının çəkilməsi ilə bağlı narkotik vasitə satışı ilə məşğul olmadığını bildirmişdir. 25 iyul 2021-ci il tarixdə saat 16:14:04-də ***-***-**-** saylı nömrədən ***-***-**- ** saylı nömrəyə “He yox de bilki 15 05 ele” məzmununda sms mətni göndərilməsi, ***-***- **-** saylı nömrənin İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan X13 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin mesaj mətnlərini xatırlamır. X17 isə tanımır. Həmin şəxslə onun heç bir əlaqəsi olmamışdır. Onu tanıyan şəxslərin də telefondan anlayışı olmadığını, mesaj yaza bilmədiyini bilirlər. Sadəcə zəng edib və zəng qəbul etməyi bacarır. 26 iyul 2021-ci il tarixdə saat 23:17:48-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Ferhat gor ne alınır olurem bır wey ele”, 27 iyul 2021-ci il tarixdə saat 23:32:03-də “Camahat pulunu mendadı oda orda ozunu cırır neyneyım men bele olmaz ağı” məzmununda sms mətni göndərilməsi ilə bağlı bildirmişdir ki, o, həmin nömrəni və nömrənin sahibini tanımır. O, mesaj yaza bilmir və ya ona gələn mesajı da açıb oxuya bilmir. Həmin mesaj ona kimdən və nə vaxt gəlmişdir, bunu bilmir. Adının çəkilməsini də aydınlıq gətirə bilmir. O, heç vaxt belə işlərlə məşğul olmamışdır. 29 iyul 2021-ci il tarixdə saat 21:00:00-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Azarun ureyime gelsin meni bu veziyetden cixar qehbe quhbeye aqiz aciram hormetinden cixacam” məzmununda sms mətni göndərilməsi, 07 avqust 2021-ci il tarixdə saat 23:04:38-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Ade bu burda ozun oldurur e aqridan gelir evinize vallah” məzmununda sms mətni göndərilməsi, ***-***-**-** saylı nömrə isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 10-da qeydiyyatda olan X28 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin şəxsi tanımır və mesajı da xatırlamır. Onun belə bir şəxslə əlaqəsi olmamış, yaxud adı çəkilən şəxsin adına qeydiyyata alınmış nömrəni başqasının istifadə etməsini bildirmişdir. O, narkotik işi ilə məşğul olmamışdır. Həmin mesajı da onun adına olan nömrəni işlətməsi üçün verdiyi hər hansı şəxslərdən birinə gəlməsini yəqin etmişdir. Kimə nömrəsini verdiyini isə xatırlamır. Nömrəsini verdiyi şəxs özü də həmin nömrəni başqasına verməsini, bazarda işlədiyi vaxtlarda belə halların çox olmasını bildirmişdir. 29 iyul 2021-ci il tarixdə saat 21:41:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Salam aleykum qaqash seni hozduturuk seherden gelrsen yoxsa yox? Muraddi”, həmin gün saat 21:45:20də “Qaqash biz gedek qalaq? Zehmet olmasa bir cavab yaz bilek gadan alaram” məzmununda sms mətnləri göndərilməsi ilə bağlı bildirmişdir ki, o, nə Murad adlı şəxsi, nə də belə bir mesajı xatırlamır. Onun belə bir işləri olmamışdır. Mesajları isə qeyd etdiyi kimi nə açıb oxuya bilir, nə də yaza bilir. 03 avqust 2021-ci il tarixdə saat 22:05:04-də ***-***-**- ** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “1 baw ğeweg ot tap patıl barte edak” məzmununda sms mətni göndərilməsi ilə bağlı bildirmişdir ki, o, bu nömrəni və nömrənin sahibini tanımır. Belə bir mesajı da ümumiyyətlə görməmişdir. ***-***-**-** saylı nömrənin onun adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, onun adında çoxlu nömrənin olmasını bildirmişdir. 16 sentyabr 2021-ci il tarixdə saat 23:42:17-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “CİNDİR OLMA CAMATA SOZ VERMİSEM”, 19 sentyabr 2021-ci il tarixdə saat 15:08:52-də “KİSİLİYİN OLSUN PULU VER” məzmununda sms mətnləri göndərilməsi, ***-***-**-** saylı nömrə İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 5 ünvanında qeydiyyatda olan X9 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, elə bir adda şəxs tanımır. Mesajı isə ümumiyyətlə xatırlamır. Bir sözlə onun telefondan anlayışı olmadığı üçün bu mesaj mətnlərini də oxuya bilməmişdir. 04 oktyabr 2021-ci il tarixdə saat 00:20:13-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Elcn yanmda idi znt verdim dedim azadnan berilere kcmiyesen bir iki tustu vererdiz mene” məzmununda sms mətni göndərilməsi, ***-***-**-** saylı nömrə İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 1, mənzil 5 ünvanında qeydiyyatda olan X10 adına qeydiyyata alınması ilə bağlı qeyd etmişdir ki, o, təbii bitki olan marixuana istifadə etmişdir. Həm də çox istifadə etmişdir. “Nəşəni” siqaret əvəzi çəkmişdir. Lakin digər narkotik vasitələrdən istifadə etməmiş və ya satışı ilə məşğul olmamışdır. Bu onun fiziki görünüşündən də bəlli olur. O, ancaq təbii bitki olan marixuana istifadə etmişdir. Həmin marixuananı isə heç kimdən almamışdır. Özü əkib, özü də istifadə etmişdir. Onun istifadə etdiyini isə çox az adam bilmişdir. Heç ailə üzvləri də bilməmişdir. Rayona ara-bir gələn qonaqları, ya da tanışları olanda birlikdə də istifadə etmişdir. 16 oktyabr 2021-ci il tarixdə saat 01:53:47-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqas senden xeber gozleyırem men ne oldu” məzmununda sms mətni göndərilməsi, ***-***-**-** saylı nömrə İmişli şəhəri Koroğlu küçəsi ev 43 ünvanında qeydiyyatda olan X3 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin şəxsi tanımır. Belə bir adda tanışı da olmamışdır. Mesajla bağlı isə heç bir fikri olmamışdır. ***-***-**-** saylı nömrə sizin adınıza qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, onun adına qeydiyyata alınmış və onun tərəfindən də istifadə edilmişdir. 01 noyabr 2021-ci il tarixdə saat 14:26:27-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Acda bu poxu adamin niye ureyin partadirsan eee sen bu nede eliyirsen meni bu veziuetde saxlamisan”, həmin gün saat 15:31:02-də “Yaxşi nolar ki 5manat idi pilim gerey bu veziyetde saxliyardun da hee yaxşi olsun” məzmununda sms mətnləri göndərilməsi, ***-***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, nömrənin sahibi olan həmin qadını tanımır. Həmin qadının adına qeydiyyata alınması, amma başqa şəxs tərəfindən istifadə edilməsini bildirmişdir. Həm də onun Kürdəmir rayonundan tanışı olmamışdır. Bu mesaj mətnində söhbətin nədən getdiyini bilmir, çünki mesajı açıb oxuya bilmir deyə hazırda xatırlaya bilmir. Amma o, heç kimə narkotiki satmamışdır. Çox az sayda tanışı ya qonaqları ilə yeyib içdikdən sonra marixuana istifadə etsə də bu vasitəni heç kimə satmamışdır. ***-***-**-** saylı nömrə onun adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin nömrəni xatırlamır. 27 fevral 2022ci il tarixdə saat 17:13:08-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Yetim taksi eli di demişem borcu var onu almaga gedirem ele qapin agzinda dur bilinmesin deyersen saba verecem deqiq” məzmununda sms mətni göndərilməsi, ***-***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin nömrəni və ya nömrəni işlədən şəxsi tanımır. ***-***- **-** saylı onun adına qeydiyyata alınan nömrəni də xatırlamır. 26 noyabr 2021-ci il tarixdə saat 14:52:52-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Colde seni gozleyirem” məzmununda sms mətni göndərilməsi, ***-***-**-** saylı nömrənin İmişli şəhəri Koroğlu küçəsi ev 43 ünvanında qeydiyyatda olan X3 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin adı çəkilən şəxsi və nömrəni tanımır. Onun belə bir şəxslə əlaqəsi olmamışdır. 27 noyabr 2021-ci il tarixdə saat 10:14:23-də ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə “Get burda seni gorse tutacag temani”, 21 dekabr 2021-ci il tarixdə saat 13:28:06-da “Ala sen nece oglansan aa varyoxuna nehlet senen gozlemezdim” məzmununda sms mətnləri göndərilməsi, 24 yanvar 2022-ci il tarixdə saat 15:22:04-də ***- ***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “7 8 manatdan otru her şeyunu soydurdun de deyirem hrr sen nr qehbe uşagsan aa sozum yoxdu sene”, 28 yanvar 2022ci il tarixdə saat 10:34:58-də “Ac telfonu sen ol veziyet pisdi el at mene” məzmununda mesajlar göndərilməsi, ***-***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, onun belə bir tanışı olmamışdır. 24 dekabr 2021-ci il tarixdə saat 04:02:47-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Men qalmiwam yolda sen menimle mirtlawirsan cox saqol”, 24 dekabr 2021-ci il tarixdə saat 05:17:33-də “He yox de da seni gozdeyirem soyuqdan olurem sen balavin cani he yox de”, həmin gün saat 05:28:56-da “Bu qehbeliydir bu vijdansizliqdir bu werefsizliydir bawka hecne demirem gorweriy”, həmin gün saat 06:03:42-də “Sen ele bir amciqliq etdin ki, bu mene dusmirdi ay aqziva verim senin haqinda deyilenler duz imiw sikdir” məzmununda qeyri-etik ifadələr yazılmış sms mətnləri göndərilməsi, ***-***-**-** saylı nömrənin İmişli şəhəri Qaradonlu küçəsi ev 2-də qeydiyyatda olan X5 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin şəxsi tanımır. Qadınlarla heç bir münasibəti olmamışdır. Həmin qadının adına qeydiyyata alınan bu nömrəninin başqa şəxs tərəfindən istifadə etməsini bildirmişdir. Amma onun belə bir mesaj mətnləri ilə bağlı heç bir fikri olmamışdır. Onun heç kimlə mübahisəli məsələsi olmamışdır. 04 fevral 2022-ci il tarixdə saat 22:00:43-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “A evan eri yigr ac tez ol”, “Aaa eban emidi ac tez olll” məzmununda mesajlar göndərilməsi, ***-***-**-** saylı nömrə İmişli rayonu Yalavac kəndində qeydiyyatda olan X2 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin qadını deyil, oğlu Vasif adlı şəxsi tanımışdır. Vasif narkotik istifadəçisi olmuşdur. Amma onun həmin şəxslə heç bir əlaqəsi və ya münasibəti olmamışdır. Onun adına olan nömrəni istifadə edən şəxslərdən biri ilə əlaqəsi olmasını bildirmişdir. ***-***-**-** saylı nömrənin də onun adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, həmin nömrəni xatırlamır. 07 mart 2022-ci il tarixdə saat 16:28:32-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “yeke oglansan ayibdi meni pis veziyette qoymusan camatin pulun ver beynimi az xarab ele aibdi menim zaryatqam qutardi tay masinin kireditin at elunen alsalar qaytara bilmiyesen vala men olari firamagdan yoruldum tay merfetin olsun” məzmununda mesaj göndərilməsi, ***-***-**-** saylı nömrə İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 38 ünvanında qeydiyyatda olan X12 adına qeydiyyata alınması ilə bağlı bildirmişdir ki, onun “VAZ 2107” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, həmin Ceyhunun vasitəsilə maşını Bakı şəhərində bir şəxsin adına keçirmiş və 1500 manat kreditə pul götürmüşdür. Həmin pulun ödənişinin iki ayını gecikdirdiyi üçün bu cür mesaj yazmışdır. Mesajları açıb oxuya bilmədiyini qeyd etməsi, amma bu mesajı səslənən kimi xatırlaması ilə bağlı qeyd etmişdir ki, həmin bu mesajı heç oxumamışdır. Amma səslənəndən sonra söhbət ona bəlli olduğu üçün cavab vermişdir. Ceyhunla bu məsələni dəfələrlə telefonda danışmış, Ceyhun onunla telefonda danışandan sonra ona həm də mesaj yazmışdır. X35 ilə birlikdə narkotik tərkibli çətənə bitkilərini əkdiyini, həmin bitkilərin toxumlarının sonuncu tərəfindən ona verilməsini, nə cür əkilməsi və qulluq olunmasını telefonda ona bildirməsini qeyd etməsinə baxmayaraq Tural Səfərovun adına qeydiyyata alınmış telefon nömrələrinin abunəçiləri siyahısında onun adına qeydiyyata alınmış nömrələr arasında hər hansı əlaqənin müəyyən olunmaması, eləcə də əksinə, onun nömrələrinin abunəçiləri siyahısında Tural Səfərovun adına qeydiyyata alınmış nömrələr arasında heç bir əlaqənin müəyyən olunmaması ilə bağlı qeyd etmişdir ki, Tural ona toxumları vermiş, o da əkmişdir. Telefonla bir neçə dəfə əlaqə saxlasa da Tural öz nömrəsi ilə onunla əlaqə saxlamamışdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadələr verərək, törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq olunmadığını və heç bir xəsarəti olmadığını göstərmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapsa da Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 25 may 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ünvanına yaxınlaşmışlar, Təqsirləndirilən şəxs özü onları giriş qapısında qarşılamış, Təqsirləndirilən şəxs izah etdikdən sonra şikayət və tələbinin olmaması ilə bağlı ərizə almışlar və daha sonra Təqsirləndirilən şəxs könüllü həyətində çətənə kollarını əkib becərdiyini etiraf etmişdir. Daha sonra yaşayış evinə və həyətdə olan üstü açıq yarımçıq tikilmiş tikiliyə baxış keçirmişlər. Yaşayış evindən heç nə aşkar olunmamış, lakin həyətdə olan yarım tikililərin birində 5 ədəd dibçəkdə hər birində 2 ədəd olmaqla marixuanaya bənzər bitki aşkar edilmiş, digər tikilinin birində də evin müxtəlif əşyaları olduğu yerdə qara sellofanda qurudulmuş marixuana aşkar edilərək tərəflərindən götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, narkotik vasitənin qablaşdırılması onun işi deyil, ona təhqiqatçı nəzarəti edir. Narkotik vasitə qurudulmuş marixuananı hansı polis əməkdaşının götürməsini, hansı polis əməkdaşı tərəfindən hansı avtomobilə qoyularaq polis şöbəsinə aparılmasını xatırlamamışdır. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələri əkib becərməsi ilə bağlı məlumat olmuşdur. “Raport”da Təqsirləndirilən şəxs evində qurudulmuş marixuana olması barədə qeyd edibetmədiyini xatırlamamışdır. Qurudulmuş marixuananın qablaşdırılmasında iştirak edibetmədiyini xatırlamamışdır. Yəqin özü yorğun olduğu üçün, narkotik vasitəni polis şöbəsinə digər polis əməkdaşı aparmışdır. Sellofanın içində qurudulmuş marixuanaya bənzər kütlə olmuşdur. Qurudulmuş marixuananı yerində çəkməmişlər. Dindirilmiş şahid X18 ifadəsində bildirmişdir ki, 25 mart 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyat məlumatı əsasında Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər, onları Təqsirləndirilən şəxs özü qarşılamışdır. Təqsirləndirilən şəxs niyə gəldiklərini bildirdikən sonra Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkdiyini etiraf etmiş və onları çətənə bitkilərini əkdiyi yerə aparıb təqdim etmişdir. Təqsirləndirilən şəxs çətənə biktilərini setka hasarın böyür hissəsində sıra ilə əkilmişdir. Videoçəkilişlə biktiləri çıxarıb əməliyyatçı Şahid1 təqdim etmiş, Şahid1 da bir yerə yığıb təhqiqatçının iştirakı ilə qablaşdırmışlar. Daha sonra həyətdə olan yarım tikililərə baxış keçirən zaman 5 dibçəkdə çətənə bitkilərinin əkildiyi, digər tikiliyə baxanda Şahid1 qara sellofan torba aşkar etmiş, sellofanın içində marixanaya bənzər kütlə olmuşdur. Sellofan torba qablaşdırılmış və götürülmüşdür. Verilən suallara cavab olaraq şahid Qüdrət Poladzadə bildirmişdir ki, qara sellofan torbada olan kütlə qurudulmuş marixuanaya bənzər kütlə olmuşdur. Qara sellofanda olan kütlənin konkret marixuana olub-olmadığını bilə bilməzdi. Qara sellofanı əlinə götürmüşdü ki, təxmini çəkisini deyə bilsin. Qara sellofanda aşkarlanan torba yerində qablaşıdırılmışdır. Sellofan torbanı tərəzidə çəkməmişlər. Təqsirləndirilən şəxs həyətində çətənə kolu əkdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs sellofan torba aşkarlanan zaman etiraz edib-etmədiyini xatırlamamış, yəqin ki, Təqsirləndirilən şəxs etiraz etməmişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 25 mart 2023-cü il tarixdə əməliyyat məlumatı daxil olmuş və hadisə yerinə getmişlər. Əvvəlcədən ona təhkim olunmuş panasonik markalı videokamera ilə hadisə yerinin videoçəkilişini aparmışdır. Həyətə baxış keçirilən zaman həyətdə narkotikə bənzər ağaclar aşkarlanmış, həmin ağaclar yerdən çıxarılıb qablaşdırılmış, daha sonra həyətdə olan yarım tikilidə qurudulmuş marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq Şahid4 bildirmişdir ki, qara sellofanda marixuanaya bənzər kütlə aşkarlanmışdır. Qara sellofanda aşkarlanan kütlənin çəkisini deyə bilməmişdir. Qablaşdırmanın olub-olmadığını görməmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, CAB-ın əməliyyat müvəkkili Şahid1 narkotik vasitələrin əkilib-becərilməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, kömək məqsədi ilə əməliyyatda iştirak etmişdir. Təqsirləndirilən şəxs həyətində 168 ədəd kol bir yerdə aşkar olunmuş, daha sonra yarım tikilidə 6 ədəd bitki də bir yerdə çıxmış və bir də qara sellofanda narkotik vasitə aşkarlanmışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, narkotik vasitələrin qablaşdırılıbqablaşdırlmaması yadında deyildir. Narkotik vasitələrlə bağlı Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Qara sellofan aşkarlananda orada olmuşdur. Həyətdə aşkarlanan bitkilərin dəqiq çətənə bitkisi olduğunu deyə bilməmiş, ancaq bənzədə bilmişdir. Dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Fərhadın narkotik vasitə əkdiyini bilməmiş, arvadı ilə uzun müddət xəstəxanada olmuşlar, Fərhadı aldadıb ona toxum vermişlər. Xəstəxanda 3 aydan çox yatmışlar, rayona gəlməmişlər. Fərhadın narkotik vasitə əkdiyini və əkdiklərinin böyüməsini görməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş ekspert X23 ifadəsində bildirmişdir ki, bu formada olan bitkinin həcminə görə iriliyini və xırdalığını nəzərə alanda çəkisinin hardasa təxminən, 1 kilo yarım və 2 kilo yarım çəkiləri ola bilir, çəkisinin daha az olanı da olur. Videogörüntüdə gördüyü bağlama ekspertizaya gətirilmişdir. Maddi sübut qablaşdırılanda, maddi sübutu sıxıb torbanın içinə qoyurlar və yaxud da maddi sübutu götürəndə, qablaşdırmadan da götürülür. Həcminə görə hər kütlə eyni çəkidə gələ bilməz. Rəy verərkən kütlənin içində yad cismləri ayırırlar. Məhkəmədə gördüyü maddi sübuta müdaxilə olunmayıb, baxış keçirilən maddi sübutu özü qablaşdırmışdır. Verilən suallara cavab olaraq şahid Gülər Novruzova bildirmişdir ki, maddi sübut onlara böyük bir sintetik torbanın içində təqdim edilmiş, torbanın içərisində qurudulmuş marixuana və çətənə kolları olmuşdur. Çətənə kolları ilə qurudulmuş marixuana bir qablaşmanın içərisində olmuşdur. Tətqiqata təqdim olunmuş imzalanan kağızı çətənə kollarını qablaşdırdığı qablaşmanın üzərinə yapışdırmışdır, çünkü hər ikisi bir torbada təqdim olunmuşdur. Maddi sübut onlara gətirilərkən qablaşdırılmış şəkildə olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təhqiqatçı X36 ifadəsində bildirmişdir ki, 2023-cü ilin may ayında əməliyyat məlumatı daxil olmuş və əməkdaşlarla bir yerdə əməliyyat qrupunun üzvü kimi hadisə yerinə getmişlər. Hadisə yerində videogörüntü ilə hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs könüllü şəkildə evin həyətyanı sahəsində əkdiyi 168 ədəd çətənə kollarını göstərəcəyini bildirmiş və onlar gedib Təqsirləndirilən şəxs göstərdiyi yerdə narkotik tərkibli çətənə kollarını aşkar etmişlər, bundan sonra onlar baxışı davam etdirmişlər, həyətdə olan yarım tikiliyə baxış zamanı dibçəkdə 5 ədəd çətənə kolları aşkar edilmiş, daha sonra digər yarım tikilidə torbada qurudulmuş marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq şahid Xətai Savalan bildirmişdir ki, aşkar edilən çətənə kollarını və marixuana bitkisini qablaşdırmışlar, ancaq videogörüntüdə qablaşdırılacaqdır sözün işlətmişdir. Narkotik vasitə tam şəkildə qablaşdırılmış, lakin qablaşdırma videogörüntüyə düşməmişdir. Aşkarlanan bitkilərin tərkibini ekspert təyin edir. Onlar isə həmin bitkiləri bənzədə bilirlər. Ekspertizaya təqdim olunan qurudulmuş marixuana həmin torbada olanlar olmuşdur. Aşkarlanan istər çətənə kolları, istərsə də torbada olan qurudulmuş marixuana tam qablaşdırılıb ekspertizaya təqdim olunmuşdur. Protokol tərtib olunub, imza da özünündür. Bütün aşkarlanan narkotik vasitələr qablaşdırılmış, birkanı müstəntiqə təhvil vermişdir. Narkotik vasitələri bir yerdə və ya ayrıayrı qablaşdırmağını tam xatırlamamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş müstəntiq X29 ifadəsində bildirmişdir ki, baxış protokolunda olan videoçəkilişə baxmışdır. Cinayət işinin materiallarından da görünür ki, hadisə yerinin sənədləşməsində iştirak etməmiş, o da hadisə yerinə videogörüntüdə baxmış, qara sellofan torbanın içərisində olan ot və ya marixuanadı, hər nədirsə onun barəsində təyin olunan məhkəmə bioloji ekspertizasında da iştirak etməmişdir. Şübhəli şəxs tutulduqdan bir gün sonra şübhəli şəxsi, müdafiəçisini, onun barəsində olan materialı qəbul etmişdir. Materiala əlavə edilən ekspert rəyində isə qeyd edilən tərkib və çəki görünür. Maddi sübut ona təqdim edilmişdir. Maddi sübut X21 Mərkəzinin özünün qablaşdırdığı formada təqdim edilmişdir. Qablaşdırma təhqiqatçı tərəfindən həyata keçirilən qablaşdırmadı ki, paketə bükülür üzərinə ağ kağız qoyulur və imzalanır. Ona isə X21 Mərkəzinin özünün qablaşdırdığı bağlama daxil olmuşdur. Təhqiqatçının qablaşdırdığı bağlamanın içərisində olan maddi sübut, X21 Mərkəzində tədqiq olunduqdan sonra yenidən qablaşdırılmışdır. Prosessual hərəkəti həyata keçirən təhqiqatçının etdiyi səhvin yükün o, daşıya bilməz. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, İmişli rayonu, Yalavac kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir ədavəti, düşmənçiliyi, yaxud heç bir münasibəti olmamışdır. 25 may 2023-cü il tarixdə saat 12 radələrində polis əməkdaşları işlədiyi idarəyə gəlib İmişli rayonu Yalavac kəndi ərazisində Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik tərkibli çətənə (kannabis) kollarını əkib-becərməsi ilə bağlı İmişli rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu və həmin məlumatın icrası istiqamətində Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin zəruri olduğu, həmçinin məlumatın doğru olduğu təqdirdə əkilmiş çətənə (kannabis) kollarına aqrotexniki qaydada qulluq edilib-edilmədiyinin müəyyən edilməsi məqsədilə aqrotexnikin iştirakının vacib olduğunu bildirmişdir. O, da həmin tədbirdə iştirak etməyə razılıq verib polis əməkdaşları ilə birlikdə sözügedən ünvana getmişdir. Polis əməkdaşları evin həyətinin giriş qapısından Şahid7 səsləyib çağırmışdır. Onları Şahid7 qarşılamışdır. Polis əməkdaşları özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib yetişdirməsi ilə bağlı məlumat daxil olduğunu, bu səbəbdən də həyətə və həyətdə olan yardımçı tikililərə baxış keçirilməsinin zəruri olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs şifahi söhbət zamanı deyilənlərin doğru olduğunu, həqiqətən də həyətyanı sahəsində çətənə kolları əkib yetişdirməsini könüllü etiraf etmiş və belə olan halda həyətinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Bundan sonra hal şahidlərinin və onun, habelə Təqsirləndirilən şəxs özünün iştirakı və icazəsi ilə birlikdə sonuncunun yaşadığı evin həyətinə daxil olan zaman polis əməkdaşları videoçəkilişdən istifadə etmiş və aparılan bütün tədbirlər videolentə alınmışdır. Həyətə daxil olub orada daş hasarın taxta qapısından keçib, müxtəlif ağaclar və bitkilər olan sahəyə daxil olduqda Təqsirləndirilən şəxs də əli ilə çətənə kollarını bir-bir göstərmişdir. O, çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, sulandığını, tumunun təmizləndiyini və gübrə verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs iştiarakı ilə həmin sahə ilə irəliləyib tor setka çəpərdən digər sahəyə keçdikdə orada da setka çəpərin kənarı ilə çətənə bitkilərinin əkilməsi aşkar olunduqdan sonra polis əməkdaşları çətənə kollarını bir-bir sayları ilə yerdən çıxarmağa başlamışdır. Ümumilikdə polis əməkdaşları müxtəlif boy hündürlüyündə olan 168 (bir yüz altımış səkkiz) ədəd çətənə (kannabis) bitkisini yerdən çıxardıqdan sonra kolları topa formada evin həyətində yığıb və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılacağı bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin içərisinə baxış keçirilsə də evin içərisindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həyətdə olan üstü açıq vəziyyətdə olan yardımçı tikilidən də müxtəlif boy hündürlüyündə olan və dibçəklərdə əkilmiş çətənə (kannabis) kolları aşkar edilmişdir. Beş ədəd dibçəyin birində iki ədəd kol, qalanlarında bir ədəd olmaqla ümumilikdə 06 (altı) ədəd çətənə (kannabis) kolu olmuş, həmin bitkilərə də xüsusi olaraq aqrotexniki qaydada qulluq edilmiş və sulanmışdır. Sonra digər yarım tikilidən bir ədəd qara rəngli sellofan torba aşkar edilmiş və həmin sellofanı açıb içərisində qurudulmuş vəziyyətdə olan narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sonra polis əməkdaşlarından biri digər yarımtikilidən göy rəngli qabın içərisində çətənə bitkisinin yarpaqlarını aşkar etmiş, aşkar edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Təqsirləndirilən şəxs evinin həyətində, aşkar yerdə yerə qoyularaq ümumi şəkildə iştirakçıların qarşısında videogörüntüyə alındıqdan sonra baxış yekunlaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilən çətənə (kannabis) bitkilərinə xüsusi olaraq qulluq edilmiş, suvarılmış və dibləri boşaldılmış, yetişdirilməsi üçün münbit şərait yaradılmışdır. Yabanı halda bitən çətənə (kannabis) bitkilərindən fərqlənmişdir. Bundan başqa bir ədəd dəmir ləyəndə olan yaşıl bitki yarpaqları “Lavrovı list” (dəfnə yarpağı) bitkisinin yarpaqları olmuş, məişətdə istifadə edilir, tərkibində heç bir narkotik tərkib olmayan bitkidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 may 2023-cü il tarixli qərardan görünür ki, 25 may 2023-cü il tarixdə saat 13 radələrində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Yalavac kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki bağçada, üzüm ağacının altında aqrotexniki qaydada qulluq göstərdiyi, 168 (bir yüz altımış səkkiz) ədəd, həyətyanı sahədəki yarım tikilinin içərisindən isə beş ədəd dibçəkdə 6 (altı) ədəd olmaqla, ümumi təmiz çəkisi 7700,0 qram olan 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə bitki nümunələri əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini, habelə həyətdə olan ikinci yarım tikilinin içərisindən isə bir ədəd polietilen torbada ümumi təmiz çəkisi 2110,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı əsasında İmişli RPŞ-nin Təhqiqat bölməsində toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan ********* nömrəli cinayət işi başlanmışdır.(cild 1,i.v. 01-44) -“baxış keçirilməsi haqqında” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri İmişli rayonu, Yalavac kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvandır. Təqsirləndirilən şəxs yaşadığı ünvana giriş gümüşü rəngli darvazadandır. Həyətə daxil olduqda sağ tərəfdə yarımtikililər, ön tərəfdə isə qarşısı çardaqlı birmərtəbəli yaşayış evi vardır. Yaşayış evi ilə üzbəüz müxtəlif ağacların əkildiyi bağça vardır. Bağçanı həyətdən ayıran mişar daşlarından hörülmüş hasardır. Bağçaya keçdikdə sol tərəfdə və mişar daşları ilə paralel istiqamətdə 7 metr məsafədə hörülmüş məftillər, həmin məftilli hasardan daxil olduqda 5 metr məsafədən başlayaraq hasarboyu və eyni zamanda üzüm ağacının altında ümumilikdə 168 (bir yüz altımış səkkiz) ədəd müxtəlif hündürlükdə olan narkotik tərkibli çətənə kollarına bənzər kollar aşkar edilib götürülmüşdür. Bundan sonra baxış davam etdirilmiş Təqsirləndirilən şəxs 1 zal, 3 otaq və 1 dəhlizdən ibarət birmərtəbəli yaşayış evinin otaqlarına ayrı-ayrılıqda baxış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Baxışın davamı olaraq həyətdə olan yardımçı tikililərə baxış keçirilən zaman giriş darvazasının sağındakı yarımtikilidən birində iki ədəd olmaqla, 5 ədəd dibçəkdə əkilən xüsusi qaydada qulluq edilmiş narkotik tərkibli bitki olan çətənə kollarına bənzər kollar və daha sonra digər tikilidə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd polietilen bağlama aşkar olunaraq götürülmüşdür. Aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar və içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1 ədəd qara rəngli polietilen bağlama sintetik torbaya qoyularaq qablaşdırıldı. Ekspertizaya göndərilməsi üçün Azərbaycan Respublikası DİN-in 179 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı “panasonic” markalı aparatla videoçəkiliş aparılmış və videoçəkiliş diskə köçürüldükdən sonra protokola əlavə edilmişdir.(cild 1, i.v. 09-13) -İmişli rayonu Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin 25 may 2023-cü il tarixli rəyindən görünür ki, 25 may 2023-cü il tarixdə İmişli rayonu, Yalavac kəndində İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən baxış zamanı aşkar edilmiş Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli bitki olan 174 (bir yüz yetmiş dörd) ədəd çətənə (kannabis) koluna aqro-texniki qaydada qulluq edilmiş, yəni dibləri boşaldılmış, suvarılmış və becərilməsi üçün xüsusi qaydada qulluq edilmişdir.(cild 1, i.v. 14) -“şübhəli şəxsin tutulması haqqında” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:25-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 29-30) -“məhkəmə-bioloji ekspertizası”nın 26 may 20223-cü il tarixli, 18/551 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “... X19 həyətyanı sahəsindən”... sözləri yazılmış və imzalar olan sintetik torbadakı: 01 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi- 2110,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; həmin sintetik torbanın içərisində 1 ədəd sintetik torbada cəmi 174 ədəd yaş vəziyyətdə ümumi çəkisi-7700,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin bitkilər tərkiblərinə görə eynidir. Bitki torpaqda toxumdan cücərərək yetişmiş, hər hansı üsulla hazırlanmamışdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq edilmişdir. Tədqiqata təqdim edilmiş 174 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eyni deyildir.(cild 1, i.v. 39-42) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(cild 1, i.v. 52-53) -İmişli Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli, 4(036)-36/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v. 78-80) -“baxış keçirilməsi haqqında” 29 may 2023-cü il tarxili protokoldan görünür ki, birinci CD diskdə olan videoda İmişli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X36 özünü təqdim etməklə İmişli rayon polis şöbəsinin CAB-ın əməkdaşlarının icraatına İmişli rayon Yalavac kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində, özünün xüsusi aqrotexniki qaydada qulluq edərək narkotik tərkibli çətənə (kannabis) kollarını yetişdirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatının realizə edilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının qarşısında dayandıqlarını bildirir və bundan sonra iştirakçılar bir-bir özlərini təqdim edir. İlk olaraq İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, ardınca xx xxxx 1990-cı ildə İmişli rayonu Yalavac kəndində anadan olmuş, Təqsirləndirilən şəxs, İmişli RPŞ-nin X4 əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X18, İmişli rayon Bitki Mühafizəsi və Fumuqasiya Mərkəzinin mütəxəssisi Şahid9, İmişli rayon Yalavac kənd bələdiyyə sədri, Şahid6, İmişli rayonu Rəsullu kənd ərazi dairəsi üzrə nümayəndəsi Şahid5 özlərini təqdim edir. Xətai Savalan vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində sonucu tərəfindən yetişdirilən çətnə (kannabis) kollarının aşkar edilməsi məqsədilə Təqsirləndirilən şəxs özünün iştirakı ilə həyətyanı sahəyə daxil olunduğunu bildirir, Təqsirləndirilən şəxs bununla bağlı heç bir etirazının olmadığını sərbəst şəkildə bildirir. Həyətə daxil olunduğu zaman həyətlə həyətyanı sahəni bir-birindən ayıran mişar daşından hörülmüş hasarın taxta qapısından keçib, müxtəlif ağaclar və bitkilər olan sahəyə daxil olunur. X33 vətəndaş Təqsirləndirilən şəxs hansı əraziyə çətənə kolu əkdiyini könüllü olaraq göstərməsini təklif edir. Aqronom Şahid9 çətənə (kannabis) bitkilərinə baxaraq həmin bitkilərə aqrotexniki qaydada qulluq olunduğunu, sulandığını, tumunun təmizləndiyini və gübrə verildiyini bildirir. X33 videogörüntünü aparan şəxs, İmişli RPŞ-nin X1 baş inspektoru, polis kapitanı Şahid4 yerdə olan bütün kolları bir-bir video çəkilişə almasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs iştiarakı ilə ilə həmin sahə ilə irəliləyib tor setka çəpərdən digər sahəyə keçdikdə orada da setka çəpərin kənarı ilə çətənə bitkilərinin əkilməsi aydın görünür. X33 bu ərazidən başqa yerdə də çətənə kolunun olmasını soruşduqda vətəndaş Təqsirləndirilən şəxs olmadığını bildirir. Daha sonra çətənə kollarını bir-bir sayları ilə yerdən çıxarılması prosesi başlayır. Bu zaman əməliyyat müvəkkili Qüdrət Poladzadə bir-bir olaraq çətənə kollarını kökündən çıxarmaqla əməliyyat müvəkkili Şahid1 təqdim edir, sonuncu isə kolları topa şəkildə yerdən yığır. X14 müxtəlif boy hündürlüyündə olan 168 (bir yüz altımış səkkiz) ədəd çətənə (kannabis) bitkisini yerdən çıxarır. Daha sonra çıxarılmış kollar topa formada evin həyətində yığılır və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılacağı bildirilir. Baxış protokoluna əlavə edilmiş ikinci CD diskdəki videofayılda X33 vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxışın davamı olaraq, həmçinin onun yaşadığı evə də baxış keçirildiyini bildirir. Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evə daxil olunaraq öncə evin mətbəx otağına, daha sonra növbə ilə zal otağına, yataq otağına, uşaq otağına və hamam otağına baxış keçirilsə də oradan qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış evin həyətyanı sahəsində davam etdirilir. Həyətdə olan yardımçı tikiliyə baxış zamanı oradan heç bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. Üstü açıq vəziyyətdə olan ikinci yardımçı tikiliyə baxış keçirilən zaman orada müxtəlif boy hündürlüyündə olan və dibçəklərdə əkilmiş çətənə (kannabis) kolları aşkar edilir. Beş ədəd dibçəyin birində iki ədəd kol, qalanlarında bir ədəd olmaqla ümumilikdə 06 (altı) ədəd çətənə (kannabis) kolu aşkar edilir. Davam etdirilən baxış zamanı əməliyyat müvəkkili Şahid1 üstü açıq vəziyyətdə olan üçüncü yarım tikiliyə baxış zamanı divarın sağ kənarında, müxtəlif əşyaların üzərindən bir ədəd qara rəngli sellofan torba aşkar edərək həmin sellofanı açır və içərisində qurudulmuş vəziyyətdə olan narkotik vasitə marixuana aşkar edilir. Əməliyyat müvəkkili Qüdrət Poladzadə həmin beş ədəd dibçəyin aşkar edildiyi, ikinci yarımtikilidən, göy rəngli qabın içərisində çətənə bitkisinin yarpaqlarını aşkar edərək gətirib videogörüntüyə təqdim edir. Aşkar edilmiş narkotik tərkibli çətənə(kannabis) bitkiləri Təqsirləndirilən şəxs evinin həyətində, aşkar yerdə yerə qoyularaq ümumi şəkildə iştirakçıların qarşısında videogörüntüyə alındıqdan sonra X33 baxışın yekunlaşdığını elan edir.(cild 1, i.v. 88-89) -“İmişli Rayon Mərkəzi Xəstəxanası” X51 2 iyun 2023-cü il tarixli, PHŞ-6- 46/2697/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır.(cild 1, i.v. 121) -“ambulator məcburi narkoloji-tibbi yoxlama”nın 12 avqust 2023-cü il tarixli, 5168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 1, i.v. 162-163) -“cinayət törətməsinə şübhə yarabdıqda şəxsin tutulmasına dair” 09 sentyabr 2023cü il tarixli qərardan görünür ki, X35 Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmış, qərarın surəti tutulmanı həyata keçirmək üçün İmişli RPŞ-nin MSY-nə göndərilmişdir. (cild 1, i.v. 203-204) -“şübhəli şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X20 əməlində Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrinin tərkibinin olmasına kifayət qədər əsaslı şübhələr müəyyən olunduğundan barəsində axtarış elan edilərək tutulması və tutulduqdan sonra İmişli RPŞnin MSY-nə təhvil verilməsi qərara alınmışdır.(cild 1, i.v. 206-207) -İmişli Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(036)-56/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 (üç) ay müddətinə- 25 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 1, i.v. 227-229) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 03 (üç) ay olmaqla 07 (yeddi) ayadək, yəni 26 sentyabr 2023-cü il tarixdən 26 dekabr 2023-cü il tarixədək uzadılmışdır.(cild 1,i.v.231-232) -“diskə baxış keçirilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı mobil nömrələr və həmin nömrələrə daxil olan və çıxan sms mətnləri, zənglər və zənglərin əlaqə müddəti, habelə anten dairələri əks olunmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı mobil nömrənin məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 23 iyun 2021-ci il tarixdə, saat 02:39:48-də ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə “Yetim pati yari cet isteyen yoxdu doburda verem bax yoxla gotur menda 2 qiram var pul vermelyem nolar komey elda ozda adeli verecem” məzmununda mesaj göndərilmişdir. 24 iyun 2021-ci il tarixdə saat 23:50:57-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Bawun gedib senin meni blok etmisen cindir ac blokdan”, 26 iyun 2021-ci il tarixdə saat 15:16:38-də “Adam kiwi olar e bu ne qehbelik dir edirsen ferhad”, 12 iyul 2021-ci il tarixdə saat 18:55:00-da “Senin a.....a ver..... mene borc olar a...m...q s....m seni hele menim danimca soyduyve gore seni p...r cixaracam” məzmununda qeyri etik ifadələrdən ibarət sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 29, mənzil 10-da qeydiyyatda olan X28 adına qeydiyyata alınmışdır. 22 iyul 2021-ci il tarixdə saat 23:20:16-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Farhat yarı ıseyen burdadı men dedıyım kı ele tez menı yıg”, həmin gün saat 23:23:30-da “Tez gel paya yarı getır uwag gozdayı yıg menı”, 23 iyul 2021-ci il tarixdə saat 15:04:06-da “Ferhat menem vusal.sen mene dedın kı 5degeya xeber edırem.gel hormetsızlık etmeyek bir bırmıze.10manatı zeng vurun getırın cadırın mene” məzmununda sms mətnləri göndərilmişdir. 24 iyul 2021-ci il tarixdə saat 21:27:47-də ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə “Ay azarvi cekim nolar pul mendedi tez xeber et” məzmununda sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi ev 29, mənzil 10-da qeydiyyatda olan X28 adına qeydiyyata alınmışdır. 25 iyul 2021-ci il tarixdə saat 16:14:04-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “He yox de bilki 15 05 ele” məzmununda sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan X13 adına qeydiyyata alınmışdır. 26 iyul 2021-ci il tarixdə saat 23:17:48-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Ferhat gor ne alınır olurem bır wey ele”, 27 iyul 2021-ci il tarixdə saat 23:32:03-də “Camahat pulunu mendadı oda orda ozunu cırır neyneyım men bele olmaz ağı” məzmunuda sms mətni göndərilmişdir. 29 iyul 2021-ci il tarixdə saat 21:00:00-da ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Azarun ureyime gelsin meni bu veziyetden cixar qehbe quhbeye aqiz aciram hormetinden cixacam” məzmununda sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi, ev 29, mənzil 10-da qeydiyyatda olan X28 adına qeydiyyata alınmışdır. 29 iyul 2021-ci il tarixdə saat 21:41:24-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Salam aleykum qaqash seni hozduturuk seherden gelrsen yoxsa yox? Muraddi”, həmin gün saat 21:45:20-də “Qaqash biz gedek qalaq? Zehmet olmasa bir cavab yaz bilek gadan alaram” məzmununda sms mətnləri göndərilmişdir.03 avqust 2021-ci il tarixdə saat 22:05:04-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “1 baw ğeweg ot tap patıl barte edak” məzmununda sms mətni göndərilmişdir. 07 avqust 2021-i il tarixdə saat 23:04:38-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Ade bu burda ozun oldurur e aqridan gelir evinize vallah” məzmununda sms mətni göndərilmişdir. 29 iyul 2021-ci il tarixdə saat 21:00:00-da ***-***- **-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Azarun ureyime gelsin meni bu veziyetden cixar qehbe quhbeye aqiz aciram hormetinden cixacam” məzmununda sms mətni göndərilmişdir.Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki,16 sentyabr 2021-ci il tarixdə saat 23:42:17-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “CİNDİR OLMA CAMATA SOZ VERMİSEM”, 19 sentyabr 2021-ci il tarixdə saat 15:08:52-də “KİSİLİYİN OLSUN PULU VER” məzmununda sms mətnləri göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri R.Məmmədov küçəsi ev 5 ünvanında qeydiyyatda olan X9 adına qeydiyyata alınmışdır. 04 oktyabr 2021-ci il tarixdə saat 00:20:13-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Elcn yanmda idi znt verdim dedim azadnan berilere kcmiyesen bir iki tustu vererdiz mene” məzmununda sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Meliorator qəsəbəsi ev 1, mənzil 5 ünvanında qeydiyyatda olan X10 adına qeydiyyata alınmışdır. 16 oktyabr 2021-ci il tarixdə saat 01:53:47-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Qaqas senden xeber gozleyırem men ne oldu” məzmununda sms mətni göndrilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Koroğlu küçəsi ev 43 ünvanında qeydiyyatda olan X3 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və iş üçün əhmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 01 noyabr 2021-ci il tarixdə saat 14:26:27-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Acda bu poxu adamin niye ureyin partadirsan eee sen bu nede eliyirsen meni bu veziuetde saxlamisan”, həmin gün saat 15:31:02-də “Yaxşi nolar ki 5manat idi pilim gerey bu veziyetde saxliyardun da hee yaxşi olsun” məzmununda sms mətnləri göndərilmişdir. ***- ***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və iş üçün əhmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və iş üçün əhmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 27 fevral 2022-ci il tarixdə saat 17:13:08-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Yetim taksi eli di demişem borcu var onu almaga gedirem ele qapin agzinda dur bilinmesin deyersen saba verecem deqiq” məzmununda sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 26 noyabr 2021-ci il tarixdə saat 14:52:52-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Colde seni gozleyirem” məzmununda sms mətni göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri Koroğlu küçəsi ev 43 ünvanında qeydiyyatda olan X3 adına qeydiyyata alınmışdır. 27 noyabr 2021-ci il tarixdə saat 10:14:23-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Get burda seni gorse tutacag temani”, 21 dekabr 2021-ci il tarixdə saat 13:28:06-da “Ala sen nece oglansan aa varyoxuna nehlet senen gozlemezdim” məzmununda sms mətnləri göndərilmişdir. ***-***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınmışdır. 24 dekabr 2021-ci il tarixdə saat 04:02:47-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “Men qalmiwam yolda sen menimle mirtlawirsan cox saqol”, 24 dekabr 2021-ci il tarixdə saat 05:17:33-də “He yox de da seni gozdeyirem soyuqdan olurem sen balavin cani he yox de”, həmin gün saat 05:28:56-da “Bu qehbeliydir bu vijdansizliqdir bu werefsizliydir bawka hecne demirem gorweriy”, həmin gün saat 06:03:42-də “Sen ele bir amciqliq etdin ki bu mene dusmirdi ay aqziva verim senin haqinda deyilenler duz imiw sikdir” məzmununda qeyri-etik ifadələr yazılmış sms mətnləri göndərilmişdir.***-***-**-** saylı nömrə İmişli şəhəri Qaradonlu küçəsi ev 2-də qeydiyyatda olan X5 adına qeydiyyata alınmışdır. 24 yanvar 2022-ci il tarixdə saat 15:22:04-də ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə “7 8 manatdan otru her şeyunu soydurdun de deyirem hrr sen nr qehbe uşagsan aa sozum yoxdu sene”, 28 yanvar 2022-ci il tarixdə saat 10:34:58-də “Ac telfonu sen ol veziyet pisdi el at mene” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olan X11 adına qeydiyyata alınmışdır. 04 fevral 2022-ci il tarixdə saat 22:00:43-də ***-***-**-** saylı nömrədən ***- ***-**-** saylı nömrəyə “A evan eri yigr ac tez ol”, “Aaa eban emidi ac tez olll” məzmununda mesajlar göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli rayonu Yalavac kəndində qeydiyyatda olan X2 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-** saylı nömrənin məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, 07 mart 2022-ci il tarixdə saat 16:28:32-də ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı nömrəyə “yeke oglansan ayibdi meni pis veziyette qoymusan camatin pulun ver beynimi az xarab ele aibdi menim zaryatqam qutardi tay masinin kireditin at elunen alsalar qaytara bilmiyesen vala men olari firamagdan yoruldum tay merfetin olsun” məzmununda mesaj göndərilmişdir. ***-***-**-** saylı nömrə İmişli şəhəri R.Məmmədov küçəsi ev 38 ünvanında qeydiyyatda olan X12 adına qeydiyyata alınmışdır. Həmçinin baxış zamanı ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin abunəçilər siyahısına baxış keçirilmiş və X20 adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı nömrələr arasında hər hansı əlaqə müəyyən edilməmişdir.(cild 1, i.v. 243-246) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay olmaqla 09 (doqquz) ayadək, yəni 26 dekabr 2023-cü il tarixdən 26 fevral 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 24-25) -İmişli Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 4(036)-70/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay olmaqla 09 (doqquz) ayadək, yəni 25 dekabr 2023-cü il tarixdən 25 fevral 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 30-33) -“ibtidai istintaq müddətinin uzadılması barədə” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 01 (bir) ay olmaqla 10 (on) ayadək, yəni 26 fevral 2024-cü il tarixdən 26 mart 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 45- 46) -İmişli Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 4(036)-16/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay, 10 (on) ayadək, yəni 25 fevral 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 51-52) -“sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 25 fevral 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələrindən həmin Məcəllənin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrinə tövsif edilmiş, 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7700,0 qram olan çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonrakı 7699,35 qram təmiz çəkisi, habelə 2110,0 qram qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuananın ekspertiza tədqiqatından sonrakı 2109,9 qram təmiz çəkisi maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli Rayon Polis Şöbəsinin «maddi sübutların saxlanması» otağına verilmişdir.(cild 2, i.v. 53- 72) -“cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından müstəqil icraata Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir.(cild 2, i.v. 73-74) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.(cild 2, i.v. 75-76) Məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş “məhkəmə-xətşünaslıq ekspertizası”nın 3 iyun 2024-cü il tarixli, 4/606 nömrəli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 1(099)-424/2024 nömrəli cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 2-ci vərəqəsinin üz tərəfində “İştirak etdilər. 1.Təqsirləndirilən şəxs qrafasındakı imza, 44-cü vərəqədə olan 25 may 2023-cü il tarixli ekspert rəyini şübhəli şəxsə elan etmə barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 48-51-ci vərəqələrində olan 26 may 2023-cü tarixli şübhəli şəxsin dindirməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından imzalar, 55-57-ci vərəqələrdə olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, 60-63-cü vərəqələrində olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 66-cı vərəqədə olan 27 may 2023-cü il tarixli ekspertiza təyin edilməsi və aparılması zamanı Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 2-ci cilddə 7-12-ci vərəqələrdə olan 18 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 50-ci vərəqədə olan 21 fevral 2024-cü il tarixli həbs qətimkan tədbirinin müddətinin uzadılması zamanı məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 74-76-cı vərəqələrində olan 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza - eyni şəxs, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.1.Ekspertizaya təqdim edilmiş, 1(099)-424/2024 nömrəli cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 1-ci vərəqəsinin üz tərəfində 1 rəqəmi ilə nömrələnmiş imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2.Ekspertizaya təqdim edilmiş, 1 (099)-424/2024 nömrəli cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 1-ci vərəqəsinin üz tərəfində 1 rəqəmi ilə nömrələnmiş imza ilə cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 2-ci vərəqəsinin üz tərəfində “İştirak etdilər: 1.Təqsirləndirilən şəxs” qrafasındakı imza, 44-cü vərəqədə olan 25 may 2023-cü il tarixli ekspert rəyini şübhəli şəxsə elan etmə barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 48-51-ci vərəqələrində olan 26 may 2023cü il tarixli şübhəli şəxsin dindirməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 55-57-ci vərəqələrdə olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, 60- 63-cü vərəqələrində olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 66-cı vərəqədə olan 27 may 2023-cü il tarixli ekspertiza təyin edilməsi və aparılması zamanı Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi haqqında protokolda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza, 2-ci cilddə 7-12-ci vərəqələrdə olan 18 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 50-ci vərəqədə olan 21 fevral 2024-cü il tarixli həbs qətimkan tədbirinin müddətinin uzadılması zamanı məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 74-76-cı vərəqələrində olan 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarda "Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 3.Tədqiqi hissənin 3-cü bəndində gçşfərilən çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyələri veririk. -Sənədlərdə imzaların sənədləşdirilmiş formada icra olunmasına yol verməmək; -İmza qrafalarında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imaların saxtalaşdırılmasına çətinlik törədər). Məhkəmə istintaqı zamanı əldə edilərək tədqiq edilmiş “təkrar məhkəməxətşünaslıq ekspertizası”nın 30 sentyabr 2024-cü il tarixli, 4/1213 nömrəli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 1(099)-424/2024 nömrəli cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 2-ci vərəqəsinin üz tərəfində “İştirak etdilər: 1.Təqsirləndirilən şəxs” qrafasındakı imza, 44-cü vərəqədə olan 25 may 2023-cü il tarixli ekspert rəyini şübhəli şəxsə elan etmə barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 48-51-ci vərəqələrində olan 26 may 2023-cü il tarixli şübhəli şəxsin dindirməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 55-57-ci vərəqələrdə olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, 60-63-cü vərəqələrində olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 66-cı vərəqədə olan 27 may 2023- cü il tarixli ekspertiza təyin edilməsi və aparılması zamanı Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 2-ci cilddə 7- 12-ci vərəqələrdə olan 18 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 74-76-cı vərəqələrində olan 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza - eyni şəxs, Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2.1.Ekspertizaya təqdim edilmiş, 1(099)-424/2024 nömrəli cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 1-ci vərəqəsinin üz tərəfində 1 rəqəmi ilə nömrələnmiş imza, 2-ci cildin 50-ci vərəqədə olan 21 fevral 2024-cü il tarixli həbs qətimkan tədbirinin müddətinin uzadılması zamanı məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 2.2.Ekspertizaya təqdim edilmiş, 1(099)-424/2024 nömrəli cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 1-ci vərəqəsinin üz tərəfində 1 rəqəmi ilə nömrələnmiş imza, 2-ci cildin 50-ci vərəqədə olan 21 fevral 2024-cü il tarixli həbs qətimkan tədbirinin müddətinin uzadılması zamanı məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza ilə cinayət işinin 1-ci cildinin 33-34-cü vərəqlərində olan 25 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolun 2-ci vərəqəsinin üz tərəfində “İştirak etdilər: 1.Təqsirləndirilən şəxs” qrafasındakı imza, 44-cü vərəqədə olan 25 may 2023-cü il tarixli ekspert rəyini şübhəli şəxsə elan etmə barədə protokolda “Şübhəli şəxs:” qrafasındakı imza, 48-51-ci vərəqələrində olan 26 may 2023-cü il tarixli şübhəli şəxsin dindirməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 55-57-ci vərəqələrdə olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında bildirişdə Təqsirləndirilən şəxs adından olan imzalar, 60- 63-cü vərəqələrində olan 27 may 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 66-cı- vərəqədə olan 27 may 2023-cü il tarixli ekspertiza təyin edilməsi və aparılması zamanı Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi haqqında protokolda. “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 2-ci cilddə 7-12-ci vərəqələrdə olan 18 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolda Təqsirləndirilən şəxs adından olan imzalar, 74- 76-cı vərəqələrində olan 26 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarda “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. 3.Tədqiqi hissənin 3-cü bəndində göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakı profilaktik tövsiyələri veririk:sənədlərdə imzaların sadələşdirilmiş formada icra olunmasına yol verməmək; İmza qrafalarında imza edən şəxsin öz xətti ilə ad-soyadını icra etməsini təmin etmək (bu qrafik materialın artmasına gətirib çıxarar və sənədlərdə imzaların saxtalaşdırılmasına çətinlik törədər). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni: -Yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən polis əməkdaşları tərəfindən çıxarılmış 2 (iki) kiloqram qurudulmuş marixuananın ona aid olmadığı, polis əməkdaşlarının özləri tərəfindən qoyularaq götürülməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs hələ ibtidai istintaq dövründə verdiyi şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələrində belə, “polis əməkdaşları həyətdə olan ikinci yardımcı tikiliyə baxış keçirmişlər. Tikilinin girişindən sağda zibil kisəsi var idi. Tikiliyə daxil olanda həmin zibil kisəsinin üstündə nəsə qara rəngli sellofan torba var idi. Polis əməkdaşları həmin torbanın içərisini açdıqda mən də gördüm ki, sellofan torbanın içindəki qurudulmuş halda olan marixuanadır, yəni narkotik vasitədir. Mən orada polis əməkdaşlarına dedim ki, həyətimdə əkdiyim çətənə kolları mənə məxsus olsa da bu torbada olan narkotik vasitə mənə məxsus deyil və həmin sellofan torbanın oraya necə qoyulması və yaxud kim tərəfindən qoyulması barədə heç bir mlumatım yoxdur. Həqiqətən də mənim həmin torbadan məlumatım yoxdur. Çünki mən həyətimdə çətənə kolları əkmişəm, lakin həmin kollar hələ yığılmamışdır. Lakin qara sellofan torbadakı isə qurudulmuş halda idi. Mən polis əməkdaşlarına dedim ki, əkdiyim kollar hələ yığılmamışdır. Yığılmamış halda olan kollar isə necə qurudulur, mənim başım ondan çıxmır. Qısası həmin sellofan torbanın orada olması barədə heç bir məlumatım yoxdur. Bildirirəm ki, törətdiyim əməl yuxarıda qeyd etdiyim formada olmuş, lakin yeganə olaraq qara rəngli sellofan torbada olan qurudulmuş vəziyyətdə olan, narkotik vasitə marixuanadan mənim xəbərim yoxdur” demişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında da dəyişməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara dair bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatında qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş Cinayət-Prosessual Məcəlləsinin 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs verilmiş ittihama yazılmış yardımçı tikilinin yanındakı üstü açıq tikilidən götürülmüş qara rəngli polietilen kisədə olan külli miqdarda-2110,0 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmə istintaq zamanı məhkəmə iclas zalına gətirilərək baxış keçirən zaman xarici görünüşündən həcim baxımından videoçəkiliş ilə götürülmüş kisənin həmin kisə ilə eyni olmadığı aydın şəkildə vizual olaraq görünür. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi bütün ifadələrində əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkdiyini desə də, lakin aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmadığını və narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edib haqlı olaraq özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə tərkibi təhlil olunan cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibinin yuxarıda qeyd edilən mövqeyi ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilinin yanındakı üstü açıq tikilidən aşkar olunmuş qara rəngli polietilen kisədə olan külli miqdarda- 2110,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs heç bir aidiyyəti olmamış və bu hal cinayət işində olan sübutlarla da təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” 25 may 2023-cü il tarixli protokolda göstərilmişdir ki, aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli polietilen bağlama sintetik torbaya qoyularaq qablaşdırılmış, ekspertizaya göndərilməsi üçün Daxili İşlər Nazirliyinin 179 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Lakin həmin protokola əlavə olunmuş videogörüntüyə baxıldıqda aşkar olunan çətənə kollarına bənzər kollar və içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılmamışdır. Habelə videoçəkilişə baxılan zaman videogörüntünün 10:50-ci dəqiqəsində yarımçıq tikilidən qara rəngli sellefon torba aşkar olunur, bu nədi soruşulan zaman Təqsirləndirilən şəxs zibildi deyə bildirir, torbanın içərisi açılır, polis əməkdaşı, “qurudulmuş vəziyyətdədir” deyir, sonra isə torbanı videogörüntüyə düşməyən şəxsə verir, videogörüntünün davamında X33 sellofan bağlamaya yaxınlaşaraq “tam qrudulmamış, ancaq toplanaraq qara rəngli sellofan torbaya toplanmış narkotik vasitə olan çətənə koluna bənzər kütlə” deyir, sonra isə videoçəkiliş sonlandırılır. İstintaq hərəkəti 25 may 2023-cü il tarixdə saat 13:43-də başa çatdırılır. Ancaq aşkar olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və narkotik vasitə olan qurudulmuş marixuana qablaşdırılmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 51.6-cı maddəsində göstərilmişdir ki, prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 51.6-1-ci maddəsində göstərilmişdir ki, məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Göründüyü kimi “baxış keçirilməsi barədə” 25 may 2023-cü il tarixli protokol ilə həmin protokola əlavə olunmuş videogörüntü arasında ziddiyyət yarandığından, videogörüntüdə olan hallar protokolda qeyd edilmədiyindən videogörüntü əsas götürülməlidir. Bundan sonra Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-125.2.10cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: -insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; -zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; -şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; -cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; -cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; -cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; -istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; -məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmçinin məhkəmə tərkibi cinayət işinin materiallarında olan “baxış keçirilməsi barədə” protokola əlavə olunmuş videogörüntüdən görünür ki, polis əməkdaşları baxış istintaq hərəkətləri deyil, faktiki olaraq axtarış və götürmə istintaq hərəkətini icra etmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 3-cü səhifəsində olan İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən yazılmış 25 may 2023-cü il tarixli “raport”da göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsində çətənə kolu əkilməsi və becərilməsi göstərilmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 4-cü səhifəsində olan əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş 25 may 2023-cü il tarixli “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə, evin həyətinə və həyətdə olan yardımçı tikililərə baxış keçirilməsi qanunla nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi, qərarın surətlərinin isə 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən ərazi üzrə İmişli Rayon Məhkəməsinə və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti və prosessual rəhbərliyi həyata keçirən İmişli prokuroruna göndərilməsi nəzərdə tutulmuş, qərarda isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 8-9-cu hissələrinə, 4-cü bəndinin, 3-cü hissəsinin 3-cü bəndinə, 4-cü hissəsinin 3-cü bəndinə və Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə istinad olunmuşdur. Bu qərarın qəbul edilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsinin 8 və 10cu bəndlərində əməliyyat-axtarış tədbirləri kimi binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə və insanların güdülməsi nəzərdə tutulmuşdur ki, həmin Qanunun 10-cu maddəsinin İİİ hissəsinə əsasən, Qanunun 10-cu maddəsinin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Təhlill edilən Qanunun 10-cu maddəsinin İV hissəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Adı çəkilən Qanunun 11-ci maddəsinin İİİ hissəsində isə göstərilmişdir ki, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. Cinayət-Prosessual Məcəlləsinin 177.4-cü maddəsinə görə, baxış, axtarış və götürmə istisna edilməklə yaşayış yerində, xidməti və istehsalat binalarında digər istintaq hərəkətləri, habelə bu Məcəllənin 177.3.6 və 177.3.7-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri yalnız məhkəmənin qərarı əsasında aparıla bilər. Müstəntiq müvafiq məhkəmə qərarı olmadan öz qərarı əsasında aşağıdakı istintaq hərəkətlərini məcburi apara bilər: 177.4.1. yaşayış yerində, xidməti və ya istehsalat binalarında baxış, axtarış və ya götürmə aparılması-bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar və hallar olduqda; Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsinin tələblərindən görünür ki, təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. 243.4. Bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir. Qanunvericiliyin təsvir edilən tələblərindən belə nəticə hasil olur ki, əvvəla yaşayış yerinə baxış istintaq hərəkəti yalnız cinayət işi başlandıqdan sonra, bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır, belə qərarın qəbul edilməsi üçün isə müstəntiq müvafiq vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, sonuuncu isə təqdimatla məhkəməyə müraciət etməlidirlər. Yaşayış yerinə baxışın məhkəmə qərarı olmadan keçirilməsi üçün isə həmin yerin mülkiyyətçisinin və ya istifadəçisinin buna razılıq verməsi barədə ərizəsi kifayət etmir və həmin istintaq hərəkəti məhkəmənin qərarı olmadan yalnız Cinayət-Prosessual Məcəlləsinin 243.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda aparılır. Bununla belə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları imkan verir ki, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün əməliyyat tədbiri kimi də binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirilsin. Lakin, hər iki halda yaşayış yerlərinə baxışın keçirilməsi üçün bu haqda məhkəmənin qərarının alınması və ya istintaq orqanı, yaxud da əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektləri tərəfindən müvafiq qərar qəbul edilməsi birmənalı olaraq tələb olunur. Cinayət-prosessual qanunvericiliyin tələbləri fonunda məhkəmə tərkibi vurğulamağı lazım bilir ki, qanunverici baxış və axtarış istintaq hərəkətlərini fərqləndirərək müəyyən etmişdir ki, əgər mənzildə və ya digər yaşayış sahəsində əşyaları, o cümlədən dövriyyəsi məhdudlaşdırılmış, yaxud da qadağan edilmiş əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər mənzildə və ya digər yaşayış sahəsində şəraiti (qapıda zədələnmənin olubolmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək, yaxud da hər hansı cinayəti hazırlayan və ya törətmiş şəxsi yaxalamaq zərurəti varsa belə hallar baxışın keçirilməsi üçün əsasdır. Təqsirləndirilən şəxs yaşadığı evə “baxışın və götürmənin aparılması barədə” protokolun və bundan əvvəl qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın məzmunlarından görünür ki, bu əməliyyat tədbiri təhqiqat orqanının ehtimalına görə həmin evdə cinayət törətmiş Təqsirləndirilən şəxs yaxalanması deyil, yaşadığı evin həyatyanı sahəsində çətənə kolu əkməsi və becərməsinə dair maddi sübtların götürülməsi məqsədilə aparılmışdır ki, bu da həmin evə baxışın və ya bu yaşayış sahəsində axtarışın aparılmasını zəruri etməmişdir. Həmçinin tədbirin keçirilməsini əks etdirən videogörüntülərlə evdə həqiqətən baxışın deyil, axtarışın aparılması təsdiq olunur. Bunun üçün, prosessual qanunvericiliyin tələblərinə əsasən, müvafiq, yəni yaşayış sahəsində axtarışın aparılması haqqında məhkəmə qərarının qanunda nəzərdə tutulmuş qaydada alınması labüd olmuşdur. Bununla yanaşı, məhkəmə tərkibi ona nəzər yetirir ki, hətta Təqsirləndirilən şəxs evində və yaşadığı evin həyətində keçirilmiş tədbir baxış keçirmə kimi qiymətləndirilsə belə, bu tədbirin keçirilməsi üçün mütləq şəkildə, qanunun tələb etdiyi kimi, əməliyyataxtarış fəaliyyəti subyekti tərəfindən əsaslandırılmış qərar qəbul edilməli idi və yalnız belə qərar həmin tədbirin həyata keçirilməsi üçün əsas ola bilərdi. Cinayət işinin materiallarının təhlili göstərir ki, X33 tərəfindən belə qərar qəbul edilməmişdir, bu isə Təqsirləndirilən şəxs buna razılıq ərizəsi alınsa da, onun yaşadığı evdə və evin həyətində yerləşən yardımçı tikililərdə baxışın əsassız və qanunsuz keçirilməsinə dəlalət edir. Belə qənaətə gəlmək üçün yuxarıda təsvir edilənlərlə yanaşı həm də əməliyyat müvəkkili Şahid1 ilkin raportu da da əsas verir. Həmin raportun məzmunundan isə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yardımçı tikilinin yanındakı üstü açıq tikilidə narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatının daxil olması görünmür. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq Cinayət- Prosessual Məcəlləsinin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Prosessual qanunvericiliyin tələblərinə əsasən, müvafiq, yəni yaşayış sahəsində axtarışın aparılması haqqında məhkəmə qərarının qanunda nəzərdə tutulmuş qaydada alınması labüd olmuşdur. Cinayət işinin materiallarının təhlili göstərir ki, təhqiqatçı tərəfindən də belə qərar qəbul edilməmişdir, bu isə Təqsirləndirilən şəxs buna razılıq ərizəsi alınsa da, onun yaşadığı evdə baxışın əsassız və qanunsuz keçirilməsinə dəlalət edir. Belə qənaətə gəlmək üçün yuxarıda təsvir edilənlərlə yanaşı həm də əməliyyat müvəkkili Şahid1 ilkin raportu da da əsas verir. “Raport”un məzmunundan isə Təqsirləndirilən şəxs yaşadığı evdə və evinin həyatyanı sahəsində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatının daxil olması görünmür. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında aşağıdakı nəticələrə gəlmişdir: -Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; -əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış tədbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X30rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyatqeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, həmin materiallara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 25 may 2023-cü il tarixli qərarın eyni tarixli məktublarla əməliyyataxtarış fəaliyyətinə nəzarəti həyata keçirən İmişli rayon prokuroru ilə yanaşı həm də məhkəmə nəzarətini həyata keçirən İmişli Rayon Məhkəməsinə göndərilməsi barədə məktublar əlavə edilsə də, həmin qərarın özünün və onun əsasında keçirilmiş tədbirlərin yuxarıda göstərilən qaydada yoxlanılması iş materialları ilə müəyyən edilməmiş və məhkəmə nəzarətini həyata keçirən məhkəmənin bu haqda qərarı həmin materiallarda aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiq edilməsinə dəlalət edən ibtidai araşdırma orqanının əsas və mötəbər sübut hesab etdiyi şəxsi “baxış keçirilməsi haqqında” protokoldan görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı yardımçı tikilidən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə marixuana olması ilk olaraq özlərinin fərziyələrinə əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olub-olmaması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, X33ın da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmiş və ümumiyyətlə müvafiq qaydada qablaşdırılmamışdır. Buna görə təsadüfi deyil ki, Cinayət-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Cinayət-Prosessual Məcəlləsinin 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Göründüyü kimi, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətində və həyətdə yerləşən yardımçı tikilidə faktiki olaraq axtarış istintaq hərəkəti aparılsa da baxış istintaq hərəkəti aparılması kimi sənədləşdirilmiş, bununla belə həmin istintaq hərəkəti aparılsa da belə, Cinayət-Prosessual Məcəlləsinin 236-cı maddəsinin tələblərinə zidd qaydada aparılmış, bu zaman həmin tədbirin və ya istintaq hərəkətinin aparılmasında bir çox şəxslər iştirak etsələr onların barəsində məlumatlar bu haqda tərtib edilmiş protokolda qeyd olunmamış, təhqiqatçının aşkar edərək götürdüyü əşyaların ətraflı təsviri, çəkisi və digər xüsusiyyətləri həmin protokolda əks olunmamış, götürülmüş maddi sübutlar qablaşdırılmamış, sonuncunun onun bundan sonra baxışı başa çatdırması, habelə maddi sübutların nə vaxt zərfə qablaşdırılması müəyyən edilməmiş, narkotik vasitə ilə birlikdə ekspertiza tədqiqatına təqdim olunmuş zərfin nə vaxt və kimlər tərəfindən imzalanması müəmmalı və şübhəli qalmışdır. Məhkəmə istintaqı zamanı qablaşdırmanın üzərində iştirakçıların imzaları olan kağız müəyyən edilməmişdir. “Məhkəmə-xətşünaslıq ekspertizası”nın rəyində göstərilmişdir ki, 25 aprel 2024-cü il tarixdə bioloji ekspertizaya təqdim edilməsi barədə protokolu və sonradan maddi sübut kimi qablaşdırılan marixuananın olduğu zərfin təqdim edilməsi barədə vəsatət verilmiş, vəsatətə cavab olaraq 24 may 2024-cü il tarixdə İmişli RPŞ-nin 20 may 2024-cü il tarixli, 83/2-6896 nömrəli məktubu daxil olmuşdur. Həmin məktubda maddi sübutun kağız paketdə möhürlənmiş vəziyyətdə (üzərində 3 ədəd məktub olan) təqdim edilməsi qeyd edilsə də, ekspertlər Nəsimi Əfəndiyevin, Mətanət Muradovanın, Ülviyyə Ağayevanın, Zaur Nəsirovun iştirakları ilə həmin möhürlənmiş kağız paketə baxış keçirilmiş və maddi sübutun olmaması aşakr olunmuşdur. Hazırki ekspertizaya da 25 aprel 2024-cü il tarixdə bioloji ekspertizaya təqdim edilməsi barədə protokol və sonradan maddi sübut kimi qablaşdırılan marixuananın olduğu zərf təqdim olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı əldə edərkən və saxlayarkən onun məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Bundan başqa, satılacaq qurudulmuş marixuananın müqabilində Təqsirləndirilən şəxs kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi Təqsirləndirilən şəxs əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və sair kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Odur ki, şərh edilənlərdən göründüyü kimi məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi bildirir ki, ittiham hökmü yalnız maddi sübuta-narkotik vasitə qurudulmuş marixuanaya, xüsusilə də “qoyulma” sübuta əsasən çıxarıla bilməz. Bundan əlavə cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli məqam odur ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olmuş qurudulmuş marixuanaya münasibətdə özünü təqsirli bilməmiş, bununla bağlı məhkəməyədək icraat zamanı özünə qarşı etirafedici ifadə verməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, bu kateqoriyadan olan işlərə baxılarkən nəzərə almaq lazımdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən Cinayət Məcəlləsinin 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra-Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 2009-cu il 12 may tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8- 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 sentyabr 2021-ci il tarixli qərarında bildirilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında bildirmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı, Brumaresku Rumıniyaya qarşı işləri üzrə qərarlar). Təqsirləndirilən şəxs əməlində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayətinin əlamətinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hoanq Fransaya qarşı» işi üzrə qərarında qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X15 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, Təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və X15 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və X15 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Qeyd edilənlərdən əlavə X6 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Şərh edilən milli və beynəlxalq qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Məhkəmə tərkibi həmçinin bildirir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Frumkin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni “in dubio pro reo prinsipi” tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin “Karelin Rusiyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin “Telfner Avstriyaya qarşı” iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin “Yanoseviç İsveçə qarşı” və “Falk Niderlanda qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. Təqsirləndirilən şəxs, polis əməkdaşlarının onu 24 may 2023-cü il tarixdə tutsalar da, 25 may 2023-cü il tarixdə qeydiyyata almaları ilə bağlı bildirdiyi fikirlər cinayət işi üzrə həm məhkəməyədək icraat mərhələsində həm də məhkəmə icraatı mərhələsində toplanmış sübutlarla təkzib olunmuş, 25 may 2023-cü il tarixdə saat 13:00 radələrində İmişli RPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşdıqları, müvafiq istintaq hərəkətləri icra edildikdən sonra saat 14:25-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığı üçün tutulduğu müəyyən edilmişdir. Məhkəmə tərkibi cinayət işinin materiallarında olan “ambulator məhkəmə narkoloji ekspertizası”nın rəyini təhlil edərək qeyd edir ki, həmin rəydə Təqsirləndirilən şəxs müayinə zamanı narkomanoya xəstəliyinin əlamətləri aşkar olunmaması, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmamasının yazılması, həmçinin mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan həmin ekspert rəyi heç bir halda təqsirləndirilən şəxsin satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi “diskə baxış keçirilməsi haqqında” protokola tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-** saylı nömrələrə daxil olan və çıxan sms mətnləri təqsirləndirilən şəxsin yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən aşkar olunmuş qurudulmuş marixuanın ona məxsus olmasını, həmin marixuanaya münasibətdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq etməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin smslər 2021-2022-ci il tarixlərə aid olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasını deməyə tam əsas verir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının ortalarında gəlir əldə etmək məqsədilə tanışı X35 ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib, yetişdirməklə kultivasiya edib qanunsuz olaraq satışını həyata keçirmək barədə sövdələşərək qabaqcan əlbir olan bir qrup şəxs halında Tural Səfərovun verdiyi çətənə toxumlarının 168 (bir yüz altımış səkkiz) ədədini yaşadığı İmişli rayonunun Yalavac kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində, bir ədəd dibçəkdə iki ədəd, qalan dörd dibçəkdə hər birində 1 ədəd olmaqla beş ədəd dibçəkdə cəmi 6 (altı) ədəd, ümumilikdə 174 (bir yüz yetmiş dörd) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, 25 may 2023-cü il tarixdə saat 13:06-da İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı İmişli rayonu, Yalavac kəndində yerləşən evin həyətyanı sahəsinə və oradakı yardımçı tikiliyə baxış keçirilərkən, həyətyanı sahədən 168 (bir yüz altımış səkkiz) ədəd, yardımçı tikilidən beş ədəd dibçəkdə, onlardan birində 2 (iki) ədəd, digərlərində 1 (bir) ədəd olmaqla 6 (altı) ədəd, ümumilikdə isə külli miqdarda 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7700,0 qram olan əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında qeyd edilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Avropa İnsan Hüquqları Məhkəməsi “X16 Rusiya Federasiyasına qarşı” işi üzrə qərarında qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işləri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs hökmün təsviri hissəsində qeyd edilən Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddə ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi özünün ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələri, “baxış keçirilməsi barədə” protokol, həmin protokola əlavə olunmuş 1 ədəd DVD diskdə olan videogörüntü, məhkəmə ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə (kannabis) bitkisinin hissələri yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, i.v. 150) -İmişli Rayon İcra Hakimiyyətinin başçısının Rəsullu kənd İƏD-i üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla orada yaşamışdır, himayəsində 2009-cu il təvəllüdlü qızı Leyla Hacıyeva, 2011-ci il təvəllüdlü oğlu Fəthan Hacıyev vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 1, i.v. 130-133) -Dövlət Sosial Müdafiə Fondu X51 Mil-Muğan regional filialından daxil olmuş 19 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs filialdan İİİ dərəcəli ümumi səbəbdən əlilliyə görə müddətsiz olaraq hər ay 150,00 (bir yüz əlli) manat məbləğində sosial müavinət alır.(cild 1, i.v. 151) Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, İİİ dərəcəli əlilliyinin olması, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə məhkum olunması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən hallar, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1)əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3)qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4)şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət- Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X31rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X26 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 may 2023-cü il tarixdən hesablanmalı, İmişli Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli, 4(036)-36/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 7700,0 qram olan çətənə (kannabis) bitkisinin ekspertiza tədqiqatından sonrakı 7699,35 qram təmiz çəkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2110,0 qram qurudulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 2109,9 qram təmiz çəkisinin taleyi barədə məsələnin həll edilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə olunmalıdır. “Ambulator məhkəmə-narkoloji ekspertizası”nın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməməlidir. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 may 2023-cü il tarixdən hesablansın. İmişli Rayon Məhkəməsinin 27 may 2023-cü il tarixli, 4(036)-36/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq İmişli Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonrakı 174 (bir yüz yetmiş dörd) ədəd yaş vəziyyətdə təmiz çəkisi 7699,35 qram olan çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və ekspertiza tədqiqatından sonrakı təmiz çəkisi 2109,9 qram olan narkotik vasitə qurudulmuş marixuananın taleyi barədə məsələnin həll edilməsi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə olunsun. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar