Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-425/2024 25.11.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X36, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, müdafiəçi-Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci ildə Cəlilabad rayonu, Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla həmin dövrdə yetkinlik yaşına çatmamış Şahid2 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs2 1700 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 11 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində yerləşən “Dəniz market”-də olan Milliön ödəmə terminalı vasitəsilə plastik bank kartına köçürülmüş 1700 (bir min yeddi yüz) manat pulu ələ keçirib, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməklə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla həmin dövrdə yetkinlik yaşına çatmamış Şahid2 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs3 1600 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəyini vəd verib aldadaraq, həmçinin 28 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində Şahid1, Şahid2 və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs3 pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb sonuncuya verməklə 28 noyabr 2022-ci il tarixdə, saat 21:20 dəqiqədə Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1600 (bir min altı yüz) manat pulu ələ keçirib, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməklə Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla həmin dövrdə yetkinlik yaşına çatmamış Şahid2 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayət barədə xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs6 X3na pensiya düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, 01 dekabr 2022-ci il tarixdə saat 00:23 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1000 (bir min yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “Meyvəli market”-də olan eManat ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 800 (səkkiz yüz) manat pulu vahid niyyətlə ələ keçirib, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməklə Zərərçəkmiş şəxs6 ümumilikdə 1800 (bir min səkkiz yüz) manat maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla həmin dövrdə yetkinlik yaşına çatmamış Şahid2 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayət barədə xəbərsiz olan Zərərçəkmiş şəxs1 vasitəsilə Zərərçəkmiş şəxs5 qızı Rüqəyya İsayevanın İİ qrup əlil kimi pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, 01 dekabr 2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMCnə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1400 (bir min dörd yüz) manat pulu ələ keçirib, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməklə Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla həmin dövrdə yetkinlik yaşına çatmamış Şahid2 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs1 nəvəsi X15 pensiyasını bərpa etdirəcəyinə dair yalan vədlər verib aldadaraq, həmçinin istintaqla müəyyən edilməmiş vaxtda Cəlilabad rayonu ərazisində Şahid1, Şahid2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib X15 pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb Zərərçəkmiş şəxs1 verməklə 01 dekabr 2022-ci il tarixdə saat 18:17 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1800 (bir min səkkiz yüz) manat pulu ələ keçirib, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməklə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə, aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, habelə, xx.xx.2005-ci il tarixdə anadan olmaqla həmin dövrdə yetkinlik yaşına çatmamış Şahid2 əldə edəcəkləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs4 1500 manat pul qarşılığında pensiyasını bərpa etdirəcəyini vəd verib aldadaraq, həmçinin 07 dekabr 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində Şahid1, Şahid2 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs4 pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb sonuncuya verməklə 08 dekabr 2022-ci il tarixdə, saat 13:25 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-yə məxsus ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş **********400114 nömrəli bank kartına köçürülmüş 1500 (bir min beş yüz) manat pulunu ələ keçirib, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməklə Zərərçəkmiş şəxs4 həmin məbləğdə maddi ziyan vurub dələduzluq etmiş, habelə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində bildirmişdir ki, Şahid1 tanıyır, Akif iki dəfə onun evinə oğlunun pensiya işi ilə əlaqədar gəlib. Belə ki, oğlu Mirşahin Salmanova pensiya düzlətmək üçün Akif ona köməklik edib. Akif demişdir ki, “adamım var, oğluna pensiya düzəldək”. Akifin oğlu Vüsalı isə onlara gəlib oğlunun sənədlərini aparanda görmüş, bilmiş ki, Akifin övladıdır. Zərərçəkmiş şəxs2 onunla bibisi nəvəsi Rahid tanış edib. Zərərçəkmiş şəxs2 demişdir ki, “pensiya düzəltmək üçün tanışım var, köməklik edər”. Zərərçəkmiş şəxs2 də buna görə Akifin göndərdiyi kart hesabına 1700 manat pul göndərmişdir. Həmin puldan Akif ona heç bir məbləğdə verməmişdir. Zərərçəkmiş şəxs3 hüzr yerində görmüşdür. Onun nömrəsini Naibə Şahbaz kişi vermişdir. Ona demişdir ki, “Kamilin adamı var, pensiya düzəldəcəkdir”. Özü isə Naiblə danışıb demişdir ki, “adam var oğlumun işi ilə bağlı tanıyıram”. Özü isə addım atmışdır ki, Naibin də işi düzəlsin, bu səbəbdən onu Akiflə tanış etmişdir. Bundan sonra Akifin kartına 1500-1600 manat məbləğində pul atmış, lakin Akif onları saxta sənədlərlə aldatmışdır. X19 tanımamış, Şahbaz kişi vasitəsilə Akifin nömrəsini vermiş, onunla danışıqlar aparmışlar, əvvəl 800 manat sonra isə 1000 manat Akifə pul göndərmişlər. Akif həmin puldan ona heçnə verməmiş, onları da aldatmışdır. Rüqəyya İsayevanın işindən xəbəri olmamış, Şahbaz kişi zəng vurub Akiflə danışıb özünün isə xəbəri olmayıb, yalnız Akifdən kömək etməsini xahiş etmişdir. X15 işindən ümumiyyətlə məlumatı yoxdur. Zərərçəkmiş şəxs4 ilə bağlı ona zəng olunub, işdə olmuş, kimin zəng vurmasını isə xatırlamır. Onlarda Akiflə özləri danışıb. Əvvəlcə öz övladının işi ilə bağlı Akifə 1400 manat pul vermiş, daha sonra isə qızı və qızının qayınanası Sədaqətin də sənədlərini Akifə vermişdir. Özü isə heç kimdən bir qəpik də olsun pul almamışdır. Akifə isə ümumilikdə 4200 manat pul vermiş, Akif həmin puldan 1800 manat məbləğdə ona geri qaytarmışdır. Özü oğlunun işi ilə əlaqədar Şahid1 inanmış və sənədləri var, Zərərçəkmiş şəxs1 onunla kömək etmək məqsədi ilə tanış etmiş, xahişi odur ki, 01 il 06 aydır ki bu prosesi çəkir, zərərçəkmişdir və qayınlarından pul götürmüş, maddi marağına görə heç kimdən pul almamış, Şahid1 aldığı 1800 manat məbləğində pul öz haqqı olub, onu bu işə cəlb eliyən müstəntiq Şamil müəllim olub, çünki ona demişdir ki, “hökmən Şahbazın və Bayramın ətrafında olan adamların pulunu qaytarmalısan”, özü də cavabında onları tanımadığını, lakin üzləşdirmədə həmin şəxslər üzünə durub ona pul verdiklərini bildirmişlər, buna cavab isə X6 göndərdikəri ödənişlərin çeklərini göstərmiş, müstəntiq Şamil isə onu təhqir edərək, zərərçəkmiş kimi yox, cinayətkar kimi Akiflə üzləşdirib təzyiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Şəfiqə onun qızıdır, Ziya isə nəvəsidir. İsa da onun dayısı nəvəsidir. Akif adlı adamı ümumiyyətlə tanımır. Kamilin isə atasıyla dost olmuş, onunla yaxın münasibəti olmuşdur. Kamil də ona dayı demişdir. Hadisələrdən əvvəl Kamilin həyətində onlara məxsus quyunu təmir edərkən, söbhət əsanasında demişdir ki, nəvələrinin pensiyası kəsilib, bərpa elətdirmək istəyir. Bu zaman isə Təqsirləndirilən şəxs ona demişdir ki, “bu elə bizim işimizdir, əlimiz hər yerə çatır”. Kamil həmin vaxt nəvələrinin pensiyasını bərpa elətdirəcəyini ona vəd vermişdir. Bundan sonra bir – iki gün fərqlə bir-bir sənədləri Kamilə göndərmişdir. Kamil isə demişdir ki, ekspert komissiyasında tanış həkimi, nazirlikdə isə adamı var. Qohumu İsa isə həmin ərəflərdə ona demişdir ki, Qarazəncir kəndində Akif adlı adam var, camaatın pulun alıb pensiya düzəltmək adı ilə aldadır, birdən Kamil də onunla iş görər. Bu barədə Kamildən soruşduqda isə Kamil həmin Akif adlı adamı tanımadığını demişdir. Kamil onu arxeyin etmişdir ki, pulları vur çekə göndər, işin yoxdu, bir aya təsdiq olunub gələcək. Şəfiqəyə görə 1800 manat pulu Kamilin dediyi kart nömrəsinə göndərmiş, Ziyaya görə də 1800 manat və İsaya görə 1400 manat pulu da həmin karta göndərmişdir. Cəmi Kamilə 5000 manat pul göndərmişdir. Sonra isə Kamil elə gözlə-gözlə, az qalıb demişdir. Sonra müxtəlif bəhanələr edib, gah ilin axırıdı yoxlamalar gedir, gah da başqa bəhanələr edib yubatmışdır. Arada isə Kamilə zəng vurub demişdir ki, birdən Akiflə iş görərsən. Kamil isə demişdir ki, yox. Sonra görmüş ki, Kamil onu aldadıb, 102 xidmətinə zəng vurub bu barədə şikayət etmişdir. Bundan sonra polisə çağırmışlar, gedib şikayətlərini yazmışdır. Vurulmuş zərərdən bugünədək 1900 manat pulu Akifin qardaşı Vidadi ona geri qaytarıb. Qalan pulu isə Kamildən tələb edir, çünki Akifi tanımır, Kamildən şikayətçidir, onunla barışmır. Bütün pulları isə Kamilin verdiyi kart nömrəsinə köçürmüşdür. Sənədləri də Kamilə vermiş, müəyyən zaman keçdikdən sonra isə guya təsdiq sənədi gəlmişdir. Kamil həmin sənədi “whatsapp” vasitəsilə ona göndərmiş, sonra gedib öyrənmişlər ki, elə bir sənəd yoxdur. Kamil ona ekspert komissiyasında həkim tanışı olduğunu, bir də nazirin sürücüsü ilə tanış olduğunu demişdir. Kamillə bu barədə demək olar ki, hər gün danışıb. Kamil əvvəllər demişdir ki, “qorxusu yoxdur, düzəldəcəm, bu işi mən eliyirəm”. Sonra isə pulu geri ala bilmədiyini demişdir. Hər işə görə verilən pul məbləğini ona Kamil demişdir. Kamil gah Vaqif, gah da Yusif adlı həkim tanışlarının olduğunu bildirib. Sonda isə Kamil onun da Akif tərəfindən aldadıldığını demişdir. Akif adlı şəxsi tanımamışdır. X71 gətirmiş, Akif isə orada etiraf etmişdir. Hazırda Kamildən vurulmuş 3100 manat məbləğində pulu tələb edir. Onunla həkim adıyla isə Akifin oğlu Vüsal danışıb. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Üçtəpə kənd sakini kimi tanıyır. Şahbazla yol yoldaşı olmuş, Bakıya birlikdə toya getmişlər. Yolda söhbət zamanı Şabhaz demişdir ki, Kamilə sənədləri verib, Kamil kəsilmiş pensiyaları bərpa edir. Əmisi arvadının yas mərasimində isə Təqsirləndirilən şəxs görmüş onunla bu barədə danışmışdır. Kamil isə bildirmişdir ki, özünün şəxsiyyət vəsiqəsinin surətini göndərsin və yaxın bir zamanda əlillik təyin edilməsi ilə köməklik edəcəkdir. Təqsirləndirilən şəxs onun pensiyasının bərpa etdirilməsində həkim tanışının olmasını demişdir. O da Kamilin bu sözlərinə inanmışdır. Həmin axşam Təqsirləndirilən şəxs ona zəng etmiş, danışarkən şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərməsini istəmişdir. O da “WhatsApp” sosial şəbəkəsi vasitəsilə özünün şəxsiyyət vəsiqəsinin surətini göndərmişdir. Bundan təxminən yarım saat sonra Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsilə sənəd fotoşəkli göndərmiş, sənəddə İİ qrup əlillik təyin olunması ilə bağlı təsdiq kodu göstərilmişdir. Həmçinin, Kamil onu inandırmaq üçün guya pensiya düzəltdirdiyi bir neçə şəxsin adının olduğu siyahını da atmışdır. Kamil ona həkim səsi kimi bir şəxsin səs yazısını göndərmişdir. Kamil ona bank kartının fotoşəkilini göndərmiş və həmin koda komissiyanın həkimi üçün 1600 manat pul köçürməsini istəmiş, yoxsa təsdiq sənədinin ləğv olunacağını demişdir. Kamil ona 1600 manat pulu birbaşa deməmiş, 16 meşok göndərməyini demişdir. Kamil pulun dərhal çatmalı olduğunu dediyindən o da Bakıda yaşayan qaynından 1000 manat pul almış, özü də 600 manat üzərinə qoyub 1600 ( bir min altı yüz) manat pulu Kamilin dediyi kart nömrəsinə göndərmişdir. Kamilin sözlərinə inanmış və gözləməyə başlamışdır. Kamil həmin təsdiq kodunun düzgün olmasını kimdən istəyirsən maraqlana biləcəyini demişdir. Özü də qonşuluqda yaşayan DSMF-də işləyən şəxsə həmin mesajı göstərmiş, həmin şəxs isə kodun hələ sistemdə çıxmadığını demişdir. Bundan sonra Kamilə səs atmış, Kamil isə ona guya həkim səsi atmışdır. Həmin səsdə demişdir ki, rayonlardan müraciət olunanda təsdiq kodu olur, lakin onlar birbaşa bərpa mərkəzindən edirlər. Pulu oğluna vermiş, oğlu isə aparıb Kamilin göndərdiyi Bank hesabına köçürmüşdür. Bir müddət gözləmiş, sonra bayram ərəfəsinə düşmüş, Kamil demişdir ki, bayramdan sonra düzələcək. Lakin heç bir şey düzəlməmişdir. Bundan sonra bilmişdir ki, Kamil onu aldadır. Kamilə verdiyi 1600 manat puldan 500 manat pulu Akifin qardaşı ona geri qaytarmışdır. Hazırda 1100 manat ziyanını Kamildən tələb edir, ondan şikayətçidir, onunla barışmır. Eyni zaman da bildirir ki, bundan başqa, qardaşı Qurbanxan Bayranovun evində olan zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək “həkim zəng edib Bakıda təcili bir nəfər şəxs lazımdır, onun əlillik məsələsini həll edə bilərik” deyə bildirmişdir. Bu zaman bununla bağlı qardaşı Qurbanxanla məsləhətləşmiş və Qurbanxanında pensiyası dayandığı üçün pensiyasının bərpa etidirilməsi üçün razılaşmışdır. O, qardaşı Qurbanxanın şəxsiyyət vəsiqəsini fotoşəklini Kamilə göndərmiş, təxminən bir saat sonra Kamil “WhatsApp” sosial şəbəkəsi vasitəsilə ona fotoşəkil göndərmiş və fotoşəkildə Qurbanxanın da İİ qrup əlilliyi təyin olunması göstərilmişdir. Kamil Qurbanxanın pensiyası üçün həkimə çatacağı adı ilə 1500 manat göndərmələrini istəmişdir. Qardaşı Qurbanxan da 1500 manat pulu Kamilin dediyi kart hesabına göndərmişdir. Sonra aldadıldığını bilib Təqsirləndirilən şəxs zəng edərək verdiyi pulları qaytarmasını tələb etməyə başlamışdır. Kamil isə onu və qardaşı Qurbanxanı müxtəlif bəhanələrlə aldadaraq pullarını qaytaracağını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, qardaşı Naib onlara gəlmiş oturmuşlar. Həmin vaxt qardaşı Naibə zəng gəlmiş ki, “Bakıdayam ikiüç nəfərin sənədin göndər həkimlə görüşə gedirəm, onların da sənədlərini keçirək”. Bu barədə qardaşı onunla məsləhətləşib, daha sonra sənədlərini Kamilə göndərmişlər. Yarım saat sonra isə mesaj gəlmişdir ki, İİ qrup əlillik təyin olunması ilə bağlı təsdiq kodudur. Əlillik isə müddətsiz təyin olunur. Qarşılığında isə 1500 manat pul ödəməli olduğunu demişdir. Bundan sonra Kamilin göndərdiyi kart hesabına oğlu Rəşadı göndərib 1500 manat pul göndərmişdir. Sonra öyrənmişdir ki, Kamil onları aldadır. Bu səbəbdən qardaşının telefonu ilə ona zəng vurub demişdir ki, “qaynını tanıyıram, onunla dostam, bu iş fırıldaqdısa eləmə bunu”. Kamil isə demişdir ki, “yox elə şey yoxdu, özüm cavabdehəm”. Kamillə əlaqəsi yalnız bundan ibarət olmuşdur. Daha sonra Kamil tərəfindən aldadıldığını bilmişdir. Hazırda onunla barışmır, şikayətçidir. Kamildən ona verdiyi 1500 manat pulunu tələb edir. Bu günə kimi Kamil ona bir qəpik də ödəniş etməyib. Kamil qardaşı Naibə kart nömrəsin göndərmiş, pulu da onun göndərdiyi kart hesabına köçürmüşdür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır onunla qohumluq əlaqələri vardır. 2022-ci ilin sonlarında əlillik dərəcəsinin təyin olunması ilə bağlı yenidən komissiyadan keçmək üçün sənədlərini təqdim etmiş, lakin cavab almaqda yubanmalar olmuşdur. Həmin vaxt isə Kamilin belə işlərdə köməklik etməsi barədə eşitmiş, bu məqsədlə Kamillə görüşüb danışmışdır. Kamilə bu barədə dedikdə, Kamil ona bu işi həll etməkdə köməklik edəcəyini, lakin bu başdan pul istədiklərini demişdir. Kamil ondan 2000 manat bu işin həllinə görə pul istəmiş, lakin imkanı olmadığından aşağı eləmiş Kamilə 1700 manat pul vermişdir. 1700 manat məbləği isə Kamilin göndərdiyi kart hesabına özü şəxsən göndərmişdir. Lakin Kamil pulu aldıqdan sonra heç bir nəticə olmamışdır. Kamilə ona bu işin həlli ilə bağlı adamlarının olduğunu demiş, lakin adamın kim olduğunu deməmişdir. Sonradan isə Kamil onunla əlaqə saxlamamış, yalnız bir dəfə oğlu ilə görüşüb, bu haqda danışmışdır. Sonradan isə şikayət olunmuş, iş gördüyü adamın qardaşı isə onun mobil nömrəsini tapıb zəng vurmuşdur. Həmin şəxs Vidadi olmuş, ona hissə-hissə ümumilikdə 1500 manat pul qaytarmışdır. Hazırda ona vurulmuş ziyan 200 manatdır. Kamildə şikayətçidir, onunla barışmır, lakin 200 manat pula görə də tutulmağını istəmir, qanuna uyğun cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, qızı Rüqəyya İsayeva əvvəllər xəstəliyi ilə bağlı olaraq pensiya almış, lakin, sonradan Rüqəyyaya verilən pensiya dayandırılmışdır. 2022-ci ilin noyabr ayının sonlarında əmisi Zərərçəkmiş şəxs1lə söhbət edən zaman söhbət əsnasında nəvəsi Ziya Qarayevin pensiyasının bərpa olunması üçün Mirxas, yəni Təqsirləndirilən şəxs adlı tanışının köməklik göstərəcəyini bildirmişdir. O da Şahbaza qızı Rüqəyyanın əvvəllər pensiya almasını, lakin sonradan pensiyanın dayandırılmasını bildirmiş və Mirxas adlı tanışından Rüqəyyanın pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etməsini istəmişdir. Şahbaz da elə onun yanında Mirxas adlı tanışına zəng edərək Rüqəyya İsayevanın pensiyasının bərpa olunmasında köməklik göstərməsini xahiş etmiş, Mirxas da bu işin düzəlməsi üçün ondan 1400 manat pul istəmişdir. Şahbaz Mirxasın bu sözlərini ona dedikdə həmin təkliflə razılaşmışdır. Bundan sonra Kamil bank kartının şəkilini “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Zərərçəkmiş şəxs1 mobil telefonuna göndərmişdir. Özü isə gedib “Al market”-də olan ödəmə terminalı vasitəsilə Kamilin verdiyi bank kartına qızı Rüqəyyanın pensiyasının bərpa olunmasında köməklik göstərməsi qarşılığında 1400 (bir min dörd yüz) manat pul köçürmüş, həmin pulu köçürməsi ilə bağlı qəbzin fotoşəkilini çəkərək Şahbaza göndərmişdir. Şahbaz da həmin qəbzin fotoşəkilini Kamilə göndərmişdir. Lakin, Kamil onlara söz verdiyi vaxtda qızı Rüqəyyanın pensiyasının bərpa olunması üçün heç bir köməklik göstərməmiş, həmçinin aldığı 1400 manat pulu geri qaytarmamışdır. Buna görə də Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ona vurulmuş ziyandan 700 manat məbləğ Vidadi tərəfindən geri qaytarılmışdır. Özü isə bu işlə əlaqədar Kamili tanıyır, pulu da Kamilə vermişdir. Qalıq 700 manat pulunu isə Kamildən tələb edir, onunla barışmır, şikayətçidir, pulunun qaytarılmasını tələb edir, Kamilin tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynatasıdır. X3 yüksək şəkər və digər xəstəliklərdən əziyyət çəkdiyinə görə pensiya düzəltdirmək istəmişdir. Həmin ərəfədə isə arvadı Şəfiqə İsayeva atası Şahbazın zəng edərək Mirxas, yəni Təqsirləndirilən şəxs adlı şəxsin nəvəsi Ziya Qarayevə və qohumu Zərərçəkmiş şəxs5 qızı Rüqəyyanın pensiyasının düzəldilməsində köməklik göstərəcəyini, ona da Mirxas vasitəsilə pensiya düzəltməyi təklif etdiyini bildirmişdir. O da Şəfiqəyə pensiya düzəltmək üçün nə qədər pul lazım olmasını Şahbazdan soruşub məlumat verməsini bildirmişdir. Bir neçə gün Şəfiqə atası Şahbazın ona zəng edərək pensiya düzəltmək üçün Mirxas kimi tanıdığı Təqsirləndirilən şəxs 1800 (bir min səkkiz yüz) manat pul istədiyini bildirmiş və Kamilin göndərdiyi bank kartının fotoşəkilini onun mobil telefonuna göndərmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs verdiyi kart hesabına 1800 (bir min səkkiz yüz) manat pul köçürmüşdür. Sonradan Zərərçəkmiş şəxs1 Şəfiqənin pensiyasının düzəlməsi məsələsi ilə maraqlandıqda Şahbaz Təqsirləndirilən şəxs onu da aldatmasını, nəvəsi Ziya Qarayevin pensiya işi üçün 1800 (bir min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs5 isə qızı Rüqəyyanın pensiya işinin düzəlməsi üçün 1400 (bir min dörd yüz) manat pul verməsini, lakin Kamilin onun kimi onları da aldatmasını, söz verdiyi müddətdə pensiya işini həll etmədiyini, aldığı pulu geri qaytarmadığını bildirmişdir. Şəfiqə İsayevanın pensiyasının düzəlməsi qarşılığında 1800 manat pulu Təqsirləndirilən şəxs verdiyi bank kartına o, özü şəxsən köçürmüş, həmin pul ona məxsus olmuşdur. Bu günədək isə ona vurulmuş zərərdən 500 manat məbləğ Şabhaz tərəfindən geri alınıb özünə verilmişdir. Qalıq pulunu isə Kamildən tələb edir, onunla barışmır, şikayətçidir, barəsində qanuna uyğun cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların evinə gəlib, həmin vaxt məktbədən qayıdıb Kamili evlərində görmüşdür. Kamil atası Akiflə söhbət edirmiş, lakin onların nə barədə danışdıqlarına qulaq asmamışdır. Özünə isə heç bir məbləğdə pul verilməyib, ümumiyyətlə bu söhbətlərin ona aidiyyəti yoxdur. Zərərçəkmiş şəxs2 tanımır, ondan pensiya adı ilə 1700 manat pul alınmasında iştirak etməmişdir. Hal hazırda isə hadisələr yadında qalmayıb, hərbi xidmətdən yeni qayıtmışdır. Mayıl Bayramovla bağlı atası və Kamil nə danışıb bilmir. Şahbaz vasitəsilə də İsayevdən 1800 manat pul alınması ilə bağlı da heçnə bilmir. Ruqiyyədən 1400 manat pul alınması ilə bağlı danışığı tam yadında deyil, ondan pul almamışdır. Onlarla telefon danışığı barədə də heçnə xatırlamır, aradan iki ildən çox vaxt keçib. Özü Kamillə telefonda danışıb, lakin ona pul vəd verilməyib, pul alınmasında orada olmamış, özü də pul almamışdır. Kamilə atdığı səsləri isə atası ona deyib, o da edib. Atdığı səslərdə isə nəyi nəzərdə tutduğunu bilmir, atası nə deyibsə onu da atıb. Təsdiq kodu göndərilməsi ilə bağlı danışıqlarını atası deyib, deyib ki, belə söz de, o da deyib. Belə ki, atası deyib ki, get flankəsə zəng vur belə söz de, özü də gedib demişdir. Eyni zamanda atası deyib ki, get flankəsdən pul al gətir, özü də gedib almışdır. Atasına gələn zəngləri atası Akif aça bilməyəndə atasının göstərişi ilə özü açıb danışmışdır. Kamil onlara gəlib pul haqqında söz olub, atası deyib ki, stolda sənəd var get götür gətir ver, özü də gedib gətirmişdir. İstintaq zamanı müstəntiqə ifadə verib, müstəntiq onu incitməyib, heçnəyə təkid etməyib, ifadəsini özü imzalayıb, lakin tam oxumayıb, onu ifadəyə imza etməyə məcbur etməyiblər. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid2 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərindən etibarən Şahid1 ona müxtəlif şəxslərdən pensiya düzəltmək adı ilə pullar alacağını, bu işdə köməklik göstərməsini, ona də pul verəcəyini demiş, onun həmin şəxslərlə həkim kimi mobil telefon vasitəsilə danışmasını xahiş etmişdir. O da atası Şahid1 bu təklifi ilə razılaşmışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində Cəlilabad rayonu, Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlib atası Şahid1la söhbət edərkən Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs2 əlilliyinə uyğun olaraq əlillik dərəcəsinin verilmədiyini bildirmiş və həmin pensiya məsələsinin həll olunmasında Rahilin köməklik göstərməsini xahiş etdiyini demişdir. Şahid1 da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 pensiyasının bərpa etdirilməsi qarşılığında 1700 (bir min yeddi yüz) manat pul almasını istəmişdir. Həmçinin, həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs ona təklif etmişlər ki, Zərərçəkmiş şəxs2 zəng edərək özünü həkim kimi təqdim etsin və pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəyinə inandırsın. Buna görə də Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefona zəng edərək özünü həkim kimi təqdim etmiş və pensiya sənədlərinin düzəlməsi üçün lazım olan 1700 manat pulu verməsini istəmişdir. 11 noyabr 2022-ci il tarixdə axşam saatlarında Şahid1 yaşadığı evə gələn zaman Zərərçəkmiş şəxs2 pensiyasının bərpa etdirilməsi üçün 1700 manat pul almasını, həmin pulun bir hissəsini bu işdə şəriki olan Təqsirləndirilən şəxs verməsini, qalan hissəsini isə özünə götürməsini bildirmiş, ona da həmin pulun bir hissəsini vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının ortalarında yaşadıqları ünvana gələrək Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs3 pensiyasının bərpa etdirməkdə köməklik göstərməsini istəmiş və Şahid1 bu işin düzəlməsi üçün birlikdə pul almağı təklif etmişdir. Şahid1 da Zərərçəkmiş şəxs3 pensiyasının bərpa olunmasında köməklik göstərmək üçün Naibdən 1600 (bir min altı yüz) manat pul almasını istəmişdir. Həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs ona təklif etmişlər ki, Zərərçəkmiş şəxs3 zəng edərək özünü həkim kimi təqdim etsin və pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəyinə inandırsın. Buna görə də Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil telefona zəng edərək özünü həkim kimi təqdim etmiş və pensiya sənədlərinin düzəlməsi üçün lazım olan 1600 manat pulu verməsini istəmişdir. 28 noyabr 2022-ci il tarixdə axşam saatlarında Şahid1 yaşadığı evə gələn zaman Zərərçəkmiş şəxs3 pensiyasının bərpa etdirilməsi üçün 1600 manat pul almasını, həmin pulun bir hissəsini bu işdə şəriki olan Təqsirləndirilən şəxs verməsini, qalan hissəsini isə özünə götürməsini bildirmiş, ona da həmin pulun bir hissəsini vermişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı evdə olan zaman yenidən ona təklif etmişlər ki, Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs4 pensiyasının bərpa olunması adı ilə 1500 (bir min beş yüz) manat pul alacaqlar, ona da həmin puldan verəcəklər. O da Zərərçəkmiş şəxs3 zəng edərək yenidən özünü həkim kimi təqdim etməlidir və qardaşının pensiyasının bərpa olunmasında köməklik göstərəcəyinə inandırmalıdır. Buna görə də yenidən Zərərçəkmiş şəxs3 zəng edərək özü kimi qardaşının da pensiyasının bərpa olunmasında köməklik edəcəyinə dair yalan vədlər verərək inandırmış və bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra Şahid1 birlikdə yaşadıqları evə gələn zaman Zərərçəkmiş şəxs3 qardaşı Zərərçəkmiş şəxs4 pensiyasının bərpa etdirilməsi üçün 1500 manat pul almasını, həmin pulun bir hissəsini bu işdə şəriki olan Təqsirləndirilən şəxs verməsini, qalan hissəsini isə özünə götürməsini bildirmiş, ona da həmin pulun bir hissəsini vermişdir. Bundan başqa, 2022-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs və Şahid1 onların yaşadıqları evdə olan zaman Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs1 qızına pensiya düzəltmək, həmçinin nəvələrinin pensiyasının bərpa etdirilməsində köməklik göstərmək adı ilə ümumilikdə 5000 (beş min) manat pul alacaqlarını bildirmişlər. Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirmək üçün yalandan Kamilə zəng edərək həkim adı ilə danışmasını təklif etmişlər, Kamilin də həmin səs yazılarını Şahbaza göndərərək inandıracaqlarını demişlər. Aralarında əldə edilmiş razılaşmaya əsasən o, “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs səs yazıları göndərərək həkim adı ilə danışmış, Kamil də həmin səs yazılarını Şahbaza göndərərək pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəklərinə inandırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 və qohumları da onun anası Kəmalə Qasımovaya məxsus olan bank kartına müxtəlif məbləğlərdə pul göndərmişlər. Lakin, Zərərçəkmiş şəxs1 qızı və nəvələrinin pensiya sənədlərinin düzəldilməsində o, Şahid1 və Təqsirləndirilən şəxs heç bir köməklik göstərməmişlər. Şahid1 və Zərərçəkmiş şəxs1 aldıqları pulun bir hissəsini özünə götürmüş, qalan pulu isə şəxsən görüşməklə və bank kartına göndərməklə Təqsirləndirilən şəxs vermişdir. İfadəsi elan olunduqdan sonra Şahid2 həmin ifadəsinin bəzi hissələrinin doğru olduğunu, atası Akifin ona pul vermədiyini, ifadəsini qismən təsdiq etdiyini bildirmişdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanımır, ona pensiya düzəltməmiş, pul almamışdır. Zərərçəkmiş şəxs3 tanımır, ona pensiya düzəltməmiş, pul almamışdır. Zərərçəkmiş şəxs1 tanımır, adın eşitmişdir, ona pensiya düzəltməmiş, pul almamışdır. Zərərçəkmiş şəxs5 tanımır, onunla telefon danışığı olub, nömrəsini Təqsirləndirilən şəxs verib ki, onunla danışıb desin ki, “mən Bakıdayam İshaq məni tutduracaq, deki narahat olma 1-2 aya Kamil bu işləri nizamlayacaq, özü Bakıdadır, düzəlməsə pulları geri qaytaracaq”. X15 pensiyasını bərpası ilə bağlı pul almamışdır. Zərərçəkmiş şəxs1lə isə telefonda danışıb onu sakitləşdirmişdir. Zərərçəkmiş şəxs4 tanımır, ondan pul almamışdır. Təqsirləndirilən şəxs qayınatasının qonşusu olub, onu elə tanımışdır. Sonradan Kamil onun nömrəsini tapıb zəng vurmuşdur. Demişdir ki, “bunlara pensiya düzəltmək lazımdı, sənədlərin və vəsiqələrin surətini almışam”. Ona demişdir ki, “bərpa mərkəzində düzəldirəm, səndə köməklik elə düzəldim başa çatdırım”. Özü isə Kamilə kömək edəcəyini demişdir. Kamil ona bərpa mərkəzində adamının olduğunu, pul və sənədləri həmin adama verdiyini bildirmişdir. Lakin düzəlməsə ona verəcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs onun həyat yoldaşına məxsus karta pul atmışdır. 5500 manat Şahbazdan aldığı pul olmuşdur. Amma həmin pulu atandan on dəqiqə keçmiş 3400 manatını geri istəmişdir. Özü də 3400 manat pulu geri köçürmüşdür, bununla bağlı çekləri də var, polisə təqdim eləmişdir. Kamil isə ona qalan işi özü görəcəyini demişdir. Üstündən iyirmi gün keçmiş Kamil ona vəziyyətin pis olduğunu, gedib Şahbazdan xahiş etməyini, pulları geri qaytaracağını demişdir. Sonra isə nə qədər vaxt keçdiyin xatırlamır, Kamil oğlu və bir saqqallı oğlanla evinə gəlmişdir. Həmin oğlan DTX əməkdaşı olduğu bildirib, onu hədələmişdir. 1500 manat qalıq pulu geri tələb etmişdir. Lakin o Kamilə pul verməmiş, həmin pulu qardaşı Vidadi aparıb Cəlilabad RPŞ-də Şahbaza özü vermişdir. Sonradan isə Kamillə əlaqəsi kəsilmişdir. Kamilin aldığı pullar kart vasitəsilə ona göndərilib, pulları bu işi görmək üçün göndərib, lakin Şahbaza borclu qalmışdır, o həmin şəxslərə pensiya düzəldəcəkmiş. Özü isə pulları Cəlilabad RMX-da həkim işləyən X26 vermiş, onun şirin dilinə inanmışdır. Sonra isə Valeh həkim ölmüşdür. Pullar isə onun boynunda qalmışdır. Ümumi əlli min manat pul yığıb vermiş, ziyanı ödəmək üçün də evini satmış, indi çöldə qalır. Valeh həkim isə o tutulandan iki ay sonra ölmüşdür. Həmin həkim barədə də prokurorluğa, DİN-ə, Cəlilabad RPŞ-nə şikayət ərizələri yazmışdır. Təqsirləndirilən şəxs o evdə olarkən gəlmiş, oğluna həkim adıyla danışmağını istəmiş, uşağı aldatmışdır. Sonra isə uşağın səsini yazıb, polisə verməklə hədələmişdir. Salmanov həm oğluna, həm də ona oğlu Vüsalın həkim adıyla danışmağını istəmiş, o da oğluna demişdir ki, “danış sən, bunu öldürməsinlər”. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid1 ibtidai istintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonu ərazisində özünü pensiya düzəldə bilən şəxs kimi təqdim etdiyindən, rayon ərazisində bir çox şəxs onu bu işlərlə məşğul olan insan kimi tanımışdır. Tanışı Cəlilabad rayonu, Üçtəpə kənd sakini Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının əvvəllərində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Zərərçəkmiş şəxs2 əlilliyinə uyğun olaraq əlillik dərəcəsinin verilmədiyini bildirmiş və həmin işin düsəlməsi üçün birlikdə iş görməyi təklif etmişdir. O da Zərərçəkmiş şəxs2 əlillik dərəcəsi təyin etdirməsində köməklik etdirməsi müqabilində 1700 (bir min yeddi yüz) manat pul istəmişdir. Bundan sonra Kamil 1700 manat pulu Rahildən alaraq ona vermişdir. Kamil ona müştəri tapdığı üçün həmin puldan 300 manat pul vermişdir. Lakin, sonradan Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs2 pensiyasının bərpa olunması üçün heç bir iş görmədikləri üçün Rahil də bu barədə şikayət etmişdir. Bu səbəbdən də Rahildən aldıqları pulun 1500 manat hissəsini qaytarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayının ortalarında Cəlilabad rayonu, Təzəkənd kənd sakinləri Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 kəsilmiş pensiyalarının bərpa etdirmək lazım olduğunu bildirmişdir. O da Kamilə Naibin pensiyasının bərpası üçün 1600 manat, Qurbanxanın pensiyasının bərpası üçün 1500 manat pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evdə olan zaman oğlu Şahid2 Musa və Naib adlı şəxsləri pensiya sənədləri düzəltmək adı ilə aldadıb pullarını ələ keçirmək istədiklərini bildirmiş, bu işdə onlara köməklik göstərməsini, yəni yalandan Kamilə “WhatsApp” sosial şəbəkəsi vasitəsilə səslər ataraq guya həmin şəxsləri həkim olmağa inandırmalarını istəmişlər, bu işi görməkdə köməklik göstərməsi qarşılığında Vüsala pul verməyi təklif etmişlər. Vüsal da onların bu təklifini qəbul etmişdir. Bundan sonra Şahid2 “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs səslər ataraq Naib və Qurbanxan Bayarmovun onun həkim olmasına və pensiya sənədlərinin düzəldilməsində köməklik göstərəcəyinə inandırmışdır. Buna görə də Zərərçəkmiş şəxs3 Kəmalə Qasımovanın adına olan bank kartına 2022-ci ilin noyabr ayının sonlarında 1600 manat, Zərərçəkmiş şəxs4 isə 2022-ci ilin dekabr ayının əvvəllərində həmin bank kartına 1500 manat olmaqla ümumilikdə 3100 manat pul köçürmüşlər. O, həmin pulu çıxarı bir hissəsini Şahid2, bir hissəsini isə Təqsirləndirilən şəxs vermiş, qalan hissəsini isə götürüb öz şəxsi ehtiyacları üçün xərclədim. Lakin, onlar Naib və Zərərçəkmiş şəxs4ların pensiya sənədlərinin düzəldilməsi üçün heç bir iş görməmişlər. Sonradan həmin şəxslər onun da bu işdə olmasını bilərək verdikləri pulu geri qaytarmasını tələb etmişlər. Lakin, Naib və Qurbanxandan aldıqları 3100 manat puldan 500 manat geri qaytarmışlar. Buna görə də Zərərçəkmiş şəxs3 onun barəsində Cəlilabad RPŞ-nə ərizə ilə mürtaciət etmişdir. Şahid1 qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, o, Təqsirləndirilən şəxsla birlikdə Şahid2 özünü həkim kimi təqdim edərək “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Kamilə səs yazılarını göndərməyi, Kamilin də həmin səs yazılarını Zərərçəkmiş şəxs3 göndərməsi barədə əvvəlcədən razılaşmışlar. Kamil onun və Vüsalın həkim olmamasını əvvəlcədən bilmiş, Naib və Zərərçəkmiş şəxs4lardan pensiya düzəltmək adı ilə aldadaraq ələ keçirdikləri 3100 manat puldan Kamilə və Şahid2 da vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 isə əvvəllər görməmiş, heç bir tanışlığı yoxdur. 2022-ci ilin noyabr ayının sonlarında Mirxas kimi tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək Cəlilabad rayonu, Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs1 qızına pensiya düzəltmək, nəvələrinin isə pensiya bərpa etdirmək istədiyini bildirmiş və bu işdə köməklik etməsini istəmiş, həmin işlərin düzəlməsi üçün Şahbazdan lazım olan pulları da alacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs təklifini qəbul etmiş Zərərçəkmiş şəxs1 qızına pensiya düzəltmək, nəvələrinin isə pensiya bərpa etdirmək üçün ümumilikdə 5000 manat pul alacağını, əldə etdiyim puldan ona da verəcəyini, yəni Kamilin özünün də də xeyrinin olacağını demişdir. Kamil də onun bu sözlərindən sonra Zərərçəkmiş şəxs1 mobil telefon nömrəsini ona verib həkim adı ilə danışıb pensiya düzəltməkdə köməklik edəcəyinə inandırmağını istəmiş, həmçinin onun mobil telefon nömrəsini də Şahbaza verəcəyini demişdir. O, Kamilin verdiyi Şahbazın istifadəsində olan mobil nömrəyə zəng edərək danışmış, Şahbaz qızı Şəfiqəyə pensiya düzəltdirmək, həmçinin nəvələri Rüqəyya İsayeva və Ziya Qarayevin əvvəllər aldığı pensiyanı bərpa etdirmək istədiyini bildirmişdir. O, bununla bağlı Təqsirləndirilən şəxsla əlaqə saxlayacağı və həmin işlərin düzəldilməsi üçün lazım olan pulun məbləğini Kamilə deyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla mobil telefon vasitəsilə əlaqə saxlayıb Şahbaza qızı Şəfiqəyə pensiya düzəltdirməkdə köməklik etmək üçün 1800 manat, Rüqəyya adlı uşağın pensiyasının bərpa olunması üçün 1400 manat, Ziya adlı uşağın pensiyasının bərpa olunması üçün isə 1800 manat pulu Şahbazdan istəməsini demiş, arvadı X7 məxsus olan bank kartının fotoşəkilini Kamilə göndərmişdir. 01 dekabr 2023-cü il tarixdə gecə saatlarında Kəmalə Qasımovanın adına olan bank kartına ilkin olaraq 1000 manat, həmin gün axşam saatlarında isə 800 manat, 1400 manat pul köçürüldüyünü görmüşdür. Bank kartına köçürülmüş 1000 manat puldan 200 manat, 800 manat puldan 150 manat, 1400 manat puldan 300 manat olmaqla ümumilikdə 650 manat pulu Təqsirləndirilən şəxs məxsus olan bank kartına göndərmişdir. Bundan başqa 04 dekabr 2023-cü il tarixdə Kəmalə Qasımovanın adına olan bank kartına köçürülmüş 1800 manat pulu çıxarıb həmin puldan 400 manat Təqsirləndirilən şəxs məxsus olan bank kartına köçürmüşdür. Zərərçəkmiş şəxs1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayıb qızı və nəvələrinin pensiya işinin düzəlməsi ilə maraqlanmış, o da hər dəfə müxtəlif bəhanələr gətirərək Şahbazı aldatmışdır. Həmçinin, Təqsirləndirilən şəxs da zəng edərək Şahbazı müxtəlif bəhanələrlə aldatmasını istəmişdir. Sonradan Zərərçəkmiş şəxs1 göndərdiyi pul qarşılığında söz verdiyi vaxtda qızına pensiya düzəltməkdə, həmçinin pensiyasının bərpa olunmasında köməklik göstərməmişdir. Buna görə də Şahbaz ondan və Təqsirləndirilən şəxs verdiyi pulu geri qaytarmalarını tələb etmişdir. Onlar pulu qaytarmadıqları üçün Zərərçəkmiş şəxs1 bu barədə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Cəlilabad RPŞ-də aparılan araşdırma zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla birlikdə dələduzluq yolu ilə ələ keçirdiyi 5000 manat puldan 1900 manat pulu qaytarmış, lakin maddi vəziyyəti pis olduğu üçün qalan 3100 manat pulu qaytara bilməmişdir. Şahid1 qeyd olunan xüsusatla bağlı ona verilən əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs istintaqa yalan ifadə vermişdir. Belə ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, Şahbazla onu Kamil tanış etmiş, Şahbazın qızına pensiya düzəltmək, həmçinin nəvələrinin pensiyasını bərpa etdirməkdə köməklik göstərməsini istəmiş, bu işin düzəlməsi üçün pul məsələlərini Kamil danışmış, yəni həmin işlərin düzəlməsi üçün ümumilikdə 5000 manat pul lazım olduğunu Kamil Şahbaza demiş, bank kartının fotoşəkilini göndərərək pul köçürülməsini təşkil etmiş, dələduzluq yolu ilə ələ keçirdikləri 5000 manat puldan ona ümumilikdə 1050 manat pul vermişdir. Həmçinin, Şahid1 ona verilən digər əlavə suallara cavab olaraq ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Məhəmməd Məmmədov, Anar Fərzəliyevə təqdim etdikləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədləri Cəlilabad rayonunda notariusun binasının yaxınlığında yerləşən Toğrul və Yusif adlı şəxslərin işlətdiyi obyektdə hazırlamış, həmin sənədlərin düzəldilməsində Yusif adlı şəxs də ona köməklik göstərdiyi üçün hər dəfə müxtəlif məbləğlərdə pul da vermişdir. Bundan başqa, ifadəsində göstərmişdir ki, iş üzrə zərərçəkmiş şəxsləri aldadaraq bir hissəsinə pensiya bərpa etdirilməsində, bir hissəsinin isə pensiya düzəldilməsində köməklik göstərəcəyini deyərkən həkim kimi çəkdiyi adlar həqiqətdə olmamış, həmin şəxslərdən aldığı pullardan heç kimə verməmiş, pulu hər hansı şəxsə verəcəyini də bildirməmişdir. Ayrı-ayrı şəxslərin adlarını çəkmək və özünü həkim kimi təqdim etməkdə məqsədi bu üsulla zərərçəkmiş şəxsləri aldadaraq pullarını ələ keçirmək olmuşdur. O, zərərçəkmiş şəxslərin heç birinə pensiya sənədlərinin düzəldilməsində köməklik göstərmək istəməmiş, belə bir niyyətim olmamış, buna görə də bu barədə heç bir həkim və ya vəzifəli şəxslə razılaşmamışdır. Məqsədi adları çəkilən zərərçəkmiş şəxslərə köməklik göstərmək deyil, aldadaraq pullarını ələ keçirmək olmuşdur. Bundan başqa, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğlu Şahin Salmanovun pensiyasının bərpa olunması üçün heç bir məbləğdə pul almamış, bununla bağlı aralarında heç bir razılıq olmamış, Kamil onun barəsində istintaqa yalan ifadə vermişdir. İfadəsi elan olunduqdan sonra Şahid1 həmin ifadəsinin doğru olduğunu, ifadəsini təsdiq etdiyini bildirmişdi. İşdə olan, xx.xx.2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Şahid2 barəsində CMnin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1-ci, X4 barəsində 170.3, 178.2.1, 178.2.2 və 178.2.4-cü, Təqsirləndirilən şəxs barəsində CM-nin 170.3, 178.2.1 və 178.2.2-ci, X46 barəsində CM-nin 178.2.1-ci, X49 barəsində CM-nin 178.2.1 və 178.2.4-cü maddələri cinayət işi ayrıca icraata ayrılaraq icraatda ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (c İ, i.v 2-3) İşdə olan, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin surətlərindən, ödəniş terminallarının fotoşəkillərindən görünür ki, 04 dekabr 2022-ci il tarixdə saat 15:29 dəqiqədə Meyvəli market Binəqədi ray, DSK yolunda yerləşən emanat ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 416973 *****0114 nömrəli bank kartına köçürülməsi, 01 dekabr 2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan milliön ödəmə terminalı vasitəsilə 1400 (bir min dörd yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 416973 *****0114 nömrəli bank kartına köçürülməsi, həmin gün saat 18:17 dəqiqədə qeyd edilən ödəmə terminalı vasitəsilə həmin bank kartına 1800 (bir min səkkiz yüz) manat pulun köçürülməsi, 01 dekabr 2022-ci il tarixdə saat 00:23 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169*****0114 nömrəli bank kartına 1000 (bir min yüz) manat pulun köçürülməsi müəyyən edilir. (c İ, i.v 34-44) İşdə olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsindən görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. (c İ, i.v 209-210) İşdə olan, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin surətlərindən, ödəniş terminallarının fotoşəkillərindən görünür ki, 08 dekabr 2022-ci il tarixdə saat 13:25 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan milliön ödəmə terminalı vasitəsilə 1500 (bir min beş yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 416973 *****0114 nömrəli bank kartına köçürülməsi, bundan başqa Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan milliön ödəmə terminalı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169*****0114 nömrəli bank kartına 1600 (bir min altı yüz) manat pulun köçürülməsi müəyyən edilir. (c İ, i.v 213-216) İşdə olan, xx.xx.2023-cü il tarixli zərəçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İİ, i.v 12) İşdə olan, DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. (c İİ, i.v 182-183, c İV, i.v 175-176) İşdə olan, xx.xx.2023-cü il tarixli zərəçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İİ, i.v 204) İşdə olan, xx.xx.2023-cü il tarixli zərəçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İİ, i.v 215) İşdə olan, xx.xx.2023-cü il tarixli zərəçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İİİ, i.v 189) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün həmin şəxslər arasında üzləşdirilmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə Akif və Şahid2larla əlbir olaraq onu aldadıb nəvəsi Ziya Qarayevin və qohumu Rüqəyya İsayevanın pensiyasının bərpa olunmasında köməklik göstərməsi, habelə qızı Şəfiqə İsayevaya pensiya düzəltmək adı ilə ondan 1400 (bir min dörd yüz) manat, Zərərçəkmiş şəxs5 1800 (bir min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs6 1800 (bir min səkkiz yüz) manat olmaqla ümumilikdə 5000 (beş min) manat pul almalarını, lakin onları aldadaraq pensiya sənədlərini düzəltmədiklərini aldıqları pulun isə yalnız 1900 (bir min doqquz yüz) manat hissəsini qaytardıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c İİİ, i.v 225-228) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün həmin şəxslər arasında üzləşdirilmə keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 27 noyabr 2022-ci il tarixdə yaşadığı Cəlilabad rayonu, Təzəkənd kəndində yas mərasimində iştirak edən zaman ona yaxınlaşaraq dayandırılmış pensiyasının bərpa olunmasında köməkik göstərməsini xahiş etdiyini, buna görə şəxsiyyət vəsiqəsinin fotoşəkilini göndərməsini istədiyini, pensiya işinin düzəldilməsində həkim tanışının olmasını desə də, həmin həkimin kim olmasını bildirmədiyini, 28 noyabr 2022-ci il tarixdə axşam saatlarında “WhatsApp” sosial şəbəkəsi vasitəsilə şəxsiyyət vəsiqəsinin fotoşəkilini göndərdiyini, bundan sonra yaxın vaxtlarda əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərəcəyini, bundan təxminən 1 saat sonra “WhatsApp” sosial şəbəkəsi vasitəsilə sənəd fotoşəkli göndərdiyini, sənəddə ƏƏSMN-nin başlığı ilə mənə İİ qrup əlillik təyin olunması göstərilməsini, WhatsApp” sosial şəbəkəsi vasitəsilə səs yazısını göndərərək danışan şəxsin həkim olmasını deyərək aldatmasını, həmin səs yazısında həkim “Mirxas sənə görə 1600 manata bu işi düzəldərəm, təsdiq kodunu göndərim, 15 gün ərzində sistemdə görünəcək və hətta bir il öncə kəsilən pensiyası üçün pulunu alacaq” sözlərinin danışılmasını, buna görə də Kamilin verdiyi bank kartına 28 noyabr 2022-ci il tarixdə axşam saatlarında Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən mağazaların birində olan Miliön ödəmə terminalı vasitəsilə verdiyin 4169 7388 1940 0114 bank kartına 1600 (bir kin altı yüz) manat pul göndərməsini, eyni qaydada qardaşı Zərərçəkmiş şəxs4 da pensiyasını bərpa etdirmək adı ilə onları aldadıb 1500 manat pulunu ələ keçirmələrini, sonradan həkim kimi təqdim edilən şəxslərin Akif və Şahid2lar olmasını bildiyini demişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 onun üzünə dediklərinin tamamilə yalan olmasını, Akif və Şahid2larla əlbir olaraq onu aldadıb pulunu ələ keçirmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3la Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c İİİ, i.v 229-232) İşdə olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsindən görünür ki, X18 ikinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. (c İV, i.v 18) İşdə olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsindən görünür ki, X38 xx.xx.2028-ci ilədək sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmışdır. (c İV, i.v 21) İşdə olan, xx.xx.2023-cü il tarixli təqdim edilmiş CD diskə və sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi səs yazıları CD diskə köçürülərək, habelə təqdim etdiyi sənədlər götürülərək cinayət işinin istintaqı materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi və CD diskə köçürülmüş səs yazılarına baxış keçirilən zaman həmin diskdə Şahid1 və Zərərçəkmiş şəxs1 ilə aralarında olan danışıqları, habelə iş üçün əhəmiyyət kəsb edən fotoşəkillərin olması müəyyən edilmişdir. Səs yazılarına baxış keçirilən zaman Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs1 aşağıdakı səs yazılarını göndərmələri müəyyənləşdirilmişdir: ---Zərərçəkmiş şəxs1---Miri salam, sənin telefonuna zəng çatmır, baxan kimi mənə Vaqifin nömrəsin göndər, mən göndərdiyim npmrlərə bax, əgər ondan deyilsə Vaqifin nömrəsini göndər mənə, Miri salam axşamın xeyir, hə bu yusif doxtor mənə atıbdı 2-3 dənə sənədi, o sənədlər köhnədin kopyasıdı, sabah gedib sabyezdə yoxlatdırıb dəqiqləşdirirəm, ondan sonra deyərəm onla iş görüm ya yox, ağa oldu, çox sağol, baxdım hə çox sağol, allah qoysa 26, 27 zadı gözləyəcəm səndən də cavabı gözləyəcəm, orada baxacam, yaxşı sağ ol, allah köməyin olsun, istirahət elə, miri salam axşamın xeyir, deyirəm yəni imkan olsa öyrən də olar haqqındakı dəqiq onların vurulacaq, vurulmayacaq, 27-nə qədər vurulmağı barədə onun səsi göndərə bilsən göndərərsən, miri salam, axşamın xeyir, səndən bir xəbər çıxmadı, göndərdik, baxginən, qəbzi zadı hamısını göndərdik, telefondadı nömrəsi bax, sabahın xeyir, o sənəddən bir xəbər gəlmədi elə, sabahın xeyir, günortan xeyir, yəni səsini eşitdim uje qulaq asdım hər şeyə sənin telefonuna zəng çatmır nəsə problemdi, oldu, gəldi hər şey, gördüm, yəqin ki əmanət də ora çatıb da yəqin ki, miri salam axşamın xeyir, səndən bir xəbər çıxmadı, bu məsələni qulaq asdım söhbətə sən özün də bilirsən ki mənim vəziyyətim pis idi də, borcdaydım, kreditə girmişdim, yanvarın əvvəllinə deyilən şeyi həll edə bilərəm, əgər istəsələr kömək etsələr miri salam axşamın xeyir, bayaq o, həkim mənlə danışdı, mən maşın sürürdüm, dəqiq qulaq asa bilmədim, deyəsən o dedi ki bu ay vura bilməyəcəm, onda vəziyyət pisləşir, mənə kişi kimi desin ayın neçəsinə qədər vura biləcəm, 25-nə kimi demişdi vuracam, vura bilmədi, miri salam, sən demişdin 5-ə qədər mən də olara elə demişdim, indi neynək zəng edib deyərəm --- Təqsirləndirilən şəxs ---mənim başım qarışıb işə, məllimin yanında da aça bilmirəm, indi çıxdım günortaya indi yönəltdim sənə, vəziyyət nətərdi, işdə icazə vermirlər telefon işlətməyə, saat çıxacağıq 11-də, doxtor salam axşamın xeyir, bu işi sənlə gördük də indi sənlə gördüm də sənə şamil eləmirəm, gör buna neyləmək olar, həmin o Şahbaz dayının nəvəsidi, neyləmək olan, nağayramaq olar, nə güc vurmaq olar, bu işdə mənə açığın denən, kənar adam deyila öz dayımdı, Şahbaz dayı salamməleyküm, mən indi işə gedirəm, sən də mənə nə qədər zəng edibsən, cəddim peyğəmbər haqqı nətəhər gəlib yatmışam, heç nədən xəbərim olmayın, sənin səsini atdım ona xəbər gözlə nərahat olma, hədə-qorxu gəlməsök deyəsən havanın üzü dumanlı olacaq Akif sən o vəziyyətdə qalmayacan, bax biləsəna nə deyirəm, saat nüçədi mən yatmıram uje, sən niyə belə edirsən bilmirəm, qaçırsan, mənə deyirsən budu, Akif sənə deyilən düz imiş, Mirxan düz deyirmiş sən maşşenik imişsən, gəl çıx cammatın pulunu ver --- Şahid1 --- salam Şahbaz əmi, inşallah bu həftə bütün sənədlər hamısı sistemə düşəcək, salam ağa indi o təsdiqlənən gündən noyabr ayının qalığın, dekabrın qalığın, yanvar ayının da pensiyasın ikinci qrup alanda o, iki ayın da qalıqlarını üstündə alacaq, həmin vətəndaş noyabr ayından təsdiqlənir, noyabr ayının qalığın, dekabrın qalığın, yanvar ayının da pensiyasın ikinci qrup alanda o iki ayın da qalıqlarını üstündə alacaq, sənəd təsdiqlənib, bərpa mərkəzindən də keçib sadəcə sistem bağlı olduğu üçün sistem açılan kimi düşəcək, noyabr ayının qalığın, dekabrın qalığın, yanvar ayının da pensiyasın ikinci qrup alanda o iki ayın da qalıqlarını üstündə alacaq, and olsun cəddin peyğəmbərə bayaqdan elə onla danışıram inandın, 27-28-i açılacaq açılmasa qaldı inşallah yanvarın onuna, hamısı ilə də danışmışam bu gün sənin yanında uşaq səsi gəlirdi, dedin a marşurutdayam, mən Şahbazla bir saat danışmışam, dedi oldu, saat 11-12-yə kimi sabah Mirxas ağaya sənəd verəcəm, adam verəcəm, dedim dayı, dedi Şahbazın axır nöqtəsi bu olub, ona da sənədin şəklin çəkib atdım, dedi vaxt niyə bilinmir, dedim ona görə sistemn bağlıdı, dünya qarışar ded ki noldu, sistem açıldı, başına dönüm ağa, mən hamısı ilə danışmışam, Şahbazla da başqalarıyla da, mənlə oturub söhbət edən ancaq zakonşiklər ola bilər. Bundan başqa CD diskində olan məlumatlara baxış zamanı üzərində kiril əlifbası ilə Yusif kimi yazılmış şəxsin adının qarşısında ***-***-**-**, kiril əlifbası ilə Vaqif kimi yazılmış şəxsin adının qarşısında ***-***-**-** saylı mobil nömrəsinin qeyd olunduğu kağız parçasının fotoşəkilinin, xx.xx.2022-ci il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, Meyvəli marketdən MPAY QSC-NƏ məxsus ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) manat pulun üzərində Q...S....A kimi yazılmış 416973......0114 nömrəsinin olduğu bank kartına köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin, xx.xx.2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “ Al market”də olan PashaPay ödəmə terminalı vasitəsilə qeyd olunan bank kartına 1400 ( bir min dörd yüz) manat pulun köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi səs yazılarının, sms-lərin və fotoşəkillərin köçürüldüyü CD disk və həmin CD diskə baxış keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə olunmuşdur. (c İV, i.v 1-23) İşdə olan, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “təqdim edilmiş qəbzlərə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs özündə saxladığı qəbzləri təqdim edərək həmin qəbzlərə baxış keçirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qəbzlərə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:20 dəqiqədə Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-də olan "xxxx" MMC-nə məxsus ödəmə terminalı vasitəsilə X7 “Kapital bank” tərəfindən verilmiş üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169*****0114 nömrəli bank kartına 1600 (bir min altı yüz) manat pulun köçürülməsi, həmin gün saat 22:59 dəqiqədə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “Green store” mağazasından “Kapital bank” tərəfindən verilmiş, üzərində S*****K****M oğlu sözləri yazılmış, 416973******9523 nömrəli bank kartına 200 (iki yüz) manat pulun köçürülməsi, 01 dekabr 2022-ci il tarixdə saat 00:23 dəqiqədə “Birbank” tətbiqi proqramı vasitəsilə “Kapital bank” tərəfindən verilmiş üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169*****0114 nömrəli bank kartına 1000 (bir min yüz) manat pul köçürüldükdən sonra həmin gün saat 12:38 dəqiqədə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Real market”-də olan milliön ödəmə terminalı vasitəsilə 100 (bir yüz) manat pulun “Kapital bank” tərəfindən verilmiş, üzərində S*****K****M oğlu sözləri yazılmış, 416973******9523 nömrəli bank kartına köçürülməsi, 01 dekabr 2022-ci il tarixdə saat 18:02 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan milliön ödəmə terminalı vasitəsilə 1400 (bir min dörd yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169 *****0114 nömrəli bank kartına köçürülməsi, həmin gün saat 18:17 dəqiqədə qeyd edilən ödəmə terminalı vasitəsilə həmin bank kartına 1800 ( bir min səkkiz yüz) manat pulun köçürülməsi, 04 dekabr 2022-ci il tarixdə saat 15:29 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “Meyvəli market”-də olan eManat ödəmə terminalı vasitəsilə 800 (səkkiz yüz) manat pulun üzərində Q*****K*****A qızı sözləri yazılmış 4169 *****0114 nömrəli bank kartına köçürülməsi, həmin gün saat 17:24 dəqiqədə 100 (bir yüz) manat pulun “Kapital bank” tərəfindən verilmiş, üzərində S*****K****M oğlu sözləri yazılmış, 416973******9523 nömrəli bank kartına köçürülməsi müəyyən edilmişdir. Tərtib edilmiş protokol və qəbzlərin surəti cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c İV, i.v 24-26) İşdə olan, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilmişdir. (c İV, i.v 27-28) İşdə olan, 17 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü ildə saat 17:10 dəqiqədə müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (c İV, i.v 41) İşdə olan, 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-də saxlanılmaqdan azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c İV, i.v 86-87) İşdə olan, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 17866 nömrəli məktubla göndərilmiş CD diskinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrənin X4 adına olması, ***-***-**-** saylı mobil nömrənin Şahid1 adına olması, ***-***-**-** saylı mobil nömrənin Azercell MMC-də satılmaması və qeydiyyatda olmaması, ***-***-**-** saylı mobil nömrənin Cəlilabad rayonu, Üçtəpə kənd sakini X20 adına sənədləşdirilməsi müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskində olan məlumatlara baxış zamanı Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 13:30 dəqiqədə 68 saniyə, xx.xx.2022-ci il tarixdə saat 17:17 dəqiqədə 247 saniyə, 17:39 dəqiqədə 55 saniyə, 17:43 dəqiqədə 31 saaniyə, 18:45 dəqiqədə 30 saniyə, 21:47 dəqiqədə 59 saniyə, 21:58 dəqiqədə 121 saniyə telefon danışığının olması müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskində olan məlumatlara baxış zamanı Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə X27 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2022-ci il tarixdə saat 15:42 dəqiqədə 50 saniyə, 15:58 dəqiqədə 110 saniyə telefon danışığının olması müəyyən olunmuşdur. Bundan başqa, həmin CD diskində olan məlumatlara baxış zamanı Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə zərərçəkmiş şəxs X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2022-ci il tarixdə saat 19:49 dəqiqədə 111 saniyə telefon danışığının olması müəyyən edilmişdir. Bundan başqa, həmin CD diskində olan məlumatlara baxış zamanı Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə X9 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə arasında 30 saniyə telefon danışığının olması müəyyən edilmişdir. Həmçinin, həmin CD diskdə olan məlumatlara baxış keçirilən zaman Şahid1 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023 tarixdə saat 22:34 dəqiqədə X28 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə “sonra zəng edərəm” sms-nin göndərilməsi, xx.xx.2023-cü il tarixdə, saat 23:14 dəqiqədə ***-***- **-** saylı mobil nömrəyə “Akif mene zeg ele Letif deyir get pulumu al betir sene dedim onu yıg” sms-nin göndərilməsi müəyyənləşmişdir. Həmin CD diskində olan məlumatlara baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən sms-lərin, telefon zənglərinin surəti çıxarılmış, CD disk, CD diskdən çıxarılmış məlumatlar və tərtib edilmiş protokol cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c İV, i.v 91-96) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Şahid1 və Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün həmin şəxslər arasında üzləşdirilmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs üzünə Zərərçəkmiş şəxs2 pensiyasının bərpa olunmasında köməklik göstərmək adı ilə Rahildən 1700 manat pulu dələduzluq yolu ilə alıb böldüklərini, habelə oğlu Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 özlərinin pensiyasının bərpa olunmasında köməklik göstərmək adı ilə ümumilikdə 3100 (üç min bir yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmələrini, Zərərçəkmiş şəxs1 qızı Şəfiqə İsayevaya pensiya düzəltmək, nəvəsi Ziya Qarayevin və qohumu Rüqəyya İsayevanın pensiyasının bərpa olunmasında köməklik göstərmək adı ilə ümumilikdə 5000 (beş min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmələrini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 onun üzünə dediklərinin tamamilə yalan olmasını, Akif və Şahid2larla əlbir olaraq adları qeyd edilən şəxslərə pensiya sənədlərinin düzəldilməsində köməklik göstərəcəyinə dair yalan vədlər verib pullarını ələ keçirmədiyini, yalnız həmin şəxsləri özünü Vaqif həkim kimi təqdim edən, sonradan isə Şahid1 olmasını bildiyi şəxslə əlaqələndirməsini bildirmişdir. Şahid1la Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c İV, i.v 130-132) İşdə olan, xx.xx.2023-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Şahid2 və Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün həmin şəxslər arasında üzləşdirilmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs üzünə atası Şahid1la birlikdə ona Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 pensiya sənədlərini bərpa etdirmək adı ilə aldadıb pullarını ələ keçirməkdə köməklik göstərməsini xahiş etdiklərini, əldə edəcəkləri puldan ona da verəcəklərini təklif etmələrini, yalnız həkim kimi danışdığı səs yazılarının“WhatsApp” sosial şəbəkəsi vasitəsilə adlarını qeyd etdiyi şəxslərə göndəriləcəyini dediklərini, buna görə də Təqsirləndirilən şəxs səs yazıları göndərərək özünü həkim kimi təqdim etməsini və pensiya sənədləri düzəldəcək şəxslərə köməklik etməsi qarşılığında müxtəlif məbləğlərdə pul istədiyini, Kamilin də onun göndərdiyi səs yazılarını həmin şəxslərə göndərməsini, bu yolla səs yazılarını göndərdikləri şəxsləri birlikdə aldadaraq pullarını ələ keçirmələrini bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid2 onun üzünə dediklərinin tamamilə yalan olmasını, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 pensiya sənədlərini bərpa etdirmək adı ilə aldadıb pullarını ələ keçirməyi təklif etmədiyini, onunla həkim adı ilə danışan şəxsin Şahid2 olmasını bilmədiyini, adları qeyd edilən şəxslərdən alınan pullardan ona verilmədiyini bildirmişdir. Şahid2la Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin istintaqı materiallarına əlavə olunmuşdur. (c İV, i.v 133-134) İşdə olan, Cəlilabad RİHB-nın Üçtəpə kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri aravdı, oğlu, gəlini və nəvələrindən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İV, i.v 149-150) İşdə olan, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Qurbanxan oğlu Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna göndərdiyi səs yazılarının köçürüldüyü 01 (bir) ədəd CD diski istintaqa təqdim etmiş və həmin CD diskə baxış keçirilməsini xahiş etmişdir. Buna görə də Zərərçəkmiş şəxs3 təqdim etdiyi həmin 01 ədəd CD disk Biləsuvar RPŞnin müstəntiqi Şamil Həsənli tərəfindən müvafiq arayış tərtib edilməklə götürülmüşdür. Zərərçəkmiş şəxs3 təqdim etdiyi CD diskə baxış keçirilən zaman həmin diskdə Təqsirləndirilən şəxs “WhatsApp” sosial şəbəkəsi vasitəsilə onun mobil telefonuna göndərdiyi səs yazılarının köçürüldüyü səs yazılarının olması müəyyənləşdirilmişdir. Səs yazılarına baxış keçirən zaman Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 məxsus səs yazılarının olması və aşağıdakı səs yazılarını göndərmələri müəyyən edilmişdir. ---Şahid2---bu atdığız sənədi yoxladıq, demək olsun 2021-ci ilin yanvar ayında imtina gəlib sənədə ürək xəstəliyi ilə sənəd işlənib, indi inşallah nə məslətə görürsüz, nə deyirsiz problem yoxdu ağa, dedin ki bizim yaxın adamdı, yəni sənin tanışındısa problem yoxdu sənə görə problem yoxdu, onu elüyərük inşalla 1,6 ilə edərik gedər, gör razıdısa problem yoxdu, təsdiqini də göndərək, mobil nömrəsinə təsdiq kodun, mənə bir dənə hə yoxun denən, ağa demək olsun saat 10-a qədər biz işdəyik, sən o həmin insanla maraqlan, gör o bizə verəcək kağızları hazırdısa, tam hazırdısa biz onun qəbulun ataq, təsdiq mesajın da yönləndirək, bunun bir dənə mənə məlumatın ver, ağa onda sənədin hazırlayıb atıram sənə sms-i də göndərirəm şəxsin özünə, saat ona kimi işnallah karat pul yüklənsin, yəni yüklənməsə imtina sms-i həmin mobil nömrəyə gedəcək, səsimi də at ona, ağa səsə qulaq asdım, bu sənə yerli poloklinikadan vurulmayıb, yerli poliklinikadan vurulanda forma-88, yəni loru dildə bildiriş verilir. Bildirişin kodu olur, bu əlillərinm bərpa mərkəzidir, Bakı əlillərin bərpa mərkəzidir, məsəlçün yerli poliklinikadan sənəd vurulanda necə gedir, Bakı əlillərin bərpa mərkəzi, bu amma birbaşa əlillərin bərpa mərkəzindən keçən sənəddir, ağ bu demək olar ki, kəsildiyi gündən 2021-dən onun yalançısı olaram, vurdura bilməyəcəm, ona mən vurdura biləcəm, 2022-ci ilin yanvar ayından, yəni bu ilin yanvar ayından vurduracam onun sənədin, yəni bir ay təzə, bir ay köhnədən alacaq, yəni hər ay pulunu çıxardan iki ayın pulunu çıxarcaq tak ki o köhnə pul qurtarana qədər, hə demək olsun ağa, kartı atdım sənə gözləyirəm də səndən xəbər, doqquza qalır on beş dəqiqə, atan kimi denən şofirə deyim gedib çıxarsın kartdan, ağa nə vaxta deyilibsə həmin o vaxta da görüşəcək, iyirmisi iyirmi beşi aralığında həmin o vaxta görüşəcək sistem də olacaq, ondan sonra sms-lər yenidən gələcək eliyəcək, hamısı dediyim kimi, ağa demək olsun, onun mobil nömrəsin atarsan mənə, indi bu dəqiqə o, sənədləri başlayırıq rahlamağa, təsdiq sms-ləri gedəcək şəxsin özünə, qəbul kağızın da yönləndiricəm sənə, ikicni qrpul ömürlük, onun bütün haqq hesabı oyan bu yanı 15 kilo olacaq ortada sən varsan, yaxın adamındı, ona görə aşağı yerlə nizamlayacağıq gedəcək, o deyirə sistemdə vururam vəsiqə ilə sistemdə çıxmır, çıxmır, 15 gün ərzində həmin o yerdə görəcək, gələn ay da ərzində gedəcək Kapital bankdan kartını götürəcək, içində pul olmaq şərtilə ---Şahid1---salam ağa, necəsən, ağa indi mənə məlumat gəldi, 3-4 dəqiqə olar, saaty 5ə kimi 3 nəfərə yer lazımdı, mənə hə yox denən,oldu ağa, mənə 20-25 dəqiqəyə məlumat denən, vətəndaşların vəsiqəsin yadın yönəlt mənə, saat 5-ə kimi təsdiqlənməlidir, əmanətlər çatmalıdırilkin də olsa olar, təkrar da olsa olar ---Təqsirləndirilən şəxs--- qardaş bu telefonu açın da, belənçiy alınmır, açın da kimsiz, bu telefona niyə cavab vermirsiz, mən zəng edirəm əlaqə saxlamağa, telefon sönüb, vaççapda yoxdu, buna cavab verin, nə deyim, doxtura nə deyim, atuva denən nə təhər edib, onun səsinə qulaq asdır, nə təhə edək, necə edək, əlaqə yaratsın, həmsöhbət olaqmənə yazı yazma, səs at, səsinizi yönləndirirəm ora, müraciətinizi ora, yazı ilə alınmır, ver aton danışsın, sənin səsini ona, onun səsini sənə atıram, eşidirsən, mən də ona bu cürə dedim, dedim mənim yaxın adamımdı, özü də budu, budu budu, o da sənin öz adamıdnrısa, ona bu yandan da əlavə adam qoşacam, bu yandan da iki edəcəm ömürlük, indi özü də deyəcəm, onun səsini sənə atacam, ortada vasitəçi kimi, yənin inanılnmış bir şəxs kimi mən yönləndirirəm ona, buna da atveçatam, bildin başına dönüm, qardaş sənin səsini atıram ona, qoy bunu da deyim, o təsdiqi atandan sonra kod gələndən sonra həmin adamın kartını atacam sənə, bax gərək pulu göndərəsən, atmasan kod sistemdən silinəcək, bax Naib deyirəm əgər pulu göndərməsən hər şey onun əlindədi dərhal siləcək, gərək altı ay keçəndən sonra təkrar müraciət edə bilərsən, sənədləri götürdüm, burda Yusif doktordan rayondan, kənddən də1-2 adamdan götürdüm mən gedirəm, şəxsiyyəti götürdüm, o birisini götürdüm mən gedirəm, qalan şeyi özün edəcən, mənsiz edəcən, mən yönləndirdim, səni qane edəcək, sən hazırsan yoxsa yox, mən Lökbatana hardasa 300 metr qalıram çatmağa, o, sənədi kimlə paylaşsan paylaş, kimə yoxlatdırırsan yoxlat, başı çıxanda, səni qane edəcək, gör düzdü ya yox, saxtadı, çıx sivyaza, saxtadı, əyridi nədi, əgər düz olmasa pulu vurmarsan, mən sənə reallığı deyirəm, eşidirsən, nəsə qaranlıq qalan bir şey olmadı ki, hansısa sualın varsa ver, qardaş orada adm tutma, sən elə şey danışma, bildün orda sənəddi sənəd, mən ona dabro verdim ki, işini gör, işlə, başqa şey danışma, işdən çıxınca yolla bizə, mən ona belə demişəm, istəyirsən o səsi də atım sənə, bax diqqətlə qulaq as, gör nə deyirəm, bax atılan səslərin vaxtına fikir ver, yəni səhəri gün ürəyinə başqa şey gəlsə gəlməsi, bunlar saxla özündə, oldu, mən bu dəqiqə onlarla əlaqədəyəm, mən Bakıya az qalıram, azarını alım, yol gedə-gedə danışıram, maşından bu cürə vasitəçilik edirəm, həmin dəqiqə də saniyə də görünür, səsi oxuyanda yəni saat orda var da, həmin nömrəyə gör kod gəlib bax hələ, deyir yollamışam, bu dəqiqə yolladı, gör gəlib, gəlməyib, qardaş sms deyil, orda koddu nömrə gör gəlib, narahat olma, dedim indi yoxlasın deyir, bəlkə telefonun bu qeydiyyatda zadda deyil, indi deyir onla bağlı ola bilər, ya vaxtı çıxar ya belə bir şeylər deyir, biri nömrədi sistemə vurulmadı, biri də təsdiqindi, telefon sizin öd adınızadı həmin nömrə, təsdiq olunmasından ötrüdü iki dənə, indi o təsdiqi atacaq mənə, mən də atacam sənə nərahət olma, qardaş bu da sənin təsdiqin, indi bax, məsləhətləş, nə sualın cavabın olsa ver mənə, həmin sualına cavabı da atıram sənə, sıx kimlənsə, sənə yaxın olan adamla sivyaza çıx, yoxla, ondan sonra addımını da at, atdığız iki səsi də atmışam ona, narahat olma, bu neçə ayın kəsiləcək ayın alacaq, 6 ayın və bir ilin alacaq zəhmət olmasa onu da izah edərdin, səs at mənə görüm, yenə də qardaş budu, yəni sənə deyirəm, sənə nə qaranlıq qalır, mən ona sənin birin olub sual cavab verib bilirəm, qalan şeyləri də düşünmə, narahat olma, buna da diqqətlə qulaq as, bunun kartın atım sənə ya yox, sənədin yollayırsan ya yox, onlar rovnı onun yarısına kimi işləyirlər orda, yəni işdə olurlar, eşidirsən, onun yarısı işdən çıxırlar, yenə nə sualın var ver, pulunu götürəcən, allah qoysa da mən sənin görüşməyin belə olacaq mənim də zəhmət haqqım var onu sən qiymətləndirəcən,naib karta pul atanda monitorda onun şəkilini çəksinlər mənə at. Mən də ona atacam, şəkilləri də səsləri də özündə saxla, səhəri gün bir şey olsa bizim əlimizdə sənəddi, bir də ki başqa şey ola bilməz, hər ehtiyatımızı da görürük, qəti narahat olma, sənin yanında Təzəkənd yeznəsi və ağası var, hə hə odu, deyir atsın, o monitorda pul görükür a onun şəklin çəkib niyə atmadın, bi dənə zəhmət olmasa atova denən Miri dedi mənlə əlaqə yaratsın, zəng eləsin, bu axırıncı axşamkı təsdiqdi, vətəndaşların həmin verdiyim sənədin təsdiqidi, gedib yoxlatdırıblar, təsidiq olunub bu ayın 16-18 pensiya alacaqlar, sənin bu suallarına işdən sonra cavab verəcəm, həkimin də səsini atacam, sənin səslərini atdım həkimə, qulaq as sualın olsa axşam qalanın danışarıq, şəhərdəyəm işdəyəm. zavoddayam, saat 7-8-də həmsöhbət olacağıq, sistemdən pozulandan sonra 6 ay sonra bir də sistemə sala bilərlər, düzəlmək ehtimalına görə, inanır deyəndə mənim onun yanında daveriyan var, dövlətin oğlu onun yanında nüfuzdan saldığı üçün yəni səhəri günün işimizdə tormozlanma olmasın, Naib ikinci qrup beş illik istəyirsiz ya ömürlük istəyirsiz, bunu de mənə, bu haqda səs at mənə, əgər razısınsa bu vətəndaşın nömrəsini də atın, kod gələcək, ora həmin vətəndaşın nömrəsi olmalıdı, verirsən ver işləsin, vermirsənsə özün bilərsən, Naib işdən evə gedirəm, evə çıatıb sənlə danışacam, Neftçilərdən Yasamala gedirəm, xahiş edirəm qohumun bilməsin, təsdiq sənədin sabah 10-11-ə kimi atacaq mənə, həm qeydiyyatdı, həm də ki bunun kod nömrəsidi, başa düşdün təsdiq edəcək, sabah da saat onda təsdiq edəcək ötürəcək, mən də sizə atacam Bundan başqa, CD diskə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 göndərdiyi fotoşəkillərə baxarkən Zərərçəkmiş şəxs3 xəstəliyi haqqında ona məlumatın göndərilməsi, Zərərçəkmiş şəxs3 tibbi sosial ekspert komissiyasından sonuncu müayinəyə dair bildiriş verilməsi, üzərində **********400114 nömrəsinin olduğu “Kapital Bank” tərəfindən verilmiş bank kartının fotoşəkilinin, ödəmə terminalının üzərində Q...S....A kimi yazılmış 416973......0114 nömrəsinin olduğu bank kartının yığılmasını özündə əks etdirən fotoşəkilin olması, həmin bank kartına xx.xx.2022-ci il tarixdə saat 21:20 dəqiqədə Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən “Al market”-də olan "xxxx" ödəmə terminalı vasitəsilə 1600 (bir min altı yüz) manat pulun köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin olması, habelə Zərərçəkmiş şəxs4 tibbi sosial ekspert komissiyasından sonuncu müayinəyə dair bildiriş verilməsi, xx.xx.2022-ci il tarixdə saat 13:25 dəqiqədə Cəlilabad rayonu, Təzəkənd kəndində yerləşən “Al market”-də olan "xxxx" ödəmə terminalı vasitəsilə 1500 (bir min beş yüz) manat pulun üzərində Q...S....A kimi yazılmış 416973......0114 nömrəsinin olduğu bank kartına köçürülməsini təsdiq edən qəbzin fotoşəkilinin olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi CD disk və həmin CD diskə baxış keçirilməsi barədə tərtib edilmiş protokol cinayət işinin materiallarına əlavə olunmuşdur. (c İV, i.v 155-159) İşdə olan, xx.xx.2023-cü il tarixli zərəçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c İV, i.v 162) İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-4\2-27685\2023 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyətinin qiymətləndirilməsi vətəndaşların iştirakları olmadan tibb müəssisələrinin göndərişləri əsasında Agentliyin Tibbi-sosial ekspert komissiyaları tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ( MEİS) əlillik altsistemi vasitəsilə aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əlillik” altsistemində olan məlumatlara əsasən: 1.Zərərçəkmiş şəxs3 (FİN xxxxxxx) təyin olunmuş ikinci dərəcəli əlillik təyinatı xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, təyaina müddətinin başa çatdığı tarixdən sonra Zərərçəkmiş şəxs3 dair sonuncu dəfə Cəlilabad RMX tərəfindən rəsmiləşdirilmiş göndəriş xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
2. Zərərçəkmiş şəxs4 ( FİN xxxxxxx) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, təyinatın müddətinin başa çatdığı tarixdən sonra Zərərçəkmiş şəxs4 dair yeni göndəriş rəsmiləşdirilməmişdir.
3. X16 (FİN21KBATH) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, müddətinin başa çatdığı tarixdən sonra Ş.Fərzəliyevaya dair yeni göndəriş rəsmiləşdirilməmişdir.
4. X5 ( FİN 0W74Z9S) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra A.Fərzəliyevə dair sonuncu dəfə Cəlilabad RMX tərəfindən rəsmiləşdirilmiş göndəriş xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır.
5. X12 (FİN 0YBST9U) təyin olunmuş ikinci dərəcə əlillik təyinatı xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdığı tarixdən sonra Biləsuvar Cəlilabad RMX tərəfindən rəsmiləşdirilmiş göndəriş xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulma səbəbi ilə geri qaytarılmışdır.
6. X21 (FİN 7SJPYCS) təyin olunmuş sağlamlıq imkanlarının məhdudluğuna dair qərar xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş, təyinat müddətinin başa çatdıqdan sonra Z.Qarayevə dair yeni göndəriş rəsmiləşdirilməmişdir. Bundan başqa, həmin məktubda göstərilmişdir ki, adları qeyd edilən şəxslərin hazırda aktiv əlillik təyinatı yoxdur, həmçinin təqdim olunmuş əlilliyə dair elektron çıxarışlarda təyinat müddətinin müddətsiz kimi göstərilməsi, çıxarışlarda çap tarixinin qeyd olunmaması və Forma 88-in nömrəsinin qeyd olunmaması onların həqiqiliyinə dair əsaslı şübhələr yaratmışdır. (c V, i.v 53-54) İşdə olan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsindən görünür ki, X39 müddətsiz sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmışdır. (c V, i.v 64) İşdə olan, Azərbaycan Respublikası ƏƏSMN-nin Tabeliyində DSMF-nun 2 saylı X1 daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1\2-252795\2023 nömrəli məktubdan görünür ki, X22, X10, X29, X50, X11, X13, X30, X23, X31, X40, X32,X41, X42, X56, Zərərçəkmiş şəxs2, X57, Zərərçəkmiş şəxs3, X37, X14, X39, X33, X51 şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almırlar. (c V, i.v 71) İşdə olan, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə daxil olmuş xx.xx.2023-cü il tarixli 5\1518 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi haqqında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X30, X13 və X9 adına olan sənədlərdəki “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünün montaj edilərək hazırlanması ehtimal olunur. X15 adına olan sənədin surətindəki çap yazıları qeyri-dəqiq və səliqəsiz olduğundan həmin sənədin tədqiqatı aparılmamışdır. (c V, i.v 119-122) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il taixdə Azərbaycan Respublikası CMnin 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, iş üzrə şahid və zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş CD disklər və qəbzlər iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. (c Vİ, i.v 167-240) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X25 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş zərərçəkmiş şəxslərə, şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: Şahid1 öz oğlunun pensiya işi ilə əlaqədar tanımış, Akif ona yalandan vəd verərək, oğluna pensiya düzəldəcəyini bildirmiş və ondan bu məqsədlə pul almış, digər zərərçəkmiş şəxsləri də pensiya işlərinin həlli üçün onlara köməklik məqsədilə Akiflə tanış etmiş, zərərçəkmiş şəxslər tərəfindən verilmiş pullar Akifin göndərdiyi kart hesabına köçürülmüş, Akif isə həmin pullardan ona heç bir məbləğdə pul verməmiş, özünün bu işdə heç bir maddi marağı olmamış, özü isə heç kimdən bir qəpik də olsun pul almamış, hazırki iş üzrə də zərərçəkmiş şəxsdir, ona vurulmuş maddi zərərdən yalnız 1800 manat hissəsi Akif tərəfindən geri qaytarılmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmədə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etməməsi, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirməməsi, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaması barədə vermiş olduğu ifadələri cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə tam təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmədə göstərilən məzmunda ifadə verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə zərərçəkmiş şəxslərin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 hər biri ayrı-ayrılıqda ifadələrində göstərmişdir ki, onlar Şahid1 tanımamış, əksinə yalnız Təqsirləndirilən şəxs tanımış, onunla sıx münasibətdə olmuşlar, onları isə kəsilmiş pensiyalarının bərpa etdirilməsində həkim tanışının olmasına, həkim adı ilə yetkinlik yaşına çatmayan Şahid1 oğlu Şahid2 məhkəmə istintaqında tətqiq olunmuş səs yazılarını göndərərək, eləcədə Zərərçəkmiş şəxs3, X15 və Zərərçəkmiş şəxs4 pensiya almasına hüquq verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədin üzərində olan “əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti” qrafasındakı “müddətsiz” sözünü montaj edərək saxtalaşdırıb sonunculara verməklə pensiyaların təyin edilməsinə inandıraraq, onlardan yuxarıda göstərilmiş məbləğlərdə pulları göndərdiyi kart hesabına köçürülməklə həmin pulları ələ keçirmişdir. Lakin vəd etdiyi kimi zərərçəkmiş şəxslərin pensiyaları bərpa edilməmiş və ya təyin edilməmiş, sonra onlarla Təqsirləndirilən şəxs arasında olan münasibətlər pozulmuşdur. Bundan sonra zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsdən pullarını tələb etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin doğru olduğunu, zərərçəkmiş şəxslərdən pensiya düzəltmək adı ilə aldadaraq ələ keçirdikləri puldan Kamilə və oğlu Şahid2 da verdiyini bildirərək, yuxarıda göstərilən halları təsdiq etmişdir. Bundan başqa məhkəmə hesab edir ki, şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar yəni, Təqsirləndirilən şəxs atası Şahid1la danışıqlarından məlumatsız olması, özünə isə heç bir məbləğdə pulun verilməməsi, ümumiyyətlə bu söhbətlərin ona aidiyyətinin olmaması, hal-hazırda isə hadisələrin yadında qalmaması, hərbi xidmətdən yeni qayıtması barədə bildirdikləri həqiqəti əks etdirmir, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Şahid2 məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatları özünün və atasının məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, şahid bu formada ifadə verməklə özünü də barəsində olan cinayət təqibi üzrə məsuliyyətdən qurtarmağa çalışır. Belə ki, Şahid2 da ibtidai istintaq zamanı ifadələrində Şahid1 ona müxtəlif şəxslərdən pensiya düzəltmək adı ilə pullar alacağını, bu işdə köməklik göstərməsini, ona də pul verəcəyini deməsini, onun həmin şəxslərlə həkim kimi mobil telefon vasitəsilə danışmasını xahiş etməsini, özünün isə atası Şahid1 bu təklifi ilə razılaşdığını, 2022-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlib atası Şahid1la söhbət edərkən zərərçəkmiş şəxslərə əlilliyinə uyğun olaraq əlillik dərəcəsinin verilmədiyini bildirdiyini və həmin pensiya məsələsinin həll olunmasında onlara köməklik göstərməsini xahiş etdiyini, Şahid1 da Təqsirləndirilən şəxs həmin pensiyaların bərpa etdirilməsi qarşılığında pul almasını istədiyini, həmçinin, həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs ona zərərçəkmiş şəxslərə zəng edərək özünü həkim kimi təqdim etməsini və pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəyinə inandırmağını dediklərini, buna görə də zərərçəkmiş şəxslərin istifadəsində olan mobil telefona zəng edərək özünü həkim kimi təqdim etdiyini və pensiya sənədlərinin düzəlməsi üçün lazım olan pulların verməsini istədiyini, eləcədə aralarında əldə edilmiş razılaşmaya əsasən özünün “WhatsApp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs səs yazıları göndərərək həkim adı ilə danışdığını, Kamilin də həmin səs yazılarını zərərçəkmiş şəxslərə göndərərək pensiya sənədlərinin düzəldilməsində köməklik edəcəklərinə inandırdıqlarını, pulları aldıqdan sonra isə həmin pulların bir hissəsini bu işdə şəriki olan Təqsirləndirilən şəxs verməsini, qalan hissəsini isə atası Şahid1 özünə götürməsini, ona da həmin pulun bir hissəsini verdiklərini bildirmişdir. Odur ki, Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bu səbəbdən məhkəmə məhz həmin ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlak mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə edilməsi başa düşülür. Etibardan suiistifadə etmə həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidmət göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun eyni qərarına əsasən Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qanunun mənasına görə dələduzluq etibardan sui-istifadə yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka olan hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi ana qədər yaranması sübuta yetirilməlidir. Qeyd olunanlarla yanaşı, qərarın 36-cı bəndində göstərilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Belə ki, məhkəmədə dindirilmiş şəxslərin ifadələri ilə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən, Zərərçəkmiş şəxs1 onun atası ilə yaxın dostluq münasibətində olduğundan, Zərərçəkmiş şəxs3 kənd sakini kimi, Zərərçəkmiş şəxs4 onun qaynı ilə dostluq münasibətdə olduğundan, Zərərçəkmiş şəxs2 onunla qohumluq əlaqələri olduğundan, Zərərçəkmiş şəxs5 əmisi, Zərərçəkmiş şəxs6 isə qayınatası Zərərçəkmiş şəxs1 vasitəsilə tanıyıb münasibətləri olduğundan, onlar uzun müddət bir-birilərini tanımışlar və məhz bu münasibətlərin nəticəsində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs göstərilənləri təkzib edərək, zərərçəkmiş şəxslərin və özünün yalnız Şahid1 tərəfindən aldadıldığını, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında heç bir cinayət əməli törətmədiyini bildirsə də, əksinə təsdiq olunur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə uydurma arqumentlər yaratmaqla və bir-birinə ziddiyyət təşkil edən məlumatlar verməklə qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmiş və onun əməllərində irəli sürülmüş ittihamla əlaqəli cinayət əməllərinin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət əməlləri Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri ayrı-ayrılıqda başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayət kateqoriyasına, CM-nin 178.2.1, 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayət kateqoriyasına, CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələri ilə təqsirli bilinməlidir, habelə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələr ilə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayəthüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən CM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 170.3 və 320.1-ci maddəsinə münasibətdə cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddinə gəldikdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsindəki rolu, cinayətin törədilməsindəki iştirakının xarakteri nəzərə alınmaqla cəzanın həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X45 Saxlama Yerinə göndərilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 70 (yetmiş) manat pulun Şahid1 təqsirləndirilməsinə dair digər cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktı ilə Şahid1 tutulması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şahid və zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş CD disklər və qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.3, 178.2.1, 178.2.2 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X45 Saxlama Yerinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şahid və zərərçəkmiş şəxslər tərəfindən təqdim edilmiş CD disklər və qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev